Məhkəmə qərarları › İş №1(101)-161/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-161/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-161/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər və Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 müdafiəçilər: ‹Pro Bono› Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və X12 oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, ev 5-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsi ilə; xx xxxx 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi, 3-cü məhəllə, ev 5-ə qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsi ilə; xx xxxxxxxx 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 127.2.3, 228.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2015-ci il tarixdə şərti cəzanı çəkib qurtarmış, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, məhəllə 23, ev 225/39-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 16-cı mikrorayon, Xudafərin küçəsi, 12 nömrəli ünvanda yerləşən evinin həyətyanı hasarından aşıb keçməklə bir mərtəbəli evinin giriş qapısının yuxarısında olan şüşəni sındıraraq evə qanunsuz daxil olub evin qonaq otağında divara bərkidilmiş 150 (yüz əlli) manat dəyərində 81 dioqnallı “LG” markalı televizoru, 25 (iyirmi beş) manat dəyərində “Tp-link” aparatını, yataq otağında olan paltar şkafının içərisindən 59.126 (əlli doqquz min yüz iyirmi altı) manat təşkil edən 31.450 Avro və 7.310 (yeddi min üç yüz on) manat təşkil edən 4.300 ABŞ dollarını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 66.611 (altmış altı min altı yüz on bir) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 16-cı mikrorayon, Xudafərin küçəsi, 12 nömrəli ünvanda yerləşən evinin həyətyanı hasarından aşıb keçməklə bir mərtəbəli evinin giriş qapısının yuxarısında olan şüşəni sındıraraq evə qanunsuz daxil olub evin qonaq otağında divara bərkidilmiş 150 (yüz əlli) manat dəyərində 81 dioqnallı “LG” markalı televizoru, 25 (iyirmi beş) manat dəyərində “Tp-link” aparatını, yataq otağında olan paltar şkafının içərisindən 59.126 (əlli doqquz min yüz iyirmi altı) manat təşkil edən 31.450 Avro və 7.310 (yeddi min üç yüz on) manat təşkil edən 4.300 ABŞ dollarını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 66.611 (altmış altı min altı yüz on bir) manat yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 16-cı mikrorayon, Xudafərin küçəsi, 12 nömrəli ünvanda yerləşən evinin həyətyanı hasarından aşıb keçməklə bir mərtəbəli evinin giriş qapısının yuxarısında olan şüşəni sındıraraq evə qanunsuz daxil olub evin qonaq otağında divara bərkidilmiş 150 (yüz əlli) manat dəyərində 81 dioqnallı “LG” markalı televizoru, 25 (iyirmi beş) manat dəyərində “Tp-link” aparatını, yataq otağında olan paltar şkafının içərisindən 59.126 (əlli doqquz min yüz iyirmi altı) manat təşkil edən 31.450 Avro və 7.310 (yeddi min üç yüz on) manat təşkil edən 4.300 ABŞ dollarını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 66.611 (altmış altı min altı yüz on bir) manat yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 axtarışda olduğu üçün xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq istintaqa təqdim olunarkən Sumqayıt şəhər X7 Şöbəsində saat 14:10 radələrində üzərində keçrilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli uzun qış paltosunun içəri sağ cibindən bir ədəd istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində gəzdirərək saxladığı “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi məhtudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil edilmiş təmiz çəkisi 0,04 qram olan “Metadon” adlı dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyır, bir həyətdə böyümüşlər. 2019-cu il Yeni il bayramında vəziyyətləri çətin olduğu üçün qardaşına hansısa evdən oğurluq edərək bir qədər pul əldə etməklərinin lazım olduğunu demişdir. O, ərazini bir az gəzdikdən sonra hasardan içəri girmiş, evin açarlarını pəncərənin yanından götürərək evin qapısını açmışdır. O, sonradan darvazanı açmış və qardaşı içəri daxil olmuşdur. O, qardaşı ilə birlikdə evə girmiş həmin evdə heç nə tapa bilməmişdir, sonradan qardaşı Rövşən heç nə tapa bilmədikləri üçün televizoru götürüb evdən uzaqlaşmağını istəmişdir. Onlar evdən uzaqlaşan zaman onunla mübahisə etmişdir ki, niyə evi axtarmağına icazə vermədin. Sonradan Rövşən ondan uzaqlaşmış və o, yenidən həmin evə geri qayıtmışdır, bir müddət evi axtardıqdan sonra pulları tapmışdır. Pullar avro və dollardan ibarət olmuşdur, oğurladığı pullar təxminən 67.000 manat miqdarında olmuşdur. O, sonra evdən çıxaraq oradan uzaqlaşmışdır. O, həmin puldan qardaşına təxminən 300-500 dollar pul vermişdir. Onun tərəfindən edilmiş oğurluqda Təqsirləndirilən şəxs3 iştirak etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır və onunla bir ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyırlar, belə ki, bir həyətdə böyümüşlər. xx xxxxxx 2019-cu il tarixində bayram günü olduğu üçün və pulları olmadığı üçün qardaşı Rüstəmlə belə bir qərara gəlmişlər ki, hardansa pul əldə edib bayram keçirərlər. Onlar ərazini bir az gəzdikdən sonra qardaşı Rüstəm hasardan içəri girmişdir, sonra darvazanı açmış və o, həyətə daxil olmuşdur. O, qardaşı ilə birlikdə evə girmiş, həmin evdə heç nə tapa bilməmişdir, sonradan o, heç nə tapa bilmədikləri üçün televizoru götürüb evdən uzaqlaşmaqlarını istəmişdir. Onlar evdən uzaqlaşan zaman Rüstəm onunla mübahisə etmişdir ki, niyə evi axtarmağıma icazə vermədin. Sonradan o Rüstəmdən uzaqlaşmışdır. Rüstəmin sonradan həmin evə qayıtmasından xəbəri olmamışdır. Evə gəldikdən sonra Musanın evdə olduğunu görmüşdür. Musaya bir televizor olduğunu demiş və onu neçəyə sata biləcəyini soruşmuşdur. Musa televizoru əlinə götürərək baxmışdır, sonradan televizoru satmağın təhlükəli olduğunu demişdir. O da həmin televizoru gizlətdiyi yerə ataraq ordan uzaqlaşmışdır. Sonradan qardaşı Rüstəm ona təxminən 300-500 dollar pul vermişdir. O bu pulun onda olmasından şübhələnsə də, həmin evdən oğurladığı ağlına gəlməmişdir. Onlar oğurluğa gedən zaman Təqsirləndirilən şəxs3 onların yanında olmamışdır. Musanın gözləri görmür və ümumiyyətlə ağır şəkər xəstəsi olduğu üçün vəziyyəti yaxşı deyilmiş. O Musanı hadisədən bir gün qabaq görmüş və oğurluq vaxtı Musa onlarla birlikdə olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2011-ci ildə bütün əmlakını satmış və qalmağa yeri olmadığı üçün Rüstəm və Rövşənlə qalmağa başlamışdır. Özü ağır şəkər xəstəsidir və xəstəlik səbəbindən gözləri görmür. Onun baş vermiş oğurluq hadisəsindən xəbəri olmamış və oğurluqda iştirak etməmişdir. Həmçinin o, saxlanılarkən onun üzərindən metadon dərman preparatı aşkar edilməmişdir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyətlər olduğu üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə bayram günü olduğu üçün və pulları olmadığından qardaşı Rövşənlə belə bir qərara gəlmişlər ki, hardansa pul əldə edib bayram keçirsinlər. Bu məqsədlədə həyətdən dəmirdən olan lomuda hər ehtimala qarşı özləri ilə götürmüşlər. Qardaşı Rövşənlə və Msusa ilə Corat qəsəbəsi ərazisini gəzmişlər ki, harda münastib ev varsa oğurluq etsilər. Saat təxminən 00:30 radələrində artıq ayın xx.xx.2020-ci ilə keçmiş oğurluq etdikləri evin yanından keçəndə görmüşlər ki, həmin evin işıqları yanmır. Onlar həmin evdən oğurluq etmək qərarına gəlmiş və həmin evin hasarından içəriyə keçmişlər. Ev birmərtəbəli yerdən tikilmiş və evin pəncərələri dəmir barmaqlıqları vardır. Evin giriş qapısı dəmir qapıdan olduğundan həmin dəmir qapını özləri ilə götürdükləri lomla qapıya müdaxilə etmişlər ki, açsınlar. Lakin qapını aça bilmədiklərinə görə qardaşı Rövşən qapının yuxarısında olan şüşəni əli ilə sındırraraq oradan içəriyə daxil olmuşdur. Həmin vaxt şüşə Rövşənin əlini kəsmiş, Musa ilə o bayırda qalmış Rövşən evə həmin şüşəni sındırdığı yerdən keçərək evin qapısını arxadan açdıqdan sonra Musa bayırda qalmış ki, gələn olsa onlara məlumat versin. O qapıdan evə daxil olmuş və evi axtaranda evin otağının birində divara bərkidilmiş televizor və Tip-lik aparatını götürüb bayıra çıxaraq həyətdə Rövşəni gözləmiş, Rövşən isə digər otağa girərək oranı axtarmağa başlamış, bir neçə dəqiqədən sonra Rövşən evdən çıxmaış və ona bildirmişlər ki, evdən pul tapıb. Onlar birlikdə sınmış şüşəni və oğurladıqları əşyalarıda götürüb həyətdən çıxmış, şüşələri götürməkdə məqsədləri o olmuşdur ki, Rövşənin əlinin izi və qanı həmin şüşələrin üzərində olmuşdur. Onlar yaşadıqları evə gedərkən pulun çox olmasını görüb fikirləşmişlər ki, televizorla Tp-link onlara lazım deyil. Ona görə də televizorla Tplinki Corat qəsəbəsi ərazisində yerləşən məktəbin həyətində olan zibil yeşiyinə ataraq oradan Musayla yaşadıqları evə getmişlər. Evdə baxıb görmüşlər ki, oğurladıqları pul Avro və ABŞ dollarıdır. Evdə pulu saymadan öz aralarında dənə-dənə bölmüşlər. Ona düşən puluda saymamış və gecəni evdə qalmışlar. Səhərisi günü hava işıqlanandan sonra Musa harasa çıxıb getdiyindən, onunla qardaşı Rövşən bazara getmiş və bazarlıq edib evə gəlmişlər və iki gün evdən bayıra çıxmamışlar. İki gündən sonra qardaşı Rövşənlə birlikdə Sumqayıt şəhərini gəzmişlər və pulun bir hissəsini borclarına digər hissəsini isə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Həmin puldan 200 manata özünə mobil telefon almışdır. Pulun bir hissəsini isə özlərinə sifətdən tanıdıqları lakin harada qaldığını bilmədikləri şəxslərdən narkotik vasitə alıb istifadə etmişlər. Oğurladıqları pulun bir hissəsini Sumqayıt şəhərində yerləşən Əmrah bankda bir hissəsini isə Sumqayıt şəhərində yerləşən Texnikui Bankda manata çkevmişlər. Hər iki bankdan dəyişdirdikləri Avro və ABŞ dollarına görə 10-13 min manat pul əldə etmişlər. xx.xx.2020-ci il tarixdə özü tək Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Dədəqorqud restoranının yanında yerləşən Avtosalonda bokusçu Elvinin qardaşı adını bilmədiyi şəxsdən 14300 manata Fosfagen markalı avtomaşın almış, 250 manat isə həmin avtomaşını öz adına sənədləşdirmək üçün xərcləmişdir. Qalan pulu isə sayını dəqiq bilməmiş və idirə etdiyi avtomaşında qoymuşdur. Sonra saat təxminən 13 radələrində o yaşadığı evə getmiş və orada qardaşınıda götürüb Sumqayıt şəhəri Tağıyev qəsəbəsi ərazisində yaşayan bibisi Naziləyə baş çəkməyə getmişlər, lakin bibisi Nazilə evdə olmadığı üçün yenidən Sumqayıt şəhərinə qayıdanda Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gələn dənizkənarı yolda onları polis əməkdaşları saxlayıb Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər və idarədə etdikləri oğurluğu etiraf etmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə bayram günü olduğu üçün və pulları olmadığından qardaşı Rüstəm belə bir qərara gəlmiş ki, hardansa pul əldə edib bayram keçirsinlər. Bu məqsədlədə həyətdən dəmirdən olan lomuda hər ehtimala qarşı özləri ilə götürmüşlər. Qardaşı Rövşənlə və sonradan da Musa ilə Corat qəsəbəsi ərazisini gəzmişlər ki, harda münastib ev varsa oğurluq etsinlər. Saat təxminən 00:30 radələri artıq ayın xx.xx.2020-ci ilə keçmiş oğurluq etdikləri evin yanından keçəndə görmüşlər ki, həmin evin işıqları yanmır. Onlar həmin evdən oğurluq etmək qərarına gəlmiş və həmin evin hasarından içəriyə keçmişlər. Ev bir mərtəbəli yerdən tikilmiş və evin pəncərələri dəmir barmaqlıqları vardır. Evin giriş qapısı dəmir qapı olduğundan həmin dəmir qapını özləri ilə götürdükləri lomla həmin qapıya müdaxilə etmişlər ki, açsınlar. Lakin qapını aça bilmədikdə o qapının yuxarısında olan şüşəni əliylə sındırmış və oradan içəriyə daxil olmuşdur. Həmin vaxt şüşə onun əlni kəsmişdir. Musa ilə o bayırda qalmış Rövşən evə həmin şüşəni sındırdığı yerdən keçərək evin qapısını arxadan açmışdır. Musa bayırda qalmış ki, gələn olsa onlara məlumat versin. Rüstəm qapıdan evə daxil olmuş və evi axtaranda o evin yataq otağında paltar şkafından sellafanın içərisində xarici pul götürüb bayıra çıxaraq həyətdə gözləyən qardaşı Rüstəmin və Musanın yanına getmişdir. Həmin vaxt Rüstəm evdən televizor götürmüşdür. Onlar birlikdə sınmış şüşəni və oğurladıqları əşyalarıda götürüb həyətdən çıxmışlar. Şüşələri götürməkdə məqsədləri o olmuşdur ki, onun əlinin izi və qanı həmin şüşələrin üzərində qalmışdır. Onlar yaşadıqları evə gedərkən pulun çox olmasını görüb fikirləşmiş ki, televizorla Tip-link onlara lazım deyil. Ona görə də televizorla Tip-linki Corat qəsəbəsi ərazisində yerləşən məktəbin həyətində olan zibil yeşiyinin yanına ataraq oradan Musayla yaşadıqları evə getmişlər. Evdə baxıb görmüşlər ki, oğurladıqları pul Avro və ABŞ dollarıdır. Evdə pulu saymadan öz aralarında dənə-dənə bölmüşlər. Ona düşən puluda saymamış və gecəni evdə qalmışlar. Səhərisi günü hava işıqlanandan sonra Musa harasa getmiş, onunla qardaşı Rüstəm bazara getmiş və bazarlıq edib evə gələrək iki gün evdən bayıra çıxmamışlar. İki gündən sonra qardaşı Rüstəmlə birlikdə Sumqayıt şəhərini gəzmişlər və pulun bir hissəsini borclarına digər hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Həmin puldan Rüstəm 200 manata özünə mobil telefon almış, pulun bir hissəsini isə özlərinə sifətdən tanıdıqları lakin harada qaldığını bilmədikləri şəxslərdən narkotik vasitə alıb istifadə etmişlər. Oğurladıqları pulun bir hissəsini Sumqayıt şəhərində yerləşən Əmrah bankda bir hissəsini isə Sumqayıt şəhərində yerləşən Texnikui Bankda manata çkevirmişlər. xx.xx.2020-ci il tarixdə qardaşı Rüstəm özünə həmin puldan Fosfagen markalı avtomaşın almış, qalan pulu isə sayını dəqiq bilmir və qardaşının idirə etdiyi avtomaşında ayaqqabı karopkasına qoymuşdur. Sonra saat təxminən 13 radələrində o qardaşıyla Sumqayıt şəhəri Tağıyev qəsəbəsi ərazisində yaşayan bibisi Naziləyə baş çəkməyə getmişlər, lakin bibisi Nazilə evdə olmadığı üçün yenidən Sumqayıt şəhərinə qayıdanda Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gələn dənizkənarı yolda onları polis əməkdaşları saxlayıb Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər, idarədə etdikləri oğurluğu etiraf etmişlər. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.3.2, 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 20-25 ildir ki, tanıyır. Rövşən və Rüstəm qardaşlarları ilə əvvəllər bir həyətdə yaşamışdır. O Zərərçəkmiş şəxs evindən oğurluq olması ilə bağlı onu deyə bilər ki, onun həmin oğurluqda iştirakı ondan ibarət olub ki, xx.xx.2020-ci il tarixdə axşm vaxtı getmiş Rüstəmin və Rövşəninin yaşadığı evə. Həmin vaxt evdə Rövşən və Rüstəmdən başqa evdə heç kim olmayıb. O Rövşən və Rüstəmlə bir neçə saat oturub söhbət edəndən sonra evdən çıxmışlar ki, şəhər daxili gəzəsinlər görsünlər ki, münasib ev olsa oğurluq etsinlər. Bu məqsədlə də Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisinə gəlmişlər və orada bir mərtəbəli hasardan olan ev görmüşlər və həmin evin işıqları yanmadığından bir neçə dəqiqə kənarda dayanamışlar həmin evdə kimsə olmadığını görüb evin hasarından həyətə keçmişlər. Ev bir mərtəbəli olduğundan və evin giriş qapısı dəmirdən olduğu üçün onlar həmin qapını özləri ilə gətirdikləri dəmir parçası ilə evin qapısını açmaq istəsələrdə qapını aça bilməmişlər. Rövşən qapının yuxarısında olan şüşəni sındırmış və oradan içəri keçdikdən sonra arxadan qapını açmış, onunla Rüstəm içəriyə keçmişlər. Evin içərisini axtaranda onunla Rövşən yataq otağına keçmiş orada paltar şkafını və termonun siyirməsini axtaranda Rövşən paltar şkafında pul tapmış, bundan sonra onlar bayıra çıxmış və bayırda görmüşlər ki, Rüstəmdə televizor oğurlayıb. Onlar evin həyət darvazasını arxadan açıb evin həyətindən çıxaraq Rövşənin və Rüstəmin yaşadığı evə tərəf gedəndə yolda baxıb görmüşlər ki, oğurladıqları pul çoxdur. Ona görə də televizoru məktəbin həyətinə ataraq evə getmişlər. Rövşənin və Rüstəmin yaşadığı Corat qəsəbəsindəki evində Rüstəm cibindən az pul çıxamış, ona az pul düşmüş və o da pulu saymamışdır. Gecəni orada qalıb səhərisi günü o oradan çıxıb Sumqayıt şəhər ərazisində həmin pulların bir qismini öz şəxsi ehtiyaclarına, sifətdən tanıdığım lakin harada yaşamasını bilmədiyim şəxslərdən narkotik vasitə alıb qəbul etmiş pulun hamısını xərcləmişdir. Siqaret kağızına bükülmüş maddə ağrıkəsici dərman metadondur, həmin metadonu xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəmitndə sifətdən tanıdığı lakin harada qalmasını bilmədiyi İlqar adlı şəxsdən özü üçün almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında həyat yoldaşı Şahid1yla və qaynanası Durna Qasımova ilə birlikdə yaşayır. Əvvəllər Bakı şəhəri Yasamal rayonu Vidadi 59-da yaşayırmışlar, hazırda qaldıqları evdə qaynı Bəxtiyar Abdulla yaşayırdı. X15 2019-cu ilin aprel ayında ailəsi ilə birlikdə Almaniyaya köçərək orada yaşadığına görə, o, həyat yoldaşı Tahirə ilə birlikdə qaynanası tək qalmasın deyə qaynanasının yaşadığı Sumqayıt şəhərindəki hazırda yaşadığı evə köçmüşdür. Ona məxsus Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Axundov küçəsindəki iki otaqlı məqnzili söküntüyə düşdüyü üçün həmin evə görə ona 51 (əlli bir min) manat pul verilmişdir. Bundan başqa o Bakı şəhəri Bəşir Səfərov küçəsində isə iki otaqlı balaca mənzili vardı və həmin evidə 54000 manata satmışdır. Bundan başqa özüdə biraz pul yığmışdır. 2019-cu ilin dekabr ayında Abşeron rayonu Saray qəsəbəsində 10 sot, sotunu 3000 manata, ümumilikdə 30000 manata boş torpaq sahəsi almış ki, həmin yerdə ev tiksin. O qalan pulu isə Evro və ABŞ dollarına dəyişərək yaşadığı evin yataq otağında paltar şkafının rəfində saxlayırdı. Həmin pulun 31450 manatı Evro, 4300 manatı isə ABŞ dolları idi. Onlar hər il olduğu kimi yeni ili Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində həyat yoldaşı Fikrət Səmədovla yaşayan baldızı Xatirənin evində keçrirdilər. Bu ildə həmişəki kimi xx.xx.2019-cu il tarixdə saat 12 radələrində yaşadıqları evdən o, həyat yoldaşı Tahirə və qaynansı Durna həyat yoldaşının idarə etdiyi «Fort Fiesta» markalı **-ZO-*** dövlət nömrə nişanlı avtomaşınıyla baldızı Xatirənin yaşadığı evə getmişlər. Baldızı evində biraz qalandan sonra o Bakı şəhərinə getmək üçün Tahirənin maşını ilə Tahirə ilə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisindən saat 15:30 taksi ilə Bakı şəhərinə getmişdir. O musiqiçi olduğum üçün «Çanaq Qala» restoranına getmiş orada Sintizatorda ifa edəndən sonra xx.xx.2020-ci ildə saat 04 radələrində işdən çıxıb Bakı şəhərində olan evinə getmişdir. O evdə yatanda saat təxminən 16 radələrində mobil telefonuna baxıb görmüş ki, bacanağı Fikrət ona zəng vurub. O Fikrətin mobil telefonuna zəng vurmuş və Fikrətin telefonuna həyat yoldaşı Tahirə cavab verərək bildirmiş ki, evdən pul, telefizor və Tip-link aparatı oğurlanıb. Biraz keçmiş ona Sumqayıt şəhər Pİ-nin 1-ci PB-dən zəng vuraraq onu bölməyə dəvət etmişlər. O da bölməyə gələndən solnra ona məlum oldu ki, kimsə yaşadığı evin qapısı üzərində olan şüşəni sındıraraq oradan evə daxil olub, evdən qonaq otağında olan köhnə işlənmiş təxminən 150 manat qiyməti olan tarixini və hara istehsalı olmasını bilmədiyim 81 dioqnallı «LG» markalı televizor, 25 manat olan TİP-LİNK aparatı, yataq otağında paltar şkafında rəfdə sellofan torbada saxladığım 59126 manat dəyərində 31450 evro və 7310 manat dəyərində 4300 ABŞ dolları pulun oğurlandığını ona həyat yoldaşı Tahirə demişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, cinayət işi üzrə ibtidai istintaq zamanı ona dəymiş 66.611 manat ziyandan 39.000 manatı qaytarılmış və qalan 27.611 manatın ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təxminən üç ay əvvəl hal hazırda işlədiyi Sumqayıt şəhəri «Sülh» küçəsində yerləşən “Car 039” avtosalonu icarə əsasında işlədir. Həmin salonda avtomaşın sahibləri öz satmaq istədikləri maşınları gətirib qoyur, o da həmin avtomaşınların üzərinə müəyyən məbləğ qoyaraq həmin avtomaşınların satışı ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, o, işdə olan vaxt Təqsirləndirilən şəxs2 salona gəlmiş, Rüstəm salonda olan maşınlara baxaraq bildirmişdir ki, maşın almaq istəyir. O da Rüstəmə salonda olan maşınları göstərmişdir, Rüstəm maşınlara baxdıqdan sonra salonda olan ağ rəngli 2010-cu il buraxılışlı, **-HH-*** dövlət nömrə nişanlı, sedan tipli, “Volkswagen Passat CC” markalı avtomaşını bəyənmişdir. Həmin avtomaşını 14.300 manata satış müqabilində razılaşmışlar və sənədləşdirmə yolu ilə Rüstəmə satmışdır. Sonradan polis onu çağıranda bilmişdir ki, Rüstəm avtomaşını oğurladığı pulla almışdır. Onun Rüstəmin oğurluq etməsindən xəbəri olmamışdır və qanuni yolla həmin avtomaşını Rüstəmə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər X9 Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Sumqayıt şəhəri 16-cı mikrorayon Xudafərin küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq olmuşdur, həmin oğurluğa görə iki nəfər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları tutularaq istintaqa cəlb edilmişdir. Lakin həmin oğurluqda iştirak edən Təqsirləndirilən şəxs3 isə axtarılırmış. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər ərazisində idarənin polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Orada Təqsirləndirilən şəxs3 üzərində videoçəklişlə şəxsi axtarış aparılarkən şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs3 təklif edilmişdir ki, üzərində nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli qış paltosunun sağ cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş dərman tabletkasını, bir ədəd mişar tipli bıçağa oxşar dəmir, həmçinin digər sağ bayır cibindən isə xarici pasport, telefon, sol içəri cibindən isə pul çıxararaq təqdim etmişdir. Siqaretin kağızına bükülmüş tabletkanın nə olmasını soruşanda Musa demişdir ki, həmin tabletka ağrıkəsici dərmandır. Musanın üzərindən çıxan 215 manat pulu isə özünə məxsus avtomobili sataraq əldə etməsi ilə əlaqələndirmişdir. Bundan sonra Musanın üzərində və əl çantasında şəxsi axtarış keçirilmişdir. Lakin cinayət xarakterli əşya tapılmamışdır. Həmçinin Musa səmimi qaydada oğurluq etdiyini etiraf etmiş, ona evdən etdikləri oğurluqdan az pul düşdüyünü və pulun hamısını şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dinmdirilmiş Qədirov Möhöbbət Dəcəl oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 594 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs3 üzərindən» yazısı olan zərfdəki, bir (bir) ədəd “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metodin tərkibli dərman preparatıdır və 1 həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qr təşkil edir. Metadon adlı dərman preparatı “ Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi məhtudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. 1 həbdən 0,5 hissə tədqiqata sərf edilmiş, qalıq həbin ½ hissəsi. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş və ekspertiza sərfiyatından sonra qalıq qalmış metadon həbin 1/2 hissəsi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 705 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə, istismar müddəti fiziki və mənəvi köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərəkandə satış qiyməti təxminən – bir ədəd «LG» markalı, 81 dioqonallı istismar edilmiş vəziyyətdə televizor qəbuledicisi 150 manat, bir ədəd «TR-LİNK» markalı istifadə edilmiş internet modemi 25 manat müəyyən edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı bir ədəd «LG» markalı, 81 dioqonallı televizor qəbuledicisi və bir ədəd «TR-LİNK» markalı internet modemi işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2125№-li rəyindən görünür ki, ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər fərdi əlaməti əks olunmamışdır. ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs3 daktiloxəritəyə köçürülmüş sol əlin adsız barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papiliyar naxış izləri və 2 saylı daktilolentin səthindəki papiliyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əhəmiyyətə malik olmadığından şəxsiyyəti eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs3 məxsus əl-barmaq izləri sübutun bir növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı “Volkswagen Passat CC” minik markalı **-HH-*** dövlət nömrə nişanlı avtomaşın cinayət işi üzrə sübutun bir növü kimi tanınmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə avtomaşın üzərinə həbs qoyularaq Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin dayanacağında saxlanılır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 430 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20036-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını təstiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təstiq edilmiş 60 yaşdan yuxarı olan kişilər və 55 yaşdan yuxarı qadınlara, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3,7-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs3 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə vermiş olduğu ifadəsində digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 oğurluq cinayətində iştirak etməmələri ilə bağlı göstərdiyi xüsusatlar, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onların ifadəsi həmin hissədə məhkəmədə dindirilmiş zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, özlərinin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 barəsində olan ifadəsinə, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələri inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli yolla talamaqla külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmələri, həmçinin Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunusuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.1-ci maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 127.2.3, 228.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2015-ci il tarixdə şərti cəzanı çəkib qurtarmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzalarını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020ci il tarixdə tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1n cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı onun hazırki iş üzrə tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmış, ona dəymiş 66.611 manat ziyanın 39.000 manatının qaytarıldığını və qalan 27.611 manatın ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 27.611 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Volkswagen Passat CC” minik markalı **-HH-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və məhkəmə istintaqı zamanı müəyyən olundu ki, həmin avtomobil Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq cinayət hadisəsindən əldə etmiş olduğu pul vəsaiti hüsabına əldə olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası CM-nin 99-1.1.2 və 99-3-cü maddələrinə əsasən üzərinə həbs qoyularaq Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin dayanacağında saxlanılan “Volkswagen Passat CC” minik markalı **-HH-*** dövlət nömrə nişanlı avtomaşınla bağlı xüsusi müsadirə tətbiq edilməli və həmin avtomobil açıq hərracdan satılmaqla satışdan əldə olunan pul vəsaiti zərərçəkmiş şəxsə vurulmuş ziyan hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş digər müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza sərfiyatından sonra qalıq qalmış metadon həbin 1/2 hissəsi məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd «LG» markalı, 81 dioqonallı televizor qəbuledicisi və bir ədəd «TP- LİNK» markalı internet modemi Zərərçəkmiş şəxs təhvil verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 225,29 (iki yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 01 saylı vəkil bürosunun vəkilləri X4, X6 və X11 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün 150 (bir yüz əlli) manat miqdarında pul ödənilməlidir. Məhkəmə istintaqı zamanı Bakı şəhər Pro Bono vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 oğluna hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri ProBono Vəkil Bürosunun nəfinə hər biri üçün 200 (iki yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Zərərçəkmiş şəxs tərəfində verilmiş mülki iddia təmin edilsin, 27.611 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyularaq Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin dayanacağında saxlanılan “Volkswagen Passat CC” minik markalı **-HH-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti Zərərçəkmiş şəxs vurulmuş ziyan hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza sərfiyatından sonra qalıq qalmış metadon həbin 1/2 hissəsi məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd «LG» markalı, 81 dioqonallı televizor qəbuledicisi və bir ədəd «TP- LİNK» markalı internet modemi Zərərçəkmiş şəxs təhvil verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 225,29 (iki yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 01 saylı vəkil bürosunun vəkilləri X4, X6 və X11 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün 150 (bir yüz əlli) manat miqdarında pul ödənilsin. Məhkəmə istintaqı zamanı Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 oğluna hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri ProBono Vəkil Bürosunun nəfinə hər biri üçün 200 (iki yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar