Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-166/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 24, mənzil 58-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 47, mənzil 1N-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonunda, “Papanin” kimi adlanan ərazidə «Cavid» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4,192 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edərək yaşadığı ünvan 1 ünvana daşımaqla orada saxlamış və satışını həyata keçirmək üçün həmin narkotik vasitəni 3,991 qram, 0,171 qram, 0,019 qram, 0,006 qram və 0,005 qram çəkilərdə 05 ədəd ayrı-ayrı bükümlərə bölmüş, xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində əvvəlcədən aralarında olan razılığa əsasən qeyd edilən narkotik vasitə - heroinin 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,171 qram hissəsini «Qorxmaz» adlı şəxsə 10 manata satmaq üçün yaşadığı mənzildə qrup üzvü Təqsirləndirilən şəxs2 təqdim edib bunun müqabilində sonuncuya istifadəsi üçün 01 büküm heroin verəcəyini vəd etmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitəni qəbul edib, üzərində saxlamaqla, satmaq üçün mənzildən çıxaraq Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının qarşısına getmək istədikdə həmin gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 24 nömrəli evin giriş hissəsində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına dəvət olunmuş, əməliyyat tədbirinin davamı olaraq qeyd edilən gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanında axtarış aparılan zaman mənzilin dəhlizində olan idman ayaqqabısının altından 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 3,991 qram, həmin dəhlizdə qara rəngli kişi ayaqqabısının sol tayının içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə 0,019 qram, yataq otağında olan plasmas qutuda 02 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,006 qram və 0,005 qram olmaqla, ümumi təmiz çəkisi 4,021 qram, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra isə Bakı şəhəri, Nizami RPİnin 24-cü polis şöbəsinin inzibati binasında qrup üzvü Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin 0,171 qram, narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür Bundan başqa Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonunda, “Papanin” kimi adlanan ərazidə «Cavid» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 4,192 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək yaşadığı ünvan 1 ünvana daşıyaraq orada saxlamaqla satışını həyata keçirmək üçün həmin narkotik vasitəni 3,991 qram, 0,171 qram, 0,019 qram, 0,006 qram və 0,005 qram çəkilərdə 05 ədəd ayrı-ayrı bükümlərə bölmüş, o, əvvəlcədən aralarında olan razılığa əsasən öz istifadəsi üçün bir büküm heroin veriləcəyi vədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində qeyd edilən narkotik vasitə - heroinin 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,171 qram hissəsini «Qorxmaz» adlı şəxsə 10 manata satmaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə sonuncudan qəbul edib, üzərində saxlamaqla, mənzildən çıxaraq Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının qarşısına getmək istədikdə həmin gün, yəni xx xxxxxxx 2019- cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 24 nömrəli evin giriş hissəsində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilməsi üçün polis şöbəsinin inzibati binasına dəvət olunmuş, əməliyyat tədbirinin davamı olaraq qeyd edilən gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən qrup üzvü Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında axtarış aparılan zaman mənzilin dəhlizində olan idman ayaqqabısının altından 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 3,991 qram, həmin dəhlizdə qara rəngli kişi ayaqqabısının sol tayının içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə 0,019 qram, yataq otağında olan plasmas qutuda 02 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,006 qram və 0,005 qram olmaqla, ümumi təmiz çəkisi 4,021 qram, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra isə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin inzibati binasında onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin 0,171 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, 2019-cu ilin oktyabr ayının 14-də evdə, mətbəxdə olan zaman, polis əməkdaşlarının gəldiklərini görmüşdür. O, qaçmaq üçün qapıdan çıxan zaman qonşu tərəfdən hamamın üstündən evə soxulub onu yaxalamışlar. Həmin vaxt üzərində olan narkotik maddəni kənara atmış, sonra həmin bükümü polis əməkdaşları götürüb onunla bir yerdə bölməyə aparmışlar. Lakin, bildirmək istəyir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, kiminləsə əlbir olub narkotik satmamışdır. O, özü narkotik vasitə qəbul edəndir, həmin narkotik vastəni də öz istifadəsi üçün almış və üzərimdə saxlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, təxminən bir ildir ki, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur və Zaurda narkotik vasitələrdən istifadə edir. xx xxxxxxx 2019-cu il tarixdə günorta, Zaurun yaşadığı evə getmiş, evdə olan zaman Zaurun qəbul etdiyi narkotik vasitədən öz istifadəsi üçün bir çet götürmüş və mənzildən çıxmışdır. Zaurun yaşadığı binanın ümumi giriş hissəsinə gəldikdə təxminən saat 15 radələrində bir neçə polis əməkdaşı yaxınlaşıb haradan gəldiyini soruşduqda o, polis əməkdaşlarına həmin binanın 58-ci mənzilində yaşayan əmisi oğlu Zaurun evindən gəldiyini dedikdə polis əməkdaşları onu avtomobilə mindirərək 24-cü Polis Şöbəsinə aparmışlar. Bir qədər Polis şöbəsində gözlədikdən sonra polis əməkdaşları Zauru da 24-cü polis şöbəsinə gətirmişlər. Bundan sonra Polis Şöbəsində onun üzərimə baxış keçirmişlər, baxış zamanı üzərində olan bir çet narkotikanı çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Ağadadş qızı ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində evə gələn zaman qapının açıq olduğunu görmüşdür. Evə girəndə polis əməkdaşlarının evdə olduqlarını bilmişdir. Həmin vaxt polis əməkdaşları evdən narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşlarının yanından çıxıb digər otağa getmişdir. Bir qədər sonra polis əməkdaşları Zauru götürüb Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, belə bir şey olsaydı onun məlumatı olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə əməliyyat yolu ilə ünvan 2 saylı ünvanda qeydiyyatda olan və yaşayan Zaur adlı şəxsin yaşadığı mənzildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat məruzə olunduqdan və əməliyyat qurupu yaradılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olan Zaur adlı şəxsin yaşadığı mənzildə təxirə salınmaz istintaq hərəkətləri keçirilməsi üçün Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 24 mənzil 58 saylı ünvana getmişlər. Həmin binanın giriş hissəsində özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs adının Bəyməmməd olduğunu və mənzil 58-də yaşayan Zaurun əmisi oğlu olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs xidməti avtomobilə mindirilib PŞ-nə göndərilmişdir. Sonra əməliyyat qrupunun üzvləri ilə Rüstəm Rüstəmov küçəsi 24, mənzil 58 saylı ünvana gəlmişlər, qapını açan mənzilin sahibəsi Şahid9 özlərini təqdim edib mənzildə axtarış tədbiri keçirməli olduqlarını bildirmişlər. Bu zaman Şahid9 etiraz etməmiş və mənzildə axtarış edə biləcəklərini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bu zaman mənzildə Təqsirləndirilən şəxs1 və anası Sahibədən başqa heç kim olmamışdır. Axtarış zamanı mənzilin dəhlizində döşəmənin üzərində düzülmüş boz rəngli idman ayaqqabısının altında şəffaf sellofana bükülmüş xarici görünüşündən narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddənin heroin olduğunu və öz istifadəsi üçün gizlətdiyini bildirmişdir. Bundan sonra mənzilin dəhlizində olan qara rəngli kişi ayaqqabsının sol tayının içərisindən siqaretin ağ rəngli kağızına bükülmüş heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddənin də narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mənzilin yataq otağında aparılan axtarış zamanı döşəmənin üzərində səliqəsiz halda atılmış xalçanın üzərindən götürülən şəffaf rəngli plasmas qabın içində iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin bükülüdə olan maddələrin də narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin plasmas qabda bükülüdə ağ rəngli maddə aşkar olunmuş, Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükülüdə olan maddələrin limon duzu olduğunu bildirmişdir. Bundan sonra yataq otağında olan karton qutunun içərisində bir ədəd silindir formalı əşya aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin silindirik əşyanı narkotik vasitə metomfetaminin istifadəsində istifadə etdiyini bildirmişdir. Mənzilin digər otaqlarında axtarış zamanı başqa qanunsuz maddə olub olmadığı soruşulduqda Təqsirləndirilən şəxs1, mənzildə başqa narkotik vasitə olmadığını, polis əməkdaşlarının gəlməsindən 10 dəqiqə əvvəl əmisi oğlu Bəyməmmədə bir ədəd büküm verdiyini və 10 manat müqabilində Neftçilər metosunun yaxınlığında «Qorxmaz» adlı şəxsin Bəyməmmədə yaxınlaşıb alacağını bildirmişdir. Bundan sonra mənzildə axtarışı yekunlaşdırılmış və Təqsirləndirilən şəxs1 Nizami RPİ-nin 24-cü PŞ-nə aparılmışdır. Orada əvvələcədən saxlanılmış Təqsirləndirilən şəxs2 dəvət edilmiş, hal şahidlərinin iştirakları ilə üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu zaman, heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd büküm təqdim etmişdir. Sorğu zamanı həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və polis əməkdaşları tərəfindən saxlanılmadan təxminən 5-10 dəqiqə qabaq əmisi oğlu Təqsirləndirilən şəxs1 ona öz evində verdiyini, Neftçilər metrostansiyasının yaxınlığında onu gözləyən «Qorxmaz» adlı şəxsin ona zəng edib 10 manat müqabilində narkotik vasitəni ondan alacağını, sonra gətirib həmin 10 manatı Zaura təhvil verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr hal şahidlərinin iştirakları ilə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AR DİN-nin Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində şəxsi işləri ilə bağlı Nizami rayonu, Rüstəmov küçəsi 24 saylı ünvanın qarşısından keçərkən 4 nfər mülkü formada polis əməkdaşları ona yaxınlaşıb binada mənzillərdən birində narkotik vasitə olduğunu bildirib keçirəcəkləri axtarış tədbirində hal şahidiliyi etmək üçün onlarla getməyini xahiş etmişlər. O, həmin polis əməkdaşı ilə birlikdə Nizami rayonu, Rüstəmov küçəsi 24 saylı binanın axırıncı girişinin 2-ci mərtəbəsinə qalxmış və mənzilə daxil olmuşdur. Orada ondan başqa bir nəfərdə hal şahidi qismində çağrılmış əvvəllər tanımadığı şəxsin olduğunu görmüşdür. Mənzildə axtarış aparılarkən ayaqqabının içərisindən şüşə deyilən bir şey götürmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə günü Neftsçilər ərazisindən keçərkən polis əməkdaşı ona yaxınlaşmış və ona bildirmişlər ki, saxlanılan şəxsin üzərinə baxış keçiriləcək, onun da həmin baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Birlikdə bölməyə gəlmişlər, təqribən orada 4-5 nəfər adam olmuşdur. Həmin vaxt orda Bəyməmməd cibindən bir büküm çıxarıb masanın üzərinə qoymuşdur ki, ona aiddir. Qalan şeylər yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Nizami məhkəməsinin yanında avtoyuma sexində işləyir. Hadisə günü işdən çıxanda ona mülki geyimli şəxslər yaxınlaşıb bildirmişlər ki, saxlanılan şübhəli şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməlidir. O, razılaşmış və birlikdə 24-cü polis bölməsinə gəlmişlər. Orada otaqda tanımadığı şəxsdən üzərindən maddə olub olmadığını soruşmuşlar, sonra həmin şəxs üzərində olan bir bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra protokol tərtib olunmuş və o da həmin protokolu imzam ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 8 ədəd bükülünün içərisində maddələr və bir ədəd üzərində «şüşə qab» yazısı olan paketdə, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 3,991 qram və 3 ədəd “gümüşü” rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,019qr, 0,006qr, 0,005qr ümumi təmiz çəkisi 4,021 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd şüşə qabın içərisində narkotik vasitə olan heroinin izləri vardır. (Qeyd: heroinin təmiz çəkisi 4,021 qr, tədqiqata sərf edildi 0,15 qr, qalıq 3,871 qr) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25786 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs2 üzırindən götürülmüş...” yazısı olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,171 qrolan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs2 götürülmüş heroin, Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə (25785 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. (Qeyd: heroinin təmiz çəkisi 0,171 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,121 qr). Təqsirləndirilən şəxs1 götürülmüş heroinin təmiz çəkisi 3,871 qr, tədqiqata səfr edildi 0,1 qr, qalıq 3,771 qr) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2994 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 741 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 4,021 qram çəkidə narkotik vasitə olan heroin Nizami RPİ-nin İŞ-nin sabiq müstəntiqi Vüqar Məcidov tərəfindən xx.xx.2019cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,771 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutarın saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0.171 qram çəkidə narkotik vasitə olan heroin Nizami RPİ-nin İŞ-nin sabiq müstəntiqi Vüqar Məcidov tərəfindən xx.xx.2019cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq 0,121 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutarın saxlama kamerasına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə hüquqi qiymət verən məhkəmə hesab edir ki, onlar məhkəmə istintaqı zamanı fərqli ifadə verərək narkotik vasitələrin satışı ilə məşqul olmamaları barədə ifadələr verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsüf edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2014-cü il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri təqsirli bilinərək 04 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2018-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 03 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş xx xxx 2018-ci il tarixdə cəzasını tam şəkildə çəkib qurtarmışdır. Qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdan gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4,-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və yenidən qəsdən ağır cinayət törətməsinə görə onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon İdarəsinin xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanun”una əsasən 05.oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək xx xxxxxxx 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 2 –ci Qarabağ müharibəsində Kəlbəcərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medalla təltif olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanun”una əsasən 05.oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilməsini və 2 –ci Qarabağ müharibəsində Kəlbəcərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medalla təltif olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür, odur ki, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğun hesab edilir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və cəzasının əvvəli hökm elan edildiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nizami rayon polis idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 3,771 qram heroin və 0,121 qram heroin məhv edilməlidir İş üzrə məhkəmə xərcləri 228 manat təqsirləndirilən şəxslər arasında bölünərək 114 manat Təqsirləndirilən şəxs1 və 114 manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Pro-Bono vəkil bürosunun vəkili Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Pro-Bono vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami rayon polis idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 3,771 qram heroin və 0,121 qram heroin məhv edilsin İş üzrə məhkəmə xərcləri 228 manat təqsirləndirilən şəxslər arasında bölünərək 114 manat Təqsirləndirilən şəxs1 və 114 manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, Müdafiəçi2, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-166/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-166/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver