Məhkəmə qərarları › İş №1(101)-1687/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1687/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1687/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının sədri vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək qəsdən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, ümumi yığıncağının 28 yanvar 2025-ci il tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin təsisçiliyi ilə “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyi adlandırılaraq 10 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 15 may 1992-ci il tarixdə İ təsis konfransında təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının 29 dekabr 1993-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının İV Hesabat - Seçki Konfransının 16 noyabr 2007-ci il tarixli qərarı ilə hüquqi şəxsin sədri vəzifəsinə təyin olunmaqla 24 dekabr 2024-cü il tarixədək həmin vəzifədə işləyərkən təşkilatın işlədiyi dövrdə qüvvədə olan nizamnaməsinə əsasən tələbə və gənclərin idmana olan tələbatlarının ödənilməsində imkanların yaradılması, tələbə və gənclər arasında idman yarışlarının keçirilmə sisteminin təşkili və təkmilləşdirilməsi, bədən tərbiyəsi və idman sahəsində ali məktəblər arası infrastrukturun inkişafi, beynəlxalq aləmdə, dövlət, ictimai təşkilatlarda tələbə və məktəbli idmançıların marağının qorunması, başqa dövlətlərin, həmçinin tələbə və orta-ixtisas məktəbli gənclərin idman ittifaqları ilə, həmçinin X5 Federasiyası (FİSU) ilə əməkdaşlığın inkişafı, özünüidarəetmənin inkişafı, iş keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ali və orta ixtisas təhsil ocaqlarının müəllimləri və işçiləri, idman klubları və bədən tərbiyəsi kollektivlərinin işçi aktivinin təkmilləşdirilməsi, cəmiyyətin üzvlərinə maddi kömək edilməsinin təşkili, Respublika ali və orta ixtisas məktəblərində kütləvi bədən tərbiyəsi işinin inkişafı məqsədi ilə kommersiya idman tədbirlərinin keçirilməsi, ali və orta ixtisas məktəblərinin, akademiya və elm təşkilatlarının “Gənclik” cəmiyyətinə cəlb olunması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 03 dekabr 2007-ci il tarixdə “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və Tədris-İdman şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş cinayətdən xəbərsiz Şahid2 2018-ci ilin dekabr ayından işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verməyərək həmin müddətdə sədri olduğu cəmiyyətdə 2018-ci ilin dekabr ayından 2024-cü ilin dekabr ayınadək olan müddət ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabellərinə tamah niyyətilə guya sonuncunun hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil etdirib Təşkilati işlər və kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid5 tərəfindən imzalanmasına nail olaraq üzərində “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurası yazılmış möhürlə təsdiq etməklə həmin sənəd əsasında Şahid2 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində köçürülmüş 25.795,72 manat məbləğində vəsaitin X15 cəmiyyətinin cinayətdən xəbərsiz işçiləri Şahid4, X8 və Şahid6 tərəfindən Şahid2 adına olan 4127 2081 0782 1117 və 4127 2081 2964 4042 nömrəli əmək haqqı bank kartları vasitəsiylə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarılıb özünə verilməsini təmin edərək, cəmi 25.795,72 (iyirmi beş min yeddi yüz doxsan beş manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib mənimsəməklə, həmçinin, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 31 oktyabr 2014-cü il tarixdə “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və Beynəlxalq Əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş cinayətdən xəbərsiz Şahid3 2019-cu ilin dekabr ayından işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verməyərək həmin müddətdə sədri olduğu cəmiyyətdə 2019-cu ilin dekabr ayından 2024-cü ilin noyabr ayınadək olan müddət ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabellərinə tamah niyyətilə guya sonuncunun hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil etdirib Təşkilati işlər və kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid5 tərəfindən imzalanmasına nail olaraq üzərində “X14 İdman Cəmiyyəti Azərbaycan Respublika Şurası” yazılmış möhürlə təsdiq etməklə həmin sənəd əsasında Şahid3 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində köçürülmüş 20.914,66 manat məbləğində vəsaitin X15 cəmiyyətinin cinayətdən xəbərsiz işçiləri Şahid4 və Şahid6 tərəfindən Şahid3 adına olan 5167 5133 4261 6653, 5167 5133 4125 8069, 5167 5133 4004 5681, 5167 5133 3056 7876, 4127 2081 2628 3075 nömrəli əmək haqqı bank kartları vasitəsiylə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarılıb özünə verilməsini təmin edərək, cəmi 20.914,66 (iyirmi min doqquz yüz on dörd manat altmış altı qəpik) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib mənimsəməklə, həmçinin, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 01 aprel 2014-cü il tarixdə “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının Tədris-İdman şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmiş cinayətdən xəbərsiz Şahid1 2020-ci ilin aprel ayından işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verməyərək həmin müddətdə sədri olduğu cəmiyyətdə 2020-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayınadək olan müddət ərzində hər ay üçün ayrılıqda tərtib edilən “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabellərinə tamah niyyətilə guya sonuncunun hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil etdirib Təşkilati işlər və kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid5 tərəfindən imzalanmasına nail olaraq üzərində “X14 İdman Cəmiyyəti Azərbaycan Respublika Şurası” yazılmış möhürlə təsdiq etməklə həmin sənəd əsasında Şahid1 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində köçürülmüş 24.112,3 manat məbləğində vəsaitin X15 cəmiyyətinin cinayətdən xəbərsiz işçisi Şahid6 tərəfindən Şahid1 adına olan 4127 2081 0100 4298, 4127 2081 1025 5113, 4127 2081 2908 0163 nömrəli əmək haqqı bank kartları vasitəsiylə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarılıb özünə verilməsini təmin edərək, ümumilikdə 24.112,3 (iyirmi dörd min yüz on iki manat otuz qəpik) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib mənimsəməklə, qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 70.822,68 (yetmiş min səkkiz yüz iyirmi iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək qəsdən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 179.3.2 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyi 1992-ci ildə fəaliyyətə başlamışdır. İlk öncə təlimatçı, daha sonra baş təlimatçı, şöbə müdiri, 10 il müavin vəzifələrində çalışmışdır. 2007-ci ildə təşkilatın rəhbəri vəzifəsinə seçilmişdir. İş struktrlarına əsasən, ali və orta təhsil müəssisələrində idman tədbirləri keçirmiş, yığma komandaları yarışlara çıxarmışlar. Ümumiyyətlə, böyük işlər görmüşlər. 2012-ci ildə Gənlər və İdman Nazirliyi tərəfindən “ilin ən yaxşı idman cəmiyyəti” adına layiq görülmüşlər. Ona tərəqqi medalı verilmişdir. Cənab Prezident də ona əməkdar idman xadimi adını vermişdir. Onların təşkilatlarına əmək haqqından başqa vəsait daxil olmamışdır. İctimai təşkilat olduqlarına görə idarənin təmiri, tikintisi, qaz, işıq pulunun hər birini özləri ödəməli olmuşlar. Beynəlxalq tədbirlərə getmək üçün, kargüzarlıq işlərini həll etmək üçün də vəsait lazım olmuş, buna görə bəzi çətinlikləri olmuşdur. Bu məqsədlər üçün pulları istifadə etmişdir, təqsirini bilir. 2024-cü ildə 36 faiz ürək çatışmazlığı olduğuna görə özü ərizə yazıb könüllü surətdə işdən çıxmışdır. Şahid2, Şahid3, Şahid1 2018, 2020-ci illərə kimi onlarla işləmişlər. Hansının nə vaxta kimi işlədiyini dəqiq xatırlamır. Onlarda işlər adətən ali və orta təhsil müəssisələrində olduğuna görə, işçiləri oraya yönləndirmiş və işə gəlməyib həmin müəssisələrə getmələrini demişlər. Onlar əksər hallarda işə gəlmirdilər, amma adlarına maaş yazılırdı. Pulu çıxarıb ona gətirmələrini tapşırmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, təşkilatlarını Həmkarlar İttifaqı Konfederasiyası maliyyələşdirirdi. SSRİ vaxtında Təşkilat yaradılmışdır, təşkilata daxil olan 10 cəmiyyətdən biri onlar olmuşlar. Onlara yalnız əmək haqqı verirdilər. İşçilərin sayı əvvəl 8-10 nəfər olmuş, son vaxtlar isə 27 nəfərə kimi artmışdır. Əmək haqqı 350-400 manat olmuşdur. Sonralar bir az qalxmışdır. Şahid2, Şahid3, Şahid1 olan borcunu təsdiq edir. Borcun 40.000 manatını ödəmişdir. Məhkəmədən səhhətini, Azərbaycan Respublikada idman sahəsində göstərdiyi fəaliyyətlərini, dörd nəvəsinin olmasını, ailə üzvlərinin işləməməsini nəzərə alaraq barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamla özünü tam təqsirli bilir. Ona istinad edilən cəmiyyətə məxsus külli miqdarda əmlakı mənimsəmə və vəzifə saxtakarlığı cinayət əməllərini törətmiş və səmimi olaraq peşmançılıq çəkir. 1992-ci ildən Azərbaycan Həmkarlar İttifaqları X1 X12 X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasında təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, 2007-ci ilədək sözügedən Şurada baş təlimatçı, şöbə müdiri və sədr müavini vəzifələrində işləmişdir. 2007-ci ilin noyabr ayından Şuranın sədri vəzifəsinə seçilmişdir. X14 İdman Cəmiyyəti Azərbaycan Respublikası Şurasının sədri olaraq vəzifə səlahiyyətləri il ərzində idman yarışlarının təşkilini həyata keçirməkdən, qalib olan komandaların ümumdünya yarışlarında iştirakını təmin etməkdən, həmçinin tabeliyində olan əməkdaşların gündəlik işə davamiyyətinə nəzarət etməkdən və s. ibarətdir. Gənclik KTİC 1998-ci ildən X7 Federasiyasının və 2007-ci ildən X11 Asossasiyasının üzvüdür. 2012 və 2020-ci illərdə Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi medalı” və “əməkdar idman xadimi“ adı ilə təltif edilmişdir. 2018-ci ildə X6 Assossasiyası “beynəlxalq idman professoru” adına layiq görülmüşdür. Cəmiyyət 15 may 1992-ci ildə İ təsis konfransında o vaxtkı adı ilə AHİŞ-in rəyasət heyətinin qərarına əsasən yaradılmışdır. Cəmiyyət ictimai birlikdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Həmkarlar İttifaqları X1 üzvü olmaqla əmək haqqlarını həmin təşkilat vasitəsiylə AHİK-dən almışlar. Ancaq təşkilat ictimai birlik olaraq müstəqil şəkildə cəmiyyətin konfransı və rəyasət heyəti tərəfindən idarə edilmişdir. Gənclik KTİC Azərbaycan Respublika Şurasının sədri 5 ildən bir təşkilatın konfransı tərəfindən seçilmişdir. 2015-ci ilədək Şurada təqribən 10-15 əməkdaş işləmişdir. 2017-ci ildən Azərbaycan Həmkarlar İttifaqları X3 tərəfindən şuralarında ştat vahidlərini artırılmış və ümumilikdə təqribən 27 əməkdaş işləməyə başlamışdır. Sədr işlədiyi dövrdə Şurada işçi kimi rəsmiləşdirilmiş 3 nəfər şəxs müəyyən səbəblərdən faktiki olaraq işə gəlməmişlər. Həmin şəxslərin əmək haqqı kartları onda olmuş və maaşları Şurada baş mütəxəssis vəzifəsində işləyən Şahid6 tərəfindən nağdlaşdıraraq hər ay ona təqdim edilmişdir. Rəhbərlik etdiyi təşkilatda adları müxtəlif vəzifələrə rəsmiləşdirmiş Şahid3, X4 və Şahid1 müxtəlif illər ərzində işə çıxmamışlar və həmin şəxslərin əmək haqqı kartları onda olmuşdur. Flora Mehrəliyevə 2018-ci ilin dekabr ayından, Şahid3 2019-cu ilin dekabr ayından, bacısı oğlu Şahid1 isə 2020-ci ilin aprel ayından işə çıxmamış və vəzifə funksiyalarını icra etməmişdir. O, göstərilən tarixlərdə həmin şəxslərin əmək haqqı kartlarını alaraq onları rəsmi olaraq işdən azad etməmişdir. Göstərilən şəxslərin əmək stajı davam etmiş, o da sonuncuların əmək haqlarını alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Onun göstərişiylə həmin şəxslərin adları Təşkilati işlər şöbəsinin müdiri Şahid5 tərəfindən Aparat işçilərinin əmək günləri cədvəlinə daxil edilərək işə davamiyyətlərinin olduğu göstərilmişdir. Həmin tabel Zümriyyə tərəfindən imzalanılmaqla ona təqdim edilmiş və tərəfindən cəmiyyətin möhürü üzərinə vurulmaqla təsdiqlənmişdir. Daha sonra həmin cədvəl maliyyə şöbəsinə təqdim edilərək əmək haqları işçilərin hesablarına köçürülmüşdür. Zümriyyə və baş mühasib Rəna ona dəfələrlə həmin şəxslərin işə gəlmədiklərini bildirmişdir. O isə həmin şəxslərə adı çəkilən işçilərin idman klublarına getməklə və onun tapşırıqlarını icra etməklə vəzifə funksiyalarını icra etdiklərini, sadəcə inzibati binaya işə gəlmədiklərini bildirmişdir. Şahid6 hər ay həmin şəxslərə məxsus əmək haqlarını nağdlaşdıraraq ona vermişdir. Həmin pul vəsaitinin müəyyən hissəsini idarənin xərclərinə, digər hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublikası Şurasına məxsus əmək haqqı kartları “ABB” -yə aiddir. Rəhbərlik etdiyi müəssisədə orta əmək haqqı vəzifələrə görə dəyişmiş və təqribən 350-700 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, işin gedişatının şahidi olmamışdır. Konkret orada Təqsirləndirilən şəxs əməlləri ilə bağlı hansısa qeydi yoxdur. Sadəcə olaraq hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin mövqeyini çatdırmaq istəyir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur və yekun olaraq qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar. 40.000 manat prokurorluğun depozit hesabına ödənilmişdir, amma onlara heç bir məbləğ çatmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur, amma barışıq da yoxdur. Bu səbəbdən də cəza məsələsi ilə bağlı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2024-cü ilin noyabr ayına qədər tələbə X9 baş mütəxəssis vəzifəsində işləmişdir. Xaricdə və Azərbaycanda keçirilən tədbirlərdə təşkilatçı kimi fəaliyyət göstərmişdir, 2020-ci ildə Pandemiya ilə bağlı bir il işə getməmişdir, bir ildən sonra özünə ev almaq məqsədilə Təqsirləndirilən şəxs borc istəmiş və yenidən işə başlamışdır. 350 manat civarında maaşı olmuşdur. Təqsirləndirilən şəxs borc götürdüyünə görə kartını Şahid6 vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2020-ci ildən, 2021-ci ilədək işə getməmişdir. 2021-ci ildən, 2024-cü ilin noyabr ayınadək işləmişdir. İdman yarışlarının təşkilində iştirak etmişdir. Borcu olduğuna görə kartının onda olmasına ehtiyac olmamışdır. Kartını Şahid6 vermişdir ki, kartdan pulu götürüb, T. Xanəliyevə versin. Həmin dövrdə idarə Xəqani küçəsində yerləşirdi. 2020-ci ilin aprel, may aylarında işləməmişdir, sonradan maddi sıxıntıları olduğu üçün işə qayıtmışdır. Borcu ev almaq məqsədilə almışdır. Sonra ev işi alınmamışdır, 2022-ci ildə T. Xanəliyevdən bir az da artıq məbləğdə pul götürüb evi almışdır. İlkin ödənişi çox etmişdir, amma T. Xanəliyevdən 15.000 manat götürmüşdür. Kartını Şahid6 vermişdir. Şahid6 da qohum idi, ona görə də ona etibar etmişdir. Xaricdə idman yarışları keçirilib, o da iştirak etmişdir. Türkiyədə, İranda, İtalyada olmuşdur. 2021-ci ildən 2024-cü ilin oktyabr aylarına kimi Türkiyədə idman yarışlarına getmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı ifadəsində yazılan kimi deməyi məsləhət bilmişlər, ifadəni oxumuşdur, amma ciddi bir dəyişiklik olacağını hesab etməmişdir. 2014-cü ildən, 2021-ci ilədək işə getmişdir, bir il pandemiya vaxtı işləməmişdir, sonra 2022-ci ildən 2024-cü ilədək fəaliyyət göstərmişdir. Orda Təqsirləndirilən şəxs belə məsləhət görmüş, o da elə yazmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildə “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyində təsis vəzifəsinə işə qəbul olunmuşdur. 2018-ci ilin dekabrında müdirinə ailəli olduğunu və evdəki problemlərə görə işə gələ bilməyəcəyini bildirmişdir. Sonuncu da ona sərbəst şəkildə işə gəlməməyi üçün ona icazə vermiş və şərait yaratmışdır. 2024-cü ildə Təqsirləndirilən şəxs istəyi ilə işdən çıxmışdır. Ona saat 9-dan 6-ya kimi işdə olmamağı və bu barədə bir problemin yaranmaması üçün şərait yaradılmışdır. Bu məsələni şifahi formada danışmışlar. O bir problem yaratmamışdır. Kartını öz istəyi ilə Təqsirləndirilən şəxs vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulun onun kartına gəlməyində bir marağı olmamışdır. Ona staj yazılması haqda heç düşünməmişdir. Özü ehtiyac olanda işə getmiş, yarışlarda iştirak etmişdir. Maaşı 350-400 manata kimi olmuşdur, bu məbləğ çox deyil ki, ona görə mübahisə etsin. O, ehtiyac olanda öz istəyi ilə işə gedirdi. Böyük bir işi görmək üçün əlbəttə hörmət etmək lazımdır. Davamiyyət cədvəlində onun işdə olduğunun qeyd olunmasının ona aidiyyatı yoxdur. Əmək haqqının kim tərəfindən götürüldüyü haqda məlumatı yoxdur. Kartı işə gəlmədiyinə görə təhvil vermişdir. Tədbirlər olanda işə gedirdi. Kartındakı pulu nə vaxt istəsə, götürə bilərdi, bütün əməliyyatları görürdü. Pulu kimin götürdüyü ilə maraqlanmırdı. Ona maraqlı deyildi, çünki özü müdirdən ona şərait yaratmağını istəmişdir. Onun məqsədi işə getməməyi üçün ona şərait yaradılması olmuşdur. Buna görə də ona işə gəlməməyinin qarşılığında kartını təhvil vermişdir. İstəyirdi ki, işə getməsin və pulu başqası götürsün. 2018-ci ildən bu günə kimi əmək haqqı almır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2006-cı ildən “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyində işləyir. Əvvəl mühasib, daha sonra baş mühasib, maliyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Maliyyə şöbəsinə işçilərin işə qəbul olma tarixləri haqqında sərəncam və tabel gəlirdi. Sənədlər əsasında əmək haqqını hesablayırdı. Həmin şəxslərin işə gəlməsi ilə bağlı məlumatı var, işə gəlirdilər. Maliyyə şöbəsi sənədlər əsasında işləyir. Kimin işə gəldiyini bilmir. Kimin işə gəldiyi onun üçün lazımsız məlumatdır. Əgər işçi sistemdə varsa, ona əmək haqqı hesablanmalıdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 il həmin təşkilatda işləmişdir. O, kartlardan pul çıxarıb heç kəsə verməmişdir. İşçilər işə gəlirdi, Flora, Mətanət xanımı tanıyır. Onun vəzifəsi maliyyə şöbəsinin müdiri idi. Onlar işə gəlirdilər, amma hər gün gəlmirdilər. Kimin işə gəlməyinin ona aidiyyatı yoxdur. Əmək haqqı cədvəlini təsdiq edirdi. İşçinin işə gəlməməyinə kadrlar şöbəsi baxmalıdır, o, bilmir. Flora xanım əvvəl işə gəlirdi, son vaxtlar isə görməmişdir. Ona tabel cədvəli gətirirdilər, onun əsasında əmək haqqını hesablayırdı. Sistemə salınıbsa, əmək haqqını da hesablamalıdır. Şahid6 maliyyə şöbəsinin işçisi idi. Onların işə gəlmədiyi halda əmək haqqı aldığını təsdiq edir. İşçini rəsmi sistemə əlavə edirlər, şəxs işləyirsə, ona əmək haqqı hesablanmalıdır. 1 dəfə Mətanətin kartından pul çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Bəlkə də Floranın kartından da pul çıxarmışdır, dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ondan xahiş etdiyi üçün etmişdir. O, onlar arasında danışığın necə olduğunu bilmirdi, bəlkə də onlar razı idilər. Pulun kartdan çıxarılıb rəhbərlik tərəfindən istifadə olunmasını hamı bilir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Onların işə gəlmədiyi halda əmək haqqı aldığını təsdiq edir. İşçini rəsmi sistemə əlavə edirlər, şəxs işləyirsə, ona əmək haqqı hesablanmalıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Babaşova Zümrüyə Elman qızı ifadəsində göstərmişdir ki, 2009-cu ildə “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyində təşkilati işlər və beynəlxalq əlaqələr şöbəsinə işə qəbul olmuşdur. 2012-ci ildə həmin şöbənin müdiri olmuşdur. O, adətən keçirilən yarışların hesabatlarını yazmışdır. Ayrıca kadrlar şöbəsi olmadığına görə cədvəl tabellərini də o, hazırlamışdır. 2022-ci ilin payızında şöbənin adı Təşkilatı işlər və kadrlar şöbəsi olaraq dəyişdirilmişdir. Həmin şöbənin müdiri olmuşdur. Hesabatlar yazmış, yarışlar keçirmişlər, təşkil etmiş, tələbələri cəlb etmiş, yəni sırf idman təşkilatı kimi fəaliyyət göstərmişlər. Sonra isə istintaq prosesi başlamışdır, 3 nəfər işçinin-Flora, Mətanət, Elnurun işə gəlmədiyi məlum olmuşdur. Onların hər biri işə gəlirdi, o da qeyd edirdi. Onlar gəlməyəndə isə o, T. Xanəliyevə bildirirdi. Sonuncu da ona gəlməyən şəxslərə iş tapşırdığını və onların idman klublarına gedib tələbələrlə məşğul olduqlarını deyirdi. Onları görürdü. Məzuniyyətə çıxanda gəlib ərizə yazanda görmüşdür. Heç vaxt görmədiyini desə, doğru olmaz. Onu istintaqa, yəni Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırdıqlarında onların işə gəlmədiyini və mənimsəmə olduğunu öyrənmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, möhürü o, vurmurdu, əmək haqqı yazmırdı, cədvəl tabellərini hazırlayırdı. Onları bəzən görürdü, məzuniyyət vaxtı görmüşdür. Onları görməyəndə isə bunu Təqsirləndirilən şəxs bildirirdi. Neçə dəfə Təqsirləndirilən şəxs bildirdiyini bilmir. Mütəmadi yarışlar zamanı iştirak edirdilər. Təqsirləndirilən şəxs rəhbərdir, icazələri sonuncu verir. Təqsirləndirilən şəxs ona işçilərlə danışdığını deyirdi. Bu idman təşkilatıdır, ofis deyil ki, işçilər həmişə bir arada olsun. Yarışlardan öncə işçiləri bir araya toplayırdılar, cədvəllər paylanırdı, yarışların harada və hansı zalda olacağı barədə məlumat verilirdi. Əmək haqqı ümumi 860 manat idi, ələ 700 manat alırdı. O, özü işə hər gün gedirdi. Təqsirləndirilən şəxs deyirdi ki, onlar, yəni adı çəkilən şəxslər idman klublarında, universitetlərdə işləyirlər. Ona onları davamiyyət cədvəlinə əlavə etməyi və onların işlədiyi deyilirdi. Tabellərə qol çəkib Təqsirləndirilən şəxs verirdi, sonuncu baxıb möhür vururdu. Möhür Təqsirləndirilən şəxs olurdu. Həmin cədvəl sonra maliyyə şöbəsinə pulları vurulsun deyə verilirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyində işləyir, 2024-cü ilin dekabrında ərizə yazıb işdən çıxmışdır. Orada idman yarışlarına gedir, yarışlar təşkil edirdi. Əmək haqqı ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona Elnur, Mətanət və Floraya məxsus kartlardan pulu çıxarıb ona gətirməyini tapşırırdı, o da pulu çıxarıb sonuncuya verirdi. Hərdən siqaret almağa da göndərirdi, Təqsirləndirilən şəxs öz dayısıdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, çıxartdığı pulu nəğdləşdirib Təqsirləndirilən şəxs verirdi. Elnur, Mətanət və Floranın işə gəlmədiklərinə dair malumatı yoxdur. Hərdən onları görürdü. O, hər gün onların gəlmədiyini bilmir, amma mütamadi olaraq görmürdü. Təqsirləndirilən şəxs kartları ona verəndə pulu çıxarıb gətirməyini tapşırırdı. Maaş köçürüləndə öz maaşını çıxarmağa gedirdi, Təqsirləndirilən şəxs də ona digər kartları verib pulu çıxarmağını tapşırırdı. Pulu hər ay nəğdləşdirib Tofiqə verirdi. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş, məhkəməyə səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməməsi, ilkin izahatında verdiyi ifadəni təsdiq etməsinə dair məktub ünvanlamış Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 01 noyabr 2014-cü il tarixdən Təqsirləndirilən şəxs tərəfindən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublikası Şurasında Təşkilati işlər və beynəlxalq əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Göstərilən şöbənin mütəxəssisi kimi cəmiyyət tərəfindən keçirilən Respublika daxili tədbirlərin və yarışların sənədləşmə işləri ilə məşğul olmuşdur. Həmçinin beynəlxalq təşkilatlar tərəfindən xarici ölkələrdə keçirilən tədbirlərdə və yarışlarda iştirak edəcək şəxslərin siyahılarının tərtibatına və müxtəlif sənədləşmənin aparılmasına da köməklik etmişdir. 2019-cu ilin noyabr ayının sonlarında Şuranın sədri Təqsirləndirilən şəxs ilə danışaraq işə gələ bilməyəcəyini bildirmiş, sonuncu isə ona məxsus əmək haqqının sədrin özü tərəfindən alınacağı halda ona icazə verə biləcəyini bildirmişdir. Belə halda onun əmək stajı da davam edəcəkmiş. 2019-cu ilin dekabr ayından işə getməmiş və vəzifə funksiyalarını icra etməmişdir. O, işə gəlməmək üçün Təqsirləndirilən şəxslə razılaşanda əmək haqqı kartını sədrə vermişdir. Onun adına olan əmək haqqı həmin tarixdən Şuranın sədri Təqsirləndirilən şəxs tərəfindən alınmışdır. O, işlədiyi dövrdə Təşkilati işlər və beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahid5 olmuşdur. Həmçinin bildirmək istəyir ki, Gənclik KTİC X7 Federasiyasının və X11 Asossasiyasının üzvü olmuşdur. 2024-cü ilin oktyabr ayında Şuranın sədri Təqsirləndirilən şəxs onu işə dəvət edərək orada daha işləyə bilməyəcəyini bildirmiş, o isə öz növbəsində ərizə yazaraq işdən azad edilmişdir. Əmək haqqı kartı Azərbaycan Beynəlxalq Bankına aid olmuşdur. İşlədiyi dövrdə əmək haqqı 300 manat ətrafında olmuşdur. 2019-cu ilin dekabr ayından işə çıxmadığı üçün həmin dövrdən etibarən ona məxsus əmək haqqının kimin tərəfindən nağdlaşdırılması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (l cild i.v. 159) Sənədlərə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2025 və xx.xx.2025ci il tarixli məktublarına əlavə edilmiş elektron daşıyıcılara və ödəniş kartı üzrə çıxarışlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid3 adına "xxxx" ASC-də açılmış 5167 5133 3056 7876 nömrəli bank kartından xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Şahid6, xx.xx.2024-cü il tarixdə Şahid4 tərəfindən, 5167 5133 4004 5681 nömrəli bank kartından xx.xx.2022-ci il tarixdə Şahid6 tərəfindən, 5167 5133 4125 8069 nömrəli bank kartından xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Şahid6 tərəfindən, 5167 5133 4261 6653 nömrəli bank kartından xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şahid6 tərəfindən Bakı şəhərində yerləşən bankomatlardan nağdlaşdırma əməliyyatları aparılmışdır. Bundan başqa, Şahid2 adına "xxxx" ASC-də açılmış 4127 2081 0782 1117 nömrəli bank kartından xx.xx.2024-cü il tarixdə Şahid6, xx.xx.2024-cü il tarixdə Şahid4 tərəfindən, 4127 2081 2964 4042 nömrəli bank kartından xx.xx.2021, xx.xx.2022, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə X8 tərəfindən Bakı şəhərində yerləşən bankomatlardan nağdlaşdırma əməliyyatları aparılmışdır. Bundan əlavə, Elnur Ağaddin oğlunun adına "xxxx" ASC-də açılmış 4127 2081 0100 4298 nömrəli bank kartından xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Şahid6 tərəfindən, 4127 2081 1025 5113 nömrəli bank kartından xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Şahid6 tərəfindən, 4127 2081 2908 0163 nömrəli bank kartından xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Şahid6 tərəfindən Bakı şəhərində yerləşən bankomatlardan nağdlaşdırma əməliyyatları aparılmışdır. Bundan əlavə, Şahid3 adına "xxxx" ASC-də açılmış 5167 5133 4261 6653 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 8.276,7 (səkkiz min iki yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 5167 5133 4125 8069 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 5.998 (beş min doqquz yüz doxsan səkkiz) manat məbləğində vəsaitin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, 5167 5133 4004 5681 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 6.989,03 (altı min doqquz yüz səksən doqquz manat üç qəpik) manat məbləğində vəsaitin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 5167 5133 3056 7876 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 2.739,49 (iki min yeddi yüz otuz doqquz manat qırx doqquz qəpik) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 4127 2081 2628 3075 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 6.835,92 (altı min səkkiz yüz otuz beş manat doxsan iki qəpik) manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhərində yerləşən müxtəlif bankomatlar vasitəsiylə nağdlaşdırıldığı müəyyən olunur. Həmçinin, Şahid2 adına "xxxx" ASC-də açılmış 4127 2081 0782 1117 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 2.787,99 (iki min yeddi yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 4127 2081 2964 4042 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 25.795,72 (iyirmi beş min yeddi yüz doxsan beş manat yetmiş iki qəpik) manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, 4127 2222 3551 6606 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 10.486,96 (on min dörd yüz səksən altı manat doxsan altı qəpik) manat məbləğində vəsaitin xx.xx.2014-cü il tarixdən xx.xx.2018ci il tarixədək Bakı şəhərində yerləşən müxtəlif bankomatlar vasitəsiylə nağdlaşdırıldığı müəyyən olunur. Əlavə olaraq, Şahid1 adına "xxxx" ASC-də açılmış 4127 2081 0100 4298 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 3.017,67 (üç min on yeddi manat altmış yeddi qəpik) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 4127 2081 1025 5113 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 10.137,81 (on min yüz otuz yeddi manat səksən bir qəpik) manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 4127 2081 2908 0163 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 21.208,37 (iyirmi bir min iki yüz səkkiz manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək, 4127 2222 3227 9711 nömrəli bank kartına əmək haqqı qismində köçürülmüş 13.699,99 (on üç min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində vəsaitin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhərində yerləşən müxtəlif bankomatlar vasitəsiylə nağdlaşdırıldığı müəyyən olunur. Bundan əlavə, Şahid2 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 36.282,68 manat məbləğində pul vəsaitinin köçürüldüyü, həmin hesaba xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 25.795,72 (iyirmi beş min yeddi yüz doxsan beş manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin əmək haqqı qismində köçürülərək xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək nağdlaşdırıldığı müəyyən edilir. Həmçinin, Şahid3 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 29.642,62 manat məbləğində pul vəsaitinin köçürüldüyü, həmin hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 20.914,66 (iyirmi min doqquz yüz on dörd manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin əmək haqqı qismində köçürülərək xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək nağdlaşdırıldığı müəyyən edilir. Əlavə olaraq, Şahid1 adına "xxxx" ASC-də açılmış ******************** nömrəli bank hesabına əmək haqqı qismində xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 43.431,42 manat məbləğində pul vəsaitinin köçürüldüyü, həmin hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 24.112,3 (iyirmi dörd min yüz on iki manat otuz qəpik) manat məbləğində pul vəsaitinin əmək haqqı qismində köçürülərək xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək nağdlaşdırıldığı müəyyən edilir. (l cild i.v. 12-16, 186-189) Zərərçəkmiş şəxs nimamnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublika Şurasının ümumi yığıncağın 28 yanvar 2025-ci il tarixli qərarı ilə təsisçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri olmaqla Zərərçəkmiş şəxs adlandırılaraq 10 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. (l cild i.v. 191-198) “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının nizamnaməsinin surətindən görünür ki, hüquqi şəxsin 15 may 1992-ci il tarixdə İ təsis konfransında təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının 29 dekabr 1993-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınaraq tələbə və gəclərin idmana olan tələbatlarının ödənilməsində imkanların yaradılması, tələbə və gənclər arasında idman yarışlarının keçirilmə sisteminin təşkili və təkmilləşdirilməsi, bədən tərbiyəsi və idman sahəsində ali məktəblər arası infrastrukturun inkişafı, beynəlxalq aləmdə, dövlət, ictimai təşkilatlarda tələbə və məktəbli idmançıların marağının qorunması, başqa dövlətlərin, həmçinin tələbə və orta-ixtisas məktəbli gənclərin idman ittifaqları ilə, həmçinin X5 Federasiyası (FİSU) ilə əməkdaşlığın inkişafı, özünüidarəetmənin inkişafı, iş keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ali və orta ixtisas təhsil ocaqlarının müəllimləri və işçiləri, idman klubları və bədən tərbiyəsi kollektivlərinin işçi aktivinin təkmilləşdirilməsi, cəmiyyətin üzvlərinə maddi kömək edilməsinin təşkili, Respublika ali və orta ixtisas məktəblərində kütləvi bədən tərbiyəsi işinin inkişafı məqsədi ilə kommersiya idman tədbirlərinin keçirilməsi, ali və orta ixtisas məktəblərinin, akademiya və elm təşkilatlarının “Gənclik” cəmiyyətinə cəlb olunması vəzifələrini yerinə yetirmişdir. (l cild i.v. 200-211) xx.xx.2007-ci il tarixli, 39/k nömrəli sərəncamın surətindən görünür ki, Hüseynova (Mehrəliyevə) Flora Vladimirovnanın həmin tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və tədris-idman şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. (lİ cild i.v. 32) xx.xx.2024-cü il tarixli, 13/k nömrəli əmrin surətindən görünür ki, X2 həmin tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və kadrlar şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. (lİ cild i.v. 33) xx.xx.2014-cü il tarixli, 14/k nömrəli sərəncamın surətindən görünür ki, Şahid3 xx.xx.2014-cü il tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və beynəlxalq əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. (lİ cild i.v. 34) xx.xx.2024-cü il tarixli, 07/k nömrəli əmrin surətindən görünür ki, Şahid3 xx.xx.2024cü il tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika X10 və kadrlar şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. (lİ cild i.v. 36) xx.xx.2014-cü il tarixli, 07/k nömrəli sərəncamın surətindən görünür ki, Şahid1 xx.xx.2014-cü il tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının Tədris-İdman şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. (lİ cild i.v. 37) xx.xx.2024-cü il tarixli, 04/k nömrəli əmrin surətindən görünür ki, Şahid1 xx.xx.2024cü il tarixdən “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurası sədrinin köməkçisi vəzifəsindən azad edilmişdir. (lİ cild i.v. 39) “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının İV Hesabat - Seçki Konfransının qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2007-ci il tarixdə təşkilatın sədri seçilmişdir. (lİ cild i.v. 43-44) Azərbaycan Həmkarlar İttifaqları X3 ictimai birliyi sədrinin 24 dekabr 2024-cü il tarixli, 39 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. (lİ cild i.v. 45, 47-50) “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının 2022-2024-cü illərə dair aylıq “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabellərindən görünür ki, Şahid1, Şahid3 və X2 işə davamiyyətlərinin tam olduğu göstərilməklə Təşkilati işlər və kadrlar şöbəsinin müdiri Şahid5 tərəfindən imzalanılaraq “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının möhürü ilə təsdiqlənmişdir. (lİ cild i.v. 51-84) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayət əməli CM-in 179.3.2 və 308.1-ci maddələrindən həmin Məcəllənin 179.3.2 və 313-cü maddələrinə tövsif edilmişdir. (lİ cild i.v. 101-102) "xxxx" ASC-yə aid CHDP**********98 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 40.000 manat vəsait ödənilmişdir. (lİ cild i.v. 105-106) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 110-113) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 130-131) İ-1878 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin və İ-178 nömrəli Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli, 2695 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli, 3694 nömrəli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilmişdir. (lİ cild i.v. 148-149) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarına əlavə edilən "xxxx" ASCdə Şahid1 adına açılmış ******************** nömrəli, Şahid3 adına açılmış ******************** nömrəli, X2 adına açılmış ******************** nömrəli qanunsuz köçürmələrin əks edildiyi bank hesabları çıxarışları, həmin bank hesablarından aparılmış nağdlaşdırma görüntülərinin olduğu iki ədəd elektron daşıyıcı və “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının 2022-2024- cü illərə dair aylıq “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabelləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (lİ cild i.v. 153-179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ürəyin xroniki işemik xəstəliyinin digər formaları, durğunluq ürək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet, ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iş üzrə müəyyən edilmiş 70.822,68 ziyandan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40.000 manatını ödəmişdir. Zərərçəkmiş şəxs olaraq hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət, iddia və tələbləri yoxdur, onunla barışmışlar. Təqsirləndirilən şəxs hər hansı məbləğdə maddi ziyan tələb etmirlər. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edirlər. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 179.3.2 və 313-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.1.14, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin özünü təqsirli bilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə edilməsini, şikayət, tələbin olmaması, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, “Tərəqqi” medalı ilə təltif edilməsini, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsini, ürəyin xroniki işemik xəstəliyinin digər formaları, durğunluq ürək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet, ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliklərindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 179.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, CMin 313-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, CMin 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların mövcud olmamasını törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Odur ki, CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarına əlavə edilən "xxxx" ASC-də Şahid1 adına açılmış ******************** nömrəli, Şahid3 adına açılmış ******************** nömrəli, X2 adına açılmış ******************** nömrəli qanunsuz köçürmələrin əks edildiyi bank hesabları çıxarışları, həmin bank hesablarından aparılmış nağdlaşdırma görüntülərinin olduğu iki ədəd elektron daşıyıcı və “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının 2022-2024-cü illərə dair aylıq “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabelləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 40.000 manat məbləğdə pulun hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyi tərəfindən götürülməsi hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarına əlavə edilən "xxxx" ASC-də Şahid1 adına açılmış ******************** nömrəli, Şahid3 adına açılmış ******************** nömrəli, X2 adına açılmış ******************** nömrəli qanunsuz köçürmələrin əks edildiyi bank hesabları çıxarışları, həmin bank hesablarından aparılmış nağdlaşdırma görüntülərinin olduğu iki ədəd elektron daşıyıcı və “Gənclik” X15 Cəmiyyəti Azərbaycan Respublika Şurasının 2022-2024- cü illərə dair aylıq “Aparat işçilərinin əmək günlərinin cədvəli” tabelləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 40.000 manat məbləğdə pulun hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs “Gənclik” X15 Cəmiyyəti İctimai Birliyi tərəfindən götürülməsi hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar