Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-175/2021 28.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Mahmud Muradxan oğlu Ağalarovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1955-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, işsiz, Göyçay şəhəri, ünvan 1 ünvanda daimi qeydiyyatda olub həmin ünvanda da yaşmış, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, evli, ali təhsilli, “xxxx” MMC-də mühasib vəzifəsində işləyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, Göyçay şəhəri, ünvan 2 ünvanda daimi qeydiyyatda olub həmin ünvanda da yaşamış, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1960-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, işsiz, ünvan 3 ünvanda qeydiyyatda olub ünvan 4-da yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin İstintaq və təhqiqat idarəsində ********* saylı cinayət işi üzrə barələrində CM-in 178.3.1, 178.3.2 və 197.2-ci maddələri ilə istintaq aparılmaqla xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin həmin tarixli 4(005)- 126/2019 saylı qərarları əsasında həbs edilmiş X6 və dostu X9 həbsdən azad edilmələrində köməklik göstərilməsi məqsədilə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 müraciət etmiş X4 qardaşı Şahid1 ilə 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanışları cinayətdən xəbərsiz olan Şahid3 istifadəsində olmuş “Mercedes-Benz E-class” markalı Gürcüstana məxsus qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobildə görüşləri zamanı Təqsirləndirilən şəxs1 ali hakimiyyət orqanında yüksək vəzifədə işləyən tanışının X5 və X9 həbsdən azad etməklə bağlı göstəriş vermək səlahiyyətinin olmasını bildirərək, həmin şəxslərin xeyrinə edəcəyi qeyd olunan qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar olmadan Elnur İsmayılov və Ziyarət Abbasov barəsində cinayət işi üzrə icraata xitam verdirəcəyini və barələrində seçilmiş həbs qətimkan tədbirini ləğv etdirəcəyini yalandan vəd edərək aldatmaqla Şahid1la bu barədə sövdələşdikdən və qeyd edilən vəzifəli şəxsə rüşvət qismində hədiyyələr və sair maddi nemətlər almaq üçün ilkin olaraq 50.000 (əlli min) manat məbləğində hissəsini istədikdən bir gün sonra Şahid1la, 2019-cu ilin mart ayınını ortalarında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının Atatürk parkı yaxınlığında yerləşən avtomobil dayanacağında Şahid3 idarə etdiyi “Mercedes-Benz E-class” markalı Gürcüstana məxsus qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobildə cinayətkar qrupun üzvi Təqsirləndirilən şəxs2 iştirakı ilə təkrar görüşüb sonuncunun vasitəsi ilə ümumilikdə 50.000 (əlli min) manat pulu alıb qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri arasında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, görəcəyi işdə əminlik yaratmaq, həqiqi niyyəti barədə aldatmaq məqsədilə həmin tarixdə qrupun digər üzvi Təqsirləndirilən şəxs3la birlikdə əvvəlcədən aralarında razılaşdırılmış cinayətkar plana uyğun olaraq hərəkət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur İsmayılova 2019-cu ilin mart ayında, “Novruz” bayramı ərəfəsində Təqsirləndirilən şəxs3 vasitəsilə ərzaq payından ibarət sovqat göndərməklə həmin gün Şahid1la aralarındakı telefon danışığı zamanı xx xxxx 2019-cu il tarixdən bayramla əlaqədar qeyri iş günlərinin başladığını və məhkəmələrin bayram günlərində fəaliyyət göstərmədiklərini bildirib işin həll olunmasının bayram günlərindən sonrakı iş günlərində mümkün olacağını bildirib Şahid1 2019-cu ilin mart ayınını axırlarında qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvi Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanda yerləşən yaşadığı evinə apararaq sonuncunu ali hakimiyyət orqanında yüksək vəzifədə işləyən səlahiyyətli şəxsin qohumu kimi təqdim etməklə, növbəti günü Təqsirləndirilən şəxs3la birlikdə cinayətkar əməllərinin davam etdirərək Şahid1 Abşeron rayonu, Fatmayı qəsəbəsi, bağlar massivində cinayətlə heç bir əlaqəsi olmayan istintaqla müəyyən edilməmiş yaşayış evlərindən birinin qarşısına aparıb yalandan həmin evin guya ali hakimiyyət orqanında yüksək vəzifədə işləyən səlahiyyətli şəxsin evi olduğunu bildirib qeyd edilən məsələ ilə bağlı söhbət etmək üçün həmin evə gəldiklərin deməklə, Təqsirləndirilən şəxs3 evin giriş qapısına yaxınlaşaraq qapı zəngini vurduqdan sonra adı çəkilən səlahiyyətli vəzifəli şəxsin guya evdə olmaması səbəbindən görüşün baş tutmadığını yalandan bildirib oradan uzaqlaşmaqla, həmçinin 2019-cu ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə aldatmaq məqsədilə Təqsirləndirilən şəxs3 guya ali hakimiyyət orqanında yüksək vəzifədə işləyən səlahiyyətli tanışı və Azərbaycan Respublikası Baş Prokurorluğunun səlahiyyətli vəzifəli şəxsləri ilə görüşdüyünü, ümumilikdə 300.000 (üç yüz min) manat pulun verilməsi qarşılığında məsələnin həllinə dair müvafiq göstərişlərin verildiyini bildirməklə, rüşvət qismində verməli olduğuna inandırdığı pulun qalan hissəsini, yəni 250.000 (iki yüz əlli min) manatını təkidlə tələb edib alınacaq pulun müqabilində həmin məsələnin həll ediləcəyini yalandan deyərək vəd etmiş, Şahid1 isə artıq söz verilən vaxtların uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus külli miqdarda, yəni 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri olan oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmiş, Təqsirləndirilən şəxs2 və Mehdi Sadıqovla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elnur İsmayılov və Ziyarət Abbasovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün və Təqsirləndirilən şəxs3 vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 təhrik etmişlər. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək qismən etirafedici ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayının ortalarında Kənanın vasitəsilə tanıdığı müdiri Şahid4 ona “Whatsapp” vasitəsilə mesaj yazaraq Daxili İşlər Nazirliyində yüksək vəzifəli tanışı olub-olmadığını, Səməd adlı bir tanışının qardaşının və onun tanışının şərlənərək həbs edildiyini, onlara kömək edib-edə bilməyəcəyini soruşdu. O, Şahid4 mesajını oxuyaraq bu barədə maraqlanaraq cavab verəcəyi demişdir. Maddi çətinlikləri olduğundan qeyd edilən məsələ ilə məşğul olaraq bir qədər pul əldə etmək istəmişdir. Bu səbəblə Təqsirləndirilən şəxs3 zəng edərək onunla işinin olduğunu, görüşmək istədiyini bildirmişdir. Mehdi ziyalı insan olduğundan və əvvəllər vəzifələrdə işlədiyindən ona köməklik edə biləcəyini düşünmüşdür. Daha sonra Azərlə əlaqə saxlayaraq kömək edə biləcəyini bildirmişdir. Növbəti gün Bakı şəhərinə gələrək Nəsimi rayonu ərazisindəki “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı Azərin ofisində onunla ilə görüşmüşdür. Azər Səmədi də çağırıb gətirdi. Həmin vaxt Səməd hadisəni, yəni qardaşı ilə birlikdə işlətdikləri “Ladysharm” mağazasında Azərbaycan Respublikası DİNnin BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilərək saxtakarlıq hallarını müəyyən etdiklərini və qardaşı Elnur İsmayılov və dostu Ziyarət Abbasovun həbs edildiyini, həmin işin həlli üçün 300000 manat pul verə biləcəyini, lakin hazırda 50000 manat pulunun olduğunu bildirdi. O, Səmədə həmin məsələni özünün yox, tanışı Mehdinin həll edə biləcəyini demiş və Azərlə sağollaşıb Səmədlə birlikdə ofisdən çıxmışlar. O, Təqsirləndirilən şəxs3 evinə gedərək ona Səməd adlı tanışının qardaşı Elnur və dostu Ziyarəti Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həbs edildiklərini, onlara şər atıldığını, Səmədin qeyd edilən məsələni vəzifəli şəxslərə rüşvət verməklə həllində köməklik göstərilməsi üçün ona müraciət etdiyini, həmin məsələ ilə əlaqədar əldə edəcəyi pulun bir hissəsini ona verəcəyini bildirərək, bunun müqabilində onu yüksək vəzifəli şəxslərin tanışı kimi təqdim edəcəyini demişdir. Növbəti gün Səmədlə danışaraq o, bui ş üzrə təqsirləndirilən şəxs qismindçə cəlb edilmiş oğlu Kənanın yaşadığı evin qarşısında Səmədlə görüşüb ona Mehdi adlı tanışının Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsinə pul verməklə işi həll edə biləcəyini, işin həlli üçün ilkin olaraq 40000 manat pul lazım olduğunu bildirib Səmədlə birlikdə Təqsirləndirilən şəxs3 evinə getmişlər. X22 tanış etmişdir. Səməd də qardaşı Elnur və dostu Ziyarətin həbs edilməsi ilə əlaqədar məsələni Mehdiyə danışdı. Mehdi də Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında işləyən tanışı rəhbər vəzifəli şəxsə həmin məsələnin həlli ilə bağlı xahiş edəcəyini və işin Novruz bayramınadək həll edilməsinə çalışacağını dedi. Bundan da bir-iki gün sonra o, yenə Səmədlə birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı evə getmiş, həmin vaxt 20000 manat pulu Səməddən götürərək Mehdiyə özü təklikdə vermişdir. Həmin günlərdə işin həlli ilə əlaqədar Səməddən daha 20000 manat pul götürmüşdür. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar Səmədi aldatdıqlarından işin həlli ilə məşğul olmaları, habelə çətinliklər yaranması barədə görünüş yaratmaq məqsədilə Mehdi Səmədə Elnur İsmayılovu buraxdıracağını, Ziyarət Abbasovun məsələsini həll edə bilməyəcəyini bildirmişlər. Səməd buna narazılıq etdi. Mehdi isə Səmədə xx xxxx 2019-cu il tarixdə Elnurun da buraxılacağını bildirmişdir. Həmin günü o, Mehdi ilə Bakı İstintaq Təcridxanasına gedərək Elnur İsmayılova ərzaq payı aparmış, o, Azərə Səmədi həmin Təcridxanaya aparmasını xahiş etmişdir. Azər Səmədlə birlikdə orada guya Mehdi ilə təsadüfən görüşmüş və Mehdi ona Elnurun həmin gün buraxılmayacağını bildirmişdir. Axşam Şahid2 zəng edərək bayram aşını bişirib Elnurla birlikdə onu gözlədiklərini bildirmişdir. Mehdi isə bayram günlərini bəhanə edərək günü-günə sataraq məsələni bir qədər uzatdı. 2019-cu ilin mart ayının sonu aprel ayının əvvəlində o, Səməd və Mehdi ilə birlikdə Fatmayı qəsəbəsinə getmişlər. Orada Mehdi bir qapını göstərərək həmin evin Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasındakı işləyən yüksək vəzifəli tanışına məxsus olduğunu və onunla ilə görüşüb çıxacağını dedi. Lakin Mehdi qapını bir neçə dəfə döysə də, qapını açan olmadı. Bundan sonra onlar oradan da Birlikdə Mehdinin evinə getmişlər. Mehdi evə qalxmış, onlar isə Mehdini həyətdə gözləmişdir. Bir qədər sonra Mehdi onlara həmin vəzifəli şəxsin arvadı ilə danışdığını və onların bağ evində yox, dostunun Xızı rayonunun Altıağac qəsəbəsindəki bağında yığışdıqlarını, Mehdini də ora dəvət etdiklərini, lakin gec olduğundan getməyəcəyini, axşam Bakı şəhərinə qayıtdıqdan sonra görüşəcəyini bildirdi. Bundan sonra Mehdi onunla telefon vasitəsilə Səmədi inandırmaq məqsədilə dəfələrlə işin həll edilməsi barədə yalandan vəzifəli şəxslərlə danışması və görüşməsi, habelə Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasındakı yüksək vəzifəli tanışı ilə görüşdüyünü, Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli şəxsinə göstəriş verməsi və sair barədə söhbətlər aparmışlar. Bütün bunlar Səmədi inandırmaq məqsədi ilə aparılan yalanlar olmuşdur. Onların Aydın və Mir Mahmud adlı tanışlarının da qeyd edilən məsələlər barədə söhbətlər aparıb səslərini yazaraq Şahid1 göndərmişlər. O, Səmədin atası Heydərxan və qohumu Əliheydərlə də görüşü zamanı Mehdinin Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsi ilə tanışlıq münasibətlərinin olmasını və məsələni həll edəcəyini bildirmişdir.O, onun yalan danışıqlarındın Səmədin şübhələnməməsi üçün sonradan Mehdinin işi həll edə bilmədiyini bildirərək başqa şəxslə görüşməli olduqlarını bildirərək sonuncu ilə birlikdə Həzi Aslanov metro stansiyasının yaxınlığındakı “Dəniz” kafesinə gedib, oradakı kabinetlərdən birinə tək daxil olaraq qeyd edilən işlə heç bir əlaqəsi olmayan tanışları ilə görüşmüş və çıxdıqdan sonra Səmədə həmin şəxsə 300000 manat pulu verəcəyi təqdirdə işi həll edə biləcəyini demişdir. Səmədə 300000 manat pul verməsini deməkdə məqsədi söhbəti uzatmaq olmuşdur. Belə ki, o, Səmədin 300000 manat pulunun olmadığını bilmişdir. Səmədin Kənanın onları Vahidin avtomobilində görüşdürməsi, Gənclik metro stansiyasının yaxınlığında Kənanın iştirakı ilə 50000 manat pul alması barədə göstərdikləri yalandır. Kənanın bu məsələlərdə heç bir iştirakı olmamışdır. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs3 atasının dostu kimi tanıyır. Atası ona Təqsirləndirilən şəxs3 xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu demişdi. Təqsirləndirilən şəxs3la heç bir başqa münasibəti olmamışdır. 2019-cu ilin mart ayının əvvəlində atası ona yaşadığı binanın qarşısına düşməsini tapşırıb, onu bir nəfərlə tanış edəcəyini dedi. Onlar birlikdə binanın girişindən çıxdıqda Hikmət orada dayanmış iki nəfərlik kiçik yük avtomobilinə əyləşib Səmədlə görüşdükdən sonra onunla tanış etdi. Sonra Səməd ona atası ilə işinin olduğunu deyərək üzr istəmiş və atas avtomobilin qapısını örtdü. O, bir qədər kənara çəkilib gözləmiş, daha sonra atası avtomobilin qapısı açaraq enmədən onu yanına çağıraraq rezinlə bağlanmış pul bağlaması verərək ,10000 manat olduğunu, həmin pulu ondan götürəcəyini dedi. O, evə qalxdıqdan sonra atası Səmədlə harasa getdi. Atası Şahid1 ağsaqqallıq etdiyini deyirdi. O, Səmədin şirkətinin mühasibatlığını aparmamışdır. Səmədin şirkəti barədə 2019-cu ilin yanvar ayında müdiri Azər Piriyevdən məlumat almışdır. 2019-cu ilin mart ayının əvvəllərində yaşadığı binanın qarşısında axşam saatlarında Azərlə qarhşılaşdıqda Azər ona, atası Hikməti gözlədiyini, hansısa məsələnin həllində Hikmətin ona kömək edəcəyini dedi. 2019-cu ilin aprel ayının sonlarında Azər ona zəng edərək Hikmətin onun vasitəsilə tanış olduğu Səmədin qardaşının həbsdən azad edilməsi məsələsi ilə əlaqədar Səməddən 50000 manat pul aldığını, hazırda həmin işin öz həllini tapmadığını, pulu qaytarmaq lazım olduğunu bildirərək, Hikmətlə onun da bu barədə danışmasını xahiş etdi. O, Hikmətlə bu barədə danışdıqda Səmədin Mehdiyə qeyd edilən məsələnin həll edilməsi üçün ümumilikdə 50000 manat pul verdiyini bildirib, Mehdinin işi həll edəcəyini bildirdikdə o, atasına işi həll etmələrini, əks təqdirdə alınan 50000 manat pulu Səmədə qaytarmalarını demişdir. Başqa həmin işdə heç bir iştirakı olmamışdır. Səmədlə atası onu tanış etdikdən sonra Səməd özünün maşını ilə onu iki dəfə iş yerinə aparmışdı. Atası ilə Şahid1 “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Şahid3 avtomobilində görüşdürməmişdir. Bir dəfə Səmədin mağazasından paltar götürmüşdür. Lakin həmin görüşlərdə də Səmədlə işin həlli barədə heç bir söhbəti olmamışdır. Səmədlə telefon danışıqları mart ayının sonlarında olmuş, həmin vaxt Səməd ona zəng edib atasının harada olduğunu soruşdu. Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, 2019-cu ilin mart ayının ortalarında ona Hikmət zəng edərək bir məsələ ilə əlaqədar görüşmək istədiyini dedi. Bir neçə gün sonra Hikmət yaşadığı evə gələrək Səməd adlı tanışının qardaşı Elnur və dostu Ziyarəti Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən tutularaq həbs edildiklərini, onlara şər atıldığını, Səmədin məsələni vəzifəli şəxslərə rüşvət verməklə həllində köməklik göstərilməsi üçün ona müraciət etdiyini, həmin məsələ ilə əlaqədar əldə etdiyi pulun bir hissəsini ona verəcəyini, bunun müqabilində onu Səmədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsinin tanışı kimi təqdim edəcəyini, və məsələnin həlli ilə əlaqədar həmin şəxsdən xahiş edəcəyini bildirəcəyini dedi. Səməd onu tanıyana qədər Səməd özü rüşvət vermək fikrində idi. O da razılaşmışdır. Bir neçə gün sonra Hikmət Səmədi onun yaşadığı evə gətirərək işin həlli ilə əlaqədar söhbət etdikdə o, vəzifəli şəxslə danışaraq məsələni həll etməyə çalışacağını bildirmişdir. Bir neçə gün sonra Hikmət onun yaşadığı evə gələrək Səməddən aldığı 20000 manat pulu ona verdi. Lakin Hikmətin özünün Səməddən nə qədər pul aldığından həmin vaxt xəbəri olmamışdır. xx xxxx 2019-cu il tarixdə İstintaq Təcridxanasına gedərək ərzaq payını Elnura göndərmiş və İstintaq Təcridxanasının qarşısında Hikmətlə rastlaşmışdır. O, Səmədə və ya X19 xx xxxx 2019-cu il tarixdə həbsdən azad etdirəcəyini deməyib. O, Səməddən əlavə pul almayıb. O, sadəcə işin həlli ilə məşğul olduğunu göstərmək məqsədi ilə Elnur İsmayılova ərzaq payı aparmışdır. Sonradan tanışlarından biri ilə görüşməli olduğunu deyərək Səməd və Hikmətlə birlikdə dostu Bəxtiyara məxsus Fatmayı qəsəbəsində yerləşən bağ evinə gedərək qapını döymüş lakin həmin şəxs evdə olmadığından evə girə bilməmişdir. Bundan sonra Hikmətlə telefon vasitəsilə Səmədi inandırmaq məqsədilə dəfələrlə işin həll edilməsi barədə yalandan vəzifəli şəxslərlə danışması və görüşməsi, habelə Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasındakı yüksək vəzifəli tanışı ilə görüşdüyünü, Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli şəxsinə göstəriş verməsi və sair barədə söhbətlər aparmışdır. Səmədin atası Heydərxan və qohumu Əliheydərlədə görüşü zamanı həmin sözləri onlara da deyib işin müsbət həllinə nail olacağı barədə onlara söz vermişdir. Səmədlə yaranmış münasibətindən istifadə etməklə övladlarının təhsil haqqını verməkdə çətinlik çəkdiyini bildirərək 10000 manat pul borc istəmişdir. Səməd 2019-cu ilin aprel ayının əvvəllərində ona 10000 manat pulu gətirərək yaşadığı evdə ona verdi. 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən tutularaq həbs edildikdən sonra Səməd onun barəsində şikayət etdi. O da 20000 manatı Səmədə ödəmişdir. O, Səmədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsindən xahiş edəcəyini bildirsə də, cib xərcliyi kimi 10000 manat pul istəməmişdir. Ona pulu Hikmət verib. Bu barədə Hikmətin də məlumatı var idi. Həmçinin Hikmət özü məsələnin həlli üçün Səmədin əlavə pul verə biləcəyini demiş, sonradan Səməd özü də bunu təsdiq etmişdir. Lakin onun Səməddən əlavə pul tələbi olmamışdır. Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli şəxsi ilə hər hansı bir münasibəti olmamış, Şahid1 qeyd etdiyi məsələ ilə əlaqədar heç bir xahiş etməmişdir. Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayının 24-ü işlətdikləri “Ladysharm” mağazalar şəbəkəsində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat keçirildi və cinayət işi üzrə qardaşı Elnur İsmayılov və dostu Ziyarət Abbasov təqsirləndirilən şəxs qismində cəlb edilib barələrində həbs qətimkan tədbiri seçildi. Həmin vaxt bütün mağazaların idarəetməsi onun üzərində qalmışdır. 2018-ci ilin aprel-may aylarından mühasibatlıq işlərinin aparılmasında Təqsirləndirilən şəxs2 ona köməklik etmişdir. Təqsirləndirilən şəxs2 Şahid4 rəhbərlik etdiyi şirkətdə işləyirdi. Azəri Kənan vasitəsilə 2019-cu ilin mart ayının əvvəli tanımışdır. O, 2019-cu ilin mart ayında mühasibatla bağlı Şahid4 məsləhət almış, Azər şirkətin sənədlərinin, möhürlərin və şirkətin rəhbərlərinə lazım olduğunu bildirdikdə möhür və sənədlərin bir çoxunun əməliyyat zamanı götürüldüyünü, şirkətin rəhbəri olan qardaşı Emil İsmayılovun isə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışa verildiyini bildirmişdir. Azər ona Kənanın atası Təqsirləndirilən şəxs1 bir məhkəmə prosesində ona köməklik etdiyini bildirərək, ona da köməklik edə biləcəyini bildirdikdə o, Azərdən Hikmətlə onu tanış etməsini xahiş etmişdir. Azər Hikmətə zəng edərək üstüörtülü formada onun qardaşının tutulduğunu və kömək lazım olduğunu dedi.Bundan sonra Hikmətin sabah gələcəyini bildirdi. Növbəti gün Azərin ofisində Hikmətlə görüşüb tanış olmuş və söhbət etmişdir. Növbəti gün Kənan zəng edərək “Memar Əcəmi” metrostansiyasının yaxınlığına dəvət etdi. Onlar görüş yerinə gəldikdə orada onu tanışları Vahidə məxsus avtomobil ilə gözlədiklərini görmüşlər. O, həmin avtomobilə əyləşəndə Vahid sükanda idi, Hikmət və Kənan da maşında idi. O, qardaşının təqsirləndirilməsinə dair cinayət işi barədə ona məlum olan halları Hikmətə danışmış və qardaşı Elnurla dostu Ziyarətin həbsdən azad edilməsində nə köməklik edə biləcəyini soruşmuşdur. X2 vəzifəli şəxslərindən birinin atası ilə dostluq münasibətlərinin olduğunu, həmin şəxsin də ona böyük hörmət etdiyini, həmin şəxsə 300000 manat pul verəcəyi təqdirdə qardaşını və Ziyarəti həbsdən azad etdirəcəyini dedi. O, Hikmətə inanaraq pulu verməyə razılaşmışdır. Həmin vaxt Hikmət ona ilkin olaraq həmin vəzifəli tanışına hədiyyələr, səbətlər və sair aparmaq üçün 50000 manat xərci çıxacağını bildirərək, razılaşdıqları 300000 manat puldan 50000 manatını verməsini istədi. O da Hikmətin bu təklifini də qəbul edərək səhəri günü təxminən saat 10-00 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında görüşmək barədə razılığa gəlmişdir. O, evə gələrək atası Heydərxana Kənan adlı tanışının atası Hikmətin ona etdiyi təklifi barədə danışıb 50000 manat pul lazım olduğunu deyib ondan həmin məbləğdə pul götürmüşdür. xx xxxx 2019-cu il tarixdə səhər radələrində Atatürk parkının “Gənclik” metrostansiyasının çıxışı tərəfdəki avtodayanacağa gəldikdə Vahidin idarə etdiyi avtomobilin onu gözlədiyini görmüş və avtomobilə yaxınlaşaraq arxa oturacaqda əyləşmişdir. Sükan arxasında Vahid, ön sərnişin oturacağında Hikmət, onun yanında isə Kənan əyləşmişdi. O, 50000 manat pulu çıxararaq Hikmətə uzatmışdır. Hikmət pulu Kənana verməsini, pulu Kənandan alacağını dedi. O, pulu Kənana uzatmışdır. Kənan pulu ondan alaraq atası Hikmətə verdi. Hikmət pulu aldıqdan sonra səhəri gün qardaşı Elnuru və Ziyarəti həbsdən azad edəcəklərini dedi. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Hikmət zəng edərək axşama bayram plovu bişirtdirməsini, Elnurla Ziyarəti həbsdən azad etdirib bayramı onlarla qeyd etməyə gələcəyini dedi. Təxminən saat 19:00 radələrində Hikmət zəng edərək Ziyarəti buraxmayacaqlarını, ancaq Elnuru azad edəcəklərini bildirdikdə o, razılaşmamışdır. Həmin vaxt Elnur ona zəng edərək Mehdi adlı şəxsdən ona ərzaq payı göndərildiyini, artıq məhkəmədə iş vaxtının başa çatdığını və buraxılmayacağını dedi. xx xxxx 2019-cu il tarixdə Hikmət zəng edərək bayram günləri başa çatdıqdan sonra qardaşı Elnurla Ziyarətin azad ediləcəyini, Salyan rayonunda yaşayan seyid Mir Mahmud ağanın cəddinə nəzir dediyini, nəzir vermək üçün Salyan rayonuna getməyi təklif etdi. O, Hikmətlə razılaşaraq Vahidin yuxarıda qeyd edilən avtomobili ilə ziyarətə getmişlər. X29 ağa ilə birlikdə yemək yeməyə getmiş və həmin vaxt X28 ağaya Elnurla Ziyarətin məsələsini danışıb “Ağa cəddinə qurban olum! Sənin adına nəzir deyib işə başlamışdım, şükür Allaha uşaqların məsələsini həll etdik, bayramdan sonra həbsdən azad olacaqlar” dedi. Mir Mahmud ağa ona təklikdə iş tam həll olanadək Hikmətə pul verməməsini məsləhət görsə də, onun nə demək istədiyini, nəyi nəzərdə tutduğunu başa düşməmişdir. Təxminən xx xxxx 2019-cu il tarixdə rəsmi iş günləri başladı. Həmin gün Hikmət ilk iş günü bütün idarələrdə, o cümlədə məhkəmələrdə iclas günü olduğunu, işin sabahı gün həll ediləcəyini dedi. xx xxxx 2019-cu il tarixdə Hikmət onunla görüşərək Prezident Adminstrasiyasının vəzifəli tanışının yaxın adamlarından biri olan Mehdi ilə onu görüşdürəcəyini, Mehdinin istədiyi vaxt həmin vəzifəli şəxslə görüşə bildiyini dedi. O, Hikmətlə birgə Mehdinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki evinə getmişlər. Mehdi Adminstrasiyanın vəzifəli şəxsi ilə danışdığını, sabahı gün birlikdə həmin vəzifəli şəxsin Bakı şəhəri, Fatmayı qəsəbəsindəki bağına gedəcəyini dedi. xx xxxx 2019-cu il tarixdə 10:00 radələrində Hikməti və Mehdini götürərək Fatmayı qəsəbəsinə getmiş və Mehdi onları bağlar massivindəki villalardan birinin qarşısında dayandırdı. Avtomobilində iki oturacaq olduğundan Mehdi onun yanında, Hikmət isə yük yerində əyləşdi. Mehdi avtomobildən düşüb həmin villanın zəngini bir neçə dəfə vurdu. Onlar orada təxminən 15 dəqiqə gözlədikdən sonra Mehdi onlara həmin vəzifəli şəxsin yəqin ki, yatıb istirahət etdiyini, bir qədər gözləyib yenidən həmin villaya getmələrini dedi. Təxminən 40-45 dəqiqə çay içdikdən sonra yenidən həmin villaya getsələr də, yenə qapını açan olmadı. Mehdi onlara evindəki kitabçada qeyd edilən vəzifəli şəxsin arvadının nömrəsi olduğunu, evə gedərək sonuncu ilə əlaqə saxlayıb həmin vəzifəli şəxsin harada olmasını öyrənməsini bildirdiyindən yenidən Mehdinin yaşadığı evə getmişlər. Onlar Mehdini evin həyətində gözləmiş, təxminən 10 dəqiqə sonra Mehdi həyətə çıxaraq həmin vəzifəli şəxsin arvadı ilə danışdığını, sonuncunun dostları ilə Xızı rayonu, Altıağac kəndində istirahətə getdiyini, axşam saat 19-20 radələrində Bakı şəhərinə qayıdacağını və sonuncu ilə görüşəcəyini bildirdi. Həmin gün axşam o, Mehdinin hazırda xatırlamadığı telefon nömrəsinə bir neçə dəfə zəng etsə də, sonuncu zənglərinə cavab vermədi. xx xxxxx 2019-cu il tarixdə Hikmətə zəng etdikdə ona, Mehdiyə bir də zəng etməməsini, axşam Mehdinin qeyd edilən vəzifəli şəxslə görüşdüyünü, sonuncunun Mehdini Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli əməkdaşlarından biri ilə görüşə göndərdiyini dedi. Həmin gün günorta saatlarında Hikmətlə görüşdükdə Hikmət Mehdinin Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli qeyd edilən əməkdaşı ilə görüşdüyünü, həmin şəxsin Mehdini yaxşı qəbul etmədiyini, bu səbəbdən Mehdinin Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli tanışına zəng edərək şikayət etdiyini, sonuncunun isə sabahı gün axşama Baş Prokurorluğun həmin əməkdaşını və Mehdini bağa çağırdığını dedi. Təxminən xx xxxxx 2019-cu il tarixdə yuxudan oyandıqda gecə saatlarında Hikmətin ona səs yazısı göndərdiyini görmüşdür. Həmin səs yazısında Mehdi Hikmətə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsindən məsələnin həlli ilə bağlı “Hə” aldığını, vaxtını və pulun qədərini deyəcəyini dedi. Qeyd edilən səs yazısında mənfi şəxs kimi barəsində danışılan şəxs isə Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli əməkdaşı idi. Səs yazısına qulaq asdıqdan sonra Hikmətə zəng etdikdə ona, Mehdinin Adminstrasiyanın vəzifəli tanışının bağına getdiyini, Azərbaycan Respublikası Baş Prokurorluğunun ali xüsusi rütbəli əməkdaşının da orada olduğunu, Mehdi onlarla bir qədəh viski içdikdən sonra vəzifəli tanışının Mehdini otaqdan çıxararaq prokurorluq əməkdaşı ilə təklikdə danışdığını, işin aprel ayının 6-a qədər həll ediləcəyini dedi. Demək olar ki, hər gün Hikmətlə görüşsə də, sonuncu onu Mehdi ilə görüşdən bir qədər yayındırırmış və Mehdinin xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olduğunu, sonuncu ilə çox şey danışmamasını tapşırdı. Bundan sonra Hikmətlə Mehdi hər gün onu aldadaraq qardaşının və dostu Ziyarətin buraxılacaqlarını deyirdilər. Hətta iki dəfə Hikmət və Mehdi onu Bakı İstintaq Təcridxanasına gedən yoldakı “Zabrat dairəsi” adlanan yerə gətizdirmiş, oradakı kafelərdən birində əyləşib guya kimdənsə zəng gözlədiklərini, tezliklə zəng gələcəyini və Elnuru buraxacaqlarını və onların Bakı İstintaq Təcridxanasından Elnurla Ziyarəti götürəcəyini deyib aldatmışdılar. Həmin dövr ərzində hər gün Hikməti Kənanın yaşadığı evdən götürən zaman Kənanı da işə aparmışdır. Kənan da onu arxayın edirdi ki, atası işi həll edəcək. Hətta aprel ayının 6-da iş həll edilmədiyindən Hikmətlə Mehdi onunla görüşdən bir qədər yayınmağa başladılar. Bu səbəbdən o, atası Heydərxan və qohumu Əliheydərlə birlikdə Mehdi və Hikmətlə görüşmək istəmişlər. Lakin həmin vaxt Hikmət görüşdən yayındığından onlar Mehdinin evinə getmişlər. Mehdi onun atası ilə qohumu Əliheydərə də, qeyd edilən vəzifəli şəxsdən işin “hə” sini aldığını, tezliklə verməli olduqları rüşvətin vaxtını və qədərini deyəcəklərini və bundan sonra Elnurla Ziyarətin buraxılacağını dedi. Təxminən aprel ayının sonlarında Hikmət ona pulun qalan hissəsindən, yəni 250000 manatı da verməli olduğunu bildirdikdə o, hazırda pulunun olmadığını, evini girov kimi verə biləcəyini demişdir. Həmin ərəfə artıq Hikmətlə Mehdinin onu aldatdıqlarını başa düşmüşdür. Belə ki, Hikmət evini girov qoyaraq 100000 manat sələm götürməyə adam axtarır, guya dostu Vahiddən 300000 manat pul alaraq Mehdinin vəzifəli tanışına verəcəyini, həmin pulu 50000 manat artığına Vahidə qaytarmalı olduğunu deyirdi. O, Hikmətin yalanını tam açmaq üçün onun dediklərinə razı olsa da, Hikmətə artıq pul verməmişdir. 2019-cu ilin aprel ayının sonu, may ayının əvvəlində Hikmətlə Əliheydərlə birlikdə görüşdükdən sonra sonuncunun onun ağsaqqalı olduğunu dediyinə görə Hikmət onunla əlaqəsini kəsərək daha ancaq işin həlli ilə bağlı Əliheydərə məlumat verəcəyini dedi. Həmçinin Azər də Hikmətin ondan 50000 manat pul aldığından xəbərdar olduğuna görə Kənan da onun telefonunu götürmədiyi üçün Azərdən onları görüşdürməsini xahiş etmişdir. Elə may ayının ortalarında Azər onu iş yerinə çağıraraq Hikməti də çağırdığını dedi. Lakin Hikmət görüşə gəlmədiyi üçün o, Azərin yanında Hikmətə zəng edərək danışmışdır. Hikmət qardaşı Elnurla Ziyarətin azadlığa buraxılmamasının səbəbi kimi onun rüşvət kimi Prezident Adminstrasiyasındakı tanışlarına verməli olduğu 300000 manat məbləğində pulu verməməsini göstərməyə başladı. O, Hikmətin qeyd edilən məbləği alaraq dələduzluq etmək istədiyini başa düşmüşdür. Bu səbəbdən xx xxx 2019-cu il tarixdə Hikmət barəsində hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. xx xxxx 2019-cu il tarixdə onun da barəsində axtarış elan edildiyini bilərək özü Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə gedərək təslim olmuşdur. xx xxxx 2019-cu il tarixdə Hikmət barəsində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə şikayət etmişdir. Bundan sonra Hikmətlə Mehdi ona 40000 manat pulunu qaytarmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Hikmət ondan aldığı pulu Mehdi ilə aralarında bölüşdürmüş, 20000 manat pul Hikmətə, 30000 manat pul isə Mehdiyə çatmışdır. Lakin ilkin yoxlama dövründə Hikmət yalandan onu Arif adlı şəxs vasitəsilə tanıdığını, ondan 20000 manat pulu dostu Vahidə borc vermək üçün aldığını, Mehdinin evinə gedərək 20000 manat pulu onun yanında Mehdiyə verdiyini, Kənanı sonuncu vasitəsilə tanıdığını bildirmişdir. Həmçinin Mehdi də yalandan 10000 manat pulu övladlarının təhsil haqqı kimi əvəzsiz verdiyini bildirmiş və həqiqətləri tam təhrif etmişdir. 2019-cu ilin aprel ayının 5-i Vahidin qızının toyu idi. Hikmət onun mağazasından toya getmək üçün özü, ailə üzvləri və dostları, həmçinin Vahid üçün ümumilikdə dəyəri 5000 manat olan geyim əşyalarını götürərək pulunu ödəyəcəyini vəd etsə də, hələ də ona borclu qalmışdır. Bundan başqa Hikmət təxminən 2019-cu ilin aprel ayının ortalarında ona guya Prezident Adminstrasiyasındakı vəzifəli şəxsin işçisi ilə görüşə gedəcəklərini bildirərək onun avtomobili ilə Həzi Aslanov metrostansiyasının yaxınlığındakı Bank of Baku ASC-nin filialının arxasında yerləşən kafelərdən birinə apardı. Orada Hikmət tək kabinetlərdən birinə girərək kiminləsə yemək yeyib tək çıxdı. Ona həmin şəxsin 300000 manat puldan 50000 manat pulunun onlara çatdığını, həmin puldan heç olmasa daha 100000 manat pul verməli olduğunu, pulun qalan hissəsini isə Elnurla Ziyarət buraxıldıqdan sonra verəcəklərini dediyini bildirdi. Hikmətin məqsədi onu aldadaraq 300000 manat pulu almaq idi. Lakin o, Hikmətdən şübhələnməyə başladığına görə sonuncuya həmin pulu verməmişdir. Şahid2 Saleh oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb. Şahid1 onun oğludur. Səməd və digər oğlu Elnur Bakı şəhərində yerləşən “Lady sharm” qadın geyimləri mağazasını işlədirdilər. 2019cu ilin yanvar ayında firmanın anbarlarına və satış məntəqələrinə əməliyyat keçirilərək bəzi əməkdaşlar, o cümlədən oğlu Elnur İsmayılov saxlanıldı. xx xxxxxx 2019-cu il tarixdə oğlu Elnur və işçisi X16 rayon məhkəməsinin qərarına əsasən həbs edildilər. Təxminən 2019-cu ilin mart ayının ortalarında Səməd ona Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu və Elnurun işini həll edə biləcəyini, bunun üçün 300000 manat pul vermək lazım olacağını desə də, o, əvvəldən pul verməyə razı olmasa da Səməd ondan 50000 manat pul aldı. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Hikmət Səmədə zəng edərək Elnurla Ziyarəti həbsdən azad etdirib onlarla qeyd etməyə gələcəyini dedi. X20 Ziyarəti buraxmayacaqlarını, ancaq Elnuru azad edəcəklərini dediyini bildirdi. O isə razılaşmamışdır. Ziyarət onun oğlunun işçisi olmuş, onlara görə həbs edilmişdir. Həmin vaxt Elnur da Səmədə zəng edərək Mehdi adlı şəxsdən ona sovqat göndərildiyini bildirdi. Hikmət dəfələrlə onlarla görüşmüş, ürək dirək verib işin tezliklə öz həllini tapacağını söz vermişdir. 2019-cu ilin mart ayının sonlarında Səməd ona Hikmətin onu Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasındakı vəzifəli şəxsin yaxın adamı olan Mehdi ilə görüşdürdüyünü, sonuncunun onları qeyd edilən vəzifəli şəxsin bağ evinə aparsa da həmin vəzifəli şəxsin evdə olmadığını dedi. Sonradan Səməd ona guya Mehdinin həmin vəzifəli şəxslə və Baş Prokurorluğunun yüksək vəzifəli şəxsi ilə görüşüb məsələni danışdığını və işi tezliklə həll edəcəyini dedi. 2019-cu ilin aprel ayının ortalarında o və Səməd qohumu Əliheydərlə birlikdə Təqsirləndirilən şəxs3 evinə getmişlər. 2019-cu ilin may ayında Hikmət itdi. Səməd Hikmətgilin hərəkətlərindən şikayət vrdikdən sonra 50000 manat puldan 40000 manatı onlara qaytarıldı. Həmin vaxt ona Səməddən alınmış puldan 20000 manat Hikmətin, 30000 manat isə Mehdinin götürməsi məlum olmuşdur. Şahid X14 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb. 2019-cu ilin fevral ayında Elnur həbs edildi. Aprel ayının ortalarında Heydərxan müəllimin oğlu Səməd ona Hikmət adlı şəxsin Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsinə vermək adı ilə ondan 300000 manat pul istədiyini və həmin puldan ilkin olaraq 50000 manat pul aldığını, lakin işi hələ də uzatdığını bildirdiyindən o, Səmədlə birlikdə Hikmətlə görüşmüşdür. Görüş əsnasında Hikmət 50000 manat pul adığını etiraf etdi və işin tezliklə həll ediləcəyini, qeyd edilən vəzifəli şəxsin yaxını olan Mehdinin həmin şəxslə danışdığını dedi. Həmin ərəfədə o, Heydərxan müəllim və Səmədlə birlikdə Mehdinin yaşadığı evə gedərək Mehdi ilə görüşmüşdür. Həmin vaxt Mehdi 50000 manat pulun ona çatdığını, qeyd edilən vəzifəli şəxslə danışdığını, işin həllinə razılıq aldığını, tezliklə Elnurla Ziyarətin həbsdən buraxılacağını dedi. Mehdi də yalandan telefonla guya kiməsə zəng edirmiş kimi edib, dəstəyi qulağına qoyub vəzifəli şəxslə danışdığı görüntüsünü yaratmışdır. O, oradan çıxan kimi Heydərxan müəllimə Mehdinin və Hikmətin dələduz olduqlarını, onları aldatdıqlarını demişdir. Həmin vaxt Səməd ona Hikmətin oğlu Kənanın mühasib kimi Səmədə köməklik etdiyini, münasibətləri olduğundan Elnurun tutulduğunu öyrənərək Səmədə atası Hikmətin onlara köməklik edə biləcəyini dediyini, Hikmətin isə Mehdini qeyd edilən vəzifəli şəxsin yaxını olduğunu dediyiyni bilmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb. Təqsirləndirilən şəxs2 onun işçisi olmuşdur. Təqsirləndirilən şəxs1 Kənanın atası kimi tanımışdır. 2018-ci ildə məhkəmə mübahisəsi olduğundan bundan xəbər tutan Təqsirləndirilən şəxs2 atasının məhkəmə və hüquq mühafizə orqanlarında tanışlarının olduğunu, habelə hüquqi cəhətdən bilikli olduğunu deyərək onu Təqsirləndirilən şəxs1lə görüşdürüb şəxsən tanış etdi. Hikmət də ona bəzi məsləhətlər verdi. Təqsirləndirilən şəxs1 ona məhkəmə sahəsində tanışlarının olduğunu demişdi. 2019-cu ilin fevral ayında əvvəllər tanımadığı Şahid1 ona zəng edərək mühasibatlıq uçotu ilə əlaqədar köməklik etməsini xahiş etdi. Səmədlə görüşüb ona məsləhətlər verərkən Səməd ona şirkətlər üzərində sərəncam vermək səlahiyyətlərinin qardaşında olduğunu və həbs edildiyini, digər qardaşlarının isə axtarışda olduğunu dedi. O, qardaşları barəsində cinayət işinin başlanmasının səbəbi ilə maraqlandıqda Səməd qardaşlarının şərləndiklərini dedi. Səmədə Təqsirləndirilən şəxs1 adlı tanışının ona hüquqi yardım etdiyini, Səmədin də işini həll etməkdə köməklik edə biləcəyini ona bildirmişdir. Şahid1 da Hikməti onunla görüşdürməsini xahiş etdi. xx xxxx 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs1 zəng edərək tanışı Şahid1 qardaşının həbs edildiyini bildirərək kömək lazım olduğunu dedikdə, Hikmət Bakı şəhərinə gələrək Səmədlə görüşəcəyini dedi. xx xxxx 2019-cu il tarixdə günortadan sonra Səmədi ofisinə dəvət etmiş, bir müddət sonra Hikmət də gəlmişdir. O, Səmədlə Hikməti tanış etmişdir. Hikmət həmin məsələnin həlli ilə əlaqədar həmin gün axşam Səmədi hansısa tanışı ilə görüşdürəcəyini dedi. xx xxxx 2019cu il tarixdə Hikmət ona zəng edərək Səmədin qardaşı Elnuru və digər tanışını həbsdən azad edəcəklərini bildirərək onu Bakı İstintaq Təcridxanasına aparmasını xahiş etdi. Hikmətlə görüşərək birlikdə istintaq təcridxanasına getmişdir. Onlar təcridxanaya çatdıqda sonradan Təqsirləndirilən şəxs3 adlı şəxsi də orada görmüşlər. Hikmət Mehdi ilə görüşüb onun yanına qayıdaraq Mehdinin Elnurgili bugün buraxmayacaqlarını, işin bayramdan sonra həll ediləcəyini dedi və sonra da Hikmət onu Mehdi ilə tanış etdi. Səmədin işini Mehdinin həll edəcəyini, onun xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu dedi. X25 pul verməsindən xəbəri olmamışdır. Təxminən 2019-cu ilin may ayının əvvəllərində Səməd ona Təqsirləndirilən şəxs1 50000 manat pul verdiyini, Hikməti onun vasitəsi ilə tanıdığı üçün pulunu almaqda kömək etməsini tələb etməyə başladı. O, Səmədə bu məsələlərdən xəbərinin olmadığını, Hikmətə ondan xəbərsiz 50000 manat pul verdiyini və onun həmin pula və Hikmətə cavabdeh olmadığını bildirmişdir. Həmin vaxt o, Hikməti də görüşə çağırmağına baxmayaraq Hikmət görüşə gəlməkdən yayındığına görə Səməd onun yanında Hikmətə zəng edib onunla danışdı. Həmin vaxt o özü də Hikmətə həmin pulun ona çatmadığını, onun pul alınmasından xəbərinin olmadığını bildirdi. Dəfələrlə Kənanla görüşərək atası ilə danışmasını, Səmədin pulunu istədiyini bildirmişdir. Kənanın əvvəldən Səmədi tanımasından xəbəri olmamışdır. Həmçinin Səməd ona 10000 manat pulu Hikmətə çatdırması üçün Kənana verdiyini demişdi. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 həmyerlisi kimi tanıyır. Təqsirləndirilən şəxs2 bir neçə dəfə yaşadıqları evdə görmüşdür. Şahid1 tanıyır. 2019-cu ilin mart ayının ortalarında 4-cü mikrorayon ərazisindəki “Qızıltac” şadlıq sarayının yaxınlığında Hikməti gözləyən vaxt o, Səmədin avtomobilində ora gəlib orada onu Səmədlə tanış etdi. 2019-cu ilin mart ayının sonlarında o, Səməd və Hikmət onun avtomobili ilə Salyan rayonuna Mir Mahmud ağanı ziyarət etməyə getmişlər. O, Salyan rayonuna gedən zaman Hikmətlə Səmədin söhbətlərindən ona məlum olmuşdur ki, Səmədin qardaşı həbs edilmiş, Hikmət tanışı Mehdi ilə birlikdə vəzifəli tanışlarına pul verməklə Səmədin qardaşını həbsdən azad etdirmək istəyirlər. Səməd söhbət əsnasında qardaşının həbsdəne azad edilməsi məsələsini həll ediləcəyi təqdirdə Hikmətə nə qədər istəsə pul verəcəyini dedi. Bundan sonra o, bir də Səmədi görməmişdir. O, xx xxxx 2020-ci il tarixdə məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib həbsdən azad edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək ona gözaydınlığı verdi, habelə hazırki iş üzrə ifadə verən zaman Səməddən onun üçün 20000 manat pulu borc kimi alaraq ona verməsini yalandan dediyini, həmin pulu artıq özünün ödədiyini bildirərək istintaqa şahid qismində ifadə verməkdən yayınmağı heç bir çağırışa getməməyi xahiş etdi. O, Kənan və Hikmətlə birlikdə Səmədlə nə Memar Əcəmi metrosunun, nə də Gənclik metrosunun yaxınlığında görüşməmiş, Səməd onun avtomobilində Hikmətə və ya Kənana 50000 manat pul verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs1lə birlikdə Şahid1 Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində yerləşən bağ evinin qarşısına apararaq həmin evin Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasındakı yüksək vəzifəli tanışına məxsus olmasını bildirməsi ilə əlaqədar göstərdiyi xüsusatları yerində göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli, üzləşdirmədə protokolundan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zaman öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Kənanın dəvəti ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına Vahid adlı şəxsə məxsus “Mercedes E class” markalı avtomobildə görüşləri zamanı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsinə 300000 manat pul verəcəyi təqdirdə qardaşı Elnuru və dostu Ziyarəti həbsdən azad etdirəcəyini, vəzifəli tanışına hədiyyələr, səbətlər və sair aparmaq üçün 50000 manat xərci çıxacağını bildirərək, razılaşdıqları 300000 manat puldan 50000 manatını verməsini istədiyini, səhəri gün, Atatürk parkının “Gənclik” metrostansiyasının çıxışı tərəfdəki avtodayanacaqda Vahidin idarə etdiyi yuxarıda qeyd etdiyi “Mercedes E-class” markalı avtomobildə 50000 manat pulu Kənana verdiyini və sonuncunun pulu ondan alaraq Hikmətə verdiyini sonradan pulun qalan hissəsini Prezident Adminstrasiyasındakı vəzifəli şəxsə çatdırmaq üçün Hikmətin ondan 250000 manat pulu tələb etdiyini, onu pul tapmağa vadar etdiyini, Hikmətin məqsədinin onu aldadaraq 300000 manat pulu almaq olduğunu göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmədə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun dəvəti ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına Vahid adlı şəxsə məxsus “Mercedes E class” markalı avtomobildə Kənan və Hikmətlə görüşləri zamanı Hikmətin Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsinə 300000 manat pul verəcəyi təqdirdə qardaşı Elnuru və dostu Ziyarəti həbsdən azad etdirəcəyini, vəzifəli tanışına hədiyyələr, səbətlər və sair aparmaq üçün 50000 manat xərci çıxacağını bildirərək, razılaşdıqları 300000 manat puldan 50000 manatını verməsini istədiyini, səhəri gün, Atatürk parkının “Gənclik” metrostansiyasının çıxışı tərəfdəki avtodayanacaqda Vahidin idarə etdiyi yuxarıda qeyd etdiyi “Mercedes E-class” markalı avtomobildə 50000 manat pulu Kənana verdiyini və sonuncunun pulu ondan alaraq Hikmətə verdiyini, qeyd edilən dövr ərzində hər gün Hikməti Kənanın yaşadığı evdən götürən zaman Kənanı da, işə apardığından sonuncunun atası Hikmətin işi həll edəcəyini deyərək onu inandırdığını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxx 2020-ci il tarixli üzləşdirmədə protokolundan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs3 ilə üzləşdirmədə zamanı öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 2019-cu ilin mart ayının sonlarında Hikmətin onu sonuncu ilə tanış edərək Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli tanışının ən yaxın adamlarından biri kimi təqdim etdiyini, söhbət zamanı Mehdinin Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsi ilə danışdığını, onu Bakı şəhəri, Fatmayı qəsəbəsinə apararaq evlərdən birini göstərib qeyd edilən vəzifəli şəxsə məxsus olduğunu, sonra həmin vəzifəli şəxslə görüşərək qardaşı Elnurla dostu Ziyarətin həbsdən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi ilə əlaqədar danışacağını bildirdiyini, Hikmətlə işin həlli istiqamətində yalandan danışıqlar apararaq səs yazılarının ona göndərildiyini, atası Heydərxan və qohumu Əliheydərlə birlikdə görüşləri zamanı sonunculara da qeyd edilən vəzifəli şəxsdən işin “Hə”sini aldığını, tezliklə verməli olduqları rüşvətin vaxtını və qədərini deyəcəklərini və bundan sonra Elnurla Ziyarətin buraxılacağını bildirdirdiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmədə protokolundan görünür ki, istintaq zamanı Şahid4 Şahid1 ilə üzləşdirmədə öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 2019-cu ilin fevral ayında əvvəldən sonuncunun ona zəng edərək mühasibatlıq uçotu ilə əlaqədar köməklik etməsini xahiş etdiyini, bu səbəbdən ilk görüşləri zamanı Səmədin qardaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həbs edilməsi, digər qardaşlarının isə axtarışda olmasının ona məlum olduğunu, Səmədə Təqsirləndirilən şəxs1 adlı tanışının ona hüquqi yardım etdiyini, Səmədin də işini həll etməkdə köməklik edə biləcəyini bildirdiyini, Səmədin Hikməti onunla görüşdürməsini xahiş etdiyindən 2019-cu ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 Bakı şəhərinə dəvət edərək öz ofisində onunla görüşdürdüyünü, əvvəllər Səmədin Hikmətə pul verməsindən xəbəri olmadığını, təxminən 2019-cu ilin may ayının əvvəllərində Səmədin ona Təqsirləndirilən şəxs1 50000 manat pul verdiyini, Hikməti onun vasitəsi ilə tanıdığı üçün pulunu almaqda kömək etməsini tələb etməyə başladığını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 Şahid3 ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi təsdiq edərək 2019-cu ilin mart ayının ortalarında Kənanın dəvəti ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında sonuncunun idarə etdiyi “Mercedes E class” markalı avtomobildə görüşləri zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının vəzifəli şəxsinə 300000 manat pul verəcəyi təqdirdə qardaşı Elnuru və dostu Ziyarəti həbsdən azad etdirəcəyini, vəzifəli tanışına hədiyyələr, səbətlər və sair aparmaq üçün 50000 manat xərci çıxacağını bildirərək, razılaşdıqları 300000 manat puldan 50000 manatını verməsini istədiyini, səhəri gün, Atatürk parkının “Gənclik” metrostansiyasının çıxışı tərəfdəki avtodayanacaqda Vahidin idarə etdiyi yuxarıda qeyd etdiyi “Mercedes E-class” markalı avtomobildə 50000 manat pulu Kənana verdiyini və sonuncunun pulu ondan alaraq Hikmətə verdiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən tutularkən şəxsi istifadəsində olmuş “HUAWEİ” markalı mobil telefonu təhvil vermişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təhvil verdiyi mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefon sensorlu çalışan “HUAWEİ” markalıdır. Telefonun ön aşağı tərəfində “HUAWEİ” şirkətinə məxsus loqotip vardır. Arxasına yapışdırılmış markirovkaya əsasən “DUB-LX1” modelli olmaqla Çin Xalq Respublikasında istehsal edilmişdir. Telefon sağ yan düyməsi vasitəsilə işə salındıqda “Android” əməliyyat sistemi ilə təchiz edildiyi müəyyən edilmişdir.*#06# xüsusi şifrəsindən istifadə etməklə mobil telefonun **********01956 nömrəli və **********01963 nömrəli İMEİ kodlu olması aşkar edilmişdir. Mobil telefon rus dilli menyu ilə təchiz edilmişdir. Qeyd edilən mobil telefonun kontaktlar alt sisteminə daxil olaraq axtarış bölməsinə “Səməd” yazaraq verilmiş axtarışın nəticəsi olaraq müəyyən edilən "Səməd-Cin-Cəlilabad”, “Səməd-Kirvə-Cin” və “Səməd-Kirvə-Həsən” adları ilə qeyd edilmiş telefon nömrələrinin Şahid1 istifadəsində olması müəyyən olunmuşdur. Qeyd edilən kontaktlara baxış keçirildikdə "Səməd-Cin-Cəlilabad” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-**, “Səməd-Kirvə-Cin” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-**, “Səməd-Kirvə- Həsən” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-** olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefonun kontaktlar alt sisteminə daxil olaraq axtarış bölməsinə “Vahid” yazaraq verilmiş axtarışın nəticəsi olaraq müəyyən edilən “Vahid-Cin” və Vahid-Bədir- Oqlu” adları ilə qeyd edilmiş telefon nömrələrinin Şahid3 istifadəsində olması müəyyən olunmuşdur. Qeyd edilən kontaktlara baxış keçirildikdə “Vahid-Cin” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-**, “Vahid-Bədir-Oqlu” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-** olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefonun kontaktlar alt sisteminə daxil olaraq axtarış bölməsinə “Azər” yazaraq verilmiş axtarışın nəticəsi olaraq müəyyən edilən "Azər-Kənan-Sim” və “Azər-Kənan-Müdir” adları ilə qeyd edilmiş telefon nömrələrinin Şahid4 istifadəsində olması müəyyən olunmuşdur. Qeyd edilən kontaktlara baxış keçirildikdə "Azər-Kənan-Sim” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-**, “Azər-Kənan-Müdir” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-** olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefonun kontaktlar alt sisteminə daxil olaraq axtarış bölməsinə “Kən” yazaraq verilmiş axtarışın nəticəsi olaraq müəyyən edilən "Kən-Toş” və “Kənan-Hi-Koş” adları ilə qeyd edilmiş telefon nömrələrinin Təqsirləndirilən şəxs2 istifadəsində olması müəyyən olunmuşdur. Qeyd edilən kontaktlara baxış keçirildikdə "Kən-Toş” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-**, “Kənan-Hi-Koş” kimi qeyd edilmiş mobil telefon nömrəsinin ***-***-**-** olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinin giriş sms mətnlərinin əks olunduğu “552324448 sms in” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 12:54:15-də “Mecideyem”, xx.xx.2019-cu il tarixdə saat 16:13:06-də “Salam Hikmet m”, 16:13:26-da “Mene birxeber deyersiz”, xx.xx.2019-cu il tarixdə saat 13:41:42-də “Men nece cxmaluam Serayit yarad” məzmunlu sms mətnləri göndərilməsi, həmin mobil telefon nömrəsinin çıxış sms mətnlərinin əks olunduğu “552324448 sms out” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 18:26:36-da “Gələ bilmirsənsə mən gedim” məzmunlu sms mətnləri göndərilməsi, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsinin giriş sms mətnlərinin əks olunduğu “552227589 sms in” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 12:37:54-də “Dayıcan abed hazrladm ?”, saat 13:51:56-da “Hazırdı mal sovuzu sizi gözleyirik”, saat 13:57:50-də “Hardasan gelin getirim”, saat 14:03:50 “Getişdim eve indi nerimanovdayam”, xx.xx.2019-cu il tarixdə saat 18:52:56-da “Usdanı götrdim gelim seni hardan götrüm”, xx.xx.2019-cu il tarixdə saat 10:52:54-də “Papa bizde nahar ederdik deye mehdi özü zey vurdu papa dedi gerek sene zey vurdum açmadın bildim türmedesen and olsun ALLAHA emi aydında burdadr”, xx.xx.2019-cu il tarixdə saat 13:01:11-də “Dayıcan namazdayam”, +994(50)285-78-44 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 19:46:36-da “İnsallah Elnur cixar qizivin evinede gelersen”, xx.xx.2019-cu il tarixdə saat 13:30:46-da “Her sey yaxsidi insallah?”, saat 13:34:33-də “Ata yene prokraturadasiz yoxsa Elnurun yaninda”, saat 13:51:55-də “Mehdi muellim icerdedi yoxsa uje cixib senin yanindadi?”, saat 13:54:56 -da “Uje gunortadi darixdim” məzmunlu sms mətnləri göndərilməsi, həmin mobil telefon nömrəsinin çıxış sms mətnlərinin əks olunduğu “552227589 sms out” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207- 10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:56:49-da “Allah bərəkət versin Gəlirəm sizə”, saat 13:59:40-da “Sən evdəsən”, xx.xx.2019-cu il tarixdə saat 15:59:42-də “Salam səni yiqacam”, +994(55)222-75-89 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 19:45:01-də “Axşamin xeyir Mən sizinkilərdəyəm vorovskidə”, xx.xx.2019-cu il tarixdə saat 13:27:02-də “Darixma səni yiqacam Danişa bilmirəm sənə qurban olum.”, saat 13:31:31-də “Hə səni Allahim cox sevir Sən ürəksən”, saat 13:35:46da “Hələ burdayiq indi biz burdan cixacayiqzəng vuran kimi gedəcəyik Elnurun dalinca”, saat 13:53:32-də “Yox canim o icəridədir” məzmunlu sms mətnlərinin göndərilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsinin giriş-çıxış zənglərinin əks olunduğu “Zənglərin Detallaşması_552227589” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə edilməmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 09:00 radələrinədək artıq Şahid1la tanış olmuş, qeyd edilən tarixdə aralarında saat 09:22-dən 19:41-dək ümumi danışıq müddəti 100 saniyə olmaqla 5 telefon zəngi olmuşdur. İş üçün əhəmiyyət kəsb edən xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş +994(55)250-00-84 mobil telefon nömrəsi arasında hər hansı bir telefon zəngi olmamışdır. Qeyd edilən fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd edilən mobil telefon nömrəsində Təqsirləndirilən şəxs3 evində quraşdırılmış +994(12)411-46-31 stasionar telefon nömrəsinə aşağıdakı cədvəldə qeyd edilən zənglər edilmişdir. Həmçinin qarşılıqlı təhlil zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Şahid4la 10:38-də əlaqə saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs3la əlaqə saxlamış, bundan başqa xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə gəldikdən sonra aralarındakı zənglər daha da mütəmadiləşmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid1la zəngindən sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 14:04-də Şahid3la əlaqə saxlayaraq 122 saniyə danışıq aparmışdır. Antenn dairələri üzrə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində olduğu müddət ərzində yaşayış yeri “xxxx” MMC-ə məxsus "Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev 31" ünvanda yerləşən antenin əhatə dairəsində olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ərazisində, xüsusilə də “Qızıltac” şadlıq sarayının yaxınlığında quraşdırılmış antennlərə qoşularaq danışıqlar aparmış və GPRS xidməti vasitəsilə internet şəbəkəsindən istifadə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsi xx xxxx 2019-cu il tarixdə saat 12:08:32-dən 14:22:22-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının yerləşdiyi Bakı şəhəri, Zabrat-2 qəsəbəsinin ətrafında yerləşən "Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 55 ", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- 1 qəsəbəsi, Babək küçəsi 64 saylı bina", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yeni massiv" və "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4 saylı evin arxası" adlı antennlərə qoşulmuşdur. Qeyd edilən mobil telefon nömrəsinin giriş-çıxış zənglərini əks etdirən “Zənglərin Detallaşması_552500084” adlı “.pdf” formatlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, +994(55)250-00-84 mobil telefon nömrəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə edilməmişdir. Bundan əlavə aşkar edilmişdir ki, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsi ilə qeyd edilən mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mütəmadi zənglər edilmişdir. Həmçinin qeyd edilən fayla baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 daimi yaşayış yeri “xxxx” MMC-ə məxsus "Baki şəhəri, Binagadi rayonu, ünvan 6 ünvanda yerləşən antennin əhatə dairəsində olmuşdur. Qarşılıqlı təhlil zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 yaşadığı evin yerləşdiyi "Baki şəhəri, Binagadi rayonu, ünvan 6 ünvanda yerləşən antennin əhatə dairəsində xx.xx.2019-cu il tarixdən başlayaraq mütəmadi olaraq olmuşdur. Həmin diskdə olan “552044448 sms in”, “552044448 sms out”, “Zənglər_Məxsusluq tarixçələri_552044448_onlyBKC”, “Zənglərin Detallaşması_552044448”, “552895027 sms in”, “552895027 sms out”, “Zənglər_Məxsusluq tarixçələri_552895027_onlyBKC”, “Zənglərin Detallaşması_552895027”, “557644216 sms in”, “557644216 sms out”, “Zənglər_Məxsusluq tarixçələri_557644216_onlyBKC”, “Zənglərin Detallaşması_557644216” adlı “.pdf” formatlı fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısana baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinin giriş sms mətnlərinin əks olunduğu “2157159 sms in” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsindən qeyd edilən mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 19:49:13-də “Salam Səməd yanimdadir Mehdidən də hələ xəbər yoxdur gözləyirəm məlumat verəcəm” məzmunlu, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən qeyd edilən mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 11:35:24-də “Azer m Salam menim adamlarm karruksyada dansblar birce ad lazmdr ki pisclk elementals isdemirem siz dediz dansmsq bes birsey yoxdr meni cetin veziyyetde sen qoydun men seni tanyram menim pulumu qaytarn”, xx.xx.2019-cu il tarixdə saat 23:24:54-də “Azer m men hikmete yazdm cavab vermedi ona yazki Sabah olsun baklda men sozumu deyim ona” məzmunlu sms mətnlərinin göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinin çıxış sms mətnlərinin əks olunduğu “2157159 sms in” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən qeyd edilən mobil telefon nömrəsindən xx.xx.2019-cu il tarixdə saat 11:35:24-də Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən daxil olmuş “Azer m Salam menim adamlarm karruksyada dansblar birce ad lazmdr ki pisclk elementals isdemirem siz dediz dansmsq bes birsey yoxdr meni cetin veziyyetde sen qoydun men seni tanyram menim pulumu qaytarn” məzmunlu sms mətninin sözbəsöz həmin gün saat13:27:32-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)222-75-89 mobil telefon nömrəsinə göndərilməsi müəyyən edilmişdir.Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinin girişçıxış zənglərinin əks olunduğu “Zənglərin Detallaşması_552157159” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsi arasında xx.xx.2019-dən xx.xx.2019-dək telefon danışıqları aparılmışdır. Təqsirləndirilən şəxs1lə Şahid1 tanışlıq dövrləri təsadüf etdiyi 15-xx xxxx 2019-cu il tarixlərdəki dövr ərzində Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinin giriş çıxış zəngləri barədə məlumatlara baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:00:43-də zəng edilərək 32 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:09:08-də zəng edilərək 11 saniyə danışıq aparılmış, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351-97-50 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:39:10də zəng edilərək 23 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215- 71-59 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351- 97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:51:55-də zəng edilərək 34 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351-97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:54:00-da zəng edilərək 41 saniyə danışıq aparılmış, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351-97-50 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 10:27:37-də zəng edilərək 43 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 10:31:01-də zəng edilərək 16 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 10:38:32-də zəng edilərək 381 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71- 59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 22:21:18-də zəng edilərək 98 saniyə danışıq aparılmış,Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 09:54:54-də zəng edilərək 35 saniyə danışıq aparılmış,Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:44:50-də zəng edilərək 44 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 15:19:37-də zəng edilərək 23 saniyə danışıq aparılmış,Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215- 71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 15:24:26-da zəng edilərək 17 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 15:24:59-da zəng edilərək 54 saniyə danışıq aparılmış, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 18:21:33-də zəng edilərək 28 saniyə danışıq aparılmış,Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 18:44:19-da zəng edilərək 61 saniyə danışıq aparılmış,Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 18:57:01-də zəng edilərək 19 saniyə danışıq aparılmış,Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 19:15:26-da zəng edilərək 6 saniyə danışıq aparılmış, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 19:25:06-da zəng edilərək 11 saniyə danışıq aparılmış,Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 01:35:11-də zəng edilərək 8 saniyə danışıq aparılmışdır. xx xxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsinə dair protokola əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994(55)232-44-48 mobil telefon nömrəsinin giriş-çıxış zənglərinə aid məlumatlarla qarşılıqlı təhlil zamanı müəyyən edilir ki, Şahid4 Şahid1 və Təqsirləndirilən şəxs2lə mütəmadi telefon danışıqlarından sonra Təqsirləndirilən şəxs1lə əlaqə saxlamış və sonuncu xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhərinə gəlmiş, xx xxxx 2019cu il tarixdə artıq Şahid1la tanışlıq münasibətləri yaranmış və səhər 09 radələrində əlaqə saxlamışdır. Həmçinin Şahid4 istifadəsində olan qeyd edilən mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, sonuncu xx xxxx 2019-cu il tarixdə də, Təqsirləndirilən şəxs1 və Şahid1la mütəmadi əlaqə saxlamışdır. Antenn dairələri üzrə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid4 istifadəsində olmuş +994(55)215-71-59 mobil telefon nömrəsi də xx xxxx 2019-cu il tarixdə saat 11:33:18-dən 14:01:31-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının yerləşdiyi Bakı şəhəri, Zabrat-2 qəsəbəsinin ətrafında yerləşən “xxxx” MMC-ə məxsus “X23”, "Bakı,Sabunçu r-nu,Zabrat 2", "Bakı şəhəri, Pirşağı 2 saylı sovxoz", "Baki sheheri, Sabunchu rayonu,Pirshagi qesebesi,2 sayli Sovxoz erazisi", "X3", "Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəs", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi 9", "Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 55 ", "Baki sheheri, Zabrat 1, Babek kuchasi 56", "Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 55 ", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4 saylı evin arxası" adlı antennlərə qoşulmuşdur. Şahid1 istifadəsində olmuş +994(55)689-12-36 mobil telefon nömrəsinin giriş-çıxış zənglərinin əks olunduğu “Zənglərin Detallaşması_552157159” adlı “.pdf” formatlı fayla baxış keçirilərkən qeyd edilən nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(77)250-97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:48:36-da zəng edilərək 47 saniyə danışıq aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş +994(55)350-50-98 mobil telefon nömrəsinin giriş-çıxış sms mətnlərinin əks olunduğu “553505098 sms in”, “553505098 sms out” adlı və giriş-çıxış zənglərini əks etdirən “Zənglərin Detallaşması_553505098” adlı “.pdf” formatlı fayllara baxış keçirilən zaman müəyyən edilmişdir ki, +994(55)350-50-98 mobil telefon nömrəsi xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə edilməmişdir. Bundan əlavə aşkar edilmişdir ki, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsi ilə qeyd edilən mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mütəmadi zənglər edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(77)250-97-50 mobil telefon nömrəsinin giriş-çıxış zənglərinin əks olunduğu “Call_Details_**********0325__772509750” adlı “.pdf” formatlı fayla baxış keçirən zaman Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(77)250-97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 20:02:34-də zəng edilərək 30 saniyə, saat 20:03:22-də zəng edilərək 168 saniyə, xx.xx.2019-cu il tarixdə saat 20:10:17-də zəng edilərək 36 saniyə danışıq aparılması, habelə Şahid1 istifadəsində olmuş +994(55)689-12-36 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(77)250-97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:48:36-da zəng edilərək 47 saniyə danışıq aparılması müəyyən edilmişdir. Şahid3 istifadəsində olmuş +994(70)668-16-26 mobil telefon nömrəsinin giriş-çıxış zəngləri əks olunan “Call_Details_**********0749__706681626” fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 Şahid1la ilk telefon danışığından sonra, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq mütəmadi əlaqə saxlamaları müəyyən edilmişdir. Həmçinin Şahid3 qeyd edilən mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mütəmadi telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 25 mart 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351-97-50 və Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrələrinin giriş-çıxış zənglərinə dair məlumatların əks olunduğu “8010antenna” adlı “.xls” formatlı fayla baxış keçirən zaman müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(77)250-97-50 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 20:02:34-də zəng edilərək 30 saniyə, saat 20:03:22-də zəng edilərək 168 saniyə, xx.xx.2019-cu il tarixdə saat 20:10:17-də zəng edilərək 35 saniyə, habelə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +994(51)351-97-50 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(51)207-10-17 mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 20:09:58-də zəng edilərək 109 saniyə danışıq aparılmışdır. Bundan başqa Abunəçilərin şəxsi məlumatlarının əks olunduğu “8010-abuneciler” adlı “.xls” formatlı fayla baxış keçirən zaman müəyyən edilmişdir ki, +994(50)285-78-44 mobil telefon nömrəsi Şahid1 qardaşı İsmayılov Rövşən Heydərxan oğluna məxsus olmaqla ailə üzvləri tərəfindən istifadə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış iş materiallarından görünür ki, Şahid1 ilkin yoxlama dövründə Təqsirləndirilən şəxs1 ona göndərdiyi, habelə özü tərəfindən qeydə alınmış fonoqramların əks edildiyi 01 ədəd CD disk təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə “WhatsApp Audio 2019-06-06 at 18.34.24” adlı “.ogg” formatlı 01 ədəd, “WhatsApp Audio 2019-06-06 at 18.35.17”, “WhatsApp Audio 2019-06-06 at 18.37.43”, “WhatsApp Audio 2019-06-06 at 18.40.08”, “WhatsApp Audio 2019-06-06 at 18.44.05”, “WhatsApp Audio 2019-06-06 at 18.45.41”, “WhatsApp Audio 2019-06-06 at 18.48.05” adlı “.amr” formatlı 06 ədəd faylın olması müəyyən edilmişdir. Baxış zamanı qeyd edilən fonoqramların məzmununda “F....” kimi barəsində danışılan şəxs Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsidir. “WhatsApp Audio 2019-06-06 at 18.34.24” adlı “.ogg” formatlı fayla baxış keçirilərkən iş materiallarına əsasən söhbətin məzmunundan səs yazısının Şahid1la Təqsirləndirilən şəxs1 arasındakı dialoqu əks etdirməsi, habelə Azər adlı şəxsin də arada söhbətdə iştirak etməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan 00.00-00.58 saniyələri əhatə edən müddət intervalında aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Səməd – Mənə bu gün lazımdı, sən hardasan? Kişi, hardasan e sən? Hikmət- Mən Bakıda, harda olacam? Səməd – 6 tamamda görüşək də, bu günə söz veribsiz siz. Hikmət - Mən sənə söz verməmişəm, mən Hacı Əliheydərə söz vermişəm. Səməd – Düzdü, düz deyirsən. Mən oyunnan çıxmışam. Yenə deyirəm Azər səsivi eşidir. Azər səni eşidir. Mən gəlməmişəm bura, məni Azər çağırıb Hikmət - Mənə qulaq asırsan? İstəmirsən ki, qardaşdarın çıxsın? Səməd – Mən mart ayının 16-nan istiyirəm bu günə qədər. Çıxardıb verə bilmirsiz, alladırsız Hikmət - Alladırıq da səni. Sən aparmısan bizi ağsaqqalının yanına, sən artıq allanmısan. İndi ağsaqqalın allanacaq, ya qarşı tərəfin allanacaq, uje sənnik döyül, uje Hacı Əliheydərlikdi o söhbət. Səmədlə Hikmət bu mövzuda danışığı davam etdirir, Hikmət Səmədin suallarına cavab verməkdən yayınaraq yalnız Hacı Əliheydərə cavab verəcəyini deyir və pulu da Əliheydərin alacağını söyləyir. Ardınca Azər adlı şəxs söhbətə qoşulur və heç bir pul üçün cavabdehlik daşımadığını deyir. Həmin faylda iş üçün əhəmiyyətli olan 06.00 dəqiqəsindən sona qədər müddət intervalında aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Səməd – 300 minim yoxdu mənim. Demişəm tapıb düzüb-qoşub verəcəm. Borc alacam, kredit alacam. Borc alacam Hikmət – Mən borc eşitməmişəm vallah. Səməd – Eşitməzsən də, eşitməzsən. Hikmət – Vallah eşitməmişəm, Allaha and olsun, eşitməmişəm borc söhbətin. Səməd – Eşitməzsən. Hikmət - ... 50 min filankəsdən alaceydim, 30 min filankəsdən. Səməd – İndi aldığın pulu qaytar ver də. Aldığın pulu qaytar ver, xahiş edirəm. Mənim kreditimin vaxtıdı. Hikmət – bu söhbəti. Sağ ol. Səməd – Elə oldu, sağ ol, yaxşı. “WhatsApp Audio 2019-06-06 at 18.35.17” adlı “.amr” formatlı fayla baxış keçirilərkən söhbətin məzmunundan səs yazısının Təqsirləndirilən şəxs1lə “Ağa” ləqəbli şəxs arasındakı dialoqu əks etdirməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Hikmət – Alo. Ağa – Ay can. Hikmət – Salam Ağa, nətərsən, qurban sənə, nə var, nə yox. Ağa - ...büyünnərim. Hikmət – Yox e, büyün çox gərgin gün olub. Heç nə, Baş Prokurorluqda razborka, qırğın-qiyamət, intriqa gedir, buraxmıllar uşağı. Ağa – Buraxacaqlar. Hikmət – Sabah F.... hamısın çağırıb Prezident Aparatına, Baş prokuroru da, müavinnəri, zadı hamısın, müşavirə eliyir. Yığıb yanına. Ağa – Kim? Hikmət – F.... da. Ağa – Ə buraxdıracaqlar. Hikmət – Həə, sabah deyir ki, bəs belə-belə, gəlin. Ağa – Çox nigaran idim zəng eliyirdim tez-tez. Hikmət – Mən bilirəm, götürənmirdim. Da bu yannan da Vahidin məsələsi düşüb ortalığa, mebel məsələsi, aləm qarışmışdi. Ağa – O gərgindi, gərgin. Hikmət – Hə, Vahid gərgindi, düz deyirsən. Ağa – Yazıq,Hikmət – Hə, heç nə. Şeyləmir də o, o yoxdan var etmə məsələsi. Yoxdu, ona görədi bax hamısı bular. Ağa – Nə yadında qalıb e. Hikmət – Baa, sənin hər kəlmən mənimçün aləmdi də. Ağa – Mənnən hamıya salam de. Hikmət – Hamıya salam deyir Ağa. Əleykim salam deyir. Ağa – Mənə boş olanda zəng elə. Hikmət – Baş üstə “WhatsApp Audio 2019-06-06 at 18.37.43” adlı “.amr” formatlı fayla baxış keçirilərkən iş materiallarına əsasən söhbətin məzmunundan səs yazısının Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 arasındakı dialoqu əks etdirməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan 00.00-01.11 saniyələri əhatə edən müddət intervalında aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Hikmət – Heç nə, əcəb elədin, dedim görüm nəsə bir xəbər zad var, darıxdım. Mehdi – Hələ ki, yox, darıxma, niyə darıxırsan ki. Sənə dedim ki, darıxma da. Darıxanı bilmirsən, nağayrıllar? Hikmət – Hə billəm, billəm. Mehdi – Bir az darıxma da, darıxma. Hikmət – Hanı elə bir oğlan harda var, o darıxanı eləsin elə. Mehdi – Yox, həmişə elə deyillər də. Hikmət – Deyillər da, sözdü da deyillər. Deyirdim həll eleseydin, maşını minib çıxıb gedərdim da öyümüzə da, Göyçaya. Mehdi – Ordakılara da denən ki. Hikmət – Olar mənə hələ heç nə demillər. Ba görürsən, deyəndə deyirəm. Ba nəsə deyəndə deyirəm. Prosto kişi mənnən soruşdu ki. Mehdi – Denən, hər şey normaldı. Adam dedi ki, qiymətini də, vaxtı sabah deyəcəm sənə. Mən də onun zəngin gözdüyürəm elə. Hikmət – Elə belə bir dənə qıdıqlıyardın da ki, bir de, tarazdıyaq da. Mehdi - Keçən dəfə yadındadı məni yığdırdın, dalbadal zəng vurdum sora iki gün telefonumu götürmədi. Ona görə dedi ki, sabah sənə zəng eliyəcəm vaxtını da, qədərin də deyəcəm. “WhatsApp Audio 2019-06-06 at 18.40.08” adlı “.amr” formatlı fayla baxış keçirilərkən söhbətin məzmunundan səs yazısının Təqsirləndirilən şəxs1lə Naməlum kişi səsli şəxs arasındakı dialoqu əks etdirməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Naməlum kişi – Axşamız xeyir, bir də. Hikmət – Axşamız xeyir olsun. Naməlum kişi – İndi çıxdım burdan. Hə, indi çıxdım. Nəysə, dedi hər şey qaydasındadı o adam. Prosto day öz aramızda qalsın. Hər şey qaydasındadı, prosto narahatam ki, məni podvodit eliyəllər, dedim a, narahat olma, hər şey qaydasında olacaq. Deyir ayın 6-sı mən uşağnan. F...-a da deyir elə demişəm, F...da deyir, arxayın ol. Hikmət – Yox e, mən bu dəyqə lyuboy bir adamı mən ordan gedib götürə bilirəm. Pulunu verirsən çıxardırsan da, burda nə var ki. Uzanır, ona görə nigaranam. Naməlum kişi – Nətər? Hikmət – Niyə uzanır, ona görə nigaranam. Yəni bu gün çöldən-çölə sən də gedib adam çıxarda bilirsən, nə var burda. Naməlum kişi – Nəysə, dedi ki, arxayın ol, yüz faiz, deyir ayın 6-sı. Dedim mən gedənməyəcəm ayın 6-sı elə bil dostumun yasıdı da, 40-dı, orda olmalıyam. Bu şey olar uzaqbaşı, 40-dan sora çıxaram gələrəm ora, lazım olsa. Hikmət – İnşallah. Naməlum kişi – Təki deyirəm, dedim bax, Mehdi, Hikmət məllim sıxıntıdadı. Ola bilsin sənə zəng eləmir demir, amma mən bilirəm sıxıntıdadı. O iş düzələcək? Dedi, 100 faiz. Nəysə, elə olsun ki, arxayınçılıq olsun. Dedi, 100 faiz. Hikmət – İnşallah, gecən xeyrə onda. Naməlum kişi – Oldu qadan alım, mən gedirəm evə, evə gedirəm. Hikmət – Oldu, sağ ol, sağ ol. “WhatsApp Audio 2019-06-06 at 18.44.05” adlı “.amr” formatlı fayla baxış keçirilərkən söhbətin məzmunundan səs yazısının Təqsirləndirilən şəxs1lə Mehdi arasındakı dialoqu əks etdirməsi müəyyən edilsə də, səs yazısının qeydə alınma mexanizmi və keyfiyyəti səbəbindən Mehdinin danışığı aydın eşidilmir. Həmin faylda iş üçün əhəmiyyətli olan aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Hikmət – Ay can. Hikmət- Aha. Hikmət- Sabah gedib örgənəcəm hamısın. Hikmət- Başa düşdüm. Hikmət-İnşallah, inşallah. Hikmət- əhər məlumatlandıracam səni ordan. İnşallah. Hikmət- Axşam 5-ə, 6-ya çatacaq, yoxsa? Allahın köməkliyinən də. Hikmət-Billəm. Həə. Bilirsən, indi heç kim yoxdu yanımda danışıram sənnən. Bu buna göstəriş versin ki, onu buraxın. Sora genə o ağacın qıraq-bucağını ərtdəmək soranın işidi də ki, nədi, nə döyül, düzəliş eləmək. Hikmət-Yox, mən bilirəm e, sən. Hikmət- Aha. Hikmət-Təbii, təbii. Hikmət- Yox, hər bir halda.Hikmət- Lap tutaq ki, elə döyül, belədi. Sən şahsan da, sən bu işin şahısan. Belə döyül, denən bunu elə getsin. Hikmət-Mən başa düşürəm, mən onu da bilirəm. Hər halda sənin tərəzin onnan ağırdı da, mən onçun deyirəm. Hikmət- Ay sağ ol.Hikmət- Həə.Yenə də mən deyirəm. Hikmət- Mən sabah cənab polkovnik, sənə məruzə eliyəcəm hər şeyi təbii ki. Amma sənin qarşında generaldı. Sən generala elə poruçeni verirsən ki, qalmışam belə. Hə, zarafat eliyirəm. Hamımız eyni dinə-məzhəbə qulluq eliyirik ki, Elnuru çıxardaq.Hikmət- Çıxardarsan. Mən də inanırdım ki, bu gün axşam sürpriz eliyəssən ki, Elnuru çıxartdım, deyərsən, Hikmət-Vətən sənin xidmətlərini qiymətləndirəcək. Sənə dostluq ordeni, şöhrət ordeni verəcəm. Hikmət-Bilirəm. Kənardan baxanda tema adama asan gəlir. Bilirsən, kənardan bu ailə nə hüqüşünas döyül, nə də ki, orqan işçisi döyül, temanın ağırlığını dərk edə bilmirlər. Hikmət- Həə. Hər bir halda Allah sənə ömür versin ki, yanı bu işin öhdəsindən gəlirsən, hər bir halda. Borcdu qalıram. Hikmət- Bilirəm, bilirəm. Sən bir qoz oğlansan, heç kimin sözün götürməyi bacarmırsan, amma büyün gedib nəyinsə xətrinə, yanı mənim xətrimə, kiminsə xətrinə gedib boynunu büküb orda diyanırsan ki, Ay Allah, bunun işini yarıdım ki, o da mənim sözümü eşitsin və yaxud nəysə də. Hikmət-Aha. Hikmət- İnşallah. Hikmət- Yaxşı. Sabah əliboş qayıtmayassan da. Hikmət- İndi oların sən qəbul elə ki, olar dezinformasiya deyirsən e, ponyatka məsələsi var da. Sən hüqüqşünassan, professorsan, polkovniksən. Ə bu adam ticarətçidi. Bunu sən səviyyədə başa düşə bilməz ki, təbii ki. Bunu da qəbul elə da. Hikmət- Bilirəm. Yox e, bu ölkənin şahıdı da o sahənin şahıdı bu. Onnan yuxarı adam yoxdu ki, orda. Hikmət- Bildim. Birinciyə. Bular hamısı birincinin komandasıdı. Bilirəm, bilirəm. Yanı mən inanmıram e, o şişirdilə gedə çıxa birinciyə ki, o Əhməd belədi, Məmməd belə. “WhatsApp Audio 2019-06- 06 at 18.48.05” adlı “.amr” formatlı fayla baxış keçirilərkən iş materiallarına əsasən söhbətin məzmunundan səs yazısının Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 arasındakı dialoqu əks etdirməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Mehdi– Axşamın xeyir. Hikmət – Narahat eləmədim səni? Mehdi – Yox, futbola baxırdım. Hikmət – Gəlmisən? Mehdi– Nə bilim, bir yarım saat olar gəlmişəm. Hikmət – Bəs nə əcəb məni yığmadın? Mehdi – Day bəyax danışdım, ona görə də, dedim narahat eləmiyim. Hikmət – Yo, nə narahatlıq. Dedin nəsə deyəcəm, ona görə dedim. Mehdi– Dedim da, dedim ki, həni aldıq, sabahları mənə deyəcəklər vaxtı, bir də qədəri. Hikmət – Sən qədəri özün. Mehdi – Heç nə deməmişəm mən. Hikmət – Prosto birdən elə şey deyə bilər ki. Mehdi– Mənim yanımda o söhbəti eləmədi. O birisi. Hikmət – Hə, bildim də, bildim, birinci, dostun. Mehdi – Hə. Dostum yox e, o birsi. Hikmət – O birsi. Mehdi– Mənim yanımda eləmədi o söhbəti. F.... da dedi ki, sabahları özüm deyərəm sənə, vaxtı da, qiyməti də. Hikmət – Hə, sənə F.... deyəcək, yoxsa? Mehdi – Hə, F.... Hikmət – Hə, lap yaxşı da. Mehdi– O birsi mənnən elə kontakta girməz. Hikmət – Bilirəm, bilirəm. Mehdi– Elə ətiacı adamdı bir az. Hikmət – Nətər adamdı? Mehdi – Ətiacı. Hikmət – Ə yox, onun sifətinnən görmürsən, murdarçılıq yağır. Onun sifətinnən görmürsən ki, o zəhər tuluğudu? Mehdi– Ətiacı adamdı. Bu bir az tez getdi, özümüz oturduq sora F.... –nan. Hikmət – Həə, əsas odu ki, Allah qoysa səhər çıxardaq, o dediyimiz sözü da biz onsuz da onun əlindəyik də. Orda sən varsan, orda yalan söhbət ola bilməz. Mehdi – Vaxtı da, şeyi də özüm diyəcəm dedi sənə. Hikmət – Hə də, yaxşı. Səhər deyərsən ki. Mehdi– Özüm Allah qoysa sənə zəng eliyəcəm. Hikmət – Mənə vaxtında de ki, əlində olanları yığıb gətirsin, bilək nəyi qalır. Mehdi– Başa düşdüm. Hikmət – Hə də, vəssəlam da. Mehdi– Yaxşı, sabah zəng eliyəcəm sənə. Hikmət – Oldu. Zəngini gözdüyürəm, Allah qoysa. Gecən xeyrə qalsın. Mehdi – Xeyrə qarşı. “WhatsApp Audio 2019-06-06 at 18.45.41” adlı “.amr” formatlı səs yazısında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış iş materiallarından görünür ki,Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək ərizəsinə əlavə etdiyi Şahid1la arasında baş tutan dialoqun əks olunduğu fonoqram qeydə alınmış 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 05 mart 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “AUDİO-2020-03-05-11- 32-14” adlı “.mp3” formatlı fayla baxış keçirilərkən iş materiallarına əsasən söhbətin məzmunundan səs yazısının Şahid1la Təqsirləndirilən şəxs1 arasındakı dialoqu əks etdirməsi müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyətli olan 00.00-01.19 saniyələri əhatə edən müddət intervalında aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Səməd – Gedək həmin adamın ayağına yıxılaq. Hikmət - Yox, Səməd – Neyniyək bəs sənin başına dönüm. Hikmət - Pulun vermək lazımdı da. Səməd – Sən bir az tələsdin. Gör, o getdiyimiz ocağa and olsun, özümün, qardaşlarımın, atamın, anamın, hamısının pullarının içində 1000-1500 neçə evi yığsaq, ola-olmaya bir dənə Allaha ayandı. Hikmət - Mən Səməd, sən məni düzgün başa düş e. Biz gətirib bura qədər çıxartmışıq. Düzdü? Gətirdik çıxartdıq da bura qədər. O pulu da sildilər onun içində ki, almışam. Düzdümü? Biz alacıyıq. Nə yolnan alacıyıq, da o aidiyyəti yoxdu. Təmizikmi biz? Bəs indi nətər eliyək, qardaş? Buna gedək, deyək ki. Səməd – Ama uşaqları çıxartsaq, hamı inanacaq. Elə 50 min Ziyarətin atasınnan alacam, Allaha and olsun. Başıva dönüm əmi, qurban olum sənə. Hikmət - Səməd, sən bilirsən ki mən sənin yerinə bu gün pul verə bilmirəm. Mənim imkanım olsa idi, elə özünə də dedim. Dedim mənim imkanım olsaydı. Səməd – Qabağına düşək, yalvaraq. Bir qədər söhbət eyni məzmunda davam edir və Şahid1 Təqsirləndirilən şəxs1 kömək istəyir.Həmin faylda iş üçün əhəmiyyətli olan 04.51 dəqiqədən sona qədər müddət intervalında aşağıdakı məzmunlu danışıqların səsi qeydə alınmışdır: Səməd – Yoxun üzü qara olsun. Allah haqqı, varım idi, son damla, sənnən xəbərsiz götürdüm verdim ona. Yoxumdu, vallah qardaşıma görə canımnan keçərəm. Vallah yoxumdu. Axşam ahnan-ohun arasında o bizim eldə belə bir misal var, getdim orda kişi dünənnəri evə alqı-satqı adam gətirib. Getdim bir dənə də ordan evin elə bil şeyin götürdüm, maklerin nömrəsin götürdüm ki, qardaş, evimi satıram. Bu indi yaşadığım evə. Neynirəm o qızıl teşti içinə qan qusam. Hikmət - Hələ çıxmayan cana ümid çoxdu da. Gedək görək Vahid variantına alına bilir? Alına bilirsə, Vahid deyir 300-ü versəm, 50 min üstündə pul istiyirəm. Səməd – Versin, versin, versin. Hikmət - Sən öl, dediyin deyirəm sənə. Səməd – Versin, versin, versin. Hikmət - Sən öl, dedim sənə. Səməd – Yox, yox, denən Səməd deyir ki, 50 min və pilus ömrümün axırına qədər boynumda gəzdirəcəm. Hikmət - Sənin yanında danışacam onnan. Yəni indi dabro verib, danışım. Konturun varsa, yığ, məndə kontur yoxdu ki, yığım Vahidə. Yığ. Səməd – Məndə də bunda yoxdu, yalannan var e bir az. Hikmət - Yəni mən deyərəm Vahidə ki, Vahid, 50 mini verirlər. Mən ona dedim ki, mənim 50 minlik hörmətim yoxdu? Elə bil almamısan. Dedi, baş üstə. Amma özgənin puludu da o. Özün də bilirsən. Səməd – Baş üstə. Hikmət - Nəsə gedək çıxaq ora hələ. Gedək çıxaq ora. Gedək çıxaq görək nə danışıllar, nə deyillər. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, əsasən həmin tarixli protokol ilə Şahid1, xx xxxx 2020-ci il tarixli qərarlarıma əsasən həmin tarixli protokollar ilə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 eksperimental səsnitq nümunəsi götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə məhkəmə-fonoskopik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 4/81 №-li rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir: Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: çoxnöqtələrlə- müəyyən olunmayan söz və ifadələr; K1, K2 və s. - kişi cinsinə məxsus səslə danışan diktorlar; /// işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir; mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir. (QEYD: “F....” kimi barəsində danışılan şəxs Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbər vəzifəli şəxsi kimi təqdim olunur.) Ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: “AUDİO-2020-03-05-11-32-14 (1).mp3”00.00-01.19 K1 – Gedək həmin adamın ayağına yıxılaq/// .K2 - Yox, yıxılmaq söhbəti yoxdu, Səməd. O adam iki dənə variant var. Əgər biz ona desək ki, bizə kömək elə, vaxt ver, pul tapa bilmirik, burax, filan bəsməkan, o nöqtə qoyacaq orda. Onnan bağlandı söhbət. Çünki axşam mən bir dəfə dedim, xətrinə dəydi onun. K1 – Neyniyək bəs sənin başına dönüm. K2 - Pulun vermək lazımdı da. K1 – Sən bir az tələsdin. Gör, o getdiyimiz ocağa and olsun, özümün, qardaşlarımın, atamın, anamın, hamısının pullarının içində 1000-1500 neçə evi yığsaq, ola-olmaya bir dənə Allaha ayandı. K2 - Mən Səməd, sən məni düzgün başa düş e. Biz gətirib bura qədər çıxartmışıq. Düzdü? Gətirdik çıxartdıq da bura qədər. O pulu da sildilər onun içində ki, almışam. Düzdümü? Biz alacıyıq. Nə yolnan alacıyıq, da o aidiyyəti yoxdu. Təmizikmi biz? Bəs indi nətər eliyək, qardaş? Buna gedək, deyək ki///. K1 – Ama uşaqları çıxartsaq, hamı inanacaq. Elə 50 min Ziyarətin atasınnan alacam, Allaha and olsun. Başıva dönüm əmi, qurban olum sənə. K2 - Səməd, sən bilirsən ki mən ... ... Mən sənin yerinə bu gün pul verə bilmirəm. Mənim imkanım olsa idi, elə özünə də dedim. Dedim mənim imkanım olsaydı///. K1 – Qabağına düşək, yalvaraq. (Söhbət bu məzmunda davam edir. Səməd K2-diktorundan ona kömək etməsini xahiş edir). 04 dəq 51 san-dən danışığın sonuna qədər olan hissədə qeydə alınan dnışıqlar:K1 – Yoxun üzü qara olsun. Allah haqqı, varım idi, son damla, sənnən xəbərsiz götürdüm verdim ona. Yoxumdu, vallah qardaşıma görə canımnan keçərəm. Vallah yoxumdu. Axşam ahnan-ohun arasında o bizim eldə belə bir misal var, getdim orda kişi dünənnəri evə alqı-satqı adam gətirib. Getdim bir dənə də ordan evin elə bil şeyin götürdüm, maklerin nömrəsin götürdüm ki, qardaş, evimi satıram. Bu indi yaşadığım evə. Neynirəm o qızıl teşti içinə qan qusam///. K2 - Hələ çıxmayan cana ümid çoxdu da. Gedək görək Vahid variantına alına bilir? Alına bilirsə, Vahid deyir 300-ü versəm, 50 min üstündə pul istiyirəm. K1 – Versin, versin, versin. K2 - Sən öl, dediyin deyirəm sənə. K1 – Versin, versin, versin. K2 - Sən öl, dedim sənə. K1– Yox, yox, denən Səməd deyir ki, 50 min və pilus ömrümün axırına qədər boynumda gəzdirəcəm. K2 - Sənin yanında danışacam onnan. Yəni indi dabro verib, danışım. Konturun varsa, yığ, məndə kontur yoxdu ki, yığım Vahidə. Yığ. K1 – Məndə də bunda yoxdu, yalannan var e bir az. K2 - Yəni mən deyərəm Vahidə ki, Vahid, 50 mini verirlər. Mən ona dedim ki, mənim 50 minlik hörmətim yoxdu? Elə bil almamısan. Dedi, baş üstə. Amma özgənin puludu da o. Özün də bilirsən. K1 – Baş üstə. K2 - Nəsə gedək çıxaq ora hələ. Gedək çıxaq ora. Gedək çıxaq görək nə danışıllar, nə deyillər. “WhatsApp Audio 2019-06-06 at 18.34.24.ogg” 00.00-00.58 K1– Mənə bu gün lazımdı, sən hardasan?///Kişi, hardasan e sən? K2 - Mən Bakıda, harda olacam? K1 – 6 tamamda görüşək də, bu günə söz veribsiz siz. K2 - Mən sənə söz verməmişəm, mən Hacı Əliheydərə söz vermişəm. K1 – Düzdü, düz deyirsən. Mən oyunnan çıxmışam. Yenə deyirəm Azər səsivi eşidir. Azər səni eşidir. Mən gəlməmişəm bura, məni Azər çağırıb. K2- Mənə qulaq asırsan? İstəmirsən ki, qardaşdarın çıxsın? K1 – Mən mart ayının 16-nan istiyirəm bu günə qədər. Çıxardıb verə bilmirsiz, alladırsız. K2 - Alladırıq da səni. Sən ... aparmısan bizi ağsaqqalının yanına, sən artıq allanmısan. İndi ağsaqqalın allanacaq, ya qarşı tərəf allanacaq, uje sənnik döyül, uje Hacı Əliheydərlikdi o söhbət/// (Diktorlar bu mövzuda danışığı davam etdirirlər. K1 diktoru K2 diktoruna müxtəlif suallar verir, K2 diktoru isə yalnız Hacı Əliheydərə cavab verəcəyini deyir və pulu da Əliheydərin alacağını söyləyir. Ardınca Azər adlanan şəxs söhbətə qoşulur və heç bir pul üçün cavabdehlik daşımadığını deyir. Sonra K1 diktoru K2 diktorunun ətrafında olan bütün şəxslərin ona psixoloji təsir göstərdiyini deyir). 06 dəq 00 san-dən danışığın sonuna qədər olan hissədə qeydə alınan danışıqlar: K1– 300 minim yoxdu mənim. Demişəm tapıb düzüb-qoşub verəcəm. Borc alacam, kredit alacam. Borc alacam. K2 – Mən borc eşitməmişəm vallah. K1 – Eşitməzsən də, eşitməzsən. K2– Vallah eşitməmişəm, Allaha and olsun, eşitməmişəm borc söhbətin. K1 – Eşitməzsən. K2 - ... 50 min filankəsdən alaceydim, 30 min filankəsdən. K1 – İndi aldığın pulu qaytar ver də. Aldığın pulu qaytar ver, xahiş edirəm. Mənim kreditimin vaxtıdı. K2– ... bu söhbəti. Sağ ol. K1– Elə oldu, sağ ol, yaxşı. “WhatsApp Audio 2019-06-06 at 18.35.17.amr” K2 – Alo. K3 – Ay can. K2 – Salam Ağa, nətərsən, qurban sənə, nə var, nə yox. K3- ...büyünnərim. K2 – Yox e, büyün çox gərgin gün olub. Heç nə, Baş Prokurorluqda razborka, qırğın-qiyamət, intriqa gedir, buraxmıllar uşağı. K3 – Buraxacaqlar. K2– Sabah F.... hamısın çağırıb Prezident Aparatına, Baş prokuroru da, müavinnəri, zadı hamısın, müşavirə eliyir. Yığıb yanına. K3 – Kim?.K2– F.... da. K3 – Ə buraxdıracaqlar. K2 – Həə, sabah deyir ki, bəs belə-belə, gəlin. K3 – Çox nigaran idim zəng eliyirdim tez-tez. K2 – Mən bilirəm, götürənmirdim. Da bu yannan da Vahidin məsələsi düşüb ortalığa, mebel məsələsi, aləm qarışmışdi. K3 – O gərgindi, gərgin. K2 – Hə, Vahid gərgindi, düz deyirsən. K3 – Yazıq. K2 – Hə, heç nə. Şeyləmir də o, o yoxdan var etmə məsələsi. Yoxdu, ona görədi bax hamısı bular. K3 – Nə yadında qalıb e. K2 – Baa, sənin hər kəlmən mənimçün aləmdi də. K3 – Mənnən hamıya salam de. K2 – Hamıya salam deyir Ağa. Əleykim salam deyir. K3 – Mənə boş olanda zəng elə. K2 – Baş üstə. “WhatsApp Audio 2019-06-06 at 18.37.43.amr” 00.00-01.11 K2 – Heç nə, əcəb elədin, dedim görüm nəsə bir xəbər zad var, darıxdım. K4 – Hələ ki, yox, darıxma, niyə darıxırsan ki. Sənə dedim ki, darıxma da. Darıxanı bilmirsən, nağayrıllar? K 2– Hə billəm, billəm. K4 – Bir az darıxma da, darıxma. K2 – Hanı elə bir oğlan harda var, o darıxanı eləsin elə. K4 – Yox, həmişə elə deyillər də. K2 – Deyillər da, sözdü da deyillər. Deyirdim həll eleseydin, maşını minib çıxıb gedərdim da öyümüzə da, Göyçaya. K4 – Ordakılara da denən ki. K2 – Olar mənə hələ heç nə demillər. Ba görürsən, deyəndə deyirəm. Ba nəsə deyəndə deyirəm. Prosto kişi mənnən soruşdu ki/// K4 – Denən, hər şey normaldı. Adam dedi ki, qiymətini də, vaxtı sabah deyəcəm sənə. Mən də onun zəngin gözdüyürəm elə. K2 – Elə belə bir dənə qıdıqlıyardın da ki, bir de, tarazdıyaq da. K4 - ... keçən dəfə yadındadı məni yığdırdın, dalbadal zəng vurdum sora iki gün telefonumu götürmədi. Ona görə dedi ki, sabah sənə zəng eliyəcəm vaxtını da, qədərin də deyəcəm. (Diktorlar arasında sonadək bu mövzuda söhbət davam edir).“WhatsApp Audio 2019-06-06 at 18.40.08.amr” K5 – Axşamız xeyir, bir də. K2 – Axşamız xeyir olsun. K5 – İndi çıxdım burdan. Hə, indi çıxdım. Nəysə, dedi hər şey qaydasındadı o adam. Prosto day öz aramızda qalsın. Hər şey qaydasındadı, prosto narahatam ki, məni podvodit eliyəllər, dedim a, narahat olma, hər şey qaydasında olacaq. Deyir ayın 6-sı mən uşağnan ... F....-a da deyir elə demişəm, F.... da deyir, arxayın ol. K2 – Yox e, mən bu dəyqə lyuboy bir adamı mən ordan gedib götürə bilirəm. Pulunu verirsən çıxardırsan da, burda nə var ki. Uzanır, ona görə nigaranam. K5 – Nətər? K2– Niyə uzanır, ona görə nigaranam. Yəni bu gün çöldən-çölə sən də gedib adam çıxarda bilirsən, nə var burda. K5 – Nəysə, dedi ki, arxayın ol, yüz faiz, deyir ayın 6-sı. Dedim mən gedənməyəcəm ayın 6-sı elə bil dostumun yasdı da, 40-dı, orda olmalıyam. Bu şey olar uzaqbaşı, 40-dan sora çıxaram gələrəm ora, lazım olsa. K2 – İnşallah. K5 – Təki deyirəm, dedim bax, Mehdi, Hikmət məllim sıxıntıdadı. Ola bilsin sənə zəng eləmir demir, amma mən bilirəm sıxıntıdadı. O iş düzələcək? Dedi, 100 faiz. Nəysə, elə olsun ki, arxayınçılıq olsun. Dedi, 100 faiz. K2 – İnşallah, gecən xeyrə onda. K5 – Oldu qadan alım, mən gedirəm evə, evə gedirəm. K2 – Oldu, sağ ol, sağ ol. “WhatsApp Audio 2019-06-06 at 18.44.05.amr”. K2– Ay can. K4- Sən sabahları əgər imkanın varsa .... orda gör nə məsələdi. K2- Aha. K4- Bu mənim ora zəng eləməyim deyir ayıbdı mənim. Nə zəng eliyim .... K2- Sabah gedib örgənəcəm hamısın. K4- Mən də səhər-səhər əgər şey olsa, .... bir-iki nəfərə .... K2- Başa düşdüm. K4- Onnan sora .... K2- İnşallah, inşallah. K4- .... 10-cu bölmə deyirsən nə deyirsən onu örgən gör .... prapiskası olan var orda yoxsa. K2- Səhər məlumatlandıracam səni ordan. İnşallah. K4- Ay sağ ol. Mən də bu tərəfdən öyrənib sora //// K2-Axşam 5-ə, 6-ya çatacaq, yoxsa? K4- Allahın köməkliyinən də indi biz hər-halda çalışırıq. Dedim büyünləri bəlkə çıxarda bilərüy, amma yəni bizdən aslı döyül. K2-Billəm. Həə. Bilirsən, indi heç kim yoxdu yanımda danışıram sənnən. Bu buna göstəriş versin ki, onu buraxın. Sora genə o ağacın qıraq-bucağını ərtdəmək soranın işidi də ki, nədi, nə döyül, düzəliş eləmək. K4- Sən elə bilirsən mən buların heç birin demirəm? K2-Yox, mən bilirəm e, sən /// K4- Bu da mənə dedi ki,... mən eliyəcəm e, dedi. .... K2- Aha. K4- Amma mən, mən heç bir şey götürüb .... K2- Təbii, təbii. K4- Olar da mənimkilərdi. Mən olara da inanmıya bilmirəm axı. K2- Yox, hər bir halda/// K4- ... olar mənə zəng eliyir, deyir ki, belə deyil, belədi. K2- Lap tutaq ki, elə döyül, belədi. Sən şahsan da, sən bu işin şahısan. Belə döyül, denən bunu elə getsin. K4- Olar da onunkudu da. Olar özgə döyül ki. K2- Mən başa düşürəm, mən onu da bilirəm. Hər halda sənin tərəzin onnan ağırdı da, mən onçun deyirəm. K4- İndi o da söz verdi eliyirəm də. ....K2- Ay sağ ol. K4- Amma axı mən deyirəm ki, bunu eliyibdi, sabah deyirlər ki, yox bu döyül budu. K2- Həə. Yenə də mən deyirəm/// K4- Mən də ona görə deyirəm ki, sən ... ordan bi dənə məlumat denən, mənim ora getməyə imkanım olmiyacağ. K2- Mən sabah cənab polkovnik, sənə məruzə eliyəcəm hər şeyi təbii ki. Amma sənin qarşında generaldı. Sən generala elə poruçeni verirsən ki, qalmışam belə. Hə, zarafat eliyirəm. Hamımız eyni dinə-məzhəbə qulluq eliyirik ki, Elnuru çıxardaq. K4- Mən də çalışıram ki, Elnuru/// Allah haqqı mən bugün gözlüyürdüm ki, büyünləri ... K2- Çıxardarsan. Mən də inanırdım ki, bu gün axşam sürpriz eliyəssən ki, Elnuru çıxartdım, deyərsən, Hikmət/// K4- Sən təsəvvür elə .... K2- Vətən sənin xidmətlərini qiymətləndirəcək. Sənə dostluq ordeni, şöhrət ordeni verəcəm. K4- ... K2-Bilirəm. Kənardan baxanda tema adama asan gəlir. Bilirsən, kənardan bu ailə nə hüqüşünas döyül, nə də ki, orqan işçisi döyül, temanın ağırlığını dərk edə bilmirlər. Söhbət/// K4- .... mənə vaxdunda deyün ki, bu təkcə bunu eləmiyib də. Bu gedib filankəsi zorluyub. Bunu da denən mənə də. K2- Həə. Hər bir halda Allah sənə ömür versin ki, yanı bu işin öhdəsindən gəlirsən, hər bir halda. Borcdu qalıram. K4-..... K2- Bilirəm, bilirəm. Sən bir qoz oğlansan, heç kimin sözün götürməyi bacarmırsan, amma büyün gedib nəyinsə xətrinə, yanı mənim xətrimə, kiminsə xətrinə gedib boynunu büküb orda diyanırsan ki, Ay Allah, bunun işini yarıdım ki, o da mənim sözümü eşitsin və yaxud nəysə də. K4-..... K2- Aha. K4- ... bugün kankret suallar qoyacağ qabağıma. K2- İnşallah. K4- Olub-olmuyub. Sən o tərəfdən onu öyrən mən də bu tərəfdən bunu öyrənib. K2- Yaxşı. Sabah əliboş qayıtmayassan da. K4- Hazırlığlı gedməy lazımdı. K2- İndi oların sən qəbul elə ki, olar dezinformasiya deyirsən e, ponyatka məsələsi var da. Sən hüqüqşünassan, professorsan, polkovniksən. Ə bu adam ticarətçidi. Bunu sən səviyyədə başa düşə bilməz ki, təbii ki. Bunu da qəbul elə da. K4- Mən başa düşürəm onu. Sən də bir tərəfdən qəbul elə ki, o da onun dediyi adam var a, o pasdayannı onnan işdiyən adamdı. Belə deyək də balaca bir adam döyül. K2- Bilirəm. Yox e, bu ölkənin şahıdı da o sahənin şahıdı bu. Onnan yuxarı adam yoxdu ki, orda. K4-... o birisi də var da, bunun müraciət elədiyi adamın rəhbəri var ha, onun da kim sərəncamın verir, təyintaın kim verir, o kimə tabedi? K2- Bildim. Birinciyə. K4- Onda kutardı da. K2- Bular hamısı birincinin komandasıdı. Bilirəm, bilirəm. Yanı mən inanmıram e, o şişirdilə gedə çıxa birinciyə ki, o Əhməd belədi, Məmməd belə. K4- ... “WhatsApp Audio 2019-06-06 at 18.48.05.amr” . K4– Axşamın xeyir bir də qardaş. K2 – Narahat eləmədim səni? K4 – Yox, futbola baxırdım. K2– Gəlmisən? K4– Nə bilim, bir yarım saat olar gəlmişəm. K2– Bəs nə əcəb məni yığmadın? K4 – Day bəyax danışdım, ona görə də, dedim narahat eləmiyim. K2– Yo, nə narahatlıq. Dedin nəsə deyəcəm, ona görə dedim. K4– Dedim da, dedim ki, prinsipcə hə-ni aldıq, sabahları mənə deyəcəklər vaxtı, bir də qədəri. K2 – Sən qədəri özün/// K4 – Heç nə deməmişəm mən. K2 – Prosto birdən elə şey deyə bilərlər ki/// K4– Mənim yanımda o söhbəti eləmədi. O birisi. K2– Hə, bildim də, bildim, birinci, dostun. K4 – Hə. Dostum yox e, o birsi. K2 – O birsi. K4– Mənim yanımda eləmədi o söhbəti. F.... da dedi ki, sabahları özüm deyərəm sənə, vaxtın da, qiyməti də. K2 – Hə, sənə F.... deyəcək, yoxsa? K4 – Hə, F.... K2– Hə, lap yaxşı da. K4– O birsi mənnən elə kontakta girməz. K2 – Bilirəm, bilirəm. K4– Elə ətiacı adamdı deyir. K2 – Nətər adamdı? K4 – Ətiacı. K2 – Ə yox, onun sifətinnən görmürsən, murdarçılıq yağır. Onun sifətinnən görmürsən ki, o zəhər tuluğudu? K4– Ətiacı adamdı. Bu bir az tez getdi, özümüz oturduq sora F....-nan. K2 – Həə, əsas odu ki, Allah qoysa səhər çıxardaq, o dediyimiz sözümüz da biz onsuz da onun əlindəyik də. Orda sən varsan, orda yalan söhbət ola bilməz. K4 – Vaxtı da, şeyi də özüm diyəcəm dedi sənə. K2– Hə də, yaxşı. Səhər deyərsən ki/// K4– Özüm Allah qoysa sənə zəng eliyəcəm. K2 – Mənə vaxtında de ki, əlində olanları yığıb gətirsin, bilək nəyi qalır. K4– Başa düşdüm. K2 – Hə də, vəssəlam da. K4– Yaxşı, sabah zəng eliyəcəm sənə. K2– Oldu. Zəngini gözdüyürəm, Allah qoysa. Gecən xeyrə qalsın. K4 – Xeyrə qarşı. Ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar 5 (beş) nəfər kişi cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs3 məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından götrünür ki, Şahid1 Bakı şəhəri, Nərimanov RPİ-ə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanladığı ilkin müraciəti əsasında toplanmış yoxlama materialı xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğundan Baş idarəyə daxil olmuşdur. Həmin ilkin yoxlama materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Şahid1 xx xxxx 2019-cu il tarixli protokol ilə 7000 manat, xx xxxx 2019-cu il tarixli protokollar ilə 2000 manat və 3000 manat, xx xxxx 2019-cu il tarixli protokol ilə 2000 manat, xx xxxx 2019-cu il tarixli protokol ilə 3500 manat, xx xxxx 2019-cu il tarixli protokol ilə 1000 manat, xx xxxx 2019-cu il tarixli protokol ilə 600 manat olmaqla ümumilikdə 19100 manat, Təqsirləndirilən şəxs3 isə Şahid1 xx xxxx 2019-cu il tarixli protokol ilə 18700 manat pul ödəmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli ərizədən görünür ki, törədilmiş cinayət əməli nəticəsində ondan alınmış 50000 manat pulun 40000 manatının onun özünə qaytarıldığından və 10000 manatın istintaqa təhvil verildiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir maddi tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 təhvil verdiyi “HUAWEİ” markalı mobil telefon, «xxxx» MMC-dən daxil olmuş 02 ədəd kompakt disk, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt disk, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt disk, Şahid1 təqdim etdiyi 01 ədəd kompakt disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kompakt disk sübut kimi tanınması nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Şahid1 300000 manat pul verməsini deməkdə məqsədinin həmin məbləğdə pulu alaraq ələ keçirmək yox, söhbəti uzatmaq olması, Şahid1 səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik etmədiyi, Şahid1la Təqsirləndirilən şəxs2 onları Şahid3 avtomobilində görüşdürmədiyi, Gənclik metro stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2 iştirakı ilə 50000 manat pul almaması, Təqsirləndirilən şəxs2 qeyd edilən məsələlərdə heç bir iştirakının olmaması, Təqsirləndirilən şəxs3 Şahid1 əlavə pul tələb etmədiyi, Şahid1 tanıyanadək artıq sonuncunun rüşvət vermək niyyətində olduğu, 2019-cu ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək Səməd adlı tanışının qardaşı Elnur və dostu Ziyarətin həbsdən azad edilməsi, habelə barələrində istintaqı aparılan cinayət işi üzrə icraata xitam verilməsi üçün vəzifəli şəxslərə rüşvət kimi pul verməklə məsələni həll etmək istədiyi, Təqsirləndirilən şəxs2 Şahid1 şirkətinin mühasibatlıq işlərini aparmadığı, atası ilə Şahid1 “Memar Əcəmi” metrostansiyasının yaxırdığında Şahid3 avtomobilində görüşdürmədiyi barədə ifadələrini şahid ifadələri, yuxarıda sadalanan digər sübutlarla təhlil edilib həmin ifadələri özlərinin müdafiəsinə yönələn müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun ittiham olunduqları əməlləri törətmələrinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası CMnin 29, 178.3.2 və 32.4,312.2-ci maddələrinin dispozisiya şərtlərinə maddələrinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 qohumu X17 xx xxxxx 2020-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək dayısı Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində dəymiş zərərin ödənilməsi məqsədilə sonuncuya məxsus 10000 (on min) manat pulu istintaqa təqdim etmək istədiyini bildirmişdir. X17 iş üzrə şahid qismində dindirilərkən dayısı Təqsirləndirilən şəxs3 onunla əlaqə saxlayaraq yaşadığı evdə saxladığı özünə məxsus 10000 (on min) manat pulu götürərək zərərin ödənilməsi üçün istintaqa təhvil verməsini həvalə etdiyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixli pulun təqdim edilməsi haqqında protokoldan görünür ki, X17 96 ədəd 100 manatlıq, 02 ədəd 200 manatlıq əskinasla, ümümilikdə, 10000 (on min) manat pulu istintaqa təhvil verilmişdir. Pul vəsaitlərinin depozitə qoyulması haqqında xx xxxxx 2020-ci il tarixli qərar əsasında Vasif Hüseynovdan təhvil alınmış 10000 (on min) manat məbləğində pul vəsaitləri Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinin Maliyyə xidmətinə təhvil verilmiş və ƏXZ/1 seriyalı 132624 nömrəli kassa mədaxil orderinin qəbzi alınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə həmin məbləğin rüşvət kimi verildiyini və Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinində nəzərdə tutulan cinayət əməlinin predmeti olduğunu nəzərə alıb həmin pul vəsaitlərinin Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasə dövlət nəfinə xüsusi müsadirə olunmasını əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə istintaq zamanı məhkəmə ekspertizalarının keçirilməsinə 300 (üç yüz) manat sərf olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Müdafiəçi3 tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Buna görə də Müdafiəçi3 300 (üç yüz) manat ödənilməlidir. Məhkəmə, hüquqi yardım edilməsi ilə bağlı həmin məbləğin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə ödənilməsini, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 300 (manatın) bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onların həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 təhvil verdiyi “HUAWEİ” markalı mobil telefonnun onun şəxsi əşyaları ilə birgə saxlanılmasını, «xxxx» MMC-dən daxil olmuş 02 ədəd kompakt diskin, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt diskin, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt diskin, Şahid1 təqdim etdiyi 01 ədəd kompakt diskin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirnin ləğv edilib, barələrində həbs qətimkan tədbirinin seçilməsini və onların məhkəmə iclas zalından həbs edilmələrini, barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnamələrindən və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktub və İAMAS-dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə hazırkı iş üzrə tutulub xx xxxx 2020-ci il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilməsi, xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və həmin tarixdən də ev dustaqlığında olması, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə hazırkı iş üzrə tutulub xx xxxx 2020-ci il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilməsi, xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və həmin tarixdən də ev dustaqlığında olması, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə iş üzrə tutulub həmin tarixdə də barəsində qətimkan tədbiri qismində həbs seçilməsi, xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və həmin tarixdən də ev dustaqlığında olması müəyyən edildi. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəlinin onların tutulduqları xx xxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Hikmtə oğlunun Şahid1 aldıqları 50000 (əlli min) manatın 40000 (qırx min) manatının ərizəçiyə qaytarlıdıqlarını, 10000 (on min) manatını isə depozit hesaba keçirilməsini təqsirləndirilən şəxslərin məsuliyyətinin yüngülləşdirən hal kimi nəzərə alınmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən gprünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti müsbət xarakterizə edilir. Məhkəmə həmin halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 şəxsiyyəti müsbət xarakterizə edilir. Məhkəmədə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olduğu nüəyyən edildi. Məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Hikmtə oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzaları fərdiləşdirərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləri sübuta yetirildiyi cinayət əməllərində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib rüşvət verməyə təhrik etmədə xüsusi fəallıqla iştirak etmələrini nəzərə alıb onlara cəza təyin edərkən həmin halı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzaları təsir edən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ata və oğul olmasını, təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların olmasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına, həyat və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 hüquqi yardım edilməsi ilə bağlı 300 (üç yüz) manat vəsait Müdafiəçi3 ödənilməsi üçün 14 Saylı Vəkil Bürosunun hesabına ödənilsin. Həmin məbləğ ayrılıqda Təqsirləndirilən şəxs1, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 300 (manat) bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə ödənilsin. X17 tərəfindən xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinin Maliyyə xidmətinə təhvil verilmiş 10000 (on min) manat pul cinayətin predmeti kimi dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs1 təhvil verdiyi “HUAWEİ” markalı mobil telefon onun şəxsi əşyaları ilə birgə saxlanısın, «xxxx» MMC-dən daxil olmuş 02 ədəd kompakt disk, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt disk, «xxxx» MMC-dən daxil olmuş 01 ədəd kompakt disk, Şahid1 təqdim etdiyi 01 ədəd kompakt disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-175/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-175/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver