Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-178/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X28 və X11 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Cəlilabad rayonu, (Prişip) Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1989-cu il tarixdə Cəlilabad rayonu, (Prişip) Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda qediyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 və 235.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı və həmyerlisi olan Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı X33 adlı şəxs və həmçinin şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1 29 noyabr 2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 idarə etdiyi Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli «Lada Samara» 21440 markalı avtomobildə Cəlilabad rayonu Göytəpə şəhərindən çıxıb Bakı şəhəri istiqamətində hərəkət edərək həmin gün saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində «Baku Bus» şirkətinin yaxınlığında, palçıqlı ərazidən bir ədəd qara rəngli sellofan torbada olmaqla ümumi çəkisi 7050 (yeddi min əlli) qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış 1005 (bir min beş) qram külli miqdarda heroini və kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan 250,20 (iki yüz əlli tam, yüzdə iyirmi) qram külli miqdarda metamfetamini satış məqsədi ilə əldə etdikdən sonra, qrupun digər üzvü İran İslam Respublikası vətəndaşı X33 adlı şəxsin tapşırığı əsasında həmin çəkidə narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi A047TB716 tranzit nömrəli «Lada Samara» 21440 markalı avtomobilin arxa oturacağında Bakı şəhəri, Nizami rayonu, ünvan 9 cinayətkar qrupun digər üzvü şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxsə satmaq məqsədi ilə həmin ünvana qədər qanunsuz olaraq daşımaqla qeyd edilən tarixdə saat 19-30 radələrində eyni ünvanda yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yola yaxın hissəyə qədər gətirmişlər. Aralarında olan cinayətrkar razılığa əsasən Təqsirləndirilən şəxs1 «Mübariz» adlı şəxslə görüşmək üçün həmin avtomobili tərk edərək bir qədər kənara aralanmış və bir neçə dəqiqə sonra isə avtomobildə olan olan qrupun üzvü Təqsirləndirilən şəxs2 mobil telefonla zəng edərək, satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları, içərisində ayrı-ayrılıqda sellofan bağlamalara qablaşdırılmış külli miqdarda narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olan həmin qara rəngli sellofan torbanı avtomobildən götürüb onun yanına gətirib ona verməsini tapşırdıqdan sonra, Təqsirləndirilən şəxs2 həmin sellofan torbanın içərisində olmaqla içərisində külli miqdarda psixotrop maddə metamfetamin olan sellofan bağlamaın dan nın ii narkotik vasitə və psixotrop maddə olan bir ədəd qara rəngli sellofan torbadan öz istifadəsi üçün 10,245 (on tam, mində iki yüz qırx beş) qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini üzərində qara və qızılı rəng çalarları və «Mon Roi» yazısı olan qutuya qoyub avtomobilin sağ qabaq oturacığının qarşısındakı saxlanc yerinə qoyub gizlətmiş, daha sonra isə içərisində ümumi çəkisi 7050 (yeddi min əlli) qram külli miqdarda narkotik vasitə tiryək, kustar üsulla hazırlanmış 1005 (bir min beş) qram külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə hesab olunan 239,775 (iki yüz otuz doqquz tam, mində yeddi yüz yetmiş beş) qram külli miqdarda metamfetamin olan bir ədəd qara rəngli sellofan torbanı Təqsirləndirilən şəxs1 verərkən Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 noyabr 2019cu il tarixdə saat 20-30 radələrində qeyd edilən ünvanda hər ikisi saxlanılmışlar. Sonra isə Bakı şəhəri RPİ-nə aparılaraq orada xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə keçilmiş baxış zamanı o zaman əlində saxladığı bir ədəd qara rəngli sellofan torbadan həmin ümumi çəkisi 7050 (yeddi min əlli) qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1005 (bir min beş) qram külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan 239,775 (iki yüz otuz doqquz tam, mində yeddi yüz yetmiş beş) qram külli miqdarda metamfetamin, Təqsirləndirilən şəxs2 idarə etdiyi Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli «Lada Samara» 21440 markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq oturacığının qarşısındakı saxlanc yerindən üzərində qara və qızılı rəng çalarları və «Mon Roi» yazısı olan qutudan 10,245 (on tam, mində iki yüz qırx beş) qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, həmçinin öz ifadəsini yazılı surətdə təqdim etməklə ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayır və beş övladı vardır. O, ali təhsilli olmaqla X14 şhərində Meşə təsərrüfatı institutunu bitirmişdir. Lakin, ixtisası üzrə işləməmiş, fərdi fəaliyyətlə məşğul olmaqla öz ailəsini dolandırmışdır. İş üzrə digər Təqsirləndirilən şəxs2 onun həmyerlisi olmaqla sonuncunu uzun müddətdir ki, tanıyır və münasibətləri çox yaxşıdır. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirmək istəyir ki, ona tam əsassız olaraq ittiham irəli sürülmüş və narkotik vasitələrə heç bir aidiyyəti olmadığı halda həmin iş üzrə həbs olunmuşdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 29 noyabr 2019-cu il tarixdə günorta vaxtı o, öz şəxsi işləri ilə bağlı öz həmyerlisi Mirşahinin idarə etdiyi «Lada Samara» markalı maşında Cəlilabad rayonu Göytəpə şəhərindən çıxıb Bakı şəhərinə gəlmişlər. O zaman İranlı dostu Behnam bir nəfər tanışının vasitəsi ilə ona borc kimi 1500 manat pul verəcəyini bldirmişdir. Həmin gün Mirşahinlə birlikdə Bakı şəhərində olan zaman təxminən axşam saat 17 radələrində onun mobil telefonuna zəng gəlmişdir. O, telefona cavab verərək həmin şəxsin kim olduğunu soruşduqda, həmin şəxs ona onun iranlı Behnamın dostu olduğunu və adının Mübariz olduğunu demişdir. O isə həmin şəxsdən tanışı Behnamın ona borc kimi göndərdiyi 1500 manat pulu harada görüşüb ona verə biləcəyini soruşmuşdur. Həmin şəxs isə Bakı şəhərini yaxşı tanımadığını bildirərək, telefonu taksi şoferinə verdiyini demiş və bu zaman taksi şoferi olmasını bildirən şəxs onunla danışaraq Əhmədli qəsəbəsində Babək prospektində olan körpünün yanında görüşə biləcəklərini ona demişdir. Bundan sonra o, Mirşahinlə birlikdə sonuncunun idarə etdiyi həmin maşında deyilən yerə gedərək orada körpünün yanında sağ tərəfdə yerləşən mağazanın yanında daynmışlar. Sonra onun özü maşından düşüb mağazanın qabağında dayanmış və həmin yerdə həmin Mübariz adlı şəxsi gözləmişdir. Təxminən 30-35 dəqiqə sonra o, Mübariz adlı şəxsə zəng vuraraq onu həmin mağazanın yanında sağ tərəfdə gözlədiyini bildirmişdir. Həmin şəxs isə ona cavab olaraq elə həmin yerdə ağ rəngli “Volsfagen” markalı maşının yanında olduğunu ona bildirmişdir. Bundan sonra o, orada həmin maşının yanında dayanmış orta yaşlı şəxsə yaxınlaşaraq onu əvvəllər tanımadığına görə adının Mübariz olduğunu dəqiqləşdirdikdən sonra öz telefonu ilə «Vatsapp» proqramı vasitəsilə iranlı Behnam adlı tanışına zəng edərək onunla danışmış və Behnam ona vəd etdiyi pulun həmin adamda olmasını ona demişdir. Bundan sonra o, telefonu Mübarizə vermişdir. Həmin Mübariz adlı şəxs Behnamla telefonda danışmış, lakin onların nə məzmunda danışdıqlarını onun özü eşidib bilməmişdir. Bundan sonra o, Mübarizdə olan 1500 manat pulu ona verməsini xahiş etmiş, Mübariz isə üstündə o qədər pul olmadığını, Hövsana gedib orada onun dostundan pulu götürmələrini və həmin adam iləç özü əlaqə saxlayacağını demişdir. Buna görə də o, öz həmyerlisi Mirşahinə Hövsana getmələri demiş və onlar şəhəri yaxşı tanımadıqlarına görə Mirşahinin idarə etdiyi həmin maşında soraqlaşa-soraqlaşa gedib Hövsan qəsəbəsinə çatmışlar. Onlar orada polis idarəsinin yanından keçdikdən sonra Mübarizin dediyi adamı gözləməyə başlamışlar. Ora çatandan bir neçə dəqiqə sonra o, Mübarizə zəng vuraraq Hövsanda polis idarəsindən 200-250 metr irəlidə qara rəngli Rusiya nömrəli maşında əyləşib onqun dediyi adamı gözlədiklərini demişdir. Bundan təxminən 10-15 dəqiqə sonra əvvəllər tanımadığı bir nəfər şəxs onların maşınına yaxınlaşaraq arxa qapısını açaraq onlara salam vermiş və həmin maşının Nazimin maşını olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, öz adının Nazim olduğunu bildirdikdən sonra həmin şəxs maşına arxa oturacaqda əyləşmişdir. Bu zaman həmin şəxsin əlində bir ədəd çanta olmuşdur. O, öz adını bildirməyən həmin şəxsdən Mübarizin ona dediyi pul barədə soruşmuş, həmin şəxs isə 500 manat pulu çaxarıb ona vermiş və yaşadığı evə getdikdən sonra qalan pulu da ona verəcəyini demişdir. Bundan sonra həmin şəxs onlara Əhmədli qəçəbəsinə qayıtmalı olduqlarını demişdir. Buna görə də onlar Mirşahinin idarə etdiyi həmin maşında həmin adamın dediyi yerə, yəni Əhmədli qəsəbəsi Babək prospektindəki körpünün altından keçən yola gedib çatmış və orada həmin şəxs maşını yolun kənarında saxlatdırdıqdan sonra evə dəyib gələcəyini deyərək maşından düşüb getmiş və evdən pulu götürüb onların yanına qayıdacağını bildirmişdir. O, Mirşahinlə birlikdə maşında oturub həmin şəxsi gözləməyə başlamışdır. Həmin vaxt o, siqaret almaq üçün maşından düşüb yaxınlıqda olan mağazaya daxil olarkən, ona həmin Mübariz adlı şəxsdən ona zəng gəlmiş və Mübariz ona öz dayısının orada yaxınlıqda olan ağ rəngli maşında olduğunu və pulun qalan hissəsini həmin şəxsdən götürməsini demişdir. Bundan sonra o, markasını unutduğu həmin maşında oturmuş tanımadığı şəxsə yaxınlaşaraq pulun qalan hissəsini ondan istəmişdir. Həmin şəxs isə Mübarizin ona ustanın sumkasının onların maşınında qaldığını ona dediyini və həmin sumkanı gətirib ona verməsini ondan xahiş etmişdir. Buna görə də o, həmin şəxsin yanında Mirşahinə zəng vuraraq maşında olan həmin çantanı gətirməsini xahiş etmişdir. Mirşahin həmin çantanı götürüb həmin ağ rəngli maşının yanına gəlmiş və sumkanı maşının qabaq oturacağının üstünə qoymuşdur. Bundan sonra o, Mirşahinə onu öz maşınında gözləməsini demiş, qalan pulu alıb çıxıb gedəcəklərini bildirmişdir. Həmin vaxt Mübarizin dayısı olmasını zənn etdiyi həmin şəxs pulun qalan hissəsini cibindən çıxarıb saya-saya ona vermək istəyərkən, tanımadığı şəxslər onun özünü arxadan vuraraq yerə yıxmış və onu döyərək başqa bir maşına mindirmişlər. Tanımadığı həmin şəxslər maşında ona təzyiqlər göstərərək, narkotik vasitəni hardan və kimdən aldığını soruşmuşlar. O isə həmin şəxslərə nə özünün, nə də ki, Mirşahinin heç bir narkotik vasitədən xəbərləri olmadığını bildirmişdir. Bundan sonra tanımadığı həmin polis işçiləri onu və Mirşahini Nizami rayon polis idarəsinə aparmışlar. Orada olan otaqların birində onun əllərinə qandal vuraraq ona qarşı təzyiq göstərmişlər. Orada o, heç bir təqsiri olmadığını təkidlə bildirmişdir. Həmin polis idarəsinə aparıldıqdan sonra ona məlum olmuşdur ki, onları tutub həmin polis idarəsinə aparan şəxsin adı Qalibdir və həmin şəxs Bakı şəhəri Nizami rayonunda narkotiklə mübarizə şöbəsinin rəsi vəzifəsində işləyir. Belə hesab edir ki, həmin Qalib adlı şəxs özü İran vətəndaşı Behnam adlı şəxs ilə qabaqcadan əlbir olmuş və Behnamla vatsapp nömrəsi ilə danışaraq onu bu işə qatmışdır. Orada olan zaman o, müdafiəçinin iştirakı ilə dindirilməsini tələb etmiş, lakin həmin şəxs onun ünvanına təhqiredici sözlər işlədərək ona işgəncə vermişdir. Həmin polis idarəsinə aparıldıqdan təxminən təxminən 25-30 dəqiqə sonra polis əməkdaşları müxtəlif bükümlərdə olan narkotik vasitələri gətirərək onun və Mirşahinin qabağına qoymuş və həmin narkotik maddələrin onlara məxsus olduğunu bildirərək, narkotik maddələrin onlara məxsus olmasını etiraf etmələrini tələb etmişlər. O isə həmin polis əməkdaşlarına əgər narkotik vasitə onların maşınından çıxıbsa, nə səbəbə onların iştirakı ilə həmin narkotiki maşından götürülmədiyini soruşmuşdur. Lakin, həmin şəxslər onun dediklərinə məhəl qoymamışlar. Bundan təxminən 35-40 dəqiqə sonra polis əməkdaşları onların qabağına kiçik bir büküm qoyaraq içində narkotik maddə olan həmin bükümü onların maşınından tapıb götürdüklərini bildirmişlər. Miirşahin isə maşınında heç bir narkotik maddə olmadığını demişdir. Bundan sonra polis işçiləri Mirşahini döymüş və buna görə də Mişahin məcbur olub polis işçiləri deydiyi məzmunda izahat vermişdir. Onu da bildirmək istəyir ki, sonra istintaqı Ramil adlı müstəntiq davam etdirmişdir. Həmin müstəntiq özü bildiyi qaydada onun ifadələrini yazmış və o, polis işçiləri tərəfindən yenə döyüləcəyindən çəkinərək həmin protokolu imzalamışdır. Beləliklə, o zaman onun özündə və yaxud həmyerlisi Mirşahində heç bir narkotik maddə olmamışdır və belə hesab edir ki, polis işçiləri özləri həmin narkotik maddələri onların olduğu maşına qoymuşlar. Buna görə də özünü hər-hansı bir cinayət əməli törətməkdə təqsirli hesab etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan olan Behnam adlı şəxslə o, onun özü məhkumluq həyatı yaşayan zaman, yəni təxminən 2008-ci ildə 6 saylı cəzəçəkmə müəsissəsində cəza çəkən zaman tanış olmuş və onunla o zaman yaxın münasibətləri yaranmışdır. Onun özü əvvəllər iki dəfə məhkum olunmuşdur. Belə ki, 2006-cı ilin yanvar ayında o, Cəlilabad rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib iki il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Daha sonra isə 2007-ci ilin avqust ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkməsinin hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuşdur. Lakin, 2007-ci ilin oktyabr ayında Əli-Bayramlı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində olan həmin hökm ləğv edilərək o, Azərbaycan Respublikası CM-nin 145, 180 və digər maddələri ilə təqsirli bilinib altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra azadlığa braxılmışdır. Həmin Behnam adlı şəxsin o zaman nə ilə bağlı məhkum olunduğunu xatırlamır, lakin həmini şəxslə o zaman 6 saylı cəzaçəkmə müəsisssində tanış olmuşdur. Onun özü cəzasını çəkib qurtardıqdan sonra 2011-ci ildə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra onun həmin Behnam adlı şəxslə heç bir əlaqəsi olmamışdır. Lakin, 2019-cu ilin noyabr ayının ortalarında həmin Behnam adlı şəxs özü onun mobil telefon nömrəsinə zəng vuraraq özünün də çoxdan azadlığa buraxıldığını və İranda yaşamaqla imkanlarının yaxşı olmasını bildirərək onunla sadəcə olaraq haləhval tutumuşdur. Lakin, bundan bir müddət sonra, yəni hadisə günü 29 noyabr 2019-cu il tarixdə axşam üstü Behnam özü yenə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna votsap nömrəsi ilə zəng edərək harada olmasını soruşaraq onunla hal əhval tutmuş və onun Bakı şəhərində olduğunu bildikdən sonra yaxın bir tanış kimi ona köməklik mənasında ona borc kimi 1500 manat pulu verəcəyini demişdir. O, əvvəlcə buna razılıq verməmiş, lakin Behnam həmin pulu ona borc kimi vercəyini bildirdiyi və maddi vəziyyəti çətin olduğuna görə onun təklifinə razılıq vermişdir. Bundan sonra isə yuxarıda göstərdiyi kimi onun özü əvvəl tanımadığı və adının Mübariz olduğunu bildirən şəxs özü ona zəng edərək Behnamın dostu olduğunu ona bildirmiş və Behnamın ona göndərdiyi 1500 manat pulu ona harada verə biləcəyini soruşmuş və buna görə də o, həmin şəxslə görüşə getmişdir. Belə hesab edir ki, onların maşınına narkotik maddələrin qoyulmasını həmin «Mübariz» adlı şəxs özü təşkil edərək onu həbs etdirmişdir. Bir daha bildirir ki, 29 noyabr 2019-cu il tarixdə öz tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərindən Bakı şəhərinə o, öz şəxsi işləri ilə bağlı gəlmişdir və buna görə Mişahinə yol haqqını ödəyəcəyini də bildirmişdir. Onlar Bakı şəhərinə gələn zaman onların maşınında heç bir narkotik maddə olmamış və Bakı şəhərində onun özü və yaxud Təqsirləndirilən şəxs2 hər-hansı bir yerdən hər-hansı bir narkotik maddə götürməmişlər. Onunla iranlı Behnam adlı şəxs və həmçinin öz həmyerlisi Mirşahinlə hər-hansı bir narkotik maddəni əldə edərək onu kiməsə satmaq barədə heç bir razılaşma olmamışdır. İş üzrə istintaq zamanı müsətəntiq tərəfindən dindirilən zaman müstəntiq özü ona qarşı heç bir təsir və ya təzyiq göstərməmişdir. Müstəntiq tərəfindən dindirilən zaman hal-hazırda adını xatırlamadığı bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. Lakin, belə hesab edir ki, müstəntiq onun ifadələrini düzgün yazıb göstərməmişdir. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Nizami RPİ-nə aprarıldıqdan sonra ona qarşı zorakılıq edildiyi barədə o zaman o, prokurorluğa və yaxud digər dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət etməmişdir. Elan edilməklə ona təqdtim edilmiş cinayət işinin birinci cildinin 8-9-cu vərəqlərində olmaqla “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” 29 noyabr 2019-cu il tarixli protokol ona tanışdır və həmin protokolda «Saxlanılan şəxs Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imza onun özünə məxsusudur. Həmin protokolda göstərilənləri, yəni 29 noyabr 2019-cu il tarixdə saat 20-30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yolun yaxın hissəsində dayanmış «Lada Samara» 21440 markalı avtomobildən düşərək orada özündə olan mobil telefonda telefon söhbəti apardıqdan sonra, həmin avtomobilin sükanı arxasında oturmuş Təqsirləndirilən şəxs2 həmin avtomobildən düşərək əlində sellofan torba olmaqla ona yaxınlaşıb həmin torbanı ona verdiyi, bundan sonra onun özünün və Təqsirləndirilən şəxs2 həmin yerdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nə aparıldıqları, orada xidməti otaqda dəvət edilmiş hal şahidlərinin iştirakı ilə əvvəlcə onun özünün əlində olan qara rəngli sellofan torbaya baxış keçirildiyi, həmin vaxt onun özü həmin bağlamanı təqdim edib onun içərisində narkotik vasitə olan tiryək, heroin və metafetamin olduğunu, həmin bağlamanı İİR-nın vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə Bakı şəhəri, Xətai rayonu, Hövsan qəsəbəsində «Bakı Bus» şirkətinin yaxınlığında palçıqlı ərazidən götürdüyü və ona bu işdə köməklik edən Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi qara rəngli, «Lada Samara» 21440 markalı avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yolun yanına gətirdiyini, həmin torbada olan narkotik vasitələri məhz həmin yerdə «Behnam» adlı tanışının ona «Mübariz» deyə bildirdiyi tanımadığı şəxsə təqdim etməli olduğu və gördüyü işin müqabilində həmin şəxsdən 1500 manat pul almalı olduğunu bildirdiyi, tanışı «Behnam» adlı şəxsin sifarişi barədə öz həmyerlisi Təqsirləndirilən şəxs2 xəbərdar etdiyi, sonuncunun bu işdə ona köməklik etdiyinə görə ona hansısa bir məbləğdə pul verəcəyini bildirdiyi, o zaman onun əlində olmuş həmin qara rəngli sellofan torbaya keçirilmiş baxış zamanı həmin torbanın içərisindən üç ədəd müxtəlif sellofan torbalar aşkar edildiyi, o cümlədən həmin torbalardan bir ədəd qara rəngli sellefon torbada narkotik vasitə tiryəkin olduğu, bir ədəd sellefon torbada metamfetaminin olduğu, digər torbada isə narkotik vasitə olan heroin aşkar olunduğu və həmin sellofan torbalar qara rəngli torbaya qablaşdırıldığı, hal şahidlərinin imzaları ilə təsdiq edildikdən sonra möhürlənib götürüldüyü, baxış keçirilən zaman öz növbəsində Təqsirləndirilən şəxs2 da onun dediklərinin doğru olduğunu tam təsdiq etdiyi, həmçinin Təqsirləndirilən şəxs2 onun özü maşını tərk etdikdən sonra ondan gizlin şəkildə, avtomobilinin arxa sağ tərəfində olmuş qara rəngli sellofan torbanın içərisini açaraq oradakı sellefon torbanın içərisindən şüşə formalı metamfetamin olmasını görərək həmin maddədən bir ovuc özünə götürərək üzərində «Mon Roi» yazısı olan qutuya boşaldıb və həmin qutunu avtomobilin «bardaçok»unda gizlətdiyini və uzun müddət narkotik vasitələrdən istifadə etdiyinə görə sonradan istifadə etmək üçün həmin metofetamini orada gizlətdiyini bildirdiyini, daha sonra isə Təqsirləndirilən şəxs2 istifadəsində olan «Lada Samara» 21440 markalı avtomobilinə hal şahidləri və onların iştirakları ilə keçirilmiş baxış zamanı avtomobilin «bardaçok» deyilən saxlanc yerindən üzərində «Mon Roi» yazısı olan qutu və həmin qutunun içərisindəki kristal, şüşə formalı maddə aşkar edilərək onların iştirakı ilə qabalaşdırılıb hal şahidlərinin imzaları ilə təsdiq edildikdən sonra möhürlənib götürüldüyü barədə həmin protokolda yazılanları tam təsdiq etmir. Həqiqətən polis əməkdaşları onu və öz həmyerlisi Mişahin Həsənovu 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Babək prospektində olan körpünün alt hissəsində əlavə yolun yanında olan zaman saxlamışlar. Yuxarıda qeyd etdiyi kimi o, Mübariz adlı şəxsin tanışının içərisində nə olması barədə onlara bildirmədən onların olduğu «Lada Samara» markalı avtomobildə qoyub getdiyi çantanı onun dayısı olmasını bildirdiyi şəxsə verməsini dedikdən sonra o, Mirşahinə zəng vuraraq maşında olan həmin çantanı gətirib ona verməsini demiş və Mirşahindən həmin çantanı götürüb həmin şəxsin olduğu maşına qoyduqdan sonra polis əməkdaşları ona qarşı zorakılıq edərək onu saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman onun əlində hər-hansı bir sellofan torba olmamış və Nizami RPİ-nə aparılan zaman onun özündə heç bir sellofan torba olmamışdır. Onlar RPl-nin inzibati binasında olan zaman orada polis əməkdaşlarından başqa onun özü əvvəllər tanımadığı iki nəfər şəxs olmuş və polis işçiləri həmin adamların hal şahidi olmalarını onlara demişlər. Lakin, belə hesab edir ki, həmin şəxslər polisin öz adamları olmuşlar. Həmin polis idarəsində olan zaman o, həmin sellofan torbanın içərisində narkotik vasitə olan tiryək, heroin və metafetaminin olduğunu bildiyi və həmin narkotik maddələri İran vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə Bakı şəhəri, Hövsan qəsəbəsində «Bakı Bus» şirkətinin yaxınlığında palçıqlı yerdən götürüb Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə «Behnam» adlı tanışının ona dediyi «Mübariz» adlı şəxsə verib və bunun müqabilində ondan 1500 manat pul almalı olduğunu bildirdiyi və bu barədə həmyerlisi Təqsirləndirilən şəxs2 da məlumatlı olduğu barədə həmin protokolda yazılanları təsdiq etmir. Onlar həmin polis idarəsində olan zaman polis əməkdaşları masanın üzərinə bir ədəd iri sellofan torba qoymuşlar və həmin torbanın içərisində bir neçə sellofan bağlama olmaqla onların içərisində muxtəlif narkotik maddələr, yəni metafetamin, heroin və tiryək olmasını görmüşdür. Lakin, onun özünün həmin narkotik maddələrə heç bir aidiyyəti yoxdur. O zaman polis əməkdaşları onun özünün və Mirşahinin iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirməmişlər və maşının «bardaçok» deyilən yerdən onların yanında heç bir narkotik maddə aşkar olunaraq götürülməmişdir. Həmin protokolu o, polis işçiləri ona qarşı zorakılıq edərək ona hədə-qorxu gəldikldərinə görə imzalamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 14-16-cı vərəqlərində olmaqla onun adından Bakı şəhəri Nizami RPİ-nin rəisinin adına yazılmış 29 noyabr 2019-cu il tarixli izahat ona tanışdır. Həmin izahatı öz əli ilə şəxsən onun özü yazıb həmin sənədi imzalamışdır. Həmçinin elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin müvafiq olaraq 37-40 və 124-127-cı vərəqlərində olmaqla onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 29 noyabr 2019-cu il tarixli və onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 01 dekabr 2019-cu il tarixli protokollar, həmçinin cinayət işinin ikinci cildinin 237-240-cı vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 20 may 2020-cu il tarixli protokolda ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs1» qeydləri qarşısındakı imzalar onun özünə məxsusudur. Həmin tarixlərdə müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmiş və onunla birlikdə həmin protokolları imzalamışdır. Yuxarıda qeyd edilən, yəni şəxsən özü yazmış olduğu izahatında, həmçinin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərəkən həmin protokollarda göstərilənləri, yəni 2019-cu ilin noyabr ayında yaşadığı Göytəpə şəhərində olduğu vaxt “Behnam” adlı tanışının onun istifadəsində olan ***-***-**-** saylı votsap nömrəsinə zəng edərək onunla hal-əhval tutduqdan bir neçə gün sonra həmin şəxsin yenidən onun votsap nömrəsinə zəng edərək Bakı şəhərində dediyi yerdən narkotik vasitəni götürüb, bir nəfər “Mübariz” adlı şəxsə çatdıracağı halda həmin şəxsin buna görə ona 1500 manat pul verəcəyini bildirdiyi, bu barədə tanışı və həmyerlisi Göytəpə şəhərində yaşayan Təqsirləndirilən şəxs2 danışaraq sonuncunun maşında birlikdə getməyi təklif etdikdə, Mirşahinin ona veriləcək 1500 manata şərik olacağını ona bildirdiyi və buna razılıq verdikdən sonra 29 noyabr 2019-cu il tarixdə günorta saatlarında Mirşahinin idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobildə Göytəpə şəhərindən çıxıb “Behnam”ın dediyi Bakı şəhərində «Baku Bus» şirkətinin yaxınlığına getdikləri, orada “Behnam”ın telefonda ona verdiyi izaha uyğun palçıqlı ərazidən Mirşahinlə birlikdə axtarıb, içərisində narkotik vasitələr olan qara rəngli sellofan torbanı tapıb götürərək Mirşahinin avtomobildə arxa oturacağın yanına qoyduğu, sonra isə yenə də «Behnam»ın telefonda ona verdiyi izaha görə Mirşahinin idarə etdiyi avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki yolun yanına getdikləri, “Behnam”ın telefonda ona «Mübariz»in həmin yerdə saat 20-30 radələrində onu gözləyəcəyini bildirdiyi və həmin şəxsin xarici görünüşünü ona təsvir etdiyi, həmin gün saat təxminən 20-30 radələrində həmin yerə getdikdən sonra Mirşahinə avtomobildə gözləməsini tapşırıb özü avtomobildən düşərək “Mübarizi” axtarmaq üçün ətrafda gəzişdiyi, bundan bir-iki dəqiqə sonra Mirşahinə zəng edib, içərisində narkotik vasitə olan sellofan torbanı ona verməsini dediyi və sonuncunun həmin sellofan torbanı maşından götürüb ona verdikdən sonra mülki geyimli şəxslərin onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdən sonra onları Bakı şəhəri Nizami RPİ-nə aparıdıqları, orada dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə həmin bir ədəd sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisində narkotik vasitə olduğunu, həmin bağlamanı İİR-nın vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə əvvəlcədən Bakı şəhəri «Baku Bus» şirkətinin yaxınlığında, palçıqlı ərazidən götürüb bu işdə köməklik edən Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yola yaxın yerə gətirdiklərini, həmin narkotik vasitələri həmin yerdə əvvəldən tanımadığı, lakin «Behnam» adlı tanışının ona Mübariz deyə bildirdiyi şəxsə təqdim edib gördüyü işin müqabilində həmin şəxsdən 1500 manat pul almalı olduğunu bildirdiyi, hal şahidləri və onların iştirakı ilə həmin vaxt onun əlində olmuş qara rəngli sellofan torbaya keçirilmiş baxış zamanı həmin torbanın içərisində olan sellefon torbaların içərisində narkotik vasitələr olan heroin və tiryək, həmçinin psixotrop maddə metafetamin oldğu aşkar olunduğu, sonra həmin torbaların həmin qara rəngli torba qablaşdırılaraq hal şahidlərinin imzaları ilə təsdiq edildikdən sonra möhürlənib götürüldüyü, Təqsirləndirilən şəxs2 da hadisə ilə bağlı onun göstərdiklərini təsdiq etdiyi və həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 onlar həmin yerə gəlib onun özü avtomobili tərk etdikdən sonra onun gizlin həmin qara rəngli sellofan torbanın içərisini açaraq orada olan bağlamalırın birinin içərisindən kristal, şüşə formalı metofetamindən bir ovuc götürərək həmin maddəni «Mon Roi» yazısı olan qutuya boşaldıb və həmin qutunu avtomobilin sağ qabaq oturacığının qarşısındakı «bardaçok» deyilən saxlanc yerində gizlətdiyini bildirdiyini, daha sonra hal şahidləri və onların özlərinin iştirakı ilə Mirşahinin idarə etdiyi «Lada Samara» 21440 markalı nömrəli avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq oturacığının qarşısındakı «bardaçok» deyilən saxlanc yerindən üzərində «Mon Roi» yazısı olan qutu və həmin qutunun içərisindən kristal, şüşə formalı maddə aşkar edilərək onların işğtirakı ilə qablaşdırılıb möhürlənib götrüldüyü barədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda təsdiq etmir. Onun məhkəmədə verdiyi ifadə tam doğrudur. Son olaraq bildirmişdir ki, 29 noyabr 2019-cu il tarixdə o, yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərindən Bakı şəhərinə öz tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz şəxsi işləri ilə bağlı gəlmişdir. Onunla İran vətəndaşı olan «Behnam» adlı şəxs arasında hər-hansı bir yerdən narkotik vasitəni götürüb «Mübariz» adlı şəxsə və yaxud başqa bir adama verməsi barədə heç bir razılaşma olmamışdır. Həmin «Behnam» adlı tanışı o zaman onun Bakı şəhərində olmasını bilərək, ona köməklik mənasında öz tanışı olan «Mübariz» adlı şəxsin vasitəsi ilə ona 1500 manat pul borc verəcəyini demişdir. Buna görə də o, həmin şəxslə görüşməyə razılıq verərək onunla görüşə getmişdir. O, Bakı şəhərində hər-hansı bir yerdən və o cümldən Hövsan qəsəbəsinə gedən yolda olan «Baku Bus» şirkətinin yaxınlığındakı ərazidən içərisində narkotik maddələr olan hər-hansı bir bağlama götürməmiş və hər-hansı bir narkotik maddəni kiməsə təhvil vermək istəməmişdir. Odur ki, barəsində olan işə düzgün baxılıb günahsız oldğuna görə onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 və 235.4.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Himayəsində iki azyaşlı övladı vardır. Onun özü ali təhsilli olmaqla 2011-ci ildə Bakı şəhəri Təfəkkür Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdir. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə o, taksi sürücüsü kimi fərdi fəaliyyətlə məşğul olmuşdur. İş üzrə digər Təqsirləndirilən şəxs1 onun həmyerlisi olmaqla sonuncunu uzun müddətdir ki, tanıyır və Təqsirləndirilən şəxs1 onun atasının sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs1la münasibətləri yaxşıdır və aralarında heç bir narazıçılıq və ya ədavət yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, 29 noyabr 2019-cu ildə Təqsirləndirilən şəxs1 ona zəng vuraraq yaşadıqları Göytəpə şəhərindən Bakıya onu neçəyə aparıb gətirməsini soruşmuş, o isə cavabında onu 120 manata aparıb gətirə biləcəyini bildirmişdir. Bu barədə razılığa gəldikdən sonra həmin gün nahar vaxtından sonra o, Nazimi sonuncunun yaşadığı evdən götürmüş və onlar yola düşmüşlər. Yolda Nazim ona Bakı şəhərində vacib bir iş üçün getdiyini bildirmişdir. Həmin gün axşam üstü Bakı şəhərinə çatdıqdan sonra o, Nazimdən hara gedəcəklərini soruşmuş, sonuncu isə Hövsanda veş olduğunu və həmin əşyanı götürdükdən sonra Bakı şəhəri “Vasmoy” adlanan ərazidə öz dostları ilə görüşəcəyini, daha sonra evə qayıdacağını ona bildirmişdir. Buna görə də o, maşını Nazimin dediyi yerə Hövsan qəsəbəsi istiqmətdə sürmüş və yolda maşını saxladaraq Nazim maşından düşüb harasa getmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Nazim əlində bir ədəd sellofan bağlama olmaqla geri qayıtmışdır. O, Nazimdən həmin bağlamada nə olduğunu soruşduqda, Nazim dostunun əmanəti olduğunu, orada bahalı ayaqqabı üçün qəliblər olduğunu və öz dostunun onları ona çatdırmasını ondan xahiş etdiyini bildirmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri 8-ci km. adlanan əraziyə getmiş və orada «Ordubad» kafesi ilə üzbəüz qoyulmuş zibil qutularının yanında Nazim maşını saxlatdıraraq ona maşında gözləməsini demiş və maşından düşərək birazdan qayıdacağını ona bildirmişdir. Təxminən 10 dəqiqə sonra Nazim ona zəng edib maşındakı bağlamanı ona gətirməsini xahiş etmişdir. Bundan sonra o, həmin sellofan bağlamanı Nazimin yanına apapırb ona verəndə Nazim orada bir qədər aralıda dayanmış ağ rəngli «Volsvaqen» markalı masından düşüb bağlamanı ondan götrmüş və ondan xahiş eləmişdir ki, o maşına getsin və birazdan onun yanına gələcəkdir. Bundan sonra o, idarə etdiyi maşının yanına qayıdıb öz ayaqabılarını təmizlədiyi vaxt əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşmışlar. Bu zaman o, həmin şəxslərin kim olduğunu bilmək üçün başını qaldıran kimi həmin şəxslərdən biri onun əllərini buraraq qoluna qandal taxdıqdan sonra onu orada dayanmış “Prado” markalı maşına mindirmişlər. Həmin maşında o, həmin şəxslərdən kim olduqlarını soruşmuş, həmin şəxslər isə onu döyərək «Getdiyimiz yerdə səni başa salarıq” deyə cavab vermişlər. Həmin şəxslər onu maşına mindirib aparan zaman o, oradakı zibil qablarının yanında tanımadığı şəxslərin Nazimi sorğu-sual edib danışdırıb Nazimi telefona çəkdiklərini görmüşdür. Bundan sonra onu Bakı şəhəri Nizami rayon polis idarəsinə aparmışlar. Bir müddət sonra Nazimi də həmin idarəyə gətirmişlər. Orada polis işçləri onun üst-başını yoxlamış və cibində oldan əl dəsmalını, mobil telefonunu və 15 manat pulu aşkar edib götürmüşlər. Bundan sonra isə adının Qalib olmasını bildiyi polis işçisi onun maşınını sürüb həmin polis idarəsinə gətirmişdir. Bundan sonra həmin otağa daxil olan polis işçisi öz əlində onun öz maşınının saxlanc yerində bir ədəd faylın içində saxladığı xarici pasportunu, şəxsiyyət vəsiqəsini, maşının texniki pasportunu və onun sürücülük vəsiqəsini həmin Qalib adlı polis işçisinə vermişdir. Həmin Qalib adlı şəxs onun özünə aid olan həmin sənədləri ona göstərib, həmin sənədlərin ona məxsus olub-olmadığını soruşmuş, sənədlərə baxdıqdan sonra isə ondan “Mirnatiqin oğlusan?” deyə soruşmuş və o, bunu təsdiq etmişdir. Bundan sonra həmin Qalib adlı polis işçisi onun mobil telefonunu götürərək onun atası Mirnatiqin nömrəsinə zəng edərək “Mirnatiq oğlunu tutmuşam, yadındadı köhnə məsələ, bunu sənə keçməyəcəm.” deyə bildirmişdir. O zaman o, adını sonradan bildiyi Qalib adlı polis işçisinin onun atası Minatiqi tanıdığını başa düşmüşdür. Lakin, onların arasında nə kimi münasibətlər olması barədə onun özünün məlumatı yoxdur. Daha sonra həmin şəxs oradakı bir nəfər polis işçisinə gedib onun maşınına baxış keçirməsini demişdir. Az sonra həmin polis işçisi onun özünün maşında saxladığı ətir qabını gətirərək həmin ətir qabının içərisində mal, yəni «şüşə» deyilən narkotik olduğunu bildirmişdir. Bundan sonra həmin Qalib adlı polis işçisi qisas alacağını bildirərək onu yumruqla vurmuşdur. Daha sonra polis işçiləri Nazimi döyməyə başlamış və onlara fiziki təzyiq göstərərək sellofan bağlamada olan narkotik maddələrin onlara məxsus olması barədə izahat yazmağa onları məcbur etmişlər. Buna görə də o, məcburiyyət qarşısında qalaraq həmyerlisi Nazimin təklifi ilə öz maşınında onunla birlikdə Göytəpə şəhərindən Bakı şəhərinə gələrək, Nazim özü bildiyi yerdən içərisində narkotik maddələr olan torbanı götürdükdən sonra narkotiki Nazimin tanışı «Behnam» adlı şəxsin dediyi «Mübariz» adlı şəxsə çatdırmaq üçün Bakı şəhəri 8-ci km. deyilən ərazidə olan körpünün altından keçən yolun kənarına gəldikləri və Nazim həmin bağlamanı bir şəxsə vermək istəyən zaman hər ikisinin polis işçiləri tərəfindən saxlanılıb Nizami rayon polis idarəsinə aparıldıqlarını bildirmişlər. Əslində isə o, həmin gün öz həmyerlisi Nazimi Bakı şəhərinə bir taksi sürücüsü kimi gətirmişdir və Nazimin Hövsan istiqamətində olan yolda düşüb az sonra onun maşınına gətirib qoyduğu sellofan torbanın içərisində narkotik maddələrin olduğu barədə onun özünün məlumatı olmamışdır. Buna görə o, özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli hesab etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 öz uşaqlıq yaşlarından tanıyır. Təqsirləndirilən şəxs1 yaşca ondan çox böyük olduğuna görə onunla yaxın münasibətləri olmamışdır. Lakin, bir tanış kimi onunla həmişə yaxşı münasibətlərdə olmuşlar. Hadisə günü, yəni 29 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Göytəpə şəhərindən Bakı şəhərinə nə məqsədlə gəldiyi barədə onun özünün məlumatı olmamışdır. Lakin, yolda gələn zaman Nazim ona Bakı şəhərində vacib işi olmasını və Hövsanda olan hansısa veşi götürüb Bakı şəhəri 8-ci km. adlanan ərazidə kiməsə çatdırmalı olduğunu ona demişdir. Götərdiyi kimi onlar birlikdə Bakı şəhərinə gəldikdən sonra Nazim ona maşını Hövsan qəsəbəsi istiqamətdə sürməsini demiş və həmin qəsəbəyə gedən zaman yolda maşını saxladaraq Nazim maşından düşüb getmiş və az sonra isə bir ədəd sellofan torbanı gətirərək onun maşınının arxa oturacağına qoymuşdur. Bundan sonra onlar birlikdə 8-ci km. adlanan ərəziyə orada olan körpünün alıtndan keçən yolun yanına getmişlər. Orada Nazim maşından düşərək bir qədər ondan aralanmışdır. Bundan az sonra Nazim ona zəng edərək maşındakı bağlamanı ona verməsini demiş və o, həmin bağlamanı Nazimə verib öz maşınına qayıdıb maşına yanına qayıtdından sonra əvvəllər tanımadığı polis işçiləri onları saxlayaraq Nizami RPİ-nə aparmışlar. Polis əməkdaşları onları yaxalayıb Nizami RPİ-nə apardıqdan sonra polis işçiləri onların yanında həmin bağlamanı yoxlamış və bağlamanın içərisində ayrı-ayrı sellofan torbaların içində muxtəlif növ narkotik maddələrin olmasını görmüşdür. O zaman o, polis işçilərinə həmin bağlamada narkotik maddələr olmasından xəbəri olmadığını bildirmiş və buna görə polis işçilçri onların hər ikisini döyüb onlara təzyiq göstərmişlər. Onlara qarşı zorkılıq edildiyinə görə o, məcburiyyət qarşısında qalaraq həmin bağlamada narkotik maddələrin olmasını bildiyini və Nazimin tanışı olan iranlı «Behnam» adlı şəxsin xahişi ilə həmin bağlamanı bir nəfər şəxsə vermək üçün həmin yerə gəldikləri və həmin şəxsin buna görə Nazimə 1500 manat pul verməli olduğu barədə izahat yazmışdır. Əslində isə onun özünün həmin bağlamanın içərisində har-hansı bir narkotik maddə olmasından məlumatı olmamış və Nazim bu barədə ona bir söz deməmişdir. Onlar Bakı şhəri 8-ci km. adlanan ərəziyə orda olan körpünün alıtndan keçən yolun yanına gəlib orada Nazim maşından düşüb ondan aralanandan sonra o, Nazimin onun maşınına qoyub getmiş olduğu bağlamanı açmamış və həmin bağlamanın içərisindən hər-hansı bir narkotik maddə və yaxud «şüşə» deyilən metamfetamin götürməmişdir. Yuxarıda göstərdiyi kimi, onları Nizami RPİ-nə aparıb orada onlara təzyiq göstərdikdən sonra Qalib adlı polis işçisi orada olan polis işçilərindən birinə gedib onun maşınına baxış keçirməsini demiş və az sonra həmin polis işçisi onun öz maşınında saxladığı ətir qabını gətirərək həmin ətir qabının içərisində «şüşə» deyilən narkotik olduğunu bildirmişdir. Bundan sonra həmin Qalib adlı polis işçisi və digər polis işçiləri ona fiziki təzyiq göstərərək onu döymüş və bunu boynuna almasını ondan tələb etmişlər. Buna görə də o, məcburiyyət qarşısında qalaraq, Nazim onun maşınından düşdükdən sonra bağlamanı gizlincə açıb yoxladığını və onun içərisində olan «şüşə» deyilən maddədən az miqdarda öz istifadəsi üçün götürüb maşının “bardaçok”unda olan ətir qabının içərisində gizlətdiyini yazıb göstərmişdir. Əslində isə o, həmin bağlamanı açmamış və onun içərisindən hər-hansı bir narkotik maddəni və ya yaxud «şüşə» deyilən maddədən götürməmişdir. Onun özü həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə arada narkotik olan marixuanadan və «şüşə» deyilən metamfetamindən istifadə etmişdir. Lakin, onun özü heç vaxt hər-hansı bir narkotik və yaxud psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Onun özü İran İslam Respublikasının vətəndaşı «Behnam» adlı şəxsi tanımır və Təqsirləndirilən şəxs1 həmin şəxslə nə kimi münaibətlərdə olduğu barədə onun məlumatı yoxdur. Yuxarıda göstərdiyi kimi, hadisə günü, yəni 29 noyabr 2019-cu il tarixdə Göytəpə şəhərindən Bakı şəhərinə gəlməyi Nazim özü ona təklif etmişdir və öz maşınında onu aparıb-gətirməyə görə ona 120 manat pul verəcəyini bildirmişdir. Bakı şəhərinə gəldikdən sonra Hövsan yolunda Təqsirləndirilən şəxs1 maşından düşüb az sonra öz əlində gətirdiyi bağalmanın içərisində hər-hansı bir narkotik maddə olması barədə onun özünün heç bir məlumatı olmamış və bu barədə Nazim ona bir söz deməmişdir. Nazim həmin bağlamanın içərisində ayaqqabı qəlibləri olmasını demişdir. Lakin, onun özü həmin bağlamanı açıb yoxlamdığına görə onun çərisində nə olduğu barədə məlumatı olmamışdır. Elan edilməklə ona təqdtim edilmiş cinayət işinin birinci cildinin 8-9-cu vərəqlərində olmaqla “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” 29 noyabr 2019-cu il tarixli protokol ona tanışdır və həmin protokolda «Saxlanılan şəxs Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imza onun özünə məxsusudur. Həmin protokolda göstərilənləri, yəni 29 noyabr 2019-cu il tarixdə saat 20-30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yolun yaxın hissəsində «Lada Samara» 21440 markalı avtomobili saxladıqdan sonra onun özünün həmin avtomobildən düşərək mobil telefonda telefon söhbəti apardığı, bundan sonra onun özünün həmin avtomobildən düşərək əlində olan sellofan torbanı Təqsirləndirilən şəxs1 verdikdən sonra həmin avtomobilə tərəf qayıtdığı və bundan sonra onların hər ikisinin saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nə aparıldıqlarını təsdiq edir. Sonra isə həmin RPl-nin xidməti otaqda dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həmin vaxt Təqsirləndirilən şəxs1 o zaman əlində olan qara rəngli sellofan torbaya baxış keçirildiyi və Təqsirləndirilən şəxs1 həmin torbanın içərisində narkotik vasitəər olan tiryək, heroin və metamfetamin olduğunu etiraf edərək, həmin bağlamanı İİR-nın vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə Bakı şəhəri, Xətai rayonu, Hövsan qəsəbəsində «Bakı Bus» şirkətinin yaxınlığında palçıqlı ərazidən götürdüyü və onun köməkliyi ilə onun idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobildə onların polis əməkdaşları tərəfindən saxlanıldıqları yerə gətirdiyi, həmin torbada olan narkotik vasitələri «Behnam» adlı şəxsin «Mübariz» deyə bildirdiyi şəxsə təqdim etməli olduğu və gördüyü işin müqabilində həmin şəxsdən 1500 manat pul almalı olduğunu bildirdiyi, və bu barədə onun da məlumatı olduğu və işdə Nazimə köməklik etdiyinə görə sonuncunun ona hansısa bir məbləğdə pul vəsaiti verəcəyini söz verdiyini bildirdiyi bərədə Təqsirləndirilən şəxs1 adından yazılmış sözləri tam təsdiq etmir. Polis işçiləri onları saxlayıb Nizami RPİ-nin binasında olan otaqların birinə salıb onları sorğu-sual edən zaman Təqsirləndirilən şəxs1 əlində heç bir sellofan torba olmamışdır. Nazim həmin torbanın içərisində narkotik vasitələr olmasını bildiyini deməmiş və həmçinin həmin bağlamanı «Behnam» adlı şəxsin sifarişi ilə həmin «Mübariz» təqdim etməli olduğu və bunun müqabilində həmin adamdan 1500 manat pul almalı olduğunu və bu barədə onun özünün də məlumatlı olduğu barədə bir söz deməmişdir. Yuxarıda göstərdiyi kimi, onları həmin polis idarəsinə apardıqdan sonra polis işçiləri onları saxlamazdan əvvəl onun Nazimə verdiyi qara rəngli sellofan bağlamanı özləri masanın üstünə qoymuş və sonra bağlamanı açıb yoxlamışlar. Həmin vaxt onun özü də həmin bağlamanın içərisindən muxtəlif növ narkotik maddələr olmasını görmüş, lakin onun özünün həmin bağlamanın içərisində hər-hansı bir narkotik maddə olmasından qabaqcadan xəbəri olmamışdır. Onların üzərinə baxış keçirilən zaman iki mülki geyimli şəxs orada olmuş və polis işçiləri həmin şəxslərin hal şahidləri olmasını onlara bildirmişlər. Lakin, həmin mülki şəxslər kənarda dayanmış və polis işçilərinin onları söyüb təhqir etdiklərini görsələr də bir söz deməmişlər. Həmin polis iidarəsində onun özünün üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd «Nokia» markalı mobil telefon aşkar edilib bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürüldüyü həmin protokolda düzgün yazılmışdır. Lakin, həmin protokolda onun özünün həmin bağlamada narkotik maddələr olduğunu bildiyi və həmin narkotik maddələrin «Mübariz» adlı şəxsə çatdırılmasında iştirak etdiyi və bu işin müqabilində ona pul verilməsinə razılıq verdiyini bildirdiyi, həmçinin Nazim avtomobildən düşüb gedəndən sonra avtomobilinin arxa oturacağında olan həmin sellofan torbanı açaraq oradakı digər torbanın içərisindən şüşə formalı metofetamindən özü üçün bir ovuc götürərək həmin maddəni öz maşınında olan «Mon Roi» yazısı olan qutuya boşaldığı və həmin qutunu avtomobilin bardaçokunda gizlətdiyini dediyi barədə həmin protokolda yazılanları təsdiq etmir. Bundan başqa onun özünün və Nazimin iştirakı ilə ona məxsus «Lada Samara» 21440 markalı avtomobiliə baxış keçirildiyi və avtomobilin bardaçokundan həmin «Mon Roi» yazısı olan qutunun içərisindən kristal, şüşə formalı maddə aşkar edildiyi barədə həmin protokolda yazılanları da təsdiq etmir. Yuxarıda göstərdiyi kimi onları həmin polis idarəsinə aparıb onlara təzyiq göstərəndən sonra sonra Qalib adlı polis işçisi orada olan bir nəfər polis işçisinə gedib onun maşınına baxış keçirməsini demiş və həmin polis işçisi az sonra onun maşında saxladığı həmin ətir qabını gətirərək həmin qabın içərisində «şüşə» deyilən narkotik olduğunu bildirmiş və həmin maddəni onlara göstərmişdir. Belə hesab edir ki, «şüşə» deyilən narkotik maddəni həmin ətir qabının içərisinə polis işçiləri özləri qoymuş və bu yolla onu da şərləmişlər. Həmin protokolu o, polis işçiləri onun özünə və Nazimə hədə-qoru gəldikldərinə görə məcburiyyət qarşısında qalaraq imzalamışdır. Elan edilməkələ ona təqdim edilmiş cinayət işinin birinci cildinin müvafiq olaraq 139-142-ci və ikinci cildinin 248-250-cı vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 01 dekabr 2019-cu il tarixli və 20 may 2020-cu il tarixli protokollar ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs2» qeydləri qarşısındakı imzalar onun özünə məxsusudur. Həmin tarixlərdə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmiş və onunla birlikdə həmin protokolları imzalamışdır. Həmin ifadələrində göstərilənləri, yəni 2019-cu ilin noyabr ayının sonlarında həmyerlisi Təqsirləndirilən şəxs1 ona İİR-nın vətəndaşı “Behnam” adlı tanışının «Mübariz» adlı şəxsə narkotik vasitə çatdırmağı müqabilində 1500 manat pul verməyi təklif etdiyini bildirdiyi və onun idarə etdiyi avtomobillə həmin narkotik vasitəni “Behnam”ın dediyi yerdən götürüb «Mübariz» adlı şəxsə çatdırmağa birlikdə getməyi təklif etdiyi, buna razılıq verərək buna görə veriləcək 1500 manat pula özünün də şərik olacağını Nazimə bildirdiyi, 29 noyabr 2019-cu il tarixdə günorta saatlarında yaşadığı Cəlilabad rayonundan idarə etdiyi özünə məxsus «Lada Samara» 21440 markalı, Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli avtomobildə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsinə getdikləri, orada Təqsirləndirilən şəxs1 «Baku Bus» şirkətinin yaxınlığındakı palçıqlıq ərazidən içərisində narkotik vasitə olan qara rəngli sellofan torbanı tapıb götürüb onun idarə etdiyi avtomobilin arxa oturacağına qoyduğu, daha sonra Nazimin tapşırığı ilə həmin narkotik maddə olan sellofan torbanı «Mübariz» adlı şəxsə çatdırmaq üçün idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki yolun yaxın hissəsinə getdikləri, orada Təqsirləndirilən şəxs1 avtomobildən düşüb aralandıqdan sonra həmin sellofan torbanı açıb içərisinə baxdıqda orada narkotik vasitələrlə birlikdə psixorop maddə olan metamfetamin də olduğunu görüb maşında heç kimin olmadığından istifadə edərək həmin maddədən bir ovuc götürərək «Mon Roi» yazısı olan qutuya boşaldıb, həmin qutunu avtomobilin «bardaçok» deyilən saxlanc yerində gizlətdiyini, polis əməkdaşları tərəfindən saxlanılıb Nizami RPİ-nə aparıldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin vaxt əlində olmuş qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin torbanın içərisində olmuş sellefon torbaların içərisindən narkotik vasitələr olan tiryək və heroin, həmçinin psixotrop maddə olan metofetamin aşkar edilərək qablaşdırılıb möhürlənib götürüldüyü, daha sonra onların iştirakı ilə həmin vaxt həmin polis idarəsinin qarşısında ona məxsus həmin «Lada Samara» 21440 markalı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin «bardaçok» deyilən saxlanc yerindən həmin, üzərində «Mon Roi» yazısı olan qutu və qutunun içərisindən isə kristal, şüşə formalı psixotrop maddə olan metafetaminin aşkar edilərək qablaşdırılıb möhürlənib götrüldüyü barədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda təsdiq etmir. Onun məhkəmədə verdiyi ifadə tam doğrudur. Yuxarıda göstərdiyi kimi, Nazimin Hösan yolunda götürdüyü bağlamanın içərisində hərhansı bir narkotik və yaxud psixotrop maddə olmasından onun xəbəri olmamış, Nahir ona ümumiyyətlə bir söz deməmişdir. Həmçinin həmin bağlamanı onun özü açıb yoxlamamış və hər-hansı bir maddəni götürməmişdir. Son olaraq bildirmişdir ki, 29 noyabr 2019-cu il tarixdə yaşadıqları Göytəpə şəhərindən Təqsirləndirilən şəxs1 o, Bakı şəhərinə bir taksi sürücüsü kimi gətirmiş və Nazim ona Bakı şəhərində hər-hansı bir yerdən narkotik maddə götürüb kiməsə çatdırmalı olduğu barədə ona bir söz deməmişdir. Buna görə barəsində olan işə düzgün baxılıb onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onlar özlərini təqsirli bilməmələrinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qarşılıqlı ziddiyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmaqla təqsirləndirilən şəxslərin özlərinin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə vermiş olduqları ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Adil oğlu ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamış və həmin şəxləri ilk dəfə əməliyyat tədbiri keçirilib həin şəxsləri yaxaladıqları vaxt görmüşdür. Belə ki, onun özü Bakı şəhəri, Nizami RPİ-nin X6 əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə günü, yəni 29 noyabr 2019-cu il tarixdə işlədiyi bölməyə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 Əlağa oğlu adlı şəxsin qanunsuz olaraq müxtəlif növ narkotik vasitələri əldə etməsi, daşıması və satışı ilə məşğul olması, həmin şəxsin naməlum mənbədən əldə etdiyi müxtəlif növ narkotik vasitələri Rusiya Federasiyası tranzit nömrəsi olan “Lada Samara 21440” markalı avtomobildə daşıyaraq həmin gün axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki yolun kənarına gətirəcəyi və orada görüşəcəyi naməlum şəxsə verəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə onun tərəfindən Nizami RPİ-nin rəhbərliyinə rəsmi qaydada raportla məlumat verilmiş və idarə rəhbərliyin təsdiqi ilə həmin şəxsin ifşa olunub yaxalanması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbərlik ona həvalə olunmuş və Nizami RPİnin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 həmin qrupa daxil edilmişlər. Əməliyyat tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs1 bir nəfər şəxslə sonuncunun idarə etdiyi “Lada Samara 21440” markalı avtomobildə Bakı şəhərində olmaqla təxminən saat 20 radələrində əməliyyat məlumatında qeyd edilən yerə gələcəkləri barədə dəqiq məlumat alınmışdır. Buna görə də həmin tarixdə saat 19-00 radələrində onlar Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsində bir-birlərindən bir qədər aralıda mövqe seçərək kənardan müşahidə aparmışlar. Saat 20-30 radələrində o, əməliyyat məlumatında göstərilən qara rəngli, «Lada Samara 21440» markalı avtomobilin həmin yerdə yolun kənarında saxladığını, sonra isə avtomobilin qabaq sağ oturacağında əyləşmiş bir qədər yaşlı şəxsin, yəni öz xarici əlamətləri əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs1 xarici görkəminə oxşar şəxsin avtomobildən düşərək avtomobildən təxminən 15-20 metr aralıda dayandığını görmüşdür. Həmin şəxs əməliyyat qrupun üzvüləri Şahid4 və Şahid5 əvvəlcədən seçdiyi mövqeyə yaxın yerdə dayandığına görə o, həmin əməkdaşlara şərti işarə vermiş və onlar həmin şəxsi müşahidəyə götürmüşlər. Həmin yaşlı şəxs orada bir neçə dəqiqə ora-bura gəzişdikdən sonra öz əlində olan mobil telefondan kiməsə zəng edərək danışmışdır. Bundan sonra o, həmin «Lada Samara 21440» markalı avtomobilin sükanı arxasında oturmuş orta yaşlı bir nəfər şəxsin əlində bir ədəd iri sellofan torba olmaqla həmin şəxsə yaxınlaşaraq əlindəki həmin torbanı avtomobildən birinci düşmüş həmin şəxsə verdiyini görmüşdür. Buna görə də o, həmin şəxsləri yaxalmaq üçün qrupun üzvülərinə şərti işarə vermişdir. Bundan sonra qrup üzvləri Şahid4, Şahid5 və onun özü tutduqları mövqeləri tərk edərək həmin şəxslərin hər ikisini yaxalayaraq xidməti avtomobilə oturtmuşlar. Bundan sonra onlar öz xidməti vəsiqələrini həmin şəxslərə göstərərək Nizami RPİ-nin əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olmalarını bildirmişlər. Sonra isə onun özü həmin şəxsləri şifahi qaydada sorğual-sual edərək həmin şəxslərdən daha yaşlı şəxsin əməliyyat məlumatında göstərilən Cəlilabad rayonu Göytəpə kənd sakini Təqsirləndirilən şəxs1 və həmin «Lada Samara 21440» markalı avtomobilin sürücüsünün də həmin kənd sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Həmin şəxsləri yaxaladıqları yerin yaxınlığında kənar nəqliyyat vasitələri və həmçinin muxtəlif vətəndaşların gəlib-getdiklərinə görə orda həmin şəxslərin üzərinə, yaşlı şəxsin əlində olan sellofan torbaya və həmin «Lada Samara 21440» markalı avtomobilə baxış keçirmək üçün əlverişli şərait olmadığına görə onların hər ikisini xidməti maşında ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nə aparmışlar. Həmçinin onun götərişinə əsasən əməliyyat qrupunun üzvü, səhv etmirsə Şahid4 həmin «Lada Samara 21440» markalı avtomobili onların arxasınca sürüb həmin maşını Nizami RPİ-nin inzibati binasının qarşısında saxlamışdır. Sonra isə həmin şəxslərin yanında həmin avtomobilin qapılarını bağladıqdan sonra onlar inzibati binaya daxil olmuş və o, həmin şəxsləri yaxalayaraq gətirdikləri barədə idarə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra isə dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə onun tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs1 əlində olmuş qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin bağlamanı içərisində narkotik vasitə olan tiryək, heroin və psixotrop maddə metafetaminin olduğunu və həmin bağlamanı İran İslam Respublikası vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə Xətai rayonu, Hövsan qəsəbəsində «Baku Bus» şirkətinin yaxınlığında palçıqlı ərazidən götürüb bu işdə ona köməklik edən Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus həmin «Lada Samara 21440» markalı avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsinə, yəni onları yaxaladıqları yerə gətirdiklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələr nə məqsədlə həmin yerə gətirdiklərini soruşduqda, Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan həmin bağlamanı həmin yerdə onun özü tanımadığı, lakin iranlı «Behnam» adlı tanışının Mübariz dediyi şəxsə təqdim etməli olduğunu və bunun müqabilində həmin Mübariz adlı şəxsin ona 1500 manat pul verməli oldğuğunu bildirmişdir. Sonra isə hal şahidləri, əməliyyat qrupunun üzvləri, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində ayrı-ayrılıqda üç ədəd sellofan bağlamaların olduğu aşkar olunmuşdur. Həmin bağlamalar açılıb yoxlanıldıqda isə üzəri şəffaf izolentlə bağlanmış qara rəngli sellefon torbanın içərisində narkotik vasitə tiryəkə oxşar maddəsinin olduğu aşkar olunmuş və Təqsirləndirilən şəxs1 həmin maddənin tiryək olduğunu təsdiq etmişdir. Şəffaf rəngli düyün vurulmuş sellefon torba açıldıqda isə onun içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddənin olduğu məyyən edilmiş və Təqsirləndirilən şəxs1 həmin maddənin metamfetamin olduğunu təsdiq etmişdir. Digər şəffav və göy rəngli sellefondan olan bağlama açılıb yoxlanıldıqda onun içərisində kəskin iyli, narkotik maddə heroinə oxşar maddənin oldğu aşkar olunmuşdur və Təqsirləndirilən şəxs1 həmin bağlamanın içərisindəki maddənin heroin oldğunu bildirmişdir. Bundan sonra həmin bağlamalar əvvəlki qaydada bağlanaraq həmin qara rəngli sellofan torba qablaşdırılraq möhür əksi ilə möhürlənmiş, hal şahidləri və həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağlamanın üzəridə imza etmişlər. Dah sonra onun tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə bxış keçirilmiş, lakin onların üstündən hər-hansı bir narkotik vasitə və yaxud digər qanunsuz əşya aşkar olunmamışdır. Həmin şəxslərin üzərlərindən özlərinə aid mobil telefonlar olmuş və həmin mobil telefonlar götürülərək sonra istintaqa təqdim edilmişdir. Onu da bildirmək istəyir ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 həmin gün yaşadığı Cəlilabad rayonundan Bakı şəhərinə Təqsirləndirilən şəxs1 xahişi ilə onunla özü idarə etdiyi həmin atomobildə birlikdə gəldiklərini, Təqsirləndirilən şəxs1 ona İİR-nın vətəndaşı “Behnam” adlı şəxsin bir nəfər şəxsə narkotik vasitələr çatdırmasını deydiyi və buna görə həmin narkoiik maddələri verməli olduğu, lakin onun özü tianımadığı Mübariz adlı şəxsin ona 1500 manat pul verəcəyini bildirdiyi və həmin puldan ona da vercəyini dediyini, həmin gün Bakı şəhərinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 həmin “Behnam” adlı şəxslə telefon əlaqəsi saxlayaraq, içərisində narkotik vasitə olan həmin qara rəngli sellofan torbanı Hövsan qəsəbəsinə gedən yolun kənarında «Baku Bus» şirkətinin yaxınlığındakı palçıqlıq ərazidən özü tapıb götürüb onun idarə etdiyi avtomobilin arxa oturacağına qoyduğu sonra isə həmin bağlamanı həmin «Mübariz» adlı şəxsə çatdırmaq üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki yolun kənarına gəldiklərini bildirmişdir. X7 idarə etdiyi avtomobildə həmin yerə gəlib Təqsirləndirilən şəxs1 avtomobildən düşüb bir qədər arlandıqdan sonra maşında olan həmin sellofan torbanı açıb onun içərisində aşkar etdiyi metamfetamindən bir ovuc götürərək «Mon Roi» yazısı olan ətir qutusuna qoyub həmin maddəni maşının «bardaçok»unda gizlətdiyini eğtiraf etmişdir. Buna görə də dəvət edilmiş hal şahidlərinin və onların özlərinin iştirakı həmin «Lada Samara» 21440 markalı avtomobilə baxış keçirilən zaman avtomobilin «bardaçok» deyilən saxlanc yerindən həmin, üzərində «Mon Roi» yazısı olan qutu və qutunun içərisindən isə kristal, şüşə formalı psixotrop maddə olan metafetaminin aşkar edilmişdir. Həmin maddə də bir ədəd zərfə qablaşdırılıb möhürlənib götrülmüşdür. Hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin zərfin üzərində də imza etmişlər. Bundan sonra bütün göstərdikləri barədə onun tərəfindən protokeol tərtib olunaraq ucadan oxunmsuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmçinin hal şahidləri heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Yuxarıda göstərdiyi kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılıb Nizami RPİ-nə aparıldıqdan sonra Təqsirləndirilən şəxs1 o zaman əlində olan qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olan heroin və tiryək, həmçinin psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 həmin vasitələrin hansı çəkilərdə olmasını əvvəlcədən bilmədiyini və içsərisində həmin narkotik vasitələr sellofan torbanı Bakı şəhəri Hovsan qəsəbəsinə gedən yolda «Baku Bus» şirkətinin yaxınlığında yerləşən palçıqlı ərazidən götürdüyünü bildirmişdir. Sorğu-sual zamanı Nazir Qurbanov qeyd edilən bağlamanın kim tərəfindən həmin yerə qoyulduğu barədə məlumatı olmadığını və həmin bağlamanı oradan İİR-nın vətəndaşı «Behnam» adlı tanışının ona zəng edib deməsindən sonra həmin ərazidən tapıb götürdüyünü və həmin şəxsin taşırığı ilə həmin bağlamanı «Mübariz» adlı şəxsə vermək üçün Təqsirləndirilən şəxs2 idarə etdiyi atomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yolun yanına gətirdiklərini və bu barədə tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan dediyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin «Mübariz» adlı şəxsi tanımadığını, lakin «Behnam» adlı şəxsin içərisində narkotik vasitələr olan həmin bağlamanı Mübariz adlı şəxsə təhvil verdikdən sonra sonuncunun ona 1500 manat pul verəcəyini və məhz buna görə həmin şəxslə görüşüb həmin bağlamanı vermək üçün həmin yerə getdiklərini bildirmişdir. Bir daha bildirir ki, onlar tərəfindən saxlanılıb Nizami RPİ-nə aparılıb orada Təqsirləndirilən şəxs1 olmuş sellofan torbaya və onların üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tanışı «Behnam» adlı şəxsin sifarişi barədə həmyerlisi Təqsirləndirilən şəxs2 xəbərdar etdiyi və sonuncunun həmin sellofan torbanın içərisində narkotik vasitələrin olmasını bildiyini göstərmiş və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Yuxarıda göstərdiyi kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən 29 noyabr 2019-cu il tarixdə saat 20-30 radələrində Nizami rayonu, Babək prospekti 85 ünvanda yerləşən körpünün alt hissəsindəki yolun yanında saxlanılaraq Nizami RPİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılıb Nizami RPİ-nə aparıldıqları və idarədə olduqları vaxt ərzində şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən həmin şəxslərə qarşı heç bir pisixi və ya fiziki təsir göstərilməmişdir. Həmin şəxslərin yaxalanılmasını şəxsən onun özü və əməliyyat qrupunun üzvüləri əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılıb Nizami RPİ-nə aparılıb orada onların üzərinə və Təqsirləndirilən şəxs1 o zaman əlində olmuş sellofan torbaya baxış keçirilən zaman əməliyyat qrupunun üzvüləri və dəvət edilmiş hal şahidləri iştirak etmişlər. Həmin əməliyyat tədbirinin keçirilməsi və baxış keçirilməsində hər-hansı bir Qalib adlı polis əməkdaşı iştirak etməmişdir. Hər-hansı bir polis əməkdaşı Təqsirləndirilən şəxs1 və yaxud Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki zorakılıq etməmişdir. Həmin şəxslər onlar tərəfindən yaxalanılb Nizami RPİ-nə aparılıb orada onların üzərinə baxış keçirildikdən dərhal sonra bu barədə o, idarə rəhbərliyinə məruzə etmişdir. Elə həmin gün, yəni 29 noyabr 2019-cu il tarixdə idarə rəhbərliyi tərəfindən araşdırmanın aparılması Nizami RPİ-nin müstəntiqi Rami Əliyevə həvalə olunmuşdur. X31 isə iki nəfər vəkili müdafiəçi qismində dəvət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Bundan sonra onun özünün həmin şəxslərin dindirilməsi və digər istintaq hərəkətlərinin keçirilməçində heç bir iştirakı olmamışdır. Təqsirləndirilən şəxs1 əlində olmuş sellofan torba onlara tərəfindən dərhal ekspertizaya göndərilmiş və keçirilmiş ekspertiza rəyindən sonra həmin torbada həqiqətən külli miqdarda tiryək, heroin, həmçinin metamfetamin olduğu təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş və Təqsirləndirilən şəxs1 o zaman əlində olan sellofan torbanın içərisində narkotik vasitələr olmasını dərhal etiraf etmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin avtomobilə baxış zamanı avtomobilin bardaçok deytilən yerdən bir ədəd duxu qutusunun içərisində az miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddəni Təqsirləndirilən şəxs1 maşından düşüb bir qədər aralandıqdan sonra həmin vaxt avtomobilin salonunda olan sellofan torbanın içərisində olan bağlamaların birindən həmin maddədən bir az sonra özü istifadə etmək üçün gizlin götürdüyünü bildirmişdir. Bir daha bildirir ki, təqsirləndirilən şəxslər onlara tərəfindən saxlanılan vaxt və üzərlərinə baxış keçirilən zaman onlar tərəfindən həmin şəxslərə qarşı heç bir təzyiq göstərilməmişdir. Həmin narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi və «Behnam» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş və həmin şəxsin İİR-nın vətəndaşı olması müəyyən edilmişdir. Həmçinin «Mübariz» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin hal-hazırki vaxta qədər həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin əməliyyat müvəkkilləri Şahid5 və X12 Şahid3 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat tədbiri keçirilən zaman onlar tərəfindən yuxarıda qeyd edilən vaxta və yerdə yaxalanaraq Bakı şəhəri Nizami RPİ-nə aparıldığı, orada dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həmin şəxslərin üzərinə baxış keçirilən zaman o zaman Təqsirləndirilən şəxs1 əlində olmuş qara rəngli sellofan torbanın içərisindən ayrı-ayrı sellofan boğlamalarda olmaqla küllli miqdarda narkotik vsitə olan tiryək, heroin və həmçinin psixotrop maddə olan metamfetamin aşkar edilərək onların və hal şahidlərinin iştirakı ilə qablaşdırılıb möhürlənib götürüldüyünü, Təqsirləndirilən şəxs1 həmin bağlamanı öz tanışı olmaqla İİR-nın vətəndaşı olan «Behnam» adlı şəxsin deməsindən sonra «Mübariz» adlı şəxsə çatdırmaq üçün Xətai rayonu, Hovsan qəsəbəsi yolunda yerləşən «Baku Bus» şirkətinin yaxınlığında palçıqlı ərazidən götürüb bu işdə ona köməklik edən Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki əlavə yolun yanına həmin şəxsə vermək üçün gətirdiklərini, bunun müqabilində həmin «Mübariz» adlı şəxsin ona 1500 manat pul verməli olduğunu bildirdiyi, Təqsirləndirilən şəxs2 həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyi, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobilə onların və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman avtomobilin «bardaçok» deyilən saxlanc yerində olmaqla üzərində «Mon Roi» yazısı olan qutunun içərisindən psixotorp maddə olan metafetaminə oxşar maddənin aşkar edilərək qablaşdırılıb möhürlənib götrüldyü, Təqsirləndirilən şəxs2 həmin maddəni Təqsirləndirilən şəxs1 həmin avtomobildə olmadığı vaxt həmin sellofan torbanın içərisində olan bağlamaların birindən sonra özü istifadə etmək üçün gizlin götürdüyünü etiraf etdiyi, bu barədə tərtib olunmuş protokol onlapra ucadan oxunduqdan sonra bütün iştirakçılar və o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən şəraitdə onlar tərəfindən saxlanılıb Nizami RPİ-nə aparıldıqları və həmin idarədə olduqları vaxt ərzində həmin şəxslərə qarşı heç bir bir pisixi və ya fiziki təsir, təzyiq göstərilmədiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və həmçinin Nizami RPİ-nin əməliyyat müvəkkili Şahid3 və əməliyyat tədbirinin keçirilməçində iştirak etmiş digər polis əməkdaşlarını əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 29 noyabr 2019-cu il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində Babək prospekti ilə «Medical Plaza» klinikasının yaxınlığından piyada keçərkən mülki geyimdə olan əvvəllər tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin satış ilə məşğul olmaqda şübhəli olan iki nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etmiş və o, buna razılıq vermişdir. Bundan sonra həmin polis əməkdaşlarının dəvəti ilə ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nə getmişdir. Həmin vaxt polis işçiləri başqa bir şəxsi də ora hal şahidi kimi dəvət etmişlər. Sonra isə onları orda olan xidməti otaqların birinə dəvət etmişlər. Həmin otağa daxil olduqda o, həmin otaqda bir nəfər bir qədər yaşlı şəxsin, yəni hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmvqlv adını o zaman bildiyi Nazim Qurbvanov və hal-hazırda onun yanında otrmuş Mirşahin adlı şəxsin, həmçinin iki-üç nəfər əvvəllər tanımadığı polis işçilərinin olmasını görmüşdür. Polis işçiləri onlara həmin şəxslərin narkotiklə bağlı şübşəli olmalarını və həmin şəxslərin üzərinə baxış keçirəcəklərini və nə aşkar olunsa bu barədə protokol yazıb göstərəcəklərini bildirmişlər. Bundan sonra polis işçiləri yaşlı adamdan, yəni Təqsirləndirilən şəxs1 onun əlində olan qara rəngli iri sellofan torbanın içərisində nə olmasını və onu haradan götürdüyünü soruşmuşlar. Təqsirləndirilən şəxs1 cavab olaraq həmin torbanın içərisində bir adama vermək istədiyi narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra onların iştirakı ilə həmin sellofan torbaya baxış keçirilən zaman, həmin torbanın içərisində ayrı-ayrı sellofan bağlamalarda narkotik maddələrə oxşar maddələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bağlamaların içərisində narkotik maddələr olan tiryək, heroin və metafetamin olduğunu, içərisində həmin narkotik maddələr olan sellofan torbanı öz tanışı olmaqla bir nəfər İran vətəndaşının xahişi ilə bir ğanqımadığ bir şəxsə vermək üçün Bakı şəhəri, Hövsan qəsəbəsinə gedən yolda olan «Baku Bus» şirkətinin yaxınlığındakı ərazidən götürüb onun yanında olan həmyerlisi ilə, yəni Mirşahin ilə birlikdə sonuncunun idarə etdiyi avtomobildə Bakı şəhəri, Nizami rayonu 8-ci km. deyilən ərazidə olan körpünün altına gətirdiklərini və həmin yerdə polis işçiləri tərəfindən saxlanıldıqlarını bildirmişdir. Sonra narkotik maddələr həmin torbaya qablaşdırılıb möhürlənib polis işçiləri tərəfindən götürülmüşdür. Bu barədə polis işçiləri protokold tərtib edərək onlara ucadan oxumuşlar. Həmin protokolu onun özü, onun kimi iştirake edən digər hal şahidi, Təqsirləndirilən şəxs1 və Mirşahin də imzalamışlar.Yuxarıda göstərdiyi kimi, onu Nizami RPİ-nə hal şahidi kimi dəvət edən zaman Təqsirləndirilən şəxs1 və Mirşahin həmin vaxt artıq oradakı xidməti otaqların birində olmuşlar. Baxış keçirdikləri sellofan torba həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olmuşdur. Təqsirləndirilən şəxs1 əlində olan torbaya baxış keçirlikdən sonra polis işçiləri onların iştirakı ilə həmin vaxt Nizami RPİ-nin binasının qarşısında olan avtomobilə də baxış keçirmişlər. Baxış zamanı həmin maşının «bardaçok» deyilən yerindən bir ədəd ətir qabının içərisindən də az miqdarda narkotik maddə aşkar olunub qablaşdırılıb möhürlənib götürülmüşdür. Maşına baxış keçirilməsində Təqsirləndirilən şəxs1 və Mirşahin də iştirak etmişlər. Mirşahin ətir qutusunun içərisində olan həmin narkotik maddəni öz istifadəsi üçün ora qoyduğunu bildirmişdir. Onun özü Nizami RPİ-də olduğuğu vaxt, yəni Təqsirləndirilən şəxs1 və Mirşahinin üzərinə polis işçiləri tərəfindən baxış keçirilən zaman hər-hansı bir polis işçisi tərəfindən Təqsirləndirilən şəxs1 və Mirşahinə qarşı heç bir zorakılıq edilməmişdir. Yuxarıda göstərdiyi kimi, onun özü hal şahidi kimi dəvət olunub Nizami RPİnin binasına daxil olduqdan sonra həmin şəxsləri ilk dəfə oradakı xidməti otaqların birində görmüş, sonra isə polis işçiləri tərəfindən həmin şəxslərin üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 və yaxud Mirşahinin sifətində hər-hansı bir xəsarət, sıyrıq olmasını görməmiş və həmin şəxslər polis işçilər tərəfindən onlara qarşı zorakılıq edildiyi və döyüldükləri barədə orada bir söz deməmişlər. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 8-9-cu vərəqlərində olmaqla “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” 29 noyabr 2019-cu il tarixli protokol ona tanışdır və həmin protokolda «hal şahidi İbrahm Qurbanov» qeydləri qarşısında imza onun özünə məxsusudur. Həmin protokolda göstərilənləri, yəni 29 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami RPİ-nin xidməti otaqlarının birində o, onun kimi ora hal şahidi kimi dəvət olunmuş Rəfael adlı şəxs ilə birlikdə hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 o zaman əlində olan qara rəngli sellofan torbanı pois işçilərinə təqdim edərək onun içərisində narkotik maddələr olan tiryək, heroin və metafetamin olduğunu, həmin torbanı İİR-nın vətəndaşı olan «Behnam» adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Xətai rayonu «Bakı Bus» şirkətinin yaxınlığında olan palçıqlı ərazidən götürüb öz həmyerlisi Təqsirləndirilən şəxs2 idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki yolun yanına gətirdiklərini, orada həmin torbanı «Mübariz» adlı şəxsə verməli olduğunu və bunun müqabilində həmin «Mübariz» adlı şəxsin ona 1500 manat pul verməli olduğunu, lakin içərisində naprkotik vasitələr olan həmin torbanı tanımadığı «Mübariz» adlı şəxsə vermək çün orada olan vaxt polis işçiləri tərəfindən saxlanılıb Nizami RPİ-nə gətirildilərini və həmyerlisi Təqsirləndirilən şəxs2 bu işdə ona kömklik etdiyini bildirdiyini təsdiq edir. Həmin qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin torbanın içərisində bir neçə ədəd sellofan torbalar aşkar edildiyi və həmin torbaların içərisində narkotik vasitələrə oxşar maddələrin olduğu müəyyən edildiy, sonra isə həmin bağlamalaırn həmin qara rəngli torbaya qablaşdırılıb möhürlənib götürüldüyünü təsdiq edir. Həmçinin daha sonra onun, digər şal şahidinin, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə «Lada Samara» 21440 markalı avtomobilə baxış keçiriliyi, baxış zamanı həmin avtomobilin «bardaçok» deyilən saxlanc yerindən üzərində «Mon Roi» yazısı olan qutunun içərisindən narkotik maddəyə oxşar maddənin aşkar edilərək qablaşdırılıb möhürlənib götrüldyü, Təqsirləndirilən şəxs2 həmin qtunun içərisində olan maddəni həmin torbadan Təqsirləndirilən şəxs1 maşından düşüb ondan aralanıdıqdan sonra öz istifadəsi üçün gizlin götürdüyünü etiraf etdiyini təsdiq edir. Həmin protokol onlara ucadan oxunmuşdur və bundan sonra onun özü, digər hal şahidi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1n Şahid2 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami RPİ-nin inzibati binasında xidməti otaqların birində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobilə də baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini bildirərək, iş üzrə tərtib olunmuş əməliyyat tədbirinin həyata keçirilməsinə dair protokolun məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. (cild 1 iş vər. 54-57). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlaması və icaraata qəbul edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi R.S.Əliyev tərəfindən, 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami RPİ-nin inzibati binasında xidməti otaqların birində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman küllü miqdarda narkotik vasitələrin aşkar olunması barədə toplanmış matperial üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və İİR vətəndaşı olduğu ehtimal edilən “Behnam” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə başlanıb icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır.(cild 1, iş vər 1-2) İşdə olan 29 noyabr 2019-cu il tarixli raportun məzmunundan görnür ki, həmin tarixdə Nizmai RPİ-nin NMB-nin Baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Bakı şəhəri, Nizmai RPİ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, X6 daxil olmuş əməliyyat məlumatında 1965-ci il təvəlüdlü, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 Əlağa oğlu müxtəlif növ narkotik vasitələrin satış məqsədi ilə daşınması, qanunsuz dövriyyəsi ilə və satşı ilə məşğul olur və həmin şəxs naməlum mənbədən əldə etdiyi müxtəlif növ narkotik vasitələri satış məqsədi ilə üzərində Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanı olan «LADA Smara 21440» markalı avtomobildə daşıyaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun üzərinə gətirəcəyi və orada görüşəcəyi naməlum şəxsə verəcəyi bildirrilmiş və həmin məlumatla bağlı narkotik vasitələrin satşında şübhəli bilinən Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 müəyyən edilməsi, onun cinayətkar əməllərinin ifşa edilməsi, satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıdığı narkotik vasitələrin aşkar edilərək dövriyyədən şıxarılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cidl 1, iş vər. 3). “Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 29 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 dəqiq yaşdığı ünvan, şəxsiyyəti haqqında digər məlumatları müəyyənləşdirmək məqsədi ilə Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan respubliaskı Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirirlməsi, Təqsirləndirilən şəxs1 dəqiq ünvanı, şəxsiyyəti və haqqında digər məlumatlar müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq Əməliyyat-axtraış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci hbisssinin 3-cu bəndinə əsasən qanunvericilik çərçivəsində əməliyyat tədbirin keçirilməsi qərara alınmışdır. (cild 1, iİş vər. 5). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” Bakı şəhəri Nizmai RPİ-nin NMB-nin Baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Adil oğlu tərəfindən Nizami RPİ-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 Məxzahir oğlu, həmçinin dəvət edilmiş hal şahidlərinin iştirakı ilə tərtib olunmuş protkoldan görünür ki, yuxarıda qeyd edilən əməliyyat məlumatının yoxlanılması üçün həmin tarixdə baş əməliyyat müvəkkili Şahid3 rəhbərliyi ilə əməliyyat qrupunu üzvləri 29 noyabr 2019-cu il tarixdə 19-00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli elavə yolun yaxın hissəsində müəyyən mövqe seçərək müşahidə aparmış, saat 20-30 radələrində qara rəngli, «Lada Samara 21440 markalı, son üç rəqəmi «716» olan dövlət qeydiyyat nişanlı avtomobilin məhz deyilən ünvanda saxladığı, avtomobil qabaq sağ oturacağında əyləşmiş təxminən 55 yaşlarında, xarici əlamətləri əməliyyat məlumatında qeyd edilmiş Təqsirləndirilən şəxs1 xarici əlamətlərinə oxşar bir nəfər şəxsini düşdüyümüşahidə olunmuş, həmin şəxs avtomobili tərk etdikdən sonra piyada təxminən 15-20 addım atıb irəlidə daynmış, təxminən 30-35 saniyə sonra həmin şəxs mobil telefonda kiminləsə danışdıqdan sonra onun tərk etdiyi avtomobilin sükanı arxasından təxminən 30 yaşlannda orta boylu bir nəfər şəxs düşərək əlindəki torba ilə həmin şəxsə tərəf getmiş və əlindəki sellofan torbanı həmin şəxsə verdikdən sonra həmin şəxslər əməliyyat qrupunun üzvüləri tərəfindən həmin yerdə yaxalanmış, əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini onlara təqdim edib polis əməkdaşı olduqlaırnı bildirmiş və həmin şəxslər özlərini təqdim etmiş və onların Cəlilabad rayonu, Göytəpə kənd sakinləri, xx xxxxxx 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Sonra isə həmin şəxslər Bakı şəhəri, Nizami RPİ-nə dəvət edilmiş və Nizami RPl-nin inzibati binasının 208 nömrəli xilməti otaqda dəvət edilmiş hal şahidləri və əməliyyat tədbirində iştirak etmiş şəxslərin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli sellofan torbaya saat 21-15-dən başlayaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin bağlamanı təqdim edib içərisində narkotik vasitə olan tiryək, heroin və metafetaminin olduğunu, həmin bağlamanı İran İslam Respublikası vətəndaşı olan tanışı «Behnam» adlı şəxsin sifarişi ilə əvvəlcədən Bakı şəhəri, Xətai rayonu, Hövsan qəsəbəsində «Bakı Bus» şirkətinin yaxınlığında, palçıqlı ərazidən götürüb ona bu işdə köməklik edən Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi qara rəngli, Lada Samara 21440 markalı, Rusiya Felderasiyasının AO47TB716 tranzit nömrəli avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsinə gətirdiyini, qara rəngli sellofandakı narkotik vasitələri məhz həmin yerdə əvvəldən tanımadığı, lakin «Behnam» adlı tanışının ona Mübariz deyə bildirdiyi şəxsə təqdim edib, gördüyü işin müqabilində sonuncudan 1500 manat pul almalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 qara rəngli sellofan torbadakı maddənin dövriyyəsi qadağan olunmuş narkotik vasitə və metamfetamin olduğunu bilsə də, onlann dəqiq çəkisini əvvəlcədən bilmədiyini, tanışı «Behnam» adlı şəxsin sifarişi barədə həmyerlisi Təqsirləndirilən şəxs2 xəbərdar etdiyi, sonuncunun avtomobili ilə Cəlilabad rayonu Göytəpə kəndindən Bakı şəhəri, Xətai rayonu, Hövsan qəsəbəsinə qədər gəlməsinə və birlikdə içərisində metamfetamin və müxtəlif növ narkotik vasitələr olan qara rəngli sellofan torbanı götürüb Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsində Mübariz adlı şəxsə çatdınlmasında iştirakına görə ona hansısa bir məbləğdə pul vəsaiti verəcəyini söz verdiyini bildirmişdir. Hal şahidləri və həmin şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli sellofan torbaya keçirilmiş baxış zamanı həmin torbanın içərisindən üzəri şəffaf izolentlə bağlanmış bir ədəd qara rəngli sellefon torba, şəffav rəngli və düyün vurulmuş bir ədəd sellefon torba və iç-içə keçirilmiş şəffaf və göy rəngli sellefon torbalar olan bir bağlama halında torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs1, üzəri şəffav izolentlə bağlanmış bir ədəd qara rəngli sellefon torbada narkotik vasitə tiryəkin olduğunu, şəffav rəngli və düyün vurulmuş bir ədəd sellefon torbada metofetaminin olduğunu, iç-içə keçirilmiş şəffav və göy rəngli sellefon torbalar olan bir bağlama halında torbada isə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində bir neçə sellofan torbalar olan qara rəngli torba qablaşdırıldı, hal şahidlərinin imzaları ilə təsdiq edildikdən sonra möhürlənmş və protokola əlavə edilmişdir. Hal şahidləri və qeyd edilmiş şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış zamanı sonuncu üzərindəki bir ədəd qara rəngli mobil telefonu təqdim etiş və həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmış və üzərində müvafiq qeyd aparılmaqla götürülərək protokola əlavə edilmişdir. Bundan sonra hal şahidləri və qeyd edilmiş şəxslərin iştiraklan ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış zamanı sonuncunun üzərində ağ və qara rəng çalarları olan «Nokia» markalı mobil telefon aşkar edilərək həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmış və üzərində müvafiq qeyd aparılmaqla götürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 baxış zamanı Təqsirləndirilən şəxs1 dediklərinin doğru olduğunu, idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs1la birlikdə Cəlilabad rayonu, Göytəpə kəndindən Bakı şəhəri, Xətai rayonu, Hövsan qəsəbəsinə qədər gəldiyini, Təqsirləndirilən şəxs1la birlikdə içərisində metafetamin və müxtəlif növ narkotik vasitələr olan qara rəngli sellofan torbanı götürüb Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsində Mübariz adlı şəxsə çatdırılmasında iştirak etdiyini, gördüyü işin müqabilində Təqsirləndirilən şəxs1la pul vəsaiti verilməsində razılaşdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yolun yaxın hissəsində idarə etdiyi avtomobili saxladıqdan və Təqsirləndirilən şəxs1 maşını tərk etməsinən sonra o, Təqsirləndirilən şəxs1 gizlin şəkildə, ona məlumat vermədən avtomobilinin arxa sağ tərəfində, yerdə olan qara rəngli sellofan torbanın içərisini açıb, oradakı düyünlənmiş halda olan şəffav sellefon torbanın içərisindən kristal, şüşə formalı metofetamin maddədən bir ovuc götürərək üzərində qara və qızılı rəng çalarları olan «Mon Roi» yazısı olan qutuya boşaldıb və həmin qutunu avtomobilin sağ qabaq oturacığının qarşısındakı «bardaçok» deyilən saxlanc yerində gizlətmişdir. Təqsirləndirilən şəxs2 uzun müddət narkotik vasitələrdən istifadə etdiyinə görə bu onda asılılıq yaratdığını və bu məqsədlə sonradan istifadə etmək üçün həmin metofetamini gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerə, yəni onun istifadəsində olan «Lada Samara 21440» markalı, Rusiya Felderasiyasının AO47TB716 tranzit nömrəli avtomobilinə hal şahidləri və adları qeyd edilmiş şəxslərin iştirakları ilə keçirilmiş baxış zamanı avtomobilin sağ qabaq oturacığının qarşısındakı «bardaçok» deyilən saxlanc yerindən üzərində qara və qızılı rəng çalarları olan «Mon Roi yazısı olan qutu və həmin qutunun içərisindəki kristal, şüşə formalı maddə aşkar edilmişdir. Həmin maddə qabalaşdıırlmış, hal şahidlərinin imzaları ilə təsdiq edildikdən sonra möhürlənmiş və hazırki protkola əlavə edilmişdir.(cild 1, iş vər. 8-9). Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 29646 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2” yazısı olan bağlamada: -Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli sellofan torbanın içərisindəki 1(bir) ədəd bağlamada, təmiz çəkisi 7050 qr (7 kq., 050 qr) olan tünd qəhvəyi rəngkli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir, 1(bir) ədəd polietilen torbada, təmiz çəkisi 239,775 qr olan ağ rəngli kristallardan ibarət maddə kustra üsulla hazırlnamış psixotrop maddə-metamfetamindir, 1(bir) əddə polietilen torbada, təmiz çəkisi 1005 qr(1kq, 005 qr) olan qəhvəyi rəngli tozçəkilli maddə kustra üsulla hazırlanmış narkotik vasitə-heroindir; Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli, «Lada Samara 21440» markalı Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli avtomobildən götürülmüş, üzərində “Mon Roi” yazısı olan qutunun içərisindəki, təmiz çəkiis 10,245 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. X8 götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs2 götürülmüş metamfetaminlə xarici əlamətlərinə və təribindəki komponentlərinə görə eynidir. (cild 1, iş vər. 22-23). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 noyabr 2019-cu il tarixdə saat 23- 10 radələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 30). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 noyabr 2019-cu il tarixdə saat 23- 45 radələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmnəlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 44). “İctimai təhlükəli əməlin tövsif edilməsi haqqında” 01 dekabr 2019-cu il tarixli qərradan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1,234.4.3 və 235.4-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 105-116). Bakı şəhər Nizmai rayon Məhkəməsinin 4(007)-260/2019 saylı 01 dekabr 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 04 ay müəyyən edilmiş və həbsetmənin əvvəli 29 noyabr 2019-cu il tarixdən hesblanmışdır. (cild 1, iş vər. 162-167). Bakı şəhər Nizami rayon Məhkəməsinin 4(007)-261/2019 saylı 01 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri sçeilmiş, həbsdə saxlama müdəti 04 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 29 noyabr 2019-cu il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 175-180). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 12 dekabr 2019-cu il tarixli tələbnamədən və Əli-Bayramlı Apellyasiya Məhkəməsinin 2 oktyabr 2007-ci il tarixli, 1(106)-88 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 soncu dəfə ACDİÜ AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 128,67.2,68.1.3-cü maddələr ilə təqsirli bilinib, 02 il İslah işləri və şərti maliyyə vahidinin 300 misli miqdrında cərimə cəzasına məhkum edilmiş, Əli-Bayramlı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2007-ci il tarixli hökm ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 145.2.4, 145.2.6, 180.2.1, 180.2.4, 180.2.5, 310, 221.2.1, 66.1, 66.3, 67.1-ci maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Respublikası CM-in 145, 221 və 310-cu maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vər. 206-208, 221-227). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 12 dekabr 2019-cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 210). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzi Ambulator X1 06 fevral 2020-ci li tarixli 318 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayıb. Hal-hazırda müayinə zamanı Qurbanov X9 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 2-3). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzi Ambulator X2 06 fevral 2020-ci li tarixli 316 nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vər. 4-5). “Sübutların qiymətləndiirlməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 09 mart 2020-ci il tarixli qərardan və “Cinayət işinin materriallarından başqa cinayət işinin ayrılamsı və icraata qəbul edilməsi haqqında” 09 mart 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələrinə tövsif edilməsi haqqında 01 dekabr 2019-cu il tarixli qərar əsaslı olduğundan dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittihamın elan edilməsi haqqında 01 dekabr 2019-cu il tarixli qərarın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in qərarı 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittihamın elan edilməsi haqqında 01 dekabr 2019-cu il tarixli qərarın dəyişdirilmədən saxlanılması, əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 01 dekabr 2019-cu İİ tarixil qərar, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi və qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, həmin ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofan torbada ümumi çəkisi 7050 qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış 1005 qram külli miqdarda heroini və kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan 250,20 qram külli miqdarda metamfetaminin əldə edilmə mənbəyinin, o cümlədən «Behnam» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə külli miqdarda narkotik vasiələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə, o cümlədən külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satılmasında qabaqcadan əlbir olan cinayətkar qrupun üzvü olmuş «Behnam» adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə aynca icraata cinayət işi ayrılması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi, ayrıca iacraata ayrılmış cinayət işinə 20080116 nömrəsi verilməsi və icraata qəbul edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 10-32, 33-38). “İtiiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün qaytarılması haqqında” 28 mart 2020-ci il traixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Minatiq oğlunun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Nizami RPİ-nin istintaq şöbəsinin müstəntqi, polis mayoru Ramil Əliyev tərəfindən xx.xx.2020-ci il traixdə tərtib olunmuş ittiham aktı təsdqi edilməməsi və həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Nizami RPİ-nin istintaq şöbəsinə qaytarılması qərara alınmışıdır. (cild 2, iş vər. 137-141). “Cinayət işinin icraata qəbul eidlməsi haqqında” 03 aprel 2020-ci il traxili qərardan görünür ki, İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi R.S.Əliyev tərəfindən icraata qəbul eidlərək istintaq davam edirilmişdir. (cild 2, iş vər. 146-148). “Cinyaət işinin bir icraatda birləşdirilməsi haqqında” 24 aprel 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı 190080453–cü nömrə altında aparılması qərara alınmışdır. (cild 2, iş vər. 186-188). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəsisəsinin Bakı şəhər Nizami RPİ-nin İstintaq şöbəsinə xx.xx.2020-ci il traixli xx/xx- 1269 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli 087-10293-11220 saylı sorğuya cavab olara bildirmişlər ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələrinə əsasən təqsirli bilinərək 13 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli: xx.xx.2012, cəzasının sonu xx.xx.2026), X34 (xx.xx.1976-cı ildə X17 Meşkin Şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İİR, Parsabad şəhəri, Xiyabani Sahil küçəsi ünavnında yaşamış) xx.xx.2013-cü il tarixdə Bakı İstintaq Təcridxanasından 6 saylı cəzaçəkmə müəsisəsinə daxil olmuş, Penitensiar Xidmətin xx/xx-14691 saylı xx.xx.2016-cı il tarixli göstərişinə əsasən xx.xx.2016-cı il tarixdə İran İslam Respublikasına təhvil verilmişdir. (cild 2, iş vər. 192). “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1, 234.4.3 və 25.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onlara həmin maddədə nəzərdə tutulan ittihamların yenidən elan edilməsi, Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi haqqında 01 dekabr 2019-cu il tarixli qərarın həmin qərarın dəyişdirilmədən qüvvədən saxlanılmasının nəzərə alınması, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satılmasında qabaqcadan əlbir olan cinayətkar qrupun üzvü olmuş 10 iyul 1976-cı ildə İran İslam Respublikasının Meşkin şəhərində anadan olmuş, orta təhsilli, evli, İran islam Respublikası Parsabad şəhəri, Xiyabani Sahil küçəsi ünvanında yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-ın 206.3.2. 234.4.1. 234 4.3 vo 118.2-ci maddələri ilə təqsirli bilinərək 13 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, 04 sentyabr 2012-ci il tarixdən Bakı İstintaq Təcridxanasında, 19 iyun 2013-cü il tarixdən 6 saylı X24 cəza çəkmiş Penitensiar Xidmətin xx/xx-14691 saylı 06 sentyabr 2016-cı il tarixli göstərişə əsasən 11 sentyabr 2016-cı il tarixdə İran İslam Respublikasına təhvil verilmiş, X18 vətəndaşı X27 barəsində X33 barəsində axtarış elan edilməsi və tutularaq Bakı şəhəri Nizami RPl-nin Müvəqqəti saxlama yerinə təhvil verilməsi haqqında qərar qəbul edilməsi, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 və X3 aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofan torbada ümumi çəkisi 7050 qram küllı miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış 1005 qram külli miqdarda heroin kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan 250,20 qram külli miqdarda metamfetaminin əldə edilmə mənbəyinin, o cümlədən küllı miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə, eləcə də külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq eldə edilməsi, saxlanması, daşınması və satılmasında qabaqcadan əlbir olan cinayətkar qrupun üzvü olmuş İran İslam Respublikasının vətəndaşı X29 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılaraq icraata qəbul edilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barə qərar qəbul edilmişdir. (cild 2, iş vər. 197-221). İş materillarına əlavə edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülməklə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən və Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsindən xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında daxil olmuş məlumatların əks olunduğu bir ədəd “CD” disk məhkəmə iclasında tədqiq edilməklə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 20:53 dəqiqədə **********31 saylı mobil nömrəsindən “Dayi bawua donm meni yiq olrem wehram cani elicani pisdi vezyetm sen daynincani yiq meni” məzmunlu, xx.xx.2019-cu il tarixdə saat 20:11 dəqiqədə **********31 saylı nömrəsindən “Dayi salam dayi bawuva donm mene 1 yewy gotr wehramn elnin cani sabah axwama 60 manat verecem qurban olm hel ele olrem bawua donm dayi” məzmunlu sms mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xx.xx.2019-cu il tarixdə 00:30 dəqiqədə **********88 “He menda basacam wuwe brazdan sen iwnde ol xa xa xa” məzmunlu sms göndərilmiş, xx.xx.2019-cu il tarixdə saat 22:53 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı nömrəsindən **********88 nömrəsinə “Zulu bidene yusife zenk vur gor 10 manatlq mene qara vere biler bize dobri wuwe versn behrem yusife sende mende elemwy yani calw al” məzmunlu sms mətni göndərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması külli miqdar,19-cu qrafasında narkotik vasitə tiryəkin 50 qrandanyuxarı olması külli miqdar, “Psixotrop maddələri” əhatə edən İİ Siyahının 67-ci qrafasına əsasən psixotrop maddə metafetaminin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qeyd olunan cinayət əməllərini törətməkdə, yəni İİR-nın X33 adlı şəxs və həmçinin həmçinin şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlayıb daşımaqda təqsirli olmaları, onların özlərinin məhkəmə baxışı zamanı qarşılıqlı ziddyətli olmaqla hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı bir-biri ilə uzlaşan ifadələri, məhkəmə baxışı zamanı elan edilməkldə tədqiq edilmiş etirafedii ifadələri, həmçinin məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş digər obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, təqsirləndirilən şəxslərin istifadələrinə olan mobil telefon nömrələri üzrə əldə edilmiş məlumatlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamla bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadıqları, İran İslam Respublikasının vətəndaşı Behnam adlı şəxs və həmçinin şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama barədə onların arasında heç bir razılaşma olmadığı, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Hövsan qəsəbəsi yolunda «Baku Bus» şirkətinin yaxınlığında yerləşən ərazidən içərisində narkotik vasitələr olan sellofan bağlama götürmədiyi, hadisə vaxtı öz həmyerlisi Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobildə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 saylı ünvana oradakı körpünün alt hissəsindəki əlavə yola yanına hər-hansı bir narkotik vasitəni satmaq üçün yox, öz tanışı Behnam adlı şəxsin ona borc kimi verəcəyini ona vəd etdiyi 1500 manat pulu «Mübariz» adlı şəxsdən götürmək üçün getdikləri, həmçinin Təqsirləndirilən şəxs2 qeyd edilən xüsusatlarla bağlı onunla Təqsirləndirilən şəxs1 arasında həmin külli miqdarda narkotik vasitə və psixltrop maddələrin satış məqsədi ilə əldə edilərək daşınıması ilə bağlı heç bir razılaşma olmadığı, Təqsirləndirilən şəxs1 onun idarə etdiyi avtomobilə qoyduğu sellofan bağlamanın içərisində hər-hansı bir narkotik və psixlrop maddələrin olmasından məlumatı olmadığı, həmçinin həmin şəxslərin yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qeyd edilən şəraitdə satış məqsədi ilə əldə etdikləri barədə iş üzrə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri polis əməkdaşları tərəfindən onlara qarşı göstərilmiş psixi və fiziki təzyiq nəticəsində verdikləri barədə olan hissədə məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, həmin şəxslərin bu kimi ifadələri cinayət məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələrdir və onların yuxarıda qeyd edilən cinaət əməllərini törətməkdə təqsirli olaları iş üzrə toplanmış obyektiv və mötəbər subutların məcmusu üzrə tam sübuta yetirilmişdir. Qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər X13 və Təqsirləndirilən şəxs2n qarşı irəli sürülmüş ittiham üzrə həmin şəxslər tərəfindən törədilmiş cinayət əməlinin məhkəmə baxışı zamanı da təsdiq olunmuş yuxarıda qeyd edilən şəraitdə baş verdiyi barədə qənaətə gəlinmişdir. Bununla yanaşı, istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə vaxtı, yəni 29 noyabr 2019-cu il tarixdə tarixdə saat 19-30 radələrində içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələr olan sellofan torbanı İİR-nın vətəndaşı Behnam adlı şəxsin göstərişinə əsasən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxslə satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Lada Samara» 21440 markalı avtomobildə Bakı şəhəri, Nizami rayonu, ünvan 9 ünvanda yerləşən körpünün alt hissəsindəki şəhər istiqamətli əlavə yola yaxın hissəyə qədər daşıyıb gətirib cinayətrkar razılığa əsasən Təqsirləndirilən şəxs1 «Mübariz» adlı şəxslə görüşüb həmin narkotik vasitələri satmaq üçün həmin avtomobili tərk edərək həmin avtomobildən bir qədər kənara aralandıqdan sonra, cinayətkar qruputn digər üzvü, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bu barədə qabaqcadan məlumat vermədən həmin vaxt qeyd edilən avtomobilin salonunda olmaqla içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələr olan qara rəngli sellofan torbanın içərisindən gizlin öz istifadəsi üçün 10,245 (on tam, mində iki yüz qırx beş) qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini götürərək idarə etdiyi avtomobildə olmaqla üzərində «Mon Roi» yazısı olan ətir qutuuna qoyub avtomobilin sağ qabaq oturacığının qarşısındakı saxlanc yerinə qoyub gizlətməsi ilə bağlı xüsusat üzrə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ittiham irəli sürülmüəsi ilə yanaşı, ona Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə də ittiham irəli sürülərək, onun həmin maddə ilə tutulmuş cinayət əməlini, yəni külli miqdarda psixotrop maddələri talamaqda da təqsirli olduğu qənaətinə gəlinmişdir. Bununla bağlı məhkəmə belə hesab edir ki, istintaq orqanı həmin hissədə əməlin tövsifi ilə bağlı Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinə tam düzgün hüquqi qiymət verməmiş və ona əsassız olaraq Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, istintaq orqanı tərəfindən İş üzrə təqsirləndirilən şəxslər X13 və Təqsirləndirilən şəxs2 qarşı ittiham iərli sürülmüşdür ki, onlar İİR-nın X33 adlı şəxs və həmçinin şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil etmiş və bu məqsədlə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəraitdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Rusiya «Lada Samara» 21440 markalı avtomobildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi «Baku Bus» şirkətinin yaxınlığında olan ərazidən içəriində yuxrıda qeyd edilən küll narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş və qrupun digər üzvü İİR-nın vətəndaşı İİR-nın X33 adlı şəxsin tapşırığı əsasında həmin narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 9 cinayətkar qrupun digər üzvü şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Mübariz» adlı şəxsə satmaq məqsədi ilə həmin ünvana qədər qanunsuz olaraq daşımışlar və bununla bağlı həmin şəxslər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar. İstintaq orqanı iş üzrə təqsirləndirilən X13 və Təqsirləndirilən şəxs2 tərəfindən məhz nə kimi cinayət əməlinin törədildiyi, həmin cinayətin onlar tərəfindən necə və hansı yolla törədildiyi ilə bağlı belə bir bir nəticəyə gəlinmişdir ki, həmin şəxslər tərəfindən digər şəxlərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, cinqayətin predmeti olmaqla səbəst dövriyyəsi qanunla qadağan olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar və məhkəmə belə hesab edir ki, həmin hissədə istintaq orqanı iş üzrə təqsirləndirilən şəxlər Naizim Qurbanov və Təqsirləndirilən şəxs2 əməlinə düzgün hüquqi qimət vermiş və həmin hal iş üzrə məhkəmə baxışı zamanı da təsdiq olunmuşdur. Beləliklə, istintaq orqanı iş üzrə təqsirləndirilən şəxslər Naizim Qurbanov və Təqsirləndirilən şəxs2 konkret olaraq nə kimi cinayət əməli törətmiş olduqları ilə bağlı, onların qabaqcadan əlbir olmuş cinayətkar qrupun üzvləri kimi qanunsuz yolla da olsa belə əldə etmiş olduqları həmin əmlak, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımış olduqları barədə nəticəyə gəlmiş və bununla da həmçinin həmin şəxslərin faktiki olaraq qanunsuz yolla əldə etmiş olduqları həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin üzərində sərbəst şəkildə sərancam vermək iqtidarında olduqları, yəni yuxarıda qeyd edildiyi kimi, cinayətkar qrupun üzvülərinin arasında qabaqcadan olmuş razılaşmaya əsasən həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələri digər şəxsə satmaq, həmin şəxsə təhvil vermək və bunun müqabilində sonuncudan pul götürmək almaq üçün hadisə vaxtı getdikləri Bakı şəhəri, Nizami rayonu, ünvan 9 yerləşən köpünün altında olan yolun yanında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı yaxalanaraq onların bu kimi qanunsuz hərəkətlərinin qarşı alındığı müəyyən olunmuşdur. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə belə hesab edir ki, göstərilən halda iş üzrə təqsirləndirilən şəxslər Naizim Qurbanov və Təqsirləndirilən şəxs2 qanunsuz yolla əldə etmiş olduqları həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin üzərində sərbəst şəkildə sərancam vermək iqtarında olmaqla, göstərilən konkret halda olnların hər ikisinin, yaxud hər-hansı birinin qanunsuz yolla əldə etmiş olduqları həmin narkotik vasitə və psixotrop maddələrin bir hissəsinin öz istifadələri, yaxud başqa şəxsə satmaq, bağışlamaq və s. məqədlə özlərində saxlmaları, konkret halda isə cinayət qrupunun üzvü Təqsirləndirilən şəxs2 gizlin olaraq həmin maddələrdən öz istifadəsi üçün 10,245 (on tam, mində iki yüz qırx beş) qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini götürərək idarə etdiyi avtomobildə gizlədib saxlaması onun Azərbaycan Respublikası CMnin 235.4.2-ci maddəsi ilə də nəzərdə tutulmuş cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmin qərarın 13-ü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə talan edilməsi başa düşülməlidir. Törədilmiş əməlin CM-in 235-ci maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların dövlət və ya ictimai, yaxud özəl müəssisələrə, idarələrə, təşkilatlara yaxud da bu maddələrə qanuni və ya qanunsuz olaraq sahiblik edən ayrı-ayrı vətəndaşlara məxsus olması əhəmiyyət daşımır. Narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya hədə-qorxu ilə tələb etmənin sonradan həmin predmetləri satma məqsədi ilə törədilməsi müəyyən olunarsa, onda təqsirləndirilənin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayətə hazırlıq kimi tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə tövsif etmə zamanı əməlin əlavə olaraq narkotik vasitələri qanunsuz əldə etmə kimi tövsif edilməsinə ehtiyac qalmır, çünki bu əməl adları çəkilən predmetləri talama və ya hədə-qorxu ilə tələb etmə anlayışı ilə tam əhatə olunur. Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl cinayətlərin məcmusu üzrə CM-in 235-ci və 234-cü maddələri ilə tövsif olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə yuxarıda qeyd edildənldəri nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddələri talama cinayətinin törədilməsi ilə əlaqədar CM-in 235.4.2-ci maddəsi ilə iirəli sürülmüş ttiham ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X5 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində yüngülləşdirici hal müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 əvvəllər cinaət məsuliyyətinə cəlb edilməklə o, sonuncu dəfə ACDİÜ AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 67.2,68.1.3-cü maddələr ilə təqsirli bilinib, 02 (tiki) il İslah işləri və şərti maliyyə vahidinin 300 misli miqdrında cərimə cəzasına məhkum edilmiş, Əli-Bayramlı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2007-ci il tarixli hökm ləğv edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 145.2.4, 145.2.6, 180.2.1, 180.2.4, 180.2.5, 310, 221.2.1, 66.1, 66.3, 67.1-ci maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vər. 206-208). Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunduğu CM-nin 145.2.4, 145.2.6, 180.2.1, 180.2.4, 180.2.5, 310, 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayətlər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə yuxarıda qeyd olunan məhkəmə hökmü ilə üzərində yaranmış məhkumluğunun ödənildiyindən, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməli törətməkdə təqsirli bilindiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə isə əsasən onlar cəzalarını ümumi rejimli X24 çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən X4 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd sellofan paketdə tədqiqatdan sonrakı təmiz çəkisi 7049,65 qr (7 kq 049,65qr) kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd polietilen torbada tədqiqatdan sonrakı təmiz çəkisi 239,675 qr olan psixotrop maddə-metamfetamin, bir ədəd polietilen torbada təmiz çəkisi 1004,8 qr narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli, Lada Samara 21440 markalı Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli avtomobildən götürülmüş, üzərində “Mon Roi” yazısı olan qutunun içərisindəki təmiz çəkisi 10,145 qr psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən tərəfindən təqdim olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər X20 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ittihamından Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- AR DİN-nin Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd sellofan paketdə tədqiqatdan sonrakı təmiz çəkisi 7049,65 qr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd polietilen torbada təmiz çəkisi 239,675qr olan psixotrop maddəmetamfetamin, bir ədəd polietilen torbada təmiz çəkisi 1004,8 qr narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli, Lada Samara 21440 markalı Rusiya Federasiyasının A047TB716 tranzit nömrəli avtomobildən götürülmüş, üzərində “Mon Roi” yazısı olan qutunun içərisindəki, təmiz çəkisi 10,145qr psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-178/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-178/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver