Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-197/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, Dadva küçəsi, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 29/44, mənzil 55-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,682 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 123,262 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 74,597 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, təsir maddəsinin miqdarı 3,08 qram təşkil edən 77 ədəd narkotik vasitə olmaqla “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxil olan metadon həblərin və 17,740 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olmaqla “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxil olan metamfetamini əldə edib üstündə saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 20.00-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2şən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli çantasından 15 ədəd bükümdə ümumilikdə külli miqdarda 13,682 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd sellofan bağlamada və 3 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda 17,740 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bağlamada və 14 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda 123,262 qram çəkidə narkotik vasitə tiryək, 1 ədəd sellofan bağlamada külli miqdarda 74,597 qram çəkidə narkotik vasitə həşiş qətranı, 1 ədəf şəffaf plastik qutuda təsir maddəsinin miqdarı 3,08 qram təşkil edən külli miqdarda 77 ədəd narkotik vasitə olan metadon həbləri və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyim ifadəmi qismən təstiq edirəm, belə ki, ifadəmdə bildirdiyim narkotik vasitələrim alveri ilə məşhul olmağım, satışını etməyim haqda bildirdiklərim həqiqəti əks etdirmir. Mən narkotik vasıtələri öz istifadəm üçün almışdım. İfadəmi qalan hissədə təstiq edirəm. Məhkəmə təqsirləndirilən şəxs X1 ozünü ibtidai istintaq zamanı veridyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamani verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 5-6 aya yaxındır ki, şüşə adlandırdığı psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. 4-5 aya yaxındır ki, maddi vəziyyəti ilə bağlı ailə üzvlərinin xəbəri olmadan narkotik vasitə və psixotrop maddələrin alveri ilə məşğul olmağa başlamışdır. Satdığı maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Paşa” adlı şəxsdən alıb satmışdır. Bu barədə Paşaya məlumat verməmişdir. Sonuncu dəfə 10.03.2020-ci il tarixdə axşam saatlarında o, narkotik vasitə və psixotrop maddə almaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə yollanmış və təsadüfən Paşa ilə rastlaşıb ondan 2.800 manata təxminən 15 qram narkotik vasitə heroin, 125 qram narkotik vasitə tiryək, 75 qram narkotik vasitə həşiş qətranı, 77 ədəd metadon həbləri və 18 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin almışdır. Həmin maddələri yaşadığı evə gətirib rahat satılması üçün bükümlərə bölmüşdür. Beləliklə təxminən 15 büküm heroin, 4 bükümdə psixotrop maddə metamfetamin, 15 bükümdə tiryək, 1 bağlamada həşiş qətranı alınmışdır. Həmin bükümləri 1 qutuda 77 ədəd narkotik vasitə olan metadon həbləri və bir ədəd elektron tərəzi ilə birlikdə idman çantasına qoyub əlində satmaq üçün ünvan 1 ünvanın qarşısına yollanmışdır. Həmin gün yəni 11 mart 2020-ci il tarixdə saat 20 radələrində qeyd olunan yerdə olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Mən etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə və psixotrop maddə olmuşdur. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı qara rəngli çantanın içində narkotik vasitələr, psixotrop maddə və metadon həbləri olduğunu bildirib, həmin çantanın içindən çıxartdığı bir ədəd şəffaf sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan torbanın içində olan bağlamalarda psixotrop maddə, narkotik vasitələr və metadon həbləri olduğunu bildirmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən açıldıqda sellofan torbanın içindən 5 ədəd şəffaf sellofan bağlama, 1 ədəd çəhrayı rəngli kağız qutu, 1 ədəd şəffaf plastik qutu və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin bağlamalar və bükümlər polis əməkdaşları tərəfindən açılmış, sellofan bağlamanın birinin içindən psixotrop maddə metamfetami, ikinci sellofan bağlamanın içindən narkotik vasitə tiryək, üçüncü sellofan bağlamanın içindən narkotik vasitə həşiş qətranı aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitələri, psixotrop maddəni, metadon həblərini və elektron tərəzini 10.03.2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Paşa” adlı şəxsdən 2.800 manata aldığını, narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi ilə üzərində gəzdirib daşıdığını bildirmişdir. Bundan başqa əlində saxladığı qara rəngli əl çantasının içində olan “Vertu” markalı mobil telefonu və əynindəki şalvarının sağ arxa cibində olan 22 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş sellofan bağlamalarda və sellofan bükümlərdə olan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, narkotik vasitə tiryək, narkotik vasitə həşiş qətranı, 77 ədəd metadon həbləri və elektron tərəzi polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş 22 manat pul Özünə qaytarılmış, “Vertu” markalı mobil telefonu və bir ədəd qara rəngli əl çantası polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 11 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Masallı şəhəri, Dadva küçəsi, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 29/44, mənzil 55-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 11 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 20:00-da ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 mart 2020-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə onun barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli çantanın içində psixotrop maddə, narkotik vasitələr və metadon həbləri olduğunu bildirib, həmin çantanın içindən çıxardığı bir ədəd şəffaf sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda sellofan torbanın içindən qablaşdırılmış halda müxtəlif narkotik vasitə və psixotrop maddələrə oxşar maddələrin və elektron tərəzinin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitə olan metadon həblərini və elektron tərəzini 10.03.2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində anket məlumatlarım dəqiq bilmədiyi '’Paşa” adlı şəxsdən 2.800 manata aldığını, narkotik vasitə və psixotrop maddəni isə satmaq məqsədilə üzərində gəzdirib daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasının içində olan “Vertu” markalı mobil telefonu və əynindəki şalvarının sağ arxa cibində olan 22 manat pulu təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 22 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Vertu” markalı mobil telefon aparatı və bir ədəd qara rəngli əl çantası iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən etiraz daxil olmadığından doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid1 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir.DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 44-47-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli 6/149 və 7/44 №li rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr ’’sözləri qeyd edilmiş bir ədəd kağız paketdə qablaşdırılmış on beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,876 qram, 0,430 qram, 0,909 qram, 0,916 qram, 0,446 qram, 0,456 qram, 0,885 qram, 4,813 qram, 0,903 qram, 0,888 qram, 0,421 qram, 0,419 qram, 0,463 qram, 0,422 qram, 0,435 qram ümumilikdə təmiz çəkisi 13,682 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər. Digər 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,910 qram, 4,768 qram, 4,675 qram, 4,936 qram, 4,712 qram, 4,659 qram, 4,752 qram, 4,955 qram, 4,803 qram, 4,791 qram, 4,170 qram, 4,280 qram, 9,520 qram, 4,694 qram, 49,727 qram ümumilikdə təmiz çəkisi 123,262 qram olan, tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəklər kimyəvi komponent tərkibinə görə eynidirlər. Digər bükümdə dörd ədəd ayrı-ayrılıqda təmiz çəkisi 12,934 qram, 0,943 qram, 1,925 qram, 1,938 qram ümumilikdə təmiz çəkisi 17,740 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kimyəvi komponent tərkibinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qəhvəyi rəngli dairəvi formalı, ümumi sayı 77 ədəd həblər dərman vasitəsi olan metadondur. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim olunmuş ümumi sayı 77 ədəd olan həblərdə metadonun təsir maddəsinin miqdarına görə eynidir və ümumi miqdarı 3,08 qram təşkil edir. Elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 74,597 qram olan bitki mənşəli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Qalıq; heroin - 13,082 qram, metamfetamin -17,620 qram, tiryək -122,662 qram, metadon - 75 həb, həşiş qətranı - 74,577 qram. Cinayət işinin 129-131-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 08 may 2020-ci il tarixli 1236 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin 110-111, 123-cü vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarları ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə 11 mart 2020-ci il tarixli qərar qanuni və qanuna uyğun hesab edilmişdir. Cinayət işinin 27-29-cu vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20.00da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli çantasından 15 ədəd bükümdə ümumilikdə külli miqdarda narkotik vasitə heroinə, 1 ədəd sellofan bağlamada və 3 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda psixotrop maddə metamfetaminə, 1 ədəd sellofan bağlamada və 14 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda narkotik vasitə tiryəkə, 1 ədəd sellofan bağlamada külli miqdarda narkotik vasitə həşiş qatranına, 1 ədəf şəffaf plastik qutuda 77 ədəd narkotik vasitə olan metadon həblərinə oxşar maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 7-ci bəndinə görə 40 qram narkotik vasitə olan həşiş qətranı külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha çox pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 25, 77-79-cu vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması və məhkumluğunun olmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 mart 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 08 may 2020-ci il tarixli 1236 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 137 AZN (bir yüz otuz yeddi manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 15 ədəd bükümdə 13,082 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd sellofan bağlamada və 3 ədəd sellofan bükümdə 17,620 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bağlamada və 14 ədəd sellofan bükümdə 122,662 qram çəkidə narkotik vasitə tiryək, 1 ədəd sellofan bağlamada 74,577 qram çəkidə narkotik vasitə həşiş qətranı, 1 ədəf şəffaf plastik qutuda 75 ədəd narkotik vasitə olan metadon həbləri, bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və bir ədəd qara rəngli çanta məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları özünü müdafiə etmək və məsuliyyətdən yayınma halları kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Müdafiəçi göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 11 mart 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 137 AZN (bir yüz otuz yeddi manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 15 ədəd bükümdə 13,082 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd sellofan bağlamada və 3 ədəd sellofan bükümdə 17,620 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bağlamada və 14 ədəd sellofan bükümdə 122,662 qram çəkidə narkotik vasitə tiryək, 1 ədəd sellofan bağlamada 74,577 qram çəkidə narkotik vasitə həşiş qətranı, 1 ədəf şəffaf plastik qutuda 75 ədəd narkotik vasitə olan metadon həbləri, bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və bir ədəd qara rəngli çanta məhv edilsini və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov