Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-210/2021 05.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X14 və X11, tərcüməçi X24, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı Cəbrayıl oğlu və X12, Müdafiəçi – MBM vəkil bürosunun vəkili Qəhrəmanova Rəsmiyyə Cəmşid qızının iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Balakişiyev ev 27-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X33 ilə münasibətlərinin pozulmasına X1 guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gələrək sonuncudan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün 02 iyul 2016-cı il tarixdə saat 11:30 radələrində Zinaida İskenderovanın yaşadığı Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 159 ünvanına gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub, həmin vaxtı hamam otağından dəhlizə çıxan Zinaida İskenderovaya yaxınlaaraq “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” ifadələrini işlədib xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edib özü ilə gətirdiyi “Vertimek” etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu xüsusi əzab və iztirablar verdiyini dərk edərək sonuncunun üzərinə töküb Zinaida İskenderovaya başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı kimi insan həyat üçün təhlükəli olan sağlamlığa ağır vurmağa xarakter xəsarətlər yetirmiş, lakin X6 qonşuları tərəfindən ilkin yardım göstərilməklə xəstəxanaya çatdırıldığından və orada ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zinaida İskenderovanı qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək X7 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələrində ona 04.09.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, X2 üzünə kislota atmaqda məqsədi onu öldürmək olmamış, sadəcə onu cəzalandırmaq istəmişdir. 2003-cü ildə X33 onu qaçırmış, təxminən 20 gün Fazilin ata evində qalsalar da, sonradan toy edib birlikdə Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhərinə köçmüşlər. Fazilin bütün ailə üzvləri Ufa şəhərində yaşayıb işləyirlər. Fazil özü də Ufa şəhərində ticarətlə, bundan başqa istixanada xiyar əkimi ilə məşğul olmuşdur. Ufa şəhərinə köçdükdən sonra Fazilə məxsus olan Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 28 ünvanında yaşamağa başlamışlar. Onlar həmin şəhərə köçəndən 3 gündən sonra Fazil ilə münasibətləri pozulmuşdur. Buna səbəb Fazilin tez-tez onu döyüb incitməsi, işgəncələr verməsi olmuşdur. O, hər gün spirtli içki qəbul edib evə gəlib, səbəbsiz olaraq onunla mübahisə edib döymüşdür. Onun bu hərəkətləri barədə bir neçə dəfə öz ailəsinə məlumat versə də, sonradan onlarında narahat olduqlarını görüb bu barədə heç kimə bir söz deməmiş, nədə ki, polisə şikayət etməmişdir. Fazilin valideynlərinin ona qarşı etmiş olduğu hərəkətlərdən xəbərləri olsa da, lakin onlar da buna göz yummuşlar. Ailəli olduğunu nəzərə alıb, tezliklə hər şeyin qaydasına düşəcəyinə ümid etmişlər. Fazil ilə münasibətindən 2004-cü il təvəllüdlü oğlu X27, 2008-ci il təvəllüdlü X19 və 2012-ci il təvəllüdlü X20 dünyaya gəlmişdir. Oğlu dünyaya gələn zaman ona Rusiya Federasiyasının vətəndaşlığını almaqdan ötrü uşağa rus adı və soyadı qoymuşdur. Ufa şəhərində yaşadıqları müddətdə o, heç bir yerdə işləməmiş demək olar ki, bütün günü evdə olmuşdur. Bu müddət ərzində öz qohumları ilə də əlaqəsi olmamışdır. Fazilin onu incitməsinə baxmayaraq ailə başçısı kimi evinə yaxşı baxmış, onların nədənsə korluq çəkmələrinə imkan verməmişdir. Fazilin və onun ailə üzvlərinin onun valideynləri ilə münasibətləri normal olmuş, gediş-gəlişləri olmasa da, aralarında ədavət olmamışdır. Təxminən 2014-cü ildə Fazilin əmisi nəvəsi X10 və əri Şahid2 işləmək üçün Ufa şəhərinə köçüb Fazilə məxsus olan onlarla eyni binada yerləşən 159 nömrəli mənzildə kirayədə yaşamağa başlamışlar. Mahir Fazilə məxsus olan geyim əşyalarının satışı dükanında işləyir, arvadı Zinaida da arada ona köməklik etmişdir. Onların ailəsi ilə münasibətləri istər qohum kimi, istərsə də, qonşu kimi həmişə yaxşı olmuş, bir-birlərininin evinə gediş-gəlişləri olmuşdur. Zinaidanı çox sakit, mədəni, heç kimlə işi olmayan, mehriban insan kimi tanımışdır. Onların maddi vəziyyətləri yaxşı olmadığı üçün daim maddi köməklik göstərmişlər. Zinaidanın Mahir ilə nikahından iki azyaşlı qız övladı var olmuşdur. Bildiyinə görə Zinaida özü də uşaq vaxtlarından Rusiya Federasiyasında yaşadığı üçün oranın vətəndaşlığını almış, əslən azərbaycanlı olmuşdur. Zinaidanın Mahir ilə münasibəti bir qədər yaxşı olmamış, onun dediyinə görə ailədə olduğu kimi onlar arasında da tez-tez sözlü mübahisələr olmuş, başqa bir insanı sevsə də, sonradan valideynlərinin təsiri altında Mahirlə ailə qurmuşdur. Buna baxmayaraq Mahirin onu nə vaxtsa döyməsinin şahidi olmamışdır. Onlar qonşu olduqları üçün tez-tez görüşüb dərdləşmiş, onun özü də Fazilin ona qarşı etdiyi hərəkətlərdən xəbərdar olmuşdur. Təxminən 2015-ci ilin sentyabr ayında dəqiq yadında qalmayan tarixdə onlar evdə olan zaman Fazil ilə onun arasında mübahisə olmuşdur. O, içkili vəziyyətdə evə gəlib onunla mübahisə edərək yumruq və sillə ilə döymüşdür. O da buna görə pasportunu götürüb elə həmin gün Bakı şəhərinə, ata evinə qayıtmışdır. Təxminən 15-20 gün Bakı şəhərində qaldıqdan sonra Fazil onun dalınca Bakı şəhərinə gəlib onu özü ilə yenidən Ufa şəhərinə aparmışdır. Ufa şəhərinə qayıtdıqdan sonra özlərinə məxsus olan Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 28 ünvanında yerləşən mənzildə yaşamışlar. O, hələ Bakıda olan zaman Fazil atasına zəng vurub, onun haqqında həqiqətə uyğun olmayan sözlər işlətmiş, guya onun başqa kişilərlə əlaqədə olduğunu demişdir. Onlar telefonda sözlə mübahisə edən zaman atası onun ünvanına söyüş işlətmişdir. Fazil onun haqqında bu sözləri öz ailə üzvlərinə də demişdir. Atasının onun ünvanına ana söyüşü işlətməsini sonradan Fazil özü demiş, bu vaxta qədər atasından söyüş eşitməmişdir. Onlar 2015-ci ilin oktyabr ayında Ufa şəhərinə qayıtmışlar. Fazil ona bildirmişdir ki, “atan mənə söyüş söydüyünə görə ya onu, yada ki, Zinaidanı cəzalandıracam”. Fazildən eşitdiyinə görə Bakı şəhərinə qaçandan sonra Zinaida özü də onun haqqında şaiələr yaymış, guya onun başqa kişilərlə əlaqədə olduğunu demişdir. Buna görə də Fazil utandığından heç yerə çıxa bilməmişdir. Onlar Ufa şəhərinə köçəndən sonra Fazil onu bağlı qapılar arxasında saxlamış, heç kimlə əlaqə saxlamağına imkan verməmiş, istifadəsində mobil telefon olmamış, hətta evin pəncərələrinin dəstəyini də çıxartmışdır ki, pəncərəni aça bilməsin. Buna görə də, Zinaida ilə görüşüb onunla söhbət edə bilməmişdir. Təxminən 2016-cı ilin yanvar ayına qədər bu vəziyyətdə yaşadıqdan sonra Fazil yenidən Bakı şəhərinə qayıtmağını bildirmişdir. O, bu vasitə ilə istəyirmiş ki, hamıya guya onun özünün evdən qaçdığını sübut etsin. O da onun ya ona, yada ki, atasına nəsə edə biləcəyindən qorxduğu üçün onun dediyi ilə razılaşıb 05 yanvar 2016-cı il tarixdə təyyarəyə minib Bakı şəhərinə gəlmişdir. Gecəni Bakı avtovağzalında gecələdikdən sonra 06.01.2016-ci il tarixdə yenidən Fazilin göstərişi ilə avtobusa əyləşib Kazan şəhərinə getmişlər. İki gün yol getdikdən sonra Kazan şəhərinə çatmış, elə həmin gün Fazil onun dalınca gəlib özü ilə Ufa şəhərinə aparmışdır. Ufa şəhərinə qayıtdıqdan sonra Zaton rayonunda ünvanını dəqiq xatırlamadığı mənzildə tək yaşamış, həmin mənzili Fazil kirayəyə tutmuşdur. Ufa şəhərinə qayıdandan sonra da Fazil onunla tez-tez mübahisələr edir, onu ya atasını, yada ki, Zinaidanı öldürəcəyi ilə hədələyir, ondan dediklərini etməyini istəmişdir. O da buna görə onun dediklərini edirmiş ki, başqa ağır bir hadisə baş verməsin. 21 yanvar 2016-cı il tarixdə Fazil atasına zəng vurub onunla yaşamaq istəmədiyini bildirdiyi üçün atası Qulu Moskva şəhərində gəlib onu özü ilə Bakı şəhərinə aparmışdır. Təxminən bir həftə onlarda qaldıqdan sonra 28 yanvar 2016-cı il tarixdə Fazilin tələbi ilə yenidən Ufa şəhərinə qayıtmışdır. Ufa şəhərinə qayıtdıqdan sonra özlərinə məxsus olan Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 28 ünvanında yerləşən mənzildə qalmışlar. O, hər gedib-gələndə uşaqlar Fazilin yanında qalmışlar. Buna görə də məcbur olub qayıdırmış ki, uşaqlar onsuz darıxmasınlar. Ufa şəhərinə qayıdandan sonra da Fazil ilə münasibətləri düzəlməmiş, aralarında heç bir münasibət qalmamışdır. Sadəcə uşaqlara xatir bir evdə yaşamışlar. Son zamanlar sözlü mübahisələri olsa da, onu vurmamışdır. Təxminən 2016cı ilin may ayının əvvəllərində Fazil ona bildirmişdir ki, uşaqları da götürüb Bakı şəhərinə, onun ata evinə getsin. O da onunla razılaşmış və 10.05.2016-cı il tarixdə Bakı şəhərinə gəlmişdir. Təxminən bir aydan çox Fazilin valideynləri ilə Bakı şəhərinə yaşamış və bu müddət ərzində də, Fazildən qorxduğu üçün Fazilin ona qarşı etmiş olduğu qanunsuz hərəkətlər barədə heç kimə məlumat verməmişdir. 28.06.2016-cı il tarixdə Fazilin tələbi ilə yenidən uşaqları da götürüb Ufa şəhərinə qayıtmışdır. Ufa şəhərinə qayıtdıqdan sonra özlərinə məxsus olan Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 28 ünvanında yerləşən mənzilə gəlmiş, bir gecə həmin mənzildə qaldıqdan sonra səhəri gün Ufa şəhəri, Kuşnarenkovo rayonunda yerləşən istixanaya getmişlər. O, geri qayıdandan sonra Fazil ona bildirmişdir ki, birlikdə Ufa şəhəri, Kuşnarenkovo rayonunda yerləşən ona məxsus istixanaya gedəcəklər və o, ordan kislota götürüb sonradan həmin kislotanı Zinaidanın üstünə səpəcəkdir. O, Fazilin bu sözlərinə razı olmamış və hətta Fazilə yalvarmışdır ki, onu cinayət törətməyə məcbur etməsin. Fazil isə bildirmişdir ki, əgər dediklərini etməsə, atasını öldürtdürəcəkdir. O da məcbur qalıb razılaşmışdır. Bundan sonra birlikdə istixanaya getmiş, orada olan bir litrlik rezin qabdakı kislotanı götürüb onun maşınına qoymuş və səhəri gün Axmetov küçəsində yerləşən evlərinə qayıtmışlar. Bu vaxta qədər Zinaida ilə heç bir əlaqəsi, barəsində dediyi sözləri ilə bağlı heç bir söhbəti olmamışdır. Səhəri gün yəni, 02.07.2016-cı il tarixdə saat 11 radələrində əri Fazil evə bazarlıq edib qayıtmışdır. Həmin vaxtı evdə uşaqları və Alfiya adlı dayə olmuş, lakin Alfiya Fazil ilə onun arasında olan söhbəti eşitməmişdir. Fazil ondan tələb etmişdir ki, kislotanıda götürüb Zinaidagilə getsin. O da məcbur qalıb evdə saxladığı kislotanı götürüb qapıdan çıxaraq Zinaidanın yaşadığı 159 nömrəli mənzilə getmişdir. Zinaidagil onlar məxsus mənzildə kirayədə yaşadıqları üçün mənzilin açarı onda da olmuşdur. O, açarı salıb qapını açmaq istəsə də qapı açılmamışdır. O, həmin mənzilə gedəndə heç kimlə rastlaşmamışdır. Bu zaman Zinaida özü qapıya yaxınlaşıb arxadan açmış və onun gəldiyini görüb mətbəx otağına qaçmışdır. Həmin vaxtı mənzildə uşaqlarından başqa heç kim olmamışdır. O özü də onun arxasınca mətbəx otağına tərəf getmiş və ondan hansı səbəbə görə haqqında yalan şaiələr yaydığını soruşmuşdur. Zinaida isə ona heç bir cavab verməyib mətbəx bıçağını götürüb üstünə gəlmək istəyəndə sağ əlində olan qabdakı kislotanı onun üzünə çiləmişdir. Bundan sonra Zinaida bıçağı yerə atıb əvvəlcə üzünü əli ilə silmiş və sonra isə qışqırmağa başlamışdır. O, onun qışqıra-qışqıra üstünə gəldiyini görüb əlində olan kislotadan bir qədər də onun üstünə səpib qabı yerə ataraq mənzildən çıxıb, Fazilin ona kirayəyə tutduğu ünvanını unutduğu Ufa şəhəri, Dyoma rayonunda yerləşən ünvanını dəqiq xatırlamadığı mənzildə qalmışdır. Həmin mənzilin ünvanını Fazil ona hələ hadisədən əvvəl kağıza yazıb vermişdir, o da hadisə törətdikdən sonra taksiyə əyləşib ora getmişdir. Həmin evdə iki gecə gecələmiş, bu müddət ərzində istifadəsində mobil telefon olmamış, heç kimlə əlaqə saxlamamışdır. Yalnız yanına Fazil gəlib-getmişdir. Həmin gün axşam saatlarında Fazil onun yanına gəlib, vəziyyət barədə məlumat vermiş və ona Rusiya Federasiyası ərazisində gizlənməyi təklif etmişdir. Bundan sonra Fazil onu “Daewoo Nexia” markalı avtomaşınla Kuşnarenkovo rayonuna, ona məxsus istixananın qonşuluğunda yerləşən adının bilmədiyi kəndə aparmışdır. Orada Klara adlı yaşlı bir qadının evində saxlamış, Klaranın heç kimi olmamış, tək yaşamışdır. Onlar ona hadisə törətmələri barədə məlumat verməmişlər. İki gün həmin evdə qaldıqdan sonra Fazil onu 700 km məsafədə yerləşən Perm şəhərinə aparmışdır. Həmin şəhərdə Astanovka Mir küçəsində dəqiq ünvanın bilmədiyi mənzildə tək yaşamış, bu müddət ərzində heç yerə getməmiş, heç kimlə əlaqəsi olmamışdır. Fazil özü arada ona baş çəkir, ərzaq alır, pul vermişdir. İyul ayından oktyabr ayına qədər həmin ünvanda qaldıqdan sonra “Daewoo Nexia” markalı avtomaşınla onu Astarxan şəhərinə aparmış və elə həmin gündə vağzaldan qatara bilet alıb ikisi də Moskva-Bakı qatarı ilə Bakı şəhərinə gəlmişlər. Fazilin dediyinə görə maşın onun dostuna məxsus olmuş, lakin dəqiq olaraq kimə məxsus olduğunu bilmir. Uşaqlar isə Ufa şəhərində Alfiyanın yanında qalmışlar. Biletləri vağzaldan Fazilin özü almış, həmin vaxtı öz pasportunu təqdim etmişdir. Onun biletini isə qardaşı arvadı X15 adına almışdır. Məltəm həmdə onun əmisi qızıdır. Onlar zahirən bir-birlərinə oxşadıqları üçün Fazil guya Məltəmin pasportunu itirməsi bəhanəsi ilə onun adına ikinci dəfə pasport düzəltdirmiş, onu da həmin sənəd əsasında Bakı şəhərinə keçirmişdir. Onlar qatarda plaskartda gəlmiş, onlardan başqa həmin kupedə 4 nəfərdə olmuş, lakin həmin şəxslərin heç birini tanımır. Qadın və kişi olub, onlar Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. Dəqiq olaraq neçənci kupe olduğunu xatırlamır. Qatarda olan zaman özünü Məltəm kimi təqdim etmişdir. Məltəmin bunların heç birindən, Fazilin onun adına pasport düzəltdirməsindən xəbəri olmamışdır. Bu günə qədər də bütün sənədləri Fazildə qalmış, Fazil özü həm Azərbaycan Respublikasının, həmdə Rusiya Federasiyasının vətəndaşdır. Onlar Bakı şəhərinə gələndən sonra bir müddət onun Həzi Aslanov qəsəbəsində kvadratlar adlanan ərazidə ev alqı-satqı ofisi vasitəsi ilə kirayəyə tutduğu evdə yaşamışdır. Ev alqı-satqısının ünvanını xatırlamır. Bir həftə sonra Fazil Ufa şəhərinə qayıdıb, bir müddətdən sonra uşaqlar ilə birlikdə geri Bakıya dönmüşdür. Yalnız bundan sonra atasıgilə getmiş, sonradan isə Fazil yenidən uşaqları götürüb Ufa şəhərinə qayıtmışdır. Həmin vaxtdan etibarən Fazil ilə əlaqəsi kəsilmişdir. Bakıda yaşadığı müddətdə X45 ilə tanış olmuş, təxminən 3 il olar ki, onunla Lənkəran rayonu, Separadi kəndində Anara məxsus evdə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış, lakin rəsmi nikahları yoxdur. Onunla münasibətindən 10 gün olar ki, qız övladı dünyaya gəlmişdir. Uşağı 21 avqust 2019-cu il tarixdə Lənkəran rayon mərkəzi xəstəxanasında dünyaya gətirmişdir. Bu illər ərzində həmişə qorxu içində yaşamış və nə vaxtsa tutulacağını bilmişdir. Buna görə də övladı dünyaya gələndən sonra qərara gəlmişdir ki, gedib polisə təslim olsun. Onun harada yaşadığını heç ailə üzvləri də, bilməmişlər. Yalnız bu müddət ərzində bir dəfə atası ilə danışmış, lakin ona da harada yaşadığını deməmişdir. Sonra isə könüllü olaraq Sabunçu RPİ-nə gəlib təslim olmuşdur. Əvvəllər X10 ilə aralarında heç bir düşmənçilik, ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Ailələri arasında da düşmənçilik olmamışdır. Heç vaxt onunla mübahisə etməmişdir. Heç vaxt Zinaidanı öldürmək məqsədi olmamışdır. Onun haqqında yalan məlumatlar yaymasını eşidəndən sonra onunla görüşüb söhbət etmək istəmiş, lakin Fazil buna imkan verməmişdir. Fazil daim onunla oturub psixoloji təsir etmiş, Zinaidanı cəzalandırmaqla yalnız adını təmizləyə biləcəyini demişdir. Onun üzünə kislotanı da yalnız Fazilin təhriki, hədələrinin təsiri altında atmışdır. Kislotanı atan zaman onun bu dərəcədə yana biləcəyini fikirləşməmişdir. Mənzilə daxil olan zaman istəyirmiş ki, Zinaida ilə söhbət etsin, Zinaida isə ona heç bir söz demədən bıçaqla üstünə gəlmişdir. O da onu cəzalandırmaq üçün kislotanı onun üstünə atmışdır. Onun belə bir fikirdə olmağı barədə heç kimə məlumat verməmiş, istixanadan götürdüyü kislotanı da əri Fazildən başqa heç kim görməmişdir. Hadisə baş verən zaman həyəcanlı olmuş, buna görə də qorxusundan qaçıb getmişdir. Atasını öldürəcəyi ilə hədələdiyindən qorxub Fazil İsgəndərovun onu cinayət törətməyə təhrik etməsi barədə heç kimə məlumat verməmişdir. Bakı şəhərinə gələndən sonra da hadisə barədə heç kimə danışmamışdır. Yalnız Fazilin ona qarşı etdikləri barədə Anara məlumat vermişdir. O da onun cinayət törətdiyini bilsə də, Bakıda axtarışda olduğunu bilməmişdir. Həqiqətəndə kistolatı istixanadan götürmüşdür. Həmin kislota iki litrlik ayrıca qabda idi ki, onun bir litrini o götürmüş, qalanını isə torpağa boşaltmışlar. Heç vaxt başqa bir kişi ilə münasibətdə olmamış, nədə ki, ərinə xəyanət etməmişdir. Ona sms göstərməyi barədə dedikləri yalandır. Hadisə zamanı da ona “sən yaşamayacaqsan sözünü deməmişəm”, sadəcə nə üçün belə etdin deyə bildirmişdir. Hadisə göstərdiyi şəraitdə baş vermişdir. Onun üstünə kislota səpən zaman uşaqları başqa otaqda oynamışlar, heç hadisənin də şahidi olmamışlar. Otaqda ikisindən başqa heç kim olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Psixi xəstəliyi yoxdur, heç bir xəsatəxanada qeydiyyatda deyildir. Etdiyi əməldən peşmandır. Zinaidanı yandıraraq xəsarət yetirməyinə heç bir əsas olmamış, bir daha qeyd edir ki, əri Fazilin hədələrinin təsiri altında səhv edib belə bir iş tutmuşdur. 21 yanvar 2016-cı il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra Zinaidaya sms yazaraq hansı səbəbə görə haqqında şaiələr yaymasını soruşmuş, o isə cavab vermədən “Whatsapp”-da onu bloka qoymuşdur. Bundan sonra əlaqələri olmamışdır. Hadisə baş verən zamanda həyəcanlı olduğu üçün ondan bu barədə heçnə soruşmamışdır.Lənkəran rayon mərkəzi xəstəxanasında uşaq dünyaya gətirən zaman heç bir sənəd təqdim etməmiş, ondan sənəd istəsələr də itirdiyini bildirmişdir. Həmin vaxtı sancıları çox olduğu üçün dərhal xəstəxanaya qəbul etmişlər. Özü haqqında anket məlumatlarını da xəstəxanaya qəsdən səhv demişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan eilmiş zərərçəkmiş şəxs X10 bildirmişdir ki, 2009-cu ildə Şahid2 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladı vardır. 2013-cü ildə əri Mahir işləmək üçün Rusiya Federasiyası, Başqırdıstan Respublikasının, Ufa şəhərinə köçüb, orada yerləşən geyim əşyalarının satışı dükanında işləməyə başlamışdır. Onun özü də 2014-cü ilin dekabr ayında onun yanına köçmüş və ailəlikcə qohumları X21 Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi ev 320/1, mənzil 159 ünvanında yerləşən bir otaqlı evini ondan kirayəyə götürüb yaşamağa başlamışlar. Fazil İskenderov anasının əmisi oğludur. O özü də həmin binanın 1-ci girişində yerləşən 28 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Əri Mahir əvvəllər Fazilgilə məxsus olan dükanda kassir işləsə də, 2015-ci ildə həmin dükanı onlardan icarəyə götürüb işlətməyə başlamışlar. Özü də həmin dükanda satıcı işləyir, geyim əşyalarının satışı ilə məşğul olub ailələrini saxlayırmışlar. Əri Mahirlə münasibəti yaxşı olmuş, ailəli olduqları müddətdə aralarında heç bir inciklik, ədavət olmamış, ər-arvad kimi bir-birlərinə hörmətlə yanaşmışlar. Fazil İskenderov və onun ailəsi ilə də münasibətləri yaxşı olmuş, istər qohum kimi, istərsə də, qonşu kimi bir-birlərinə hörmətlə davranmış, evlərinə gediş-gəlişləri olmuşdur. Daim bir-birlərinin ad günlərində, bayram tədbirlərində bir yerdə olub, aralarında heç bir incliklik, ədavət olmamışdır. Fazilin arvadı Təqsirləndirilən şəxs ilə də münasibəti yaxşı olmuş, heç vaxt aralarında dava, ədavət olmamışdır. Laura ilə Fazilin nikahından 3 övladı dünyaya gəlmişdir. Onların ailəsini mehriban ailə kimi tanımış, bildiyinə görə Fazil ilə Lauranın münasibəti yaxşı olmuşdur. Onların ikisini də, çox sakit, mədəni, insan kimi tanımış, ora köçən vaxtdan daim bir qohum kimi onlara qayğı ilə yanaşmış, əl tutmuşlar. Onların ər-arvad kimi bir-birlərindən şikayətlənmələrinin şahidi olmasa da, sonradan anasından eşitmişdir ki, Fazil daim arvadı Laurada şikayətlənir, onun yaxşı insan olmamasından şikayətləmışdir. Buna baxmayaraq Fazil heç vaxt onun yanında Lauradan şikayətlənməmişdir. Təxminən 2015-ci ilin yay aylarında Laura telefon vasitəsi ilə ona sms yazaraq bir nəfər şəxslə telefon vasitəsi ilə ünsiyyətdə olduğunu bildirmişdir. Lakin onun şəxsi işlərinə qarışmadığı üçün onun bu smsinə heç bir əhəmiyyət verməmiş və sadəcə olaraq Lauraya ailəsinin olduğunu bildirib düzgün etmədiyini demişdir. O, bu sms barədə heç kimə bir söz deməmişdir. Təxminən 2015-ci ilin sentyabr ayında dəqiq yadında qalmayan tarixdə gecə radələrində Fazilin anası X4 onlara zəng vurub, Fazilin Laura ilə dalaşdığını bildirib, tez özlərini onlara çatdırmalarını xahiş etmişdir. Onlar qalan evin eyvanından Fazilgilin evləri göründüyü üçün, tez eyvana çıxıb onların evlərinə tərəf boylananda görmüşdür ki, Fazilin içkili vəziyyətdə evlərinin qapısını döyür, Laura isə qapını açmır. Bundan sonra Fazil dostu İsa adlı şəxslə birlikdə çıxıb getmişlər. O, Laura ilə əlaqə saxlayıb ondan nə baş verdiyini soruşanda, Laura ona Fazil ilə mübahisə etdiklərini, Fazilin onu kartdan pul oğurlamaqda günahlandırdığını bildirmişdir. Lakin o, heç bir günahının olmadığını demişdir. Bildiyinə görə həmin gün Laura evdən çıxıb getmiş, lakin hara getməsindən xəbəri olmamışdır. Fazil isə kartını bankda yoxlatdırmış, müəyyən etmişdir ki, həqiqətəndə Laura tərəfindən həmin kartdan pul başqa bir karta köçürülmüşdür. Təxminən bir aya yaxın Fazilin uşaqlarına o, özü baxmış, lakin sonradan Fazil İsa adlı dostu ilə birlikdə Lauranı dalınca gedərək onu geri qaytarmışdır. Lauranı görmədiyi üçün onun bu müddət ərzində harada olması barədə məlumatı olmamışdır. 2015-ci ilin oktyabr ayında qayıdıb gələndən sonra Fazil onu, uşaqlarını və öz uşaqlarını götürüb anasıgilin onlar qalan evdən bir qədər aralıda yerləşən evlərinə aparmışdır. Uşaqları evə düşürdükdən sonra ondan maşında qalmağını tələb etmişdir. O, Fazildən özünə qarşı heç bir aqresiya görmədiyi üçün şübhələnməmişdir. Bundan sonra birlikdə meşəyə getmiş, Fazil onun mobil telefonunu söndürüb əlindən almış, maşından düşüb hansı səbəb görə arvadı Lauranın ona xəyanət etməsi barədə ona məlumat vermədiyini irad tutmuşdur. O isə Lauranın kiminləsə münasibət saxlamasını şahidi olmadığını demişdir. Daha sonra Fazil əsəbi halda maşından tapança götürüb, silahı başına dirəyərək onu öldürəcəyi ilə hədələmiş, hansı səbəb görə ona bu barədə məlumat vermədiyini demişdir. O isə bir daha bildirmişdir ki, Lauranın pis hərəkətinin şahidi olmamışdir. Bundan başqa ona demişdir ki, guya Lauranın qızıllarını oğurlamış, ona sosial şəbəkədə səhifə açmışdır ki, başqa şəxslərlə ünsiyyət qura bilsin. Lakin o, Fazilin bu vəziyyətini nəzərə alıb heç bir söz deməmiş gözləmişdir ki, sakitləşsin. Fazil ona yalnız hədə-qorxu gəlmiş, heç bir zor tətbiq etməmişdir. Həmin vaxtı ətrafda onlardan başqa heç kim olmamışdır. Bundan sonra birlikdə maşına əyləşmiş və Fazil onu anasıgilə aparmışdır. Fazilin anasına baş verənlər barədə məlumat vermiş, o isə ona məsləhət görmüşdür ki, vəziyyətin gərginliyini nəzərə alıb, bu barədə heç kimə bir söz deməsin. O da daha ağır hadisələrin baş verə biləcəyini düşünüb, Fazilin etmiş olduğu hərəkət barədə yalnız anasına danışmış, heç əri Mahirə də bu barədə biz söz deməmişdir. Bu hadisələrdən sonrakı dövrdə də, Fazilə məxsus olan evdə kirayədə yaşamaqda davam etsələr də, Laura ilə heç bir əlaqəsi olmamış, onu görməmişdir. Fazil ilə də yalnız arabir görüşəndəngörüşənə salamlaşmışlar. 02.07.2016-cı il tarixdə bütün günü evdə olmuş, həmin gün Laura ilə əlaqəsi olmamış, əri Mahirdə səhər saatlarında işə getmişdir. Təxminən saat 10 radələrində yuxudan oyanmışdır. Həmin vaxtı evdə iki qızı və ondan başqa heç kim olmamışdır. Böyük qızı Yeganə televizora baxmış, balaca qızı Zəhra isə onunla birlikdə hamam otağına daxil olmuşdur. O, əl-üzü yuyan zaman mənzilin giriş qapısının açıldığını hiss etmişdir. Hamam otağı giriş qapısı ilə üzbəüz yerləşdiyi üçün gələn şəxsin kim olduğunu görməkdən ötrü geriyə çevrilmiş, bu zaman Laura əlində olan plastmas qab ilə içəri daxil olaraq ona “sən elə bilirsən yaşayacaqsan” deyib plastmas qabdakı mayeni sifətinə atmışdır. Həmin vaxtı Laura tək olub, yanında heç kim olmamışdır. O, kislatanı onun üzünə atan kimi gözləri tutulmuş, buna görə də müqavimət göstərə, özünü müdafiə edə bilməmişdir. Laura da sonradan bir litrlik qabdakı mayeni onun başından tutmuş, bütün bədəninə axıtmışdır. Maye üzünə tökülən kimi gözləri tutulmuş və bədəni yanmağa başladığı üçün qışqırmağa başlamışdır. Uşaqlar da onunla bərabər qışqırmağa başladıqları üçün, onlara yaxın gəlməmələrini tapşırıb, mənzildən çıxaraq əlləri ilə görməyə-görməyə qonşuların qapılarını döyməyə başlamışdır. Gülnarə Bəkirova adlı qonşuları qapını açan kimi o, həyəcanlı vəziyyətdə ona baş verənləri bildirmiş, hadisənin Laura tərəfindən törətdildiyini demişdir. Səsə onun əridə gəlib çıxmış və onu hamam otağına salıb sodalı su ilə çimizdirmişlər. Bundan sonra onlar polisə, təcili tibbi yardıma, habelə əri Mahirə zəng vurub baş verənlər barədə məlumat vermişlər. Bundan sonra kamoz vəziyyətə düşdüyü üçün, halı özündə olmadığından baş verənlər yadında deyil. Təxminən 40 gün kamoz vəziyyətdə qalmış, ayılandan sonra isə 3 ay Ufa şəhərinə yerləşən 18 saylı yanıq mərkəzində müalicə olunmuşdur. Hazırda da, yalnız bir gözü cüzi görür, müalicələri davam etdirilir. Hadisədən sonra bədəninin 70 faizi yanmış, sifətində və bədənində izi silinməz xəsarətlər qalmışdır. Sonradan öyrənmişdir ki, Laura onun üstünə kislota atmış, bu zaman kislota sıçrayıb qızları Zəhranın və Yeganənin qollarını-ayaqlarını da yandırmışdır. Səhv etmirəmsə onlarda ekspertizadan keçmişlər. Lakin rəylərin işin istintaqını aparan müstəntiq Kuznisov tərəfindən götürülüb-götürülmədiyini bilmir. Uşaqların bədəni üzərində heç bir xəsarət qalmamışdır. Bu vəziyyətinə görə əri Mahir də ondan ayrılmış, hazırda ondan rəsmi olaraq boşanmışlar. Təqsirləndirilən şəxs ilə aralarında heç vaxt ədavət, dava, düşmənçilik olmamışdır. Hesab edir ki, o, kiminləsə telefon vasitəsi ilə əlaqə saxlaması barədə məlumatı əri Fazilə onun bildirdiyini düşünmüş, buna görə də belə bir hadisə törətmişdir. Əslində isə heç vaxt Lauranın hərəkətləri barədə onun ərinə heç bir söz deməmişdir. Fazilin kartından pul yoxa çıxandan sonra arvadı Laura barədə məlumat toplamış, telefon danışıqlarını çıxardaraq onun başqa bir şəxslə əlaqədə olduğunu özü müəyyən etmişdir. Bu barədə Fazilin dostu İsanında məlumatı var. Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyin kislotanı haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Kislota onun əlindəki bir litrlik plastmas qabda olmuşdur. Təqsirləndirilən şəxs hazırda harada olması barədə məlumatı yoxdur, gözləri tutulduğu üçün hadisədən sonra onun necə qaçmasının da şahidi olmamışdır. Bildiyinə görə Laura həmin ilin oktyabr ayına qədər əri Fazilin köməkliyi ilə Ufa şəhərinə gizlənmiş, sonra isə sənədlərini saxtalaşdıraraq ölkədən Azərbaycan Respublikasına qaçmışdır. Hadisədən sonra Fazil ilə də heç bir əlaqələri olmamışdır. Rusiya Federasiyasında aparılmış istintaq zamanı da X10 anoloji ifadə verərək bildirmişdir ki, F.İsgəndərov və Təqsirləndirilən şəxs ilə normal münasibəti olmuş, onlardan küsməmiş, dalaşmamışdır. Lakin Təqsirləndirilən şəxs mənfi xüsusiyyətləri olmuş, Laura qisasçı, hiyləgər və xəsis qadın olmuşdur. Bir dəfə Təqsirləndirilən şəxs söhbət zamanı ona bildirmişdir ki, İnternet şəbəkəsində “Odnoklasniki” saytında başqa kişilərlə yazışır. O, buna heç bir əhəmiyyət verməmiş, zarafat etdiyini düşünmüşdür. Bildiyimə görə, F.İsgəndərov Təqsirləndirilən şəxs qısqanmağa başlamış və bu səbəbdən onların arasında mübahisələr yaranmışdı. O isə onların münasibətinə qarışmamışdır. 2015-ci ilin payızında, təxminən sentyabr ayının sonlarında oktyabrın əvvəllərində, F.İsgəndərov Təqsirləndirilən şəxs internet şəbəkəsi vasitəsilə başqa kişilərlə yazışdığını öyrənmişdir. O, belə anlamışdır ki, Təqsirləndirilən şəxs F.İskenderova guya bu barədə onun xəbərdar olduğunu, həmçinin Lauranın başqa kişilərlə yazışmasına onun şərait yaratmasını, ona İnternetə girməyə kömək etməyini və s. demişdir. Qeyd olunan vaxtda təxminən saat 14-də yaşadığı ünvana F.İskenderov gəlmiş və qəti şəkildə onun və uşaqlarının yığışmağını tələb etmişdir. O, Fazildən nəyə görə yığışmalı olduqlarını soruşmuş, F.İskenderov qonaq gedəcəklərini demişdir. Onlar F.İsgəndərovun anası Zərnigarın evinə getmişlər. Fazil uşaqları maşından düşürüb, onunla birlikdə yoluna davam etmiş, o, qorxa-qorxa Fazildən hara getdiklərini soruşmuş, Fazil isə cavabında kobud şəkildə görəcəksən deyə bildirmişdir. Fazil onu hansısa meşəyə aparmış, məhz hara apardığını bilmir, çünki şəhəri pis tanmışdır. azil onu meşənin ortasında hədələməyə başlamışdır ki, o, Təqsirləndirilən şəxs həqiqətən başqa kişilərlə yazışıb-yazışmadığını, ona xəyanət edib-etmədiyini etiraf etsin. O isə cavabında heç nə bilmədiyini söyləmişdir. Bundan sonra F.İskenderov onu maşından düşürdüb, qarşısında dayanaraq, tapançanı alnına dayamışdır. Hansı tapança olduğunu bilməmiş, lakin tapançanın həqiqi olduğunu anlamamışdır. F.İskenderov demişdir ki, “Sən indi hər şeyi danışmasan, mən səni öldürəcəyəm”. Onun aqressiv davranışını və hərəkətlərini görüb, onun hədəsini həqiqi qəbul etmiş və öz həyatına və sağlamlığına görə qorxmuşdur. O, çox qorxmuş, ağlamış və heç nə bilmədiyini demişdir. Bundan sonra F.İskenderov maşına oturmağını söyləmiş və onu evə aparmışdır. Baş verənlərdən sonra onun yanına heç kim gəlməmiş və bu barədə danışmamışdır. Təqsirləndirilən şəxs harasa yoxa çıxmış, deyilənə görə qohumları onu Azərbaycana aparmışlar. 02.07.2016-cı il tarixdə təxminən saat 11-də iki azyaşlı qızı ilə birlikdə Ufa ş., Axmetov küç., ev 320/1, mən. 159 ünvanda evində olmuşdur. Qeyd olunan vaxtda o, vanna otağında olmuş, çünki ondan əvvəl işdən gəlib çox yatmışdır. Böyük qızı otaqda oturub televizora baxmışdır. O, vanna otağında olanda qapının açıldığını eşitmiş, mənzilimin giriş qapısının açarı F.İskenderovda və Təqsirləndirilən şəxs da olmuşdur. O, kimin gəldiyini görmək üçün vanna otağından çıxmış, çıxanda kandarda Təqsirləndirilən şəxs dayandığını görmüşdür. O, sərt şəkildə “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?!” deyib, həmin sözlərdən sonra Təqsirləndirilən şəxs sağ əli ilə aşağıdan yuxarıya doğru hərəkət etdirmiş, ondan sonra o, üz nahiyəsində kəskin ağrı hiss etmişdir. O, onun əlində hansısa bankanı, yaxud hansısa kolbanı tutduğunu görmüş, bunun turşu olduğunu anlamışdır. Təqsirləndirilən şəxs onun üzünə turşunu tökdükdən sonra, o, çox ağrımış, nəyin baş verdiyini dəqiq başa düşməmişdir. O, Təqsirləndirilən şəxs mənzildən qaçdığını eşitmiş və həmin anda qızı Y.Allahverdiyeva ona tərəf qaçmış, ağrıya-ağrıya ona yaxınlaşmamağını demiş, çünki turşu uşağında üzərinə tökülə bilərmiş. O, ağrıdan huşunu itirməməyə çalışmış, qonşuya getmiş və onlardan kömək istəmişdir. Onun sözlərinə və hərəkətlərinə əsaslanaraq, deyə bilər ki, Lauranın onu məhz nəyə görə öldürmək istədiyini indiyə qədər anlaya bilmir. Laura onun mənzilinə gələn zaman mətbəx otağına qaçmamış, nə Laura mənzilə daxil olan zaman, nədə ki, onu öldürmək istədiyini dilinə gətirən zaman əlində bıçaq olmamış, Təqsirləndirilən şəxs barədə həqiqətə uyğun olmayan məlumatlar yaymamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X13 bildirmişdir ki, 02.07.2014-cü ildə səhər nənəsi Solmaz onu yedirmiş, bu vaxt bacısı Zəhra, anası Zina, atası Mahir və nənəsi Solmaz evdə olmuşlar. Bir az keçəndən sonra nənəsı Solmaz və atası Mahir işə getmiş, evdə anası, bacısı və o qalmışdır.O, bacısı ilə televizorda cizgi filminə baxırmışlar, anası başqa otaqda olmuşdur. Qəfildən eşitmişdir ki, anası qışqırır, buna görə də tez onun yanına qaçmış, həmin vaxtı anası hamamda olmuş, üzünü yumağa çalışmışdır. Sonra anası qonşulara qaçıb onların qapısını döyməyə başlamış, qonşular onu evlərinə buraxmışlar. Anası xahiş etmişdir ki, atası Mahirə zəng eləsinlər, qonşu qadınlardan biri atasına zəng eləmişdir. O, anasına nəsə olduğunu anlamış, birazdan təcili yardım gəlmiş, anasını götürüb aparmışdır. Sonra ona demişlər ki, anasının üzərinə turşu töküblər. Onun sağ əlini də turşu yandırmışdır. Əlinin necə yandığını bilmir, ola bilsin ki, anasına toxunanda olmuşdur. Anasının üzərinə turşunu kimin tökdüyünü bilmir, həmin vaxt otaqda oturub cizgi filminə baxırmışlar. Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, onlarla eyni mərtəbədə, 159-cu mənzildə ailə – Şahid2, Z.Z.İskenderova, onların iki qızı yaşamışdır. O və əri Allahverdiyevlərin ailəsi ilə demək olar ki, ünsiyyətdə olmamış, yalnız rastlaşarkən salamlaşmışlar. 02.07.2016-cı il tarixdə saat 11:00 radələrində qapının zəngi çalınmışdır. O, qapını açmış və kandarda qonşu Zinaida İskenderovanın dayandığını görmüş, görünən yerlərdə dərisi qırmızı olmuşdur. Zinaida İskenderova əlləri ilə başını tutub ağlayır, zarıldamışdır. Əvvəlcə o, nəyin baş verdiyini anlamamış, elə bilmişdir ki, Zinaidanın üstünə qaynar su tökülmüşdür. Zinaida İskenderova təcili tibbi yardım çağırmalarını xahiş etmiş, o, əri Ruslan Qareyevi köməyə çağırmış, o, Zinaidanı içəri salmış, təcili yardım çağırmışlar. Zinaida İskenderovanın deməsindən başa düşmüşlər ki, onun hansısa Laura adlı tanışı və ya qohumu onun üstünə turşu tökmüşdür. Onlar onu vanna otağına salmış, turşunun qalıqlarını su ilə yumağa çalışmışlar. Şahid2 atasına zəng etmiş, baş verənlər barədə ona məlumat vermişdir. Təxminən 10-12 dəqiqə sonra evlərinə Zinaida İskenderovanın qohumları qaçıb gəlmiş, təxminən eyni vaxtda təcili yardım da gəlmişdir. İlkin tibbi yardım göstərdikdən sonra həkimlər Zinaida İskenderovanın üstünə ədyal atıb, onu təcili tibbi yardımın xidməti avtomobilinə mindirib, xəstəxanaya aparmışlar.Zinaida İskenderovanın üstünə necə turşu töküldüyünü görməmiş, Laura adlı qadın onun üstünə turşu töküb getdikdən sonra o, onların evinə gəlmişdir. Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2014-cü ildən ailəsi ilə birlikdə Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetov küçəsi, ev 320, korpus 1, mənzil 28 ünvanında yaşayırlar. Həmin mənzili qohumları Fazil İskenderov onlara kirayə vermiş. O, həm Z.Z.İskenderovanın, həm də onun əmisidir, Zinaida ilə əmi qızı əmi oğlu olub, təxminən 5 ilə yaxındır ki, rəsmi nikahdadırlar. 2016-cı ilə qədər ailələrinin münasibəti Fazil İskenderovun ailəsi ilə yaxşı olmuş, aralarında heç bir münaqişə - filan olmamışdır. Fazil arvadı Təqsirləndirilən şəxs çox qısqanmış, o elə fikirləşmişdir ki, arvadı ona xəyanət edir. Arada Fazil ona və arvadı Zinaidaya iradını bildirmişdir ki, guya onlar onun arvadının əməllərini ört-basdır edirlər, arvadının xəyanətləri barədə ona heç nə demirlər. Amma həqiqətən onların Təqsirləndirilən şəxs ilə bağlı heç bir məlumatları olmamışdır. 2016-cı ilin iyun ayında X18 qəsəbəsində saunada dincəldikləri zaman Fazil yenə də ona irad etməyə başlamışdır ki, arvadı Zinaida onun ayağı sürüşkən arvadının əməllərini ört-basdır edir. Həmin vaxtı Fazil içkili olmuş, sərxoş vəziyyətdə onu və arvadı Zinaidanı öldürəcəyi ilə hədələmişdir. O, Fazili sakitləşdirmiş, Fazilin onlara qarşı hər hansı bir pislik edəcəyinə inanmamışdır. Bu hadisədən bir-iki gün keçəndən sonra onunla görüşmüş, Fazil normal vəziyyətdə olmuş, hər şey yadından çıxmışdır. 02.07.2016-cı il tarixdə səhər saatlarında Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi, ev 279 a ünvanında yerləşən “Moskovskaya yarmarka” adlı mağazada işdə olmuşdur. Təxminən saat 11 radələrində Fazil İskenderov ona zəng vurmuş və evin kirayə pulunu istəmişdir. Bundan sonra o, F.M.İskenderovla “Sberbank” ofisinin yaxınlığında görüşmüş və 12 min rubl pulu ona vermişdir. Görüş zamanı hiss etmişdir ki, Fazil İskenderovun kefi yerində deyil, qanı qaradır, rəngi də ağarıb. X43 verəndən sonra geri işə qayıtmış, Fazil İskenderov isə özünə məxsus C039OE dövlət nömrə nişanlı ağ rəngli “Daewoo Nexia” markalı avtomobilə minib evə tərəf getmişdir. Təxminən 15-20 dəqiqədən sonra atası T.A.Allahverdiyev tələsik onun iş yerinə gəlmiş, qonşularının zəng vurub yoldaşı Zinaidanın başına gələnlər barədə xəbər vermişdir. Onlar tez evə qaçmış, gəlib çatanda görmüşlər ki, arvadı Zinaida İskenderova 162 saylı mənzildə yaşayan qonşuların vanna otağındadır, duşda yuyunur. Qonşuların söhbətindən belə başa düşmüşdür ki, Fazilin arvadı Laura Zinaidanın üzərinə turşu tökmüşdür. Zənglə gəlmiş təcili yardım briqadası arvadı Zinaidanı xəstəxanaya aparmış, indiyə qədər də orada ağır vəziyyətdədir. Hesab edir ki, Təqsirləndirilən şəxs Zinaida İskenderovanı çox ehtimal ona görə öldürmək istəmişdir ki, onun fikrinə görə guya Zinaida onun ərinə onun pis yola düşməsi barədə nə isə danışıb. Ola bilsin ki, öldürmək cəhdində əmisi Fazilin də əli olmuşdur. Təqsirləndirilən şəxs Zinaida İskenderovanın üzərinə turşu tökdükdən sonra onun anası, yəni qaynanası Həmayə İsgəndərova ona danışmışdır ki, artıq bir dəfə Fazil qısqanclıq zəminində Zinaidanı öldürməklə hədələmişdir. Həmayənin dediyinə görə 2015-ci ilin payızında F.M.İskenderov Z.Z.İskenderovanı meşəyə apararaq tapança ilə hədələmiş və ondan tələb etmişdir ki, arvadı Təqsirləndirilən şəxs onu aldatdığını bilirsə, gizlətməsin. Baş vermiş hadisənin təfərrüatı ona məlum deyil. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X29 bildirmişdir ki, 02.07. 2016-cı ildə qardaşı oğlu M.Ə.İsgəndərova digər qardaşı oğlu X.Ş.İsgəndərov mobil telefonla zəng edib məlumat vermişdir ki, qızı Zinaidanın üzərinə turşu töküblər, hal-hazırda xəstəxanadadır. Sonra qızı Zinaida əri Mahirə də zəng edib hadisəni təsdiq etmişdir. Ertəsi gün, yəni 03.07.2016-cı ildə o, qohumlarla birlikdə Ufa şəhərinə gəlmiş, xəstəxanaya gedib qızına baş çəkmişdir. Qohumlardan eşitdiyinə görə qızı Zinaidanın üzərinə turşunu əmisi oğlu Fazil İskenderovun arvadı Təqsirləndirilən şəxs tökmüşdür. Onun niyə bu hərəkət etdiyini bilmir, amma ona belə gəlir ki, bu qisas zəminində baş vermiş, çünki guya qızı Zinaida Lauranın ərinə xəyanət etməsi barədə şayiə yaymışdır. Bu hadisə Fazilin arvadı Laura ilə münasibətlərinə görə Zinaida barəsində törədilən birinci cinayət deyil. 2015-ci ilin sentyabrında (sentyabr və ya oktyabr olduğu dəqiq yadında deyil) qızı Zinaida ona zəng eləmiş və danışıq zamanı bildirmişdir ki, Fazil onu meşəyə aparıb tapança ilə hədələyərək arvadı Lauranın ona xəyanət edib – etmədiyini, gəzdiyi kişinin kim olduğunu öyrənmək istəmişdir. Amma Zinaida bu barədə heç nə bilməmişdir. Yalnız bir dəfə ona demişdir ki, Lauda başqa bir kişi ilə ünsiyyət qurub, amma Zinaida onu danlayıb ki, bəs ərin, uşaqların var, ayıbdır. Zinaida ona demişdir ki, o, bu barədə Fazilə danışıb, bundan sonra Fazil onu evə aparmışdır. Zinaida Fazilin bu hərəkətindən qorxmuşdur, düşünmüşdür ki, Fazil onu öldürəcək. Qızı ilə söhbətdən sonra o, Fazilin valideynlərinə - əmisi M.M.İsgəndərova, əmidostu Z.M. İsgəndərovaya zəng etmiş, hər ikisi ondan xahiş etmişlər ki, hüquq-mühafizə orqanlarına şikayət etməsin. Söz vermişlər ki, Fazil heç vaxt onun qızına pislik etməz. O da buna görə sakit olmuş və baş vermiş hadisə barədə bir yerə xəbər verməmişdir. Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X33 bildirmişdir ki, qızı X20 (doğum tarixini bilmirəm), digər qızı X16 (doğum tarixini bilmirəm) və oğlu X32 (doğum tarixini bilmirəm) ilə birlikdə yaşayır. 2000-ci ildən Ufa şəhərində yaşayır, əvvəl Azərbaycan Respublikasının vətəndaşı kimi, sonradan isə Rusiya Federasiyası vətəndaşı qismində - 2007-ci ildə vətəndaşlıq almışdır. Vətəndaşlıq alandan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2004-cü ildən Təqsirləndirilən şəxs ilə bir yerdə yaşayır, onlar Azərbaycanda tanış olmuş, elə həmin il Laura Ufaya, onun yanına köçüb gəlmişdir. Təqsirləndirilən şəxs Ufada yaşadığı müddətdə heç vaxt işləməmiş, ev işləri ilə məşğul olmuşdur. Bir müddətdən sonra, təxminən 2005-ci ildə oğlu – M.V.Andreyev anadan olmuş, Rusiya vətəndaşı olmadığına görə onlar ona rus ad, soyadı vermişlər ki, Rusiya vətəndaşlığı ala bilsin. Təqsirləndirilən şəxs uzun müddət Ufadan kənara çıxmamış, demək olar ki, daim evdə uşaqlarla olmuşdur. 2013-cü və ya 2014-cü ildə (dəqiq yadımda deyil) əmisi qızı Solmazın oğlu T.M. Allahverdiyevi Ufaya işləməyə dəvət etmişdir. Ufaya gəldiyi gündən Şahid2 onun “Moskovskaya yarmarka” adlı dükanında işləmişdir. Bir müddətdən sonra Mahirin arvadı – onun əmisi qızı X5 İskenderova da Ufaya köçüb gəlmişdir. Mahir və Zinaidanın iki azyaşlı qızı olmuşdur. Əvvəl T.Şahid2 və Z.Z.İskenderova onun Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetov küçəsi, ev 320, korpus 1, mənzil 159 ünvanında yerləşən mənzilində havayı yaşamış, bir müddət əvvəl isə o, həmin mənzili onlara kirayə verməyə başlamışdır. 2015-ci ildə onunla arvadı Laura arasında münaqişələr baş verməyə başlamış, səbəb isə uzaq qohumları Afər, Məltəm və Zinaidanın, Lauraya internetdən istifadə etməyi öyrətmələri olmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə qeydiyyatdan keçərək tanımadığı kişilərlə ünsiyyət qurmağa başlamışdır. O, Lauradan telefonunu almış, yazışmalar tarixçəsinə baxanda görmüşdür ki, son bir həftəni bir kişi ilə yazışmış, ona sevdiyini bildirmişdir. O, bundan çox hirslənmiş, ona görə də qərara almışdır ki, ondan ayrılacaq və bunu onun özünə demişdir. Onlar bu səbəbdən dalaşmışlar. 2015-ci il sentyabr ayının günlərindən birində Təqsirləndirilən şəxs evdən qaçmış, bir müddət tapılmamış, bir müddətdən sonra öyrənmişdir ki, Azərbaycana getmiş, uşaqlar isə onunla qalmış, o, uşaqları atıb getmişdir. Onun Azərbaycanda olduğunu öyrənən kimi dəqiq yadında qalmayan tarixdə sentyabr, oktyabr ayında dərhal ora getmiş, Laura ona danışmışdır ki, bəs Zinaida ona deyib ki, bilsə, onu öldürəcək, ona görə də qorxub. O, Lauranı yenidən geri, Ufaya gətirmiş, burada o, bir neçə ay yaşamış, onun üçün Ufa şəhəri, SSRİ-nin 50 illiyi küçəsində (dəqiq ünvan yadımda deyil) ev kirayə tutmuşdur. Onun üçün yemək-içmək gətirmiş, Laura həmin vaxt heç nə ilə məşğul olmamış, evdə oturmuş, arada küçəyə çıxmışdır. 2016-cı ilin yanvar ayında (dəqiq tarix yadımda deyil) Laura onun Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi, ev 320, korpus 1, mənzil 28 ünvanında yerləşən mənzilində olduğu zaman özü ilə lazımi miqdarda pul götürüb evdən qaçıb yenidən Azərbaycana getmişdir. O, Lauraya zəng etmiş, danışıqdan sonra o, yenidən Ufaya qayıtmışdır. Laura üçün Ufa şəhəri, Axmetova küçəsi (dəqiq ünvan yadımda deyil) kirayə ev tutmuşdur. Bundan sonra onun valideynlərini Ufaya çağırmış və Lauranı valideynlərinə təhvil vermişdir. Valideynləri Lauranı götürüb getmişlər, haraya getdiklərini deyə bilmər, ola bilsin, ya Azərbaycana, ya da Moskvaya aparmışlar. Bir neçə ay evdə uşaqlarla bir yerdə yaşamalı olmuş, sonra 2016-cı ilin may ayında Lauraya zəng etmişdir ki, gəlib uşaqları götürsün və gedib onlarla birlikdə Azərbaycanda yaşasın, çünki uşaqlar onun üçün darıxırdılar. Laura Ufa şəhərinə gəlmiş, uşaqları götürüb Azərbaycan Respublikasına getmişdir. O, uşaqları ilə müntəzəm telefon əlaqəsi saxlamış, arada Laura ilə də danışmışdır. Laura ona şikayət etmişdir ki, Zinaida və qohumları söz- söhbət gəzdirlər ki, guya o, pis yola düşüb, evə başqa kişi gətirir. 2016-cı ilin iyun ayında o, Lauraya zəng eləmişdir ki, uşaqları gətirib onun yanında qoysun. 28.06.2016-cı ildə Laura Ufa şəhərinə gəlmişdir. Gələndən bir-iki gün sonra uşaqlar onaRusiya Federasiyası, Başqırdıstan Respublikası, Kuşnarenkosvk rayonu, Bakayevo kəndində yerləşən istixanalarına getmək istədiklərini bildirmişlər. Onlar istixanalara getmiş, orada bir gecə qalmış, 01.07.2016-cı ildə geri qayıtmışlar. 02.07.2016-cı ildə Laura, uşaqlar və dayə Alfiya (dəqiq məlumatlarını bilmirəm, telefon nömrəsi 8 917 733 13 70) onun Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi, ev 320, korpus 1, mənzil 28 ünvanında yerləşən mənzilində olmuşlar. Təxminən saat 11:00-da o, Şahid2 zəng eləmiş, evin kirayə pulunu istəmişdir. Sonra “Zareçnıy rınok” deyilən ictimai dayanacağının yaxınlığında Şahid2 12 min rubl pulu almışdır. Ordan bazara girib yemək - içmək almış, sonra özünə məxsus “Daewoo Nexia” markalı avtomobilə minib Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Kuşnarenkosvk rayonunda yerləşən istixanalarına getmişdir. “Zaton” adlı mikrorayondan çıxmamışdır ki, dondurulmuş toyuq əti aldığı yadına düşmüş və öz-özünə demişdir ki, bu isti havada toyuq xarab olar, ona görə də evə qayıdıb yeməkləri evdə qoymaq qərarına gəlmişdir. Təxminən saat 11:00 radələrində öz evlərinin yaxınlığında maşını dayanacağa qoyub evlərinə tərəf yönəlmişdir. Bloka daxil olub liftə minmiş və yuxarı qalxmışdır. Mənzilə daxil olarkən Laura orda olmamış, evdə ancaq uşaqlar və dayə Alfiya olmamışdır. Alfiya ona demişdir ki, Laura harasa çıxmışdır. O, qərara almışdır ki, onu evdə gözləsin. Evdə olanda “Moskovskaya yarmarka” mağazasından satıcı ona zəng etmiş, nə hadisə baş verdiyini ondan soruşmuş, Mahir başı ovlu evə tərəf qaçmışdır. O da cavabında bilmədiyini demişdir. O, eyvana çıxanda görmüşdür ki, binalarının Şahid2gilin kirayə götürdüyü mənzilin yerləşdiyi ikinci blokuna təcili tibbi yardım maşını yaxınlaşmış, camaat yığışmağa başlamışdır. Bir azdan görmüşdür ki, evdən odeyala bükülmüş bir adımı çıxarıb təcili tibbi yardım maşınına oturtmuşlar. Mahirin anası ona tərəf qışqırmışdır ki, bəs gör Laura onun gəlini Zinaidanın başına nə oyun gətirmişdir. O, camaatın dağılmağın gözləmiş, sonra isə Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, R.Zorge küçəsi, ev 30, mənzil 71 ünvanında yaşayan dostu Nəbiyev Elsevərgilə getmiş, baş verənləri ona danışıb məsləhət almışdır. Əvvəl düşünmüşdür ki, Laura ya Zinaidanı bıçaqla vurub, ya da üstünə qaynar su töküb. 02.07.2016-cı ilə qədər Nəbiyev Elsevərgildə qalmışdır. Zinaidanın mənzilində baş vermiş hadisənin təfərrüatı ona məlum deyil, baş vermiş hadisə barədə ancaq ağızdan eşitmişdir. Lauranın harada olduğu ona məlum deyil, bəlkə də ona atası kömək etmişdir. Bundan başqa, Laura özünə qəsd edə bilər, çünki əvvəl bir neçə dəfə bu söz-söhbətə görə özünü öldürəcəyini demişdir. Lauranı sonuncu dəfə 02.07.2016-cı ildə Mahirdən mənzilə görə kirayə haqqını almağa getməzdən əvvəl görmüşdür. Güman edir ki, Laura turşunu onun Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Kuşnarenkosvk rayonu, Bakayevo kəndi, Lesnaya küçəsi 1 ünvanında yerləşən istixanamdan götürə bilərdi. Onlar 30 iyundan 1 iyul 2016-cı ilə qədər orada qalmış, ordakı evlərində gecələmişlər. Arvadı hər yerdə onun yanında olmuşdur. Orada anqarda kənd təsərrüfatında torpağı gübrələmək üçün azot turşusu olan 40 litrlik kanistrlər olmuş, 4 litr turşusu 50 ton suya qatılır. Çox yandırıcı turşudur, əlinə düşsə, yandırar. Arvadı həmin turşunu kanistrdən başqa qaba tökə bilərdi, buna imkanı olmuşdur, ancaq o, onun turşu götürdüyünü görməmiş, çünki onu izləməmişdir. O, Təqsirləndirilən şəxs cinayət törətməyə təhrik etməmiş, Təqsirləndirilən şəxs ilə Zinaida İskenderova arasında olan qarşılıqlı münasibətlərdən xəbəri olmamışdır. Lauraya cinayət törətməkdə kömək etməmiş, xeyli müddət keçdiyi üçün hadisə baş verən zaman harada olmasını xatırlamır. Birgə yaşadıqları müddətdə Təqsirləndirilən şəxs döyməmiş, hadisədən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına getməsinə köməklik etməmiş, Təqsirləndirilən şəxs xəyanətindən şübhələnməmişdir. Təqsirləndirilən şəxs xəyanətindən danışmayacaqları halda Şahid2 və onun arvadı Z.Z.İskenderovaya öldürməklə hədə-qorxu gəlməmiş, dostu Elsevər Nəbiyev Bakı şəhərində olsa da, digər dostu İsa Məmmədovun harada olmasını bilmir, çoxdandır ünsiyətləri yoxdur. Dayə Alfiyanın harada olmasını bilmir, anası Z.M.İskenderova isə ağır xəstədir, Krosnadar şəhərində yaşayır. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı X8 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının 10 avqust 2016-cı il tarixli 5562 nömrəli rəyindən görünür ki,
1. Təqdim olunmuş tibbi sənədlərə əsasən 1989-cu ildə anadan olmuş vətəndaş Z.Z.İsgəndərovada başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı müəyyən olunmuşdur.
2. Müayinənin nəticələrini, tibbi sənədlər və işin halları haqqında məlumatları nəzərə alaraq xəsarətlərin sulfat turşusu ilə təqdim olunmuş qərarda qeyd edilən vaxtda, yəni 02 iyul 2016-cı ildə yetirildiyini istisna etmək üçün əsas yoxdur.
3. Xəsarətlərin yaranma mexanizminin və vaxtının ümumiliyini nəzərə alaraq sağlamlığa vurulmuş ziyanın vahid kompleks (məcmu) halında qiymətləndirilməsi məqsədəuyğundur. Xəsarətlər barədə məlumatlar insan həyatı üçün təhlükəlilik əlamətinə görə həyat üçün birbaşa təhlükə yaradan sağlamlığa AĞİR zərər vurma kateqoriyasına aid edilir (Əsas: Rusiya Səhiyyə və sosial inkişaf nazirliyinin 24.04.2008-ci il tarixli 194 saylı “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsini müəyyən etmənin tibbi meyarlarının təsdiq edilməsi haqqında” Əmrinin 6.1.28-ci bəndi).
4. Xəsarətlərin yetirilmə hallarının müəyyən edilməsi, habelə həm istintaq orqanlarının, həm də cinayət məhkəmə icraatının digər iştirakçılarının göstərdiyi bu və ya digər hallarda xəsarətlərin yaranmasının qiymətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətinə daxil deyil. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X28 bildirmişdir ki, 03.08.2016-cı il tarixdən 10.08.2016-cı il tarixədək 20.10.1989-cu il təvəllüdlü Z.Z.İskenderovanın məhkəmə-tibbi ekspertizasını keçirmiş və ekspertiza zamanı Z.Z.İskenderovada başın, boynun, bədənin, aralığın, aşağı və yuxarı ətrafların 2-3-cü dərəcəli kimyəvi yanığı 68% (50%); gözün buynuz təbəqəsinin və konyuktivasının 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi; son dərəcə ağır yanıq şoku, gözün 2-3 dərəcəli yanığı xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərin mexanizminin ümumiliyinə və əmələ gəlmə vaxtında əsasən, qeyd olunan xəsarətlərə vahid kompleks, cəm şəklində baxılır və onlar Z.Z.İskenderovanın sağlamlığına ağır zərər kimi təsnifləndirilir, qeyd olunan xəsarətlər həyat üçün təhlükəlidir. Z.Z.İskenderovanın sağlamlığına vurulan zərərin ağırlığını və xarakterini nəzərə alaraq, ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsəydi, ölümün baş verməsi ehtimalı yüksəkdir, Z.Z.İskenderovanın ölümü baş verə bilərdi. Z.Z.İskenderovanın kimyəvi yanıq və s. şəklində aldığı xəsarətlərin kükürd turşusunun təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı təyin edilmiş materialların, maddələrin və məmulatların məhkəmə-kriminalistik ekspertizasının 15 iyul 2016-cı il tarixli №1189/3-1 rəyindən görünür ki, 1.2. Tədqiqata “X35-Klükva” etiketli şüşə qabda təqdim olunmuş sıyığabənzər maddə və çəhrayımtıl-boz rəngli maye kükürd turşusudur. 3.4. Üzərində “Vertimek” etiketi olan polimer qabda təqdim olunmuş maye kükürd turşusudur. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı təyin edilmiş Materialların, maddələrin və məmulatların məhkəmə-kriminalistik ekspertizasının 14 sentyabr 2017-ci il tarixli 1879/3-1-proç nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülən şüşə bankadakı maye azot turşusudur. Hadisə yerinə baxış zamanı götürülən şüşə bankadakı maye daha öncə “X35- Klükva” etiketli şüşə qabdakı və üzərində “Vertimek” etiketi olan polimer qabdakı tədqiq olunmuş mayedən fərqlidir. İş materiallarındakı Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi, ev 320 ünvanından götürülmüş videomüşahidə kamerasındakı görüntülərə dair 05 iyul 2016-cı il tarixli baxış protokolundan görünür ki, 11:28:18-də Təqsirləndirilən şəxs binanın blokuna daxil olur, Təqsirləndirilən şəxs 11:29:19-da liftə daxil olur, 11:34:22-də Təqsirləndirilən şəxs həyətin bir başından digər başına gedir, 11:53-də binanın blokuna təcili yardım maşını yaxınlaşır, 12:08-də təcili tibbi yardım maşınına odeyala bükülmüş bir qadın oturdurlar, təcili tibbi yardım maşını çıxıb gedir. İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05.09.2019-cu il tarixli 1672 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual-mnesstik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarına əsasən cinayət işinin başlanmasına əsas və səbəb 02.07.2016-cı ildə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri, Axmetova küçəsi, ev 320/1, mənzil 159 saylı ünvanda mənzilin giriş qapısının yanında X10 ilə şəxsi münaqişə zəminində sonuncunu qəsdən öldürmək məqsədilə onun üzərinə kükürd turşu tökərək həyatı üçün təhlükəli olan ağır dərəcəli kimyəvi yanıq xəsarəti yetirərək cinayət yerindən qaçıb gizlənməsi barədə daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış ilkin material olmuşdur. 05.07.2016-cı il tarixdə ibtidai istintaq orqanlarından gizlənən Təqsirləndirilən şəxs barəsində federal axtarış elan edilmiş, 06.02.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş, 07.02.2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmiş, 10.02.2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Lenin rayon məhkəməsinin hakimi E.F.Yakupovanın qərarı ilə Rusiya Federasiyasının ərazisinə ekstradisiya olunduğu və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materialları 21.03.2019-cu il tarixdə Rusiya Federasiyası İstintaq Komitəsinin Başqırdıstan Respublikası İstintaq İdarəsinin Ufa şəhər Lenin rayonlararası istintaq şöbəsinin rəhbəri, ədliyyə polkovniki R.M.Nurqaliyevin qərar ilə cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 29 iyun 2019-cu il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin sonuncu istintaqdan gizləndiyinə görə həmin tarixdə tutulması üçün barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 04.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təhvil verildiyindən, həmin tarixdə tərəfimdən iş üzrə icraat təzələnmişdir. 04.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün ibtidai istintaq zamanı izahatında, şübhəli şəxs qismində, həmçinin təqsirləndirilən şəxs kimi ilkin ifadələrində tam, sonrakı qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilərək tədqiq olunmuş digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının (21.08.2019-cu il təvəllüdlü X40) olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşağının olması (21.08.2019-cu il təvəllüdlü X40) və uşağın tək valideyinli olması müəyyənləşdirilmiş və təqsirləndirilən şəxsə uşağın ananın razılığı ilə onun qohumlarına və ya qəyyumluq və himayəçilik orqanlarına digər şəxslərə verilə biləcəyini izah edilmişdir. Eyni zamanda Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasinin Cəzalarin İcrasi Məcəlləsinin 92.1-ci maddəsinin tələblərinə görə cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər. Həmçinin eyni Məcəllənin 92.2ci maddəsinə əsasən məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər. Məhkəmədə təqsirləndirilən şəxs ərizə verərək 21.08.2019-cu il təvəllüdlü övladı X30 anası X22 himayəsinə verilməsinə etiraz etmədiyini bildirdi. X34 da ərizə verərək buna etiraz etmədiyini bildirdi. İş Materiallarından göründüyü kimi cinayət işi üzrə zərərçəkmiş şəxs Zinaida İskəndərova tərəfindən verilmiş mülki iddia ******* (bir milyon) manat məbləğindədir. Cinayət Prossesual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasə ziyan ciayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndiriln şəxsə və ya onun əməliə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinin tələblərinə uyğun şəkildə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqları izzah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd “tənzif tampon, daxilində kükürd turşu olan “Vertimek” etiketli polimer balon və istixandakı anqardan götürülmüş şüşə bankada olan azot turşusu məhv edilməli, video müşahidə kamerasının qeydi olan rəqəmsal disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsbarəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı hüquq məsləhətxanasının vəkili X25 510 manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-ci maddəsi ilə təqsirli bilinsin və ona ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» ləğv olunsun. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin himayəsində olan azyaşlı övladı(21.08.2019-cu il təvəllüdlü X40) təqsirləndirilən şəxsin anası X22 himayəsinə verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd “tənzif tampon, daxilində kükürd turşu olan “Vertimek” etiketli polimer balon və istixandakı anqardan götürülmüş şüşə bankada olan azot turşusu məhv edilsin, video müşahidə kamerasının qeydi olan rəqəmsal disk iş materiallarında saxlanılsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 7 saylı hüquq məsləhətxanasının vəkili X25 510 manat məbləğində pul ödənilsin Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.