Məhkəmə qərarları › İş №1(101)-212/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2021 28.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs1 - xx.xx.1978-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 - xx.xx.1969-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə ünvan 7, mənzil 171 ünvanında Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 1 büküm külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 5,184 qram olan narkotik vasitə hesab olunan heroini və 02 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,560 qram və 0,509 qram olmaqla ümumi təmiz çəkisi 1,069 qram olan psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:20-də Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 63 saylı binanın qarşısında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, Şıxlinski 49 ünvanında yerləşən RPİ-nin 35-ci PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol ayağında olan rəngli corabın içərisindən şəffav sellofana bükülmüş vəziyyətdə 01 büküm həmin narkotik vasitə heroin və 02 büküm həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 347,923 qram çəkidə narkotik vasitə heroini, 35 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda 80,487 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla kirayə yaşadığı ünvan 7, mənzil 171 ünvanında yerləşən yaşayış sahəsinə gətirib saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 16:20-də yaşadığı mənzildə həmin narkotik vasitə heroindən külli miqdarda 5,184 qram çəkidə olan hissəsini və psixotrop maddə metamfetamindən 1,069 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1 110 manat müqabilində satmış, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin 35ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 18:30-da yaşadığı evin qarşısında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, Şıxlinski 49 ünvanında yerləşən RPİ-nin 35-ci PBnə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol cibində ağ rəngli sellofana bükülmüş vəziyyətdə 01 büküm təmiz çəkisi 4,313 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və əynində ola göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 5 ml-lik şprisdəki 3 ml həcmində məhlulda quru maddəsinin miqdarı 0,015 qram olan narkotik vasitə heroin, eyni zamanda yaşadığı evdən çıxmamışdan əvvəl arvadı Şahid1 xəbəri olmadan sonuncuya məxsus gümüşü rəngli əl çantasının içərisində gizlətdiyi 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,001 qram, 1,007 qram, 2,833 qram və 1,924 qram olmaqla 7,765 qram külli miqdarda narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,984 qram, 1,221 qram, 0,454 qram, 0,515 qram və 0,635 qram olmaqla 4,809 qram külli miqdarda psixotrop maddə metamfetamin Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, həmin tarixdə saat 18.30 radələrində onun və arvadı Şahid1 könüllü razılığı əsasında yaşadığı mənzilə baxış keçirilərkən yataq otağında olan dolabla yataq dəstinin arasından üzərində narkotik vasitə heroin izləri olan “Jadevr” (max 3kq) yazısı olan 1 ədəd elektron tərəzi, həmin otaqda olan güzgülü divar dəstinin üst siyirtməsindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 97,973 qram, 37,571 qram, 177.264 qram olmaqla 312,808 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə içərisində 35 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, boz rəngli, təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram olan narkotik vasitə metadon tabletləri, üzərində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin izləri olan, arxa tərəfində “600g/0,01” yazısı qeyd edilmiş 1 ədəd elektron tərəzi, mətbəxdə olan elektrik sobasının üzərində 01 ədəd göy qulplu plastik qabda təmiz çəkisi 17,832 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd qırmızı qapaqlı plastik qabda külli miqdarda təmiz çəkisi 23.061 qram və 01 ədəd çəhrayı qapaqlı plastik qabda külli miqdarda təmiz çəkisi 51.548 qram olmaqla ümumilikdə 74.609 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qonaq otağında masanın üzərindən içərisində heroin izləri aşkar olunmuş 02 ədəd flakon, 07 ədəd boş 1 ml-lik, 1 ədəd 5 ml-lik şprislər və 1 ədəd 1 ml-lik şprisdəki 0,3 ml həcmində məhlulda quru maddəsinin miqdarı 0,006 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 3 ildir ki, bədənində ağrılar olduğuna görə müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik və psixotrop maddələri müxtəlif adamlardan əldə edərək istifadə etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Rasim adlı şəxsin vasitəsi ilə tanımışdır. Rasim bir neçə dəfə Mehmanla görüşüb ondan narkotik vasitələr istəmiş, o da pulsuz ona narkotik vasitə vermişdir. Rasim Mehmana özünə məxsus nootbuk cihazını 60 manata hesablayıb vermişdir. Rasim xx xxxx 2020-ci il tarixdə Mehmanın evinə getmişdir. Mehman da ona nootbukun işləmədiyini və dəyərinin 30 manat olduğunu demişdir. Rasim də Mehmanla razılaşmışdır və Rasimə 0.5 qram olan 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin vermişdir. O, Mehmandan aldığı bükümü üzərində gizlətmişdir ki, münasib vaxtda bədənində ağrılar olan zaman istəfadə etsin. Mehman narkotik vasitəni ona verdikdən sonra çıxıb getdiyinə görə Rasim də təxminən saat 16:30 radələrində ünvan 3 saylı binanın qarşısından çıxıb getmək istəyən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində şəxsi axtarış keçiriləcəyini ona bildirmişlər. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Rasim də gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb üzərində 2 ədəd bükümdə narkotik vasitə olan metamfetamin və 0.5 qram miqdarında heroin olduğunu deyərək, həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ona demişlər ki, əgər narkotik vasitələri kimdən aldığını etiraf etsə və onların verdikləri 2 qram heroini corabının içinə qoyaraq videoçəkiliş aparılmasına razılıq versə, onu həbs etməyib, narkomaniyayla bağlı müalicəyə göndərəcəklər. Rasim də ona deyilən bu şərtlərlə razılaşmış və polislərin dediklərini etmişdir. Sonradan ona məlum olmuş ki, Mehmandan kompyuter qarşılığında aldığı 0.5 qram miqdarında olan heroin 5 qram kimi ifadəsinə salınıbmış. O, narkotik vasitələrdən bədəninin ağrıdığı üçün istifadə etsə də, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Buna görə də özünü narkotik vasitələrin satışında təqsirli bilmir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 3 ildir ki, bədənində ağrılar olduğuna görə müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik və psixotrop maddələri Bakı şəhəri Suraxanı rayonunda yaşayan Rasim adlı şəxsdən alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 20 gün olarmış ki, Rasim adlı şəxsin vasitəsi ilə tanımışdır. O, Rasimdən narkotik və psixotrop maddələr istəyən zaman Rasim onda narkotik vasitə olmadığından onu Mehmanla tanış etmişdir. Buna görə də o, bir neçə dəfə Mehmanla görüşüb Mehmandan narkotik vasitələr almışdır. xx.xx.2020-ci il tarixdə Mehmanla əlaqə saxladqdan sonra həmin gün təxminən saat 16:20-də Mehmanın yaşadığı ünvan 3 saylı binanın qarşısında görüşmüşdür. Orada Mehmana 60 manat pul verib Mehmandan ümumi çəkisi təxminən 3 qram olan 01 ədəd şeffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və təxmini 1 qram çəkisi olan 2 ədəd bükümdə psixotrop madə olan metamfetamini şəxsi istifadəsi üçün almışdır. O, Mehmandan aldığı bükümləri üzərində, yəni sol ayağındakı qara rəngli corabın içərisində gizlətmişdir ki, münasib vaxtda bədənində ağrılar olan zaman istəfadə edər. Mehman narkotik vasitəni ona verdikdən sonra çıxıb getdiyinə görə o da təxminən saat 16:30 radələrində ünvan 3 saylı binanın qarşısından çıxıb getmək istəyən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb sol ayağında olan qara rəngli corabın içərisində gizlədərək saxladığı 02 ədəd ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə metamfetamini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan heroini təqdim etmiş, həmin 2 ədəd bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini haradan aldığını soruşanda, o, həmin heroin və metamfetamini öz istifadəsi üçün saxlanılmamışdan bir qədər əvvəl ünvan 3 saylı binanın qarşısında Mehman adlı şəxsdən 60 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddəllər zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin heroini və metamfetamini ünvan 3 saylı binanın qarşısında Təqsirləndirilən şəxs2 ümumilikdə 60 manat almışdır. O, Mehmandan tanışlığı müddətdə 3-4 dəfə narkotik və psixotrop maddələr almışdır. O, çox vaxt istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Mehmanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq Mehmanın bildirdiyi ünvana gedərək Mehmanla görüşüb narkotik vasitələr almışdır. O, narkotik və psixotrop maddələri öz istifadəsi üçün alsa da, hərdən bir pul əldə etmək üçün tanımadığı şəxslərə satmışdır. Şahid1 bir dəfə görmüş və Reyhanənin Mehmanın arvadı olduğunu bilmişdir. O, Mehmandan narkotik vasitə almaq üçün Mehmanın yaşadığı binaya gedib mənzilin qapısını döyən zaman Reyhanə qapını açmışdır. Həmin vaxtdan Reyhanəni tanımışdır. Onun Reyhanənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Həmçinin o, Şahid1 heç vaxt narkotik və ya psixotrop maddələr almamışdır. Mehmanla onun arasında narkotik vasitələrin satışı barədə heç bir razılaşma olmamışdır. Mehman ona heç vaxt belə bir şey təklif etməmişdir. O, özü Mehmandan istifadə etmək üçün narkotik vasitələri almışdır. Hərdən bir özü üçün aldığı narkotik vasitələrdən tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs qismində əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 istintaq orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin bir qismini təsdiq etməyərək bildirmişdir ki, o özü narkotik vasitələrdən istifadə etsə də, heç zaman satışı ilə məşğul olmamışdır. O, əvvəlki ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək bildirmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur və 5 ildir ki, azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra bədənində olan ağrılara görə narkotik vasitə və psixotrop maddələr alaraq istifadə etmişdir. Həmçinin o, aldığı narkotik vasitələrin bir hissəsini tanımadığı şəxslərə sataraq pul əldə etmişdir və əldə etdiyi pulla yenidən narkotik vasitələr almışdır. Narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Fayton” adlı restoranının yaxınlığında adını İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Tapdıq adlı şəxslə tanış olmuşdur. Tapdıq ona bildirmişdir ki, narkotik vasitə və ya psixiotrop maddə lazım olanda ora gedib ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Fayton” adlı restoranının yaxınlığına gedərək Tapdıqı tapıb narkotik vasitə alırmış. Narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul edirmiş. Həmçinin qəbul etdiyi narkotik vasitələrdən əlavə o, narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. O, narkotik vasitələri müxtəlif şəxslərə satmışdır. O, narkotik vasitələri və psixotrop maddələri Tapdıqdan 1 qramını 14 manata alıb, 1 qramını 17 manata satırmış. xx xxxx 2020-ci il tarixdə həm şəxsi istifadə, həm də satış məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Fayton” adlı restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Tapdıq adlı şəxslə görüşmüş və orada Tapdıqdan 1000 manat pul verib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. Həmin narkotik vasitənin bir hissəsini öz şəxsi istifadəsi üçün, bir hissəsini isə satış məqsədi ilə almışdır. O, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaşadığı evə aparıb gizlətmişdir. Həmçinin evdə Tapdıqdan əvvəllər aldığı narkotik vasitə sayılan “metodon 40” həblərini də alıb evdə saxlamışdır. Təqsirləndirilən şəxs1 tanışıdır. Rasim də narkotik vasitə lazım olan zaman bir neçə dəfə onun evinə gəlmiş, o da ona pulsuz narkotik vasitə vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 16:20-də yaşadığı evdə Rasimlə görüşmüşdür. Rasimlə əvvəlcədən razılaşmış ki, Rasim ona kompyuter verəcək, o da Rasimə narkotok vasitə olan heroin verəcəkdir. Rasim ona kompyuteri verdikdən sonra ona məlum olmuşdur ki, kompyuter yaxşı işləmir. Buna görə də Rasimlə öz aralarında kompyuterin qiymətini 30 manat kimi müəyyən edib qarşılığında ona 0.5 qram miqdarında heroin vermişdir. Rasimlə heç zaman narkotik vasitələrin satışında onunla birgə iştirak etməmişdir. Bundan başqa o, arvadı Şahid1 məxsus gümüşü rəngli çantanın içərisinə 5 büküm psixotrop maddə metamfetamin və 4 büküm narkotik vasitə heroin qoymuş ki, lazım olarsa qəbul etsin. O, Reyhanə ilə birlikdə saat 18:30-da şəxsi işləri ilə əlaqədar yaşadığı evdən çıxan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynindəki göy rəngli cins şalvarının arxa sol cibində gizlətdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə heroini təqdim etmiş və narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Fayton” adlı restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Tapdıq adlı şəxsdən 1000 manat pul verib narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aldığını, bir hissəsini üzərində götürdüyünü qalan hissəsinin isə yaşadığı evdə olmasını bildirmişdir. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd 5 ml.-lik şpirs də aşkar olunaraq götürülmüşdür. O, şprisin içərisindəki məhlulda heroin olmasını bildirmişdir. Bundan başqa üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. O, 1 ildir ki, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Arvadı Şahid1 Məmmədza qızı heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadəçisi deyildir. Arvadı Şahid1 çantasına narkotik vasitə qoymağından Reyhanənin xəbəri olmamışdır. Reyhanə onun narkotik vasitə istifadəçisi olduğunu bilirmiş, lakin Reyhanənin əvvəllər çantasına narkotik vasitə qoymamışdır. O, bədənində olan ağrılara görə gündə bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Buna görə də evdən çıxmamışdan qabaq 5 büküm psixotrop maddə metamfetamin və 4 büküm narkotik vasitə heroini Reyhanənin məlumatı olmadan çantasına qoymuş ki, ağrıları olan zaman istifadə etsin. O, fikirləşmişdir ki, saxlansa Reyhanənin üzərini yoxlayan olmaz, buna görə də həmin psixotrop maddə və narkotik vasitə heroini Reyhanənin çantasına qoymuşdur. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadənin ziddiyətli hissəsi məhkəmədə elan olunmuşdur. O, həmin hissədə göstərmişdir ki, ...xx xxxx 2020-ci il tarixdə saat 16:20-də yaşadığı binanın qarşısında Rasimlə görüşmüş və orada Rasimdən 110 manat pul alaraq Rasimə ümumi çəkisi təxminən 3 qram olan 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və təxmini çəkisi 1 qram olan 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini satmışdır. Həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, evdə olan heroindən bir ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə 1 büküm götürüb əynində olan göy rəngli cins şalvarın arxa sol cibinə qoymuşdur. Həmçinin 1 ədəd 5 ml.-lik şprisə heroini hazır məhlulda həll edib saxlamışdır ki, lazım olsa vursun. Bundan başqa o, arvadı Şahid1 məxsus gümüşü rəngli çantanın içərisinə 5 büküm psixotrop maddə metamfetamin və 4 büküm narkotik vasitə heroin qoymuşdur ki, lazım olarsa qəbul etsin. O, Reyhanə ilə birlikdə saat 18:30-da şəxsi işləri ilə əlaqədar yaşadıqları evdən çıxan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da də heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. O,1 ildir ki, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Arvadı Şahid1 heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadəçisi deyildir. Reyhanə onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Reyhanənin bir neçə dəfə çantasına da narkotik o qoymuşdur ki, lazım olanda götürüb istifadə etsin. O, arvadı Şahid1 çantasına narkotik vasitə qoymağından Reyhanəni xəbəri olmuşdır. O, bədənində olan ağrılara görə gündə bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Buna görə də, evdən çıxamamışdan qabaq 5 büküm psixotrop maddə metamfetamin və 4 büküm narkotik vasitə heroini Reyhanənin məlumatı olmadan çantasına qoymuşdur ki, ağrıları olan zaman istifadə etsin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti izah edərək bildirmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edir, lakin Rasimin ona 110 manat verməsi düzgün yazılmayıb, ifadəsində göstərdiyi kimi Rasimin komputerini 30 manat hesablayıb 0,5 qram heroin vermişdir. Məhkəmədə Şahid1 ibtidai araşırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. 2020-ci il tarixdə Mehmanla rəsmi olaraq ailə həyatı qurmuşdur. Əri Mehman narkotik vasitə aludəçisidir və narkotik vasitələri qəbul etmişdir. Mehman narkotik vasitələr istifadə etdiyinə görə onu tez-tez döymüşdür. Buna görə də o, Mehmandan rəsmi olaraq ayrılmasa da bir müddət Mehmandan ayrılaraq Cəlilabad rayonunda valideynlərinin yanında yaşamağa başlamışdır. Təxminən 2 ay olmuşdur ki, Mehmanla barışaraq yenidən birlikdə yaşamağa başlamışdır. Həmçinin Mehman narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Onlar qonaq gedəndə əri Mehman onun əl çantasına narkotik vasitələri dəfələrlə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərimdə qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da arxayın şəkildə özünə məxsus əlində olan gümüşü rəngli əl çantasını açaraq içərisində olan əşyaları təqdim etmək istəyən zaman çantanın içərisinə əri Mehman tərəfindən qoyulmuş bükümlərin olduğunu görmüşdür. Onun əl çantasının içərisinə əri Mehman tərəfindən bükümlərin qoyulmasından xəbəri olmamışdır. Mehman hərdən qonaq gedən zaman onun əl çantasına istifadə etdiyi maddələrdən qoymuşdur. Bundan sonra o, çantanın içərisində olan Mehmana məxsus ağ sellofana bükülmüş 5 büküm kristal şəkilli psixotrop maddə və ağ sellofana bükülmüş 4 büküm qəhvəyi rəngli toz şəkilli narkotik vasitəni çıxararaq təqdim etmiş və həmin maddələrin əri Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddəllər zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı mənzildə də əri Təqsirləndirilən şəxs2 məxsus narkotik vasitələr olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığım Bakı şəhəri, Xətai rayonu, N. Tusi küçəsi, ev 63, mənzil 171 ünvanına getmişlər. Orada polis əməkdaşları yaşadığı mənzildə axtarış aparılmasına etirazının olub olmadığını soruşan zaman o da bu barədə ərizə yazaraq yaşadığı mənzildə axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra ona təqdim olunmuş müdafiəçinin və dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakı ilə yaşadığı mənzildə axtarış aparılmışdır. Axtarış zamanı yaşadığı mənzilin yataq otağında çarpayı ilə paltar dolabının arasında, döşəmənin üzərində olan 02 ədəd elektron olan tərəzini, həmin otaqda sol tərəfdə olan termonun üst siyirtməsindəki 01 ədəd elektron tərəzini, 01 ədəd göy sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş bükümləri, 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində 35 ədəd üzərində M40 yazısı olan dərman həblərini, mətbəxdə elektrik sobasının üzərində olan 01 ədəd elektron tərəzini, içərisində psixatrop maddə metanfetamin olan 02 ədəd şəffaf plastik qabı və içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroin olan 01 ədəd plastik qabı, qonaq otağında masanın üzərində olan 9 ədəd istifadə olunmuş tibbi iynələri və 2 ədəd dərman ampulalarını polis əməkdaşlarına təqdim edərək həmin maddələrin əri Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişdir. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş maddələr hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilməsi üçün axtarışda iştirak etmiş şəxslər 35-ci PB-nə dəvət edilmişdir. Orada yaşadığı mənzildə axtarış keçirilməsi haqqında protokoll tərtib edilmiş, ucadan oxunmuş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Onun əl çantasından aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əri Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin maddələri Mehman onun əl çantasına qoymuşdur. Mehman qonaq gedəndə belə onun çantasına bir neçə dəfə narkotik vasitələr qoymuşdur. Həmin günü də onlar qonaq getməli olduğuqlarına görə Mehman ondan xəbərsiz çantasına istifadə etdiyi narkotik vasitələri qoymuşdur. O, əri Mehmanın narkotik və psixotrop maddələrdən istifadə etdiyini və satışı ilə məşğul olmasını bilmiş, lakin əri olduğu üçün bu barədə heç kimə deməmişdir. Əri Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyini və satdığını bilsə də, Mehmanın narkotik vasitələrin konkret olaraq kimlərə satmasını bilməmişdir. Yaşadıqları mənzildən aşkar olunaraq götürülmüş narkotik və psixotrop maddələr, həmçinin elektron tərəzilər əri Təqsirləndirilən şəxs2 məxsusdur. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin də narkorik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs1 təxminən 1 ay olar ki, tanımışdır. Rasimi bir dəfə Mehmanla görüşmək üçün yaşadıqları mənzilə gələn zaman görmüşdür. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, Mehmanın tutulacağından qorxaraq bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəflərindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis baş leytenantı İlahi Heydərovdan və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Sənan birlikdə məlumat əsasında saat 16:30 radələrində Xətai rayonu, N. Tusi küçəsi 63 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rasimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1978-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi ev 80 A-da yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onlar Rasimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Rasimi saxlamışlar. Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, Rasim buna etiraz etmədikdən sonra Rasimi PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı İlahi Heydərova təhvil vermişlər. İlahi Heydərov, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rasimi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rasimə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Rasim də sol ayağında olan qara rəngli corabın içərisindən şəffaf sellofana bükülmüş vəziyyətdə 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Rasimdən 03 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Rasim həmin bükümlərdən ikisinin içərisində psixotrop maddə olan metamfetamin və digərinin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddələri xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanını qarşısında Mehman adlı şəxsdən 60 manat pul verib aldığını bildirmişdir. Sonra Rasimin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Rasimin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rasimin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik maddəni haradan əldə etməsi barədə soruşduqda Rasim üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələri Mehman adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 qeyd etdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi, satması və yaşadığı mənzildə saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Elmar Əbilovdan və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Samir birlikdə məlumat əsasında saat 18:30 radələrində Xətai rayonu, N.Tusi küçəsi 63 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Mehmanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1969-cu ildə ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6 mənzil 171 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Onlar Mehmana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Mehmanı saxlamışlar. Təqsirləndirilən şəxs2 Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, Mehman da buna etiraz etmədikdən sonra Mehmanı PBnə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elmar Əbilova təhvil vermişlər. Elmar Əbilov, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Mehmana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Mehman da əynindəki göy rəngli cins şalvarın arxa sol cibində gizlətdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Mehmandan 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Mehman həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2020ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən “Fayton” restoranını yaxınlığında İran vətəndaşı olan Tapdıq adlı şəxsdən 1000 manat pul verib bir qədər narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aldığını, bir qədər heroini öz istifadəsi üçün götürüb üzərində saxladığını, qalan maddələrin yaşadığı mənzildə saxladığını bildirmişdir. Həmçinin Mehman xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 03 qram heroin və 1 qram metamfetamin satdığını bildirmişdir. Bundan sonra Mehmanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Mehmanın əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli maye olan 1 ədəd 5 qramlıq şpris aşkar olunaraq götürülmüşdür. Bundan sonra axtarış iştirakçılarının iştirakları ilə Mehmanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid4 yuxarıdakı ifadəsindəki xüsusatları təsdiq etməklə yanaşı ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şahid1 narkotik vasitələrin satışında şübhəli olduğuna görə Xətai RPİ-nin 35-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid8 və Xətai RPİ-nin YYÇİ üzrə inspektoru Şahid9 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq 35-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsində Şahid1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Şahid1 çantasından 5 büküm psixotrop maddə olan metamfetamin və 4 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürlmüşdür. Reyhanə Məmədova üzərindən aşkar olunmuş maddələrin əri Təqsirləndirilən şəxs2 məxsus olduğunu və həmin maddələrdən yaşadıqları mənzildə də olduğunu bildirmişdir. Buna görə də, Şahid1 yaşadığı ünvan 7, mənzil 171 ünvanına baxış keçirilməsi üçün Reyhanə Məmədova və Təqsirləndirilən şəxs2 ərizə alınmışdır. Bundan sonra mənzilə keçiriləcək baxışda iştirak etmək üçün Şahid10 və Şahid11 Ağamizrə oğlu hal şahidi kimi dəvət edilmiş və hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsi ilə hüquq və vəzifələri izah edildikdən sonra onlar, yəni o, Xətai RPİ-nin NMBnin əməliyyat müvəkkilləri Şahid7 və Şahid6, hal şahidləri Hafiz Yusubov, Şahid11, şübhəli şəxs kimi saxlanılan Şahid1 və müdafiəçi Bilal Bağırov birlikdə ünvan 7, mənzil 171 ünvanına getmişlər və orada Şahid1 dəvət olunmuş hal şahidlərinin iştirakı ilə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Reyhanə Məmədovanı kirayədə yaşadığı iki otaqlı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında çarpayı ilə paltar dolabının arasından, döşəmənin üzərindən 02 ədəd elektron tərəzi, həmin otaqda sol tərəfdə olan termonun üst siyirtməsindən 01 ədəd elektron tərəzi, 01 ədəd göy sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş bükümlər, 01 ədəd şəffaf sellofana bükülmüş büküm, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində 35 ədəd üzərində M40 yazısı olan dərman həblər, mətbəxdə elektrik sobasının üzərində olan 01 ədəd elektron tərəzi, içərisində psixatrop maddə metanfetamin olan 02 ədəd şəffaf plastik qab və içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan 01 ədəd plastik qab, qonaq otağında masanın üzərində olan 9 ədəd istifadə olunmuş tibbi iynələr və 2 ədəd dərman ampmulaları aşkar edilmişdir. Baxışda iştirak edən Şahid1 həmin maddələrin əri Təqsirləndirilən şəxs2 məxsus olduğunu və satdığını bildirmişdir. Bundan sonra Şahid1 kirayədə yaşadığı evdən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Burada bütün hərəkətlər protokollaşdırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6, Şahid8 və ibtidai araşdırma zamanı verdikləri ifadələri məhkəmədə elan olunmuş Şahid7 Elçin oğlu və Şahid9 ifadələrində Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 7 ünvanın yaxınlığında olan zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edərək, ona evə baxış keçiriləcəyi və hal şahidi kimi iştirakını ondan xahiş etmişdir. O da polis əməkdaşı ilə razılaşmış və ünvan 7, mənzil 171 ünvanına getmişdir. Orada polis əməkdaşları, ondan başqa dəvət olunmuş bir nəfər də hal şahidi, Şahid1 və müdafiəçisi olmuşdur. Baxış keçirilməzdən qabaq ona və dəvət olunmuş digər hal şahidinə hüquq və vəzifələri izah olunmuş, sonra o və digər hal şahidinin iştirakı ilə Şahid1 yaşadığı baxış keçirmişlər. Baxış zamanı mənzilin yataq otağından çarpayı ilə paltar dolabının arasından, döşəmənin üzərindən 02 ədəd elektron tərəzi, həmin otaqda sol tərəfdə olan termonun üst siyirtməsindən 01 ədəd elektron tərəzi, 01 ədəd göy sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş bükümlər, 01 ədəd şəffaf sellofana bükülmüş büküm, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində 35 ədəd üzərində M40 yazısı olan dərman həblər, mətbəxdə elektrik sobasının üzərində olan 01 ədəd elektron tərəzi, içərisində psixatrop maddə metanfetamin olan 02 ədəd şəffaf plastik qab və içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan 01 ədəd plastik qab, qonaq otağında masanın üzərində olan 9 ədəd istifadə olunmuş tibbi iynələr və 2 ədəd dərman ampulaları aşkar edilmişdir. Baxışda iştirak edən Şahid1 həmin maddələrin əri Təqsirləndirilən şəxs2 məxsus olduğun bildirmişdir. Bundan sonra Şahid1 yaşadığı evdən aşkar olunmuş kütlələr və elektron tərəzilər qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmədə Şahid11 Ağamizrə oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid10 ifadəsindəki xüsusatları təsdiqləmişdir. Məhkəmədə şahid Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzil 171 onlara məxsusdur. Həmin mənzil anası Ruhəngiz Əliyevanın adınadır. 2020-ci ilin yanvar ayında onlar həmin mənzili kirayə vermək qərarına gəlmişlər. Buna görə də o, bu barədə əmlak şirkəti olan “Qızıl Açar” şirkətinə müraciət edərək ünvan 7, mənzil 171 ünvanını kirayə vermək istədiyini bildirmişdir. Şahid1 xx xxxxxx 2020-ci il tarixdə tanımışdır. xx.xx.2020-ci il tarixdə “Qızıl Açar” şirkətinin əməkdaşları onunla əlaqə saxlayaraq mənzili kirayə götürmək istəyən müştəri olduğunu və həmin müştərinin mənzilə baxmaq istədiyini bildirmişlər. O da şirkətin əməkdaşları ilə görüşərək birlikdə kirayə vermək istədiyi ünvan 7, mənzil 171 ünvanına getmişlər. O, “Qızıl Açar” şirkətinə mənzili aylıq olaraq bütün komunal xərclər daxil olmaqla 500 manata verəcəyini bildirmişdir. Həmin vaxt Reyhanə mənzilə baxaraq bəyəndiyini, mənzildə əri və iki övladı ilə birlikdə yaşayacağını demişdir. Bundan sonra həmin gün Şahid1 ilə bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək mənzili kirayə verməyi barədə müqavilə bağlamışlar. Bundan sonra Reyhanə onlara kirayə müqaviləsi əsasında verdiyi mənzildə ailəsi ilə birlikdə yaşamağa başlayaraq ona yanvar və fevral aylarına görə 1000 manat pul ödəmişdir. Sonra o 2020-ci ilin mart ayında Reyhanə və ərinin narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Bundan bir neçə gün sonra isə Reyhanə ərinin həbs olunduğunu, mənzilin kirayə haqqını verə bilməyəcəyini bildirib əşyalarını götürüb mənzildən çıxıb getmişdir. O, Şahid1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə görməmişdir. O, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etdiyini və satdığını bilməmişdir. Məhkəmədə Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin mobil nömrəni 2019-cu ilin noyabr ayından alaraq istifadə etmişdir. O, əvvəllər el arasında “şüşə” adı ilə tanınan psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayından tanımışdır və Rasimin narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Buna görə də o, Rasimin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində yerləşən evinə gedərək ondan psixotrop maddə olan metamfetamin alaraq istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində o, psixotrop maddə olan metamfetamin istifadə etmək istədiyi üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Rasimin özünün ona verdiyi Rasimə məxsus ***-***-**-** mobil nömrəyə zəng vuraraq Rasimdən psixotrop maddə olan metamfetamin istəmişdir. Rasim də ona psixotrop maddə olan metamfetamin sata biləcəyini bildirdiyi üçün xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində Rasimin yaşadığı evə gedərək 10 manat pul verib Rasimdən bir istifadəlik psixotrop maddə olan metamfetamin almışdır. Bundan başqa o, Rasimdən heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. O, Rasimlə əlaqə saxlayaraq Rasimdən ona psixotrop maddə olan metamfetamin satmasını istəmişdir. Buna görə də, Rasimin istifadə etdiyi mobil nömrəyə “dediyimi hazirla gelirem hörmetivide eliyecem” sözləri yazılmış mesaj yazıb göndərməklə Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamini hazırlamasını, götürən zaman pulunu verəcəyini bildirmişdir. O, Rasimdən 1 dəfə psixotrop maddə olan metamfetamin almışdır. Rasimin narkotik vasitələri hansı qiymətə satmasını bilməmişdir. O, ondan psixotrop maddə olan metamfetamin almışdır. Rasim həmin psixotrop maddənin bir istifadəlik bükümünü ona 10 manat satmışdır. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin ibtidai araşdırma zamanı verdikləri və məhkəmədə tədqiq olunmuş qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxx 2020-cü il tarixli, 4(011)-169/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxx 2020-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(011)-170/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxx 2020-cu il il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallaında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 üzərindən bükümlər aşkar olunub götürülmüşdür. Cinayət işinin materiallaında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən sellafona bükülmüş maddələr aşkar olunmşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilməsi barədə protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək smslər daxil olmuş və göndərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 01.012020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “dediyimi hazirla gelirem hormetivide eliyecem”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “salam heci menem malis bidene besdiy pati lazimdi acda telfonu”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Qaqa menem rza, qaqa bawua donerem senin kakonu ele etki temiz 05 olsun”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “mene raufdu terezi var. isteyirsen”, xx.xx.2020-ci il taridə ***-***-**-** saylı mobil nömrənin arasında “Rasim lomkaeayam vezyat pisti burda mehledeyem imkan varsa mene 10 cola ver”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Sen ....san telefonu niye qaldirmirsən verdiyin pati ne patidi?”,xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Heci menem Elcin qaqa canivi yiyerem menim 05 mi hazir ele gelim goturum tekem narahat olma”, xx.xx.2020-ci il tarixdə ***- ***-**-** saylı mobil nömrənin arasında “Dayi olurem senol, heci pis aqridayam olurem senol”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “bu 5 manatliqdi buda bir xeber ele bilim qardawim”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Qaqa bawiva donum bidene kunce bucaga bax gor ne tapirsan”, ***-***-**-** saylı mobil nömrənin arasında “Emioglu salam necesen Elmirdi seni narat eden emioglu sen allah bayaq dedim gorum yaxşı deyilem senin canin ucun torpax lazimdi bir dene temiz birbwey, neynemek olar mawinnan naxadi gelerdim el tutu emi oğluya”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Rasim hec kim bilməsin yaxsi aqada dunennen gelmiyib vezyatim pisdi erkim sene catdi”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Alqayitdi veziyet pisdi seni qozdurem axi qerdes”, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin arasında “Rasim allax komeyin olsun meni lomkada qoydun”, ***-***-**-** saylı mobil nömrənin arasında “Qaqaş tel niye acmirsan şirxandi senen pay istemiremki puluyla isteyirem. Pay cox elemisen allah balavi saxlasin, evdeyem veziyet pisdi dunenki meti isdiyen qaqaşda gelir heresinen 20li lazimdi” sözləri yazılmış yazışmaların olması aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə X1 (AZE N 15285864 )adına qeydiyyatda alınması və və ***-***-**- ** saylı mobil nömrənin əhatə dairəsinin xx.xx.2020-ci il tarixində saat 1:44-də Bakı səhəri Xətai rayonu, N.Tusi küçəsində olması müəyyən olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən 01 ədəd bükümdə 5,184 qram çəkidə narkotik vasitə olan heroinin və 02 bükümdə ümumilikdə 1,069 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən 01 ədəd bükümdə 4,313 qram çəkidə narkotik vasitə olan heroinin və 01 ədəd 5 ml-lik şprisdəki 3 ml həcmində məhlulda quru maddəsinin miqdarı 0,015 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı diskə baxış keçrilmiş və baxış zamanı Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən 04 ədəd bükümdə ümumi çəkisi 7,765 qram olan narkotik vasitə olan heroinin və 05 ədəd bükümdə ümumi çəkisi 4,809 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 03 ədəd DVD formatlı disk və “xxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallaında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020ci il tarixli, 6/180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ ...Şübhəli şəxs Təqsirləndirilən şəxs1..” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5.184 qram tünd qəhvəyi rəngli, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.560 qram və 0.509 qram, ümumi təmiz çəkisi 1.069 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Cinayət işinin materiallaında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli, 6/181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ ...Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4.313 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd 5 mllik şprisdəki 3 ml. həcmində məhlulda quru maddəsinin miqdarı 0,015 qram olan narkotik vasitə-heroin müəyyən edildi. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli, 6/182 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “1...2.Şahid1...” əl yazıları, imzalar olan zərfdəki (Ns1) 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.001qram; 1.007qram; 2.833 qram; 1.924 qram, ümumi təmiz çəkisi 7.765 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.984 qram; 1.221 qram; 0.454 qram; 0.515 qram, 0.635 qram, ümumi təmiz çəkisi 4.809 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. - üzərində “Vət..Şahid1 yaşadığı mənzildən aşkar olunmuş..." əl yazıları olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 97.973 qram tünd qəhvəyi rəngli elastik kütlə, 01 ədəd bükümdə təmiz çəkisi 177,264 qram qəhvəyi rəngli tozşəkilli kütlə, 01 ədəd göy qulplu plastik qabda təmiz çəkisi 17.832 qram qəhvəyi rəngli tozşəkilli kütlə kütlə, 01 ədəd göy rəngli p/etilen bükümdə təmiz çəkisi 37.571 qram qəhvəyi rəngli, tozşəkilli kütlə, ümumilikdə 330.64 qram kütlə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 ədəd qırmızı qapaqlı plastik qabda təmiz çəkisi 23.061 qram ağ rəngli kristalşəkilli kütlə, 01 ədəd çəhrayı qapaqlı plastik qabda təmiz çəkisi 51.548 qram ağ rəngli kristalşəkilli kütlə, ümumilikdə 74.609 qram kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd bükümdə 35 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş tünd boz rəngli tabletlər təsiredici maddəsinin ümumi miqdarı 1.4 qram olan narkotik vasitə-metadondur. Bir ədəd bağlamadakı 02 ədəd şüşə flakonda, 07 ədəd boş 1 ml-lik şprisdə, 01 ədəd 5 ml-lik şprisdə heroinin izləri müəyyən edilmişdir. 01 ədəd 1 ml-lik şprisdəki 0.3 ml həcmində məhlulda quru maddəsinin miqdarı 0.006qram olan heroin müəyyən edilmişdir. Şahid1 üzərindən (zərf №1) aşkar edilmiş heroinlə Təqsirləndirilən şəxs2 aşkar edilən heroin ( xx.xx.2020-ci il tarixli Ekspert rəyi 6/181) kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Şahid1 mənzilindən (paket №2) aşkar edilmiş elastk formada olan heroin və metamfetaminlə Təqsirləndirilən şəxs1 aşkar edilən elastk formada heroin və metamfetamin (xx.xx.2020-ci il tarixli Ekspert rəyi 6/180) kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələtələrin siyahısına, (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli, 6/830 saylı rəyinə əsasən müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş, üzərində: “Maddi sübut: 3 ədəd elektron tərəzi” yazısı olan polietilen torbadaki, üzərində “Jadever (max 3kq)” yazısı olan tərəzinin üzərində narkotik vasitə heroinin və arxa tərəfində “600g/0,01g” yazısı qeyd olunan elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metarnfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində: “Oste (3000g)” yazısı olan elektron tərəzinin üzərində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. Tərəzilərin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, vət. Şahid1 yaşadığı mənzildən götürülmüş heroinlə və metamfetaminlə (xx xxxx 2020-ci il tarixli 6/182 saylı ekspert rəyi) eyni kimyəvi təkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5,185 qram narkotik vasitə olan heroin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,096 qram psixotrop maddə olan metamfetaminin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,313 qram narkotik vasitə olan heroinin, 1 ədəd 5 ml.-lik şpristə ilkin miqdarı 3 ml olan heroin məhlulu, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 7,765 qram olmuş narkotik vasitə olan heroin, 05 ədəd bükümdə ilkin təmiz çəkisi 4,809 qram olmuş psixotrop maddə olan metamfetaminin, Şahid1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 330,64 qram olmuş narkotik vasitə olan heroin, ilkin təmiz çəkisi 74,609 qram olmuş psixotrop maddə olan metamfetamin və ilkin sayı 35 ədəd olmuş narkotik vasitə olan metadon həbləri sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olmuş narkotik vasitə olan heroinin 5,134 qram qalıq çəkisi, 02 ədəd bükümdə olmuş psixotrop maddə olan metamfetaminin 1,009 qram qalıq çəkisi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin 4,263 qram qalıq çəkisi, 1 ədəd 5 ml.-lik şpristə olan heroin məhlulunun 1,5 ml. həcmində qalığı, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə narkotik vasitə olan heroinin 7,685 qram qalıq çəkisi, 05 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin 4,709 qram qalıq çəkisi, Şahid1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin 330,52 qram qalıq çəkisi, psixotrop maddə olan metamfetaminin 74,509 qram qalıq çəkisi və narkotik vasitə olan metadon həblərinin 33 ədəd qalığı və Təqsirləndirilən şəxs2 və Şahid1 yaşadığı ünvan 7, mənzil 171 ünvanına baxış keçirilən zaman aşkar olunaraq götürülmüş, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzi, 02 ədəd şüşə flakonlar, 07 ədəd 1 ml.-lik, 01 ədəd 3 ml-lik və 1 ədəd 5 ml-lik şprislər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallaında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020ci il tarixli, 1419 saylı və xx.xx.2020-ci il tarixli, 1433 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələri həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özünü müdafiə məqsədilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respblikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx/xx-2019-6 saylı xx xxxxxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs2 şöbədə qeydiyat üçün müraciət etməmiş və 01 il 11 ay 28 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayət residivinin olmasıdır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli tutulduqları vaxtdan – xx xxxxxx 2019-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü, 132.1.6-cı və 132.1.7-ci maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan, DİN Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olmuş narkotik vasitə olan heroinin 5,134 qram qalıq çəkisi, 02 ədəd bükümdə olmuş psixotrop maddə olan metamfetaminin 1,009 qram qalıq çəkisi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin 4,263 qram qalıq çəkisi, 1 ədəd 5 ml-lik şpristə olan heroin məhlulunun 1,5 ml həcmində qalığı, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə narkotik vasitə olan heroinin 7,685 qram qalıq çəkisi, 05 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin 4,709 qram qalıq çəkisi, Şahid1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin 330,52 qram qalıq çəkisi, psixotrop maddə olan metamfetaminin 74,509 qram qalıq çəkisi və narkotik vasitə olan metadon həblərinin 33 ədəd qalığı, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzi, 02 ədəd şüşə flakonlar, 07 ədəd 1 ml-lik, 01 ədəd 3 ml-lik və 1 ədəd 5 ml-lik şprislər məhv edilməlidir. 03 ədəd “DVD” fornmatlı disk və 1 ədəd “CD” formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında əlavə edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 441 (dörd yüz qırx bir) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun hər birindən 220.5 ( iki yüz iyirmi manat əlli qəpik) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məmmədov oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, DİN Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5,185 qram narkotik vasitə olan heroin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,096 qram psixotrop maddə olan metamfetaminin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,313 qram narkotik vasitə olan heroinin, 1 ədəd 5 ml-lik şpristə ilkin miqdarı 3 ml olan heroin məhlulu, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 7,765 qram olmuş narkotik vasitə olan heroin, 05 ədəd bükümdə ilkin təmiz çəkisi 4,809 qram olmuş psixotrop maddə olan metamfetaminin, Şahid1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 330,64 qram olmuş narkotik vasitə olan heroin, ilkin təmiz çəkisi 74,609 qram olmuş psixotrop maddə olan metamfetamin və ilkin sayı 35 ədəd olmuş narkotik vasitə olan metadon həbləri maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olmuş narkotik vasitə olan heroinin 5,134 qram qalıq çəkisi, 02 ədəd bükümdə olmuş psixotrop maddə olan metamfetaminin 1,009 qram qalıq çəkisi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin 4,263 qram qalıq çəkisi, 1 ədəd 5 ml-lik şpristə olan heroin məhlulunun 1,5 ml həcmində qalığı, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə narkotik vasitə olan heroinin 7,685 qram qalıq çəkisi, 05 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin 4,709 qram qalıq çəkisi, Şahid1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin 330,52 qram qalıq çəkisi, psixotrop maddə olan metamfetaminin 74,509 qram qalıq çəkisi və narkotik vasitə olan metadon həblərinin 33 ədəd qalığı, iş üzrə Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzi, 02 ədəd şüşə flakonlar, 07 ədəd 1 ml-lik, 01 ədəd 3 ml-lik və 1 ədəd 5 ml-lik şprislər məhv edilsin, 03 ədəd “DVD” fornmatlı disk və 1 ədəd “CD” formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında əlavə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 441 (dörd yüz qırx bir) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 220.5 ( iki yüz iyirmi manat əlli qəpik) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar