Məhkəmə qərarları › İş №1(101)-221/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, işləməyən, Lənkəran şəhəri, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, natamam ali təhsilli, işləməyən, Lənkəran şəhəri, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, ünvan 2 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda, 47,691 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 40,063 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq sonradan şəxsiyyəti istintaqa məlum olmayan müştərinin həmin narkotik vasitə və psixotrop maddəni əldə etməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda yerləşən “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında gizlətmiş, bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin külli miqdarda narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerin videogörüntüsünü özünə məxsus “Xiaomi” markalı mobil telefon vasitəsilə çəkib sonradan narkotik vasitə və psixotrop maddəni alacaq müştəriyə təqdim edilməsi üçün İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsə göndərmək məqsədi ilə istifadəsində olan +**********44 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 +**********00 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə göndərmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin gün saat 14.35-də “Laçın” ticarət mərkəzində saxlanılaraq onların iştirakı ilə keçirilən baxış zamanı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 47,691 qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 40,063 qram psixotrop maddə metamfetamin “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda, 47,691 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 40,063 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq sonradan şəxsiyyəti istintaqa məlum olmayan müştərinin həmin narkotik vasitə və psixotrop maddəni əldə etməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda yerləşən “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında gizlətmiş, bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin külli miqdarda narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerin videogörüntüsünü özünə məxsus “Xiaomi” markalı mobil telefon vasitəsilə çəkib sonradan narkotik vasitə və psixotrop maddəni alacaq müştəriyə təqdim edilməsi üçün İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsə göndərmək məqsədi ilə istifadəsində olan +**********44 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 +**********00 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə göndərmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la birlikdə həmin gün saat 14.35-də “Laçın” ticarət mərkəzində saxlanılaraq onların iştirakı ilə keçirilən baxış zamanı bir ədəd şəffaf polietelin bukümdə külli miqdarda təmiz çəkisi 47,691 qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 40,063 qram psixotrop maddə metamfetamin “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda, 47,691 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 40,063 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq sonradan şəxsiyyəti istintaqa məlum olmayan müştərinin həmin narkotik vasitə və psixotrop maddəni əldə etməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda yerləşən “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında gizlətmiş, bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin külli miqdarda narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerin videogörüntüsünü özünə məxsus “Xiaomi” markalı mobil telefon vasitəsilə çəkib sonradan narkotik vasitə və psixotrop maddəni alacaq müştəriyə təqdim edilməsi üçün İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsə göndərmək məqsədi ilə istifadəsində olan +**********44 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 +**********00 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə göndərmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin gün saat 14.35-də “Laçın” ticarət mərkəzində saxlanılaraq onların iştirakı ilə keçirilən baxış zamanı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 47,691 qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 40,063 qram psixotrop maddə metamfetamin “Laçın” ticarət mərkəzinin qarşısındakı parkda “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının yaxınlığında aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 gün olardı ki, o işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində o, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində xatırlamadığı ünvanda kirayə yaşamış, həmin evi aylıq olaraq 260 manatdan olmaqla Əlvan adlı şəxsdən kirayə götürmüşdür. O, mütəmadi olaraq narkotik vasitə olan heroinin tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, Təqsirləndirilən şəxs2 da uşaqlıqdan tanıyır. Belə ki, onlar birlikdə Lənkəran şəhərində qonşuluqda yaşamış, onların çox yaxşı dostluq münasibətləri olmuşdur. O, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin mart ayında azadlığa buraxılmış, 2012-ci ildə də oğurluq cinayətinə görə tutulmuş, 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. İlk dəfə həbs olunan zaman o, 2012-ci ildə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olarkən orada Mehdi adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Onlar 7-ci korpusun 9 saylı kamerasında birlikdə cəza çəkmiş, bundan sonra onların sıx münasibətləri olmuş, həmin ərəfədə o, azadlığa çıxmışdır. İkinci dəfə o azadlığa çıxdıqdan sonra Mehdi onun ***-***-**-** saylı telefon nömrəsini kimdənsə öyrənmişdir. Mehdi ona bir neçə dəfə zəng edərək narkotik vasitə və psixotrop maddə satmasını təklif etmişdir. O, Mehdinin tapşırığı ilə onun dediyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb yenidən Mehdinin dediyi yerə qoymalı və həmin yerin şəklini çəkib Mehdiyə göndərməli idi. Bunun müqabilində Mehdi ona onun istifadə etmək üçün pulsuz narkotik vasitə heroin verməli idi. O, əvvəl razılaşmamış, sonradan xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Mehdi ona xatırlamadığı nömrədən zəng edərək “veş” olduğunu və həmin “veşi” lazımi ünvana çatdırmaq lazım olduğunu bildirmişdir. Mehdinin dediyinə görə onun nömrəsini bibisi nəvəsi Nurlandan almışdır. Həmin vaxtı o, Mehdiyə Nurlanın telefon nömrəsini özü vermiş və onu tapmaq üçün Nurlana zəng etməsini bildirmişdir. Nurlanın telefon nömrəsi ***-***-**-**- olmuş, o hazırda Lənkəran şəhərində yaşayır. Mehdi qeyd etdiyi işin müqabilində hər dəfə ona istifadə etməsi üçün 1-2 qram heroin göndərməli olmuş, həmin heroini də satmaq üçün göndərdiyi mallarla birlikdə göndərməli idi. Həmin gün dostu Təqsirləndirilən şəxs2 də və bibisi nəvəsi Nurlan da onunla birlikdə Bakı şəhərində olmuşdur. Bibisi oğlu Nurlan da işləmək üçün Bakıya gəlmiş, həm də Ziyanı o çağırmışdır ki, gəlib birlikdə onunla qalsın. xx xxxxxx 2020-ci il tarixdə Ziyanın doğum günü olmuş, məqsədləri də o olmuşdur ki, Ziyanın ad gününü birlikdə qeyd etsinlər. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, Ziya ilə birlikdə Ziyanın ad günü ilə əlaqədar bazarlıq etmək, həmi hərbi xidmətdə olan dostları üçün pal-paltar almaq, həm də ki, Mehdinin dediyi “veşi” götürüb dediyi ünvana çatdırmaq olmuşdur. Bu məqsədlə onlar evdən çıxaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən «Laçın» Ticarət Mərkəzinə getmiş, onlar oraya çatdıqda o Ziyaya parkın başında gözləməsini bildirib sonra Ziyanın yanına qayıtmışdır. Onlar birlikdə bir neçə dükana girmiş, sonradan park tərəfə getmiş, Parkda o cibindən bir ədəd “Kent 8” markalı siqaret qutusunu çıxarmış və parkda olan “Tir atıcılıq” adlanan yerin yanında şam ağacının altına qoymuşdur. Həmin vaxtı Ziya ondan bunun nə olduğunu soruşduqda o Ziyaya həmin siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və başqa bir şəxsin gəlib götürəcəyini bildirmişdir. X16 Respublikasının vətəndaşı Mehdi adlı şəxsi tanımamış, onda meqabayt olmadığı üçün o, Ziyadan həmin qutunun şəkilini çəkərək Mehdiyə göndərməsini istəmişdir. Mehdinin nömrəsi Ziyada olmadığı üçün və Ziya öz nömrəsinin Mehdinin telefonuna düşməsini istəmədiyi üçün çəkdiyi şəkli Mehdiyə yox, Mehdiyə göndərməsi üçün Nurlana göndərmişdir. O, siqaret qutusuna baxdıqda orada ona çatası malın olmadığını görmüş, Mehdiyə birbaşa adi telefonla zəng edib bu barədə məlumat verdikdə Mehdi ona bildirmişdir ki, ona adam adı verəcək, o gedib həmi adamdan özünə çatası malı pulsuz götürəcəkdir. O, Mehdinin telefon nömrəsini əzbər bilməmiş, səhv etmirsə Mehdinin telefon nömrəsi Azərbaycan mobil operatoruna məxsus nömrə olmuş, o da onunla razılaşmışdır. Bundan sonra onlar oradan uzaqlaşmış və Laçın ticarət mərkəzinə daxil olmuş, onlar orada olarkən bir neçə mülki geyimli şəxs onlara yaxınlаşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları yanlarında olan iki nəfər şəxsi onlara təqdim edərək həmin şəxslərin hal şahidi olduqlarını bildirmiş, polis əməkdaşları onların anket məlumatları barədə maraqlanmış, onlar öz anket məlumatlarını polislərə bildirmişlər. Bundan sonra polis əməkdaşları onlar barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onları tanış etmişlər. Qərarla tanış edildikdən sonra onlara izah edilmişdir ki, narkotik və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə onlara təklif olunmuşdur ki, üzərilərində nə əşya varsa təqdim etsinlər. Onlar üzərilərində qanunsuz əşya olmadığını bildirmiş və polisin baş verənlərdən məlumatının olduğunu gördükləri üçün təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoyduqlarını bildirmişlər. Onun üzərinə baxış zamanı bir ədəd Samsung və bir ədəd Nokia markalı mobil telefonlar, Ziyanın üzərinə baxış zamanı isə bir ədəd Xiaomi, bir ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuşdur. Onların üzərindən qanunsuz əşyalar aşkar olunmamış, sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları yerə getmişlər. Polis əməkdaşları Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə, “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında bir ədəd “Kent” siqaret qutusunu götürmüşlər. Polis əməkdaşları həmin qutunu açaraq içərisinə baxmış və qutunun içərisində olan bir ədəd bükümdə heroin və bir ədəd psixotrop maddə metamfetamin olan iki ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərini o, Ziya və hal şahidləri imzalamış, bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmışlar. Oraya gəldikdə Ziyaya və ona hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Bundan sonra X6 vəkil kimi dəvət edilərək ona təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və onun heç bir etirazı olmadığı üçün protokolu imzalamışdır. O, Mehdinin dediyi yerdən narkotik vasitə və psixotrop maddəni götürərək yenidən Mehdinin göstərişi ilə dediyi yerə qoymuş, Mehdi ona bildirmişdir ki, malı onun dediyi yerə qoyduqdan sonra şəkilini çəkib ona göndərsin və Mehdi də müştəriyə göndərsin. Ziyanın bu işdə hər-hansı rolu və marağı olmamış, sadəcə onda meqabayt olmadığı üçün o Ziyadan xahiş etmişdir ki, narkotik vasitəni və psixotrop maddəni gizlətdiyi yerin şəklini çəkib Nurlana göndərsin. Ziyanın bundan başqa iştirakı və marağı olmamış, o özü də heç vaxtı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onunla Lənkəran şəhərində qonşuluqda yaşamış, onların yaxşı dostluq münasibətləri olmuşdur. O, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakıda dostu Ariflə birlikdə Arifin kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən ünvanını dəqiq bilmədiyi evdə qalmışdır. O, Arifə məxsus avtomobildə taksi fəaliyyəti ilə məşğul olmuş, gündüzlər avtomobili Arif, axşamlar isə o idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə dostu Nurlan onu Hüseynin kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ünvanını dəqiq xatırlamadığı evlərinə dəvət etmiş, Nurlanla Hüseyn qohumdur, Nurlanın telefon nömrəsi ***-***-**-**- olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə onun ad günü olduğu üçün Nurlan və Hüseyn ad gününü birlikdə keçirməklərini istəmiş, o Nurlanın təklifi ilə razılaşmış və xx xxxxxx 2020-ci il tarixdə onların yaşadığı evə getmiş, iki gün orada qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o Hüseynlə birlikdə ad günü ilə əlaqədar bazarlıq etmək, həm də hərbi xidmətdə olan dostları üçün pal-paltar almaq məqsədi ilə evdən çıxaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın Ticarət Mərkəzinə” getmişlər. Onlar oraya çatdıqda Hüseyn ona parkın başında gözləməsini və qısa müddətə gələcəyini bildirmiş, o da Hüseyni bir qədər gözlədikdən sonra Hüseyn qayıtmış, onlar birlikdə bir neçə dükana girmişlər. Hüseyn özünün telefonunda pul olmadığından onun telefonunu danışmaq üçün götürmüş, lakin o, Hüseynin kiminlə və nə barədə danışdığına ümumiyyətlə fikir verməmişdir. Laçın ticarət mərkəzindən çıxarkən təxminən saat 14.30 radələrində bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlara bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər. Ona yalnız sonradan məlum olmuşdur ki, Hüseynin meqabaytı olmadığı üçün o həmin içərisində narkotik vasitə olan siqaret qutusunun şəklini çəkib Nurlana göndərmişdir. Onun bu işdən ümumiyyətlə xəbəri olmamış, Hüseynin onun telefonu ilə şəkil çəkdiyini görməmiş, Hüseyn telefonu ona qaytardıqdan sonra telefona baxmadan cibinə qoymuşdur. O heç vaxtı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təhsilini bitirdikdən sonra hərbi xidmətdə olmuş, lakin 09 ay olduqdan sonra məzuniyyətə çıxmış və məzuniyyətdən gec qayıtdığı üçün barəsində Gəncə şəhərində yerləşən Hərbi Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-in 333-cü maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 2018-ci ilin may ayının 24-də azadlığa çıxmış, 2018-ci ilin may ayında həbsdən azad olunduqdan sonra ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişdir. Səhv etmirsə hər iki nömrə onun öz adına qeydiyyatdan keçmiş, o ***-***-**-** saylı nömrəni 2019-cu ilin yay aylarına qədər istifadə etmişdir. Sonradan həmin nömrəni məhəllə uşağı olan Rövşən adlı şəxsə vermiş, Rövşənin başqa anket məlumatlarını bilmir. Lakin ***-***- **-** saylı nömrəni isə bu günə qədər istifadə etmiş, əlavə olaraq onun ***-***-**-** saylı nömrəsi olmuşdur. Həmin nömrəni səhv etmirsə o adına almamış, lakin kimin adına olmasını da xatırlamır. Konkret olaraq 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar aylarında onun yalnız ***-***-**-** və ***-***-**-** saylı nömrələri olmuşdur. O narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1 onun atasının dayısı oğludur, Təqsirləndirilən şəxs2 isə atasının əmisi nəvəsidir. O, 2020-ci ilin yanvar ayında qeyd olunan ***-***-**-** saylı nömrəni istifadə etməmiş, Təqsirləndirilən şəxs2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ona hərhansı videogörünütü göndərilməmişdir. O İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsi ümumiyyətlə tanımamış, Mehdi ilə görüşməmişdir. Eyni zamanda Hüseyn ona bildirmişdir ki, onun nömrəsini Mehdi adlı şəxsə vermişdir ki, bəzən Mehdi adlı şəxs Hüseyni tapa bilmədikdə ona zəng etsin. O, hazırda Mehdi adlı şəxsin ona zəng edibetmədiyini xatırlamır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması barədə sonradan televiziyadan məlumat əldə etmiş, onu adından başqa Nuruş deyə yalnız evdəkilər, yəni nənəsi, anası çağırmışdır. Ona təqdim edilmiş səs yazılarına qulaq asmış, xx xxxxxx 2020-ci il tarixdə saat 01.53-də 05 saniyədən ibarət danışıq Təqsirləndirilən şəxs2, xx xxxxxx 2020-ci il tarixdə saat 01.58-də müvafiq olaraq 12 saniyə və 03 saniyədən ibarət danışığın kimə məxsus olmasını bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13.50-də 02 saniyədən ibarət səsli danışıq Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2020-ci il tarixdə saat 13.44-də 12 saniyədən ibarət videogörünütüdə olan səsli danışıq Təqsirləndirilən şəxs2 məxsusdur. Ona təqdim edilmiş səs yazılarına qulaq asmış, xx xxxxxx 2019-cu il tarixdə saat 12.01-də 18 saniyədən, həmin tarixdə saat 12.03-də 17 saniyə və 12.06-da 21 saniyədən ibarət səsli danışıq ona məxsusdur. O ***-***-**-** saylı nömrəni özünü 2019-cu ilin yay aylarına kimi istifadə etmiş, lakin “Whastapp”-ını həmin nömrə ilə qeydiyyatdan keçirmiş və 2019-cu ilin sonlarına kimi həmin nömrənin “Whastapp”ı onda olmuş, ona görə də həmin səs yazısı ona məxsusdur. Lakin 2020-ci ilin yanvar ayında həmin nömrənin “Whastapp”ı da onda olmamış, çünki “Whastapp” özüözünə silinmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Lənkəran şəhəri ünvan 8 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmış, əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Nizami rayonu ərazisinə yollanmışlar. Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzi ilə üzbəüz parkda əməliyyat mövqeyi seçilmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də özlərini şübhəli aparan həmin şəxslərin parkdan hərəkət edərək Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinə daxil olduqlarını müşahidə etmişlər. Laçın ticarət mərkəzində olarkən özlərini şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxslər özlərini xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra onlara izah edilmişdir ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər. Orada dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərlərində nə əşya varsa təqdim etsinlər. Onlarda bildirmişlər ki, onların üzərilərində qanunsuz əşyalar yoxdur, lakin təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoymuşlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı 01 ədəd Samsung və 01 ədəd Nokia markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı isə 01 ədəd Xiaomi, 01 ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuş, lakin onların üzərindən qanunsuz əşyalar aşkar olunmamışdır. Sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları parka getmiş, Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında 01 ədəd “Kent” siqaret qutusunun olması müəyyən edilmişdir. Həmin qutuya baxarkən içərisində ümumilikdə 02 ədəd bükümdə, onlardan birində şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə və digərində isə şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş 01 ədəd içərisində narkotik maddə olan heroinə və 01 ədəd psixotrop maddə olan metamfetaminə oxşar maddələr 01 ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin 01 ədəd bükümdə narkotik maddə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə tanışları, əslən Lənkəran rayonundan olan, istifadəsində ***-***-**-** telefon nömrəsi olan “Nuruş” adlı şəxsin köməkliyi ilə İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əvvəlcədən razılaşdırılmış yerdən, yəni “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən “Bazar store” marketin yanından yerdən satış məqsədilə götürmüşlər. Əldə etdikləri narkotik vasitə və psixotrop maddələri parkda qoyaraq həmin yerin video görüntüsünü Təqsirləndirilən şəxs2 telefonu ilə çəkərək “Mehdi” adlı şəxsə yollamaq üçün “Nuruş” adlı şəxsə göndərdiklərini bildirmişlər. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, oraya gəldikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1, vəkil X7 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişlər. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 01 ədəd zərf protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Lənkəran şəhəri ünvan 8 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmış, əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Nizami rayonu ərazisinə yollanmışlar. Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzi ilə üzbəüz parkda əməliyyat mövqeyi seçilmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də özlərini şübhəli aparan həmin şəxslərin parkdan hərəkət edərək Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinə daxil olduqlarını müşahidə etmişlər. Laçın ticarət mərkəzində olarkən özlərini şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxslər özlərini xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra onlara izah edilmişdir ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər. Orada dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərilərində nə əşya varsa təqdim etsinlər. Onlarda bildirmişlər ki, onların üzərilərində qanunsuz əşyalar yoxdur, lakin təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoymuşlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı 01 ədəd Samsung və 01 ədəd Nokia markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı isə 01 ədəd Xiaomi, 01 ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuş, lakin onların üzərindən qanunsuz əşyalar aşkar olunmamışdır. Sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları parka getmiş, Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında 01 ədəd “Kent” siqaret qutusunun olması müəyyən edilmişdir. Həmin qutuya baxarkən içərisində ümumilikdə 02 ədəd bükümdə, onlardan birində şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə və digərində isə şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş 01 ədəd içərisində narkotik maddə olan heroinə və 01 ədəd psixotrop maddə olan metamfetaminə oxşar maddələr 01 ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin 01 ədəd bükümdə narkotik maddə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə tanışları, əslən Lənkəran rayonundan olan, istifadəsində ***-***-**-** telefon nömrəsi olan “Nuruş” adlı şəxsin köməkliyi ilə İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əvvəlcədən razılaşdırılmış yerdən, yəni “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən “Bazar store” marketin yanından yerdən satış məqsədilə götürmüşlər. Əldə etdikləri narkotik vasitə və psixotrop maddələri parkda qoyaraq həmin yerin video görüntüsünü Təqsirləndirilən şəxs2 telefonu ilə çəkərək “Mehdi” adlı şəxsə yollamaq üçün “Nuruş” adlı şəxsə göndərdiklərini bildirmişlər. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, oraya gəldikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1, vəkil X7 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişlər. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 01 ədəd zərf protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin operatoru Şahid3 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Nizami rayonu ərazisində yolla gedərkən mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib, ondan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlandıqdan sonra hal şahidi kimi onların üzərində şəxsi axtarış keçirilməsində iştirak edib-edə bilməyəcəyini soruşmuşlar. O, müsbət cavab verib anket məlumatlarını onlara bildirmiş, o və dəvət edilmiş digər hal şahidi əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə həmin şəxslərin olması ehtimal edilən yerə yollanmışlar. Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzi ilə üzbəüz parkda əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də özlərini şübhəli aparan həmin şəxslərin parkdan hərəkət edərək Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinə daxil olduqlarını müşahidə etmişlər. Laçın ticarət mərkəzində olarkən özlərini şübhəli aparan həmin iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxslər özlərini xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra onlara izah edilmişdir ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər. Bundan sonra onun və dəvət olunmuş digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərilərində nə əşya varsa təqdim etsinlər. Həmin vaxtı onların hər ikisi bildirmişlər ki, üzərilərində qanunsuz əşyalar yoxdur, lakin təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoymuşlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı 01 ədəd Samsung və 01 ədəd Nokia markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı isə 01 ədəd Xiaomi, 01 ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuş, lakin onların üzərindən qanunsuz əşyalar aşkar olunmamışdır. Bundan sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları parka gedilmiş, Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında 01 ədəd “Kent” siqaret qutusunun olması müəyyən edilmişdir. Həmin qutuya baxarkən içərisində ümumilikdə 02 ədəd bükümdə, onlardan birində şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə və digərində isə şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş 01 ədəd içərisində narkotik maddə olan heroinə və 01 ədəd psixotrop maddə olan metamfetaminə oxşar maddələr 01 ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Hal şahidləri kimi onlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin 01 ədəd bükümdə narkotik maddə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə tanışları, əslən Lənkəran rayonundan olan, istifadəsində ***-***-**-** telefon nömrəsi olan “Nuruş” adlı şəxsin köməkliyi ilə İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əvvəlcədən razılaşdırılmış yerdən, yəni “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən “Bazar store” marketin yanından yerdən satış məqsədilə götürmüşlər. Əldə etdikləri narkotik vasitə və psixotrop maddələri parkda qoyaraq, həmin yerin video görüntüsünü Təqsirləndirilən şəxs2 telefonu ilə çəkərək “Mehdi” adlı şəxsə yollamaq üçün “Nuruş” adlı şəxsə göndərdiklərini bildirmişlər. Bundan sonra tədbir iştirakçıları, saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, o və dəvət olunmuş digər hal şahidi Başnarkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Oraya gəldikdə H.S.Dadşov və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə onlara Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən də qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1, vəkil X7 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 01 ədəd zərf protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Səhiyyə Nazirliyində dezinfektor vəzifəsində çalışır, lakin xx xxxxxx 2020-ci il tarixdə işləməmiş hazırda “COVİD-19” xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyində yeni açılmış iş yerində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Nizami rayonu ərazisində yolla gedərkən mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra ondan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlandıqdan sonra hal şahidi kimi onların üzərində şəxsi axtarış keçirilməsində iştirak edib-edə bilməyəcəyini soruşmuşlar. O, müsbət cavab verib anket məlumatlarını onlara bildirmiş, o və dəvət edilmiş digər hal şahidi əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə həmin şəxslərin olması ehtimal edilən yerə yollanmışlar. Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzi ilə üzbəüz parkda əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də özlərini şübhəli aparan həmin şəxslərin parkdan hərəkət edərək Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinə daxil olduqlarını müşahidə etmişlər. Laçın ticarət mərkəzində olarkən özlərini şübhəli aparan həmin iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxslər özlərini xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra onlara izah edilmişdir ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri 'Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidirlər və onun və dəvət olunmuş digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərilərində nə əşya varsa təqdim etsinlər. Onlar bildirmişlər ki, üzərilərində qanunsuz əşyalar yoxdur, lakin təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoymuşlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı 01 ədəd Samsung və 01 ədəd Nokia markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı isə 01 ədəd Xiaomi, 01 ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuş, lakin onların üzərindən qanunsuz əşyalar aşkar olunmamışdır. Sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları parka gedilmiş, Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında 01 ədəd “Kent” siqaret qutusunun olması müəyyən edilmişdir. Həmin qutuya baxarkən içərisində ümumilikdə 02 ədəd bükümdə, onlardan birində şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə olan heroinə və digərində isə şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş 01 ədəd içərisində narkotik maddə olan heroinə və 01 ədəd psixotrop maddə olan metamfetaminə oxşar maddələr 01 ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra hal şahidləri kimi onlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin 01 ədəd bükümdə narkotik maddə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2020-ci il tarixdə tanışları, əslən Lənkəran rayonundan olan, istifadəsində ***-***-**-** telefon nömrəsi olan “Nuruş” adlı şəxsin köməkliyi ilə İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əvvəlcədən razılaşdırılmış yerdən, yəni “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən “Bazar store” marketin yanından yerdən satış məqsədilə götürmüşlər. Əldə etdikləri narkotik vasitə və psixotrop maddələri parkda qoyaraq, həmin yerin video görüntüsünü Təqsirləndirilən şəxs2 telefonu ilə çəkərək “Mehdi” adlı şəxsə yollamaq üçün “Nuruş” adlı şəxsə göndərdiklərini bildirmişlər. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, o, və dəvət olunmuş digər hal şahidi Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Oraya gəldikdə H.S.Dadşov və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1, vəkil X7 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 01 ədəd zərf protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o ailəlidir və 3 övladı vardır onlardan ikisi oğlan, biri isə qızdır. Təqsirləndirilən şəxs3 onun birinci övladıdır, Nurlan Bakı şəhərində fərdi şəkildə ev təmiri ilə məşğul olmuşdur. Nurlanın 3 mobil telefon nömrəsi olmuş, həmin nömrələr ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** olmuş, Nurlan hər üç nömrədən istifadə etmişdir. Konkret olaraq 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar aylarında Təqsirləndirilən şəxs3 ***-***-**-** və ***-***-**- ** saylı nömrələrdən istifadə etmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 onun dayısı oğlu, Təqsirləndirilən şəxs2 isə anasının əmisi nəvəsidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması barədə sonradan televiziyadan məlumat əldə etmiş, ancaq bu işdə oğlu Nurlanın nə dərəcədə rolu olmasını bilməmişdir. Oğlunu bəzən öz adı ilə Nurlan, bəzən isə Nuruş deyə çağırmış, ***-***-**-** saylı nömrəni də Nurlan özü istifadə etmişdir. Ona təqdim edilmiş səs yazılarına qulaq asmış, xx xxxxxx 2020-ci il tarixdə saat 01.53-də 05 saniyədən ibarət danışıq Təqsirləndirilən şəxs2, xx xxxxxx 2020-ci il tarixdə saat 01.58-də müvafiq olaraq 12 saniyə və 03 saniyədən ibarət danışıq oğlu Təqsirləndirilən şəxs3, xx xxxxxx 2020-ci il tarixdə saat 13.50-də 02 saniyədən ibarət səsli danışıq Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2020-ci il tarixdə saat 13.44-də 12 saniyədən ibarət videogörüntüdə olan səsli danışıq Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Ona təqdim edilmiş səs yazılarına qulaq asaraq Bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12.01-də 18 saniyədən, həmin tarixdə saat 12.03-də 17 saniyə və 12.06-da 21 saniyədən ibarət səsli danışıq oğlu Təqsirləndirilən şəxs3 məxsus olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadələri təsdiq edərək həmin ifadəni Təqsirləndirilən şəxs3 üzünə söyləmişdir. Nurlanın telefon nömrəsinin ***-***-**-** olduğunu, o Hüseynlə tutulana qədər Nurlanın həmin nömrəni istifadə etdiyini, əlavə olaraq Nurlanın ***-***-**-** və ***-***-**-** saylı nömrələrinin olduğunu, onun Hüseynin sözü ilə siqaret qutusunun videogörüntüsünü çəkdiyini və Nurlana göndərdiyini bildirmişdir. Onun Mehdi adlı şəxsi tanımadığını, qutunun şəklini çəkib Mehdiyə göndərməyi Hüseynin ona dediyini, onun da nömrəsinin Mehdinin telefonuna düşməsini istəmədiyi üçün Nurlana göndərdiyini Nurlanın üzünə qarşı demişdir. Hüseynin deməsinə görə Nurlanın da həmin videogörüntünü Mehdi adlı İİR-nin vətəndaşına göndərməli olduğunu, çünki Nurlanın nömrəsini Mehdi Hüseyni tapa bilmədikdə Nurlanla əlaqə saxlaması üçün Mehdiyə Hüseynin verdiyini Nurlanın üzünə qarşı demişdir. (Cild 01, iş vərəqə 235-237) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadələri təsdiq edərək həmin ifadəni Təqsirləndirilən şəxs3 üzünə söyləmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mehdinin ona dəqiq xatırlamadığı nömrədən zəng edərək “veş” olduğunu və həmin “veşi” lazımı ünvana çatdırmaq lazım olduğunu dediyini, Mehdinin onun nömrəsini bibisi nəvəsi Nurlandan aldığını, onun özü Nurlanın telefon nömrəsini Mehdiyə verdiyini, onu tapa bilmədikdə Nurlana zəng etməsini Mehdiyə dediyini, Nurlanın telefon nömrəsinin ***-***-**-** olduğunu Nurlanın üzünə demişdir. xx.xx.2020-ci il tarixdə “veş”-i Mehdinin dediyi yerdən götürdükdən sonra onu müştərinin götürməsi üçün başqa yerə qoyduğundan onda meqabayt olmadığı üçün o Ziyadan həmin qutunun videogörüntüsünü çəkərək Mehdiyə göndərməsini istədiyini, Mehdinin nömrəsi Ziyada olmadığı və Ziya öz nömrəsinin Mehdiyə düşməməsi üçün çəkdiyi videogörüntünü Mehdiyə yox, Mehdiyə göndərməsi üçün Nurlana göndərdiyini, Nurlana videogörüntünü göndərməsini Ziyadan özünün xahiş etdiyini, Mehdinin mobil telefon nömrəsinin Nurlanda olduğunu Nurlanın üzünə qarşı demişdir. ***-***-**-** saylı mobil nömrənin Nurlana məxsus olduğunu və o tutulana qədər Nurlanın həmin nömrəni işlətdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 238-240) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddi sübut” yazısı olan zərfdəki üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 47,691 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 40,063 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 01, iş vərəqə 46-49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 679 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 01, iş vərəqə 282-283) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 693 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 01, iş vərəqə 284-285) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1515 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 02, iş vərəqə 42-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/69 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi” və 01 ədəd “Samsung” markalı mobil telefonlarda olan və tədqiqatı tələb olunan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs3 məxsusdur. (Cild 02, iş vərəqə 3-7) “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli cavab məktubuna əlavə olunmuş 01 ədəd daşıyıcı “CD”-yə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə arasında xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlər aralığında dəfələrlə danışıqlar olması müəyyən olunmuşdur. (Cild 02, iş vərəqə 115) Cinayət işi üzrə “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli cavab məktubuna əlavə olunmuş 01 ədəd daşıyıcı “CD”-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, +**********44 saylı mobil telefon nömrəsi ilə +**********00 saylı telefon nömrəli arasında dəfələrlə xüsusilə də xx.xx.2020-ci il tarixdə saat 16.45-də 37 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 19.41-də 14 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.25-də 28 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.32-də 21 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə 13.39-da 40 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.44-də 20 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.45-də 10 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.48-də 23 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.53-də 38 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 13.56-da 10 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 14.00-da 40 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 14.05-də 16 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 14.07-də 22 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 14.23-də 22 saniyə telefon danışığı olmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, +**********22 saylı mobil telefon nömrəsi ilə +**********00 saylı telefon nömrəsi arasında dəfələrlə xüsusilə də xx.xx.2020-ci il tarixdə saat 02.31-də 183 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat18.44-də 58 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 20.09-da 15 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 17.45-də 58 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 14.16-da 47 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 20.21-də 95 saniyə telefon danışığı, xx.xx.2020-ci il tarixdə saat 20.34-də 57 saniyə telefon danışığı olmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 məxsus olan +**********00 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 məxsus +**********00 saylı mobil nömrə arasında xx xxxxxx 2019cu il tarix və xx xxxxxx 2019-cu il tarixlər aralığında dəfələrlə telefon danışıqları olmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, +**********44 saylı mobil nömrədən +**********00 saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 19.32-də “Mament zəng vurda brat neqeder otumuwuy” məzmunlu sms göndərilmişdir. (Cild 02, iş vərəqə 116-117) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus +**********44 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs3 məxsus +**********00 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Nuruuw” adlı istifadəçi ilə səsli danışıqlar və mesajlar müəyyən olundu. Baxış zamanı +**********00 saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrə arasında xx xxxxxx 2020-ci il tarixdə saat 01.53-də 05 saniyədən, xx xxxxxx 2020-ci il tarixdə saat 01.58-də müvafiq olaraq 12 saniyə və 03 saniyədən, xx xxxxxx 2020-ci il tarixə saat 13.50-də 02 saniyədən ibarət səsli danışıq aşkar olunmuşdur. +**********00 nömrəsi ilə “Nuruuw” adı ilə qeydiyyatdan keçmiş istifadəçiyə Xalqlar dostluğunda parkda “Tir atıcılıq” yerinin yanında ağacın altına narkotik vasitə və psixotrop maddəni qoyulmasını özündə əks etdirən videogörüntü göndərildiyi aşkar olunmuşdur. Həmin videonun “Nuruuw” adlı istifadəçiyə göndərilməsi və sonuncu tərəfindən həmin videoya baxılması müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 07.24-də “Ay brat yari pati cəkdə naxadi məncin” məzmunlu mesajı “Nuruuw” adlı istifadəçiyə göndərməsi və sonuncununda bunu oxuması müəyyən olunmuşdur. (Cild 01, iş vərəqə 186) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı telefona keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus +**********22 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs3 məxsus +**********00 saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “Nurik” adlı istifadəçi ilə səsli danışıqlar və mesajlar müəyyən olundu. Sonuncu dəfə “Nurik” adlı istifadəçi ilə xx xxxxxx 2020-ci il tarixdə danışıq olmuşdur. (Cild 01, iş vərəqə 183) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı telefonda “Ezim İran” adlı şəxsə məxsus +**********73 saylı mobil nömrənin, “Mehdi İran” adlı şəxsə məxsus +**********96 saylı mobil nömrənin, “X15” adlı şəxsə məxsus +**********01 saylı mobil nömrənin, “Əli$i” adlı şəxsə məxsus +**********93 saylı mobil nömrənin, “Əmə” adlı şəxsə məxsus +**********34 saylı mobil nömrənin, “Ferid” adlı məxsus +**********54 saylı mobil nömrənin, “Ho” adlı şəxsə məxsus +********** saylı mobil nömrənin, “Hüseyn terminal” adlı şəxsə məxsus +**********16 saylı mobil nömrənin, “Qaraşım” adlı şəxsə məxsus +**********43 saylı mobil nömrənin, “Qardaş” adlı şəxsə məxsus +**********43 saylı mobil nömrənin, “Qulu Brat” adlı şəxsə məxsus +**********33 saylı mobil nömrənin, “Məcid İmran” adlı şəxsə məxsus +**********43 saylı mobil nömrənin, “Milad” adlı şəxsə məxsus +**********56 saylı mobil nömrənin, “Otel” adlı şəxsə məxsus +**********433 saylı mobil nömrənin olması müəyyən edilmişdir. (Cild 02, iş vərəqə 56-72) İş üzrə Azərbaycan Respublikası DİN-in “Giriş-Çıxış və Qeydiyyat” İAMAS-dan alınmış Təqsirləndirilən şəxs3 sərhəd keçməsinə dair məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə Astara Sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini tərk edib İran İslam Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə Biləsuvar Sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini tərk edib İran İslam Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 02, iş vərəqə 141) Cinayət işi üzrə əldə olunmuş baxış zamanı götürülmüş 47,691 qram narkotik vasitə heroin və 40,063 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalan 47,590 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalıq qalan 39,963 qram psixotrop maddə metamfetamin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır. (Cild 01, iş vərəqə 114, 115) Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 götürülmüş “Xiaomi” markalı mobil telefonda narkotik vasitənin qoyulduğu yeri göstərən videogörüntü olduğundan maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı telefon içərisində Nurlan adlı şəxslə danışıqlar olduğundan maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs3 götürülmüş “Samsung” markalı mobil telefonda “Mehdi” adlı şəxsə məxsus İran mobil operatorunun nömrəsi aşkar olunduğundan maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 2, iş vərəqə 147-162) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X10 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X10 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CMnin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X10 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X10 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X10 6-cı bəndinin 4-cü abzasına əsasən, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə özlərini təqsirli bilməmələri, Təqsirləndirilən şəxs1 isə özünü qismən təqsirli bilməsi barədə verdikləri ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmədə dindirmə protokolları, həmçinin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməyərək, ümumiyyətlə narkotik vasitədən məlumatsız olduğunu bildirsə də, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onunla Lənkəran şəhərində qonşuluqda yaşamış, onların yaxşı dostluq münasibətləri olmuş, Hüseyn narkotik vasitə heroin istifadəçisidir. O, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakıda dostu Ariflə birlikdə Arifin kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən ünvanını dəqiq bilmədiyi evdə qalmışdır. O, Arifə məxsus avtomobildə taksi fəaliyyəti ilə məşğul olmuş, gündüzlər avtomobili Arif, axşamlar isə o idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə dostu Nurlan onu Hüseynin kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ünvanını dəqiq xatırlamadığı evlərinə dəvət etmiş, Nurlanla Hüseyn qohumdur, Nurlanın telefon nömrəsi ***-***-**-**- olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə onun ad günü olduğu üçün Nurlan və Hüseyn ad gününü birlikdə keçirməklərini istəmiş, o Nurlanın təklifi ilə razılaşmış və xx xxxxxx 2020-ci il tarixdə onların yaşadığı evə getmiş, iki gün orada qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o Hüseynlə birlikdə ad günü ilə əlaqədar bazarlıq etmək, həm də hərbi xidmətdə olan dostları üçün pal-paltar almaq məqsədi ilə evdən çıxaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın Ticarət Mərkəzinə” getmişlər. Onlar oraya çatdıqda Hüseyn ona parkın başında gözləməsini və qısa müddətə gələcəyini bildirmiş, o da Hüseyni bir qədər gözlədikdən sonra Hüseyn qayıtmış, onlar birlikdə bir neçə dükana girmiş və sonradan parka tərəfə getmişlər. Parkda Hüseyn cibindən bir ədəd “Kent 8” markalı siqaret qutusunu çıxarmış və “Tir atıcılıq” adlanan yerin yanında şam ağacının altına qoymuş, o, Hüseyndən bunun nə olduğunu soruşduqda Hüseyn həmin siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, Mehdi adlı İran İslam Respublikası vətəndaşının satmaq üçün göndərdiyini və başqa bir şəxsin gəlib götürəcəyini bildirmişdir. Hüseyn ondan həmin siqaret qutusunun şəklini çəkməsini istəmiş, o da Hüseynin sözü ilə qutunun şəklini çəkmiş və Nurlana göndərmiş, Mehdi adlı şəxsi tanımamışdır. Hüseyn ona bildirmişdir ki, qutunun şəkilinin çəkib Mehdiyə göndərsin, o da nömrəsinin Mehdinin telefonuna düşməsini istəmədiyi üçün Nurlana göndərmişdir. Daha sonra onlar birlikdə oradan bir qədər uzaqlaşıb Laçın ticarət mərkəzinə girmiş, sonra təxminən saat 14.30 radələrində bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanlarında olan iki nəfər şəxsi onlara təqdim edərək həmin şəxslərin hal şahidi olduqlarını bildirib, sonra onların anket məlumatları barədə maraqlanmış və onlar öz anket məlumatlarını onlara bildirmişlər. Bundan sonra polis əməkdaşları onları barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Qərarla tanış edildikdən sonra onlara izah edilmişdir ki, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin vasitəçiliyi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhədirlər. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə onlara təklif olunmuşdur ki, üzərilərində nə əşya varsa təqdim etsinlər. Onlar üzərilərində qanunsuz əşya olmadığını bildirmiş və polisin baş verənlərdən məlumatının olduğunu gördükləri üçün təxminən bir neçə dəqiqə əvvəl “Kent” siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddəni Laçın ticarət mərkəzi ilə üzbəüz parkda ağacın dibinə qoyduqlarını bildirmişlər. Hüseynin üzərinə baxış zamanı bir ədəd Samsung və bir ədəd Nokia markalı mobil telefonlar, onun üzərinə baxış zamanı isə bir ədəd Xiaomi, bir ədəd Nokia markalı mobil telefonlar aşkar olunmuşdur. Onların üzərindən qanunsuz əşyalar aşkar olunmamış, sonra onların narkotik vasitə və psixotrop maddəni qoyduqları yerə getmişlər. Polis əməkdaşları Laçın ticarət mərkəzinin qarşısında olan parka girərkən təxminən 50-60 metr sonra sol tərəfdə, “Tir atıcılıq” adlanan yerin yanında olan şam ağacının altında bir ədəd “Kent” siqaret qutusunu götürmüşlər. Polis əməkdaşları həmin qutunu açaraq içərisinə baxmış və qutunun içərisində olan iki ədəd büküm zərfə qoyularaq möhürlənmiş, həmin zərfin üzərini o, Hüseyn və hal şahidləri imzalamışdır. Bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmış, oraya gəldikdə Hüseynə və ona hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Bundan sonra X7 vəkil kimi dəvət edilərək ona təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və heç bir etirazı olmadığı üçün protokolu imzalamışdır. Həmin narkotik vasitə və psixotrop maddəni Hüseyn əldə etmiş, onda olan məlumata əsasən Hüseyn həmin narkotik vasitəni qohumu Nurlan adlı şəxsin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxsdən satmaq məqsədi ilə almışdır. Belə ki, Mehdi Hüseynə narkotik vasitə və psixotrop maddələri qoyduğu yeri bildirməli və Hüseyn həmin yerdən narkotik vasitə və psixotrop maddələri götürərək Mehdininin dediyi yerə qoymalı, daha sonra şəklini çəkib Mehdiyə göndərməli olmuşdur. Lakin Hüseynin meqabaytı olmadığı üçün o həmin siqaret qutusunun şəklini çəkib Nurlana göndərmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə əsasən təqsirləndirilən şəxs Dadaşov X2 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqə 158-159) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 157) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs3 Gəncə Hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunanlarla bağlı əvvəllər məhkum olunmuş hesab edilməlidir. (Cild 2, iş vərəqə 133) İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 41) İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 176) İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 178) Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi halını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi halını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs3 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayaraq təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 679, 693 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 47,591 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalıq qalan 39,963 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu cür maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirəyə məruz qalmalı, dövriyyəsi qadağan olunduğundan məhv edilməli, cinayət işi materiallarına əlavə olunmuş – Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 götürülmüş 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 oğlundan götürülmüş “Xiaomi” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 364 manat məbləğində pul vəsaitindən 121 manat, 33 qəpik pul Təqsirləndirilən şəxs1, 121 manat 34 qəpik pul Təqsirləndirilən şəxs2 oğlundan, 121 manat, 33 qəpik pul isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-8/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 26; 130-132). Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-9/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 36; 127-129). Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-290/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 209; 269-271). Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 7 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 oğluna qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 47,591 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalıq qalan 39,963 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu cür maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirə olunaraq məhv edilsin, cinayət işi materiallarına əlavə olunmuş – Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 götürülmüş 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 oğlundan götürülmüş “Xiaomi” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 364 manat məbləğində pul vəsaitindən 121 manat, 33 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, 121 manat, 34 qəpik Təqsirləndirilən şəxs2 oğlundan, 121 manat, 33 qəpik Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar