Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən nömrəsiz fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə xx.xx.1988-ci Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən nömrəsiz fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Cəfərov X3 Ağır Cinayətlər Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2019-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən 2019-cu ilin təxminən mart ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,1 qram çəkidə narkotik vasitə tiryəki əldə edərək əynindəki tünd-göy rəngli gödəkçənin sol içəri cibində gizlətməklə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq saxlamış, törətdiyi cinayət əməlinə görə 15 oktyabr 2019-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş, orada saxlanıldığı müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu və narkotik vasitənin əldə edilməsindən xəbərsiz olan Şahid6 28 oktyabr 2019-cu il tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs1 gətirdiyi sovqata baxış keçirilərkən sonuncuya məxsus tünd-göy rəngli gödəkçənin sol içəri cibindən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 2,1 qram çəkidə narkotik vasitə tiryək Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs1 təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən 2019-cu ilin oktyabr ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 154,42 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bölərək 104,405 qramını Təqsirləndirilən şəxs1, qalan 50,015 qramını isə Təqsirləndirilən şəxs2 üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20-dən sonra Sumqayıt şəhəri, xxxx bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə saxlanılıb üzərlərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində olan dəri əl çantasının içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 104,405 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən isə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21.11.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 04.12.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən 2019-cu ilin oktyabr ayının ortalarında naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 154,42 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bölərək 104,405 qramını Təqsirləndirilən şəxs1, qalan 50,015 qramını isə Təqsirləndirilən şəxs2 üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün axşam saatlarında saat 20 radələrindən sonra Sumqayıt şəhəri, xxxx bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə saxlanılıb üzərlərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində olan dəri əl çantasının içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 104,405 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən isə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, baxılan iş üzrə həbsə alınmamışdan əvvəl şəxsi istifadəsi üçün xatırlamadığı yerdən və şəxsdən əldə etdiyi 2,1 qram çəkidə narkotik vasitə tiryəki əynindəki tünd-göy rəngli gödəkçənin sol içəri cibinə qoymuş və həmin gödəkcəni yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi yaşayış evində paltar dolabında asmış, törətdiyi cinayət əməlinə görə 15 oktyabr 2019-cu il tarixdə tutulub Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərildikdə arvadı Şahid6 havalar soyuduğu üçün gətirib ona verməsini xahiş etmiş, lakin Şəbnəmə gödəkcənin cibində tiryək olduğunu bildirməmişdir. 28 oktyabr 2019-cu il tarixdə Şəbnəmin gətirdiyi gödəkcəyə istintaq təcridxanasının əməkdaşları baxış keçirdikləri zaman həmin gödəkçənin sol içəri cibindən ona məxsus 01 ədəd şəffaf sellofan bükümdə olan 2,1 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bir daha bildirir ki, həmin tiryəkdən arvadının məlumatı olmamışdır. Digər epizod üzrə ona verilmiş ittihamı qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur, hər ikisi Lənkəran şəhərində yaşamış, işsizlik ucbatından Bakı şəhərinə gələrək taksi fəaliyyəti ilə məşğul olaraq ailələrini dolandırmışlar. O, tiryək istifadəçisi olmuşdur. Heroin qəbul etməmişdir. İttihamda göstərildiyi kimi 10 oktyabr 2019cu il tarixdə Şahinlə birlikdə Lənkəranda yaşayan qohumlarını görmək üçün avtovağzaldan Lənkərana gedən taksi avtomobili ilə Lənkərana getməmş, taksidə Ramiz adlı şəxslə tanış olmamış, ondan heroin əldə etmə barədə razılığa gəlməmiş və ona pul verməmişlər. Belə ki, 14.10.2019-cu ildə saat 18 radələrində idarə etdiyi maşınla uşaqlıq dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Xırdalan şəhərindən Sumqayıt şəhərinə dostları ilə görüşüb çay içmək məqsədilə getmiş, xxxx bağları yaşayış massivinin ərazisində 4 avtomobil onun maşınını təqib etmiş, həmin maşınlardan ikisi onun maşınının ön və arxa hissəsinə vuraraq sıxışdırıb saxlatdırmış, maşınlardan çıxan mülki geyimli şəxslər mişar daşı ilə onun maşınının bütün şüşələrini qırmaqla onu və Təqsirləndirilən şəxs2 maşından çıxararaq heç bir sənəd təqdim etmədən, kim olduqlarını demədən sarsıdıcı təpik və daş zərbələri ilə vuraraq onları öz avtomobillərinə zorla soxub Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışlar. Orada onları ayrı-ayrı otaqlara salıb döyərək işgəncələrə məruz qoymuş və törətmədikləri cinayəti onlara yükləmişlər. Onları döyərək işgəncə verən əməkdaşların adları budur- Səttar, Surxay, Aydın, Zahid, Ələkbər və digərləri olmuşdur. İbtidai istintaq zamanı əməliyyatçılar tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün həqiqətə uyğun olmayan ifadələr vermişdir. Bakı istintaq təcridxanasına yerləşdirilən gün tibbi müayinədən keçmiş, üzərində heç bir xəsarət olmamış, həkimlərə, prosessual rəhbərliyi həyata keçirən prokurora və onun barəsində həbs qətimkan tədbiri seçmiş hakimə döyülməsi barədə şikayət etməmişdir. Düzgün ifadə bu gün məhkəmədə verir, bu ifadəsinə inanmağı xahiş edir. O, qərəzli şəkildə tutulmuş, tutulan zaman üzərində 100 qram heroin olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı deyildir. Digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostu olmaqla bir yerdə Lənkəran şəhərində dünyaya gəlib böyümüşlər. Əvvəllər Təqsirləndirilən şəxs1 kimi məhkum olunmuş, lakin onlar cəzalarını ayrı-ayrı CÇM-də çəkmişlər. Azadlığa çıxdıqdan sonra hər ikisi ailələrini dolandırmaq üçün Bakı şəhərində yaşayıb taksiçilik fəaliyyəti ilə məşğul olmuşlar. O, narkotik vasitəsi olan heroindən istifadə edirdi. Lakin 10 oktyabr 2019-cu il tarixdə Məhəmmədlə birlikdə Lənkərana başqa taksi ilə getməmiş, yolda Ramiz adlı şəxslə tanış olmamışlar, ondan 1800 manat verməklə 150 qram heroin əldə etməmişlər. Bu məsələ polislərin qurmasıdır. Tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini isə polislərin fiziki təzyiqi nəticəsində vermişdir. Belə ki, 14.10.2019-cu ildə saat 18 radələrində uşaqlıq dostu Təqsirləndirilən şəxs1 idarə etdiyi maşınla ikisi birlikdə Xırdalan şəhərindən Sumqayıt şəhərinə dostları ilə görüşüb çay içmək məqsədilə getmiş, xxxx bağları yaşayış massivinin ərazisində 4 avtomobil onların maşınını təqib etmiş, həmin maşınlardan ikisi onların maşınının ön və arxa hissəsinə vuraraq sıxışdırıb saxlatdırmış, maşınlardan çıxan mülki geyimli şəxslər mişar daşı ilə maşınının bütün şüşələrini qırmaqla onu və Təqsirləndirilən şəxs1 maşından çıxararaq heç bir sənəd təqdim etmədən, kim olduqlarını demədən sarsıdıcı təpik və daş zərbələri ilə vuraraq onları öz avtomobillərinə zorla soxub Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışlar. Orada onları ayrı-ayrı otaqlara salıb döyərək işgəncələrə məruz qoymuş və törətmədikləri cinayəti onlara yükləmişlər. Onları döyərək işgəncə verən əməkdaşların adları budur. Səttar, Surxay, Aydın, Zahid, Ələkbər və digərləri olmuşdur. Bakı istintaq təcridxanasına yerləşdirilən gün tibbi müayinədən keçmiş, üzərində heç bir xəsarət olmamış, həkimlərə, prosessual rəhbərliyi həyata keçirən prokurora və onun barəsində həbs qətimkan tədbiri seçmiş hakimə döyülməsi barədə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri yalnız keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Bu şəxslərlə ondan əvvəl tanışlığı olmamış, lakin onların narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğu üçün rəhbərliyə məruzə etməklə müvafiq qərar əsasında tədbir keçirilmişdir. Hazırki cinayət iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin aşkar edilməsi məqsədi ilə iş yoldaşları Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirində özü də iştirak etmiş və həmin tədbirə rəhbərliyi həyata keçirmişdir. 14 oktyabr 2019-cu il tarixdə tədbirin keçirilməsi məqsədilə onlar 2 nəfər şəxsi, yəni Şahid4 və Şahid5 əməliyyat tədbirində hal şahidləri qismində iştirak etmələrini təklif etmiş, onlar tədbirdə iştirak etməyə razı olduqdan sonra onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş bütün hüquq və vəzifələrini izah etmişlər. 14 oktyabr 2019cu il tarixdə saat 20 radələrində onlar birlikdə 2 maşınla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları ehtimal olunan Sumqayıt şəhəri, xxxx bağları, Nəsimi küçəsi, 2-ci məhəlləyə getmiş, orada bu şəxslər xxxx markalı maşında olmuş, sükan arxasında Təqsirləndirilən şəxs1, yanında isə Təqsirləndirilən şəxs2 olmuşlar. Məhəəmməd Cəfərov onların nəqliyyat vasitələrini gördükdə olduqları maşınla durduqları yerdən sürüb getməyə cəhd etmişlər, lakin onlar maşınlarını Təqsirləndirilən şəxs1 sürdüyü maşının qarşısına verdikləri üçün sonuncuların qaçmaq cəhdi alınmamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi maşın polis əməkdaşının idarə etdiyi maşina yüngülvari dəyərək əzmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi maşının isə qabaq faraları zədələnmişdir. Buna baxmayaraq bu şəxslər saxlanıldıqdan sonra heç bir müqavimət göstərmədən onların tələblərinə tabe olduqları üçün onların maşınla sürüb getmək cəhdini qabartmamışlar. Elə saxladıqları ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək onlara Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmaları izah olunmuş və hal şahidlərini onlara təqdim etmişlər. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və sonuncu sağ əlində tutduğu 01 ədəd qara rəngli dəri əl çantasının içərisində 01 (bir) ədəd bükümdə təxminən 100 (yüz) qram narkotik vasitə olan heroinə bənzər, 100 (yüz) manat pul və 01 (bir) ədəd Samsung markalı mobil telefon olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 sağ əlində tutduğu 01 (bir) ədəd qara rəngli dəri əl çantasının içərisindən 01 (bir) ədəd bükümü, 01 (bir) ədəd «Samsung» markalı mobil telefonunu, 100 (yüz) manat pulu onlara təqdim etmiş və həmin bükülü hal şahidlərinin iştirakı ilə açıldıqda bükümün içərisində tünd qəhvəyi kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Həmin bükümü zərfə qoyub DİN-in 7 nömrəli möhürü ilə özü möhürləmiş və zərfin üzərinə tədbir iştirakçıları imzalarını qoymuşlar. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus mobil telefon da iş üçün əhəmiyyət daşıdığına görə götürülmüş, lakin sonuncuya məxsus 100 manat pulu özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs2 üzərində olan 01 (bir) ədəd bükümdə təxminən 50 (əlli) qram çəkidə narkotik vasitə olan heroinə bənzər, 01 (bir) ədəd Samsung markalı mobil telefon və 80 (səksən) manat pulu onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm açıldıqdan sonra bükümün içərisində tünd rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Odur ki, həmin bükümü zərfə qoyub DİN-in 7 nömrəli möhürü ilə möhürləmiş və zərfin üzəri tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus mobil telefon iş üçün əhəmiyyət daşıdığına görə götürülərək, ona məxsus 80 manat pul isə özünə qaytarılmışdır. Sorğu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlardan aşkar olunmuş vasitənin narkotik vasitə olan heroin olmasını, həmin heroini təxminən 5-6 gün əvvəl Cəlilabad rayonunda tanımadıqları şəxsdən qramı 12 manat olmaqla ümumilikdə 1800 manata aldıqlarını bildirmişlər. Bundan sonra onlar, hal şahidləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedərək orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə həmin gün saat 23 radələrində tədbirin nəticəsinə dair protokol tərtib etməklə bütün iştirakçılar həmin protokolu sərbəst və könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxslərin guya onlara qarşı fiziki zor tətbiq olunmasına dair ifadələri həqiqətə uyğun deyildir. Heç kəs onları döyməmiş, etmədiyi əməli öz üzərlərinə götürməyi tələb etməmiş, əksinə bu şəxslər saxlanıldıqda könüllü və heç bir etiraz etmədən üzərlərində olan narkotik vasitəsi heroni təqdim etməklə yanaşı, həmin narkotik vasitəni aldığı yeri və ödədiyi pulun məbləğini göstərmişlər. Əlavə qeyd etmək istəyir ki, rəsmi qaydada videoçəkiliş aparılmamışdır, ola bilsin ki, əməkdaşlardan hansısa özbaşına şəxsi telefonuna nə isə çəksin, lakin onun bundan məlumatı olmamışdır. Ola bilsin ki, hal şahidi bu halı görmüşdür. Həmçinin onu da təsdiq edir ki, Təqsirləndirilən şəxs2 xahişi ilə sonuncunun qardaşı Çingizə zəng edərək Şahinlə Təqsirləndirilən şəxs1 olduqları “xxxx” markalı maşını Bakı Avtovağzal dairəsində Çingizə təhvil vermişdir. Orada Çingiz qardaşını və Təqsirləndirilən şəxs1 görmüş, qardaşı ilə söhbət etmiş, lakin bu şəxslərin heç biri tutulmaları ilə əlaqədar Çingizə narazılıq etməmişlər, əksinə maşının Çingizə qaytarılmasını məmnunluqla qarşılamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Bu şəxslərin tutulması və üzərlərinə baxış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokolu təsdiq edir. Məhkəmədən xahiş edir ki, nəzərə alsın ki, o və həmkarları demək olar ki, hər gün əməliyyat-axtarış tədbirlərində olur, bəzi hallarda gün ərzində bir neçə tədbirlərdə iştirak edirlər. Bu şəxslər barəsində onu xatırlayır ki, tədbirin rəhbəri həmkarları Şahid1 olmuş, hal şahidlərini o dəvət etmiş, həmçinin tədbirin Sumqayıt şəhər ərazisində olan xxxx bağlarında keçirildiyini xatırlayır. Xatırlayır ki, tədbir keçirilən zamanı həmçinin dəvət edilmiş 2 nəfər hal şahidləri də onların yanında olmuşdur. Elə saxlandıqları ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində olan narkotik vasitə heroini təqdim etmişlər, baxışa dair protokollar isə idarədə müdafiəçilər dəvət olunduqdan sonra tərtib edilmişdir. Həmin protokollarda əks olunan halları təsdiq edir. Belə ki, protokollar hadisədən dərhal sonra tərtib olunduğu üçün həqiqəti əks etdirir. Müdafiəçilərin iştirakı ilə tədbirin nəticəsinə dair protokol tərtib edilməklə bütün iştirakçılar həmin protokolu sərbəst və könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxslərin guya onlara qarşı fiziki zor tətbiq olunmasına dair ifadələri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin barəsində həmkarı Şahid1 aldığı əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Bununla belə bu tədbirdən artıq bir ildən çox müddət keçdiyi üçün və demək olar ki, hər gün əməliyyat-axtarış tədbirlərində iştirak etdiyi üçün hadisənin təfərrüatlarını tam xatırlaya bilmir. Lakin onu xatırlayır ki, tədbirin rəhbəri Şahid1 olmuş, tədbir keçirilən zamanı həmçinin Şahid1 tərəfindən dəvət edilmiş 2 nəfər hal şahidləri də onların yanında olmuşdur. Elə saxladıqları ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində olan heroinə bənzər maddələri könüllü olaraq təqdim etmişlər. Artıq uzun müddət keçdiyindn hər birinin üzərində aşkar olunmuş narkotik vasitənin çəkisini xatırlamır. Lakin baxış protokolunda göstərilən halları təsdiq edir. Təqsirləndirilən şəxslərin guya onlara qarşı fiziki zor tətbiq olunmasına dair ifadələri həqiqətə uyğun deyildir. Heç kəs onları döyməmiş, etmədiyi əməli öz üzərlərinə götürməyi tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müslümov Zamiq Əzənşah oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hal şahidi qismində iştirak etdiyi tədbir zamanı tanımışdır. O, Abşeron rayonu Masazır qəsəbəsində yaşamaqla özünə məxsus maşınla sərnişin daşımaqla məşğuldur. Hadisə günü axşam saatlarında Bakı şəhəri, Səbail rayonu inzibati ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının yaxınlığında maşında müştəri gözlədiyi zaman bir nəfər mülki geyimli şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirdmiş, keçiriləcək əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Bir vətəndaş kimi özü də polis əməkdaşının bu təklifi ilə razılaşmış və ictimai borcunu yerinə yetirmək məqsədi ilə heç bir etiraz etmədən polis əməkdaşlarının maşınlarının biri ilə Sumqayıt şəhəri Simurq restoranının yanına getmişlər. Ondan başqa bir nəfər hal şahidi də olmuşdur. Əməliyyata xatırladığı kimi 3 maşınla getmişlər. Sumqayıt şəhəri, xxxx bağları ərazisində polis əməkdaşları hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamış, onlara üzərlərinə baxış keçirilməsinə dair qərarı təqdim etmiş, üzərlərində hər hansı qanunsuz əşya varsa təqdim etmələrini təklif etmişlər. Xatırlayır ki, hər iki təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs1 üzərindəki çantadan və Təqsirləndirilən şəxs2 cibindən hərəsi bir sellofan bağlama çıxarıb polis əməkdaşlarına təqdim edərək bağlamalarda heroin olmasını bildirmişlər. Bundan sonra hamısı birlikdə Narkotiklərlə Mübarizə Baş İdarəsinə getmişlər, orada müdafiəçilərin iştirakı ilə protokol tərtib olunmuş, protokola hamı imza atmış, keçirilən tədbir zamanı təqsirləndirilən şəxslərə qarşı zor və təzyiq tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, lakin 28 oktyabr 2019-cu il tarixdə təxminən saat 09:40 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 yanına sovqat gətirən arvadı Şahid6 gətirdiyi sovqatın içərisinə görüş otağında baxış keçirilən zamanı sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd şəffaf sellofona bükülmüş halda narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxtı Şahid6 gətirdiyi sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən bir ədəd şəffaf sellofona bükülmüş halda narkotik vasitənin olmasından məlumatı olmadığını, həmin gödəkçənin həyat yoldaşı Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirmişdir. Şahid6 gödəkçəni soyuqlar düşdüyü üçün ərinin xahişi ilə gətirdiyini bildirmişdir. Gödəkçənin cibindən narkotik vasitəyə oxşar kütlənin aşkar olunması ilə bağlı protokol tərtib olunmuş, həmin protokolu baxışda iştirak edən əməkdaş və hal şahidləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, lakin 28 oktyabr 2019-cu il tarixdə təxminən saat 09:40 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 yanına sovqat gətirən arvadı Şahid6 gətirdiyi sovqatın içərisinə görüş otağında baxış keçirilən zamanı sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd şəffaf sellofona bükülmüş halda narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxtı Şahid6 gətirdiyi sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən bir ədəd şəffaf sellofona bükülmüş halda narkotik vasitənin olmasından məlumatı olmadığını, həmin gödəkçənin həyat yoldaşı Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirmişdir. Şahid6 gödəkçəni soyuqlar düşdüyü üçün ərinin xahişi ilə gətirdiyini bildirmişdir. Gödəkçənin cibindən narkotik vasitəyə oxşar kütlənin aşkar olunması ilə bağlı protokol tərtib olunmuş, həmin protokolu baxışda iştirak edən əməkdaş və hal şahidləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Məhəmmədlə 13 il olaraq nigaha girməsələr də ailəlidirlər. Digər Təqsirləndirilən şəxs2 də tanıyır. Şahin Məhəmmədin dostudur. Məhəmmədlə Şahin 2014-cü ildə birgə törətdikləri narkotik cinayəti ilə əlaqədar Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən məhkum olunmuşlar. Məhəmmədlə birgə nigahdan bir övladları vardır. 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs1 həbsdən azad olunduqdan sonra Məhəmmədlə birlikdə Abşeron rayonu Xırdalan şəhərində «AAFpark» yaşayış kompleksinin yaxınlığında yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. 14 oktyabr 2019-cu il tarixdə əri dostu Şahinlə birlikdə narkotik vasitələri ilə bağlı tutularaq Bakı İstintaq Təcridxanasına göndərilmişlər. Məhəmməd istintaq təcridxanasında olduğu müddətdə bir neçə dəfə onunla telefon əlaqəsi saxlamış, özü və qızı ilə hal əhval tutmuş, sonuncu dəfə 27 oktyabr 2019-cu il tarixdə zəng vuraraq havalar soyuduğundan evdə şkafda olan tüng göy rəngli qolsuz gödəkçəsini gətirməyini xahiş etmişdir. 28 oktyabr 2019-cu il tarixdə səhər tezdən Təqsirləndirilən şəxs1 yemək, siqaret və gödəkçəni ciblərini yoxlamadan sovqatın içərisində yerləşdirərək saat təxminən 09:00 radələrində Bakı İstintaq Təcridxanasına gəlmiş, orada görüş otağında sovqat yoxlanılarkən ərinin gödəkcəsinin sol iç cibindən sellofan büküm aşkar edilmişdir. Bundan sonra hal şahidləriin iştirakı ilə həmin sellofana baxış keçirilmişdir. Şəffaf sellofan açıldıqda içində qara rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, bununla bağlı tərtib olunmuş sənədlərə o da imza atmışdır. Aşkar olunmuş maddə ilə bağlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, gödəkcənin iç cibinə qoyulan maddədən xəbəri olmamış, bilsəydi ki, gödəkcənin cibində belə bir şey var, mütləq həmin bükümü çıxarıb atardı. Nə özünü, nə də ərini təhlükəyə atmazdı. Onsuz da əri narkotik vasitəyə görə həbs olunmuşdur. İstintaq təcridxanasından əri ona etdiyi zənglər zamanı onu saxlayan polis əməkdaşları və müstəntiqdən şikayətlər edir, polislərin onları döyməsini, olduqları maşını əzməsini bildirmişdir. Bu səbəbdən o, ayrı-ayrı dövlət orqanlarına ərinin işi ilə əlaqədar şikayətlər yazmış, lakin məhkəmədən şikayəti və narazılığı yoxdur. Belə ki, məhkəmə onu iclasa dəvət etmiş, onu ətraflı dinləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır, bu işlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həqiqətən o, 28.10.2019-cu il tarixdə törətdiyi soyğunçuluq cinayət əməlinə görə Bakı istintaq təcridxanasında saxlanılırdı, azadlığa buraxıldıqdan sonra təkrar törətdiyi soyğunçuluq cinayətinə görə yenidən həmin İT-na yerləşdirilmişdir. İbtidai istintaq zaamanı verdiyi ifadəsində göstərmişdir ki, 28.10.2019-cu il tarixdə həmin istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 yanına sovqat gətirən arvadı Şahid6 gətirdiyi gödəkcəyə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. İfadəsinə uyğun olaraq gödəkcənin sol içəri cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Sovqat gətirmiş Şahid6 gödəkcənin cibindən aşkar olunan maddədən xəbəri olmadığını, gödəkcəni əri Təqsirləndirilən şəxs1 xahişi ilə gətirdiyini bildirmişdir. İfadə protokolunda hər vərəqin altında olan imzalar və ifadəsinin sonunda «ifadəmi oxudum, sözlərimlə düzdür, ona görə də imzamla təsdiq edirəm » sözlərindən sonra olan imza ona məxsusdur. Şahid Məmmədov Şahid11 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Şahid6 göstərmişdir ki, 28.10.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasının qəbul otağında ərinə gətirdiyi sovqatın içindəki gödəkcənin cibindən aşkar olunmuş sellofan bükümə baxışda hal şahidi qismində hal-hazırda məhkəmə zalında gördüyü Şahid11 Məmmədov olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1 isə qardaşının dostudur. Hadisə ilə bağlı onu xatırlayır ki, ona zəng gəlmiş, zəng edən polis əməkdaşı olmuşdur. Polis əməkdaşı bildirmişdir ki, qardaşı Şahin və Təqsirləndirilən şəxs1 narkotik vasitəsi ilə tutulmuş, qardaşında olan maşını gəlib Bakı şəhər avtovağzal dairəsindən götürüb aparsın. Bu zəng axşam vaxtı olmuşdur. Deyilən yerə getdikdə orada xxxx markalı qabaq farası əzilmiş halda olan maşın görmüş, həmçinin qardaşı Şahinlə onun dostu Məhəmmədi də görmüşdür. Qardaşı və Məhəmməd ona hər hansı bir narazılıq bildirməmiş, sadəcə qardaşı bir mobil nömrə deyərək həmin nömrəyə zəng edib maşını təhvil verməsini xahiş etmişdir. Bundan sonra o, xxxx markalı maşina minərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkilinin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanladığı 14 oktyabr 2019-cu il tarixli raportundan müəyyən olunur ki, əvvəllər məhkum olunmuş, əslən Lənkəran rayonundan olan «Məhəmməd» və «Şahin» adlı şəxslərin mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 15 oktyabr 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, xxxx bağları, Nəsimi küçəsi 2-ci məhəllədə saxlanılmış və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 sağ əlində olan qara rəngli dəri əl çantasının içərisindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 104,405 qram olan narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 50,015 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüş, həmçinin hər iki şəxsin üzərindən ayrı-ayrılıqda “Samsung” markalı mobil telefonları aşkar edilərək götürülmüşdür. Protokoldan müəyyən olunur ki, əməliyyat tədbirini keçirilməsi videoçəkiliş aparılmadan həyata keçirilmişdir. “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi barədə» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış müdafiəçinin iştirakı ilə 14.10.2019-cu il tarixdə saat 23:05-dən saat 23:30-dək keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərinə baxış müdafiəçinin iştirakı ilə 14.10.2019-cu il tarixdə saat 23:35-dən saat 23:55-dən keçirilmiş, tədbirə dair protokol isə 15.10.2019-cu il tarixdə saat 01:30-dan saat 01:25-dək Bakı şəhərində polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 15.10.2019-cu il tarixli müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində və 16.10.2019-cu il tarixdə təqsirləndirilbəqn şəxslər qismində verdikləri ifadələrində göstərmişlər ki, onlar birbirini uşaqlıq dövründən tanımaqla dost olmuş, hər ikisi narkotik vasitə olan heroindən mütəmadi istifadə etmiş, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar eyni iş üzrə Lənkəran Ağır Cinayətlr Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə məhkum edilmişlər, azadlığa çıxdıqdan sonra dostluqlarını və narkotik vasitələrdən istifadə etmələrini davam etmişlər, 2019-cu ilin oktyabr ayında Lənkrana qohumlarına baş çəkməyə getdikdə taksidə Cəlilabad rayonunda Ramiz adlı şəxslə tanış olaraq ona 1800 manat ödəməklə 150 qram narkotik vasitə olan heroini əldə etmələrini razılaşmalarını,Cəlilabada getməklə həmin şəxsdən 1800 manat ödəməklə 150 qram heroin əldə etdiklərini, heroinin iki ədəd ağ rəngli sellofan torbalarda olduğunu, 100 qram olan bükümü Təqsirləndirilən şəxs1, digər 50 qram olan heroin bükümünü isə Təqsirləndirilən şəxs2 götürdüyünü, taksi ilə, yəni 11.10.2019-cu il tarixdə Bakı şəhərinə qayıtdıqlarını və 14.10.2019-cu il tarixdə həmin maddələrlə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri “xxxx” bağları deyilən ərazidə saxlanıldıqdan sonra könüllü olaraq hər ikisi üzərlərinjdə olan narkotik vasitələri təqdim etdiklərini göstərmişlər. Məhkəmədə elan edilib araşdırılmış xxxx MMC tərəfindən ibtidai istintaq orqanına təqdim etdiyi məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 070-549-78-9 saylı nömrə 12.10.2019-cu il tarixdə saat 11:13:12-dən Lənkəran şəhərində qeydə alınmış, 12.10.2019-cu il tarixdə saat 17:50:47-dən saat 17:54:44-dək Cəlilabad rayonunda qeydə alınmış, həmin tarixdə saat 19:02:56-da və 13.10.2019-cu il tarixdə saat 00:08:40-da Biləsuvar gömrük keçid məntəqəsində quraşdırılmış anten tərəfindən qeydə alınmış, həmin tarixdə saat 08:20:19 və saat 08:21:04-də Cəlilabad rayonu Avtovağzal ərazisində qeydə alınmış, 13.10.2019-cu il tarixdə saat 09:53:58-dən saat 19:08:11-dək Lənkəran rayonunda qeydə alınmaqla, həmin tarixdə saat 23:07:27-dən Abşeron rayonu Xırdalan şəhərində qeydə alındığı müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” MMC tərəfindən ibtidai istintaq orqanına təqdim etdiyi 22.11.2019-cu il tarixli, AZT/LGZ-28759/19 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə 01.09.2019cu il tarixdən 15.10.2019-cu il tarixədək xxxx şəbəkəsində istifadə edilməmişdir, digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair CD diskdə əks etdirilən məluatlardan müəyyən olunur ki, 14.10.2019-cu il tarixdə saat 20:20?:32-də ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadsində olan ***-***-**-** saylı telefon nömrəsinə “Maqa mənəm aç” SMS mətni daxil olmuşdur, bu vaxtdan sonra başqpa SMS-lər olmamış, 14.10.2019-cu il tarixdə saat 20:20:32-də ***-***-**-** telefon nömrəsindən Məmməd Cəfərovun istifadəsində olan ***-***-**-** saylı nömrənin anten göstəricisi Sumqayıt şəhəri, 13 mikrorayon, Üzeyir Hacıbəyov küçəsi göstərilmiş, bundan sonrakı vaxtlara dair anten göstəriciləri mövcud deyildir. Məhkəmənin 26.04.2021-ci il tarixli qərarına əsasən Bakcell MMC-dən əldə olunmuş məlumatlara əsasən Zamiq Müslümovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 14.10.2019-cu il tarixdə saat 20:55:08-də Avtovağzal, Bakı şəhəri, Sumqayıt şössesi, ev 3-dəquraşdırılmış antenin əhatə etdiyi dairədə olması müəyyən olunur. Bu nömrənin başqa saatlarda Sumqayıt şəhərində olmasına dair digər məlumatlar yoxdur, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten göstəricilərinə əsasən bu nömrə 14.10.2019-cu il tarixdə saat 16:30-dan başlayaraq saat 20:01-dək Sumqayıt şəhərində olmuş, saat 20:39:27-dən Avtovağzal, Bakı şəhəri, Sumqayıt şossesi, ev 3-də quraşdırılmış antenin əhatə etdiyi dairədə olması müəyyən olunur, saat 22:19:55-dən saat 23:46:28-dək bu nömrə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 257 əhatə edən dairədə olmuşdur. Azercell MMC-nin məhkəmənin 26.04.2021-ci il tarixli qərarına əsasən verdiyi məlumatlardan müəyyən olunur ki, Şahid2 istifadəsində olmuş nömrəsi (***-***-**-**) 14.10.2019-cu il tarixdə saat 19:19-da, saat 20:17-də Sumqayıt şəhərində qeydə alınmış, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi saat 19:44-də və 20:08-də Sumqayıt şəhərində qeydə alınmış, bu nömrələrin bundan sonrakı vaxtda Sumqayıt şəhərində qeydə alınmasına dair məlumat yoxdur. Beləliklə, telefon məlumatlarından məlum olur ki, 14.10.2019-cu il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1, əməliyyat-axtarış tədbirinin iştirakçıları Şahid1, Şahid2, Şahid3 və Zamiq Müslümovun istifadəsində olan telefon nömrələri Sumqayıt şəhər ərazisini əhatə edən antenlər vasitəsilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin onlardan aşkar olunmuş narkotik vasitə olan heroini Cəlilabad rayonundan əldə etmələri və 14.10.2019-cu il tarixdə saat 20 radələrində narkotik vasitə olan heroinlə Sumqayıt şəhəri, “xxxx” bağları deyilən ərazidə saxlanılmaları xxxx, Azercell, Bakcell MMC-lərin məlumatları ilə bir daha sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 28 oktyabr 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, 28 oktyabr 2019-cu il tarixdə, saat 09:40 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan 15 oktyabr 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək, cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 sovqat gətirmiş Şahid6 gətirdiyi sovqata istintaq təcridxanasının görüş otağında baxış keçirilərkən sovqatın içərisində olan tünd-göy rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd şəffaf sellofan bükümdə 2,1 qram olan şəxsi istehlak miqdarından artıq narkotik vasitə tiryək BİT-nın əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 15 oktyabr 2019-cu il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 4(005)-939/2019 və 4(005)-940/2019 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 14 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2019-cu il tarixli, 25870 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs1 sağ əlində saxlandığı 01 (bir) ədəd qara rəngli dəri əl çantasının içərisindən 01 (bir) ədəd şəffaf polietilen bükümdə heroinə oxşar maddə” yazısı olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 104,405 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədə şəffaf polietilen bükümdə heroinə oxşar maddə..” yazısı olan kağız paketdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 50,015 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərnə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 noyabr 2019-cu il tarixli, 2797 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli, 2696 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidləlrini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli, 26972 saylı ekspert arayışından müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 yanına gələn həyat yoldaşı vətəndaş Şahid6... gətirdiyi sovqatın içərisindən aşkar olunmuş...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,1 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2019-cu il tarixli, 28189 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş zərfin içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi- 2,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmə sorğusuna əsasən Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən 30.10.22020-ci il tarixli, 17/38-8332 saylı məktubla daxil olmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tibbi kitabçalarının surətlərindən müəyyən olunur ki, hər iki təqsirləndirilən şəxs 16.10.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bu şəxslərdə heç bir xəsarət və zədə aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 17 oktyabr 2019-cu il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Məmməd Cəfərova məxsus telefon “Samsung” markalı, “Galaxy A3” madelli, Təqsirləndirilən şəxs2 məxsus telefon «Samsung» markalı, “Galaxy J3” modelli mobil telefonlardır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrələrindən 01 sentyabr 2019-cu il tarixdən 15 oktyabr 2019-cu il tarixədək bu nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMSlərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrəinin sahiblərinin tam anket məlumatlarını əks etdirən telefon və digər qurğularla aparılan danışıqlar, rabitə vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi qərara alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 15 iyul 2020-ciil tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalan 104,255 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalan 49,915 qram çəkidə narkotik vasitə heroin olmaqla, ümumilikdə 154,17 qram heroin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi 2,1 qram narkotik vasitə olan tiryəkin tədqiqata sərf edildikdən sonra qalan 1,95 qram tiryək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Cəfərov X3 Ağır Cinayətlər Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2019-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyi üçün 26.02.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri xxxx Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13.05.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu hökmlə bir qrup şəxs halında əlbir olaraq törətdikləri cinayətə görə məhkum olunmuşlar. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin 16.05.2020-ci il tarixli ölüm aktından müəyyən olunur ki, Şahid4 vəfat etmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətmələri Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidlər. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 vlət oğlunun əməllərini isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran və Cəlilabad rayonlarına hadisədən bir neçə gün əvvəl getməklə narkotik vasitə olan heroini əldə etmələri ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ardıcıl ifadələri ilə, həmçinin xxxx MMC-nin məlumatları ilə, 14.10.2019-cu il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, “xxxx” bağları deyilən ərazidə narkotik vasitə olan heroinlə tutulmaları həm telefon provayderlərinin məlumatları, təqsirləndirilən şəxslərin ibtidai araşdırma və məhkəmə baxışı zamanı və şahidlərin verdikləri ifadələri, əməliyyat tədbirinin keçirilməsi v maddi sübutun götürülməsi barədə 15.10.2019-cu il tarixli protokolla, məhkəmə ekspertizaları və cinayət işinin digər materilları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hər iki təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar eyni iş üzrə əvvəllər məhkum olunub azadlığa çıxdıqdan sonra islah olunmamış, yenidən narkotik vasitələrdən istifadə etmə və satışı ilə məşğulu olmağa davam etmiş, Təqsirləndirilən şəxs1 isə 14.10.2019-cu il tarixdə həbsə alınmaqla istintaq təcridxanasına yerləşdirilməsinə baxmayaraq orada da narkotik vasitələrin yayımını keçirmək məqsədi ilə sovqatın içərisində olan ködəkcə vasitəsi ilə narkotik vasitənin İstintaq Təcridxanasına gətirilməsini təşkil etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi qirymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residvinin olması onların cəzalarını ağırlaşdıran hal kimi qiytəmləndirilir. . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalan 104,255 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalan 49,915 qram çəkidə narkotik vasitə heroin olmaqla, ümumilikdə 154,17 qram heroin və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi tədqiqata sərf edildikdən sonra qalan 1,95 qram tiryək məhv edilməlidir Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı “Məpkəz» Vəkil Bürosunun vəkili X5 (c.2, i/v 206), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Təqsirləndirilən şəxs1 huquqlarını Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və FİDES Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını isə Müdafiəçi2 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X5 üçün «Mərkəz» Vəkil Bürosunun nəfinə 300 AZN (üç yüz manat), Müdafiəçi3 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun, Müdafiəçi1 üçün 180 AZN (yüz səksən) manat “FİDES” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2019-cu tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2019-cu tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra qalan 104,255 qram heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra qalan 49,915 qram çəkidə narkotik vasitə heroin olmaqla, ümumilikdə 154,17 qram heroin və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi 1,95 qram tiryək məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 üçün 300 AZN (üç yüz manat) «Mərkəz» Vəkil Bürosunun, Müdafiəçi3 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun, Müdafiəçi1 üçün 180 AZN (yüz səksən) manat “FİDES” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-232/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver