Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-233/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X13 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru X26 və Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, X27, Zərərçəkmiş şəxs2, Nümayəndə, X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında 24 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X15 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə ümumilikdə 96.000 manat ödəyəcəyi təqdirdə həmin məktəblərin tikinti layihəsinin icrasını ona verəcəyinə dair yalan vəd verib aldatmaqla qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Halil Kırbalidən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxsla birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Şirəli” adlı şəxsin vasitəsi ilə 24.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Halil Kırbaliyə ümumilikdə külli miqdarda 96.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə həmin layihələrlə bağlı 10 aprel və 16 may 2017-ci il tarixlərdə formal konsaltinq müqavilələri bağlamış və İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs9 60.000 manat məbləğində ümumilikdə külli miqdarda 185.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 100.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 aprel 2018-ci tarixdə formal tikinti müqaviləsi tərtib etmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisinin qarşısında həmin dövrün məzənnəsi ilə 170.080 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 külli miqdarda 170.080 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova və Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs2 gəlini Şahid2 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 23 noyabr 2017-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə İranə Talışxanova ilə birlikdə həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda 85.010 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X37 və onun şəriki Zərərçəkmiş şəxs1 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində baxça binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikinti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış, İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 33.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs7 və onun şəriki Şahid1 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X32” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “X32” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 17 yanvar 2018-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış və Təqsirləndirilən şəxs İranə Talışxanova ilə birlikdə Zərərçəkmiş şəxs7 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda 255.015 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs8 nümayəndəsi Şahid10 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 manat ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs8 MMC-nin "xxxx" ASCdə olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150.000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək Zərərçəkmiş şəxs8 MMC-yə külli miqdarda 150.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri rəsmi nikahda olduğu X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid9 Göygöl rayonu ərazisində “X60 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 18 və 21 yanvar 2019-cu il tarixlərdə formal tikinti müqavilələri bağlamış, Şahid9 müqavilələri tanışı Zərərçəkmiş şəxs5 təqdim edərək "xxxx" MMC-yə “konsaltinq haqqı” ödəyəcəkləri təqdirdə həmin layihələri birgə icra edib yüksək qazanc əldə edəcəklərini bildirib sonuncunun razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs və İranə Talışxanova "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid9 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ümumilikdə 211.400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdə Run Group MMCnin tərkibinə daxil olan "xxxx" MMC-yə prodüserlik məsləhətləri vermişdir. Həmin MMC Azərbaycanda bir neçə film də çəkmişdir. "xxxx" MMC-nin ofisi əvvəllər Səbail rayonu, Lermontov küçəsi 3 ünvanında yerləşmişdir. O da həmin ofisə gedib gəlmişdir. X49 ilə şəxsi münasibətləri olmuş, onun nə iş görməsi ilə maraqlanmamışdır. O, ümumiyyətlə Run Group MMC-nin işləri ilə maraqlanmamışdır. Onun sadəcə məlumatı olmuşdur ki, "xxxx" MMC Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisi üçün rayon İcra hakimiyyətindən icazəsi olmuşdur. Buna görə də hazırkı iş üzrə şikayət etmiş şəxslər onun xəbəri olmayan işlərlə məşğul olmuşlar. Onun kimlərlə müqavilə bağlamasından, müqavilənin məzmunundan, eləcə də kimdən nə qədər pul almasından məlumatı olmamışdır. Həmin şəxslərlə söhbətlərdə o, iştirak etməmişdir. Lakin sonralar həmin şəxslər İranə Talışxanovanı narahat edəndə, o, İranədən məsələlərin nə yerdə olduğunu, bu şəxslərin nə istədiklərini soruşduqda, İranə ona işlə bağlı olduğunu, ona qarışmamasını bildirmişdir. Sonradan həmin şəxslər İranə Talışxanovanı axtardıqda, onunla mübahisə etməyə başladıqda, o, həmin şəxslərlə görüşmüş və həmin şəxslər ona İranə ilə aralarında olan problemləri danışanda, onlara demiş ki, İranə ilə aralarında olan olan mübahisələri özləri həll etsinlər, o qarışmamışdır. O, hazırkı iş üzrə şikayət etmiş şəxslərlə heç bir əlaqəsi, münasibəti olmamış, onlardan pul almamışdır, onlara heç bir vəd verməmişdir. O, Zərərçəkmiş şəxs2 tanıyır, onu İranənin ofisinə gələn zaman tanımış, X49 ilə iş birlikləri olmuşdur. Onlar arasında olan məsələlərdən məlumatı olmamışdır. Onun yalnız məlumatı olmuşdur ki, X7 borc almış və həmin pulu da istintaq zamanı qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs7 bir neçə dəfə ofisdə görmüş, onunla heç bir söhbəti olmamışdır, sadəcə olaraq bir dəfə o, İranə Talışxanova ilə kobud danışdığına görə, ona irad bildirərək, ofisi tərk etməsini tələb etmişdir. Ondan pul almamış, sonradan İranə ona müqaviləsi gecikdiyi üçün Ruslanın kobudluq etdiyini və pulunu istədiyini bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında 100.000 ABŞ dolları pul almamışdır, həmin pulu X50 Talışxanovaya vermişdir. Ruslanla İranə arasında bildiyi qədəri ilə podrat müqaviləsi bağlanmışdır. Həmin pul da proyektin hazırlanması üçün sərf edilmişdir. Ruslan Abdulayevlə bütün söhbətləri İranə Talışxanova özü etmiş və pulu İranə almışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 tanıyır, onu Rəfail Hüseynovun sürücüsü kimi tanımışdır, Rəfail Hüseynovu bir neçə dəfə ofisdə görmüşdür. Onunla da heç bir münasibəti olmamışdır. X28 ilə aralarında olan iş birliklərindən məlumatı olmamışdır. Lakin Rəfail rəhmətə getdikdən sonra Yusif onunla görüşərək Rəfail Hüseynova 12000 ABŞ dolları pul verdiyini, Rəfail də həmin pulu İranə ilə aralarında bağladıqları üzrə Göygöl rayonu ərazisində məktəb tikintisinə sərf etdiyini bildirərək, həmin pulu qaytarmağı xahiş etmişdir. O da həmin 12000 ABŞ dollarını Yusifə qaytarmışdır. Lakin ondan heç bir qəbz almamışdır. Bundan başqa onun Yusiflə arasında heç bir münasibəti olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 və Nadir Quliyevi tanıyır onları ofisdə görmüşdür. Onlarla arasında iş barəsində heç bir münasibəti olmamışdır. İranə ilə onlar arasında olan iş münasibətlərindən məlumatı olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs8 MMC-nin direktoru Nümayəndə tanımır, onlarla arasında heç bir münasibəti olmamışdır. Bundan əlavə, o, Kırbali Halili tanıyır, onunla ofisdə olan zaman görüşmüş, onunla iş barəsində, eləcə də İranə ilə arasında olan pul məsələləri barəsində heç bir məlumatı olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 görməmiş, onu tanımır, Şahid9 isə ofisdə görmüşdür. Onunla da İranə arasında olan məsələlərdən heç bir məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, uzun illərdir tikinti sahəsində işləyir. 2016-cı ildə "xxxx" MMC-ni təsis etdirmiş, həm təsisçisi, həm də, direktoru özüdür. Rəhbəri olduğu "xxxx" MMC Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində hündür mərtəbəli binaların tikintisi ilə məşğul olan bir şirkətdir. Bir qayda olaraq onlar ayrı-ayrı təşkilatlardan və fiziki şəxslərdən aldıqları sifarişlərə uyğun olaraq binalar tikir və təhvil verirlər. 15 yanvar 2018ci il tarixdə onunla əvvəl birlikdə işləyən digər anket məlumatlarını bilmədiyi Fəxrəddin adlı tanışı Göygöl rayonu ərazisində “Resort Hotel” Kompleksinin tikilməsi üçün podratçı firma axtarıldığın ona bildirmidir. Fəxrəddin ona ilkin məlumat verərək həmin işi "xxxx" şirkəti təşkil etdiyini, yəni həmin şirkət İcra Hakimiyyətindən otelin tikintisini öz üzərinə götürür və konsaltinq müqaviləsi bağlayaraq həmin tikintini başqa şirkətlərlə etdirdiyini bildirmişdir. Ona tikintinin Göygöl rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC tikinti şirkətinə ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Resort Hotel” Komleksinin tikintisi olduğunu bildirmişdir. İkin vaxtda Fəxrəddinin onları tanış etdiyi Elxan adlı şəxs onlara bildirmiş ki, Göygöl rayon İcra Hakimiyyəti "xxxx" MMC şirkətinə həmin torpaq sahəsini ayırıb və orada 150.000.000 ABŞ dolları dəyərində “Resort Hotel” Komleksinin tikintisi layihəsi nəzərdə tutulur. Onlar "xxxx" MMC şirkəti ilə əlaqə saxlayaraq görüşmüş və məlum olmuş ki, həqiqətən 150.000.000 ABŞ dolları dəyərində bir layihədir. O şəriki Mustafa Qorkmazla birlikdə getmiş "xxxx" MMC-nin Yaşıl teatrın yaxınlığında yerləşən ofislərinə. Orada "xxxx" MMC-nin direktoru İranə Talışxanova ilə görüşmüşlər. X11 Rəşad adlı nümayəndəsi də iştirak etmişdir. İranə və Rəşad ona bildirmişlər ki, işin ümumi həcmi 150 000 000 ABŞ dollarıdır və həmin işi onlara verdikləri üçün ümumi layihənin 0,1 faizi həcmində, yəni onlara 150.000 ABŞ dolları pul ödəməlidirlər. İranə və Rəşad onlara həmin pulun sənədlərin hazılanması, sığorta və brokerlik xidmətlərini həyata keçirməyə xərclənəcəyini bildirmişlər. Həmin məbləğin rəsmi qaydada yəni kassa-mədaxil qəbzi ilə veriləcəyini, onların işində heç bir qeyri-rəsmi münasibətlərin olmadığını bildirərək onda və şəriki Mustafa Qorkmazda həqiqətən də əsil “iş adamı” olmaları barədə əminlik yaratmışlar. Həmçinin onların deməsinə görə o onlara pulu verdikdən sonra ilkin hazırlıq işlərini görməli, yəni ərazinin hasarlanması, texniki qurğuların yerləşdirilməsi, işıq, su çəkilməsi və sair işlərini görməlidilər. Bundan sonra 2018-ci ilin fevral ayının ilk 10 günlüyündə onun firmasının hesabına ümumi işin həcminin 30 faizi məbləğində avans olaraq pul köçürülməli və o da həmin pulla tikintiyə başlamalıdır. Onlar da müqavilənin şərtlərini və tikilməsi planlaşdırlan otelin proyektini nəzərdən keçirib təxminən müəyyən etmişlər ki, həmin təklifi qəbul edib tikintiyə başlasalar işin sonunda onların şirkətə təxminən 30-40 milyon ABŞ dolları xeyr qalacaqdır və həmin xeyrin də 10 faizini "xxxx" şirkətinə verəcəklər. İşin sonunda onlara qalmalı məbləğin çox olması onları həmin işə başlamağa və onların istədiyi 150 000 ABŞ dolları pulu onlara verməyə bir növ təhrik etmişdir. O da şəriki Mustafa Qorkmaz ilə razılaşmışlar ki, 150.000 ABŞ dolları pulu onlara ödəsinlər, tikintiyə başlasınlar və daha sonra pullarını ödəyəndə həmin 150 min dolları nəzərə alsınlar. Bunun üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüququ və texniki sənədlərini təqdim etməklə layihənin müştəriyə verilməsini təmin etmək məqsədi ilə 17.01.2018-ci il tarixdə "xxxx" MMC tikinti şirkətinin direktoru olaraq onunla "xxxx" MMCnin direktoru X14 arasında Konsaltinq müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanandan sonra 18.01.2018-ci il tarixli 007 saylı kassa mədaxil orderinə əsasən "xxxx" MMC tikinti şirkəti tərəfindən "xxxx" MMC şirkətinə 150.000 ABŞ dolları pul ödənilmişdir. Yəni "xxxx" MMC şirkəti burada bir növ makler, əlaqələndirici kimi çıxış etmişdir. Aralarında olan razılaşmaya əsasən pulu ödəyəndən təxminən on gün sonra onlar layihəni təqdim etməliydilər. Ancaq uzun bir müddət onlar həmin layihəni təqdim etməmişlər. İranə və Rəşad ona bildirmişlər ki, onlar işi görmək üçün investor axtarırlar və həmin investor hansısa xarici bir şirkətdir. Onlar hər dəfəsində ona investorun bu gün-sabah gələcəyini bildirərək onu gözlətmişlər. Artıq onların dedikləri bəhanələrə inanmamağa başlamış və onlara demiş ki, əgər verdikləri sözə əməl etmirlərsə, onda verdiyi 150.000 ABŞ dolları pulu qaytarsınlar. Belə olanda İranə Talışxanova və nümayəndəsi Rəşad onlara demiş ki, gərək aralarında bağlanmış 17.01.2018-ci il tarixli Konsaltinq müqaviləsinə xitam verilsin və xitam veriləndən sonra 10 gün ərzində onun 150.000 ABŞ dolları pulunu qaytaracaqlar. 01.05.2018-ci il tarixdə aralarında olan həmin müqavilənin xitam olunmasına dair sənəd tərtib etmişlər və həm o, həm də İranə Talışxanova sənədi imzalamışlar. Hər ikisi imzaladığı həmin sənəddə qeyd olunmuşdur ki, müqaviləyə xitam verilməsi barədə sənəd imzalandığı gündən 10 gün müddətində verdiyi 150.000 ABŞ dolları onlar tərəfindən qaytarılacaqdır. Lakin həmin gündən sonra İranə Talışxanova və onun nümayəndəsi hazırda səhv etmirəmsə həyat yoldaşı) Rəşad onları müxtəlif vədlərlə aldatmağa, müddəti uzatmağa başlamışdır. O artıq onların aldatdıqlarını görüb şikayət etmək qərarına gəlmişdir. 150.000 ABŞ dolları pulu 18.01.2018-ci il tarixdə, saat təxminən 12-13 radələrində, Bakı şəhəri Səbail rayonu ərazisində “Yaşıl” teatrın yaxınlığında İranə Talışxanovanın ofisi yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində İranə Talışxanovanın və Mustafa Qorkmazın iştirakı ilə İranə Talışxanovanın nümayəndəsi Rəşada vermişdir. Həmin pulu ona və şəriki Mustafa Qorxmaza məxsus olmuşdur, belə ki, onlar işə şərik başlayacağlarına görə pulu da birlikdə qoymuşlar. Lakin İranə və Rəşad onları aldatdığına görə onun da Mustafa ilə münasibətləri pisləşmiş və Mustafa həmin işə görə ona verdiyi pulu tələb etməyə başlamış, buna görə də o Mustafanın iş üçün verdiyi pulu ona qaytarmışdır. Yəni İranə və Rəşadın onu aldatdığına görə maddi ziyan ona dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycan Respublikasında yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşgul olur və tikinti işləri görür. 2015-ci ilin sentyabr ayında özünü sahibkar kimi təqdim edən və tikinti işləri ilə məşğul bir xanımla tanış olmuşdur. Həmin xanımın adı X14 olmuşdur. İranə özünü əlavə olaraq birinci xanım tərəfindən Moskva şəhərindən Azərbaycana dəvət edildiyini, təhsil sahəsində olan müəssələrini təkmilləşdirmək, yeni avropa üslubunda tikinti işlərinin aparılmasına və yeni binalar tikdiyini demişdir. Bundan sonra onunla iş görmək təklifi edərək Mingəçevir şəhərində 240 şagirdlik yeni məktəb binasının tikintisini ona verə biləcəyini demişdir. O da ona inanaraq rəhbərlik etdiyi "ULTRA İNŞAAT” şirkəti adından İranə Talışxanovanın ona dediyi "xxxx" şirkəti ilə 2015-ci ilin oktyabr ayının 21-i müqavilə bağlamışlar. Mingəçevir şəhərində məktəb tikintisini onlara həvalə etmək adı ilə 21 oktyabr 2015-ci tarixdə "xxxx" MMC-nin ofisində İranə Talışxanovaya 24000 manat, 27 aprel 2016cı il tarixdə həmin ofisdə İranə Talışxanovanın şəriki və qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs yanında İranəyə 48000 manat və bundan bir neçə gün sonra 24000 manat pulu onları İranə Talışxanova ilə tanış edən digər Şirəli adlı şəxsə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının qarşısında vermişdir. Belə ki, həmin gün İranə Talışxanova ilə əlaqə saxladıqda İranə işdə olmadığını və pulu onunla tanış edən Şirəli adlı şəxs verməklərini bildirmişdir. Pulu verdikdən sonra yenidən İranə ilə danışdıqda o pulu Şirəlidən aldığını bildirmişdir. Birinci məktəb üçün 24.000 manat pul verib müqavilə bağladıqdan sonra işlərin nəyə görə yubandığını soruşduqda İranə Talışxanova və onun şəriki Təqsirləndirilən şəxs onlara investor tərəfindən bir məktəb üçün pul ayrılmadığını, pulun ayrılması üçün 4 məktəb üçün də pul ayrılacağını bildirmişdir. Onlara təklif etmişlər ki, digər məktəblərin də tikintisini onlar götürsünlər. Lakin bütün işləri bir şirkətə həvalə edə bilməyəcəklərini və buna görə də onlardan formal olaraq başqa bir şirkət tapmaqlarını xahiş etmişlər. Onlar da buna görə subpodratçı şirkətləri olan "xxxx" şirkətinə demiş və formalı olaraq onların adından müqavilə bağlamışlar. Əslində isə həmin şirkətin direktoru Şahid12 da onların işçiləridir. X51 və Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 96.000 manat pul şəxsən ona məxsus olmuşdur. Hadisə nəticəsində maddi ziyan ona dəymişdir. O ilk dəfə İranə Talışxanova ilə 2015-ci ilin oktyabr ayında görüşən zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Həmin zaman X40 Cəfərovu onlara təqdim edərək Rəşadın onun şəriki olduğunu, eləcə də bütün texniki işlərlə Rəşadın məşğul olduğunu bildirmişdir. Həmçinin onları Rəşada təqdim edərək yeni podratçılar olduğlarını bildirmişdir. Hətta Rəşad da onlara əl verib görüşərək xeyrli olsun demişdir. Bundan sonra da bütün danışıqlarda Təqsirləndirilən şəxs iştirak etmişdir. Rəşad onlara hər dəfəsində narahat olmamaqlarını işlərin qısa müddətdə başlayacağını, İranə Talışxanovanın başının qarşıq olduğunu buna görə də sözləri olduqda ona deməklərini bildirmişdir. Hətta sonradan onlardan pulunu tələb etməyə başlamış və hər dəfə ofisə gedib onlarla mübahisə etmişdir. 14 oktyabr 2016-cı il tarixdə o həmin ofisdə İranə ilə kobud danışaraq pulun qaytarmalarını bildirdikdə Təqsirləndirilən şəxs onu kənara çəkmiş və İranə ilə deyil onunla danışmasını bildirmişdir. Ona pulunu qaytarmasını tələb etmişdir. Rəşad ona İranə Talışxanova ilə şərik olduğunu və buna görə də aldıqları pulun sadəcə yarısını qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. Rəşada yazlılı kağız verməsini tələb etdikdə o bir kağıza Halildən 15 noyabra qədər 48 min manat pulu verəcəyini bildirmişdir. Lakin həmin vaxt gəldikdə belə yenə nə Təqsirləndirilən şəxs, nə də İranə Talışxanova zənglərinə cavab verməməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 zərərçəkmiş şəxs X27 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, tikinti işləri ilə məşğul olur. Təxminən 2016-cı ildə tanışı X16 təsis etdiyi ”Meredian-Ser” MMC ilə “Akkord” şirkəti arasında bağlanmış müqavilə əsasında Cəlilabad rayonunda su kanalizasiya xəttinin çəkilişi işlərini aparan zaman orada "xxxx" MMC-nin təsiscisi olmuş Zərərçəkmiş şəxs9 ilə tanış olmuşdur. Rafael də su kanalizasiya xətləri işlərini götürüb tikinti işləri ilə məşqul olmuşdur. Rafaellə münasibətləri yaranmış və dostluq etməyə başlamışlar. 05 və ya 06 mart 2017-ci ildə o Zərərçəkmiş şəxs9la Bakı şəhərində görüşüb söhbət edərkən, Rafael ona demiş ki, Göygöl rayonunda orta məktəbin tikinti lahiyəsi işi olmuş, lakin həmin tikinti işini götürmək üçün tikintiyə ayrılacaq məbləğin bir faizini bəri başdan ödəmək lazımdır ki, tikinti işlərini onlara versinlər. O da Rafaeli müəllimi tanıdığı və ona inandığı üçün razılıq vermiş, 07 mart 2017-ci ildə Rafael müəllim ona demiş ki, təcili olaraq məktəbin tikintisi işini götürmək üçün 26.000 manat pul verilməlidir. Həmin görüş zamanı Rafael ona demişdir ki, məktəbin tikinti işlərini ona "xxxx" şirkətinin təsisçisi X14 vermişdir. O da 26.000 manat pulu Rafael müəllimə vermişdir. Bundan sonra, yəni 07.03.2017-ci il tarixdə o Rəfael müəllim ilə birlikdə İranə Talışxanovanın ofisinə getmişlər. Həmin ofisdə Zərərçəkmiş şəxs9 onu İranə ilə tanış edib onların şərik işləyəcəklərini İranəyə bildirmişdir. Həmin tarixdə İranə xanımın ofisində Rəfael müəllim ona məxsus olan 26.000 manat pulu İranə xanıma sonuncunun işlətdiyi ofisdə olan Tariyel və Rəşid adlı şəxslərin iştirakı ilə vermişdir. 10 mart 2017-ci ildə Rafael ona demişdir ki, məktəbin tikinti işlərini ona verən İranə xanımın yenidən Göygöl rayonunda başqa bir məktəbin tikinti işini təklif etmişdir. Həmin məktəbin təxmini dəyəri dörd milion manatdan artıqdır və bunun üçün də ilkin olaraq bir faizi yəni 40.000 manat ödənilməlidir. O da özünə məxsus olan 40.000 manat pulu götürüb Rafaellə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən İranə Talışxanovanın ofisinə getmişdir. İranə də Göy-göldə aparılacaq məktəb tikinti işlərinin onlara verəcəyini bir daha söz vermişdir. O İranənin ofisində Rafaelin yanında İranəyə 40.000 manat pul vermişdir. Həmin məbləği İranə götürüb işçisi Zaur Ağayevə onlara kassa mədaxil qəbzi yazılmasını demişdir. Zaur ona gətirib qəbz təqdim etmişdir, o qəbzlərə baxdıqda görmüş ki, pulu verən Zərərçəkmiş şəxs9 qeyd edilib və bu barədə soruşanda İranə demiş ki, onun şirkəti ilə Zərərçəkmiş şəxs9 şirkəti arasında müqavilə bağlandığı üçün verdiyi pulun da Zərərçəkmiş şəxs9 adından qəbul edilmişdir. Təxminən mart ayının 20-də o, Rafael və İranənin işçisi lahiyyə rəhbəri olan Xasay müəllimlə birlikdə Göygöl rayonuna getmiş, orada onları Göygöl rayon İcra başçısı Arif Seyidov qəbul etmişdir. Arif müəllim İranə Talışxanovanın tanıdığını demiş və onlar birlikdə tikintisi aparılacaq məktəblərin yerinə gedib baxmışlar, orada məktəblərin tikməmişdən əvvəl köhnə iki məktəb sökülməli olduğunu bildikləri üçün həmin məktəblərə baxmış və sonradan Bakı şəhərinə qayıtmışlar. Bundan sonra Rafael yenidən ona demiş ki, başqa bir məktəbin tikintisi işini İranə təklif edib və buna görə də 31.000 manat ödənilməlidir. 03 aprel 2017-ci il tarixdə Rafaella birlikdə İranənin ofisinə getmiş, orada o 31.000 manatı İranəyə vermiş, İranə də pulu götürüb ona bu barədə Zaur tərəfindən imzalanmış qəbz vermişdir. 06 aprel 2017-ci il tarixdə o Rafaellə birlikdə, üç məktəbin tikintisi işlərini aparmaq üçün topoqraflar Sərraf, Hamlet, Asif və Yelmar adlı işçilər, bundan başqa kran və digər texnika yəni ekskovator sürücüləri Zamiq və Zeynal adlı şəxslərlə birlikdə yığışıb Göygöl rayonuna getmişlər, onlarla birlikdə İranənin işçisi Xasay adlı şəxsdə getmişdir. Orada işçilərə və özü üçün kirayə ev tutmuş, eləcə də, özləri ilə gətirdikləri texnikanı sıfırdan 480 nəfərlik orta məktəbin tikilməsi üçün ayrılmış torpaq sahəsində yerləşdirmişdir. Səhəri gün həmin ərazini hasara alıb, su çəkdirib, işıq çəkdirib vaqonları yerləşdirmiş və anbar tikmişlər. Bundan sonra Rafaelin şirkətinə İranənin şirkəti tərəfindən pul ayrılmamış və Rafael müəllim onunla birlikdə Bakı şəhərinə qayıdıb İranə ilə görüşmüşdür. Həmin görüş zamanı İranə onlara demiş ki, məktəblərdən başqa Göygöl rayonunda iki otelin və kraxmal zavodunun tikintisi layihəsinin də ona vermişlər. Həmin tikintiləri də İranə onlara verəcək, bunun üçün 16 may 2017-ci ildə Rafaelin yanında İranəyə 43.000 manat, sonradan bütün bu tikinti işlərinin onlara verilməsi üçün hissə-hissə 45.000 manat da onun ofisində pul vermişdir. Lakin sonuncu 45.000 manata dair İranə onlara qəbz verməmişdir. Bununla da İranə Talışxanovaya şəxsən özünə o və Rafael müəllim hissə-hissə ümumilikdə 185.400 manat pul vermişlər, həmin pulun 140.000 manatı şəxsən onun, 45.400 manatı isə Rafael müəllimə məxsus olmuşdur. Bundan sonra o və Rafael yenidən Göygöl rayonuna qayıtmış və 264 nəfərlik Topalhəsənli məktəbinin söküntüsü işinə başlamışlar, İranəyə verdikləri 185.400 manatdan əlavə də 182.000 manat söküntü işlərinə, tikinti işlərinin layihəsinin təsdiqlənməsi və rəy verilməsi, eləcə də digər məsrəflər üçün İranəyə verilmiş pullarla birlikdə ümumilikdə 368.000 manat pul xərcləmişlər. Həmin pulun 60.000 manatını Zərərçəkmiş şəxs9 məxsus, qalan 308.000 manat məbləğində pulu isə o vermişdir. Göygöl rayona apardığları fəhlələr Topalhəsənli kəndində məktəbin bir hissəsinin sökmüş, məktəbin tikilməsi üçün katlavanı qazmışlar, lakin Rafaelin şirkətinin hesabına pul köçməmiş və onlar işi dayandırmışlar. Sonra İranə ilə görüşmüş və tikinti işlərini davam etdirmək üçün pul lazım olduğunu ona demişdir. İranə hər dəfə onlara demiş ki, yaxın günlərdə pullar hesaba oturacaq. Təxminən 2017-ci ilin sentyabr-oktyabr ayında ona Göygöl rayonu Topalhəsənli kəndindən işçiləri zəng edib bildirmişlər ki, Hafis adlı şəxs işçi briqadası ilə gəlib onlar tərəfindən Topalhəsənli kəndində yarımçıq qalmış məktəbin tikinti işlərini davam etdirir, sonra Hafis adlı şəxs Bakı şəhərinə gələrək onunla və Zərərçəkmiş şəxs9la görüşüb onlara demiş ki, həmin işin görülməsini İranə Talışxanova ona tapşırıb və ondan xahiş etmiş ki, o, işi davam etdirsin. Onların tikintiyə başlamazdan əvvəl İranə Talışxanovaya verdikləri 26.000 manat və köhnə məktəbin sökülməsi, habelə çəkdikləri digər xərclərlə birlikdə ümumilikdə İranə Talışxanova tərəfindən ona pul verildikdə onlara 56.000 manat ödəyəcəklər. Bu söhbətin səhərisi gün onu və Zərərçəkmiş şəxs9 İranə Talışxanova ofisinə dəvət etmiş və onlara demiş ki, Göygöl rayon İcra başçısı Arif Seyidov tikintilərin davam etdirilməsini ondan tələb edir, buna görə də o, həmin məktəbin tikinti işinin davam etdirilməsini Hafisə həvalə edib, lakin tikintiyə görə pullar köçürüləndən sonra o, Hafisin çəkdiyi xərci ödəyəcək və onu kənarlaşdıracaq. Lakin həmin vaxtlarda yəni 2017-ci ilin təxminən oktyabr ayında Zərərçəkmiş şəxs9 qəflətən vəfat etmişdir. O bundan sonra dəfələrlə İranə ilə görüşüb bu barədə danışanda, İranə ona demiş ki, Rafael vəfat etdiyi üçün başqa şirkətlə müqavilə bağlamalıdır ki, pullar həmin şirkətin hesabına köçürülsün, o da əvvəllər birlikdə işlədiyi X8 xahiş etmiş ki, onun təsis etdiyi "xxxx" MMC ilə İranə Talışxanovanın "xxxx" şirkəti arasında 17 noyabr 2017-ci il tarixdə yeni müqavilə bağlanmışdır. O sonradan müqaviləyə baxdıqda, görmüş ki, müqavilədə İranəyə verdikləri 185.400 manat deyil, Göygöl rayonunda tikintisi aparılacaq zavod üçün ayrılmış 20 hektar torpaq sahəsinin müvəqqəti çəpərə alınması üçün 850 metr setka, 1 ədəd generator, ərazinin işıqlandırılması üçün 32 ədəd elektrik dirəyinin təchizatı və görüləcək işlərin ümumi dəyəri 61.000 manat göstərilmişdir. O da İranə ilə yenidən görüşüb bu barədə soruşduqda, İranə demiş ki, bu müqavilə işin başlanılması və pulların köçürülməsi üçün nəzərdə tutulmuşdur. Lakin sonradan İranə onu aldatmış, şirkətin hesabına pulla köçürülməmiş, onun texnikası və işçiləri Göygöl rayonunda qalmışdır, İranə bu günə kimi hər gün işin alınacağını, tikinti işlərinin başlanılması üçün pulların hesaba köçürüləcəyini deyir və onu aldadır. Sonradan eşitmiş ki, Göygöl rayonu Topalhəsənli kəndində tikintisi aparılacaq 264 nəfərlik məktəbin tikinti işinin aparılmasım Hafis adlı şəxsə verib onu da aldatmışdır. Son zamanlar İranə Talışxanovamn işlədiyi ofisə dəfələrlə gedib qəbula düşmək istəsə də, İranə onu qəbul etmədiyi üçün şikayət etmək qərarına gəlmişdir. Rəfail Hüseynov 28 oktyabr 2018-ci il tarixdə vəfat etdiyindən İranə Talışxanova həmin məzmunda izahat verərək özünün törətdiyi cinayət əməlini ört basdır etməyə çalışmışdır. Onlar həmin tikintini dayandırdıqdan sonra Rəfaillə birlikdə İranə Talışxanova ilə görüşmüş və hər dəfəsində İranə onları əmin etmişdir ki, 3-5 gün ərzində pullar onların hesabına keçiriləcək və onlar tikintini davam etdirəcəklər. Lakin bir müddət sonra həmin məktəbdən onlara zəng edərək Hafiz adlı şəxsin həmin əraziyə gələrək tikintini davam etdirdiklərini bildirmişlər. Onlar da bu barədə İranə Talışxanovaya bildirdikdə o, onlara narahat olmamağı Gölgöl rayon başçısı onu sıxdığı və ona görə də, həmin işi başqa şəxsə verdiyini bildirmişdir. Onlar ora çəkdiyi xərci isə İranə özü tezliklə onlara qaytarmağa söz vermişdir. Bundan sonra o Rəfaillə birlikdə Zərərçəkmiş şəxs1 adlı şəxslə görüşmüşdür. Həmin zaman Hafiz işə başlamaq üçün onların dövlət orqanlarından aldığları rəyləri onlara verilməsini və həmin rəyləri almağa görə çəkdikləri 20.000 manat pulu onlara qaytaracağını bildirmişdir. Lakin növbəti gün İranə Talışxanova ona zəng edərək ofisinə dəvət etmişdir. O Rəfaillə birlikdə ofisə gedən zaman Hafizin də orada olduğunu görmüşlər. X17rdan xahiş etmiş ki, həmin rəyləri Hafizə versinlər. İranə onlara 5000 ABŞ dolları pul vermiş və 12 000 manat da verəcəyini bildirmişdir. O, sonuncu 45.000 manat pulu 2017-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs yanında İranə Talışxanovaya vermişdir. Birinci dəfə Rəfail Hüseynov ilə birlikdə İranə Talışxanova ilə görüşən zaman adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də orada olmuşdur. Həmin zaman X29 həyat yoldaşı olduğunu və şirkətin də onlara məxsus olduğunu və birlikdə işlədiklərini bildirmişdir. Onların bütün danışıqlarında Təqsirləndirilən şəxs iştirak etmişdir. İranə Talışxanova qadın olduğundan işlə bağlı əksər məsələləri Təqsirləndirilən şəxs zəng edərək onunla danışmışdır. O dəfələrlə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə zəng edərək onunla işlərlə bağlı danışmışdır. Təqsirləndirilən şəxs da İranə Talışxanova kimi onlara hər dəfəsində investorun bu gün, sabah gələcəyini, narahat olmamağlarını bildirmişdir. Sonradan isə pullarını tələb etməyə başlayanda isə Təqsirləndirilən şəxs hər dəfəsində onun qabağına çıxmış və şikayət etməmələrini, pullarını qısa müddətdə qaytaracaqlarını bildirmişdir. Hətta X40 Cəfərovun "xxxx" MMCnin müavini olduğunu da bildirmişdir. Sonuncu dəfə Rəfail rəhmətə getdikdən sonra Rəfailin qardaşı ilə İranə Talışxanova və Təqsirləndirilən şəxs ilə görüşməyə gedən zaman Təqsirləndirilən şəxs onların qabağına çıxmış və onlara “gedin nə istəyirsiz edən, hara istəyirsiz şikayət edin” demişdir. Buna görə də onlardan şikayət etmişdir. İranə Talışxanova və Təqsirləndirilən şəxs onlardan ümumilikdə 185.400 manat pul alaraq ələ keçirmişdir. Həmin pulun da 60.000 manatı Rəfail Hüseynova məxsus olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X20 ifadəsində göstərmişdir ki, X21 doğma atasıdır. Atasının Zərərçəkmiş şəxs4 adlı dostu olduğunu bilmişdir. Yusif dəfələrlə onlara gəlib-getmişdir, yəni onunla şəxsən tanışlığları olmuşdur. Öz işi olduğundan atasının işləri ilə maraqlanmamış, lakin o gördüyü işlər, götürdüyü layihələr barədə onlara da məlumat vermişdir. Təxminən 2017-ci ilin mart ayında atası Yusif müəllimlə şərikli Göygöl rayonunda layihə götürdüklərini bildirmişdir. Həmin layihədən məlumatı olmasa da lakin, atasının danışdıqlarından, eləcə də yanında olunan telefon danışıqlarından bilmişdir ki, həmin layihəni onlara “Xanım” deyə müraciət etdikləri İranə Talışxanova vermişdir. Hətta atası və Yusif müəllim həmin xanıma 180 min manata qədər pul da vemişlər, bu pulun da 140 min manatını alması barədə İranə Talışxanova onlara qəbz də vermişdir. Həmin ərəfədə bir neçə dəfə atası Yusif müəllimlə birlikdə Göygöl rayonuna da gedib orada da qalmışdırlar. Lakin təxminən 2017-ci ilin avqust aylarında atası əsəbi vəziyyətdə evə qayıtmışdır. Onun nəyə əsəbləşdiyini soruşduqda, o bildirmiş ki, layihəyə başlasalar da işin davam etdirilməsi üçün lazım olan məbləğ “Xanım” tərəfindən onların hesabına köçürülməmişdir və buna görə də onlar məcbur qalıb işi dayandırmışdırlar. Onlar işi dayandırdıqları vaxtdan rəhmətə gedənə qədər ona çoxlu zənglər gəlmiş və bu işlə bağlı o kimlərsə danışmışdır. Atası rəhmətə gedəndən sonra Yusif müəllim gəlib onlarla danışmış və onlar birlikdə atasının qeyd kitablarını və digər sənədləri açıb baxdıqda müəyyən olunmuş ki, onlar İranə Talışxanovaya 185.400 manat pul vermişlər və o pulun da 60 min manatını atası vermişdir. Bundan sonra Yusif müəllim xanımın ona iş verəcəyini buna görə də gözlədiyini bildirmişdir. Lakin onlar İranə Talışxanovanın onları aldatdığını bilmiş və buna görə də Yusif müəllimlə birlikdə ərizə yazaraq onlara vurmuş olduğu maddi ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişlər. O ilkin izahatında atasının 85.000 manat pul verdiyini bildirsə də sonradan Yusif müəllimlə yenidən hesabladıqda atasının 60.000 manat pul verdiyini müəyyən etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, X14 və Təqsirləndirilən şəxs təxminən 2016-ci il tarixdən tanıyır. Həmin zaman onlar özlərini iş adamları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs İranə Talışxanovanın həyat yoldaşı olduğunu bildirmişdir. İranə Talışxanova isə "xxxx" MMC-nin direktoru olmuşdur. Həmin MMC-nin nəzdində isə "xxxx" MMC fəaliyyət göstərmişdir. Onlarla tanış olan zaman İranə və Rəşad ona bildirmişdir ki, onlar Çin Xalq Respublikasından olan adı yadında qalmayan MMC Azərbaycan Respublikasına 500.000.000 ABŞ dolları dəyərində investisiya yatıracaqlar. Həmin ********* ABŞ dollarına Göy göl rayonu ərazisində bir ədəd sağlamlıq mərkəzi, bir ədəd otel və bir ədəd “Nişasta” zavodu tikiləcək. İranə ona demişdir ki, sağlamlıq mərkəzinin tikintisi Göygöl rayonunda olacaq və həmin sağlamlıq mərkəzinin tikintisi üçün 130.000.000 ABŞ dolları, sağlamlıq mərkəzinin avadanlıqları üçün isə 50.000.000 ABŞ dolları vəsait ayrılacaq və həmin sağlamlıq mərkəzinin tikintisini və içərisinin avadanlıqlarının alınmasım isə ona verə biləcəyini bildirmişdir. Bundan sonra isə o həmin işi tək görə bilməyəcəyini və buna görə də həmin işi görmək üçün şərikə ehtiyacı olduğunu bildirmiş və elə buna görə də təklif etmiş ki, özünə Türkiyə Cumhuriyyətindən olan şərik dəvət etsin. İranə və Rəşaddan həmin otel-sağlamlıq mərkəzinin tikintisini ona verməsi üçün nə etməli olduğunu soruşduqda İranə ondan bu işi üçün ümumilikdə 500.000 ABŞ dolları pul verməli olduğunu bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. Rəşad da İranənin dediklərini təsdiq edərək həmin pulun layihələndirməyə və digər xərclərə sərf ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs İranə Talışxanova ilə aparılan bütün söhbətlərdə, görüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs İranə Talışxanovanın rəsmi həyat yoldaşı olduğunu bilmişdir. Özü üçün şərik kimi dəvət etdiyi Türkiyə Cumhuriyyəti vətəndaşı olan Zülküf Ceylan adlı şəxslə məsləhət etmişdir. Bundan sonra isə o ilkin olaraq 100000 ABŞ dollarını həmin tikinti işinin ona verilməsi üçün İranəyə verə biləcəyini, yerdə qalan 400000 ABŞ dollarım isə tikinti işinin verildikdən sonra verəcəyini ona demişdir. Onunla razılaşmışlar. Həmin ərəfələrədə İranə və Rəşadla bir neçə dəfə onların ünvan 4 ünvanında yerləşən ofislərində görüşərək görüləcək detallarını müzakirə etmişlər. Həmin söhbətlər zamanı İranə Talışxanova və Təqsirləndirilən şəxs onu əmin etmişlər ki, qısa müddətdə investor tərəfindən onların şirkətinə tikinti üçün pul köçürüləcək və bundan sonra onlar tikintiyə başlayacağıq. Onlara verdiyi pul isə rəsmi müqavilə və qəbz ilə götürüləcəkdir. Yəni onların işlərində heç bir qeyri-qanuni hal yoxdur. Həmin müqavilənin məzmunu ilə də tanış olmuş və orada da pulun verilməsi ilə müddəalar olmuşdur. Onları hər bir proseduru qaydasında etdiklərindən onlara inanmış və ilkin olaraq 100000 ABŞ dolları vermək qərarına gəlmişdir. Bundan sonra o 2017-ci ilin sentyabr ayının sonlarında İranə Talışxanova və Təqsirləndirilən şəxsla onların qeyd etdiyi ofislərinin qarşısında görüşmüşdür. Həmin zaman gecə saat 22-23 radələri olduğundan onlar ofisin qarşısında onu gözləmişdirlər. 100000 ABŞ dollarını Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs həmin pulu saymadan İranə Talışxanovaya vermşdir. Onlar ofisə keçərək müvafiq sənədləşmə aparılmasını təklif etdikdə İranə ona ofisdə heç kimin olmadığını lazımı sənədləri sabah verə biləcəyini bildirmişdi. Rəşad da ona narahat olmamasını səhər pulun alınmağı ilə bağlı qəbz verəcəklərini bildirmişdir. Bundan sonra o Rəşad və İranə ilə əlaqə saxlayaraq qəbz vermələrini eləcə də müqavilə bağlamalarını bildirmişdir. Lakin onlar müxtəlif bəhanələrlə qəbz verməkdən imtina etmişdir. Onun təziqlərindən sonra 18.10.2017-ci il tarixdə İranə və Rəşad ilə onların ofisidə görüşmüş və həmin zaman İranə kassa mədaxil qəbzi yazaraq onun tərəfindən 100000 ABŞ dolları pulun qəbul edildiyini təsdiq etmişdir. Əlavə olaraq bildirir ki, ilkin ifadəsində yalnışlıqla Rəşad və İranəyə pulu Bakı şəhəri, Xətai rayonu, Asan xidmətin qarşısında verdiyini bildirmişdir. Lakin bir daha bildirmişdir ki, 100000 ABŞ dollarını İranə Talışxanova və Təqsirləndirilən şəxs onların Səbail rayonu ərazisində yerləşən ofisinin qarşısında vermişdir. İranə və Rəşad isə bildirmişlər ki, 2017-ci ilin axırlarına qədər bütün müqavilə işləri bitəcək və 2018-ci ilin yanvar ayında o artıq işə başlayacaq. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq ondan əlavə 100000 ABŞ dolları verməsini istəmişdir. O layihə üçün əlavə pul lazım olduğunu bildirmişdir. Həmin zaman onda pul olmadığı üçün o bu barədə şəriki Türkiyə Cumhuriyyəti vətəndaşı Zülküf Ceylan məlumat vermişdir və onların ona təqdim etdikləri müqavilələri baxması üçün ona göndərmişdir. Zülküf Ceylan isə onlara 100000 ABŞ dolları verdiyi üçün səhv etdiyimni bildirmişdir. O demiş ki, “Dünya təcrübəsində” belə bir prosedur, yəni iş başlamaq üçün investor tərəfindən pul ayrılmadan pulun verilməsinin düzgün olmadığını bildirərək onların onu aldada biləcəyini nəzərinə çatdırmış və əlavə pul verməməsini bildirmişdir. O da Rəşadla əlaqə saxlayaraq müqavilələr bağlana, hesaba pul köçürülməyənədək əlavə pulun verilməyəcəyini bildirmişdir. Bundan sonra İranə Talışxanova ona narahat olmamasını bildirmiş və ondan aldığı pulun əvəzində 26 oktyabr 2017-ci il tarixdə bir ay müddətinə etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-A saylı binanın 2ci mərtəbəsində yerləşən 106,5 kvadrat metr sahəsi olan 3 otaqlı 2 saylı mənzili onlara etibar etməsi üçün ona etibarnamə ilə vermişlər. Lakin sonradan o görmüş ki, həmin etibarnamə bir ay müddətinə verilmişdir. Buna görə də o həmin mənzili əldə edə bilməmişdir. 2018-ci ilin əvvəllərinə qədər gözləmiş, lakin heç bir iş olmamış və o başa düşmüş ki, Rəşad və İranə onu aldadaraq pulunu ələ keçirmişlər. Bu günə qədər isə Rəşad və İranə müxtəlif bəhanələr gətirərək onu aldadır və ona işinin bu gün sabah alınacağını, yaxud pulu qaytaracaqlarını deyərək onu aldatmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, gəlini Şahid2 Bakı şəhəri 175 saylı orta məktəbdə müəllimə işləmişdir. X6 2012-ci ildən tanımışdır. Həmin ərəfələrdə İranə Talışxanova işlədiyi və Abşeron rayonu Atyalı massivində yerləşən “Milla” şirkətinə mal almaq üçün gəlmişdir. Ondan sonra da o da İranə ilə əlaqə saxlamış və İranə ona söhbət zamanı demiş ki, kimisə işə düzəltmək və ya hansısa iş görmək lazımdırsa bununla bağlı ona müraciət edə bilər və onun yüksək vəzifələrdə işləyən tanışları vardır, onların vasitəsi ilə belə işləri həll edə bilər. 2017-ci ilin sonunda İranə Təqsirləndirilən şəxs adlı şəxs ilə işlədikləri şirkətin rəhbərliyinin yanına gəlmişlər. Onunla söhbət zamanı İranə ona demiş ki, onlar Bakı şəhərində təhsil müəssisələrini tikib və ya təmir etdirirlər, bununla bağlı həmin məktəblərə istədikləri adamı direktor kimi vəzifəyə təyin etdirə bilirlər. Bunu İranənin yanında olan Təqsirləndirilən şəxs da təsdiq etmişdir. O da onlara demişdir ki, gəlini Şahid2 175 saylı orta məktəbdə müəllimə işləyir, onu direktor təyin etmək mümkundurmu? Həmin vaxt İranə demiş ki, 50000 ABŞ dollarına gəlinini həmin məktəbə qısa müddətə direktor təyin etdirəcəkdir. Bunu yanında olan Təqsirləndirilən şəxs da təsdiq etmişdir. O da onlara inanmış və həmin günün səhəri, 23 noyabr 2017-ci il tarixdə Abşeron rayonu, Atyalı massivində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, 90UH070 dövlət qeydiyyat nişanlı avtomobilində Rəşadın yanında İranəyə 50000 ABŞ dolları pulu vermişdir. Ondan sonra onlar oradan çıxıb getmişlər. Ondan bir neçə gün sonra o Rəşad və İranənin iş yerinə getmiş, onların iş otağında söhbət zamanı ona demişlər ki, 27 noyabr 2017-ci il tarixdə saat 12 radələrində gəlini Xırdaxanımı Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getsin və işə qəbul ilə bağlı CV kağızı və direktor olmaq üçün gəlini Xırdaxanımın bitirdiyi kursa dair sənədlərini də götürüb getsinlər. O da bu barədə gəlininə demiş və gəlini həyat yoldaşı Fizuli ilə birlikdə Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getmək üçün həmin nazirliyə getmişlər. İranə ilə Rəşad ona demişlər ki, Firudin müəllimə bu barədə tapşırılmışdır. Lakin Təhsil Nazirliyində oğlu Fizuliyə və Xırdaxanıma demişlər ki, işə qəbul məsələləri Bakı şəhəri Montində yerləşən Təhsil Nazirliyinin şöbəşində baxılır. Ona görə də onlar qeyd edilən yerə getmişlər və orada işləyən Rauf adlı şəxsin yanında olmuşlar və Rauf adlı şəxs onlara demişdir ki, Firudin Qurbanova bu barədə heç bir söz deyilməmişdir, əgər istəyirlərsə CV kağızı və digər sənədləri ora təqdim edə bilərlər. Gəlini də həmin sənədləri orada qoymuşdur. Lakin bununla bağlı gəlini heç yerə çağırmamışdır. Aradan bir bir müddət sonra Rəşad ilə İranə demişlər ki, gəlininin verdiyi həmin CV düzgün deyil, yenidən CV yazıb vermləlidir. Ona görə də yenidən CV yazılmış və aparıb İranə ilə Rəşada onların iş yerində vermişdir. Həmin vaxt onlara demiş ki, artıq o gəlininin direktor təyin olunmasını istəməmiş və verdiyi pulu qaytarsınlar. Rəşad demiş ki, ona 02 fevral 2018-ci il tarixədək vaxt vesin, ya gəlininin işə təyini barədə əmr olacaq, ya da pulu qaytaracaqlar. O da həmin müddətə kimi gözləmiş və qeyd edilən günü Rəşadın yanına getmiş və onlar ona demiş ki, pul yoxdur, investorlar onların hesabına pul qoyandan sonra onun pulunu qaytaracaqlar. Lakin onun pulunu verməmişlər. Hər dəfə müxtəlif bəhanələr gətirmişlər.Yenə Rəşad ilə İranə ona demişlər ki, CV kağızı itiriblər, yenidən CV vermək lazımdır. O da yenidən bir CV yazdırıb onların iş yerinə aparıb onlara vermiş və həmin vaxt, 22 may 2018-ci il tarixdə Rəşad və İranə ondan həmin CV sənədini almaqları barədə əlyazma yazıb imza edərək vermişlər. O hər dəfə İranədən pulunu istəyəndə, dönüb Rəşadın sifətinə baxmış, Rəşad da işi həll edəcəyinə və ya pulu qaytaracağına söz vermişdir. Abşeron Rayon Polis İdarəsində aparılan istintaq zamanı ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Hazırda onun heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nadir Quliyevlə birlikdə onun direktoru olduğu “AMAL-t-A" MMC-nin vasitəsi ilə tikinti işlərini həyata keçirmişlər. Onlar xeyli sayda orta məktəb və digər obyektlər tikib istifadəyə vermişlər. 2017-ci ilin avqust ayında Natiq adlı dostunun vasitəsi ilə Şirəli adlı şəxslə tanış olmuşdur. Şirəli onun tikinti işləri ilə məşğul olduğunu bildikdə ona "xxxx" adlı tikinti şirkətin olduğunu və həmin şirkətin böyük layihələr həyata keçirdiyini bildirmişdir. O da bu barədə Nadir Quliyevə bildirdikdə həmin şirkətin direktoru ilə görüşüb söhbət etməyə qərar vermişdir. Buna görə də 2017-ci ilin avqust ayının axırlarında o Nadir Quliyev və Şirəli ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "xxxx" MMC-nin yerləşdiyi ofisə getmişlər. Orada onlar həmin MMC-nin direktoru İranə Talışxanova adlı qadın ilə görüşüb söhbət etmiş və İranə onlara bildirmiş ki, xarici investor Azərbaycanda bir neçə obyektin tikintisi üçün investisiya ayırıb, həmçinin "xxxx" MMC ilə Göygöl rayon İcra hakimiyyəti arasında Göygöl rayonu ərazisində orta məktəbin tikintisi ilə bağlı müqavilə olduğundan Göygöl rayonu Topal Həsənli kəndində “Ehsan Bayramov” adına 264 nəfərlik məktəb tikmək lazımdır. Onlara həmin məktəbi tikmək üçün investor tərəfindən 4.800.000 manat pul ayrılacağı, lakin pul ayrılana qədər tikinti işlərinə başlamaq lazım olduğunu bildirmişdir. İranə Talışxanova qeyd etmişdir ki, həmin məktəbin tikintisini onlardan əvvəl başqa şəxslər tərəfindən orada tikinti işləri aparılıb, lakin onların maliyyə sıxıntıları olduğundan həmin şəxslər tikintini yarımçıq saxlamışlar və onlar də qalan işləri davam etdirməlidirlər. Bundan sonra təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində o və Nadir İranənin nümayəndəsi Emil adlı şəxslə Göygöy rayonu Topalhəsənli kəndinə getmiş, tikintisi aparılacaq sahəyə məktəbə baxıb təxminən 6000 manat dəyərində tikinti işlərini onlardan əvvəl aparıldığını görmüşlər. O Nadir ilə birlikdə Bakı şəhərinə qayıdıb yenidən İranə Talışxanova ilə görüşmüş, orada tikinti işlərini başlayan şəxsin çəkdiyi xərcin həmin şəxslər tərəfindən ödənilib-ödənilməməsini soruşduqda, İranə bütün işləri özü həll edəcəyini demişdir. Sonra "xxxx" şirkəti ilə onların işlədiyi “AMAL+A” MMC şirkəti arasmda konsaltinq müqaviləsi bağlanmış, İranə onlar tərəfindən tikintinin davam etdirilməsi, investor tərəfindən oktyabr ayının 10-dək pul köçürüləcəyini və bundan sonra onların şirkətinə bir milyon üç yüz min manat avans veriləcəyinə söz vermişdir. Lakin onlar müəyyən etmişlər ki, onlardan əvvəl həmin məktəbin tikintisini aparan Rəfail Hüseynov və Zərərçəkmiş şəxs4 adlı şəxslərdir və onlar öz təşəbbüsləri ilə həmin şəxslər görüşmüşdür. Həmin vaxt Rəfail Hüseynov onlara investorun pul ayırmadığı üçün tikintini yarımçıq saxladığını, buna baxmayaraq onların öz hesablarına 20.000 manat pul köçürüldüyünü və həmin pulun bir hissəsini lahiyyə işlərinə verildiyini bildirmişdir. Ondan lahiyyə sənədlərini istədikdə o, 20000 manat verildikdən sonra lahiyyə sənədlərini onlara verə biləcəyini bildirmişdir. Onlar da bu barədə İranə Talışxanovaya bildirdikdə o, onları ofisinə dəvət etmiş və olardan 05 dekabr 2017-ci il tarixdə ofisində Nadirlə birlikdə 20000 manat pulu almış ki, Rəfail vəfat etdiyindən onun şəriki Yusifə versin və Yusif onlara lahiyyə sənədlərini versin. Bundan sonra İranə onlara həmin lahiyyə sənədlərini gətirib vermişdir. O da zənn etmiş ki, həmin pulu Yusifə vermişdir. Lakin sonradan məlum olmuş ki, o, Yusifə 5000 manat pul vermişdir. Bundan bir müddət sonra İranə onlara bildirmiş ki, Göygöl rayonu ərazisində uşaq baxçası da tikiləcək istəsələr həmin işi də onlara verə bilər. Onlardan həmin işin verilməsi üçün 13.000 manat pul istəmiş və onlar da həmin pulu 13 dekabr 2017-ci il tarixdə İranənin ofisində ona vermişlər. Lakin onlara pul alması barədə heç bir sənəd verməmişdir. Həmin baxçanın tikintisinin onlara verilməsinə dair də İranə onlara konsaltinq müqaviləsini bağlamışdır. Ondan sonra onlar məktəbin tikintisində işləsələr və ora 157.800 manat pul sərf etsələr də heç bir investisiya verilməmişdir. Ondan sonra İranə və bütün bu proseslərdə yanında olan Rəşadla danışıqlar aparsalar da onlara hər dəfə yalan vədlər verərək aldatmışlar. O, 05 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin ofisində şəriki Nadir Quliyevlə birlikdə 20.000 manat pulu şəxsən İranə Talışxanovaya onun həyat yoldaşı və köməkçisi Təqsirləndirilən şəxs yanında vermişdir. Həmin zaman onlara 20.000 manat pulun alınması ilə bağlı qəbz də verilmişdir. Bundan bir müddət sonra onlar Göygöl rayonu ərazisində uşaq baxçasının tikintisini onlara həvalə etməsi üçün 13 dekabr 2017-ci il tarixdə həmin ofisində İranəyə 13.000 manat pul vermişdir. Həmin zaman da Nadir Quliyev və Təqsirləndirilən şəxs da onların yanında olmuşdur. Lakin həmin pulla bağlı İranə Talışxanovadan qəbz verməsini istədikdə Təqsirləndirilən şəxs onlara “kişi deyilikmi” heç bir problemin olmayacağını bildirmişdir. Pul verildikdən sonra da onlar Təqsirləndirilən şəxsla əlaqə saxlayır işlə bağlı maraqlanmışlar. İranə Talışxanova tez-tez telefonlara cavab vermir və lakin Təqsirləndirilən şəxs telefona cavab verərək İranənin işləri olduğunu buna görə zənglərə cavab vermədiyini bildirmişdir. Buna görə də onlar bütün məsələləri Təqsirləndirilən şəxsla danışmışlar. O, Nadir Quliyevlə şərik işləsə də İranə Talışxanova və Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş ümumilikdə 33.000 manat pul şəxsən ona məxsus olmuşdur. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs8 MMC-nin direktoru vəzifəsində çalışır. MMC 2001-ci il tarixdən fəaliyyət göstərir və fəaliyyətinin əsas istiqaməti tikinti və layihələndirmə işlərinin həyat keçirilməsidir. Təxminən 2017-ci ilin dekabr ayının ortalarında "xxxx" MMCnin Run Group MMC şirkəti ilə Göy-göl rayon ərazisində tikinti işləri aparmaq üçün danışıqlar aparılmışdır. Həmin zaman bütün danışıqları şirklətdə inşaatçı konstruktur işləyən Şahid10 aparmışdır. O danışıqların məzmununu dəqiq bilməsə də məlumatım olmuşdur ki, Run Group MMC GöyGöl rayon ərazisində bir ədəd otel-sağlamlıq bərpa mərkəzinin tikintisini onların MMC-yə həvalə etmə üçün guya konsaltinq haqqı olaraq 150.000 manat pul istəyir. Onlar müqavilə bağladıqdan sonra həmin pulu şirkətin hesabına köçürməlidir. 31 yanvar 2018-ci il tarixdə şirkətin direktoru olaraq onunla İranə Talışxanova arasında konsaltinq müqaviləsi bağlanmışdır. Bundan sonra 05 fevral 2018-ci il tarixdə Caspina Sevric MMC-nin rəsmi Paşa Bank ASC-də olan hesabından Run Group MMC-nin həmin bankda olan hesab nömrəsinə 150.000 manat pulu köçürülmüşdür. Müqavilə bağlandığı vaxtdan bir ay keçməsinə baxmayaraq hələ də layihəni onlara təqdim etməmişdirlər. Buna görə də onlar belə qərarə gəlmiş ki, pulu geri tələb etsinlər. Pulu geri təlb edən zaman onlara qısa müddətdə pulu geri qaytarcağını bildirsə də müxtəlif bəhanələr gətirərək vaxt istəmişlər. 2018-ci ilin may ayında pulu qaytarmaq üçün bağlanılmış 31 yanvar 2018-cu il tarixli müavilənin ləğv olunmalı olduğunu bundan sonra 10 gün müddətinə pulun qaytarılacağını bildirmişlər. Onlar da 03.05.2018-ci il tarixdə xitam razılaşması imzalamış, lakin onlar bununla da özlərinə müddət qazanmış və qeyd olunan tarixdə pulu ödəməmişdir. Bundan başqa bir neçə dəfə İranə Talışxanovaya rəsmi müraciət edilmişdir. Lakin heç bir nəticə olmamışdır. Sonuncu dəfə onun məlumatı olmuş ki, Şahid10 İranənin həyat yoldaşı Rəşad adlı şəxs görüşmüş və Rəşad şikayəti geri götürmələrini və 2019-cu ilin sonuna qədər pulu qaytaracaqlarını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Qurban və Mübariz adlı şəxələr "xxxx" MMC-yə gəlib ona torpaq daşıma işi təklif etmiş və onların təklifini qəbul edib deyilən işi görmüşdür. Həmin vaxtdan onun Qurban və Mübarizlə münasibəti yaranmışdır. 2019-cu ilin yanvar ayının 20- 22-də Qurban, Mübariz və "xxxx" MMC-nin direktoru Şahid9 işlədiyi MMC-yə gəlib Göygöl rayonunda “X72” zavodunun tikintisinin bir hissəsini maliyyələşdirmək üçün ona müraciət etmişlər və bildirmişlər ki, həmin tikintini "xxxx" şirkəti sifariş verib, "xxxx" MMC isə icraçıdır. "xxxx" MMC-nin direktoru Şahid9dir, onun bir az maliyyə problemələri vardır. İşi mahiyyəti 6.480.000 manat civarında olan katlavanların qazılması olmuşdur. Maliyyələşmənin həcmi 300.000 manat olmuş və onun tərəfindən həmin pul 15 gün müddətinə verilməlidir. O bu işdə onun xeyrinin nə olacağını soruşduqda ona katlavanların qazılmasında 1.100.000 manatlıq işi onun şirkətinə həvalə olunacaq və "xxxx" şirkəti "xxxx" MMC-yə birinci avans ödənişində onun vərəcəyi 300.000 manatı qaytaracaqlar. O 3 gün müddətinə cavab verəcəyini demişdir. Bundan sonra ona 18 yanvar 2019-cu il tarixdə tərtib edilmiş tikinti müqaviləsinin surətini və Göygöl rayon İcra Haklimiyyətinin sərəncamların surətini təqdim etmişlər. ( həmin sənədləri ərizəsinə əlavə etmişdir.) Həmin müqavilədə göstərilmişdir ki, sifarişçi "xxxx" şirkəti 6.480.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq icraçı "xxxx" MMC-yə ödəyəcəkdir. Bundan başqa ona tikiləcək zavodun cizgilərini vermişlər. Sərəncamlarda isə Göygöl rayonu ərazisində 20 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. O 3 gün ərazində "xxxx" şirkəti, "xxxx" MMC və Göygöl rayonu ərazisində tikiləcək “X68 Zavodunun tikilməsinə dair sosial şəbəkədən və digər əlaqələri vasitəsilə maraqlanmış və layihəyə qoşulmaq qərarına gəlmişdir. 25 yanvar 2019-cu il tarixdə Qurban və "xxxx" MMC-nin direktoru Zaur onun işlədiyi Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 28-də yerləşən "xxxx" MMC-yə gəlmiş və saat 15 radələrində kabinetdə Qurban və Zaura ilkin olaraq 15.000 manat pul vermiş və hissəhissə 300.000 manat veriləcəyini bildirmişdir. 28 yanvar 2019-cu il tarixdə saat 12 radələrində kabinetində Qurban və Zaura 18.000 ABŞ dolları, həmin günü saat 16 radələrində kabinetində Qurban və Zaura 44.600 manat vermişdir. Həmin günü "xxxx" MMC-nin direktoru Şahid9 ondan 75.000 manat pulun alınmasına dair iltizam yazıb vermişdir. Bundan sonra belə razılaşmışlar ki, onlara pul verəndə hər dəfə iltizam yazmasınlar, sonra 300.000 manat veriləndən sonra ümumi bir iltizam yazılsın. 29 yanvar 2019-cu il tarixdə o öz kabinetində Qurban və Zaura 35.000 manat vermiş və ona 2 yeni müqavilə təqdim etmişlər. O həmin müqavilələrə baxmış və görmüş ki, müqavilələr Göygöl rayonunda 480 şagird yerlik tam orta məktəb və 100 yerlik uşaq bağçasının tikintisinə dair 21 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış Tikinti müqavilələrdir. Hər 2 tikintinin ümumi məbləği 8.500.000 manatdır. Onlara bu tikinti işlərində iştirak etməyəcəyəni bildirərək qəti olaraq etiraz etmişdir. Bir işi görüb qurtarmamış başqa işə başlaya bilməyəcəyini bildirmişdir. Bundan sonra 31 yanvar 2019-cu il tarixdə öz kabinetində Qurban və Zaura 38.000 ABŞ dolları vermişdir. 05 fevral 2019-cu il tarixdə yenə kabinetində onlara 40.400 manat, 07 fevral 2019-cu il tarixdə 25000 manat, 11 fevral 2019-cu il tarixdə 25.000 manat, 13 fevral 2019-cu il tarixdə 20.000 manat, 19 fevral 2019-cu il tarixdə 10.000 manat vermişdir. 20 fevral 2019-cu il tarixdə Mübariz Qurbanla onun kabinetinə gəlmiş və Mübariz ondan 10.000 manat borc istəyərək avtomobil alacağını həmin pulu Göygöl rayonunda işlər başlayanda qaytaracağını bildirdi. Həmin vaxt Qurbanın yanında Mübarizə 10.000 manat vermişdir . 21 fevral 2019-cu il tarixdə kabinetində Qurban və Zaura 10.000 manat vermiş və ona 21 yanvar 2019-cu il tarixli X61 Zavodu Tikinti quraşdırma işlərinə dair "xxxx" şirkəti ilə "xxxx" MMc-nin arasında bağlanan müqavilənin suərtini vermişdirlər. Həmin müqavilədə Sifarişçi, yəni "xxxx" şirkəti ilkin təyin olunan smetaya əsasən 25.500.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq İcraçıya, yəni "xxxx" MMC-yə ödəyəcəyi göstərilmişdir. Həmin müqavilədə ödəniş şərti və vaxtı olmadığı üçün onlara bu tikinti işində iştirak etməyəcəyini bildirərək qəti olaraq etiraz etmişdir. Onlar Zaura bunu zərurətdən irəli gəldiyini, yəni katlavanın qazılması üçün tikinti işlərində onlarda olmalıdır. Bu işə görə onlara etirazı bildirmiş, çünki əvvəlcədən onlarla belə danışıqları olmamış, amma işlərin yarımçıq qalmaması və pulunun gələcəkdə qaytarılması üçün onlara razılıq vermiş ki, 100.000 manat maliyyə köməkliyi edə bilər, özüdə təmannasız, yəni heç bir qazanc olmadan. 22 fevral 2019-cu il tarixdə öz kabinetində Qurban və Zaura 15.000 manat, 27 fevral 2019-cu il tarixdə onlara kabinetində 11.800 ABŞ dolları vermişdir. Həmin günü axşam tərəfi İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 5000 manat istəmiş və İlkinlə Nizami rayonunda yerləşən “Planet” şadlıq sarayının yaxınlığında görüşüb ona 5000 manat vermişdir. 04 mart 2019-cu il tarixdə İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 5000 manat istəmiş və Zaurla danışandan sonra İlkinə öz kabinetində 5000 manat vermişdir. 05 mart 2019-cu il tarixdə Qurban və Mübarizə öz kabinetində 850 manat vermişdir. Onlar həmin pulu ondan borc olaraq almışlar. 06 mart 2019-cu il tarixdə İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 20.000 manat istəmiş və Zaurla danışandan sonra İlkinə Nizami rayonunda yerləşən “Planet” şadlıq sarayının yaxınlığında 20.000 manat vermişdir. Bundan sonra o Zaur, Qurban və Mübarizə demiş ki, ümumilikdə 395.850 manat vermiş, "xxxx" şirkəti tərəfindən "xxxx" MMc-yə avans ödənişi yoxdur. Halbuki, söz verilmişdir ki, 2019-cu ilin fevral ayının 15-25 tarixlərində avans ödənişi olacaqdır. O hələ katlavan işinində başlanılmadığını gördükdə onlardan tələb etmiş ki, "xxxx" şirkətinin rəhbərliyi ilə görüşüb bu məsələlərə aydınlıq gətirsin. 01-02 mart 2019-cu il tarixdə Zaur və Qurban onu “Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən "xxxx" şirkətinin ofisində şirkətin müavini Şahid4lə görüşdürmüş və ondan Göygöl rayonunda X43 tikintinin nə vaxt başlacağı ilə maraqlanmışdır. Şahid4 danışıqlarından başa düşmüş ki, hələ Zavodun layihə sənədləri hazır deyil. Bundan sonra Zaur, Qurban və Mübarizə demiş ki, onun pulunu qaytarın, zavodun hələ layihəsi hazır deyil, müqavilələrdə avans ödənişi göstərilməmişdir. 20-21 mart 2019-cu il tarixdə Zaur və Qurban kabinetində gəlib 18 mart 2019-cu il tarixli "xxxx" şirkəti ilə "xxxx" MMC-nin arasında bağlanan avans müqaviləsinin surətini gətirib vermişlər və onu əmin etmişlər ki, "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-yə 45 gün ərzində avans ödəniləcəkdir. Sonradan ona təqdim olunan müqavilədə "xxxx" şirkətinin direktoru İranə Talışxanovanın imzası ilə digər müqavilələrdə olan imzası arasında fərq görmüş, Zaur və Qurbana bu barədə demişdir. Onlar müqavilədə olan imzanın İranə Talışxanovanın imzası olmadığını bu məsələni aydınlaşdıracaqlarını bildirmişlər. Bundan sonra Zaur və Qurban ona Göygöl rayonunda olan texnikanı saz vəziyyətə gətirmək və müəyyən hazırlıq işləri görmək üçün 1500 manat pul istəmişlər. 30 mart 2019-cu il tarixdə Qurban və Zaura öz kabinetində 1500 manat vermişdir. 09 aprel 2019-cu il tarixdə Qurban və Zaur onun kabinetinə gəlib 09 aprel 2019-cu il tarixdə "xxxx" şirkəti ilə "xxxx" MMC arasında bağlanan müqavilənin surətini gətirmişlər. Ona belə izah etmişlər ki, bağlanmış ilkin müqavilələri bir müqavilə ilə əvəz edilsin. O görmüş ki, artıq onu aldadırlar və onlara işləmək istəmədiyini və pulu qaytarmaq lazım olduğunu bildirmişdir. O Zaura demiş ki, "xxxx" şirkətinin rəhbərliyi ilə onu görüşdürsünlər. 2019-cu ilin aprel ayının 15-20 arası o, Zaur və "xxxx" şirkətinin direktoru İranə Talışxanova ilə “Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən "xxxx" şirkətinin ofisində görüşmüşlər. Həmin zaman İranə Talışxanova ilə yanaşı özünü onun həyat yoldaşı kimi təqdim edən Təqsirləndirilən şəxs, Şahid4, Şahid9 və Rövşən adlı şəxs də olmuşdur. O söhbətə başlayan kimi onunla üzbəüz əyləşən İranə Talışxanovadan Azərbaycan Respublikasına xarici investisiya gətrilməsi barədə X30 tərəfindən “İnvestisiya təşviqi sənədini” təqdim etməsini xahiş etmişdir. Həmin sənədin mahiyyəti ondan ibarət olmuşdur ki, əgər kimsə xaricdən Azərbaycan investisiya gətirirsədə o 18 faiz əlavə dəyər vergisindən azad edilir. Buna görə də əgər Run Group MMC həqiqətən də xaricdən investisiya cəlb edirdisə onun mütləq qaydada “İnvestisiya təşviqi sənədini olmalı idi. X22 həmin sənədi təqdim etməkdən imtina etmişdir. Bundan da əlavə o İranə və Rəşada bildirmiş ki, əgər investisiya qoyan tərəf, yəni xarici şirkət qoyduğu investisiyanın 20 faizi həcmində investisiyanı cəlb edən hüquqi şəxsin cari hesabında olmalıdır. Buna görə də onlardan yalandan 200 000 000 manatlıq investisiya cəlb ediləcəyini dediyi üçün cari hesabında 500000 manat pulun olması barədə bank zəmanatinin verilməsini tələb etmişdir. İranə Talışxanova bundan da imtina etdikdə onlara aldatdıqlarını başa düşdüyünü bildirmiş və dələduzluq yolu ilə ələ keçirdikləri pulun qaytarılmasını tələb etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs oturduğu yerdən qalxaraq ona dələduz olmadıqlarını rus dilində bildirmiş və ona işləmək istəmirsə pulunu qaytarmağa hazır olduqlarını bildirmişdir. Həmin zaman İranə vəkili dəvət etməsini Rəşada bildirmişdir. Rəşad çölə çıxdıqdan sonra yanında hündür boylu, dolu bədən quruluşlu bir nəfər kişi içəri daxil olmuşdur. Həmin zaman İranə əlindəki müqaviləni vəkilə verərək həmin sənədləri “İsrailə” göndərməsini və müqaviləni xitam edilməsini bildirmişdir. Vəkil də sənədi götürüb otaqdan çıxmışdır. Bundan sonra İranə və Rəşad ona bildirmişdir ki, onun pulunu qaytarcaqlar. Həmçinin həmin görüşün əvvəlində X33 yanında ona demiş ki, Çin Xalq Respublikasının “CNTİC” şirkəti tərəfindən bu iş üçün "xxxx" şirkətinə 200.000.000 manat pul ayrılmışdır. Bundan sonra İranə Talışxanova ona və Zaur demiş ki, hər il olduğu kimi bu ildə may ayının 15-də “Qida Sənayesi” sərgisi keçiriləcək və "xxxx" şirkəti həmin sərgidə “X72” Zavodunun layihəsini və maketini cənab prezidentə təqdim edəcəkdir. Həmin təqdimatı cənab prezidentə şəxsən Kənd Təsərrüfatı naziri təqdim edəcəkdir. O İranə Talışxanova və Təqsirləndirilən şəxs sərgidə təqdim olunancaq lövhənin nömrəsini istəmişdir. İranə Talışxanova ona Zaurun yanında demiş ki, müddəti çatsın deyəcəklər. İranə Talışxanova əlavə olaraq bildirmiş ki, həmin sərgidə “CNTİC” şirkətinin nümayəndələri və baş pordatçı Türkiyə Respublikasının “Doğuş Gruop” şirkətinin nümayəndələridə cənab prezidentlə görüşəcəkdir. Bundan sonra o X34 ilə görüşüb ayrılmış və 2- 3 gün gözləsədə "xxxx" şirkəti tərəfindən nə bank təminatı verilmiş, nə də "xxxx" MMC-yə avans ödənilməmişdir. 01 may 2019-cu il tarixdə o Göygöl rayonunda aparılacaq işlərlə maraqlanmaq üçün Qurbanla birlikdə Göygöl rayonuna getmiş və deyilən yerdə 3 ədəd katlavan qazılıb və işlərin dayandırıldığını görmüşdür. Bu işlərlə əlaqədar o Qurbanla birlikdə Göygöl rayon İcra hakimiyyətinə getmiş və orada ona məlum olmuş ki, 16 avqust 2017-cii il tarixli Azərbaycan Respublikası Baş naziri Artur Rasi-zadənin sərəncamına əsasən Göygöl rayonun inzibati ərazisində yerləşən 3h nömrəli qış otlağından kənd təsərrüfatına yararsız 20 hektar torpaq sahəsi ayrılsada 2 il müddətində heç bir iş görülməmişdir. Bundan sonra Qurban həmin sərəncamın surətini ona vermişdir. 15 may 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Aeroport şossesində yerləşən “Expo” mərkəzində keçirilən “Qida Sənaye” sərgisinə gəlmiş və Zaura zəng vurub "xxxx" şirkətinə aid olan löhvənin nömrəsini soruşmuşdur. O Zaur və Qurbanla görüşmüş və görmüş ki, "xxxx" şirkətinin tanınma nişanı yoxdur, sadəcə Göygöl rayonuna tikinti nəzərdə tutulan Nişasta zavodunun maketi “Dağan” şirkətinin tanınma nişanının yanında 70-80 sm-lik yerdə qoyulmuşdur. Halbuki, digər şirkətlər tanınma nişanının altında özlərinə məxsus məhsulları 25 kvadart metr ərazidə nümayiş etdirilmişdir. Bunları görüb Zaur və Qurbandan soruşmuş ki, bəs “CNTİC” şirkətinin nümayəndələri və baş pordatçı Türkiyə Respublikasının “Doğuş Gruop” şirkətinin nümayəndələridə haradadır? Zaur və Qurban ona demiş ki, onlar sərgidə iştirak edib, getmişlər. O görmüş ki, onu "xxxx" şirkətinin və "xxxx" MMC-nin rəhbərləri tərəfindən aldadılmış və bundan sonra pulunu Zaur və Qurbandan tələb etməyə başlamışdır. 2019cu ilin may ayında Zaur və Qurban ona Göygöl rayonunda nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı arayış təqdim etmişdir. O arayışa baxanda görmüş ki, "xxxx" MMC tərəfindən görülmüş işlərin siyahısı və miqdarı göstərilmiş və həmin arayışı "xxxx" şirkətinin direktoru İranə Talışxanova tərəfindən təsdiq edilmişdir. O Zaur və Qurbana demiş ki, "xxxx" şirkətindən pullarını alın və pulunu qaytarın. Zaur və Qurbana ona dedilər ki, qısa müddət ərzində alarıq. Bir müddət keçsədə Zaur və Qurban ona demişlər ki, verdikləri puldan 230.000 manatı İranə Talışxanovaya verilmiş və buna dair qəbzləri vardır. Onlardan qəbzləri tələb etmiş və ona 2 vərəqə qəbz və 1 vərəq maliyyə arayışı vermişlər. O həmin sənədlərin surətinə baxandan görmüş ki, 20 fevral 2019-cu il tarixdə "xxxx" MMC "xxxx" şirkətinə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə "xxxx" şikrətinə 15.000 manat verilmiş, 07 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC müxtəlif vaxtlarda Buğda X43 tikinti üçün 105.000 manat "xxxx" şikrətinə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 MMC 2001-ci il tarixdən fəaliyyət göstərir. O, rəsmi olaraq şirkətdə baş konstruktor vəzifəsini daşıdığı üçün bütün yeni layihələrə ilk əvvəl baxıb nəzərdən keçirmişdir. Təxminən 2017-ci ilin dekabr ayının ortalarında hazırda xatırlamadığı tikinti işlərində əlaqələndiricilərdən (makler) biri onunla əlaqə saxlayaraq həmin tarixə qədər adına heç bir tikinti işində rast gəlmədiyi "xxxx" MMC barəsində ona məlumat verərək, həmin şirkətin rəhbəri olan İranə Talışxanovanın xaricdən gətirdiyi investisiya hesabına Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisini planlaşdırdığını və həmin tikinti işlərini görmək üçün podratçı şirkət axtardığını bildirmişdir. O da həmin layihə ilə maraqlandığını və İranə Talışxanova ilə görüşüb danışmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə o X19 rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ofisində onunla görüşmüş və layihələr barəsində söhbətlər etmişlər. Həmin zaman ona Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün Rayon İcra Hakimiyyətinin sərəncamlarını, eləcə də tikintisi planlaşdırlan bir ədəd “X35, bir ədəd otelin, bir neçə məktəb və bir ədəd otel-sağlamlıq bərpa mərkəzinin eskiz layihələrini ona təqdim etmişdir. O həmin sənədlərə baxıb şirkətdə müzakirə edib bir qərar deyəcəkləini bildirmişdir. Bundan sonra onlar "xxxx" şirkəti və layihələr barəsində maraqlanmış və müsbət qərar qəbul etməyi planlaşdırmışlar. Bundan sonra bir daha İranə Talışxanova ilə görüşmüş və ona layihəyə başlamaq istədiklərini bildirmiş və daha xırda detalları müzakirə etmişlər. Onlar həmin layihələrdən rayon ərazisində 200.000.000 ABŞ dolları dəyərində layihə dəyəri olan Otel-Sağlamlıq Bərpa mərkəzinin tikintisini aparmaq istədiklərini bildirmişlər. Belə ki, İranə Talışxanova bu layihənin ilkin sənədlərinin tam hazır olduğunu bildirmiş, həmçinin o istədikləri təqdirdə digər layihələri də götürə biləcəklərini bildirmişdir. Lakin onlar ilkin olaraq qeyd etdiyi layihəni götürüb işləmək istədiklərini bildirmişlər. İranə Talışxanova layihədə nəzərdə tutulan 200.000.000 ABŞ dollarının 0,1 faizini (mebel və avadanlıqlar üçün nəzərdə tutulan 50.000.000 ABŞ dolları istisna olmaqla) müqavilə bağlanıldığı gündən etibarən sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xərclər üçün əvvəlcədən ödənilməsini bildirmişdir. X24 Türkiyə Respublikasının “Doğuş” şirkəti ilə müqavilələrinin olduğunu bildirmiş və tikinti üçün investisiyanın da həmin şirkət tərəfindən ödəniləcəyini, eləcə də tikintinin işçi layihəsinin həmin şirkət tərəfindən hazırlanacağını bildirmişdir. Onlar tərəfindən qeyd olunan 150.000 manat pul ödənildikdən sonra İranə Talışxanova tərəfindən 30 iş günü müddətində tikintiyə “icazə” sənədlərinin 90 iş günü müddətində isə texniki sənədlərin onlara təqdim ediləcəyi bildirilmişdir. O da müqavilə bağlandıqdan sonra onların da layihənin hazırlanması prosesində iştirak etməyə icazə verməsini bildirmişdir. Çünki türk mütəxəssisləri Azərbaycan Respublikasının tikinti norma və qaydalarının tələblərinə yaxşı bələd olmadıqlarını, onların mütəxəssisləri də həmin layihənin tərtibatında iştirak etsələr daha səmərəli olacağını düşünmüşdür. Həmin zaman İranə Talışxanova köməkçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs dəvət etmiş və bundan sonra bütün texniki işlərlə Rəşadın məşğul olacağını bildirmişdir. 31 yanvar 2018ci il tarixdə şirkətin direktoru Nümayəndə ilə İranə Talışxanova arasında konsaltinq müqaviləsi bağlanmışdır. Bundan sonra 05 fevral 2018-ci il tarixdə Caspina Sevrice MMCnin rəsmi Paşa Bank ASC-də olan hesabından Run Group MMC-nin həmin bankda olan hesab nömrəsinə 150.000 manat pulu köçürmüşlər. Bundan sonra o İranə Talışxanovaya və Təqsirləndirilən şəxs layihə sənədlərinin hazırlanmasında iştirak etmək barədə razılaşmaları olduğunu bildirmiş, lakin onlar müxtəlif bəhanələr gətirərək obyektin layihəsinin hazırlanmasında iştirak etməyə icazə verməmişlər. Onlar İranə və Rəşadın bu davranışınlarından şübhələnməyə başlamışlar. Həmçinin müqavilə bağlandığı vaxtdan bir ay keçməsinə baxmayaraq hələ də layihəni onlar təqdim etməmişdirlər. Buna görə də onlar belə qərarə gəlmişlər ki, pulu İranə Talışxanova və Təqsirləndirilən şəxs geri tələb etsinlər. O İranə Talışxanova ilə əlaqə saxlayaraq işləmək istəmədiyini və pulu geri qaytarmasını tələb etmişdir. İranə Talışxanova onlar ya pulu qaytarcağını ya da başqa iş verəcəyini bildirmişdir. Onlar da işləmək istəmədiyini pulu geri qaytarmasını bildirmişlər. Bundan sonra İranə qısa müddətdə pulu geri qaytarcağını bildirsə də müxtəlif bəhanələr gətirərək vaxt istəmişdir. 2018-ci ilin may ayında pulu qaytarmaq üçün bağlanılmış 31 yanvar 2018-cu il tarixli müavilənin ləğv olunmalı olduğunu bundan sonra 10 gün müddətinə pulun qaytarılacağını bildirmişdir. Onlar da 03.05.2018-ci il tarixdə xitam razılaşması imzalamış, lakin onlar bununla da özlərinə müddət qazanmış və qeyd olunan tarixdə pulu ödəməmişdir. Bundan başqa bir neçə dəfə İranə Talışxanovaya rəsmi müraciət edilmişdir. Lakin heç bir nəticə olmamışdır. 2018-ci ilin yay aylarından etibarən İranə Talışxanova onların telefonlarına cavab verməməyə başlamış, daha sonra onların ofislərini də dəyişdiklərini öyrənmişdir. Buna görə də onlar hüquq mühafizə orqanlarına müraciət etmişlər. Bundan sonra 2019-cu yay aylarında İranə Talışxanova onunla əlaqə saxlamış və şikayəti geri götürməyi xahiş etmiş və pulu iki ay müddətində geri qaytaracağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da onunla görüşüb üzbəüz söhbət edəcəyini bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs onların ofisinə gəlmişdir. Rəşad onlara yenidən yalandan işləmək təklifi etmiş, lakin onlar razılaşmamışlar və pulu tələb etmişlər. Rəşad onlara artıq işlərinin qaydasına qoyulduğunu və 2019-cu ilin sonuna qədər pulu ödəyəcəyini bildirmişdir. Lakin yenədə ödəniş edilməmişdir. Birinci və ikinci görüşlərində Təqsirləndirilən şəxs İranə Talışxanovanın yanında olmamışdır. X62 ofisində görürmüş və onun şirkətdə rəhbər şəxslərdən olduğunu hiss etmişdir. Növbəti görüşdə pul köçürülməmişdən qabaq ofisdə İranə ilə danışan zaman İranə Təqsirləndirilən şəxs içəri dəvət etmiş və onu təqdim edərək bütün texniki işlərlə Rəşadın məşğul olacağını bildirmişdir. Bundan sonrakı görüşlərdə də Təqsirləndirilən şəxs İranə Talışxanovanın yanında olsa da söhbətə müdaxilə etməmişdir. Sonralar yəni onlar artıq MMC-yə məxsus pulu ələ keçirdiklərini başa düşdükdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. İfadəsində də qeyd etdiyi kimi o Rəşadla öz ofislərində görüşdükdə Rəşad ona İranənin onun həyat yoldaşı olduğunu, onların bütün işləri birlikdə gördüklərini, verdikləri pulu da guya layihə sənədlərinə sərf etdiklərini, lakin buna baxmayaraq pulu qısa müddətdə qaytarcağına Təqsirləndirilən şəxs şəxsən ona söz vermiş və ondan şikayəti geri götürməyi xahiş etmişdir. Rəşad həmçinin mülklərinin də olduğunu pulun əvəzində onları da adlarına keçirə biləcəklərini demişdir. Rəşad onun yanından getdikdən sonra da onunla və İranə Talışxanova ilə dəfələrlə mobil telefonla danışmış, onlar hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 13 may 2014-cü ildən "xxxx" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləmişdir. "xxxx" MMC tikinti və yol çəkilişi ilə məşğul olur. Təxminən 2019-cu ilin yanvar ayının 13-16 tarixlərində Əli adlı türk vətəndaşı onunla əlaqə saxlayaraq Ağapaşa adlı tanışında tikinti işi var həmin şəxsi gətirib onunla danışdıracaq. Növbəti gün Əli Ağapapaşa adlı şəxslə onun ünvan 5 ünvanında yerləşən ofisinə gəlmiş və söhbət etmişlər. Ağapaşa Rövşən və Əliağa adlı tanışlarında Göygöl rayonu ərazisində məktəb, baxça və zavod tikintisinin layihələri olduğunu əgər istəsə həmin işi ona həvalə etdirə biləcəklərini demişdir. Bundan sonra onun yanına Röşən, Ağapaşa və Əliağa adlı şəxslər gəlmişlər. Rövşən qeyd olunan tikinti işləri ilə bağlı məlumat verərək həmin tikintini Run Group MMC təşkil etdiyini və həmin MMC ilə onun əlaqələrinin olduğunu bildirmişdir. Rövşən bütün işlərin başında Sərvər adlı şəxsin durduğunu və Run Group MMC-nin bütün hüquqi işlərini də həmin şəxsin gördüyünü bildirmişdir. Ona demişlər ki, müqavilədə görüləcək işlərə ayrılan məbləğin, yəni investor tərəfində tikinti işlərinə ayrılacaq məbləin 7 faizi onlara, yəni Əliağa, Röşən və Ağapaşaya verilməli, 8 faizi "xxxx" MMC-yə verilməli, 8 faizin 1 faizi müqavilə bağlandıqdan 3 gün müddətinə verilməli, 7 faiz isə avans verildikdən sonra hissə-hissə verilməlidir. Onlara verilməli olan 7 faizin 1 faizi isə müqavilə bağlandıqdan sonra 3 gün müddətinə onlara ödəməlidir. Əliağa və Ağapaşa ona görüləcək işlər barədə məlumat vermiş ki, sifarişçi "xxxx" MMC-dir, Göygül rayonunda X72 zavodu, Bağça və Məktəbin tikintisini öhdəliyinə götürmüşdür. Ağapaşa kiminləsə telefonla danışmış və ona gedib Göygöl rayonunda ayrılmış yerə baxa biləcəklərini bildirmişdir. Onlar belə razılaşmışlar ki, sabahısı gün Göygöl rayonuna gedib ayrılmış yerə baxsınlar. Səhəri gün o Ağapaşa ilə birlikdə Göygöl rayonuna getmiş, Ağapaşa onu "xxxx" MMC-nin tikinti üzrə direktoru müavini Emil Əliquluyevlə tanış etmişdir. Şahid4 ona ayrılmış sahəsini göstərmişdir. Həmin sahənin ətrafında bir ədəd elan lövhəsi asılmışdır. Yerin səthi isə hamarlanmışdır. İfadəmə həmin zaman çəkdiyim 03 ədəd foto şəkili əlavə edirəm. Başqa tikinti işləri görülməmişdir. O hamarlanma işlərini kim tərəfindən görüldüyünü soruşduqda Emil özləri tərəfindən edildiyini bildirmişdir. Bundan sonra o Ağapaşa ilə Bakı şəhərinə qayıdıb, şirkətin hüquqi sənədlərini Run Group MMC-yə təqdim olunması üçün Ağapaşaya vermişdir. Bundan sonra Rövşən zəng edərək Run Group MMC-nin direktoru İranə Talışxanovanın şirkətin sənədləri ilə tanış olduğunu və 18 yanvar 2019-cu il tarixdə görüşmək istədiyini bildirmişdir. 18 yanvar 2019-cu il tarixdə "xxxx" MMC-nin “Megafun”-da yerləşən ofisinə gedib şirkətin direktoru İranə Talışxanova ilə görüşmüşdür. Ofisdə Şahid4 "Run Group” MMC ilə "xxxx" MMC arasında bağlanan müqaviləni göstərmiş və o həmin müqavilə ilə tanış olmuşdur. Həmin müqavilədə göstərilmişdir ki, Göygöl rayonunda Buğda X43 torpaq qazıntı və daşınma işləri üçün sifarişçi, yəni "xxxx" MMC 6.480.000 manat vəsaiti müqavilə sənədləri olan Dəyər Cədvələnə uyğun olaraq icraçı, yəni "xxxx" MMC-yə ödəyəcəkdir. Bundan sonra müqaviləni İranə Talışxanova imzalayıb möhürləmiş, sonra o imzalayıb möhürləmişdir. Həmin zaman o 65000 manat zavod və 85000 manat isə məktəb və baxça üçün ödəməli imiş. Həmin gün onlara pul ödəməyərək qısa müddətdə ödəyəcəyini bildirmişdir. Şahid4 tərəfindən qazıntı işlərinin başlamaq üçün elektron variantda kodlar verilmiş və demiş ki, təcili olaraq işə başlasın və ərazini çəpərə alsınlar. Bundan sonra o "xxxx" MMC-dən layihə rəhbəri işləyən Şahid3 və texniki işlər üzrə Mübarizə bu barədə məlumat vermiş və demiş ki, onlara kömək üçün tanışların texnika və avtomaşınları cəlb etsinlər. Ağapaşaya demiş ki, həmin ərazidə torpağın qazıntısını edirsə, tikinti işlərini ona versin. 21 yanvar 2019-cu il tarixdə Ağapaşa ona zəng vurmuş ki, Göygöl rayonunda tikiləcək məktəb, bağça və zavodun tikinti işlərini ona verilir, gedək müqavilə bağlayaq. Həmin günü o Ağapaşa ilə ofisin yanına gəlmiş, Rövşən onları qarşılamış, Ağapaşa birinci mərtəbədə qalmış, Rövşən isə onu ofisə qaldırmışdır. O İranə Talışxanova ilə görüşmüş və məktəb, bağça və zavodun tikinti və quraşdırma işlərinin görülməsi ilə bağlı müqavilələri imzalamışlar. İranə Talışxanova bildirmiş ki, investor tərəfindən investisiya 60- 90 gün ərzində ödəniləcəkdir. Müqavilədə tikinti işlərinin görülməsi investisiya ayrıldıqdan sonra nəzərdə tutulsa da İranə Talışxanova ona investisiya ayrılana qədər öz şəxsi hesabına ilkin çəpərləmə və qazıntı işlərini başlamasını bildirmişdir. 2019-cu ilin yanvar ayının 20-dən sonra Göygöl rayonunda ayrılmış torpaq sahəsində ilkin işlərə başlamışlar. Təxminən 3-4 gündən sonra görmüş ki, bu işlər maddi cəhətdən "xxxx" MMC-nin gücündə deyil. Bundan sonra o bu barədə Şahid3lə söhbət etmiş ki, onlara maddi köməklik lazımdır. Səhər günü Şahid3 və Mübariz onun kabinetinə gəlib demişlər ki, əvvəllər tanıdıqları və birlikdə iş gördükləri Zərərçəkmiş şəxs5 ilə telefonla danışaraq ona iş barədə məlumat vermişlər və o müqavilələrlə tanış olmaq istəyir. Ondan 18 yanvar 2019-cu il tarixdə bağlanmış müqaviləni götürüb həmin şəxsin yanına getmişlər. Təxminən 3-4 saatdan sonra Qurban və Mübariz ofisə qayıdıb ona demişlər ki, Zərərçəkmiş şəxs5 müqavilə ilə tanış olub demiş ki, 3 gün müddətinə onlara xəbər edəcəkdir. Təxminən 3 gündən sonra Qurban və Mübariz ona demiş ki, Zərərçəkmiş şəxs5 şirkətin direktoru kimi onunla tanış olmaq istəyir. 24-25 yanvar 2019-cu il tarixdə o, Qurban və Mübarizlə birlikdə Köhnə Günəşli qəsəbəsində olan Zərərçəkmiş şəxs5 ofisinə getmişlər və kabinetdə Zərərçəkmiş şəxs5 və yanında iki nəfər orta yaşlı kişi olmuşdur. Qurban və Mübarizin Zərərçəkmiş şəxs5 verdikləri müqavilə ilə bağlı müzakirə etmiş və Zərərçəkmiş şəxs5 soruşmuş ki, nə qədər maddi köməkil etməlidir. Demiş ki, "xxxx" MMC-yə ilkin olaraq 150.000 (yüz əlli min) manat pulu müqaviləyə görə ödəmək lazımdır, 150000-200000 manatda ərazidə işlərin görülməsi və işçiləri əmək haqqın verilməsi üçün lazımdır. Zərərçəkmiş şəxs5 həmin günü yəni, 25 yanvar 2019-cu il tarixdə Xidməti müqaviləsi bağlanmış ki, Zərərçəkmiş şəxs5 görüləcək işlə bağlı təqdim etdiyi pulu "xxxx" MMC-dən "xxxx" MMC-yə avans gəldikdən sonra köçürmə yolu ilə Zərərçəkmiş şəxs5 ödənilməlidir. Həmin müqavilədən sonra Zərərçəkmiş şəxs5 ona işlərin görülməsi üçün ilkin olaraq 15.000 manat pul vermiş və demiş ki, hissə-hissə 300.000-350.000 manat veriləcəkdir. 28 yanvar 2019-cu il tarixdə günün birinci yarsı o və Qurbanla birlikdə Zərərçəkmiş şəxs5 kabinetinə getmiş Zərərçəkmiş şəxs5 ona 18.000 ABŞ dolları, həmin günü günortadan sonra Qurbanla birlikdə Zərərçəkmiş şəxs5 kabinetinə getmişlər Zərərçəkmiş şəxs5 ona 44.600 manat vermişdir. Həmin günü o Zərərçəkmiş şəxs5 ümumilikdə 75.000 manat pulun alınmasına dair iltizam yazıb vermişdir. O Zərərçəkmiş şəxs5 aldığı puldan 63000 manatı Göygöl rayonu rayonu ərazisində tikiləcək 480 nəfər şagird yerlik məktəbin layihəsinin hazırlanması üçün, 22 000 manatı isə 100 nəfər yerlik uşaq bağçasını layihəsinin hazırlanması üçün Run Group MMC-yə ödəmişdir. Həmin gün o Run Group MMC-yə 85000 manat pul ödəmişdir. Qalan 5200 manat pulu isə Göygöl rayonu ərazisində işləyən texnikaların yanacaq və digər xərclərə sərf etmişlər. Bundan sonra o bağladığları müqavilələrdən zavodun tikintisi üçün qalan 65000 manat pulu ödəməli imiş. Zərərçəkmiş şəxs5 ilə onların arasında inam və etibar yarandığı üçün Zərərçəkmiş şəxs5 ona pul veriləndə hər dəfə iltizam yazılmasın. 29 yanvar 2019-cu il tarixdə Qurbanla birlikdə Zərərçəkmiş şəxs5 kabinetinə getmiş Zərərçəkmiş şəxs5 ona 35.000 manat vermiş və 2 yeni müqavilə təqdim etmişdir. Həmin müqavilələrdə Göygöl rayonunda məktəb və uşaq bağçasının tikintisinə dair olmuşdur və hər 2 tikintinin ümumi məbləği 8.500.000 manatdır. Həmin müqavilədə nəzərədə tutulduğu kimi o Zərərçəkmiş şəxs5 demiş ki, müqavilədə nəzərdə tutulmuş məbləğin 1 % "xxxx" MMC-yə ödənilməlidir. Zərərçəkmiş şəxs5 ona razılıq vermişdir. O həmin 35000 manatı 05 fevral 2019-cu il tarixli Kassa məxaric orderi ilə X1 vermişdir. O da həmin tarixdə pulu Run Group MMC-yə ödədiyini söyləmişdir. 31 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində ona 38.000 ABŞ dolları, 05 fevral 2019-cu il Zərərçəkmiş şəxs5 kabinetində 40.400 manat, 07 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 25.000 manat, 11 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 25.000 manat, 13 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 20.000 manat, 19 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 10.000 manat, 21 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 10.000 manat vermişdir. Həmin puldan 22 fevral 2019-cu il tarixdə Kassa Məxaric orderi ilə X1 zavodun tikintisi üçün 15000 manat, 27 fevral 2019-cu il tarixdə Kassa məxaric orderi ilə 35000 manatı Nişasta zavodunun tikintisi üçün Run Group MMCnin işləyən Şahid5, 06 mart 2019-cu il tarixdə Kassa məxaric orderi ilə 20000 manatı Nişasta zavodunun tikintisi üçün Run Group MMC-nin işləyən Emil Əliquluyevə, 15 mart 2019-cu il tarixdə 50000 manatı Nişasta zavodunun tikintisi üçün Run Group MMC-yə mədaxil orderi ilə Emil Əliquluyevə vermişdir. Həmin vaxtı o Zərərçəkmiş şəxs5 "xxxx" MMC ilə "xxxx" MMC arasında X61 Zavodu Tikinti quraşdırma işlərinə dair bağlanan müqavilənin vermişdir. Həmin müqavilədə Sifarişçi, yəni "xxxx" şirkəti ilkin təyin olunan smetaya əsasən 25.500.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq İcraçıya, yəni "xxxx" MMC-yə ödəyəcəkdir. 22 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 15.000 manat, 27 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 kabinetində 11.800 ABŞ dolları vermişdir. Həmin günü axşam tərəfi o Zərərçəkmiş şəxs5 demiş ki, işlə bağlı 5000 manat lazımdır. Bundan sonra İlkin adlı tanışı Zərərçəkmiş şəxs5 pulu götürüb ona göndərmişdir. 04 mart 2019-cu il tarixdə yenə pul lazım olduğundan İlkin ona görə Zərərçəkmiş şəxs5 5000 manat götürüb ona göndərmişdir. 06 mart 2019-cu il tarixdə İlkin ona görə Zərərçəkmiş şəxs5 20.000 manat götürüb qəbz əsasında "xxxx" MMC-yə ödəmişdir. Zərərçəkmiş şəxs5 işlər bağlı ona ümumilikdə 385.000 manat vermişdir. Rövşən ona demiş ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 2019-cu ilin fevral ayının axırları avans ödəniləcək və onun sözünə görə Zərərçəkmiş şəxs5 demişdir. İşlərin yubandığına görə belə qərara gəlmiş ki, gedib "xxxx" MMC-nin rəhbərliyi ilə görüşsün və 02 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 və Qurbanla birlikdə “Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən "xxxx" şirkətinin ofisində şirkətin müavini Şahid4lə görüşmüşlər. Həmin vaxtı vasitəçi olan Rövşəndə iştirak etmişdir. Zərərçəkmiş şəxs5 Emin Əliquluyevdən soruşmuş ki, Göygöl rayonunda X43 tikintinin layihəsi nə vaxt hazır olacaqdır. Şahid4 demiş ki, müqavilələrdə ümumi məbləğin 1 % "xxxx" MMC-yə tam ödənilmədiyi üçün onlarda layihə hazırlayan təşkilatlara pul ödənişi edib layihəni götürə bilmirlər. Bundan sonra Zərərçəkmiş şəxs5 demiş ki, növbəti həftənin 2-ci günü o pul göndərəcək ödənilsin və layihə götürülsün. Bundan sonra Zərərçəkmiş şəxs5 pul ödəyə bilmədiyi üçün "xxxx" MMc-yə pul ödəyə bilməmişlər və Zərərçəkmiş şəxs5 demiş ki, "xxxx" MMC konkret olaraq müqavilə şəkilində avnasın tarixini göstərisinlər və o da pulu ödəyəcək. Bundan sonra Zərərçəkmiş şəxs5 avans müqaviləsini hazırlayıb ona vermiş və demiş ki, bu müqaviləni rəsmiləşdiriləndən bir saat sonra pulu ödəyəcək. O həmin müqaviləni elektron formada Emin Əliquliyevə göndərmiş və Şahid4 həmin müqavilədə 30 gün ərzində vanas ödəniləcək sözündə 45 gün rəqəmi ilə əvəz edib 18 mart 2019-cu il tarixdə rəsmiləşdirmişlər. O və Qurban həmin avans müqaviləsini götürüb Zərərçəkmiş şəxs5 yanına gəlmişlər ki, artqı müqavilə rəsmiləşib, pulu versin ki, ödəyək və layihələri götürsünlər. Zərərçəkmiş şəxs5 avans müqaviləsinə baxandan sonra demiş ki, İranə Talışxanovanın imzasına oxşamamışdır. Bundan sonra Zərərçəkmiş şəxs5 söz verdiyi pulu ödəyə bilməmişdir. 30 mart 2019-cu il tarixdə Əliağa, Rövşən və Ağapaşa işə görə pul istəmiş və Zərərçəkmiş şəxs5 1500 manat alıb onlara vermişdir. 01 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 tələblərinə uyğun olaraq "xxxx" MMC ilə "xxxx" MMnin arasında konsaltinq müqaviləsi bağlanmış və həmin müqavilədə ödəniş faizinin şərtləri göstərilmişdir. 09 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında Nişasta zavodunun tikinti quraşdırma işləri ilə bağlı müqavilə imzalanmış və həmin müqaviləni Zərərçəkmiş şəxs5 göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 ona demiş ki, onu "xxxx" MMC-nin rəhbəri ilə görüşdürsün. 2019-cu ilin aprel ayının 15-20 arası, Zərərçəkmiş şəxs5 və "xxxx" şirkətinin direktoru İranə Talışxanova ilə “Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən "xxxx" şirkətinin ofisində görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs5 İranə Talışxanovaya avansın ödənilməməsini səbəbini soruşmuşdur. İranə Talışxanova ona konsaltinq müqavilənin şərtlərinə əməl etmədiyinə görə işlərin yubandığını, yəni pul tam şəkildə ödənilmədiyi üçün layihə hazır olmadığını və invertra təqdim edə bilmirlər. Zərərçəkmiş şəxs5 İranə xanımdan biznes planını, investisiya olan müqaviləsini və maliyyə məsələsinin kim tərəfindən ödənilməsinə dair sənəd tələb etmişdir. İranə xanım biznes planını, müqaviləni və “CNTİC” şirkəti tərəfindən maliiyə ödənilməsi ilə əlaqədar sənəd göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 İqtisadı X12 sənədini tələb etmişdir. Həmin sənəd mahiyyəti ondan ibarətdir ki, xarici investor pul ayırarsa həmin puldan əlavə Dəyər vergisi tutulmamalıdır. İranə xanım demiş ki, bu barədə müraciət edilib, ancaq zavodun tikintisində lazım olaran apartların gətirilməsi zamanı alınacaq. X54 Abdullayevə demiş ki, narahatçılığa heç bir əsas yoxdur, çünki Çin Xalq Respublikasının “CNTİC” şirkəti tərəfindən bu iş üçün "xxxx" şirkətinə 120.000.000 ABŞ dolları ayrılacaqdır. Zərərçəkmiş şəxs5 İranə xanıma demiş ki, "xxxx" MMC-yə müəyyən miqdarda bank təminatı verilsin. İnarə Talışxanova söz vermiş ki, bank təminatı veriləcəkdir. Bundan sonra İranə xanım demiş ki, hər il olduğu kimi bu ildə may ayının 15-də “Qida Sənayesi” sərgisi keçiriləcək və "xxxx" şirkəti həmin sərgidə “X72” Zavodunun layihəsini və maketini sərgiyə çıxaracaq. İranə Talışxanova əlavə olaraq bildirmiş ki, həmin sərgidə “CNTİC” şirkətinin nümayəndələri və baş pordatçı Türkiyə Respublikasının “Doğuş Gruop” şirkətinin nümayəndələri iştirak edəcək və onuda podratçı kimi onlarla tanış edəcəkdir. Bundan sonra Zərərçəkmiş şəxs5 İranə xanıma demiş ki, o "xxxx" MMC-yə ödənilməli olan 1 fazin qalan hissəsni ödəyəcək və sərgidə "xxxx" MMC-nin nümayəndəsi kimi iştirak edəcəkdir. Sonra Zərərçəkmiş şəxs5 verdiyi sözü əməl etməmişdir. Buna görədə "xxxx" MMC tərəfindən bank təminatı verilməmiş və "xxxx" MMC-yə avans ödənilməmişdir. 01 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 Qurbanla birlikdə Göygöl rayonunda olan əraziyə gedib baxmış və Göygöl rayon İcra hakimiyyətinin nümayəndələri ilə görüşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs5 ondan görülmüş işlər barədə arayış istəmiş, o da 2019cu ilin may ayına qədər Göygöl rayonunda görülümüş işlərin bir qismini təsdiq edilmiş Forma 2 arayışını təqdim etmişdir. Zərərçəkmiş şəxs5 ona demiş ki, avans nə vaxt veriləcəkdir ? Ona demiş ki, onların şərtlərinə əməl etmədiyi üçün avans tələb edə bilmir. Zərərçəkmiş şəxs5 ondan pulları ödəyərəkən aldğı qəbzləri tələb etmişdir. O 20 fevral 2019-cu il tarixdə "xxxx" MMC "xxxx" şirkətinə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə "xxxx" şikrətinə 15.000 manat və 07 may 2019-cu il tarixli "xxxx" MMC müxrəlif vaxtlarda Buğda X43 tikinti üçün 105.000 manat "xxxx" şikrətinə verilməsinə dair maliyyə arayışı vermişdir. Zərərçəkmiş şəxs5 soruşmuş ki, ona 155.000 manata dair qəbzlər vermiş, qalan pulun aqibəti necə olmuş? Zərərçəkmiş şəxs5 demiş ki, 50.000 manat pulu "xxxx" şikrəti ilə əlaqə yaratdığı üçün Rövşən, Əliağa və Ağapaşa şəxslərə vermişdir. Rövşənə isə ayrıcı olaraq müxtəlif vaxtlarda 3000 manat və 2400 manat vermiş, "xxxx" MMC-yə ödədiyi 60.000 manatın isə qəbzini almamışdır. Pulun qalanını isə Göygöl rayonunda olan işlərə xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və Mülki Tikinti fakültəsini 2008-ci ildə tarixdə bitirmişdir. Universiteti bitirdikdən sonra müxtəlif şirkətlərdə işləmişdir. Təxminən 2016-cı ilin dekabr ayında "xxxx" MMC-də layihə mühəndisi kimi işə qəbul olunmuşdur. Bir müddət qeyri rəsmi işləsə də 2018-ci ilin yanvar ayından rəsmi olaraq əmək müqaviləsi üzrə həmin MMC-də işləməyə başlamışdır. MMC-nin direktoru X14 olmuşdur, onun həyat yoldaşı Təqsirləndirilən şəxs da "xxxx" MMC-nin direktoru olmuşdur. Layihə mühəndisi kimi onun vəzifəsi layihələrin tərtib olunması, hazırlanması dövlət orqanları ilə razılaşdırlması və sair işləri görmək olmuşdur. "xxxx" MMC-də işləməyə başladığı zaman şirkət GöyGöl rayonu ərazisində üç orta məktəb, bir baxca, bir sağlamlığı bərpa mərkəzi, bir Resort Otel və bir “X61 zavodu” tikintisi üçün Göygöl rayonu İcra Hakimiyyəti ilə müqavilələr bağlanmışdır. Həmin zaman təxminən 2017-ci ilin yaz aylarında Run Group MMC ilə "xxxx" MMC ilə Göygöl rayonu ərazisində üç orta məktəbin tikintisi üçün müqavilə bağlanmasından məlumatı olmuşdur. Həmin müqaviləni "xxxx" MMC tərəfindən Rəfail Hüseynov və onun şəriki olduğunu bildiyi Zərərçəkmiş şəxs4 bağlamışlar. Müqavilənin dəqiq şərtlərini bilməsə də müqavilə bağlayıb tikintini götürən şirkət “RunGroup MMC”-yə layihəydə nəzərdə tutulan məbləğin bir faizi məbləğində nağd pul verməli olduğunu bilmişdir. Rəfail və Yusif ilə müqavilə bağlandıqdan sonra İranə Talışxanova və Təqsirləndirilən şəxs göstərişi ilə Göy-Göl rayonuna getmişdir. Orada İcra Hakimiyyətinin nümayəndəsi ilə görüşmüş və həmin şəxs “RunGroup MMC”-yə ayrılmış torpaq sahələrinə baxış keçirmişdir. Bundan sonra o İranə və Təqsirləndirilən şəxs göstərişi ilə Rəfail Hüseynov və Zərərçəkmiş şəxs4 ilə birlikdə də Göy-Göl rayonuna getmişdir. Həmin zaman onlarla birlikdə Şahid11 adlı layihə rəhbəri də getmişdir. Şahid11 onlara görüləcək işlər barəsində məlumat verdikdən və yerlərlə tanış etdikdən sonra onlar Bakı şəhərinə qayıtmışlar. Bundan sonra Rəfail və Yusif öz hesablarına məktəblərin tikintisinə başlamışlar. Belə ki onlar belə razılığa gəlmişlər ki, xarici investor "xxxx"-un hesabına pul köçürənə qədər tikinti işlərini onlar öz hesablarına etməlidir. Başlamamışdan qabaq onlar müvafiq dövlət orqanlarından tikinti aparılması üçün icazələri də alıb təqdim etmişlər. Həmin ərəfələrdə Rəfail və Yusif ofisə tez-tez gəlib getmişdir. Təxminən 2017-cilin yay aylarında Rəfail və Yusifin tikintini yarımçıq saxlamışlar. Belə ki, həmin vaxta qədər investor tərəfindən şirkətin hesabına pul köçürülməmişdir. Sonradan məlumatı olmuş ki, həmin məktəbin yəni Rəfail və Yusifə verilmiş və onlar tərəfindən tikinti işləri aparılmış Göygöl rayonu Topal Həsənli kənd orta məktəbin tikintisini X45 Quliyev və Zərərçəkmiş şəxs1 adlı şəxslərə həvalə etmişdir. Həmin ərəfədə Nadir Quliyev, Zərərçəkmiş şəxs1, Rəfail Hüseynov və Zərərçəkmiş şəxs4 ofisdə İranə Talışxanova və Təqsirləndirilən şəxsla görüşüb məsələni müazakirə etmişlər. Lakin görüşdə iştirak etmədiyi üçün onların necə razılığa gəlməsindən məlumatı olmamışdır. Həmin ərəfədə Rəfail Hüseynov vəfat etmiş, bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs4 ofisə gələrək İranə Talkışxanovadan pulunu tələb etməyə başlamışdır. Lakin Zərərçəkmiş şəxs1 Nadir Quliyev də öz hesablarına məktəbdə tikinti işlərini davam etdirsələr də investro tərəfindən pul ayrılmadığına görə onlar da tikintini yarımçıq qoymuşlar. Həmin ərəfədə İranə Talışxanova xarici İnvestorun Börhani adlı şəxs olduğunu bildirmişdir. Lakin sonrdan həmin şəxsin investisiya yatırmaqdan imtina etdiyini, sonradan CNTİC şirkətini investisiya ayarıacağını bildirmişdir. Lakin bu günədək həmin şirkət tərəfindən də investisiya ayrılmamışdır. Bundan başqa Göygöl rayonu ərazisində tikintisi nəzərdə tutulan otel-sağlamlıq Bərpa Mərkəzi layihəsi üçün "xxxx"MMC ilə Golden Lion MMC arasında müqavilənin bağlanmasından məlumatı olmuşdur. Həmin müqavilə 2018-ci ilin aprel ayında bağlanmışdır. Həmin zaman o ərazinin xəritəsini e-mail vasitəsi ilə MMCnin direktorui Zərərçəkmiş şəxs6 göndərmişdir ki, onlar özləri otelin layihəsini hazırlasınlar. Sözügedən otelin bütün layihə və sənədlərini Ruslan Abduyllayev və onun şəriki olan Ceylan Holding şirkətinin rəhbəri Zülküf Ceylan hazırlamışlar. Lakin sonradan ona məlum olmayan səbəbdən onların da işlərinin baş tutmadığını bilmişdir. Bundan başqa 2019-cu ilin yanvar ayını əvvəllərində Rövşən adlı şəxs elekton formada müraciət etmiş ki, onların təqdim etdiyi layihələrin birində iştirak etmək istəyir və tikinti şirkəti olaraq "xxxx" MMC-ni onlara təqdim etmişdir. Bundan sonra "xxxx" MMC-nin rəhbərini və mühəndis heyətini ofisə dəvət etmişlər və danışıqlar əsasnasında işlə tanış olmuşlar və ümumi razılığı gəlib MMC-lər arasında 18 yanvar 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilədə Buğda X43 tikinti quraşdırma işlərinin görülməsi nəzərdə tutulmuş və müqavilənin şərtlərinə görə icraçı müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə sifarişçi tərəfindən öhdəsinə götürdüyü işləri görməyəcəkdir. 21 yanvar 2019-cu il tarixdə yenə "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış ki, Göygöl rayon ərazisində orta məktəb və uşaq bağçası tikilməli və həmin layihələr "xxxx" MMC-yə elektron təqdim edilmişdir. Nişasta Emalının zavodunun eskiz layihəsi Göygöl rayon İcra hakimiyyəti tərəfindən təsdiq olunduqdan sonra "xxxx" MMC-nin rəhbəri Şahid9 təqdim olunmuşdur. 2019-cu ilin mart ayında Şahid9 ondan xahiş etmiş ki, Zərərçəkmiş şəxs5lə görüşüb iş barədə ona məlumat versin. O da razılıq vermiş və "xxxx" MMC-nin ofisinə onları dəvət etmişdir. Həmin vaxtı Şahid9lə sonradan adını Zərərçəkmiş şəxs5 bildiyi şəxslə gəlmişlər. Onlara Göygöl rayonu ərazisində tikiləcək Nişasta zavodunda 15 fevral 2019-cu il tarixdə hazırlıq işləri görülməli və 15 avqust 2019-cu il tarixdə isə tikinti işlərinə başlanacağını bildirmişdir. Onlara işin icra qrafiki, yəni 30 ay ərzində zavod tam təhvil verilməli, eyni zamanda onlara ərazinin baş planı göstərilmiş və Zərərçəkmiş şəxs5 "xxxx" MMc-nin rəhbərliyinin adından söz vermiş ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtlərinə əməl edəcək, tez bir zamanda xidmət haqqı üçün ödəyəcəyini söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 və Şahid9 onunla razılaşıb çıxıb getmişlər. 18 mart 2019-cu il tarixli "xxxx" şirkəti ilə "xxxx" MMC-nin arasında müqavilə bağlanmış ki, 45 gün ərzində avans ödənişi olunacaq, o təqdirdə ki, başlanmış müqavilənin şərtlərinə əməl olunsun. Həmin müqavilədə İranə Talışxanovanın yerinə o imza etmiş və "xxxx" MMC-nin möhürü ilə təsdiq etmişdir. Çünki həmin vaxtı İranə Talışxanova ofisdə olmamış və özü ona və mühasibə demişdir ki, o olmadığı zaman əvəzinə imza etsinlər. "xxxx" MMC-nin götürdüyü öhdəlik yerinə yetirilmədiyi üçün 45 gün ərzində avans ödənilməmiş və müqavilə qüvvədən düşmüş hesab olunmuşdur. 09 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında Nişasta Zavodunun ümumi tikinti işləri ilə bağlı müqavilə və Konsaltinq müqaviləsi bağlanmışdır. 2019-cu ilin aprel ayının ortalarında ona məlum olmuş ki, "xxxx" şirkətinin ofisində Şahid9, Zərərçəkmiş şəxs5 və İranə Talışxanova arasında görüş olmuşdur. 15 may 2019-cu il tarixdə "xxxx" MMC Bakı Exspo mərkəzində keçirilən Kənd Təsərrüfatı sərgisində Nişasta Zavodunun marketinin sərgi edilməsi ilə əlaqədar sərgidə iştirak etmişdir. Həmin sərgidə "xxxx" MMC-nin direktoru və nümayəndə heyəti iştirak etmişdir. Həmin sərgiyə Zərərçəkmiş şəxs5 gəlib baxmışdır. Şahid9 orada söz vermiş ki, sərgidən 3 gün sonra müqavilə şərtlərinə əməl edərək qalan ödənişi ödəyəcəkdir. Şahid9 tərəfindən verdiyi söz əməl edilməmiş və 2019-cu ilin may ayının sonları "xxxx" MMC nümayəndəsi tərəfindən Şahid9 elektron poçtuna elektron məktub göndərilmiş ki, müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etmədiyi üçün müqaviləyə birtərəfli xitam verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ingilis dilini sərbəst bildiyi üçün tərcüməçiliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla yaxın münasibətləri olmuşdur. Təxminən 2016-cı ilin yay aylarında Təqsirləndirilən şəxs təklifi ilə onun həyat yoldaşı kimi təqdim etdiyi İranə Talışxanova ilə tanış olmuşdur. O işsiz olduğundan bir müddət X19 rayonu Niyazi küçəsində yerləşən “Organic” adlı restoranda inzibatçı işləmidir. Təxminən 2016-cı ilin noyabr ayında Rəşad və İranənin təklifi ilə onların Bakı şəhəri, Lermontov küçəsi, ev 3-də yerləşən ofislərində tərçüməçi kimi işləmə başlamışdır. Belə ki, onlar tez-tez xarici qonaqlarının gəldiyini və onlarla aparılan danışıqlarda tərcüməçiyə ehtiyac olduğunu bildirmişdirlər. Həmin zaman X63-göl rayonu ərazisində “Buğda Nişastası zavodu” tikmək üçün rayon İcra Hakimiyyətindən 20 hektara yaxın torpaq sahəsini də icarəyə götürdüyünü və həmin ərəfələrdə zavodun tikintisi üçün investor axtardığını bildirmişdir. Təxminən 2017-ci ilin yanvar ayında İranə Talışxanova və Təqsirləndirilən şəxsla birlikdə əslən İranlı olan İran İslam Respublikası və Cin Respublikası vətəndaşlığı olan X55 adlı “X64 Corparation” şirkətinin direktoru ilə İranə Talışxanovanın ofisində görüşmüşlər. Onlar arasında olan söhbətləri tərcümə etmişdir. Həmin zaman M.Börhani Göy-göl rayonu ərazisində X61 zavodu üçün investisiya təşkil edə biləcəyini bildirmişdir. Lakin o bunun əvəzində proyektin smeta məbləğinin 20 faizi məbləğində bank qarantiyası tələb etmişdir. İranə Talışxanova da həmin təkliflə razılaşmış və bank qarantiyası verə biləcəyini bidirmidir. Görüş zamanı onlar işçi müqaviləsi də bağlamışlar. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC bank qarantiyası təqdim etdikdən sonra investisiya ayrılacaqdır. X44 bank qarantiyası təşkil edə bilməmişdir. Buna görə də sövdələşmə baş tutmamışdır. Lakin o İranə Talışxanovanın bank qarantiyası nəyə görə tapa bilmədiyini bilməmişdir. Bu ərəfələrdə onun məlumatı olurdu ki, Göy-göl rayon ərazisində podratçılar tərəfindən artıq ilkin texniki-mühəndislik işlərinə başlanılmışdır. Lakin o İranədən Börhani ilə nəyə görə işləmədiyini soruşduqda ona “investorun bir deyil, bir neçə olduğunu” buna görə narahat olmamasını bildirmişdir. Bundan qabaq da 2016-cı ilin dekabr ayında Aleksandr Vışınski adlı Qazaxıstan Respublikası vətəndaşı ilə də görüşüb zavodla bağlı söhbətlər etmişlər. O da bank qarantiyası tələb etdiyindən onunla da birgə iş görə bilməmişdirlər. Bundan başqa o İranə Talışxanova və Təqsirləndirilən şəxsla birlikdə hazırda dəqiq xatırlamadığı bir neçə xarici şirkətin nümayəndələri ilə də görüşmüşdür. Həmin şirkətlərlə də ilkin danışıqlar aparılsa da İranə Talışxanova həmin şirkətlər tərəfindən tələb olunan bank qarantiyası və digər sənədləri təqdim edə bilmədiyindən onlar arasında olan sövdələşmə baş tutmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2015ci ilin sonlarında "xxxx" MMC-yə qeydiyyat şöbəsinə işə qəbul olunmuşdur. Onu işə MMCnin direktoru İranə Talışxanova qəbul etmişdir. İlk əvvəl onunla əmək müqaviləsi bağlanılmasa da təxminən 2018-ci il tarixdə rəsmi əmək müaviləsi bağlanılmışdır. Əvvəl "xxxx" MMC-nin ofisi ünvan 1-də yerləşirdi. O həmin ofisdə qeydiyyatda işləmişdir. Yəni ofisə gələn şəxsləri qarşılayaraq gəlmə səbəblərini müəyyən etmişdir. Direktorun yanına gələn olarsa telefonla İranə Talışxanovaya məlumat vermişdir. Onun göstərişi ilə qəbuluna gələn şəxsi ya onun yanına göndərir yaxud da İranənin dediyi sözləri ona çatdırmışdır. İranə Talışxanovanın həyat yoldaşı Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləməsədə o da ofisə gəlib-getmişdir. O İranə Talışxanova ilə bəzən ofisə gələn şəxsləri birlikdə qəbul etmişdir. "xxxx" MMC tərəfindən 3-4 aydır ki, əmək haqları verilmədiyi üçün 2019-cu ilin avqust ayında o əksər işçilər kimi işdən ayrılmışdır. Təxminən 2017-ci ili sonları 2018-ci ilin əvvəllərində ofisə Zərərçəkmiş şəxs2 adlı yaşlı kişi gəlib İranə Talışxanova və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs2 ofisə gələndə özünü İranə Talışxanovanın qohumu kimi təqdim etmişdir. Həmin şəxs bir neçə dəfə ofisə gəlib getmişdir. Lakin həmin zaman onun hansı məqəsdlə ofisə gəlib İranə Talışxanova və Təqsirləndirilən şəxsla görüşməsini bilməmişdir. Ümumiyyətlə bir işçi kimi o ofisə gələn şəxslərin hansı işlə bağlı gəlməsini bilməmiş və bununla maraqlanmamışdır. Lakin təxminən 2018-ci ilin yanvar ayının əvvəllərinə Zərərçəkmiş şəxs2 ofisə gələrək İranə Talışxanovaya və Təqsirləndirilən şəxs üstü örtülü qaydada “əmanət”, yəni pul verdiyini lakin onların söz verdiyi işi görmədiklərini, hazırda da telefon zənglərinə cavab vermədiklərini bildirmişdir. Ona nə qədər pul verdiyini bildirməmişdir. O da ona İranə və Təqsirləndirilən şəxs işlərinə qarışmadığını, onun sadəcə işçi olduğunu bildirərək, ona narahat olmamasını İranə Talışxanova və Təqsirləndirilən şəxs söz veriblərsə işini həll edəcəklərini bildirmişdir. Hətta bir dəfə Zərərçəkmiş şəxs2 İranə Talışxanova və Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da onun telefonlarına cavab vermədiklərini buna görə də onlara məktub gətirdiyini bildirmişdir. Mehmanşa məktubu ona təqdim etmişdir. O da məktub barəsində İranə Talışxanovaya məlumat vermiş İranə ona narahat olmamasını imza edib məktubu götürməsini və ofisə gələndə ona verməsini bildirmişdir. Buna görə də o Zərərçəkmiş şəxs2 ona tədim etdiyi məktubu götürmüş və onun özündə qalan surətinə imza etmişdir. Hazırda ona təqdim olunan məktub həmin məktubdur və oradakı imza da ona məxsusdur. Bundan sonra da Zərərçəkmiş şəxs2 dəfələrlə ofisə gəlib getmişdir. Hətta bir dəfə də o oğlu ilə birlikdə gəlmişdir. Onun Zərərçəkmiş şəxs2 İranə Talışxanova və Təqsirləndirilən şəxs pulu onun gəlinini məktəb direktoru düzəltmək üçün verməsin ilk əvvəl məlumat olmamışdır. Çünki Mehmanpaşa gələrək İranə Talışxanova və Təqsirləndirilən şəxsla görüşür və həmin zaman onlar arasında problem olmamışdır. Lakin sonradan bu barədə Zərərçəkmiş şəxs2 ofisə gələndə məlumat vermişdir. Lakin bununla bağlı İranə Talışxanova və Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs Rəşad Cəfərovun “RUN gorup” Şirkətinə heç bir adiyyatı yoxdur. Belə ki, o, Rəşad Cəfərovla 2015-ci ildə tanış olmuşur, artıq həmin vaxt “RUN gorup” geniş miqyasda fəaliyyətdə olmuşdur. “RUN gorup” tək MMC deyil ümumilikdə şirkətlər qrupudur, 7 sektordan ibarətdir və Rəşad Cəfərovun “RUN gorup” şirkətinin heç bir sahəsinə adiyyatı yoxdur. O, özü “RUN gorup” şirkətinin təsisçisi və direktoru olmuşdur, Təqsirləndirilən şəxs onun yanında olma səbəbi onunla qeyri rəsmi həyat yoldaşı olması olmuşdur. Zərərçəkmiş şəxs Mehmanşa ilə onun münasibəti olan zaman Təqsirləndirilən şəxs Mehmanşanı tanımamışdır. Mehmanşa həmişə ona deyirmiş ki, “mənim qızım məktəbdə işləyir, mən istəyirəm ki, mənim qızım yüksəlsin”. Mehmanşanın Binədə tikdikləri məktəb var idi, onlar həmin məktəbi keçirdilər "xxxx"-a və onun əli ilə məktəbi “Heydər Əliyev fondu”na təhvil vermək istəyirdi. Bu zaman bütün sənədləşdirilmə işlərini "xxxx" aparmış və əlaqələrlə vasitəçi olmuşdur. Mehmanşadan 50.000 manat pul qızını direktor olmaq üçün alınmamışdır. Təqsirləndirilən şəxs heç bir zaman heç kimdən pul almayıb və heç bir imza sahibi olmamışdır. Mehmanşanın 50.000 manatı ilə əlaqədar Rəşad Cəfəroun heç bir xəbəri olmamışdır. Zərərçəkmiş şəxs6 Türkiyədə olan “Ceylan Holding”i Azərbaycanda təmsil edirdi, həmin “Ceylan Holding” Azərbaycanda hotellər tikirdi və Rusan Abdullayevdə həmin “Ceylan Holding”-i Azərbaycanda təmsil edirdi. Ruslan ona demişdir ki, "xxxx" şirkətində olan lahiyələrdə “Ceylan Holding” iştirak etmək isdəyir, ondan sonra Ruslan sənədlər və müqavilələrlə tanış olmuş, orda müəyyən Tender şərtləri və Tenderdən kənar şərtlər olmuş, Ruslan işlərlə tanış olandan sonra, “Ceylan Holding”-in rəhbərliyini Türkiyədən gətizdirmiş və ona demişlər ki, bu lahiyədə Ruslanın öz şirkəti iştirak edəcək lakin müqavilə “Ceylan Holding” ilə olacaq. Həmin gün ofisdə gecə vaxtı görüşmüşlər və onlar təyin olunan pulu masanın üzərinə qoymuşlar, o da Təqsirləndirilən şəxs xahiş etmişdir ki, o pulu saysın, Təqsirləndirilən şəxs da pulu saymamış və pulu onun seyfinə qoymuşdur. Həmin zaman gecə olduğu üçün mühasib işdə olmamış, səhər mühasib gəldikdə, katibəsi o pulu götürərək kassaya qoymuşdur. Zərərçəkmiş şəxs7 ilə Şahid1 şərik olmayıblar, Korkmaz şirkətində Mustafa olub həmin şirkətinin təsisçisi, Ruslan isə həmin şirkətin direktoru, onlar şikayət vermədikləri günə qədər Təqsirləndirilən şəxs həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Zərərçəkmiş şəxs7 ilə Rəşad Cəfərov artıq Zərərçəkmiş şəxs7 pulu verdikdən sonra tanış olublar, həmin mübahisələrin yarandığı zaman. Mübahisələrin yarandığı zaman Rəşad Cəfərov onun yanında onun qeyrətini qoruyan şəxs kimi iştirak etmişdir. Zərər çəkmiş şəxs X10 məktəb tikintisində iştirak etmişdir və o, 33.000 manatı ona verməmişdir. Hafis Rüstəmov ilə Təqsirləndirilən şəxs heç bir əlaqəsi olmamış, Təqsirləndirilən şəxs ümumiyyətlə tikinti barədə heç bir məlumatı və anlayışı yoxdur. Zərərçəkmiş şəxs4 ilə onun heç bir əlaqəsi yoxdur, Zərərçəkmiş şəxs4 ilə yox, rəhmətlik Rəfael Həsənovla müəyyən işləri olub və Zərərçəkmiş şəxs4 Rəfael Həsənovun sürücüsü olmuşdur. X69-Göl şəhərində bir neçə məktəb lahiyəsinə başlamışdır, rəhmətə getdikdən sonra Zərərçəkmiş şəxs4 ondan 7.000 ABŞ dolları pul verməsini istəmiş və almışdır. 5 aydan sonra təkrar gələrək bildirmişdir ki, Rəfael Ağayevin ona 185.000 manat borcu var və həmin pulu tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs Kirbalı Halil 2015-ci ildə tenderdə qalib gəlmişdi və Kirbalı Halil ona pulu verəndə heç o, özü Rəşadı tanımamışdır. Zərərçəkmiş şəxs5 ümumiyyətlə Təqsirləndirilən şəxs tanımır. Ümumiyyətlə Rəşad Cəfərov onun nümayəndəsi olmamış və o, Təqsirləndirilən şəxs heç zaman nümayəndə kimi təqdim etməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ildən çoxdur ki, tikinti işləri ilə məşğul olur. X2 təxminən üç ildir ki, tanıyır, onunla arasında ədavəti, düşmənçiliyi olmamışdır. 2018-ci ilin axırlarında internetdə "xxxx" MMC tərəfindən Göy-göl rayonu ərazisində “Buğda Nişastası” zavodunun tikintisi üçün podratçı axtarılması ilə bağlı elan görmüşdür. O həmin elandan götürdüyü mobil nömrəyə zəng edərək özünü "xxxx" MMC-ni direktorunun müavini kimi təqdim edən Şahid4 adlı şəxslə danışmışdır. Emil Əliquluyev ona zavodun tikintisi üçün tanınmış şirkət lazım olduğunu bildirmişdir. O da bu barədə Əliağaya məlumat vermişdir. Əliağa da ona bu barədə maraqlanacağını bildirmiş və bir neçə gün sonra Əliağa onu Ağapaşa Ağayev adlı şəxslə tanış etmişdir. Ağapaşa onlara "xxxx" MMC-nin direktoru olan Şahid9 adlı şəxsi tanıdığını və həmin şəxsə bu barədə məlumat verdiyini və onun həmin zavodun tikintisi üçün pul verməyə razılıq verdiyini bildirmişdir. Bundan sonra Əliağa və Ağapaşa onun iştirakı olmadan Şahid9lə görüşmüşlər və ona iş barəsində məlumat vermişlər. Şahid9 də onların təklifi ilə razılaşmışdır. Bundan sonra Şahid9 şirkətinin sənədlərini e-mail vasitəsi ilə Run Group MMC-yə göndərmişdir. Run Group MMC-nin direktoru İranə Talışxanova da sənədlərə baxaraq Şahid9lə işləməyə yəni, “Buğda Nişastası” zavodunun tikintisini Şahid9 direktoru olan "xxxx" MMC-yə tapşırmağa razılıq vermişdir. Bundan sonra Emil Əliquluyev ilə görüşmüş və müqavilənin şərtləri də Emil ilə razılşdırılmışdır. Emil də Şahid9 investor tərəfindən ayrılacaq 45 000000 manat pulun 0,1 faizi miqdarında onların şirkətinə pul verməli olduğunu bildirmişdir. Şahid9 də o, Ağapaşa və hazırda xatırlamadığı digər şəxslərlə birlikdə Göy-göl rayonuna getmişlər. Orada Zavodun tikintisi üçün ayrılmış yerə baxmış və Göy-göl icra hakimiyyətinin başçısı və digər nümayəndələrlə görüşmüşdür. Bundan sonra Şahid9 tikinti üçün pul verməyə razılıq vermişdir. 18 yanvar 2019-cu il tarixdə Şahid9 ilə Run Group MMC-nin direktoru İranə Talışxanova arasında Tikinti müqaviləsi bağlanılmışdır. Həmin zaman Şahid9 480 000 manat pulu "xxxx" MMC-nin hesabına ödəyəcəyinə söz vermişdir. Həmçinin onlara belə razılığa gəlmişlər ki, Zaur tikinti işlərinə başladıqdan sonra onlara da müvafiq olaraq yaşıllaşdırma, tikinti və sair işlər verilsin. Bundan sonra Şahid9 onların vasitəsilə "xxxx" MMC-yə 55400 manat pul ödəmişdir. Həmçinin Şahid9 özü də Run Group MMC-yə pul ödəmişdir. Onun konkret olaraq nə qədər pul ödəməsini bilmir. Həmin ərəfələrdə Şahid9 Göy-göl rayonu ərazisində öz hesabına hasarlama işlərini görmüşdür. Həmin ərəfələrdə Şahid9 özü İranə Talışxanova ilə görüşüb danışmışlar. Buna görə də onlar arasında gedən söhbətlərdən xəbəri olmamışdır. Bir dəfə də o Şahid9 yanında Zərərçəkmiş şəxs5 adlı şəxslə görüşmüşdür. Şahid9 də Zərərçəkmiş şəxs5 onun şəriki olduğunu və verdiyi pulları da ondan aldığını bildirmişdir. Həmin ərəfələrdə Şahid9 Zərərçəkmiş şəxs5 ilə birlikdə İranə Talışxanovanın ofisinə gələrək onunla görüşmüşlər. Həmin zaman o onların söhbətlərində iştirak etməmişdir. Həmin zaman onun məlumatı olmuş ki, Zərərçəkmiş şəxs5 İranə Talışxanova və Təqsirləndirilən şəxs bank qarantiyası tələb etmişdir. Lakin onlar bank qarantiyası təqdim edə bilməmişdirlər. Buna görə də Zərərçəkmiş şəxs5 pul ödəməkdən imtina etmişdir. Bundan sonra onun Şahid9 ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin noyabr ayının sonlarında "xxxx" MMC-nin direktoru İranə Talışxanova ilə görüşmüş və həmin zaman İranə onunla birlikdə işləməyi təklif etmişdir. O İranə Talışxanovanın təklifini qəbul edərək onun direktoru olduğu "xxxx" MMC-yə paçı olmağa razılıq vermişdir. Faktiki olaraq o "xxxx" MMC-nin direktor olaraq "xxxx" MMC tərəfindən tikiləcək obyektlərin inşaasına nəzarət etməli idi. Bunun əvəzində isə İranə Talışxanova ona aylıq maaş deyil, "xxxx" MMC-nin gəlirlərinə şərik etmişdir. Söhbət zamanı İranə Talışxanova ona Göygöl Rayon İca Hakimiyyəti ilə müqavilə bağladığını və həmin rayon ərazisində bir “Nişasta zavodu”, bir otel və bir neçə məktəbin tikilməsi üçün icra Hakimiyyətindən icazə aldıqlarını bildirmişdir. İranə Talışxanova həmin tikintiləri həyata keçirmək üçün xarici investor gözlədiklərini bildirmişdir. O da investor gələnəcən faktiki heç bir iş görməmişdir. Sadəcə tikintilərin layihələrini nəzərdən keçirmişdir. Həmçinin "xxxx" MMC-də rəsmi olaraq heç bir vəzifə tutmasada özünü İranənin şəriki, həm də həyat yoldaşı kimi təqdim edən Təqsirləndirilən şəxsla da tanış olmuşdur. Belə ki, Rəşad da demək olar ki, tikinti ilə bağlı bütün işlərdə iştirak etmişdir. Bir müddət sonra o İranənin ofisinə müxtəlif şəxslərin gəldiklərini və onların İranə və Rəşaddan pullarını tələb etdiklərinin şahidi olmuşdur. Həmin zaman ona məlum olmuşdur ki, İranə Talışxanova və Təqsirləndirilən şəxs podratçılara tikintini vermək üçün onlardan investor tərəfindən ayrılacaq pulun 1 faizi məbləğini qabaqcadan almışdırlar. O bunu bildikdən sonra bu barədə onlardan soruşmuşdur. Həmin zaman İranə Talışxanova ona bunun normal şey olduğunu həmin pulun "xxxx" MMC-nin xərclərinə istifadə olunacağını bildirmişdir. O da pul məsələlərinə qarışmadığı üçün başqa sual verməmişdir. O hər dəfəsində İranədən işlərin nə zaman başlayacağını soruşduqda İranə investoru gözlədiyini bildirmişdir. Həmin ərəfələrdə İranə Talışxanova ona “Börhani” adlı investorun gəldiyini bildirmişdir. O da həmin investorla görüşdə iştirak etmişdir. Həmin zaman səhv etmirsə Böhani ilə "xxxx" arasında ya “Niyyət protokolu” yaxud da müqavilə imzalanmışdır. Lakin sonradan həmin şirkət investisiya ayırmaqdan imtina etdiyini bilmişdir. Lakin İranə həmin şirkətin imtina etdiyini onlara bildirməmişdir, o bu barədə məlumatı İranənin yanında işləyən Bəxtiyar adlı tərcüməçidən almışdır. Bundan sonra İranə və Rəşad onlara başqa bir investorun gəldiyini demişlər. Lakin həmin investordan da heç bir müsbət nəticə əldə edilməmişdir. Həmin ərəfələrdə şirkətə Yusif adlı şəxs gəlib-getmişdir. O podratçı olduğunu və Göygöl rayonu ərazisində məktəb tikintiləri üçün İranə və Rəşada 180000 manata yaxın pul verdiyini bildirərək işlərin nə zaman başlayacağını soruşmuşdur. Onunla eyni vaxtda Hafiz adlı podratçı da həmin məktəblərin tikintisi üçün pul verdiyini bildirmişdir. O da bir obyektin tikintisini necə ola bilər ki iki podartçıya verilsin?! sualını İranə Talışxanovaya və Təqsirləndirilən şəxs bildirdikdə onlar ona narahat olmamasını əvvəl işləyən podratçının pulunun qaytarıldığını bildirmişdirlər. Lakin sonradan o görmüş ki, podratçıların pulları qaytarılmamış hətta hazırda yadında qalmayan xeyli sayda vətəndaş da gələrək iş barədə maraqlanmış və pullarını tələb etmişdir. O İranə və Rəşadın bir işə görə bir neçə şəxsdən pul aldığını, eləcə də investorların gəlmədiyini, həmçinin aldıqları pulları da geri qaytarmadıqlarını gördüyündən İranə ilə danışaraq işdən ayrılmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə onun yanına gələrək işlə bağlı maraqlanan podratçılara Hafizə, Yusifə və digərlərinə İranənin onları aldatdığını və bu barədə bir tədbir görmələrini bildirmişdir. Bundan sonra təxminən 2018-ci ilin mart ayında İranənin yanından ayrılmış və 03 may 2018-ci il tarixdə "xxxx" MMC-də olan payını ona alqı-satqı müqaviləsi ilə satmışdır. Bundan sonra onun Run Group MMC ilə heç bir əlaqəsi olmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs7 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, ona yalandan vəd verib İranə Talışxanova ilə birlikdə pulunu ələ keçirmişlər, 18 yanvar 2018-ci il tarixdə 150.000 ABŞ dollarını da şəxsən Təqsirləndirilən şəxs özünə vermişdir. Hətta sonuncu dəfə Rəşadla görüşən zaman onluq bir şey yoxdursa İranə Talışxanovanı təhvil verməsini və özləri ondan pulu alacağını bildirdikə Təqsirləndirilən şəxs özü məsələni həll edəcəyini bildirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onlara 50.000 ABŞ dollarını borc olaraq deyil, gəlini Şahid2 məktəb direktoru təyin etdirmək məqsədilə verdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 yanvar 2018-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs7 həmin müqaviləni təsdiq etmişlər. Konsaltinq şirkəti (Run Group MMC) Müştəriyə (Korkmaz Group MMC) 25 avqust 2017-ci il tarixində Göygöl rayonu İcra Hakimiyyəti tərəfindən Run Group şirkətinə Müqavilə əsasında ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X32” tikintisi üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin edir. Müştəri Konsaltinq şirkətinə sığorta, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə tikintinin başlanmasına qədər ilkin ödəniş qismində ümumi tikinti məbləği olan 150.000.000 (yüz əlli milyon) ABŞ dollarının 1(bir) faizini miqdarında vəasit ödəməlidir. 18.012018-ci il tarixli 077 nömrəli Kassa Mədaxil orderindən görünür ki, Korkmaz Group MMC tərəfindən 150.000 ABŞ dolları Run Group MMC tərəfindən qəbul edilmişdir. 01 may 2018-ci il tarixli tərtib edilmiş "xxxx" sənədindən görünür ki, Run Group MMC Korkmaz Group MMC-yə 10 iş günü müddətinə 150.000 ABŞ dollarını geri qaytarmağı öhdəsinə götürür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Göygöl Rayon İcra Hakimiyyətinin 15/600 nömrəli 18 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, “Run Group MMC 2016-cı il 14 dekabr tarixli 819 saylı məktubla Göygl Rayon İcra Hakimiyyətinə müraciət edərək investisiyaları hesabına buğda nişastası, qlükoza və sair məmulatların istehasalı zavodunun tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla bağlı zəruri sənədləşmə aparıldıqdan sonra Göygöl Rayon İcra Hakimiyyəti 23 avqust 2017-ci il tarixli, 109 saylı sərəncamı ilə 20,0 hektar sənaye təyinatlı torpaq sahəsi 49 il müddətinə Nişasta zavodunun tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş və həmim torpaq sahəsinə 23 avqust 2017-ci il tarixli 71 saylı icarə müqaviləsi bağlanmışdır. Bununla bərabər qeyd olunur ki, Hacıkənd yolunun sağ tərəfində "xxxx" MMC-yə torpaq sahəsi ayrılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 oktyabr 2015-ci il tarixli “Podrat Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Halil Kırbali həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir rayonu ərazisində 1(bir) ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “subpodratçı” ona veriləcək işlərin müqavilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 24000(iyirmi dörd min) manat, layihjə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. Bundan başqa, 27 aprel 2016-cı il tarixli “Podrat Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Şahid12 həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir rayonu ərazisində 1(bir) ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “Subpodratçı” ona veriləcək işlərin müqavilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 24000(iyirmi dörd min) manat, layihə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. Bundan başqa, 27 aprel 2016-cı il tarixli “Podrat Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Kırbali Halil həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir şəhəri ərazisində 2(iki) ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “Subpodratçı” ona veriləcək işlərin müqavilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 4 800 000 (dörd milyon səkkiz yüz min) manat layihə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş A4 formatlı kağızdan görünür ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “mən Təqsirləndirilən şəxs yazıb bildirirəm ki, Xəlil Türk vətəndaşından noyabr ayının 15nə onun 48 000 alacaq olduğu pulu gəlib aparsın, ona qaytarcağına söz verirəm, imzamla təsdiq edirəm. “İmza var” Təqsirləndirilən şəxs, 14.10.2016” yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş “Kassa Mədaxil qəbzlərindən “ görünür ki, Rəfael Hüseynov tərəfindən Run Group MMCyə 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat və 16 may 2017-ci il tarixdə 43.000 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Qırıqlı kəndi, Ramiz Əsgərov adına 264 yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir. Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 089 600 manat 18% ƏDV ilə birgə cəmi 4 825 728 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl şəhər 480 şagird yerlik 4saylı məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir. Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on dörd faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 6 018 000 manat 18% ƏDV ilə birgə cəmi 7 101 240 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Topalhəsənli kəndi, Elzam Bayramov adına 264 yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir. Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on dörd faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 038 480 manat 18% ƏDV ilə birgə cəmi 4 765 406 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 16 may 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl şəhərində otel binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir. Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan doqquz faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 038 480 manat 18% ƏDV ilə birgə cəmi 4 765 406 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 23 aprel 2018-ci il tarixli “Tikinti Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs6 müqaviləni təsdiq edəcək şəxslər kimi adları qeyd edilmişdir. Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonu Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazidə otel-Sağlamlıq Bərpa Mərkəzi tikintisini İçraçı ilə razılaşdırır. "xxxx" görünür ki, X23 tərəfindən Run Group MMC-yə 18 oktyabr 2017-ci il tarixdə 100.000 ABŞ dolları pul verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş A4 formatlı kağızdan görünür ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “mən Təqsirləndirilən şəxs Şahid2 ilə əlaqədar direktor vəzifəsi təyin olunması ilə əlaqədar CV aldım, Mehmanşa müəllimdən alındı və 22.05.2018”. “İmzalar var” yazılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş A4 formatlı kağızdan görünür ki, həmin kağıza Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə “mən X25 müəllimdən 50 min ABŞ aldım”. “İmza və Run Group MMC-nin möhrü var” yazılmışdır. İş materiallarına əlavə edilmiş A4 formatlı kağızdan görünür ki, həmin kağıza Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə “Mehmanşa m 4-cü gün sizin pul sizdədir. 25.06”. “imza var” yazılmışdır. İş materiallarına əlavə edilmiş A4 formatlı kağızdan görünür ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “İranə xanım X65. Siz 23 noyabr 2017-ci il tarixdə saat 18 radələrində yaşadığım Haqverdiyev küçəsi 21 ünvanına Paşa tikintinin mühafizə rəisi Təqsirləndirilən şəxsla 90Uh070 avtomaşınla gələrək məndən bir əmanət aldınız Təqsirləndirilən şəxs yanında. Bu hadisədən bir ay 15 gün keçib keçən dövrdə mənim heç bir zəngimə cavab vermirsiniz. Bu məsələni konfiliktə çevirməyin. Qısa müddətdə əmanətləri qaytarın. Qohumluq və ........ xatirinə bu söhbətə son qoyun. Zərərçəkmiş şəxs2 08.01.18, “Əslini aldım imza var, 08.01.2018” yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 sentyabr 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və “Amal+A” MMC tərəfindən X37 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Topalhəsənli kəndi 264 şagird/yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. Müştəri ümumi tikinti məbləği olan 4.800.000 manatı aldıqdan sonra Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. xidmətlərinə görə bu məbləğin 10 (on) faizini geri ödəyir. “Kassa Mədaxil orderindən“ görünür ki, AMAL+A MMC tərəfindən Run Group MMC-yə 05 dekabr 2017-ci il tarixdə 20.000 manat pul ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 31 yanvar 2018-ci il tarixli “Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Nümayəndə müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti(Run Group MMC) Müştəriyə (Caspian Service MMC) 25 avqust 2017-ci il tarixində Göygöl rayonu İcra Hakimiyyəti tərəfindən Run Group şirkətinə Müqavilə əsasında ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikintisi üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin edir. Müştəri Konsaltinq şirkətinə layihənin ümumi dəyəri olan 200.000.000 (150 milyon tikinti+ 50 milyonmebel və avadanlıq) pul vəsaitindən tikinti üçün ayrılmış 150.000.000 ABŞ dollarının 10 faizi miqdarında ödəniş edir. Bu ödənişin 0.1 faizi sığorta, brokerlik, sənədlərin hazırlanması, bu müqavilənin predimeti olan obyektin tikinti işlərinin həvalə olunmaı və s. xidmətlərinə görə tikintinin başlanmasına qədər ilkin ödəniş qismində müqavilə bağlandığı gündən 3 iş günü ərzində Konsaltinq şirkətinin depozit hesabına ödənilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 yanvar 2019-cu il tarixli “Tikinti Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Şahid9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazidə X60 Emalı Zavodu torpaq və qazıntı işləri İcraçı ilə razılaşdırır. 21 yanvar 2019-cu il tarixli “Tikinti müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Şahid9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazidəyeni yaşayış massivində 480 şagird yerlik tam orta məktəb tikintisini İcraçı ilə razılaşdırır. 21 yanvar 2019-cu il tarixli “Tikinti müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Şahid9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən 100 yerlik tam orta məktəb tikintisini İcraçı ilə razılaşdırır. 14 fevral 2019-cu il tarixli “Tikinti Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən X14 və "xxxx" MMC tərəfindən Şahid9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazisində X60 Emalı Zavodu lyihəsinin tikintisini İcraçı ilə razılaşdırır. İş materiallarına əlavə edilmiş Kassa Mədaxil orderlərindən görünür ki, "xxxx" MMCtərəfindən Run Group MMC-yə 25 yanvar 2019-cu il tarixdə iki dəfəyə 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il traixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pul verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 04.02.2020-ci il tarixli, 1207/2020 nömrəli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinə "xxxx" MMC tərəfindən investisiya təşviqi sənədinin alınması üçün ərizə ilə müraciət edilməmiş və adıçəkilən müəssisəyə investisiya təşviqi sənədi təqdim edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında 17 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 10.12.2019-cu il tarixdə 6073 nömrəli məktubla BMCMİN-nin İstintaq və Təhqiqat İdarəsinə daxil olmuş Run Group MMC-nin "xxxx" ASC-də mövcud olan hesabları ilə edilmiş bütün əməliyyatlar barədə məlumatlara baxış keçirilmişdir. Müəyyən olunmuş ki, həmin hesab 01.01.2017-ci il tarixdən 10.12.2019-cu il tarixdək olan məlumatları əks etdirir. Həmin dövr ərzindən hesaba ayrı-ayrı vaxtlarda 25 dəfə olmaqla ümumilikdə 662.426.24 manat pul mədaxil edilmiş, hazırda hesabda pul olmamışdır. Belə ki, 18.10.2017-ci il tarixdə təsisçi X18 tərəfindən hesaba 80.00 manat, 06.12.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən 49.920.00 manat mədaxil edilmişdir. Həmin məbləğ də "xxxx" adı ilə 08.12.2017-ci il tarixdə 15.000 manat, Run Tikinti MMC-yə 15.500 manat, başqa ödənişlər adı ilə 10.960 manat, eləcə də digər məbləğdə pullar 24.01.2018-ci il tarixdək çıxarılmış, həmin tarixdə hesabda 0 AZN qalmışdır. 05.02.2018-ci il tarixdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 MMC-nin hesabından 150.000 manat pul həmin hesaba mədaxil edilmişdir. Həmin 150.000 manat aşağıdakı istiqamətlərdə məxaric edilmişdir: -06.02.2018-ci il tarixdə 15.000 manat- Hesabdan məxaric, digər xərclər; -06.02.2018-ci il tarixdə 4.182.52 manat-Run Group LLC; -06.02.2018-ci il tarixdə 5.000.00 manat-Run Group LLC; -07.02.2018-ci il tarixdə 2.239.00 mant- CarltonTravelasistance MMC; -07.02.2018-ci il tarixdə 15.500.00 manat- Run Tour MMC; -07.02.2018-ci il tarixdə 27.000.00 manat- Golden House MTK; - 08.02.2018-ci il tarixdə 10.000.00 manat -Sindbad Lh MMC; -08.02.2018-ci il tarixdə 21.500.00 manat-X14; -08.02.2018-ci il tarixdə 5.000.00 manat-Meridian Sel MMC; - 08.02.2018-ci il tarixdə 25.500.00 manat-Elnarə Afandiyevə; -19.02.2018-ci il tarixdə 5.000.00 manat- Qlobeks LLC və sair xırda məbləğlər pul vəsaitləri digər istiqamətlərdə məxaric edilmişdir. Bundan başqa 13.03.2018-ci il tarixdə Vergo.Az LLC tərəfindən 34.000 manat, 19.03.2018-ci il tarixdə Run Constartion and investment MMC-dən 119.000.00 manat, "xxxx" MMC tərəfindən 10.05.2018-ci il tarixdə 19.300 manat, 12.06.2018-ci il tarixdə 5000 manat, 28.06.2018-ci il traixdə 3.500 manat mədaxil edilmişdir. Həmin tarixdən sonra Run Group LLC tərfindən hesaba müxtəlif vaxtlarda vergi və sair ödənişlər edilməsi üçün pul mədaxil edilmişdir. Bundan başqa 11.01.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən 85.000 manat mədaxil edilmiş, həmin məbləğin 27.800 manatı "xxxx" MMC-yə məxaric edilmiş, 28 000 manatı hesabdan digər xərclər adı ilə məxaric edilmişdir. 28.01.2019-cu il tarixdə X18 tərəfindən 16.990 manat və 62.500 manat mədaxil edilmişdir. Həmin məbləğin 63.000 manatı 29.01.2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına məxaric edilmişdir. Bundan başqa 14.06.2019-cu il tarixdə Xudafərin İnsaatcı MMC tərəfindən 84.745.76 manat mədaxil edilmiş həmin məbləğ də müxtəlif vaxtlarda hesabdan məxaric edilmişdir. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 11 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 07 noyabr 2019-cu il tarixli, 30565 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirmişdir. Diskdə aşkar edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs sms məlumatları əks olunan fayla baxış keçirən zaman həmin faylda iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda məlumatlar aşkar edilmişdir: -13.08.2018-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan **********55 saylı mobil nömrədən cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan **********28 saylı mobil nömrəyə “salam. tel cavab verin” və “Hafis m İrana xanim nomresini kime vermisiz, Hec olmasa menimkini vererdiz. "biz ele abam deyilik" deyen Hafiz m.”; - 21.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs2 **********27 saylı mobil nömrəsinə “Salam men sizinle birazdan danishacagam. Mehmanshah m.”, 23.06.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda yazışma olmuşdur. “X75 mana yazdiniz ki Siza zang vuraram ancaq vurmainhz bu gunda zangimi oturmursan Man pulum ucun axirinci dafa olarajq birinci gun ora galaram” “- Salam men cekilishdeyem film, uzrlu bil. birinci gun gelin” “Rasad iki gun avval galdim RUN qrupa Salala İrana ila danisdi İrana bildirdi ki 6 ci gunu saat 12 da olum ofisinizda Man galdim cox gozladim Siz galmadiniz -xeberim var, gelin 1 -ci gun. olur ekstra ishler cixir. gorushende danisharig, - Rasad saat necada olum ofisinizda, -saat 15:00-dan sonra, -ela olar; - Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 25.04.2017-ci il tarixdən etibarən müxtəlif məzmunlu, -“Salam! Gelirsen gardash?”, 24.10.2017-ci il tarixdə “Gardash salam! Meni tecili cagirdilar ofise porta, ordan cixim zeng edim gorushek.”, “Salam gardashim! Seher 11:00 da İrana olacag natariusda, sonra ofisde.”, 16.07.2018cin il tarixdə “Ruslan salam! meshgulam bitirirem gardashim. biraz sebrli ol. xaish edirem. o adama da de narahat olma. rahat dincel” -10.08.2018-ci il tarixdə “Ruslan necesen gardash. men ozum zeng vurmuram cunki isteyirem pul hazir olsun sonra danishim seninle. vorovskide torpagin behini almisham 1- hefteye pulu verirler. ve biz meselemizi bitiririk. uzurlu bil . biz dostug.” Ruslan sen cox yaxshi bilirsenki, men senin pulunu vereceyem, sende menim girovumda var az olsada, gardash men sene pul borcluyam bashga bir shey yox seni hemishe men ozume gardsh hesab etmishem. usteme bele gelme, Allah shahiddirki men senin pulunu duzeltmekden bashga bir ishim yoxdu, gorursenki hec danisha bilmirem seninle. elimde olan butun variantlari istifede edirem, beh de aliram sonra ograshlar gelmirler. indide gozleyirem. yalvarirlar verme bashgasina. pulu alan kimi xeber vereceyem. gel ozumuzu pula gore. hormetden salmayag. her shey yolunda olacag. hecnede arxaya geden deyilem. gecen xeyre. Birde ki , gagash Fabrikinda ishleri yekunlashir Goygol. fikirlesh imkanin varsa gardash gal ishle ozun gazan Zulkufle onsuzda İrana danishmalidi bu yaxinda, yegin gelen hefte.”; -Cinayət işi ilə digər zərərçəkmiş şəxs Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 04.07.2019cu il tarixdə ”Salam bu gun adamlar gedib ora ordada deyiblerki iw bize verilib bir iki gune gelub biz iwe bawlayacayiq rewad muelkim bes bu nece olur” “Xahiw edirem imkan olanda mene zeng vurun bu geden adamlar afzina geleni daniwiblar ordaki iw bizimdi biz gelib iwleyeceyik ne bilim ner” “Salam sabahiniz xeyir necesiz rewad muellim dunen hec kim mene ne zang vurmadi ne goruwmedi biz goruwe bileceyikmi tapwirin goruwum sohbetimi edim” “Salam axwamin xeyir ay rewad muellim necesiz ne var ne yox rewad muellim ne meni axdaran ne zang eden var zanglerimede cavab veren yoxduki bir goruwem” “Salam sabahinuz xeyir necesuz rewad muellim muellim hec bizimle na maraqlanan var nedeki zang vurub bir soz deyen nede goruwen biz nece edek bir” “Salam necesiz ne var ne yox mene zaur muellim isdeyirem sizinle goruwem daniwam bilirem ki iwlerin hell olunmasi ucun mecbur olunub kimdense nese goturulub mende isdeyirem ki yarimciq qalan haqhesabimi duzub qowam odeyem ki kimdense alinani qaytarasiz ozone, Mende gedem mal materialimi tokemniwimi gorem sorada bu wikayetci ograwinda payini verem oturdam yerinde.”; -Cinayət işi üzrə şahid – "xxxx" MMC-də qeydiyyatda işləyən Şahid5 məxsus ***-***-**-** saylı mobil nömrədən 25.12.2017-ci il tarixdə “Sabahınız xeyir Rəşad m. Sizin bu gün görüşünüz var Məhərrəm m.”; -Cinayət işi üzrə şahid - Şahid8 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə 31.01.2017-ci il tarixdə “Bu gün Qätärin xarici ishlär naziri Bakiya gÃlib.” 06.02.2017ci tarixdə “Reshad, iranlilar İrane xanimin qolunu isteyir. Ne edek? Kim cheksin?” 02.06.2017-ci il tarixdə “Hesene sen deyen senedler gedib” məzmunlu sms məlumatları aşkar edilmişdir. Həmin sms mətnləri orginalda olduğu kimi protokola köçürülmüşdür. Bundan başqa, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs giriş-çıxış zəngləri barədə məlumatlar olan faylara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: - Cinayət işi üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus ***-***-**-** saylı mobil nömrə ilə arasında 02.02.2018-ci il tarixdə, 23.10.2018-ci il tarixdə; -Cinayət işi üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 13.03.2018-ci il tarixdə, 03.04.2018-ci il tarixdə; 06.04.2018-ci ili tarixlərdə və sair vaxtlarda; -Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 07.02.2017-ci il tarixdə, 08.02.2017-ci il tarixdə; 14.02.2017-ci ili tarixlərdə və sair vaxtlarda; -Cinayət işi üzrə zərərçəmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Şahid10 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 06.09.2019-cu il tarixdə,10.09.2019cu il tarixdə və sair vaxtlarda; - Cinayət işi üzrə zərərçəmiş şəxs X9 məxsus ***-***-**-** saylı mobil nömrə ilə arasında 25.11.2017-ci il tarixdə,27.11.2017-ci il tarixdə, 30.11.2017-ci il tarixlərdə və sair vaxtlarda danışıqların olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində "xxxx" MMC-də heç bir vəzifə tutmaması, bütün müqavilələri İranə Talışxanovanın bağlaması, heç kimdən pul almaması, zərərçəkmiş şəxsləri aldatmaq niyyəti olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun həmin ifadəsi iş üzrə zərərçəkmiş şəxs şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, müqavilələr, kassa mədaxil orderləri, diskə və bank məlumatlarına baxış protokolları, Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzlərdə göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin, məhkəmə şahid qismində dindirilmiş İranə Talışxanova ilə Təqsirləndirilən şəxs faktiki ərarvad münasibətində olmaqla yaxın əlaqələri olmasını nəzərə alaraq, hesab edir ki, şahid İranə Talışxanovanın ifadəsində Təqsirləndirilən şəxs barəsində göstərilənlər onun cinayət məsuliyyətindən yayındırılması məqsədilə göstərilmişdir və bu səbəbdən məhkəmə şahid qismində dindirilmiş İranə Talışxanovanın ifadəsini həqiqət kimi qəbul etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxsovun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamə və diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraterizə olunur və idmanın karate növü üzrə bir sıra medallar əldə etmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşaqları (25.10.2007-ci il təvəllüdlü X31 və 16.01.2009-cu il təvəllüdlü X38) vardır. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs2, Ruslan Musatafayeva, Zərərçəkmiş şəxs4a, Mehman Hüseynova, cinayət əməli nəticəsində vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş maddi ziyandan 20.000 manat olmaqla qismən ödənilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs7 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və onun tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı qismən ödəməsini, Zərərçəkmiş şəxs7un iş üzrə heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzər alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin iştirakçısı olmasın, idman sahəsində nailiyyətlər əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27.09.2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.09.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Nümayəndə mülki iddia verərək dəymiş maddi ziyana görə 150.000 manat pul vəsaitinin müştərək qaydada X14 və Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddia verərək dəymiş maddi ziyana görə 211.400 manat pul vəsaitinin və mənəvi ziyana görə 50.000 manat pulun müştərək qaydada X14 və Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş mülki iddiaları müzakirə edərək hesab edir ki, iş üzrə mülki cavabdeh qismində qeyd edilmiş X3 barəsində cinayət işi ayrıca icraatda baxılmaqla, təqsirlilik məsələsi həll edilmədiyindən mülki iddialar hazırki mərhələdə baxılmamış saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Nümayəndə və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın və həmin zərərçəkmiş şəxslərə, o cümlədən iş üzrə digər zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-233/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-233/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver