Məhkəmə qərarları › İş №1(101)-243/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1991-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qubadlı rayonu Qondarlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Sarıqaya düşərgəsi, Bağlar 5 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbrahimov X3 Ülkər Bəşir qızı və istintaqa ləqəbi “iranlı” kimi tanınan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,744 qram narkotik vasitə olan heroini sonuncunun Sumqayıt şəhər qəbirstanlığının giriş hissəsində olan məlumatverici lövhənin altına qoyduğu yerdən əldə edib, Şahid9 kirayədə yaşadığı ünvan 2 ünvanında ayrı-ayrılıqda bükülülərə bölərək, daşımaqla üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00-da Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri “Qurd Dərəsi” bağlar massivində Şahid9 ilə birgə saxlanılaraq, 5-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən 3 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,907 qram, 0,903 qram olan, ümumi təmiz çəkisi 2,744 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2015-ci il tarixdən narkotik vasitələrdən istifadə edir. Əsasən heroin növündə narkotik vasitədən istifadə etmişdir. Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin fevral ayının əvvəlində Şahid9 “Duyğu” restoranından götürüb, yaşadığı evə gətirib düşürtmüşdür. Ülkər ona özünü növbəti gün Şüvəlan qəsəbəsinə aparmağı xahiş etmişdir. Növbəti gün Şahid9 yaşadığı evindən götürüb Şüvələn qəsəbəsinə aparmışdır. Həmin vaxt Ülkərin yanında azyaşlı övladı Nuray da olmuşdur. Yolda aralarında olan söhbətdən ona məlum olmuşdur, Ülkər narkotik vasitə istifadəçisi və satıcısıdır. O, Ülkərə narkotik vasitə istifadəçisi olduğunu etiraf edib, Ülkərdən narkotik vasitə lazım olanda müraciət edə bilib-bilməməyini soruşmuşdur. Ülkər ona əlində “mal” olarsa, narkotik vasitəni sata biləcəyini demişdir. Aralarında yaranmış tanışlıqla bağlı mütəmadi olaraq Ülkərin yaşadığı ünvan 3 ünvanına gedib-gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Şahid9 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə axşam saatlarında zəng edib Ülkərdən öz istifadəsi üçün heroin istəmişdir. Ülkər ona "var, gəl bizə evdən götür” demişdir. O, idarə etdiyi avtomobil iiə Ülkərin yaşadığı evinə getmiş, evə daxil olanda Ülkər ona "telefonda sənə demədim, üstümdə mal yoxdur, hamısı satılıb qurtarıb. İranlı şəkil göndərib, malı gətirib Sumqayıt qəbirstanlığnın yanına atıb, malı oradan götürmək lazımdır” demişdir. O, Ülkərə gedə biləcəyini deyəndə Ülkər Sahilənin də onunla getməsini təklif etmişdir. O da Ülkərin təklifi ilə razılaşmışdır. Təxminən saat 23 radələrində Sahilə ilə birgə evdən çıxıb birbaşa Sumqayıt şəhər qəbirstanlığının yanına idarə etdiyi avtomobillə getmişdir. Ülkər onun “Whatsapp”ına iranlı dediyi şəxsin göndərdiyi şəkili göndərmişdir. Həmin şəkil görünən, Sumqayıt qəbiristanlığı sözləri üzərində yazılmış lövhənin yanında avtomobili saxlamışdır. Sahilə avtomobildən enib lövhənin ayağının yanına qoyulmuş şəffaf sellofan torbanı götürüb geri qayıtmışdır. Sellefon torbanı Sahilə açıb içərisinə baxmışdır. O, həmin torbanın daxilinə baxmamış, oradan Ülkərin yaşadığı evə qayıtmış və həyətdən Sahiləni yola salıb öz evinə getmişdir. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Ülkərin yaşadığı evə narkotik vasitə olan heroin almaq üçün getmişdir. Ülkərdən 1 bükümlük, yəni 2 qramlıq narkotik vasitə olan heroin istəmişdir. Ülkər ona 50 manat pulun qarşılığında sellofan parçasına bükülmüş narkotik vasitə olan heroin vermişdir. Pulu Ülkərə nağd vermişdir. Bundan sonra Ülkər Novxanıda dəniz kənarında yerləşən “Duyğu” restoranına aparmağı bildirərək ona içərisində narkotik vasitə heroin olan 2 sellofan bükümü də verərək həmin bükümləri maşına qoymağı demişdir. Ülkər “Duyğu” restoranına çatanda həmin bükümləri orada götürəcəyini bildirmişdir. O, Ülkərdən götürdüyü 2 büküm narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibinə qoyub həyətə düşərək avtomobilə minmişdir. Lakin yadından çıxdığı üçün Ülkərin bildirdiyi 2 büküm narkotik vasitə olan heroini maşına qoymamışdır və həmin bükümlər də onun üzərində qalmışdır. Az sonra Ülkər və Sahilə də həyətə düşüb avtomobilə əyləşmişlər. O, tanışı Şahbaz adlı şəxslə şəxsi söhbəti ilə bağlı görüşməli olduğundan, Ülkərə “Duyğu”ya getməmişdən öncə həmin tanışı ilə görüşməli olacağını bildirmişdir. İdarə etdiyi avtomobili yolda saxlamadan birbaşa Sumqayıt şəhəri “Qurd dərəsi” bağlar massivinin girişindəki avtomobil təmiri sexinin yanında saxlamışdır. Avtomobildən düşüb Şahbazın işlətdiyi avtomobil təmiri sexinə daxil olub orada onunla görüşüb çıxanda ona polis əməkdaşları yaxınlaşıb onu saxlayaraq Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi törətməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 5ci polisbölməsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birgə bölməyə getmişdir. Həmçinin bölməyə onun avtomobilini, bundan başqa Ülkər və Sahiləni də gətirmişlər. Orada o, əlini əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibinə salaraq cibindən iki ədəd şəffaf selofon parçasına bükülmüş bükümü çıxarıb ağ kağızın üzərinə qoymuşdur. Təhqiqatçı "bu nədir?” deyə soruşanda, ona “kakos”, yəni heroin olduğunu, öz istifadəsi üçün həmin gün Şahid9 50 manata aldığını demişdir. Təhqiqatçı ona bükümləri açmağı təklif etmişdir. O, əvvəlcə biri ölçüsünə görə digərindən böyük olan bükümü açmışdır. Onun içində də iki ədəd şəffaf sellofan parçasına bükülmüş bükümlər olmuşdur. Sonra hər bir bükümü açmış və içərisinə baxış keçirilmişdir. Daha sonra elektron tərəzi ilə üzərindən aşkarlanmış narkotik vasitə olan heroin bükümləri çəkilmiş və ümumi çəkisinin 3,1 qram olması müəyyən edilmişdir. Onun öz üzərində şəxsi istifadəsi üçün cəmi 2 qram narkotik vasitə heroin olmuşdur. Özü heç vaxt heç kimə narkotik satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Şahid9 əvvəllər tanımamış və adlarını sadladığı şəxslərə dair düşmənçilik, eləcədə ədavət münasibətləri olmamışdır. 2020-ci ilin yanvar-fevral ayları ərzində Sumqayıt şəhərinin müxtəlif yerlərində nəqliyyat vasitələrindən akkumulyator oğurluqlarının baş verməsi faktları üzrə Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə o, Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsinin əməkdaşları Şahid6, Şahid3 və Şahid2 ibarət qrupda gəzintilər təşkil etmişlər. 2020-ci ilin 15-16 fevral tarixlərində Sumqayıt şəhəri Novxanı bağlar massivində yaşayan Təqsirləndirilən şəxs həmin oğurluqları törətməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Lakin Vüsalın olduğu yeri müəyyən edə bilmədikləri üçün gətirilib izahatının alınması mümkün olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22:50 radələrində yuxarıda adlarını sadaladığı polis əməkdaşları ilə birgə “Qurd dərəsi” istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs məxsus “Khazar LX” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili sexlərin yanında görüb xidməti maşını saxlamışlar ki, Təqsirləndirilən şəxs gələndə görüşüb söhbət etsinlər. Uzaqdan müşahidə zamanı avtobmobildə 2 nəfər qızın da oturduğunu görmüşlər. Saat 23 radələrində Vüsal avtomobilinə tərəf gedəndə o və digər polis əməkdaşları Vüsala yaxınlaşıb törədilmiş oğurluq hadisələrində şübhəli olduğu və onlarla Sumqayıt ŞPİ-nin 5ci PB-nə getməsinin zəruri olduğunu bildirmişlər. Vüsal heç bir etiraz etmədən xidməti avtomoibilə əyləşmişdir. Avtomobildə Vüsalla aparılmış söhbət zamanı Vüsal üzrərində narkotik vasitə olan heroin də olduğunu və həmin kütləni avtomobilində olan Ülkər adlı qızdan aldığını bildirmiş və buna görə Vüsalla birlikdə Ülkərə, yanındakı Sahiləyə də polis bölməsinə getməyi təklif etmişlər. Sahilə və Ülkər, də onlarla razılaşmışlar. Vüsala məxsus avtomobili gətirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nin duracağına yerləşdirmişlər. Aidiyyəti raport yazdıqdan sonra təhqiqatçı Şahid7 tərəfindən araşdırılma başlanmışdır. Əvvəlcə Şahid7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək onu şübhəli şəxs qismində tutduğuqlarını və tutmanın səbəbinin isə üzərində narkotik vasitə daşıyaraq saxlamasına dair yetəri qədər ehtimalların olmasını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzfələrinə dair bildirişlə tanış olduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtrarış keçirilməsinə etiraz etmədyini bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Vüsala üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması, əgər varsa təqdim etməsini təklif etmişlər. Vüsal təhqiqatçının təklifi ilə razılaşıb sağ əli ilə əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf sellofan materiala bükülmüş 2 ədəd büküm çıxartmışdır. Vüsaldan həmin bükümlərin nə olduğu soruşulduqda, Vüsal cavabında “kakos”, yəni heroin olduğunu, özünün istifadəsi üçün Ülkər adlı tanışından 50 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümlərdən biri digərinə nisbətən böyük olmuşdur. Vüsal böyük bükümü açanda onun içərəsindən 2 ədəd şəffaf sellofan materiala bükülmüş bükümlər çıxmışdır. Vüsal həmin bükümləri bir-bir açıb içərəsindəki maddəni göstərmişdir. Həmin bükümlərin hər birinin içərəsindən qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra bükümləri bir-bir elektron tərəziyə qoyub çəkmişlər və ümumi çəkinin 3,1 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış istintaq hərəkərinə dair protokol tərtib olunmuş və protokol istintaq hərəkəti iştirakçıları və onun imzalanmışdır. Daha sonra Vüsala məxsus duracağa yerləşdirdikləri avtomobilə PB-nin həyətində baxış keçirtmişlər. Avtomobilə keçirilmiş baxış zamanı salonda ön sağ sərnişin oturacağını qarşısındakı bardaçokdan 02 ədəd düyməli, açılıb-bağlanan bıçaq, 01 ədəd üzərində “Car charger sözləri yazılmış qara qutu, 05 ədəd güllə patronu aşkar edilmişdir. “Car charger” sözləri yazılmış qara qutu açılmış və içərisindən gümüşü rəngli falqa hissələri, 03 ədəd pul əskinası – 1 manat yumrulanaraq boru şəklinə gətirilmiş bükümlər, 01 ədəd göy rəngli alışqan, 01 ədəd kiçik ölçülü lampa aşkar edilmişdir. Avtomobilin ön sağ sərnişin oturacağının arxa tərəfindəki cibinə baxdığı zaman oradan 01 ədəd qara və gümüşü rənglərdən ibarət üzərində “PocketScale” sözləri yazılmış elektron tərəzi aşkar etmişdir. 02 ədəd bıçaq, 05 ədəd güllə patronu, gümüşü rəngli falqa hissələri, 03 ədəd pul əskinası - 1 manat yumrulanaraq boru şəklinə gətirilmiş bükümlər və 01 ədəd tərəzi maddi sübut əhəmiyyəti daşıdığından təhqiqatçı tərəfindən götürülmüşdür. Avtomobildən çıxan digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən sahibi Təqsirləndirilən şəxs qaytarılaraq avtomobilinə qoyulmuşdur. Keçirilmiş baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs patronları arada ova getdiyi üçün avtomobilində saxladığını, tərəzinin və falqaların ona məxsus olmadığını, Ülkər adlı müştərisinə aid olduğunu, Ülkərin narkotik vasitə olan heroini aldığı şəxs olduğunu, yumrulamış 1 manatlıqlardan birinin ona aid olduğunu, qalan iksisinin isə Ülkərə məxsus olduğunu bildirmişdir. Bundan sonra baxış istintaq hərəkətinə dair protokol tərtib edilmiş və protokol təhqiqatçı tərəfindən uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxışdan sonra Şahid9 üzərinə şəxsi axtarış istinataq hərəkəti keçirilmişdir. Lakin Ülkərin üzərindən hər hansı bir sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı verilmiş suallara uyğun olaraq Şahid9 cavablarında Vüsalın idarə etdiyi avtomobildən aşkarlanaraq götürlmüş elektron tərəzinin özünə aid olduğunu bildirib, bir yerdə narkotik vasitəni çəkib satdıqlarını, Vüsalın üzərindən çıxan 3 büküm narkotik vasitə olan heroini də Vüsala o, satdığını, qarşılığında 50 manat aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətinə dair protokol tərtib edilmiş və protokol uca səslə oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs və Şahid9 özlərinə məxsus mobil telelfonları könüllü olaraq təhqiqatçıya təqdim etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaçları Şahid2, Şahid6 və Şahid3 Şahid8 oğlu eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2008-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmətdədir. xx xxxxxx 2019-cu il tarixdən Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Şahid9 əvvəllər tanımamış və adlarını sadladığı şəxslərə dair düşmənçilik, eləcədə ədavət münasibətləri olmamışdır. İşin mahiyyəti üzrə bildirir ki, xx xxxxxx 2020-ci il tarixdə xidmət cədvəli üzrə növbədə olmuşdur. Həmin gün təxminən saat 23:30 radələrində iş yerində olan zaman 5-ci PB-nin inzibati binasına sonradan adlarının Təqsirləndirilən şəxs, Şahid9 və Şahid1 olduğunu bildiyi şəxsləri həmin bölmənin əməkdaşları polis kapitanı Şahid2 və polis baş serjantı Şahid8 gətirmişlər. Şahid2 ona xx xxxxxx 2020-ci il tarixdə saat 23:00-da Sumqayıt şəhəri “Qurd dərəsi” adlanan ərazidə baş vermiş oğurluq hadisələrinin açılması istiqamətində gəzərkən Təqsirləndirilən şəxs əvvəllər törədilmiş akkumlyator oğurluğunda şübhəli olduğuna görə saxladıqlarını, onunla sorğu-sual etdikləri zaman Vüsalın üzərində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Ülkər adlı tanışından aldığını, bu səbəbdən Vüsal, Ülkər və saxlanılarkən Ülkərin yanında olan Sahiləni PB-nə dəvət etdiklərini, onların isə heç bir etiraz etmədən PB-nə gəldiklərini bildirmişdir. Bundan sonra Şahid2 aidiyyəti raport yazmışdır. Həmin raport üzrə araşdırılma ona həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək onu şübhəli şəxs qismində tutduqlarını və tutmanın səbəbinin isə üzərində narkotik vasitə daşıyaraq saxlamasına dair yetəri qədər ehtimalların olmasını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzfələri ilə tanış olduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Vüsala üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsini təklif etmişdir. Vüsal onun təklifi ilə razılaşıb sağ əli ilə əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf sellofan materialına bükülmüş 2 ədəd büküm çıxartmışdır. Vüsaldan həmin bükümlərin nə olduğunu soruşmuş və Vüsal cavabında “kakos”, heroin olduğunu, özünün istifadəsi üçün Ülkər adlı tanışından 50 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümlərdən biri digərinə nisbətən böyük olmuşdur. Vüsal böyük bükümü açanda onun içərəsindən 2 ədəd şəffaf sellofan materiala bükülmüş bükümlər çıxmışdır. Vüsal həmin bükümləri bir-bir açıb içərəsindəki maddəni göstərmişdir. Həmin bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra bükümləri bir-bir elektron tərəziyə qoyub çəkmişlər və ümumi çəkinin 3,1 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış istintaq hərəkərinə dair protokol tərtib olunmuş və protokol istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Vüsal saxlanılarkən idarə etdiyi avtomobilə PB-nin həyətində baxış keçirtmişdir. Həmin avtomobilin üzərində 99PD651 dövlət qeydiyyat nömrə nişanı olmuşdur. Avtomobilə keçirilmiş baxış zamanı salonda ön sağ sərnişin oturacağının qarşısındakı bardaçokdan 02 ədəd düyməli, açılıb-bağlanan bıçaq, 01 ədəd üzərində “Car charger sözləri yazılmış qara qutu, 05 ədəd güllə patronu aşkar edilmişdir. “Car charger” sözləri yazılmış qara qutu açılmış və içərisindən gümüşü rəngli falqa hissələri, 03 ədəd pul əskinası – 1 manat yumrulanaraq boru şəklinə gətirilmiş bükümlər, 01 ədəd göy rəngli alışqan, 01 ədəd kiçik ölçülü lampa aşkar edilmişdir. Avtomobilin ön sağ sərnişin oturacağının arxa tərəfindəki cibindən 01 ədəd qara və gümüşü rənglərdən ibarət üzərində “Pocket Scale” sözləri yazılmış elektron tərəzi aşkar edilmişdir. 02 ədəd bıçaq, 05 ədəd güllə patronu, gümüşü rəngli falqa hissələri, 03 ədəd pul əskinası - 1 manat yumrulanaraq boru şəklinə gətirilmiş bükümlər və 01 ədəd tərəzi maddi sübut əhəmiyyəti daşıdığından onun tərəfindən götürülmüşdür. Avtomobildən çıxan digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən sahibi Təqsirləndirilən şəxs qaytarılaraq avtomoiblinə qoyulmuşdur. Keçirilmiş baxış istintaq hərəkəti zamanı Vüsal müvafiq suallara uyğun olaraq cavabında bıçaqlardan birinin özünə məxsus olduğunu, digərinin isə hansısa müştəriyə aid olduğunu və düşüb avtomobilində qaldığını, patronları arada ova getdiyi üçün avtomobilində saxladığını, tərəzinin və falqaların ona məxsus olmadığını, Ülkər adlı müştərisinə aid olduğunu, Ülkərin narkotik vasitə olan heroini aldığı şəxs olduğunu, yumrulamış 1 manatlıqlardan birinin ona aid olduğunu, qalan iksisinin isə Ülkərə məxsus olduğunu bildirmişdir. Bundan sonra baxış istintaq hərəkətinə dair protokol tərtib etmiş və protokol onun tərəfindən uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxışdan sonra Şahid9 üzərinə şəxsi axtarış istinataq hərəkəti keçirmişlər. Lakin Ülkərin üzərindən hər hansı bir sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı verdiyi suallara uyğun olaraq Şahid9 cavablarında Vüsalın idarə etdiyi avtomobildən aşkarlanaraq götürlmüş elektron tərəzinin özünə aid olduğunu bildirib, bir yerdə narkotik vasitəni çəkib satdıqlarını, Vüsalın üzərindən çıxan 3 büküm narkotik vasitə olan heroini də Vüsala o, satdığını, qarşılığında 50 manat aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətinə dair protokol tərtib etmiş və protokol onun tərəfindən uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Nicat Ağayev adlı şəxslə qeyri-rəsmi nikahda yaşamış və birgə nikahdan 2012-ci il tarixdə övladı Nuray dünyaya gəlmişdir. Təxminən 1 ay ərzində Sumqayıt şəhəri 2-ci mkr-da yerləşən kirayədə yaşadığı ünvanda rəfiqəsi Sahilə və azyaşlı övladı Nurayla birgə yaşamışdır. Nicat Ağayevdən 2012-ci il tarixdə ayrılmışdır. Ayrılıqdan təxminən 3 ay sonra X6 ilə tanış olub onunla bir yerdə ailə kimi yaşamışdır. 2020-ci ilin əvvəllərində Şəmşirdən də ayrılmışdır. Həmin ilin fevral ayının əvvəllərində Şəmşir Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır və üzərində narkotik vasitə daşıdığı üçün təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilməklə Şüvələn qəsəbəsində yerləşən İstintaq təcridxanasına etap edilmişdir. Şəmşir istifadəsində olan mobil nömrə ilə ona zəng edərək Şüvələnda saxlanıldığını və onun yanına gəlib dəyməyini xahiş etmişdir. O, Şəmşirin yanına getmək üçün rəfiqəsi Sahilə və azyaşlı övladı Nuray ilə birlikdə yola çıxanda sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi taksi sürcüsıı ilə tanış olmuşdur. Vüsalla Şüvələn qəsəbəsinə gedən zaman Vüsalın narkotik vasitə olan heroin qəbul etdiyini bilmişdir. Tanışlıq zamanı Vüsal onun azyaşlı övladı Nurayı çox istədiyi üçün mütəmadi olaraq yaşadığı evə gedib-gələcəyini bildirmiş və o da Vüsalla razılaşmışdır. Bundan sonra demək olar ki, hər gün Vüsal onun yaşadığı evə gəlib getmişdir. Vüsal arada Nurayı götürüb yaxınlıqdakı parka aparıb gəzdirmişdir. Vüsal onun maddi vəziyyətinin pis olduğunu bilmişdir. Tanışlıqlarının növbəti günü Vüsal yaşadığı evdə "pul tap, 100-150 manat, həmin pul ilə narkotik vasitə alaq-sataq” demişdir. Bu fikri onun ağlına batmışdır. Şəmşirlə birgə yaşadığı müddətdə Şəmşirin mütəmadi olaraq bir nəfər iranlı şəxslə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xatırlamadığı nömrəyə “Whatsapp” sosial şəbəkəsi ilə zəng edib danışığını, danışıq zamanı həmin naməlum şəxsin Şəmşirə narkotik vasitə olan heroin təşkil etdiyini yadına salmışdır. Şəmşir tutulduqdan sonra bir dəfə həmin naməlum şəxs onun istifadəsində olan mobil nömrəyə “Whatsapp”la zəng edib Şəmşir və onların barəsində maraqlanmışdır. O isə iranlıya Şəmşirin tutulduğunu bildirmişdir. Bir dəfə o, həmin naməlum şəxslə telefonda danışan zaman Vüsal ona işarə etmişdir ki, “ona pul versək bizə narkotik vasitə göndərə bilərmi?” deyə soruşsun. O, bu barədə iranlıdan soruşanda həmin şəxs ona “qorxuram, sən qadınsan, sənin də balan var, istəmirəm tutulasan” demişdir. Təxminən 2-3 gündən sonra Vüsal yenidən ona həmin şəxslə danışmağı təklif etmişdir. O razılaşıb həmin şəxsə zəng edib iranlıdan pul qarşılığında narkotik vasitə olan heroin istəmişdir. İranlı razılaşmış və verəcəyi bank hesab nömrəsinə göndərilən pulun qarşılığında ona narkotik vasitə olan heroin verəcəyini, lakin üzbəüz onunla təmas etməyəcəyini, yalnız bildirdiyi yerlərdə qoyduğu narkotik vasitəni götürüləcəyini demişdir. O da iranlının təklifi ilə razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə naməlum şəxslə telefonda danışmışlar. Razılaşmaya görə həmin şəxsə 150 manat pul göndərilməli olmuşdur. Həmin puldan 30-40 manatını o, qoymuş, qalanını isə Vüsal düzəltmişdir. İranlıya zəng edib pulun hazır olduğunu bildirmiş və iranlı ona “Whatsapp”da bank hesab nömrəsi atmışdır. Vüsala bank hesab nömrəsini vermişdir. Vüsalla birgə Sumqayıt şəhəri 34-cü məhəhllə ərazisində yerləşən Nizamı parkındakı Milliön yükləmə aparatının yanına getmişlər. O,Vüsalın idarə etdiyi avtomobildə qalmışdır. Vüsal isə avtomobildən enib Milliön aparatına yaxınlaşıb pulu aparata daxıl etmişdir. Sonra naməlum şəxs ona “Whatsapp”da səs göndərmişdir ki, narkotık vasitə Bakı şəhərində olan Qızqalası tarixi abidəsinin yaxınlığında gizlədilmişdir. Həmin gün o və Vüsal birgə Bakı şəhərinə getmişlər. O, avtomobildə gözləmişdir. Vüsal avtomobildən enib Qız qalasının yanına getmişdir. Az sonra Vüsal qayıdanda qara rəngli sellofan torbanı çıxartmışdır. Həmin torbanın daxilində qəhvəyi rəngli narkotik vasitə heorin kütləsi olmuşdur. Yaşadığı evə qayıtmışlar və evdə heroin kütləsini elektron tərəzi ilə ölçməklə, çəkisinin 8 qram olmasını müəyyən etmişlər. Həmin heroin kütləsini 1 qramlara ayıraraq sellofan kəsiklərinin içinə yığıb bükümlər düzətmişlər. Həmin bükümlərin hamısını Vüsal götürüb növbəti gün satmışdır. Lakin neçəyə satdığını bilməmişdir. Əldə olunmuş gəlirdən Vüsal ona 20 manat xeyir vermişdir. Vüsal qalan pulu isə özündə saxlamışdır ki, növbəti dəfə heroin alanda pulu olsun. xx xxxxxx 2020-ci il tarixdə naməlum iranlı ilə telefonda danışmışdır. Razılaşmaya görə həmin şəxsə 200 manat pul göndərilməli imiş. Naməlum iranlıya zəng edib pulun hazır olduğunu bildirmiş və iranlı ona “Whatsapp”da bank hesab nömrəsi atmışdır. Vüsalla birgə Sumqayıt şəhəri 9-cu mkr. ərazisində yerləşən “Gənclik” marketə təxminən saat 21-22 radələrində getmişlər. Vüsalın idarə etdiyi avtomobildə qalmışdır. Vüsal isə avtomobildən enib “Gənclik” marketdəki Milliön aparatına yaxınlaşıb pulu aparata daxil etmişdir. Sonra naməlum şəxs ona “Whatsapp”da səs göndərmişdir ki, narkotik vasitəni Xırdalan şəhərinin mərkəzindəki “Topaz” mərc oyunları məntəqəsinin pəncərəsinin yaxınına qoyulmuşdur. Həmin gün o və Vüsal birgə Xırdalan şəhərinə getmişlər. O, avtomobildə gözləmişdir. Vüsal avtomobildən enib “Topaz” mərc oyunları məntəqəsinin yaxınlığına getmişdir. Az sonra Vüsal qayıdanda qara rəngli sellofan torbanı əlində gətirmişdir. Həmin torbanın daxilində qəhvəyi rəngli narkotik vasitə olan heroin kütləsi olmuşdur. Yaşadığı evə qayıtmışlar. Evdə heroin kütləsinin çəkisinin elektron tərəzi ilə çəkib, ümumi çəkinin 12-13 qram olmasını müəyyən etmişlər. Həmin heroin kütləsini 1 qramlara ayıraraq sellofan kəsiklərinin içinə yığıb bükümlər düzətmişlər. Həmin bükümlərin hamısını Vüsal götürüb növbəti gün satmışdır. Lakin neçəyə satdığını bilməmişdir. Əldə olunmuş gəlirdən Vüsal ona 100 manat vermişdir. Qalan pulu isə Vüssal özündə saxlamışdır ki, növbəti dəfə heroin alanda pulları olsun. xx xxxxxx 2020-ci il tarixdə iranlı ilə telefonda danışmışlar. Bu dəfə razılaşmaya görə həmin şəxsə 200 manat pul göndərməli imişlər. Naməlum şəxsə zəng edib pulun hazır olduğunu bildirmişlər və iranlı ona “Whatsapp”da bank hesab nömrəsi atmışdır. Vüsala bank hesab nömrəsini vermişdir. Həmin gün xəstə olduğu üçün çölə çıxmamışdır. Vüsal pulu göndərdikdən sonra naməlum şəxs ona “Whatsapp”da səs göndərmişdir ki, narkotik vasitəni Novxanı qəsbəsində yerləşən dəniz kənarındakı Amore istirahət mərkəzinin yaxınlığında qoymuşdur. Vüsal narkotik vasitəni oradan götürdükdən sonra evə gəlməmişdir. Növbəti gün ona 80 manat pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə naməlum şəxsin neçə qram narkotik vasitə olan heroin göndərməsindən məlumatı olmamışdır. xx xxxxxx 2020-ci ıl tarixdə təxminən saat 18 radələrində həmin naməlum şəxslə yenə telefonda “Whatsapp”da əlaqə saxlamışdır. Naməlum şəxsdən ona yenə narkotik vasitə olan heroin göndərə bilib-bilməməsini soruşmuşdur. İranlı ona göndərə biləcəyini deyib 300 manat pul verməli olacağını bildirmiş və o da razılaşmışdır. İranlı onun istifadəsində olan mobil nömrənin “Whatsapp”da Kapital Banka məxsus plastik kartın şəklini çəkib atmışdır. Kartın üzərində “İsa Allahverdiyev" sözləri yazılmışdır. O, xəstə yatdığı üçün Vüsala gedə bilməyəcəyini, evdə qalacağını deyib pulu göndərməsini bildirmişdir. Vüsal evdən çıxıb pulu göndərməyə getmişdir. Saat 23 radələrində onun “Whatsapp”ına narkotik vasitəni ona satan şəxs narkotik vasitə olan heroinin Sumqayıt qəbirstanlığının yanında plakatın altına qoyulduğunu bildirmiş, qoyduğu yerin şəklini çəkib atmışdır. O, həmin şəkili Vüsalın “Whatsapp”ına atmışdır. Təxminən 1 saat sonra Vüsal yaşadığı evə gəlmişdir. Vüsal ona tək getmək istəmədiyini bildirib Sahilənin də onunla birgə getməsini demişdir. O, xahiş etdiyi üçün Sahilə də Vüsalla birgə evdən çıxmışdır. Daha sonra o yatmışdır. Növbəti gün ayılmış, Sahilədən dünən nə etdiklərini soruşmuşdur. Sahilə ona dünən gedib narkotik vasitə olan heroini Sumqayıt şəhərindəki qəbiristanlığın yanındakı plakatın altından Vüsalın götürdüyünü, hazırda malın da Vüsalda olduğunu bildirmişdir. xx xxxxxx 2020-cı il tarixdə təxminən saat 17 radələrində Vüsal onun yaşadığı evə gəlmişdir. Evdə Vüsal gödəkçəsinin sağ iç cibindən qara rəngli sellefon bükümü və elektron tərəzini çıxarıb “dünən götürdüyüm maldır" demiş və bükümü açmışdır. Tərəzini də işə saldıqdan sonra bükümdən çıxardıqları narkotik vasitə olan heroini tərəzinin üstünə qoymuşlar. Ümumi çəki 20,4 qram olmuşdur. Həmin çəkini 14 yerə bölüb hər çəkini şəffaf sellofan kəsiklərinin içərəsinə yığmış və bükümlər halına gətirmişlər. Vüsal həmin bükümləri götürüb cibinə qoymuşdur. Narkotik vasitə olan heroini satmaqlarında və digər hərəkətlərindədə Sahilə adlı rəfiqəsinin heç bir rolu olmamışdır. Sahilə narkotik vasitə istifadə etmir. Satışdan əldə etdikləri gəlirdən Sahiləyə hər hansı pay verməmişdir. Vüsalla o tutulan günü mobil telefon almaq üçün evdən çıxmışlar. Vüsal avtomobili idarə etmişdir. O, avtomoiblin sağ ön sərnişin oturacağında, Sahilə isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Vüsal avtomobili birinci 13-cü mikrorayonda saxlamış və avtomobildən düşüb getmişdir. Təxminən 10 dəqiqə sonra geri qayıtmışdır. O və Sahilə Vüsaldan hara getdiyini soruşmamışlar. Vüsal sonra yenidən avtomobili idarə etmişdir. Təxmini xatırladığına görə daş bazarının yanında Vüsal avtomobili yenə saxlayıb, düşüb getmişdir. Təxminən 10 dəqiqə sonra yenidən qayıtmışdır. Onlar Vüsaldan hara gedib qayıtdığı soruşmamışlar. “Qurd Dərəsi” bağlar massivində Vüsal avtomobili saxlayıb avtomobildən enmişdir. Bir neçə dəqiqə keçsə də Vüsal qayıtmamışdır. Az sonra onlara polis əməkdaşları yaxınlaşaraq onları Sumqayıt ŞPİ-nın 5-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan vaxtı üzərinə şəxsi axtarış keçirilsə də üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet çıxmamışdır. Orada olan zaman öyrənmişdir ki, polis əməkdaşları Vüsalın üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərində 3 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Vüsaldan aşkarlanaraq götürülümüş 3 büküm narkotik vasitə olan heroin həmin 14 büküm narkotik vasitə olan heroindən qalanlar olmuşdur. Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 13 ildir ki, Ülkər Sülyemanovanı tanıyır. Əvvəllər Ülkərlə birlikdə Sumqayıt şəhəri 9-cu mkr. ərazisində yerləşən barda ofisiant işləyirmişlər. Belə olub bir-birləri ilə tanış olmuşlar. Təxminən 3-4 il öncə Ülkər Şəmşir adlı şəxslə tanış olmuşdur. Onlar bir-birləri ilə qeyri-rəsmi ər arvad münasibətində olmuşlar. Ülkər müxtəlif ünvanlarda kirayələrdə yaşayırmış və ona da övladına baxmaq, eləcə də tək yaşamamağından ötrü onunla qalmağı təklif etmişdir. O da razılaşıb bir yerdə yaşamışlar. Şəmşir adlı şəxs 2020-ci ilin yanvar ayının axırları, fevral ayının əvvəllərində narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması faktı ilə bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və barəsində həbs təqimkan tədbiri seçilmişdir. Şəmşir tutulduqdan sonra Ülkər mütəmadi olaraq onunla görüşmək üçün Bakı şəhəri Şüvələn qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasına gedib-gəlmişdir. Ülkər fevral ayının əvvəllərində Şəmşirlə görüşdən qayıdandan sonra bir nəfər, iranlı dediyi şəxslə mütəmadi olaraq “Whatsapp” sosial şəbəkəsində görüntülü zənglə danışmağa başlamışdır. O, həmin şəxsi görməmiş və mobil nömrəni də bilmir. Həmçinin həmin ərəfədə Ülkər Təqsirləndirilən şəxsla tanış olmuşdur. Ülkərin deməsinə görə o, Vüsalla 3 saylı İstintaq təcridxanasına gedən zaman tanış olmuş və Vüsal taksi sürcüsü kimi onu təcridxanaya aparmışdır. 2020ci ilin fevral ayının əvvələrindən etibarən Ülkər iranlı deyilən şəxslə danışıb narkotik vasitə olan heroin alıb satmağa başlamışdır. Alqı-satqını əsasən Vüsalın vasitəsilə həyata keçirmişdir. Adətən onlar bir yerdə gedib narkotik vasitə olan heroini almış, kirayə yaşadıqları Sumqayıt şəhəri 2-ci mkr-da yerləşən, “Pioner” marketin arxasındakı binadakı ünvanda bir neçə bükümlərə bölmüş, bükümlərdən müəyyən qismini Ülkər özü satmış, müəyyən qismini isə Vüsala satmaq üçün vermiş, əldə olunan gəlirdən Vüsala pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri 2-ci mkr-da yerləşən kirayə yaşadıqları evdə olan zaman Vüsal gəlmişdir. Ülkər ona səhhətində narahatçılıqlar olduğunu Vüsalı heroini götürmək üçün göndərəcəyini, lakin Vüsalın tək getmək istədmədiyini bidirib Vüsalla birgə getməyini xahiş etmişdir. O, Ülkərin səhhətini nəzərə alaraq Vüsalla birgə evdən çıxmışdır. Ülkər Vüsala narkotik vasitəni iranlının Sumqayıt şəhəri yeni qəbirstanlığının yanındakı plakatın altında qoyacağını yolda demişdir. Vüsalın idarə etdiyi “Khazar” markalı avtomobillə Ülkərin bildirdiyi yerə çatmışlar. O, avtomobildə oturmuşdur. Vüsal avtomobildən enib plakatın altından nəsə götürüb avtomobilə qayıtmışdır. Avtomobildə götürdüyü əşyanı yoxlayarkən əlində yumruq boyda sellofan büküm olduğunu və içərəsində qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Həmin maddənin narkotik vasitə olan heroin olduğunu başa düşmüşdür. Oradan evə qayıtmışlar. Həmin vaxt Ülkər yatmışdır. Vüsal evdəki elektron tərəzini götürüb heroininin ümümi miqdarını çəkmişdir. Çəkinin nə qədər olmasını görməmişdir. Çünki həmin vaxt o, digər otağa keçmişdir. Vüsal Ülkərin yatdığını görüb, növbəti gün gələcəyini deyib narkotik vasitə olan heroin kütləsini də götürüb evdən çıxmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yuxudan oyanan Ülkər ondan dünən nə olduğunu soruşmuş, Ülkərə olanlar barədə danışmışdır. Həmin gün təxminən saat 17 radələrində Vüsal yaşadığı evə gələrək dünən aldıqları heroin kütləsini çıxarıb Ülkərə təqdim etmişdir. Daha sonra Ülkərlə Vüsal həmin kütləni elektron tərəzidə 1 qram şəklinə gətirməklə 14 büküm şəklinə gətirmişlər. Hər bükümü sellofan kəsiklərinə yığmışlar. 14 bükümdən 4 bükümünü Ülkər götürüb satmaq üçün həyətə düşmüşdür. 10 bükümü isə Vüsalda qalmışdır. Ülkər təxminən 30-35 dəqiqə sonra evə qayıtmışdır. O, belə başa düşünmüşdür ki, Ülkər 4 bükümü artıq satmışdır. Ülkər qayıtdıqdan sonra Vüsala həmin gün də heroin alacaqlarını, ona görə əllərində olan 10 bükümü satmaq lazım olduğunu bildirmişdir. Vüsal arıtq həmin malları almaq üçün ona zənglər edildiyini satmaq üçün təcili evdən çıxmaq lazım olacağını bildirmişdir. Vüsalla Ülkər evdən çıxmışlar. Evdən çıxan zaman Ülkər ona evdə qalarsa darıxacağını, ona görə də onlarla birgə getməyini təklif etmişdir. Ülkərlə razılaşıb birgə evdən çıxmışlar. Evdən çıxan zaman Ülkər elektron tərəzini də götürüb əl çantasının içərisinə qoymuşdur. Vüsal avtomobili “Qurd dərəsi” deyilən yerdə Saray qəsəbəsinin yaxınlığında işıqforun yanında dayandırana kimi 3 yerdə avtomobili saxlamışdır. Birincisi Sumqayıt şəhəri 2-ci mkr yaxınlığında. Sonra bazar tərəfə getmişlər. Daha sonra “Qurd dərəsi” tərəfə getmişlər. Vüsal hər gedişində təxminən 10-15 dəqiqə sonra avtomobilə qayıtmışdır. Yolda olan zaman adını bildirmədiyi şəxslərə çatdığını, pulu hazır etmələrini bildirmişdir. Danışıqlarından həmin şəxslərə narkotik vasitə olan heroin bükümlərini satmaq üçün getməsi aydın başa düşülmüşdür. Sumqayıt şəhəri “Qurd dərəsi” deyilən yerdə olan zaman Vüsal avtomobildən düşüb yolun əks tərəfinə keçmişdir. O, avtomobildə arxa sərnişin oturacağında oturmuşdur. Avtomobilə 2 nəfər mülki geyidə olan polis əməkdaşları yaxınlaşıb onlarla birgə 5-ci PB-nə getməyi təklif etmişlər. Razılaşdıqları üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişlər. PB-də olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və onun üzərinə keçirlən şəxsi axtarış zamanı əynindəki şalavarın cibindən 3 büküm narkotik vasitə olan heroin çıxmışdır. PB-də mənim izahatım alındıqdan sonra onu buraxmışlar. Daha sonra o, Ülkər və ya Vüsalı görməmişdir (cild 2, iş vərəqi 2-6, 188-192, 250-254). Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Əvvəllər hər ikisi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində səyyar şəkildə əncir satmaqla məşğul olmuşlar. Həmçinin Vüsalla o, bir-birinə yaxın ünvanda yaşamışalr. Məhəllə arasında gəzən söz-söhbətlərdən ona Təqsirləndirilən şəxs narkotik vasitə alış-satışı ilə məşğul olmasını eşitmişdir. Səhhətində olan narahtıçılqılarla bağlı 2015-ci il tarixdən etibarən arabir vaxtlarda o da narkotik vasitə olan heroindən istifadə edir. Heroindən istifadə etdiyini Vüsal da öyrənmişdir. 2020-ci ilin fevral ayının ikinci on günlüyündə təxmini xatırladığına görə 11-12 fevral tarixlərindən birində Vüsal onun istifadəsində olan mobil nömrəyə zəng edərək onda narkotik vasitə olan heroin olduğunu, lazım olarsa götürə biləcəyini demişdir. O, da Vüsala 1 çet olarsa götürə bilərəcəyini demişdir. 1 çeti 10 manata razılaşmışlar. Həmin gün təxminən saat 18-19 radələrində Novxanı qəsəbəsində yaşadığı evə gedən küçədə Vüsalla görüşmüşlər. Vüsal cibindən çıxartdığı 1 çet narkotik vasitə olan heroni ona vermişdir. Qarşılığında isə Vüsala 10 manat pul vermişdir. Bundan sonra Vüsalla görüşməmişlər. Həmin gün Vüsaldan aldığı 1 çet narkotik vasitə olan heroini istifadə etmişdir. 2020-ci ilin fevral ayının sonlarında Vüsalın polis əməkdaşları tərəfindən tutulmasını eşitmişdir (cild 1, iş vərəqi 225-227). Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 8-ci mkr. ərazisində yerləşən moykada təmizləyici işləyir. Təqsirləndirilən şəxs təxminən 2010-cu il tarixdən məhlə yoldaşı kimi tanımışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Vüsal ondan idarə etdiyi “Khazar LX” markalı avtomoiblinin arxa şüşələrinə plyonka vurmağı istəmişdir. Qarşılığlında ona 10 manat pul verəcəyini demişdir. Dəqiq olaraq tarixini xatırlamadığı gündə 2020-ci ilin fevral ayının ilk on günlüyündə sexdə Vüsalın avtomoiblinə plyonka çəkən zaman Vüsalın kiminləsə telefonda danışdığımı eşitmişdir. Vüsal kiməsə “kakos, bir də “şüşə” gətirəcəm” demişdir. Danışığı qurtardıqdan sonra Vüsaldan ona maraq gəldiyi üçün “şüşə” dediyi narkotik vasitədən onun üçün gətirməsini istəmişdir. Vüsal isə ona “şüşə”ni 10 manatın qarşığında gətirə biləcəyini demişdir. Belə olub onunla razılaşmışdır. 2-3 gün sonra Vüsalla telefonda danışıb onun yaşadığı evin yaxınlığındakı yolda görüşmüşlər. Danışıqları üzrə Vüsal ona 1 çet narkotik vasitə olan, el arasında “şüşə” adı ilə tanınan maddəni kağız bükümün içində vermişdir. Həmin nakotik vasitəni istifadə etmişdir. 2020-ci ilin fevral ayının sonlarında Vüsalın polis əməkdaşları tərəfindən tutulmasını eşitmişdir (cild 1, iş vərəqi 252-254). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Vüsaladan üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsini təklif edilmişdir. Vüsal əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf sellofan materialına bükülmüş 2 ədəd büküm çıxartmışdır. Vüsaldan həmin bükümlərin nə olduğunu soruşmuş və Vüsal cavabında “kakos”, heroin olduğunu, özünün istifadəsi üçün Ülkər adlı tanışından 50 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümlərdən biri digərinə nisbətən böyük olmuşdur. Vüsal böyük bükümü açanda onun içərəsindən 2 ədəd şəffaf sellofan materiala bükülmüş bükümlər çıxmışdır. Vüsal həmin bükümləri bir-bir açıb içərəsindəki maddəni göstərmişdir. Həmin bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra bükümləri bir-bir elektron tərəziyə qoyub çəkmişlər və ümumi çəkinin 3,1 qram olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 17-19). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin saxlanc yerindən 02 ədəd düyməli açılıb-bağlanan bıçaqlar, 01 ədəd “Car charge” sözləri yazılımış qara qutu, 05 ədəd güllə patron aşkar edilmişdir. “Car charge” sözləri yazılımış qara qutu açıldığı zaman içərisindən gümüşü rəngli falqa hissələri, 03 ədəd pul əskinası-yumrulanaraq boru şəklinə gətirilmiş 1 manatlıq bükümlər, 01 ədəd göy rəngli alışqan, 01 ədəd kiçik ölçülü lampa, 03 ədəd vizitkart aşkar edilmişdir. Avtomobilin ön sağ sərnişin oturacağının arxa cibindən 01 ədəd qara və gümüşü rəndlərdən ibarət üzərində “Pocket Scale” sözləri yazılmış elektron tərəzi aşkar edilmiş və götürülmüşdür (cild 1, iş vərəqi 20-22). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Vüsaladan üzərində hər hansı bir qanunsuz əşya olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsini təklif edilmişdir. Vüsal əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf sellofan materialına bükülmüş 2 ədəd büküm çıxartmışdır. Vüsaldan həmin bükümlərin nə olduğunu soruşmuş və Vüsal cavabında “kakos”, heroin olduğunu, özünün istifadəsi üçün Ülkər adlı tanışından 50 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümlərdən biri digərinə nisbətən böyük olmuşdur. Vüsal böyük bükümü açanda onun içərəsindən 2 ədəd şəffaf sellofan materiala bükülmüş bükümlər çıxmışdır. Vüsal həmin bükümləri bir-bir açıb içərəsindəki maddəni göstərmişdir. Həmin bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra bükümləri bir-bir elektron tərəziyə qoyub çəkmişlər və ümumi çəkinin 3,1 qram olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 184-186). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Duas J2” markalı İMEİ-**********812548/01 və İMEİ-2 **********12545/01 seriyalı mobil telefon ilə Şahid9 məxsus ***-***-**-** nömrəli mobil telefonla aparılan narkotik vasitələrin alqı-satqısına dair sms yazışmaları, “X10” adı ilə Təqsirləndirilən şəxs telefon siyahısına əlavə edilmiş ***-***-**-** mobil nömrəsi ilə aparılan narkotik vasitələrin alqı-satqısına dair sms yazışmaları, “Kamal Bag” adı ilə Təqsirləndirilən şəxs telefon siyahısına əlavə edilmiş ***-***-**-** mobil nömrəsi ilə aparılan narkotik vasitələrin alqı-satqısına dair sms yazışmaları müəyyən edilmişdir (cild 1, iş vərəqi 189-196). İşdə olan xx xxxxxx 2020-ci il tarixli təqdim etmə və ya götürmə haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs məxsus “Samsung Duos J2” markalı İMEİ-**********812548/01 və İMEİ-2 **********12545/01 seriyalı mobil telefon təhqiqata təqdim edilmişdir (cild 1, iş vərəqi 59-60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 4291 №li rəyindən görünür ki, “vət. Təqsirləndirilən şəxs üzərinə...." sözlər və imzalar olan bır ədəd zərfdəki 03 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,907 qram, 0,903 qram, ümumi təmiz çəkisi 2,744 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4456/4457 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd zavod üsulu ilə hazırlanmış patron 16 kalibr olub hamin kalibrə malik hamar-yivsiz lüləli ov tüfəngində istifadə edilmək üçün sursatı hesab edilən patrondur istifadəyə (atəşə) yararlıdır. Təqdiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassayə malik olan xüsusi təyinatli (köməkçi məqsədlər üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir kəsici, ucu deşici xassayə malik olan turist biçağdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 2, iş vərəqi 27-28). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-cu il tarixli, 636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 23-24). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etməklə sonuncunu ifşa etmişdir (cild 2, iş vərəqi 209-216). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şahid9 və istintaqa ləqəbi “iranlı” kimi tanınan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 70-71). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2016-cı ildə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur (cild 1, iş vərəqi 154-155; cild 2, iş vərəqi 32-34). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı vaxtdan iki ildən çox müddət keçdiyinə görə, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə götürülmüş 3 ədəd 1 manatlıq pul əskinası, falqa parçaları və 01 ədəd elektron tərəziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, elektron tərəzi kitabça formasındadır, üz hissəsi qara rənglidir, açıldıqdan sonra tərəzi hissəsi isə gümüşü rənglidir. Tərəzinin markası “Pocket Scale", istehsal yeri Çin Xalq Respublikasıdır. Falqalar 4 ədəddir, gümüşü rənglidir, 10sm x 5,5sm, 10sm x 1,5sm, 7sm x 4,5sm, 7sm x 5sm ölçüsündədirlər. Bir manatlıq pul əskinaslarının hər biri yumrulanaraq boru şəklinə gətirilmişdir. Hər birinin içərəsində qara və qəhvəyi rəngin qarışığından hiss lakaləri vardır. Pul askinaslarının seriya nömrələri: G48376555, G60696896, F12999792-dir (cild 1, iş vərəqi 198-199). İşdə olan əşyanın maddi sübut kimi tanınması və saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,654 qram olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 222-223). İşdə olan sübutların sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, narkotik vasitə heroinin aşkar edilməsini özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs məxus “Samsung J2” markalı mobil telefon aparatı, 03 ədəd 1 manatlıq pul əskinası, falqa parçaları və 01 ədəd elektron tərəzi maddi sübut kimı tanınmış, CD disk iş materiallarına əlavə edilmiş digər maddi sübutlar saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmişdir (cild 2, iş vərəqi 35-62). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 143). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istehlakı üçün əldə etməsi və əldə etməkdə məqsədinin narkotik vasitəni satmaq olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, X5 xx xxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 12, 122-125; cild 2, iş vərəqi 164-165). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,654 qram narkotik vasitə olan heroin, “Khazar LX” markalı avtomobildən aşkarlanaraq götürülmüş iki ədəd bıçaq, falqa parçaları və bir ədəd elektron tərəzi məhv edilməli, “Khazar LX” markalı avtomobildən aşkarlanaraq götürülmüş beş ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, narkotik vasitə heroinin aşkar edilməsini özündə əks etdirən bir ədəd CD disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxus üç ədəd bir manatlıq pul əskinası onun özünə verilməsi üçün, həmçinin “Samsung J2” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bu işdən ayrı icraata ayrılmış iş üzrə Şahid9 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-277/2021 saylı hökmündən görünür ki, X2 üzərindən aşkarlanan narkotik vasitə heroin ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğin yarısı, yəni 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsi Şahid9 tutulmuş, qalan hissəsi, habelə “Khazar LX” markalı avtomobildən aşkar edilən beş patron və iki ədəd bıçaq ilə bağlı ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manatın hamısı X4 aid edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 96,5 (doxsan altı manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Sumqayıt şəhər Polis İdarəsində saxlanılan maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - ekspert tədqiqatından sonra qalıq çəkisi 2,654 qram olan narkotik vasitə heroin, “Khazar LX” markalı avtomobildən aşkarlanaraq götürülmüş iki ədəd bıçaq, falqa parçaları və bir ədəd elektron tərəzi məhv edilsin; - “Khazar LX” markalı avtomobildən aşkarlanaraq götürülmüş beş ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; - narkotik vasitə heroinin aşkar edilməsini özündə əks etdirən bir ədəd CD disk iş materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxus üç ədəd bir manatlıq pul əskinası onun özünə verilməsi üçün, həmçinin, “Samsung J2” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 96,5 (doxsan altı manat əlli qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Fikrət Qəribov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar