Məhkəmə qərarları › İş №1(101)-252/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-252/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 1 sentyabr 1973-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Slavyan universitetinin yataqxanasında yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində; 27 oktyabr 1981-ci ildə Laçın rayonunun Fərəcan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Laçın rayonunun Fərəcan kəndində qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 11, mənzil 34-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsində; xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi, ev 2-də qeydiyyatda olub yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 23 fevral 2020-ci il tarixdə, təxminən saat 13-də Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuyucu məntəqəsinin qarşısında, həmin yuyucu məntəqəsində işləyən Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq 200 manat pul müqabilində təmiz çəkisi - 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 24 fevral 2020-ci il tarixdə, saat 12:50 radələrində ünvan 3 ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə saxladığı təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə və avtoyuma məntəqəsində onunla birlikdə yuyucu işləyən Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 fevral 2020-ci il tarixdə işlədiyi Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuma məntəqəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs3 vermiş, sonuncu həmin bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 23 fevral 2020-cı il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuma məntəqəsinin qarşısında 200 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satmış, sonuncu 24 fevral 2020-ci il tarixdə saat 12:50 radələrində ünvan 4 ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə saxladığı təmiz çəkisi 21,276 qram olmaqla, külü miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs3 onunla birlikdə avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini işlədikləri Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs2 satış məqsədi ilə alıb, özündə saxlayaraq daşımış, 23 fevral 2020-ci il tarixdə, təxminən saat 13-də həmin bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında əvvələr tanıdığı Təqsirləndirilən şəxs1 200 manat pul müqabilində satmış, sonuncu 24 fevral 2020-ci il tarixdə, saat 12:50 radələrində Binəqədi rayonu, Azadlıq prospekti 156 saylı ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə saxladığı təmiz çəkisi 21,276 qram olmaqla, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 ildir ki, narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 23 fevral 2020-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllənin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısından keçərkən, həmin məntədə işləyən Təqsirləndirilən şəxs3 onu kənara çəkib, onda satlıq narkotik vasitə olduğunu bildirmişdir. Nicat ona bir ədəd sellofana bükülmüş büküm vermiş və o, həmin narkotik vasitəni 200 manata almağa razılaşmışdır. Üzərində olan 50 manatı Nicata verib, qalan 150 manatını isə sabah verəcəyini demişdir. Nicatdan aldığı bükümü əlinə götürdükdə təxminən 10-12 qram olduğunu yəqin etmişdir. Həmin bükümü əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur ki, münasib vaxtda istifadə etsin. 24 fevral 2020-ci il tarixdə, saat 13 radələrində ünvan 3 binanın girişində olarkən mülki geyimli şəxlsər ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmiş və video çəkilişlə ondan özünü təqdim etməsini istəmişlər. Özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü, «Micro Max» markalı mobil telefonu və 30 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin bükümdə narkotik vasitə - heroin olduğunu, öz istifadəsi üçün 23 fevral 2020-ci il tarixdə avtoyuma məntəqəsində işləyən «Malış» ləqəbli oğlandan 200 manat pul müqabilində aldığını bildirmişdir. Bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, telefonu da götürülmüş, 30 manat pul isə ona qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, orada ona vəkil təqdim olunmuş və vəkilə etiraz etməmişdir. Daha sonra vəklin iştirakı ilə üzərinə baxış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Protokol onlara oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq propektində yerləşən avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs3 ilə birlikdə yuyucu işləyir. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Tutulmamışdan bir-iki gün qabaq avtoyuma məntəqəsində təmizlik işləri apararkən yerdən bir büküm tapmışdır. Bükümü atmaq istəmiş, lakin Nicat həmin bükümü ondan alıb içərisinə baxmış və narkotik vasitə olduğunu bildirib özünə götürmüşdür. 24 fevral 2019-cu il tarixdə, saat 16 radələrində işlədiyi avtoyuma məntəqəsində olarkən mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib, onları idarəyə dəvət etmişlər. İdarəyə gəldikdən sonra, Nicatın narkotiki Mehmana satdığı və sonuncunun polislər tərəfindən tutulduğunu bilmişdir. Onun üzərinə baxış keçirilmiş və qanunla gəzdirilməsi qadağan olunmuş heç bir maddə aşkar edilməmişdir. Əvvəlcə polis əməkdaşlarına narkotik vasitəni tapdığını bildirmişdir. Bundan sonra BNMİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Təzyiqi altında narkotik vasitəni Fidandan aldığı barədə ifadə vermişdir. Müstəntiq tərəfindən ona narkotik vasitə təqdim edilmiş, sonuncuya təqdim olunan maddənin onun tapdığı həmin büküm olmadığını bildirmişdir. Belə ki, onun Nicata verdiyi büküm təxminən bir qram olmuşdur. Müstəntiqin ona göstərdiyi büküm isə bir neçə dəfə çox idi. Fidan avtoyuma məntəqəsinin müdiridir. Onun telefonuna baxış keçirilərkən Fidanın kartının şəkli aşkar olunmuşdur. O, avtoyuma məntəqəsinin aylıq icarə haqqını həmin karta göndərdiyindən şəkli telefonunda saxlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq propektində yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. Həmin avtoyuma məntəqəsini Şahid4 işlədir. Ruslan fevral ayının ortalarında həbs olunmuşdur. 22 fevral 2020-ci il tarixdə işlədiyi avtoyuma məntəqəsində onunla birlikdə yuyucu işləyən Təqsirləndirilən şəxs2 ona şəffaf sellofana bükülümş bir büküm narkotik vasitə - kakos verib, həmin narkotik vasitəni satıb Ruslana pul göndərmək lazım olduğunu demişdir. Elnurdan bükülünü götürüb özündə saxlamışdır. Yuyucu məntəqəsinin yaxınlığındakı binada yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bildiyindən 23 fevral 2020-ci il tarixdə, saat 13 radələrində Mehman avtoyuma məntəqəsinin yaxınlığından keçərkən onu çağırıb «kakos» deyilən narkotik vasitəni ona göstərmişdir. Narkotik vasitənin çəkisi və miqdarı barədə məlumatı olmamışdır. Mehman bükümü əlinə götürüb baxdıqdan sonra 200 manata almağa razılaşmış və 50 manat pul verib, qalan pulu axşam verəcəyini demişdir. Narkotiki Mehmana vermiş, pulun hamısını almadığından Elnura narkotiki satdığı barədə məlumat verməmişdir. 24 fevral 2020-ci il tarixdə, saat 15 radələrində avtoyuma məntəqəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu idarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulduğu ona məlum olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-müvəkkilidir. 24 fevral 2020-ci il tarixdə İdarəyə Binəqədi rayon sakini Təqsirləndirilən şəxs1 Binəqədi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun rəhbərliyilə idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və polis serjantı Elnur Hacıyevin iştirakı ilə əməliyyat qrupunun yaradılması və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul edilmişdir. 24 fevral 2020-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 4 ünvanda əməliyyat mövqeyi seçmişlər. Saat 12:50-də binanın girişində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs1 oxşar, özünü şübhəli aparan bir nəfərin gəldiyini görüb yaxınlaşaraq mobil telefonla aparılan videoçəkilişlə özlərini təqdim edib, xidməti vəsiqələri göstərmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra, üzərində qanunsuz əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Mehman üzərində bir büküm narkotik vasitə-heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik maddə heroinə oxşar maddəni, «Micromax» markalı mobil telefonu və 30 manat pulu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik maddə-heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyli heroinə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümü 23 fevral 2020-ci il tarixdə yaşadığı məhəllənin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləyən «Malış» ləqəbli şəxsdən 50 manat ödəyib, qalanını sonra vermək şərti ilə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etıyi 30 manat pul özünə qaytarılmış, büküm isə zərfə qoyulub möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, lakin, əməliyyat marağı kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri Təqsirləndirilən şəxs1 əvvəlcədən xəbərdar etməklə «Xiaomi» markalı mobil telefonla video lentə alınmışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdaradə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün «Mərkəz» Vəkil Bürosundan dəvət edilmiş vəkil Kamran Musayev təqdim edilmişdir. Videoçəkiliş diskə köçürülmüş, daha sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Protokol oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaqda şübhəli olan «Malış» ləqəbli Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müəyyən olunaraq idarəyə gətirilərək izahatları alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitəni Təqsirləndirilən şəxs2 əldə edib Təqsirləndirilən şəxs1 satdığını, Təqsirləndirilən şəxs2 da həmin narkotik vasitəni «Fidan» adlı şəxsdən əldə etdiyini və Təqsirləndirilən şəxs3 verdiyini etiraf etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi ilə Mühüm İşlər üzrə baş əməliyyatmüvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 30 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs2 bir ildən artıq müddətdir ki, tanıyır. Elnur onun qeyri-rəsmi birlikdə yaşadığı Şahid4 Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuma məntəqəsində işləmişdir. 15 fevral 2020-ci il tarixdə Ruslan həbs olunduqdan sonra avtoyuma məntəqəsinə nəzarət etməyə başlamış, Ruslanın anası ilə birlikdə günün çox vaxtı avtoyuma məntəqəsinə olmuşdur. Fevral ayının sonlarında Ruslanın anası ona zəng edib Elnur və «Malış» deyə çağırdıqları Nicatın polislər tərəfindən tutulduqlarını bildirmişdir. Sabahı gün onun mobil nömrəsinə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs zəng edərək, onu idarəyə dəvət etmişdir. Sonrakı günlər həmin nömrəyə zəng etsə də, cavab verən olmamışdır. Bir neçə gün sonra isə cavab verib Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə gəlməsini demişlər. Həmin vaxt dayısı rəhmətə getdiyi üçün Tovuz rayonunda olduğundan, Binəqədi Rayon Polis İdarəsinə gedə bilməmişdir. 30 aprel 2020-ci il tarixdə isə Bilasuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə göndərməmiş, narkotik vasitəni satıb pulunu Ruslana göndərməsi barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin oktyabr ayından Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən avtoyuma məntəqəsini icarə əsasında işlətmişdir. Həmin avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuyucu işləmişlər. 2020-ci ilin fevral ayının ortalalarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2020-ci ilin iyun ayında Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Barəsində olan cinayət işinə hazırda Nəsimi rayon məhkəməsində baxılır. Həbs olunduqdan təxminən bir ay sonra xəbər tutmuşdur ki, Elnur və Nicat da narkotik maddəyə görə tutulublar. Nicat və Elnurun narkotik vasitə ilə əlaqələri olmasından əvvəllər heç bir məlumat olmamışdır. Özü həbs olunan vaxta qədər narkotik vasitədən istifadə etmiş, ancaq heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid3 ilə qeyrirəsmi münasibəti olmuşdur. Nə Fidana, nə Elnura və nə də Nicata narkotik vasitə verməmişdir. Həmçinin onlara narkotik vasitəni satıb, pulunu ona göndərməsi barədə tapşırıq verməməişdir. Həmin müddətdə Bakı İstintaq Təcridxanasında həbsdə olmuşdur. Fidan, Elnur və Nicatla əlaqəsi və telefon danışığı olmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 24 fevral 2020-ci il tarixli 008-829-1220 saylı raportundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, 3 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs1 Binəqədi rayonu ərazisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuşdur (cild 01, iş vərəqi 03). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 24 fevral 2020-ci il tarixli protokolundan görünür ki, 24 fevral 2020-ci il tarixdə, saat 12:50-də ünvan 3 binanın girişində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddəni, «Micromax» markalı mobil telefonu və 30 manat pulu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 şəffaf sellofan bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini 23 fevral 2020-ci il tarixdə «Malış» ləqəbli şəxsdən 50 manatı ödəyib, qalanını sonra vermək şərti ilə öz istifadəsi üçün aldığını bildirmişdir (cild 01, iş vərəqi 15-17). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli 5033 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs1 götürülmüş ...» sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 21,276 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 qəpikdir (cild 01, iş vərəqi 28-30). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin əşyanın maddi sübut hesab edilməsi haqqında 25 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 21,276 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 21,226 qram qalığı cinayət işi üzrə maddi sübut hesab olunaraq saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir (cild 01, iş vərəqi 81). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin video görüntülərə baxış keçirilməsi haqqında 26 fevral 2020-ci il tarixli protokolundan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 24 fevral 2020-ci il tarixdə, saat 12:50-də ünvan 3 binanın girişində qara rəngli gödəkçə geyinmiş bir nəfərə yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, özlərini təqdim etdikdən sonra, həmin şəxsdən özünü təqdim etməsini istəyirlər. Həmin şəxs özünü təqdim edib 1973-cü ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 olduğunu, yaxınlıqda yerləşən yataqxanada yaşadığını bildirdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edir. Həmin sellofan büküm açılır və içərisində qəhvəyi rəngli maddə olduğu görünür. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olduğunu, bükümü moykada işləyən «Malış» ləqəbli şəxsdən öz istifadəsi üçün aldığını, 50 manat ödəyib, qalanını sonra verməyə razılaşdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 30 manat pul və bir ədəd mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş büküm zərfə qablaşdırılıb möhürlənir və zərf iştirakçılar tərəfindən imzalanır, saat 13:00-da axtarış yekunlaşdırılır (cild 01, iş vərəqi 84). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin əşyanın maddi sübut hesab edilməsi haqqında 26 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş axtarış zamanı mobil telefonla çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd «DVD» disk cinayət işi üzrə maddi sübut hesab olunaraq iş materiallarına əlavə edilmişdir (cild 01, iş vərəqi 85). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 24 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 19). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-170/2020 nömrəli 26 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli tutulduğu - 24 fevral 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqi 150-153). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 25 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 41). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-171/2020 nömrəli 26 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli tutulduğu- 25 fevral 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqi 154-157). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 25 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 45). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-172/2020 nömrəli 26 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli tutulduğu- 25 fevral 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqi 158-161). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin üzləşdirmə haqqında 27 fevral 2020-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, onlar istintaqa verdikləri ifadələrini bir daha təsdiq etmişlər (cild 01, iş vərəqi 162-164). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin üzləşdirmə haqqında 27 fevral 2020-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etmişlər (cild 01, iş vərəqi 165-167). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqi 204). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmiş və 20 may 2015-ci ildə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vərəqi 205). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 iyul 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya məhkəməsinin 21 avqust 2002-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) aya endirilmiş, 29 yanvar 2003-cü il tarixdə Əzizbəyov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513.5-ci maddəsinə əsasən barəsində CM-nin 76-cı maddəsi tətbiq olunmaqla vaxtından əvvəl şərti azad olunmuşdur (cild 01, iş vərəqi 206). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə uyğun olaraq məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 27 may 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 21 fevral 2020-ci il tarixdə «Mehman abi tema lazımı nağdı pulla 10m-liq ama tez bazar» məzmununda sms göndərilmişdir. Həmin nömrənin anten dairəsi 23 fevral 2020-ci il tarixdə, saat 12:05-dən saat 12:51-ə qədər olan müddət ərzində və 24 fevral 2020-ci il tarixdə, saat 12:12-dən 12:23-ə qədər olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ərazisi olmuşdur (cild 01, iş vərəqi 239-239A). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 23 iyun 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı aşkar edilmiş mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən «Vüqar mənəm Yusif yuxarıdayam 20 manatlıq lola ver», «salam brat nağd pula kofe lazmdı düz qoş etmək olar», «Yusifdi bloka çıxa bilərsən 10 luq lazımdı», «havayı istəmirəm ki, puluynan verdə çet balaca bərk lomkadayam səhərdən», «qaqa konturum yoxdu gəlim axşama kimi yarım verirsən bidənə» məzmununda «sms»lər göndərilmişdir (cild 02, iş vərəqi 66). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» X11 Ambulator X2 29 iyun 2020-ci il tarixli 1774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 109-110). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» X11 Ambulator X2 29 iyun 2020-ci il tarixli 1777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 111-112). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» X11 Ambulator X2 29 iyun 2020-ci il tarixli 1790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 113-114). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 27 iyul 2020-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 02, iş vərəqi 131- 132). İş materiallarındakı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 568 nömrəli 2 mart 2020-ci il tarixli arayışından, məcburi köçkün vəsiqəsinin, doğum və ölüm haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda oğlanları 8 yanvar 2009-cu il təvəllüdlü Əli və 4 iyun 2011-ci il təvəllüdlü Nicat ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. X1 28 fevral 2019-cu il tarixdə vəfat etmişdir (cild 02, iş vərəqi 167-171). İş materiallarındakı vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı hüquqları Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 saat müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda ittiham olunduqları maddəllər üzrə özlərini təqsirli bilməmələrinə dair verdikləri ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünü müdafiə xarakteri daşıyıb, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2, 58.3-cü maddələrinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Bu mənada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə münasibətdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 21,276 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 21,226 qram qalığı məhv edilməli; Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş axtarış zamanı mobil telefonla çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hər birindən 30 (otuz) manat 58 (əlli səkkiz) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 nömrəli Qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu- 24 fevral 2020-ci il; Təqsirləndirilən şəxs2 tutulduğu- 25 fevral 2020-ci il; Təqsirləndirilən şəxs3 tutulduğu- 25 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hər birindən 30 (otuz) manat 58 (əlli səkkiz) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat pul köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 21,276 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 21,226 qram qalığı məhv edilsin. Təqsirləndirilən şəxs1 Xanoğlan oğlunun üzərinə keçirilmiş axtarış zamanı mobil telefonla çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar