Məhkəmə qərarları › İş №1(101)-255/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-255/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-255/2021 08.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri-X13 və X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxslərin qanuni nümayəndələri-X3, Qanuni nümayəndə2 və X6, X1 qızının iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Türkiyə Respublikası, Adana şəhəri, Yürehir qəsəbəsində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 148-də müvəqqəti pasport qeydiyyatında olan və Abşeron rayonu, Masazır kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 təkrarən təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərini törətmişdir. Belə ki, Deveci Kurtulus cinsi ehtirasını təmin etmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında azyaşlı tanışları Zərərçəkmiş şəxs2, Şahid3 və Zərərçəkmiş şəxs3 kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, yeni yaşayış məhəlləsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə qonaq qismində çağıraraq, Şahid3 başını qatmasından ötrü özünə məxsus telefonu sonuncuya vermiş, özü isə yerə uzanaraq, Zərərçəkmiş şəxs2 başını, Zərərçəkmiş şəxs3 isə ayaqlarını massaj etməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 ayaqlarını, Zərərçəkmiş şəxs2 onun başını massaj edən zaman, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək, Zərərçəkmiş şəxs2 tumanını aşağı çəkərək, onun cinsiyyət orqanını ağzına almaqla gərginləşdirdikdən sonra arxasını Zərərçəkmiş şəxs2 tərəf çevirib, sonuncunun gərginləşmiş cinsiyyət orqanını öz arxa keçəcəyinə salmış, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs2 arxasına keçərək gərginləşmiş cinsiyyət orqanını zorla azyaşlı Zərərçəkmiş şəxs2 arxa keçəcəyinə salaraq, öz cinsi ehtirasını təmin edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında işlədiyi Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən «Genco» adlı bərbərxanada onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək, Zərərçəkmiş şəxs2 tumanını aşağı çəkərək, onun gərginləşmiş cinsiyyət orqanını öz arxa keçəcəyinə salmış, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs2 arxasına keçərək gərginləşmiş cinsiyyət orqanını zorla azyaşlı Zərərçəkmiş şəxs2 arxa keçəcəyinə salaraq, öz cinsi ehtirasını təmin edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında azyaşlı tanışları Zərərçəkmiş şəxs2, Şahid3 və Zərərçəkmiş şəxs3 kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, yeni yaşayış məhəlləsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə qonaq qismində çağıraraq, Şahid3 başını qatmasından ötrü özünə məxsus telefonu sonuncuya vermiş, özü isə yerə uzanaraq, Zərərçəkmiş şəxs2 başını, Zərərçəkmiş şəxs3 isə ayaqlarını massaj etməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 başını, Zərərçəkmiş şəxs3 onun ayaqlarını massaj etdikdən sonra, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək, Zərərçəkmiş şəxs3 tumanını aşağı çəkərək, arxasını ona tərəf çevirib, sonuncunun gərginləşmiş cinsiyyət orqanını öz arxa keçəcəyinə salmış, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs3 arxasına keçərək gərginləşmiş cinsiyyət orqanını zorla azyaşlı Zərərçəkmiş şəxs3 arxa keçəcəyinə salaraq, öz cinsi ehtirasını təmin edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında azyaşlı tanışı Zərərçəkmiş şəxs3 kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, yeni yaşayış məhəlləsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə qonaq qismində çağıraraq, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək, Zərərçəkmiş şəxs3 tumanını aşağı çəkərək, onun cinsiyyət orqanını ağzına almaqla gərginləşdirdikdən sonra arxasını Zərərçəkmiş şəxs3 tərəf çevirib, sonuncunun gərginləşmiş cinsiyyət orqanını öz arxa keçəcəyinə salmış, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs3 arxasına keçərək gərginləşmiş cinsiyyət orqanını zorla azyaşlı Zərərçəkmiş şəxs3 arxa keçəcəyinə salaraq, öz cinsi ehtirasını təmin edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında azyaşlı tanışı Zərərçəkmiş şəxs1 kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndi, yeni yaşayış məhəlləsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə qonaq qismində çağıraraq, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək, Zərərçəkmiş şəxs1 tumanını aşağı çəkərək, onun cinsiyyət orqanını ağzına almış, lakin onun bu hərəkətləri Zərərçəkmiş şəxs1 xoşuna gəlmədiyindən, öz cinayət hərəkətlərini dayandırmış və bundan sonra həmin gün Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən «Genco» adlı bərbərxanada cinayət hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 şalvarını aşağı çəkərək, sonuncunun arxasına keçib gərginləşmiş cinsiyyət orqanını zorla azyaşlı Zərərçəkmiş şəxs1 arxa keçəcəyinə salaraq, öz cinsi ehtirasını təmin edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlər etmişdir. Məhkəmədə tərcüməçi və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən X9 ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş» yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasında bərbər işləyirmiş. Onun əsil adı Kurtulus olsa da, hamı onu «Gənco» və ya «Azad» ləqəbi ilə tanıyır. X2 tanımır, lakin Zərərçəkmiş şəxs2 Akşin oğlunu təxminən 3-4 ay öncə onun yanında bərbərlik öyrənmək istəyən Onurun uşağın vasitəsilə tanmışdır. Ramal tez-tez onun işlədiyi yerə gəlib-getmiş, son vaxtlar Ramalın oraya gəlməsinə həftədə bir dəfə icazə vermişdir. 2019-cu ilin təxminən iyul-avqust aylarında Onur və Ramal onun yaşadığı evə saxladığı itlərlə oynamaq üçün gəlmək istədiklərini bildirmişlər, o, Ramala «get anadan icazə al sonra gələrsən» sözlərini demişdir. Ramal yaşadığı evə getmiş, geri qayıtdıqda isə anasından icazə aldığını bildirdikdən sonra, o, Ramal və Onura marketdən kola və «çipsi» almaq üçün pul vermişdir. Ramal və Onur onunla birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən kirayə yaşadığı evə getmişlər. Orada onlar yeyib içərək onunla birlikdə telefonda kinoya baxmışlar. Kinoya baxan zaman o, yerdə olan döşəyin üzərinə uzanmış, Ramal və Onur onun yanında uzanmışlar. O, Ramala başını ovuşdurmasını demiş, Ramal etiraz etmədən onun başını ovuşdurmuşdur. O, yorğun olduğundan yuxuya getmiş, səhər saat 06 radələrində Ramalın və Onurun səs-küyünə oyanmış, gözünü açdıqda Onur və Ramalın futbol geyimində stadiona futbol oynamağa getdiklərini görmüşdür. Bir neçə gün sonra o, iş yerində olarkən Ramal oraya gəlib qardaşı Camalın da onlara gəlmək istədiyni bildirdikdə o, Ramala anasından icazə almasını tələb etmiş, sonuncu da anasının gecə işdə olduğunu, qardaşı Camalın evdə tək qaldığını dedikdən sonra o, Ramalgilə icazə vermişdir. Həmin gün axşam saatlarında işdən çıxıb yaşadığı evə gedərkən yolun kənarında Ramal, Onur və Camal onu gözlədiyini görmüş, o, uşaqlardan birinə 5 manat pul vermiş ki, kola içkisi alsınlar. Evdə olan zaman uşaqlar onun telefonlarını götürüb oynamış, özü isə yatmışdır. Səhər oyananda evdə heç kimin olmadığını görmüş, buna səbəb uşaqların səhər saat 06 radələrində futbola getmələri olmuşdur. Bir müddət sonra axşam saatlarında Onurla Ramal onun işlədiyi yerə gələndən sonra səhər idmana gedəcəklərini və bərbərxanada qalmaq istədiklərini bildirmiş, o, Ramal və Onura bərbərxanada təmizlik işləri gördükdən sonra qalmaqlarına icazə verəcəyini bildirmişdir. Sonuncular təmizlik işlərini gördükdən sonra onunla birlikdə kabinetə keçmişlər, o, yerdə döşəyin üzərində yatmış, Onur və Ramal isə divanın üzərində oturub oyun oynamışlar. Səhər oyandıqda Onur və Ramalın futbola getdiklərini görmüşdür. Həmin gün Onur ona zəng vuraraq yaşadığı evə gəlmək istədiyini demiş, ona evə getməyəcəyini və bərbərxanada qalacağını, Onurun da oraya gəlməməsini bildirmişdir. Onur çox israr etmiş və səhəri gün dənizə gedəcəyini və son dəfə ondan evdə qalmasını xahiş etmişdir. Ramalın anasının da işdə olduğunu uşaqların ac olduqlarını bildirmiş, o, Onurgilin gəlməsinə razılıq vermiş və yaxınlıqdan peraşki almış ki, uşaqlar yesinlər. Ramal, Onur və Camal işlədiyi yerə gəlmişlər və onlar bir yerdə yemək yemiş, Ramal kresloda uzanmış, Onurla Camal divanda, özü isə yerdə uzanıb yatmışdır. Səhər açıldıqda uşaqlar onu yuxudan oyadıb çıxıb getmişlər. Həmin gün yuxudan ayağa qalxdıqda cibində 50 manat pulunun olmadığını aşkar etmişdir. Axşam saatlarında Onur və dayısı Fuad onun işlədiyi yerə gəlmişlər, həmin vaxt Onura cibindən 50 manat pulunun oğurlandığını bildirmişdir. Onur dayısının yanında onun pulunu Ramal oğurladığını və pulları ayaqqabısının içərisinə qoyduğunu, həmin pula mağazadan kalonka aldığını bildirmişdir. O, Onurdan həmin kalonkanı gətirməsini tələb etmiş, Onur kalonkanı gətirəcəyinə söz vermişdir. Bir gün sonra Onur kalonkanı gətirib ona vermişdir. Bir neçə gün keçdikdən sonra isə işlədiyi ərazidə barəsində Ramalı əlləməyi barədə şaiyələr yayılmağa başlamışdır. Bundan sonra, Ramalın idman yoldaşı Tural və qardaşı Camal onun işlədiyi yerə gəldikdən sonra, o, Ramala demiş ki, ona şər atmasın və pula görə də qorxmasın. Aradan bir neçə gün keçdikdən sonra iş qurmaq istəmiş və kirayə yaşadığı evin həyətində toyuq-cücə saxlamaq qərarına gəlmişdir. Ehtiyacı olan bir işçi axtarmağa başlayan zaman Ramalın qulağına həmin məsələ çatdıqda, Ramal qardaşı Camalla birlikdə bərbərxanaya gəlmişlər. Həmin vaxt o, Ramala ona şər atmağının düzgün olmadığını bildirmiş, Ramal ondan üzr istəyib ağlamış, həmin vaxt orada onunla birlikdə işləyən Cavid və Elmir də orada olmuşlar. O, Ramala əgər işləmək istəyirsə onun şərtlərini qəbul edib namazı öyrənməsini tələb etmiş, Ramal da onunla razılaşmışdır. Bu söhbətdən 10 gün keçdikdən sonra Anar adlı şəxs ona xəbər göndərmişdir ki, sabah ondan şikayət etmək üçün polisə gedəcəkdir. O, bu sözləri eşitdikdən sonra Anarın yanına stadiona getmiş, onu axtarsa da tapa bilməmiş, bunun üçün Anarın istifadəsində olan mobil telefona sms yazmış, lakin sms Anara çatmamışdır. Bundan sonra o, müdirü Sahilə zəng vurub şərləndiyini bildirmişdir. Sahil onun iş yerinə gəldikdən sonra, o, onlar stadionun yanında yerləşən kafeyə getmişlər, həmin vaxt Anarın, Ramalın, Camalın və bir neçə nəfər tanımadığı şəxsin orada dayandığını görmüşdür. Sahil Anara yaxınlaşıb söhbət etməyə başlamış, o, uzaqdan Anarın Sahilə onun Masazırdan getdiyi təqdirdə, ondan heç bir şikayətinin olmadığını bildirdiyni eşitmişdir. Sahil Anarla danışdıqdan sonra ona gedib işini davam etməsini bildirmişdir. Oradan geri qayıtdıqdan sonra Anar ondan Ramalın şərləməsi ilə bağlı 1500 manat pul və idman forması alacağını eşitmişdir. O, Zərərçəkmiş şəxs2la və ya digər uşaqlarla heç vaxt cinsi əlaqədə olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən «Qurtuluş 93» yaşayış kompleksində «Qartal» futbol klubunda futbol idman növü ilə məşğul olur. Zərərçəkmiş şəxs3 onunla birlikdə həmin futbol klubunda məşq etmişdir. Zərərçəkmiş şəxs3 futboldan başqa da «Qurtuluş» yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasında türk bərbəri Deveci Kurtulusun yanında şagirdlik etmişdir. Zərərçəkmiş şəxs3 təxminən 2019-cu ilin sentyabr ayında ona, şagird kimi işlədiyi bərbərxanada saçını pulsuz qırxmağı təklif etdikdən sonra o, «Gənco» bərbərxanasına getmişdir. Bərbərxanada Zərərçəkmiş şəxs3 onun saçını qırxanda Kurtulus Devecini ona təqdim təqdim, həmin şəxsin Onurun ustası olduğunu bildirmişdir. Həmin vaxtdan sonra o, mütəmadi olaraq «Gənco» bərbərxanasına Zərərçəkmiş şəxs3 yanına gedib gəlmişdir. Bir dəfə Kurtulus Deveci onlara evində kabab qonaqlığı verəcəyinə söz vermiş, həmin söhbətdən təxminən bir həftə sonra, Zərərçəkmiş şəxs3 ona bərbərxanaya getməsini təklif etmiş, o, razılaşaraq onurla birlikdə bərbərxanaya getmiş, orada bir az oturduqdan sonra, axşam saat 23:00 radələrində o, Onur, qardaşı Camal, Kurtulusla birlikdə Kurtulusun kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə getmişlər. Kurtulus onlara cipsi və kola almış, onlar çipsi yedikdən sonra, Kurtulus telefonunu qardaşı Camala vermiş, Onurla ona isə yatmaq lazım olduğunu dedikdən sonra, o, Onur və Kurtulus yerdə uzanmışlar. Yerdə uzandıqdan sonra, Kurtulus Onura ona «gəlin məni masaj edin» sözlərini demişdir. O, Kurtulusun başını, Onur isə ayaqlarını masaj etməyə başlamışlar. Həmin vaxt Kurtulus onun alt paltarını aşağı çəkib cinsiyyət orqanını sovurmağa başlamış və ona «başımı sıxa-sıxa masaj elə» sözlərini ona demişdir. Kurtulus onun cinsiyyət orqanını ağzına salıb çıxarmış, Onur da Kurtulusun ayaqlarını masaj etmişdir. Təxminən 4-5 dəqiqə keçdikdən sonra Kurtulus «gəlin kinoya baxaq» sözlərini demiş və onlar Kurtulusun ikinci telefonu ilə kinoya baxarkən, Kurtulus əli ilə onun cinsiyyət orqanını əlləməyə başlamış və tumanını aşağa çəkib, onun cinsiyyət orqanını öz arxa dəliyinə salmış və onu özünə tərəf sıxaraq «mənə tərəf gəl» sözlərini demişdir. O, öz cinsiyyət orqanı ilə Kurtulusun arxa dəliyinə daxil olub təxminən bir dəqiqə dala qabağa gedib gəlmiş, Kurtulus ona «mən siqaret çəkirəm qoy tüstüsü sənə dəyməsin» sözlərini dedikdən sonra, onun arxasına keçmiş və yerdə uzanılı vəziyyətdə öz cinsiyyət orqanını onun arxa dəliyinə salmışdır. Təxminən 3-4 dəqiqə dala qabağa hərəkətlərini etdikdən sonra, öz cinsiyyət orqanını arxa dəliyindən çıxardıb Onurla ona «girin hamama çimin» sözlərini demişdir. Onlar çimdikdən sonra, hamılıqla uzanıb yatmışlar. Kurtulus onunla cinsi əlaqədə olan vaxt, qardaşı Camal divanın üstündə oturub telefonla oynamışdır. Səhər yuxudan oyanandan sonra o, Camal və Onur stadiona getmişlər. Təxminən 3-4 gün sonra Onur ona gecəni Kurtulusun işlədiyi bərbərxanada qalacağını və ona da orada qalmağı təklif etmişdir. Bundan sonra o, Onurla birlikdə axşam saat 21:00 radələrində Kurtulusun işlədiyi salona getmiş, həmin vaxt orada çoxlu müştəri olmuş, Kurtulus Onura «siz gedin mən zəng vuranda gələrsiniz» sözlərini demişdir. O, Onurla birlikdə parka getmiş, parkda bir az dayandıqdan sonra, Kurtulus Onur üçün hədiyyə aldığı telefona zəng vuraraq, bərbərxanaya getməsini bildirmişdir. Bundan sonra o, Onurla birlikdə Kurtulusun işlədiyi bərbərxanaya getmiş, həmin vaxt onlar bərbərxanada əyləşmiş, Kurtulus öz telefonunu ona verib usta Cavidlə birlikdə harasa getmişdir. Təxminən 30 dəqiqə sonra Kurtulus bərbərxanaya gəlmiş, onlar arxa kabinetə keçmiş, Kurtulus peraşki və kola almış, onlar yemək yedikdən sonra Kurtulus onlara «gəlin məni masaj edin» sözlərini demişdir. O, Kurtulusun ayaqlarını, Onur isə başını masaj etməyə başlamışdır. Kurtulus telefonunu Onura vermiş, Onur salonda qalmış, o, Kurtulusla arxa otağa keçmişlər. Orada Kurtulus onun tumanını aşağı salıb əli ilə cinsiyyət orqanını tutub arxasına soxmuşdur. Təxminən 1- 2 dəqiqə onunla arxadan cinsi əlaqədə olduqdan sonra, Kurtulus onun arxasına keçmiş və öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Kurtulus onunla cinsi əlaqədə olan vax, Onur ara kəsmənin o biri tərəfində olduğuna görə, Kurtulusun onunla cinsi əlaqədə olmağını görməmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Abşeron rayonu, Masazır kəndində yerləşən «Qurtuluş 93» yaşayış kompleksində «Gənco» bərbərxanasında şagirdlik etmişdir. 2019-cu ilin təxminən sentyabr ayında 2-3 dəfə o, Cavid usta, Elmir və Onurla birlikdə Kurtulusla onun kirayə yaşadığı evə yemək yeməyə getmiş, Kurtulus həmin vaxt közdə türk yeməkləri bişirmiş, qonaqlıqların birincisində atası da orada iştirak etmişdir. Birinci qonaqlıqda Onur ona Kurtulusla qalmaq istədiyini demiş, Kurtulus ona da qalmağı təklif etmiş, o, Kurtulusa atasının icazəsindən sonra onların evində qala biləcəyini bildirmiş, atası da ona icazə verməmişdir. Günlərin birində salonda işləyənlərlə, yəni o, Kurtulus, Onur və Elmir planlaşdırmışlar ki, dənizə getsinlər. Kurtulus ona «səhər bizə gələrsən oradan gedərik dənizə» sözlərini demişdir. Səhəri gün, səhər saatlarında o, Kurtulusun Abşeron rayonu, Masazır kəndində kirayə yaşadığı evinə getmiş, Kurtulus qapını açaraq, onu içəriyə dəvət etmiş və daha sonra Kurtulusun telefonunu götürüb oyun oynamaq istədiyini bildirmişdir. Kurtulus etiraz etməmiş və ayaq yoluna gedib-gələnə qədər o, telefonla oyun oynamışdır. Kurtulus tualetdən gəldikdən sonra onun şalvarının zamokunu açmış, həmin vaxt o, döşəyin üzərində oturmuş, Kurtulus başını onun cinsiyyət orqanına tərəf uzadmış və onun cinsiyyət orqanını ağzına salmışdır. O, Kurtulusa belə hərkətlərin onun xoşuna gəlmədiyini bildirmişdir. Kurtulus ona «bir daha belə şey olmaz» sözlərini dedikdən sonra, onun şalvarının zamokunu bağlamışdır. Bir az sonra oraya Onur gəlmiş, həmin vaxt Kurtulusun telefonuna zəng gəlmişdir. Kurtulus getməli olduğunu bildirib, evin giriş qapısının açarlarını Onura vermişdir. Kurtulus getdikdən sonra onlar da sonuncunun dalınca salona getmişlər. Orada Kurtulus ona, Elmirə və Onura «siz gedin 535 saylı marşrutun dayanacağına məni gözləyin, mən də gəlirəm» sözlərini demişdir. Onlar gedib Kurtulusu dayanacaqda gözləmişlər, təxminən 8- 10 dəqiqə keçdikdən sonra Kurtulus onların yanlarına gəlmişdir. Onlar marşruta minib Novxanıya kəndində yerləşən «MY BİCH»-in yanında olan çimərliyə getmişlər. Onlar dənizdə yeyib içib və bir neçə şəkillər çəkdirmişlər. Dənizdə olarkən Kurtulus onunla pis rəftar etmiş, dənizdə bir az çimdikdən sonra geri qayıtmışlar. Dənizdən qayıtdıqdan sonra o, yenədə salona öyrənməyə getmiş, həmin vaxtda Kurtulus ona soyuq münasibət göstərmişdir. Sonuncu ona müvəqqəti işlətməyə verdiyi «Samsung A7» markalı mobil telefonu əlindən alıb dənizdə çəkdirdiyi şəkilləri pozub ona «mən səni başqaları ilə paylaşa bilmirəm, mən səni qısqanıram» sözlərini demişdir. Bu söhbətdən sonra onların münasibətləri yaxşılaşmış, bundan sonra şagird kimi Kurtulusun yanına gəlib getmişdir. Bir müddət sonra o, valideynləri ilə Şəkiyə getməli olmuş, oraya gedib bir müddət qaldıqda, Kurtulusla yazışmışdır. O, Bakıya gəldikdə, səhəri gün Kurtulusa zəng vuraraq, harada olduğunu soruşmuş, Kurtulus evdə olduğunu bildirmiş və ondan nə səbəbə görə xəbər vermədiyini soruşmuş, o, Kurtulusa «sənə surpriz etmək istəyirdim» sözlərini demişdir. Kurtulus ona «gəl evə birlikdə salona gedərik» sözlərini demiş, o, Kurtulusun yaşadığı evə getmiş və Kurtulusun otağına keçmişdir. Kurtulus ona «bir dəqiqə gözlə tualetə gedib gəlirəm» sözlərini dedikdə sonra, tualetə keçmiş və gəldikdən sonra, Kurtulus ona yaxınlaşaraq, onun şalvarını çəkib yarıya kimi çıxartmış, o, Kurtulusdan nə etdiyini soruşduqda, sonuncu ona «sənə pis şey olmayacaq» sözlərini deyib, öz cinsiyyət orqanını onun arxa dəliyinə salmış, o, əlləri ilə Kurtulusu itələmiş, lakin Kurtulus bir neçə dəfə geriqabağa hərəkətlərini etmiş, o, əlləri ilə Kurtulusu bir neçə dəfə arxaya itələdikdən sonra Kurtulus sakitləşmişdir. O, şalvarını əyninə geyinib ayağa qalxıb oradan qaçıb getmiş, Kurtulus da onun dalınca getmişdir. Həmin gün o, salonda olarkən Kurtulusla danışmamışdır. Bu söhbətdən sonra Kurtulus hədiyyə etdiyi telefonu, əlindən alaraq, pula ehtiyacı olduğunu, 300 manata satmaq istədiyni bildirmişdir. Daha sonra onun atası həmin telefonu Kurtulusdan 300 manata almışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, bərbərxanada şagirdlik etmiş, işi öyrənmək üçün oraya getmişdir. Deveci Kurtulus ona bərbərliyi öyrətmişdir. Deveciyə atası ilə anasının ayrıldığını demiş, Deveci də onu yanına pulsuz öyrətmək üçün götürmüşdür. Ay yarım müddətdə işi öyrənmiş, Deveci kirayə ev tutmuş, ona həmin evdə qalmağı təklif etmişdir. O, Deveci ilə həmin evdə qalmış, lakin, Deveci onunla təmasda olmamışdır. Dostları Ramal və Camal da Devecinin yanına şagird kimi gəlmiş, Devecinin onlara nəsə etdiyini görməmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 Deveci Kurtulusun ona qarşı törətdiyi uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlərinin həmyaşıdları arasında və cəmiyyətdə utancverici hadisə kimi qiymətləndirməklə məhkəmə baxışı zamanı qeyri-səmimi ifadə vermişdir. Belə ki, ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında saçını qırxdırmaq üçün Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasına getmişdir. Saçını qırxan Kurtulus adlı bərbərlə tanışlığı yaranmışdır. Kurtulus onu çox yaxşı qarşılamış, saçını qırxmağa görə ondan pul almamış, hətta yanında şagird kimi dayanıb öyrənə biləcəyini təklif etmişdir. Bundan sonra o, anası Qanuni nümayəndə3 bərbərliyi öyrənmək istədiyini demiş, anası ondan kimin yanında öyrənəcəyini soruşmuş, o, kənddə Kurtulus adlı türk bərbərin yanında işləyəcəyini bildirmişdir. Anası ona razılıq verdikdən sonra, Kurtulusun yanına gedib gəlmişdir. O, həmin bərbərin yanına gedib-gələrkən onunla birlikdə dostu Zərərçəkmiş şəxs2 da gedib-gəlmişdir. 2019-cu ilin sentyabr ayının əvəllərində Kurtulus ona və Ramala «gedək sizə evdə ciyər kababı bişirim» sözlərini demişdir. Bundan sonra saat təxminən 21:00 radələrində o, Ramal və Ramalın qardaşı Camal Kurtulusla birlikdə Kurtulusun kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən kirayə yaşadığı evə getmişlər, Kurtulus onlar üçün kabab bişirmiş, sonra onlar otağa keçmişlər. Kurtulus öz telefonunu Ramala vermiş və onun yanında Kurtulus Ramalın cinsiyyət orqanını ağzına alaraq sovurmağa başlamışdır. Daha sonra Kurtulus Ramala «gəl mənimlə daldan cinsi əlaqədə ol» sözlərini deyəndən sonra, Ramal Kurtulusun arxasına keçmiş və sonuncu ilə arxadan cinsi əlaqədə olmuşdur. Bundan sonra Kurtulus onun yanına gəlib onun cinsiyyət orqanını öz ağzına alıb sovurmağa başlamış, sonra onunla arxadan cinsi əlaqədə olmasını təklif etmişdir. O, öz cinsiyyət orqanını Kurtulusun arxasına salmış, Kurtulus məcburən onu özünə tərəf çəkmiş, bundan sonra onun arxasına keçib öz cinsiyyət orqanını məcburən onun arxa keçəcəyinə salıb onunla cinsi əlaqədə olmuşdur. Kurtulus onunla və Ramalla əlaqədə olan vaxt, Camal digər otaqda olmuşdur. Gecəni onlar Kurtulusun evində qalmışlar. Səhər açılanda onlar evə getmişlər, həmin hadisədən bir gün sonra o, işə getmiş, həmin vaxt Kurtulus onunla bir daha cinsi əlaqədə olmayacağını demişdir. Həmin gün o, Kurtulusun yanında işləmiş, axşam Kurtulus ona «gedək kola cipsi alaq kino izləyək» sözlərini demişdir. O, Kurtulusa «əgər mənimlə əlaqədə olacaqsansa getməyəcəm» sözlərini demişdir. Kurtulus onu inandırmış ki, bir daha belə hal baş verməyəcəkdir. Bundan sonra axşam saat 21:00 radələrində o, Kurtulusla sonuncunun yaşadığı evə getmişlər. Evdə kola içdikdən sonra, o, Kurtulusa yatmaq istədiyni bildirmiş, sonuncu da ona «gəl kino izləyək» sözlərini dedikdən sonra, o, kinoya baxmaq istəmədiyini bildirmişdir. Kurtulus ona «gəl səninlıə cinsi əlaqədə olaq» sözlərini demişdir. O, Kurtulusa onunla əlaqədə olmaq istəmədiyini demiş, Kurtulus isə onun şalvarını çıxardıb onun cinsiyyət orqanını öz ağzına salıb sovurmağa başlamışdır. Daha sonra ona «gəl mənimlə arxadan cinsi əlaqədə ol» sözlərini demişdir. O, Kurtulusla arxadan bir dəfə cinsi əlaqədə olmuş, sonra Kurtulus öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salıb bir dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Gecəni o, Kurtulusun evində qalmış, səhər açılandan sonra evinə getmiş, həmin gündən sonra o, Kurtulusun işlədiyi yerə getməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bir ilə yaxındır ki, Abşeron rayonu, Masazır kəndi, Baxçalı yaşayış kompklesində stadionda futbol müəllimi işləyir. Stadionda 6-14 yaşlı oğlan uşaqlarına pul müqabilində futbol dərsləri keçir. Ramal və Şahid3 qardaşları onun yanına 2019-cu ilin mart ayının 12-dən futbol məşqlərinə gəlmişlər, Ramal və Camalın atası rəhmətə getdiyindən onlara anası baxdığından sonunculardan məşqlərə görə pul almamışdır. Onun tələbələrindən biri olan Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır kəndi, Qurtuluş yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasında bərbər köməkçisi işləmişdir. O, sonuncunun işlədiyi yerə gedib saçını qırxdıran zaman, Onurun bərbər ustası Deveci Kurtulusla tanış olmuşdur. Tanış olduqdan 2-3 gün sonra, Kurtulus onun yanına gəlmiş, və həmin vaxt sonuncu Onur üçün hətta futbol ayaqqabısı da almış, söhbət əsnasında Kurtulus ona «Gənco SS» adlı futbol kamandası yaratmaq istədiyni və onunla birgə iş birliyi yaratmasını təklif etmişdir. O, Kurtulusun təklifini rədd edərək, heç kimlə işləmək istəmədiyni bildirmişdir. Bu söhbətdən təxminən 10-15 gün sonra o, saçını düzəltmək üçün «Gənco» bərbərxanasına getmiş və Onuru görməyib salonun içərisinə daxil olaraq, onun yanına gələn tələbəsi Elmin adlı şəxsin divanda oturub Kurtulusun telefonu ilə oynadığını, Kurtulus isə başını Elminin dizinin üstünə qoyub qolunu da Elminin belinə keçirdiyni görmüşdür. Kurtulusla Elmin onu görən kimi ayağa qalxmışlar, onlarla salamlaşdıqdan təxminən 10-15 dəqiqə sonra orada dayanandan sonra stadiona getmişdir. Həmin gün məşqə Ramal, Onur və Elmin gəldikdən sonra, o, Ramaldan Kurtulusla nə əlaqəsi olduğunu sorşmuş, yalandan Ramala, hər şeyi bildiyni, düzünü danışmasını tələb etmişdir. Onun bu sözlərindən sonra Ramal ağlayaraq ona «hər şeyi deyəcəm, heç kimə demə, hər şeyi Onur yaxşı bilir» sözlərindən sonra o, Onuru da yanına çağırmışdır. Onur gələndən sonra Onura, «Ramal mənə hər şeyi danışıb, sən də nə varsa düzünü de» sözlərini deyəndən sonra, Onur da ağlayaraq, Kurtulusun onu və Ramalı kirayə yaşadığı evə aparıb, gecə vaxt onunlarla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bu sözləri eşitdikdən sonra o, Kurtulusun işlədiyi bərbərxanaya getmiş və sonuncuya oradan çıxıb getməsini tələb etmişdir. Kurtulus ondan nəyə görə getməli olduğunun səbəbini soruşduqda, o, Kurtulusa açıb hər şeyi demək istəmədiyni bildirmişdir. Lakin, Kurtulus ondan bir daha soruşduqda, o, Kurtulusa uşaqlarla zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Kurtulus ona belə bir şeyin olmadığını bildirdikdə o, polisə şikayət edəcəyini Kurtulusa bildirmişdir. Oradan işə getdikdən sonra o, Ramalın anasına zəng vuraraq onunla görüşmək istədiyni bildirmişdir. Səhərisi gün Ramalın anası Zəminə, Onurun anası Kəmalə ilə birlikdə onun iş yerinə gəlmişlər. O, həmin şəxslərə Ramalın və Onurun ona danışdıqlarını bildirmişdir. Zəminə və Kəmalə oğlanlarından Kurtulusun onlarla cinsi əlaqədə olub-olmağını soruşduqda, Onur və Ramal onun yanında hər şeyi etiraf edərək, Kurtulusun Ramalı və Onuru aldadaraq kirayə yaşadığı evə aparıb orada onlarla arxadan cinsi əlaqədə olduqlarını bildirmişlər. Həmin vaxt Ramalın anası Zəminə istifadəsində olan mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vuraraq, həmin məsələ ilə bağlı məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayından Abşeron rayonu, Masazır kəndi, Qurtuluş yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasında 150 manata icarəyə yer götürüb bərbər işləyir. Həmin bərbərxanada özündən başqa 2 nəfər Cəbrayıl və Kurtulus adlı şəxslərdə işləmişdir. Kurtulusun 3 nəfər Elmir, Onur və İlkin adlı şagirdləri olmuşdur. Həmin bərbərxana səhər saat 09 radlərindən axşam saat 21 radələrinə kimi işləyir. Kurtulus əksər vaxtlarda ancaq uşaqların saçını qırxmış, bütün uşaqlarla çox yaxşı münasibətdə olmuşdur. Kurtulus Abşeron rayonu, Masazır kəndində tək kirayə yaşamış, 2019-avqust ayının əvvəllərində o, kirayə qalmaq üçün ev axtarmış, həmin vaxt Kurtulus onunla bir evdə kirayə qalmasını təklif etmişdir. O, Kurtulusla razılaşaraq, sonuncu ilə Abşeron rayonu, Masazır kəndində, yeni məhəllədə yerləşən bir mərtəbəli iki otaqdan ibarət evdə kirayə yaşamağa başlamışdır. O, həmin evin 150 manat məbləğində kirayə pulunu Kurtulusla ikisi vermişlər. O, Kurtulusla bir evdə qalan müddət ərzində oraya gecələməyə Ramal, İlkin və Onur adlı uşaqlar gəlmişlər. Həmin uşaqlar Kurtulusla birlikdə digər otaqda qalmışlar, o, isə ayrı otaqda qalmış, bu səbəbdən həmin şəxslərin Kurtulusun otağında nə iş gördüklərindən məlumatı olmamışdır. Kurtulusla o, təxminən 1 aya yaxın bir evdə qalmış, evə uşaqlar çox gəlib-getdikləri üçün o, həmin evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Kurtulusun uşaqlara qarşı nalayiq hərəkətlər etməsi barədə eşitmişdir. Lakin, Kurtulusla işlədiyi və qaldığı müddət ərzində sonuncu tərəfdən uşaqlara qarşı nalayiq hərəkətlər etməsini görməmiş və hiss etməmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir ilə yaxın Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən stadiona futbol oynamaq üçün Anar müəlliminin yanına getmiş, məşqlər həftədə üç dəfə keçirilmişdir. Deveci Kurtulusu qardaşı Ramalın dostu Onurun vasitəsilə tanımışdır. Bir neçə dəfə Kurtulusun işlədiyi bərbərxanaya qardaşı Ramalla birlikdə saçını qırxdırmaq üçün getmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Ramal və Onur Kurtulusun yaşadığı evə gedən zaman, onu da özləri ilə aparmışlar. Kurtulusla birlikdə sonuncunun evinə gedən zaman, Kurtulus marketdən onlara çipsi və kola almışdır. Kurtulusun evinə daxil olanda evdə onlardan başqa kimsə olmamış, hamılıqla çipsi yeyib kola içdikdən sonra, Kurtulus öz telefonunu ona vermiş və o, divanın üzərində oturub oyun oynamışdır. Həmin vaxt Kurtulus öz yanına Onuru və Ramalı çağırmış, onun telefona başı qarışdığından, Kurtulusgilə fikir verməmiş və daha sonra o, həmin divanda yuxuya getmişdir. Səhər açılanda o, Onur və Ramal evə getmiş və həmin gündən sonra o, Kurtulusun evinə bir daha getməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından Abşeron rayonu, Masazır kəndi, Qurtuluş yaşayış kompleksində yerləşən «Gənco» bərbərxanasında 150 manata icarəyə yer yer götürüb bərbər işləmişdir. Həmin bərbərxana səhər saat 09 radlərindən axşam saat 21 radələrinə kimi işləyir. Kurtulus əksər vaxtlarda ancaq uşaqların saçını qırxmış, bütün uşaqlarla çox yaxşı münasibətdə olmuşdur. Kurtulus Abşeron rayonu, Masazır kəndində tək kirayə yaşamış, 2019-cu ilin təxminən oktyabr ayının əvvəllərində Kurtulusun uşaqlara qarşı nalayiq hərəkətlər etməsini eşitmişdir. Kurtulusla işlədiyi müddət ərzində sonuncu tərəfdən uşaqlara qarşı nalayiq hərəkətlər etməsini görməmiş və hiss etməmişdir. Tez-tez onun işlədiyi bərbərxanaya Rəvan və Murad adlı uşaqlar gəlmiş, Kurtulus həmin uşaqları ona öz övladları kimi təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 yaşayış kompleksində «Genco» adlı bərbərxanası vardır. Sözügedən bərbərxananı 3 nəfər şəxsə - türk vətəndaşı Deveci Kurtulusa, Cavid və Cəbrayıl adlı şəxslərə icarəyə vermişdir. Təxminən 2019-cu ilin noyabr ayında X12 rayonu, Masazır kəndində yaşayan adını bilmədiyi azyaşlı uşaqlara qarşı seksual hərəkətər etməsini və həmin faktla bağlı Kurtulusun Abşeron rayon Məhkəməsi tərəfindən həbs edildiyni eşitmişdir. Həmin məsələ ilə bağlı onun əvvəllər heç-bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 581 nömrəli, 04.10.2019-cu il tarixli rəyində göstərilmişdir ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs2 aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi qalmadıqda müddəti məhkəmə tibbi yolla təyin etmək mümkün deyil. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 594 nömrəli, 04.10.2019cu il tarixli rəyində göstərilmişdir ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 oğlunun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs1 aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi qalmadıqda müddəti məhkəmə tibbi yolla təyin etmək mümkün deyil. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 317 nömrəli, 08.07.2020ci il tarixli rəyində göstərilmişdir ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 oğlunun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs3 onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqə hallarında anal dəlik nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi müəyyən edilmirsə qeyri-təbii yolla cinsi əlaqənin olmasını məhkəmə-tibbi yolla təyin etmək mümkün olmur. Sözü gedən hadisədən uzun müddət keçdiyindən spermatozoidlərin təyini üçün nümunənin götürülməsi məqsədə uyğun hesab edilmədi. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 74 nömrəli, 12.02.2020-ci il tarixli rəyində göstərilmişdir ki, 1978-ci il təvəllüdlü Deveci Kurtulusun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Deveci Kurtulusda onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixoloji ekspertizanın 493 nömrəli, 16.01.2020-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 psixi ikişafına və fərdi psixi xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi və ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixoloji ekspertizanın 494 nömrəli, 16.01.2020-ci il tarixli rəyində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 psixi ikişafına və fərdi psixi xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi və ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 216 nömrəli, 04.02.2020-ci il tarixli rəyində göstərilmişdir ki, məhkəməpsixiatrik ekspertizası üzrə Deveci Kurtulusda hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Deveci Kurtulusda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Deveci Kurtulus ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Deveci Kurtulusun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Deveci Kurtulusun intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Deveci Kurtulus qərarın təsviri hissəsində göstərilən əməlləri törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. K.Deveci qərarın təsviri hissəsində göstərilən cinayət hadisəsini törədən zaman güclü ruhi həyacan vəziyyətində olmamışdır. Deveci Kurtulusda yalan danışmağa, özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən edilmədi, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Cinayət işinə lavə olunmuş məhkəmə-psixoloji ekspertizanın 1251 nömrəli, 07.07.2020-ci il tarixli rəyində göstərilmişdir ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs3 idrak prosesslərinin (qavrama diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Hadisə ilə əlaqədar psixi-emosional vəziyyətində əhval-ruhiyyənin enməsi, sıxıntı kimi hallar müşahidə olunur. Belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosionallıq, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik Yaşına çatmayan Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafı nəzərə alınmaqla, ona qarşı edilən hərəkətələri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs X9 özünü təqsirli bilməsə də, onun cinayət əməli aşağıdakı sübut növləri ilə də bir daha təsdiq olunur. Belə ki, cinayət işinin 01-ci cildinin 67-70-ci vərəqlərində olan Zərərçəkmiş şəxs2 ilə X9 arasında keçirilmiş üzləşdirməyə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Deveci Kurtulusun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 01-ci cildinin 186-191-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində bir daha əyani şəkildə göstərmişdir. Cinayət işinin 02-ci cildinin 28-32-ci vərəqlərində olan Zərərçəkmiş şəxs3 ilə X9 arasında keçirilmiş üzləşdirməyə dair protokoldan görünür ki, həmin istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları – Deveci Kurtulusun ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlərini törətməisini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Eyni zamanda, cinayət işinin 02-ci cildinin 18-20-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 X9 tərəfindən ona qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlərinin törədilməsini hadisə yerlərində bir daha əyani şəkildə göstərmişdir. Cinayət işinin 01-ci cildinin 85-88-ci vərəqlərində olan Zərərçəkmiş şəxs1 ilə X9 arasında keçirilmiş üzləşdirməyə dair protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Deveci Kurtulusun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 01-ci cildinin, 192-195-ci vərəqlərində olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini hadisə yerlərində bir daha əyani şəkildə göstərmişdir. Beləliklə, məhkəmə istintaqında X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X8 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə X7 oğlunun ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X7 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, X8 təyin ediləcək cəzanın əvvəli 05 oktyabr 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə Türkiyə Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs X7 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. X7 cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2019-cu il tarixdən hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X9 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə olunmuş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, X8 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar