Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-256/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 29-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır kəndi, «xxxx» MMC-yə məxsus avtobusların “xxxx” saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən tikilidə, həmin MMC-də dispetçer işləyən Zərərçəkmiş şəxs ona işə çıxmamasını irad bildirib ünvanına nalayiq ifadələr işlədərək, sifət nahiyəsinə yumruqla vurması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, üzərində istintaqla müəyyən edilməmiş iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurmaqla, ona qarın nahiyəsinin sol yan divarının daxilə nüfuz edərək böyük piyliyi, yoğun bağırsaq müsariqəsini, sol böyrəkətrafı piy toxumasının yaralanması ilə nəticələnən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi ağır dərəcəli xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs yerə yıxılmış və yerdə həmin deşici-kəsici alətlə onun bud və diz nahiyəsinə dörd dəfə ardıcıl zərbələr endirməklə ona sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin bayır səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç-arxa səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthinin 1(bir) ədəd, sol qaş nahiyəsinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, qarın nahiyəsinin sol yan divarının daxilə nüfuz yetirildiyi anda insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş – kəsilmiş yarası kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmyerlisi kimi 5-6 il tanıyır. Əvvəllər o, 169 saylı xətt marşrutunda sürücü işləmiş, Səxavət isə xxxx saylı xət marşrutunda sürücü işləmişdir. Səxavətlə münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İşlədiyi marşrutdan çıxdıqdan sonra Səxavətlə əlaqə saxlayıb ona iş axtardığını bildirmiş, Səxavət xxxx saylı xət marşrutunda dispetçer olduğunu bildirərək ona avtobus sürücüsü işləməyi təklif etmiş və o, razılaşaraq həmin xətt üzrə sürücü işləməyə başlamışdır. Onun iş vaxtı səhər saat 06 radələrindən başlayaraq gecə düşənədək davam etmişdir. Belə ki, xətdən qayıtdıqdan sonra avtobusun texniki vəziyyətini yoxlayırdı ki, səhəri gün səhər saat 6-da saz vəziyyətdə olan avtobusla işə başlasın. 10-xx xxxxxx 2020-ci il tarixlərdə avtobusda olan nasazlıqları aradan qaldırdığı üçün işdən evə gec getmiş, yorğun olduğu üçün yatıb qalmış, hətta saatın zəngini belə eşitməmişdir. Oyanan kimi isə Səxavətə zəng edib yuxuya yatıb qaldığını, bir azdan şə gələcəyini bildirmişdir. Səxavət də ona «bu vaxtı, kişi yatar, adamın arvadını yanından apararlar» sözlərini demiş və xxxx saylı xətt marşrutunun Abşeron rayonu, Masazır kəndində qəbirstanlığın yaxınlığında yerləşən sonuncu dayanacağında olan dispetçer məntəqəsinə gəlməsini demişdir. Səxavətlə danışdıqdan sonra sonuncunun mobil telefonundan onun mobil telefonuna gələn mesajı oxumuşdur. Səxavət ona mesajda telefonuna cavab vermədiyimə görə nalayiq sözlər yazmış, «WhatsApp» vasitəsi ilə səsli mesajla onun ünvanına nalayiq söyüşlər işlətdiyini eşidərək çox qəzəblənmiş və saat 14 radələrində dispetçer məntəqəsinə çatdıqda Səxavətə «məni tanımırsan? yatıb qalmışam, planıda gəlib işləyib ödəyəcəm» sözlərini demişdir. Səxavət ona «səni Rüstəmin gününə salacam» sözünü deyib oturduğu yerdən qalxıb yumruqla onun sifətinin sağ tərəfinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Arzuman onları aralaşdırmış, o, əynində olan gödəkçəni çıxardıb, tikilinin girişində olan oturacaq stolun üzərinə qoymuşdur. Bu zaman onun gözü dispetçer otağında olan odun sobasının yanındakı odunların arasında olan dəmir parçasına sataşmışdır. Həmin dəmir parçasını götürüb Səxavətin ayağından bir neçə zərbə vurmuşdur. Bu zaman Arzuman odun parçasını götürərək onun başından vurmağa başlamışdır. Səxavət isə dəmirdən olan dırmıqla onun üzərinə gəlmiş və o onu tutmuşdur. Arzuman yenidən onları aralaşdırmış,bu zaman aldığı zərbədən Səxavət tikilinin giriş qapısının qarşısında yerə yıxılmış, o, Səxavəti əlindəki əşya ilə vurmaq istədikdə Səxavət yerdə uzanılı vəziyyətdə ona təpik atmış, o, isə əlində olan dəmir parçası ilə Səxavətin qarın nahiyyəsindən bir zərbə vurub dispetçer otağından bayıra çıxıb oradan uzaqlaşmışdır. Həmin yerdən 50-100 metr uzaqlaşdıqdan sonra, əlində olan dəmir parçasını küçədə xatırlamadığı yerə atmışdır. Daha sonra küçədən keçən tanımadığı taksiyə minib yaşadığı evə gedib, əynini dəyişib elə həmin gün Abşeron rayon polis idarəsinə könüllü olaraq gəlmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmuş, həmyerlidirlər. O, 2019-cu ilin avqust ayından Abşeron rayonu ilə Masazır kəndi arasında hərəkət edən xxxx saylı avtobus marşrutu üzrə hərəkət edən «xxxx» MMC-yə məxsus avtobusların baş dispetçeri işləmişdir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin mart ayında onunla telefon əlaqəsi saxlayıb sürücülük vəsiqəsində D kateqoriyasını aldığını və onun işlədiyi xxxx saylı xət marşrutunda sürücü işləmək istədiyini bildirmişdir. Rövşən dostu olduğu üçün onun xxxx saylı xətt marşrutunda hərəkət edən avtobusda sürücü kimi işə düzəlməsinə köməklik etmişdir. İlk gündən Rövşən özünü intizamsız işçi kimi göstərmiş, üzürsüz səbəblərdən işə çıxmamış, MMC-nin işini pozmuşdur. Dəfələrlə ona irad tutsa da Rövşən heç bir nəticə çıxarmamışdır. Növbəti dəfə, xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində işdə olmalı halda işə gəlmədiyindən o, Rövşənin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuş, lakin Rövşən onun zənglərinə cavab verməmiş, həmin gün saat təxminən 14 radələrində Rövşən özü ona zəng vurmuşdur. O, Rövşənə «bu vaxtda qədər kişi yatar, yatan kişinin arvadını yanından apararlar» sözlərini demişdir. Rövşən də ona «arvad var ki, aparsınlar» cavabını vermişdir. O, Rövşənə «gəl avtobusu qarajdan çıxar mənim üzərimdə qalmasın» sözlərini demişdir. Təxminən 15-20 dəqiqədən sonra Rövşən ona zəng vuraraq, onunla görüşmək istədiyni bildirmişdir. O, Rövşənə xxxx saylı xət marşrutunun son dayanacağına gəlməsini demişdir. O, avtobusların son dayanacağında qəbirstanlığın yaxınlığında yerləşən tikilidə aşpazları olan Arzumanın yanında nahar edən zaman Rövşən ora gəlib çıxmış və o, Rövşənə yemək yeməyi təklif etdikdə Rövşən onun yanında oturmuşdur. O, Rövşənə «nə səbəbdən sən bu gün işə çıxmamısan?» sözlərini demişdir. Rövşən isə ona kobud cavab verdikdən sonra o, ayağa qalxıb Rövşənin sifət nahiyəsinə yumruqla vurmuş, bundan sonra onlar əlbəyaxa dava etmişlər. Bu zaman Rövşən əlində olan bıçaqla onun sol qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, o, yerə yıxılmış və yerdə Rövşənə təpiklə vurmağa başlamış ki, Rövşənin daha sonra vurduğu bıçaqlar ona dəyməsin. Həmin vaxt Rövşənin atdığı bıçaqlar onun sol ayağının bud nahiyyəsinə girmişdir. Aşpaz Arzuman onları aralamış, bundan sonra Rövşən tikilidən bayıra çıxıb əlində olan bıçaqla oradan uzaqlaşmışdır. O, ayağa qalxaraq həmin vaxt ora gələn avtobus sürücüsü Şahid3 onu xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu onu avtobusa mindirib 1 saylı X5 aparmışdır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan cəza təyin edilməsini tələb edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi suallarına cavab olaraq Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, o, həqiqətən Rövşənə hadisə günü telefon vasitəsi ilə məzmunu əxlaqdan kənar SMS-lər göndərmişdir. Lakin Təqsirləndirilən şəxs telefonla onun ünvanına daha əxlaqsız sözlər söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərlə bağlı bildirir ki, dispetçer otağında olan odun sobasının yanında yığılmış odun parçaları ilə Şahid4 və orada olan xatırlamadığı digər şəxslər odun parçaları ilə Rövşənə xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs marşrutda işləyən avtobusun sürücüsü, Zərərçəkmiş şəxs isə marşrutun dispetçeridir. O isə dispetçer məntəqəsində aşbaz işləyir. Sürücülərə fasilə zamanı çay və yemək verir. Onun həm Təqsirləndirilən şəxsla, həm də Zərərçəkmiş şəxsla münasibətləri normaldır. Sonuncu ilə 2016-cı ildən münasibətlərim vardır. Təqsirləndirilən şəxs da təxminən hadisədən 1 ay əvvəl avtobus sürücüsü kimi tanımış və münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, Səxavət ilə işdə olarkən Rövşən onların yanına yəni, xxxx saylı xət marşrutunun Abşeron rayonu, Masazır kəndində qəbirstanlığın yaxınlığında yerləşən sonuncu dayanacaqdakı dispetçer məntəqəsinə gəlmişdir. Rövşən Səxavətin olduğu otağa daxil olaraq Səxavətə «məni tanımırsan? yatıb qalmışam, planıda gəlib işləyib ödəyəcəm» sözlərini demişdir. Səxavət də Rövşənə «səni Rüstəmin gününə salacam» sözünü deyib oturduğu yerdən qalxıb yumruqla Rövşənə sifətinin sağ tərəfinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Rövşən əynində olan gödəkçəni çıxararaq Səxavətin üzərinə getmiş, bu zaman Səxavətin əlində bıçaq olduğunu görmüşdür. Həmin bıçaqla Rövşən Səxavətin qarın nahiyyəsinə 2 dəfə vurmuşdur. O isə odun sobasının yanındakı odun parçasını g\ötürüb Rövşənin başına döyədöyə otaqdan çölə çıxarmışdır. Ondan savayı, həmin yerdə sürücü Şahin və xatırlamadığı bir neçə şəxs olmuşdur. Onlar da dalaşanları aralamağa çalışmışlar. Rövşən hadisə yerindən uzaqlaşıb çıxıb getdikdən sonra Səxavəti Şahinin avtobusuna qoyaraq xəstəxanaya göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, əri Səxavət Abşeron rayonu, Masazır kəndi, xxxx nömrəli marşrut xəttinin dispetçeri işləmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Səxavət işə getmiş, təxminən saat 12-13 radələrində əri onun mobil nömrəsinə zəng edərək iş yoldaşı olan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını, Bakı şəhəri, Mərkəzi xəstəxanasında olduğunu bildirmişdir. Bundan sonra o, dərhal Bakı şəhər Mərkəzi xəsətəxanasına gedərək bilmişdir ki, Səxavəti artıq əməliyyata götürmüşlər. Əməliyyatdan sonra da əri hadisə haqqında ona ətraflı heç bir şey deməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 6 ildir «xxxx» MMC-yə məxsus Bakı-Masazır istiqamətində hərəkət edən xxxx saylı xət marşrutunda sürücü işəlyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir qohumluq münasibətləri yoxdur, əvvəllər aralarında heç bir ədavət və düşməçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtobusla Bakı Beynəlxalq avtovağzalından çıxıb Abşeron rayonu, Masazır kəndinə gələrək, xxxx saylı xətt marşrutunun sonuncu dayanacağına çatıb avtobusu orada saxlamışdır. Həmin yerdə avtobusda oturub gündəlik pulu dəstələyirmiş. Pulu dəstələyib qurtardıqdan sonra avtobusdan düşüb dayanacaqda olan tikiliyə tərəf getmək istəyən zaman, Səxavətlə Rövşən bir-birlərini itələyərək həmin tikilinin içərisindən bayıra çıxmışlar. Səxavətin bel tərəfindən qan axdığını görüb sonuncunu Bakı şəhərində yerləşən 1 saylı Klinik xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şahid1 qızının Abşeron rayon polis idarəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində xxxx saylı xətt marşrutunun sonuncu dayanacağında Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs bıçaqlamışdır. Məhkəmədə elan edilib araşdırılmış “könüllü olaraq istintaqa gəlmə barədə” xx.xx.2020ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs özu könüllü olaraq Abşeron RPİ-nin İŞ-nə gələrək, xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Masazır kəndi, «xxxx» MMC-yə məxsus avtobusların xxxx saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən tikilidə dispetçer işləyən Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətinn onun tərəfindən yetirildiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunr ki, hadisənin baş verdiyi yer Abşeron rayonu, Masazır kəndi, «xxxx» MMC-yə məxsus avtobusların xxxx saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən tikilidir. Təqsirləndirilən şəxs oğlu hadisə yerində verdiyi ifadəsini bir daha əyani olaraq göstərmiş və təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «əşyanı götürmə və baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd aşağı sol qabaq hissəsində və 01 ədəd kürək orta nahiyəsində kəsilmiş-deşilmiş izləri olan qara rəngli 01 ədəd gödəkçə, kürək nahiyəsinin sağ yuxarı hissəsində 01 ədəd kəsilmişdeşilmiş izləri olan qara rəngli sviter və 01 ədəd şalvarın sol diz nahiyəsində 02 ədəd deşilmiş-cırılmış izləri olan qara rəngli 01 ədəd şalvar götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 376 nömrəli rəyi ilə müəyyən edilmişdir ki:
1. 1982 il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-qarın nahiyəsinin sol yan divarının daxilə nüfuz edərək böyük piyliyi, yoğun bağırsaq müsariqəsini, sol böyrəkətrafı piy toxumasının yaralanması ilə nəticələnən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin bayrı səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç-arxa səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthinin 1(bir) ədəd, sol qaş nahiyəsinin 1(bir) ədəd deşilmişkəsilmiş yaraları iti deşici-kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, ənsə və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qeyd olunan müddətdə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir.
2. Dərəcələrinə görə: - qarın nahiyəsinin sol yan divarının daxilə nüfuz edərək böyük piyliyi, yoğun bağırsaq müsariqəsini, sol böyrəkətrafı piy toxumasının yaralanması ilə nəticələnən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin bayrı səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta aşağı 1/3-nin iç-arxa səthinin 1(bir) ədəd, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthinin 1(bir) ədəd, sol qaş nahiyəsinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, ənsə və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020 il tarixli, 300 saylı rəyindən müəyyən olunur ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün üst qapağının qançırı, hər iki qaş nahiyəsinin, sol çiyin qurşağının və sol əlin 4-cü barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1091 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimayi təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadar. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 379/2020 MTKŞ nömrəli rəyi ilə müəyyən ounur ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol-yan nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin orta nahiyəsində bir ədəd, gödəkçənin arxa hissəsinin orta nahiyəsində bir ədəd, şalvarın sol ayağının ön hissəsinin ortabayır nahiyəsində bir ədəd və şalvarın sol ayağının ön hissəsinin orta-içəri nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 572/MTBŞ-2020 saylı rəyindən müəyyən olunur ki, şəxsiyyət vərəqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs qan qrupu: A (İİ) Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşayış yeri üzrə müsbət xarakterixə olunur. Məhkəmədə elan edilib araşdırılmış zərçəkmiş şəxs Zərərçəkmiş şəxs Tahir oğlunun ibtidai istintaq zamanı verdiyi xx.xx.2020-ci il tarixli və məhkəmə baxış zamanı təqdim etdiyi xx.xx.2021ci il tarixli ərizələrindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Bundan başqa, baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilmişdir. Qeyd olunan hal, zərərçəkmiş şəxsin, eləcə də təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqları zamanı verdikləri ifadələrlə təsdiq olunmaqla yanaşı, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın məzmunundan da (.....ünvanına nalayiq ifadələr işlədərək, sifət nahiyəsinə yumruqla vurması səbəbindən aralarında şəxsi münasibətlər zəminində...) aydın görünür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə uyğun olaraq könüllü gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.8-ci maddəsinə uyğun olaraq cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin və cəzaçəkmə müddətinin əvvəlini müəyyən etdikdə nəzərə alır ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi tarixdə-xx xxxxxx 2020-ci il tarixdə könüllü olaraq polisə təslim olmuş, lakin şübhəli şəxs qismində həmin gün deyil, xx xxxxxx 2020-ci il tarixdə saxlanılmış, faktiki isə onun azadlığı xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılmış və bu əsasa görə məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini xx xxxxxx 2020-ci il tarixdən hesablayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə isə Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Belə olan halda Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd gödəkçə və 01 şalvar məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X3 (i/v 212) müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 300 AZN (üç yüz manat) pul Abşeron rayon Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd gödəkçə və 01 şalvar məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 300 AZN (üç yüz manat) pul Abşeron rayon Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.