Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-274/2021 29.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «Azərbaycan Mübarizləri» partiyasının sədri, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev- 33, mənzil-39 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Bağlar massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dayısı oğlu Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək ona rəisi olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracığanı vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ondan əvvəl 2013-cü ilin may ayının əvvəllərində kirayədə yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi 4A saylı evin 20 saylı mənzilində 50 000 manat və bundan sonra 2013-cü ilin may ayının axırlarında həmin ünvanda 50 000 manat, cəmi 100 000 manat pulu yeznəçi Şahid5 vasitəsi ilə iki dəfəyə aldatma yolu ilə aldıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vəd etdiyi işin müqabilində heç bir iş görməyərək ona məxsus 100 000 manat məbləğində pulunu ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İran İslma Respublikasının vətəndaşı X21 sonuncunun bacısı oğlu Şahid10 barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsində olan cinayət işi üzrə veriləcək cəzanın yüngülləşdirilməsindən sonra sonuncunun qısa müddət ərzində azadlığa buraxılmasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi 37-61 saylı binanın birinci mərtəbəsində yerləşən «İçəri şəhər» adlı kafedə 4000 manat, bundan sonra A.GöKhorazmi ilə bağladığı kredit müqaviləsi görüntüsü altında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı natariat ofisində 55 000 manat, bundan sonra Zərərçəkmiş şəxs2 ilə bağladığı kredit müqaviləsi görüntüsü altında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı natariat ofisində 95 000 manat məbləğində pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 154 000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, dayısı oğlu Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəyərək, onunla barışmışdır. Əslində isə həmin 100.000 manat məbləğini İsaxandan alması böhtan olmuş, sadəcə olaraq məcbur qalaraq, İsaxana vurulmuş ziyanı etiraf edərək, ödəmək məcburiyyətində qalmışdır. Həmin məsələ ilə bağlı hal-hazırda ətraflı danışmaq istəmədiyini qeyd etmişdir. Alireza adlı İran vətəndaşına qarşı isə dələduzluq əməli törətməmişdir. O, elmi ixtiraçı kimi sürtgü yağlarının istehsalı üçün maliyyə dəstəyinə ehtiyac duymuşdur. Bununla əlaqədar bir çox şəxslərlə görüşləri baş tutmuşdur. Şahid4 adlı şəxs onu patent məsələsi ilə əlaqədar Pərviz adlı İİR vətəndaşı ilə tanış etmişdir. Pərviz kirayə yaşadığı evdə iki İİR vətəndaşı ilə onun görüşünü təşkil etmişdir. Həmin şəxslərlə şərtləri uyğun gəlmədiyindən razılaşa bilməmişlər. Daha sonra Vüqar və Anar adlı şəxslərlə də ayrı-ayrılıqda danışıqlar aparmışlar, lakin bir nəticə əldə edə bilməmişlər. Daha sonra Pərviz daha bir İİR vətəndaşı X9 tanış etmişdir. Alirezayla görüş zamanı patent üçün o, Alirezadan borc götürmüş və notariusda həmin borcun verilməsi təsdiq edilmişdir. Alirezanın bacısı oğlunun həbsdən azad edilməsi üçün pulu alması ilə bağlı deyilənlərin həqiqətə uyğun olmamaış, o, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olaraq cəmiyyətə zərər vuran insanlara kömək etməyi bir vətəndaş kimi heç vaxt öhdəsinə götürməmişdir. Notariusda iki dəfə ona pul verilmiş və həmin notarial müqavilədə də qeyd edilmişdir ki, əgər müqavilə üzrə tərəflər arasında narazılıq yaranarsa məhkəmə qaydasında mülki qaydada mübahisə həll edilə bilər. Bu səbəbdən də verilmiş ittiham üzrə özünü ümumiyyətlə təqsirli hesab etmir. Alirezaya borclu olduğunu isə etiraf edir. Müqavilə üzrə götürdüyü borcu da ödəyə bilməməyinə səbəb səhhətinin pisləşməsi və maddi imkanının yaxşı olmaması olmuşdur. Alirezaya olan borcdan az bir hissəsini ödəmiş, həmin borcun qalanını da zamanla ödəyəcəkdir. İİR vətəndaşı Alirezayla aralarında olan məsələnin mülki mübahisə olduğunu bildirərək, ona əməlində cinayət tərkibi olmaması səbəbindən bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid13 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs və Şahid5 bibisi oğlanları, Şahid9 isə kürəkənidir. Şahid9 onunla birlikdə Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsində işləyir. 2012-ci ilin oktyabr ayından 2013-cü ilin avqust ayının 15-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində işləmişdir. xx xxxxx 2013-cü ildə Təhsil naziri Misir Mərdanov işdən çıxarılandan sonra onun yerinə Mikayıl Cabbarov təyin edilmişdir. Yeni təyin edilmiş nazir Mikayıl Cabbarovun onu Əsaslı Tikinti idarəsində rəis vəzifəsində saxlayacağından ehtiyatlanmış bu barədə ona kömək etməsi üçün bibisi oğlu «Azərbaycan Mübarizlər Partiyasının sədri Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. 2013-cü ilin may ayının əvvəllərində bibisi oğlu Şahid5la birlikdə Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmiş ki, partiya sədri kimi onun bütün nazirlər və yüksək vəzifə tutan şəxslərlə işgüzar əlaqələri vardır, həmin vəzifəli şəxslər onun xahişini eşidir və dediklərinin təsdiqi üçün Arif Paşayevlə birlikdə çəkdirdiyi fotoşəkli ona göstərmişdir. Həmin fotoşəkilə baxdıqdan sonra o bibisi oğlu Təqsirləndirilən şəxs Respublikada geniş əlaqələrə malik olduğuna inanmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs onu Təhsil Nazirliyində Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd etmiş və bu məqsədlə ona Şahid5 vasitəsilə iki dəfəyə 100 000 manat pul çatdırmasını xahiş etmişdir. 2013-cü ilin may ayının əvvəllərində Şahid5 onunla görüşən vaxt bildirmiş ki, Təqsirləndirilən şəxs onun vasitəsi ilə 50 000 manatı ondan almaq istəyir. O, Şahid5 razılıq vermiş və axşam evə gedib arvadı Şahid13 bibisi oğlu Ağadur Babayevin 50 000 manat pulu ondan istədiyini bildirmişdir. Ağadur Babayevin istədiyi 50 000 manat pulu vermək üçün dostu Şahid6 45 000 manat borc alıb evində olan 5000 manatı da üstünə qoyub 50 000 manat edərək arvadı Şahid13 vermiş ki, Şahid9 evə göndərəcək, həmin 50 000 manat pulu ona versin ki, o da Şahid5 versin, sonuncu da Təqsirləndirilən şəxs çatdıracaqdır. Dəqiq tarixi yadında qalmamışdır, 2013-cü ilin may ayının əvvəllərində işdə olduğu vaxt kürəkəni Şahid9 xidməti otağına çağırmış və xahiş etmişdir ki, onun evinə gedib arvadı Şahid13 50 000 manat pulu götürüb Şahid5 versin ki, sonuncu da Təqsirləndirilən şəxs çatdırsın. Şahid9 da onun evinə getmiş və arvadı Şahid13 həmin 50 000 manat pulu göy rəngli selofana bükülmüş halda götürmüş ki, aparıb Şahid5 çatdırsın. Sonra Şahid9 öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək bildirmiş ki, həmin 50 000 manat pulu Şahid5 vermişdir. Həmin 50 000 manat pul 100 və 50 manatlıq əskinaslarla olmuşdur, axşam işdən sonra evə gələndə arvadı Şahid13 məlumat vermişdir ki, həmin 50 000 manat pulu kürəkəni Şahid9 Vaqif Yusifava vermişdir ki, sonuncu da Təqsirləndirilən şəxs çatdırsın. 2013-cü ilin may ayının əvvəllərində Şahid5 onunla yenidən görüşən vaxt demiş ki, Təqsirləndirilən şəxs 2-ci 50 000 manat pulu onun vasitəsilə ondan almaq istəyir. Şahid5la danışdıqdan sonra axşam evinə gedəndə Təqsirləndirilən şəxs 2-ci 50 000 manatı ondan istəyir. Həmin 50 000 manat pulu düzəltmək üçün arvadı Şahid13 dayısı Abdin Soltanovdan 40 000 manat pul borc götürüb evindən də üstünə 10 000 manat qoyaraq 50 000 manat edib onu arvadı Şahid13 vermişdir ki, kürəkəni Şahid9 göndərəcək və həmin məbləğdə pulu ona versin ki, sonuncu da həmin pulu Şahid5 versin, Şahid5 həmin pulu Təqsirləndirilən şəxs versin. Dəqiq tarixi yadında qalmamış, 2013-cü ilin may ayının axırlarında o öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən kürəkəni Şahid9 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onun evinə gedib həyat yoldaşı Şahid13 50 000 manat pulu götürüb Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 versin. Onun xahişinə əsasən kürəkəni Şahid9 onun evinə getmiş və arvadı Şahid13 50 000 manat pulu ağ zolaqlı qara rəngli selofana bükülmüş halda götürüb təxminən bir neçə saat sonra ona həmin nömrədən zəng edərək demiş ki, 50 000 manat pulu Şahid5 çatdırmışdır, həmin pul da 100 və 50 manatlıq əskinaslarla olmuşdur. Axşam vaxtı evə gəldikdən sonra həyat yoldaşı Şahid13 demiş ki, Şahid9 ondan aldığı 50 000 manat pulu Təqsirləndirilən şəxs çatdırılmasından ötrü Şahid5 vermişdir. 2013-cü ilin may ayından başlayaraq həmin ilin avqust ayının əvvəllərinədək o Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Gəlin qaya» restoranının yaxınlığında olan evində, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən Kinostudiyanın həyətində, Həkimləri təkmilləşdirmə institutunun həyətində yerləşən kafedə dəfələrlə görüşüb birlikdə yemək yemiş və verdiyi 100 000 manat pulun müqabilində rəisi olduğu Tikinti idarəsinin rəisi vəzifəsində necə saxlatdıracağını soruşmuşdur. Təqsirləndirilən şəxs isə hər dəfə ona deyirmiş ki, «başını aşağı sal, heç kimə bu barədə heç nə demə, mən bu işlə ciddi məşğulam». Təqsirləndirilən şəxs 2013-cü ilin iyun ayının ortalarında Moskva şəhərinə getmiş və iyun ayının axırlarında Bakı şəhərinə qayıtmışdır. Buna baxmayaraq Təhsil Nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəis müavini vəzifəsinə, xx xxxxx 2014-cü il tarixli əmri ilə isə həmin idarənin şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin avqust ayının axırlarında Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxsla Bakı şəhərində yerləşən «Lider» telekanalının yaxınlığında görüşüb səbəbini soruşduqda o bildirmiş ki, «sən 3 aylıq üzvlük haqqını verməmisən, ona görə də sənin vermiş olduğun 100 000 manat batmışdır», bundan sonra anlamışdır ki, bibisi oğlu Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək onu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək ondan iki dəfəyə 100 000 manat pulu bibisi oğlu Şahid5 vasitəsilə aldadaraq aldıqdan sonra dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş X12 ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşıdır, daimi olaraq orada yaşayır. Bacısı oğlu İİR vətəndaşı X1 yük daşıma şirkətində sürücü işləyirmiş və idarə etdiyi avtomobili ilə 2018-ci ildə Azərbaycanın dövlət sərhədini keçərkən onun avtomobilinin yük hissəsində külli miqdarda narkotik vasitələr aşkar edildiyi üçün Azərbaycanın hüquq mühafizə orqanları onun barəsində cinayət işi başlamış və Qulamrzanı tutmuşlar. Qulamrza Tehrana evə zəng vurmuş və tutulması barədə məlumat verdikdən sonra onlar ailəlikcə qərara gəlmişlər ki, Qulamrzanı həbsdən azad etdirməsi üçün tədbir görsünlər. O, bunun üçün təxminən bir həftə sonra, 2018-ci ilin yanvar ayında Azərbaycana gəlmiş və Bakı şəhərində olan hava limanında təyyarədən enib limanın ərazisində taksi maşını axtaran zaman adını sonradan Razi bildiyi taksi sürücüsü ilə tanış olmuşdur. Azərbaycan dilini sərbəst bildiyi üçün Razi ilə söhbət etməyə başlamış və Bakı şəhərini tanımadığı üçün müvəqqəti harada qala biləcəyini öyrənmişdir. Razi ona Masazır qəsəbəsində yerləşən otellərdən birini məsləhət bilmişdir. Həm də o Raziyə bildirmiş ki, Azərbaycanda tanıdığı adam olmadığı üçün ona Bakıda qaldığı dövr ərzində taksi xidmətləri göstərsin. Razi Xırdalan şəhərində yaşadığı üçün onu yaxınlıqda yerləşən Masazır qəsəbəsindəki hotellərdən birinə yerləşdirmişdir. Bundan sonra o Raziyə Qulamrza üçün vəkil tapmaq istədiyini bildirdiyindən onlar bir gün ərzində Bakı şəhərində bəzi hüquq məsləhətxanalarında ayrı-ayrı vəkillərlə tanış olduqdan sonra Telman adlı vəkili Qulamrza üçün tutmuşlar. Telman Qulamrzanın işində vəkil kimi çıxış etməyə başlamışdır. Bundan sonra o İrana qayıtmış və arabir Bakıya gəlib-getmyə başlamış ki, Qulamrzanın işi ilə maraqlansın. Qulamrzanın işi təxminən 4 ay aparılmış, təxminən 3 aydan sonra Qulamrza ona Kürdəxanı qəsəbəsində yerləşən həbsxanadan zəng vurub Telman adlı vəkilin işini ləng apardığını, hələ də həbsdə olduğunu bildirərək onunla birgə narkotik vasitələrin qanunsuz saxladığına görə cəza çəkən İİR vətəndaşı Pərviz adlı şəxsin bir ay müddətinə həbsdən azad olunduğunu deyib həmin Pərvizlə əlaqə saxlayıb həbsdən azad olma yollarını sonuncudan öyrənməsini xahiş etmişdir. O həmin Pərvizlə görüşmüş və onun necə həbsdən azad olunduğunu soruşduqda Pərviz ona demiş ki, hər şey pulla həll olunur, yüksək məbləğdə pul vermək lazımdır. O Pərvizdən, pulu olarsa kimin vasitəsi ilə Qulamrzanın həbsdən azad etdirə biləcəyini soruşduqda o demiş ki, onun bir tanışı var sonuncunu onunla tanış edər və ona köməklik olunacaq. Onu həmin adamla tanış etməsini ondan xahiş etmiş və səhəri günü Pərviz onu İçəri şəhərə aparıb orada çayxanaların birində bir neçə kişi cinsli şəxslərlə tanış etmişdir. Onlardan biri Ağadur, biri isə Camal adlı şəxs imiş. Pərviz onu Ağadurla tanış etdikdən sonra onun bacısı oğlunun işində köməklik göstərə biləcəyini demişdir. Ağadur özünü əvvəl yüksək vəzifələrdə işləmiş şəxs kimi təqdim edərək onun işi barədə məlumat almışdır. Sonra Ağadur ona Azərbaycan dövlətinin müxtəlif ali məmurları ilə, hətta Arif Paşayevlə birlikdə çəkdirdiyi şəkilləri göstərib həmin adamlarla sıx münasibətləri olduğunu və lazım gələrsə baş prokuroru da daxil olmaqla onların köməkliyi ilə bacısı oğlunu həbsdən azad etdirə biləcəyini vəd vermişdir. Ağadurun ona şəkillərdə göstərdiyi adamların simaları ona məlum deyilmiş, onların kim olduğunu ona Razi izah etmişdir. Ağadur əlavə etmiş ki, bu iş üçün külli miqdarda pul lazımdır və belə bir pula malik olub-olmadığımı soruşmuşdur. O, bu məbləğin təxminən nə qədər olacağını soruşduqda Ağadur bildirmiş ki, təxminən 200.000 manata yaxın pul lazım olacaq. Bu söhbət Razi, Pərviz və Camalın yanında olub. O Ağadura bildirmiş ki, İrana qayıdıb özünün və Qulamrzanın avtomobillərini və eləcə də bacısının evini satıb maksimum 150.000-160.000 məbləğ arasında pul düzəldə bilər. Ağadur bildirmiş ki, müəyyən adamlarla məsləhətləşib dediyi məbləğə ona köməklik olunub-olunmayacağını öyrənəcək. Onlar səhəri gün elə həmin yerdə görüşəcəkləri barədə danışmış və səhəri gün həmin çayxanada görüşdükdən sonra Ağadur bu işi 170.000 manata öhdəsinə götürdüyünü deyib 1 ay müddətində bacısı oğlunu həbsdən azad etdirəcəyini vəd etmişdir. O, onunla bu məbləğə razılaşmış və bildirmiş ki, işə başlamaq üçün ona pul lazımdır. O üstündə 4000 manat pul olduğunu deyib Camal, Pərviz və Razinin iştirakı ilə Ağadura elə həmin çayxanada 4000 manat pulu vermişdir. Ağadur bildirmiş ki, bu pulu aparıb hansısa ekspertizaya verəcək. Ağadur onu tələsdirmiş ki, İrana gedib pul düzəltsin. O İrana qayıdıb ailə üzvləri ilə məsləhətləşmiş və onlar Qulamrzanın yük Renault markalı avtomobili və eləcə də onun anası və bacısı ilə birlikdə yaşadığı evlərini satışa qoymuşlar. Lakin maşının mülkiyyətində Qulamrzanın da payı olduğu üçün və Qulamrza yaşadığı evdə qeydiyyatda olduğu üçün ona həm maşına həm də evə görə Azərbaycan manatına çevirəndə 55.000 manat pul vermişlər. Bu proses təxminən 20 gün çəkmiş və o pulu əldə edəndən sonra Bakıya gəlmişdir. O, Ağadur, Camal və Pərvizlə İçəri şəhərdə olan həmin kafedə görüşmüşdür. Razi də onunla birlikdə olub. O həmin 55.000 manat pulu Ağadura vermək istəyərkən Pərviz Ağadura demiş ki, pulun alınması ilə bağlı bir qəbz versin. Ağadur isə bildirmiş ki, «görürəm bu kişi narahatdır, gedəyin o, pulun verilməsini notariusda rəsmiləşdirək». O razılaşmış və borc müqaviləsi bağlamaq üçün hamısı notariat kontoruna getmişlər. O xarici vətəndaş olduğu üçün əvvəl bir neçə notariat kontoru onlara bu borc müqaviləsini təsdiq etməkdən imtina etmişlər. Sonra isə onlar 20 yanvar metrostansiyasının yanında yerləşən 14 saylı notariat kontoruna girmişlər. Orada notariusun eləcə də Pərviz, Razi və Camalın yanında o Ağadura 55.000 manat pul vermiş və onlar borc müqaviləsini bağlamışlar. Sonra onlar notariat kontorundan çıxmışlar və Ağadur təklif etmiş ki, pulu bir daha Camalın ofisində saysınlar. Onlar iki maşınla Camalın müvəqqəti istifadəsində olan İçəri şəhər metrosunun yanında yerləşən binanın 2-ci mərtəbəsində olan mənzilə getmiş və orada Ağadur ondan aldığı 55.000 manat pulu onlara verib saydırmış və orada 55.000 manat olmasından əmin olduqdan sonra həmin pulu yenidən götürmüşdür. Pulu Razi saymışdır. Pulunu götürəndən sonra Ağadur həmin pulu işin görülməsi üçün xərclədiyini bildirib, yerdə qalan pulu qısa bir müddət ərzində düzəltməsini tapşırmışdır. Bundan başqa Ağadur Qulamrzanın guya ürək çatışmamazlığı ilə bağlı xəstəlik keçirtməsi barədə İranda sənəd düzəldib Azərbaycan dilinə tərcümə etdirib ona verməsini tapşırmışdır. Onlar belə danışmışlar ki, o 155.000 manat düzəldib verəndən sonra Qulamrza həbsdən azad olunan kimi yerdə qalan 15.000 manat pulu da verəcəkdir. Ağadurun təkidinə görə o İrana qayıdıb onun Renault markalı sedan tipli maşınını 85000 iran tüməninə satmışdır. Pulun ikinci hissəsini düzəltmək üçün İrana gedəndən sonra Qulamrzanın Qeys adlı vəkili Qulamrzadan onun maşınının və anasının evinin satılması üçün etibarnamə almış və həmin etibarnaməni Razi ona İran-Azərbaycan reysi ilə işləyən avtobus sürücülərin biri ilə göndərmişdir. Həmin etibarnamə əsasında o bacısının evinə və Qulamrzanın maşınına görə onlara verilməli olan pulun digər hissəsini, yəni Azərbaycan manatı ilə nisbətdə 95.000 manat düzəltmiş və yenidən Bakıya gəlmişdir. İranda ikinci pulu düzəldən ərəfədə o həkimdən Qulamrzanın ürək xəstəliyi ilə bağlı sənəd almış və onu da Bakıya gətirmişdir. İranda olub pulun qalan hissəsini düzəldən ərəfədə o dəfələrlə Ağadurla telefon əlaqəsi saxlayarkən o işlərin normal qaydada 5 istiqamət üzrə getdiyini bildirərək narahat olmamağını deyirmiş. O, Pərviz və Camala zəng vurub pulun qalan hissəsini düzəldib gətirdiyini bildirərək Ağadura bu barədə demələrini xahiş etmişdir. Səhəri günü onlar eyni tərkibdə hamısı həmin 14 saylı notariat kontorunda görüşmüşlər və o notariusun, Razinin, Camalın və Pərvizin yanında Ağadura 95.000 manat pul vermişdir. Onlar ikinci borc müqaviləsini bağlamışlar. Notariusdan çıxandan sonra birlikdə notariat kontorun qarşısında dayanan Ağadurun maşınına oturmuşlar və Ağadur Raziyə həmin pulu saydırıb yenidən özünə götürmüşdür. Ağadur bu pulu da alandan sonra narahat olmamağını deyib İrana qayıtmağını məsləhət görmüşdür və bir-iki ay ərzində Qulamrzanı həbsdən azad etdirən kimi ona deyəcəyini bildirmişdir. O, Qulamrzanın xəstəlik kağızını Ağadura göstərərkən Ağadur həmin kağızın heç bir köməklik göstərməyəcəyini demişdir. O, İrana qayıtdıqdan sonra mütəmadi olaraq Ağadurla telefon əlaqəsi saxlayıb işlərin gedişatı ilə maraqlanırmış. O, arabir Bakıya gəlib Qulamrzanın yanına ərzaq aparıb onunla həbsxanada görüşürmüş və pulla onun işini həll edəcəklərini bildirib darıxmadığını deyirmiş. Son pulu verəndən təxminən iki ay sonra Qulamrza ona həbsxanadan zəng vurub onun işinin həll edilmədiyini, 10 gündən sonra işin məhkəməyə getdiyi barədə məlumat vermişdir. O, Ağadura zəng vurub məsələyə aydınlıq gətirməyi istədikdə Ağadur onun Bakıya gəlməyini istəmişdir, məsələni Bakıda izah edəcəyini bildirmişdir. Qulamrzanın işinin məhkəməyə göndərməsinə 5 gün qalmış o Bakıya gəlmiş və Razi, Camal, Pərvizin iştirakı ilə Ağadurla görüşmüşlər. Qulamrzanın işinin həll edilmədiyini, işin məhkəməyə göndərilməsini soruşduqda Ağadur bildirmiş ki, istintaqda Qulamrzanın işini həll etmək mümkün olmadı, yalnız məhkəmədə Qulamrzaya yüngül cəza aldırıb 5-6 aydan sonra İrana göndərtmək iqtidarında olduğunu bildirmişdir. O, əgər Qulamrzanın işi alınmadısa ona verdiyi pulu qaytarmasını tələb etmişdir, Ağadur isə pulu məmurlara xərclədiyi üçün qaytara bilmədiyini, lakin onun işini məhkəmədə həll edəcəyinə söz vermişdir. Qulamrzanın bütün məhkəmə proseslərinə o Razi ilə gedib-gəlmişdir. Ağadur söz vermiş ki, məhkəmə üçün onlara vəkil tutacaq, lakin o vəkil tutmamışdır, vəkil dövlət tərəfindən Qulamrzaya verilmişdir və Ağadur heç bir məhkəmə prosesinə gəlməmişdir. Ümumiyyətlə Ağadur birinci məhkəmə prosesindən sonra onun telefon zənglərini götürməməyə başlamışdır. Arabir onun zənglərinə cavab verəndə o Ağadurdan ona verdiyi pulları qaytarmağı tələb etdikdə o yenə pullarını guya Qulamrzanın işinin həll edilməsindən ötrü xərclədiyini deyərək ona hədə qorxu etməyə başlamışdır ki, ondan pulunu istəsə onu rüşvət verdiyinə görə tutduracaq. Təqsirləndirilən şəxs, ona verilən 155.000 manat pulun borca verilməsi, onunla onun ixtira etdiyi və patent aldığı yağ istehsalı sahəsində biznes şərikliklərinin olması barədə sövdələşmənin olduğunu, Pərviz adlı şəxsin onu onunla məhz bu məqsədlə tanış etdiyini deməsi yalandır, ondan ümumilikdə 159.000 manat pulu həbsdə olan bacısı oğlu Qulamrzanın istintaq işini sonuncunun xeyrinə həll edilməsi üçün almışdır. Bunu şahidləri, eləcə də istintaqa təqdim etdiyi sənədlər təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır, Təqsirləndirilən şəxs, Şahid5 atasının bibisi oğlanlarıdır, Şahid9 isə bacısının yoldaşıdır. 2012-ci ilin oktyabr ayından atası Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində işləmiş, 2013-cü ilin avqust ayında həmin idarənin rəis müavini, 2014-cü ilin may ayından isə həmin idarədə şöbə rəisi vəzifəsində işləmişdir. 2013-cü ilin aprel ayında Təhsil naziri Misir Mərdanov işdən azad edilmiş və onun yerinə Mikayıl Cabbarov nazir vəzifəsinə təyin edilmişdir. Atası Zərərçəkmiş şəxs1 işlədiyi Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində qalmasına kömək etməsi üçün bibisi oğlu, «Azərbaycan Mübarizləri» partiyasının sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs 2013-cü ilin iyun ayının əvvəllərində yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evində atası Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona, rəisi olduğu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək ondan 2013-cü ilin iyun ayının əvvəllərində və axırlarında yeznəsi Şahid5 vasitəsilə iki dəfəyə 100 000 manat pulu aldadaraq aldıqdan sonra Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs1 vəd etdiyi işin müqabilində heç bir iş görməyərək ona məxsus 100 000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Atası Zərərçəkmiş şəxs1 Təhsil nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəis müavini vəzifəsinə, 2014-cü ilin may ayının əvvəllərində TN-nin Əsaslı Tikinti idarəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Atası Təqsirləndirilən şəxs, ona verdiyi 100 000 manat pulu istəyəndə isə Təqsirləndirilən şəxs qohumluq əlaqələrindən istifadə edərək pulu qaytarmaqdan istifadə etmişdir. Atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs inandığından Şahid5 vasitəsilə 100 000 manat pulu ona verəndə heç bir sənədləşmə aparmamışlar. Həmin vaxtlar atası Zərərçəkmiş şəxs1 sağlamlığında yaranan nasazlıqla əlaqədar 2013-cü ilin avqust ayının axırlarında Şahid5 Bakı şəhəri A.Sultanovanın abidəsinin yaxınlığında olan kafeyə çağırmışdır. Həmin görüşdə əmiləri Şahid2, Osman Babayevdə iştirak etmişlər, həmin vaxt Şahid5 etiraf etmişdir ki, atası Zərərçəkmiş şəxs1 TN-nin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağı ilə əlaqədar onun vasitəsilə Təqsirləndirilən şəxs iki dəfəyə 100 000 manat pul vermişdir. 2013cü ilin sentyabr ayının sonlarında da Şahid5la həmin kafedə görüşmüşlər və görüşdə əmisi Osman Babayev, dayısı Şahid12 iştirak etmişlər, həmin görüşdə də Şahid5 etiraf etmişdir ki, Təqsirləndirilən şəxs onun vasitəsilə atası Zərərçəkmiş şəxs1 iki dəfəyə 100 000 manat pulu vəzifədə saxlatdıracağı adı ilə almışdır. Şahid5la olan həmin söhbətləri öz mobil telefonunun diktafonuna yazmış və atasına vermişdir. Atası Zərərçəkmiş şəxs1 həmin vaxt işlədiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdırması üçün Təqsirləndirilən şəxs 100 000 manat pulu 2013-cü ilin iyun ayının əvvəllərində və axırlarında deyil, 2013-cü ilin may ayının əvvəllərində və axırlarında vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşı, Təqsirləndirilən şəxs, Şahid5 bibisi oğlanları, Şahid9 qardaşı İsaxanın qızının yoldaşıdır. Qardaşı İsaxan 2012-ci ilin oktyabr ayından Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsində rəis vəzifəsində işləmişdir. 2013-cü ilin avqust ayında həmin idarənin rəis müavini, 2014-cü ilin may ayında isə həmin idarənin şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin aprel ayında Təhsil naziri Misir Mərdanov vəzifəsindən azad edilmiş və onun yerinə Mikayıl Cabbarov nazir vəzifəsinə təyin edilmişdir. Qardaşı İsaxan işlədiyi TN-nin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində qalmasına kömək etməsi üçün bibisi oğlu «Azərbaycan Mübarizləri» partiyasının sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 işlədiyi vəzifədə saxlatdırmağa kömək edəcəyi məqsədi ilə 2013-cü ilin iyun ayında iki dəfəyə Şahid5 vasitəsilə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evində 100 000 manat pulu ondan almış və vəd verdiyi işlə əlaqədar heç bir iş görməmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 Təhsil Nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə idarənin rəis müavini vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs qohumluq əlaqələrinə görə inandığından 100 000 manat pulu ona Şahid5 vasitəsilə verərkən aralarında heç bir sənədləşmə aparmamışlar və aldığı pulun müqabilində heç bir iş görmədiyindən Zərərçəkmiş şəxs1 verdiyi 100 000 manat pulu Təqsirləndirilən şəxs geri istəsə də ala bilməmişdir. 2013-cü ilin avqust ayının axırlarında qardaşı İsaxanın oğlu Şahid1 Bakı şəhəri, A.Sultanova abidəsinin yaxınlığındakı kafedə Şahid5la, Zərərçəkmiş şəxs1 işlədiyi rəis vəzifəsində saxlatdıracağına kömək edəcəyinə vəd verib 100 000 manat pulunu onun vasitəsilə almasını etiraf etməsi haqda danışıqlarını mobil telefonunun diktafonuna yazarkən onların yanında qardaşı Osmanla birlikdə iştirak etdiyini etiraf etmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 həmin vaxt işlədiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdırması üçün Təqsirləndirilən şəxs 100 000 manat pulu 2013-cü ilin iyun ayının əvvəllərində və axırlarında deyil, 2013-cü ilin may ayının əvvəllərində və axırlarında vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısı Sevdanın həyat yoldaşıdır. Yeznəsi Zərərçəkmiş şəxs1 ona deməsinə görə 2013-cü ilin iyun ayında Müslümov X18 rəisi olduğu Təhsil Nazirliyi Əsaslı Tikinti idarəsində saxlatdıracağını vəd edərək Şahid5 vasitəsilə iki dəfəyə 100 000 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Yeznəsi Zərərçəkmiş şəxs1 xx xxxxxx 2013-cü ildə TN-nin Əsaslı Tikinti idarəsinin rəis müavini, 2014-cü ilin may ayının əvvəllərində isə həmin idarəsinin şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Vədə əməl etmədiyindən yeznəsi Zərərçəkmiş şəxs1 verdiyi 100 000 manat pulu Təqsirləndirilən şəxs geri istəyəndə sonuncu qohum olmalarından istifadə edərək pulu qaytarmamışdır, onlar yaxın qohum olduqlarından Zərərçəkmiş şəxs1 inandığı üçün pulu Təqsirləndirilən şəxs verərkən aralarında heç bir sənədləşmə aparmamışlar və Təqsirləndirilən şəxs aldığı 100 000 manat pulu qaytarmaqdan imtina etmişdir. 2013-cü ilin sentyabr ayının əvvəllərində bacısı oğlu Şahid1 A.Sultanova abidəsinin yaxınlığında olan yeməkxanada onun və əmisi Osman Babayevin iştirakları ilə Şahid5la, sonuncunun vasitəsilə atasının rəis vəzifəsində saxlatdıracağına kömək edəcəyi adı ilə iki dəfəyə 100 000 manat pulu Təqsirləndirilən şəxs verməsini etiraf etməsi haqda danışıqlarının mobil telefonun diktafonu vasitəsilə yazılmasında iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynı və həm də xalası oğludur. Zərərçəkmiş şəxs1 dayısı oğlu, Şahid9 isə dayısı oğlu Zərərçəkmiş şəxs1 qızının əridir. 2013-cü ilin aprel ayında Badamdar qəsəbəsində, xalası oğlu Təqsirləndirilən şəxs qaldığı evin həyətində o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs birlikdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs söz vermiş ki, İsaxanın iş yerində saxlanmasına kömək edəcək və İsaxana bildirmiş ki, köhnə işində qalması üçün pul lazım olacaq. Bu söhbətdən 5-6 gün keçdikdən sonra İsaxan kürəkəni Nazimin vasitəsilə Təhsil nazirliyindən bir az qabaqda Əhmədbəy Ağaoğlu küçəsində maşınında ona 5000 manat pul vermişdir ki, Ağadura çatdırsın. Nazimdən pulları aldıqdan sonra Badamdar qəsəbəsində, Ağadurun yaşadığı mənzildə pulları Ağadura vermişdir. Bu hadisədən sonra, təxminən 2013-cü ilin aprel ayının axırlarında Nazim İsaxanın verdiyi 2-ci 5000 manat pulu da onun yaşadığı Yasamal rayonu, 1-ci Alatava, M.Həsənov küçəsində yerləşən evinin qabağında ona vermişdir. Həmin məbləği də aparıb Ağadura Badamdar qəsəbəsində olan evində ona vermişdir. Zərərçəkmiş şəxs1 3 ay yarım öz işində işlədikdən sonra onu müavin vəzifəsinə keçirmişlər. Sonra da İsaxan Ağadurdan pulunu tələb etməyə başlamış ki, o öz əvvəlki işində qalmamış, başqa işə keçirilmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan və onun vasitəsilə Ağadura verilmiş 100 000 manat puldan ona hər hansı məbləğdə pul verilməmiş, o Nazimdən aldığı 100 000 manat pulun hamısını Təqsirləndirilən şəxs öz evində vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun vasitəsilə 100 000 manat pulu, Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdırmaq üçün vermişdir. 3 ay tamam olandan sonra Ağadur İsaxandan rüblük pul istəmişdir, bu söhbət onun yanında olmuşdur. 2013-cü ilin avqust ayında Ağadur Badamdar qəsəbəsində, öz evində Zərərçəkmiş şəxs1 işdə qalması üçün rüblük pul istəyib. 2013-cü ilin sentyabr ayının əvvəllərində «Lider» televiziyasının yanında o, Ağadur və İsaxan görüşərkən İsaxan Ağadurdan pulunu geri istəmiş və bildirmiş ki, Ağadur onu aldatmışdır, Ağadur cavabında pul söhbəti olmayacağını bildirmiş və rüblük pulu vermədiyini demişdir. O, görmüş ki, Ağadur pulu İsaxana qaytarmaq istəmir, həmin pul onun vasitəsilə verildiyindən, qohumluqda söz-söhbət olacağına və o pis vəziyyətə qalacağına görə İsaxana demiş ki, öz evini satıb həmin pulu sənə verərəm, lakin həmin puldan ona hər hansı məbləğ verilməmişdir. Qaynı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 tərəfindən ona 2 dəfəyə 100 000 manat pulun verilməsi ilə bağlı Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlasın və həmin məbləğdə, yəni, 100 000 manat pulu o Zərərçəkmiş şəxs1 2 dəfəyə alıb ona versin. 2013-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək demiş ki, Zərərçəkmiş şəxs1 ona çatdırılmasından ötrü sənə 50 000 manat pul verəcəkdir. 2013-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 kürəkəni Şahid9 özünə məxsus ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək ona demiş ki, Zərərçəkmiş şəxs1 sənin vasitənlə Təqsirləndirilən şəxs çatdırılmasından ötrü 50 000 manat pul vermişdir, həmin 50 000 manat pulu ona verməlidir, hazırda haradadır. O, Nazimə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən yerdə özünə məxsus **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilndə olduğunu və onu gözlədiyini bildirmişdir. Təxminən 20 dəqiqədən sonra Şahid9 onunla Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən yerdə görüşdükdən sonra 50 000 manat pulu ona avtomobilində vermişdir. Şahid9 ona 50 000 manat pulu verməzdən qabaq saymışdır. Şahid9 50 000 manat pulu ona verərkən ətrafda ikisindən başqa kimsə olmamışdır. Həmin 50 000 manat pul 50 və 100 manatlıq əskinazlardan ibarət olmuş, sayı yadında qalmamışdır. O, 50 000 manat pulu göy rəngli sellofana bükülmüş halda Şahid9 aldıqdan sonra idarə etdiyi avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Batamdar qəsəbəsində «Gəlin Qaya» şadlıq evinin yaxınlığında yerləşən evinə getmiş və 50 000 manat pulu Təqsirləndirilən şəxs təklikdə vermişdir, bu barədə aralarında heç bir sənədləşdirmə aparılmamışdır. 2013-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1 kürəkəni Şahid9 özünə məxsus ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs1 onun vasitəsilə Təqsirləndirilən şəxs çatdırılmasından ötrü ona 50 000 manat pul vermişdir, həmin 50 000 manat pulu ona verməlidir ki, Təqsirləndirilən şəxs çatdırasan və onun harada olmasını soruşmuşdur. O hazırda yaşadığı Bakı şəhəri, 1-ci Alatavada yerləşən evində olduğunu bildirmişdir. Təxminən 20-25 dəqiqədən sonra Şahid9 onun yaşadığı evə gəlmişdir. O Şahid9 yaşadığı evin giriş qapısından aralıda qarşılamışdır. Həmin vaxtı Şahid9 ona ağ zolaqlı qara sellofana bükülmüş halda 50 000 manat pul verib Təqsirləndirilən şəxs çätdırmasını demişdir, o həmin pulu saymadan götürmüşdür. Şahid9 50 000 manat pulu ona verərkən ətrafda ikisindən başqa heç olmamışdır. O, həmin 50 000 manat pulu ağ zolaqlı sellofana bükülmüş halda Şahid9 aldıqdan sonra öz avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Batamdar qəsəbəsində yerləşən «Gəlin Qaya» şadlıq evinin yaxınlığında yerləşən evinə getmiş və 50 0000 manat pulu Təqsirləndirilən şəxs aralarında heç bir sənədləşdirmə aparılmadan təklikdə ona vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qayınatası, Təqsirləndirilən şəxs, Şahid5 isə qayınatasının bibisi oğlanlarıdırlar. O, 2011-ci ilin sentyabr ayından Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat idarəsində mühəndis işləyir. Qayınatası Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayından 2013-cü ilin avqust ayının 16-na kimi həmin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində işləmişdir. Təhsil Nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə rəis vəzifəsindən azad edilərək həmin idarənin rəis müavini, 2014-cü ilin may ayının əvvəllərində isə həmin idarədə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Dəqiq tarixi yadında deyil, 2013-cü ilin may ayının əvvəllərində işdə olduğu vaxt qayınatası Zərərçəkmiş şəxs1 onu xidməti otağına çağırıb xahiş etmiş ki, onun yaşadığı Bakı şəhəri, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1 saylı evin 34 saylı mənzilinə getsin və arvadı Sevdanın verdiyi 50 000 manat pulu ondan götürüb aparıb Şahid5 çatdırsın. O, işdən çıxıb deyilən ünvana getmiş və qaynanası Sevdadan 50 000 manat pulu götürmüş və öz istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid5 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək harada olmasını soruşmuş, sonra isə bildirmiş ki, qayınatası Zərərçəkmiş şəxs1 ona çatdırılası 50 000 manat pul göndərmişdir. Şahid5 Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində olduğunu demişdir. O, həmin ünvana getmiş və qaynanası Sevda xanımın ona verdiyi 100 və 50 manatlıq əskinaslarla olan göy rəngli selofana bükülmüş halda Şahid5 idarə etdiyi dövlət nömrə nişanını xatırlamadığı 190 modelli «Mersedes» markalı avtomobilin salonunda 50 000 manat pulu sayıb ona vermişdir. Şahid5 pulu sayıb verdikdən sonra öz ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək ona demiş ki, 50 000 manat pulu Şahid5 vermişdir. Təxminən 2013-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1 yenidən ona zəng edərək xahiş etmiş ki, onun yaşadığı evə gedib qaynanası Sevda xanımdan 50 000 manat pul götürüb Şahid5 çatdırsın. O qayınatasının evinə gedib qaynanası Sevda xanımdan 50 000 manat pulu almış, sonra Şahid5 zəng edib harada olmasını soruşmuş və Şahid5 yaşadığı Yasamal rayonu, 1-ci Alatavada olan evindədir. O, Sevda xanımın ona verdiyi ağ zolaqlarla qara rəngli selofana bükülmüş 50 000 manat pulu Şahid5 yaşadığı evə aparmış və Şahid5 onu yaşadığı evin giriş qapısından bayırda qarşılayıb verdiyi 50 000 manat pulu saymadan ondan almışdır. Həmin vaxt ətrafda kənar adam olmamış, onlar ikisi olmuş, pulu verəndən sonra öz mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 mobil nömrəsinə zəng edib pulu Şahid5 verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra qayınatası evinə getmiş və söhbət zamanı 100 000 manat pulu nə məqsədlə Şahid5 verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin 100 000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 vermişdir. X28 rəisi olduğu Təhsil Nazirliyi Əsaslı Tikinti idarəsində rəis vəzifəsində saxlatdıracağını vəd etmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq həmin 100 000 manat pulu dələduzluq yolu ilə ondan almış və vəd verdiyi işə dair heç bir iş görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur. 2013-cü ilin may ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs1 ona demiş ki, onun bibisi oğlu Təqsirləndirilən şəxs ona rəisi olduğu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək bu məqsədlə ondan 100 000 manat pulu 2 dəfəyə verilməsini istəmişdir. Dostu Zərərçəkmiş şəxs1 onun Təqsirləndirilən şəxs birinci dəfə 50 000 manat pul verməsi üçün ondan 45 000 manat pulu borc verməsini xahiş etmişdir. O, dostu Zərərçəkmiş şəxs1 xahişinə razılıq verdikdən bir neçə saatdan sonra onunla Bakı şəhərində yerləşən «Kəmalə və Nərmin» şadlıq evinin qarşısında görüşmüş və aralarında heç bir sənədləşmə aparmadan ona 45 000 manat pulu təklikdə vermişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs1lə görüşdükdə İsaxan demiş ki, ondan borc aldığı 45 000 manat pulun üstünə özündə olan 5000 manat pulu qoyub 50 000 manat edərək bibisi oğlu Şahid5 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. O, 2013-cü ilin may ayının axırlarında dostu Zərərçəkmiş şəxs1lə görüşüb söhbət edən zaman isə İsaxan ona demişdir ki, o, Təqsirləndirilən şəxs 2-ci dəfə 50.000 manat pulu bibisi oğlu Şahid5 vasitəsi ilə vermişdir. O, ikinci dəfə bibisi oğlu Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş olduğu 50 000 manat puldan 40 000 manatını yaxın qohumu Şahid11 borca almışdır. Bundan təxminən bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs1lə görüşən zamanı o, demiş ki, bibisi oğlu Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ona rəisi olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək ondan iki dəfəyə 100 000 manat pulu aldadaraq aldıqdan sonra vəd etdiyi işin müqabilində heç bir iş görməmişdir. O, ona qarşı dələduzluq edərək həmin 100 000 manat pulunu aldadaraq və etibarından sui-istifadə edərək ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Xırdalan şəhərində yerləşən «Sönməzin qaraçı» adlanan taksi parkında sürücü işləməklə gündəlik qazanc əldə edir. İran İslam Respublikası vətəndaşı milliyətcə azərbaycanlı olan X24 ilə 2018-ci ilin yanvar ayında təsadüfən tanış olmuşdur. Belə ki, 2018-ci ilin yanvar ayında hava limanında müştərini düşürdükdən sonra Alireza əl edib onu saxlatdırmış və İran İslam Respublikasının vətəndaşı olduğunu, eləcə də Bakı şəhərini tanımadığını deyib ondan xahiş etmiş ki, onu hotellərdən birinə aparsın. Onu Masazır qəsəbəsində yerləşən «Nev» hotelə aparmışdır. Yolda gedərkən Alireza ona danışmışdır ki, onun Azərbaycana gəlməyinin məqsədi bacısı oğlu, adını sonradan bildiyi Qulamrzanın narkotik vasitələrin qanunsuz saxlamasına görə Azərbaycanda tutulduğundan onun işində köməklik etməkdir. O, Alirezanı hotelə çatdırdıqdan sonra Alireza onun mobil nömrəsini götürmüş və ona inandığını deyib onunla əlaqə saxlayacağını bildirərək xahiş etmiş ki, Azərbaycanda olduğu vaxt ona taksi xidməti göstərsin. Səhəri günü Alireza ona zəng etmiş və Qulamrzaya vəkil tapmaq üçün ondan xahiş etmiş ki, onun dalınca gəlsin. Yadına düşmüşdür ki, müştəriləri Bakıxanov qəsəbəsinə aparıb-gətirərkən orada çoxlu vəkil kontoru olduğunu görmüşdür. O, Alireza ilə Bakıxanov qəsəbəsinə gedib orada vəkil axtarmış, onlara Qanuni nümayəndə2 adında Baş pasport idarəsinin arxasında yerləşən vəkil kontorunda işləyən vəkili məsləhət görmüşlər və ona zəng vurub onları tapşırmışlar. Alireza ilə həmin vəkilin yanına getmiş və Alireza vəkilə Qulamrzanın işini danışdıqdan sonra vəkil Qanuni nümayəndə2la 3 aylıq müqavilə bağlamışlar. Vəkil ona söz vermiş ki, Qulamrzanın sürdüyü və İran dövlətin şirkətinə məxsus yük avtomobili və içərisindəki yükü cərimə meydançasından çıxartmaqda köməklik edəcək və onu da etmişdir. Qulamrzanın məsələsinə gəldikdə isə vəkil Qanuni nümayəndə2 yalnız cəzanı azalda biləcəyini, tam azad etdirmək mümkün olmadığını bildirmiş və demiş ki, kimsə Sizə Qulamrzanı tam azad etdirməyə söz verərsə, həmin adama inanmayın. Bildiyinə görə vəkil Telman bir-neçə dəfə Qulamrzanın saxlanıldığı Bakı istintaq təcridxanasında sonuncunun yanında olmuşdur. Bundan sonra Alireza bir neçə dəfə İrana gedib-qayıtmış və hər dəfə də gələndə o Alirezanı Qulamrzanın yanına aparıbgətirirmişdir. Bundan təxminən 3 ay sonra Alireza Bakı şəhərinə gələrkən ona demişdir ki, Alireza ilə bir kamerada cəza çəkmiş Pərviz adında İran vətəndaşı azadlığa buraxılmış və onunla əlaqə saxlayaraq Qulamrzanın ondan azadlığa buraxılmasın üçün köməklik göstərməyi xahiş etmişdir. X25 zəng vurub Bakı şəhərinə gəlməyini və Pərviz adlı şəxslə görüşməyini tapşırmışdır. O, Əlirezanı İçəri şəhər metrostansiyasının yaxınlığına aparmış və İçəri şəhərdə yerləşən adını sonradan Camal bildiyi şəxsin işlətdiyi ev alqı-satqısı ofisinin yanında Alireza, Camal və Pərvizlə görüşmüş, o da həmin görüşdə iştirak etmişdir. Orada tanış olduqdan sonra onlar İçəri şəhərdə yerləşən adını xatırlamadığı çay evinə getmişlər. X11 kef-əhvalı, sağlamlığı və vəziyyəti barədə maraqlandıqdan sonra Pərvizdən onun həbsdən necə çıxmasını soruşmuş və xahiş etmiş ki, Pərviz həmin yollarla Qulamrzanın həbsdən çıxmasına köməklik etsin. Pərviz Camalın və onun ortaq tanışları Ağadur adlı kişinin olduğunu və həmin şəxsin kömək edə biləcəyini söylədikdən bir gün sonra onlar həmin kafedə həmin tərkibdə Ağadurla görüşmüşlər. Qulamrzanın məsələsindən söhbət aparılmış, Ağadur özünü müxtəlif yüksək vəzifələrdə işləmiş adam kimi qələmə verərək bildirmiş ki, onun istər Prezident aparatına, istər prokrorluq orqanlarına, istərsə də İran respublikasının səfirliyinə sərbəst girişi vardır, istənilən problemi həll etmək iqtidarındadır. Ağadur onlardan bir gün vaxt istəmiş ki, Qulamrzanı həbsdən çıxarmaq üçün kimin vasitəsi ilə və neçəyə bunu edə biləcəyi barədə məsləhətləşsin. Səhərisi günü onlar həmin tərkibdə həmin çay evində Ağadurla görüşmüşlər. Ağadur onlara demiş ki, Gömrük orqanlarının istintaqı, prokurorluq orqanı və Səhiyyə Nazirliyinin hansısa şöbə rəisi ilə danışıqlar aparmışdır. Qulamrzanı 3 ay 10 günə onlara təhvil verəcək, bunun üçün 240.000 manat pul istəmiş, Alireza yalnız bacısının evini və Qulamrzanın yük maşınının satışından təxminən 170.000 manat düzəldə biləcəyini deyib sonra onu ağlamağı tutmuşdur. Bundan sonra Ağadur əlavə bir-iki gün vaxt istəyərək müəyyən adamlarla məsləhətləşdikdən sonra son qiyməti deyəcəyini söyləmişdir. İki gündən sonra Ağadur həmin çayxanaya gəlmiş və demiş ki, 170.000 manatdan aşağı yeri yoxdur. Ağadur əlavə etmiş ki, Qulamrzanın ürək xəstəliyi ilə bağlı İrandan arayış gətirilsə işi daha asanlıqla həll etmək olar. Ağadur bu işə başlamaq üçün 5000 manat beh kimi istəmiş və bir ay ərzində 55 000 manatı düzəltməyi tapşırmışdır. Alireza üzərində olan 5000 manat pulu elə həmin çayxanada Camal, o və Pərvizin yanında Ağadura vermiş, səhərisi gönü İrana qayıtmışdır. Təxminən bir ay sonra Ağadur Alirezaya zəng vurub 55.000 manatı gətirməyi demiş və bir neçə gün sonra Alireza həmin pulu tibbi arayışla birlikdə gətirib Ağadura vermək istəyərkən sonuncu təklif etmiş ki, pulun verilməsi ilə bağlı Ağadur iltizam yazsın. Lakin, Pərviz və Camal təklif etmişlər ki, hamının ürəyi rahat olması üçün bu pulun notariusda verilməsi rəsmiləşdirilsin. Həmin vaxtı 2018-ci ilin oktyabr ayının axırları olmuş, onlar Bakı şəhərinin bir neçə notariat kontorları gəzmiş, lakin Alirezanın İİR vətəndaşı olduğuna görə müqaviləni təsdiq edilməsindən imtina cavabları almışlar. Son nəticədə onlar 20 yanvar metrostansiyasının yanında yerləşən 14 saylı notariat kontoruna getmiş və orada Alireza Ağadurla 3 aylıq kredit müqaviləsini bağladıqdan sonra 55 000 manat pulu notariat kontorunun qarşısında Ağadurun maşınında sonuncuya vermişdir. Ağadur pulu aldıqdan sonra prokurorluq işçiləri ilə görüşəcəyini və işin həllinə başladığını bildirmişdir. Bundan sonra Alireza İrana qayıtmış və tez-tez Ağadura zəng vurub işlərin gedişatı ilə maraqlanırmış, Ağadur isə işlərin 5 istiqamət üzrə aparıldığını demişdir. Üstündən bir ay keçəndən sonra Ağadur işlərin yarımçıq qaldığını deyib, yerdə qalan 95.000 manatı da Alirezaya gətirməyi demiş və Qulamrzanın çıxacağı günü yerdə qalan 15.000 manatı verməli olduğunu demişdir. Alireza 2018-ci ilin noyabr ayında yenidən Bakı şəhərinə gəlmiş və həmin notariusda Ağadurla 3 aylıq kredit müqaviləsini bağlayıb 95.000 manat pulu notarisun qarşısındakı küçədə maşınında Ağadur Alirezadan almış və demiş ki, narahat olmasın, 2 aya Qulamrza çıxacaq və yerdə qalan 15.000 manatı da vermək lazım olacaqdır. Ağadur işi alındırdıqdan sonra birlikdə İsmayıllı rayonuna gedəcəklərini və ona məxsus bağ evində Qulamrzanın həbsdən çıxmasını qeyd edəcəklərini, sonra isə 3-4 gün İranda qonaq olacağını bildirmişdir. Bundan sonra 2019-cu ilin yanvar ayında Qulamrzanın işi ilə bağlı məhkəmə iclasları başlamış, Alireza Bakıya gəlmək istədiyini Ağadura bildirdikdə sonuncu buna ehtiyac olmadığını, işləri həll etdiyini bildirmişdir. Birinci məhkəmə prosesinə bir neçə gün qalmış Camal Ağadurdan şübhələnməyə başlamış və Ağaduru söhbətə çağırmışdır. Həmin görüş 20 nömrəli məktəbin yanında baş tutmuş, orada o, Pərviz, Ağadur və Camal iştirak etmişlər. Camal Ağaduru sorğu-suala tutmuş və Ağadur onu kənara çəkib yalvarmış ki, bu işə qatışmasın və «Pərviz bilər, mən bilərəm » ifadəsini işlətmişdir. Camal isə camaatın balasını bədbəxt etməməsini, aldığı puldan heç olmazsa 30.000 manat qaytarmasını xahiş edərək həmin pula həbs müddətini azalda biləcəklərini demişdir. Ağadur isə bütün işləri görüb tamamladığı, işlərin qaydasında olduğunu və heç bir pul qaytarmayacağını deyib çıxıb getmişdir. Bundan sonra birinci məhkəməyə iki gün qalmış Camal Alirezaya zəng vurub Ağadurun onu aldatdığını deyib tez Bakıya gəlməsini istəmişdir. Bundan sonra Alireza Bakı şəhərinə gəlmiş və Ağaduru axtarmağa başlamış, Ağadur görüşməkdən yayınaraq bütün işləri gördüyünü deyərək birinci məhkəməyə getməyəcəyini, ikincisinə gedəcəyini bildirmişdir. Birinci məhkəmə iclasına o, Camal və Alireza getmiş, orada Ağadurun heç bir iş görmədiyindən əmin olmuşlar. Orada onlar Ağadura zəng vurmuş və konkret olaraq nə işləri gördüyünü soruşduqda o yenə də bütün işləri gördüyünü bildirmişdir. Bundan sonra onlar Bakı şəhərinə gəlmiş və Ağadurla görüşmək istəsələr də görüşə bilməmişlər. Son nəticədə yanvar ayının sonlarında Qulamrzanın son məhkəmə iclası olmuş və ona 17 il azadlıqdan məhrum etmə cəzası elan olunmuşdur. Həmin andan onlar əmin olmuşlar ki, Ağadur Alirezanı aldadaraq pulunu ələ keçirmiş, onlar Ağaduru axtarmağa başlasalar da Ağadur onlarla görüşdən yayınmış, telefon zənglərinə cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, artıq 30 ildir ki, Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi-61 ünvanında yerləşən binanın birinci mərtəbəsində özünə məxsus yaşayış sahəsində daşınmaz əmlak alqı-satqısı ofisi açmış və özü də həmin ofisdə reyeltor xidmətləri göstərməklə gündəlik qazanc əldə edir. İki ildən çoxdur ki, Ağadur adlı şəxsi tanıyır, o əvvəl onun ofisinə müştəri kimi gəlmiş, satmaq üçün Bakı şəhərində bir neçə yerlərdə zirzəmi tipli sahələri göstərmiş və bir neçə görüşdən sonra aralarında dostluq münasibətləri yaranmışdır. Ağadur demək olar ki, hər gün onun ofisinə gəlib-getmiş, o özünü əvvəllər Prezident aparatında işləmiş məmur kimi apararaq geniş əlaqələrinin olmasını demişdir. Ondan hətta bir neçə dəfə vəzifədə olan adamları soruşanda o həmin adamları tanıdığını, yaxın münasibətlərdə olduğunu demişdir. Təxminən bir il yarım əvvəl o, müştəri kimi ofisinə gəlmiş Pərviz adlı İİR vətəndaşını tanımış, ona İçəri şəhərdə kirayəyə qalmaq üçün mənzil tapdıqdan sonra o tez-tez onun ofisinə gəlib-getməyə başlamış, onunla münasibətləri yaxın olmuşdur. Ağadur ilə Pərviz elə onun ofisində tanış olmuş, təxminən 5-6 ay bundan qabaq ofisdə olarkən Pərviz bir nəfər adını sonradan Qulamrza bildiyi dustağın azadlığa buraxılması üçün kömək edəcək adam axtardığı barədə demiş, Ağadur isə bu barədə maraqlandıqda bu işdə kömək edəcəyini bildirmişdir. Belə ki, Ağadur yüksək məmurlarla geniş əlaqələrə malik olduğunu və həmin əlaqələr vasitəsi ilə Azərbaycanda heç kəsin görə bilmədiyi işi görə biləcəyini demişdir. Bunun üçün Ağadur böyük pula ehtiyac olduğunu bildirib Qulamrzanın adamının kim olduğunu soruşduqda Pərviz sonuncunun Əlirza adlı dayısının bu işdə «ağsaqqallıq» etdiyini bildirmişdir. Ağadur Əlirza ilə görüşmək istədiyindən 2018-ci ilin sentyabr-oktyabr ayları ərəfəsində X30 ilə görüşlərini təşkil etmişdir. Həmin görüş İçəri şəhərdə olan Gəncə kafesi adlı kafedə baş tutmuş, görüşdə Əlirza öz sürücüsü Razi adlı oğlanla gəlmişdir. O və Pərviz də bu görüşdə iştirak etmiş, görüşdə söhbət zamanı X14 məsələsini dinlədikdən sonra onun azadlığa buraxılması üçün təxminən 220.000 manata yaxın pul tələb olunduğunu demişdir. Əlirza isə bu pulu düzəldə bilməyəcəyini, yalnız İrandakı evinin və maşınının satışından təxminən 150.000 manata qədər pul düzəldə biləcəyini demişdir. Ağadur isə bir qədər kənara çəkilib kiminləsə telefonla danışdıqdan sonra qayıdıb demişdir ki, lazımi adamlarla məsləhətləşmiş və bu işi sonu 170.000 manata görəcəyini vəd etmişdir. Əlirza razılıq vermiş və iki aya tələb olunan pulu hissə-hissə düzəldəcəyini vəd vermişdir. Bundan sonra Əlirza İrana qayıtmış ki, əmlakını satsın. Təxminən 10-15 gün sonra Əlirza Bakıya gəlmiş və onlar hamısı, yəni o, Pərviz, Razi, Ağadur və Əlirza onun ofisində görüşmüş, Əlirza 55.000 manat pul gətirmişdir. Pul verilməmişdən qabaq Pərviz Ağadura təklif etmiş ki, aldığı pula görə iltizam yazsın. Ağadur isə bildirmiş ki, əgər ona etibar etmirlərsə notariat kontoruna gedib orada 3 aylıq borc müqaviləsini bağlaya bilərlər, o vaxt ərzində də o Qulamrzanın işini həll edəcəkdir. Pərviz də Əlirzanın sözlərinə qüvvət gətirib Əlirzaya demiş ki, «gedin notariusa, etibarnamə ver, sənin də ürəyin rahat olsun, Ağadur da getsin işini görsün». Əlirza bu təkliflə razılaşmış və onlar Bakı şəhərinin bir neçə notariusların yanında olsalar da Əlirzanın xarici vətəndaş olduğuna görə notariat kontorlarında müqaviləni təsdiqlənməkdən imtina etmişlər. Son nəticədə 20 yanvar metrostansiyasının yanında yerləşən 14 saylı notariat kontoruna gedib Əlirza ilə Ağadur 55.000 manata dair borc müqaviləsi bağlamışlar. Əlirza pulun qalan hissəsini, yəni 95.000 manatı bir aya verəcəyini, yerdə qalan 15.000 manatı isə Qulamrza azadlığa buraxıldıqdan sonra verəcəyinə söz vermişdir. Ağadur elə notariat kontorunda 55.000 manatı qəbul etdikdən sonra onlar küçədə dayanan Ağadurun idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər, Ağadur 55.000 manat pulu bir daha Raziyə saydırıb həmin pulu ondan almışdır. Ağadur pul aldıqdan sonra bu işlə bağlı müəyyən adamlarla görüşə getdiyini bildirmiş və yerdə qalan pulu da tez çatdırmağı Əlirzaya demişdir. Sonra onlar ayrılmış, bundan sonra Əlirza İrana qayıtmış, Ağadur isə yenə də hər gün onun ofisinə gəlib-getmişdir. Həmin ərəfədə Ağadur Qulamrzaya aid sənədləri, yəni istintaqın nəticəsini, vəkilin kim olduğunu, hansı məhkəmədə baxılacağını əks etdirən sənədləri istəmiş, həmin sənədləri Razi Qulamrzanın vəkili Qeyisdən Nizami metrostansiyasının yanında alıb Əlirzaya vermiş, Əlirza isə həmin sənədləri Ağadura çatdırıbmışdır. Ağadurun sözlərinə görə o, 5 istiqamət üzrə iş görürmüş, pulun qalan hissəsini çatdırmağın vacibliyini demiş, tibbi ekspertlərə verilməklə və bu işin yekunu vurulsun. Hətta Ağadur oktyabr-noyabr ayları ərəfəsində Qulamrzanın ürəyindən xəstə olması ilə bağlı Əlirzaya İrandan sənəd gətizdirərək 1 nömrəli notariusda təsdiqlətdirmiş, həmin tibbi sənədlər də Ağadurun özündədir. Noyabr ayında Əlirza Bakıya gəlmiş və həmin qaydada 95.000 manat pulu 14 saylı notariat kontorunda Ağadura vermiş, Ağadur birinci dəfə olduğu kimi həmin pulu notariat kontorunun yanında öz maşınında Raziyə saydırıb ondan almışdır. Əlirza Ağadurdan 55.000 manat müqabilində gördüyü işlərin sənədlərini istəyərkən Ağadur onu əmin etmişdir ki, işlər qaydasındadır, maksimum 3 aya Qulamrza həbsdən azadlığa buraxılacaqdır. İkinci dəfə 95.000 manat pul verdikdən sonra Əlirza İrana qayıtmış, bundan bir neçə gün sonra Ağadur onu və Pərvizi Semaşko adlanın xəstəxananın həyətində olan tibbi ekspertiza binasına gətirmiş və onların aşağıda gözləmələrini xahiş edərək Qulamrzanın işini ekspertlərlə danışacağını demişdir. Bundan sonra Ağadur aşağı düşmüş və işlərin qaydasında olduğunu demiş, bundan sonra 2019-cu ilin yanvar ayında Qulamrzanın işi ilə bağlı məhkəmə iclasları başlamışdır. Həmin iclaslara o, Razi və Əlirza ilə birlikdə getmiş, lakin Ağadur bir dəfə də olsa bu məhkəmə iclaslarda iştirak etməmiş, onlar işlərin gedişatını soruşduqda isə o, narahat olmamaqlarını, işlərin qaydasında olduğunu 3cü iclasda Qulamrzanın buraxılacağını vəd etmişdir. Son nəticədə yanvar ayının sonlarında Qulamrzanın son məhkəmə iclası olmuş və o, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra onlar bilmişlər ki, Ağadur Əlirzanın aldadaraq pulunu ələ keçirmiş, onlar Ağaduru axtarmağa başlamış, lakin o onlarla görüşdən yayınmış, telefon zənglərinə cavab verməmiş, son nəticədə Əlirza Ağadurdan prokurorluğa şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx xxxx 2018ci il tarixdə İran İslam Respublikasından idarə etdiyi yük avtomobili ilə Astaradan Azərbaycana keçən zaman avtomobilində narkotik vasitə aşkar edildiyinə görə saxlanılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Hazırda o, Bakı şəhəri ərazisində yerləşən 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir, törətdiyi cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılmışdır. Həmin vaxt onun olduğu kameraya Pərviz adlı şəxs salınmış, Pərviz 1500 ədəd göz damcısı dərmanı gətirdiyinə görə saxlanılmışdır. Pərviz İİR-nın Ərdəbil şəhərindən olmuş, onlar bir kamerada saxlanıldıqları vaxtı tanış olmuşlar. Pərviz tutulduqdan 2 ay sonra tutduğu vəkilin vasitəsilə Bakı İstintaq təcridxanasından zaminliyə çıxmış, həmin vaxt onun vəkili Qanuni nümayəndə2 olmuşdur. Pərvizin ona deməsinə görə isə onun vəkilinin adı Qeys olmuş, Pərvizin dediyinə görə Qeys güclü vəkil olduğu üçün o vəkil Qanuni nümayəndə2 imtina edib Qeys Musayevi vəkil tutmuşdur. Qeys Bakı İstintaq təcridxanasına gələndə həm onun, həm də Pərvizin yanına gəlmiş, Qeys onun yanına bir neçə dəfə gələndə hər dəfə işi barəsində soruşduqda işinin həll olunacağını deyərək gözləməyi bildirmişdir. Barəsində seçilmiş 4 aylıq həbs müddəti bitdikdən sonra 2 dəfə 3 ay müddətinə də həbs müddəti uzadılmış, vəkil Qeys işi uzatdığından dayısı Alerza ilə Pərviz bayırda tanış olduqdan sonra Pərvizdə dayısını Ağadur adlı şəxslə tanış etmişdir. Ağadurda onun işini həll etmək üçün, yəni onun həbsdən azad edilib az sonra İrana yola salacağına söz vermiş, onun eşitdiyi və bildiyinə görə Ağadur dayısından pulu 3 dəfəyə almışdır. Həbsdə olduğu müddətdə dayısı Alerza ilə onun istifadəsində olan +**********39 İran nömrəsi ilə Azərbaycanda olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Pərvizin onu çölə çıxarmaq üçün etdiyi köməyə görə ondan heç bir təmənnası olmamış, o da Pərvizə buna görə nəyisə verməyi vəd etməmiş, Pərvizin deməsinə görə ona köməkliyi yerli olduqları üçün etmişdir. Pərviz dayısını Ağadurla tanış etdikdən sonra onun eşitdiyinə görə Ağadur dayısını aldadıb üç dəfəyə 154 000 manat pulunu almışdır. O, Ağadurla heç bir yerdə görüşməmiş, bu barədə dayısına deyəndə dayısı da deyirmiş ki, «sən Ağadurla görüşməyi neyləyirsən ki, əsas odur ki, işimizi görsün qurtarsın». X26 verdiyi pul onun atasının İrandakı evini satmasından, ona və dayısının özünə məxsus avtomaşınları satmaqdan əldə edilən pullar olmuş, atası hazırda İranda kirayədə yaşayır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs, Şahid5 əri Zərərçəkmiş şəxs1 bibisi oğlanlarıdırlar, Şahid9 isə onun kürəkənidir. Əri Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayından 2013-cü ilin avqust ayının 16-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində işləmişdir və Təhsil nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə həmin idarənin rəis müavini, 2014-cü ilin may ayının əvvəllərində isə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vəd etmiş ki, tanışlarının vasitəsilə onu rəisi olduğu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində 100 000 manat pulun ona verilməsi müqabilində saxlatdıracaqdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin 100 000 manat pulu Şahid5 vasitəsilə iki dəfəyə ona verilməsini xahiş edibmiş. 2013-cü ilin may ayının əvvəllərində əri Zərərçəkmiş şəxs1 ona demiş ki, Təqsirləndirilən şəxs ondan 50 000 manat pulun ona verilməsini istəyir. Əri Zərərçəkmiş şəxs1 50 000 manat pulu Təqsirləndirilən şəxs vermək üçün dostu Şahid6 45 000 manat pulu borc aldıqdan və üstünə də evdə saxladığı 5000 manatı qoyaraq 50 000 manat etdikdən sonra həmin məbləğdə pulu ona verib demiş ki, Şahid9 evə göndərəcək, həmin məbləğdə pulu ona verərsən, Şahid9 da həmin məbləğdə pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 verəcəkdir. Dəqiq tarixi yadından çıxmışdır, 2013-cü ilin may ayının əvvəllərində kürəkəni Şahid9 onlara gəlmiş və o 50 000 manat pulu göy rəngli selofana bükülmüş halda Şahid9 vermişdir. Şahid9 verdiyi pul 100 və 50 manatlıq əskinaslarla imiş, axşam əri İsaxan evə gəldikdən sonra Nazimin ondan aldığı 50 000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 verdiyini bildirmişdir. 2013-cü ilin may ayının axırlarında əri Zərərçəkmiş şəxs1 ona demiş ki, Təqsirləndirilən şəxs ondan ona ikinci 50 000 manat pulun verilməsini istəyir. İsaxan Təqsirləndirilən şəxs ikinci 50 000 manat pulu vermək üçün onun dayısı Abdin Soltanovdan 40 000 manat borc aldıqdan sonra üstünə də evdə saxladığı 10 000 manat pulu qoyaraq 50 000 manat edib ona vermişdir ki, Şahid9 göndərəcək, həmin pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 verməsi məqsədilə ona versin. Dəqiq tarixi yadında qalmamışdır, 2013-cü ilin təxminən may ayının axırlarında kürəkəni Şahid9 onlara gəlmiş və o əri İsaxanın verdiyi 50 000 manat pulu ağ zolaqlı qara selofana bükülmüş halda ona vermişdir ki, o da Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 versin, həmin 50 000 manat da 100 və 50 manatlıq əskinaslarda olmuşdur. Axşam vaxtı əri İsaxan evə gələndən sonra ona demiş ki, kürəkənləri Şahid9 ondan götürdüyü ikinci 50 000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün Şahid5 vermişdir. Beləliklə Təqsirləndirilən şəxs, onun əri Zərərçəkmiş şəxs1 təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edib 2013-cü ilin əvvəllərində və sonunda iki dəfəyə cəmi 100 000 manat pulu Şahid5 vasitəsilə almış və verdiyi vədə əməl etməyərək, heç bir iş görməyib dələduzluq etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Yeznəsi Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus 100 000 manat puldan xx xxxxxx 2014-cü il tarixdə 50 000 manatını Zərərçəkmiş şəxs1 ödəmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Zərərçəkmiş şəxs1 isə dayısı oğludur. Qardaşı Təqsirləndirilən şəxs 2013-cü ilin may ayında Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə aldadaraq aldığı 100 000 manat puldan 47 000 manatını Ağadurun qaynı ödəmişdir, 13 500 manatını o xx xxxxxx 2014-cü il tarixdə ödəmişdir, xx xxxxxx 2015-ci il tarixdə qalıq puldan 7000 manatını o Zərərçəkmiş şəxs1 oğlu Şahid1 ödəmişdir, qalan 32 500 manat pulu qardaşı Ağadurun əvəzindən xx xxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1 ödəyəcəyinə söz vermişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısı Naib Hacıyevanın kürənidir. 2013-cü il ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1 ona demiş ki, bibisi oğlu Təqsirləndirilən şəxs ona rəisi olduğu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək bu məqsədlə ondan 100 000 manat pul verilməsini istəmiş, o da 2013-cü ilin may ayının əvvəllərində bibisi oğlu Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs 50 000 manat pul vermişdir. O, Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş olduğu 50 000 manat puldan 45 000 manatını yaxın dostu Şahid6 borc kimi almışdır. Onun Təqsirləndirilən şəxs 2-ci dəfəyə 50 000 manat pul verməsi üçün 40 000 manat pulu çatmır. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ondan 40 000 manat pul borc verməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 xahişinə razılıq verdikdən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 ünvanda yerləşən 34 saylı mənzilə getmişdir. Həmin vaxt 40 000 manat pulu Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı Şahid13 yanında aralarında heç bir sənədləşdirmə aparmadan vermişdir. Bundan təxminən bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs1lə görüşən zaman o, demiş ki, bibisi oğlu Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ona rəisi olduğu Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsində saxlatdıracağını vəd edərək iki dəfəyə 100 000 manat pulunu aldadaraq aldıqdan sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək ona məxsus 100 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspert komissiyasının xx.xx.2019-cu il tarixli, 691 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən, hal-hazırda onun ürək-damar sistemində «Aortanın sklerozu. Pulmonar hipertenziya İ dərəcə, aortal çatmamazlıq İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, trikuspidal çatmamazlıq İİ dərəcə. AF 20-23%» olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi və mütəxəssis araşdırmalar zamanı hal-hazırda onun ümumi vəziyyətinin kafi olmasını və ambulator müalicələrin effektliyini nəzərə alaraq demək olar ki, qeyd olunan xəstəliklər remissiya mərhələsindədir. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür.(cild 03,iş vərəqə 217-224) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «Audio və Videoyazıların məhkəmə ekspertizası, səsin və şifahi nitqin tədqiqi ekspertizasının xx xxxxxx 2014-cü il tarixli, 16027 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş bir ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramlarda qeydə alınan danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. «A» adlı mübahisəli fonoqramda qeydə alınan danışıqların yazılı mətni: Kİ- O deyib şey, birinci deyib tanimiram qonşu kimdi, nə qonşusu? Mən sizdən pul almamışam. Sübut eləyin mənə pul vermisiz. Pulu yeyilib üstündən su içilib. Mənim arxam güclüdü, bağlıdı. Heç kim mənə hec nə eləyə bilməz, K2- Bizi tutdurar, K3-Ağadur deyib?, Kİ- Hə. Deyir mən sizi tanımmıram. Sənin ərivə deyilmişdi, çağırılıb deyilib başa.-'* düşməyib. Bilmirəm çağırıb nə deyiblər, K2- Bəlkə kvartalnı məsələsini deyib, Kİ - Bilmirəm, K2- Hələ o olar. Başqa nətər, nə deyər başqa, Kİ - Kvartalnı olmayıb, olmayan şeydən nə verir?, K2-Deyir olar var yoxdu bilmir onlar, Kİ - Hardan versin?, K2- Hə də o var da, mən də onu deyirdim də. Bu dəfə olar iki qat birdən verər, Kİ - Deyir 3 ay mən saxlatmışam. 3 aydan sonra cixardilar da deyəsən. K2- Hardasa 4-cü aya kimi. 4-cü aya keçmişdi də, Kİ - Hə, hə. Bu nətəər 3 ay saxlatdırıb? 3 ayda ki, heç nə olmayib da? 3 ay ərzində maşının" da nömrəsi alınıb səlahiyyətlər də alınıb. Bu necə saxlatdırıb?, K2- Mən dediyim nədi? Birdən birə qızışıb o. Elə bil ki, bu gedibsə gedib. Qulaq as, bildün mən nə deyirəm. Bunu paşanpaşannan dindirməy lazımdı, heç olmuya bu. Mən billəm bu siyasətçilər çox götvərən adam olur. Uje mənə çatdı. Heç olmıya bu müavin kimi səlahiyyəti olsun ki, 5 manatın, 3 manatın qazansın ki, o pulu yığsın. Kİ- Ona kim qarantiya verir ki, buları işi öurənənə qədər saxliyacağlar, yoxsa ondan sonra da saxlayacaqlar? K2- Yo oraya desin, K3- Tapşırılsa o dəqiqə hiss olunar, K2- O dəqiqə hiss olunar da mənim dediyim odu, Kİ- O söhbət əvvəlcədən catmayib. O nətər yəni nazirə deyilir ki, fılankəsdi sən bunun nörəsini alırsan, sən bunun səlahiyyətlərin məhdudlaşdırırsan. Gülməlidi e o. Bir dənə variantı var da girirsən nazirin qəbuluna, deyirsən ki, mən haqda sizə söhbət catib? O da deseə yox girdi da içinə, olan oldu da, kim tutar kimi?, K2- Bir iki-üç gün də keçsin, görəy başımıza nə gəlir, K2- Bu dövlət döyül. Allah bunun axırın xeyir eləsin. Bir gün dağıdacağlar Suriya kimi Suriyanı bombaliyacağlar 2-3 günə, Uje vuraceylər. Allah bu müsəlman millətin ..., Kİ- Bır dənə də söhbət var da. Yaxşı sən deyirsən qohumdu belədi. Əlbəttə sənin bu işdən xəbərin olar da. Demirsən çfğırıblar şey eləmiyiblər, başa düşməyib? Sən deyərdin ki, belə bir şey var. Hər halda sən buna boyun götürmüsənsə bir müddət nəzarət eləməlisən də buna nə var, nə yox. Çağır denən ki, belə elə, belə elə. Eləməmisənsə demeli xəbərin yoxdu da heş nədən, K2- Allah haqqı mən demişəm bu iş nizama salınsın bir, bir dənə qoyun qurbanı kəsərəm. İnanirsan mən o qədər şokdayam ki, Sübhan şey Vüsal ... Allah İsaxanın canın saxlasın, məni də saldı poxa. Mən heç vaxt var dövlət şeyi olmamışam, özün bilirsən məni. Olanı istəmişəm ki, oturağın, 50 manatım var oturağın yiyəyin içəyin. Düzdü, düz döylü? İnanirsan ki, səhər-səhər bir stəkan çay içənəm. Gəlib işdə də ancağ çay içmişəm, hələ çörəy, yeməmişəm. Üzümü qirxmağa uje şey eliyə bilmirəm a kişi, Kİ - Guya dədəmin vəziyyəti yaxşıdı?, K2- Deyirəm də eyni gündəyəm. Ona da denən özün darıxdırmasın görəy başımıza/// Mən deyirəm yenə də şərikəm onun şeyiynən, Allaha and olsun deyirəm. Sidqi ürəynən deyirəm e mən. Hələ bilərsiz elə dildən cixma deyirəm, Kİ- Yox e get tut boğazından denən nə danışmışdıq, qaytar. Nəyə danışılmışdı, nə oldu? Olar da bacarmadın da, eləmədin də qardaşım, əlindən gəlmədi də. Səni öldürən yoxdu, hədələyən yoxdu, bir şey eləyən yoxdu. Alınmadi da nə var ki, burda? Ya sən o adamın yanında heç kimsən, sözünü saymır, ya da ki, onun xəbəri yoxdu, «B» adlı mübahisəli fonoqramda qeydə alınan danışıqların yazılı mətni: K2- (söhbət yarımçıq başlayır)/// əlaqə saxliyaram. Ona da ondan sonra ona mən zəng eləyirəm ki? K3- Nə deyirki? K2- O da çalışır guya görəy nağaracaq? Kİ-Nə çalışır? K2- Vallah nə deyim, Kİ - Bu vaxta qədər heç nə eləməyib? K2- O da çalışır niyə belə oldu, nöş belə oldu. Mən nə bilim, nə deyim? Deyib10gün müddətinə nəsə olacaq. Bilmirəm hələ, mən də qalmışam təkana. Allaha and olsun belə poxa mən hələ keçməmişəm. Denən 10 gündü sənin denən yediyin, içdiyin var? 5il,10 il ömrümüz var idisə 5 il düşdü geri. Kİ - Sən arada qalmısan, K2- Deyirəm də 5 il, 10 il ömrüm var idisə düşdü dala. Mən İsaxana yənə də deyirəm ziyanına şərikəm. İsrəyin də dedim evi satib. Kİ-Yox e, sen evini niyə satırsan? K2- Allah haqqı belə yaşamaqdansa mən yaşamasam onnan yaxşıdı.Mən bilirsən nə günə qalmışam? Kİ - Ona demirəm e, sən bunu aparib vermisən ona? Vermisən da, K2- Heç denən onun üzünə baxmısan? Nətərdi hələhələ aparıb şey eliyib verib çıxıb gəlmişəm. O da deyir aparb vermişəm. Kİ - Kimə verib? K2- Nə bilim? Kİ- Bilirsən nə maraqlıdı? Bu nömrə dəyişdi, nömrə dəyişəndə yəqin ki, papam sənədeyib ki, maşının nömrəsini aldılar məndən, K2- Hə, Kİ- Ona da demisən. Deyib ki, mən işdiyə bilmirəm olar ağalıq eləyir. Bunu da deyib.Bunu sən deyəndə nə dedi sənə? K2- Hamısı deyilib də. Axırıncı dəfə İsaxanla məni 1-2 dəfə çağırdı o kvartalnı məsələsinə. Dedim a imkan verirlər ki, bu işdəsin ... versin. İkincidə özümüz də getdik yanın. Dedim a bu kvartalnı nə qədərdi? 10000-di, 20000-di? Bilmirəm axı, kim nə bilire. Dedi mən də bilmirəm. Ancaq bunlar hər kvartalda pulların alır, Kİ- Kim pulun alır? K2- Nə bilim o kimiynən danışıbsa, başa düşdün? Sonra biz də day dediy bu işdəmiyib eləməyib. Qaldı elə-elə söhbət. Sonra məni çağırdı dedi ondan ötrü məni də incidirlər Kİ - Kimi incirdirlər, Ağaduru incidirlər? Niyə? K2- Kvartalnı gətirmiyib diyə. 3 aydan bir kvartalnı İİİ Nə bilim mən iş prinsipini bilmirəm, Kİ- Pul olub ki? Pul cixandan sonra vurulmadı? Pulu, kişini cixardib pulu vurdular. Nətər kvartalnı? Bunu ki, sən bilirsən? K - Deməli onda hər kvartalda pul verilməlidi, K2- Hə, Kİ - Gərəy gələ ki, pul verəsən də, K2- Gələ ki, verəsən. Bu oğraşlar imkan vermir ki, bunun vaxtında gəlsin. Kİ- Özü də bu abyomu dayandırmışdı da. Belə pis çıxmasın sən keçən dəfə dedinki pul yiğir, bi dənə xəbər gəldi ki, yerinə qaytarmaq istəyir. Bu yerinə qaytarmaq gülünc söhbətdi də. Uje bu neynəsə də qaytara bilməyəcəy, K2- Nətər? Kİ - Mamama demisən ki, pul yığır K2- Nə yığır? Kİ - Pul toplayır demisən telefonda K2- Pul toplayır deməmişəm a kişi, mən demişəm öz evimi satıb Kİ - Yox, onu yox K2- Pul topluyur deməmişəm (K2 diktoru telefonla danışır) Kİ - Bu dala qaytarmaq söhbəti nağıldı. ... inanardım, bu nağıldı K2- Heç olmaya qaldığı vəzifəsində, indiki vəzifəsində səlahiyyət verələr də Kİ - Onsuz da saxlayıblar da burda, K2- Səlahiyyət verələr, əlində bir şey olsun, başa düşdün məni? Kİ- Qaldı ki, o biri söhbətə, mamamnan danışanda kəntdə deyəndə siz kimsiz, mən sizdən pul almamışam, gəlin mənə sübut eləyin. Bu nə söhbətdi? ... gəlin mənə sübut eləyin, mən sizi tanımıram. Hələdə şey olur? Bilirsən nətər deyirki ərivi çağırıb deyiblər. Çağırıb nə deyiblər? Ərin başa düşməyib. O nə söhbətdi? O nə sözdü? K2- Mən bilmirəm axı onu mən, Kİ- Guya ki, papami çağırıblar, nəsə deyiblər papam başa düşməyib. Burda nə başa düşülməli var ki? Kim çağırıb ki? Bu bunun dediyidi. Nə yalandan demir, nə K2- Yox e bu məsləhətnən iş görməy lazımdı. Burda nə var ki? Prosta sən camaatı açılmayın adamı yandırır tökür də. Mən qardaş, mən deyirəm mənim 5 il ömrüm var, gecədən gecəyə evə gəlirəm. Mən şərikəm İsaxannan. Ziyana düşüb mən evimi satıram, nədi verirəm. Uje mən o dərəcəyə catmışam.lnanırsan ki, bəlkə də infakt keçirmişəm. İşdə 10 gündü məndən soruşurlar nolub, sən belə deyildin nolub? Dərdimi də heç kimə deyə, açıb danışa bilmirəm Kİ - Heç kim heç nə deyə bilmir, K2- İnanirsan ki, deməy mümkün deyil. Partdiyıram Allaha and olsun, Kİ- Bu özü nə deyir? Əvvəldən özü nə deyir maraqlısı olan odu, K2- Danışıq belə olub. İsaxana Allah köməy olsun məni də çaşdırdı getdim qoşuldum bu işə. Lazimdi idi bu? Nətər olaceydi olaceydi da. Hələ deyil? Getdiy dedi ki, ba belədi, hər kvartalda pulun verməy lazımdı. Ba belənçiy olub söhbət. Olmağı belə olub. Kvartal gəldi çatdı, bu da qazanmayıb hardan versin? Kİ-O da bilir ki qazanmayıb da K2- Hamı bilir də Kİ- Hə, K2- Olar qanmır axı deyir onu, başa düşürsən? Pul deyir bu gün qazanmır sabah yox birisi gün qazanacaq, 5 gündən sonra qazanacaq. Nə bilim Vallah işdən mənim başım çıxmır axı. Hökümət işində mən işləmirəm bir şey eləmirəm. Belənçiy hökümətə tüpürüm. Hələ məni kimi ged 5 manatıvı qazan gəl otur rahatca ye çörəyivü çıx bu yana. Atan özü nə əcəb gəlmədi bu tərəfə? K1- Sacın düzəltdirir gələcəy K2- Hə? Kİ- Sacın düzəltdirir gələcəy. Bu indi nəyə çalışır? Bunun çlışdığı bir şey yoxdu ay əmi. Gəl əyri oturaq düz danışaq da. Nə dala qaytarsı döylü sən də bilirsən. Onda deyecək ki, mənnən məzələnirdiz siz? Helə çxır da, K2-Görəy da vallah nə deyim ay ... məndə səni kimi durmuşam belə. Bu elə işdi ki, Allah haqqı sabahnan heç kimə söhbət eləməy olmur ki Mən onu deyirəm e, sabahözümüzü tutub basarlar dama. Niyə vermisüz, nöş vermisüz, nədəndi? Kİ - Nöş vermisiz deyəndə deyib eləyəcəm biz də vermişiy, K2- Mən yenə də deyirəm bax əyəmləri ürəynən demirəmsə Allah mənə lənət eləsin. Məni bilirsən də sən xasiyyətimi. Hələ mən bir tikə haram çörəy yeməmişəm. Gətirib 10 manat cibimə qoyanda deyirlər halalın olsun. Mən nə bilim, hərənin ürəyi bir cürdü İnanırsan arvad da bir tərəfədən xəstə, gündə ora aparam bura gətirirəm. Uje yığıİmişah, e tamam bura. Pensiyani düzəltsəydim çixib gedib oturardım kənddə. O qıraqda olanlar hayıf deyil dərddən şərdən uzaq, Kİ- O adam da bilir ki, bura pul gəlməyib.Tutaq ki, kvartal deyirsənsə bu kvartal yox, ö biri kvartal iki kvartalım al da. Pul olsun al da kvartalım. Noldu şey eləyən kimi abyom buraxdılar, dəyişən kimi, K2- Ə oların onda buranın öz hoqqası olub oğraşların Kİ- Yəqin çatdırmayib da. Heç onun xəbəri yoxdu K2- Kimin? Kİ-Başdakının, K2- Nə bilim vallah Allah bilir. Qurban olum Allaha. Ancaq mən bir onu bilirəm ki, geci-tezi haqq-nahaq yerini tapar Kİ - O onda elə çatdırmayıb o, K2- Onu da Allah bilir. Olar üçün catdirma gedib sözü deyirsən, klokuvu qoyursan orya çıxıb gəlirsən. Sayıb pul vermirsən ki. O deyənnən Kİ- Saymıyıb verəndə birinci də demişdi azdı, K2- Yö soruşurlar nədi da, başa düşdün? Mən elə onda eşşəy oldum ki, o birisini götürüb siftə pulu verəndə ...dənənki aparin özünüz verin. Nədi nə deyil mən özümü cəncələ saldım, Kİ - Bunnan görüşəndə konkret bu sənə nə deyir? Ba zəng eləyirsən danışırsan, K2- Yo zəng indi eləmirm ona. Çıxandan sonra bir dəfə görüşmüşəm deyir çalışıram. Görüm nədi, səbəb nədi,niyə cıxardıblar? Araşdırım görüm neynirəm, Kİ - Neçə günə? K2- Hardasa 7-8 gün olar mənim oynan görüşdüyüm, Kİ - İndi 3 gündən sonra sən zəng eləməlisən ki, 10 gün deməmişdin? 10 gündən sonar nə oldu? K2- Ondan sonra zəng elətdirmişəm e, özüm eləmirəm. Kəmaləyə bilirsən nələr deyir? Məni hardan caladuz belə şeyə, poxa keçdim. O əvvəldən də demişdi belə şey olanda sonrası poxdu da qaytarmaq mümkün deyil. Bunu demişdi Kİ - Onda bunu da deyərdi heç aparıb verməzdi, K2- Vallah nə bilim mən. Hələ bir yerdə demişdi da Kİ- Bunu belə deyərdin heç ... Belədə ki, indiki vəzifəsinə nəyəsə görə qoymuyublar ki, özləri saxlayib da orda. Sonra bilmir 2 aydan sonar K3- İşi öyrənəndən sonra ...K2- Mən nə deyirəm, dediyim nədi? Mən də deyirəm heç olmuya bu oğraşlara indi başa salsın ki, bu heç olmasa burda qalsin səlahiyyəti olsun da, başa düşdün məni? Birinci şəxs oyan biyan verməydənsə ikinci şəxs ondan 5 manat qazan... Düzdü, düz deyil? Mən onu deməy istəyirəm. Başa düşürsən Vüsal? Kİ- Onun orda öz adamlari var axı. Bunu birinci saxlaya bilmir. Birinci qoyduq qırağa ikici eliyə bilmir də K3- İkinciyə hec olmasa biləsən bunun bu pulu götürməyə bunun şansı var da K2- Mən də hələ deyirəm də. Mən nə deyirəm? K3- Heç olmasa K2- Hec olmaya bunu 1 ilə, 2 ilə, 3 ilə bunu götürsün də. Qazansın heç olmaya da, demirəm ki, artıq qazansın. Bunu indi mən bilmirəm nə kimi saxlayıblar? Müavin Kİ - Müavin, ikinci müavin.Birinci də yox ha ikinci müavin. Bəlkə də üç K2- Neçə müavin var bəyəm? Kİ - Biri Turandı, biri də bu K3- Kim? Kİ - Turan, Turan K3- Turan hansıdı? K2- İki müavindi? K3- İkinci gələn? Kİ - Lap birinci gələn K2- Birinci gələn də o tarix müəllimi? Kİ - Hə o tullanıb düşən K2- Hə bu şey tez-tez danışan adamdan mənim zəhləm gedir Kİ- Bu sözün deyərdi. Çixardanda deyərdi ki, cixardirlar. Hələ indi araşdırır. Ona deyilmişdi o hələ indi araşdırır. Helə vaxtında araşdırardın da? O bəlkə də aşağı səviyyədən kimiynənsə danışıb heç yuxarı qalxmayib K2-Mən nə bilim qurban olum sənə. Mən bəyəm görmüşəm? Gedmişəm yanma? Kimiynənsə gedmişik biz onun yanma? Kİ - Gedəy də, duraq gedəy K2- Yox e kimiynən danışdığıynan Kİ - Gedəy soruşaq da kimiynən danışdığın. Axır sözünü de da nədi sözün K2- Dayan 1-2 gündə keçsin bir yerdə oturub bir söhbət eləyərik. Başa düşdün? Mən yenə də deyirəm hələ bilirsiz ki, mən kefliyəm? Siz nə qədər əzab çəkirsizsə Kİ-... arada qalmısan K2- Nə qədər siz çəkirsizsə iki o qədər mən çəkirəm. Yediyim bu kənd kimi gözüm ağarsın.Nə danışırsan? Mövzudan kənar söhbətlər aparılır Kİ- Oları onun evində görüşüb vermisən yoxsa harda K2- Kimi? K1- Şeyləri də əlli əllini K2- Ə yox Kİ-Harda? K2- A özlərinə buna vermişəm.Mən bəyəm kiməsə Kİ - Yox e evində vermisən, yoxsa hardasa? K2- Hə Kİ-Evində? K2- Nə qədər mən əzab çəkdim bu 15 gündə. Ölləm e day. Sevda da mənə deyir bəlkə səndə yemisən o puldan Kİ-Nə? K2- Sən deyir yemisən o pulda Mövzudan kənar söhbətlər aparılır. «C» adlı mübahisəli fonoqramda qeydə alınan danışıqların yazılı mətni: K2- Qulaq as, 18-i Şamaxıda toyduyuq. O da orda olacaq, görüşüb bir söhbət eliyərik. Mən yenə də deyirəm Arif, dediyimi demişəm. Sən özün bilirsən ki, mən nətər vəziyyətdəyəm K4- Bax bu Vüsalda Allah şahididi, elə yox İsaxan da Allah şahidi, Sevda da Allah şahidi, özüm də Allah şahidiyəm ki, ən çixilmaz vəziyyətə düşən sənsən K2- Özümü söymüşəm yüz dəfə nəsilbənəsilimi K4- Ötüb keçib e, olar hamısı ötüb keçib. Ən pis vəziyyətdə, ən kriminal vəziyyətdə qalan sənsən K2- İnanırsan işə zada da gedə bilmirəm K4- Bilirəm, başa düşürəm mən səni. Dünən də dedim bu söhbəti. Sənin 1 manat xeyrin yox, 1 manat ziyanın yox. Sən burda kimnən ötrüsə ... gedirsən. Niyə sənnən görüşmür? Nə deyir? Lotuluq eləyir, lotuluq eləyir? K2- A deyir mən bir dəfə görüşmüşəm sözümü demişəm. Bu gün bu da zəng eləyib K3- Sözümü demişəm deyir nə var, nə yox K2- 018-i orda toydayıq da. Bir yerdə bir də söhbət eləyək K - O nə bilirsən gələcəy? K2- Gələcəy, Əlixannan arası yaxşıdı. Keçən dəfə də gəlmişdi K4- Vaqif axşam, yəni ərizəni sən oxumusan sən də bilirsən. Ərizdən xəbərin var, mən də oxudum axşam. Bilirsən bu 5 adam Ağadura yaxşı adam deyəcəysə, 5 adam İsaxana yaxşı deyəcəysə, bütün Kalva ikisini də söyəcəy K2- O heç da K4 - Elə döylü. Mən dünən də dedim ki, zərrə-zərrə zülmnən nüfiız qazanıblar, pul qazanıblar K2 - Bəli, söhbət ondan gedir K4- İndi pul nə qədərdə desəy əl çirkidi əsas puldu. Pulu olamasaydı kimin nəyinə lazımdı o nətər oğlandı, bu nətər oğlandı. İndi axırı bu adam yola gəlməy istəmir də. Sən də nalmısan əldə ayaqda ortada. Onun yanına qəbul eləmir səni gedə bilmirsən, bunun da yanına yaxınnığına münasibətinə görə özün getmirsən. K2- Yo getmişəm e, isrəyinəcən onunla görüşmüşəm. Mən neyniyim? Yeni bir şey yoxdusa mən nağarım? Başa düşdün məni? Mən heç bəlkə də inanirsan bəlkə də 5-6 dəfə bir aydan bldiyləri hamısı şahiddi bəlkə də infakt keçirmişəm K4- Olar, olar K2- İndi ba işə çağırdılar sən zəng elədin asfaltda telefonu götürə bilmirəm. Dayanandan sonra götürəm. Oğraşlar elə bil ki, bu saat zippazip saxlayirlar. Dedim dayanim bir yerdə zəng eləyərəm. K4- İndi pul, pul sənə verilib, elədi? Sən də deyirsənmi ki, mən kiməsə vermişəm yoxsa K2- Ə niyə bilmir, hamı bilir Mövzudan kənar söhbətlər aparılır K4 - Bilirsən sualıma, Osman da bayaq deyir nətər deyim belə bilsin səni düz başa düşsün. Bəzi mənbələrin verdiyinə görə sən hərdən deyirsən ki, bərkə düşəndə məndə heç pulu almamışam K2- Ayə eələ demirəm e sən də lap K4 - Mən demirəm e, mən səni görmüşəm birdən ikiyə? Belə deyirlər ki, Vaqif də hərdən deyir ki K2- Mən hec kimin yanında o sözü deməmişəm K4- Yəni sən həmişə bu sözün üstündə durursan ki, mənə gətirib Məmməd verib mən də aparıb Həsənə vermişəm K2- Əşi gəlsin özü İİİ İndi istintaq aparmırıq ki, belə də olub da K4- O da Nazimə deyib ki, Nazim mənim yanıma nahaq gəlmisən. Mənə pul vermisən? Bunu belə baxanda hüquqi cəhətdən düz deyib. İnsani cəhətdən düz demir, hüquqi cəhətdən düz deyir K2- Hüquqi cəhətdən düz deyir K4- Ona pul verməmisənki. İndi ona sən lazimsan, ona denən ki, mən də sənə vermişəm. İsaxanin istədiyi odu ki, səni oyundan çıxartsın. Sən aparasan Vaqifilən zada Nazimnən K2- 18-i orda görüşərik K4- Desin ki, qardaş mənə verilib, mən də sənə vermişəm. Qurtardı da, sənki qurtardı. Özləri qırsın bir- birilərini, ya mehriban olsunlar, ya bir birinə bağışlasınlar Bİ2- Hə da. Mənim çalışdığım nədi? Deyirəm, əvvəldən də dedim ki, bu işi böyütmək uje lazım deyildi, mənasız idi. Bunun yanında da dedim. Dedim dördümüz olmuşuq başıva dönüm sənin 50 faizi sənin hesabına, 50 faizi mənim K4 - Ona Ağadur razıdı? K2- A Ağaduman yox, Ağadursuz demişəm mən bunu. Başa düşdün? K4- Başa düşürəm e, indi deməy başqa şeydi K2- Yox e demişəm də, dedim eliyirəm də K4- Çıxardıb aparıb verməy ki, İsaxan ele bil ki K2- Məni düzgün başa düş. Bular bir razılığa gəlmir məynən ki, məsələn çixam gedəm sabahnan bir Lap özümdə yoxdu. Bilirəm ki, hec kimm urəyi istəməz ki, mən evimi satım. Başa düşürsən? K4-Bilirəm K2- Gedim 20000, 25000 borc xərc eləyim gətirim verim. Gələn il də bir az kömək eləyim. Başa düşdün məni? K4- Mən səni başa düşürəm. Onu sən eləməli deyilsən e, onu Ağadur eləməlidi, sən də ona müəyyən qədər paddeşka verməlisən. Sənin orda 1 manat xeyrin yox. O adamın yanında sən ... qazanmamısan, hörmət qazanmamısan. Pul qazanan o, o çəkilsin dursun qıraqda sən evü sat. Səniynən onun heç bir fərqi yoxdu? K2- Hə da o K4- Gətir ver ki, qardaş K2- Ay sağ ol. Demirlər pulu sənə vermişəm? Mən nağarım Arif? Mən deyiləm sənsər Tutaq ki, mənim yerimdə sənsən. Dünənləri nətər dedim? K4- Dünən də deyirəm, bu gün də deyirəm. Ən pis vəziyyətdə sənsən K2- Çox pis e K4- Bu sənin iki tərəfli qohumundu Ağadur, amma İsaxannan Valehdəndə, Osmandan, Ağadurdan da, nə bilim mən ən yaxın zarafat elədiyin dayın oğlunun o birisinin adı nədi, ... böyük? ondan da hamıdan çox istədiyin adam bir İsaxan olub.Həyatda sən öz qızdarınnan da çox onu isdəmisən K2- Ayə pis günündə mən yaxın olmuşam ona, yaxşı günündə də mən yanında olmuşam. Mən cox pis vəziyyətdə qalmışam Arif K4- Məndə elə belə deyirəm o qanundu, xalan oğludu, kimdi, nəçidi onu başa sal ki, ə qardaş vijdanin olsun. Heç özüvə görə də olmasa da mənə görə gəl bir ortalığa gəl, bir kişi sözü denən K2- Vermişiy çıxıb gedib da. Hec olmaya bunu deyərdi.... Mən də ona deyirəm da K4- Eləyə bilmiriy axı K2- 18-də gözlə Arif orda görüşək. Olmayacaq mən ölməmişəm hələ də sağam K4- Nətər deyim, dedim ki, İsaxan bu işə qarışmasın, İsaxan qarışmasın. Anam onsuz da həkimə gəlir də 15-20 gündən bir. Getsin girsin o kişinin yanma desin ki, qardaş sənf adından mənim qızımdan pul alıblar. Sənin adıva görə qorxuram şikayət eləməyə. Sən məsləhət görürsən? O nə deyər onu da eliyər. ... O da deyəcəy xanım o kimdi Hərəkətindən bilinəcəy, hirslənib özündən çıxacaqsa deməli bu şeydən xəbəri yoxdu. Mülayim yola salacaqsa, ged mən bu işi yoluna qoyaram. Onda bilinəcəy hər şey. Onnan sora bu da gəlsin öz işin ... Bu lazım deyil. Lazımı budu ki, o kişi də yığışsın desin ki, qardaş aparıb ... Batib da yanib. Yanıb indi K2- Hər şey ola bilir də K4- Mənə inansanda, inanmasanda bu belə olub. ... gətirmişəm bunu hələlik qoy evinə. Gələn il də bir az topalayarıq, gələn ildə bir az verrəriy, o biri il də verəriy alladarıq day K2- 18-ində gözləyək də K4- Gözləyəy mən bir söz demirəm Kİ- MəncəJJİp toya gəlməyəcəy K4- Mənd o toya gedən deyil K2- Kebən dpfə gəmişdi. O biri qızın toyuna gəmişdi Kİ- O bilir ki, sən orda olassan, (xalam) orda olacaq, yeri gələndə Arif də orda o gəlməyəcəy. O uje toplu yerdən qaçaçaq K4- Vaqif mən bacıma çox yalvardım. Hələ bax bu gün də danışmışam ki, bir az sakit olun, bir az səbirli olun. Bu bir adamlıq işdi düzdü, pul sənindi, sənin canın gedib, əziyyət sənindi. Ancaq ki, camaat var, el var, oba var. Nə bilim mən də gözləməy lazımdı. Bunun sabahsın, birisi günün. Ona görə mən deyirdim bu olmasın. Mən də gəlim dünən Valehi gördüm, Valeh and içdi ki, mənim xəbərim yoxdu K2- O heç evdən bayıra çıxır ki? K4- Osmana dünən gəldim zəng elədi dedilər ki, kəndədi Nazimnən. Zəng elədiy. Sadəgülü gedib görmüşəm ki, yəni sabah deməsinlər ki, ... bunun bir adamına ... Bunu da deyir mən hamıya demişəm. Mən də öz adımnan bacım tərəfdən dedim ki, sabah deməsinlər ki.... bunun iki başı var K3- Hə də ya o yanlıqdı, ya bu yanlıq K4- Bunun iki başı var da. O axırı kimsə burda əzilməlidi. Bir tərəf əzilməlidi hansı tərəfdən asılı olmayaraq. Bu tərəf sonra deməsin ki, nolar gəlib desəydin mənə bunu düzüb qoşardıq. Mənə elə gəlir ki, Ağadura yaxın olan insan yoxdu. Mən istədim Vasifin yanina gedim K2- Olaman arası yoxdu K4- Dedim Vahidin yanma gedim, Rasətin rəhmətdiyin kürəkəni. Yəni o adamnan münasibəti olan bir adam yoxdu. Yəni bizim gücümüz çatan qədər bu qıraq, qıraq da hökümətsiz gücümüz çatanları eləyirik. 18-ni deyirsən 18-i də qurban olsun K2- Gözlüyəy da nədi nə döylü. Sonra mən özüm-özüm məcbur olub yığıb bir əl aparıb verərəm. Neyniyim e guya xoşum gəlir? Allaha and olsun miliyon qurban olsun adamın K4- Bilirsən sabah bu işlər də düzələcəy, yenə İsaxan səniynən mehriban olacaq, yenə Ağaduman mehriban olcaq. Düzdü mən demirəm mənimlə mehriban olmuyub, məynən də mehriban olub. Mən sonra sənin yanında niyə utanmaliyam ki? Noldu sən ortalığa düşmüşdün, indi mən dayı oğluyam, bibi oğluyam. Gedəyin, dayanmağın ... Kİ- Sabah günortaya qədər həmin söhbət... K4- O adam deyir gedin əlinizdən gələni edin. Bu da deyir ki, onun əvəzindən deyir ki, 1gün də, 2 gün də mənim hesabımdan, mənim xətrimə bu işi... K3- Dedi mənə mən deyir İsaxana da sözümü demişəm, Vaqifə də sözümü demişəm. Getsinlər nə bilirlər eləsinlər K4- Bircə dəfə bular ikisi İsaxannan Ağadura görüşdürələr kutardı oynanda. Bu da çıxır oyundan, hamı da çıxır oyundan. Özləri bilərlər dayı oğlu bibi oğlu. Nə ... eləsinlər K2- Mənim başıma həmişə sadəlövliyimdən iş gəlib e. Deyir niyə qəhbə oldun, bağışda məni. Deyir ürəyimin yumşağlığmdan. Sən öl Arif, özüm ölüm demişəm əmələ gəl.... 70 manat mən vermişəm bax ikimizin canı K4- Hə nə olare K2- Başa düşürsən? Yəni söyündüyümdən. Kim nə bilər? K4- İndi nətər deyim hamı bilir də kim kiminlə yaxındı, yaxın döyül. İsaxan müdir olandan sonra mən oynan bir stəkan çay içməmişəm. Mən ondan uzaq olmuşam ki, bu da uje idarə müdiridi mən siravi müəlliməm. Hər dəfə gəlməmişdən zəng eləyirdim Babayev hardasan? Belə eləyəy, elə eləyəy. İdarə müdiri olan mən onunla bir stəkan çay içmişərrv İndi evinə gələndə içmişəm, ya bizə gələndə toyda içmişəm Kİ-Gedəy K4- Gedəy K2- Yaxşı oldu görüşərik. Vallah mən sizdən də cox darıxıram K4- Özün də bilirsən bu şikayətin də müəyyən müddəti var. O vaxt keçəndən sonra şikayət də qəbul olunmur. Bu gün də, bu gün də, bu gün də K2- Şikayət olunsa qohumluğa söz gəlir. Söhbət ondan getmir K4- Məndə istiyirəm ki, mənim araya girməydə məqsədim, sənə minnət eləməydə, Valehə minnət eləməydə, Osmana minnət eləməydə məqsədim bir dənə odu ki, ümum camaat qaydasıynan, el-oba qaydası ilə həll olunsun çıxsın getsin. İndi bu özün çəkib qoyub dağın başına ki, nağarersuz. Nağerursuz eləyərlər adamı K2- Yaxşı onda K4- Bir dənə xahişim var mən sənə zəng eləyəndə mənim telefonumu götür K2- Trassda olanda... K4- 5 dəqiqə, 10 dəqiqə sonar K2- Gərəy qırağa çıxam sonra danışam da K4- Aydındı hə. O bədbaxt olub ölür ayaq üstə Kİ – Hı K4- Ölü buna deyilər də ... 2.1.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə göstərilən yazılı mətnlərində K 1 kimi işarə olunmuş kişi diktorun səsi və nitqi – Şahid1 məxsusdur. 2.2.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə göstərilən yazılı mətnlərində K 2 kimi işarı olunmuş kişi diktorunun səsi və nitqi – Şahid5 məxsusdur. 2.3.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə göstərilən yazılı mətnlərində K 3 kimi işarə olunmuş kişi diktorun səsi və nitqi – X17 məxsusdur. 2.4.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə göstərilən yazılı mətnlərində K 4 kimi işarə olunmuş kişi diktorun səsi və nitqi – Şahid12 məxsusdur. 2.5.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda Şahid2 məxsus səs və nitqin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 3.Ekspertizaya təqdim olunmuş 1 ədəd «iomega» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri qeydə alınmamışdır. (cild 01, iş vərəqə 80- 96). İş materiallarında olan telefon danışıqlarının qeydə alındığı məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2014-cü il tarixli protokoldan görünür ki, xx.xx.2013-cü il tarixdə, saat 15:43 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**-saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Həsənbəy Zərdabi prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 15:43 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**-mobil telefon nömrəsinə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 17:58 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və Bakı şəhəri, A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 12:07 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050-331 -91-93 mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 17:01 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 15:14 dəqiqədə 2 dəfə, saat 20-03 dəqiqədə 2 dəfə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 10:15 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, C.Səlimov və Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 17-37-dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Parlament küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:43 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Müslümov Ağadur Əlsəf oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmu və Şahid5 mobil telefonunun əhatə dairəsi Badamdar qəsəbəsində və Bakı şəhəri,A. Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 17:29 dəqiqədə Şahid5 istifadəsində olan ***-***- **-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Badamdar qəsəbəsində və Bakı şəhəri,A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 12:22 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-**saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Badamdar qəsəbəsində və Həsən bəy Zərdabi prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 12:33 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 19:14 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Şərifzadə küçəsi və A.Ələkbərov küçəsinin Kiyev prospekti ilə kəsişən yerdə olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 20:12 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Şərifzadə küçəsi və Müzəffər Həsənov küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 21-17-dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Şərifzadə küçəsi və Cəfərov küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 21:45 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, A.Əhmədov və Cəfərov küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 21:53 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Müzhəffər Həsənov küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 22:34 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 13:05 dəqiqədə Şahid5 oğlıpun istifadəsində olan ***-***- **-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Fətəli xan Xoyski və H.Cavid prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 13:29 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, H.Zərdabi prorspekti və Tbilsi prospektitndə yerləşən mebel fabrikinin yanında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 13:51dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunn əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsi və 1ci mikrorayonda olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 15:01 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, H.Zərdabi prospektində və Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 19:07 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 19:50 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxilolmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və Tbilsi prospektində yerləşən Mebel fabrikinin yanında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 20:04 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**-saylı mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Şerifzadə küçəsində və 20 Yanvar küçəsində yerləşən Ailə və Sağlamlıq mərkəzinin yaxınlığında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 10:22 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Kiyev prospektində yerləşən Lider telekanalının yaxınlığında və Z.Bünyadov prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 10:33 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Safayat Mehdiyev küçəsində A.Salamzadə küçəsində yerləşən Mebel fabrikinin yaxınlığında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 10:44 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, H.B.Zərdabi küçəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 19:16 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 19:59 dəqiqədə Şahid5 istifadəsində olan ***- ***-**-**-saylı nömrədən Müslümov Ağadur Əlsəf oğlunun istifadəsində olan 050-331 - 91-93 mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 15:06 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nöməsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və etmiş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar şossesində Vişnyovka bağmda olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:22 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, H.B.Zərdabi prospektində və Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:42 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 11:10 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Kiyev prospektində və Biləcəri qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 11:29 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 həmin vaxt Şahid5 istifadəsində olan mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində və Bakı şəhəri, Zərdabi prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 13:06 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:03 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı Dövlət Universitetində və Bakı şəhəri, A.Salamzadə küçəsində yerləşən Karvan restoranda olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:06 dəqiqədə, saat 18-07-dəqiqədə və saat 18-12 dəqiqədə 2 dəfə Şahid5 istifadəsində olan 050-739- 58-66 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050-331-91- 93 mobil nömrəsinə 2 dəfə zəng daxil olmuş və Şahid5 mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Kiyev prospektində və A.Salamzadə küçəsində yerləşən Karvan restoranında olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 20:20 dəqiqədə Şahid5 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng daxil olmuş və Təqsirləndirilən şəxs telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:03 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nöməsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Badamdar qəsəbəsində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 18:03 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Mətbuat prospektində olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 20:39 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəyə zəng daxil olmuş və Təqsirləndirilən şəxs mobil telefonunun əhatə dairəsi Bakı şəhəri, Mətbuat prospektində olmuşdur.(cild 01, iş vərəqə 160-245). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmdən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 01 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə o həmin cəzaya şərti olaraq məhkum edilərək üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. (cild 03, iş vərəqə 139-148). İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Şahid10 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CMnin 206.4-cü maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 17 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 03, iş vərəqə 155-162). İş materiallarında olan Şirvan Apellyasiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid10 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il, 1-(99)-77/2019 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (cild 03, iş vərəqə 103-111). İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən götürülmüş xx xxxxxx 2013-cü il tarixli, 11/819 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs1 Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı Tikinti idarəsinin rəisi vəzifəsindən həmin idarənin rəis müavini vəzifəsinə keçirilmiş, rəis vəzifəsinin icrası həmin idarənin rəis müavini Musa Məmmədova həvalə edilmişdir. (cild 01, iş vərəqə 35-37). İş materiallarında olan Bakı ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X20 nümayəndəsi vəkil Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X7 dəymiş 154.000 manat məbləğində maddi ziyanın və 31 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq X7 ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2020-ci il tarixli vəsatətə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, o, zərərçəkmiş şəxs X7 ayrı-ayrılıqda 491 avro - Azərbaycan manatının xx.xx.2020-ci iltarixə olan məzənnəsi ilə 999,18 (doqquz yüz doxsan doqquz manat, on səkkiz qəpik) manat, 246 avro - Azərbaycan manatının xx.xx.2020-ci il tarixə olan məzənnəsi ilə 500,61 (beş yüz manat, altmış bir qəpik) manat, 245 avro - Azərbaycan manatının məzənnəsi ilə 498,57 (dörd yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat, ümumilikdə 1998,36 (bir min doqquz yüz doxsan səkkiz manat, otuz altı qəpik) manat ödəniş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, o, zərərçəkmiş şəxs X7 176 ABŞ dolları - Azərbaycan manatının məzənnəsi ilə 299,2 (iki yüz doxsan doqquz manat, iyirmi qəpik) manat ödəniş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, o, zərərçəkmiş şəxs X7 188 ABŞ dolları - Azərbaycan manatının məzənnəsi ilə 319,6 (üç yüz on doqquz manat, altmış qəpik) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 vurulmuş 154031 (yüz əlli dörd min otuz bir) manat maddi ziyandan ümumilikdə 2617,16 (iki min altı yüz on yeddi manat, on altı qəpik) manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərkibi, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Onun məhkəmədə verdiyi ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər iş materialları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində sürtkü yağı ixtira etməsi ilə əlaqədar patent alması və istehsalına başlamaq üçün maddi çətinliklərlə rastlaşdğı üçün Pərviz adlı İran İslam Respublikası vətəndaşı ilə görüşdükdən sonra Pərvizin ona maddi yardım edəcək şəxs tapmağa söz verməsi və bu məqsədlə Alerzanı tapması, Alerizanın onunla razılaşıb 300000 manat pulu ona borc verəcəyini vəd etməsi, lakin 150000 manat borcu kredit kimi rəsmiləşdirməklə verməsi, onun da həmin pulla digər borclarını bağladığından Alerzadan götürdüyü borcu qaytara bilməməsi kimi göstərdiyi xüsusatlar, həmçinin onun Zərərçəkmiş şəxs1 ümumiyyətlə pul almaması ilə əlaqədar qeyd etdikləri iş üzrə zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Prezident seçkilərində hazırkı iqtidarı dəstəkləriyi üçün Zərərçəkmiş şəxs1 ondan qisas aldığına görə ərizə verməsini, Zərərçəkmiş şəxs1 Ayaz Mütəllimovun iqtidara gəlməsini istəməsi və bu işdə Azərbaycan Mübarizlər partiyasının sədri kimi ona dəstək olmasına razılıq vermədiyi üçün ona şər atmasını demişdir. Cinayət edilən vaxtda yeni Təhsil Naziri təyin edilmiş Mikayıl Cabbarovun barəsində tikintidən başı çıxmaması, tarixçinin tikintiyə gətirilib təyin etdirilməsi haqqında Zərərçəkmiş şəxs1 guya ona məlumatlar verməsi, keçmiş təhsil nazir X31 Babayevin Prado markalı avtomobil hədiyyə etməsi, xalası oğlu Vaiq Yusifovun özünə mavin təyin edəcəyi ilə aldadıb onun üzünə şahid kimi qoyduracağını demişdir. Zərərçəkmiş şəxs1, onun qaylı və xalası oğlu Vaqif Yusufovun qadınla şəklini çəkib şantaj edərək ona qarşı ifadə verilməsinə məcbur etməsi və Zərərçəkmiş şəxs1 Şahid5 və Şahid9 vasitəsi ilə iki dəfəyə ümumilikdə 100000 manat pul almasını ilkin ifadələrində etiraf etmsədə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra şahid və zərərçəkm arasında olan üzləşmə istintaq hərəkətinin yerinə yetirilməsindən sonra Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayəti etiraf edib bu barədə öz əlyazma xətti ilə ifadə yazmış və qohumları vasitəsi ilə vurduğu ziyanın 87500 manatını Zərərçəkmiş şəxs1 ödəmişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək onu rəis vəzifəsində saxlatdıracağını vəd verib ondan yeznəsi və xalası oğlu Şahid5 vasitəsilə kirayədə yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi-4A saylı evin 20 nömrəli mənzilində 2013-cü ilin may ayının əvvəllərində 50 000 manat və 2013-cü ilin may ayının axırlarında 50 000 manat, cəmi 100 000 manat pulunu aldadaraq aldıqdan sonra o Zərərçəkmiş şəxs1 vəd etdiyi işin müqabilində heç bir iş görməyərək ona məxsus 100 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Onun dələduzluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus 100 000 manat puldan 50 000 manatını qaynı Şahid8 Ağamövsüm oğlu xx xxxxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 ödəmişdir, qalan 50 000 manat pulu xx xxxxxx 2014-cü il tarixədək ödəyəcəyinə söz verir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 02, iş vərəqə 210) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı tam ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxs X7 vurulmuş ziyanı isə qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vərəqə 33) İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 79-80) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. (cild 04, iş vərəqə 21) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 04, iş vərəqə 39) Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün və təqsirləndirilən şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün, ümumilikdə 03 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut 02 ədəd audio kaset cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 350 (üç yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxs X20 nümayəndəsi vəkil Qanuni nümayəndə1 tərəfindən qaldırılmış mülki iddia qismən təmin edilməli və 154031 (yüz əlli dörd min otuz bir) manat məbləğində (154000 manat maddi ziyan və 31 manat ödənilmiş dövlət rüsumu) maddi ziyanın 2617,16 (iki min altı yüz on yeddi manat, on altı qəpik) manatı Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən, 151413,84 (yüz əlli bir min dörd yüz on üç manat, səksən dörd qəpik) manat məbləğində pul ondan tutularaq zərərçəkmiş şəxs X16ytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o dərhal məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X23 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 390 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ümumilikdə 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxs X20 nümayəndəsi vəkil Qanuni nümayəndə1 tərəfindən qaldırılmış mülki iddia qismən təmin edilsin və 151413,84 (yüz əlli bir min dörd yüz on üç manat, səksən dörd qəpik) manat məbləğində pul X13 tutularaq zərərçəkmiş şəxs X16ytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – 02 ədəd audio kaset cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X23 təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 390 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-274/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-274/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver