Məhkəmə qərarları › İş №1(101)-282/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-282/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-282/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 Cəbrayıl oğlunun və X26 oğlunun Müdafiəçi – Bakı 2 saylı Vəkil Bürosunun vəkili X6, Tərcüməçilər X21 və Əliyev Vasif Akif oğlunun iştirakları ilə, xx xxxx 1961 -ci ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 5 A-da qeydiyyatda olub, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış sahəsi, nömrəsiz evdə yaşamış və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensionar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı əldə edərək saxlamış, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni hazırlamaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarım 2020-ci ilin aprel ayından etibarən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili üvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda əkib yetişdirməklə tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək kultivasiya edib həmin bitkilərin bir hissəsini toplayıb onlardan külli miqdarda 5560 qr (5 kq 560) çəkidə kütlə əldə edib qurudulması üçün həyətində olan çəlləyin içərisindən və istixanada açıq formada yığmış, habelə həmin ünvanda yataq otağında çarpayının altında sintetik torbanın içərisində qanunsuz olaraq bir ədəd döyüş təyinatlı atəş açmaq üçün yaralı olan 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı. “AK-74” modelli, seriya nömrəsi silinmiş, 1981-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş yivli-odlu avtomat silah, üç ədəd istifadəyə yararlı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 və 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik sandıqçalar və 38 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yaralı, döyüş sursatı hesab edilən 5,45 mıllimetirlik “Kalaşnikov" konstruksiyalı “AK-74”, “AKS- 74”, “AKS-74U” modelli avtomatlarda “RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən partronlar saxlamış, bu barədə daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə, saat 18:20 radələrində Xəzər RPİ-nin və 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz olaraq kultivasiya edib yetişdirdiyi ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97 kq 680 qram, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisindən və istixanadan qurudulması üçün açıq formada yığılmış satış məqsədi ilə külli miqdarda, yəni ümumi çəkisi 5560 qr (5 kq 560) olan narkotik vasitə qurudulmamış marixuana, Təqsirləndirilən şəxs fərdi yaşayış evində çarpayının altında gizlətdiyi şinelik torbanın içərisində qanunsuz olaraq saxladığı bir ədəd döyüş təyinatlı atəş açmaq üçün yaralı olan 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, 1981-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş yivli-odlu avtomat silah, üç ədəd istifadəyə yararlı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov" konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 və 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik sandıqçalar və 38 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yaralı, döyüş sursatı hesab edilən 5,45 millimetirlik “Kalaşnikov" konstruksiyalı “AK-74". “AKS- 74”, “AKS-74U" modelli avtomatlarda “RPK-74", əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən partronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona verilən ittihamla qismən təqsirli bilərək, göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixanadan 40 ilə yaxındır ki, istifadə edirmiş. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı tanımadığı şəxslərdən əldə edir, lakin son vaxtlar qurudulmuş marixuananın əldə edilməsi ona çətinlik yaradırmış. Ona görə də qərara gəlmişdir ki, özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyani sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlasın. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bollluq yaşayış massivində yerləşən həyətyani sahədə çətənə bitkisinin toxumlarını əvvəl dibçəklərə səpmiş və dibçəkləri isə torpağa basdırmışdır. Bundan sonra o, həmin toxumlardan çıxan kollara qulluq etməyə başlamışdır. Onlara qulluq etməyə, yəni suyunu, dərmanı və peyinini verməyə başlamışdır. Həmin kolların sayını dəqiq bilməsədə külli miqdarda çətənə kolları yetişmişdir. Eyni zamanda həmin həyətdə yaşadığı evin içərisində çarpayının altında 7 il bundan əvvəl rəhmətə getmiş əmisi Kamalın ona saxlamaq üçün verdiyi Kalaşnikov avtomatı olmuşdur. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər və vəsiqələrini təqdim etmişlər. Ona məlum olmuşdur ki, həmin şəxslər Xəzər RPİ-nin 3- cü PB-in əməkdaşlarıdır. Həmin polis əməkdaşları ondan adını soruşduqda o. özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PB- nin inzibati binasına dəvət etmişlər. Belə olan halda könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasına gəlmişdir. İnzibati binada xidməti otaqların birində Xəzər rayon Polis İdarəsininin İstintaq Şöbəsinin baş müstəntiqi Ramil Mehdiyev tərəfinlən o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq vəzifələri izah olunmuşdur. Dövlət tərəfindən təyin edilmiş müdafiəçinin, tərcüməçinin, polis işçilərinin və hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış aparacaqlarını ona bildirmişlər. Bundan sonra ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə və yaxudda qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığını bildirərək soruşmuşlar. O, üzərində qadağan olunmuş əşya və maddənin olmadığını bildirəndən sonra üzərində şəxsi axtarış axtarmağa başlamışlar. Lakin üzərindən hər hansı bir maddə və yaxudda əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin kııltivasiyasmda və qəbulunda şübhəli bilindiyi üçün polis bölməsinə gətirilmişdir. Eyni zamanda o, könüllü olaraq polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı Binə qəsəbəsi. Bolluq yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində çətənə kollarını istixanada və dipçəklərdə əkib becərdir, yaşadığı evdə yataq otağında çarpayının altında torbanın içərisində rəhmətlik əmisinin ona saxlamağa verdiyi bir ədəd Kalaşnikov avtomatını sursatı ilə birlikdə saxlayırmış. Onun yaşadığı evə və həyətyani sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi bildirilmişdir. O, ərizə yazaraq həyətyani sahəsinə və evinə baxış keçirilmə barədə etirazı olmadığını bildirmişdir. Bundan sonra tərcüməçi Sədaqət Salmanovanm, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Namiq Mustafayevin, aqranom Əli Əliyevin, ekspert kriminalistin və digər polis əməkdaşları ilə birlikdə onun yaşadığı Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən həyət evinə getmişlər. Yaşadığı evin həyətində ifadəsinin əvvəlində qeyd etdiyi kimi əkdiyi 587 ədəd marixuana kolları, həyətdə olan dəmir çələyin içərisində və istixanadan açıq vəziyyətdə olan yığılmış, qurudulmamış çətənə kolları sinetik torbalara yığılaraq qablaşdırılmış, bundan sonra yaşadığı evə olan çaprayımn altında gizlətdiyi sinetik torbanın içərisində olan 7 il bundan əvvər rəhmətə getmiş əmisi Kamalın ona saxlamaq üçün verdiyi Kalaşnikov avtomatı, avtomatın 3 ədəd darağı və 38 ədəd 5,45 milli metirlik gülləri ilə birlikdə təqdim etmişdir. Həmin silah və sursat polis əməkdaşları tərəfindən qablaşdırılmış və bu bardə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Onuda qeyd edmişdir ki, həmin çətənə bitkisinin toxumunu bir neçə il bundan öncə Binə qəsəbəsində Sovxoz deyilən ərazidə yerdən tapdığı torbanın içərisindən aşgar etmiş, belə ki, özü Marixuana qəbul etdiyi üçün toxumları tanıdığından götürüb özündə saxlamışdır. Bundan başqa narkotik vasitə olmamış və başqa heç harada əkib becərməmişdir. Eləcə də təqdim etdiyi silah və sursatlardan başqa silah olmamışdır. Həmin kolları şəxsi istifadəsi üçün əkirmiş. Onlara bu günə kimi qulluq etmişdir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmur və heç vaxt narkotik vasitə satmamışdır. O, yalnız, narkotik vasitə olan el arasında "nəşə' deyilən marixuanadan istifadə etmiş, başqa heç bir narkotik vasitə qəbul etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Rauf» adlı şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olurmuş. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, nömrəsiz evdə yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum oldu ki, «Rauf» adlı şəxs xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş. Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. C.Cabarlı küçəsi, ev 5A-da müvəqqəti qeydiyyatda olan X9. Bununla bağlı dərhal tərəflərindən əməliyyat qrupu yaradılmış və digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs Afızoviçin tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Binə qəsəbəsi, Bolluq yaşayış massivinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları olduğunu bildirib Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib polis əmkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. X10 Rauf Afızoviçin üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla rəisə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Ramil Mehdiyevə həvalə edilmişdir. Baş müstəntiq X17 Rauf Afızoviçin hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İnzibati binada xidməti otaqların birində ona dövlət tərəfindən verilmiş müdafiəçinin və latın qarafikalı əlifba ilə sərbəst yazıb oxumağı bacarmadığından təyin edilmiş tərcüməçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanıldığı. Bundan sonra Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilmiş və dövlət tərəfindən təyin edilmiş müdafiəçinin, tərcüməçinin, digər polis işçilərinin və hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış aparacaqlarını ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə və yaxudda qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığım bildirərək soruşmuşlar. Rauf üzərində qadağan olunmuş əşya və maddənin olmadığını bildirəndən sonra üzərində şəxsi axtarış axtarmağa başlamışlar. Lakin üzərindən hər hansı bir maddə və yaxudda əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Afızoviç bu zaman könüllü olaraq onlara bildirmişdir ki, yaşadığı Binə qəsəbəsi. Bolluq yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində çətənə kollarını istixanada və dipçəklərdə əkib becərdir, yaşadığı evdə yataq otağında çarpayının altında torbanın içərisində rəhmətlik əmisinin ona saxlamağa verdiyi bir ədəd Kalaşnikov avtomatını sursatı ilə birlikdə saxlayırmış. Daha sonra baş müstəntiq Ramil Mehdiyev Təqsirləndirilən şəxs izahatını almışdır. İzahat verən və şübhəli şəxs qismində tutlmuş Təqsirləndirilən şəxs Afızoviç bildirmişdir ki, yaşadığı evin həyət yani sahəsində narkotik tərkibli çətənə bitkisinin toxumlarım əkib özü üçün qurudub marixuana hazırlayırmış. Bundan sonra həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı onun razılıq ərizəsini alıb özünün, müdafiəçinin və dəvət olunmuş aqronom-mütəxəssisin iştirakı ilə dərhal yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Bolluq yaşayış massivində yerləşən yaşadığı evin həyətyanı sahəsinə yollanmışlar. Video görüntü ilə baxış zamanı qeyd olunan ünvanın giriş hissəsindən girdikdən sonra həmin həyətin yan hasarından giriş-çıxış üçün nəzərədə tutulmuş qapı yerindən girdikdə, hansı ki, Təqsirləndirilən şəxs ailəsindən kənarda yaşadığı ev və həyətidir. Evin həyətində qanunsuz olaraq kultivasiya etdiyi yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli bitkilərə bənzər 587 ədəd bitki, həyətdə olan evin içərisində ki, çarpayının altında sinnetik torbanını içərisində qanunsuz olaraq saxladığı bir ədəd Avtomat Kaloşnikov silahı, üç ədəd darağı, 38 ədəd 5,45 mm-lik gülləri təqdim etmişdir. Eləmin 587 ədəd pitkilər, dəmir çəlləkdə, istixanada narktik vasitəyə bənzər maddələr və silah sursatlar qablaşdırdıqdan sonra möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə İş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 və Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2004-cü il təvəllüdlü oğlu Əlirza Abduraxmanov və 2008-ci il təvəllüdlü qızı Xədicə Abduraxmanova olmuşdur. Rauf ilə əvvələr münasibətimiz normal olsa da sonradan ailə daxili söhbətlərə görə Rauf onlarla ilə bir evdə yaşamırmış. Həmin evə bitişik hasarda olan, hansı ki, onların giriş çıxışı olmayan həyətyani sahəsi ilə birlikdə olan evdə yaşayırmış. Ama hər bir yemək içəmyi onlar ilə bir olurmuş. Raufun nə əvvəlcədən nədə sonradan hansı bir qanunsuz bitki və ya narkotik vasitə əkib becərməsindən nə onun nədə övladlarının heç bir məlumatı olmamışdır. xx xxx 2020-ci il tarixdə onlar evdə oluduğu zaman Raufun yaşadığı evin həyətinə polis əməkdaşlarının girdiylərini görmüşlər. Belə ki, Raufun qaldığı həyətə giriş onlar qaldığı evin həyətindən olmuşdur. Həmin an onlar heç bir şey başa düşməmişlər. Övladlarıda evdə olmuş, başqa heç kim olmamışdır. Bir qədər vaxt keçdikdən sonra polis əməkdaşları əllərində kisələrdə nə isə apardıqları və Raufu apardıqlarını görmüşdür. Sonradan polis əməkdaşları tərəfindən onlara məlum olmuşdur ki, Rauf həyətdə narkotik vasitə əkib becərirmiş və evin içərisində isə çarpayının altında silah saxlayırmış. Bir daha qeyd edmişdir ki, nə onun nədə ki, övladlarının həmin narkotik vasitəni Raufun əkməsindən eləcə də Rauf qaldığı evdə olan çarpayının altında silah gizlədib saxlamağından heç bir məlumatı olmamışdır. Belə ki, cinayət işinin materiallarında əlavə edilmiş xx xxx 2020-ci il tarixdə Xəzər RPi-nin əməkdaşları tərəfindən tərtib olunmuş baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında protokolun məzmunundan görünür ki, xx xxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Xəzər RPİ-nin və 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili üvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz kultivasiya edib yetişdirdiyi həmin ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97680 qram, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisində, istixanadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 5560 qram olan ayrı-ayrılıqda çəkiləri 3370 qram, 1030 qram, 1160 qram, olan qurudulmamış marixuanalar aşkar olunaraq götürülmüş, könüllü olaraq fərdi yaşayış evində çarpayının altında gizlətdiyi bir ədəd sinetik torbanın içərisində qanunsuz olaraq saxladığı bir ədəd Avtomat Kalaşnikov silahı, üç ədəd Avtomat Kalaşnikov silahının daraqları və 38 ədəd 5,45 millimetirlik güllələr aşkar edilərək götürülmüşdür (iş vərəqi 45-47). Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq edilmiş 1 ədəd DVD diskə baxış keçirilərkən Xəzər RPi-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilməsi videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 18:20 radələrində Xəzər RPİ-nin və 3cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz olaraq kultivasiya edib yetişdirdiyi ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97 kq 680 qram, yəni külli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisindən və istixanadan qurudulması üçün açıq formada yığılmış satış məqsədi ilə külli miqdarda, yəni ümumi çəkisi 5560 qr (5 kq 560) olan narkotik vasitə qurudulmamış marixuana, Təqsirləndirilən şəxs fərdi yaşayış evində çarpayının altında gizlətdiyi şinelik torbanın içərisində qanunsuz olaraq saxladığı bir ədəd döyüş təyinatlı atəş açmaq üçün yaralı olan 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, 1981-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş yivli-odlu avtomat silah, üç ədəd istifadəyə yararlı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov" konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 və 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik sandıqçalar və 38 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yaralı, döyüş sursatı hesab edilən 5,45 millimetirlik “Kalaşnikov" konstruksiyalı “AK-74". “AKS-74”, “AKS-74U" modelli avtomatlarda “RPK-74", əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən partronlar aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/252 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...» sözləri yazılmış 09(doqquz) ədəd sintetik torbada ümumi sayı 587 (beş yüz səksən yeddi) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 97680 qram (97kq680 qr) bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...» sözləri yazılmış bir ədəd sintetik torbada təmiz çəkisi 3370 qram, bir ədəd göy rəngli torbada təmiz çəkisi 1030 qram, bir ədəd qra rəgli torbada təmiz çəkisi 1160 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Ümumi çəkisi -5560 qramdır (5 kq 560 qram). Təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eyni növə aiddirlər. (iş vərəqi 50-54). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1665 saylı rəyi ilə müəyyən edilmişdir ki, X11 Çətənə bitkisi preparatlarından süiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə- ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 10/287R saylı rəyində göstərilmişdir ki, “tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir- darağlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar. Təqdim edilmiş 38 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyali silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 38 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-ballistik ekspertizasının iş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3/780 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, 1981-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivliodlu avtomat silahdır, atəş açmaq üçün yararlıdır və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 35 (otuz beş) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov" konstruksiyalı “AK-74”, “AKS- 74”, “AKS-74U” modelli avtomatlarda “RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd predmet “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 və 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçalardır, (daraqlardır) istifadəyə yararlıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən tərtib edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Afızoviçin qanunsuz olaraq kultivasiya edib yetişdirdiyi ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97 kq 680 qram, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisindən və istixanadan qurudulması üçün açıq formada yığılmış satış məqsədi ilə külli miqdarda, yəni ümumi çəkisi 5560 qr (5 kq 560) olan narkotik vasitə qurudulmamış marixuana, bir ədəd döyüş təyinatlı atəş açmaq üçün yaralı olan 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, 1981-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş yivli-odlu avtomat silah, üç ədəd istifadəyə yararlı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov" konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 və 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik sandıqçalar və 38 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yaralı, döyüş sursatı hesab edilən 5,45 millimetirlik “Kalaşnikov" konstruksiyalı “AK-74". “AKS-74”, “AKS-74U" modelli avtomatlarda “RPK-74", əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən partronlar qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 11415 qram (11 kq 415 qram) 25 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və nəm vəziyyətdə ümumi çəkisi 800,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilərək Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Afızoviçin törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün ilkin izahatı, ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 4(003)- 147/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Afızoviç barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 109-114) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Afızoviç əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Afızoviçin Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Dİqqit!!! «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. – Sevinc xanım heroinin bizim işə nə aidiyyəti? : ) Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Afızoviçin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Afızoviçə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəməyə təqdim edilmiş 3 saylı istintaq Təcridxanasının tibbi sanitar hissəsindən verilmiş arayışa əsasən təqsirləndirilən şəxs ağciyər vərəmi keçirmişdir. Diqqət!!! Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Afızoviçin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan və xx.xx.2008-ci il təvəllüdlü bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.- Bu məlumat dəqiqdir? İttiham aktında belə uşaqlar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Afızoviçin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Afızoviçə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Afızoviç narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmədə tədqiq olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Afızoviç Rusiya Federasiyası vətəndaşı olsa da o, Azərbaycan Respublikasında anadan olmuş və uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşayır, AZ-İ№102755 saylı Nigah haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının vətəndaşı (X2 AZE№ ********) ilə nigahdadır və himayəsində 1 az yaşlı (X7 AZE№ ********) və 1 yetkinlik yaşına çatmayan (X8 AZE№ ********) övladı vardır. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 52.2.1, 52.2.2, 52.2.3 və 52.2.6-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Afızoviç barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Afızoviçin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Xəzər RPİ-nə verilən cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili üvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz kultivasiya edib yetişdirdiyi həmin ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97680 qram, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisində, istixanadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 5560 qram olan ayrı-ayrılıqda çəkiləri 3370 qram, 1030 qram, 1160 qram, olan qurudulmamış marixuanalar və fərdi yaşayış evində çarpayının altında gizlətdiyi bir ədəd sinetik torbanın içərisində qanunsuz olaraq saxladığı bir ədəd Avtomat Kalaşnikov silahı, üç ədəd Avtomat Kalaşnikov silahının daraqları və 38 ədəd 5,45 millimetirlik güllələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 242 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi X13 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 180(yüz səksən) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli X3 tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.2.3 və 228.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il, Azərbaycan Respublikası CM-nin 237.2.3-ci maddəsi ilə 06 (altı) il və Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi X13 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 180(yüz səksən) manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Xəzər RPİ-nə verilən cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Bolluq yaşayış massivində nömrəsiz fərdi tikili üvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz kultivasiya edib yetişdirdiyi həmin ümumi sayı 587 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 97680 qram, yəni külli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin həyətində olan çəlləyin içərisində, istixanadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 5560 qram olan ayrı-ayrılıqda çəkiləri 3370 qram, 1030 qram, 1160 qram, olan qurudulmamış marixuanalar və fərdi yaşayış evində çarpayının altında gizlətdiyi bir ədəd sinetik torbanın içərisində qanunsuz olaraq saxladığı bir ədəd Avtomat Kalaşnikov silahı, üç ədəd Avtomat Kalaşnikov silahının daraqları və 38 ədəd 5,45 millimetirlik güllələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsini və götürmə zamanı çəkilmiş video görüntülər olan 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunsun. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 242 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar