Məhkəmə qərarları › İş №1(101)-286/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-286/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-286/2021 26.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 286/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxxxx 2021-ci il Bakı şəhəri BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri: Məmmədova Səidə Hüseynağa qızı və Aslanov Murad Şamxal oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxslər və mülki iddiaçılar: Paşayeva Cəvahir Nəriman qızı, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə1, Zərərçəkmiş şəxs1 nümayəndəsi: Bakı şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə xx xxx 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-nin təsisçisi və direktoru işləmiş, məhkumluğu olan, Kürdəmir şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1991-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də qeyri rəsmi işləmiş, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi ev 11-də qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 36, mənzil 47-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs4 icarəyə vermək üçün bir neçə avtomobil alacağı və qazanc əldə edəcəkləri ilə bağlı yalan vəd verib aldadaraq xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 97 nömrəli evdə Təqsirləndirilən şəxs2 vasitəsi ilə 7300 (yeddi min üç yüz) manat, xx xxxxxx 2018-ci tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən «xxxx» ASCnin inzibati binasının içərisində 21.000 (iyirmi bir min) manat pulunu alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus əmlakı vahid niyyətlə ələ keçirib cəmi 28300 (iyirmi səkkiz min üç yüz) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Paşayeva Cəvahir Nəriman qızının yeni aldığı ünvan 2 mənzil 49 ünvanındakı mənzilə eyvan çıxıntısını inşa etmək, sənədləşdirmək və mənzili ümumi təmir edəcəyini yalandan vəd verib aldadaraq, həmin məsələni həll etmək səlahiyyətinə aid olmadığı və həmin işin həllinə real kömək etmək imkanı olmadığı halda, 2019-cu ilin avqust ayının əvvəlindən başlayaraq 10 gün ərzində hissə-hissə olmaqla Cəvahir Paşayevanın yaşadığı ünvan 2 mənzil 49 ünvanındakı mənzilində 34.000 (otuz dörd min) manat-xeyli miqdarda pulunu alaraq şəxsi ehtiyaclarına sərf etməklə Cəvahir Paşayevaya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs5 Almaniya Federativ Respublikasından işlənmiş vəziyyətdə, buraxılış ili 2013-2014-cü il olan, az idarə edilmiş, “LAND ROVER DİSCOVERY” markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin sentyabr ayının 24-də saat 16:32-də 35.000 (otuz beş min) manata dəyərləndirməklə razılaşdıqları sonuncuya məxsus “Kia Sportage” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinə dair Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notarius ofisində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid9 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, bundan sonra eyni məqsədlə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs5 idarə etdiyi “Toyota Camry” markalı avtomobilinin içərisində 20.000 (iyirmi min) manat pulunu alaraq şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 məxsus əmlakı vahid niyyətlə ələ keçirib 55000 (əlli beş min) manat - külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışıTəqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, rəhbərlik etdiyi MMC-də operator vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1 məxsus olan «xxxx» markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilini MMC-nin işlərini idarə etmək məqsədi ilə avtomobili yalnız idarə etmək hüququ verən sadə etibarnamə verməsi adı ilə aldadaraq, 2020-ci ilin fevral ayının 10-da saat 14 radələrində ünvan 4 ünvanında yerləşən 18 saylı notariusun ofisində MMC-də mühafizəçi işləyən və onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirib ona 18.000 (on səkkiz min) manat - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,xx xxxxx 2020-ci ildə saat 14 radələrində Zərərçəkmiş şəxs2 Amerika Birləşmiş Ştatlarından 2014-cü il buraxılışlı, az əzilmiş vəziyyətdə olan «BMW F-10 M Paket» markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq sonuncuya məxsus olan «BMW 535 Xİ» minik markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilini Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanında yerləşən “AZURE” Biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində həmin dövrün rəsmi məzənnəsi ilə 15.300 (on beş min üç yüz) manata bərabər olan 9000 (doqquz min) ABŞ dollarına dəyərləndirməklə razılaşmış, həmin gün 650 (altı yüz əlli) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məznnəsi ilə 1105 (min yüz beş) manat, növbəti gün Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanında yerləşən “AZURE” Biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində avtomobilin cərimə pullarını ödəmək üçün 250 (iki yüz əlli) manat alıb xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 A ünvanında yerləşən 6 saylı notariusun ofisində həmin avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə verilməklə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib ona 16.655 (on altı min altı yüz əlli beş) manat - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs4 icarəyə vermək üçün bir neçə avtomobil alacağı və qazanc əldə edəcəkləri ilə bağlı yalan vəd verib aldadaraq xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 97 nömrəli evində 7300 (yeddi min üç yüz) manat, xx xxxxxx 2018-ci tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs1 vasitəsi ilə 21.000 (iyirmi bir min) manat pulunu alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus əmlakı vahid niyyətlə ələ keçirib cəmi 28300 (iyirmi səkkiz min üç yüz) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Paşayeva Cəvahir Nəriman qızının yeni aldığı ünvan 7 mənzil 49 ünvanındakı mənzilə eyvan çıxıntısını inşa etmək, sənədləşdirmək və mənzili ümumi təmir edəcəyini yalandan vəd verib aldadaraq həmin məsələni həll etmək səlahiyyətinə aid olmadığı və həmin işin həllinə real kömək etmək imkanı olmadığı halda 2019-cu ilin avqust ayının əvvəlindən başlayaraq 10 gün ərzində hissə-hissə olmaqla Cəvahir Paşayevanın yaşadığı ünvan 7 mənzil 49 ünvanındakı mənzilində 34.000 (otuz dörd min) manat - xeyli miqdarda pulunu alıb şəxsi ehtiyaclarına sərf etməklə Cəvahir Paşayevaya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs5 Almaniya Federativ Respublikasından işlənmiş vəziyyətdə, buraxılış ili 2013-2014-cü il olan, az idarə edilmiş, “LAND ROVER DİSCOVERY” markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq 2019-cu ilin sentyabr ayının 24-də saat 16:32-də 35.000 (otuz beş min) manata dəyərləndirməklə razılaşdıqları sonuncuya məxsus və “Kia Sportage” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinə dair Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24 A ünvanında yerləşən 6 saylı notarius ofisində onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid9 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, bundan sonra eyni məqsədlə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs5 idarə etdiyi “Toyota Camry” markalı avtomobilinin içərisində 20.000 (iyirmi min) manat pulunu alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 məxsus əmlakı vahid niyyətlə ələ keçirib 55000 (əlli beş min) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,rəhbərlik etdikləri MMC-də operator vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1 məxsus olan «xxxx» markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilini MMC-nin işlərini idarə etmək məqsədi ilə sadə etibarnamə (avtomobili yalnız idarə etmək hüququ verən) verməsi adı ilə aldadaraq, 2020-ci ilin fevral ayının 10-da saat 14 radələrində ünvan 4 ünvanında yerləşən 18 saylı notarius ofisində MMC-də mühafizəçi işləyən və onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirib ona 18.000 (on səkkiz min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxx 2020-ci ildəsaat 14 radələrində Zərərçəkmiş şəxs2 Amerika Birləşmiş Ştatlarından 2014-cü il buraxılışlı, az əzilmiş vəziyyətdə olan «BMW F-10 M Paket» markalı avtomobil gətirəcəyini yalandan vəd verib aldadaraq sonuncuya məxsus olan «BMW 535 Xİ» minik markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanında yerləşən “AZURE” Biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində həmin dövrün rəsmi məzənnəsi ilə 15.300 (on beş min üç yüz) manata bərəbər olan 9000 (doqquz min) ABŞ dollarına dəyərləndirməklə razılaşmış, həmin gün 650 (altı yüz əlli) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məznnəsi ilə 1105 (min yüz beş) manat, növbəti gün Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanında yerləşən “AZURE” Biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində avtomobilin cərimə pullarını ödəmək üçün 250 (iki yüz əlli) manat alıb xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariusun ofisində Təqsirləndirilən şəxs1 adına həmin avtomobilə dair avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə verilməklə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib ona 16.655 (on altı min altı yüz əlli beş) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Paşayeva Cəvahir Nəriman qızı ilə şəxsi sevgili münasibətləri olmuş, bir müddət görüşmüşlər. Sonra onaöz işləri ilə əlaqədar pul lazım olduğundan Cəvahirdən 10 min manat borc pul istəmiş, Cəvahir həmin pulu üstündə 2000 manat faiz qaytarmaq şərti ilə qaytaracağm təqdirdə verəcəyini bildirmiş, o da 10 min manat pulu almişdır. Sonra yenə ona 2000 manat pul lazım olmuş, Cəvahir həmin pulu 200 manat faiz üstündə olmaqla verəcəyini, həmin pulu qardaşından götürəcəyini bildirmiş, o da həmin pulu götürmüşdür. Hesab edir ki, Cəvahirə 15 min manat borcu var. Cəvahirə ünvan 7 mənzil 49 ünvanındakı evinin təmir olunmasında yardımçı olmuş, Cəvahir 6000 manat pul vermiş, o da həmin pula onun evinə fəhlə briqadası gətirmiş, onlar da həmin pula evdə təmir işləri görmüşlər. Cəvahirin evinin satılmasında, evin pulunun bankdan götürülməsində şəxsən iştirak etmişdir. Əgər Cəvahiri aldatmış olsaydı, onun evinin 92 min manatl pulu bir gün onun maşınında qalıb, elə həmin pulu götürüb aparardı və onu aldadardı. Cəvahirin ona qarşı ittihamda göstərilən məbləğdə pul tələb etməsinin səbəbi ona vermiş olduğu borcların faizlərinin böyüyüb bu həddə çatmasıdır, o, əsas borcu və ona uyğun hesabladığı faizləri tələb edir. Zərərçəkmiş şəxs4 həqiqətən də xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 97 nömrəli evdə Təqsirləndirilən şəxs2 vasitəsi ilə 7300 (yeddi min üç yüz) manat, xx xxxxxx 2018-ci tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin inzibati binasının içərisində 21.000 (iyirmi bir min) manat pul almışdır. Ondan pulu almamışdan əvvəl işlərində problemləri olduğunu bildirmiş və söz vermişdir ki, işlərini yoluna qoyduqdan sonra onun pulunun üstündə də bir az qazancla qaytaracaq. Zərərçəkmiş şəxs5 ilə küçədə tanış olaraq onunla yaxın dost münasibətləriz yaranmış, sonradan Pərvanə onu öz anası ilə də tanış etmişdir. Pərvanə özünə məxsus “Kia Sportage” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilini satmaqda ondan kömək istəmiş, o da əvvəlcədən danışdıqları kimi həmin pulu götürüb öz işlərimə xərcləyəcəkdi, öz işində qazanc əldə edəcəkdi və Pərvanəyə köhnə maşınından bir qədər bahalı maşın alacaqdı. Onun üçün xaricdən bahalı maşın gətirəcəyinə söz verməmiş, hətta Pərvanə maşınsız qalmasın deyə ona sürməyə başqa maşın da vermişdir. 2020-ci ilin mart ayında «Azure» biznes mərkəzinin 17-ci mərtəbəsində «xxxx» MMC-nin ofisində olduğu zaman Zərərçəkmiş şəxs2 ona müraciət edərək təxminən 20.000 ABŞ dollar qiymətində 2013-2014-cü il buraxılışlı «BMV» markalı, «F10 M paket» modeli avtomobil almaq istədiyini və alacağı avtomobilin dəyərinin müəyyən hissəsini ödəyib, qalan hissəsini hissə-hissə ödəmək istədiyini demişdir. O da həmin qiymətə ABŞ-dan avtomobil gətirə biləcəyini Laləyə bildirmiş və xx xxxxx 2020-ci il tarixdə, təminən saat 13 radələrində Lalə özünə məxsus «Bmv 525Xİ» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili 15300 manat təşkil edən 9000 ABŞ dollar hesablamaqla həmin avtomobili ona vermişdir, daha sonra 1105 manat təşkil edən 650 ABŞ dollar və həmin günün səhəri avtomobilin 250 manat cəriməsinin pulunu da Lalədən almışdır. Famil Asudədən pulu sadəcə götürüb ona çatdırıb. Belə ki, o,həmin vaxt Sumqayıtda olduğundan pulu Asudədən özü götürə bilmirdi. Famil yanında olsa da onun heç bir işinə qarışmamış, sadəcə bir neçə dəfə onun yerinə o gedib pulu götürüb, sonra da gətirib ona verimişdir. xx xxxxxx 2020-ci il tarixdə o, «xxxx» MMC-ni təsis etmiş və həmin MMC-nin ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində olan «Babək» Plazada yerləşmişdir. Zərərçəkmiş şəxs1 həmin şirkətə operator kimi işə qəbul olunmuşdur. Şirkətin əsas fəaliyyəti avtomobillərin icarəyə verilməsindən ibarət olmuşdur. Nərminə şirkətə müraciət edən müştəriləri qarşılayıb ona yönəltmişdir. Həmin ərəfədə o Nərminə ilə sevgi münasibətlərində olmuş, Nərminə ona yaxın və etibarlı şəxs olduğundan sonuncunu şirkətin direktoru təyin etmişdir. Nərminəyə məxsus «xxxx» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərminənin şifahi razılığı ilə, şirkətin işləri ilə əlaqədar idarə etmişdir. 2020-ci ilin fevral ayının əvvələrində Nərminə ona atasının səhhətində problemlərin yarandığını, həmçinin qızına ad günü şənliyi keçirməsi ilə əlaqədar pul lazım olması səbəbindən özünə məxsus «xxxx» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmasını xahiş etmişdir. Həmin avtomobili satmaq məqsədilə Nərminədən MMC-nin işçisi olan Şahid3 etibarnamə verməyini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 14 radələrində o, Ramazan və Nərminə ilə birlikdə ünvan 10 saylı ünvanda yerləşən 18 saylı notariat ofisinə getmişdir. Orada Nərminə özünə məxsus avtomobilə dair özü bilmədən sadə etibarnamə əvəzinə Ramazana baş etibarnamə vermişdir. Bundan sonra o, həmin avtomobili 12.000 manata tanımadığı şəxsə satmışdır. Əldə olunan puldan 5700 manat Nərminənin özünə vermişə, yerdə qalan hissəsini isə birlikdə onunla istirahətə xərcəlmişidir. Ona qarşı olan mülkü iddiların heç birini qəbul etmir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 yaxın dostu, həmçinin də uzaq qohumudur. Səbuhi ilə təxminən 2018-ci ilin ortalarından birlikdə «xxxx» MMC-də işləməyə başlamışdır. Səbuhi ilə tanış olanda əsas məqsədləri xarici ölkələrdən işləmiş avtomobilləri Azərbaycan Respublikasına gətirib müştərilərə satmaq olmuşdur. Paşayeva Cəvahir Nəriman qızı ilə Səbuhinin şəxsi sevgili münasibətləri olmuşdur. Onların arasında pul ilə əlaqədar hansı məsələ olmuşdursa bilmir. Cəvahir ona heç bir məbləğdə pul verməmişdir. Səbuhidən eşitmişdir ki, Cəvahirin evini satmaqda və ünvan 7 mənzil 49 ünvanındakı evinin təmir olunmasında yardımçı olmuşdur, bu təmir üçün Cəvahirdən aldığı 6000 manat pulu verib fəhlə cəlb etmiş və material almışdır. Zərərçəkmiş şəxs4 həqiqətən də xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 97 nömrəli evdə onun vasitəsiylə 7300 manat, xx xxxxxx 2018-ci tarixdə isə Səbuhinin özü ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin inzibati binasında 21.000 manat pul almışdır. Həmin pulu Səbuhi öz biznesi ilə bağlı almışdır. Onun həmin pulun aqibətindən xəbəri olmayıb. Asudədən aldığı pulun hamısını Səbuhinin özünə vermişdir. Sonradan Asudə Səbuhini tapa bilmədiyi üçün ona zəng vurmuş, o da onu sakitləşdirib demişdir ki, narahat olmasın, o da ona kömək edəcək, Səbuhidən onun pulunu qaytarmasını xahiş edəcək. Zərərçəkmiş şəxs5 Səbuhinin vasitəsilə tanımışdır. Səbuhi onun maşınını təxminən 28000 manata satıb, onun özünə də maşınsız qalmaması üçün bir maşın vermişdir ki, sürsün. Bildiyinə görə Pərvanə yenidən Səbuhiyə əlavə olaaq 20 min manat pul verməmişdir. Əgər onun 55-60 min manat pulu var idisə elə Bakının özündə Rangerover maşını həmin qiymətə satılır, hansı səbəbdən eyni pula maşını xaricdən gətirmək lazım idi ki? Bu pulun alınmasında və onun maşının satılmasında o, iştirak etməmişdir. O, sadəcə olaraq Səbuhinin yanında olmuş, tez-tez restoranda görüşərək oturub söhbət etmişlər. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 Səbuhiyə məxsus olan «xxxx» MMC-nin ofisinin yerləşdiyi «Azure» biznes mərkəzinin 17-ci mərtəbəsinə gəlib Səbuhiyə müraciət edərək təxminən 20.000 ABŞ dollar qiymətində 2013-2014-cü il buraxılışlı «BMW» markalı, «F10 M paket» model avtomobil almaq istədiyini deyərək alacağı avtomobilin dəyərinin müəyyən hissəsini ödəyib qalan hissəsini hissə-hissə ödəmək istədiyini demişdir. Səbuhi də həmin qiymətə ABŞ-dan avtomobil gətirə biləcəyini Laləyə bildirmişdir. Bunları Səbuhinin sözülərindən bilir, özü Lalə xanımla heç bir avtomobilin satışında, alınmasında, sifariş olunmasında iştirak etməmiş, sadəcə olaraq Səbuhinin qohumu kimi onun ofisinə gedib gəlmişdir. Özü heç kimi aldatmamış, heç bir dələduzluqda iştirak etməmiş, Səbuhi ona heç bir məbləğdə pul verməmişdir. Səbuhinin “xxxx” MMC-də operator vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1 məxsus olan «xxxx» markalı, **- MZ-*** dövlət nömrə nişanlı avtomobilini MMC-nin işlərini idarə etmək məqsədi ilə avtomobilə etibarnamə alınmasından xəbəri olmamışdır, Həmin avtomobilin Nərminənin şəxsi istəyi əsasında satılmasını Səbuhidən eşitmişdir. Özü Nərminəyə qarşı hər hansı bir dələduzluq əməli törətməmişdir. Ona qarşı olan mülkü iddiların heç birini qəbul etmir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir: Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayından Xətai rayonunda yerləşən «Azur» biznes mərkəzində 17-ci mərtəbədə yerləşən «CEO CLUB» firmasında menecer vəzifəsində işləmişdir. 2006-cı il buraxılışlı, boz metallik rəngli «BMV 525 Xİ» markalı ** ED *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin maşını dəyişmək və yenisini almaq qərarına gəlmiş, lakin yeni maşını nəğd ödənişlə almağa pulu olmamış, bBuna görə də hissə-hissə ödənişlə maşın almaq istəmişdir. İşlədiyi ofisin qonşuluğunda, yəni «Azur» biznes mərkəzinin 17-ci mərtəbəsində 2020-ci ilin təxminən mart ayının ortalarında «xxxx» adlı firma fəaliyyətə başlamış və ona məlum olmuşdur ki, həmin firma xarici dövlətlərdən avtomobil gətirməklə məşğuldurlar. Bu onun diqqətini cəlb etdiyi üçün həmin firmanın mühasibi Gülya xanımla söhbət etmiş, Gulya, təsdiq etmişdir ki, həqiqətən də onlar avtomobil gətirməklə məşğuldurlar, həmçinin barter də edirlər və bu işlərə firmanın direktoru Təqsirləndirilən şəxs1 rəhbərlik edir. xx xxxxx 2020-ci il tarixdə o, Səbuhinin iş otağına gediob sonuncuya təxminən 20000 ABŞ dolları dəyərində 2013-2014-cü il buraxılışı olan «BMV» markalı «F10 M paket» modelli avtomobil almaq istədiyini deyərək bildirmişdir ki, o, alacağı avtomobilin dəyərinin müəyyən hissəsini ödəyib qalan hissəsini hissə-hissə ödəmək istəyir. Səbuhi demişdir ki, heç bir problem yoxdur, həmin markalı avtomobili təxminən həmin qiymətə ABŞ-dan gətizdirə bilər. Reallıqda həmin maşınların qiyməti daha baha olur, Səbuhi, isə ABŞ-da az bir hissəsi qəza nəticəsində zədələnmiş maşını auksionda iştirak edərək alacaq və Azərbaycana gətizdirəcək, əvvəl isə avtomobili Gürcüstanda tam təmir etdirəcəkdir. Səbuhi bildirmişdir ki, maşın müqavilə bağlandıqdan sonra maksimum 30 gün ərzində ona təhvil veriləcəkdir. Səbuhi demişdir ki, alacağı maşının dəyərinin təxminən 40 faizini əvvəlcə ödəməlidir, qalan hissəni isə 36 ay ərzində ödəyəcəkdir. O, bildirmişdir ki, hazırda nəğd pulu yoxdur və mülkiyyətində «BMV 525 Xİ» markalı ** ED *** dövlət nömrə nişanlı avtomobili vardır. Səbuhi onun mülkiyyətində olan avtomobili ondan ödəniş əvəzi ala biləcəyini demişdir. Həmin vaxtı Səbuhi Famil adlı işçisi ilə aşağı düşüb onun maşınına baxmış və sonra Səbuhi onun maşınını 9000 ABŞ dolları məbləğində hesablayıb qəbul edə biləcəyini demiş, o da həmin məbləğlə razılaşmışdır. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə o, yenidən Səbuhinin ofisinə getmiş və Səbuhinin işçisi Famil öz telefonunda ona qabaq tərəfi əzilmiş vəziyyətdə olan «BMV» markalı «F10» modelli WBSFV9C50CC772260 ban nömrəli avtomobilin yalnız bir şəklini göstərib həmin maşını ona gətizdirə biləcəyini demişdir. Bildirmişdir ki, həmin maşının alınması, təmir edilməsi və Azərbaycanda ona təhvil verilməsi cəmi 22400 ABŞ dollarına başa gələcəkdir. O, razılaşmış, Səbuhi demişdir ki, həmin məbləğin xx xxxxx 10000 ABŞ dolları, yəni 17000 manat edir. Onun özündə olan maşınına da 9000 ABŞ dolları qiymət qoyulduğu üçün o, Səbuhiyə ilkin ödənişin tam olması üçün 1000 ABŞ dolları da ödəməli idi. Bundan sonra isə o, qalan 19080 manat məbləği hər ay 530 manat olmaqla 36 ay müddətinə ödəməli idi. Səbuhinin şərtləri onu qane etmiş, Səbuhidən ona gətirəcəyi avtomobilin başqa şəkillərini də istəmişdir. Səbuhi demişdir ki, narahat olmasın, bir-iki günə ona maşının başqa şəkillərini, eləcə də maşının gətizdirilməsi üçün sifariş sənədlərini təqdim edəcək. O da rahat olmuş, sonra elə Səbuhinin ofisində Səbuhi ilə onun arasında müqavilə bağlanmışdır. Yuxarıda sadaladığı şərtlər hamısı müqavilədə qeyd edilmişdir. Həmçinin o, həmin vaxtı ofisdə Səbuhiyə 650 ABŞ dolları verib bildirmişdir ki, ilkin 40 faiz ödənişin tamamlanması, yəni 10000 ABŞ dolları olması üçün qalan 350 ABŞ dollarını da ayın axırı verəcəkdir. Səbuhi də razılaşmışdır. Bundan sonra elə həmin günü Səbuhinin tapşırığı ilə işçisi Famil onunla birlikdə «Xətai» metrosunun yanında olan notariat kontoruna getmişdir. Orada o, mülkiyyətində olan «BMV 525 Xİ» markalı **-ED- *** dövlət nömrə nişanlı avtomobilə dair Səbuhiyə baş etibarnamə vermişdir. Sonra həmin günü axşam Səbuhi onunla əlaqə saxlayıb demişdir ki, verdiyi avtomobilin 250 manat cəriməsi var, ödənilməlidir. O da dərhal Səbuhinin ofisinə gedib sonuncuya 250 manat pul vermişdir. Səbuhi ona demişdir ki, özünün «rent a car» firması var, maşını xaricdən gələnə kimi maşınsız qalmamağı üçün ona öz firmasından icarəyə maşın da verəcək, o isə icarə pulunu ödəməyəcəkdir. Səbuhi ona həmin günü «Hyundai İX35» markalı **-VS-*** nömrəli avtomobil vermiş və yol vərəqəsi də tərtib edilmişdir. Həmin maşınla bağlı «xxxx» MMC ilə oğlu arasında müqavilə bağlanmış, həmçinin oğluna və ona da yol vərəqəsi verilmişdir. Müqavilə və yol vərəqələrini Famil təşkil edərək maşını «Azur»un qarşısında ona təhvil vermişdir. Bundan sonra iki gün keçsə də Səbuhi ona alacağı avtomobilin digər şəkillərini və sifariş sənədlərini təqdim etməmişdir. O, Səbuhi ilə əlaqə saxlamış, sonuncu həll edəcəyini desə də heç bir müsbət nəticə olmamışdır. Bundan sonra o, xx xxxxx 2020-ci il tarixdə özü internetdə alacağı maşınla bağlı araşdırma aparmış və məlum olmuşdur ki, Səbuhinin ona təqdim etdiyi şəkildə olan avtomobil 2017-ci ildə ABŞ-ın Toronto ştatında satılaraq auksiondan çıxarılışdır. xx xxxxx 2020-ci il tarixdə oğlu Şəhniyar atası ilə birlikdə Səbuhinin ofisinə gedib maşının satılması ilə bağlı məlumat vermişdir. Səbuhi isə müxtəlif bəhanələr gətirərək hansısa anlaşılmazlıq olduğunu bildirib, həmin maşıın satılmadığını, onun bütün sənədlərini təqdim edəcəyinə söz vermişdir. Oğlu Şəhniyar öz mobil telefonu ilə Səbuhinin səsini də yazmışdır. Bundan sonrakı günlərdə Səbuhi onun telefon zənglərinə cavab verməmiş, o, başqa nömrədən zəng edəndə isə cavab verib qısa müddətə ona zəng edəcəyini desə də zəng etməmişdir. Səbuhinin onu aldatdığından şübhələnib xx xxxxx 2020-ci il tarixdə notariat kontoruna gedib Səbuhiyə verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmin vaxtı Səbuhi «Azur»da olan ofisindən köçsə də mühasibi Gülya xanım ona Səbuhinin R.Behbudov küçəsində yerləşən yeni ofisinin ünvanını vermişdir. O, dərhal həmin ofisə gedib Səbuhini taparaq demişdir ki, etibarnaməni ləğv etdirmişdir. Səbuhi isə ona yalandan narazılıq edib demişdir ki, guya ona satacağı maşın yoldadır, gəlir. O isə Səbuhidən gətirəcəyi maşınla bağlı sənədlərini təqdim etməsini tələb etmişdir. Səbuhi heç bir sənəd təqdim edə bilməmiş və bildirmişdir ki, onun maşınını artıq satmışdır. O, maşınını geri verməsini tələb etmiş, Səbuhi bildirmişdir ki, əgər maşın gətirilməsini istəmirsə 5 gün vaxt versin, maşını satdığı adamın pulunu qaytarıb onun maşınını geri götürüb özünə təhvil versin. O da razılaşmışdır. Sonrakı vaxtlarda isə Səbuhi yenə ondan gizlənməyə başlamışdır. xx xxxxx 2020-ci il tarixdə isə Rəşad adlı şəxs ona zəng vurub onun maşınını Səbuhidən aldığını, o etibarnaməni ləğv etdirdiyi üçün maşını başqa adamın adına keçirə bilmədiyini demişdir. O da Səbuhi tərəfindən aldadıldığını və maşınının ələ keçirildiyini, buna görə də etibarnaməni ləğv etdirdiyini demişdir. Rəşaddan maşınını ona qaytarmasını tələb etmiş, Rəşad isə Səbuhiyə verdiyi pulu almadığı təqdirdə maşınını qaytarmayacağını demişdir. Bundan sonrakı müddət ərzində Səbuhi hər gün ona yalan vəd verib maşınını qaytaracağını desə də heç bir müsbət nəticə olmadığı üçün xx xxx 2020-ci il tarixdə polisə şikayət etmişdir. Sonra da bilmişdir ki, Səbuhi 250 manatı maşının cəriməsinə ödəməmişdir. Səbuhinin ona verdiyi icarə maşınını isə xx xxx 2020-ci il tarixdə həmin «xxxx» MMC ilə əlaqə saxlayıb onların özünə qaytarmışdır. Şahid7 ibtidai istintaqda verdiyivə məhkəmədə araşdırılmış cinayət işinin 3-cü cildinin 65-68-ci vərəqlərində olan ifadəsindən görünür ki, o da zərərçəkmiş şəxs olan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Paşayeva Cəvahir Nəriman qızı ifadəsində göstərdi ki, ona məxsus, 70 kvadrat metr ümumi sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Abay Kunanbəyov küçəsi, 5D saylı 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 49 saylı mənzilə eyvan artırmaq və mənzili əsaslı təmir etdirməsini Təqsirləndirilən şəxs1 ilə 40.000 manat pulun müqabilində qarşılıqlı olaraq razılaşmışdır. Bundan sonra o, 2019-cu ilin avqust ayının əvvəlində ünvan 11 ünvanında 10 gün ərzində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 6900 manat ilk dəfə, 1000 manat bir dəfə, 1500 manat bir dəfə, 1000 manat bir dəfə, 10.000 manat bir dəfə, 7000 manat bir dəfə, 2400 manat bir dəfə və 2019-cu ilin avqust ayının sonlarına yaxın axşam saatlarında Familin yanında Səbuhiyə 10.200 manat olmaqla ümumilikdə 40.000 manat pul vermişdir. Səbuhi həmin pulun müqabilində onun qeyd etdiyi ünvandakı mənzili təmir etməli idi. Səbuhi onun mənzilində təmir işlərini və eyvan artırma işini qohumu Famil və dostu Adil ilə birlikdə görəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra Səbuhi onun yaşadığı mənzildə Adil adlı briqada rəhbərinin köməkliyi ilə yalnız söküntü işləri aparsa da eyvan artırmamış və mənzildə heç bir təmir tikinti işləri aparmamışdır. Beləliklə ona məlum olmuşdur ki, Səbuhinin ondan 40.000 manat pul almaqda məqsədi mənzilində təmir işləri aparmaq deyil, ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirməkdir. Hazırki vaxta kimi Səbuhi, Famil və ya Adil onun yaşadığı mənzildə eyvan artırma, təmir işləri aparmamış və adığı ümumilikdə 40.000 (qırx min) manat pulu hazırki vaxta kimi qaytarmamışlar. Səbuhi evində təmir və söküntü işlərinə görə guya 6000 manat xərclədiyini bildirmişdir. Belə ki, həiqətən də evində bəzi söküntü işləri aparılmışdır. Səbuhi və Famil bu işləri görməklə onda inam formalaşdırmaq, inamı qazanmaq niyyətində olmuşlar. O, sonradan onların guya pul xərclədiklərini dedikləri ustalara və Adil adlı briqada rəhbərinə əlavə pul verib evini təmir etdirmişdir. Yəni Səbuhi ondan aldığı 40000 manat pulun müqabilində onun üçün söküntü işlərindən başqa heç bir iş görməmiş və etibarından sui istifadə edərək ona qarşı dələduzluq etmişlər. O, bu cinayət hadisəsi nəticəsində ümumilikdə ona 34.000 manat maddi ziyan vurulmuşdur. Ona ümumilikdə 34.000 manat maddi ziyan vurulmuşdur. Xahiş edir ki, mülki iddiası təmin olunaraq 34.000 manat pul təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilsin. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayının əvvəlində özünə məxsus olan, ünvan 12 saylı ünvanda yerləşən evini sataraq pul əldə etmişdir. Həmin ərəfədə o, bibisi qızı Günel Xəlilova vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Səbuhi ona özünü avtomobillərin icarəsi ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Səbuhi «xxxx» MMC-nin təsisiçisi və direktoru olmasını, özünə məxsus bir neçə avtomobilinin olduğunu və həmin avtomobilləri icarəyə verməklə qazanc əldə etdiyiini bildirmişdir. Səbuhi ona təklif etmişdir ki, müəyyən məbləğdə pul versə onun üçün avtomobil alıb rəsmiləşdirəcək və daha sonra həmin avtomobilləri icarəyə verməklə qazanc əldə edəcəkdir. Səbuhi «xxxx» MMC-nin təsisiçisi və direktoru olduğundan, o, Səbuhiyə inanmış və xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 15 radələrində ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-də ilkin olaraq Səbuhiyə 21.000 (iyirmi bir min) manat pul vermişdir. Bir neçə gün sonra Səbuhi onun üçün iki ədəd, «Hyundai Sonata» və «Hyundai Elantra» markalı avtomobil aldığını bildirmişdir. Lakin o, Səbuhinin dediyi avtomobilləri görməmiş və Səbuhi alarkən onun iştirakı olmamışdır. Bir müddət sonra Səbuhi əlavə olaraq bir ədəd avtomobil alınması, həmin avtomobillərin onun adına rəsmiləşdirməsi və sığorta edilməsi üçün yenə də əlavə pul lazım olduğunu bildirmiş, o, Səbuhiyə 7300 manat pulunun demişdir. Səbuhi bildirmişdir ki, Famil adlı tanışı gəlib ondan pulu götürəcəkdir. xx xxxxxx 2018-ci tarixdə, təxminən saat 14 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsində yerləşən yaşadığı evdə olarkən Famil gələrək ondan 7300 manat pulu götürmüşdür. Daha sonra isə Səbuhi ona zəng edərək pulu Famildən götürdüyünü təsdiq etmişdir. 2019-cu ilin yanvar ayında o, Səbuhidən işin gedişatı və qazanc barədə soruşduqda, Səbuhi hələ ki işin zəif olduğunu, əldə olunan gəlirin avtomobillərin təmir xərclərinə istifadə olunduğunu bildirmişdir. Bir müddət sonra o, Səbuhidən təkrar maraqlandıqda Səbuhi yenə də eyni cavablar vermişdir. Bundan sonra o, Səbuhidən şübhələnmiş və avtomobilləri almışdırsa hansı səbəbə görə onun adına rəsmiləşdirməməsini soruşmuşdur. Belə ki, Səbuhi ilə onun arasında əvvəldən olan razılığa əsasən Səbuhi avtomobilləri onun adına rəsmiləşdirməli idi. Buna cavab olaraq Səbuhi onun sürücülük vəsiqəsi olmadığı üçün aldığı avtomobilləri onun adına rəsmiləşdirməyin mümkün olmadığını bildirmişdir. Səbuhinin bu cavabı onda daha da şübhə yaratmışdır. O, Səbuhiyə onun pulları hesabına almış olduğu avtomobilləri ona göstərməsini bildirmiş, Səbuhi müxtələif bəhanələr gətirərək yayınmağa başlamışdır. Buna görə o, Səbuhiyə bildirmişdir ki, onun pulu hesabına aldığı avtomobilləri ona versin, o, həmin avtomoilləri sataraq pulunu götürsün. Səbuhi avtomobillərin yerində olduğunu, müştəri olduğu halda Səbuhiyə yönəltməyini və özü həmin müştəri ilə danışaraq satacağını bildirmişdir. Səbuhidən pulunu və ya avtomobilləri onun adına rəsmiləşdirməsini tələb etmiş, Səbuhi isə hər dəfə müxtəlif bəhanələr gətirməklə yayınmağa başlamışdır. Sonradan isə Səbuhinin mobil telefonu bağlı olduğu üçün əlaqə yarada bilməmişdir. Xahiş edir ki, mülki iddiası təmin olunaraq 28.300 manat pul təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilsin. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2019-cu ilinin sentyabr ayının əvvəllərindən anası Gülnar Məmmədova vasitəsi ilə tanımışdır. Onlar özlərini ona qardaş kimi təqdim etmişlər. Onlarla tanış olan zaman söhbət əsnasında ona bildirmişlər ki, onların Babək plazada ofisləri vardır. Birlikdə Almaniya və digər xarici ölkələrdən Azərbaycana avtomobillər gətirib satırlar, hüquqi şəxs qismində xxxx MMC kimi fəaliyyət göstərirlər. Həmin ərəfədə o, avtomobilini satıb yenisini almaq istədiyindən ona kömək etmələrini xahiş etmişdir. Bundan sonra Səbuhi onun istəyini Familə demiş, Famil də köməklik edə biləcəklərini bildirmişdir. O, özü üçün daha az gedişi olan, içərisi və bayırı qara rəngli LAND ROVER DİSCOVERY markalı avtomobil almaq istəmişdir. Özünə məxsus olan KİA SPORTEGE markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinin 35000 manatdan çox dəyəri olmuşdur. Özündə isə anası ilə birlikdə yığdığı 20.000 manat pulu olmuşdur. Onun istədiyi avtomobil isə təxminən 65000-70000 manat civarında olmuşdur. Səbuhi və Famillə söhbət əsnasında onlar həmin avtomobildən maksimum 55000 manata, istədiyi kriteriyalarda avtomobil gətirəcəklərinə və ona təhvil verəcəklərinə söz vermişlər. Həmin avtomobil az gedişli, qara salon və qara rəngli, dizel mühərrikli, 2013-cü il və ya 2014-cü il buraxılşlı olmalı idi. Onlar onun avtomobilini götürüb baha qiymətə satacaqlarını və həmin pula Almaniyadan ona yeni avtomobil gətirəcəklərini demişlər. Onların təklif etdikləri vəziyyət onu tam qane etmişdir. O, bu şərtlərlə onlarla razılaşmış və xx xxxxxxxx 2019-cu il tarixdə Famil onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsiindəki 48 saylı evin qarşısına gələrək ona məxsus olan “Kia Sportage” markalı ** RP *** dövlət nömrə nişanlı avtomobili ondan götürmüş, avtomobilsiz qalmasın deyə müvəqqəti idarə etmək üçün ona “Toyoto Camry” markalı avtomobili vermişdir. Elə həmin gün Səbuhi ona zəng edərək avtomobili almaq istəyən şəxsin olduğunu ona deyib avtomobili həmin şəxsə neçəyə satacağını soruşmuş, o da həmin avtomobili 35000 manatdan aşağı verməyəcəyini demişdir. Səbuhi demişdir ki, həmin şəxslə danışıb bir söz deyəcəkdir. Aradan bir qədər keçdikdən sonra Səbuhi ona zəng etmişdir ki, həmin avtomobili 35000 manata almaq istəyən var, etibarnamə vermək lazımdır. O, Səbuhi və Famillə razılaşmışdır ki, onlar onun avtomobilini 35000 manata satacaqlar, əlavə olaraq o, 20000 manat pul verəcək və onlar bunun müqabilində ona Almaniyadan qeyd etdiyi avtomobil gətirəcəklər. Bu pulun içərisində avtomobilin gəlmə və gömrük xərcləri, hətta avtomobilinin dövlət nömrə nişanı xərcləri də daxil olmuşdur. Razılaşmaları belə olmuşdur ki, əgər avtomobili gətirəndən sonra əlavə xərcləri çox çıxsa o, maksimum 2000-3000 manat pul verəcəkdir. Onlar elə etməli idi ki, bu xərclərdən əlavə onun pulu çıxmasın. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində Famil ona zəng edərək onu Bakı şəhəri Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının yaxınlığında Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən notarius ofisinin qarşısında Səbuhi ilə gözlədiklərini demiş və ondan əlavə danışdıqları 20.000 manatı gətirməyimi istəmişlər. O, evdən 20000 manat pulu götürmüş və verdikləri maşınla həmin yerə getmişdir. Notariusda Səbuhi ilə Familin sənədini təqdim etdikləri tanımadığı Şahid9 adlı şəxsə öz avtomobilinə dair baş etibarnamə vermişdir. Səbuhi ilə Famil avtomobilini həmin şəxsə 35000 manata satdıqlarını həmin şəxsdən pulu aldıqlarını, yaxın günlərdə Almaniyaya gedəcəklərini demişlər. Güya demişlər ki, ondan əlavə təxminən 20 nəfər şəxsə də avtomobil gətirəcəklər,çox tələsirlər, avibiletlərini də almışlar. Bir sözlə onu yaxşı şirnikləndirmişlər. Sonradan bilmişdir ki, ona avtomobili icarə yerindən götürüb vermişmişlər, həmin avtomobilin də onlara məxsus olduğunu demişlər. Özlərini elə qələmə vermişlər ki, o, onlardan heç şübhələnməsin. Özlərini tam varlı, iş adamları, çoxlu maşınları və pulları olan şəxslər kimi qələmə vermişlər. O da belə hesab etmişdir ki, bu şəxslər onun 55000 manat pulunu yəqin ki, ələ keçirməzlər. Çünki o, onları tanıdığı zamanlarda Famillə Səbuhini təxminən 15-20 cürbəcür bahalı avtomobillər idarə etdiklərini görmüşdür. Onlar bahalı həyat yaşamışlar, bu vəziyyətlər onlara olan inamını tam olaraq formalaşdırmışdır. Səbuhi ilə Famil onda elə bir fikir formalaşdırdılar ki, elə güman etmişdir ki, onlar milyonerdilər. O, notarius ofisində etibarnamə verdikdən sonra üçü də Familin ona idarə etmək üçün verdiyi avtomobilə əyləşmişlər. Famillə o, qabaqda Səbuhi isə arxada əyləşmişdir. O, özü ilə gətirdiyi 2.0000 manatı notariusun qarşısında çantasından çıxarmış, 100 manatlıq əskinazlardan ibarət 20.000 (iyirmi min) manatı sayıb Familə vermişdir. Famillə Səbuhi pulları ondan alaraq sayıb düz olduğuu demişlər. Pulları Famil götürmüşdür. Bundan sonra isə onun idarə etdiyi avtomobildən düşmüşlər. Həmin gün axşam saatlarında o, Famil və Səbuhi ilə telefonla əlaqə saxlamışdır. Onlar hər şeyin yolunda olduğunu, 55.000 manat pulunun onlarda olduğunu deyərək onu bir daha əmin etmişlər. O, 40 günə avtomobilin onda olacağını deyərək 40 gün möhlət istəmişlər. O, Familin verdiyi avtomobili təxminən 40 gün idarə etmişdir. 40 gündən sonra onlar yolların donduğunu, aldıqları avtomobillərin yolda olduqlarını, gecikmə olduğunu deyərək ondan yenidən vaxt istəmişlər. Bu arada Famil ona idarə etmək üçün verdiyi avtomobili ustaya göstərəcəyi adı ilə aldadaraq almış və bir neçə gün sonra həmin avtomobili satdığını demişdir. Bundan sonra o, aydınlaşdırmışdır ki, Familin ona verdiyi avtomobil əslində icarəyə götürülmüş avtomobil olmuş, Familin belə avtomobili olmamışdır. Bu vəziyyət onda şühbə doğurmuş, 2019-cu ilin sonlarında o, Famil və Səbuhi ilkə görüşməyə can atsa da onlar ondan qaçıb gizlənimiş, telefonlarını açmamışlar. Bu vəziyyət q tam olaraq onda şübhə yaratmağa başlamışdır ki, onu aldadıb 55000 manat pulunu dələduzluqla ələ keçirmişlər. 2020-ci ilin təxminən mart ayında tam olaraq aldanıldığını bilmişdir. Bundan sonra bir neçə dəfə şikayət edəcəyini dedikdə onunla görüş təyin etmiş və şirin vədlər vermişlər. Bir az da gözləməyi, pulunu ödəyəcəklərini bildirsələr də, ona heç bir məbləğdə pul ödəməmişlər. 2020-ci ilin iyun ayında isə soraqlaşa-soraqlaşa Səbuhi ilə Familin birlikdə işlədikləri Babək plazadakı ofislərinə getmişdir. Orada tanımadığı şəxslər ona Famillə Səbuhini çoxlu sayda şəxslər axtardığını bildirmişlər və çoxlu sayda şəxslərə qarşı dələduzluq etdiklərini bilmişdir. Polis tərəfindən axtarıldıqlarını, onların barələrində cinayət işi başlandığını demişlər. Bundan sonra axtarışlarını davam etdiib bilmişdir ki, Xətai RPİ-nin İŞ-də onların barəsində cinayət işi var, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də o, ərizə ilə Xətai RPİ-nə müraciət etmişdir. Səbuhi ilə Famil əlbirlikdə 55.000 (əlli beş min) manat pulunu ələ keçirmişlər. Həmin puldan 20.000 (iyirmi min) manatını o, onlara nağd olaraq vermişdir. 35.000 (otuz beş min) manat pul isə onun avtomobilinin satışından əldə edilmiş pul olmuşdur. Belə ki, onun avtomobili az idarə edilmiş sağlam maşın olmuşdur. Həmin avtomobil 2014-cü ilin buraxılışı olmuş, cəmi 25.000 yol getmişdir. Əlavə boya dəyməmişdir. Xahiş edir ki, mülki iddiası təmin olunaraq 55.000 manat pul təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 zərərçəkmiş şəxs olan qızı Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs1 cinayət işinin 1-ci cildinin 36-39-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, “2020-ci ilin yanvar ayının 8-dən etibarən “xxxx” MMC-də qeydiyyatda operator kimi yanında işə düzəldiyi xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Nəsrəddin Tusi küçəsi ev 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs1 onun etibarını qazanmışdır. Belə ki, Səbuhi özünü çox eleqant aparmışdır. Bahalı yaşayışı ilə, bahalı geyim, bahalı ətir, danışıqları və sairə bu kimi vəziyyətləri ilə Səbuhi onda böyük inam formalaşdırmışdır. Səbuhi təsis etdiyi və onun işlədiyi MMC-də avtomobillərin icarəsi işi ilə məşğul olmuşdur. O, ora gəlmiş müştəriləri qarşılayıb ora yönəltmişdir. İşləri bundan ibarət olmuşdur. Ofisləri Xətai rayonu, Babək prospektində yerləşən “Babək Plaza”-da yerləşmişdir. Həmin vaxtlarda Səbuhi ona məxsus olan xxxx markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilini arada götürüb öz şəxsi işlərinin arxası ilə gedib gəlmişdir. O, Səbuhiyə etibar etmişdir. Həm Səbuhinin işçisi olmuş, həm də aralarında sevgi münasibətləri formalaşmışdır. Səbuhi ona evlilik təklif etmiş, lakin o, qısa müddətdə Səbuhini tanıdığı üçün buna razılıq verməmişdir. Ona bildirdiyinə görə əvvəllər evli olmuşdur. Sonradan boşanmışdır, 3 uşağı var. O da əvvəllər evli olmuş və 1 qız övladı vardır. Boşanmışdır. Yəni normal münasibətlər olsa idi, ailə qura bilərmiş və bunun üçün fikirləşmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Səbuhi ondan avtomobili üçün MMC-nin mühafizəçisinə etibarnamə verməyini xahiş etmişdir. Belə ki, arada ora bura getdikləri üçün avtomobilə dair etibarnamə verilməsinin zəruri olduğunu bildirmişdir. O, Səbuhinin sözlərinə və özünə inandığı üçün etibarnamə verməyə etiraz etməmişdir. Səbuhi ondan sadə etibarnamə verməyini xahiş etmişdir. 2020-ci ilin fevral ayının 10-da saat təxminən 14 radələrində Səbuhi ilə o, MMC-də mühafizəçi işləyən Şahid3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı notarius ofisinə gəlmişdir. Orada o, Ramazana özünə məxsus olan xxxx markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobilinə dair sadə etibarnamə kimi bildiyi, lakin Səbuhi tərəfindən aldadılaraq bilmədən baş etibarnamə vermişdir. Həmin gün Səbuhi elə həmin notariusda ona mülkiyyətinə dair baş etibarnamə vermişdir. Bu etibarnamə onun etibarını qazanmaq üçün növbəti bir addım olmuşdur. Bundan sonra o, evinə getmişdir. İş olmadığına görə 3 gün evdə qalmışdır. 3 gündən sonra avtomobili ona lazım olduğundan Səbuhiyə zəng vurub avtomobilini istəmişdir. Səbuhi ona avtomobilini satdığını, pulunu ona digər daha yaxşı avtomobil almaq üçün göndərdiyini, həmin avtomobildə ciddi problemlərin olduğunu bildirmişdir. O, etiraz etmişdir. «Necə yəni mənim iştirakım olmadan mənə məxsus olan avtomobil necə satmısan?» demişdir. Səbuhi notariusda ondan baş etibarnamə aldığını bildirmişdir. Güya onu inandırmışdır ki, “sən qadınsan istəmədim ki, sən belə avtomobil idarə edəsən. Bir neçə günə yeni avtomobil gələcək, onu sənə verəcəm” və sairə bu kimi şirin yalan vədlərlə onu inandırmış və nisbətən sakitləşdirmişdir. Daha sonra görmüşdür ki, Səbuhi yalan danışır. Artıq ondan qaçmağa başlayır. Ramazan onun telefon zənglərinə cavab verməmişdir. Artıq aldanıldığını, etibarından sui istifadə edildiyini başa düşmüşdür. Bunun üçün də ərizə ilə müraciət etmişdir. Ona məxsus olan avtomobilinin qiyməti 18.000 manatdır. Belə ki, onun avtomobili az sürülmüş maşın olmuşdur. Saz vəziyyətdə olmuşdur. Həmin vaxta elə avtomobillərin orta bazar qiyməti təxminən 20.000 manat civarında olmuşdur. Buna görə də o, həmin məbləğdən bir az aşağı olaraq ona vurulmuş maddi ziyanın məbləğini 18.000 manat kimi qiymətləndirmişdir. Onu Səbuhi aldatmışdır. Onun Səbuhiyə olan etibarından sui olaraq istifadə etmişdir. Ona qarşı dələduzluq etmişdir. Sadə etibarnamə vermək adı ilə onu aldatmış, ondan baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə satmışdır. Ramazanın da Səbuhi ilə əlbir olmasını bildirmişdir. Ramazan Səbuhinin onun avtomobilini satacağını əvvəlcədən bilmişdir. Səbuhi ilə Famil bu planı əvvəlcədən ona qarşı hazırlamışlar. Cünki avtomobilə dair o, Ramazana etibarnamə vermişdir. Buna görə də onlar əlbirliklə ona qarşı dələduzluq etmişlər. Səbuhi ilə daimi olaraq yanında olan Təqsirləndirilən şəxs2 adlı şəxs də əlbir olmuşdur. Bu işlərdən Famil də xəbərdardır. Familin mütləq bu işdə əli vardır. Belə ki, avtomobilinin dəyişdirilməsinə Famil də onu inandırmışdır. Böyük səylə etibarnamə verməyinə onu inandırmışdır. Famil Səbuhi ilə əlbirdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla mobil telefonla internet üzərindən «Whatsapp» ani mesajlaşma sistemində olan yazışmalarını və səs yazılarını istintaqa təqdim etmişdir.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun əridir. «Changan» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə istintaq zamanı adını bildiyi Şahid4 15400 manata almışdır. Həmin avtomobil adına rəsmiləşdirilmiş və o, həmin avtomobilə görə əri Ayaza ƏN-V seriyalı, 168359 nömrəli etibarnamə vermişdir. Həmin avtomobil hazırda onun istifadəsindədir. Hazırda həmin avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur, xahiş edir ki, bu məhdudiyyət götürülsün. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 onun arvadıdır. «Changan» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə Şahid4 14500 manata almışdır. Həmin avtomobil arvadı Rənanın adına rəsmiləşdirilmiş və Rəna həmin avtomobilə görə ona ƏN-V seriyalı, 168359 nömrəli etibarnamə vermişdir. Həmin avtomobil hazırda onun istifadəsindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təsis etdikləri, həm də rəhbərlik etdikləri “xxxx” MMC-də sürücü işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 MMC-nin direktor və təsisiçiləri olmuşlar. Birlikdə Bakı şəhəri, Xətai rayonu ərasində yerləşən Babək plazada ofisdə çalışmışlar. Onların dediklərinə görə həm avtomobillərin icarəsi, xarici dövlətlərdən avtomobillərin gətirilməsi kimi işlərlə məşğul olmuşlar. Zərərçəkmiş şəxs1 həmin MMC-də operator vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə Səbuhi ona bildirmişdir ki, Nərminə özünə məxsus «xxxx» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən idarə edilməsi üçün ona etibarnamə verəcəkdir. Həmin gün saat 14 radələrində o, Nərminə və Səbuhi ilə birlikdə notariat kontoruna getmişdir. Həmin notariat kontorunda Nərminə özünə məxsus «xxxx» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün ona baş etibarnamə vermişdir. Bundan bir neçə saat sonra Səbuhinin tələbi ilə o, tanımadığı sonradan tanıdığı Şahid4 adlı şəxslə görüşmüşdür. Səbuhi ilə Famil ona bildirmişlər ki, Nərminənin avtomobilini icazəsi ilə Radiona satırlar, Nərminəyə yeni avtomobil gətirəcəklər. Nərminə ilə onlar çox yaxın münasibətdə olduqlarından, o, bunların Nərminənin avtomobilin satılmasından məlumatlı olduğunu güman etmişdir. Səbuhi bildirmişdir ki, Nərminənin polisə getməsini istəmir. Buna görə də bunu onun etməyini xahiş edir. O da Radionla telefonla zəngləşib görüşüb həmin gün birlikdə DİNnin BDYPİ-nə getmiş, Radion həmin avtomobili öz adına sənədləşdirmiş, yeni texniki pasport almışdır. Avtomobilə yeni dövlət nömrə nişanı verilmişdir. Radion ona Səbuhi ilə Familə çatdırmağı üçün 12.000 manat pul vermişdir. O, həmin pulu Radiondan alaraq gətirib həmin gün işlədiyi ofisdə Səbuhiyə vermiş, bu barədə Famildə bilmişdir. Bu hadisədən təxminən 2 aya yaxın keçdikdən sonra bilmişdir ki, Səbuhi ilə Famil Nərminəyə məxsus olan «xxxx» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sadə etibarnamə alacaqları ilə aldadaraq baş etibarnamə almışlar. Nərminənin baş və ya sadə etibarnamə verəciyini hətta bilməmiş, bunları onların hər üçünün bildiyini gümün etmişdir. Onların yanınlarında işlədiyi bir neçə ayı ona maaş belə verməmişlər. İşə götürəndə ona 1 ay üçün 500-700 manat arası maaş verəcəklərini bildirmişlər. Onların yanında təxminən 3 ay işləmişdir. Lakin ona da maaş verməmişlər. Onun Nərminənin avtomobilinin ələ keçirilməsində əlbirliyi yoxdur. Onların Nərminəni aldadaraq avtomobilini ələ keçirəcəklərindən xəbəri olmamış və belə bir fikir ağlına belə gəlməmişdir. Bütün bunları ona sonradan bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, fərdi qaydada Bakı şəhəri, Xətai rayonu, Babək prospektində «Babək» körpüsünün ətrafında avtomobil alveri ilə məşğul olmuşdur. xx xxxxxx 2020ci il tarixdə saat təxminən 15 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 yanına gələrək qırmızı rəngli, CHANGAN MİNİK markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili satmaq istədiyini bildirmişdir. O, həmin avtomobili 12.000 manata ala biləcəyini bildirmişdir. Səbuhi ilə bazarlaşmışlar. Həmin avtomobili 12.000 manata Səbuhidən xx xxxxxx 2020-ci il tarixdə almışdır. Səbuhinin sürücüsü kimi təqdim etdiyi Şahid3 adına baş etibarnamə olmuşdur. Səbuhi ilə razılşadıqdan sonra Ramazanla birlikdə DİN-nin BDYPİ-nə gedib orada alqı satqı etmişlər. Orada 12.000 manat pul vermiş və həmin avtomobili **-VL-*** dövlət nömrə nişanı altında almışdır. Avtomobilin nömrəsi yaxşı nömrə hesab edildiyindən və Səbuhi həmin nömrənin sahibinə məxsus olduğunu bildirdiyindən nömrə saxlancda qalmışdır. Bundan sonra avtomobilin bəzi sınıq və nasaz yerlərini təmir etdirərək bunun üçün təxminən 1500 manat pul xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobili Nəsirova– Mustafayeva Rəna Elçin qızına 15.000 manata satmışdır. Həmin avtomobili Səbihidən aldığı zaman avtomobilin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Alqı-satqıda da avtomobilin axtarışda olmadığı və heç bir probleminin olmadığı müəyyən edilmişdir. Buna görə də qazanc əldə etmək üçün həmin avtomobili almışdır. Polis İdarəsinə dəvət olunduqda bilmişdir ki, avtomobil Səbuhi və əlbir olduğu Famil adlı şəxs tərəfindən dələduzluqla ələ keçirilmişdir. Təqsirləndirilən şəxs2 görməmişdir. Familin adını yalnız Səbuhidən eşitmişdir. Avtomobillə bağlı alqı-satqı sövdələşmələri Səbuhi ilə olmuşdur. Şahid3 Güloğlna oğlu alqı-satqı hadisələrində Səbuhinin yanında olsada bütün danışıqları Səbuhi etmişdir. Avtomobilə görə Səbuhi ilə razılşadığı 12.000 manat pulu DİN-nin BDYPİ-də alqı-satqıdan sonra Ramazana vermişdir. Şahid qismində dindirilmiş Şahid5 cinayət işinin 3-cü cildinin 53-56-cı vərəqlərində olan və məhkəmədə araşdırılan ifadəsində göstərmişdir ki, fərdi qaydada avtomobil alveri ilə məşğul olmuşdur. xx xxxxx 2020-ci il tarixdə ona avtomobil alveri ilə məşğul olan şəxslərdən biri zəng edərək Səbuhi adlı şəxsin satdığı, özünə məxsus olan avtombili almaq istəyib-istəmədiyini soruşmuş, o da Səbuhi tərəfindən satılan «BMW 535 Xİ» minik markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilə baxmaq istədiyini bildirmişdir. Həmin gün saat 14 radələrində Səbuhi ilə zəngləşib görüşmüşdür. Səbuhi onun yanına Təqsirləndirilən şəxs2 ilə gəlmişdir. O, avtomobilə baxmışdır. Avtomobilə müəyyən qədər xərc çəkdikdən sonra aldığı qiymətdən daha baha satacağını düşünmüşdür. Həmin avtomobilə görə Səbuhi və Famillə 11000 manata razılaşmışdır. lkin hesablamasına görə həmin avtomobilə 3000 manat xərclədikdən sonra avtomobili 2000 manat əlavə qazanc qazanmaq şərti ilə təxminən 16000 manata sata biləcəyini güman etmişdir. Səbuhi ilə Famil həmin avtomobilin onlara məxsus olduğunu bildirmişlər. Həmin gün 50 saylı notarius ofisində Səbuhi ona baş etibarnamə vermişdir. Orada Səbuhi ilə Familə 11000 manat pul vermişdir. Bunun müqabilində «BMW 535 Xİ» minik markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilini almışdır. Orada bilmişdir ki, avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. O, avtomobili alıb satmaq məqsədi ilə almış, avtomobilin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Həmin avtombili aldıqdan təxminən bir həftə sonra avtomobili öz adına sənədləşdirmək istəyəndə bilmişdir ki, avtomobilə dair verilmiş etibarnaməni Zərərçəkmiş şəxs2 ləğv etdirmişdir. Buna görə o, avtomobili sənədləşdirə bilməmişdir. Avtomobilin sürətlər qutusu xarab olduğundan onu evakuatorla Qəbələ rayonuna aparmışdır. Avtomobil üzərinə həbs qoyulduğu ona izah edilmişdir. O, həmin avtomobil üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11000 manat pul vermişdir. Şahid qismində dindirilmiş cinayət işinin 3-cü cildinin 60-63-cü vərəqlərində olan və məhkəmədə araşdırılan ifadəsində göstərmişdir ki, yaxın tanışları onu Gulya adı ilə çağırmışdır. Özü ixtisasca mühasibdir, şirkətlərdə işləmişdir. Tanışlarından biri ona demişdir ki, «Azur» biznes mərkəzində yerləşən «xxxx» adlı şirkət mühasib axtarır. 2020-ci ilin mart ayında o, həmin şirkətə getmiş və direktor Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Səbuhi onu həmin şirkətə mühasib kimi götürməyə razı omuş, aylıq 500 manat əmək haqqı ilə razılaşmışdır. xx xxxxx 2020-ci il tarixdə o, həmin şirkətdə işləməyə başlasa da şirkətin rəsmi qeydiyyat sənədləri tam hazır olmamışdır. Səbuhi, onların qeydiyyata götürülməsini, Asan imza alınmasını təşkil etmiş və zəruri sənədləri hazırlamışdır. Yekun olaraq xx xxxxx 2020-ci il tarixdə şirkət ilə aralarında əmək müqaviləsi bağlanmışdır. «xxxx» MMC-nin təsisçisi Səbuhi özü olmuş, əvvəllər qanuni təmsilçisi Ülviyyə adlı şəxs olmuşdur. Sonra Səbuhinin istəyi ilə qanuni təmsilçini dəyişdirib Səbuhinin özünü qeydiyyata aldırmışdır. Səbuhi demişdir ki, onlar xaricdən avtomobil gətirməklə məşğuldurlar. Səbuhinin yanında Famil adlı dostu da olmuş və bütün işləri Səbuhi ilə bərabər təşkil etmişdir. O, işə qəbul oluduqdan sonra Səbuhi ofisə katibə olaraq Günel adlı şəxsi, operator olaraq Aytən, Ülkər, mühasib köməkçisi olaraq Xoşqədəm, xadimə olaraq Günelin anasını işə götürmüşdür. Səbuhi özünə köməkçi də götürmüşdür. İşlədiyi ofisin yanında Lalə adlı qadın başqa bir ofisdə işləmişdir. Onun işlədiyi ofisdə printer olmadığı üçün o, bir neçə dəfə Lalənin işlədiyi ofisə gedib sənəd çap etmişdir. Beləliklə Səbuhi ilə onun arasında münasibət yaranmışdır. Söhbət zamanı Lalə Səbuhinin avtomobil gətirməklə məşğul olduğunu bilib özü Səbuhinin yanına gəlmiş və avtomobillə bağlı Səbuhiyə sifariş vermişdir. Bilmişdir ki, Səbuhi ilə Lalə müqavilə bağlamış və Lalə öz avtomobilini Səbuhinin gətirəcəyi yeni avtomobilin dəyərinin bir hissəsi olaraq Səbuhiyə vermişdir. 2002-ci ilin aprel ayının sonlarında Səbuhi qəflətən ofisə gəlib, yeni ofis tapdığını, işçi sayını artırmaq istədiyini, bu səbəbdən yeni ofisə köçəcəyini bildirmişdir. O da Səbuhinin yeni tapdığı Rəşid Behbudov küçəsində yerləşən yeni ofisə köçmüşdür. Lalənin yeni ofisə gəlib Səbuhi ilə görüşdüyünü görsə də onlar öz aralarında danışdəğəndan söhbətin konkret məzmununu bilməmişdir. xx xxxxx 2020-ci il tarixdən etibarən Səbuhi və Famil ofisə gəlməmişdir. Bilmişdir ki, onların yeni ofisin sahibi Talıb adlı şəxsə icarə haqqı olaraq borcları qalıb, həm də ofisin noutbuk kompyuterlərini götürmüşlər. Talıb ofisə gəlib Səbuhini axtarmış, lakin tapa bilməmişdir. 2020-ci ilin aprel ayının sonlarından etibarən ofisə getməmişdir. Ona maaş da verilməmişdir. O, işçilərlə əlaqə saxladıqda məlum olmuşdur ki, Səbuhi heç kimə maaş verməyib və R.Behbudov küçəsində yerləşən ofisdən çıxmışdır. Lalə özü onunla əlaqə saxlayaraq bildirmişdir ki, Səbuhi onu aldadıb avtomobilini ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, fərdi qaydada avtomobillərin alğısatqısı ilə məşğul olmuşdur. 2019-cu ilinin sentyabr ayının təxminən 20-də sonra tanışı Vüqar demişdir ki, qohumu Səbuhi adlı şəxs Səbuhi “Kia Sportage” markalı avtomobil satır, sərfəlidir, almaq istəyirənsə gəl bax, xoşun gəlsə alıb, satarsan, calaqçı kimi mənimdə pulumu verərsən. O da gedib həmin “Kia Sportage” markalı avtomobilə baxmış, avtomobilin dövlət nömrə nişanlı **-RP-*** olmuş, avtomobilin bir az xərci olmuşdur. Səbuhi ilə Famil həmin avtomobili 25.000 manata satmaq istədiklərini demişlər, ilk olaraq o razılaşmamışdır. Belə ki, avtomobilin xərci olduğundan ona sərf etməmişdir. Səhərisi gün Vüqar ona zəng edərək demişdir ki, Səbuhi avtomobili 24000 manata satmağa razıdır, gəl istəyirsən götür. Bundan sonra o, xx xxxxxxxx 2019-cu il tarixdə Səbuhi və Famillə Xətai rayonu Mehmandarov küçəsində “555” avtoservisin həyətində görüşüb avtomobili 24000 manata almağa razılaşmışdır. Daha sonra öz şəxsiyyət vəsiqəsini onlara vermişdir. Həmin vaxt Səbuhi bildirmişdir ki, “Kia Sportage” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobil Səbuhinin anasına məxsusdur, onun adına baş etibarnamə alıb gələcəkdir. Təxminən bir saatdan sonra, Famil və Səbuhi gəlmiş və “Kia Sportage” markalı **-RP- *** dövlət nömrə nişanlı avtomobilə görə ona baş etibarnaməni vermişdir. Həmin vaxt isə o, elə həmin avtomobilin içərisində 24000 manat pulu sayıb Səbuhiyə vermişdir. Həmin vaxt avtomobildə o, Famil və Səbuhi olmuşdur. Avtomobili aldıqdan sonra təxminən 1000 manat xərcini çəkmişdir. Avtomobilin təkərlərini və xırda işlərini görmüşdür. Elə həmin gün avtomobili satmaq üçün “turbo.az” saytında avtomobili satmaq barədə elan yerləşdirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Əlləz adlı şəxs ona zəng etmiş, avtomobilə baxmış və lizinq yolu ilə almaq istədiyini demişdir. O, həmin avtomobili Əlləzə 26500 manata sataraq həmin puldan 500 manatını calaqçı kimi Vüqara vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2019-cu ilinin sentyabr ayında özü üçün avtomobil almaq istədiyindən “turbo.az” saytından avtomobillərə baxmışdır. Oradan “Kia Sportage” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobili görmüş və bəyənmişdir. Avtomobilin sahibi Rəhimov Fərahim Malik oğlu danışıqdan sonra həmin avtomobili 26500 manata almaq barədə razılaşaraq 1000 manat beh vermişdir. Lakin onun pulu az olduğu üçün o, aldığı avtomobili lizinq krediti vasitəsi ilə almaq istədiyi üçün xx xxxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-yə müraciət edərək bildirmişdir ki, avtomobil almaq istəyir və həmin avtomobili MMC tərəfindən verilən lizinq krediti vasitəsi ilə almaq istəmişdir. O, MMC-yə bildirmişdir ki, “Kia Sportage” markalı **- RP-*** dövlət nömrə nişanlı avtomobili 26500 manata almaq istəyir. Lakin onun əlində 9500 manat pulu vardır. Yerdə qalan 17000 manatı isə lizinq krediti etmək istəyir. MMC-nin direktoru avtomobilə baxdıqdan sonra həmin avtomobilə görə ona 17000 manat verə biləcəyini demişdir. O, həmin avtomobili Şahid9 ümumilikdə 26500 manata almağa razılaşmışdır. Həmin pulun 17000 manatını MMC vermiş, yerdə qalanını isə özü Mərahimə vermişdir. Bundan sonra isə avtomobil “xxxx” MMC-nin balansına keçirməklə, ona ayda 920 manat olmaqla 24 ay müddətinə lizinq yolu ilə kreditə verilmişdir. Avtomobil lizinqə salındıqdan sonra avtomobilin üzərinə **-PJ-*** dövlət nömrə nişanı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyir. Onun direktor olduğu MMC-nin fəaliyyəti daşınan və daşınmaz əmlakların lizinq yolu ilə satışından ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə Şahid10 direktoru olduğu MMC-yə müraciət edərək, lizinqlə avtomobil almaq istədiyini və həmin avtomobili MMC tərəfindən verilən lizinq krediti vasitəsi ilə almaq istədiyini bildirmişdir. Əlləz **-RP-*** dövlət nömrə nişanlı avtomobili 26500 manata razılamaqla almaq istədiyini bildirmişdir. Avtomobilə baxdıqdan sonra həmin avtomobilə görə Əlləzə 17000 manat verə biləcəyini bildirmişlər. Əlləz onunla razılaşmış və həmin avtomobili Şahid9 ümumilikdə 26500 manata almağa razılaşmışlar. Həmin pulun 17000 manatını MMC tərəfindən ona verilmişdir. Qalanını isə Əlləz özü Mərahim adlı şəxsə vermişdir. Bundan sonra isə avtomobil “xxxx” MMC-nin balansına keçirməklə, Əlləzin ayda 920 manat olmaqla 24 ay müddətinə lizinq yolu ilə kreditə verilmişdir. Avtomobil lizinqə salındıqdan sonra avtomobilin üzərinə **-PJ-*** dövlət nömrə nişanı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Şahid9 ilə eyni məzmunlu ifadə verərərk həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayının sonlarında Gəncə şəhərində yaşayan yaxın qohumu ona zəng edərək vaxtı olmadığı üçün özünə məxsus olan KİA SPORTEGE markalı avtomobili satmaqda kömək etməsini xahiş etmişdir. O, həmin avtomobili satmaq üçün avtomobilin fotoşəkillərini bir neçə internet saytlarına yerləşdirmişdir. Bir nüçə gündən sonra avqust ayının əvvəllərində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 adlı şəxs ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. 2019-cu ilin təxminən avqust ayında görüşüb tanış olmuşdur. Həmin vaxtlarda o, Gəncə şəhərində yaşayan yaxın qohumuna məxsus olan KİA SPORTEGE markalı avtomobili satmaq istəmiş, Pərvanə isə həmin avtomobili almaq istəmişdir. Avtomobil saz vəziyyətdə olduğundan o, həmin avtomobili 34000 manata satmağı qərarlaşdırmışdır. Avtomobil saz vəziyyətdə, az idarə edilmiş və boyasız olmuşdur. Pərvanə həmin avtomobilin pulunu hissə-hissə verməyi xahiş etmişdir. Razılaşmışlar ki, o, Pərvanədən həmin avtomobilin pulunu hissə-hissə olmaqla alsın. Avtomobilin pulunu isə Pərvanə hissə-hissə ödədiyinə görə 35000 manata razılaşmışlar. Pərvanə ilkin olaraq ona 25000 manat ödəmişdir. Daha sonra isə 2 ay ərzində hissə-hissə olmaqla cəmi 10.000 manat ödəmişdir. Bununla da Pərvanə ona həmin avtomobil üçün 35.000 manat pul ödəmişdir. Avtomobil Pərvanənin adına rəsmiləşdirilmişdir. Avtomobilə **-RP-*** dövlət nömrə nişanı verilmişdir. 2019-cu ilin sonlarına yaxın isə Pərvanədən eşitmişdir ki, həmin avtomobili və əlavə olaraq 20000 manat pulunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər dələduzluqla ələ keçirərək ona 55.000 manat maddi ziyan vurmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir rayonlu olduğu üçün tanımış, elə bilmişdir ki, onlar normal insanlardılar. Özü fərdi əməklə məşğul olan bir neçə nəfər şəxslərlə mənzillərin təmiri üçün mənzil sahibləri ilə danışıb mənzili tam təmir edib sahibinə təhvil verilməsi işləri ilə məşğul olmuşdur. 2019-cu ilin təxminən avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla tanışları Paşayeva Cəvahir Nəriman qızının Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsi 5d saylı 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 49 saylı mənzilin təmirə ehtiyacı olduğunu bildirmişlər. Onlarla birlikdə həmin mənzilə getmişdir. Orada məlum olmuşdur ki, həmin mənzilin sahibi Cəvahir həmin şəxslərin tanışıdır. Famil ilə Səbuhi isə təmir işləri etməyə, həmçinin mənzilə eyvan artırılıması işində Cəvahirə kömək edib sənəd düzəldəcəklərini öz öhdələrinə götürmüşlər. O, mənzilə baxdıqdan sonra həmin mənzilin təmiri ilə bağlı olan yalnız ustalara aid hissəsi ilə 6.000 manat pulun müqabilində onlarla razılaşmışdır. Həmin pula o, digər tanış ustaları ilə birlikdə mənzilin ümumi təmir işlərini görməli idi. Buraya söküntü işləri, rəngsaz işləri, döşəmə, tavan, su xətlərinin çəkilişi, kafel düzülüşü və sair ortaya çıxacaq digər işlər aid olmuşdur. Onlarla razılaşmış və təxminən 2019-cu ilin avqust ayının ortalarından başlayaraq həmin mənzildə tanıdığı, fərdi əməklə məşğul olan fəhlələrlə söküntü işlərini həyata keçirmişdir. Həmçinin Famil və Səbuhi tərəfindən ona verilən pullar müqabilində o, təmir işləri üçün bəzi tikinti materialları, qum, sement, armatur və sair materiallar almışdır. Həmin materialların ümumi xərcləri təxminən 5.000 manat etmişdir. O, bu barədə qəbzləri Səbuhi, Famil və Cəvahirə təqdim etmişdir. Onlar da həmin materialların onun tərəfindən alınmasını görmüşlər. Daha sonra isə təmirlə bağlı bir sıra işlər görülməsini onlara deməsinə baxmayaraq ona pul vermədiklərini görüb bu barədə Cəvahirə bildirmişdir. Səbuhi və Famildən gördüyü işlərə dair 1000 manat pul almışdır. Bununla da Cəvahir xanımın Səbuhi və Familə verdiyi 40.000 manat puldan 6.000 manat xərcləmişlər. 34.000 manat pulunu isə dələduzluqla ələ keçirmişlər və Cəvahir xanımın işlərini görməmişlər. Bundan sonra orada işini saxlamışdır. Bu barədə Cəvahir xanıma bildirmiş və həmin mənzildən uzaqlaşmışdır. Cinayət işinin 1-ci cildinin 62-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdərəsinin xx.xx.2020-ci il tarixli, 016-45346-1220 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsini Qeydiyyat-imtahan İdarəsini kompyuter uçot bazasına görə ünvan 14 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğunun adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cildinin 182-ci vərəqində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidamətinin xx.xx.2020-ci il tarixli, **********60 saylı məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 184-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdərəsinin xx.xx.2020-ci il tarixli, 016-53956-1220 saylı məktubun məzmunundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsini Qeydiyyat-imtahan İdarəsini kompyuter uçot bazasına görə «BMW 525Xİ» markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdən ünvan 15 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına qeydiyyatdadır. Cinayət işinin 3-cü cildinin 42-47-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarlarından görünür ki, Şahid1 məxsus, ChanganCS35 minik markalı, 2014-cü il buraxılışlı, qırmızı rəngli, LS5A3DDU0FA955437 BAN nömrəli **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində və Zərərçəkmiş şəxs2 məxsus, BMW 525Xİ minik markalı, 2006-cı il buraxılışlı, boz metallik rəngli, WBANF33597CS39971 BAN nömrəli 99-ED-m861 dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilərək üzərlərinə həbs qoyulması qərara alınmışdır. Cinayət işinin 3-cü cildinin 70-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdərəsinin xx.xx.2020-ci il tarixli, 016-62391-1220 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsini Qeydiyyat-imtahan İdarəsini kompyuter uçot bazasına görə Təqsirləndirilən şəxs2 oğunun adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 4-cü cildinin 28-31-ci vərəqlərində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 294 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təyinatı üzrə istifadəyə tam yararlı və komplektli, 2013cü il buraxılışlı, mühərrik həcmi 2000 cm3 olan “Kia Sportage” markalı az **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu ilin sentyabr ayına respublika daxili orta bazar qiyməti təxminən 35000.00 (otuz beş min) manat müəyyən edilir. Cinayət işinin 4-cü cildinin 34-cü vərəqində olan Laçın Kiçik Müəsissəsinin xx xxxxxx 2020-ci il tarixli, 226 nömrəli məktubundan görünür ki, 2013-cü ilin buraxılışı KİA SPORTRAGE markalı avtomobilin 2019-cu ilin sentyabr ayının 24-nə olan orta bazar qiyməti həmin avtomobilin istifadə edilmiş yürüşündən, texniki sazlığından, qəza vəziyyətində olub-olmamasından asılı olaraq 32.000-36.000 manat arası dəyişmişdir. Cinayət işinin 4-cü cildinin 37-ci vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********824700 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən “xxxx” MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixdən qeydiyyatda olması və rəhbərinin Veyisov Səbuh Akif oğlu olması barədə məlumat müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyət növü “Taksi fəaliyyəti (49320)” kimi qeyd olunmuş və hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətləri protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 90-cı, 2-ci cildinin 173-176-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 192-ci, 3-cü cildinin 11-15-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 143-145-ci vərəqlərində olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2007, xx.xx.2008 və xx.xx.2011-ci il təvəllüdlü uşaqları var. Cinayət işinin 3-cü cildinin 179-180-ci vərəqlərində olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kürdəmir şəhərində yaşadığı müddət ərzində barələrində heç bir şikayət olmamışdır. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 18-20-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə AR CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 78-86-cı vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2013cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 (doqquz) il azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə CM-in 178.3.2-ci maddəsi CM-in 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək CM-in 67.1-ci maddəsinə əsasən üzərində 05 il azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası saxlanılmişdır. Göstərilən hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 nəfər azyaşlı uşağın olması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin residivini yaradır ki, bu da onun cəzasını ağırlaşdıran haldır. Əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslər Paşayeva Cəvahir Nəriman qızı, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddia verərək müvafiq olaraq 34.000 manat, 28.300 manat və 55.000 manat pulun təqsirləndirilən şəxslərdən alınaraq onlara verilməsini xahiş etmişlər. Məhkəmə mülki iddiaları araşdıraraq iş üzrə sübutlarla təsdiq olunduğuna görə hesab edir ki, mülki iddialar tam təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 34.000 manat alınaraq Paşayeva Cəvahir Nəriman qızına, 28.300 manat alınaraq Zərərçəkmiş şəxs4 və 55.000 manat alınaraq Zərərçəkmiş şəxs5 verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 mülki iddia vermədiklərindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 50 (əlli) manat pulun 25 manatı Təqsirləndirilən şəxs1, 25 manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Bayramov Sevdiyar Qulu oğlu müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş arayışdan görünür ki, müdafiəçi Bayramov Sevdiyar Qulu oğlunun dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saatdır, belə olan halda iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Şahbazov Səxavət Rizvan oğlu müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş arayışdan görünür ki, müdafiəçi Şahbazov Səxavət Rizvan oğlunun dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saatdır, belə olan halda iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclaslarında isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmənin qərarına əsasən təyinatla “Pro Bono” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmiş və Müdafiəçi1 məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 müdafiəsi ilə əlaqədar 45 saat, Müdafiəçi2 isə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 müdafiəsi ilə əlaqədar 45 saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Bayramov Sevdiyar Qulu oğlu üçün 120 AZN (bir yüz iyirmi) manat, Şahbazov Səxavət Rizvan oğlu üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi “Pro Bono” Vəkil Bürosunun nəfinə, Müdafiəçi2 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 67.1-ci maddəsinə müvafiq olarar çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin edilən cəzaya birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin olunsun, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 50 (əlli) manat pulun 25 manatı Təqsirləndirilən şəxs1, 25 manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslər Paşayeva Cəvahir Nəriman qızı, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddiaları tam təmin edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 34.000 manat alınaraq Paşayeva Cəvahir Nəriman qızına, 28.300 manat alınaraq Zərərçəkmiş şəxs4 və 55.000 manat alınaraq Zərərçəkmiş şəxs5 verilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabına müdafiəçi Bayramov Sevdiyar Qulu oğlu üçün 120 (bir yüz iyirmi) manat, Şahbazov Səxavət Rizvan oğlu üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi “Pro Bono” Vəkil Bürosunun nəfinə, Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar