Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, müdafiəçilər “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili İbrahim Miri oğlu Sadıqovun iştirakları ilə « 01 » aprel 2021-ci il Bakı şəhərində xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri, xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında vahid niyyətlə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 49B ünvanında yerləşən binanın Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən anbar kimi istifadə edilən otağının giriş qapısını özləri ilə gətirdikləri vint açan və kəlbətinlə zədələyib açmaqla binaya qanunsuz daxil olaraq orada saxlanılan həmin MMC-yə məxsus hər biri 160 manat dəyərində olmaqla 16 ədəd cəmi 2560 manat dəyərində 2015-ci il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********4 seriyalı çağırış blokunu, hər biri 180 manat dəyərində olmaqla 96 ədəd cəmi 17280 manat dəyərində 2014-cü il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********0 seriyalı çağırış blokunu, hər biri 120 manat dəyərində olmaqla cəmi 96 ədəd 11520 manat dəyərində 2018-ci il istehsalı olan “CYFRAL” markalı CCD 294 modelli çağırış blokunu, hər biri 40 manat dəyərində olmaqla 90 ədəd cəmi 3600 manat dəyərində “NOTEDO” markalı DC- 100 modelli qapı qaytarıcısını, hər biri 100 manat dəyərində olmaqla 128 ədəd cəmi 12800 manat dəyərində “Smart Home” markalı NB-8 modelli qapı qaytarıcısını, hər biri 45 manat dəyərində olmaqla 50 ədəd cəmi 2250 manat dəyərində 2018-ci il istehsalı olan “Stroy master domofon” markalı “KM-SMD 100x3” modelli **********6 seriyalı kommutasiya bloklarını, hər biri 45 manat dəyərində olmaqla 19 ədəd cəmi 855 manat dəyərində olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı, “KMQ100” modelli kommutasiya bloklarını, hər biri 12 manat dəyərində olmaqla 192 ədəd cəmi 2304 manat dəyərində 2019-cu il istehsalı olan “Stroy master domofon” markalı “UKP-SMD-7” modelli audio dəstəkləri, hər biri 10 manat dəyərində olmaqla 960 ədəd cəmi 9600 manat dəyərində 2019-cu il istehsalı olan “CYFRAL” markalı “KM-2” modelli audio dəstəkləri, hər biri 15 manat dəyərində olmaqla 96 ədəd cəmi 1440 manat dəyərində 2016-cı il istehsalı olan “CYFRAL” markalı “KM- 2HO” modelli audio dəstəkləri, hər biri 12 manat dəyərində olmaqla 3 ədəd cəmi 36 manat dəyərində “Smart Home” markalı “KV-B.H2015” modelli çıxış düyməsini, hər metri 0,18 manat dəyərində olmaqla cəmi 7380 manat dəyərində ümumilikdə 41.000 metr uzunluğunda olan 82 top “KSPB” markalı 0,4 ölçülü kabeli və hər biri 120 manat dəyərində olmaqla 3 ədəd cəmi 360 manat dəyərində 2014-cü il istehsalı olan “Özcan” markalı “5005-7” modelli beş lampalı çılçıraqları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 71.985 (yetmiş bir min doqquz yüz səksən beş) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu “Alatava” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə ümumi təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxsnə məxsus saxlanc yerindən-anbarından külli miqdarda əmlakın oğurlanmasında şübhəli olduğu üçün əməliyyat axtarış tədbirləri ilə əlaqədar Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanı qarşısında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq qəhvəyi rəngli dəri materialdan tikilmiş gödəkçənin sol yan cibindən həmin narkotik vasitə, yəni bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə olmaqla ümumi təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitə əldə edib istifadə etdiyinə görə iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2018-ci ilin avqust ayında o həbsdən azad olunmuşdur. O, əvvəllər Bakı şəhəri H.Cavid pr. 55 ünvanında yaşamışdır. Həmin ev onun ata evidir. Kiçik qardaşı ailə qurduqdan sonra o həmin evdən köçmüşdür. O, 2003-cü ildən etibarən narkotik vasitədən istifadə edir, Bakı şəhərində “Kubinka” adlanan ərazidən, həmçinin Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alıb istifadə edirdi. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında heroin əldə edib ondan istifadə etmək üçün sakit, kimsəsiz bir yer axtararaq əvvəllər yaşadığı məhəlləyə H.Cavid pr. 49 ünvanına gəlmiş, H.Cavid pr. 49B ünvanında yerləşən iki mərtəbəli yaşayış evinin yanından keçən vaxt həmin evə daxil olub damın üstünə çıxıb evin ikinci mərtəbəsinin pəncərəsinin qarşısına çıxmış, əli ilə itələyib pəncərəni açmış və evin içərisinə daxil olmuş, narkotik vasitəni hazırlayıb, istifadə etmişdir. Sonra o, evin birinci mərtəbəsinə düşmüş, dəmir qapısı olan bir otağın olduğunu görmüşdür. O, həmin otağın qapısının sol tərəfində olan oyuqdan alışqanın işığını salmış, otaqda qutularda əşyaların olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Kirayədə qaldığı evdən vint açan və kəlbətin götürüb cibinə qoymuş, təxminən bir iki saat sonra evdən çıxıb Yasamal rayonu H.Cavid pr. 49B ünvanına getmişdir. Saat 23:30 radələrində yenidən damın üstünə çıxıb plastik pəncərədən evə daxil olmuş, qutuda əşyaların olduğu otağın dəmir qapısını vint açan və kəlbətinlə açıb otağa daxil olmuşdur. O, qutulardan bir ikisini açıb baxmış, onların içərisində müxtəlif növ, müxtəlif firmalara aid, audio dəstəklər, qapı qaytarıcıları, kommutator aparatları, çağırış bloklarının olduğunu, torbaların içərisində ağ rəngli kabellərin olduğunu görmüşdür. xx.xx.2019-cu il tarixdə axşam saatlarında o Yasamal rayonu H.Cavid pr. 49B ünvanına qayıtmış, içərisində dörd ədəd kabel olan torbaları, ümumilikdə iyirmi torba olmaqla cəmi səksən ədəd kabeli pəncərənin qarşısına yığmışdır. Sonra o, evə daxil olduğu pəncərədən çıxıb evinə getmiş, 17 və 18 noyabr tarixlərində də həmin ünvana gedib evə daxil olaraq oradan əşyaları birbir evin pəncərəsindən qarşısında olan damın üstünə yığmış, oğurladığı əşyaları damın üstündən yerə atmışdır. Sonra o, oğurladığı səksən top kabeli və beş qutu qapı qaytarıcını bir-bir daşıyıb orada olan uçmuş evin barısının yanına yığmış, küçəyə çıxmış, tanımadığı taksini saxlatdırıb, səkkiz qutu qapı qaytarıcını və bir top kabeli götürüb Nəsimi rayonu ərazisində yerləşən təzə bazara aparmış, oğurladığı qapı qaytarıcılarından bir ədəd göy rəngli, bir ədəd ağ rəngli qutuda olanını və bir top kabeli götürüb təzə bazara daxil olmuşdur. Bazarda qapı qaytarıcının alış qiymətini öyrənmiş, qapı qaytarıcının hər ikisini orada 12 manat alırmışlar. Təzə bazarda orta hissədə təsərrüfat mallarının satışı ilə məşğul olan adı ona sonradan məlum olan, Orxan adlı şəxslə danışıb qapı qaytarıcılarının hər birini 12 manata satmağa razılaşmış, Orxan səkkiz qutu qapı qaytarıcını ondan almış və ona ümumilikdə doqquz yüz altmış manat vermişdir. O, Orxana həmin maldan yenə olduğunu və istəsə gətirə biləcəyini demiş, Orxan həmin əşyaların oğurluq olmasını bilməmiş, sonuncuya həmin əşyaları işlədiyi yerdən pul əvəzi aldığını və avadanlıqların özünə məxsus olduğunu demişdir. Sonra o əldə etdiyi 960 manat pulu, Xırdalan şəhərində yerləşən oteldə yeyib-içməyə, qızlarla əylənməyə və narkotik vasitə almağa xərcləmişdir. O, noyabr ayının 19-da saat 22 radələrində yenə pəncərədən həmin evə daxil olmuş, doqquz qutu qapı qaytarıcını bir-bir evin ikinci mərtəbəsinə yığmış, sonra çıxıb getmişdir. Həmin günün səhəri gün günorta saatlarında o, yenidən həmin evə pəncərədən qanunsuz daxil olmuş, 9 qutu qapı qaytarıcını pəncərədən damın üstünə yığmış, sonra o özü də pəncərədən damın üstünə keçmişdir. Damın üstündən qapı qaytarıcıları yerə atmış, qutuları yol tərəfə aparmış, tanımadığı taksini saxladıb, oğurladığı doqquz qutu qapı qaytarıcıları taksiyə yükləyib təzə bazara getmişdir. Sonra fəhlələrin köməkliyi ilə həmin qutuları Orxanın yanına aparmış, Orxan 90 ədəd qapı qaytarıcı üçün ona 1080 manat pul vermişdir. Bir neçə gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə o axşam saat 20 radələrində H.Cavid pr. 49B ünvanında yerləşən evə gəlib pəncərədən daxil olmuş, qutuda olan audio dəstəklər olan iki qutunu ikinci mərtəbəyə qaldırmış, evin ikinci mərtəbəsində otaqda olan iki ədəd çıl-çırağı da o götürüb pəncərənin qarşısına qoymuş və evə getmişdir. Həmin günün səhəri gün yəni xx.xx.2019-cu il tarixdə o əvvəllər onunla cəza çəkmə müəssisəsində cəza çəkmiş, tanışı Sakitə zəng etmiş və sonuncu ilə görüşmüş, Sakitə həmin avadanlıqları satmaq istədiyini demişdir. Sakitə özünə məxsus damafon avadanlıqlarının və kabelin olduğunu demiş və sonuncudan həmin avadanlıqları “Sədərək” ticarət mərkəzinə aparmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Sakit həmin avadanlıqların oğurluq olmasını bilməmişdir. O taksi saxlatmış və oğurladığı əşyaları Sakitlə birlikdə taksiyə yığmış, bir torbada olan 4 ədəd kabeli də taksiyə qoymuş və onlar “Sədərək” ticarət mərkəzinə getmişlər. Oğurladığı audiodəstək, kabel, kommutator, ümumiyyətlə bütün əşyalardan bir ədəd götürüb “Sədərək” ticarət mərkəzində yerləşən mağazalara göstərmək üçün Sakitlə ticarət mərkəzinə getmişlər. O, mağazalardan birinə girən vaxt adı ona sonradan məlum olan Davud adlı şəxs onun damafon avadanlıqlarını satmaq istədiyini görmüş, həmin avadanlıqları onlardan almaq istədiyini bildirmişdir. Davud onun audio dəstəkləri ucuz qiymətə satdığını görüb ondan əşyaların oğurluq olub-olmamasını soruşmuş, o, Davuda avadanlıqların oğurluq olmadığını, həmin avadanlıqları iş yerindən pul əvəzi ona verildiyini və özünə məxsus olduğunu demişdir. Sonra o, Sakit və Davudla birlikdə oğurladığı avadanlıqları taksidən Davudun gəldiyi taksiyə yığmışlar. Həmin gün o iki ədəd çıl-çırağı hər biri on manat olmaqla, iki qutu cəmi 96 ədəd audio dəstəyi hər biri üç manata Davuda satmışdır. Davud ona cəmi 300 manat pul verib, qalan pulu isə avadanlıqları satıb verəcəyini bildirmişdir. O bir torba 4 ədəd kabeli və oğurladığı digər avadanlıqları da Davuda vermişdir ki, satmaq üçün göstərsin. Həmin gün o otuz manata Sakitə bir cüt ayaqqabı almışdır. Bundan sonra o Sakitdən ayrılıb evə getmiş, sonuncu isə gəldikləri taksi avtomobilində öz evinə getmişdir. Həmin vaxt oun evdən oğurladığı üç torba cəmi 10 top kabel Sakitin getdiyi taksi avtomobilində qalmış, həmin əşyaları Davud ondan götürməmişdir. Sakit isə həmin əşyaları öz evinə aparmışdır. Bir müddət sonra o Sakitlə məhəlləsində görüşmüş və orada söhbət vaxtı Sakitə demişdir ki, sonuncu ilə birlikdə aparıb satdığı həmin əşyaları oğurlamışdır. O Sakitə həmin evdə yenə də avadanlıqların olduğunu bildirmiş və sonuncudan avadanlıqlardan bir hissəsini oğurlamaqda ona köməklik etməsini xahiş etmişdir. Sakit ona oğurluqda iştirak etməyəcəyini və onu bu işlərə qatmamağını demişdir. Həmin gün o, yenə də evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olmuş, 4 qutu qapı qaytarıcısını, üç-dörd qutu audiodəstəklər olan qutunu, damafon avadanlıqlarının bir hissəsini orada olan torbaya yığıb aparıb ikinci mərtəbəyə pəncərənin qarşısına yığmışdır. Həmin günün səhəri gün o günorta saatlarında həmin evə gedib pəncərədən qanunsuz daxil olmuş, oğurladığı əşyaları pəncərədən damın üstünə, oradan isə yerə yığmışdır. Sonra isə yolun kənarına aparıb, oradan taksiyə yığıb təzə bazara aparıb 4 qutu qapı qaytarıcını Orxana satmışdır. Orxandan 480 manat pul almışdır. Sonra o xx.xx.2019-cu il tarixdə günorta saatlarında Davudla Gənclikdə olan 5 saylı xəstəxananın qarşısında görüşmüş, Oğurladığı digər əşyaları da Davuda vermiş, Davud ona 100 manat pul vermişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında “Alatava” deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə bir bükülüdə “Kokos” deyilən narkotik maddə almış, həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əynindəki gödəkçənin cibinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında o əvvəllər yaşadığı H.Cavid prospektindəki evə tərəf gəlmiş, saat 10 radələrində o yaşadığı evin qarşısında olarkən tanımadığı şəxslər ona yaxınlaşıb polis işçiləri olduğunu demişlər və onu oğurluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün polis bölməsinə dəvət etmişlər. O, oğurluq etdiyini və narkotik maddələrdən istifadə etdiyini, eyni zamanda hazırda da üstündə narkotik maddə olduğunu demişdir. Ona 28-ci PB-də üzərinə şəxsi axtarış və götürmə keçirəcəklərini bildirmişlər və ondan üzərində qanunsuz saxladığı əşya və olubolmadığını soruşmuşlar. O bir daha polis əməkdaşlarına demişdir ki, xəstə olduğu üçün narkotik vasitə olan “kokos”dan istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır. Sonra o, əynindəki gödəkçənin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükülünü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkumluq həyatı yaşamışdır. O, 2015-ci ildə 15 saylı cəzaçəkmə müəsisəsində cəza çəkərkən orada Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti yaranmışdır. O, Elçinlə cəmi bir dəfə birlikdə Sədərək bazarına malları apamış və həmin malların oğurluq olduğunu bilməmişdir. Malları təhvil verəndən sonra Elçin ona 1 cüt ayaqqabı almışdır. Biləndən sonra oranı tərk etmiş və Elçinə bildirmişdir ki, bir daha onu belə işlərə qatmasın. Onlar Elçinlə “Sədərək” bazarından qayıdandan sonra Elçin ona top halda olan şunurları vermişdir və demişdir ki, zəng vurub gəlib şunurları ondan götürəcəklər. Bir neçə gündən sonra polis əməkdaşları ona zəng vurmuş və o, könüllü olaraq həmin şunurları təhvil vermişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, şirkətə məxsus külli miqdar təşkil edən domofon sisteminin quraşdırılması üçün zəruri avadanlıqları oğurlanaraq şirkətə ziyan vurulmuşdur. Oğurlanmış avadnlıqların bir hissəsi geri qaytarılmışdır. Məhkəməyə mülki iddia ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 71985 manat,dövlət rüsumu olaraq ödədikləri 30 manat, avadanlıqların satılması nəticəsində əsassız varlanma ilə bağlı həmin məbləğin 8 faizi məbləğində,yəni 5759 manat faiz məbləğinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2015-ci iyul ayından etibarən Zərərçəkmiş şəxs MMC-nin kommersiya direktoru vəzifəsində işləyir. Həmin MMC-nin fəaliyyəti Bakı şəhərində yerləşən hündür mərtəbəli köhnə və yeni tikili binalara çağırış bloklarının quraşdırılmasından və həmin binalara texniki xidmət göstərilməsindən ibarətdir. Onların MMC-nin ofisi Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 11-də yerləşir. Həmin binada onların MMC-nin əsas anbarı yerləşir. Zərərçəkmiş şəxs MMC-nin istifadə etdiyi binalarda quraşdırdığı avadanlıqlar çox olduğu üçün onlar köməkçi anbardan da istifadə edirlər. Belə ki, MMC-nin rəhbəri Nümayəndə Bakı şəhəri Yasamal rayonu H.Cavid pr. 49B ünvanında iki mərtəbəli təmirsiz yaşayış evi var, həmin mənzili şirkətin köməkçi anbarı kimi istifadə etmək qərarına gəlmişlər. 2015-ci ilin iyul ayından etibarən onlar şirkətə məxsus avadanlıqların bir hissəsini həmin mənzilə yığırmışlar. Zərərçəkmiş şəxs MMC üçün avadanlıqları əsasən Rusiya və Çin Respublikasından müqavilə əsasında alırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində avadanlığa ehtiyac olduğu üçün o Şahid2lə birlikdə H.Cavid pr. 49B ünvanında yerləşən anbara getmişlər. O açarla mənzilin əsas giriş qapısını açıb Xanlarla içəri daxil olmuşdur. Həmin vaxt o evin birinci mərtəbəsində olan anbar kimi istifadə etdikləri və içərisində müxtəlif növ avadanlıqlar olan otağın dəmir qapısının açıq olduğunu görmüş, otaqda qutuda olan avadanlıqların çox hissəsinin yerində olmadığını, müəyyən avadanlıqların isə yerdə olduğunu görmüşdür. O, evin ikinci mərtəbəsinin soldan üçüncü otağının sol tərəfdə yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. O naməlum şəxslərin həmin pəncərədən anbara qanunsuz daxil olaraq oradan oğurluq etdiklərini düşünmüş və bu barədə dərhal zəng edib şirkətin rəhbəri Nümayəndə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Nurlan həmin anbara gəlmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, əl-barmaq izləri götürmüş və hadisə yerinin foto şəkillərini çəkmişlər. O, H.Cavid pr.49B ünvanında qalan avadanlıqları saydı və məlum oldu ki, mənzilin birinci mərtəbəsində yerləşən anbardan 16 ədəd 100 mənzil üçün nəzərdə tutulan, hər biri 150 manat olmaqla cəmi 2400 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı çağırış bloku, 96 ədəd 300 mənzil üçün nəzərdə tutulan, hər biri 170 manat olmaqla cəmi 16320 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı çağırış bloku, 96 ədəd 200 mənzil üçün nəzərdə tutulan, hər biri 117 manat olmaqla cəmi 11232 manat dəyərində rusiya istehsalı olan “CYFRAL” markalı çağırış bloku, 90 ədəd 100 kq dartma gücü olan, hər biri 120 manat olmaqla cəmi 10800 manat dəyərində rusiya istehsalı olan “NOTEDO” markalı qapı qaytarıcısı, 120 ədəd 200 kq dartma gücü olan, hər biri 150 manat olmaqla cəmi 18000 manat dəyərində çin istehsalı olan “Smart Home” markalı qapı qaytarıcısı, 50 ədəd hər biri 40 manat olmaqla cəmi 2000 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı kommutasiya blokları, 192 ədəd hər biri 13 manat olmaqla cəmi 2496 manat dəyərində rusiya istehsalı olan “SMD-7” markalı audio dəstəklər, 960 ədəd hər biri 10 manat olmaqla cəmi 9600 manat dəyərində rusiya istehsalı olan “CYFRAL” markalı audio dəstəklər, 96 ədəd hər biri 15 manat olmaqla cəmi 1440 manat dəyərində rusiya istehsalı olan “CYFRAL 2HO” markalı audio dəstəklər, 3 ədəd hər biri 12 manat olmaqla cəmi 36 manat dəyərində çin istehsalı olan “Smart Home” markalı çıxış düyməsi, hər topda 500 metr olmaqla, 82 top, hər metri 0,18 manat olmaqla cəmi 7380 manat dəyərində rusiya istehsalı olan “KSPB” markalı 0,4 ölçülü kabel, bundan başqa evin ikinci mərtəbəsində birinci otaqda olan 3 ədəd hər birinin 150 manat qiyməti olan, cəmi 450 manat dəyərində çılçıraqlar oğurlanmaqla, ümumilikdə şirkətə 82914 (səksən iki min doqquz yüz on dörd) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, hündürmərtəbəli binalara quraşdırılmış təhlükəsizlik sistemlərinə texniki xidmət göstərir, sıradan çıxmış avadanlıqları təmir edir. O əsasən istifadə etdiyi avadanlıqları “Sədərək” ticarət mərkəzindən alır. xx xxxxxx 2019-cu il tarixdə o bəzi avadanlıqlar lazım olduğu üçün, günorta saat 16 radələrində taksi ilə “Sədərək” ticarət mərkəzinə gedib, orada təsərrüfat mallarının satışı ilə məşğul olan mağazalara girmişdir. Mağazada olarkən adları sonradan ona məlum olan Elçin və Sakit adlı şəxsləri görmüş, Elçin əlində “CYFRAL” markalı, ağ rəngli audiodəstəyi təklif etmişdir. Lakin həmin mağazada sonuncunun təklif etdiyi avadanlığı almamışlar. Həmin vaxt o, satıcıya “əgər sizə lazım deyilsə, mən həmin avadanlığı almaq istəyirəm” demiş və satıcı etiraz etməmişdir. O, Elçinin əlində olan audisodəstəyə almaq istədiyini demiş və onlar sonuncuların gəldiyi taksinin yanına gəlmişlər. O, taksidə iki ədəd 5 ədəd ağ rəngli şarları olan qara rəngdə çıl-çıraq və iki qutu cəmi 96 ədəd “CYFRAL” markalı ağ rəngli audio dəstəklərin olduğunu görmüş, çıl-çıraqların birini otuz manata, birini isə sınıq olduğu üçün on manata, audiodəstəklərin hər birini isə 5 manata razılaşıb alıb, Elçinə ilkin olaraq 200 manat verib, pulun qalan hissəsini sonra verəcəyinə söz vermişdir. Bir gün sonra o yenidən X2 metrostansiyasının yaxınlığında görüşüb Elçinə əlavə olaraq 170 manat vermiş, xx xxxxxx 2019-cu il tarixdə Elçinlə zəngləşib 5 saylı şəhər xəstəxanasının qarşısında görüşüb Elçinə 100 manat pul vermişdir. Həmin vaxt Elçin ona 48 ədəd “CYFRAL” markalı ağ rəngli audio dəstəklər, 4 top kabel vermişdir. O, audio dəstəklərin hər birini 3 manata, kabelin hər topunu isə 25 manata almağa razılaşmışdır. Sonra Elçin ona torbada bəzi avadanlıqlar gətirdiyini bildirmişdi.r Həmin avadanlıqları göstərib satmaq üçün ona vermişdir. O, torbada olan avadanlıqlara baxıb, orada 2 ədəd “Smart home” markalı çağırış bloku, 2 ədəd “Smart Home” markalı audio dəstək, 7 ədəd “CYFRAL” markalı kommutator, 1 ədəd “Smart home” markalı stabilizator, 4 ədəd “Smarthome” markalı kommutator, 12 ədəd qara rəngli işlənmiş vəziyyətdə olan trubkaları almışdır. xx xxxxxx 2019-cu il tarixdə onu cinayət yolu ilə əldə olunmuş əmlakı almaqda şübhəli bilindiyi üçün Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə dəvət etmişlər və könüllü olaraq Elçindən aldığı avadanlıqların bir hissəsini polisə təqdim etmişdir. O, Sədərək ticarət mərkəzindən Elçindən avadanlıqları alarkən, sonuncudan həmin avadanlıqların oğurluq olub-olmamasını dəfələrlə soruşmuş və sənəd tələb etmişdir. Elçin üzərində sənədinin olmadığını, həmçinin satdığı əşyaların oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan ticarət mərkəzində köşk icarəyə götürüb orada təsərrüfat mallarını topdan “Sədərək” ticarət mərkəzindən götürüb nisbətən baha qiymətə satır. O, qapı qaytarıcılarını “Sədərək” ticarət mərkəzindən 12-15 manata alır, işlədiyi bazarda 20 manata satır. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 usta kimi tanıyır, sonuncunu bir neçə dəfə işlədiyi bazarda görmüşdür. 2019-cu ilin noyabr ayının dəqiq xatırlamadığı günündə Elçin günorta saatlarında onun işlədiyi bazarda ona yaxınlaşmış, əlində saxladığı 1 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısını və 1 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcısını ona göstərib həmin mallardan sonuncuda bir neçə qutu olduğunu, işlədiyi yerdə pul əvəzinə verildiyini və həmin malları satmaq istədiyini ona bildirmişdir. Həmin qapı qaytarıcılarını biri 12 manata almağa razılaşmışlar. Elçin həmin qapı qaytarıcılarından səkkiz qutu bazarın qarşısında olan avtomaşında olduğunu demiş, bazarda işləyən fəhlələr gedib səkkiz qutu, cəmi 80 ədəd qapı qaytarıcısını gətirmişlər. O, 960 manat pulu Elçinə vermişdir. Təxminən iki-üç gün sonra Elçin yenidən onun yanına gəlib, 9 qutu, hər qutuda 10 ədəd olmaqla 90 ədəd qapı qaytarıcı vermişdir. O, 1080 manat Elçinə pul vermişdir. Bir iki gün sonra Elçin yenidən onun yanına gəlib 3 qutu, iki qutuda 10 ədəd, bir qutuda 9 ədəd cəmi 29 ədəd qapı qaytarıcısını hər biri 12 manat olmaqla satmışdı. Beləliklə Elçin ona ümumilikdə 128 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısı və 71 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcısı, cəmi 199 ədəd qapı qaytarıcısı satmışdı. O, həmin qapı qaytarıcılarının Elçin tərəfindən oğurlandığını bilməmişdir. O, həmin əşyaları könüllü olaraq polisə təqdim etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29968 nömrəli rəiyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 (imza)...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspert tədqiqatı nəticəsində həmin narkotik vasitədən 0,050 qram sərf edilmiş və 0,620 qram narkotik vasitə olan heroin qalıq qalmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 30545 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan malların nümunələr əsasında 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 71185,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir: -16 ədəd hər biri 160 manat dəyərində olmaqla ümumi qiyməti 2560 manat olan 2015-ci il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********4 seriyalı çağırış bloku; -96 ədəd hər biri 180 manat dəyərində olmaqla ümumi qiyməti 17280 manat olan 2014-cü il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********0 seriyalı çağırış bloku; -96 ədəd hər biri 120 manat dəyərində olmaqla ümumi qiyməti 11520 manat olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı CCD 294 modelli çağırış bloku; -90 ədəd hər biri 40 manat dəyərində olmaqla ümumi qiyməti 3600 manat olan “NOTEDO” markalı DC-100 modelli qapı qaytarıcısı; -120 ədəd hər biri 100 manat dəyərində olmaqla ümumi qiyməti 12000 manat olan “Smart Home” markalı NB-8 modelli qapı qaytarıcısı; -50 ədəd hər biri 45 manat dəyərində olmaqla ümumi qiyməti 2250 manat olan 2018-ci il istehsalı olan “Stroy master domofon” markalı “KM-SMD 100x3” modelli **********6 seriyalı kommutasiya bloku; -19 ədəd hər biri 45 manat dəyərində olmaqla ümumi qiyməti 855 manat olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı, “KMQ100” modelli kommutasiya bloku; -192 ədəd hər biri 12 manat dəyərində olmaqla ümumi qiyməti 2304 manat olan 2019-cu il istehsalı olan “Stroy master domofon” markalı “UKP-SMD-7” modelli audio dəstək; -960 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumi qiyməti 9600 manat dəyərində 2019-cu il istehsalı olan “CYFRAL” markalı “KM-2” modelli audio dəstək; -96 ədəd hər biri 15 manat dəyərində olmaqla ümumi qiyməti 1440 manat olan 2016-cı il istehsalı olan “CYFRAL” markalı “KM-2HO” modelli audio dəstək; -3 ədəd hər biri 12 manat dəyərində olmaqla ümumi qiyməti 36 manat olan “Smart Home” markalı “KV-B.H2015” modelli çıxış düyməsi; -Hər metri 0,18 manat dəyərində olmaqla ümumi qiyməti 7380 manat olan ümumilikdə 41.000 metr uzunluğunda olan “KSPB” markalı 0,4 ölçülü kabel; 3 ədəd hər biri 120 manat dəyərində olmaqla ümumi qiyməti 360 manat olan 2014-cü il istehsalı olan “Özcan” markalı “5005-7” modelli beş lampalı çilçıraqlar. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 346 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2117 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1151 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onda psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 hazırkı vəziyyətdə və ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəsətlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmni dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, o həmin qərara əsasən 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu götürülmədiyi üçün Təqsirləndirilən şəxs1 törətdiyi əməl cinayətin resdivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu götürülmədiyi üçün Təqsirləndirilən şəxs2 törətdiyi əməl cinayətin resdivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğurluq barədə məlumatının olmadığı və sonradan oğurluq olduğunu bildiyi, Təqsirləndirilən şəxs2 isə “Sədərək” ticarət mərkəzinə apardığı malların oğurluq olduğunu bilmədiyi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, oğurladığı audiodəstək, kabel, kommutator, ümumiyyətlə bütün əşyalardan bir ədəd götürüb Sədərək ticarət mərkəzində yerləşən mağazalara göstərmək üçün ticarət mərkəzinə getmişdir. Sakit də onun yanında idi. O, bir-iki mağazaya göstərmiş, lakin heç bir mağaza ondan həmin əşyaları almamışdır. O, mağazalardan birinə girən vaxt adı ona sonradan məlum olan Davud adlı şəxsi orada görmüşdür. Davud onun damafon avadanlıqlarını satmaq istədiyini görmüşdür. O Sakitlə mağazadan çıxan vaxt Davud gəlib onlara yaxınlaşmış və həmin avadanlıqları onlardan almaq istədiyini bildirmişdir. Davud ondan audio dəstəkləri və digər avadanlıqları hansı qiymətə satmaq istədiyini soruşmuşdur. O, audiodəstəkləri üç manata satmağa razı olmuşdur. Davud onun audio dəstəkləri ucuz qiymətə satdığını görüb ondan əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. O, Davuda avadanlıqları oğurladığını və ondan heç kimə bu barədə bir söz deməməsini xahiş etmişdir. Sonra o, Sakit və Davudla birlikdə taksinin yanına gəlmişlər. O,oğurladığı avadanlıqları taksidən Davudun gəldiyi taksiyə yığmışdır. Həmin taksi ilə onlar şəhərə gəlmişlər. Həmin gün o iki ədəd çıl-çırağı hər biri on manat olmaqla, iki qutu cəmi 96 ədəd audio dəstəyi hər biri üç manat olmaqla Davuda satmışdır. Davud ona cəmi 300 manat pul verib, qalan pulu isə avadanlıqları satıb verəcəyini bildirmişdir. O, bir torba 4 ədəd kabeli və oğurladığı digər avadanlıqları da Davuda vermişdir ki, satmaq üçün göstərsin. Həmin gün o otuz manata Sakitə bir cüt ayaqqabı almış və 20 manat pul vermişdir. Bundan başqa o, evdən oğurladığı üç torba cəmi 10 top kabeli də satması üçün Sakitə vermişdir. Söhbət vaxtı Sakit onun həmin əşyaları oğurladığını bilmişdir. O, Sakitə həmin evdə yenə də avadanlıqların olduğunu bildirmiş və sonuncudan avadanlıqlardan bir hissəsini oğurlamaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin gün axşam saatlarında o, Sakitlə H.Cavid pr. 49B ünvanında yerləşən evə getmişdir. O, Sakitə onu aşağıda gözləməsini, o əşyaları oğurlayıb evdən çölə çıxardan vaxt pəncərədən aşağı atacağını demiş, sonra isə həmin əşyaları sonuncunun kənara yığacağını bildirmişdir. Sakit razılaşmışdır. O yenə də evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olmuşdur. O, birinci mərtəbədə olan otağa girmiş, alışqanın işığında 4 qutu qapı qaytarıcısının olduğunu görmüşdür. O, bir-bir həmin qutuları yuxarı pəncərənin qarşısına yığmışdır. Bundan başqa o, üç-dörd qutu audiodəstəklər olan qutunu da ikinci mərtəbəyə pəncərənin qabağına yığmışdır. Sonra o, otaqda olan damafon avadanlıqlarının bir hissəsini orada olan torbaya yığıb aparıb ikinci mərtəbəyə pəncərənin qarşısına yığmışdır. O, pəncərədən baxanda Sakitin olmadığını görmüşdür. O, Sakitə zəng edib hara getdiyini soruşmuşdur. Sakit ona özünü piss hiss etdiyini, oğurluq etmək istəmədiyi üçün çıxıb getdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, Elçinlə birlikdə Sədərək ticarət mərkəzində təsərrüfat malları satan mağazalara yaxınlaşıb həmin avadanlıqları satmaq istədiklərini demişlər. Lakin heç bir satıcı həmin avadanlıqları almamışdır. Onlar mağazaların birində olan vaxt adı onlara sonradan məlum olan Davud orada idi. Onlar mağazadan çölə çıxan vaxt Davud onlara yaxınlaşıb həmin avadanlıqları almaq istədiyini bildirmişdir. Elçin Davudla danışıb razılaşmışdır. Sonra onlar taksidə olan avadanlıqları Davudun gəldiyi taksiyə yığıb şəhərə getmişlər. Elçin Davuda iki ədəd çılçıraq, audio dəstəklər və müxtəlif növ adlarını bilmədiyi damafon avadanlıqları satmışdır. O, Elçinin Davudla hansı qiymətə razılaşdığını bilməmişdir. Davud Elçinə 200 manat pul vermişdir. Elçin ona bir cüt ayaqqabı almışdır. O, Elçinə köməklik edən vaxt ayaqqabısı cırılmışdır. Həmin gün Elçin ona 3 torbada cəmi 10 top kabeli verib, ondan həmin kabeli evə aparmağını, Davud zəng edib istəyəndə isə həmin kabeli sonuncuya verməyini xahiş etmişdir. O, 10 top kabeli aparıb evə qoymuşdur. Həmin gün axşam saatlarında o Yasamal rayonu H.Cavid pr.-də yerləşən köhnə məhəllədə Elçinlə görüşmüşdür. Elçin Davuda satdığı malların oğurluq olduğunu bildirmiş və ona həmin məhəllədə olan iki mərtəbəli evi göstərib həmin evdən oğurladığını bildirmişdir. Sonra ona həmin evdə yenə də damafon avadanlıqlarının olduğunu bildirmiş və ondan onunla birlikdə həmin evdən oğurluq etməyini təklif etmişdir. O, əvvəlcə sonuncu ilə razılaşmışdır. Elçin ona demişdir ki, “mən evin ikinci mərtəbəsindən pəncərədən evə daxil olacam, sən pəncərənin ağzında məni gözlə, mən evdən oğurladığım əşyaları sənə atacam, sən də həmin əşyaları aparıb kənara yığarsan, sonra taksi ilə apararsan”. O, razılaşmışdır. Elçin damın üstünı çıxıb evin ikinci mərtəbəsindən pəncərədən evə qanunsuz daxil olmuşdur. O, özünü piss hiss etdiyi üçün, həmçinin oğurluq etmək istəmədiyi üçün Elçini çağırmış, Elçin pəncərədən baxmış, o sonuncuya “Elçin mən qorxuram, mən oğurluq etmək istəmirəm, mən getdim” demiş və çıxıb getmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-cİ maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cİ maddəsi ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə mülki iddia qismən təmin edilməli: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 71985 (yetmiş bir min doqquz yüz səksən beş) manat oğurlanmış malların məbləği və 30 manat dövlət rüsumu tutulmalı, qalan hissədə mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhər, Yasamal RPİ-də saxlanılan 0,620 qram narkotik vasitə olan heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli,01 ədəd DVD-R və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 72 ədəd rusiya istehsalı olan “CYFRAL 2HO” markalı audio dəstəklər, 20 ədəd rusiya istehsalı olan “CYFRAL KM2” markalı audio dəstəklər, 7 ədəd rusiya istehsalı olan “CYFRAL” markalı kommutasiya blokları, 4 ədəd rusiya istehsalı olan “SMD” markalı kommutasiya blokları, 1 top (500 metr) rusiya istehsalı olan “KSPB” markalı 0,4 ölçülü kabel, 1 ədəd rusiya istehsalı olan 300 mənzil üçün “SMD” markalı çağırış bloku, 1 ədəd rusiya istehsalı olan 100 mənzil üçün “SMD” (X5) markalı çağırış bloku və 2 ədəd ÖZCAN markalı türkiyə istehsalı olan çilçıraqlar, 128 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısı və 71 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcıları və 10 top hər biri 500 metr uzunluğunda olan “KSPB 0,4” markalı kabelin Nümayəndə təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri 158 manat 46 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353,354, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-cİ maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cİ maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Mülki iddia qismən təmin edilsin: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 71985 (yetmiş bir min doqquz yüz səksən beş) manat oğurlanmış malların məbləği və 30 manat dövlət rüsumu tutulsun, qalan hissədə mülki iddia baxılmamış saxlanılsın. Maddi sübutlar- Bakı şəhər, Yasamal RPİ-də saxlanılan 0,620 qram narkotik vasitə olan heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD-R və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 72 ədəd rusiya istehsalı olan “CYFRAL 2HO” markalı audio dəstəklər, 20 ədəd rusiya istehsalı olan “CYFRAL KM2” markalı audio dəstəklər, 7 ədəd rusiya istehsalı olan “CYFRAL” markalı kommutasiya blokları, 4 ədəd rusiya istehsalı olan “SMD” markalı kommutasiya blokları, 1 top (500 metr) rusiya istehsalı olan “KSPB” markalı 0,4 ölçülü kabel, 1 ədəd rusiya istehsalı olan 300 mənzil üçün “SMD” markalı çağırış bloku, 1 ədəd rusiya istehsalı olan 100 mənzil üçün “SMD” (X5) markalı çağırış bloku və 2 ədəd ÖZCAN markalı türkiyə istehsalı olan çilçıraqlar, 128 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısı və 71 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcıları və 10 top hər biri 500 metr uzunluğunda olan “KSPB 0,4” markalı kabelin Nümayəndə təhvil verildiyi nəzərə alınsın. Ekspertiza xərcləri 158 manat 46 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin nəfinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-306/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver