Məhkəmə qərarları › İş №1(101)-312/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-312/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-312/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X14 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Bəşirov Yelmar Buludxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkil X11 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx xxxx 2020-ci il tarixdən həbsdə olan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə digər şəxsin İran İslam Respublikasında yaşayan «Zülfiyyə», «Kamran» adlı şəxslər və qeyriləri ilə əlbir olaraq naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirirək Bakı şəhər ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 68,349 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib digər şəxslə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə qanunsuz daşıyaraq evin həyətyanı sahəsindəki qarajda gizlətməklə saxlamış, bundan sonra əldə edilən psixotrop maddə metamfetamini digər şəxslə birlikdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla səkkiz ədəd bükümdə, narkotik vasitə heroini isə ayrı-ayrılıqda təmiz çəkilləri 18,691 qram və 49,658 qram olmaqla iki ədəd bükümdə qablaşdıraraq satışa hazır vəziyyətə gətirdikdən sonra külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək və əldə olunacaq gəlirləri aralarında bölmək barədə tanışı digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə həmin şəxslərdən birinə digər şəxsin ona verəcəyi külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni alıcıya çatdırmasını tapşırmış, əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq onunla birlikdə yaşayan digər şəxs yaşadıqları evdə qanunsuz saxladığı ayrı-ayrı səkkiz ədəd bükümdə olan 40,187 qram psixotrop maddə metamfetamini və iki ədəd bükümdə olan 68,349 qram narkotik vasitə heroini bir ədəd sellofan bağlamada xx xxx 2019-cu il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən «Velotrek» ticarət mərkəzinin qarşısına qanunsuz daşıyaraq ikinci digər şəxslə görüşüb ona vermiş, sonuncu əldə etdiyi narkotik vasitə və psixtorop maddəni üzərində qanunsuz daşıyaraq Təqsirləndirilən şəxs və onunla birgə yaşayan digər şəxsin tapşırığına əsasən istintaqla şəxsiyyəti araşdırılan naməlum şəxs və ya şəxslərə satmaq istəmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, həmin gün, saat 11:15-də ünvan 3 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən ikinci digər şəxsin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bağlamanın içərisində səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla ümumi təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilləri 18,691 qram və 49,658 qram olmaqla ümumi təmiz çəkisi 68,349 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona verilən narkotik vasitələtin satışı üzrə ittiham üzrə özünü təqsirli bilmir. O, narkotik vasitələrdən istifadə etsə də, nə anası Şahid2, nə Şahid1 ilə qabaqcadan əlbir olub narkotik vasitələrin satışında heç bir iştirakı olmamışdır. Şahid1 əri X4 vasitəsilə tanımışdır. X22 narkotik vasitələrdən istifadə edirmiş. Onun mobil telefonu vasitəsilə Şahid1lə "whatsapp" yazışmalarını X22 aparmışdır. Həmin yazışmalara əsasən istintaq orqanı tərəfindən ona ittiham verilmişdir. Ona görə də istintaq orqanı tərəfindən ona verilən ittihamlarla razı deyildir. Onun Şahid1lə aralarında narkotik vasitələrin satışı ilə bağlı heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, anası Şahid2 bir ildən çox müddətdir ki, İran İslam Respublikasında yaşayan «Kamran» adlı şəxsdən narkotik vasitə olan, hamı tərəfindən «kakos» kimi tanınan heroin, «şüşə» kimi tanınan metamfetamin, həmçinin metadon alıb gətirərək Azərbaycanda satışını təşkil etmişdir. Anası Şahid2 «Kamran» adlı şəxslə uşaq həkimliyi fəaliyyəti ilə bağlı tanımış və «Kamran» adlı şəxsin uşağını müalicə olunması üçün İran İslam Respublikasına gedəndə orada onunla tanış olmuşdur. Sonradan «Kamran» adlı şəxs anası Şahid2 Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddə keçirib ona Azərbaycanda verməsini və həmin narkotik vasitəni Azərbaycanda satışını həyata keçirib pulu ona göndərməsini təklif etmiş, anası da onunla razılaşmışdır. Bundan sonra «Kamran» adlı şəxs «Miri» ləqəbli X1 vasitəsi ilə Azərbaycana, anası Şahid2 narkotik vasitə və psixotrop maddə göndərməyə, anası da həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində bilmədiyi şəxslərə satıb pulunu «Kamran»a göndərməyə başlamışdır. Anası narkotik vasitə və psixotrop maddə almaq üçün tez-tez İran İslam Respublikasına gedib-gəlmiş və orada «Kamran» adlı şəxslə görüşüb ona narkotik vasitələrin pulunu verib narkotiklərin sifarişini vermişdir. Sonra isə özü geri qayıdırmış, «Miri» isə «Kamran» adlı şəxsin İrandan göndərdiyi narkotik vasitə və psixotrop maddəni gətirib yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsindəki evlərində anası Şahid2 verirmiş. Şahid1 əri X9 ilə «Renta car»dan avtomobil götürərkən tanımışdır. Sonradan Şahid1lə münasibəti yaranmışdır. Həmin ərəfələrdə Şahid1 psixotrop maddə olan metamfetamin qəbul edirmiş və onunla münasibətləri olan müddətdə bir dəfə Şahid1 onun üçün metamfetamin təşkil etmişdir. Artıq Şahid1lə münasibətləri sıxlaşdıqca sonuncu anası Şahid2 narkotik vasitə və psioxtrop maddə satdığını öyrənmişdir. Buna görə də Şahid1 ondan anası Şahid2 onun üçün narkotik vasitə və psixotrop maddə verməsini xahiş emiş, o da Şahid1 xahişini anası Şahid2 çatdırıb sonuncuya satıb pulunu sonradan vermək şərti ilə Şahid1 narkotik vasitə və psixotrop maddə verməsini xahiş etmiş, anası Şahid2 da onun bu təklifilə razılaşmışdır. xx xxx 2019-cu il tarixdə Şahid1 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Yeganə adlı qadının tanışı olan Vəli adlı şəxs olduğunu, həmin şəxsin 50 qram heroin istədiyini bildirib həmin heroini ona verməsini anasından xahiş etməsini təklif etmiş, o da Şahid1 təklifini anası Şahid2 çatdırmış, sonuncu da bununla razılaşmış və yaşadıqları evdə anası Şahid2 50 qram heroini satması üçün Şahid1 vermişdir. Həmin gün axşam saatlarında Şahid1 təklifi ilə o, Yeganə adlı qadının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki «Sarı» marketin yaxınlığında yerləşən evinə getmiş, həmin gün Vəli evə gəlmış, lakin Yeganə onu başqa otağa keçirdiyi üçün o, Vəlini görə bilməmiş, sonra isə Şahid1lə Vəli çıxıb getmişlər. Həmin gün Şahid1 geri qayıdıb Vəlinin «Q.Qarayev»də guya kiməsə heroini verib pul alacağı adı ilə bir binaya girdiyini, lakin geri qayıtmadığını və Vəlinin onu aldatdığını bildirmişdir. Bundan sonra anası Şahid2 da Vəli tərəfindən aldadılmış narkotik vasitənin pulunu onun tərəfindən götürüldüyünü, onu aldatdığını zənn etmişdir. Ertəsi gün, Şahid1 Sumqayıt şəhərində tanışı olduğunu və həmin tanışına 40 qram psixotrop maddə olan metamfetamin və 70 qram narkotik vasitə olan heroin lazım olduğunu, həmin şəxsə psixotrop maddəni və narkotik vasitəni satıb pulunu verəcəyini bildirmiş, o da anası ilə əlaqə saxlayıb Şahid1 təklifini ona bildirmiş, bu dəfə anası Şahid2 ona inanmadığı üçün özü Şahid1lə danışmış və razılaşdıqdan sonra həmin gün anası Şahid2 Şahid1lə əlaqə saxlayıb «20 yanvar» metro stansiyasının yaxınlığında görüşmüş və orada anası Şahid2 Şahid1 satması üçün 70 qram heroin və 40 qram metamfetamin vermişdir. Həmin gün Şahid1 polis əməkdaşları tərəfindən yaxalandığını öyrənmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını, ifadəsinin müstəniq tərəfindən yazılaraq ona oxumadan imzalandırılmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə Bakı şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş X2 İdarəsinə əməliyyat məlumatı daxil olduqdan sonra bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün baş idarə rəhbərliyinə əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi üçün raportla məruzə edilmiş və müvafiq icazə alındıqdan sonra əməliyyat müvəkkilləri, polis mayoru Şahid4 və polis kapitanı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid1 saxlanılan zaman üzərinə baxış keçirilməsi zərurəti olduğundan həmin baxışda iştirak etməsi üçün tərəflərindən iki nəfər hal şahidi Baş idarəyə dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmiş və keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti barədə məlumatlandırılmışdır. Bundan sonra əməliyyat-axtarış qrupunun üzvləri və dəvət olunmuş hal şahidləri xx xxx 2019-cu il tarixdə, saat 11:00da Şahid1 ola biləcəyi ehtimal olunan yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi. 22 saylı binanın yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçib müşahidəyə başlamış, həmin gün, saat 11:15-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 22 saylı binanın yaxınlığında zahiri əlamətlərinə görə Şahid1 oxşar bir nəfər şəxsin hərəkət etdiyi görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini müəyyənləşdirərək onun Şahid1 olduğunu müəyyən etmişlər. Şahid1 barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə baxış keçirəcəklərini bildirmişlər, sonuncu da buna etiraz etməmişdir. Bundan sonra iki nəıfər hal şahidini də Şahid1 təqdim edib həmin şəxslərin baxışda iştirak edəcəklərini izah etmişlər. Daha sonra ilk olaraq Şahid1 üzərində hər hansı qeyriqanuni əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər, öz növbəsində Şahid1 də əynindəki cins şalvarın sağ yan cibində bir ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin olduğunu və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxararaq onlara təqdim etmiş, həmin bağlamaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan 08 ədəd şəffaf sellofan bükümlər və 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur Bundan sonra aşkar olunmuş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan səkikiz ədəd şəffaf sellofan bükümlər və iki ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 6 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri hal şahidləri və saxlanılan şəxs Şahid1 tərəfindən imzalarla təsdiq olunmuşdur. Davam etdirilmiş baxış zamanı həmçinin Şahid1 üzərindən 30 manat pul, bir ədəd «Samsung» markalı və bir ədəd «Nokia» markalı mobil telefon aparatları aşkar edilmiş, 30 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Şahid1 qaytarılmış, iki ədəd mobil telefon aparatı isə əhəmiyyətli olduğundan götürlmüşdür. İlkin sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini saxlanılmasından bir gün əvvəl, yəni xx xxx 2019-cu il tarixdə, saat 12:00 radələrində metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzinin qarşısında ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan «Gülnarə» adlı tanış qadınla görüşərək ondan aldığını, sonuncunun tapşırığı ilə onun tanışına verməklə 6.450 manat pul alacağını, həmin puldan 1.000 manatını Gülnarənin ona verəcəyini bildirmişdir. Bundan sonra tərəflərindən Gülnarə adlı qadının şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin Bakı şəhər sakini Şahid2 olması müəyyən edilmiş, Şahid2 Baş İdarəyə dəvət edildikdən sonra sonuncu səmimi olaraq Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin qızı Təqsirləndirilən şəxs sifarişi əsasında onun tərəfindən Şahid1 verdildiyini, yəni xx xxx 2019-cu il tarixdə, saat 12:00 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzinin qarşısında Zaur Baxşaliyevlə görüşüb ona təxminən 70 qram heroin və 40 qram metamfetamin verdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ifadələrində Şahid3 ifadəsindəki xüsuatları təsdiq etmişlər. Məhkəmədə şahid qismndə ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, maşınlar icarəyə verməklə məşğul olan şirkət işlədərkən Pərvin Məmmədova ilə orada tanış olmuşdur. Belə ki, Pərvin ondan icarəyə maşın götürmüşdür. O, Pərvin xanımın anası olan Şahid2 ilə, Pərvin xanıma icarəyə verdiyi maşını ondan təhvil almağa gedərkən tanış olmuşdur. O heç vaxt nə Pərvin xanımla, nə Fərid İskəndərovla, nə də ki, Gülnarə xanımla qabaqcadan əlbir olub narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrin satışı ilə bağlı nə Pərvin xanım, nə də Gülnarə xanımla "whatsapp" yazışmalarını o yazmamışdır. Şahid1 qızının məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərindən ünvan 4 saylı ünvanda yerləşən «ZZ-088» rentacar ofisini işlətmişdir. Həmin ərəfələrdə maddi vəziyyətində problemlər olduğu üçün bir çox şəxsdən borc pul almış və ümumilikdə 17.000 manat borcu yaranmış və borclarını ödəyə bilməmişdir. Həmin ərəfələrdə müştərisi olan Təqsirləndirilən şəxs ilə bu barədə söhbət etdikdə sonuncu anası Şahid2 narkotik vasitənin satışı ilə məşğul olduğunu, əgər istəsə ona bu işdə kömək edərək xeyli gəlir qazandıra biləcəyini bildirmişdir. O, təkliflə bağlı Təqsirləndirilən şəxs ətraflı maraqlandıqda sonuncu anasının verdiyi narkotik vasitə və psixotrop maddələri tapşırılan ünvana çatdırıb bunun müqabilində pullar almalı olduğunu və hər çatdırılma üçün ona 1000 manat veriləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifilə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs anasına zəng edərək məsələ barədə ona bildirmişdir. Bundan sonra xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs anası Şahid2 ona zəng edərək onu «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən «Velotrek» ticarət mərkəzinin qarşısına dəvət etmiş, o da deyilən ünvana getmiş və orada Şahid2 ilə görüşmüş, sonuncu ona sellofan bağlama verib həmin bağlamanın içərisində 40 qram metamfetamin və 70 qram heroinin olduğunu, metamfetaminin qramını 100 manatdan, heroinin qramını isə 35 manatdan satdığını bildirib ona bir nömrə verəcəyini və həmin nömrə ilə əlaqə saxlayaraq sellofan paketdəkiləri həmin şəxsə çatdırmağını və həmin şəxsdən 6450 manat alacağını tapşırıb bunun müqabilində ona 1000 manat verəcəyini bildimışdir. Bundan sonra Şahid2 ona Vəli adlı şəxsin nömrəsini vermiş, o da həmin nömrəni telefonunda «Vəli Yasamal» kimi qeyd etmiş, Gülnarədən ayrılandan sonra o, Vəli adlı şəxslə əlaqə saxlamağa çalışsa da həmin şəxsə zəng çatmadığı üçün buna nail ola bilməmişdir. Ertəsi gün, yəni xx xxx 2019-cu il tarixdə, saat 11:15-də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 22 saylı binanın yaxınlığında olarkən bir neçə mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib üstünə baxış keçirəcəklərini bildirilmiş, daha sonra polis əməkdaşları iki nəfər tanımadığı hal şahidinin iştirakı ilə ona üzərində olan qanunsuz əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra o, əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində metamfetamin və heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddələr onun iştirakı ilə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra üzərində baxış davam etdirilmiş və üzərindən bir ədəd «Samsung» və bir ədəd «Nokia» markalı mobil telefon aparatları polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş heroin və metamfetamini bir gün əvvəl Şahid2 aldığını, sonuncunun tapşırığı ilə onun tanışına verməklə 6.450 manat pul alacağını, həmin puldan 1000 manat pulun ona qalacağını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını, ifadəsinin müstəniq tərəfindən yazılaraq ona oxumadan imzalandırılmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, Pərvinin narkotik vasitələrin istifadə etməsinə isə onun həyat yoldaşı olan Fərid İskəndərov səbəb olmuşdur. Belə ki, Fərid narkotik vasitə olan dərmanları Pərvinə verərək, arıqlamağa yardım edən dərmanlar olduğunu bildirmişdir. Pərvin də həmin dərmanlardan istifadə etdikdən sonra narkotik vasitələrin aludəçisi olmuşdur. Ona və qızı Pərvinə əsassız və qanunsuz yerə narkotik vasitələrin satışı ilə bağlı ittiham irəli sürülmüşdür. O özü ticarətlə məşğul olmuş, xaricdən gəlin paltarlarının gətirib satmışdır. Şahid1lə arasındada olan "whatsapp" yazışmaları da həmin gəlin paltarları ilə bağlı olmuşdur. O, Şahid1 heç zaman narkotik vasitələr verməmişdir Şahid2 məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl əslən İsmayıllı rayonundan olan Zülfiyyə adlı qadınla Türkiyə Respublikasında olarkən tanış olmuş, sonradan Zülfiyyə bir nəfər İran İslam Respublikası vətəndaşına ərə getdiyi üçün İranda yaşamağa başlamışdır. Təxminən 4-5 ay əvvəl geyim alıb Türkiyədə satmaq məqsədi ilə Hindistana getmək üçün təyyarə bileti ucuz olduğundan İran İslam Respublikasına getmiş və Zülfiyyə adlı tanışının Təbriz şəhərində yaşadığı evdə qalası olmuşdur. Həmin vaxt külli miqdarda pul borcunun olmasını Zülfiyyəyə danışmış, sonuncu da əgər Bakı şəhərində narkotik vasitələrin satışını təşkil edə bilərsə, İrandan öz «kanalı» vasitəsi ilə ona narkotik vasitə göndərə biləcəyini təklif edib həmin narkotik vasitəni satmaqla yaxşı qazanc əldə edə biləcəyini və bu yolla borcunu ödəyə biləcəyini bildirmişdir. O da ilkin olaraq Zülfiyyənin bu təklifini qəbul etməmiş, lakin 2019-cü ilin mart ayında bu barədə kürəkəni, yəni qızı Təqsirləndirilən şəxs əri X5 danışmış, sonuncu da ona Zülfiyyə ilə danışmasını, narkotik vasitələri göndərməsini, özünün əlaqələrinin böyük olduğunu, dost-tanışları olduğunu, Zülfiyyənin göndərəcəyi narkotik vasitələrin satışını təşkil edə biləcəyini bildirmişdir. Borc onu sıxdığı üçün o, bu yolla borcunu qaytara biləcəyini fikirləşmiş və bundan sonra istifadəsində olan mobil telefon nömrəsindən Zülfiyyə adlı qadının istifadəsində olan və İran mobil telefon operatoruna məxsus +**********42 saylı mobil telefon nömrəsinə zəng edərək təklifi ilə razı olduğunu bildirib satılması üçün narkotik vasitə göndərməsini ondan xahiş etmişdir. Zülfiyyə də öz tanışları vasitəsi ilə ona təxminən 70 qram çəkidə narkotik vasitə heroin, 40 qram çəkidə isə psixotrop maddə metamfetamin göndərəcəyini, narkotik vasitə heroinin bir qramını 15 manatdan, psixotrop maddə metamfetaminin bir qramını isə 30 manatdan ona verəcəyini bildirmişdir. O, həmin maddələrin satışını həyata keçirdiyi halda narkotik vasitə heroinə görə 1050 manat, psixotrop maddə metamfetaminə görə isə 1200 manat Zülfiyyəyə pul verməli imiş. Təxminən 2019-cu ilin mayın 20-də Zülfiyyə ona narkotik vasitə heroini və psixorop maddə metamfetamini bir nəfər «Miri» adlı şəxsin vasitəsi ilə yaşadığı evə göndərmiş, «Miri» adlı şəxs 070 nömrəsi ilə başlayan mobil telefon nömrəsindən ona zəng etdikdə o, yaşadığı ünvanı ona başa salmış, «Miri» adlı şəxs evinə gəldikdə kürəkəni Fərid qeyd olunan narkotik vasitə və psixotrop maddəni ondan qəbul edərək sonradan evin həyətindəki qarajda gizlədərək saxlamışdır. Şahid1 qızı Təqsirləndirilən şəxs və onun X22a görə tanımışdır. O, Şahid1 ilk dəfə kürəkəni Fəridin yaşadığı evin yaxınlığında görmüşdür. Fərid və qızı Pərvin Zauru yaşadıqları mənzilə dəvət etmiş, Zauru ona təqdim edərək onun avtomobillərin kirayəsi yerində işlədiyini, onlara «Mersedes» markalı avtomobilin alınmasında köməklik edəcəyini bildirmişlər. Qızı və kürəkəni qeyd olunan avtomobilin alınması üçün ondan 300 manat pul istəmiş, o da 300 manat pulu qızı Pərvinə verdikdə o da həmin pulu Zaura vermiş, pulu aldıqdan sonra Zaur da çıxıb getmişdir. Ertəsi gün, yəni xx xxx 2019-cu il tarixdə qızı Pərvin onunla əlaqə saxlayaraq evdə ona və əri Fəridə məxsus olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» adlanan ticarət mərkəzinin qarşısında Şahid1lə görüşüb ona verməsini xahiş etmiş, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin yaşadığı evin həyətyanı sahəsindəki yerləşən maşın qarajında olduğu üçün həmin qarajdan sellofan qarışıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürüb çantada Bakı şəhəri, Nəsimi rayonu «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» adlanan ticarət mərkəzinin qarşısına aparmış, həmin ünvana çataraq Zaurun gəlməsini gözləməyə başlamış, həmin gün saat 12:00 radələrində Zaur həmin ticarət mərkəzinin qarşısına taksiylə gəlmiş, Zaur ona yaxınlaşıb salamlaşdıqda o, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan torbanı Zaura vermişdir. Zaur həmin narkotik vasitə və psixotrop maddəni ondan götürərək Abşeron rayonu, Saray qəsəbəsində bir nəfər şəxsə satmaq üçün apardığını bildirmişdir. Həmin gün axşam saatlarında Zaur yenidən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ondan satmaq məqsədilə aldığı narkotik vasitə və psixotrop maddəni sata bilmədiyini, həmin maddələri ondan almaq istəyən şəxsi tapa bilmədiyini, başqa şəxsə satmaq istədiyini bildirmiş, o, isə onunla danışığını bitirib kürəkəni X18 Baxşəliyevin düzgün adam olmadığını, yalançı və fırıldaqçıya oxşadığını, ona inana bilmədiyini bildirmişdir. Ertəsi gün, yəni xx xxx 2019-cü il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə çağrıldıqda Şahid1 xx xxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığı və Şahid1 üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü ona məlum olmuşdur. Şahid1 polis əməkdaşlarına həmin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin onun tərəfindən ona verildiyini bildirmiş, buna görə də o, səmimi olaraq polis əməkdaşlarına verdiyi izahatında qızı Təqsirləndirilən şəxs və kürəkəni Fərid İskəndərovun sözlərinə əsasən Şahid1 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verdiyini etiraf etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını, ifadəsinin müstəniq tərəfindən yazılaraq ona oxumadan imzalatdırıldığını bildirmişdir. X3 törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmiş və həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-cü il tarixli, 4(005)-280/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxx 2019-cu il tarixli qərarla müəyyən edilmişdir ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş X2 İdarəsinə məlumat daxil olmuş və bu əsasla Şahid1 müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş «baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» xx xxx 2019-cu il tarixli protokoldan müəyyən edilmişdir ki, Şahid1 xx xxx 2019-cu il tarixdə, saat 11:15-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində 8 ədəd ayrı-ayrı bükümlərdə olan psixotrop maddə metamfetamini və iki ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 14287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Şahid1 aşkar olunmuş...» əl yazıları olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram; 5,079 qram; 4,995 qram; 4,863 qram; 5,048 qram; 5,208 qram; 5,062 qram; 4,949 qram, ümumi təmiz çəkisi 40,187 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,691 qram; 49,658 qram, ümumi təmiz çəkisi 68,349 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 08 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, 02 ədəd bükümdəki heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və ekspertiza təqiqatından sonra metamfetaminin təmiz çəkisi 40,107 qram, heroinin təmiz çəkisi 68,269 qram təşkil etmişdir. Ekspertiza təqiqatından sonra qalıq təmiz çəkisi 40,107 qram olan psixotrop maddə metamfentamin və təmiz çəkisi 68,269 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan məlum olur ki, Şahid1 məxsus «X23» markalı mobil telefon aparatına baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsi «Arvad» adı ilə qeydə alınmış, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə adla qeydə alınmamışdır. Mobil telefon aparatında olan «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1lə Şahid2 arasında qeyd edilən yazışmalar aparılmışdır ; xx xxx 2019-cu il, saat 20:54-də Şahid1 yazır: «Axşamın xeyr, necəsən. Bayaq apardığım teli açmadı, Başqa istəyən var verim?», saat 20:59da Şahid2 yazır: «Yaxşıyam. Nağd, Vallah açarda Tel», saat 20:59-da Şahid1 yazır: «Onda heçnə də gözdüyürəm. Başqasına vermirəm. Teli açanda verib xəbər edəcəm», saat 20:59-da Şahid2 yazır: «Ok, Yenə sən bilərsən dediyin kimi», xx xxx 2029-cu il saat 10:41-də Şahid1 yazır: «sabahın xeyr bibi. Necəsən? Zəng vurmusan yatmışdım», saat 10:45-də Şahid2 yazır: «Nə xəbər var», saat 10:47-də Şahid1 yazır: «Dünənki həll oldu. Pulu məndə. Harda görüşək pulu verim. Bideki normal yenə lazımdı, nece eliyek düzələr?», saat 10:48-də Şahid2 yazır: «Lap yaxşı 1 qəpik də onlara vermirsən, mənlə danışacaqsan. çünki çaşırlar. Aparaq verək Allah köməyi olsun deyək getirsin düzəltsin götür. Amma nə danışmışıqsa aramızda qalsın. O Fərid artıq-əksik danışır. Az qəbul elədi vsyo hamını satır gedəcəm lazımı yerə deyecem», saat 10:52-də Şahid1 yazır: «Ferid nə zibildiye p... yeyir ne diyirsen eliyek. Olardan adam olan deyil. Neynesey seniynen eliyerik. Nece eliyey 50 ağ köynək 50 qara», saat 10:54-də Şahid2 yazır: «Can qurban sənə mən», saat 10:54-də Şahid1 yazır: «Həll elə xəbər elə görüşək dünənkini verim bunu götürüm», saat 10:54-də Şahid2 yazır: «Hər şey eliyəcəm səninçün bunlar məni gözdən daveriyadan saldı yoxsa at oynadardıq Bakıda», saat 10:57-də Şahid1 yazır: «Narahat olma mənim də əlimdən nə gəlir eliyəcəm. Yaxşı olacaq. Neyniyək danış da», saat 10:57-də Şahid2 yazır: «Amin», saat 10:57-də Şahid1 yazır: «Saat 1-də getməliyəm», saat 11:03-də Şahid2 yazır: «Dur danışım», saat 10:14-də Şahid1 yazır: «Gözdüyürüm. Sən Allah biraz tez. Sonra qayıda işdərim var», saat 11:14-də Şahid2 yazır: «Səndə nə qədər pul var indi. Onların verdiyi pul da səndə», saat 10:15-də Şahid1 yazır: «Heri məndə», saat 11:16-da Şahid2 yazır: «Nə qədər», saat 10:15-də Şahid1 yazır: «7 min pul var rovnu. Ne eyer eksik olsa sabah inşallah. Danışdın?», saat 11:19-da Şahid2 yazır: «Götürmür. Pervingil harda bilmirsən. Tel söndürüblər məni çorniya atıblar», saat 11:21-də Şahid1 yazır: «Danışmışam. Onlarla danışmağa hövsələm qalmayıb. Fəridə etibarım yoxdur», saat 11:21-də Şahid2 yazır: «Ok», saat 11:22-də Şahid1 yazır: «Nə deyim bunlara gül kimi yerdidə çıxmasın əldən», saat 11:21-də Şahid2 yazır: «Danışdım. Səninlə görüntülü danışıram görəsən dərsdəyəm», saat 11:34-də Şahid1 yazır: «Bildim başa düşdüm inanmıramki. Yaxşı nə deyim saat neçəyə danışım. amma deqiq», saat 11:35də Şahid2 yazır: «3-ə qədər vaxt al. Sən indi hardasan», saat 11:35-də Şahid1 yazır: «Yaxşı onda deyirəm ki ssat 4-də çatdıracam. Yoldayam evdəkilərnən bağa gedirəm», saat 11:37-də Şahid2 yazır: «Gel getir də pulu mənə şəklini gönədərim o qədər Fəridgil oyun açıblarki başımıza. Qoy gəldə. İnamı qazanmalıyıq. Vallah 60.000 dollar borcumuz var görəndə deyəcəm başımıza gələni. Nə vaxt qayıdırsan. Şüvəlanda bağ hardadı», saat 11:39-da Şahid1 yazır: «Uzağı 1 saata gelirem harda ürəyin istiyir görüşək». Mobil telefon aparatının «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Şahid1 «Whatsapp» ani mesajlaşma mübadilə sistemi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Whatsapp» ani mesajlaşma mübadilə sistemi ilə xx xxx 2019-cu il tarixdən etibarən yazışmalar başlamış və aralarında qeyd edilən yazışmalar aparılmışdır; xx xxx 2019cu il, saat 23-53-də Təqsirləndirilən şəxs yazır: «Mənəm Pərvin. Qızımın sumkasındaydı ele götürüm. Okk. Ele başqa nese lazımdı?. Narahat olma. Okk. Xırda olsun. İri eler 20-di», saat 23:56-da Şahid1 yazdığını pozub, saat 23-56-da Təqsirləndirilən şəxs yazır: «Okk», saat 23:56-da Şahid1 yazır «3-ü pay verəcəm», saat 23-57-də Təqsirləndirilən şəxs yazır: «okk. Yaxşı», saat 23:57-də Şahid1 yazdığını pozub., saat 23-57-də Təqsirləndirilən şəxs yazır: «ok narahat olma», xx xxx 2019-cu il saat 02:23-də Təqsirləndirilən şəxs yazır: «Zaurqədərini deyərsən də. Bilim mən», saat 02:14-də Şahid1 yazdığını pozub., saat 02-31-də P.İskənərovanın yazdıqları Zaur tərəfindən silinib, saat 02:35-dən 03:27-dək yazışmalar silinib, saat 03:28-də Təqsirləndirilən şəxs yazır: «okk. bu qənd heç xoşuma gəlmire. adamı çox əzgin eliyir. əlinə yaxşısı düşsə mənə də ötür», Şahid1 yazdığını pozub, saat 03:30-da Təqsirləndirilən şəxs yazır: «isdiyirəm bodri elesin key kimiyəm», saat 04:27-də Təqsirləndirilən şəxs yazır: «Nolar tərəzini gec qaytarma da bunlara da lazımdı özümki olsa qurbandı vallah», saat 04:28-də Şahid1 yazdığını pozub., saat 04:34-də Təqsirləndirilən şəxs yazır: «Çox sağ ol», saat 04:35-də Şahid1 yazdığını pozub., saat 04:40-da Təqsirləndirilən şəxs yazır: «Çox sağ ol. Ağ qızıl 100. Qaraqızıl 40», saat 04:44-dən 04:51-dək Şahid1 yazdığını pozub, saat 04:52-də Təqsirləndirilən şəxs yazır: «Aydaaa. Fərid götürüb yəqin. Məndə var», saat 04:52-də Şahid1 yazdığını pozub, saat 04:52-də Təqsirləndirilən şəxs yazır: «İstiyirsən gəl götür. Evdə olanda dünən götürdüm gəldim. Mənə dedi ki Zaurçün ver zəng vurum gəlsin bizə. Çıxardanda görüb», saat 04:52-də Şahid1 yazdığını pozub, saat 04:54-də Təqsirləndirilən şəxs yazır: «Məndə bir dənə 10 var. İstiyirsən gəl götür. Pis oldum e», saat 04:54-də Şahid1 yazdığını pozub., saat 04:55-də Təqsirləndirilən şəxs yazır: «Hə tərəzini gətir yenə də çəkək»., saat 04:56-da Şahid1 yazdığını pozub, saat 04:57-də Təqsirləndirilən şəxs yazır: «Yaxşı. Pulunu nə vaxt verəcək. Özümün olsaydı heç soruşmazdım. İnan uje xeyrimi de ona verirəm»., saat 04:59-da Şahid1 yazdığını pozub, saat 04:57-də Təqsirləndirilən şəxs yazır: «Mən Fəriddən bu dəqiqə ayrılaram. Şantaj edir məni. Qorxuram. Deyirki anana deyərəm çəkdiyini. Deyir sən məndən ayrılsan getdin içəri», saat 05:11-də Təqsirləndirilən şəxs yazır: «Bu verdiyin superdi. Evvel mende olannandı. Bundan day yoxdu?», saat 05:30-da Şahid1 yazdığını pozub, saat 05:30-da Təqsirləndirilən şəxs yazır: «Məndə həmişə ondan olub. Bu partiya qurtarsın. Sonra ondan olacaq. Bu lampa əladı. Ancaq çatdıyıb», saat 05:31-də Şahid1 yazdığını pozub, saat 05:56-da Şahid1 yazır: «Onu gətir birdəki 20 qara kişmiş», saat 05:56-da Təqsirləndirilən şəxs yazır: «okk», saat 05:56-da Şahid1 yazır: «Qaranın ən sonu neçəyədi», saat 05:56-da Təqsirləndirilən şəxs yazır: «40», saat 06:05-də Şahid1 yazır: «Qaranı 30 ele». Cinayət işində olan «xxxx» MMC-dən götürülmüş bir ədəd CD diskdəki telefon məlumatlarına baxış protokolundan müəyyən olunur ki, Şahid1 istifadəsində olan ***- ***-**-** nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** nömrə arasında telefon rabitəsi olmamışdır. Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə mobil telefon aparatının yaddaşında «Vəli Yasamal» adı ilə qeydə alınmış ***-***-**-** nömrə arasında xx.xx.2019-cu il tarixdə, saat 09:04:17-də 12 saniyə; saat 09:23:28-də 185 saniyə telefon rabitəsi olmuşdır. ***-***-**-** nömrə xx xxxx 1976-cı il təvəllüdlü Yevlax rayonu, Aran qəsəbəsi sakini X6 (AZE № 14116666) adına qeydiyyata alınmışdır. Cinayət işində olan protokladan məlum olur ki, «Azerfon» və «xxxx» MMC-dən götürülmüş iki ədəd CD disklərdəki telefon məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış, təqsirləndirilən şəxs Şahid2 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2019-cu il tarixdə, saat 20:21:20də 10 saniyə (anten-Xəzər rayonu, Binə qəsəbəsi); saat 20:23:01-də 227 saniyə (anten Xəzər rayonu, Binə qəsəbəsi); saat 21:23:05-də 152 saniyə (anten Xəzər rayonu, Binə qəsəbəsi); xx.xx.2019-cu il tarixdə, saat 14:35:38-də 276 saniyə (anten- Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 14:50:58-də 74 saniyə (anten- Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 14:55:27-də 80 saniyə (anten- Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 15:04:35-də 65 saniyə (Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi), saat 15:37:06-da 41 saniyə (anten-Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi) danışıqlar aparılmışdır. Şahid1 istifadəsində olan mobil telefon aparatının yaddaşında «Vəli Yasamal» adı ilə qeydə alınmış ***-***-**-** nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** nömrə arasında telefon rabitəsi olmamışdır. Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə Rəşid Hüseynovun adına qeydiyya alınmış, Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ***-***-**-** nömrə arasında SMS yazışması olmuşdur. Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs adına qeydə alınmış ***-***-**-** nömrə arasında xx.xx.2019-cu il tarixdə, saat 16:05:47-də 11 saniyə; saat 16:06:14-də 236 saniyə danışıq aparılmış və Şahid1 istifadə etdiyi mobil telefon aparatı Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsindəki anten əhadə dairəsində olmuşdur. Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə ***-***-**-** arasında xx.xx.2019-cu il tarixdə, saat 17:38:12-də 47 saniyə danışıq aparılmış və Şahid1 istifadə etdiyi mobil telefon aparatı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D massivi, ev 69 anvandakı anten əhadə dairəsində olmuşdur. İş üzrə həmçinin «xxxx Telecom» «xxxx» və «xxxx» MMC-dən götürlmüş üç ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının xx.xx.2020-ci il tarixli 2134 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi mülaicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2015-ci il təvəllüdlü X12 adlı oğlu vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq iş üzrə maddi sübutlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 40,107 qram psixotrop maddə olan metamfetamin və 68,269 qram narkotik vasitə olan heroinin, iş üzrə götürülmüş bir ədəd «X25» və bir ədəd «İphone 7» markalı mobil telefon aparatlarının cinayət işinidən ayrılmış ********* nömrəli cinayət işində, telefon məlumatlarının əks olunduğu 3 ədəd CD diskin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materialların saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X13 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 07 mart 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 40,107 qram psixotrop maddə olan metamfetamin və 68,269 qram narkotik vasitə olan heroinin, iş üzrə götürülmüş bir ədəd «X25» və bir ədəd «İphone 7» markalı mobil telefon aparatlarının cinayət işinidən ayrılmış ********* nömrəli cinayət işində, telefon məlumatlarının əks olunduğu 3 ədəd CD diskin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X13 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar