Məhkəmə qərarları › İş №1(101)-317/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-317/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-317/2021 03.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1959-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Müdafiəçi2 küçəsi, ev 120, mənzil 20 ünvanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui- istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üzərində, «Bakı İstintaq Təcridxanası»nın yaxınlığında yerləşən, JN-36323H seriya və nömrəli 16.03.2005-ci il tarixli «Torpağın daimi istifadəyə verilməsinə dair» Şəhadətnamə və AR-İ № 681187 seriya və nömrəli 08.11.2018-ci il tarixli etibarnamə əsasında Zərərçəkmiş şəxs istifadəsində olan 1,00 hektar torpaq sahəsinə dair adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən «Çıxarış» sənədini alacağı barədə yalan vəd verib aldadaraq 01 iyul 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən «Turac» restoranında həmin dövrün məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları pulu və 07 iyul 2019-cu il tarixdə cinayətə aidiyyəti olmayan Şahid1 vasitəçiliyi ilə ünvan 3 ünvanında yerləşən «Turac» restoranının qarşısında, idarə etdiyi «Wolksvagen Passat» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilində 9000 manat pulunu, bununla ümumilikdə 60000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 60000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hər hansı bir cinayət əməlini törətməmiş və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. Onun heç bir günahı olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan təhsiləndirən şəxs Təqsirləndirilən şəxs ibtidai istisnaq zamanı verdiyi ifadəsi tədbiq olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs o 2019-cu ilin iyun ayının sonlarından etibarən tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. Onları tanış edən İlqar adlı tanışı olmuşdur. Belə ki, həmin ərəfədə İlqar onu Rövşənlə tanış etmiş, Rövşən ona bildirmişdir ki, dostu Zərərçəkmiş şəxs Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üstündə yerləşən hasara alınmış, sahəsi 1 ha təşkil edən torpaq sahəsi almışdır, həmin torpaq sahəsinə «Çıxarış» sənədini almaq istəyir, bu məsələdə onun köməklik etməsini xahiş etmişdir. O da bildirmişdir ki, onu Rafiqlə görüşdürsün, oturub söhbət etmək lazımdır, şərtlər onu qane edərsə köməklik göstərər. Belə ki, onun bacısı qızının həyat yoldaşı həmin dövrdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri işləmiş Kərəm Həsənovdur və onu tanıyan insanlar da bunu bilirlər. O da bilmişdir ki, onları tanış edən İlqar bu barədə Rövşənə məlumat vermişdir, ondan bu məsələnin həllində kömək istəməsinin səbəbi də məhz onun Kərəm Həsənovun qohumu olmasıdır. 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinin yaxınlığındakı «Turac» restoranında o Zərərçəkmiş şəxs və Rövşənlə görüşmüşdür. Orada ilk dəfə idi ki, Zərərçəkmiş şəxs görürdü və əyani tanışlıqları da məhz orada yaranmışdır. Görüş zamanı o özü barədə məlumat verib bildirmişdir ki, əvvəllər Əmlak Komitəsində işləmişdir, Belə ki, həqiqətən də 2000-ci ildə 3- 4 ay ərzində Əmlak Komitəsində sürücü kimi işləmişdir, sonra işdən çıxmışdır. Onun haqqında daha dolğun məlumatı, yəni Kərəm Həsənovun qohumu olması barədə məlumatı Rafiqə orada onları tanış edən və həmin görüşdə iştirak edən Rövşən vermişdir, o da bunu təsdiq etmişdir. Rafiq ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üstündə yerləşən hasara alınmış, sahəsi 1 ha təşkil edən torpaq sahəsinə «Çıxarış» sənədi almaq istəyir, bu məsələdə köməklik etməsini xahiş etmişdir, o da bildirmişdir ki, 2- 3 günə «Çıxarış» sənədi verdirə bilər, əvəzində ona 60.000 manat pul verməli olacaq, pulu əvvəlcədən vermək lazım olacaq, həmçinin demişdir ki, həmin pul ona çatacaqdır, pulu kiməsə verməyəcək, yəni bu işi özü görəcək, bu işlə bağlı kiməsə pul verməyəcək və özü iş gördüyü üçün pulu da özünə götürəcək. Rafiq bildirmişdir ki, pulun kimə çatacağı ona maraqlı deyil, əsas odur ki, «Çıxarış» sənədini ala bilsin. Rafiq razılaşmış və 01 iyul 2019- cu il tarixdə günorta saatlarında «Turac» restoranında ona həmin dövrün məzənnəsi ilə manat təşkil edən 30.000 ABŞ dolları pulu vermişdir, qalan məbləği isə «Çıxarış» sənədi hazır olandan sonra ona verəcəyini bildirmişdir, o da razılaşmış və 30.000 ABŞ dolları pulu Rafiqdən almışdır. Səhv etmirsə həmin vaxt Rövşən də orada olmuşdur. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Rafiqin bu məsələ ilə bağlı ona verməli olduğu qalan məbləğ 9.000 manat təşkil edirdi. Səhv etmirsə 2-3 gün sonra Rafiq özü ona zəng vurub işlə maraqlananda o demişdir ki, qalan 9.000 manat pulu da ona çatdırsın ki, işi yekunlaşdıra bilsin və «Çıxarış» sənədini alıb versin. Üstündən bir neçə gün keçmişdir ki, səhv etmirsə 07 iyul 2019-cu il tarixdə onları tanış edən Rövşən 9.000 manat pulu «Turac» restoranının qarşısında, onun idarə etdiyi “Wolksvagen Passat” markalı avtomobilinin içərisində ona vermişdir, həmin pulu Rafiqin göndərdiyini bildirmişdir, o da pulu Rövşəndən götürmüşdür. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Düşünmüşdür ki, sonra Əmlak Komitəsində işləyən tanışlarına müraciət edib təmənnasız həmin işi həll edər, yəni «Çıxarış» sənədini alıb Rafiqə verər, lakin bunu edə bilməmişdir, pulu isə şəxsi ehtiyaclarına xərclədiyi üçün Rafiqə qaytara bilməmişdir. 11 iyul 2019-cu il tarixdə Rafiq ondan Binəqədi RPİ-yə şikayət etmiş, o da polisə iltizam yazıb vermişdir ki, pulunu bir həftəyə ödəyəcək, lakin pul tapa bilmədiyi üçün, Rafiqin ona verdiyi pulu isə xərclədiyi üçün qaçıb gizlənməyə başlamış və 28 may 2020-ci il tarixdə saat 14:50 radələrində faktiki olaraq yaşadığı Binəqədi rayonu, Müdafiəçi2 küçəsi, ev 120, mənzil 20 ünvanında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Nərimanov RPİ-nin MSY-yə yerləşdirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəli olmuşdur ki, yaxın tanışı X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Kürdəxanı yolunun üstündə yerləşən hasara alınmış, sahəsi 1 ha təşkil edən torpaq sahəsini qarşılıqlı razılaşma əsasında pulunu ödəməklə almışdır. Həmin torpaq sahəsini alarkən «Çıxarış» sənədinin olmamasını, lakin ilkin özəlləşmə sənədi olan «Torpağın daimi istifadəyə verilməsinə dair Şəhadətnamə»nin olduğunu bilmişdir və fikri olmuşdur ki, torpağı alandan sonra özü aidiyyəti qurumlara müraciət edərək həmin torpağa dair «Çıxarış» alsın. Tanışı Zülfuqarla razılaşıb sonuncunun istədiyi məbləği ödədikdən sonra 08.10.2018-ci ildə Zülfüqar 38 saylı Notariat kontorunda ona baş etibarnamə vermişdir ki, həmin etibarnamənin və «Torpağın daimi istifadəyə verilməsinə dair Şəhadətnamə»nin surətlərini araşdırma gedişində təqdim etmişdir, iş materiallarında olmalıdır. Bundan sonra o sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir ki, «Çıxarış» sənədi alsın, lakin müracitinə baxılma müddəti tamam olmuş, ona cavab gəlmədiyi üçün özü Bakı Ərazi İdarəsinə gedəndə ona məlumat verilmişdir ki, müraciəti üzrə məsələnin icrası dayandırılıbdır, belə ki, Sabunçu polisində araşdırma aparılıb rəsmi məlumat veriləndən sonra onun sənədi icra edilib cavab veriləcəkdir. Sabunçu RPİ-də müvafiq araşdırma aparılıb heç bir qanun pozuntusu faktı aşkar edilməyərək araşdırmanın nəticəsini əks etdirək qərar Bakı Ərazi İdarəsinə göndərildikdən sonra bir daha ora getmiş, ona deyilmişdir ki, torpağa «Çıxarış» almaq üçün onların da tabe olduqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə bu məsələni razılaşdırmaq lazımdır. Bundan sonra o bir çox tanışı ilə məsləhət etmiş, ona deyilmişdir ki, münasib adam tapa bilməsə «Çıxarış» ala bilməyəcək, bu səbəbdən də bu işdə ona köməklik göstərə biləcək bir adam axtarmağa başlamışdır. 2019-cu ilin iyun ayı olmuşdur ki, tanışı Şahid1lə söhbət əsnasında bu problem barədə məlumat vermiş, Rövşən isə ona bildirmişdir ki, bir nəfər İlqar adında tanışı vardır ki, İlqarın yaxını olan və bir yerlə işlədiyi Paşa adlı adam Əmlak Komitəsinin sədri Kərəm müəllimin qohumudur və Paşanın vasitəsilə «Çıxarış» almaq olar. O, Rövşəndən xahiş etmişdir ki, onları görüşdürsün və 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinə bitişik «Turac» restoranında üçü, yəni o, Rövşən və Paşa görüşmüşlər. Görüş zamanı Paşa bildirmişdir ki, özü uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində işləmişdir, hazırda orada işləmir, Kərəm müəllimin həyat yoldaşı onun doğma bacısı qızıdır və yüksək səviyyədə əlaqələri vardır, 2-3 günə ona «Çıxarış» verəcəkdir, əvəzində 60,000 manat pul verməli olacaq. Özü də bir çox adamdan buna qədər maraqlanmışdır, ona deyilmişdir ki, 50.000-55.000 manat pula «Çıxarış» almaq olar, lakin pulla yanaşı adam tapmaq lazımdır, çünki adamsız onu heç kim yaxına buraxmayacaq. Buna görə Paşanın təklifi ilə razılaşmışdır. 01 iyul 2019-cu il tarixdə günorta saatlarında Rövşənlə bir yerdə «Turac» restoranına gedib orada Paşa ilə görüşmüş, özü ilə 30.000 ABŞ dolları pulu, yəni həmin günün məzənnəsinə uyğun olaraq dəyəri 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pul götürmüşdür və 30.000 ABŞ dolları pulu Paşaya verəndə özü demişdir ki, 2-3 günə «Çıxarış» sənədini ona verəndə qalan 9.000 manat pulu da götürər, o da razılaşıb bildirmişdir ki, hələlik bu məbləğdə pulu düzəldə bilmişdir, qalanını da sənəd ona verilən günü ödəyər. Bir neçə gün keçmişdir, o sənədlə maraqlanmaq üçün Paşaya istifadəsində olan 050/070/344-00-60 nömrəsinə öz istifadəsində olan 050-211-41- 55 və ***-***-**-** nömrələrindən zəng vuranda ona bildirmişdir ki, qalan məbləğ də verilsin, sonra sənədi verəcəkdir, buna görə qalan 9.000 manat pulu da düzəldib səhv etmirsə 5-7 iyul 2019-cu il tarixlərində pulu onları tanış edən Rövşənə vermişdir ki, Paşaya çatdırsın, çünki Paşa ilə telefon danışığı zamanı özü ona bildirmişdir ki, pulu Rövşənə versin, Rövşən ona çatdıracaqdır. Sonra Paşa ilə əlaqə saxlayanda təsdiq etmişdir ki, Rövşəndən 9.000 manat pulu almışdır. Bundan sonra Paşa hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamışdır ki, 2- 3 günə sənəd hazır olacaq. 11 iyul 2019-cu il tarixdə Rövşənlə bir yerdə Paşa ilə görüşmüşdür, sənədlə maraqlananda bildirmişdir ki, sənəd hazırdır, sənədi hazırlayan şəxsə zəng vurduğunu, lakin zənglərinə cavab vermədiyini, yəgin ki, iclasda olduğunu bildirib lazımdırsa Reyestr Xidmətinə gedib gözləməyi, adam iclasdan çıxan kimi görüşüb sənədi alacaqlarını demiş, o da razılaşmış və bir yerdə Rövşənin avtomobili ilə Yasamal rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişlər. Yolda gedərkən Paşa mobil telefonu ilə adı telefonda səhv etmirsə «Əbülfəz» kimi qeyd edilmiş adama tez-tez zəng vurur və deyirmiş ki, telefonu bağlıdır, yəqin ki, iclasdadır. Artıq saat 17:45-17:50 radələri olardı ki, onlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çatmışlar və qapıda dayanan polis əməkdaşı bildirmişdir ki, işdə heç kim yoxdur və həmin gün heç bir iclas da olmamışdır. O, şübhələndiyi üçün Paşanın mobil telefonunu götürüb baxmış, görmüşdür ki, adı səhv etmirsə «Əbülfəz» olan adama teztez zəng vurmuşdur. Həmin şəxsin nömrəsinə baxanda isə nömrə ona tanış gəldiyi üçün öz mobil telefonunda həmin nömrəni yığanda, görmüşdür ki, nömrə onun da tanıdığı və bir neçə ay əvvəl nömrəsini bağlayıb dəyişmiş başqa bir şəxsə aiddir ki, adı «Əbülfəz» deyil və ümumiyyətlə Əmlak məsələlərinə aidiyyəti olmayan bir adamdır. Bundan başa düşmüşdür ki, Paşa onu aldadır və Rövşənlə bir yerdə Paşanı Binəqədi RPİ-yə gətirib ərizə ilə müraciət etmişdir. Paşa iltizam yazıb onun pulunu bir həftəyə ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsinə baxmayaraq bu günə kimi pulunu qaytarmamışdır, telefon nömrələrini də dəyişib, harada olduğunu bilmir, qaçıb gizlənir, pulunu da qaytarmaqdan boyun qaçırır. Beləliklə Paşa onu aldadaraq 60.000 manat pulunu, yəni 30.000 ABŞ dolları və 9.000 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Sonuncu dəfə Paşa ilə 2019-cu ilin iyul ayının sonlarında danışanda ona bildirmişdir ki, sənəd düzəltmək alınmır, pulunu qaytaracaqdır, hətta demişdir ki, 40.000 manat pulu düzəldibdir, adam gözləyir ki, 20.000 manatı da götürüb onun 60.000 manat pulunu qaytarsın, lakin yenidən yalan danışmışdır və telefonlarını dəyişib gizlənmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, yoldaşlıq edirlər, ədavət və düşmənçiliyi olmayıbdır. Şahid2 isə o 2019-cu ilin əvvəllərindən tanıyır, onunla təsadüfən tanış olmuşdur, normal münasibəti olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Binəqədi rayonu ərazisində öz avtomobilini təmir etdirərkən İlqarla tanış olmuşdur, İlqar da maşınını təmir etdirmək üçün eyni yerə gətirmişdir və hər ikisinin avtomobili eyni markadan olduğu üçün söhbət edib tanış olmuşlar, nömrələrini bir-birinə vermişlər, arada zəngləşirmişlər. İlqarla tanış olan vaxt ona demişdir ki, əvvəllər Əmlak Komitəsində işləmişdir, hazırda orada işləməsə də əmlak məsələləri ilə məşğul olur, yəni sənəd düzəltmək və sair bu kimi işlərlə. 2019-cu ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxsla söhbət zamanı ona bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üstündə yerləşən hasara alınmış, sahəsi 1 ha təşkil edən torpaq sahəsinə «Çıxarış» sənədi almaq üçün bu işi həll edə biləcək adam axtarır, o da İlqarın bu işlərlə məşğul olduğunu öz sözlərindən bildiyindən İlqara zəng vurub məsələ barədə məlumat vermişdir. İlqar bildirmişdir ki, tanışı Paşa adlı şəxs Kərəm Həsənovun qohumudur və Paşa bu İşi həll edə bilər. İlqar onları görüşdürmüşdür, belə ki, həmin ərəfədə üçü, yəni o, İlqar və Paşa Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bakı» çay evində görüşmüşlər. Görüş vaxtı Paşa özünü Kərəm Həsənovun qohumu kimi təqdim edib sözü gedən məsələ ilə bağlı «Çıxarış» sənədinin alınmasından ötrü 60.000 manat pul vermək lazım olduğunu bildirmiş, orada mobil telefon nömrələrini bir-birinə verib ayrılmışlar. Bu barədə Rafiqə məlumat vermişdir və 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinə bitişik «Turac» restoranında üçü, yəni o, Rafiq və Paşa görüşmüşlər. Görüş zamanı Paşa bildirmişdir ki, özü uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində işləmişdir, hazırda orada işləmir, Kərəm Həsənovun həyat yoldaşı doğma bacısı qızıdır və Kərəm müəllimlə yüksək səviyyədə əlaqələri vardır, 2-3 günə «Çıxarış» verəcəkdir, əvəzində 60.000 manat pul verilməlidir. Rafiq razılaşmış və onlar ayrılmışlar. 01 iyul 2019-cu il tarixdə günorta saatlarında Rafiqlə bir yerdə «Turac» restoranına gedib orada Paşa ilə görüşmüşlər, Rafiq 30.000 ABŞ dolları pulu, yəni həmin günün məzənnəsinə uyğun olaraq dəyəri 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulu Paşaya verəndə, sonuncu özü demişdir ki, 2-3 günə «Çıxarış» sənədini verəndə qalan 9.000 manat pulu da götürər, Rafiq razılaşıb demişdir ki, hələlik bu məbləğdə pulu düzəldə bilmişdir, qalanını da sənəd verilən günü verər. Bir neçə gün keçmişdir, Rafiq ona zəng vurub bildirmişdir ki, Paşa ilə danışmışdır, Paşa demişdir ki, qalan 9.000 manat pul da verilməlidir və həmin pulu çatdırmaq üçün ona verməsini xahiş etmişdir. O, Rafiqlə görüşərək 9.000 manat pulu alıb Paşa ilə danışığa əsasən «Turac» restoranının qarşısına gəlmişdir. Bir neçə dəqiqə sonra Paşa ora idarə etdiyi Wolksvaqen Passat markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş və avtomobilinə əyləşib 9.000 manat pulu Paşaya vermişdir. Pulu verəndə avtomobildə ikisindən başqa heç kim olmamışdır. Sonra Rafiq özü Paşa ilə əlaqə saxlayan vaxt təsdiq etmişdir ki, ondan 9.000 manat pulu alıbdır. Bir neçə gün də keçmişdir, sənəd düzəlmədiyi üçün Rafiqlə bir yerdə 11 iyul 2019-cu il tarixdə Paşa ilə görüşmüşlər, sənədlə maraqlananda bildirmişdir ki, sənəd hazırdır, sənədi hazırlayan şəxsə zəng vurduğunu, zənglərinə cavab vermədiyini, yəgin ki, iclasda olduğunu bildirib lazımdırsa Reyestr Xidmətinə gedib orada gözləməyi, sənədi düzəldən adamın iclasdan çıxan kimi görüşüb sənədi alacaqlarını demiş və Rafiq razılaşaraq bir yerdə onun avtomobili ilə Yasamal rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmişlər. Yolda gedərkən Paşa mobil telefonu ilə kiməsə zəng vurub deyirdi ki, sənədi düzəldən adamın telefonu bağlıdır, yəqin ki, iclasdadır. Artıq saat 17:45-17:50 radələri olardı ki, onlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çatmışlar və qapıda dayanan polis əməkdaşı bildirmişdir ki, işdə heç kim yoxdur və həmin gün heç bir İclas da olmamışdır. Rafiq şübhələndiyi üçün Paşanın mobil telefonunu götürüb baxmış, aydın olmuşdur ki, Paşa başqa bir adamın nömrəsini telefonunun yaddaşında «Əbülfəz» adlı şəxsin nömrəsi kimi qeyd etmişdir, hərçənd ki, həmin nömrə başqa şəxsə aid idi ki, bu məsələlərə aidiyyəti olmayan şəxs olmuşdur və bir neçə ay əvvəl nömrəsini söndürmüşdür ki, istifadə etmir, bu səbəbdən də həmin nömrə daimi sönülü olurdu. Bunu Rafiq özü aydınlaşdırmışdır, çünki nömrə tanış gəldiyi üçün özü araşdırıb bunları üzə çıxartmışdır. Daha sonra Paşanı Binəqədi RPİ-yə gətirib Rafiq ərizə ilə müraciət etmişdir. Paşa iltizam yazıb pulu bir həftəyə ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsinə baxmayaraq bu günə kimi pulu qaytarmamışdır, telefon nömrələrini dəyişmişdir, harada olduğunu bilmirlər, qaçıb gizlənir, pulu da qaytarmır. Beləliklə Paşa onun tanışı Zərərçəkmiş şəxs aldadaraq 60.000 manat pulunu, yəni 30.000 ABŞ dolları və 9.000 manat pulunu dələduzluqla ələ keçirmişdir, Sonuncu dəfə Rafiq onun yanında Paşa ilə 2019-cu ilin iyul ayının sonlarında danışanda Paşa bildirmişdir ki, sənəd düzəltmək alınmır, pulu qaytaracaqdır, hətta demişdir ki, 40.000 manat pulu düzəldibdir, adam gözləyir ki, 20.000 manatı da götürüb pulu qaytarsın, lakin yalan danışmışdır, telefonlarını dəyişib gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı İldən yeznəsi Nurlana görə tanımışdır, ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Paşa ilə bir neçə dəfə görüşüb çay içmişdir, özünü ona həmin dövrdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Kərəm Həsənovun qohumu kimi təqdim etmişdir, özü də maraqlanmışdır və həqiqətən də X5 həyat yoldaşının dayısı olduğunu öyrənib bilmişdir. Paşa ona demişdir ki, özəlləşdirmə və «Çıxarış» sənədlərinin verilməsi işi ilə məşğul olur, Əmlak Məsələləri ilə bağlı İstənilən məsələni həll edə bilir. Şahid1 2019cu ilin yaz aylarından etibarən tanıyır, normal münasibəti vardır, ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Binəqədi rayonu ərazisində öz avtomobilini təmir etdirərkən Rövşənlə tanış olmuşdur, sonuncu da öz maşınını təmir etdirmək üçün eyni yerə gətirmişdir və hər ikisinin avtomobili eyni markadan olduğu üçün söhbət edib tanış olmuşlar, nömrələrini birbirinə vermişlər, arada zəngləşirdilər. Özü də əvvəllər sənədləşdirmə işləri ilə məşğul olurdu, 2015-ci ildən sonra bu işlərlə məşğul olmur və bu barədə söhbət əsnasında Rövşənə demişdir. 2019-cu ilin iyun ayı olmuşdur ki, Rövşənlə söhbət zamanı ona bildirmişdir ki, bir nəfər yaxın adamının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üstündə yerləşən hasara alınmış, sahəsi 1 ha təşkil edən torpaq sahəsi vardır, həmin torpağa dair «Çıxarış» sənədini düzəldə biləcək adam axtarırlar. O bu barədə Paşaya məlumat verəndə demişdir ki, görüşüb ətraflı söhbət etmək lazımdır. O, bu barədə Rövşənə məlumat vermiş və razılaşmışlar ki, görüşüb bu barədə ətraflı söhbət etsinlər. Həmin ərəfədə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bakı» çay evində o, Paşa və Rövşən görüşmüşlər. Görüş vaxtı Paşa özünü Rövşənə həmin dövrdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Kərəm Həsənovun qohumu kimi təqdim edib sözü gedən məsələ ilə bağlı «Çıxarış» sənədinin alınmasından ötrü 60.000 manat pul istəmişdir. Həmin söhbət zamanı Rövşən və Paşa hər ikisi cənub bölgəsindən olduqlarından hətta ümumi tanışları çıxmış və mobil telefon nömrələrini bir- birinə vermişlər, sonra onlar ayrılmışlar. Bundan sonrakı proseslərdə o iştirak etməmişdir, çünki onu kənarda saxlayıb özləri danışaraq görüşürdülər. Bir müddət sonra Binəqədi polisinə çağırılmışdır və orada ona məlum olmuşdur ki, Paşa «Çıxarış» sənədinin verilməsi üçün 60.000 manat pul almışdır və sənədi düzəltməmişdir, pulu da ələ keçirmişdir. Cinayət işinin 1-ci cildinin 94-98-ci vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs torpaq sahəsinə dair «Çıxarış» sənədinin alınması üçün Təqsirləndirilən şəxs 60.000 manat pul verməsini üzünə deməklə İstintaqa verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini səmimi etiraf edib pulu olan kimi Zərərçəkmiş şəxs qaytaracağını, həmçinin “Çıxarış” sənədinin alınması üçün heç kimə müraciət etmədiyini və heç bir iş görmədiyini, verəcəkləri olduğundan Rafiqdən aldığı pulu həmin verəcəklərinə sərf etdiyini, kimlərə verdiyini istintaqa bildirməkdən imtina etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 99-102-ci vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 torpaq sahəsinə dair «Çıxarış» sənədinin alınması üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 60.000 manat pul verməsini üzünə deməklə istintaqa verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini səmimi etiraf etmişdir. Cinayət işinin 1-ci cildinin 127, 133-138-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi və prosessual qaydalara əməl edilməklə götürülmüş bir ədəd CD diskə baxış keçirilmiş və baxışla diskin yaddaşında Təqsirləndirilən şəxs torpaq sahəsinə dair “Çıxarış” sənədini düzəltmək adı ilə Zərərçəkmiş şəxs 60.000 manat pul almasını təsdiq edən və Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 202-209-cu vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizasının 4/356 nömrəli 20.08.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd «CD» diskdə olan danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir, torpaq sahəsinə dair “Çıxarış” sənədinin düzəldilməsi adı ilə Zərərçəkmiş şəxs 60.000 manat pulun alınmasını və “Çıxarış” sənədinin düzəldilməyərək pulun da qaytarılmamasını təsdiq edən mətnlərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi X3, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi isə Şahid1 məxsusdur. Cinayət işinin 1-ci cildinin 210,224-cü vərəqində olan qərardan görünür ki, istintaq zamanı Şahid1 təqdim etdiyi və ekspertiza tədqiqatının predmeti olmuş 1 ədəd CD disk cinayət təqibi üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən ittihamın həllində maddi sübut hesab edilmişdir və cinayət işində saxlanılır. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqində olan Təqsirləndirilən şəxs öz xətti ilə icra etdiyi əlyazmadan, yəni 12.07.2019-cu il tarixli iltizamdan görünür ki, sonuncu Zərərçəkmiş şəxs aldığı 60.000 manat pulu 17.07.2019-cu il tarixədən tam şəkildə ödəyəcəyini söz vermişdir. Həmin əlyazma cinayət təqibi üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən ittihamın həllində maddi sübut hesab edilmişdir və cinayət işində saxlanılır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 73-78 və 117-121-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 28 may 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- 1 ədəd CD disk və Təqsirləndirilən şəxs öz xətti ilə icra etdiyi əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 28 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- 1 ədəd CD disk və Təqsirləndirilən şəxs öz xətti ilə icra etdiyi əlyazma cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Eldar Mikayılov

3. Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar