Məhkəmə qərarları › İş №1(101)-331/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-331/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-331/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X27, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndələri Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə2 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Nümayəndə3 iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 06 il 04 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, 02 il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(103)-649/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü dəyişdirilərək, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi və bununla bağlı göstərişlər xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 il 4 ay 6 gününü ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, Bakı şəhəri, Yasamal rayonu, X.D.adaşov küçəsi, ev 4də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli, külli və xüsusilə külli miqdarda əmlaklarını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü ərəb, fars dillərində mükəmməl bilən, turizm xidməti ilə məşğul olan peşəkar iş adamı kimi təqdim edib onun şəxsi “Range Rover” markalı avtomobilinə lazım olan ehtiyat hissələrini və qızı Şahid6 sifariş etdiyi 2 ədəd “İphone-6S” markalı mobil telefonu X13 Dubay şəhərindən sərfəli qiymətə gətizdirib onlara verərək etibar və inam qazandıqdan sonra birlikdə iş qurub gəlir götürəcəkləri barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edib davamlı olaraq sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzilində Dubay şəhərindən ucuz qiymətə alıb Azərbaycana gətirib baha qiymətə satmaq adı ilə 2016-cı ilin avqust-oktyabr aylarında “İphone-6S” və “Samsung” markalı mobil telefonlar üçün həmin dövrün məzənnəsi ilə 82.015 (səksən iki min on beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, “CİP” markalı avtomobillərə disk-təkər dəstləri üçün həmin dövrün məzənnəsi ilə 385.856 (üç yüz səksən beş min səkkiz yüz əlli altı) manat olan 235.235 (iki yüz otuz beş min iki yüz otuz beş) ABŞ dollarını, avtomobil ehtiyat hissələri üçün həmin dövrün məzənnəsi ilə 164.030 (yüz altmış dörd min otuz) manat olan 100.000 (yüz min) ABŞ dollarını, plazma televizorları üçün həmin dövrün məzənnəsi ilə 328.060 (üç yüz iyirmi səkkiz min altmış) manat olan 200.000 (iki yüz min) ABŞ dollarını, Rusiya istehsalı olan “Niva” markalı avtomobilləri Azərbaycanda ucuz qiymətə alıb Bakı şəhərinə gələn ərəblərə baha qiymətə satmaq üçün 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 187.694,20 (yüz səksən yeddi min altı yüz doxsan dörd manat iyirmi qəpik) manat olan 106.000 (yüz altı min) ABŞ dollarını, Bakı şəhərinə gələn “Rəşid” adlı ərəb qonağını yaxşı qarşılamaq adı ilə 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 17.707 (on yeddi min yeddi yüz yeddi) manat olan 10.000 ABŞ dollarını, “Rəşid” adlı şəxsə 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, qızılı rəngli, 1 ədəd “Mersedes-Benz-GLE-400” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Mersedes-Benz- GL-500” markalı, 2015-ci il modelli, qara rəngli, 1 ədəd “Mersedes-Benz-E-300” markalı, 2016-cı il modelli, AMC-FL, qara rəngli, 1 ədəd “Codillak-Eskalade” markalı, 2016-cı il modelli, qara rəngli, 1 ədəd isə “Porsche-Panamera-GTS” markalı, 2016-cı il modelli, ağ rəngli cəmi 7 ədəd avtomobil sifariş etdiyini, həmin avtomobilləri Azərbaycan Respublikasına gətizdirib baha qiymətə satacağını deyib 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 1.923.399,40 (bir milyon doqquz yüz iyirmi üç min üç yüz doxsan doqquz manat qırx qəpik) manat olan 1.003.600 (bir milyon üç min altı yüz) ABŞ dollarını, onun özünə “Range Rover-Avtobioqraf” markalı avtomobil gətizdirəcəyini deyib 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 287.475 (iki yüz səksən yeddi min dörd yüz yetmiş beş) manat olan 150.000 (yüz əlli min) ABŞ dollarını, turizm fəaliyyətinə başlamaq üçün mehmanxanalara ilkin ödəniş etmək adı ilə aldadıb 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 95.825 (doxsan beş min səkkiz yüz iyirmi beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, “Four Seasons”, “Mariot-Abşeron”, “Vinter Park” kimi mehmanxanalarda yerlər bron etmək adı ilə 2017-ci ilin fevral ayında 2.000.000 (iki milyon) manatını, turistləri gəzməyə aparmaq adı ilə 2 ədəd “Mercedes-Sprinter” və 10 ədəd “Mercedes-Viana”, “Mercedes-Vito” markalı işlənmiş avtomobilləri Almaniya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə 2017-ci ilin fevral ayının ilk yarısında həmin dövrün məzənnəsi ilə 422.400 (dörd yüz iyirmi iki min dörd yüz) manat olan 220.000 (iki yüz iyirmi min) ABŞ dollarını, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə qaldığı fərdi yaşayış evinin ona məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini deyib inandıraraq, qızı Şahid6 adına rəsmiləşdirəcəyinə söz verib 2017-ci ilin may ayında 98.000 (doxsan səkkiz min) manat pulunu, özünün barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza almaq üçün 2017-ci ilin may ayında 35.000 (otuz beş min) manat pulunu, Şahid17 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə hakimlərlə danışıb azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza alacağını yalandan vəd verib aldadaraq 2017-ci ilin may ayının ikinci yarısında 150.000 (yüz əlli min) manat, 2 ədəd “Ford-Tranzit” markalı işlənmiş soyuducu yük avtomobillərini Almaniya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə həmin dövrün məzənnəsi ilə 68.092 (altmış səkkiz min doxsan iki) manat olan 40.000 (qırx min) ABŞ dollarını, məzənnəsi 22.216 (iyirmi iki min iki yüz on altı) manat olan 11.600 avronu, Dubay-Bakı-Dubay avia xətləri üzrə 60 ədəd Dubay avia reyslərinin biletlərinin dəyərini “Fly Dubai” avia şirkətinə əvvəlcədən 410 manatdan ödəyərək alıb 900 manata satmaq adı ilə 2017-ci ilin may ayında həmin dövrün məzənnəsi ilə 1.191.610 (bir milyon yüz doxsan bir min altı yüz on) manat olan 700.000 ( yeddi yüz min) ABŞ dollarını, 2017-ci ilin sentyabr ayında həmin dövrün məzənnəsi ilə 3.401.800 (üç milyon dörd yüz bir min səkkiz yüz) manat olan 2.000.000 (iki milyon) ABŞ dollarını, Şahid17 barəsində çıxarılmış azadlıqdan məhrumetmə ilə bağlı hökmün Bakı Apellyasiya Məhkəməsində şərti cəza ilə əvəz etdirəcəyini deyib 2017-ci ilin sentyabr ayının birinci yarısında 50.000 (əlli min) manat, 2017-ci ilin oktyabr ayında 19.000 (on doqquz min) manat pulunu alıb, verdiyi vədinə əməl etməməklə ümumilikdə 2.352.000 (iki milyon üç yüz əlli iki min) manat, həmin dövrün məzənnəsi ilə 8.555.963,60 (səkkiz milyon beş yüz əlli beş min doqquz yüz altmış üç manat altmış qəpik) manat olan 4.864.835 (dörd milyon səkkiz yüz altmış dörd min səkkiz yüz otuz beş) ABŞ dolları və həmin dövrün məzənnəsi ilə 22.216,3 (iyirmi iki min iki yüz on altı manat otuz qəpik) manat olan 11.600 (on bir min altı yüz) avro pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xüsusi ilə külli miqdarda 10.930.179.90 (on milyon doqquz yüz otuz min yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində maddi zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən “Görüş” restoranında həmin restoranın sahibi Zərərçəkmiş şəxs2 ilə tanış olaraq özünü turizm xidməti ilə məşğul olan peşəkar sahibkar kimi təqdim edib, respublikaya gələn turistlərə xidmətlərin göstərilməsi üçün birlikdə iş qurub gəlir götürəcəkləri barədə yalandan vəd verib aldadaraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib davamlı olaraq ondan ünvan 2 ünvanında yerləşən “Görüş” restoranında “FLY DUBAY” şirkətindən Bakı-Dubay-Bakı avia reyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaq adı ilə 2017-ci ilin oktyabr ayının əvvəllərində həmin dövrün məzənnəsi ilə 561.066 (beş yüz altmış bir min altmış altı) manat olan 330.000 (üç yüz otuz min) ABŞ dollarını, 2017-ci ilin noyabr ayının əvəllərində Bakı-Küveyt-Bakı avia reyslərinin biletlərini ucuz qiymətə alıb baha qiymətə satmaq adı ilə Azərbaycan Beynəlxalq Bankının ünvan 4 ünvanında yerləşən Nəqliyyat filialının qarşısında həmin dövrün məzənnəsi ilə 442.078 (dörd yüz qırx iki min yetmiş səkkiz) manat olan 260.000 (iki yüz altmış min) ABŞ dollarını, 2017-ci ilin dekabr ayının əvəllərində Bakı şəhərinə gələcək ərəb turistlərinə satmaq üçün otellərdə otaqların bron edilməsi adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 68 ünvanında həmin dövrün məzənnəsi ilə 408.024 (dörd yüz səkkiz min iyirmi dörd) manat olan 240.000 (iki yüz qırx min) ABŞ dollarını, 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına qədər olan müddətdə Dubay şəhərinə tədarük olunan ət məhsullarının satışından əldə olunmuş həmin dövrün məzənnəsi ilə 416.573,5 (dörd yüz on altı min beş yüz yetmiş üç manat əlli qəpik) manat olan 245.000 (iki yüz qırx beş min) ABŞ dollarını, Azərbaycan Respublikasına gəlmiş ərəb turistlərinin istehlak etdiyi zəfəran və sair əşyaların və ərzaq məhsullarının alınması adı ilə 2018-ci ilin yanvar ayında ünvan 5 ünvanında yerləşən “Görüş” restoranında həmin dövrün məzənnəsi ilə 85.005 (səksən beş min beş) manat olan 50.000 (əlli min) ABŞ dollarını, eyni ünvanda turizm işlərini inkişaf etdirmək adı ilə 2018-ci ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 34.014 (otuz dörd min on dörd) manat olan 20.000 (iyirmi min) ABŞ dollarını, Dubay şəhərindən ərəb turistlərinə xidmət göstərmək üçün dörd ədəd «Mercedes Vito» markalı minik avtomobillərinin alınması adı ilə həmin ünvanda 2018-ci ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 79.904,70 (yetmiş doqquz min doqquz yüz dörd min yetmiş qəpik) manat olan 47.000 (qırx yeddi min) ABŞ dollarını və 2018-ci ilin mart ayının əvəllərində sonradan qaytaracağına söz verib tanışı Şahid4 hesab kartına 4.200 (dörd min iki yüz) manat pulu Zərərçəkmiş şəxs2 köçürtdürərək sonradan həmin pulu ona qaytarmayıb, ümumilikdə həmin dövrün məzənnəsi ilə 2.026.665,2 (iki milyon iyirmi altı min altı yüz altmış beş manat iyirmi qəpik) manat olan 1.192.000 (bir milyon yüz doxsan iki min) ABŞ dolları və 4.200 (dörd min iki yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda 2.030.865,2 (iki milyon otuz min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində maddi zərər vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 104 ünvanında yerləşən “Görüş” restoranında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Şahid22 ilə razılaşaraq sonuncunun oğlu Zərərçəkmiş şəxs3 X13 Dubay şəhərindən sərfəli qiymətə “Toyota Camry” markalı avtomobil gətirdəcəyini yalandan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 68 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 26.690 (iyirmi altı min altı yüz doxsan) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda 26.690 (iyirmi altı min altı yüz doxsan) manat məbləğində maddi zərər vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində ittihamla bağlı epizodlara dair onda olan ittiham aktından istifadə edərək aşağıdakıları bildirmişdir: -Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı bildirir ki, onun barəsində olan cinayət işi ilə bağlı Yasamal RPİ-nin X14rkən Yasamal RPİ-nin X33 saxlanılan Zərərçəkmiş şəxs1 arvadı ilə tanış olmuşdur. Həmin ərəfədə Nərgizin yanına gələn əri Zərərçəkmiş şəxs1 da tanımışdır. Dəqiq xatırlamasa da, görünür Nərgizə mobil telefon nömrəni vermişdir. 2016cı ilin yay aylarında o, həbsdən ev dustaqlığına buraxıldıqdan sonra Zərərçəkmiş şəxs1 qızı Sona ona zəng edib onunla birlikdə həbsdə saxlanılan Nərgizin qızı olduğunu, nömrəsini anasının verdiyini demişdir. Sona bildirmişdir ki, anasından onun avtomobil alveri ilə məşğul olduğunu eşitmiş və o da, atası ilə birlikdə avtomobil alveri ilə məşğuldur, satmaq istədiyi avtomobil olanda ona xəbər etməyini demiş və bildirmişdir ki, onların əlaqələri genişdir avtomobil satmaqda ona köməklik edə bilərlər. O, satılıq avtomobil olanda xəbər edəcəyini söz vermişdir. -Bundan sonra Sona ona tez-tez zəng etməyə başlamış və növbəti zənglərin birində Sona Dubaydan hər hansı bir əşya gətizdirmək üçün tanış olub-olmamasını soruşduqda, o, gətizdirə biləcəyini demişdir. Sona ilə söhbətlərinin birində ona atasının iş adamı olduğunu, hazırda hər hansı iş görmək üçün əllərində pul olmasa da onların satmaq istədikləri böyük torpaq sahələri olduğunu bildirmişdir. Eyni zamanda Sona görmüşdür ki, onun xarici ölkələrdən turist qonaqları gəlir, həmin qonaqlarını otellərdə yerləşdirib pul qazanır və ona təklif etmişdir ki, bu sahədə ona köməklik etsin, qonaqlar üçün otel sifarişi, bilet alınması və sair işləri təşkil etsin. O da bir neçə xarici qonaqların sifarişlərini qəbul edib icrasını Sonaya tapşırmışdır. Qonağın otel və bilet sifarişindən gələn gəlirini isə Sona özünə götürmüşdür. Həmin ərəfədə Sona onu atalığı Vahidlə tanış etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 ona demişdir ki, köhnəlmiş «Range Rover» markalı avtomobili var, onu təzə model kimi yığdırıb turizm işlərində istifadə etmək olar. Bunun üçün isə Dubaydan həmin avtomobilə təzə hissələr və aksesuarlar gətirmək lazımdır. O, Vahidin təklifi ilə razılaşıb Dubaydan karqo vasitəsilə həmin avtomobil üçün təxminən 8.000-9.000 ABŞ dolları dəyərində ehtiyat hissə və aksesuarlar gətizdirib Vahidə vermişdir ki, avtomobilini yığdırsın sonra pulunu verər. Vahid avtomobili yığdırandan sonra avtomobil onların birgə turizm işlərinə istifadə olunmuşdur. Həm o, həm də Vahid özü də həmin maşınla sürücü kimi işləyib qonaqları qəbul etmişlər. Bu qaydada onlar bir neçə ay işləmişlər. Vahidlə qızı Sona turistlərdən əldə etdikləri gəlirdən ona pul verməmişlər. O da Vahid və Sonadan bunu tələb etməmiş, çünki o, özü turist qonaqlarından qazanc əldə etmişdir. O, görmüşdür ki, Vahidlə Sona turistləri aldatmaqla pul qazanırlar onlardan uzaqlaşmışdır. O, turizm sahəsində işlərini həyata keçirmək üçün Təbriz küçəsində yerləşən kafeni Məhərrəm adlı şəxsdən icarəyə götürmüşdür. Kafenin adı əvvəllər «Lənkəran» olmuş, sonra onun adını dəyişib «Beytul Qədim» qoymuşdur. Həmin vaxtlarda Sona ondan xahiş etmişdir ki, fiziki şəxs kimi vergidə qeydiyyatdan keçib və kafenin icarə müqaviləsini onun adından bağlasın. Sona bunu onunla əsaslandırmışdır ki, vergidə onun adına depozitlər yığılıb, kafe onun adına sənədləşdirilsə daha yaxşı qazanc əldə edər. O da razılaşmış və Sona ilə Məhərrəmin arasında kafe ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Kafenin Nailə adlı aşbazı olmuşdur. Kafeyə turistlərin axımı artdığına görə o, qonaqlarını həmin kafedə qarşılayıb yola salmışdır. Sona tez-tez kafeyə gəlib onun iş otağında onun işlərinə qarışmışdır. O, turistlərin qarşılanması və gəzdirilməsi üçün 2 ədəd «Mercedes sprinter» və 4 ədəd «Mercedes Vito» markalı avtomobillər icarəyə götürmüşdür ki, həmin avtomobildən beş ədədi tanışı Rafiq adlı şəxsin, bir avtomobil isə Rafiqin tanışının olmuşdur. Həmin avtomobilləri hazırda xatırlamadığı şəxslər sürücü kimi idarə etmişlər. 2017-ci ilin yay aylarında Tofiq adlı maşın alverçisi dəyərini hissə-hissə ödəmək şərtilə ona «Mercedes Vito» markalı **-LC-*** nömrəli avtomobil gətirmişdir. Onun barəsində həmin vaxtlarda cinayət işinin istintaqı aparıldığından o, avtomobili Sonanın təkidi ilə Vahidin adına rəsmiləşdirmişdir. Vahid həmin avtomobili idarə etmələri üçün sürücülərə etibarnamə vermişdir. Sonra İslam adlı maşın alverçisi onun üçün «Mercedes Vito» markalı **-LG-*** nömrəli avtomobil gətirmişdir. O, həmin avtomobili də, Vahidin adına rəsmiləşdirmişdir. Vahid həmin avtomobili də idarə etmələri üçün sürücülərə etibarnamə vermişdir. Hər iki avtomobilin dəyərini o, hissə-hissə ödəmişdir. Həmin vaxtlarda Sona ona demişdir ki, doğma atası onu Qaradağ rayonunda olan evindən pasport qeydiyyatından çıxarır, ona köməklik göstərib Hövsanda qaldığı evə 2 aylıq pasport qeydiyyatına saldırsın. O da Sonaya həmin evdə kirayə qaldığını, başqa bir ev olsa Sonanı həmin evə qeydiyyata saldırmağa köməklik göstərə biləcəyini demiş və Hövsanda ev alqı-satqısı ilə məşğul olan Elfan adlı şəxsdən xahiş edərək Sonanı Hövsan qəsəbəsində hansısa bir evə qeydiyyata saldırmışdır. O, Sonanın qeydiyyata düşdüyü evin kimə məxsus olmasını və evin harada yerləşməsini bilməmişdir. -2017-ci ildə o, turizm şirkəti açmaq qərarına gəlmiş, lakin həmin dövrdə barəsində cinayət işi olduğundan bu fikrindən daşınmışdır. Bir müddət sonra Sona özü ona atası Vahidlə birlikdə «xxxx» adlı şirkət açdıqlarını demiş və həmin şirkət üçün İçərişəhərdə ofis icarəyə götürdüklərini, ofisə avadanlıq almaq üçün 3.000 manat pul lazım olduğunu demişdir. Sona onu həvəsləndirmişdir ki, guya şirkətin baş direktorudur. O da Sonaya 3.000 manat pul vermişdir ki, ofisi təmir etdirsin. Sonra Sona və Vahid ona «Stars» oteli danışıb icarəyə götürdüklərini, gələn turistləri həmin otelə yerləşdirmək istədiklərini demişlər. Sona oteldə onunla şərikli işləyəcəklərini deyib, ondan həmin otelə icarə haqqı ödəmək üçün 15.000 ABŞ dollar pul istəmişdir. O da razılaşıb Rafiqdən borc 15.000 ABŞ dollar alıb Sonaya vermişdir. Sonra ona məlum olmuşdur ki, Sona və atası Vahid onu aldatmışlar və həmin oteli icarəyə götürməmişlər. Həmin pulu da Sona ona qaytarmayıb müxtəlif bəhanələr gətirmişdir. Bir müddət sonra Sona ona demişdir ki, ona şər atmışlar, Sonanın barəsində cinayət işi başlanmışdır. Hətta bir dəfə o, kafedə olanda Vahid təklikdə onun yanına gəlib Sonanın xəstəxanada olduğunu deyib ondan 5.000 manat borc pul almışdır. Sonra o, xəstəxanaya Sonaya baş çəkməyə gedəndə ona məlum olmuşdur ki, Sona barəsində məhkəmədə olan işlə bağlı məhkəməyə arayış təqdim etmək üçün xəstəxanada yatır. Bir müddət sonra Vahid ona zəng edib Binəqədi polisinin Sonanı tutduğunu demişdir. Sona tutulandan bir neçə gün sonra turistlərlə işləyən sürücülərdən biri Rövşən ona zəng vurub demişdir ki, Nərimanov Rayon Polis idarəsindən ona zəng vurub avtomobil qaçırdığını demişlər. Sonra ona məlum olmuşdur ki, Vahid adına olan avtomobilləri onun əlindən almaq üçün elə məlumat vermişdir. Bundan sonra sürücülər həmin avtomobilləri aparıb Vahidə təhfil vermişlər. Bir xeyli müddət sonra Vahid ona zəng vurub görüşmək istədiyini demişdir. O, avtomobillərlə bağlı telefonda Vahidlə mübahisə etmişdir ki, avtomobillərin faktiki sahibi o, olduğu halda həmin avtomobilləri ələ keçirdiyini demiş və Vahidlə görüşmüşlər. Vahid bir nəfər Məzahir adlı keçmiş polis işçisi ilə birlikdə onunla görüşə gəlmişdir. Vahid xahiş etmişdir ki, Sonanın həbsdən buraxılması üçün 20.000-30.000 manat pul lazımdır, həmin pulu Vahidə versə avtomobilləri özünə qaytaracaq. O, pulunun olmadığını demişdir. Sonra bilmişdir ki, Sonanı həbsdən buraxmışlar. Sona ona zəng edib onu tutduracağı ilə hədələmiş və bildirmişdir ki, birgə şirkət açıb, həmin şirkətin hesabına pul qazanıb, bundan sonra turistlərdən əldə etdiyi qazancdan ona və atasına pul verməliymiş. O, Sonanın təklifini rədd etmişdir. Sona isə Sona onu hədələmişdir. Sonra Sona və Vahidlə onun əlaqəsi olmamışdır. 2018-ci ilin yay aylarında Bakı şəhərində «Safir» oteldə qonaqlarını yerləşdirərkən Vahid və Sona oraya gəlmiş və otelin meneceri ilə görüşmək istədiklərini demişlər. O, otelin mühafizəçisinə demişdir ki, dələduzları oteldən çıxarsın. Bu vaxt Vahid yaxınlaşıb ona yumruq atmış, oteldə olan işçilər onları aralamışlar. Sona bundan istifadə edib telefonla DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmçinin Sona orada otelin meneceri Natavanı da başına oyun açacağı ilə hədələmişdir. Onun Zərərçəkmiş şəxs1la mübahisəsi ilə bağlı Nəsimi RPİ-də araşdırma aparılmışdır. O, Zərərçəkmiş şəxs2 şikayəti ilə bağlı həbs olunduqdan sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və qızı Sona ondan şikayət etmişlər. O, Dubaydan 50 ədəd son model “iPhone” və “Samsung” markalı mobil telefon aparatları gətirmək adı ilə onları aldadaraq 50.000 ABŞ dollarını, Dubaydan standarta uyğun disk-təkərlər gətirmək adı 2016-cı ildə 235.235 ABŞ dollarını, Dubaydan müxtəlif markalı avtomobillər üçün ehtiyyat hissələri gətirmək adı ilə 2016-cı ildə 135.235 ABŞ dollarını, Dubaydan müasir tipli plazma televizorları gətirmək adı ilə 2016-cı ilin oktyabr ayında 200.000 ABŞ dollarını, Dubaydan gəlmiş 19 nəfər turistə xidmət göstərilməsi adı 2016-cı ilin dekabr ayında 5.600 ABŞ dollarını, 8 ədəd Rusiya istehsallı “Niva” markalı avtomobilləri almaq adı ilə 2016-cı ilin dekabr ayında 106.000 ABŞ dollarını, Dubaydan gəlmiş Rəşid adlı turistə və onun ailəsinə xidmət göstərmək adı ilə 2016-cı ilin dekabr ayının sonlarında 10.000 ABŞ dollarını, ünvan 6 ünvanında yerləşən əvvəllər “Lənkəran”, sonralar isə “Köhnə ev” adı altında fəaliyyət göstərən kafenin təmiri, ərzaq və əşyalarla təchiz olunması, işinin tənzimlənməsi adı ilə 2017-ci il yanvar ayının sonlarında 44.752 manatı, satış məqsədi ilə Dubaydan 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, qızılı rəngli, 1 ədəd “Mersedes-Benz-GLE-400” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Mersedes- Benz-GL-500” markalı, 2015-ci il modelli, qara rəngli, 1 ədəd “Mersedes-Benz-E-300” markalı, 2016-cı il modelli, AMC-FL, qara rəngli, 1 “Codillak-Eskalade” markalı, 2016-cı il modelli, qara rəngli, 1 ədəd isə “Porsche-Panamera-GTS” markalı, 2016-cı il modelli, ağ rəngli avtomobilləri gətirmək adı 2017-ci ilin yanvar ayının sonlarında 1.000.000 ABŞ dollarını, həmin avtomobilləri azərbaycana gətirtmək üçün 2017-ci ilin fevral ayında 3.600 ABŞ dollarını, Bakı şəhərində və respublikanın digər bölgələrində yerləşən mehmanxanalarda əvvəlcədən otaqlar bron etmək adı ilə 2017-ci ilin fevral ayında 50.000 ABŞ dollarını, sonra isə 2.000.000 manat pulunu almamışdır. Bundan başqa özünün Bakı Ağır Cinayətlər Məhkəməsində olan işimi qurtarmaq üçün 2017-ci ilin aprel ayında 35.000 manat məbləğində, Şahid17 barəsində Bakı Apellyasiya Məhkəməsində cəzadan azad edilməsi barədə hökmün çıxarılması üçün hakimlə danışmaq adı ilə 2017ci il may ayının ikinci yarısında 215.000 manat məbləğində, 2 ədəd “Mersedes-Sprinter” və 10 ədəd “Mersedes-Viana” və “Mersedes-Vito” markalı avtomobillər gətirmək adı ilə 2017-ci ilin may-iyun aylarında 220.000 ABŞ dollarını, Almaniyadan 2 ədəd işlənmiş, “Ford-Tranzit” markalı soyuduculu yük avtomobilləri gətirmək adı ilə 40.000 ABŞ dolları və 11.600 avronu, X17 məxsus “Fly Dubai” avio-şirkətindən avio-biletlərin dəyərinin əvvəlcədən ödənilməsi adı ilə 5.000.000 ABŞ dollarını, Hövsan qəsəbəsində kirayə qaldığı evi Vahidə satmaq adı ilə 98.000 manat pulunu almamışdır. Bunlar hamısı Zərərçəkmiş şəxs1 və onun qızı Şahid6 uydurmalarıdır. Düzdür o, telefon, avtomobil ehtiyat hissələri, plazma televizorların və avtomobillərin Dubaydan gətizdirilib satışı ilə məşğul olmuş, lakin, bunları Zərərçəkmiş şəxs1 pulları ilə deyil öz vəsaiti hesabına etmişdir. O, özünün barəsində məhkəmədə olan cinayət işi üzrə və Zərərçəkmiş şəxs1 arvadı Şahid17 barəsində məhkəmədə olmuş cinayət işi üzrə hakimlə danışıb köməklik göstərəcəyi adı ilə Zərərçəkmiş şəxs1 pul almamışdır. Eyni zamanda Hövsan qəsəbəsində kirayə qaldığı evi Zərərçəkmiş şəxs1 və qızı Sonaya öz evi olmasını deyib satmaq adı ilə pul almamışdır. Onun hazırda Zərərçəkmiş şəxs1 heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs1 əsassız olaraq ondan 10.930.179 manat pul tələb edir. Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı bildirir ki: -O, ərəb dilini sərbəst bilir. 2006-cı il tarixindən Azərbaycan Respublikasına gələn turistləri Bakı şəhərində gəzdirmiş, onları otellərlə və avtomobillə təmin etmişdir. O, təxminən 15 ildir ki, Şahid1 tanıyır. 2016-cı ildə Rafiq 3 ədəd “Mercedes Vito” markalı avtomobillər alaraq ona icarəyə vermişdir. O, isə həmin avtomobilləri Bakı şəhərinə gələn ərəblərə icarəyə verərək bu yolla qazanc əldə etmişdir. Hər üç avtomobilə görə Rafiqə ayda 10.000 manat icarə pulu ödəmişdir. 2018-ci ilin mart-aprel aylarına kimi həmin avtomobilləri işlətmişdir. Sonra Rafiq həmin avtomobilləri ondan alıb üçünü də satmışdır. 2017-ci ilin sentyabır ayında Rafiqin icarəyə götürüb işlətdiyi “Görüş” restoranında olarkən orada Rafiq onu həmin restoranın sahibi Zərərçəkmiş şəxs2lə tanış etmişdir. Söhbət zamanı Rafiq ona ərəbləri gəzdirmək üçün maşın lazım olduğunu soruşmuşdur. O, bahalı maşın olarsa ərəbləri gəzdirmək üçün icarəyə götürə biləcəyini demişdir. Təxminən 2-3 gündən sonra Rafiq ona zəng edərək Vaqif müəllimin “Range Rover” markalı avtobil aldığını, qonaqlarına bahalı avtomobil lazım gələrsə həmin avtomobili icarəyə götürə biləcəyini demişdir. O, ərəbləri gəzdirmək üçün həmin avtomobilin bir ayını 6.000 manata icarəyə götürməyə razılaşmışdır. Həmin vaxtlarda Dubaydan onun qonağı Adıl Alhazarı adlı şəxs Bakıya gəlmiş və o, Zərərçəkmiş şəxs2 avtomobilini onlara icarəyə vermişdir. Avtomobili Vaqif müəllimin öz sürücüsü Asif idarə etmişdir. Asif ərəbləri gəzdirərkən bilmişdir ki, ərəblər xırda buynuzlu qoyunlar axtarırlar. 2017-ci ilin oktyabr ayında Rafiq ona zəng vuraraq Vaqif müəllimin onunla görüşmək istədiyini bildirmişdir. O, “Görüş” restoranına gedib Zərərçəkmiş şəxs2lə görüşmüşdür. Vaqif qonağı Adılın Ərəbistana göndərmək üçün xırda buynuzlu qoyun-quzu istədiklərini eşitdiyini, əgər həqiqətən ərəblərə qoyun-quzu lazım gəlsə onun ferması olduğunu və onları ətlə təmin edə biləcəyini demişdir. O da bu məqsədlə ərəbləri “Görüş” restoranına dəvət etmişdir. O, Vaqif, Rafiq və üç ərəb birlikdə oturub söhbət edib razılaşaraq birlikdə Bakı-Gəncə yolunun sol istiqamətində yerləşən Vaqif müəllimin fermasına getmişlər. Ərəblər heyvanlara baxaraq bəyənib aralarında müqavilə bağlayıb işə başlamışlar. Eyni zamanda Adıl özünün ərəb nümayəndəsini qoyunları seçib kəsimə göndərməsi üçün fermada nəzarətçi qoymuşdur. Müqavilə bağlanandan sonra Zərərçəkmiş şəxs2 davamlı olaraq təyyarə vasitəsi ilə ərəblərə ət göndərməyə başlamışdır. Dubaydan ətin pulunu ərəblər ona göndərmiş, o da əlaqə saxlayıb «Görüş» restoranına gedərək həmin pulları Zərərçəkmiş şəxs2 vermişdir. Təxminən həmin qaydada 2 ay onların alış-verişləri olmuşdur. Sonra Zərərçəkmiş şəxs2 ərəbin dediyi çəkidə ət göndərilmədiyindən narazılıq yaranmış və pozuluşmuşlar. Onun təxmin etdiyinə görə Zərərçəkmiş şəxs2lə ərəblərin arasında pul borcu qalmamışdır. Dubaydan ərəblərin ətə görə göndərdikləri pulun hamısını Zərərçəkmiş şəxs2 vermiş, oradan göndərilən puldan Zərərçəkmiş şəxs2 245.000 ABŞ dollarını verməməyi düz deyil. -O, 2017-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Respublikaya gələn turistlərə xidmətlərin göstərilməsi üçün birlikdə iş qurub gəlir götürməkləri barədə ona vədlər verməmiş, «Fly Dubay» şirkətindən Bakı-Dubay-Bakı reyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaqla böyük məbləğdə qazanc əldə edəcəklərini bildirməmişdir. Bu məqsədlə Vaqifdən həmin dövrün məzənnəsi ilə 561.066 manat olan 330.000 ABŞ dollar almamış və həmin puldan Vaqifə qazanc kimi pul da verməmişdir. -Həmçinin, 2017-ci ilin noyabr ayının əvvəllərində «Bakı-Küveyt-Bakı» aviareyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaqla böyük məbləğdə qazanc əldə edəcəklərini bildirərək bu məqsədlə də Vaqifdən həmin dövrun məzənnəsi ilə 442,078 manat olan 260.000 ABŞ dolları almamışdır. -O, Azərbaycana gələn turistlərlə işləsə də 2017-ci ilin dekabr ayının əvvəllərində Azərbaycana gələn ərəb turistlərinin gəlməsi ilə bağlı ona 240.000 ABŞ dolları pul verməsini, həmin pulu Bakıdakı otellərə depozitə qoyacağını, turistlər Azərbaycana gələndə hazır otellərdə nömrələrinin olacağını vəd verib həmin iş üçün qazanc əldə edəcəklərini vəd edib Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 408.024 manat olan 240.000 ABŞ dolları almamışdır. -Bundan əlavə 2018-ci ilin yanvar ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 ərəb turistlər üçün Azərbaycandan zəfəran, ərəblərin işlətdiyi əşyalar alaraq onları ərəblərə baha qiymətə sataraq qazanc əldə etmək məqsədi ilə Vaqifdən 50.000 ABŞ dolları almamışdır. -Eləcə də 2018-ci ilin fevral ayının əvvəllərində turizm işlərini genişləndirmək üçün Zərərçəkmiş şəxs2 2 dəfəyə 20.000 ABŞ dolları almamışdır. -Bundan başqa o, 2018-ci ilin fevral ayında Dubay şəhərindən ərəb turistlərinə xidmət göstərmək üçün 4 ədəd «Mersedes Vio» markalı minik avtomobili gətirmək adı ilə həmin dövrün məzənnəsi ilə 79.904,7 manat olan 47.000 ABŞ dolları Zərərçəkmiş şəxs2 almamışdır. -Eləcə də o, 2018-ci ilin mart ayının əvəllərində Zərərçəkmiş şəxs2 xahiş etməmişdir ki, Vinter Hoteldə işləyən Natəvan adlı tanışının kartına 4.200 manat pul köçürsün və Vaqif Natəvanın hesabına pul köçürməmişdir. O, Zərərçəkmiş şəxs2 ofisində işləyən Nigardan bir dəfə xahiş etmişdir ki, Vaqif müəllimdən 4.200 manat alıb Natəvanın kart hesabına otelin ödənişi ilə bağlı pul köçürsün. Sonra da özü gəlib 4.200 manat pulu Nigara qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 2.030.865 manat maddi ziyan vurmamış, zərərçəkmiş şəxs ona böhtan atır. Əksinə Zərərçəkmiş şəxs2 ondan 12.000 ABŞ dolları bir, 30.000 manatda bir borc pul pul almışdır. 2018-ci ilin yanvar ayında ərəblərə otellərdə yer alınmasında ona pul lazım olduğundan o, Zərərçəkmiş şəxs2 borca 50.000 ABŞ dolları pul almışdır. Həmin vaxtlarda ərəblər hər gələndə ona “iPhone-x” markalı telefon hədiyyə etdiklərindən evdə 16 ədəd telefon yığılmışdır. O da 16 ədəd telefonu Vaqif müəllimə vermişdir. Bir həftə ərzində borca aldığı 50.000 ABŞ dollarını Vaqif müəllimə qaytaranda həmin pulun qazancını soruşmuşdur. O da verdiyi mobil telefonları qazanca hesabladığını bildirmişdir. -Bundan başqa “Görüş” restoranında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Şahid22 onun oğlu Elman Rəhimliyə X13 Dubay şəhərindən sərfəli qiymətə “Toyota Camry” markalı avtomobil gətirdəcəyinə söz verməmiş və bu adla 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 26.690 manat pul almamışdır. Həmin pulu Zərərçəkmiş şəxs2 alıb Muhəyyir adlı ərəbə vermişdir. Avtomobili də Muhəyyir gətirməyə söz vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Sona atasının iş adamı olduğunu bildirmişdir. Onun Zərərçəkmiş şəxs1 heç bir məbləğdə borcu yoxdur. O, turistlərlə qeyri-rəsmi işləmiş, onlara həm bələdçilik etmiş, həm də tərcüməçilik etmişdir. Ondan əvvəl isə maşın alveri ilə məşğul olmuş, «Hacı Kars» şirkəti də olmuş, şirkət 2012-ci ildə bağlanmışdır. Həmin vaxt VÖEN-i də olmuşdur. Vaqif Şıxəliyəvlə tanış olarkən onun VÖEN-i olmamışdır. Əvvəllər Zərərçəkmiş şəxs2lə heç bir düşmənçiliyi olmamışdır. Ona şər və böhtan atırlar. Ondan şikayət etmələrinin səbəbi o olmuşdur ki, onun Sona ilə münaqişəsi olmuş, ondan da pullar almışlar, həmin pulları qaytarmamaları üçün belə bir şeyə əl atmışlar. O, Dubaydan ərəblərin ətə görə göndərdikləri pulun hamısını Zərərçəkmiş şəxs2 vermişdir. Heyvanlar Zərərçəkmiş şəxs2 məxsus olmuş, heyvanlar Vaqifin Bakı-Gəncə yolu istiqamətində yerləşən fermasında olmuşdur. Ətin kəsilməsində və digər işlərində o, iştirak etməmiş, yalnız pul ona göndərilmiş, o da həmin pulları Vaqifə çatdırmışdır. Heyvanların Dubaya göndərilməsində verginin kim tərəfindən ödənilməsini o bilmir. O ət alıb ət satmamışdır. Bu barədə özləri danışıb razılaşmışlar. Ərəblərin pullarını Şahid8 vermiş, Rüfət dəyişdirmişdir. Cinayət işi çoxşaxəli olduğu üçün, məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 məxsus xüsusilə külli miqdarda 10.930.179.90 (on milyon doqquz yüz otuz min yüz yetmiş doqquz manat doxsan qəpik) manat pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etməsi epizodu üzrə məhkəmə baxışında aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1973-cü ildə Moskva şəhərində Rusiya vətəndaşı Valentina Vasilyevna ilə ailə qurmuşdur. 1990-cı illərin əvvəllərində həmin nigah ləğv olunmuş və 1980-ci illərin əvvələrindən isə Şahid17 ilə faktiki nigah münasibətində yaşamağa başlamışlar. Həmin faktiki nikahdan Sona adlı qızları var. O,həmişə biznes fəaliyyəti ilə məşğul olmuş, Moskva şəhərində «Domissiya» adlı firması olmuşdur. Həmin firma əsasən tikinti işləri və tikinti materiallarının alqı-satqısı ilə bağlı fəaliyyət göstərmişdir. 2000-ci ildə o Bakıya gəldikdən sonra da həmin fəaliyyətini davam etdirmişdir. Onun adına olan Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən faktiki sahəsi 2 hektar, lakin sənədlə 68 sot torpaq sahəsi vardır. Həmin sahədə tikinti işləri aparılması üçün sərəncam da verilmişdir. 2004-cü ildə digər şərikləri ilə birlikdə Səməd Vurğun küçəsində olan torpaq sahəsində tikinti işləri aparılması üçün «VMS» şirkəti təsis etmişlər, lakin hazırki vaxta kimi bu işləri maddi imkan olmadığına görə edə bilməmişdir. Arvadı Şahid17 barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanaraq, məhkəmənin qərarı ilə həbs edilmişdir. 2016-cı ilin may ayının əvəllərində arvadı Nərgiz Yasamal Rayon Polis İdarəsinin X14rkən o, Nərgizin yanına gedərkən həmin vaxt MSY-də saxlanılan özünü hamıya “Hacı Calal” kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. MSY-in rəisi Polad müəllim Hacı Calalın maşın alveri ilə məşğul olan bacarıqlı bir iş adamı olduğunu, “Gənclik” metrostansiyasının yanında onun avtomobil salonu olmasını demişdir. Polad müəllim bildirmişdir ki, mühasibinin səhlənkarlığı ucbatından maşın alveri və maşınların icarəyə verilməsi ilə əlaqədar Calalı həbs etmişlər, tezliklə Calal həbsdən azad olunaraq ev dustaqlığına buraxılacaqdır. O, Calal barəsində eşitdiklərini qızı Sonaya danışdıqda Sonanın deməsinə görə anası Nərgiz zəng edib Sonaya deyib ki, Yasamal RPİ-nin MSYdən tanıdığı Təqsirləndirilən şəxs ilə söhbət zamanı Calal bilmişdir ki, Sona ingilis və rus dillərində sərbəst danışır, ona görə də Dubayda yaşayan və ərəb milliyyətindən olan Rəşid adlı dostu Dubaydan onun Calalın bahalı avtomobillər göndərməliymiş, ancaq həbsdə olduğundan həmin avtomobillərin aqibəti ilə maraqlana bilmir. Sona ingilis dilində Rəşidlə danışıb Calalın dediyi maşınları Dubaydan göndərib-göndərmədiyi və əgər göndərməyibsə nə vaxt göndərəcəyi ilə maraqlandıqda isə həmin şəxs həmin dövr üçün son model bahalı maşınların invoys sənədlərini göndərib demişdir ki, Calalın sifariş etdiyi maşınlardır. Həmin avtomobillərin dəyərləri tam məbləğdə əvvəlcədən ödəniləcəyi təqdirdə o, həmin maşınları dərhal Calalın dediyi şəxslərin adlarına Azərbaycana göndərəcəkdir. Sona da Calalın doğrudan da maşın alveri ilə məşğul olmasına inanmışdır. Qızı Sonanın deməsinə görə bir müddət sonra anası Nərgiz Bakı İstintaq Təcridxanasından Sonaya zəng edib demişdir ki, Calalın barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılmışdır. Calal çıxarkən ona 500 manat borc pul verilməsini xahiş etmişdir. Calal Sonanın mobil telefonuna zəng edib onların yaşadığı evin həyətinə gəlmişdir. O, həyətə düşüb Calala pul verməmək üçün Calala müxtəlif bəhanələr gətirsə də həmin gündən sonra Calal müxtəlif bəhanələrlə mütəmadi olaraq ona və qızı Sonaya zənglər edib evlərinə gəlib getməyə başlamışdır. Söhbət əsnasında Calal özünün biznesindən, biznes sahəsindəki əlaqələrindən danışmışdır. Calal ali təhsilini Ərəb ölkələrində aldığından ərəb dilini sərbəst bilmiş, ərəb ölkələrinin əksəriyyətində olmuş və həmin ölkələrdə geniş əlaqələrə malik olduğunu demişdir. 7 dəfə Müqəddəs Həcc ziyarətində olduğunu və ona görə də tanıyanların ona “Hacı Calal” deyə müracət etdiyini bildirmişdir. Calal növbəti dəfə onun evində olarkən söhbət əsnasında o, özünə məxsus “Range Rover” markalı avtomobilinin təmirə ehtiyacı olmasını, lazım olan ehtiyyat hissələrinin Azərbaycanda çox baha olması ucbatından avtomobilinin təmirini dayandırdığını demişdir. Calal Dubayda olan ərəb milliyyətli dostlarının vasitəsi ilə həmin ehtiyyat hissələrini Dubaydan Azərbaycana gətizdirə biləcəyini bildirmişdir. O, 2.000 ABŞ dolları pulu Calala vermiş və bir neçə gündən sonra sifariş olunmuş ehtiyat hissələri gəlmişdir. Malların invoysuna baxanda görmüşdür ki, həqiqətən də malların Dubaydakı qiyməti Azərbaycandakı qiymətlərdən xeyli ucuzdur. Təqsirləndirilən şəxsin ondan aldatma yolu ilə ələ keçirdiyi pullarla bağlı onda olan yazılı qeydlərdən istifadə edərək aşağıdakıları bildirmişdir: -Onun və qızı Sonanın Calala inamı artığından 2016-cı ilin avqust-oktyabr aylarında “İphone-6S” və “Samsung” markalı mobil telefonlar üçün həmin dövrün məzənnəsi ilə 82.015 manat olan 50.000 ABŞ dollarını Calala versələr də, Calal aldadaraq telefon gətirməmişdir. -Bundan sonra “CİP” markalı avtomobillərə disk-təkər dəstləri üçün həmin dövrün məzənnəsi ilə 385.856 manat olan 235.235 ABŞ dollarını, avtomobil ehtiyat hissələri üçün həmin dövrün məzənnəsi ilə 164.030 manat olan 100.000 ABŞ dollarını, plazma televizorları üçün həmin dövrün məzənnəsi ilə 328.060 manat olan 200.000 ABŞ dollarını, Rusiya istehsalı olan “Niva” markalı avtomobilləri Azərbaycanda ucuz qiymətə alıb Bakı şəhərinə gələn ərəblərə baha qiymətə satmaq üçün 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 187.694,20 manat olan 106.000 ABŞ dollarını, Bakı şəhərinə gələn Rəşid adlı ərəb qonağını yaxşı qarşılamaq adı ilə 2016-cı ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 17.707 manat olan 10.000 ABŞ dollarını, Rəşid adlı şəxsə 1 ədəd “Lexus- 570-Station” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Lexus-570-Station” markalı, 2016-cı il modelli, qızılı rəngli, 1 ədəd “Mersedes-Benz-GL E-400” markalı, 2016-cı il modelli, ağ rəngli, 1 ədəd “Mersedes-Benz-GL-500” markalı, 2015-ci il modelli, qara rəngli, 1 ədəd “Mersedes-Benz-E-300” markalı, 2016-cı il modelli, AMC-FL, qara rəngli, 1 ədəd “Codillak-Eskalade” markalı, 2016-cı il modelli, qara rəngli, 1 ədəd isə “Porsche- Panamera-GTS” markalı, 2016-cı il modelli, ağ rəngli cəmi 7 ədəd avtomobil sifariş etdiyini, həmin avtomobilləri Azərbaycan Respublikasına gətizdirib baha qiymətə satacağını deyib 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 1.923.399,40 manat qırx qəpik olan 1.003.600 ABŞ dollarını, onun özünə “Range Rover-Avtobioqraf” markalı avtomobil gətizdirəcəyinə söz verərək 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 287.475 manat olan 150.000 ABŞ dollarını, turizm fəaliyyətinə başlamaq üçün mehmanxanalara ilkin ödəniş etmək adı ilə aldadıb 2017-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 95.825 manat olan 50.000 ABŞ dollarını, “Four Seasons”, “Mariot- Abşeron”, “Vinter Park” kimi mehmanxanalarda yerlər bron etmək adı ilə 2017-ci ilin fevral ayında 2.000.000 manatını, turistləri gəzməyə aparmaq adı ilə 2 ədəd “Mercedes- Sprinter” və 10 ədəd “Mercedes-Viana”, “Mercedes-Vito” markalı işlənmiş avtomobilləri Almaniya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə 2017-ci ilin fevral ayının ilk yarsında həmin dövrün məzənnəsi ilə 422.400 manat olan 220.000 ABŞ dollarını almışdır. -Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə qaldığı fərdi yaşayış evinin özünə məxsus olduğunu bildirərək pula ehtiyacı olduğundan həmin evi satmaq istədiyini deyib onları inandıraraq qızı Şahid6 adına rəsmiləşdirəcəyinə söz verib 2017-ci ilin may ayında 98.000 manat pulu almışdır. Sonradan məlum olmuşdur ki, həmin ev Calalın evi deyil və aldatma yolu ilə həmin pulu almışdır. -Bundan başqa Təqsirləndirilən şəxs özünün barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza almaq üçün 2017-ci ilin may ayında 35.000 manat pul almışdır. Həmçinin də arvadı Şahid17 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə hakimlərlə danışıb azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza alacağını bildirərək 150.000 manat məbləğində pul istəmiş və o, Calalın sözlərinə inanıb dostu Şahid7 100.000 ABŞ dolları məbləğində borc pul alıb 2017-ci ilin may ayının ikinci yarısında öz evində qızı Sonanın yanında 150.000 manatı Calala vermişdir. -Bundan başqa Təqsirləndirilən şəxs 2 ədəd “Ford-Tranzit” markalı işlənmiş soyuducu yük avtomobillərini Almaniya Federativ Respublikasından alıb Bakı şəhərinə gətirmək adı ilə həmin dövrün məzənnəsi ilə 68.092 manat olan 40.000 ABŞ dollarını almışdır. -Bundan başqa Təqsirləndirilən şəxs həmin dövrün məzənnəsi ilə 22.216 manat olan 11.600 avronu, Dubay-Bakı-Dubay avio xətləri üzrə 60 ədəd Dubay avia reyslərinin biletlərinin dəyərini “Fly Dubai” avio şirkətinə əvvəlcədən 410 manatdan ödəyərək alıb 900 manata satmaq adı ilə 2017-ci ilin may ayında həmin dövrün məzənnəsi ilə 1.191.610 manat olan 700.000 ABŞ dollarını, 2017-ci ilin sentyabr ayında həmin dövrün məzənnəsi ilə 3.401.800 manat olan 2.000.000 ABŞ dollarını almışdır. -Bundan başqa Təqsirləndirilən şəxs arvadı Şahid17 barəsində çıxarılmış azadlıqdan məhrumetmə ilə bağlı hökmün Bakı Apellyasiya Məhkəməsində şərti cəza ilə əvəz etdirəcəyini deyib 2017-ci ilin sentyabr ayının birinci yarısında 50.000 manat, 2017-ci ilin oktyabr ayında 19.000 manat pulunu almış, lakin verdiyi vədinə əməl etməməklə ümumilikdə 2.352.000 manat, həmin dövrün məzənnəsi ilə 8.555.963,60 manat olan 4.864.835 ABŞ dolları və həmin dövrün məzənnəsi ilə 22.216,3 manat 11.600 avro pul vəsaitini davamlı olaraq etibarından sui-istifadə edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona 10.930.179.90 (on milyon doqquz yüz otuz min yüz yetmiş doqquz min doxsan qəpik) məbləğində maddi ziyan vurmuşdur. Hal-hazıra qədər də ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Calal onu inandırdığı üçün o, Calala pulları vermişdir. Təqsirləndirilən şəxs onun pulunu qaytarsa, onun Calaldan şikayəti olmaz. O, təqsirləndirilən şəxsin iş adamı olmasına inanıb Calala pullar vermişdir. 2000-ci ildən Bakıya gəlsə də həmin firma fəaliyyətini davam etdirmişdir. Bakı şəhəri, Səməd Vurğun küçəsində aldığı torpaq sahəsini də orada qazandığı pullarla almışdır. Pulları müxtəlif vaxtlarda Azərbaycana gətirmiş, deklarasiya da olmuşdur. O, sonradan Dubaya gedib Rəşidi tapmış və onunla görüşəndə Rəşid bildirmişdir ki, Calal orada çox adamları da aldatmışdır. Həmin vaxt o, başa düşmüşdür ki, Calal onu aldadırmış. Məhkəmə işlərinə görə aldığı pulları alarkən Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun adını çəkmişdir. Konstitusiya Məhkəməsində Mahir adlı şəxsi tanımamışdır. Ona deyilən adları o, Calaldan eşitmişdir. O, sonradan bilmişdir ki, heç bir məhkəmə işində Calal heç kəsə pul verməmişdir. Cinayət işinin 9-cu cild 88-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı öz ifadələrini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs ifşa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 bildirmişdir ki, Zərərçəkmiş şəxs1la 1993-cü ildən faktiki ailə quraraq birlikdə yaşamışlar. Şahid6 onun birinci nigahdan olan övladıdır. 2016-cı ilin əvvəllərində Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq Şöbəsində onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-cı maddəsi ilə cnayət işi istintaq olunmuşdur. Zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün onu teztez Bakı İstintaq Təcridxanasından Yasamal RPİ-nin X6 (MST) etap etmişlər. Həmin vaxtlar MST-yə barəsində Azərbaycan Respublikası CM-nin hansı isə maddəsi ilə cinayət işi istintaq olunan və özünün deməsinə görə, maşın alveri ilə məşğul olduğu zaman mühasibinin səhvi ucbatından vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayındığına görə həbs olunmuş və özünü hamıya “Hacı Calal” kimi təqdim edən Təqsirləndirilən şəxs Ağəsəf oğlu adlı bir nəfəri də etap etmişlər. MST-də ümumi istifadədə olan mətbəxdə Calal ilə söhbət əsnasında Calal demişdir ki, Dubayda yaşayan və ərəb milliyyətindən olan Rəşid adlı dostu Dubaydan Calalın adına bahalı avtomobillər göndərməli imiş, ancaq həbsdə olduğundan həmin avtomobillərin aqibəti ilə maraqlana bilməmişdir. Onun razılığını alandan sonra Calal Dubaydakı dostu Rəşidin telefon nömrəsini ona verib xahiş etmişdir ki, o, Sonadan xahiş etsin ki, Sona həmin nömrəyə zəng edib Rəşidlə danışsın və Calalın dediyi maşınları Dubaydan göndərib-göndərmədiyi və əgər göndərməyibsə nə vaxt göndərəcəyi ilə maraqlansın. Sabahı gün Sona onun yanına gələndə demişdir ki, Sona onun yanından çıxandan sonra elə maşındaca Məzahir müəllimin yanında Rəşidin nömrəsinə zəng edib Rəşidlə danışmışdır. Rəşid «Votsap» vasitəsilə Sonaya bir neçə son modelli bahalı maşınların invoys sənədlərini göndərib demişdir ki, Calalın sifariş etdiyi maşınlar məhz həmin maşınlardır. Sona soruşanda ki, invoys sənədlərində adları sadalanan avtomobilləri Azərbaycana göndərmişdirmi və əgər göndərməyibsə, nə vaxt göndərməyi planlaşdırır. Rəşid demişdir ki, ancaq dəyərləri tam məbləğdə əvvəlcədən ödəniləcəyi təqdirdə o, həmin maşınları dərhal Calalın dediyi şəxslərin adlarına Azərbaycana göndərəcəkdir. Sonanın Rəşidlə telefon danışığından sonra onlar tam əmin olmuşlar ki, Hacı Calal doğurdan da maşın alveri ilə məşğul olur. Yasamal Rayon Polis İdarəsi MST-nin rəisi Polad müəllim onların tanışlarına demişdir ki, Hacı Calal maşın alveri ilə məşğul olan bacarıqlı iş adamıdır və “Gənclik” metrostansiyasının yanında Calalın avtomobil salonu da var. Calalın guya mühasibinin səhlənkarlığı ucbatından maşın alveri və icarəsi ilə əlaqədar böyük məbləğdə vergi borcu yaranmış və ona görə də Calalı həbs etmişlər. Polad müəllimin deməsinə görə, Calalın həbsdə olması səbəbindən hazırda Calalın bayırdakı bütün biznes işlərini də o, səhmana salır və tezliklə Calalın həbsdən azad olunaraq ev dustaqlığına buraxılmasına nail olacaqdır. Bir müddətdən sonra, yəni, təqribən elə 2016-cı il may ayının ortalarında o, və Calal eyni vaxtda Yasamal RPİ-nin X2rkən Calalın barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Calalı məhkəməyə aparmışlar. Bir neçə saatdan sonra Calal ona bayırdan zəng edib demişdir ki, onun barəsindəki həbs qətimkan tədbirini dəyişmişlər, ancaq cibində bir manat da olsun pulu yoxdur. Calal ondan xahiş etmişdir ki, Calalın Hövsan qəsəbəsindəki bağ evinin sənədlərini girov götürüb xərclik üçün Calala 500 manat versinlər. O, isə Calala bildirmişdir ki, indi ərinə və qızına deyər Calala 500 manat verərlər. Doğrudan da o, evə zəng edib xərclik üçün Calala 500 manat pul vermələrini Vahiddən və Sonadan xahiş etmiş, Sonanın telefon nömrəsini Calala vermişdir ki, zəng edib gedib evdən həmin pulu götürsün. Sonralar Sona onun yanına Bakı İstintaq Təcridxanasına gələrkən Calal ilə qurduqları biznes və həmin niyyətlə Calala verdikləri böyük məbləğdə pullardan danışmışdır. O, istintaq təcridxanasında olan müddət ərzində Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 etibarını qazanmış və aldadaraq müxtəlif yollarla onlara məxsus 10 milyon manat pulu ələ keçirmişdir. Həmin vaxtlar onun barəsində bir cinayət işinə Ali Məhkəmədə baxılmış, bir cinayət işi Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinə yeni apellyasiya baxışına qaytarılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən vermiş olduqları apellyasiya şikayətinə əsasən daha bir cinayət işinə isə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Vahid və Sonanın danışıqlarından sonra bütün bunlardan Calal da xəbərdar imiş və özünün həbssiz cəza almasını tez-tez Vahidgilə xatırladaraq dəfələrlə təklif etmişdir ki, onun həbsdən azad edilməyi üçün də Calal öz əlaqələrindən istifadə edə bilər. Təqribən 2017-ci ilin may ayının birinci yarısında onun barəsində Bakı Apellyasiya Məhkəməsindəki hər iki cinayət işi üzrə məhkəmə istintaqı bitmiş, lakin, onun həbsdən azad ediləcəyi hiss olunmamışdır. Ona görə də o, Sonagili tələsdirmişdir ki, onun buraxılmağı üçün əllərindən gələni etsinlər. Sonuncu məhkəmə iclaslarına 2-3 gün qalmış həmin gün Vahidin doğum günü olmasına baxmayaraq, 15 may 2017-ci il tarixdə Sona ona demişdir ki, X53 görüşünə gedib onun məhkəmədəki işlərinin sonuncu durumu barədə Calalı məlumatlandırıb xahiş etmişlər ki, onun işlərinə köməklik göstərsin. Calal isə söz vermişdir ki, sabah səhər tezdən Konstitusiya Məhkəməsinə gedib bir nəfərlə danışacaqdır. Sonra Sona ona zəng edib demişdir ki, Calal Konstitusiya Məhkəməsinin hansısa hakimi ilə danışıb və Bakı Apellyasiya Məhkəməsində onun işi tez bir zamanda düzələcəkdir. Sona ona bildirmişdir ki, Calal onun haqqında olan cinayət işi üzrə isə cəzanın şərti verilməsi üçün guya hakimlərə ümumilikdə 150.000 manat pul verməlidir. Vahid dostu Şahid7 100.000 ABŞ dolları məbləğində borc pul götürmüş və Calala vermişdir ki, Calal onun həbsdən buraxılmağına köməklik göstərsin. Sona ona danışmışdır ki, günlərin birində Calal onlardan əlavə 25.000 manat pul götürmüşdür. Onun vəkili Şahid23 olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, onların ailəsini aldadaraq dələduzluq yolu ilə xüsusilə külli miqdarda pullarını talamaqda ona dəstək olduğu üçün əri Vahidin pulu hesabına alınmış ağ rəngli “Mersedes-Vita” markalı maşının birini ** LH *** dövlət nömrə nişanı ilə Şahid23 bağışlayıb sonra da həmin maşını “xxxx” MMC-yə icarə kimi sənədləşdirib icarə haqqını Telmana ödəmişdir. Onun Ali Məhkəmədəki işinə məhkəmə baxışı isə payız aylarına təyin olunmuşdur. Onların darıxdığını nəzərə alaraq Calal demişdir ki, əlavə pul lazımdır. Bundan sonra onun əri əlavə olaraq hakimlərə vermək üçün Calala 50.000, sonra 15.000 və axırda 2000 manat pul vermişdir. Lakin hər bir halda, Ali Məhkəmənin 24 noyabr 2017-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev onun ziyanına qəbul etmişdir. Onlara məlum olmuşdur ki, üç ədəd cinayət işi üçün ümumilikdə Calala 219.000 manat məbləğində pul verilməsinə baxmayaraq, onu həbsdən azad eləməmişlər. Bu isə o demək olmuşdur ki, onun işləri üçün onlardan almış olduğu 219.000 manat məbləğində pulu Calal aidiyyəti üzrə verməyərək özü talamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid17 bildirmişdir ki, o, MSY-də tibbi otaqda saxlanılmışdır. MSY-də o, yeməyə çıxanda Calalı görmüşdür. MSY-də olanda o, 10 ədəd maşına dair sənədi görmüş, sənəd ingilis dilində yazılmışdır. Dubayda olan şəxs demişdir ki, maşınların pulu göndərilsə maşınlar göndərilə bilər. Lakin, Calal maşınların pulunu göndərib, yalnız gömrük pulunun qalmasını demişdir. Həmin sənədə Polad müəllimin otağında baxmışdır. Ona imkan yaradılmışdır ki, o, Dubaya zəng edib Əlrəşid adlı şəxslə danışmışdır. Calal o, həbsdə olanda onların evinə gəlib-getmiş və ərinin etibarını qazanmışdır. O, təqsirləndirilən şəxsə pul veriləndə iştirak etməmiş, ərinin deməsinə görə onları bilir. Qızı və əri də həbs olunmuş, lakin, onlar bəraət almışlar. Ona 23.000 manata görə ittiham verilmişdir. Hələ istintaqın gedişində o, dəymiş ziyanı ödəmişdir. Rüfət Şərifovla bağlı ona bəraət verilmişdir. Təqsirləndirilən şəxs o, həbsdə olanda ərindən pulları almışdır. Calal onun hansı cinayətə görə həbs olunmağını bilmişdir.Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 etibarını qazanıb və aldadaraq müxtəlif yollarla onlara məxsus 10 milyon manat pulu ələ keçirmiş və bir qəpikdə olsun pul qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid17 onun valideynləridər. Atası 2017-ci ildə yaradılmış “xxxx” MMC-in təsisçisidir. Həmin MMC turizim fəaliyyəti ilə, yəni xaricdən gələn turistləri qarşılama, onları Bakı şəhərini gəzdirmək, avtomobillə təmin etmk, otellərə yerləşdirmək işləri ilə məşğul olur. 2015-ci ildə onun barəsində Binəqdi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respubliası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi istintaq edilmişdir. 2016-cı ildə həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilimiş və Məhkəmənin 18 iyun 2016-cı il tarixli qərarı ilə barəsində bəraət höküm çıxmışdır. Təxminən 2016-cı ilin əvvəllərində Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində anası Şahid17 Azərbaycan Respublikası CM-in 178.3.2-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunarkən müstəntiq zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün anası Nərgizi tez-tez Yasamal RPİ-in Müvəqqəti saxlama yerin köçürmüşdür. O, anasına yeməyi atası olmayanda özü tək, bəzən isə atasının dostu Şahid7 ilə aparmış, atası evdə olanda isə onunla birlikdə aparmışdır. Anası Nərgiz görüş zamanı ona danışmışdır ki, vergi borcu olduğuna görə barəsində cinayət işi başlanaraq həbs edilmiş özünü hamıya “Hacı Calal” kimi təqdim edən Təqsirləndirilən şəxs Ağəsəf oğlunu da, istintaq təcridxansından Müvəqqəti saxlama yerinə etap ediblər.Calal Nərgizə ingilis və rus dillərində sərbəst danışdığını demiş və bildirmişdir ki, Dubayda yaşayan Rəşid adlı ərəb dostu onun adına bahalı avtomobillər göndərməli imiş, ancaq həbsdə olduğundan həmin avtomobillərin aqibəti ilə maraqlana bilmir.Müxtəlif baxalı avtomobillərin markalarını bildirərək Calalın həmin maşınları gətirib Azərbaycanda satıb, yaxşı gəlir əldə etmək olmasını bildirmişdir. O, soruşanda ki, invoys sənədlərində adları sadalanan avtomobilləri azərbaycana göndəribmi və əgər göndərməyibsə, nə vaxt göndərməyi planlaşdırır? Rəşid demişdir ki, ancaq dəyərləri tam məbləğdə əvvəlcədən ödəniləcəyi təqdirdə o, həmin maşınları dərhal Calalın dediyi şəxslərin adlarına Azərbaycana göndərəcəkdir. Rəşidlə telefon danışığından sonra o, əmin olmuşdur ki, üzünü görmədiyi, adını ancaq anasdam eşitdiyi Hacı Calal doğulduqdan da maşın alveri ilə məşğul olur və onun həmin avtomobilləri Dubaydan gözləməsi əbəsdir və anası ilə telefon əlaqəsi yarananda bu haqda anasına demişdir.Bir müddətdən sonra anası Bakı İstintaq Təcridxanasından ona telefonla zəng edib demişdir ki, Calalın barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib azadlığa çıxmış və çıxanda ondan 500 manat borc pul istəmişdir. Elə həmin gün Calal onun mobil telefonuna zəng edib binanın həyətinə gəlmişdir.Atası Vahid həyətə düşüb Calal ilə görüşüb onu evə dəvət etmişdir.O, ilk dəfə Calalı onda evlərində görmüşdür.Onlar Calala pul verməyib müxtəlif bəhanələr gətirəndə,Calal onları inandırmaq üçün özü ilə gətirdiyi bələdiyyə sənədini göstərib götürəcəyi pulun əvəzinə girov qoyacağını demişdir.Lakin onlar yenə də, Calala pul verməyib onu yola salmışlar.Həmin gündən sonra Calal müxtəlif bəhanələrlə mütəmadi olaraq ona və atası Vahidə zənglər edib onların evlərinə gələrək özünün biznes sahəsindəki əlaqələrindən və ailə vəziyyətindən danışmışdır.Calal ali təhsilini Ərəb ölkələrində aldığını, ərəb dilini bir neçə dialektdə sərbəst bildiyini, demək olar ki, müxtəlif məqsədlərlə ərəb ölkələrinin əksəriyyətində olub və həmin ölkələrdə geniş əlaqələrə malik olduğunu, 7 dəfə Müqəddəs Həcc ziyarətində olduğunu, ona görə də onu tanıyanlar “Hacı Calal” deyə müracət etdiklərini, günün əksər vaxtını ibadət etmək, namaz qılmaqla keçirdiyini demişdir və bəzən namazını onların evində qalmışdır.Bundan sonra Cəlal Hüseynov onun atası Vahid, anası və onun etimadını qazanıb, müxtəlif bəhanələrlə atası Vahidə məxsus 10.930.179 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs onları aldadıb pullarını qaytarmayacağına tam əmin olduqdan sonra 27.06.2018-ci ildə onu “xxxx” MMC-nin Turizm Sektorunun müdiri vəzifəsindən azad etmişlər. Təqsirləndirilən şəxs “Vinter Park” Otelin Natavan adlı inzibatçısı ilə iş birliyi olduğunu nəzərə alaraq hazırladıqları xəbərdarlıq məktubundan bir nüsxəni həmin xanıma vermək üçün atası ilə birlikdə “Vinter Park” otelə getmişlər. İnzibatçı Natavan xanımın qonşuluqda yerləşən “Sapfir” oteldə olduğunu demişdir və onlar həmin ünvana gedib orada Calalı görmüşlər. Otelin foyesində Calal onun ünvanına təhqiramiz sözlər işlədib üstünə gələndə atası qabağa durmuşdur. Bu vaxt Calal yumruğu ilə Zərərçəkmiş şəxs1 sifətinə və təpiklə ayağına vurub xəsarət yetirmişdir. O,mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə o, təqribən 20 ildən çoxdur ki, tanışdır. Zərərçəkmiş şəxs1 ikinci dəfə ailə qurduğu Şahid17 2013-cü ildə tutulmuş və Vahid müəllim ailəsinə hüquqi yardım göstərmək üçün ona müraciət etmiş, o da Vahidə köməklik göstərmişdir. Həmin vaxtlar qüvvədə olan cinayət və mülki-prosessual qanunvericiliyin yaratdığı imkanlara əsasən o, etibarnamə əsasında cinayət və mülki işlərdə nümayəndə kimi iştirak etmişdir. Ona görə də demək olar ki, son 5 il ərzində o, Zərərçəkmiş şəxs1 və onun qızı Şahid6 ilə bir yerdə olmuş və onların problemlərinin aradan qaldırılması üçün əlindən gələni əsirgəməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Nərgiz xanımın əməli nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam ödənilib zərər çəkmiş şəxslərin razılıq ərizələrinin almasını nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2014-cü il tarixli hökmü ilə Nərgiz xanıma verilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli qərarı ilə ittihamçı prokurorun apellyasiya protesti təmin edilmiş və həmin hökmdən Nərgiz xanımın barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılmışdır. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə Nərgiz xanım Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 320-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə Nərgiz xanımın adından verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığından Nərgiz xanıma bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin hökmündən verilmiş kassasiya protestinə Ali Məhkəmədə baxılarkən həmin məhkəmənin 28 fevral 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Nərgiz xanıma bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli hökmü ilə Nərgiz xanım Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərgiz xanımın bütün məhkəmə proseslərinin əksəriyyətində Zərərçəkmiş şəxs1 və Şahid6 ilə birlikdə o da iştirak etmişdir. Artıq təqribən 2017-ci il may ayının ortalarında, Zərərçəkmiş şəxs1 demişdir ki, Vahidin bir nəfər dostu da həmin maddə ilə məhkum olunmuş və çoxlu sayda zərərçəkmiş şəxslərin milyon manatdan çox pullarını talamasına baxmayaraq məhkəmələr ona həbssiz cəza vermiş və həmin adam təklif etmişdir ki, özünün əlaqələrinin köməyi ilə Nərgiz xanımın da məhkəmə işlərinə köməklik göstərsin. Daha bir neçə gündən sonra Zərərçəkmiş şəxs1 ona demişdir ki, çox etibarlı bir dostu Əmir Bayramovun icraatında olan cinayət işi üzrə Nərgiz xanıma yenidən bəraət verilməsi və hakimin icraatında olan cinayət işi üzrə isə cəzanın şərti verilməsi üçün Vahiddən 150.000 manat məbləğində pul istəmişdir. Həmin məbləğin çox böyük olduğunu nəzərə alaraq o, narazılıq edib həmin adamın doğru-dürüst adam olmasına şübhəsi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 isə arvadını azadlığa buraxdırmaq üçün həmin pulu hər bir halda vermək istədiyini bildirmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 demişdir ki, özünün çox böyük məbləğdə pullarını adını ona demək istəmədiyi bir nəfərlə birlikdə qurmuş olduğu biznes sahəsinə yatırmış, qalan pullarını isə hər ehtimala qarşı tərpətmək istəmir ki, birdən yenə də pul lazım ola bilər. Zərərçəkmiş şəxs1 sözünü onunla tamamlamışdır ki, təcili olaraq borc olaraq o, Vahidə 100.000 ABŞ dolları məbləğində borc pul versin və qurduğu biznes sayəsində əldə edəcəyi pulların hesabına tezliklə onun da pullarını qaytaracaqdır. Zərərçəkmiş şəxs1 keçirdiyi hissləri və aralarında olan dostluq münasibətlərini nəzərə olaraq o, Zərərçəkmiş şəxs1 istədiyi 100.000 ABŞ dolları məbləğində pulu Vahidin öz evində ona vermişdir. Həmin vaxtdan sonra demək olar ki, o, bir daha Nərgiz xanımın məhkəmələri ilə maraqlanmamış, çünki elə düşünmüşdür ki, birdən Zərərçəkmiş şəxs1 ürəyinə elə gələr ki, yəqin o, borc olaraq Vahidə vermiş olduğu pullara işarə edir. Lakin arabir görüşləri zamanı Zərərçəkmiş şəxs1 və Sonanın danışıqlarından eşitmişdir ki, Nərgiz xanımın Bakı Apellyasiya Məhkəməsində baxılan cinayət işlərinin hər ikisi üzrə məhkəmə istintaqı yenidən təzələnmiş, hakimlər müxtəlif bəhanələrlə məhkəmə iclaslarını təxirə salmışlar. Hətta bəzi hallarda Nərgiz xanımı heç məhkəməyə etap da eləməmişlər.Təqribən 2017-ci ilin payız aylarında o, Zərərçəkmiş şəxs1 Nərgiz xanımın məhkəmə işlərinin taleyi ilə maraqlanarkən Vahid demişdir ki, Bakı Apellyasiya Məhkəməsində Nərgiz xanımın Ali Məhkəmədəki işinin nəticəsini gözləyirlər və onu da bildirmişdir ki, Nərgiz xanımın Bakı Apellyasiya Məhkəməsindəki işlərini nizamlayan adam Ali Məhkəmədəki məsələni də həll etməyi öz üzərinə götürmüşdür. Daha bir neçə gündən sonra isə Zərərçəkmiş şəxs1 demişdir ki, Ali Məhkəmədəki işin həll olunması üçün adını ona demədiyi dostu əlavə olaraq Vahiddən əvvəlcə 50.000 manat, daha sonra isə əlavə olaraq 15.000 manat məbləğində pul almışdır. Həmin adam guya işə baxan hakim və aradakı başqa bir adama hədiyyə etməsi üçün əlavə olaraq hər birinin dəyəri 2.000 manat olmaqla 2 ədəd “İphone-8S” markalı smartfon telefonları da alıb vermiş və Nərgiz xanımın Ali Məhkəmədəki işi bu tezliklə müsbət həll olunmalıdır. Zərərçəkmiş şəxs1 məcburiyyət qarşısında qalıb həmin 4.000 manat məbləğində pulu da dostuna vermişdir. Lakin hər bir halda, Alı Məhkəmənin 24 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Nərgiz xanımın ziyanına qəbul etmiş olduğu qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu isə o demək olmuşdur ki, ümumilikdə 219.000 manat pul verilməsinə baxmayaraq Nərgiz xanımın Bakı Apellyasiya Məhkəməsindəki işləri də Nərgiz xanımın xeyrinə həll oluna bilməz və Nərgiz xanım həbsdən azad olunmayacaqdır. Bu xəbərdən sonra o, Zərərçəkmiş şəxs1 özündən də şübhələnməyə başlamışdır. Fikirləşmişdir ki, yəqin biznesə yatırım etmək üçün Vahidə pul lazım imiş və onun Vahidə və onun ailəsinə olan çox böyük hörmətindən sui-istifadə edərək Vahid 100.000 ABŞ dolları məbləğində pulu ondan Nərgiz xanımın məhkəmə işlərinin adı ilə alıb biznesə yatırmışdır. Ona görə də 2018-ci ilin əvvəllərindən başlayaraq, o, tez-tez Nərgiz xanımın məhkəmə işlərini həll etmək üçün pulları kimə verməsi ilə maraqlanmağa başlamışdır. Zərərçəkmiş şəxs1 isə onu arxayın salmışdır ki, həmin adamla danışmış, tezliklə həmin adam onun 219.000 manat məbləğində pulunu qaytaracaq və alan kimi də dərhal onun 100.000 ABŞ dolları məbləğində pulunu verəcəkdir. Onun narahatlığını nəzərə alaraq, Zərərçəkmiş şəxs1 onu əmin etmişdir ki, tezliklə onu həmin adamla tanış edəcək. Bir müddət vaxt keçmiş, lakin, Zərərçəkmiş şəxs1 nə onun pullarını qaytarmış, nə də onuhəmin adamla tanış etmişdir. Bu minvalla artıq 2018-ci ilin aprel-may ayları gəlib çatmış və Zərərçəkmiş şəxs1 etiraf etmişdir ki, həmin adam təqribən bu ilin mart ayında onlarla birlikdə çay içən və Vahidin biznesində şəriki olan Təqsirləndirilən şəxsdur. O, Zərərçəkmiş şəxs1 qınamışdır ki, özü dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş bir şəxsə necə inanmışdır. Zərərçəkmiş şəxs1 demişdir ki, bu hələ harasıdır, Calal biznes sahəsində də Vahidin etibarından sui-istifadə edərək Vahidin xüsusilə külli məbləğdə pullarını talamışdır. Zərərçəkmiş şəxs1la qərara almışlar ki, bir dəfə Vahid Calalı təklikdə görüşə çağırsin və onu da xəbərdar etsin ki, qəfildən o da ora gəlsin. Belə bir fürsət təqribən 2018-ci ilin may ayının əvvəllərində olmuşdur. Calal zəng edib Zərərçəkmiş şəxs1 “Amay” Ticarət Mərkəzinin yanında yerləşən “Corniche” Hotelinin həyətinə görüşə dəvət edəndə Calalı xəbərdar etmədən Zərərçəkmiş şəxs1 onu da həmin yerə dəvət etmişdir. Calal Zərərçəkmiş şəxs1la görüşəndən sonra o, onlara yaxınlaşmış və onu görəndə Calal özünü itirmişdir. Calal əvvəl Nərgiz xanımın məhkəmələrinə dair söhbətdən yayınmağa çalışmış və onun suallarına birbaşa cavab verməkdən yayınmışdır. Calal elə bilmişdir ki, o, Calalın səsini yazır. Lakin o, Calalı inandırandan sonra ki, o, telefonda səs yazmağı bacarmır, Calal bir qədər sakitləşmişdir. Onun israrlı tələbindən sonra Calal danışmışdır ki, guya Konstitusiya Məhkəməsinin bir hakimi Calalın yaxın dostudur və Bakı Ağır Cinayətlər Məhkəməsində Calala həbssiz cəza verilməsinə də məhz onun sayəsində nail olmuşdur. Bir ortağı kimi, Zərərçəkmiş şəxs1 xahişi ilə Nərgiz xanımın əvvəlcə Bakı Apellyasiya Məhkəməsindəki iki işinə, daha sonra isə Ali Məhkəmədəki işinə köməklik göstərməsini də Calal Mahir müəllimdən xahiş etmişdir. Mahir müəllim isə guya Calalın yanında telefonda Bakı Apellyasiya Məhkəməsinin hakiminə zəng vurub və ona tapşırmışdır ki, Nərgiz xanımın işlərinə köməklik göstərilməsi üçün onun adından Bakı Apellyasiya Məhkəməsinin sədrindən xahiş eləsin. Cinayət işi üzrə isə cəzanın şərti verilməsi üçün guya o, ümumilikdə 150.000 manat məbləğində pul vermişdir. “A.İ.M” Vəkil Bürosunun vəkili Şahid23la öz adından müqavilə bağlamışdır. Daha sonra isə Nərgiz xanımın hər iki məhkəmə işinə baxılması süni olaraq təxirə salınmağa başlamışdır. Sonra Calal əlavə olaraq Nərgiz xanımın əri Zərərçəkmiş şəxs1 50.000 manat alaraq hakimə vermişdir. Lakin, Nərgiz xanımın Ali Məhkəmədəki işi üzrə qərar qəbul olunmalı olduğu halda nə üçünsə, hakim həmin işi də təxirə saldırmış və əlavə olaraq 15.000 manat məbləğində də pul istəmişdir. Calal vəziyyəti Zərərçəkmiş şəxs1 danışandan sonra isə Zərərçəkmiş şəxs1 tərəddüd etmədən əlavə olaraq ona tələb olunan 15.000 manatı da vermiş və Calal öz növbəsində həmin pulu hakimə çatdırmışdır. Daha sonra isə guya hakim yenə pul istəyib və Calal Zərərçəkmiş şəxs1 4.000 manat məbləğində pul alaraq güya hakimə vermişdir. Bir sözlə Calal onun yanında Nərgiz xanımın məhkəmə işləri ilə əlaqədar Zərərçəkmiş şəxs1 219.000 manat məbləğində pul aldığını səmimi etiraf edib, bildirmişdir ki, Calal da öz növbəsində həmin pulların hamısını Bakı Apellyasiya məhkəməsinin hakiminə vermişdir. Calal onu da əlavə etmişdir ki, guya hakim bugünkü gün müxtəlif bəhanələr gətirərək həmin pulları qaytarmaqdan qəsdən yayınır. Calalı axıradək dinlədikdən sonra demişdir ki, Calalın danışdıqlarının hamısı cəfəngiyyatdır və adlarını çəkdiyi şəxsləri o, şəxsən tanıyır və onlar çox saf və sağlam əqidəli hakimlərdirlər və söz vermişdir ki, qısa bir zaman kəsiyində o, həmin adamlarla əlaqə yaradıb bütün bu məsələlərə aydınlıq gətirəcək. O, sonuncu sözlərini Calala deyib ondan ayrılmaq istəyərkən Calal onun qolundan tutub onu saxlayıb, xahiş etmişdir ki, ona bir neçə müddət vaxt verilsin, həmin pulları guya Calal hakimdən alıb Vahid müəllimə qaytaracaqdır. O, hər ehtimala qarşı, Calalı xəbərdar etmişdir ki, tezliklə onların pullarını çatdırmasa, hüquqmühafizə orqanlarına şikayət ərizəsini özü yazacaq. Bir müddət Calalla görüşüb, Vahidə olan borcunu qaytarmağı təkidlə xahiş etmişlər. Lakin, Calaldan xəbər çıxmamışdır. Daha sonra isə Calal nə onlarla görüşmək istəmiş, nə də zənglərə cavab verməmişdir. Ona görə də onlar məcburiyyət qarşısında qalıb 11 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin adına şikayət ərizəsi yazmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 pulları təqsirləndirilən şəxsə verəndən sonra təqsirləndirilən şəxsi tanımışdır. Təqsirləndirilən şəxslə söhbət edəndə başa düşmüşdür ki, Calal Zərərçəkmiş şəxs1 aldadaraq həmin pulları Vahiddən almışdır. O, Zərərçəkmiş şəxs1 hansı bizneslə məşğul olmasını bilməmiş, bu barədə ona Zərərçəkmiş şəxs1 deməmişdir. O, bilmişdir ki, Zərərçəkmiş şəxs1 maddi imkanları böyükdür və onun pulunu qaytaracaq, dostluq xatirinə pulu vermişdir. Hələki onun pulunu Zərərçəkmiş şəxs1 qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 guya pulu Nərgizin işini həll etmək məqsədi ilə almışdır. Sonra Calal etiraf etmişdir ki, pulu öz işi üçün vermişdir. Ondan 100.000 manat pul istəmiş, həmin pul onun öz pulu olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs1 ondan pul istəməmişdir. Nərgiz Məmədova CM-nin 178.3.2-ci maddəsi ilə həbs olunmuş, cinayət işinin neçə epizoddan ibarət olmasını bilmir. O, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs1 ondan aldığı pulu çox güman ki, biznesə qoymuşdur. Məhkəmənin növbəti iclaslarında Müdafiəçi3 suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, X10 tanıyır. Sevil Qaracayevadan 15.000 manat borc almışdır. «Borcun Etirafı» müqaviləsi olmuş, icra işi Nizami Rayon İcra və Probasiya Şöbəsində olmuşdur. Həmin borcu qaytarmış, az hissəsi qalmışdır. Əslində həmin pul borc olmamışdır. O, həmin pulu ödəməli deyil, lakin, məhkəmə qərar qəbul etdiyindən, o, həmin pulu ödəməli olmuşdur. X11 olan borcla bağlı Nizami Rayon Məhkəməsində onun barəsində Azərbaycan Respublikası İXM ilə iş olmuş, lakin, məhkəmə əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam vermişdir. O, Vüqar Hüseynbəyovu tanıyır. Vüqarla aralarında olan borc müqaviləsi formal xarakter daşımışdır. Onun Vüqara borcu olmamışdır. Şahid17 kömək etmək məqsədi ilə o, həmin müqaviləni bağlamalı olmuşdur. Onun «Ata Banka» borcu olmamışdır. O, həmin borcu alan Yaroslav Rudenkoya zamin durmuşdur. Ona görə də həmin bank ondan pul tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları vermişdir. Onun digər işlər üzrə borcunun olmasının Zərərçəkmiş şəxs1 pul verilməsi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən X45 işləmiş və 2017-ci ilin iyun ayında təqaüdə çıxmışdır. 2012-ci ildən təqaüdə çıxana kimi Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə həbsdə saxlanılan Şahid17 Bakı İstintaq Təcridxanasından MSY-nə qərarla müvəqqəti olaraq köçürülmüşdür. Nərgizə əri Zərərçəkmiş şəxs1 yemək gətirmiş, bəzən isə onun otağında Nərgizlə Vahid görüşmüşlər. Təqsirləndirilən şəxs da MSY-də saxlanılmışdır. O, Təqsirləndirilən şəxs yaxından tanımamış, Calalla təsadüfən söhbət etmişdir. Calal ilə Vahidi xidməti otağında tanış etməmişdir. Ola bilsin ki, Vahid arvadı Nərgizə yemək gətirməsi ilə bağlı onun otağında olarkən Calalı da otağa dəvət etmiş və onlar təsadüfən söhbət etmişlər. Eyni zamanda Nərgizlə Calalın MSY-də tanış olmaları barədə heç bir məlumatı olmamışdır. Ola bilsin ki, bu bir təsadüf olmuşdur. 2018-ci ilin sonlarında Zərərçəkmiş şəxs1 ona zəng edib Təqsirləndirilən şəxs onu aldadaraq külli miqdarda pullarını ələ keçirdiyini, Vahidin şikayəti ilə Calalı həbs etdiklərini demişdir. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında iş birliyi olmasını bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nə qədər pul borclu olmasını bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid16 bildirmişdir ki, MSY-də saxlanılan kişilərlə qadınlar ayrı-ayrı vaxtlarda gəzintiyə çıxa bilirlər. Təqsirləndirilən şəxs və Şahid17 İstintaq Təcridxanasından etap olunmuşlar.Şəxs MSY-də 48 saat saxlanılır və şəxsi MSY-də 10-12 gün də saxlamaq olur. Saxlanılan şəxslərə telefonla danışmağa icazə verilmişdir.Telefon onun otağında olmuşdur. O, Nərgiz xanım və Təqsirləndirilən şəxs nə qədər və hansı məzmunda telefonla danışdıqlarını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs avtomobil alverçisi kimi tanımışdır. 2011-ci ilin sonlarında Calal ona təklif etmişdir ki, avtomobil almaq istəyən müştərilərlə onu tanış etsin ki, həmin müştərilərə avtomobil gətirib satanda əldə etdiyi qazancdan ona da hörmət etsin. O, Bakı şəhərində bir neçə avtosalonları gəzib Calal üçün müştəri tapmışdır. Lakin Calalın işinə ciddi yanaşmadığını, söz versə də, müştərilərə vaxtında avtomobil gətirmədiyini görüb Calalla əlaqəsini kəsmişdir. Calal onun tapdığı müştərilərin heç birinə avtomobil gətirməmişdir. 2011-ci ildən sonra onun Calalla əlaqəsi olmamışdır. Calal ilə iş birliyi olmamışdır. Calalın xarici ölkədən 7 ədəd xarici markalı avtomobili maşın daşıyan (TİR) yük maşını ilə gətizdirməsi barədə işləri olmamışdır. Bu mövzuda mobil telefonda kiminləsə danışmamışdır. Onun tapdığı müştərilərə Calal maşın gətirməmiş, ona da pul verməmişdir. Buna görə də o, Calaldan ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən maşın bazarında işləyir. O, əvvəl bazarda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Sonra isə taksi fəəaliyəti ilə məşğul olmağa başlamışdır. Qardaşı Elsevər bazarda disk-təkər mağazası işlətmişdir. Təqsirləndirilən şəxs 2015-ci ildə qardaşı Elsevərin yanında görüb tanımışdır. X70 demişlər. Həmin vaxtlar Calal xarici valyutanın alış-verişi ilə məşğul olub Azərbaycana gələn ərəblərdən ucuz qiymətə ABŞ dollarını alıb ona vermiş, o da dolları aparıb puldəyişmə məntəqəsində Milli Azərbaycan manatına dəyişib gətirib Calala vermişdir. Calal ona həmin puldan az miqdarda zəhmət haqqı vermişdir. Təxminən 2016-cı ilin yay aylarında qardaşı Elsevər 4 ədəd «Mercedes» təkərlərini ona verib Calalın tanışı Vahid kişiyə verməyini tapşırmışdır. Həmin şəxs bu iş üzrə Zərərçəkmiş şəxs1 olmuşdur. O, həmin 4 ədəd işlənməmiş təzə təkərləri Papanin deyilən əraziyə aparıb ilk dəfə Zərərçəkmiş şəxs1 görüb təkərləri Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Vahid ona 10 manat yol pulu vermişdir. Bir dəfə də Calal onu Nərimanov rayonu Nəcəf Nərimanov küçəsinə çağırıb 10.000 ABŞ dolları verib həmin pulu aparıb Azərbaycan manatına dəyişib gətirib ona verməyini demişdir. O da həmin pulu puldəyişmə məntəqəsində dəyişərək Calala vermişdir. Bundan sonra bir dəfə Zərərçəkmiş şəxs1 adlı şəxsə zəng edib Elsevərin qardaşı olduğunu deyib, pulları onun xırdaladığını bildirmişdir. Calal onu yanına çağırıb Vahid adlı şəxsə zəng etmiş və onu Vahidin yanına göndərmişdir. O, Zərərçəkmiş şəxs1la görüşmüş və Vahidin verdiyi 30.000-40.000 ABŞ dollarlarını götürüb aparıb Azərbaycan manatına dəyişərək Calala vermişdir. Calal ona az miqdarda zəhmət haqqı vermişdir. O, dəyişdiyi pulları çox vaxt «Lənkaran» kafesində Calala vermişdir. Bu təxminən 7-8 ay davam etmişdir. Elə hal olub ki, bir gündə 2 dəfə Calalın tapşırığı ilə Vahiddən 50.000 və 40.000 ABŞ dolları götürüb Azərbaycan manatına dəyişərək Calala çatdırmışdır. Calal ona demişdir ki, Vahiddən aldığı ABŞ dollarlarını milli pula çevirdikdən sonra həmin manatla ərəblərdən ucuz qiymətə yenidən ABŞ dolları alır. 2016-cı ilin ortalarında Calal ona demişdir ki, «LG» markalı 32, 45, 49, 55 dioqanallı plazma televizorlarını Dubaydan Azərbaycana gətizdirib, müştəri tapıb həmin televizorlardan satsa ona da qazancından hörmət edəcəkdir. O, televizora müştəri taparaq Calal ilə birlikdə bir dəfə Vahidin yaşadığı binanın arxadan zirzəmisində yerləşən avtomobil qarajına getmişlər. Vahid həmin qarajdan qutuda televizor vermiş, o da aparıb satmışdır. Növbəti dəfə Calal özü gedib ona neçə ədəd sifarişi olurdusa həmin sayda televizorları götürüb vermişdir. O da həmin televizorları müştərilərə topdansatış qiymətinə nağd pula sataraq pulları Calala vermişdir. Calal ona satılan televizorların sayına görə hörmət etmişdir. Həmin vaxtlarda Calal ona "iPhone-x» markalı və digər markasını xatırlamadığı mobil telefonları da vermiş və Nizami küçəsində və 28 May metrostansiyasını yanında olan hansısa mağazaya tapşırmışdır. O da həmin mobil telefonları Calalın dediyi ünvanlara çatdırmışdır. Telefonların pulunu Calalın özü götürmüşdür. Bundan başqa o, Calalın tapşırığı bir dəfə hava limanından 30-40 ədəd plazma televizorlarını fəhlələrlə götürüb gətirib «Lənkəran» kafesinə yığmış və Calalın dediyi miqdarda fəhlələrin pulunu vermişdir. Sonra kafedən televizorları götürüb müştərilərə satıb pulları Calala vermişdir. Sonra Calal 300 ədəddən çox böyük dioqanallı televizorların gətirildyini və hava limanında olduğunu desə də sonradan bildirmişdir ki, həmin televizorları gömrükdən buraxmayıb geri qaytarmışlar. Sonradan həmin televizorları da Calalın satdığını eşitmişdir. Calal ona «Lənkaran» kafesinin qarşısında 3-4 ədəd nömrələrinin sonu 299 olan qara rəngli «Mercedes vito» və «Mercedes viyano» markalı avtomobilləri göstərib demişdir ki, 10 ədəd bu avtomobillərdən hər birinə 36.000 ABŞ dolları pul verib «rastomoşkasız» Azərbaycana gətizdirmişdir. 2017-ci ilin aprel ayında qardaşı Elsevər onun yanında Calal ilə telefonda mübahisə edib, Calaldan borca aldığı 12.000 manat pulu nə üçün geri qaytarmadığını demişdir. Növbəti gün Elsevər ona demişdir ki, gedib Calaldan onun verdiyi pulu alsın. O, «Lənkaran» kafesinə gedərək ondan qardaşından aldığı pulu qaytarmasını deyib. Calal hazırda pulu olmadığını, Elsevərdən aldığı puldan tezliklə qaytaracağını söz vermişdir. 3 gündən sonra o, zəng edib Calal ilə görüşmüşdür. Orada iki ədəd ağ «Sprinter» markalı avtomobil olmuşdur. Calal həmin avtomobillərdən birində oturub salonda olan idman çantasını ona göstərib ağzını açmağını demişdir. O, çantanı açanda içi dolu 100-ABŞ dollar paçkaları olduğunu görmüşdür. Calal ona demişdir ki, onun üçün problem deyil burada 800.000 dollar pul var. Hazırda görüləsi işləri var, ona görə Elsevərə desin ki, bir az səbirli olsun pulunu verəcək və cibindən çıxarıb Elsevərə çatdırmağı üçün 3.000 manat pul vermişdir. Və 3-4 günə yenə borcundan verəcəyini bildirmişdir. Aradan bir həftə keçmiş Calal onu «Lənkaran» kafesinə çağırıb Elsevərə çatdırmağı üçün 2.000 manat da vermişdir. X49 pulunun qalan hissəsini verməyib ona demişdir ki, Elsevərə 6 dəst satması üçün disk-təkər verib, həmin ehtiyat hissələrinin hesabatını etdikdən sonra yerdə qalan borcunu ödəyər. Sonradan ona məlum olmuşdur ki, Calal həmin disk-təkəri Vahidin pulları ilə Dubaydan aldırıb Azərbaycana gətizdirib satırmış. Beləliklə də, Calal müxtəlif bəhanələr gətirərək qardaşı Elsevərə borclu olduğu puldan 7.000 manat qaytarmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğundan Calal pulları dəyişmək üçün onunla göndərmiş, bunun müqabilində də onun yol xərcini vermişdir. Məhkəmə iclasında şahid qismində X21 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Tanışlarının deməsi əsasında bilmişdir ki, «xxxx» turizm şirkəti sürücü axtarır. O, 2017-ci ilin iyul ayında həmin şirkətin «Təbriz» küçəsində yerləşən «Lənkaran» kafesinə gedərək özünü şirkətin işçisi kimi təqdim edən Calal adlı şəxslə söhbət edərək «xxxx» turizm şirkətində sürücü kimi işə düzəlmək istədiyini demişdir. Calal ona özünün turizmlə bağlı bütün işləri təşkil etdiyini demişdir. Şirkətin rəhbərinin Sona xanım olduğunu eşitsə də, həmin xanımla o, bir söz danışmamışdır. Calal ona «Mercedes Vito» markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili verib, turistlərə xidmət edəcəyini, gündəlik ona 25 manat əmək haqqı verəcəyini demişdir. Ona təhkim olunan avtomobil Rafiq adlı şəxsin adına olmuşdur. Həmin avtomobili idarə etməyi üçün ona etibarnamə verilmişdir. O, Calalın tapşırığı ilə xarici turistləri qarşılayıb onları otellərə, respublikanın rayonlarına aparıb gəzdirmişdir. O, müqavilə bağlamadan şifahi razılaşma ilə işləmişdir. Onun əmək haqqını Calal ödəmiş və hər dəfə onun pulundan kəsməklə Calalın ona 1285 manat borcu yaranmışdır. Calal işin zəif olduğunu deyib həmin pulu ona verməmişdir. Calal onun kimi şirkətin digər işçiləri Azad, Nicat və Elçin adlı şəxslərin də pullarını verməmişdir. Onlar eşitmişlər ki, Calalı etdiyi dələduzluq cinayət əməlinə görə həbs etmişlər. Bundan sonra onlar da şikayət ərizələri ilə müraciət etmişlər. Lakin, sonradan şikayətini geri götürmüş və həmin pulu Calaldan tələb etməmişdir. O, cəmi 3 ay işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Təbriz küçəsi 22 ünvanında yerləşən dəftərxana ləvazimatı mağazasını icarəyə götürüb işlədir. Onun mağazasından təxminən 7-8 metr aralı yolun digər tərəfində Məhərrəm adlı şəxsə məxsus «Lənkaran» kafesi yerləşir. Həmin kafeni əvvəllər Ədalət adlı şəxs icarəyə götürüb işlətmişdir. Təxminən 2016-cı ildə kafeni Təqsirləndirilən şəxs icarəyə götürüb işlətmişdir. Sona adlı bir nəfər qız da həmin kafeyə gəlib- getmişdir. Kafedə olan kassa Sona adlı qızın adına olmuşdur. Bəzən Calal ona pul verib, tapşırmışdır ki, kafeyə bazarlıq etsin. O, işlətdiyi mağazada mobil telefon nömrələrinin satışını da həyat keçirdiyi üçün Calalın göndərdiyi turistlərə də mobil nömrələr satmışdır. O, kafedə işləməmiş, Calalın deməsinə görə bəzən kafeyə bazarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin may ayında Nərimanov rayonu «Lənkaran» kafesində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin tanışlıq zamanı o, Calala sürücü işlədiyini bildirmiş və onu işə götürməsini xahiş etmişdir. Calal onu sürücü kimi işə götürmüş və Zərərçəkmiş şəxs1 adına olan ağ rəngli «Vito» markalı avtomobili etibarnamə ilə idarə etməyi üçün ona vermişdir. O, Calalın tapşırığı ilə Bakı şəhərinə gələn ərəb turistləri hava limanından qarşılayıb Calalın yanına gətirirmiş. Calal ərəblərlə söhbət etdikdən sonra Calalın tapşırığı ilə ərəbləri dediyi otelə aparmışdır. Sonra isə həmin ərəbləri Bakı şəhərində, eləcə də rayonlara gəzməyə aparmışdır. Calal ona ayda 400 manat əmək haqqı vermişdir. 2018-ci ilin aprel ayının əvəllərində ərəb turistləri ilə Quba rayonunda olarkən Zərərçəkmiş şəxs1 ona zəng edərək avtomobili təhvil verməyini demişdir. O, Vahidə Quba rayonunda turistlərlə olduğunu, Bakı şəhərinə qayıtdıqdan sonra avtomobili aparıb təhvil verəcəyini demişdir. O, Bakı şəhərinə qayıdan kimi avtomobili aparıb Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Bir həftə sonra isə Calal Zərərçəkmiş şəxs2 oğlu Elmara məxsus olan «Leksus» markalı avtomobili etibarnamə ilə ona vermişdir. O, 20 gün müddətində həmin avtomobili idarə edib ərəb turistlərini daşımışdır. Calal həmin avtomobiilin çox yanacaq işlətdiyini deyib həmin avtomobili ondan almış və əvəzində «Vito» markalı avtomobil vermişdir. 2018-ci ilin may ayının əvəllərində Calal həmin avtomobili də ondan ustaya təmirə verəcəyi adı ilə almışdır. Bundan sonra isə ona Calal avtomobil verməmişdir. Bir dəfə də ona Calal səhv etmirsə 2000 manat pul vermişdir ki, aparıb Zərərçəkmiş şəxs2 çatdırsın. O, həmin pulu Vaqif müəllimə çatdırmışdır. Həmin vaxt Vaqif müəllim nəyə görə Calalın az pul göndərdiyini soruşduqda, o, bunun səbəbini bilmədiyini demişdir. Həmin vaxt Vaqif müəllim Calalın istifadə etdiyi «Range Rover» markalı avtomobilin ona məxsus olduğunu, ayda Calalın Vaqifə 6.000 manat icarə haqqı verdiyini bildirmişdir. Eləcə də Vaqif müəllim bildirmişdir ki, Calalın Vaqifə 1 milyon dollardan çox, 2 milyona yaxın verəcəyi var. O, Calala həmin pulları nə məqsədlə verdiyini soruşanda Vaqif müəllim bildirmişdir ki, bir neçə avia reyslərin alınması ilə, əvvəlcədən turistlərin otellərdə yerinin bron edilməsi ilə, həm də Dubaya qoyun əti göndərilməsi ilə bağlı Calalın ona borcları yaranmışdır. X56 müəllimin pullarını qaytarıb-qaytarmadığını bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, o, avtomobilləri etibarnamə ilə idarə etmişdir. Calal Vaqifin icarəyə verdiyi avtomobilin icarə haqqını vermədiyi üçün Vaqif Calaldan maşını geri almışdır. Ona Vaqif demişdir ki, Calala deyərsən onun borcunu gətirib versin. Elan olunmuş cinayət işinin 1-ci cild 208-212-ci vərəqələrində olan ifadəsinə əsasən Şahid5 bildrimişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. İfadəsində hansı məqsədlə nə qədər Calala pul verməsini məbləğləri ilə Vaqif müəllim özü ona demişdir. Ona görə də ifadəsində Vaqif müəllimin hansı məbləğlərdə pul verməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, tanışı Rövşənin «xxxx» turizm şirkəti ilə əməkdaşlıq edib «Mercedes Sprinter» markalı avtomobil ilə turistlərə xidmət etdiyini bildikdə, onun da həmin şirkətdə işə düzəlməyində köməklik göstərməsini xahiş etmişdir. 2017-ci ilin iyun ayında Rövşən onu Təbriz küçəsində yerləşən «Lənkaran» kafesinə apararaq Təqsirləndirilən şəxsla tanış etmişdir. Calal ona demişdir ki, turistlərin bütün işləri Calala aiddir, Calal Bakı şəhərinə gələn turistləri otellərdə yerləşdirir, onların gəzintisini təşkil edir. Calal ona «Mercedes Vito» markalı avtomobili təhkim edib, ona idarə etməyə etibarnamə verilmişdir. O, həmin avtomobil ilə qonaqları deyilən ünvanlara aparırmış. Razılaşmaya görə ona gündəlik 25 manat zəhmət haqqı verilməliymiş. O, şirkətlə müqavilə bağlamadan Calalın tapşırığı ilə turistləri qarşılayıb onları deyilən otellərə, rayonlara, hava limanına daşımışdır. Calal onun əmək haqqını ilk vaxtlarda versə də, son vaxtlar əmək haqqını kəsməyə başlamış və nəticədə Calalın ona 3.100 manat borcu yaranmışdır. Calal işin zəif olduğunu, pulun olmadığını deyib 3.100 manat pulu vermədiyindən, o, avtomobili sahibi Rafiqə təhvil verməklə işdən çıxmışdır. Sonra Calalın ondan başqa şirkətin digər sürücüləri Elçin, Nicat və Kamaləddinin də əmək haqqını kəsib vermədiyini, Calalın isə barəsində cinayət işi başlanaraq həbs olunduğunu eşidib birləşərək şikayət ərizəsi ilə müraciət etmişlər. Lakin, sonradan Calalın ona borclu olduğu 3100 manatdan imtina etdiyi üçün, verdiyi şikayət ərizəsi ilə bağlı araşdırmanın dayandırılmasını xahiş etmişdir. Təxminən 1 ilə qədər orada işləmişdir. Məhkəmə iclasında proses iştirakçıalrının razılığı ilə elan olunaraq araşdırılmış Şahid23 ifadəsindən görünür ki, «A.İ.M» vəkil bürosunun vəkili vəzifəsində işləyir, müqavilə əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə müdafiəçi qismində iştirak etmiş və müstəntiqin 17 avqust 2020-ci il tarixli qərarı ilə cinayət işinin istintaq prosessində vəkil qismində iştirakına xitam verilərək qərar ona təqdim edilmişdir. O, 2017-ci ildə Zərərçəkmiş şəxs1 ilə bağladığı müqavilə əsasında onun arvadı Şahid17 barəsində Bakı Apellyasiya Məhkəməsində istintaqı aparılan cinayət işi üzrə Nərgizin hüquqlarını müdafiə etmişdir. Onu Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs tanış etmişdir. O, Şahid17 hüquqlarını məhkəmədə müdafiə etmişdir.Zərərçəkmiş şəxs1la və Təqsirləndirilən şəxsla onun arasında N.Hüseynovanın işi ilə bağlı qeyriprosessual söhbət olmayıbdır. Şahid17 məhkəmədə köməklik olunmasına o, söz verməmiş və Zərərçəkmiş şəxs1 pul almamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadıb ondan 219.000 manat almasını bilmir. O, əvvəlcədən köməklik göstərəcəyini deməmiş, qanundan kənar hər-hansı bir vəd verməmiş, vəkillik funksiyasını yerinə yetirmişdir. O, 01.06.2017-ci ildə Badamdar qəsəbəsində yerləşən avtomobil bazarından özünə «X63» markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. O, həmin avtomobili Təqsirləndirilən şəxs almamışdır. Aldığı avtomobilin turizm sahəsində istifadə olunması üçün icarəyə verərkən Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onun istifadə etdiyi avtomobillər 99 – 299 nömrəlidir o da, həmin nömrəyə uyğun nömrə alsın. O da, bu niyyətlə ** LJ *** dövlət nömrə nişanı almış və həmin avtomobili Calala turizm sahəsində istifadə etməsi üçün icarəyə vermişdir. Həmin avtomobil hazırda onun özündədir. Təqsirləndirilən şəxs barəsində olan əvvəlki cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi məqsədi ilə ona təxminən 43.000 ABŞ dolları vermişdir ki, zərərçəkmişə ödəsin. Lakin zərərçəkmiş şəxs daha çox pul istəyib həmin pulu qəbul etmədiyinə görə zərərçəkmişə münasibətdə verilmiş ittiham 73.000 manat olduğundan məhkəmə tərəfindən tövsiyyə olunmuşdur ki, pul zərərçəkmiş şəxsin xeyrinə Nəsimi Rayon İcra və Probasiya şöbəsinin depozitinə qoyulsun. Bundan sonra Calal ona bildirmişdir ki, həmin 43.000 ABŞ dollarını Şahid8 aparıb təhvil versin və sonra Rüfətdən həmin dolların qarşılığında manatla pul götürüb depozit hesabına yerləşdirsin. O da, həmin 43.000 ABŞ dollarını aparıb Rüfətə vermiş və növbəti gün gedib pulu manatla götürüb aparıb «Kapital» bankda Calalın ödənişi kimi depozit hesabına qoymuşdur. Həmin pulu zərərçəkmiş sonra bankdan götürmüşdür. Bundan başqa, o, «X63» markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili turizmdə istifadə olunması üçün Təqsirləndirilən şəxs verdiyindən istifadə olunmuş günlərin icarə haqqı kimi bir dəfə 2.000 manat, bir dəfə isə 1.000 manat Calalın deməsi əsasında Rüfətdən gedib pul götürmüşdür. Yəni, Calal Rüfətə zəng vurub tapşırmış, o da, gedib həmin pulu Rüfətdən götürmüşdür. Təqsirləndirilən şəxs vətəndaşları aldadıb əldə etdiyi pullardan ona verməmişdir. Məhkəmə həmin epizodla təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 235-237-ci vərəqələrində olan Zərərçəkmiş şəxs1 29 avqust 2018-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 24-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının AZN Məzənnələrindən çıxarışdan görünür ki, 02.10.2017-ci il tarixdən 10.10.2017-ci il tarixə kimi 1 ABŞ dollarının kursu 1,7002 AZN; 11.10.2017-ci ildən 17.10.2017-ci il tarixə kimi 1 ABŞ dollarının kursu 1,7003 AZN; 01.11.2017-ci il traixdən 10.11.2017-ci il tarixə kimi 1 ABŞ dollarının kursu 1,7003 AZN; 01.12.2017-04.12.2017-ci il tarixdə 1 ABŞ dollarının kursu 1,7001 AZN; 04.01.2018- 31.01.2018-ci il tarixədək 1 ABŞ dollarının kursu 1,7001 AZN; 01.02.2018-28.02.2018-ci il tarixədək 1 ABŞ dollarının kursu 1,7001 AZN olmuşdur. Cinayət işinin 2-ci cild 64-cü vərəqəsində olan 18.09.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Baku «xxxx» MMC-nin direktoru tərəfindən sərəncamverici direktor vəzifəsinə işə götürülmüşdür. Cinayət işinin 2-ci cild 65-ci vərəqəsində olan 13.07.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Təqsirləndirilən şəxs «xxxx» MMC ilə olan əmək müqaviləsinə 27.06.2018-ci il tarixdə xitam verilmişdir. Cinayət işinin 2-ci cild 115-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyul 2018-ci il tarixli sənədlərin götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, «xxxx» turizm şirkətinin direktoru vəzifəsində işləyən Şahid6 istintaqa təqdim etdiyi «xxxx» turizm şirkəti üçün Təqsirləndirilən şəxs aldığı Bakı-Dubay-Bakı aviareyslərinin nömrələri əks olunmuş siyahısı -12 vərəqədə, 03.10.2016-cı il tarixli avtomobil təkər-diskinə aid qəbzin surəti 01 vərəqədə, Zərərçəkmiş şəxs1 1.000.000 ABŞ dolları pul alaraq gətirəcəyi avtomobillərin invoys sənədləri Təqsirləndirilən şəxs Şahid6 mobil telefonuna göndərdiyi və telefondan çıxarış olunmuş şəkillər -07 vərəqədə və Təqsirləndirilən şəxs Almaniyadan Zərərçəkmiş şəxs1 aldığı pulun müqabilində gətizdirdiyi avtomobillərin şəkillərini çəkərək mobil telefonundan avtomobillərin şəkillərini çıxardaraq istintaqa təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pullarla Dubaydan gətirdiyi plazma markalı televizorların Bakı Hava Limanında karqoda çəkib Şahid6 mobil telefonuna göndərdiyi qutularında olan plazma televizorlarının görüntüləri 004 vərəqədə və həmin plazma televizorların siyahısı 02 vərəqədə və 02 vərəqədən ibarət ofis şəklini təqdim edərək, Təqsirləndirilən şəxs həmin şəkilləri onun mobil telefonuna göndərərk Dubayda onlara məxsus ofis otağı olduğunu bildirmişdir. Həmçinin, Şahid6 01 ədəd fləşkart təqdim edərək atası ilə Təqsirləndirilən şəxs arasında olan danışıqları fləşkarta köçürdüyünü bildirmişdir. Həmin sənədlər və 01 ədəd disk əhəmiyyət kəsb edə biləcəyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 185-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21.08.2018-ci il tarixli 180206063/1102 saylı məktubla «xxxx» MMC-dən daxil olmuş bir ədəd CD diskdən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi X35 adına olmuşdur. Həmin nömrədən Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif ərazilərində istifadə etmişdir. Cinayət işinin 2-ci cild 72-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1977-ci il tarixdə Lənkaran şəhərində anadan olmuş X22 06.12.2014-cü ildə keçmiş arvadı Könül Hüseynovanın familyasını götürmüşdür.Hazırda şəxsiyəti Təqsirləndirilən şəxs kimi oxunması nəzərə alınmışdır. Cinayət işinin 3-cü cild 146-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatlarının çıxarışından görünür ki, Qasımzadə (Hüseynov) Calal Ağasəf oğlu 13.10.2000-ci il tarixdən 15.09.2010-cu il tarixədək müxtəlif vaxtlarda Dubay, İstanbul, Daşkənd, Moskva, Mədinə, Ciddə istiqamətində respublika sərhədindən keçmişdir. Cinayət işinin 8-ci cild 216-230-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə fonoskopik ekspertizasının 16 iyun 2020-ci il tarixli 4482 nömrəli rəyində göstərilmişdir: 1.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiq hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.2.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs oğluna məxsusdur. 2.3.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi- Zərərçəkmiş şəxs1 məxsusdur. 2.4.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində «K 1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Şahid6 məxsusdur. 4.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıq hissələrində diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi,akustik fonun kəskin şəkildə dəyişməsi və danışıqlarda situasiya ilə əsaslanmamış məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmadı.Lakin,mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu və ya qurğuları ekspertizaya təqdim olunmadığından fonoqramların qeydə alındığı fayılların ilkin olubolmadığını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 1-ci cild 122-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X40-təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyini ilə bağlı 03 iyul 2018-ci il tarixli, 662 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın haşiyəsinə qansızma, alt dodağın səthi əzilmişcırılmış yarası küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 28.06.2018-ci il tarixdə əmələ gəlmişdirlər. Həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və.s) təsirindən əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc alan qismində Təqsirləndirilən şəxs, borc verən qismində isə Şahid3 tanınmış, müqavilənin şərtlərinə əsasən Şahid3 408.000 manat borca pul verir və Təqsirləndirilən şəxs 10.06.2018-ci il tarixədək həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan 01 mart 2018-ci il tarixli X71 1 saylı filialının xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid4 hesabına 1260 AZN pul köçürülmüşdür. Cinayət işinin 1-ci cild 65-66-cı vərəqələrində olan X67 Baku ödəmə qəbzindən görünür ki, 01.03.2018-ci ildə 2.937 AZN ödənilmşdir. Cinayət işinin 4-cü cild 4-cü vərəqəsində olan Suraxanı RPİ 30-cu PŞ-nin məsul növbətçisi əvəzi, polis kapitanı Samir Babayevin raportundan görünür ki, 13.08.2018-ci il tarixdə, saat 11:56 radələrində DİN-nin 102 xidmətinə Suraxanı rayonu, Hövsan bağları, ev 299/1-də yaşayan Şahid6 naməlum şəxslərin onun qapısını döymələri və evə daxil olmağa cəhd etmələri barədə məlumat vermişdir. Cinayət işinin 4-cü cild 6-cı vərəqəsində olan Suraxanı RPİ 30-cu PŞ-nin məsul növbətçisi, polis baş leytenantı R.Rəhimlinin raportundan görünür ki, 12.08.2018-ci il tarixdə saat 16:21 radələrində DİN-nin 102 xidmətinə Hövsan bağlarında yaşayan X4 verdiyi bağ evinə yaxınlaşdıqda evdə tanımadığı şəxslərin olması, həmin şəxslərin evin onlara satılmasını iddia etmələrini və evinə daxil ola bilməməsini bildirmişdir. Cinayət işinin 4-cü cild 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 2916C saylı bağ sahəsi X23 xüsusi mülkiyyətindədir. Cinayət işinin 4-cü cild 10-11-ci vərəqəsində olan AN-İ № ******* saylı, 04 noyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X28 ona məxsus ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini alıcı X3. Cinayət işinin 5-ci cild 219-234-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 may 2019-cu il tarixli sənədin götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şahid8 Təqsirləndirilən şəxs ona verdiyi pulları və sonra ondan geri aldığı pulları əvvəl qeydiyyatını aparmasa da, 2017-ci ilin oktyabr ayından başlayaraq özünə məxsus noutbukda «Excel» proqramında tərtib etdiyi cədvəl üzrə hesabatını aparmış və həmin hesabata əsasən Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından 10 aprel 2018-ci il tarixinə kimi olan müddətdə ona 1.023.836 ABŞ dolları və 406.290 manat pul verib həmin pulları ondan hissə-hissə geri almışdır. 2018-ci ilin fevral ayından Calal ona az məbləğdə pullar verib çox məbləğdə pul almışdır. Nəticədə Calalın 48.000 manat mühasib işlədiyi Məsumə adlı mağazaya borcu yaranmışdır. Şahid8 komputerdən çıxarış etdiyi 10 vərəqdə hesabat cədvəlini, işlədiyi mağazaya aid sənədləri 07 vərəqədə istintaqa təqdim etmiş və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 241-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 29 avqust 2018-ci il tarixli, **********90 №-li məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 697a saylı bağ evi Bakı şəhəri 6 saylı DNK-nin 22.05.2012-ci il tarixli, 4Ə-356 reyestr müqaviləsinə əsasən 29.06.2012-ci il tarixdə; Bakı şəhəri, Xətai rayonu, ünvan 9 ünvanında yerləşən 6 nömrəli mənzil və 19.08.2016-cı il tarixdə və ünvan 10 ünvanında yerləşən 7 nömrəli mənzil 26.09.2017-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 11 ünvanında yerləşən 94 nömrəli mənzil 6 saylı DNK-nin 4Ə-1084 reyestr nömrəli, 10.11.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 15.02.2007-ci il tarixdə X15 adına dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin mənzili Şahid4 özgəninkiləşdirmişdir. ünvan 12 ünvanında yerləşən 87 nömrəli mənzil 16.02.2007-ci il tarixdə X15 adına qeydiyyatdan keçmiş və Şahid4 alqı-satqı müqaviləsinə əsasən həmin mənzili özgəninkiləşdirmişdir. ünvan 11 ünvanında yerləşən 88 nömrəli mənzil bağışlama müqaviləsinə əsasən 15.11.2008-ci il tarixdə Natavan Əlizadənin adına qeydiyyatdan keçmiş və Şahid4 həmin mənzili alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. ünvan 13 ünvanında yerləşən 9 nömrəli mənzil alqı-satqı müqaviləsinə əsasən 16.03.2001-ci il tarixdə Natavan Əlizadənin adına qeydiyyatdan keçmiş və Şahid4 həmin mənzili özgəninkiləşdirmişdir. Zərərçəkmiş şəxs2 məxsus xüsusilə külli miqdarda 2.030.865,2 (iki milyon otuz min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat pul vəsaitinin etibardan suiistifadə etmə və aldatma yolu ilə əldə etməsi epizodu üzrə məhkəmə baxışında aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 4 il Sabirabad Rayon İcra Başçısı olmuş, sonra isə müxtəlif vəzifələrdə işləmişdir. Hazırda isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 14 ünvanda yerləşən «Görüş» restoranı var. Həmin restoranını 2017-ci ilin sentyabr ayında Rafiq adlı şəxsə icarəyə versə də, tez-tez özü həmin restorana gedib baş çəkmişdir. 2017-ci ilin sentyabr ayının əvvəllərində «Görüş» restoranında Rafiqin vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü işgüzar, ərəb dilini sərbəst bilən, əlaqəli şəxs kimi təqdim edib bildirmişdir ki, turizm xidməti işləri ilə məşğuldur, konkret olaraq son vaxtlar ərəblərin ölkə ərazisinə gələn turistlərin ölkədə qəbulu, yerləşdirilməsi ilə məşğul olur. Bu işdən yaxşı qazanc əldə edir. Calal ona da təklif etmişdir ki, sərmaya qoysa ona da yaxşı qazanc qazandıra bilər. O, Rafiqə inanaraq, Təqsirləndirilən şəxsla tanış olmuş və sonuncu öz danışıq tərzi ilə, güya bir neçə dəfə «Həcc ziyarətində» olması, ibadətlə məşğul olması, heç vaxt güya «haram pul» götürməməsi və digər buna bənzər görüntülərdən istifadə edərək onun etimadını qazanmış və sonradan aldatmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 onda olan yazılı qeydlərdən istifadə edərək aşağıdakıları bildirmişdir: -- 2017-ci ilin sentyabr ayında həmin görüşlərin birində Rafiq ona özünə məxsus olan «X64» markalı avtomobili Təqsirləndirilən şəxs icarəyə verdiyini bildrimişdir. Calal da Rafiqə icarə haqqı olaraq hər ay 10.000 ABŞ dolları verir. Rafiq ona bildirmişdir ki, Calal özünə icarə üçün «Range Rover» markalı avtomobil də axtarır, Calala təzə «Range Rover» markalı avtomobil alıb icarəyə versə əvəzində hər ay Calal 6.000 manat ona icarə haqqı verəcək, avtomobili də, nə vaxt istəsə geri götürə bilər. Ona görə o, 2017-ci ilin sentyabr ayının əvvəllərində 92.000 ABŞ dollarına «Range Rover» markalı avtomobil alıb həmin avtomobilə görə idarə etmək üçün 1 illik etibarnamə ilə Calala təhvil vermişdir. Calal həmin avtomobil ilə ərəb turistlərini daşıyacağını, hər ay ona 6.000 manat icarə haqqı kimi qazanc verəcəyini bildirmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində Calal ona avtomobilin icarəsinə görə 6.000 manat pulu vermişdir. Bundan sonra o, Calalı sözünə düz olan, ciddi bir sahibkar kimi qəbul etməyə başlamışdır. --2017-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla «Görüş» restoranında əyləşib söhbət edərkən Calal ona bildirmişdir ki, böyük planları var, Calala pul verdiyi təqdirdə ona böyük məbləğdə qazanc verə bilər. Calal turizm şirkəti ilə məşğul olduğunu bildirmişdir. Respublikaya gələn turistlərə xidmətlərin göstərilməsi işini birlikdə iş qurub gəlir götürməyi ona təklif etmişdir. «Fly Dubay» şirkətindən Bakı-Dubay-Bakı reyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaqla böyük məbləğdə qazanc əldə edəcəklərini bildirmişdir. O, Calalın vədlərinə inanıb 2017-ci ilin oktyabr ayının əvvəllərində «Görüş» restoranında təklikdə Calala sayıb həmin dövrün məzənnəsi ilə 561.066 manat olan 330.000 ABŞ dollar vermişdir. Calal 330.000 ABŞ dollara görə hər ay ona 100.000 ABŞ dolları qazanc verəcəyini vəd etmişdir. Həmin ilin oktyabr ayının sonunda Calal gətirib ona qazanc kimi 70.000 manat məbləğində pul verib demişdir ki, həmin pul verdiyi 330.000 ABŞ dollarının aylıq qazancıdır. Həmçinin, Calal bildirmişdir ki, bu qaydada hər ay ona qazanc pul verəcəkdir, istəsə qazanc pulları üst-üstə də, yığıb sonra cəm halda verə bilər. O da Calalın təklifi ilə razılaşmışdır ki, pulları cəm halda ona verər. --2017-ci ilin noyabr ayının əvvəllərində Calal ona demişdir ki, əlaqələrini genişləndirmək istəyir. Belə ki, «Bakı-Küveyt-Bakı» aviareyslərinə olan biletləri ucuz qiymətə alıb baha qiymətə satmaqla böyük məbləğdə qazanc əldə edəcəklərini bildirərək bu məqsədlə də ona yenidən 260.000 ABŞ dolları verməyini demişdir. Calal bildirmişdir ki, həmin pulun üstünə özü də, pul qoyacaqdır. Həmin biletləri iki qat baha qiymətə satacaq və əldə olunmuş qazancı yarı böləcəklər. O, Calalın sözlərinə inanıb 2017-ci ilin noyabr ayının əvvəllərində “Beynəlxalq Bank” ın “Nəqliyyat” filialında depozitdə olan o dövrün məzənnəsi ilə 442,078 manat olan 260.000 ABŞ dollarını bankdan çıxarb bankın qarşısında Calala etibar etdiyi “Range Rover” markalı avtomobilin içərisində ona vermişdir. Həmin vaxt onların yanında ikisindən başqa heç kəs olmamışdır. Həmin pulu da əvvəlki kimi heç bir sənəd tərtib olunmadan Calala inanıb ona vermişdir. Calal onunla razılaşmışdır ki, əvvəldən aldığı 330.000 ABŞ dollarının və ikinci dəfə aldığı 260.000 ABŞ dollarının aylıq qazancını toplayıb 2018-ci ilin mart ayında cəm halda ona verəcəkdir. Lakin, ona heç bir qazanc verməmişdir. --2017-ci ilin dekabr ayının əvvəllərində Calal ilə növbəti dəfə «Görüş» restoranında görüşərkən bildirmişdir ki, Azərbaycana gələn ərəb turistləri ilə işləyir, əgər ona 240.000 ABŞ dolları pul versə həmin pulu o Bakıdakı hotellərə depozitə qoyacaqdır, yəni əvvəlcədən otellərə və turistlərin transferinə görə avtomobillərə depozitə qoyacaqdır, turist Azərbaycana gələndə artıq onun hazır hotellərdə nömrələri olacaq və turistlərdən daha çox pul alınacaqdır. 240.000 ABŞ dollarının müqabilində də ona həmin sahədən ayda 100.000 manat qazanc verəcəyini bildirmişdir. Həmin qazancı da, digər qazanclarla birlikdə toplayıb 2018-ci ilin mart ayında ona cəm halında verəcəyini demişdir. O, yenə də Calalın sözlərinə inanıb 2017-ci ilin dekabr ayının əvvəllərində həmin dövrün məzənnəsi ilə 408.024 manat olan 240.000 ABŞ dolları dostu Şahid3 borca alıb «Görüş» restoranında təklikdə Calala vermişdir. Bu barədə hətta Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariat kontorunda Şahid3la borc müqaviləsi imzalamışdır. Həmin puldan da ona qazanc verməmişdir. --Bundan başqa 2017-ci ilin sentyabr ayının axırlarında o, Calalın vasitəsi ilə X25 vətəndaşı X58 Alshamsi ilə tanış olmuşdur. Calal onların tanışlığında tərcüməçi kimi iştirak etmişdir. O, Calalın vasitəçiliyi ilə X58 Alshamsi ilə 28 sentyabr 2017-ci ildə müqavilə bağlayaraq Adıla Azərbaycanda olan fermasında saxladığı xırdabuynuzlu heyvanlarından qoyun əti göndərmişdir. Həmin müqaviləni Calal hazırlamış və onlar da həmin müqavilələri imzalamışlar. Müqaviləyə əsasən o, Adılə diri şəkildə hər biri 30-40 kq olan, 15.000 baş qoyunu və 50 ton qoyun ətini təhvil verməli, hər diri qoyunun kiloqramına görə Adıl ona 4,5 ABŞ dolları ödəməli, hər kəsilmiş qoyunun bir kloqramına görə isə Adıl ona 10 ABŞ dolları ödəməliymiş. O, fermasından qoyunları Xəzər rayonu ərazisində yerələşən ət kəsim yerinə göndərmişdir. Orada qoyunlar kəsilib əti hava limanından təyyarə ilə Dubaya göndərilmişdir. O, hissə-hissə cəmi 36 ton kəsilmiş qoyun ətini Calalın vasitəsi ilə Adılə göndərmişdir. Adıl təhvil aldığı ətin pulunu ona Calalın vasitəsi ilə çatdırmışdir. Calal bundan istifadə edərək Adıl göndərdiyi ətin pulundan hər dəfə ona az miqdarda pul vermişdir. O, hər dəfə pulun göndərilən ətin dəyərindən az verdiyinin səbəbini soruşanda, Calal demişdir ki, Adıl pulu az göndərir, lakin, ona bildirmişdir ki, narahat olmağa dəyməz, Adıl ətin pulunun qalan hissəsini tam göndərəcəkdir. O da Calalın sözlərinə inanıb 2017-ci ilin oktyabr ayından 2018-ci ilin fevral ayına qədər olan müddətdə 470.000 ABŞ dolları dəyərində 47 ton kəsilmiş qoyun ətini Calalın vasitəsi ilə Adıla göndərsə də, ətin pulundan Calal ona yalnız 225.000 ABŞ dollarını hissə-hissə ödəmiş, 245.000 ABŞ dollarını isə ödəməmişdir. 2018-ci ilin mart ayında o, pulun qalan hissəsini Adılin ödəməsini tələb edəndə Calal Adılın işlərində müvəqqəti çətinlik olduğunu, pulun qalan hissəsini ödəyəcəyini dediyinə görə, o, müqavilədə göstərildiyi kimi qalan 3 ton kəsilmiş əti,15.000 baş qoyunu Adılə göndərməyərək Calala bildirmişdir ki, Adıl qalan 245.000 ABŞ dollarını nə vaxt tam ödəsə, o da qalan əti və qoyunları göndərəcək. 2018-ci ilin may ayında o, Adılın onun pulunu qaytarmadığını görmüşdür. Buna görə də o, X9 Bəhruz adlı şəxsə müraciət edərək, Bəhruza Adılın telefon nömrəsini vermişdir ki, Dubaya gedib Adıl ilə görüşüb ətin pulunu göndərməməsinin səbəbini öyrənsin. X59 ilə görüşüb öyrənmişdir ki, Adıl ətin bütün pulunu hissə-hissə Calala tam şəkildə göndərmiş, heç bir borcu qalmamışdır. O, əmin olmuşdur ki, Adıla göndərdiyi 470.000 ABŞ dolları dəyərində ətin pulundan Calal 225.000 ABŞ dollarını ona versə də, yerdə qalan 245.000 ABŞ dollarını verməyib özü ələ keçirmişdir. --Bundan əlavə Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının əvvəllərində ondan əlavə 50.000 ABŞ dolları istəmiş və həmin pula görə hər həftə 24.000 manat gəlir əldə edəcəyini və həmin gəlirin də 12.000 manat qazancını ona verəcəyini bildirmişdir. O, həmin pulla ərəb turistlər üçün Azərbaycandan zəfəran, ərəblərin işlətdiyi əşyalar alaraq, onları ərəblərə baha qiymətə satacağını bildirmişdir. O, yenə də Calalın sözlərinə inanıb 2018-ci ilin yanvar ayında «Görüş» restoranında 50.000 ABŞ dolları Calala vermişdir. Lakin, Təqsirləndirilən şəxs bu puldan ona heç bir gəlir verməmişdir. --2018-ci ilin fevral ayının əvvəllərində Calal turizm işlərini genişləndirmək üçün əlavə olaraq ondan 20.000 ABŞ dolları istəmiş, o da ünvan 15 ünvanda yerləşən ofisisində cəmi 20.000 ABŞ dolları, yəni fevral ayının əvəllərində 10.000 və fevral ayının sonralında isə yenə ofisində10.000 ABŞ dollarını Calala vermişdir. --Bundan sonra Calal onu aldatmaqda davam edərək Muhayyir adlı bir nəfər ərəblə onu tanış edərək Muhayyirin vasitəsi ilə ona Dubaydan “Mercedes-benz Vito” markalı və “Mercedes–benz Viano” markalı 4 ədəd avtomobil gətizdirəcəyini söz vermiş, o da «Görüş» restoranında 2018-ci ilin fevral ayınının axırlarında 47.000 ABŞ dolları pulu Calala vermişdir. Calal həmin avtomobillərin ərəb turistlərinə xidmət göstərmək üsün alımasını bildirmişdir. Calal onu inandırmaq üçün avtomobilin fotoşəkillərini və fakturasının fotoşəkillərini ona göndərmişdir. Calal vəd verdiyi həmin avtomobilləri gətirməmiş, nə də verdiyi pulları da ona qaytarmamışdır. Calalın ona göndərdiyi avtomobillərin fotoşəkillərini Nəsimi RPİ-də izahat verərkən təqdim etmişdir. --2018-ci ilin mart ayının əvvəllərində Calal ondan xahiş etmişdir ki, «Vinter» Hoteldə işləyən Şahid4 adlı tanışının kartına 4.200 manat pul köçürsün, sonra onun pulunu qaytaracaqdır. O da Calalın sözünə görə həmin karta 4.200 manat pul ödəsə də, Calal sonradan həmin pulu da ona qaytarmamışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs Şahid4 ilə qeyri-rəsmi olaraq yaşamış və onun adına bir neçə yeni inşa olunmuş binalarda mənzillər almışdır. -Calal eyni qaydada onun dostu Xudayarı da, aldadıb Xudayara «Toyota Camry» markalı avtomobil təşkil edəcəyinə dair vəd verib oğlu Elmarın 26.690 manat pulunu ələ keçirmişdir. Belə ki, 2018-ci ilin fevral ayında Calal Muhayyir ilə «Görüş» restoranına gəmiş və həmin vaxt dostu Xudayar da onun yanında olmuşdur. Xudayar «Görüş» restoranına gəlib gedərkən onun yanında Calalı görüb tanış olmuşdur. Muhayyir adlı ərəbi ilk dəfə görmüşdür. Calal ərəb dilində sərbəst bildiyinə görə, onun Muhayyirlə danışığını, ona ət göndərməyi ilə bağlı məsələni Calal həll etmiş və Calalın vasitəsi ilə də Muhayir ona ətin pulunu göndərmişdir. Xudayar onların yanında olan zaman Calal ilə onların arasında olan söhbətin şahidi olmuşdur. Xudayar maşınlarla maraqlandıqda Calaldan xahiş etmişdir ki, onada «Toyota Camry» markalı avtomobili gətirsin. Calal Xudayara bir neçə avtomobilin şəklini göstərmiş və Xudayar ağ rəngli «Toyota Camry» markalı avtomobili seçmişdir. Calal həmin avtomobilə görə zəng edib Xudayardan 15.700 ABŞ dolları məbləğində pul istəmişdir. Xudayar da razılaşmış və avtomobili almaq istəyən oğlu Elmara zəng vurub pulu Calala çatdırmasını tapşırmışdır. Təxminən bir saata Xudayarın oğlu Elmar onun ofisinə gəlib avtomobilin pulunu Xudayara vermişdir. Xudayar da həmin pulu Calala vermişdir. X54 da aldadaraq onun pulunu ələ keçirərək Xudayara da avtomobili gətizdirməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayının əvəllərindən 2018-ci ilin fevral ayının sonlarına kimi olan müddətdə onun 330.000, 260.000, 240.000, 50.000,20.000, 47.000, 245.000 ABŞ dollarını və ümumilikdə 1.192.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə təqribən 2.026.400 manat, üstəgəl isə Natəvanın kartına köçürdüyü 4,200 manatı ələ keçirmişdir. 2018-ci ilin aprel ayında Faiqlə Calal arasında 240.000 ABŞ dollarının alınması barədə borc müqaviləsi bağlanmış, Calal həmin pulu da geri qaytarmadığına görə o, məcbur olub Calala icarəyə verdiyi «Range Rover» markalı avtomobilini də Calaldan geri alıb sataraq Şahid3 borc aldığı 240.000 ABŞ dollarını Şahid3 özü ödəmişdir. İlk dəfə təqsirləndirlən şəxs ona verdiyi pulun qazancından verdiyi üçün, o, Calalı ciddi bir sahibkar kimi qəbul etmiş və ona inanıb, ardıcıl olaraq istədiyi pulları vermişdir. O, heç vaxt təqsirləndirilən şəxsin ona dediyi şirkətlərə getməmiş və onların özləri ilə tanış olmamışdır. Təqsirləndirilən şəxs onu heç kəslə tanış etməmiş, bütün işlərlə özü məşğul olmuşdur. O, təqsirləndirilən şəxsdən şübhələnəndən sonra onunla telefon danışıqlarını yazmışdır. O, Calaldan şübhələndikdən sonra, pullarını tələb etdikcə təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmişdir. X1 əməlləri nəticəsində ona ümimilikdə 2.030.865 manat ziyan dəymiş, həmin puldan Təqsirləndirilən şəxs ona yalnız 70.000 manat pul qaytarmış, hal-hazırda o, Təqsirləndirilən şəxs 1.960.865 manat pul tələb edir. Elan olunmuş cinayət işinin 8-ci cild 189-198-ci vərəqələrində olan ifadəsinə əsasən zərərçəkmiş şəxs Vaqif Şıxalıyev bildrimişdir ki, o, istintaq zamanı verdiyi ifadələrindən sonra oturub təqsirləndirilən şəxsə verdiyi pulların hesabatını apararkən ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs onun Calala verdiyi pulların müqabilində ona cəmi 70.000 manat gəlir kimi pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Bəxtiyar oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 2002-ci ildən Zərərçəkmiş şəxs2 Sabirabad rayonunda yerləşən «X37» Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyərək «Ford tranzit» markalı yük avtomobili idarə etmişdir. Onun işi sifariş olunan qoyunları fermadan avtomobilə yükləyib Bakı şəhərinə sifariş edənə təhvil vermək olmuşdur. 2017-ci ilin oktyabr-noyabır ayında Zərərçəkmiş şəxs2 ərəblərlə bağladığı müqaviləyə əsasən ərəblərdən bir nümayəndə fermada oturub qoyunlardan seçib onun avtomobilinə yükləmişlər. O da həmin qoyunları Vaqif müəllimin göstərişi əsasında Bakı şəhəri, Xəzər rayonu ət kəsim məntəqəsinə aparıb təhvil vermişdir. O, bir neçə ay müddətində 15-20 dəfə, hər dəfədə 60-70 baş qoyunlardan avtomobili ilə fermadan yükləyib Bakı şəhərinə aparıb ət kəsim sexinə təhvil vermişdir. Ondan başqa bir sürücü də böyük yük maşını ilə hər dəfə 150 baş qoyunu fermadan yükləyib Bakı şəhərinə daşımışdır. Onlar daşıdığı qoyunlar ət kəsimi sexində kəsilib təyarə ilə Dubaya göndərilmişdir. Ona yol xərcini Zərərçəkmiş şəxs2 vermişdir. Təqsirləndirilən şəxs Sabirabad rayonuna Zərərçəkmiş şəxs2 qoyun fermasına gələndə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atasıdır. Atası Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 104 ünvanında yerləşən «Görüş» restoranının sahibidir. O, atasının ticarət işləri ilə maraqlanmasa da, atası ona demişdir ki, restoranı icarə əsasında işlədən Rafiq adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Calal atasını inandırıb külli miqdarda pullarını almışdır ki, ərəb turistləri ilə işləyir, ərəb turistlərinin avia biletlərini alıb, ərəbləri Azərbaycanda yerləşdirəcək və bundan yaxşı qazanc əldə edəcəkdir. Atası «Range Rover» markalı avtomobilini Calala icarəyə vermişdir. Atası Zərərçəkmiş şəxs2 sözlərinə əsasən 2017-ci ilin oktyabr ayının əvəllərində atası Calala avia biletlərlə bağlı 330.000 ABŞ dolları, növbəti dəfə 260.000 ABŞ dolları vermişdir. Daha sonra atası ərəb turistləri üçün oteller sifariş etmək üçün Calala 240.000 ABŞ dolları vermişdir. Bundan başqa atası Calalın sözlərinə inanıb Bakı şəhərinə gələn ərəblərə zəfəran və başqa ərəblərin istədiyi əşyaları almaq üçün 50.000 ABŞ dolları vermişdir. Atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verərkən o, özü şəxsən bir neçə dəfə iştirak etmiş, məbləği yadında olmasa da, dəqiq görmüşdür ki, atası bir neçə ABŞ dolları paçkasını Təqsirləndirilən şəxs vermişdir. Calal atasını Adıl adlı ərəblə tanış etmişdir. Atası Sabirabad rayonunda yerləşən fermasından qoyunları Bakı şəhəri, Xəzər rayonunda yerləşən ət kəsim yerinə göndərmiş, orada qoyunlar kəsilib yük təyyarəsi ilə Dubaya göndərilmişdir. Bu qayda ilə 47 ton ət göndərilmişdir. Həmin qoyunların əti 470.000 ABŞ dolları etsə də, Calal qoyunların ətindən atasına 225.000 ABŞ dolları vermiş, qalan 245.000 ABŞ dolları verilməmişdir. O, 2018-ci ilin mart ayında bilmişdir ki, Calal atası Vaqifi aldadıb pullarını ələ keçirmişdir. O, Calala dəfələrlə zəng edib atasının verdiyi pulların aqibəti ilə maraqlanmış, pulları nə vaxt qaytaracağını soruşmuş, Calal onun mobil telefonuna elektron qaydada yazılar yazıb pulu ödəyəcəyini vəd vermişdir. Borclu olduğu pul məbləğləri barədə əlyazma qeydləri yazıb şəklini çəkib onun mobil telefonuna göndərmişdir. O, həmin məlumatları telefonundan çap edib və səs yazısını fləşkarta köçürərək istintaqa təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, onun yanında atası bir neçə dəfə təqsirləndirilən şəxsə külli miqdarda ABŞ dolları pul vermiş, lakin, neçə dəfə verməsi yadında deyil. Calal pulu alanda saymamışdır. Biznes qurmaq adı ilə pulları almış, əsasən də turistlərlə işlədiyini demişdir. Bir dəfə atası ona Calaldan pul götürməsini demişdir. Dəqiq yadında deyil, ya 3000 manat, ya da 5000 manat Calaldan pul götürmüş, ondan başqa Calal pul verməmişdir. O, özü şəxsən təqsirləndirilən şəxsə pul verməmişdir. O, dəfələrlə atası ilə Calalın söhbətlərində iştirak etmiş, özü də dəfələrlə Calalla danışıb atasına olan borcunu qaytarmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri tanımamışdır. O, 15 ildən çoxdur ki, yük avtomobili ilə rayonlardan Bakı şəhərinə sifariş olunan ünvana qoyun daşımaqla məşğul olur. 2017-ci ilin oktyabr-noyabr aylarında Elton adlı şəxslə Sabirabad rayon heyvan bazarında tanış olmuşdur. Elton Zərərçəkmiş şəxs2 adlı bir nəfərin fermasında sürücü işlədiyini bildirib, müdiri Zərərçəkmiş şəxs2 Sabirabad rayonunda yerləşən fermasından avtomobili ilə Bakı şəhəri Xəzər rayonuna qoyun aparmağını xahiş etmişdir. Ona görə də o, ümumilikdə 16-17 dəfə, hər dəfəsində 150-160 baş qoyun olmaqla Bakı şəhəri, Xəzər rayonu ət kəsim mərkəzinə aparmışdır. Bunun müqabilində hər dəfə ona yol haqqı olaraq 100-150 manat verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 ərəblərlə bağladığı müqavilə əsasında qoyunlar ət kəsim mərkəzində kəsilərək təyyarə ilə Dubaya göndərilmişdir. O, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs bir ərəblə Zərərçəkmiş şəxs2 fermasına gələndə görmüşdür. Ona Elton qoyunları Bakı şəhərinə aparmağını demiş, Zərərçəkmiş şəxs2lə söhbəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, təxminən 14 ildir ki, 28 may küçəsi ərazisində yerləşən «Məsumə» adlı dini mallar satılan mağazada mühasib işləyir. Mağaza onun adına rəsmiləşdirilsə də, faktiki sahibi Şahid9 Mikayıl oğludur. Təqsirləndirilən şəxs da mağazanın sahibi Rafəddinin tanışı kimi mağazaya gəlib gedərkən tanımışdır. Calalı 2017-ci ildən tanıyır. Calal əslən Lənkaran şəhərindən olduğundan həmyerli kimi aralarında münasibət yaranmışdır. Calal ona danışmışdır ki, Bakı şəhərinə gələn ərəb turistləri ilə işləyir, onların qəbulu, yerləşdirilməsi və gəzdirilməsi işləri ilə məşğul olur. Calal mağazaya tez-tez bahalı avtomobillərlə gəlibgetmişdir. Calal Dubaya ərəblərə ət göndərdiyini də demişdir. Calal ərəblərin özləri ilə gətirdikləri dirhəm pul vahidlərini dollara və ya azərbaycan manatına dəyişmək üçün etibarlı yer olmasını soruşanda Rafəddin yolun digər kənarında «Əmrah» bankın yerləşdiyini, işçilərin tanış olduğunu deyərək ona da tapşırmışdır ki, həmin işdə Calala köməklik etsin. Calal həmiçinin ona demişdir ki,Calalın ərəbləri gəzdirən sürücüləri gəzdirdikləri turistlərdən aldığı pulları gətirib ona versinlər. Lazım olduqda həmin pullardan götürüb otellərə və ya şirkətlərə ödəniş edəcəkmiş. Calal həmin işləri görsə ona əmək haqqı verəcəyini vəd etmişdir. Onun ev şəraiti yaxşı olmadığından bu haqda Calala demiş, Calal ona Hövsan qəsəbəsində bir neçə ev inşa etdiyini, Calalın tapşırdığı işləri vicdanla görüb Calala köməklik etsə, həmin evlərdən birini ona verəcəyini, həmin evin pulunu da əmək haqqından çıxacağını bildirmişdir. O da Calalın təklifi ilə razılaşmışdır. Bundan sonra Calal ona böyük məbləğlərdə ABŞ dollarları verib saxlamağa, özü demədən heç kimə verməməyini tapşırmışdır. Calal ona bir dəfə 330.000 ABŞ dolları pul vermişdir. Calal ona sürücülərlə də pul göndərmişdir. O, aldığı pulların qeydiyyatını aparıb sonra həmin pulları Calalın dediyi otellərə, əsasən də, oteldə işləyən Natavan xanımın hesabına ödəniş terminalları vasitəsi ilə ödənişlər etmişdir. Calalın özü də gəlib ona verdiyi pullardan götürmüşdür. 2017-ci ilin oktyabr ayında bir dəfə Calal gətirib ona 200.000 ABŞ dolları, 2-3 gündən onra isə yenə gətirib 130.000 ABŞ dolları verib saxlamağını tapşırmışdır. Sonra Calal həmin pulları hissə-hissə ondan almışdır. Həmin vaxtlarda Calalın tapşırığı ilə Vaqif adlı şəxsin sürücüsü Eltona bir dəfə 6.000 manat, bir dəfə 10.000 manat, bir dəfə 6.000 manat və bir dəfə 3.000 manat pul vermişdir. Calal ödəyəcəyi pullarda gecikmələr olduğunu deyib müəyyən ödənişləri onun və Rafəddinin ödəməsini demişdir. Rafəddin də arada olan münasibətə görə Calalın ödənişlərini mağazada yığılan pullardan ödəməyini ona tapşırmışdır. O da Rafəddinin tapşırığı ilə Calalın yerinə 20.000 manat hissə-hissə həmin ödənişləri otellərə, digər yerlərə mağazadan yığılan pullardan etmişdir. Sonra Calal pulu qaytarmayıb demişdir ki, Dubayda Muhayir adlı ərəbdə 200.000 ABŞ dolları, Adıl adlı ərəbdə 300.000 ABŞ dolları pulu qalıb, ala bilmir. Həmin adamlara qoyun əti göndərmiş, indi də, pulunu ala bilmir. Rafəddin Dubaya mal gətirməyə gedəndə Calal Dubayda həmin şəxlərlə göürüşüb pulunu onlardan almasını demişdir. X38 dediyi həmin şəxslərdən pul ala bilməmişdir. Rafəddin isə Dubayda gözləsə də, ona heç kim ödəniş etməmişdir. Yalnız bir nəfər cəmi 3.000 ABŞ dolları vermişdir. Calalın onlara 48.000 manat borcu yaranmışdır. Calal onlara borclu qaldığı 48.000 manat pulu qaytarmamışdır. Sonra eşitmişdir ki, Calal Zərərçəkmiş şəxs2 də aldadaraq külli miqdarda pulunu ələ keçirdiyinə görə Vaqif Calaldan şikayət etmiş və Calalın barəsində cinayət işi başlanıb həbs olunmuşdur. O da Calaldan şikayət etmişdir. Calala gördüyü işlərin əvəzində Calal bir dəfə ona 100 ABŞ dolları, bir neçə dəfə də 5-10 manat hörmət etmiş, bir dəfə də o, «Samsung» markalı mobil telefon hədiyyə etmişdir. Onun notbukda «Excel» proqramında tərtib etdiyi cədvəl üzrə apardığı hesabat əsasında 2017-ci ilin oktyabr ayından 10 aprel 2018-ci il tarixinə kimi Calal ona 1.023.836 ABŞ dolları və 406.290 manat pul verib həmin pulları sonra ondan hissə-hissə geri almışdır. O, Calalın həmin dövrdə pulları haradan əldə etdiyini bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, Cəlalın göstərişi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 qızı Sonaya dəfələrlə pullar vermişdir. Həmçinin də, Calalın ona vəkil kimi təqdim etdiyi Şahid23 dəfələrlə gətirib ona Calalın deməsi əsasında xeyli miqdarlarda ABŞ dollarları vermiş və sonra da gəlib Calalın deməsi əsasında həmin pulları ondan götürmüşdür. Cədvəldə bəzi pulları Calalın deməsinə görə ətin pulu kimi qeyd etmişdir. O, tərtib etdiyi cədvəli istintaqa təqdim etmiş, həmin cədvəldən başqa o, heç kimə pul verməmişdir. O, işlədiyi mağazanın sahibi Rafəddinin tapşırığı ilə Calalın gətirdiyi pulları götürüb saxlamışdır. Zərərçəkmiş şəxs2 bu hadisələr qabarandan sonra tanımışdır. Pulları Cəlal ona saxlamaq üçün vermiş, sonra da lazım olanda gəlib həm özü götürmüş, həm özünün deməsinə görə kimə lazımdırsa həmin adam gəlib götürmüşdür. Təxminən 2 il ərzində Calalla işləmişdir.Həmin müddət ərzində Calalla narazılığı olmamışdır. Heç kəs gəlib Calaldan narazılıq etməmişdir. Calal ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, restoran fəaliyyəti ilə məşğul olur, müxtəlif ünvanlarda restoranları icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxsi təxminən 20 il olar ki, tanıyır. 2017-ci ilin təxminən yay aylarında tanışı Füzuli Şıxəliyev ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs2 Nəsimi rayonu ərazisində yerləşən «Görüş» restoranını icarəyə verdiyini, həmin restoranı götürüb işlətməyini təklif etmişdir. O, Zərərçəkmiş şəxs2lə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 104 saylı ünvanda yerləşən «Görüş» restoranında görüşərək onunla razılaşıb həmin ilin sentyabr ayının əvəllərindən «Görüş» restoranını icarəyə götürüb işlətməyə başlamışdır. Vaqif Şıxəliyev demək olar ki, hər gün restorana gəlib-getmişdir. Həmin vaxtlarda tanışı Calal da restorana gəlib gedərkən Vaqiflə tanış olmuşlar. Həmin vaxtlar Calal Bakı şəhərinə gələn ərəblərlə işləmişdir. O, özünə məxsus «Vito» markalı avtomobili Calala icarəyə vermişdir. Calal ərəblərə icarəyə vermək üçün ayını 6.000 manata «Rang Rover» markalı avtomobil axtarmış, o da restoranda Vaqif müəllimə danışmışdır. Sonradan Vaqif müəllim «Rang Rover» markalı avtomobil alıb Calala hər ayı 6.000 manata icarəyə vermişdir. O, Calalın restorana Adıl adlı ərəbi gətirib Vaqif müəllimlə tanış etdiyini, Adılın qoyun ətinin alveri ilə məşğul olduğunu, Azərbaycandan qoyun alıb Ərəbistana göndərdiyini bilmişdir. Restoranda onların söhbətində iştirak etmiş və sonra Vaqif müəllim həmin ərəbi Calalla birlikdə Sabirabad rayonunda yerləşən fermasına aparıb qoyunları ərəbə göstərmişdir. Sonra Vaqif müəllim Calalın vasitəçiliyi ilə müqavilə bağlayıb fermasındakı qoyunlardan Adılə satmağa başlamışdır. O, Vaqif müəllimlə söhbət əsnasında ona demişdir ki, pis zəmanədir satdığı qoyunların ətinin pulunu əvvəldən alsın. Vaqif müəllim ona acıqlı cavab verərək bildirmişdir ki, o, uşaq deyil, onu heç kəs aldada bilməz. Onun məsləhəti Vaqif müəllimin xoşuna gəlmədiyindən, o, Vaqif müəllimin işlərinə qarışmamış və söhbətlərində iştirak etməmişdir. Sonradan o, «Görüş» restoranını işlədə bilmədiyindən 2017-ci ilin oktyabr ayının əvəllərində restoranı Vaqif müəllimə təhvil vermişdir. 2018-ci ilin mart ayında Vaqif müəllim ona zəng vuraraq Calalın onu aldadıb pullarını yediyini demişdir. O, isə Vaqif müəllimə xatırlatmışdır ki, ona pul almamış nisyə ət verməməsini əvvəldən demişdir. O, hərdən-bir Vaqif müəllimə zəng edib pullarını Calaldan geri alıb-almamasını soruşanda Vaqif demişdir ki, Calal müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq pulunu qaytarmır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq müxtəlif vədlər verməklə pullarını ələ keçirdiyini bilməmişdir. Çünki, icarəyə götürüb işlətdiyi «Görüş» restoranını 2017-ci ilin oktyabr ayında geri təhvil vermişdir. Vaqiflə Calalın söhbətlərində iştirak etməmişdir. O, Calala iki ədəd «Mercedes Sprinter» markalı avtomobili 2000-2500 manata, «Mercedes Vito» markalı avtomobili isə 3000-3500 manata icarəyə vermişdir. Calal həmin avtomobillərin icarə haqqını vaxtında ödəyə bilmədiyinə görə hər iki avtomobilləri geri alıb satmışdır. Zərərçəkmiş şəxs2 qardaşını tanımış, onun vasitəsi ilə də Vaqifi tanımışdır. Calalın Vaqifdən nə qədər pul almasını o, bilməmiş, sonradan eşitmişdir ki, Calal Zərərçəkmiş şəxs2 pullar alıb qaytarmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi o, tanımamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1998-ci ildən tanıyır. Vaqiflə dostluq münasibəti olmuşdur. 2017-ci ilin dekabr ayının ortalarında Vaqif biznes işləri üçün ondan 240.000 ABŞ dolları borc pul istəmiş, o da həmin pulu Vaqifə vermişdir. Sonradan bilmişdir ki, Calal adlı şəxs Azərbaycana gələn xarici turistlər üçün bilet almaq, otelləri bron etmək adı ilə Zərərçəkmiş şəxs2 külli miqdarda pul almışdır. Zərərçəkmiş şəxs2 də ondan həmin 240.000 ABŞ dollarını alıb Calala vermişdir. Zərərçəkmiş şəxs2 Calalın onu aldadıb pullarını ələ keçirməsini ona demişdir. Sonradan o, Zərərçəkmiş şəxs2 xahişi ilə 16 aprel 2018-ci ildə 19 saylı notariat kontoruna gedib Təqsirləndirilən şəxsla kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs 10.06.2018-ci il tarixdə 240.000 ABŞ dollarını qaytarmaq öhdəliyini üzərinə götürsə də, həmin pulu qaytarmamışdır. Ona görə də Zərərçəkmiş şəxs2 ondan aldığı 240.000 ABŞ dollarını ona özü qaytarmışdır. Vaqifin ərəblə pul problemi olmuş, ərəb Vaqifə ətin pulunu verməmişdir. Vaqif ondan tələb etdiyi 240.000 ABŞ dolları həmin puldur. Pulu o, Vaqifə vermiş, Vaqif də demişdir ki, həmin pula dair Təqsirləndirilən şəxsla müqavilə bağlamaq lazımdır, o da Vaqifin deməsinə görə həmin müqaviləni bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Mikayıl oğlu ifadəsində göstərmişdir ki, onun 28 may küçəsi ilə Fikrət Əmirov küçəsinin kəsişməsində F.Əmirov küçəsi 13 ünvanında yerləşən «Məsumə» adlı dini mallar satılan mağazası var. Həmin mağaza Şahid8 adına rəsmiləşdirilsə də, ona məxsusdur. O, əslən Lənkəran rayonundan olan Təqsirləndirilən şəxs Həcc ziyarətinə adam aparan, özünü dindar olan bir şəxs kimi tanımışdır. 2017-ci ilin əvəllərində Calal bir neçə həmyerlisi ilə birlikdə mağazaya gəlmişdir. Calal bildirmişdir ki, Bakı şəhərinə gələn ərəb turistləri ilə işləyir, onların qəbulu, yerləşdirilməsi və gəzdirilməsi işləri ilə məşğul olur. Calal mağazaya tez-tez bahalı avtomobillərlə gəlib ciddi işlərlə məşğul olduğunu deyərək mobil telefonundakı şəkilləri ona göstərmişdir. Calal Dubaya ərəblərə ət göndərdiyini də demişdir. Calal ərəblərin özləri ilə gətirdikləri dirhəm pullarını dollara və ya Azərbaycan manatına dəyişmək üçün etibarlı yer olmasını soruşanda, o, yolun digər kənarında «Əmrah» bankın yerləşdiyini, bankın işçilərini tanıdığını demiş və mağazanın işçisi Rüfətə tapşırmışdır ki, həmin işdə Calala köməklik etsin. Calal ona demişdir ki, Calalın ərəbləri gəzdirən sürücüləri var, sürücülər gəzdirdikləri turistlərdən aldığı pulları gətirib Rüfətə versin həmin pullardan Calal deyəndə Rüfət otellərə və şirkətlərə ödəniş etsin. Calal demişdir ki, Rüfət Calalın dediklərini doğrultsa, Rüfətə hörmət edəcək, əmək haqqı da verəcək. Bundan sonra Calal Rüfətin yanına sürücülərlə pul göndərmişdir. Rüfət aldığı pulları Calalın dediyi otellərə, əsasən də, oteldə işləyən Natavan xanımın hesabına ödəniş terminalları vasitəsi ilə ödəmişdir. Bir dəfə o, Dubaydan mağaza üçün mal gətirmək üçün Calaldan 25.000 ABŞ dolları borc pul alıb Dubaya gedərək həmin pula paltar alıb Bakı şəhərinə gətirərək satıb Calalın pulunu qaytarmışdır. Bundan sonra Calal ödəyəcəyi pullarda gecikmələr olduğunu deyib ona və satıcısı Rüfətə demişdir ki, Calalın yerinə dediyi hesablara pul ödəsin, sonra onların pulunu qaytaracaqdır. Rüfət Calalın yerinə 20.000 manat hissə-hissə həmin ödənişləri otellərə, digər yerlərə mağazadan yığılan pullardan etmişdir. Sonra Calal pulu qaytarmayıb demişdir ki, X42 adlı şəxsdə 200.000 ABŞ dolları, Adıl adlı şəxsdə 300.000 ABŞ dolları pulu qalıb, lakin, ala bilmir. Həmin adamlara qoyun əti göndərib, indi də, pulunu ala bilmir. Calal ona təklif etmişdir ki, Dubaya mal gətirməyə gedəndə həmin adamlarla görüşüb ona verəcəkləri puldan nə qədər ala bilsə, həmin pula da, mal alıb gətirib mağazasında satsın. Calal bildirmişdir ki, əldə etdiyi puldan Calalın borcunu çıxar. O da hər dəfə Dubaya mal gətirməyə gedəndə 20.000-30.000 ABŞ dolları pul lazım gəldiyindən razılaşmış və Dubaya getmişdir. O, 15 gün Dubayda qalmışdır. Həmin müddətdə Calalın tapşırığı ilə Rüfət mağazanın yığılan pulundan Calalın əvəzinə 28.000 manat da ödəniş etmişdir. Bununla da, Calalın ona 48.000 manat borcu yaranmışdır. Calala Dubayda pul verəcək adamlardan cəmi 3.000 ABŞ dolları pul ala bilmişdir. Calal da bank vasitəsi ilə ona 2000 ABŞ dolları göndərmişdir. O, həmin pulla cüzi miqdarda mal alaraq Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Calal onlara borclu qaldığı 48.000 manat pulu qaytarmamışdır. O, sonra eşitmişdir ki, Calal Zərərçəkmiş şəxs2 aldadaraq külli miqdarda pulunu ələ keçirdiyinə görə Vaqif Calaldan şikayət etmiş və Calalın barəsində cinayət işi başlanıb həbs olunmuşdur. Rüfət də, Calaldan şikayət etmişdir. O, Calalın mağazaya gətirib qoyduğu pulların nə pullar olmasını bilməmişdir. Calal ona demişdir ki, ərəblərlə işləyir. O, Zərərçəkmiş şəxs2 bir neçə dəfə görmüş, sonra bilmişdir ki, Calal Vaqifdən də pullar almışdır. O, vergi ödəyicisidir. Təqsirləndirilən şəxsn mağazasında saxladığı pulların dəyişdirilməsi ilə bağlı nə qədər vergi verib-verməməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, Şahid22 təsis etdiyi “Elnur-2” X7 şirkətində memar işləyir. Zərərçəkmiş şəxs2 Xudayarın tanışıdır. Zərərçəkmiş şəxs2 Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Görüş» restoranı olmuşdur. Xudayarla o, həmin restorana gedib-gələrkən Vaqifin yanında Təqsirləndirilən şəxs görüb bir iş adamı kimi tanımışdır. Sonradan o, eşitmişdir ki, Təqsirləndirilən şəxs Vaqif müəllimin yanında Xudayar müəllimə söz vermişdir ki, Xudayar müəllimin oğlu Elmara Dubaydan avtomobil gətirəcək. Bu adla da Calal Zərərçəkmiş şəxs2 ofisində Elmardan 26.690 manat pul almışdır. X65 maşın gətirməmişdir. Bundan sonra o, dəfələrlə şahid olmuşdur ki, görüş kafesində Zərərçəkmiş şəxs2 və Şahid22 Calaldan verdikləri pulları geri tələb etmişlər. Calal isə hər dəfə bir bəhanə gətirərək pulları geri qaytarmamışdır. O, onların söhbətlərindən eştimişdir ki, Calal Zərərçəkmiş şəxs2 də külli miqdarda pullar alıb sonra qaytarmamışdır. Onun yanında pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən turizm işi ilə məşğul olur. 12 il Türkiyə Cümhuriyyətində turizm şirkətində işləmiş, otel müdiri olmuş, aylıq qazancı 4000-5000 ABŞ dolları olmuşdur. 2009-cu ildə Azərbaycana gələrək «Gəncəli Plaza» oteldə, 2011-2013-cü illərdə «Çıraq Plaza» da, 2013-2016-cı illərdə «Sapphire» hoteldə satış meneceri, 2017-ci ilin mart ayından 2018-ci ilin iyul ayına kimi «Vinter Park» oteldə satış meneceri, 2018-ci ilin avqust ayından isə “Saphire Hotel” də satış meneceri işləmişdir. Təqsirləndirilən şəxs Calal Hüseyovu əvvəllər tanımamışdır. Calal onun işlədiyi «Winter otel»ə çoxlu sayda qonaq gətirdikdən sonra tanış olmuşlar. Belə ki, onun işi turizm və korporativ şirkətləri otele cəlb etmək, onların nümayəndələri ilə daim əlaqədə olmaq, onların göndərdiyi qonaqları otelə yerləşdirmək, yüksək səviyyədə xidmət edilməsinə, qonaqların otelə ödəniş etməsinə nəzarət etməkdən ibarət olmuşdur. 2017-ci ilin iyul ayında «Winter Park» oteldə satış meneceri işləyən vaxt təqsirləndirilən şəxs Calal Hüseyov ərəb qonaqlarını otelə gətirmişdir. Calal «Baku Travel- 2017» turizim şirkətini işlətdiyini ona demişdir. O, Calalın gətirdiyi qonaqları otelə yerləşdirmişdir. Vaxt keçdikcə Calal otelə daha çox sayda qonaq gətirməyə başladığından tez-tez otelə gəlmişdir. Bu səbəbdən Calalla münasibəti yaranmışdır. 2018-ci ilin mart ayına kimi Calal çoxlu sayda qonaqlarını otelə gətirib və vaxtında otelin ödənişini etmişdir. 2018-ci ilin mart ayında o, 1 həftə işə çıxmamışdır. İşə çıxanda müəyyən etmişdir ki, Calalın otelə 40.000 manat borcu var. O, Calaldan otelə olan borcunu ödəməsini tələb etdikdə Calal hər dəfə pulu ödəyəcəyinə söz versə də, ödəniş etmədiyindən, o, Calalın otelə gətirdiyi təzə qonaqlarını qəbul etməmişdir. Sonra Calal təklif etmişdir ki, Calalın qonaqlarını qəbul edim və həmin qonaqlardan Calala qalan qazancları verməyib borcuna çıxsın. O, razılaşıb Calalın qonaqlarını yenidən otelə dəvət etmişdir. Bu yolla Calalın otelə olan borcundan 16.400 manat toplasa da, qalan pulu Calaldan ala bilməmişdir. 2017-ci ilin oktyabr ayında bir dəfə Calalla yemək yemək üçün ”Görüş” kafesində olarkən Calal Zərərçəkmiş şəxs2 təqdim edərək restoranın sahibi olduğunu bildirmişdir. 28.06.2018-ci il tarixdə o, «Sapphire» oteldə yemək yeyərkən qeydiyyatçı qız zəng etmişdir ki, turizm şirkətindən Sona adlı bir xanım gəlib onu gözləyir. O, aşağı düşərək otelə gələn qanaqları qəbul edərkən həmin vaxt Calal da otelə gəlmişdir. Bu vaxt yaşlı bir kişi sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 Calalın ünvanına dələduz sözünü işlətmiş və Calalın üz nahiyəsindən əli ilə vurmuşdur. Sonra Calalla həmin şəxs əlbəyaxa olub dalaşmışlar. O, çətinliklə oteldə olanlarla köməkləşib onları aralayaraq oteldən çıxmalarını tələb etmişdir. O, Calaldan otelə olan borcunu ödəməsini tələb edəndə Calal Dubaydan bir nəfərin Calalı aldadaraq külli miqdarda pulunu ələ keçirdiyini, hazırda borcunu ödəməyə pulu olmadığını demişdir. 01.03.2018-ci il tarixdə otelə Calalın qonaqları gəlmişdir. O, qonaqları 5 otaqda yerləşdirmişdir. Həmin qonaqların toplam pulu 4.197 manat təşkil etmişdir. Calala zəng edərək qonaqların pulunu ödəməsini demişdir. Calal da həmin gün saat 11 radələrində Elton adlı şəxslə 2.937 manat göndərmiş, günorta saatlarında isə onun kredit kartına qalan 1.260 manatı Nigar adlı qadının adından yükləmişdir. O da kart hesabından həmin pulu çıxarıb otelə ödəniş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, Türkiyədə işləyib qazandığı pulları “Ziraat” bankla Azərbaycana gətirmişdir. Elə də olmuşdur ki, qanunla nəzərdə tutulmuş miqdarda pulları özü gələndə hissə-hissə də gətirmişdir. O, öz adına bir neçə ev almışdır. Evləri Türkiyədə işləyib qazandığı pullarla almışdır. O, evləri alanda həmin evlər indiki vaxta görə ucuz olmuşdur. Calal gətirdiyi turistlərin pullarını Calal özü ödəmişdir. Bəzi hallarda Calal turistlərin otelə yerləşdirilməsi ilə bağlı müqavilə bağlamamış, hər dəfə müqavilə bağlayacağını demiş, lakin bağlamamışdır. Əgər qonaq özü otelə gəlirdisə pulu da qonaq özü ödəmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 76-77-ci vərəqələrində olan sənədlərə münasibətdə Şahid4 bildirmişdir ki, elan olunmuş sənədlərdə göstərilən «Park Azure» yaşayış kompleksindən ümumi sahəsi 120 kv.m olan 2 otaqlı mənzili müqavilə əsasında təxminən 2014-cü ildə almışdır. Həmin vaxt o, təqsirləndirilən şəxsi tanımamışdır. Həmin mənzili öz puluna almışdır. Həmin mənzili səhv etmirsə 174.000 manata almışdır. Mənzilə dair çıxarış 2018-ci ildə verilmişdir. Onun “Folksvaqen” avtomobili olmuş, həmin avtomobili o, satıb “Mazda CX7” avtomobilini almışdır. Atomobili o, bankdan kredit götürüb almışdır. Avtomobili öz puluna almışdır. Onun heç bir bankda depozitdə pulu yoxdur. Elan olunmuş cinayət işinin 6-cı cild 185-ci vərəqələrində olan «Premium Bankın» 04.10.2019-cu il tarixli məktubuna əsasən Şahid4 bildirmişdir ki, həmin bankda onun 2743 avro pulu olmuş, onu da çoxdan çıxartmışdır. Cinayət işinin 6-cı cild 237-ci vərəqələrində olan “ACCESSBANK”-dan daxil olan məktuba əsasən Şahid4 bildirmişdir ki, həmin bankda da depoziti yoxdur, az miqdarda pul olub onu da çıxartmışdır. Bütün əmlaklar, pul vəsaitləri onun özünə məxsus olmuş, Təqsirləndirilən şəxs həmin əmlakların heç bir dəxli yoxdur. Məhkəmə iclasında proses iştirakçıalrının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, 2011-ci ildə Daxili İşlər orqanlarında polis nəfəri kimi işə qəbul olunaraq həmin vaxtdan Xətai RPİ-nin 35-ci Polis bölməsinin rəisi Şahid12 sürücüsü işləmişdir. 2015-ci ildə polisdən işdən çıxıb Vaqif müəllimin sürücüsü kimi işləməyə başlamışdır. 2017-ci ildə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Görüş» restoranını Rafiq adlı iş adamına icarəyə vermişdir. O, hər gün Vaqif müəllimi həmin restorana aparmış və yeməyini həmin restoranda yediyindən Vaqif müəllimin restoranda Calal adlı şəxslə çay içib yemək yediyini görsə də, onların hansı mövzuda söhbət etdiklərini bilməmişdir. Vaqif müəllim aldığı «Land Rover» markalı avtomobilini hər ayı 6.000 manatdan olmaqla Təqsirləndirilən şəxs icarəyə vermişdir. Bundan əlavə Calalın Vaqif müəllimin Sabirabad rayonunda yerləşən fermasından xırda buynuzlu qoyunları Bakı şəhərinə gətirib Xəzər rayonu ərazisindəki kəsim məntəqəsində kəsdirib Dubaya göndərdiyinin şahidi olmuşdur. O,Vaqif müəllimin göstərişi ilə 12 oktyabr 2017-ci il tarixdə Xəzər rayonu Buzovna Qəbəbəsi, Albalılıq bağ sahəsində yerləşən ət kəsim yerinə gedərək Calal vasitəsi ilə ət kəsim yerində kəsilib Dubaya göndərilən qoyunların çəkisini, neçə baş olmasını, hansı tarixdə kəsildiyini öz dəftərində qeydiyyatını aparmışdır. Ətlər kəsildikdən sonra ət kəsim yerinin sahibi Nazim adlı şəxsin təşkilatçılığı ilə təyyarə ilə Dubaya göndərilmişdir. O, qeydiyyat apardığı dəftəri istintaqa təqdim etmişdir. Bundan başqa Vaqif müəllimin tapşırığı ilə 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına kimi olan müddətdə o, demək olar ki, hər ay «28 May» küçəsində yerləşən «Jasmine» adlı ətir yağları satılan dini mağazaya gedib Calalın adını verərək 6.000 manat,10.000 manat və 3.000 manat pullar mağazanı işlədən Rüfət adlı şəxsdən alıb gətirib Vaqif müəllimə çatdırmışdır. Bir dəfə pulu almağa gedəndə Calal da mağazada olmuşdur. O, hər dəfə pulu almağa getməmişdən əvvəl Calala zəng edib onunla əlaqə saxlamış, Calal deyəndə ki, gedib pulu götürsün, ondan sonra gedib pulu Rüfətdən alaraq Calala zəng edib pulu götürdüyünü demiş və həmin pulları aparıb Zərərçəkmiş şəxs2 çatdırmışdır. Məhkəmə iclasında proses iştirakçıalrının razılığı ilə elan olunaraq araşdırılmış Şahid18 ifadəsindən görünür ki, 2012-ciildən X13 Dubay şəhərində yerləşən «Fly-Dubai» avio şirkətinin Azərbaycan Respublikasında avio biletlərin satışını həyata keçirən «xxxx» MMC-nin meneceri, 2016-cı ildən hazırki vaxta kimi həmin MMC-nin drektoru vəzifəsində işləyir. Onun iş ofisi Üzeyir Hacıbəyov küçəsində yerləşir. «Bakı xxxx» şirkəti ona tanış gəlmir, həmin turizm şirkəti ilə işləmələrini xatırlamır. Təqsirləndirilən şəxs isə 2017-2018ci illərdə xaricdən gələn qonaqların qəbulu və yerləşdirilməsi ilə məşğul olan bir iş adamı kimi tanımışdır. Calalın onun işlədiyi şirkətdən öz adına və ya hansısa şirkət adına bilet almasını xatırlamır. Bir dəfə Calal Dubaya «Fly Dubai» şirkəti ilə qoyun əti göndərmək üçün danışmış, lakin qiymətlə bağlı razılaşmamışlar. Calalın «xxxx» MMC-yə külli miqdarda əvvəlcədən avio bilet sifariş verməsini xatırlamır. Ona təqdim olunmuş 5 ədəd qəbz “xxxx» MMC-yə aid deyil, həmin qəbzin kim tərəfindən və harada tərtib olunmasını bilmir. Məhkəmə iclasında proses iştirakçıalrının razılığı ilə elan olunaraq araşdırılmış Şahid20 ifadəsindən görünür ki, «X68 Group» MMC-nin təsisçisidir. Həmin cəmiyyətin işi xırda və iri buynuzlu heyvanların saxlanılması, kəsimi və emalından ibarətdir. Həmin cəmiyyət Azərbaycanda yeganə şirkətdir ki, müvafiq lisenziya əsasında X17 xırda və iri buynuzlu heyvanların ixracını həyətə keçirir. Təxminən 2017-ci ilin sentyabr-oktyabr aylarında əvəllər tanımadığı Calal adlı şəxs bildirmişdir ki, kəsimə xırda buynuzlu heyvan gətirib kəsdirib ətini Dubaya göndərmək istəyir. Onlar məhz həmin işlə məşğul olduqlarına görə cəmiyyətin şərtlərini deyib ümumi razılığa gəlmişlər. Calal danışığa Adıl adlı ərəbi də gətirmişdir. Bundan sonra o, şirkətin aidiyyəti işçilərinə həmin işlə məşğul olmağı göstəriş vermişdir. Bundan sonra Calal yük maşınları ilə qoyunları kəsim məntəqəsinə gətizdirmiş və cəmiyyətin işçiləri qoyunları kəsib hazırlayaraq təyyarə ilə X17 yola salmışlar. Onlar təxminən 6 ay müddətində Calal ilə işləmişlər. Calalın xidmət haqqını ödəməkdə gecikdirdiyinə görə o, işçilərinə tapşırıq vermişdir ki, Calalın gətirdiyi qoyunları qəbul etməsinlər. Bir neçə gün sonra ona Zərərçəkmiş şəxs2 adlı şəxs zəng edərək Calalın gətirdiyi qoyunların ona məxsus olduğunu, görüşüb söhbət etmək istədiyini demişdir. O, Zərərçəkmiş şəxs2lə görüşərək Calalın işçilərin zəhmət haqqını vermədiyini dedikdə, Vaqif bildirmişdir ki, artıq bu sahədə problem olmayacaqdır daha çox iş görəcəklər. Onlar bir az da işləmişlər və Calal «X68 Group» MMC-yə olan borcunu ödəmişdir. Sonra Calal qoyun gətirməyib əlaqəni kəsmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 ona zəng edib Adıla göndərdiyi qoyun ətinin pulunu sonuncunun vermədiyini, Adılı tapmaqda ona köməklik etməsini demişdir. O isə, həmin işlə məşğul olmadığını, Calalın «X68 Group» MMC-yə gətirdiyi qoyunların hamısının kəsilərək BƏƏ-nə göndərildiyini, zəhmət haqqını isə aldığını demişdir. Həmin epizodla bağlı məkəmədə aşağıdakı sənədlər tədqiq olunmuşdur: Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevin raportundan görünür ki, 30.05.2018-ci il tarixdə vət. Zərərçəkmiş şəxs2 30.05.2018-ci il tarixdə Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2017-ci il noyabr ayından tanıdığı, özünü böyük turizm şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək etibarından sui-istifadə edib hissə-hissə olmaqla ondan ümumilikdə 877.000 ABŞ dolları pulunu ələ keçirərək onu aldatmışdır. Cinayət işinin 1-ci cild 13-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək özünü turizm şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs onu külli miqdarda qazanc əldə edəcəyi ilə aldadaraq 877.000 ABŞ dolları pul alaraq ona qarşı dələduzluq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 müraciəti əsasında sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs pulların verildiyi ünvana baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulları ünvan 5 ünvanda yerləşən Görüş restoranında verdiyi müəyyən edilmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğin bütün hissəsini restoranda ayrı-ayrı vaxtlarda, hissə-hissə Calala vermişdir. Cinayət işinin 1-ci cild 147-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2018-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifşa edərək, bir daha aşağıdakıları bildirmişdir: “... 2017-ci ilin sentyabr ayının əvvəllərində «Görüş» restoranında Rafiqin vasitəsi ilə Calal Hüseyovla tanış olmuşdur. 2017-ci ilin oktyabr ayında Rafiq mənə bildirdi ki, Calal özünə icarə üçün «Range Rover» markalı avtomobil axtarır, ona təzə «Range Rover» markalı avtomobil alıb icarəyə versəm mənə hər ay 6.000 manat icarə haqqı verəcəkdir, avtomobili də nə vaxt istəsəm geri götürə bilərəm. Mən 2017-ci ilin oktyabr ayının əvvəllərində 92.000 ABŞ dollarına «Range Rover» markalı avtomobil alıb həmin avtomobilə görə idarə etmək üçün Calala etibarnamə verdim. 2017-ci ilin oktyabr ayında Calalla «Görüş» restoranında əyləşərkən Calal bildirdi ki, böyük planları var, ona pul verdiyim təqdirdə böyük məbləğdə pullar qazanc verə bilər. Mənə dedi ki, «Fly Dubay» şirkətinin Bakı nümayəndəliyi ilə işləyir, onlarla danışıqlar aparır, imkanı var ki, «Fly Dubay» şirkətinə aid Bakı-Dubay və Dubay-Bakı avia reysləri bütöv alsın, ona pul verdiyim təqdirdə həmin reyslərə görə satılan avia biletləri «Fly Dubay» şirkətinin Bakı nümayəndəliyindən maya dəyərinə alacaq və müştərilərə satıb qazanc əldə edəcək və həmin qazancı yarı bölərik, şirkətdən biletin birini 426 manata alıb müştərilərə 850 manata özü satacaqdır. 330.000 ABŞ dollar verdiyim pulun qarşılığında ayda mənə aşağısı 100.000 ABŞ dolları qazanc verəcəkdir. Calal məni inandırdı və 2017-ci ilin oktyabr ayının sonlarında «Görüş» restoranında təklikdə Calala sayıb 330.000 ABŞ dollar verdim. 2017-ci ilin noyabr ayının sonlarında Calal gətirib mənə qazanc kimi 80.000 manat məbləğində pul verib dedi ki, həmin pul verdiyi 330.000 ABŞ dollarının aylıq qazancıdır. Bu qaydada hər ay ona qazanc pul verəcəkdir, istəsə qazanc pulları üst-üstə yığıb sonra cəm halda verə bilər. 2017-ci ilin noyabr ayında Calal mənə bildirdi ki, əlaqələrini genişləndirir, artıq «Küveyt» Hava yollarının Bakı nümayəndəliyi ilə danışmışdır, ona 260.000 ABŞ dolları versəm həmin pulun üstünə özü də, pul qoyub «Küveyt» Hava yollarının Bakı nümayəndəliyinə verəcək və həmin şirkətin Küveytdən Bakı şəhərinə və Bakı şəhərindən Küveytə olan bütün avio reyslərini alacaqdır. Mən Calalın sözlərinə inanıb 2017-ci ilin noyabr ayının əvvəllərində Beynəlxalq Bankın ünvan 17 ünvanında yerləşən Nəqliyyat filialında depozitdə olan 260.000 ABŞ dollarını bankdan çıxarb elə bankın düz qarşısında Calala etibar etdiyim Range Rover markalı avtomobilin içərisində ona verdim. Calal onunla razılaşmışdır ki, əvvəldən aldığı 330.000 ABŞ dollarının və ikinci dəfə aldığı 260.000 ABŞ dollarının aylıq qazancını toplayıb 2018-ci ilin mart ayında cəm halda ona verəcəkdir. 2017-ci ilin dekabr ayında Calal ona bildirmişdir ki, Azərbaycana gələn ərəb turistləri ilə işləyir, əgər ona 240.000 ABŞ dolları pul versəm həmin pulu o Bakıdakı hotellərə depozitə qoyacaqdır və həmin sahədən ayda 100.000 manat qazanc gələcəkdir. Mən Calalın sözlərinə inanıb 2017-ci ilin dekabr ayının əvvəllərində «Görüş» restoranında Calala 240.000 ABŞ dolları verdim. O, həmin 240.000 ABŞ dollarını dostu Şahid3 borca alıb. Calal 2018-ci ilin yanvar ayında 50.000 ABŞ dolları istəmişdir ki, həmin pulu versə ona həmin pula görə əlavə olaraq hər həftə 12.000 manat qazanc verəcəkdir. O, həmin pulla ərəb turistlər üçün Azərbaycandan zəfəran, ərəblərin işlətdiyi əşyalar alacaqdar və onları ərəblərə baha qiymətə satacaqdır. O, 2018-ci ilin yanvar ayında 50.000 ABŞ dolları pulu Calala vermişdir. Bir həftə sonra, yəni 2018-ci ilin yanvar ayının ortalarında Calal gətirib ona 12.000 manat pul vermişdir. 2018-ci ilin fevral ayının sonlarında Calal ondan turizm işlərini genişləndirmək üçün əlavə olaraq 20.000 ABŞ dolları istəmiş, o da, ünvan 15 ünvanda yerləşən ofisdə 10.000 və 10.000 ABŞ dolları olmaqla Calala vermişdir. Calal Dubaydan 47.000 ABŞ dollar məbləğində pulun müqabilində bir ədəd Mercedes-benz Vito markalı və 1 ədəd Mercedes–benz Viano markalı cəmi 4 ədəd avtomobilləri gətirəcəyinə dair vəd verib onu inandırmış və mən «Görüş» restoranında 47.000 ABŞ dollarını Calala verdim. Lakin, həmin avtomobilləri təşkil etmədi. 2018-ci ilin mart ayının əvvəllərində Calal ondan xahiş etmişdir ki, Vinter Hoteldə işləyən Natəvan adlı tanışının kartına 4.200 manat pul köçürsün, sonra onun pulunu qaytaracaqdır. O, Calalın sözlərinə inanıb həmin karta 4.200 manat pul ödəsə də, Calal sonradan onun pulunu qaytarmamışdır. Mən həmçinin, Calalın vasitəsi ilə tanıdığı X25 vətəndaşı X58 Alshamsi 28 sentyabr 2017-ci ildə müqavilə bağlayaraq ona Azərbaycanda olan fermasında saxladığı xırdabuynuzlu heyvanlarından qoyun əti göndərmişdir. Qoyunlar kəsilib əti hava limanından təyyarə ilə Dubaya göndərilmişdir. Adıl təhvil aldığı ətin pulunu ona Calalın vasitəsi ilə çatdırmışdir. Ətin pulundan Calal ona yalnız 225.000 ABŞ dollarını hissə-hissə ödəmiş, 245.000 ABŞ dollarını isə ödəməmişdir. Mən pulun qalan hissəsini Adıldan ödəməsini tələb edəndə Adıl ətin bütün pulunu hissə-hissə Calala tam şəkildə göndərdiyini, mənə borcu qalmadığını bildirmişdir. 2018-ci ilin mart ayı gəlsə də, Calal mənə vəd verdiyi 330.000, 260.000, 20.000, 50.000 ABŞ dolları məbləğində aldığı pulların qazanclarını vermədi, 47.000 ABŞ dollarlıq avtomobillər təşkil etmədi, 20.000 ABŞ dollarının həftəlik qazanclarını da vermədi. O, Calalın həmin pulu da, geri qaytarmadığını görüb ona icarəyə verdiyi «Range Rover» markalı avtomobilini geri almışdır. ...” Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 5-ci cild 189-190-cu vərəqələrində olan 21 iyul 2017-ci il tarixli depozit seyfinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, bir tərəfdən Azərbaycan Beynəlxalq Bankı ASC 01/2841 saylı, 24.08.2015-ci il tarixli etibarnamə əsasında Nəqliyyat filialının müdiri X24 ilə müştəri Zərərçəkmiş şəxs2 arasında bağlanmış müqaviləyə əsasən, Bank seyf adlanan 051 saylı depozit seyfini və bu seyfin açarını müqavilə imzalandığı tarixdən etibarən 1 aylıq müddətə müvəqqəti istifadə üçün Müştəriyə icarəyə verir və Müştəri depozit seyfinin icarəsi üzrə 47,20 manat məbləğində olan komisyon haqqını müqavilənin müddətinin əvvəlində Banka tam həcmdə ödəyir. Cinayət işinin 8-ci cild 216-230-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə fonoskopik ekspertizasının 16 iyun 2020-ci il tarixli 4482 nömrəli rəyində göstərilmişdir 1.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiq hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.1.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində «K 1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Şahid12 məxsusdur. 2.2.Ekspertizaya təqdim olunmuş 1 ədəd «İmation» markalı və 1 ədəd «Sılıcon Pover» markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs oğluna məxsusdur. Cinayət işinin 6-cı cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid12 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə işləyən «X60 9» markalı mobil telefonun «Votsap» proqramında «Hacı Celal» adı ilə qeyd edilmiş ***-***-**-** saylı nömrə ilə onun arasında 20 mart 2018-ci il tarixdən 23 may 2018-ci il tarixə kimi aparılan yazışmalar və səs qeydlərinə baxış keçirilmiş və həmin səs yazılarında «Hacı Celal» adı ilə qeyd edilmiş nömrənin sahibi Təqsirləndirilən şəxs Şahid12 atasına verməli olduğu pul məbləğinin ödənilməsi üçün ondan dəfələrlə vaxt istədiyi, 18 may 2018-ci il tarixdə ***-***-**-** saylı nömrədən həmin telefona əlyazma qeydlərin 6 ədəd vərəqdə fotoşəkli göndərilməsi müəyyən edilmişdir. Həmin yazılarda Zərərçəkmiş şəxs2 alınan və ona ödəniləcək pul məbləğləri qeyd edilmişdir. Həmin 6 ədəd əlyazma qeydi Zərərçəkmiş şəxs2 tərəfindən fotoşəkil formasında istintaqa təqdim edilmişdir. Cinayət işinin 9-ci cild 120-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə xətşünaslıq ekspertizasının 07 avqust 2020-ci il tarixli 4/463 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 6 ədəd qəbzlərin kserosurətlərində əks olunmuş yazılar, 06.09.2016-cı il tarixli və 03.10.2016-cı il tarixli cədvəllərin sonundakı yazılar, televizor markaları qeyd olunmuş 2 vərəqdə olan sənəddəki yazılar, «xxxx»a dair 4 ədəd təhvil-təslim aktının kserosurətlərində «İmza» qrafalarında «Hüseynov C» və «Təqsirləndirilən şəxs» yazıları önündə əks olunmuş imzalar, 29.04.2017-ci il tarixli razılaşmadakı yazılar və «Aldım» qrafasında «Təqsirləndirilən şəxs» yazıları önündəki imza və 04.12.2017-ci il tarixli qəbzin kserosurətində əks olunmuş yazılar və imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 9-ci cild 148-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış pul borcunun etirafı barədə 6 vərəq əlyazma maddi sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 236-cı vərəqəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 09.06.2015-ci il tarixli, **********154300 №-li çıxarışdan görünür ki, X37 MMC 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, VÖEN **********-dir. Qanuni təmsilçisi Şıxəliyev Vaqif Hacıalı oğlu. Cinayət işinin 8-ci cild 96-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Xırda və İri buynuzlu mal-qaranın kəsimi xidmətlərinin göstərilməsi haqqında» «X68 Group» MMC-nin « X37» MMC-in drektoru Zərərçəkmiş şəxs2 ilə Rauf Qəmbərov arasında bağlanılan 17 sentyabr 2017-ci il tarixli müqavilə, 9 vərəqdə gömrük bəyənnamələr və qeydiyyat jurnalının kserosurəti cinayət işinin materiallarına əlavə edilmişdir. Jurnala aparılan baxış zamanı cəmiyyətə kəsimə heyvan gətirən yük maşınların nömrə nişanları və sürücülərin adları, neçə baş qoyun gətirmələri qeyd edilmiş və həmin sənədlər maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 194-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 may 2019-cu il tarixli sənədin götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Şahid2 bir ədəd əlyazma qeydiyyatı aparılmış dəftəri təqdim edərək dəftərdə olan qeydiyyatları Zərərçəkmiş şəxs2 göstərişi əsasında onun Xəzər rayonunda yerləşən ət kəsimi sexində Təqsirləndirilən şəxs kəsdirdiyi qoyunlara aid apardığı qeydlər olduğunu bildirmişdir. Qeydlərdə hansı tarixdə neçə baş, hansı çəkidə qoyunların kəsilməsi, nə kimi əlavə xərclərin çəkilməsi göstərilmişdir. Həmin qeydlər cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 3-cü cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2017-ci il tarixli alqı-satqı barədə müqavilədən görünür ki, satıcı olaraq X37 MMC-nin direktoru Zərərçəkmiş şəxs2 və alıcı qismində X25 hüquqi şəxsi ADİL ALSHAMSİ LİBESTROK TRADİNC LLS-nin rəhbəri X61 Alshamsi arasında bağlanmış müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya hər birinin diri çəkili 30-40 kq olan diri qoyunların və kəsilmiş qoyun ətinin satılması və Alıcının həmin məhsulları qəbul etməsi müəyyən edilmişdir. Tərəflər arasında olan razılığa görə bir il ərzində Satıcı hər birinin diri çəkili 30-40 kq olan 15.000 baş qoyunu diri şəkildə və 50 ton qoyun ətini Alıcıya Azərbaycan Respublikasının Bakı şəhərində təhvil verməyi və Alıcı hər kq diri qoyun ətinə görə 4,5 ABŞ dolları məbləğində və hər kq kəsilmiş qoyun ətinə görə 10 ABŞ dolları pulu Satıcıya ödəyəcəkdir. Cinayət işinin 3-cü cild 234-235-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2018-ci il tarixli, 30223 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan bir ədəd “İphone X” markalı, A1865 modelli **********26974 İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan qızılı rəngli “İphone X” markalı, A1865 modelli **********26974 İMEİ nömrəli mobil smarton yaddaşında müəyyən olunmuş rəyin tədqiqi hissəsində qeyd edilmiş məlumatlar rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan DVD tipli optik disklərə köçürülmüş və hazırki rəyə əlavə olunmuşdur. Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda 26.690 manat pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etməsi epizodu üzrə məhkəmə baxışında aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atası Şahid22 dostudur. 2018-ci ilin fevral ayının sonlarında atası ona zəng edərək evdən 25.700 manat pul götürüb aparıb Zərərçəkmiş şəxs2 verməyini tapşırmış və bildirmişdir ki, Vaqifin tanışı Təqsirləndirilən şəxsla danışıb razılaşıb, Calal ona Dubaydan ağ rəngli “Toyota Camry” markalı avtomobil gətirəcəkdir. O, Zərərçəkmiş şəxs2lə telefon əlaqəsi saxlayaraq evdən 25.700 manat pulu götürüb Vaqifin ünvan 18 ünvanında yerləşən ofisinə gedib Calal adlı şəxsin və ərəb millətindən olan bir kişinin yanında pulu Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 Calalı göstərib avtomobili Hacı Calalın gətirəcəyini deyib, pulu sayıb Calala vermişdir. Calal pulu götürəndə demişdir ki, Dubaydan Xudayara gətirəcəyi avtomobilin dəyəri 15.700 ABŞ dollar dəyərindədir, həmin pulun isə Azərbaycan manatına məzənnəsi 26.690 manat edir, verdikləri puldan 990 manat çatmır. Vaqif bildirmişdir ki, həmin 990 manatı o özü verər. Sonra həmin pulu gətirib Vaqifə çatdırar. Ona görə də o, evlərinə gedərək 990 manat götürüb yenidən Vaqifin ofisinə qayıtmış, Vaqifin ofisdə olmadığını görüb Vaqifə zəng etmişdir. Vaqif başqa yerdə olduğunu, pulu sürücüsü Eltona verməyini dediyindən o, pulu Eltonla Vaqifə göndərmişdir. Calala 26.690 manat versə də, Calal ona avtomobilin çıxarış sənədini versə də, sonradan müxtəlif bəhanələr gətirərək ona avtomobil gətirməmiş, nə də verdiyi pulu geri qaytarmamışdır. Ona dəymiş maddi ziyan 26.690 manatı təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Elmar Rəhimov oğludur. Zərərçəkmiş şəxs2 onun tanışıdır. O, tez-tez Vaqifin Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən «Görüş»restoranına gedib çay içib yemək yeyib, söhbət etmişlər. Təqsirləndirilən şəxsi də Vaqifin yanında görüb bir iş adamı kimi tanımışdır. Bir gün Calal Vaqifə avtomobil gətirəcəyi barədə «Görüş» restoranında söhbət edərkən həmin söhbətdə o da iştirak edərək oğlu Elmar üçün «Toyota Camry» markalı avtomobil almaq istədiyini bildirmişdir. Calal həmin markalı avtomobillə maraqlanıb ona deyəcəyini bildirmişdir. Aradan bir neçə gün keçmiş təxminən 2018-ci ilin fevral ayının sonlarında Vaqif ona zəng edib Calal yanında olduğunu, dediyi avtomobili gətirmək üçün Calalın onunla danışmaq istədiyini demişdir. Bundan sonra Calal onunla telefonda danışıb Vaqifin xətrinə oğlu üçün 2018-ci il buraxılışlı həmin «Toyota Camry» markalı avtomobildən sadə variantı 15.700 ABŞ dollara gətizdirə biləcəyini, razıdırsa pulunu Calala çatdırmağını demişdir. O, avtomobili oğlunun almaq istədiyini, pulunu da, oğlunun verəcəyini bildirmiş və sonra özü Calalla əlaqə saxlayacağını demişdir. Sonra, o, oğlu Elmara zəng edib özünə avtomobil almaq üçün yığdığı puldan 25.700 manat götürüb Zərərçəkmiş şəxs2 ofisinə gedib Calala verməsini tapşırmışdır. Oğlu Elmar da aparıb Zərərçəkmiş şəxs2 ofisində Calala 25.700 manat pul vermişdir. Calal dolların kursunu hesablayıb əlavə 990 manat pul istəmişdir. Elmar həmin pulu aparıb Calala vermişdir. Sonra Calal müxtəlif bəhanələr gətirərək avtomobili gətirməmiş və həmin pulu da geri qaytarmamışdır. O, oğlu pul verəndə iştirak etməmişdir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra oğlu da şikayət etmişdir. Cinayət işinin 9-cu cild 213-216-cı vərəqələrində olan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşmə protokolundan görünür ki, zərərçəkmiş şəxs sonuncunun üzünə qarşı demişdir ki, 2018-ci ilin fevral ayının son günlərində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 68 ünvanında Zərərçəkmiş şəxs2 ofisində ondan 25.700 manat pul alaraq söz vermişdir ki,həmin ilin aprel ayında ona 2018-ci il buraxılışı sadə model «Toyota Camry» markalı avtomobil Dubaydan alıb gətirəcəkdir.O, həmin avtomobilin 15.700 ABŞ dollarına başa gəldiyini əlavə 990 manat da, verməsini demiş, həmin pulu Zərərçəkmiş şəxs2 Calala verdiyindən, o, Vaqifə borclu qalmamaq üçün həmin gün Vaqiflə telefon əlaqəsi saxlayıb pulu onun sürücüsü Eltona verdiyini demişdir.Calal onu inandırmaq üçün gətirəcəyi avtomobilin çıxarış sənədinin görüntüsünü sonra onun mobil telefonuna göndərmişdir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan 11 iyun 2018-ci il tarixli ərizədən görünür ki, Elnur-2 UJKŞ-da memar olan Şahid24 ərizə yazaraq, Təqsirləndirilən şəxs işlədiyi şirkətə lazım olan “Toyota Camry” markalı avtomobili Dubaydan gətirmək üçün Zərərçəkmiş şəxs3 15.600 ABŞ dolları məbləğində pul aldığını, lakin avtomobili gətirmədiyini və pulu qaytarmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Acasəf oğlu ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yanlış istiqamətə yönəltməyə çalışmışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə verdiyi vədlər hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, onlara məxsus pul vəsaitəlrini əvəzsiz olaraq əldə edilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 30 iyul 2018-ci il tarixli, 4744 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 09 avqust 2018-ci il tarixli, 19/51- 5838 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Cinayət işinin 3-cü cild 1-3-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27.09.2018-ci il tarixli tələbnamədən və cinayət işinin 3 cildin 4-26-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Hüseynov Calal Ağasəf oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 06 il 04 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, 02 il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmişdir. Cinayət işinin 5-ci cild 69-77-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(103)-649/2018 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X8 apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 23 may 2017-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi və bununla bağlı göstərişlər xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 il 4 ay 6 gününü ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.Çünki məhkəmədə təyin ediləcək cəzanın növünü müzakirə edərkən ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin etmək üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən yuxarıda qeyd olunan CM-nin madəsində göstərilən əməllər xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. X30 hazırda ittiham edildiyi cinayətlərin bir hissəsini Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 06 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməzdən qabaq, bir hissəsini isə həmin hökm çıxarıldıqdan sonra törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı ilk cinayət hadisəsini 2016-cı ilin avqust-oktyabr aylarında, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 Hacıağa oğluna qarşı isə 2017-ci ilin oktyabr ayında, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı cinayət hadisəsi isə 2018-ci ilin fevral ayında törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmidir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)-649/2018 saylı qərarı ilə yalınz 15 avqust 2018-ci il tarixdə qüvvəyə minmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X30 barəsində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan 09 avqust 2018-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 160-162-ci vərəqəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə 10 avqust 2018-ci il tarixli, 4(009)-467/2018 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 avqust 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(103)-649/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə cəzanın çəkilmə yeri — ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarına əsasən 09 avqust 2018-ci il tarixdən hesablanmalıdır. (1-ci cild 160-162) Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətdə Məşğulluq təsnifatı üzrə Sərəncamverici drektor vəzifəsində işləməsi barədə əmək müqaviləsi və sonra həmin müqavilənin pozulması barədə sənəd, Təqsirləndirilən şəxs saxlanarkən üzərindən aşkar edilmiş ona məxsus bir ədəd «İphone X» «A 1865» modelli «**********26974» İMEİ nömrəli mobil telefon, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs deməsi əsasında Şahid4 hesabına 4200 manat pul köçürməsi barədə köçürmə sənədləri, «Xırda və İri buynuzlu mal-qaranın kəsimi xidmətlərinin göstərilməsi haqqında» «X68 Group» MMC-nin «X37» MMC-in drektoru Zərərçəkmiş şəxs2 ilə bağlanmış 17 sentyabr 2017-ci il tarixli müqavilə, 9 vərəqədə gömrük bəyannaməsi və kəsilən qoyunların qeydiyyat aparılmış jurnalı, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından 10 aprel 2018-ci il tarixə kimi olan müddətdə 1.023.836 ABŞ dolları və 406.290 manat pulları Şahid8 verdiyi və sonradan həmin pullar Rüfətdən Calalın və başqa şəxslər tərəfindən götürməsi əks olunmuş Şahid8 şəxsi nootbukda «Excel» proqramında tərtib etdiyi cədvəl, Şahid3 Təqsirləndirilən şəxs 408.000 manat ekvivalenti ilə 240.000 ABŞ dollarını 10.06.2018-ci il tarixdə qaytarmaq şərti ilə borc verməsi barədə 10 aprel 2018-ci il tarixli 19 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi, Şahid6 istintaqa təqdim etdiyi «Baku Travel 217» turizm şirkəti üçün Təqsirləndirilən şəxs aldığı Bakı-Dubay-Bakı avioreyslərinin nömrələri əks olunmuş siyahısı-12 vərəqdə, 03.10.2016-cı il tarixli avtomobil təkər-diskinə aid qəbzin surəti-01 vərəqdə, Zərərçəkmiş şəxs1 1.000.000 ABŞ dolları pul alaraq gətiricəyi avtomobillərin invoys sənədləri 07 vərəqdə və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulun müqabilində Almaniya Federativ Respublikasından gətizdirdiyi avtomobillərin şəkilləri 03 vərəqdə,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pullarla Dubaydan gətirdiyi Plazma markalı televizorların şəkilləri-04 vərəqdə və həmin plazma televizorlarının siyahısını 02 vərəqədə, 2 vərəqədə Dubay şəhərində S.Hüseynova məxsus ofis otağının şəkilləri, Şahid6, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs telefon danışıqlarının əks olunduğu bir ədəd fləşkart, Şahid12 istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə işləyən «X60 9» markalı mobil telefonun «Vootsapp» proqramında «Hacı Celal» adı ilə qeyd edilmiş ***-***-**-** saylı nömrə ilə onun arasında 20 mart 2018ci il tarixdən 23 may 2018-ci il tarixə kimi aparılan yazışmalar və səs qeydləri 18 may 2018-ci il tarixdə ***-***-**-** nömrədən həmin telefona göndərilmiş 6 vərəqədə pul borcunun etirafı barədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmalar və pulun alınmasının etirafı barədə səs yazısı köçürülmüş 1 ədəd fləşkartın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-komputer-texniki ekspertiza tədqiqatının dəyəri olan 61,17 manat, məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 300 manat, xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 104 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin 1-ci cild 185-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X69 İdarəsindən daxil olmuş 08 avqust 2018-ci il tarixli, 016-83400-1218 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında və etibarnamə əsasında istifadəsində nəqliyyat vəsitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 17 sentyabr 2018-ci il tarixli, **********23 №-li məktubdan görünür ki, arxiv materiallarına əsasən X12 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 201-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 10 avqust 2018-ci il tarixli, **********29 №-li məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 03 oktyabr 2018-ci il tarixli, **********42 №-li məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs (Qasımzadə Calal) Ağasəf oğlunun və Hüseynova (Rufullazadə) Könül Rauf qızının adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 152-ci vərəqəsində olan 23.10.2018-ci il tarixli, 043-2131- 1218 nömrəli məktubdan görünür ki, X12 adına «Lexus» LX570 markalı, 10-lt-700 dövlət qeydiyyat nişanlı və «KİA Sportage» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı maşınlar, həmçinin həyat yoldaşı X19 adına «Toyota» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşının olması müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 53-54-cü vərəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X69 İdarəsindən daxil olmuş 27 sentyabr 2018-ci il tarixli, 016-102537- 1218 №-li məktubdan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X19 adında 13.12.2010-cu il tarixdən «Toyota Prado» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hacıağa oğlu və Zərərçəkmiş şəxs3 mülki iddia verməmişlər, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında mülki iddia vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ələ keçirdiyi 10.930.179,90 manat məbləğində maddi ziyanın, cinayət nəticəsində Zərərçəkmiş şəxs1 aldığı iztirablar üçün 5.000 AZN mənəvi zərərin, ümumilikdə 10.935.179,90 manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini nəzərə alır. Həmin normaya əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia qismən təmin olunmalıdır. Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 dəymiş 10.930.179,90 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan əlavə, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 oğlu Təqsirləndirilən şəxs 5.000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia ilə çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi il bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noybr 2008-ci il tarixli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanları nəzərə alaraq mənəvi ziyanla bağlı zərərçəkmişin iddia ərizəsinin qalan hissəsinin əsasları iddiada müəyyən edilmədiyindən, onların təsdiq olunması üçün sübutlar təqdim olunmadığından iddianı bu hissədə həll etmək mümkün olmadığına görə mülki iddia həmin hissədə baxılmadan saxlanılmalıdır. Məhkəmə mülki iddianın hissəvi baxılmamış saxlanılmalı olduğu qənaətinə gələrək, bu iddianı vermiş şəxs Zərərçəkmiş şəxs1 həmin iddianı Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında verə bilməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsun cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hacıağa oğluna və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(103)-649/2018 saylı qərarı ilə təyin edilmiş 6 (altı) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətdə Məşğulluq təsnifatı üzrə Sərəncamverici drektor vəzifəsində işləməsi barədə əmək müqaviləsi və sonra həmin müqavilənin pozulması barədə sənəd, Təqsirləndirilən şəxs saxlanarkən üzərindən aşkar edilmiş ona məxsus bir ədəd «İphone X» «A 1865» modelli «**********26974» İMEİ nömrəli mobil telefon, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs deməsi əsasında Şahid4 hesabına 4200 manat pul köçürməsi barədə köçürmə sənədləri, «Xırda və İri buynuzlu mal-qaranın kəsimi xidmətlərinin göstərilməsi haqqında» «X68 Group» MMC-nin «X37» MMC-in drektoru Zərərçəkmiş şəxs2 ilə bağlanmış 17 sentyabr 2017-ci il tarixli müqavilə, 9 vərəqdə gömrük bəyənnaməsi və kəsilən qoyunların qeydiyyat aparılmış jurnalı, Təqsirləndirilən şəxs 2017ci ilin oktyabr ayından 10 aprel 2018-ci il tarixə kimi olan müddətdə 1.023.836 ABŞ dolları və 406.290 manat pulları Şahid8 verdiyi və sonradan həmin pullar Rüfətdən Calalın və başqa şəxslər tərəfindən götürməsi əks olunmuş Şahid8 şəxsi nootbukda «Exsel» proqramında tərtib etdiyi cədvəl, Şahid3 Təqsirləndirilən şəxs 408.000 manat ekvivalenti ilə 240.000 ABŞ dollarını 10.06.2018-ci il tarixdə qaytarmaq şərti ilə borc verməsi barədə 10 aprel 2018-ci il tarixli 19 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi, Şahid6 istintaqa təqdim etdiyi «Baku Travel 217» turizm şirkəti üçün Təqsirləndirilən şəxs aldığı Bakı-Dubay-Bakı avioreyslərinin nömrələri əks olunmuş siyahısı-12 vərəqdə, 03.10.2016cı il tarixli avtomobil təkər-diskinə aid qəbzin surəti-01 vərəqdə, Zərərçəkmiş şəxs1 1.000.000 ABŞ dolları pul alaraq gətiricəyi avtomobillərin invoys sənədləri 07 vərəqdə və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulun müqabilində Almaniya Federativ Respublikasından gətizdirdiyi avtomobillərin şəkilləri 03 vərəqdə,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pullarla Dubaydan gətirdiyi plazma markalı televizorların şəkilləri-04 vərəqdə və həmin plazma televizorlarının siyahısını 02 vərəqdə,2 vərəqdə Dubay şəhərində S.Hüseynova məxsus ofis otağının şəkilləri, Şahid6, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs telefon danışıqlarının əks olunduğu bir ədəd fləşkart, Şahid12 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə işləyən «X60 9» markalı mobil telefonun «Vootsapp» proqramında «Hacı Celal» adı ilə qeyd edilmiş ***-***-**-** saylı nömrə ilə onun arasında 20 mart 2018-ci il tarixdən 23 may 2018-ci il tarixə kimi aparılan yazışmalar və səs qeydləri 18 may 2018-ci il tarixdə ***-***-**-** nömrədən həmin telefona göndərilmiş 6 vərəqdə pul borcunun etirafı barədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmalar və pulun alınmasının etirafı barədə səs yazısı köçürülmüş 1 ədəd fləşkartın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. 3.İş üzrə aparılmış məhkəmə-komputer-texniki ekspertiza tədqiqatının dəyəri olan 61,17 manat, məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 300 manat, xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 104 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. 4.Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin və 10.930.179,90 manat manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş mənəvi ziyanla bağlı mülki iddia baxılmamış saxlanılsın və iddianı vermiş Zərərçəkmiş şəxs1 həmin iddianı Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. 5..Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hacıağa oğluna və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar