Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-337/2021 26.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Kürdəmir şəhəri A.Bilal küçəsi, ev 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, bina 13B, mənzil 73-də kirayə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında dayanan cinsi azlığa mənsub Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirən qadın olduğunu zənn edərək 50 manat pul müqabilində cinsi əlaqədə olmağa razı salıb, «Ford Fiesta» markalı **-BO-*** dövlət qeydiyyat nömrəli taksi avtomobili ilə sonuncunu saat 02 radələrində kirayədə tək yaşadığı Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B saylı binanın 73 nömrəli mənzilinə gətirmiş, söhbət zamanı saat 03 radələrində Zərərçəkmiş şəxs ona qadın olmadığını, cinsi azlığa mənsub homoseksual olduğunu bildirdikdə cinsi əlaqədə olmaqdan imtina edərək çıxıb getməsi üçün sonuncuya 36 manat pul vermiş, lakin, Zərərçəkmiş şəxs bununla razılaşmayıb 100 manat pul tələb etməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələyib onu yerə yıxaraq mənzilin dəhlizindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə vurmaq istəyərkən o, bıçağı sağ əli ilə tutaraq sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid sağ əlin İİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin kəsilmiş yaraları, belin sağ və sol bayır səthlərinin sıyrıqları, sağ bazunun və sol saidin qançırları xəsarətlərini almış, təpiklə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq özündən uzaqlaşdırdıqdan sonra qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ötrü sonuncunun əlindən yerə düşmüş həmin bıçağı göturərək artıq mənzilin qapısından çıxmaq üzrə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb bıçaqla əvvəl bel nahiyəsinə, sonra mənzilin qapısından çıxıb getmək istəyən sonuncunun qolundan tutub saxlayaraq bıçaqla qırtlaq nahiyəsinə, daha sonra isə mənzilin giriş qapısından blokun çıxışına qədər qaçan Zərərçəkmiş şəxs bıçaqla ardıcıl zərbələr vuraraq kəskin xarici və daxili qanitirməyə səbəb olmaqla ölümü ilə birbaşa səbəbli əlaqədə olan canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun ön səthinin bir ədəd, sol körpücükaltı venanın zədələnməsi ilə müşayiət olunan sol körpücükaltı nahiyənin bir ədəd, döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd, ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan və mərhumun ölümü ilə səbəbli əlaqəsi olmayan döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yuxarı bayır səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz etməyən iki ədəd, boyunun arxa səthinin bir ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları və başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası, hər biri ayrıayrdıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan döş qəfəsinin sol yuxarı iç səthinin iki ədəd səthi kəsilmiş yaraları, sifətin, sol bazu oynağı nahiyəsinin, hər iki saidin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-ci ildə Bakı şəhərinə gələrək əsasən qapıpəncərə hazırlanması işi ilə məşğul olmuşdur. 2013-cü ildə X1 ilə ailə qurmuş, birgə nigahdan iki azyaşlı övladları vardır. Hadisədən təxminən bir il əvvəl yoldaşından ayrı yaşamağa başlamışdır. Elə həmin vaxtdan Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, 13B saylı binanın 73 nömrəli mənzildə kirayədə yaşayır. 2020-ci ilin aprel ayından etibarən tez-tez spirtli içki qəbul etməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində iş yoldaşı X3 ilə birlikdə işdən çıxıb, kafelərin birində pivə içmiş, sonradan X6 yaşadığı mənzilə gedib, yemək yeyib, pivə içməyə davam etmişlər. Sərxoş vəziyyətə düşmüş, kefi yaxşı olduğundan əylənmək fıkrinə düşmüşdür. Artıq saat 12-i keçdiyindən xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Ruslan onun üçün taksi sifariş vermişdir. Ruslanın evindən çıxaraq sifarişlə gələn taksiyə oturub sürücüyə «Neftçilər» metrostansiyasının yanına sürməyi tapşırmışdır. Orada dayanan fahişəliklə məşğul olan qadın tapıb özü ilə kirayə yaşadığı mənzilə aparıb cinsi ehtirasını təmin etmək qərarına gəlmişdir. «Neftçilər» metrostansiyasının yaxınlığında, Bakıxanov qəsəbəsinə gedən yolun üstünə çatdıqda, artıq saat 02 radələri olmuşdur. Orada maşından düşüb Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt sonuncunun qadın olduğunu güman etmişdir. Boran ondan mənzilə gedib cinsi əlaqədə olmaq üçün 50 manat pul istəmişdir. Razılaşıb gəldiyi taksi ilə birlikdə kirayə yaşadığı mənzilə getmişlər. Saat 02:30 radələrində mənzilin qapısını açıb içəri daxil olmuşlar. Mənzildə bir qədər oturub pivə içərək söhbət etmişlər. Təxminən yarım saat söhbətdən sonra Boran pulu əvvəlcədən verməsini bildirmiş, o isə Borana: «hələ bir soyun görək nə bacarırsan»-demişdir. Sonuncu isə təkidlə pulu əvvəlcədən istəmiş və əslində qadın deyil, transseksual olduğunu, qadın geyimində kişilərə intim xidmət göstərdiyini demişdir. Boranın saçı uzun olmuş, qadın paltarı geyinmiş, üzdən də qadına oxşamışdır. Bu səbəbdən onu görəndə qadın olmasını güman etmişdir. Sonuncunun qadın olmadığını bilən kimi, onunla cinsi əlaqədə olmaq fikrindən daşınmışdır. Heç vaxt kişilərlə cinsi əlaqədə olmamışdır. Borana 36 manat pul verib, mədəni şəkildə çıxıb getməsini bildirmişdir. Bu vaxt sonuncu onun üzərində 700 manat pul olduğunu görmüşdür. Boran pulu ondan götürüb, çantasına qoymuş, onun vaxtını aldığı üçün 100 manat verməli olduğunu bildirmişdir. Buna görə aralarında mübahisə yaranmış və Borana cinsi əlaqədə olmadığına görə 100 manat verməyəcəyini bildirmişdir. Sonuncu qışqırmağa başlayıb, ondan polisə şikayət edəcəyini demişdir. O isə hara istəyirsə şikayət etməsini, ona başqa pul verməyəcəyini bildirmişdir. Bu vaxt Boran əli ilə onun sinəsindən möhkəm itələmiş, o, arxasındakı stula ilişib arxası üstə yerə yıxılmışdır. Boran otağın dəhlizində çəkməcənin üzərində olan mətbəx bıçağını götürüb, onun üstünə gəlib, onun istiqamətində zərbə atmışdır. Sağ əli ilə bıçağı tutmuş, buna görə də sağ əlinin barmaqları içəri tərəfdən kəsilmişdir. Bərk əsəbləşib Boranı öldürmək qərarına gəlmişdir. Odur ki, sol əli ilə bıçağı Boranın əlindən almağa çalışıb, sonuncunun qarnına təpik vurmuşdur. Boran arxası üstə dəhlizə doğru yıxılmışdır. Bıçaq Boranın əlindən yataq otağının içərisinə düşmüşdür. O, bıçağı götürmüş, Boran bunu görən kimi qapını açıb, qaçmaq istəmişdir. O isə Boranın arxasınca düşüb, əvvəlcə sağ bel nahiyəsindən bıçaqla zərbə vurmuşdur. Sonra isə mənzilin çıxışında Boranın sağ əlindən tutub, bıçaqla onun boğaz, qırtlaq və sinə nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt Boran bıçaq zərbələrindən yayınmaq üçün əli ilə onu arxaya itələyib, qışqırmağa və onu təhqir etməyə davam etmişdir. Boran mənzilin birinci mərtəbəsindən blokun çıxışına doğru qaçarkən, yenə də onun kürək, sinə nahiyəsinə doğru ardıcıl zərbələr endirmişdir. Həmin vaxt saat təxminən 03:10 olmuşdur. Borana təxminən 6-7 bıçaq zərbəsi vurmuşdur. Boran blokdan çölə çıxıb küçədə yerə yıxılmış və ölmüşdür. Sonuncunu sürüyüb mənzilin içərisinə gətirmişdir. Borana verdiyi 36 manat pulu sonuncunun çantasından götürmüşdür. Sonra bir vedrə su götürüb küçənin və blokun qanını yumağa başlamışdır. Əvvəlcə iş yoldaşı Bayrama zəng edərək təcili gəlməsini bildirsə də, sonuncu yorğun olduğunu və gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra əmisi oğlu Rəşada zəng vurmuş, sonuncu telefona cavab verməmişdir. Daha sonra yeznəsi Şahid1 zəng edərək təcili onun yaşadığı evə gəlməsini demişdir. Mehman təxminən saat 4-də gəlib, onun blokun qarşısını yuduğunu görmüşdür. Sonuncuya bıçaqla adam vurub öldürdüyünü, meyitin evdə olduğunu demişdir. Mehman onu danlayıb, mənzilə girməyərək polisə təslim olmasını tapşırıb getmişdir. Təxminən on beş dəqiqə sonra Mehmanın oğlu Fərid də gəlib, təcili polisə təslim olmasını bildirmişdir. Fəridə blokun qanını yuyub təmizlədikdən sonra təslim olacağını bildirmişdir. Əslində isə həmin vaxt meyiti aparıb harasa atmaq və bu işi gizlətmək fikrində olmuşdur. Lakin meyit ağır olduğundan və hava işıqlanmağa başladığından meyidi və baş vermiş hadisəni gizlətməyin mümkün olmayacağını başa düşmüş və qaçıb getmək qərarına gəlmişdir. Üzərində olan cins şalvar və tünd göy rəngli köynək qana bulaşdığından həmin paltarları çıxarıb otağa tullamış və təmiz paltarlar geyinmişdir. Cinayəti törətdiyi bıçağı, Boranın əl çantasını, ayaqqabılarını, içdiyi içkilərin qablarını sellofan paketə yığıb Sarayevo küçəsi 15 ünvanında yerləşən zibil qutusuna tullamışdır. Günorta saat 13 radələrində «20 Yanvar» metrosunun yaxınlığından yol maşını ilə Kürdəmir rayonuna getmişdir. Həmin vaxt artıq ailə üzvləri onun cinayət törətdiyindən xəbərdar olmuşlar. Evdə atası Məzahir ona polisə təslim olmasını bildirsə də, evdən çıxıb xx xxxx 2020-ci il tarixə, saat 05 radələrinə qədər qonşuluqda olan kimsəsiz tikilidə gizlənmişdir. Daha sonra isə saat 07 radələrində yenidən evə gedib, ailə üzvləri ilə sağollaşmışdır. Atası polis əməkdaşlarına zəng etdikdən sonra sonuncular onu evdən götürüb, Bakı şəhərinə gətirmişlər. Baş verənlərə görə təəsüflənir. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. Sonuncu ailə qurmamış, Bakı şəhərinə köçdükdən sonra, yəni 2007-ci ildən etibarən müxtəlif tikintilərdə fəhləlik edib özünə baxmışdır. Boran 2010-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. Təxminən 2015-ci ildə anası Boranda qəribəlik hiss etdiyini bildirmişdir. Belə ki, sonuncu həmin vaxtdan etibarən evə gec gəlmiş, bəzi hallarda isə evə ümumiyyətlə gəlməmişdir. Bəzi tanışları qardaşını gecələr cinsi azlıqların dayandığı yerlərdə görmüşlər. Boranla bu barədə söhbət etdikdə sonuncu transseksual olduğunu, kişilərlə pul qarşılığında cinsi əlaqəyə girdiyini etiraf etmişdir. Qardaş kimi bu ona olduqca pis təsir etmişdir. Boran 2017ci ilə kimi yaşadığı evə gəlib-getmiş, anasının yanında kişi paltarı geyinmişdir. Bir neçə dəfə özü qardaşının qadın paltarı geyinərək küçələrdə dayanıb fahişəlik etməsini gormüşdür. 2017-ci ildə anası dünyasını dəyişdikdən sonra Boran daha evə gəlməmişdir. Qardaşının seçdiyi yolu qəbul etmədiyindən özü də onunla əlaqə saxlamamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Xətai RPİ-nin 34-cü polis şöbəsinin əməkdaşları ona zəng edib, Boranın xx xxxx 2020-ci il tarixdə Xətai rayonu Sarayevo küçəsi 13B mənzil 73 ünvanında Kənan adlı şəxs tərəfindən öldürülməsi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs tanımır. Sonuncu ilə düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxsi bağışlayır. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 3-4 radələrində Kənan ona zəng etmiş, lakin yatdığı üçün telefona cavab verməmişdir. Səhər yuxudan oyanıb Kənana zəng etdikdə telefonuna zəng çatmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 09 radələrində işlədiyi sexin qarşısında dayandığı zaman Kənan sexin qarşısından piyada gəzə-gəzə keçmişdir. Kənanın sağ əlini sağrı ilə bağladığını görüb, ondan nə baş verdiyini soruşduqda, sonuncu əlini şüşə kəsdiyini bildirmişdir. Həmin vaxt Kənan yorğun görünmüş, sanki gecə yuxusuz qalmışdır. Günorta saatlannda 34-cü polis bölməsinə dəvət olunmuş və orada olduğu zaman Kənanın gecə yaşadığı mənzildə adam vurub öldürdüyünü, hazırda Kürdəmir rayonunda olduğunu öyrənmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Kənan Kürdəmir rayonunda olduğu zaman polisə təslim olmuşdur. Daha sonra öyrənmişdir ki, Kənan gecə yeznəsi Mehmanın oğlu Fəridə zəng edərək onları yaşadığı evə çağırmış, onlar Kənanın hadisə törətdiklərini bilərək polisə təslim olmalarını deyib çıxıb getmişlər. Kənan həmin vaxt su ilə blokda olan qanı yumuşdur. Kənan işdən Ruslan adlı iş yoldaşı ilə çıxaraq onun evində spirtli içki qəbul etmiş, gecə saat 02 radələrində taksi ilə «Neftçilər» metrosunun yaxınlığından cinsi azlıq olan Zərərçəkmiş şəxs adlı şəxsi qadın bilərək cinsi əlaqədə olmaq üçün yaşadığı mənzilə gətirmiş və həmin mənzildə aralarında baş vermiş mübahisə zəminində onu bıçaqla vurub öldürmüşdür. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs tanımır. Kənanın əvvəllər onu tanıyıbtanımaması barədə məlumatı yoxdur. Bildiyinə görə Təqsirləndirilən şəxs əvvəllər heç bir zaman cinsi azlıq olan şəxslərlə cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qohumudur, sonuncuya işlədiyi qapı-pəncərə sexində köməklik edir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 21 radələrində Kənanla işdən çıxıb, birlikdə kafeyə gedib, pivə içmişlər. Daha sonra onun yaşadığı ünvan 1 ünvanına gedib, evdə yemək yeyib, pivə içməyə davam etmişlər. Yeyib-içdikdən sonra Kənanın kefi yaxşı olmuş, özünü idarə edə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində «2111» taksi xidmətinə zəng edib, Kənanı kirayədə yaşadığı Xətai rayonu Sarayevo küçəsi 13B ünvanına aparması üçün taksi sifariş etmişdir. Sürücü ilə telefonla danışaraq evin yerini başa salmışdır. Taksi gəldikdən sonra Kənan sağollaşıb getmiş, o isə evdə qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində işə gəlmiş, bir neçə saatdan sonra uzaq qohumu Mehman ona Kənanın gecə yaşadığı mənzildə bıçaqla adam vurub öldürdüyünü, polis əməkdaşlarının onu axtardığını demişdir. Eşitdiyinə görə Kənan gecə kirayə yaşadığı evə gedərkən «Neftçilər» metrosunun yaxınlığından cinsi azlıq olan Zərərçəkmiş şəxs adlı şəxsi qadın bilərək cinsi əlaqədə olmaq üçün mənzilə aparmış, orada aralarında yaranmış mübahisədən sonra onu bıçaqla vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən iki ildir ki, **-BO-*** dövlət qeydiyyat nişanlı, zoğalı metallik rəngli «Ford Fiesta» markalı minik avtomobili ilə «Maxim *2111» xidməti vasitəsilə taksi işləyir. xx xxxx 2020-ci il tarixdə saat 01:10 radələrində ***-***-**-** saylı nömrədən Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının qarşısından Xətai rayonu, Sarayevo küçəsinə sifariş almışdır. Təxminən saat 01:17 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs göstərilən yerdən götürmüşdür. Yolda gedərkən sonuncunun sərxoş olduğunu bilmişdir. Avtomobili Qələbə dairəsindən, Ziya Bünyadov prospektinə, oradan isə Qara Qarayev metrosu istiqamətində sürmüşdür. Orada yol kənarında Kənan iki qısa geyimli qız görüb, uzun müddətdir ki, cinsi əlaqədə olmadığını deyib, cinsi əlaqədə olmaq istədiyini bildirmiş və avtomobili «Neftçilər» metrosundən Bakıxanov qəsəbəsinə gedən yolun üstündə olan «Rahat» marketin yaxınlığına sürməsini xahiş etmişdir. Kənanın yol haqqı 6.1 manat təşkil etmiş, sonuncu ona əlavə pul verəcəyini bildirmişdir. Saat təxminən 01:40 radələrində onlar «Rahat» marketin yaxınlığına çatmışlar. Kənan yol kənarında dayanmış dörd nəfər fahişəni görüb, təxminən bir dəqiqə söhbət etdikdən sonra onlarla sözünün tutmayacağını deyib, avtomobili irəli sürməsini bildirmişdir. Qarşıda yolun kənarında qadın geyimində və görünüşündə olan fahişəlik etmək üçün dayanmış iki kişi olmuşdur. Kənan maşından düşüb onlarla danışmış, biri ilə razılaşdıqdan sonra birlikdə avtomobilə əyləşmişlər. Sonradan Kənanla gələn şəxsin adının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, avtomobili sifarişdə göstərilən Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi 13B saylı binanın qarşısına sürmüşdür. Kənan ona 10 manat xidmət haqqı vermiş və hər ikisi avtomobildən düşüb, binaya daxil olmuşlar. Növbəti gün 34-cü polis bölməsində Kənanın Boranı öldürdüyünü öyrənmişdir. Ola bilsin ki, Kənan Boranı qadın zənn etmiş, çünki sonuncu qadın geyimində, qadın saç düzümündə və makiyajlı vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qapıpəncərə ustasıdır. Təqsirləndirilən şəxs bacısı Elnarənin həyat yoldaşıdır. Kənan usta kimi gündəlik iş olduqda ona sexdə köməklik göstərir. Kənanla münasibətləri hər zaman yaxşı olmuşdur. Sonuncu axır vaxtlar spirtli içkilərdən çox istifadə etməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə Kənan gün ərzində sexdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 3-4 radələrində Kənan ona zəng etmiş, lakin telefonu yaxşı işləmədiyindən zəng gəlməmiş, daha sonra Kənanın zəng etməsi barədə SMS bildirişi gəlmişdir. Onunla əlaqə saxlaya bilmədiyinə görə Kənan oğlu Fəridə zəng etmişdir. Fərid onu yuxudan oyadıb, Kənanın zəng etdiyini, onları birlikdə təcili yaşadığı ünvana çağırdığını demişdir. Həmin vaxt nə baş verdiyini bilməmiş, lakin qohum olduğu üçün evdən çıxaraq Fəridlə birlikdə gəzə-gəzə Kənanın yaşadığı Xətai rayonu Sarayevo küçəsi 13B ünvanına getmişlər. Kənanın mənzilinin yerləşdiyi 5 nömrəli blokun qarşısına çatdıqda oranın qırmızımtıl rəngli suya bulaşdığını görmüşdür. Fərid bir qədər arxada dayanmışdır. Bu zaman Kənanın blokdan çölə çıxıb su töküb asfaltı yuduğunu görmüşdür. Kənan həmin vaxt adam öldürdüyünü bildirmişdir. Sonuncuya təcili polisə gedib təslim olmasını deyib, onu danlamışdır. Sonra oğlu Fəridin yanına gedib, nə baş verdiyini oğluna da danışmışdır. Fəridlə birlikdə bir qədər getdikdən sonra sonuncu ondan icazə alıb, Kənanın yanına gedib, sonuncuya polisə təslim olmasını deyib, geri qayıtmışdır. Onlar birlikdə evə getmiş, yata bilmədiyindən iş paltarlarını geyinərək sexə getmiş, Fərid isə evdə qalmışdır. Səhər açılan kimi Kənanın atası Məzahirə zəng edib, Kənanın adam vurmasını demişdir. Həmin gün Kənan Kürdəmir rayonuna getmiş, növbəti gün isə polisə təslim olmuşdur. Daha sonra Kənanın Zərərçəkmiş şəxs adlı şəxsi yaşadığı mənzilə gətirdiyini və orada bıçaqla vurub öldürdüyünü bilmişdir. Zərərçəkmiş şəxs tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, bina 13B, mənzil 75-də yaşayır. Mənzil binanın sayca 5-ci girişində yerləşir. Onun yaşadığı mənzil 2-ci mərtəbədə, 73 nömrəli mənzil isə 1-ci mərtəbədə, onun yaşadığı mənzilin altında yerləşir. Orada yaşayan Təqsirləndirilən şəxs işləyən, sakit həyat tərzi keçirən qonşu kimi tanıyır. xx xxxx 2020-ci il tarixdə evdə tək olmuşdur. Gec yatdığı üçün xx xxxx 2020-ci il gecə saat 3 radələrinə qədər oyaq olmuşdur. Həmin vaxta qədər heç bir səs-küy eşitməmişdir. Saat 3 radələrində blokdan qışqırıq səsi gəldiyini eşitmişdir. Sanki kimsə xəsarət alaraq ağrı çəkməsi nəticəsində qışqırmışdır. Qapını açıb baxsa da, heç kəsi görməmişdir. Mənzilin pəncərəsindən binanın məhəllə tərəfdən həyətinə baxdıqda blokun qarşısında qadın geyimində bir nəfərin yerə yıxıldığını və yaralı olduğunu görmüşdür. Sonra bir nəfər kişi həmin şəxsi blokun içərisinə sürümüşdür. Qaranlıq olduğundan həmin kişinin üzünü görməmişdir. Qapının gözlüyündən baxıb, onların yuxarı qalxmadıqlarını görmüşdür. 1-ci mərtəbədə yalnız Kənan yaşamış, oradakı digər mənzildə yaşayış olmamışdır. Həm buna görə, həm də əlamətlərinə görə yerə yıxılan qadını sürüyən şəxsin Kənan olduğunu güman etmişdir. Dərhal 102 xidmətinə zəng edib, gördüklərini demişdir. Saat 03:15 radələrində məhəllənin işıqları sönmüşdür. O, pəncərədən həyətə baxmağa davam etmiş, həmin şəxsin blokun qarşısında olan qanı su ilə təmizləməyə başladığını görmüşdür. Saat təxminən 03:25-də polis əməkdaşları gəlib ətrafa baxmış, şübhəli nəsə aşkar etmədiklərindən bir neçə dəqiqədən sonra getmişlər. Həmin vaxt blokun qarşısını yuyan kişi gizlənmişdir. Polislər getdikdən sonra həmin şəxs blokun qarşısını su ilə yumağa davam etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək bu barədə də məlumat vermişdir. Səhər açılanda polislər gəlib, araşdırma aparmışlar. Kənanın yaşadığı 73 nömrəli mənzilin qapısı açıldıqda orada üzərində xəsarətlər olan meyit aşkar olunmuşdur. Daha sonra məlum olmuşdur ki, Kənan həmin vaxt evə gətirdiyi cinsi azlıq olan Zərərçəkmiş şəxs adlı şəxsi mənzilin blokunda bıçaqla vuraraq öldürmüşdür. İşin 1-ci cildinin 109-111-ci vərəqələrinədəki xx xxxx 2020-ci il tarixli «videogörüntüyə baxış kecirilməsi haqqında» protokoldan görünür ki, Xətai rayon polis idarəsinin videomüşahidə kamerası Xətai rayonu, Sarayevo küçəsi, 13B ünvanında yerləşən binanın məhəlləsində quraşdırılaraq binanın qarşı hissəsində olan məhəlləsini, yəni blokların giriş hissələrini əhatə edərək çəkiliş aparılır. Kameranın saatı real vaxtla uyğunlaşdırıldıqda uyğunluq təşkil etmədiyi, real vaxtdan təxminən 4 dəqiqə geriyə qaldığı müəyyən olunduğundan protokolda görüntünün saatı real vaxtla uyğunlaşdırılaraq qeydə alındı. Müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə saat 02:04 dəqiqədə furqon tipli taksi binanın qarşısında, Təqsirləndirilən şəxs yaşadığı mənzilin yerləşdiyi blokun yaxınlığında dayanır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs həmin taksidən düşərək bir-birinin ardınca binanın 5-ci girişindən yəni Təqsirləndirilən şəxs yaşadığı mənzilin yerləşdiyi girişdən daxil olurlar. Saat 03:10 dəqiqədə Boran Məmmədov həmin girişdən qaçaraq çölə çıxır və çıxan kimi blokun qarşısında yerə yıxılır. Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt artıq Zərərçəkmiş şəxs bıçaq zərbələrini vurmuş və sonuncu qaçaraq blokdan çölə çıxıb blokun qarşısında yerə bu səbəbdən yıxılır. Bu zaman Təqsirləndirilən şəxs əli ilə yerdə uzanmış Zərərçəkmiş şəxs yapışaraq onu bloka tərəf çəkir, blokun pilləkənlərin qarşısına doğru yaxınlaşdırdıqda əlini saxlayaraq geri dönür bloka daxil olur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt B.Abdurahmanovun çəkisi ağır olduğu üçün ona gücü çatmadığından evdən əlcək gətirməyə getmişdir. Saat 03:12 dəqiqədə Təqsirləndirilən şəxs blokdan çölə çıxaraq B. Məmmədovu əli ilə tutub dartaraq blokun içərisinə aparır. Saat 03:14 dəqiqədə binanın qarşısında olan işıqlar söndüyü üçün videomüşahidə kamerasının apardığı çəkilişdə aydın görüntü yoxdur, məhəllə qaranlıq görünür. Təqsirləndirilən şəxs adətən həmin vaxt məhəllənin işıqlarının söndüyünü bildirir. Saat 03:26 dəqiqədə post patrul xidməti avtomobili məhəlləyə daxil olur və binanın məhəlləsinin orta hissəsində təxminən 10-15 saniyə dayandıqdan sonra hərəkət edərək gedir. Avtomobil dayandığı müddətdə polis əməkdaşı geyimində olan şəxsin avtomobilin sağ yan oturacağından düşərək ətrafa baxdığı müşahidə edilir. Təqsirləndirilən şəxs polis avtomobilinin həyətə gəldiyini xatırladığını, polis avtomobili gəlməzdən əvvəl blokun qarşısına tökülmüş Zərərçəkmiş şəxs qanını su ilə yuduğunu, polis avtomobili gələrkən blokun içərisinə daxil olub mənzilə qalxaraq gizləndiyini bildirdi. İşin 2-ci cildinin 104-cü vərəqəsindəki «telefon məlumatlarına baxış keçirilməsi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş olmuş ********** saylı mobil telefon nömrəsinə və Zərərçəkmiş şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olan və xaric olan SMS mətnlərində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat yoxdur. Təqsirləndirilən şəxs məxsus ********** saylı nömrədən istintaq zamanı Şahid2 olması müəyyən edilən ********** saylı nömrəyə xx.xx.2020-ci il tarixdə saat 03:10 dəqiqədə zəng edilərək 14 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs anten dairəsi-Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsini göstərir. Zərərçəkmiş şəxs məxsus ********** saylı mobil telefon nömrəsi ilə xx xxx 2020-ci il tarixdən etibarən telefon danışığı aparılmamışdır. Həmçinın Zərərçəkmiş şəxs məxsus ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı telefon nömrəsi arasında xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər olan müddət ərzində telefon danışığının aparılması və ya sms yazışması qeydə alınmamışdır. Qeyd edilən protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər tanış olmamış, onların hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Onların telefonla hər hansı əlaqələri olmamış, gorüşmələri barədə əvvəlcədən razılaşmamışlar. Təqsirləndirilən şəxs hadisədən sonra bacısı oğlu Şahid2 məxsus telefon nömrəsinə zəng etmişdir. İşin 1-ci cildinin 51-ci vərəqəsindəki xx xxxx 2020-ci tarixli «könüllü təslim olma» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində valideynlərinin yaşadığı Kürdəmir şəhəri Babək küçəsində yerləşən fərdi yaşayış evinə gələrək könüllü olaraq polisə təslim olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyıti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir; Kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol körpücükaltı venanın zədələnməsi ilə müşayiət olunan sol körpücükaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı bayır səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası, sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz etməyən iki ədəd deşilmişkəsilmiş yarası, boyunun arxa səthinin bir ədəd (cəmi 10 ədəd deşilmiş-kəsilmiş yaraları) deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı iç səthinin iki ədəd səthi kəsilmiş yaraları, sifətin, sol bazu oynağı nahiyəsinin, hər iki saidin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları. Xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin təsirindən törənə bilərdi. Kəsilmiş yara və səthi kəsilmiş yara isə kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilərdi. Sıyrıqlar bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə, yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin bir ədəd, sol körpücükaltı venanın zədələnməsi ilə müşayiət olunan sol körpücükaltı nahiyənin bir ədəd, döş-qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd, ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yuxarı bayır səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz etməyən iki ədəd, boyunun arxa səthinin bir ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları və başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər mərhmunun ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. Döş qəfəsinin sol yuxarı iç səthinin iki ədəd səthi kəsilmiş yaraları və sifətin, sol bazu oynağı nahiyəsinin, hər iki saidin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları isə hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər fonunda baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 14-16 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs bədən səthindəyuxarıda qeyd edilən xəsarətlərdən başqa, eləcə də qarın nahiyəsində xəsarət və xəsarət izləri müəyyən edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyiti müayinə olunarkən onun arxa keçəcəyindən götürülmüş möhtəviyyatlı tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Həmçinin mərhumun arxa keçəcəyində şüaya bənzər büküşlər bir qədər hamarlaşmışdır. Mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarların-məhkəmə-kriminalistik müayinələri keçirilməklə onun meyiti üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların eyni və ya fərqli deşilmiş-kəsilmiş alət və ya alətlərlə yetirilməsini konkret olaraq müəyyən etmək olar. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci tarixli 666 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sağ əlin İİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin kəsilmiş yaraları, belin sağ və sol bayır səthlərinin sıyrıqları və sağ bazunun və saidin qançırları müəyyən edildi. Xəsarətlərdən sağ əlin İİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağmın əsas falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının dırnaq falankasının ovuc səthınin, sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin kəsilmiş yaraları kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göslərilən şəraitdə ona istiqamətlənən bıçaq zərbəsini sağ əli ilə tutarkən əl barmaqlarını kəsməsi nəticəsində törənə bilərdi. Digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxx 2020-cil il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 315 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təyin edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərilən əlamətlər aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 483/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0-alfa,beta/l/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0/l/-dir. (Sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Eksperizaya təqdim edilən cinsi azlığa mənsub olan mərhum Zərərçəkmiş şəxs məxsus don, büstqalter, trusik, bir cüt corab, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məxsus cins şalvar və qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 04 ədəd çubuğun ucundakı pambıq üzərində hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) məxsus ola bilər. Təqdim edilən 02 ədəd mətbəx bıçağı və kəsici alət-ülgüc (rezak) üzərində qan aşkar olunmadı. Qeyd edilən rəylə hadisə yerindən götürülmüş nümunələrin, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində Zərərçəkmiş şəxs məxsus qanın olması, hadisə vaxtı onun qanaxma ilə müşayiət edilən xəsarətlər almasını bir daha təsdiq edir. Məhkəmə-genetik ekspertizasının xx xxxx 2020-ci il tarixli 20/374R saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol dırnaq kəsintiləri altında Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar aşkar edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs sağ və sol əl dırnaq kəsintiləri altında olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə-kriminlastik ekspertizasının xx xxxx 2020-ri il tarixli 308-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalterin sol döş nahiyəsində bir ədəd, donun ön-yuxarı nahiyəsində altı ədəd və donun arxa-yuxarı nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələrin ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cinayətin aləti olması müəyyən edilən dəstəyi qəhvəyi rəngdə olan bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön-yuxarı nahiyəsində aşkar edilmiş altı ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin boyunun ön səthinin bir ədəd, sol körpücükaltı nahiyənin bir ədəd, döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd, döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən bir ədəd, döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yuxarı bayır səthinin döş boşluğuna nüfuz etməyən bir ədəd, donun arxa-yuxarı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən bir ədəd, sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz etməyən iki ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər-boyunun arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası, döş qəfəsinin sol yuxarı iç səthinin iki ədəd səthi kəsilmiş yaraları, sifətin sol bazu oynağı nahiyəsinin, hər iki saidin, hər iki diz nahiyəsinin, sol baldırın sıyrıqları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi və ya zədə yetirilən zaman paltarların yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Donun, tumanın, büstqalterin və bir cüt corabın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qan səthi ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fıziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus məxsus tuman və bir cüt corab üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sağ əlin İİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin, sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin kəsilmiş yaraları, belin sağ və sol bayır səthlərinin sıyrıqları, sağ bazunun, sol saidin qançırları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi və ya zədə yetirilən, zaman paltarların yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı qiymətləndirmək olar: Şalvarın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fıziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın və köynəyin üzərində fasilələrlə yerləşən bəziləri zolaq şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində onun təyinatını dəyişəcək heç bir dəyişiklik edilməmişdir. Təqdim edilmiş bıçağın tiyəsinin sol səthi üzərində markalanma nişanlı təsvirlər və «nerj» yazısı həkk olunmuşdur. Lifli materiallar üzrə məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1533 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarlar üzərində Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarlarm tərkib liflərindən yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun əqli inşikafında gerilik əlamətləri müşahidə edilmir. Ünsiyyətçilik, hirslilik, emosionallıq, hövsələsizlik, konfiliktə meyillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək psixi emosional vəziyyətdə (fizioloji affekt, psixi-emosional gərginlik, stress və s.) olmamış, emosional sferasında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. İşin 2-ci cildinin 110-141-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus üzərində qəhvəyi zolaqları olan don, qara rəngli tuman, qırmızı rəngli büstqalter və bir cüt çəhrayı rəngli corab, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli qısaqol mayka və göy rəngli cins şalvar, sonuncunun cinayəti törətdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanılmaları üçün Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. İşin 1-ci cildinin 60-61-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 2-ci cildinin 78-ci vərəqəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 216-cı vərəqəsindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2014-cü il və xx xxxxxx 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcub olduqda və əgər cəzanı ağırlaşdıran hal yoxdursa, təyin olunan cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində qəhvəyi zolaqları olan don, qara rəngli tuman, qırmızı rəngli büstqalter və bir cüt çəhrayı rəngli corab, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli qısaqol mayka və göy rəngli cins şalvar, sonuncunun cinayəti törətdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində qəhvəyi zolaqları olan don, qara rəngli tuman, qırmızı rəngli büstqalter və bir cüt çəhrayı rəngli corab, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli qısaqol mayka və göy rəngli cins şalvar, sonuncunun cinayəti törətdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-337/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-337/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver