Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2021 10.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, Bakı şəhəri, Nərimanov rayonu, “Azenko” adlanan binaların yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda, yəni, iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,596 və 3,588 qram olan, ümumi təmiz çəkisi isə 5,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328; 0,343; 0,346; 0,381 və 0,307 qram olan, ümumi təmiz çəkisi isə 1,705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0,2 qram təşkil edən 4 ədəd dairəvi formada, 1 ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,596 və 3,588 qram olan, ümumi təmiz çəkisi isə 5,184 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328; 0,343; 0,346; 0,381 və 0,307 qram olan, ümumi təmiz çəkisi isə 1,705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0,2 qram təşkil edən 4 ədəd dairəvi formada, 1 ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Азярбайъан Республикасы ЪМ-нин 234.1-ci maddəси ilə təqsirli bilir. O, avtomobil idarə etmiş və taksi kimi fəaliyyət göstərmişdir. Avtomobili lizinqlə almışdır. O, həbs olunandan təxminən 3 ay əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Həbs olunandan təxminən 3 gün əvvəl o, Nərimanov rayonu ərazisində yerləşən «Azenko» binalarının yanında üzdən tanıdığı, lakin anket məlumatlarını, telefon nömrəsini bilmədiyi bir nəfər şəxsdən 180 manat müqabilində «kokos» və «şüşə» deyilən heroin və metamfetamin adlı narkotik vasitələr almışdır. Uzun vaxt keçdiyi üçün onu görsə tanıya bilməz. Həmin şəxsi üzdən tanımışdır. O, nakrotik vasitəçisi olduğuna görə narkotik satanı tanımışdır. Narkotik vasitələri aldıqdan sonra bir hissəsini istifadə etmiş, qalan hissəsini isə cibində saxlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 18:00 radələrində Sabunçu rayonu, Baxıxanov qəsəbəsində «Bəyaz» çay evində oturduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələri əldə etməyi, üzərində gəzdirdməyi barədə şübhəli olduğunu bildirərək, onu Sabunçu RPİnin 13-cü PB-nə dəvət etmişlər. O, həmin polis işçiləri ilə birlikdə 13-cü PB-nə gəlmişdir. Polis əməkdaşları üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini istəyib-istəmədiyini soruşmuş, o, müdafiəçiyə ehtiyacı olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamamışdan əvvəl polis əməkdaşları üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda könüllü təqdim etməyini təklif etmişlər. O, əynində olan şalvarının cibində saxladığı iki ədəd ayrıayrı sellofana bükülmüş “şüşə” adlandırılan metamfetamini, bir ədəd sellofanda 4 ədəd bütov, 1 ədəd iki hissəyə bölünmüş metadon həblərini və 1 ədəd sellofanda 3 ədəd qara rəngli, 2 ədəd qəhvəyi rəngli sellofana bükülmüş “kokos” kimi tanınan heroini və 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi predmetlərin nə olduğunu soruşduqda o, narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetmanin və metadon olduğunu bildirmişdir. Polis əməkdaşları həmin maddələri haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda, o, təqribən 3 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Azenko” binalarının qarşısında tanımadığı şəxsdən 180 manata, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra ondan aşkar olunub götürülmüş narkotk vasitə qablаşdırılaraq bu barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. O, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. Həmin narkotik vasitəni satmaq məqsədi ilə almamış və həmin narkotik vasitəni heç kimə satmamışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun istifadə etdiyi telefon nömrəsi ***-***-**-**-dir. İstifadə etdiyi telefonla narkotiki ona satan şəxslə danışığı olmuşdur. Lakin, onun soyadını, adını və telefonunu xatırlamır. O, heç kəsə narkotiki pul müqabilində satmamış, özü istifadə etmək üçün almışdır. O, çox istifadə etdiyi üçün narkotiki hissələrə bölüb özündə saxlamışdır. Narkotiki falqada çəkmşişdir. 180 manatın müqabilində ona ittiham aktında göstərilən miqdarda narkotik vasitə verilmişdir. O, narkotiki alanda çəkisini bilməmiş, hesab etmişdir ki, 180 manatın müqabilində ittiham aktında göstərildiyi qədər olmuşdur. Narkotiki alandan həbs olunana qədər olan müddət ərzində aldığı narkotik vasitələrdən hər gün istifadə etmişdir. Məhkəmənin növbəti iclaslarında sədrlik edənin elan etdiyi sənədlərə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı nömrəni Rəşad istifadə edir, Rəşad dostudur, onun soyadını, atasının adını və digər anket məlumatlarını bilmir. ***-***-**-** və ***-***-**-** saylı nömrələri Nəcibə işlətmişdir, Nəcibə münasibətdə olduğu qadındır. Nəcibənin soyadını, atasının adını, yaşıdığı ünıvanı və digər anket məlumatlarını bilmir. Bundan başqa, elan ediлмиш Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatların çap olunmuş mətnlərinə əsasən Təqsirləndirilən şəxs aşağıdakıları bildirmişdir: -xx-xx-2019-cu ildə saat 03:42:18-də 994-70-806-84-56 saylı nömrədən “soz deyirem kakos var?” məzmunlu sms-ə Təqsirləndirilən şəxs həmin nömrənin sahibini xatırlamadığını və bu mesajla bağlı məlumatı olmadığını, onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə həmin tarixdə, yəni xx.xx.2019-cu il tarixdə saat 03:42:51-də həmin abonentə “He” məzmunlu cavab verməyini xatırlamadığını bildirmişdir. -xx-xx-2019-cu il tarixdə saat 08:37:33-də 994-55-444-29-68 saylı nömrədən “Navakainde 5 ml. Bir” məzmunlu sms-ə təqsirləndirilən şəxs mesajı dostu Rəşadın yazdığını, Rəşadın digər anket məlumatlarını bilmədyini və həmin tarixdə 00:12:48-də “Olar gel verim” məzmunlu, təsdiq formasında cavab mesajı göndərməyini xatırlamadığını bildirmişdir. -xx-xx-2019-cu ildə saat 19:51:43-də 99450 ***-**-** saylı nömrədən “Qaqa 0.5 lazimdi bidene xiyar beyaq goturub ikisinde verib olara” məzmunlu sms-ə və -xx-xx-2019cu il tarixdə saat 03:24:41-də 994-50-512-09-09 saylı nömrədən “Qaqa ot var sende” məzmunlu sms-ə həmin nömrənin dostu Hüseynə məxsus olduğunu, оnun soyadını, atasının adını, yaşadığı ünvanı və digər anket məlumatlarını bilmir. Hüseynlə bir yerdə narkotikdən istifadə etmişlər. Həqiqətən,həmin vaxt o, Hüseynə narkotik vasitə vermiş, Hüseyn çəkmişdir. -xx-xx-2019-cu il tarixdə saat 19:33:06-da 994-70-804-57-27 saylı nömrədən “Ay gaga agridayam nece eliyek gurban sene” məzmunlu sms dəqiq xatrlamadığını və kimdirsə yəqin xəstə olduğunu demişdir. -xx-xx-2019-cu il tarixdə saat 20:36:10-da 994-70-804-57-27 saylı nömrədən isə “Atam mene biraz falga verersen” məzmunlu sms-ə isə, falqanın narkotiki üstündə çəkmək üçün lazım olduğunu, lakin bu mesajı xatırlamadığını bildirmişdir. -xx-xx-2019-cu il tarixdə saat 02:29:15-də 99477319-69-19 saylı nömrədən “Awkim ewitmirsen ampula bu qiriqdi o birsini getir yanindakini” məzmunlu sms-ə cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu mesajı yazan münasibətdə olduğu qadın olmuş, həmin vaxt ona ampula lazım olmuşdur. -xx-xx-2019-cu il tarixdə saat 20:55:29-da 994-70-804-57-27 saylı nömrədən “Ölürem gerdew hardasan” məzmunlu sms-ə isə Təqsirləndirilən şəxs bu sms-i göndərənin sahibini xatırlamadığını və söhbətin nədən getdiyini bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü PB-də sahə inspektoru işləmişdir. Hazırda isə Xəzər RPİ-nin 3-cü PB-də sahə inspektoru işləyir. Həmin dövrdə işlədiyi Sabunçu RPİ-nin 13-cü PB-nə Ramal adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması, satışı və onun qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxxx 2019-cu il tarixdə ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bəyaz Saray” restoranının yaxınlığında zahiri əlamətlərinə görə Ramal adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Onu 13-cü Polis Bölməsinə dəvət etmişlər. Ramal onlarla razılaşaraq onlarla birlikdə 13-cü Polis Bölməsinə gəlmişdir. Bundan sonra Ramalın hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilsə də, Ramal vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Ramalın üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməyi bildirilmişdir. Ramal əynində olan şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofana bükülmüş ağ kristal maddə, bir ədəd sellofanda dörd ədəd bütöv formada bir ədəd iki hissəyə bölünmüş formada olan qəhvəyi rəngli həbləri, bir ədəd sellofanda üç qara rəngli, iki qəhvəyi rəngli olan və sellofana bükülmüş maddələri, həmçinin bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələri Nərimanov rayonunda yerləşən “Azenko” binalarının yaxınlığında tanımadığı şəxsdən 180 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Ramalın üzərindən aşkar olunan narkotik vasitəyə bənzər olan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onun narkotik vasitəni kiməsə satması, kimdənsə pul almasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışını həyata keçirməsi ilə bağlı tədbir görülməmişdir. Təqsirləndirilən şəxsin pul verib narkotiki almasını görməmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsində saxlanılmışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 75-77-ci vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «....Ramal adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə işlədiyim Sabunçu RPİ-nin 13-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bilirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. İfadənin sonunda olan imza onundur. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı da məlumat olmuşdur. Lakin, istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxsin həm də narkotik vasitənin satışı ilə məşğul olması barədə bildиrməmişdir. Ona görə ki, həmin vaxt onun barəsində CM-nin 234.1-ci maddəsi ilə iş getmişdir. Hazırda təqsirləndirilən şəxsə narkotik vasitənin sastışı ilə bağlı ittiham verildiyindən o, təqsirləndirilən şəxsin barəsində satışla bağlı məlumat daxil olduğunu deyir. Şahid2 elan olunmuş cinayət işinin 24-25-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola və şahidə təqdim edilmiş protokolda olan şahidin adının qarşısında olan imzaya əsasən bildirmişdir ki, protokolda ona təqdim olunmuş imza onun imzasıdır. Həmin protokolda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması öz əksini tapmamışdır. Təqsirləndirilən şəxsə məxsus telefon aparatı həmin protokolu tərtib edən təhqiqatçı Elşən Quliyev tərəfindən səhv olaraq telefonu Təqsirləndirilən şəxs qaytarıldığı yazılmış, faktiki olaraq telefon təhqiqatçıya təhvil verilmişdir. Cinayət işinin 244-251-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunda olan Şahid2 ifadəsi elan olunmuş və elan olunmuş ifadəsinə əsasən Şahid2 bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını deməmiş, ona görə ki, həmin vaxt təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Hazırda isə ona CM-nin 234.4.3-cü maddəsi ilə, satışla bağlı ittiham verildiyindən belə ifadə verir. O, elə dərk edir ki, Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham verilirsə, belə də ifadə verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü PB-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili işləyir. Ramal adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması, satışı və onun qəbulu ilə məşğul olması barədə işlədiyi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxxx 2019-cu il tarixdə ondan və sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Qrupun rəhbəri o, olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bəyaz Saray” restoranının yaxınlığında zahiri əlamətlərinə görə Ramal adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan şəxsiyyəti ona məlum olan X2 yaxınlaşıb özlərini təqdim edərək, onu 13-cü Polis Bölməsinə dəvət etmişlər. Ramal onlarla razılaşaraq birlikdə 13-cü Polis Bölməsinə gəlmişdir. Bundan sonra Ramalın hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, lakin, Ramal vəkilin iştirakına ehtiyacı olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Ramalın üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməyi bildirilmişdir. Ramal əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofana bükülmüş ağ kristal maddə, bir ədəd sellofanda dörd ədəd bütöv formada bir ədəd iki hissəyə bölünmüş formada olan qəhvəyi rəngli həbləri, bir ədəd sellofanda üç qara rəngli, iki qəhvəyi rəngli olan və sellofana bükülmüş maddələri, həmçinin bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələri Nərimanov rayonunda yerləşən “Azenko” binalarının yaxınlığında tanımadığı şəxsdən 180 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Сонра Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Ramalın üzərindən aşkar olunan narkotik vasitəyə bənzər olan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsm narkotiik vasitənin istifadəçisi və satışı ilə məşğul oması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində saxlamışlar. Əməliyyat tədbiri həyata keçirilərkən təqsirləndirilən şəxsin narkotik vasitəni kiməsə satması, kimdənsə pul alması müəyyən olunmamışdır. Əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxsin narkotik vasitəni satmasını təsdiq edən sübutları olmamışdır. Hazırda xatırlamır, deyəsən Sabunçu Rayon Məhkəməsində ifadə vermişdir. Sabunçu Rayon Məhkəməsində Ramalın satışı ilə məşğul olmasını deməmiş, ona görə ki, Ramala həmin vaxt satışla bağlı ittiham verilməmişdir. Hazırda Ramala narkotik vasitənin satışı ilə bağlı ittiham verildiyindən o, təqsirləndirilən şəxsin barəsində satışla bağlı məlumat daxil olduğunu deyir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 72-74-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «.... Ramal adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə işlədiyim Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, elan olunmuş ifadənin sonunda olan imza onun imzasıdır. İfadəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə məlumatın daxil olması göstərilmişdir. Həmin vaxt Ramala narkotikin satışı ilə bağlı ittiham verilməmişdir. Ona görə elə ifadə vermişdir. Şahid1 elan olunmuş cinayət işinin 4-cü vərəqəsində olan raporta və ona təqdim edilmiş raportda olan imzayа əsasən bildirmişdir ki, ona təqdim olunmuş raportda olan imza onundur. Elan olunmuş cinayət işinin 6-cı vərəqəsində olan xx.xx.2019-cu il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara və qərarda olan imzaya əsasən Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş qərarda olan imza onundur. Raport və qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə məlumatın daxil olması göstərilmişdir. Həmin vaxt onun narkotik vasitələrin satışı ilə məşğul olmasını o, yazmamışdır. Ona görə ki, konkret narkotiki kimə satması onlar tərəfindən müəyyən edilməmişdir. Elan olunmuş cinayət işinin 24-25-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola və protokolda Şahid1 adının qarşısında olan imzaya əsasən Şahid1 bildirmişdir ki, şəxsi axtarış keçirilməsi barədə protokolda adının qarşısında olan imza onundur. Protkolda təqsirləndirilən şəxsin telefonunun özünə qaytarılması yazılmış, protokolu təhqiqatçı Elşən Quliyev düz tərtib etməmiş, telefon təhqiqatçıya verilmişdir. Cinayət işinin 244-251-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunda olan Şahid1 ifadəsi elan olunmuş və həmin ifadəyə əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəsində də təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olmasını bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verildiyindən elə ifadə vermişdir. Hazırda təqsirləndirilən şəxsə narkotik vasitənin satışı ilə ittiham verildiyindən indi belə ifadə verir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də тядгиг етмишдир. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx xxxxxxx 2019-cu il tarixli raportundan və cinayət işinin 6-cı vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsi 4R-də qeydiyyatda olan və Bakıxanov ərazisinə tez-tez gələn “Ramal” adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 24-26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Bəyaz Saray” restoranının yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş və polis bölməsində Təqsirləndirilən şəxs üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofana bükülmüş ağ kristal maddə, 1 ədəd sellofanda 4 ədəd bütöv formada 1 ədəd isə iki hissəyə bölünmüş formada olan qəhvəyi rəngli həblər və 1 ədəd sellofanda 3 qara rəngli, 2 qəhvəyi rəngli olan və sellofana bükülmüş maddələri və 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim edərək ona məxsus olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin heroin olduğunu, öz istifadəsi üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Azenko” yaşayış kompleksinin yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 180 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən “Xiaomi Redmi” markalı mobil telefon müəyyən edilmiş və özünə təhvil verilmişdir. Şəxsi axtarış zamanı “Nikon” markalı videokamera ilə çəkiliş aparılmışdır. Cinayət işinin 32-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 26888 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddlər...” yazısı olan zərfdə, 02 (iki) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 5,184 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,671 qram qəhvəyi rəngli maddələr və 03 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,034 qram tünd qəhvəyi rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 1,705 qramdır. Həmin zərfdə olan 04 (dörd) ədəd dairəvi formada və bir ədəd iki yerə bölünmüş, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 05 (beş) ədəd həblərdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0.2 qram təşkil edir (bir həbdə 0,004 qr metadon olmaqla) . Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” –in İİ siyahısına daxildir. Cinayət işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli, 1/6025 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı test MOP aşkar edilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5(008)-262/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofana bükülmüş ağ kristal maddə, 1 ədəd sellofanda 4 ədəd bütöv formada 1 ədəd isə iki hissəyə bölünmüş formada olan qəhvəyi rəngli həblər və 1 ədəd sellofanda 3 qara rəngli, 2 qəhvəyi rəngli olan və sellofana bükülmüş maddələri və 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim edərək ona məxsus olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin heroin olduğunu, öz istifadəsi üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Azenko” yaşayış kompleksinin yaxınlığında üzdən tanımadığı şəxsdən 180 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə bağlı CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ”773338484 sms in” adlı faylda qeyd olunan mobil nömrəyə daxil olmuş smslərdir, “773338484 sms out” adlı faylda qeyd olunan mobil nömrədən müxtəlif mobil telefon nömrələrinə yazılmış sms mətnlərinin məzmunu, “777575757 sms in” adlı faylda qeyd olunan mobil nömrəyə daxil olmuş smslərdir, “777575757 sms out” adlı faylda qeyd olunan mobil nömrədən müxtəlif mobil telefon nömrələrinə yazılmış sms mətnlərinin məzmunu, “Call_Details_**********0930 777575757” adlı faylda qeyd olunan nömrənin anten dairələri haqqında məlumatlar, “Call_Details_**********1013 773333484” adlı faylda qeyd olunan nömrənin anten dairələri haqqında məlumatlar, “Call_Numbers_**********1215_777575757_onlyNAR” adlı faylda qeyd olunan mobil nömrəyə zəng edilmiş Azərfon mobil operatora aid nömrə sahiblərinin anket məlumatları, “Call_Numbers_**********1238_773333484_onlyNAR” adlı faylda isə qeyd olunan mobil nömrəyə zəng edilmiş «xxxx» mobil operatora aid nömrə sahiblərinin anket məlumatları əks olunmuşdur. Baxış zamanı ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilmişdir. Cinayət işinin 138-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/440 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti № 66” ştamp əksi olan paketdə, vət. Təqsirləndirilən şəxs götürülmüş: -2 ədəd bükümdə olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; -2 ədəd bükümdə qəhvəyi rəngli tozşəkiİli heroinlər 3 ədəd bükümdə olan tünd qəhvəyi rəngli bərkimiş formada olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər; -4 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər, 1 ədəd iki yerə bölünmüş həblərdə tərkibindəki təsiredici maddəsinin miqdarına, rənginə və formasına görə eynilik təşkil edirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin, heroinlərin və metadon tərkibli həblərin ayrı-ayrılıqda və ümumi təmiz çəkiləri xx xxxxxxx 2019-cu il tarixli 26888 saylı ekspert rəyində göstərilmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-dən daxil olmuş xx xxx 2020-ci il tarixli, 075-2018-1220 №-li məktubdan görünür ki, “xxxx” MMC-dən daxil olmuş diskdə qeydə alınmış Təqsirləndirilən şəxs mütəmadi olaraq əlaqə saxladığı şəxslərin olduqları yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 208-220-ci vərəqələrində olan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, cinayət işinin 263-268-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli,1(008)-310/2020 saylı qərarından görünür ki, məhkəmə iclasında dövlət ittihamçısı vəsatətlə çıxış edərək, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə, saat 03:42-də ***-***-**-** saylı saylı mobil nömrədən «söz deyirəm kokos var İstiyən var, tez yaz» məzmunlu sms mətni ötürülmüş, cavab olaraq «hə problem deyil» məzmunlu sms mətni alınmış, lakin, bununla bağlı Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslər, qabaqcadan əlbir olduğu bir qrup şəxslər müəyyən edilmədiyindən, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Sabunçu Rayon Məhkəməsinin həmin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işinin 271-272-ci vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Elvin Nəsibovun xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 287-291-ci vərəqələrində olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Elvin Nəsibovun xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməklə, ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. Cinayət işinin 293-294-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işindən narkotik vasitəni təqsirləndirilən şəxsə satan şəxs və ya şəxslərin, həmçinin, ***-***-**-** mobil telefon nömrəsinin sahibinin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri satış məqsədilə deyil, yalnız özü istifadə etməsi üçün əldə etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə deyil, istifadəsi üçün əldə etməsi barədə inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında dindirilmiş iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələrində onlarda Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu bildirmişlər. Bundan başqa, мящкямя бахышында cinayət işinin 101-102-ci vərəqələrinə ялавя едилмиш Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi иля апарылмыш данышыг вя смс-ляри якс етдирян CD diskдя олан мялуматларын чап олунмуш мятниндян görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2019-cu il tarixdən saat 00:00:00-dan – xx.xx.2019-cu il saat 23:59:59dək aşağıdakı məzmunda sms-mətnləri daxil olmuşdur: xx-xx-2019-cu ildə saat 03:42:18də 994-70-806-84-56 saylı nömrədən “soz deyirem kakos var?” məzmunlu sms; xx-xx- 2019-cu il tarixdə saat 08:37:33-də 994-55-444-29-68 saylı nömrədən “Navakainde 5 ml. Bir” məzmunlu sms; xx-xx-2019-cu ildə saat 19:51:43-də **********09 saylı nömrədən “Qaqa 0.5 lazimdi bidene xiyar beyaq goturub ikisinde verib olara” məzmunlu sms; xx-xx-2019-cu il tarixdə saat 03:24:41-də 994-50-512-09-09 saylı nömrədən “Qaqa ot var sende” məzmunlu sms; xx-xx-2019-cu il tarixdə saat 19:33:06-da 994-70-804-57-27 saylı nömrədən “Ay gaga agridayam nece eliyek gurban sene” məzmunlu sms; xx-xx-2019cu il tarixdə saat 02:29:15-də **********19 saylı nömrədən “Awkim ewitmirsen ampula bu qiriqdi o birsini getir yanindakini” məzmunlu sms; xx-xx-2019-cu il tarixdə saat 20:55:29-da 994-70-804-57-27 saylı nömrədən “Ölürem gerdew hardasan” məzmunlu sms və xx-xx-2019-cu il tarixdə saat 20:36:10-da 994-70-804-57-27 saylı nömrədən isə “Atam mene biraz falga verersen” məzmunlu smslər daxil olmuşdur. Мəhkəmə iclasında CD diskdə olan чап едилмиш həmin sms məlumatları Təqsirləndirilən şəxs elan olunaraq, həmin sms yazışmaların kimlərlə aparıldığı вя ня кими мяна дашыдыьы барядя суал олунмушдур. Təqsirləndirilən şəxs həmin yazışmalarын яксяр щиссясини хатырламадыьыны, щямин шяхслярин анкет мялуматларыны билмядийини дейяряк, йалныз ***-***-**-** saylı nömrədən daxil olmuş “Qaqa ot var sende” məzmunlu sms mətninə münasibətdə Təqsirləndirilən şəxs həmin mobil nömrənin dostu Hüseynə məxsus olduğunu, Щцсейнля бирликдя наркотик васитялярдян истифадя етмясини вя щямин вахт Hüseynə istifadə etmək üçün narkotik vasitə verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən çıxan sms mətnlərinin çıxarışından görünür ki, xx-xx-2019-cu ildə saat 03:42:18-də 994-70-806-84-56 saylı nömrədən gələn “soz deyirem kakos var?” məzmunlu sms-ə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2019-cu il tarixdə saat 03:42:51-də “He” məzmunlu; xx-xx-2019-cu il tarixdə saat 08:37:33-də 994- 55-444-29-68 saylı nömrədən gələn “Navakainde 5 ml. Bir” məzmunlu sms-ə isə həmin tarixdə saat 00:12:48-də “Olar gel verim” məzmunlu, təsdiq formasında cavab mesajı göndərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında və istintaq dövründə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmə xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq тягсирляндирилян шяхсин, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metadon»un 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 2920 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 25 oktйabr 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 11-ci vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 66-67-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 4(008)-448/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 1,555 qram heroin, 4,984 qram metamfetamin və metadon məhv edilməli, 1 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 281.65 (iki yüz səksən bir manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (беш) ил müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 1,555 qram heroin, 4,984 qram metamfetamin və metadon məhv edilsin. 1 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 281.65 (iki yüz səksən bir manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-341/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver