Məhkəmə qərarları › İş №1(101)-352/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 6 sayl Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 51/53, mənzil 19-da qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3-də yaşayan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx xxxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 15-də yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirmiş, habelə təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə plana əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Nazim” adlı şəxsə verməsini, Təqsirləndirilən şəxs2 sonuncudan narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib Bakı şəhərinə daşımaqla “Murtuz” adlı şəxsin dediyi şəxslərə satıb əldə edilən pulun Təqsirləndirilən şəxs1 təqdim etməsini, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitinin istintaqa məlum olmayan üsulla Murtuz və Rza adlı şəxslərə çatdırılmasını öz üzərinə götürməsi barədə razılaşmış, cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 13 oktyabr 2019-cu il tarixdə saat 18-19 radələrində Dövlət Sərhəd Xidmətinin X18 yaxınlığında Nazim adlı şəxsdən külli miqdarda - 10.199 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhərinə gətirmiş, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi, 15 saylı ünvanda yerləşən Avrasiya Klinikasının yaxınlığında 0,005 qram çəkidə psixotrop maddə metamfetamini 175 manata tanışı X1. Bundan başqa, Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radalərində külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında Tural Əhmədova qanunsuz satarkən bu barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılıb həmin şöbəyə gətirilərək orada xidməti otaqların birində həmin tarixdə saat 10:15-dən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki donun cibindən satış məqsədi ilə əldə edib gəzdirməklə saxladığı külli miqdarda 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 222-50-42 saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahin Süleyamanova verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq psixotrop maddələri keçirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar plana əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Nazim” adlı şəxsə verməsini, Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib Bakı şəhərinə daşımaqla “Murtuz” adlı şəxsin dediyi şəxslərə satıb əldə edilən pulun Təqsirləndirilən şəxs1 təqdim etməsini, sonuncu isə narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitinin istintaqa məlum olmayan üsulla Murtuz və Rza adlı şəxslərə çatdırılmasını öz üzərinə götürməsi barədə razılaşmış, cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 13 oktyabr 2019-cu il tarixdə saat 18-19 radələrində Dövlət Sərhəd Xidmətinin X18 yaxınlığında Nazim adlı şəxsdən külli miqdarda - 10.199 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhərinə gətirmiş, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X27 küçəsi, 15 saylı ünvanda yerləşən Avrasiya Klinikasının yaxınlığında 0,005 qram çəkidə psixotrop maddə metamfetamini 175 manata tanışı X1. Bundan başqa, Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radalərində külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında Tural Əhmədova qanunsuz satarkən bu barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılıb həmin şöbəyə gətirilərək orada xidməti otaqların birində həmin tarixdə saat 10:15-dən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki donun cibindən satış məqsədi ilə əldə edib gəzdirməklə saxladığı külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, onun baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur, o, yanğından mühafizə alətlərinin və cihazlarının alqı-satqısı, o cümlədən, pul köçürməsi ilə məşğul olmuşdur; təxminən 25 ilə yaxındır ki, İran İslam Respublikasına gedərək müvafiq mallar, yəni yanğından mühafizə malları alaraq ölkədə satmışdır, o, Əli adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə tanış omluş, aralarında ancaq işgüzar münasibətlər olmuş, aralarından heç vaxt narkotik vasitələrlə bağlı danışıqlar olmamış, ilk gündən etibarən hadisənin baş verdiyi günə kimi bütün danışıqları telefonun yaddaşında mövcuddur, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş və ifadəsində narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasını qeyd etməyə məcbur edilmiş, halbuki gömrük idarəisndə bütün əməkdaşlar onu tanımış, hamı onun qanuni ticarətlə məşğul olduğunu bilir, heçə kim deyə bilməz ki, o nə vaxtsa narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuşdur; ona ancaq pulların götürülməsi ilə müraciət edilmiş, o da pullarla bağlı Rza ilə telefonda danışmış, Rza telefonda ona narahat olmamağı, pulu götürməsini, pulu gətirən adamın Rzanın özünün tanışı olmasını demiş, Rza ilə aralarında narkotik vasitələrlə və onların alqı-satıqısıilə bağlı heç bir danışıq, heç bir söz işlədilməyib. İrana əvvəllər tez-tez pulları dəyişmək üçün getmiş, indiyə qədər pul köçürdüyü şəxslərin hər birinin adı və danışıqları telefonunda mövcuddur, Sakit adlı şəxsi əvvəllər tanımamış, Sakit adlı şəxs Rzanı da tanımamış və Rza ilə əvvəllər tanışlığı mümkün ola bilməzdi, Rzaya zəng edən şəxslər sonuncuya 8.800 ABŞ dolları pul verilməli olduğunu, adam göndərməsini və pulu götürməsini demişlər, Rzanın xahişi ilə pulu götürməyə o getmiş, ona zəng edən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən “Qubadlı” kafesinə gəlməsini xahiş etmişdir; həmin gün saat 23 radələrində «Qubadlı» kafesində olarkən, iki nəfər şəxs gələrək onun oturduğu masaya yaxınlaşmış və adının Arif olub-olmadığını soruşmuşlar, Arif olduğunu bildirmiş, həmin şəxslər onun masasına əyləşmiş, onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın 8.800 ABŞ dolları pulu ona verməsini tapşırdığını bildirmişlər; onlar həmin pulu ona vermiş, o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir; Rza ilə danışarkən Rzaya gələn şəxslərin onda şübhə yaratdığını və pulu götürməyəcəyini demiş, həmin vaxt kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuş, ona yaxınlaşaraq çəkiliş aparılmaqla əməliyyat-axtarış tədbiri keçirdiklərini və onun Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər, o, polis əməkdaşlarına pulun narkotik vasitələrə görə verildiyini bilmədiyini, narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları ona Sakit adlı şəxsin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müaraciət edərək Rza adlı şəxsin 15.000 manat pulun müqabilində 1 kiloqram narkotik vasitə satdığını və həmin narkotik vasitə üçün verilməli olan 15.000 manat pulun isə ona verilməli olduğunu bildirdiyini demişlər; bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə avparmışlar, orada polis əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmış, polis əməkdaşları onu etirafedici ifadələr verməyə məcbur etmişlər, bundan sonra polis əməkdaşları tərəfindən Binə Ticarət Mərkəzinə və X33 yanına aparılmış, İlqar və Hacı adlı şəxslər də saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, bir müddət saxlanıldıqdan sonra həmin şəxslər sərbəst buraxılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzbati binasına gətirilərkən binanın birinci mərtəbəsinin dəhlizində sağ tərəfdəki sonuncu otaqda polis əməkdaşları tərəfindən əynindəki şalvarın arxa cibinə 2 bükümdə narkotik vasitə qoyulmuş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etirafedici ifadə verməsi tələb edilmişdir, o, Təqsirləndirilən şəxs2 yalnız saxlandıqdan sonra görmüş, Arzu ilə bir dəfə telefon danışığı olmuş və bu danışıq Rza adlı şəxsin xahişi ilə olmuş, Təqsirləndirilən şəxs2 Şərab evinə qoyduğu pulun nə pulu olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin göstərmişdir ki, ona qarşı fiziki təsir göstərilməsi ilə bağlı prokuror və məhkəmə nəzarəti qaydasında müraciət etməmiş, hazırda bədənində tibb müayinəsi ilə müəyyən oluna biləcək heç bir xəsarət izləri qalmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunmuş ifadəsində də ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, Rza Əkrəmini 5-6 ay olar ki, tanıyır, Rzanı Əli adlı tanışı vasitəsi ilə tanımış, belə ki, ticarətlə məşğul olduqda İran İslam Respublikasına gedir və bu zaman özü ilə gətirdiyi pulları Əliyə verirmiş və Əli də pulları onun dediyi ünvanlara yollayırmış; 2019-cu ilin oktyabr ayının sonlarında Əli onu Rzayla tanış etmiş və Rzanın dediyi adamlardan pulları alaraq onun dediyi şəxslərə verməsini əvəzində müəyyən məbləğdə pul alacağını bildirmişdir; bir neçə dəfə bu qaydada başqa şəxslərlə işlədiyi üçün hər hansı problemin olmayacağını düşünmüş və Əlinin təklifi ilə razılaşmış, Əli onun nömrəsini Rzaya vermiş, Rza onunla əlaqə saxlamış və Rza ilə bir qədər danışdıqdan sonra iş barədə maraqlanmış, Rza ona Rzanın dediyi şəxslərdən pulları alacağını və sonradan Rzanın dediyi digər adamlara verəcəyini bildirmiş, Rza aldığı pulların əvəzində hər dəfə ona müxtəlif məbləğlərdə pullar verəcəyini vəd etmişdir; Rza ilə razılaşmış, bundan sonra müxtəlif vaxtlarda Rzanın dediyi adamlardan pulları alaraq İslam adlı şəxsə verirmiş, bundan əlavə bir neçə dəfə Rzanın dediyi adamlardan pulları alaraq yenidən Rzanın söylədiyi Səid, İlqar, Məhəmməd və başqa şəxslərə verirmiş, Rza ilə onun istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə əlaqə saxlamış, 3 mart 2020-ci tarixdə saat 15 radələrində Rza istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə ona məxsus (050) ***-**-** mobil nömrəsinə WatsApp proqamı vasitəsi ilə səsli yazı «ataraq» onun adından 15.000 manat pul veriləcəyini və həmin pulları alaraq onun dediyi adama verməsini istəmişdir; problem olmadığını bildirmiş, bundan sonra tanımadığı nömrədən zəng gəlmiş və danışan şəxs onun nömrəsini Rzadan aldığını bildirmiş, ondan harada olduğunu soruşmuş və onun (Təqsirləndirilən şəxs1) Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən “Qubadlı” kafesinə gəlməsini xahiş etmişdir; həmin gün saat 23 radələrində Qubadlı kafesində olarkən iki nəfər şəxs gələrək onun oturduğu masaya yaxınlaşmış və adının Arif olub-olmadığını soruşmuşlar, Arif olduğunu bildirmiş, həmin şəxslər onun masasına əyləşmiş, onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın 8.800 ABŞ dolları pulu ona verməsini tapşırdığını bildirmişlər; onlar həmin pulu ona vermiş və o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir; Rza ilə işlədiyi müddət ərzində bir neçə dəfə Rzadan alınan pullar barədə maraqlanmış, Rza ona həmin pulların ticarətlə əlaqədar alındığını bildirirmiş. Lakin son məbləği almasını bildirdikdə və həmin şəxslərlə görüşdükdə artıq Rzanın başqa işlə məşğul olduğunu başa düşmüşdür. Buna görə də fikirləşmişdir ki, indi aldığı pulu da Rzaya versin və bundan sonra onunla işləməsin. Lakin artıq gec olduğu üçün həmin şəxslərdən pulları almış və saydıqdan sonra Rzaya zəng edərək sonuncuya bu barədə məlumat vermişdir, Rza ondan xəbəri aldıqdan sonra problemin olmadığını bildirmişdir. Bundan sonra kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuşlar. Onlar yaxınlaşaraq çəkiliş aparılmaqla əməliyyat-axtarış tədbiri keçirdiklərini və onun Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər, artıq hər şeyi başa düşdüyü üçün həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona Sakit adlı şəxsin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müaraciət edərək Rza adlı şəxsin 15.000 manat pulun müqabilində 1 kiloqram narkotik vasitə satdığını və həmin narkotik vasitə üçün verilməli olan 15.000 manat pulun isə ona verilməli olduğunu bildirdiyini söyləmişlər; polis əməkdaşları pulları saydıqdan sonra Rzanın onlara ünvan söylədiklərini və həmin ünvana gedəcəklərini bildirmişlər, bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Orada ona hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş və bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtraış keçirmişlər, lakin üzərində heç bir narkotik vasitə və ya qanunsuz predmet aşkar edilməmişdir; protokollar tərtib edilmiş və protokola imza çəkmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına Rzanın nə işlə məşğul olduğunu bilmədiyini sadəcə sonuncu dəfə pulu adlıqda Rzanın işi barədə onda şübhələrin yarandığını, artıq Rzanın hansı işlə məşğul olmasını başa düşdüyünü, lakin gec olduğu üçün pulu alıb ona bu barədə məlumat verdiyini, pulu onun dediyi adama verdikdən sonra bir daha Rza ilə işləməyəcəyini bildirmişdir; bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Rza Əkrəmini 5-6 ay olar ki, tanıyır. Rzanı Əli adlı tanışı vasitəsi ilə tanımışdır. Belə ki, ticarətlə məşğul olduqda İran islam Respublikasına gedirmiş və bu zaman özü ilə gətirdiyi pulları Əliyə verirmiş və Əli də pulları onun dediyi ünvanlara yollayırmış. 2019-cu ilin oktyabr ayının sonlarında Əli onu telefon vasitəsi ilə Rzayla tanış etmişdir. Əli ona hərdən Rzanın işlərinin olduğunu bildirib ona da bu məsələlərdə kömək etməsini istəmişdir. Əli ilə ticarət əlaqələrinə görə bununla razılaşmışdır. Belə ki, bir neçə dəfə Rzanın xahişi ilə onun dediyi şəxslərdən pulu alaraq yenidən Rzanın dediyi şəxslərə aparıb verməli imiş. Bu qayda ilə bir neçə dəfə Rzanın xahişi ilə onun istədiklərini yerinə yetirirmiş. Məqsədi məşğul olduğu ticarət əlaqələrini itirməmək olmuşdur. Bir neçə dəfə Rza dediyi adamlardan pulları qəbul edərək Rzanın dediyi adamlara aldığı pulları təhvil vermişdir. Hər dəfə pulları verdikdə bəzən Rza ona verdiyi puldan 20-30 manat pul götürməsini bildirirmiş. Bu pulda onun benzin və yol xərci üçün imiş. Çünki əsasən uzaq yerlərə gedərək Rzanın dediyi pulları onun dediyi adamlara vermişdir. Rzanın xahişlərini yerinə yetirməkdə başqa məqsədi olmamışdır. 03 mart 2020ci tarixdə saat 15 radələrində Rza istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə ona məxsus (050) ***-**-** mobil nömrəsinə WatsApp proqamı vasitəsi ilə səs yazı ataraq Rzanın adından ona 15.000 manat pul veriləcəyini və həmin pulları alaraq dediyi adama verməsini istəmişdir. Problem olmadığını bildirmiş və bundan sonra ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs nömrəni Rzadan aldığını bildirmişdir. Həmin şəxs onun harada olduğunu soruşmuş və o, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən "Qubadlı” kafesinə gəlməsini söyləmişdir. Həmin gün saat 23 radələrində Qubadlı kafesində olarkən iki nəfər şəxs gələrək onun masasına yaxınlaşmışlar və ondan Arif olub-olmadığını soruşmuşlar. Arif olduğunu bildirmiş və həmin şəxslər onun masasına yaxınlaşmışlar. Onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın ona 8.800 ABŞ dolları pulu verilməsini istədiyini bildirmişlər. Onlar həmin pulu Arifə vermiş və o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 15.000 manat yox 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir. Rza da həmin pulu götürüb Eldar adlı şəxsə verməsini istəmiş və onun telefon nömrəsini göndərmişdir. Rza ilə əvvəllər bir neçə dəfə işlədiyi müddətdə Rzadan pullar barədə maraqlandıqda Rza həmin pulların ticarətlə əlaqədar alındığını bildirirmiş. Bu dəfə də deyilən pulu aldıqda həmin pulun ticarət işləri ilə əlaqədar verildiyini başa düşmüşdür. Buna görə də həmin şəxslərdən pulları almış və saydıqdan sonra Rzaya zəng edərək ona bu barədə bildirmişdir. Rza ondan xəbəri aldıqdan sonra problemin olmadığını bildirmişdir. Bundan sonra kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuşlar. Onlar ona yaxınlaşaraq çəkiliş əsasında əməliyyat axtarış tədbiri keçirdiklərini və Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda ona verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər. Bu zaman onlara pulun nə məqsədlə verildiyindən xəbərinin olmadığını bildirmişdir. Rza ilə olan əlaqələrini bildirmiş və hər dəfə ticarət üçün verilən pulları Rzanın dediyi adamlardan alaraq yenidən onun dediyi adamlara verdiyini bildirmişdir. Polis əməkdaşlarına Rza ilə 6 aydan çoxdur ki, əlaqəsinin olduğunu və onunla bütün danışıqlarının onun mobil telefonunda olduğunu və həmin danışıqlarında Rza ilə yalnız ticarətlə bağlı danışdığını bildirmişdir. Rzanın dediyi adamlardan aldığı və Rzanın dediyi adamlara verdiyi pulları əsasən ticarətlə məşğul olan və ticarət mərkəzlərində işləyən şəxslərə verdiyi üçün heç vaxt Rzadan şübhələnməmişdir. Bundan sonra həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Ədətən Rzanın dediyi adamlar pulu verdikdən sonra çıxıb getdikləri üçün indiki şəxslərdən pulu alıb saydıqdan sonra onlar getmək istəmədikdə onlardan şübhələnmiş və Rzaya səsli mesaj göndərib həmin şəxslərin düzgün adam olmadıqlarını və pulu qaytarmaq istədiyini bildirmişdir. Mesajı göndərdikdən dərhal sonra ona pul verən şəxslər və orada olan tanımadığı dörd-beş nəfər onun üzərinə gəlmiş və onlar vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək onun əlini burub Baş Narkotıklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada bir neçə şəxs qəflətən onu yumruq və təpiklə döyməyə başlamışlar. Sonradan orada olarkən onlar onun arxa cibinə iki büküm ataraq onun narkotik satışı ilə məşğul olduğunu bildirib bu barədə izahat verməsini və hər şeyi etiraf etməsini istəmişlər. Polis əməkdaşları hətta bir nəfər tanımadığı şəxsi gətirərək guya həmin şəxsə narkotik satmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik satışı ilə məşğul olmasını etiraf etmədiyi təqdirdə ona məxsus avtomobildən və yaşadığı evdən külli miqdarda narkotik çıxacağı ilə onu təhdid etmişlər. Polis əməkdaşlarının heç bir təklifi ilə razılaşmamış və onların istədiyi etiraf edici izahat verməyəcəyini söyləmişdir. Sonradan onu kafedə pulu verən Şirəli adlı şəxsin xidməti otağında saxlamışlar. Həmin gecə onunla birlikdə həmin otaqda başqa tutulan şəxslər də olmuşdur. Həmin şəxslərin arasında guya ondan narkotik alan şəxsdə olmuşdur. Növbəti gün səhər saat 10 radələrində onu Binə bazarına aparmışlar. Orada əvvəllər pul verdiyi şəxslərdən birini müəyyən edib onunla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirmişlər. Sonradan həmin şəxsə nə olduğunu bilməmişdir. Daha sonra polis əməkdaşları Rzanın xahişi ilə aldığı 8.800 ABŞ dolları pulu Rzanın verdiyi telefon nömrəsi ilə əlaqə saxlayıb İlqar adlı şəxsə verməsini bildirmişlər. İlqarla əlaqə saxlamış və X20rşısında İlqarla görüşmüşdür. Polis əməkdaşları İlqarı da götürüb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Sonradan İlqara nə olduğunu bilməmişdir. Daha sonra onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də döymüşlər. Orada onun ayaqlarına vuraraq etmədiyi şeyləri etiraf etməsini istəmişlər. Yenidən heç nəyi etiraf etməyəcəyini bildirdiyi üçün onu yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bundan sonra ondan izahat almışlar. Daha sonra onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Sonradan onu yenidən döyməyə başlamışlar. Bundan sonra onun səhhəti pisləşdiyi üçün və yenidən döyülməmək üçün razılaşmışdır ki, guya şübhələnməyini bildirəcəkdir. Bundan sonra deyilən formada ifadə vermişdir. Çünki əgər istənilən formada ifadə verməsə yenidən döyüləcəyini bildiyi üçün ifadəsini o, formada vermişdir. Təxminən 20 ildir ki, İran İslam Respublikasının müxtəlif şirkətlər və ticarətlə məşğul olan şəxslər ilə ticarət əlaqəsindədir və bununla bağlı onun VÖEN-idə var. Heç vaxt qanunazidd əməllərə yol verməmişdir. Murtuz adlı İran İslam Respublikasının vətəndaşını tanımır. Ola bilər ki, Təqsirləndirilən şəxs2 qeyd edilən pulu almışdır, lakin həmin pulun narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğunu bilməmiş və ona heç kəs bu barədə heç nə deməmişdir. Ola bilər ki, Murtuz adlı şəxs tanışı Rza adlı şəxsə əsl məsələni demədən müraciət edib ona Bakıda çatacaq pulun olmağını deyib həmin pulu ona çatdrımasını xahiş edib və Arif də həmin pulu almışdır. Çünki Rzanın heç vaxt narkotik işlərinə qarışmadığını və əgər əsl məsələni bilsə Arifə belə bir şey deməyəcəyini bilirmiş; bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olub yaşasa da həmin mənzildə gedən təmir işləri ilə əlaqədar təxminən 2 ilə yaxındır ki, ünvan 3 ünvanında kirayə yaşamışdır. Fərdi sahibkardır və yanğın təhlükəsizlik avadanlıqlarının satışı və quraşdırılması ilə məşğul olur. Həmin avadanlıqları müxtəlif xarici ölkələrdən almışdır. Həmin ölkələrdən biri də İran İslam Respublikasıdır. 03.03.2020ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır və hazırda barəsində BMCMİ-də Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. Təqsirləndirilən şəxs2 tanımır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. (050) ***-**-** saylı Azercell mobil operatoruna məxsus nömrə ona məxsusdur, həmin nömrə onun adına rəsmiləşdirilib və həmin nömrəni 10 ildən artıqdır ki, istifadə edir. İran İslam Respublikası vətəndaşları ilə ticarət əlaqəsi olsa da onların arasında Murtuz adlı şəxs olmamış və Murtuz adlı şəxsi tanımır. Bundan başqa onun İran İslam Respublikasında Rza İkrami adlı tanışı var. Rza pul köçürülməsi işi ilə məşğul olur. Azərbaycan Respublikasında İran İslam Respublikasına bank vasitəsilə pulun köçürülməsi çətin olduğu üçün iş adamları pulu kənar vasitələrlə köçürməyə məcbur olur. O da Rza İkraminin sözü ilə dəfələrlə tanımadığı müxtəlif şəxslərdən pullar qəbul edib Bakı şəhərində Rzanın dediyi digər şəxslərə vermiş və həmin şəxslər barəsində də BMCMİ-də istintaq olunan cinayət işində bildirmişdir. Rzanın deməsi ilə müxtəlif şəxslərdən aldığı pulların narkotik vasitələrin satışından əldə olunan pul olmasından xəbəri olmamışdır. Ona verilən pullar meyvə-tərəvəz və ərzaq məhsulları ticarəti ilə bağlı pullar olmuşdur. Arzu adlı qızın ona zəng vurmasını və onun sözü ilə ümumilikdə 1.200 manat pulun ünvan 4 ünvanında yerləşən “Şərab Evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verməsini xatırlamasa da inkar da etmir, çünki dəfələrlə ona pul verməli olan şəxslərə pulu Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2 ünvanında yerləşən “Şərab Evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verməsini demiş və sonradan gedib Orxandan pulu götürmüşdür. İran İslam Respublikası vətəndaşı Murtuz adlı tanıdığı şəxs yoxdur. Pul köçürməsi işi ilə məşğul olan Rza İkrami adlı şəxsi tanıyır və onun barəsində BMCMİ-də verdiyi ifadədə bildirmişdir (1-ci cild iş vərəqi 58-60, 89-91,3-cü cild iş vərəqi 71-73, 156-158, 40-cü cild iş vərəqi 11-13) Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, 2014-cü ildə ailə həyatı qurmuş, lakin 2016-cı ildə həyat yoldaşı rəhmətə getmiş, təxminən 1 ildir ki, İran İslam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qab-qacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb dolanırmış. Tutulmamışdan təxminən 1 ay əvvəl növbəti İran səfərlərimin birində Astara şəhərində olduğu zaman axşam vaxtı qalmaq üçün oteldə yer bron edə bilmədiyi üçün məcbur olub gecəni səhərə kimi parkda keçirtmişdir, həmin vaxt özünü “Nazim” kimi təqdim edən Azərbaycan Respublikasının vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında sonuncu ondan nə işlə məşğul olduğu ilə maraqlanmış və rahat yolla pul qazanmağı təklif etmişdir. Nazim ona verəcəyi pul müqabilində tanıdığı şəxslərin vasitəsi ilə Azərbaycana Astara şəhərinə narkotik vasitələri keçirdəndən sonra gömrük məntəqəsinin yaxınlığında onların gizlətdiyi narkotik vasitəni götürüb Bakı şəhərinə çatdırıb, orada öz müştərilərinə satmağı təklif etmişdir. Pula ehtiyacı olduğundan Nazimlə razılaşıb birinci dəfə Nazimin İranda verdiyi təxminən 150 manat pulu alıb Azərbaycanda Astara şəhərində gömrük postunun yaxınlığında gizlədilmiş narkotik vasitəni götürüb Bakıya çatdırıb adını bilmədiyi müştəriyə çatdırmışdır. Bu minvalla təxminən 3 dəfə Astara şəhərində gömrük postunun yaxınlığında Nazimin adını bilmədiyi tanışlarının gizlətdiyi narkotik vasitəni götürüb bir dəfə adını bilmədiyi şəxsə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Vorovski” dairəsinin yaxınlığında, “Avrasiya” klinikasının ətrafında gizlədərək bu yolla həmin narkotik vasitəni Nazimin müştərisinə çatdırmışdır. Bundan sonra Nazimin vasitəsi ilə tanış olduğu adı sonradan məlum olan X21 ilə həmin yerdə görüşərək Nazimin göndərdiyi şəffaf sellofana bükülmüş narkotik vasitəni ona çatdırmışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 1 həftə əvvəl X8yıdarkən yenədə Astara şəhərində gömrük məntəqəsinin yaxınlığında Nazimin ona dediyi yerdən şəffaf siqaret sellofanına bükülmüş bir neçə bükümü götürüb özü ilə Bakı şəhərinə gətirib kirayə yaşadığı ünvan 5 ünvana gətirib evdə gizlədib saxlamışdır. Əvvəlcədən olan razılığa əsasən İrandan gətirdiyi narkotik vasitə “şüşə”ni Tural almalı imiş, lakin həftə ərzində Turalın imkanı olmadığından İrannan gətirilən narkotik vasitəni ondan ala bilməmişdir. 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Turalla danışdıqları kimi “Avrasiya” klinikasının yaxınlığında görüşüb, gətirdiyi narkotik vasitələrin bir hissəsini Turala verib əvəzində 175 manat pul almış, bundan bir neçə saat sonra 22 oktyabr 2019cu il tarixdə saat 08 radələrində yenədə Turalın zəngindən sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə Turalla həmin ünvanda ünvan 6örüşə gəldikdə iki nəfər mülki paltarda olan özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq özləri ilə yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Şöbədə ona təqdim edilmiş vəkil X9 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı sağ ovucunun içində saxladığı Turala satmağa gətirdiyi şəffaf sellofana bükülmüş əsl adı metamfetamin olduğu ona sonradan məlum olan «şüşə» kimi tanıdığı narkotik vasitəni və əynində olan boz rəngli donun cibindən Turalın bir neçə saat əvvəl satılmış narkotik vasitənin müqabilində verdiyi 175 manat pulu polislərə təqdim etmişdir. Polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin özü istifadə etmədiyini səmimi olaraq etiraf etmişdir; təxminən 2019-cu ilin fevral ayının əvəllərindən İran İslam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qab-qacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb pul əldə edərək dolanmış, həmin ərəfədə İran İslam Respublikasının Astara şəhərində siqaret və tütün məmulatlarının satışı ilə məşğul olan özlərini Murtuz və Rza kimi təqdim edən tacirlərlə tanış olmuş və bir neçə dəfə onlardan tütün məmulatları alıb Bakı şəhərinə gətirib tanımadığı müştərilərə satmışdır. Təxminən 29 sentyabr 2019-cu il tarixdə yenidən ticarət üçün İran İslam Respublikasının Astara şəhərində olarkən Murtuz və Rza adlı şəxslər söhbət əsnasında ondan etdiyi ticarətlə bağlı qazancını soruşarkən onlara qazancı barədə məlumat verərək az pul qazandığı üçün gileylənmişdir; söhbət zamanı həmin şəxslər ona metamfetamin dərmanlarının alveri ilə də məşğul olduqlarını bildirib ona da həmin alverdə iştirak etməsini təklif edərək, dərman alverində daha çox gəlir olduğunu, çoxlu pul qazana biləcəklərini bildirmişlər. O da onlardan həmin dərman haqqında məlumat alan zaman onlar satdıqları metamfetamin dərmanlarının güclü əsəb xəstələri üçün olduğunu, həmin metamfetamin dərmanlarının Azərbaycan Respublikasında vəzifəli şəxslərin monopoliyasında, yəni nəzarətində olduğunu və kənar şəxslərə həmin metamfetamin dərmanlarının ticarəti ilə məşğul olmağa imkan vermədiklərini, bu səbəbdən qeyd olunan biznesdə yaxşı pul olduğunu bildirmişlər. Onlardan fəaliyyətinin nədən ibarət olduğunu soruşan zaman onlar həmin dərmanları öz adamları vasitəsi ilə İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikası Astara şəhərinə keçirdiklərini, onun isə Astara şəhərindən həmin dərmanları onların adamlarından qəbul edərək Bakı şəhərinə aparıb orada digər dediyi adama çatdırmaqdan ibarət olduğunu bildirmiş, pulu isə İran İslam Respublikasına gələcəyi təqdirdə onların özlərinin ona verəcəyini bildirmişlər. Onlardan nə qədər pul verəcəklərini soruşan zaman ona hər bir dənəyə görə 10 manat pul verəcəklərini bildirmişlər. Pula ehtiyacı olduğuna görə onların təklifləri ilə razılaşmışdır. Bundan sonra Murtuz telefon vasitəsi ilə onun şəklini çəkmiş və bildirmişdir ki, həmin şəkili Astara şəhərində olan adamına göndərəcək ki, həmin şəxs onu tanıyaraq yaxınlaşsın. Həmçinin Murtuz ona WhatsApp proqramında istifadə etdiyi mobil nömrəsini vermişdir ki, sərhəddi keçdikdən sonra onunla əlaqə saxlasın. 29 sentyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərindən bizim Astara şəhərinə keçdikdən sonra sərhəd keçid məntəqəsinin yaxınlığında WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmişdir. Həmin vaxt Murtuz ona orada gözləməsini və bir şəxsin ona yaxınlaşacağını bildirmişdir. Bir qədər sonra təxminən 35-40 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq Murtuzun adamı olduğunu bildirib özünü Nazim kimi təqdim edib cibindən qara rəngli sellofan paketə bükülmüş 3 ədəd balaca bağlamanı çıxarıb ona verib çıxıb getmişdir. Həmin bağlamaların üzərində “Fuad 5” sözləri yazılmış kağız yapışdırılmışdır. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. 30 sentyabr 2019-cu il tarixdə Murtuz İrandan ona WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq az sonra onunla Bakı şəhəri, Nardaran qəsəbə sakinlərinin əlaqə saxlayacağını və üzərində “Fuad 5” sözləri yazılmış metamfetamin dərmanlarından bir bağlamasını həmin şəxsə verməsini, pulunu da öz aralarında danışdıqlarını və pulu özlərinin İrana göndərəcəyini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra WhatsApp proqramı vasitəsi ilə hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmiş və həmin şəxs ondan metamfetamin dərmanlarını götürməli olduğunu bildirib harada görüşəcəyini soruşmuşdur. Həmin şəxsi işlədiyi Avrasiya klinikasının yaxınlığında görüşə biləcəyini bildirmişdir. İşlədiyi iş yeri 4-cü polis şöbəsinə yaxın olduğu üçün dərmanı götürməyə gələn şəxslər görüş yeri ilə bağlı Murtuza öz iradını bildirdiyinə görə o da həmin şəxsə Binəqədi rayonu Azadlıq metrostansiyasının yaxınlığında yerləşən “Heydər Park” adlı parka gəlməsini bildirmişdir. Həmin gün saat təxminən 21-22 radələrində qeyd olunan parkda həmin şəxslə görüşmüş və Murtuzun ona bildirdiyi üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı həmin şəxsə vermişdir. Həmin şəxs özünü ona təqdim etməmiş, onun gözündə eynək, başında papaq olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmağa başlamışdır. Orada Murtuzun bildirdiyi kimi üzərində “Fuad 5” sözləri yazılmış 01 ədəd bağlamadan birini həmin şəxsə verib oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra WhatsApp proqramı vasitəsi ilə Murtuzla əlaqə saxlayarkən Murtuz ona üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Fuad adlı şəxsin səhər gəlib götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra saat təxminən 19 radələrində (077) ***-**-** saylı mobil nömrədən ona bir nəfər şəxs zəng vuraraq özünü Fuad kimi təqdim edərək ona çatacaq metamfetamin dərmanlarının olmasını bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Həmin şəxsə “Azadlıq” metrostansiyasının yaxınlığında görüşə biləcəklərini bildirmiş və bundan bir neçə dəqiqədən sonra ona (070) ***-**-** saylı mobil nömrədən zəng vuraraq özünü Pərviz kimi təqdim edən şəxs az öncə ona zəng edən Fuadın dostu olduğunu, Fuadın işi çıxdığına görə ona çatacaq metamfetamin dərmanlarını götürəcəyini bildirmişdir. Bu söhbətdən təxminən yaxım saat sonra Azadlıq prospektində yerləşən “Avrasiya” klinikasının qarşısında görüşmüşlər. Həmin vaxt özünü Pərviz kimi təqdim edən şəxsin yanında bir nəfər özünü İsmayıl kimi təqdim edən şəxs də olmuşdur. Söhbət zamanı onlar dost olduqlarını bildirmişlər. Üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Pərvizə verdikdən sonra onlar metamfetamin dərmanlarının pulunu Murtuzla danışdıqlarını bildirib pulu ona verəcəklərini deyərək gəldikləri qara rəngli «JEEP» markalı avtomobilə minərək çıxıb getmişlər. Bundan sonra Murtuzla Whatsapp proqramı vasitəsilə əlaqə saxlayaraq dərmanları Pərviz adlı şəxsin gəlib götürdüyünü bildirmişdir. Həmin vaxt Murtuz onda qalan üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Nardaran uşaqlarının gəlib götürəcəyini bildirmişdir. Murtuza dərmanları Nardaranlıya verməyəcəyini, onlardan qorxduğunu bildirmişdir. Belə ki, həmin şəxslərin hərəkət və davranışlarından həmin insanların normal insan olmadıqlarını, onu izlədiklərini başa düşmüşdür. Buna görə də Murtuza dərmanları Nardaran uşaqlarına vermiyəcəyini, həmin şəxslərin xəstə olduğunu bildirib dərmanları atacağını bildirmişdir. Murtuz da onun sözlərinə gülərək metamfetamin dərmanlarının elə xəstələr üçün olduğunu bildirmişdir. Bundan sonra “Nardaran” uşaqları kimi tanıdığı şəxslərdən biri ona WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq Murtuza şikayət etdiyini, nə üçün onlara dərman vermədiyini soruşmuşdur. Həmin zəng edən şəxsə bu barədə Murtuza bildirdiyini deyərək onunla görüşməyəcəyini demişdir. Murtuz da yenidən onunla əlaqə saxlayaraq Nardaranlı uşaqların dərman istədiklərini bildirib çıxıb metamfetamin dərmanlarını onlara verməsini desə də həmin şəxslərə dərman verməkdən imtina etmişdir. Murtuz da narahat olmamasını, üzərində “Fuad 5” sözləri yazılmış qalan bağlamanı Fuadın səhər gəlib götürəcəyini demişdir. 09 oktyabr 2019-cu il tarixdə təxminən saat 13 radələrində Fuad istifadəsində olan (077) ***-**-** saylı mobil nömrə ilə onun istifadə etdiyi (051) ***-**-** saylı mobil nömrəyə zəng vuraraq Murtuzla danışdığını və metamfetamin dərmanlarını götürmək istədiyini bildirib harada olduğunu soruşmuşdur. Fuada dayə işlədiyi binanın yaxınlığında yerləşən 4-cü polis şöbəsinin yaxınlığında olduğunu demişdir. Həmin vaxt Fuad bu sözdən sonra ona: “Yaxşı qardaşım gələcək”,sözlərini deyib telefonu söndürmüşdür. Həmin günü saat təxminən 14-15 radələrində (070) ***-**-** saylı mobil nömrədən zəng gəldiyini görüb telefona cavab vermişdir. Telefonda onunla danışan şəxs özünü Tural kimi təqdim edərək Fuadın qardaşı olduğunu bildirib onda olan metamfetamin dərmanlarını götürmək istədiyini bildirərək Avrasiya klinikasının yaxınlığında olduğunu demişdir. Bundan sonra həyətə, 4-cü polis şöbəsinin yaxınlığına, düşərək və Turalla görüşərək üzərində “Fuad 5” sözləri olan sonuncu bağlamanı Turala vermişdir. Həmin vaxt Tural ona 600 manat pul vermişdir. Bundan sonra Fuada zəng vuraraq Turalın dərmanı götürdüyünü deyən zaman Fuad ona birlikdə gəldiklərini, sadəcə olaraq ayağının yaralı olduğuna görə yolun digər tərəfində avtomobildə olduğunu demişdir. Bundan sonra Murtuz onunla əlaqə saxlayan zaman Fuadın qardaşı kimi təqdim etdiyi Turalın sonuncu bağlamanı götürən zaman ona 600 manat pul verdiyini bildirmişdir. Murtuz da ona Arif adlı şəxsin istifadə etdiyi (050) ***-**-** saylı mobil nömrəni vermiş və Ariflə əlaqə saxlayaraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona verməsini tapşırmışdır; həmin gün saat təxminən 21 radələrində (050) ***-**-** saylı mobil nömrəsinə WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq ondan adının Arif olub-olmadığını soruşmuş, telefonda onunla danışan şəxs adının Arif olduğunu bildirdikdən sonra mobil nömrəsini İranlı Murtuzun ona verdiyini və Arifə metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona (Arifə) verməli olduğunu demişdir. Arif də ona Murtuzu tanımadığını deyən zaman X36 dostu Murtuz olduğunu demişdir. Bu zaman Arif ona Rzanı tanıdığını və bir qədər sonra özünün ona zəng vuracağını demişdir. Təxminən 5-10 dəqiqə sonra Arif istifadə etdiyi (050) ***-**-** saylı mobil nömrəsindən onun istifadə etdiyi (050) ***-**-** nömrəli mobil teefonuna zəng vuraraq Bakı şəhəri, Binəqədi rayonu, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən “Şərab evi 035” adlı mağazanın müdiri olduğunu və ona çatacaq metamfetamin dərmanlarının pulunu mağazada satıcı işləyən Orxan adlı şəxsə verməsini tapşırmışdır; bundan sonra “Şərab evi 035” adlı mağazaya gedərək orada Orxan adlı şəxslə görüşmüş və ona müdiri olan Arif adlı şəxsə çatacaq 600 manat pul olduğunu bildirmiş, həmin vaxt Orxan ona Arifin onun müdiri olmadığını demişdir. Bundan sonra yenidən WhatsApp proqramı vasitəsi ilə Arifə zəng vurmuş, Orxan Ariflə telefonla danışdıqdan sonra 600 manat pulu sayaraq ondan qəbul etmişdir. Bundan sonra oradan uzaqlaşmış və yolda olan zaman Murtuza zəng vuraraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu “Şərab evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verdiyini və həmin şəxsin də pulları Arifə verəcəyini bildirmişdir, 2-3 gündən sonra təxminən saat 19 radələrində dayə işlədiyi Azadlıq prospekti - 189 ünvanında yerləşən mənzildən çıxıb həyətə düşən zaman Pərvizlə İsmayılın binanın qarşısında olduqlarını görmüş, Pərvizlə İsmayıl ona yaxınlaşaraq dərman gətirməməsinin səbəbini soruşmuş, onların bu hərəkətləri onda şübhə yaratmış və onlara hazırda Astara şəhərinə getmək fikrində olmadığını, Murtuzla danışmalarını məsləhət bilib işlədiyi mənzilə getmiş, sonra Murtuzla əlaqə saxlayaraq Pərvizlə İsmayılın işlədiyi yerin yaxınlığına gəldiklərini, ondan dərman istədiklərini bildirmiş, Murtuz da ona telefon söhbəti olmadığını, İrana gələn zaman onu başa salacağını bildirmişdir; 12 oktyabr 2019-cu il tarixdə qab-qacaq gətirmək məqsədi ilə İran İslam Respublikasının Astara şəhərinə getmiş, yolda olan zaman İsmayıl istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəsindən ona zəng vuraraq: “Murtuzla danışdım, eşitdim İrana gedirsən”,- demiş, cavab olaraq İsmayıla İrana qab-qacaq gətirmək üçün getdiyini bildirmişdir; bundan sonra İran İslam Respublikasının Astara şəhərinə getmiş və gecəni orada olan mehmanxanaların birində keçirmiş, 13 oktyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində Murtuzla görüşmüş, Murtuz ona sifarişlərini çatdırdığı üçün söz verdiyi 150 manat pulu vermiş, Murtuza artıq dərman aparmaq istəmədiyini bildirmiş, Murtuz da ona həmin şəxslərin narkoman olduğunu, apardığı metamfetamin dərmanlarının narkotik yox əvəzedici dərmanlar olduğunu deyərək sonuncu dəfə dərmanları Azərbaycanın Astara şəhərindən götürüb Bakı şəhərinə apararaq onun adamlarına verməsini xahiş etmiş, çox isrardan sonra Murtuzla razılaşmış və İran İslam Respublikasının Astara şəhərində alver etdikdən sonra yenidən Azərbaycanın Astara şəhərinə keçmiş, sonra WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmiş, Murtuz ona orada gözləməsini və Nazim adlı şəxsin özünün ona yaxınlaşacağını bildirmişdir; 5-10 dəqiqə sonra Nazim ona yaxınlaşaraq iki balaca paketi ona vermiş, paketlərdən birinin içərisində 4, digərinin içərisində isə 3 balaca bağlama olmuşdur; bundan sonra Nazim adlı şəxs Murtuzla telefon əlaqəsi saxlayaraq dərmanları ona verməsini barədə bildirmiş, və Murtuz da Arzuya Bakı şəhərinə çatan zaman xəbər etməsini, Pərvizin gəlib bağlamaları götürəcəyini bildirmişdir; bundan sonra Bakı şəhərinə qayıtmış və Bakı şəhərinə qayıtdıqdan sonra Tural onunla əlaqə saxlayaraq artıq metamfetamin dərmanlarını özünün götürəcəyini, Fuaddan ayrıldığını bildirmiş, Tural ona Fuadın metamfetamin dərmanlarını ondan götürüb onlara baha qiymətə satdığını bildirmişdir; Tural ondan xahiş etmişdir ki, İranlı Murtuzla danışsın və onu Fuadın qardaşı kimi ona təqdim edərək gətirdiyi metamfetamin dərmanlarını ona verməsini xahiş etsin, buna görə də İranlı Murtuzla əlaqə saxlayaraq gətirdiyi dərmanları Turalın götürəcəyini bildirmiş, həmin gün Murtuz WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq Pərvizlə əlaqə saxlayıb ona xəbər edəcəyini bildirmişdir; Murtuzdan heç bir xəbər olmadığını görüb yenidən WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuran zaman Murtuz ona Pərvizin telefonu götürmədiyini, Pərvizlə əlaqə yarada bilən kimi ona zəng vuracağını bildirmiş, bir saatdan sonra Murtuz yenidən WhatsApp proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin oğlu olduğunu, bu səbəblə başının qarışıq olduğunu bildirmişdir. Murtuza Pərvizlə görüşməyəcəyini bildirdiyinə görə Murtuz ona dərmanları harasa bir yerə qoymasını, həmin yerin şəklini çəkərək Murtuza «atmasını» və Pərvizin həmin yerə gedərək metamfetamin dərmanlarını oradan götürəcəyini bildirmişdir; həmin gün X19 klinikasının yaxınlığında görüşmüş və 10 dənə deyilən 2 ədəd bağlamanı vermişdir. Murtuzun dediyinə görə həmin 3 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir dənəsi 30 manat, 4 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir ədədinin qiyməti isə 20 manat olmuşdur. Turalın ondan götürdüyü 2 ədəd bağlamanın içərisində olan 20 dənə dərman həblərinin bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 600 manat pul edirmiş, Tural dərmanları ondan götürdükdən sonra bir saata pulunu gətirəcəyini bildirsə də pulunu gətirməmiş, buna görə də Turala zəng vuraraq götürdüyü metamfetamin dərmanlarının pulunu gətirməsini tələb etmiş, lakin Tural pulu gətirməmişdir; 14 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Murtuz WhatsApp proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin dərman götürmək üçün gəldiyini və həmin metamfetamin dərmanlarından iki bağlamasını ona verməsini bildirmişdir. Bundan sonra Astara şəhərində Nazimin ona verdiyi ümumilikdə 7 ədəd balaca bağlamadan 2 ədədini götürüb həyətdə yerləşən qarajın qapısının üzərinə qoymuş və həmin yerin fotoşəklini çəkərək WhatsApp proqramı vasitəsi ilə Murtuza göndərmişdir. Həmin 2 ədəd bağlamanın hər birinin içərisində bildiyinə görə 10 ədəd dərman həbləri olmuş, Murtuz da Pərvizin dərmanları götürməsini əmin olmaq üçün kənardan dayanaraq ona baxmasını tapşrmışdır; Pərvizin onu görmədiyi yerdə gizlənmiş və təxminən 10 dəqiqədən sonra Pərvizin dərmanları qoyduğu yerdən götürdükdən sonra telefonla danışa-danışa çıxıb getdiyini görmüşdür. Bundan sonra Murtuz ona Pərvizin onunla əlaqə saxlayaraq dərmanları gəlib götürdüyünü demişdir. Bundan 2 gün sonra Tural ondan nisyə olaraq götürdüyü dərmanları sataraq gətirib ona 600 manat pul vermiş və əlavə olaraq ondan 10 ədəd deyilən bir ədəd bağlamanı götürüb getmişdir; bundan sonra Murtuzla əlaqə saxlamış və Murtuz Ariflə əlaqə saxlamasını, metamfetamin dərmanlarının satışından əldə edilən pulu Arifə verməsini və Arifin pulu ona göndərəcəyini bildirmiş, Arifin istifadə etdiyi (050) ***-**-** saylı mobil nömrəsinə WhatsApp proqramı vasitəsi ilə zəng vurub Arifə yenidən metamfetamin dərmanlarının satışından əldə edilən növbəti 600 manat pulu verməli olduğunu və həmin pulun Murtuza çatdırılmalı olduğunu bildirmiş, Arifin tapşırığına əsasən yenidən “Şərab evi 035” adlı mağazaya getmiş və metamfetamin dərmanlarının satışından əldə edilmiş 600 manat pulu orada satıcı işləyən Orxan adlı şəxsə vermişdir: 21 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində “Avrasiya” klinikasının yaxınlığında Turalla görüşmüş və orada Tural ona 175 manat pul vermiş və 10 dənə deyilən bağlamanı götürüb getmişdir. Bundan bir neçə saat sonra 21 oktyabr 2019cu il tarixdə saat 22 radələrində Tural Əhmədovla telefonla danışdıqdan sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə onunla ünvan 9rüşə gəldikdə bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən adı sonradan 4-cü PŞ-də ona məlum olan əvvəllər tanımadığı Nicat adlı əməkdaş onun qolundan tutub sıxaraq ayağını bastalayıb, qara rəngli markası və dövlət nömrə nişanı yadında qalmayan avtomaşına əyləşdirmişdir. Həmin avtomaşının qabaq sağ oturacağında bir nəfər əvvəllər tanımadığı adı sonradan məlum olan İmran adlı polis əməkdaşı əyləşmişdir, Nicat avtomaşını idarə etmiş, arxa oturacaqda onun yanında Tural əyləşmişdir; Tezliklə polis şöbəsinə gəldikdə, Tural və o, şöbənin ayrı-ayrı otaqlarına aparılmış, polislər tərəfindən gətirilmiş otaqda Nicat adlı polis işçisi ona fiziki zor tətbiq edərək bir neçə dəfə sifətindən sillə vurmuşdur, eləcədə İmran və Kənan adlı əməkdaşlar tərəfindən nalayiq ifadələrlə təhqir olunaraq söyülmüş, bundan sonra ona polislər tərəfindən psixoloji təsir və hədə-qorxu edilmiş və ona məcburi olaraq üzərinə çəkilişlə aparılacaq axtarış istintaq hərəkəti zamanı onlara sərf edən izahat verməsi tələb edilmişdir. Həmçinin həmin vaxtı polislərdən biri onu qarnından vurmuş və huşunu itirmişdir. Ayılandan sonra polis şöbəsində ona təqdim edilmiş vəkil X9 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı əynində olan boz rəngli donun sağ cibində saxladığı Turalın bir neçə saat əvvəl satılan vasitənin müqabilində verdiyi 175 manat pulu və sol cibində saxladığı Turala satmaq üçün gətirdiyi şəffaf rəngli sellofana bükülmüş adını bilmədiyi dərman olduğunu zənn etdiyi, əsl adı sonradan ona məlum olan psixotrop maddə olan metamfetamini polislərə təqdim etmişdir. Bundan əlavə verdiyi ifadəsində Arif adlı şəxsin ondan aldığı ümumilikdə 1200 manat pulun narkotik vasitəsinin satışından əldə olunan pul olduğunu bildiyini, Ariflə telefonda danışarkən ona tanışı Murtuzun adamı olduğunu və metamfetamin dərmanlarının satışından əldə edilən pulları ona verməli olduğunu bildirərkən Arif bundan məlumatlı olduğunu və pulu “035 Şərab evin”də işləyən Orxan adlı şəxsə verməsini bildirmişdir. X34 ilə telefonda danışan zaman Arifin onların adamı olduğunu, Arifin qəbul etdiyi pulun onlara çatdığını, Pərviz və digər şəxslərin də narkotik vasitələrə görə pulları Arifə çatdırdıqlarını, Arifin etibarlı olduğunu, Arifin Rza ilə dost olmaqla birgə iş birliklərinin olduğunu və Arifə Bakı şəhərində verilən pulları İran İslam Respublikasının Astara şəhərində Rzanın ona çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 05.05.2020-ci il tarixdə videoçəkiliş əsasında dindirilərkən istintaqa verdiyi 27.02.2020-ci il tarixli və 19.03.2020-ci il tarixli ifadələrini bir daha təsdiq etmişdir (3-cü cild iş vərəqi 137-141). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, 03 mart 2020-ci il tarixdə vətəndaş Şahid10 Baş İdarəyə müraciət edərək bir neçə ay əvvəl İnstagram sosial şəbəkəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, Rzanın özünə məxsus +**********38 mobil nömrəsini Sakitə verdiyini və bir neçə gün əvvəl Rzanın Sakitə WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilib-bilməməsini soruşduğunu bildirmişdir. Şahid10 həmin şəxsin cinayət əməlinin ifşa olunmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə Şahid2, Şahid6, Şahid3, Şahid4, Şahid5 və Şahid1 daxil edilmişlər. Daha sonra razılaşdırılmışdır ki, Şahid10 təlimatlandırılmış şəxs Şahid6 isə şərti alıcı kimi guya Sakitin tapdığı müştəri olmalıdır. Şahinə 8.800 ABŞ dolları pul verilmiş və bu barədə protokol tərtib edilmiş, Sakitə Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsi tapşırılmış, Şahin Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə audioyazı ataraq onun üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmiş, Rza da bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, Sakit alqı-satqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini Sakitə vermiş və pulu aparıb Arifə verməsini tapşırmış, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Ucuzluq marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Sakit Arifə məxsus (050) ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Arifə nömrəsini Rzanın verdiyini bildirmişdir; Arif «Qubadlı» kafesində olduğunu bildirmiş və ora gəlməsini təklif etmiş, Sakitlə birlikdə Arifin verdiyi ünvana yollanmışlar; həmin gün saat 22 radələrində kafenin yanına gələrək kafenin çölündə gözləmişlər, Sakitlə Şahin birlikdə kafeyə daxil olmuşlar, bir qədər gözlədikdən sonra Sakitin məlumatına əsasən videoçəkiliş aparılmaqla kafeyə daxil olmuş və tədbirin keçirilməsinə başlamışlar, kafeyə daxil oduqdan sonra əvvəlcə özünü sonra isə digər əməkdaşları təqdim etmişdir. Daha sonra Arifə keçirilən tədbir barədə və saxlanılmasının səbəbi barədə məlumat vermişdir. Sakit təlimatlandırılmış şəxs olduğunu Şahin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif Şahindən aldığı pulları ona təqdim etmişdir. Arif viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını bildirdikdə, Şahin və Sakit isə onlar tərəfindən telefon vasitəsi ilə qeyd edilən pulların narkotik vasitənin alınması üçün verilən pul olması barədə Arifə məlumat verildiyini və Arifin bu barədə məlumatı olmasını bildirmişlər; Babayev və Şahid5 Rzanın Sakitə atdığı şəkildəki əraziyə yəni narkotik vasətinin olduğu əraziyə yollanmışlar. Şahin, Sakit, Arif və Şahid4 isə İdarəyə yollanmışlar. Şəkildə göstərilmiş yerə, yəni Bakı Quba yolunun 9-cu kilometrliyində yerləşən əraziyə çatdıqda, Şahid5 çəkilişə aparmaca başlamış, Şəkildə göstərilən paketə yaxınlaşmış, paketin içərisində narkotik vasitə heroin olması aşkar edilmişdir; həmin sellofan paket ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bundan sonra Baş İdarəyə qayıtmışlar, Baş İdarədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilsədə heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs narkotik vasitənin yeri barədə fotoşəkil göndərdikdən sonra Təqsirləndirilən şəxs1 qaçma ehtimalı olduğu üçün onun və tədbirin təhlükəsizliyini qorumaq məqsədi ilə Rza adlı şəxsin göndərdiyi ünvana Təqsirləndirilən şəxs1 iştirakı olmadan getmişlər. Göndərilən ünvana çatdıqdan sonra dərhal videoçəkiliş keçirməyə başlamış və videoçəkiliş aparılan zaman qeyd edilən narkotik vasitə heroin aşkar edilmiş, videoçəkiliş gedə-gedə ekspertizaya təqdim etmək üçün dərhal qablaşdırmışlar. Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefon əməliyyat-axtarış tədbirlərinin davam etdirilərək narkotik vasitələrin qanunsuz dövriyyəsini həyat keçirən Arif Əliyevin əlbir olduğu qrupun digər üzvlərinin müəyyən edilməsi üçün əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına verilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədiq olunmuş Şahid10 ifadə verərək göstərmişdir ki, bir neçə ay əvvəl İnstagram sosial şəbəkəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Onunla bir qədər ordan-burdan danışdıqdan sonra Rza özünə məxsus +**********38 mobil nömrəsini ona vermiş və onunla WatsApp vasitəsi ilə danışmağı təklif etmişdir. Bu qaydada Rza ilə müəyyən qədər danışmış və çox yaxşı dostluq münasibətləri yaranmışdır. Belə ki, Rza ona Cənubi Azəbaycandan olduğunu və Azərbaycan vətəndaşları ilə çox yaxın dostluq münasibətlərinin olduğunu bildirmişdir. Bir neçə gün əvvəl Rza ona WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilib-bilməməyini soruşmuşdur. İlk öncə Rzaya fikir verməmiş, Rza yenidən bu məzmunlu mesaj ataraq eyni şeyləri təklif etmiş, narkotik vasitələrin satışını həyata keçirənlərə, hətta istifadə edənlərə qarşı nifrət hissi bəslədiyi üçün qərara gəlmişdir ki, Rzaya razılıq versin və sonra bu barədə polis orqanlarına məlumat versin. Rzaya onun üçün müştəri tapa biləcəyini bildirmiş və müştəri tapdıqdan sonra hansı qaydada əlaqə yaradacağını və narkotik vasitəni kimdən ala biləcəyini soruşmuş, Rza müştəri tapdıqdan sonra ona məlumat verməsini və pulu tanışı Arif adlı şəxsə verməli olduğunu, həmin şəxsin istifadəsində (050) ***-**-** mobil nömrəsinin olduğunu və əsasən də «Qubdalı» kafesində olduğunu söyləmişdir. Rzanı əmin etdikdən sonra hara şikayət edəcəyi barədə fikirləşməyə başlamış, ilk öncə yerli polis orqanlarına məlumat vermək istəsə də sonradan narkotiklərə qarşı mübarizənin Baş Narkotiklərlə Mübarizə İdarəsində daha effektiv şəkildə aparıldığını eşitdiyi üçün 03 mart 2020-ci il tarixdə ora gedərək şifahi şəkildə bu barədə məlumat vermiş, polis əməkdaşları şifahi ərizə protokolu tərtib etmişlər, protokol əsasında Şahid6 8.800 ABŞ dolları pul verilmiş, polis əməkdaşları ona Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsini tapşırmışlar, Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə səsyazı ataraq Rza üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmişdir; Rza bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, alqı-satqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini vermiş və pulu aparıb Arifə verməsini istəmiş, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən «Ucuzluq» marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Arifə məxsus (050) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və nömrəni ona Rzanın verdiyini bildirmişdir. Arif Qubadlı kafesində olduğunu bildirmiş və müştəri ilə birlikdə ora gəlməsini demiş, müştəri qismində çıxış edən şərti alıcı adlandırılan Şahid6 adlı polis əməkdaşı ilə birlikdə Arifin verdiyi ünvana yollanmışlar. Həmin gün saat 22 radələrində qeyd edilən ünvana çatmışlar. Polis əməkdaşı ilə birlikdə kafeyə daxil olmuş və Arifin kim olması barədə maraqlanmışdır. Bu zaman kənarda masada tək oturan şəxslərdən biri Arif olduğunu bildirmişdir. Onun masasına əyləşmiş və Arifə ona pul çatacağını bildirmişdir. Arif onlardan onları Rzanın göndərib-göndərmədiyini soruşmuş və onlar təsdiq etdikdən sonra Arif pulları vermələrini demiş, Şahin cibindən pulları çıxararaq Arifin gözü qabağında pulları saymağa başlamış və sayıb qurtardıqdan sonra Arif pulları alıb özü də saymağa başlamış, Arif pulları sayıb qutardıqdan sonra Arifə əvvəlcə narkotik vasitə heroini vermələrini və bundan sonra pulun onlara çatacağını bildirmişlər, Arif pulları alıb Rzaya bu barədə məlumat verəcəyini, qalan məsələlərin isə başqa şəxslər vasitəsi ilə həll ediləcəyini bildirmişdir. Bundan sonra Arif telefon vasitəsilə ilə güman ki, Rzaya zəng edərək pulları gətirmələri barədə məlumat vermiş, bundan sonra Arif onlara razılığı gözləmələrini bildirmişdir; Şahin müddətin çox çəkdiyini bildirmiş və Arif yenidən Rza ilə əlaqə saxlamışdır. Arif Rzaya 5-10 dəqiqə ərzində konkret söz deməsini, alınıb-alınmaması barədə məlumat verməsini istəmiş və əgər alınmırsa pulları qaytaracağını söyləmişdir. Arif hətta əvvəllərdə bu işlərlə məşğul olduğunu, Rzanın sözündə bütöv olduğunu və deyirsə eləyəcəyini söyləmişdir. Bir qədər sonra Rza WatsApp prorqamı vasitəsi ilə şəkillər atmağa başlamışdır. Şəkillərdə narkotik vasitənin qoyulduğu yer olmuşdur. Bu barədə polis əməkdaşlarına məlumat vermiş və bundan sonra videoçəkiliş aparılmıaqla tədbirin keçirilməsinə başlanılmış, polis əməkdaşları özlərini təqdim edərək tədbir barədə Arifə məlumat vermişlər. O, təlimatlandırılmış şəxs olduğunu, Şahinin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif aldığı pulları təhqiqatçıya təqdim etmişdir. Arif onların yanında etiraf etməsinə baxmayaraq viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını söyləmişdir. Lakin videoçəkilişdə Arifin ona söylədiklərini bildirmişdir. Bundan sonra üç nəfər polis əməkdaşı Rzanın ona atdığı şəkildəki əraziyə, yəni narkotik vasitənin olduğu əraziyə, yollanmışlar. O, Şahin, Arif və bir nəfər başqa polis əməkdaşı isə İdarəyə yollanmışlar (1-ci cild iş vərəqi 67-70). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid6 Şahid10 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, 22 oktyabr 2019-cu il tarixdə Arzu adlı şəxsin külli miqdarda narkotik vasitələrini qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satması barədə, eləcədə Tural adlı şəxsin narkotik vasitələrini qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nə məlumatlar daxil olmuşdur. Həmin məlumatları yoxlamaq məqsədi ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid7lə birlikdə tədbir keçirtmişlər. Bu baxımdan 22 oktyabr 2019-cı il tarixdə saat 08 radələrində o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid7lə «Arzu» adlı şəxsin külli miqdarda narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və satması barədə, eləcədə “Tural” adlı şəxsin narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması, istifadə etməsi, satması, habelə sonuncunun “Arzu” adlı şəxsdən narkotik vasitələrini alması barədə əldə edilmiş məlumatları yoxlamaq məqsədi ilə ünvan 7 ünvanın qarşısına gələrək zahiri əlamətlərdən “Tural” adlı şəxsin “Arzu” adlı şəxsə yaxınlaşmaq istədiyini görərək ilkin olaraq “Tural” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin kim olmasını soruşmuşlar. Edilən sorğu zamanı məlum olmuşdur ki, saxlanılan şəxsin adı Turaldır. Tural adını bildirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə polisə məlumat daxil oluduğunu bildirmiş və üzərində narkotik vasitə varsa təqdim etməsini tələb etmişlər. Tural özünü təqdim etdikdən sonra Turala Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməli olduğu bildirilmişdir. Tural heç bir etiraz etməmiş və onu sürücü X3 idarə etdiyi avtomobilə əyləşdirərək, daha sonra həmin ünvanın yaxınlığında zahiri əlamətlərdən “Arzu” adlı qadına oxşar şəxsi görərək ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin kim olmasını soruşmuşlar. Edilən sorğu zamanı məlum olmuşdur ki, saxlanılan şəxsin adı Arzudur. Arzu adını bildirdikdən sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə polisə məlumat daxil olduğunu və əgər üzərində narkotik vasitə varsa təqdim etməsini tələb etmişlər. Arzu adını bildirdikdən sonra ona Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməli olduğu bildirilmişdir. Arzu heç bir etiraz etməmiş və onuda sürücü X3 idarə etdiyi avtomobilə əyləşdirərək hər iki şəxsin bir-biri ilə danışmasına imkan verməyərək tez bir zamanda Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişlər, gətirilmiş şəxsləri şöbənin ayrı-ayrı xidməti otaqlarına yerləşdirmişlər. Materialın sənədləşdirilməsi Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Şahid9 həvalə edilmişdir. Şəxsiyyəti dəqiq məlum olan 16 sentyabr 1991-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, ünvan 10-də qeydiyyatda olan və yaşayan X17 üzərinə tədbirdə iştirak edən Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti X6 “Panasonic” markalı videokamera vasitəsi videoçəkiliş aparmaqla baxış keçirməyi təklif edilmiş, Tural Əhmədov videokamera vasitəsi ilə üzərinə baxış keçirilməsinə etiraz etmədiyindən dəvət edilmiş vəkil X10 iştirakı ilə ona bütün hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı X17 üstündə, paltarında və ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Tural əynindəki qara rəngli dəri parçadan olan gödəkçənin sol cibindən şəffaf siqaret sellofanında olan bükülünü çıxarıb masanın üzərinə qoymuş, Tural Əhmədovun üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Tural 01 ədəd şəffaf rəngli siqaret sellofanına bükülüdə olan vasitənin “şüşə” deyilən narkotik vasitə olduğunu, uzun müddət narkotik vasitə istifadə etdiyini, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində həmin narkotik vasitəni ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 175 manata aldığını və tutulmamışdan əvvəl 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində eyni məqsədlə bir neçə saat əvvəl danışdığı kimi bir daha şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə həmin ünvanda Arzu ilə görüş təyin etdiyini və polis əməkdaşları tərəfindən Arzu ilə eyni vaxt yaxalanaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirildiyini qeyd etmişdir. Turalın üzərindən psixotrop maddə “şüşə”yə oxşar maddənin aşkar olunması faktı ilə bağlı protokol tərtib edilmiş, baxış zamanı qeydə alınan videogörüntüyə Tural və tədbirdə iştirak edən bütün şəxslərin iştirakı ilə xidməti otaqda olan kompüter vasitəsi ilə baxılmışdır. Protokola heç bir əlavə olmadığından ştirakçılar tərəfindən imzalanmışdır. Maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş həmin zərf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir; daha sonra 4-cü PŞ-nin digər xidməti otağında şəxsiyyəti dəqiq məlum olan xx xxxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs2 üzərinə tədbirdə iştirak edən Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti X6 “Panasonic” markalı videokamera vasitəsi videoçəkiliş aparmaqla baxış keçirməyi təklif edilmiş, Təqsirləndirilən şəxs2 videokamera vasitəsi ilə üzərinə baxış keçirilməsinə etiraz etmədiyindən dəvət edilmiş vəkil X9 iştirakı ilə ona bütün hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üstündə, paltarında və ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Arzu əlindəki şəffaf sellofan bükülünü və əynində olan boz rəngli donundan 175 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir əşya olmadığını bildirmiş, Arzu üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükülüdə olan vasitənin “şüşə” deyilən psixotrop maddə olduğunu bildirdi, ondan 1 ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edəndə həmin şəxs bir müddət əvvəl iranlı tanışından həmin vasitəni aldığını, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Turalla əvvələcədən danışdığı kimi “Avrasiya” klinikasının yaxınlığında görüşüb ona gətirdiyi narkotik vasitənin bir hissəsini verib əvəzində 175 manat pul aldığını, bundan bir neçə saat sonra 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində yenədə Turalla əvvəlcədən danışdığı kimi qalan narkotik vasitəni satmaq məqsədi ilə onunla həmin ünvanda ünvan 9rüşə gəldikdə iki polis əməkdaşları tərəfindən yaxalanaraq 4-cü PŞ-nə gətirildiyini qeyd etmişdir. Arzunun üzərindən psixotrop maddə “şüşə”yə oxşar maddənin aşkar olunması faktı ilə bağlı protokol tərtib edilmiş, baxış zamanı qeydə alınan videogörüntüyə Arzu və tədbirdə iştirak edən bütün şəxslərin iştirakı ilə xidməti otaqda olan kompüter vasitəsi ilə baxılmış, protokola heç bir əlavə olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid8 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli protokolda texniki səhv olaraq aşkar edilmiş bükülünün Təqsirləndirilən şəxs2 əlində olması qeyd edilsədə, əsl həqiqətin “CD” diskdə olan çəkilişdəki kimi olduğu, yəni qeyd edilən bükülünü Təqsirləndirilən şəxs2 əynindəki donun sol yan cibindən təqdim etdiyini bildirmişdir. Bundan əlavə onun tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli protokolda X14 üzərindən aşkar edilən narkotik vasitə heroini nə məqsədlə əldə etməsi barədə suala qeyd edilən narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satmaq üçün əldə etdiyini bildirməsi qeyd edilsədə əsl həqiqətin “CD” diskdə olan çəkilişdəki kimi olduğu, yəni həqiqətən Tural Əhmədovun aşkar edilən bükümü Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün aldığını bildirdiyini qeyd etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2 saylı binada yerləşən “Şərab Evi 035” adlı mağazanı icarə müqaviləsi əsasında işlədir, mağazanı X4 icarəyə götürmüş, mağazada spirtli və spirtsiz içkilərin satışı ilə məşğul olur, xalası oğlu X22 şərab evini işlətməkdə ona köməklik edir, Orxan hər gün səhər saat 9 radələrində işlətdiyi şərab evini açaraq işə salır, saat 21-22 radələrində o, mağazaya gəldikdən sonra Orxan çıxıb gedir. O da təxminən saat 05 radələrində mağazanı bağlayaraq evə gedir. İşlətdiyi mağazaya bitişik olan binada yaaşayan sakinlərin xahişi ilə həmin sakinlərə çatdırılması üçün digər şəxslər tərəfindən dəfələrlə pul və əşyalar qoyulmuş, Təqsirləndirilən şəxs1 də mağazaya bitişik binada yaşayır və mağazanın yaxşı müştərilərindən biridir, Arifin həmin binada tək yaşadığı, (050) ***-**-** nömrəli telefondan istifadə etdiyi, yeni inşa olunmuş binaların yanğınla bağlı təhlükəsizlik sistemlərini quraşdırıması ilə məşğul olduğu ona məlumdur, Orxanın sözlərindən ona həmçinin məlumdur ki, onun tanımadığı və görmədiyi Təqsirləndirilən şəxs2 adlı qız iki dəfə onun işlətdiyi macazaya gələrək Təqsirləndirilən şəxs1 çatdırılması üçün Orxana iki dəfə 600 manat pul vermişdir, Təqsirləndirilən şəxs2 tərəfindən həmin pul məbləğlərinin hansı məqsədlə Təqsirləndirilən şəxs1 verilməsi və haradan əldə olunması barədə məlumatı olmamış, Orxanın sözlərindən ona həmçinin məlumdur ki, Arzunun hər iki dəfə verdiyi 600 manat pulu, yəni ümumilikdə 1.200 Orxan şəxsən Arifin özünə çatdlrmışdır. Arifin dəfələrlə «Şərab evinin» qarşısında tanımadığı şəxslərdən pul aldığının şahidi olmuşdur. İşdə olan cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 tanınması üçün fotoşəkil əsasında şahid qismində dindirilmiş Şahid11 təqdim edilmiş və sonuncu Təqsirləndirilən şəxs1 təqdim edilən fotoşəkildən tanımışdır (2-ci cild iş vərəqi 250-252). İşdə olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək verilən pulların psixotrop maddələrin satışından əldə edilən pul olması barədə məlumatının olduğunu bildirmişdir (3-cü cild iş vərəqi 161-163). İşdə olan ibtidai istintaq zamanı Şahid6 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Süleyman Şahinov ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (1-ci cild iş vərəqi 71-74). İşdə olan ibtidai istintaq zamanı Şahid10 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (1-ci cild iş vərəqi 75-78). İşdə olan ibtidai istintaq zamanı Şahid8 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (2-ci cild iş vərəqi 167-171). İşdə olan ibtidai istintaq zamanı Şahid7 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları daha təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (2-ci cild iş vərəqi 172-176). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2020-ci il tarixli 6/44 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş üzərində “Bakı-Quba yolunun 9-cu kilometrində yerləşən körpünün yaxınlığındakı quyudan göy rəngli üzərində «Levis» sözü yazılmış sellofan torbada qablaşdırılmış heroinə oxşar maddə …» yazısı olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli polietilen torbada, təmiz çəkisi 1005 ( 1kq 5 qr» olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - qeyd: Heroinin təmiz çəkisi 1005 qram, sərf edildi 0.2 qram, qalıq: 1004,8 qram (1ci cild iş vərəqi 45-48). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 26481 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş ..» əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 10.194 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - metamfetamin «Azərbaycan Resbulikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına «Siyahı İİ) daxildir; - qeyd: metamfetaminin təmiz çəkisi - 10,194 qramdır, tədqiqata sərf edildi - 0.05 qram qalıq - 10.144 qram (1-ci cild iş vərəqi 191-194). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 26482 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş, üzərində “vət. X15 üzərində aşkar edilmiş..» əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0.005 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - metamfetamin «Azərbaycan Resbulikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına «Siyahı İİ) daxildir; - qeyd: metamfetaminin təmiz çəkisi- 0,005 qram, tədqiqata sərf edildi- 0.003 qram qalıq-0.002 qram (2-ci cild iş vərəqi 61-64). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2020-ci il tarixli, 28666 nömrəli rəyinə əsasən: - «Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 ıə Vət. X11 ….» sözləri və imzalar olan iki ədəd zərfdəki iki ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər»; - qeyd: metamfetaminin təmiz çəkisi - 10,144 qramdır, tədqiqata sərf edildi - 0,001 qram qalıq - 10.143 qram, metamfetaminin təmiz çəkisi - 0,002 qram, tədqiqata sərf edildi - 0,001 qram qalıq-0,001 qram (2-ci cild iş vərəqi 139-142). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli 2701 nömrəli rəyinə: - “Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” ( 2-ci cild iş vərəqi 137-138). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2020-ci il tarixli 1844 nömrəli rəyinə əsasən: - “Təqsirləndirilən şəxs1 Aqif oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (3-cü cild iş vərəqi 224-225). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2020-ci il tarixli 416 nömrəli rəyinə əsasən: - “Müayinə zamanı Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild iş vərəqi 01-03). İşdə olan 3 mart 2020-ci il tarixli protokola əsasən keçirilmiş əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid6 88 ədəd 100 ABŞ dolları pul əskinazları verilmiş, həmin 88 ədəd 100 ABŞ dolları pul əsginazları cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və qəbz əsasında DİN-in BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Şahid1 geri qaytarılmışdır (1-ci cild iş vərəqi 12-13; 3-cü cild iş vərəqi 229-271; 4-cü cild iş vərəqi 119). İşdə olan “Baxış və götürülməsi aparılması haqqında” 3 mart 2020-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 1.005 qram narkotik vasitə heroinin alınması üçün İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırılması nəzərdə tutulan 8.800 ABŞ dolları pul sonuncunun sözünə əsasən Təqsirləndirilən şəxs1 verildikdən sonra Təqsirləndirilən şəxs1 saxlanılmış və həmin məbləğdə pul aşkar edilərək götürülmüşdür. Baxış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 14-16). İşdə olan “Baxış və götürülməsi aparılması haqqında” 3 mart 2020-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 8.800 ABŞ dolları pul verildikdən sonra İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin narkotik vasitə heroini yerləşdirdiyi Bakı-Quba yolunun 9-cu kilometrliyindən qeyd edilən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür; baxış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir; CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 17-18). İşdə olan “Şəxsi axtarış və götürmənin aparılması haqqında” 4 mart 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 03 mart 2020-ci il tarixdə DİN-in BNMİ-yə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sübut əhəmiyyəti kəsb edən heç bir predmet aşkar edilməmişdir (1-ci cild iş vərəqi 39-41). İşdə olan 22 oktyabr 2019-cu il tarixli “ Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokola əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında saxlanılaraq qeyd edilən şöbəyə gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 10:15-dən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki donun əynindəki donun cibindən 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir, qeyd edilən bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 178-186). İşdə olan 22 oktyabr 2019-cu il tarixli “ Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokola əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X21 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında saxlanılaraq qeyd edilən şöbəyə gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 08:45-dən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 0,005 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir, qeyd edilən bir ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 42-50). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***- **-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir: - həmin CD diskin içərisində olan 1 ədəd “37207-10.12.2019” adlı “Rar” farmatlı fayl açıldıqda 1 ədəd “507372519sms.txt” adlı, 01 ədəd “**********19.txt” adlı, 01 ədəd “abuneciler.xlsx” adlı və 01 ədəd “antenna.xlsx” adlı “Excell” farmatlı fayllar aşkar olunmuşdur: - həmin 01 ədəd “507372519 sms.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə (077) 849-66-46, (050) ***-**-** saylı mobil nömrələrin arasında 10 oktyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində aşağıdakı mesajların olması aşkar edilmişdir: 10/10/2019,20:20:45,**********19,**********46,sizden xayiş edirəm mənə zeng etməyin .mənim iranla sözüm alınmadı. 11/10/2019,18:37:23,**********46,**********19,Salam axwaminiz xeyir baci necesiz? men fuadi kankret qirdim. Didimki da mene lazim deyil buraxdim bu iwi bawini. 13/10/2019,18:20:15,**********19,**********46,40d+20m=800m edir, sen ey er axşama gelib o birinde hamısm alacaqsan 13/10/2019,18:20:16,**********19,**********46,sa .700m getir ver 40dene apar.sat sonra gel 30deneni apar 13/10/2019,18:24:35,**********19,**********46,qurban sene men sene deyende gelersen .başqa yerdeyem.in şəə ALLAH 13/10/2019,18:24:36,**********19,**********46, xeber edecem. 13/10/2019,18:38:53,**********19,**********46,yazma 13/10/2019,18:39:01,**********19,**********46,zəng edecem 13/10/2019,18:41:06,**********46,**********19, Baci qurban sene olarki men nagdi 10- 10 gotrum heresinden. Olari aparim nagdi verim sora gelim qalani gotrum. 13/10/2019,22:18:13,**********19,**********46,qaqaş bele etmeyini anlamıram ..gelmirdin deyerdin ki gelmirem. ney 13/10/2019,22:18:15,**********19,**********46,se. oldu.sağol 14/10/2019,16:21:18,**********19,**********46,qaqaş salam.təcili söz deyirəm aç telefonu 1414/10/2019,17:18:22,**********19,**********46,qaqaş gelmirsense bir söz dene .bunlar malı aparmaq istəyir 14/10/2019,17:19:01,**********19,**********46,başqası istəyir, ona vermek istəyirler. mende sene görə qalmışam. 14/10/2019,17:19:17,**********19,**********46,mene bir xəbər et 14/10/2019,17:28:36,**********19,**********46,qaqaş belə hörmətsizlik etmədə, men qadmam.neçə saatdı yığıram, zanit 14/10/2019,21:16:53,**********19,**********46,qaqaş .mənim gedəcək yerim var .mənə bir söz de məndə işimi bilimde 14/10/2019,21:28:25,**********19,**********46,düzgün hereket etmədin. ..əldə olanı qaytar men bunların adamın verim 14/10/2019,21:29:03,**********19,**********46,men artıq mecburam bunlara deyem. mene səhərdən zeng edirlər açmıram 14/10/2019,22:02:05,**********19,**********46,qaqaş meni vallahi pis halda qoyursan bunlar mala adam gönderir 14/10/2019,22:02:14,**********19,**********46,ALLAHA and olsun adam gönderir 14/10/2019,22:03:12,**********19,**********46,ya malı getir yada pulu getir ki men onlarla həl edim 14/10/2019,22:04:19,**********46,**********19,Ay baci sene qurban olum niye pis vezyetde qalirirsiz axi. 15/10/2019,01:17:55,**********46,**********19,Bagiwdiyin tel sondu set kesildi durduqu yerde. Sehere kimi sebr edin caliwacam nese alindirim. 15/10/2019,01:23:14,**********19,**********46,qaqaş gel bele edek.sən 80m səhər getrende 15d üçün pul düzelt apar 15/10/2019,01:24:11,**********19,**********46,sonra da aparıb verib gel yenə apar saat lOna kimi 15/10/2Ö 19,19:16:49,**********46,**********19, Axwamin xeyir baci. Neceseri? gelmiwem pul goturmeye nunen dedime size verdiylermin pulnu gotrmeye gelmiwem. Gotrum gelem ustunude ozum tapiq duzeldib gelem 15/10/2019,19:17:47,**********19,**********46, men çox eseb keçirtdim, irana yazdım.oda dedi fuada zeng edirəm 15/10/2019,19:22:40,**********46,**********19, Dinen ona vermemiwemde bawqa adamdi. 15/10/2019,19:24:53,**********46,**********19, Bagiwdaki bele alindi istemezdim bele olsun. Cetiniyim bu gun idi birazca sebr ele getrem. 15/10/2019,20:42:55,**********19,**********46,yeke kişisen. ayıbdı, sen meni dolayirsan 15/10/2019,20:43:47,**********19,**********46,men bayaqdan bunları yola verirem sende mene dolaq gəlirsən 15/10/2019,20:44:36,**********19,**********46,daha sonra mene deme ki niye bele etdin. 15/10/2019,20:48:27,**********46,**********19,Baci allahha and olsun pulu gozduyurem gelib catir yoldadi qurban olum lsaat sebr ele getrem. Hamsini. Dunen verdiyminde pulnu getrem.20qr. Geri verdiymi 15/10/2019,20:48:30,**********46,**********19, gotrecem. 15/10/2019,20:57:57,**********19,**********46,neyse oldu .men senin nömrəni verirem iranlıya 15/10/2019,20:58:44,**********19,**********46,meni bele çetine saldın, telefona da cavab vermədin. 15/10/2019,22:00:35,**********46,**********19,Gelem indi cixiram yubandim 15dep. Sebr ele geldim baci. 15/10/2019,22:50:48,**********46,**********19,Baci cixda catdim 16/10/2019,16:11:25,**********19,2525,lsaat 16/10/2019,19:56:12,**********46,**********19,Baci imkan var suyu 3 eliyesen 16/10/2019,19:57:09,**********46,**********19,Bunu nagdi 3 dene istiyen var verib birde qaydiram qalanlarni gotrem 16/10/2019,19:58:24,**********46,**********19,ldene ele bil 35 borcum olur ona gore birde qayitmiyim obwi verim biredi gelim yene gotrum 16/10/2019,22:42:25,**********46,**********19,Baci gedirem nefcilere lsaat gelem. Gedirem pul gotrem. 16/10/2019,22:52:34,**********19,**********46,ok. men yene sene aldandım... 16/10/2019,22:52:34,**********19,**********46,ok. men yene sene aldandım. 16/10/2019,22:57:07,**********46,**********19,Aaaa ayib olarki dedim axi men ele birisi ne deyilem nede olmaram men bu gune kimi heckimi İm. Bele olsun yememiwem. Eger bele duwunursuze 5deq. Maqazin 16/10/2019,22:57:09,**********46,**********19,tapim gonderem. Pul. 16/10/2019,23:20:55,**********46,**********19,2deq yigiram kodu deyersiz 1616/10/2019,23:52:14,**********19,**********46,ALLAHA and olsun bütün esebimlə oynadın, .men bilirdim belə edəcəksən 16/10/20-19,23:52:53,**********19,**********46,kişisən söz verdin emel etmədin, amma men sənə elə etmədim 16/10/2019,23:55:03,**********19,**********46,işyeler belə alvern içne.niye mənim esebimi oynadrsan.düz söz danşdəə 17/10/2019,16:57:03,**********19,**********46,tural zəng et söz deyirəm, veşi aparıllar sənə nə qədər saxlayım 17/10/2019,16:57:03,**********19,**********46,tural zəng et söz 18/10/2019,08:14:28,**********46,**********19,Sabahin xeyir. Baci necesen? bagiwda e zeng vurmusuz aylamamiwam cavab verem. Baci nece somuwemse Allahha and olsun aylamirdim indi gucle dostum ayldib g 18/10/2019,08:14:32,**********46,**********19,elib deyir ele bildik nese olub deyrem bilmisen men yatanda heyat diyanir agir yatiram gunerle yatmiram yatanda da heyat diyanir. Bagiwda baci sende zeng 18/10/2019,08:14:35,**********46,**********19, vurmusan butun milet meni axtari alem deyib hami meni axtari iwderim toklub qalib. Sizde ne var ne yox salamatciliqdi? 20/10/2019,04:54:32,**********46,**********19,Axwamin xeyir. Baci olarsa 20dene kola getizdiresiz. lOdenede ag su. Gotrerdim nagdi. 21/10/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw 21/10/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw 21/10/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw 21/10/2019,00:45:07,**********46,**********19,a bilerik? 21/10/2019,08:04:32,**********46,**********19,Ureyim qurban olum lOdeq. Gozde catim tuwum rahat daniwaq qurban olub bagiwda da soyuwe gore 21/10/2019,14:00:46,**********19,**********46,bunu verek sene hefte sonu geler. 21/10/2019,14:01:58,**********19,**********46,vallah sen mənə bele edende səbrim tükənir, men sözde deqiq birin x 21/10/2019,14:01:59,**********19,**********46,oşlayıram. ona göre de sene inanmaqım gəlmir artıq .incimə menden 21/10/2019,17:45:35,**********19,**********46,vallahi senden cavab gelmedi deye verdik malı.sen gözlə 6cı gün gələr 21/10/2019,19:40:33,**********19,**********88,turalllll.yene deli edirsən də məni 21/10/2019,19:40:33,**********19,**********88,turalllll.yene deli edirsən də məni 21/10/2019,20:20:00,**********46,**********19,Ureyim lOdeq yanindayam qurban olum meni pis vezyetde qoyma 21/10/2019,20:21:10,**********19,**********46,gelme men çıxıram .aparıram uşaqlar gözləyir 21/10/20-19,20:23:41,**********46,**********19, Qurban olum yanimdadilar uwaqlar pul hazirdi hamsi bidene ac 21/10/2019,20:24:41,**********46,**********19,Catiram ha ureyie 21/10/2019,20:27:32,**********46,**********19, ikimizin cani uzgi 5 deq yanindayam 21/10/2019,20:28:25,**********46,**********19,Ureyim nolar sene ezyet 2bir ele 3bir ele qurban olum 21/10/2019,20:29:16,**********46,**********19,Azadliq metrosunu keçdim. 3 deq bulokdayam 21/10/2019,20:33:33,**********46,**********19,Catdim ureyim 21/10/2019,20:34:47,**********46,**********19,Burdayam bulokda 21/10/2019,20:35:26,**********46,**********19,Duwde telesirem gozduyen coxdu . 21/10/2019,20:41:48,**********46,**********19,Gelde qurban olum milet yigir axi; - digər ikinci 01 ədəd “**********19.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə X15 istifadəsində olmuş (077) ***-**-** və (050) ***-**-** saylı mobil nömrələrin arasında 10 oktyabr 2019-cu il tarixdə saat 20:07:24-də 694 saniyə, 11 oktyabr 2019-cu il tarixdə saat 18:36:10-da 21 saniyə, saat 18:46:30-da 122 saniyə, 13 oktyabr 2019-cu il tarixdə saat 18:15:06-da 112 saniyə, saat 22:53:11-də 211 saniyə, saat 23:14:25-də 17 saniyə, -14 oktyabr 2019-cu il tarixdə 21:30:35-də 21 saniyə, saat 21:32:40-da 81 saniyə, 15 oktyabr 2019-cu il tarixdə, saat 15:50:46-da 44 saniyə, saat 20:27:27-də 1 saniyə, saat 21:22:39-da 181 saniyə, saat 22:53:32-də 25 saniyə,saat 22:55:35-də 184 saniyə, 16 oktyabr 2019-cu il tarixdə, saat 20:12:39-da 30 saniyə, 20 oktyabr 2019-cu il tarixdə, saat 23:02:15-də 76 saniyə, 21 oktyabr 2019-cu il tarixdə, saat 08:00:55-də 50 saniyə, saat 08:17:23-də 1205 saniyə, saat 17:46:04-də 261 saniyə, saat 18:12:48-də 707 saniyə, saat 19:39:44-də 2 saniyə, saat 22:39:17-də 152 saniyə, saat 22:43:50-də 83 saniyə, saat 22:58:03-də 39 saniyə, saat 23:12:35-də 98 saniyə, saat 23:17:24-də 22 saniyə telefon danışıqlarının olması aşkar edilmişdir; - həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə (077) 611-59- 59 saylı mobil nömrə arasında 07 oktyabr 2019-cu il tarixdə saat 19:48:40-da 22 saniyə, saat 20:08:14-də 43 saniyə, (077) ***-**-** saylı mobil nömrə arasıda 07 oktyabr 2019-cu il tarixdə saat 19:44:26-da 48 saniyə, 08 oktyabr 2019-cu il ntarixdə saat 18:53:40-da 98 saniyə, saat 19:01:48-də 130 saniyə, 09 oktyabr 2019-cu il tarixdə saat 12:19:44-də 173 saniyə, saat 12:39:44-də 47 saniyə, saat 12:52:51-də 61 saniyə, saat 14:27:32-də 43 saniyə, (050) ***-**-** saylı mobil nömrə arasında 09 oktyabr 2019-cu il tarixdə saat 20:52:03-də 69 saniyə, saat 21:16:37də 226 saniyə, saat 21:25:24-də 39 saniyə, saat 21:31:47-də 25 saniyə, saat 21:38:06-da 31 saniyə, ***-***-**-** saylı mobil nömrə arasında 12 oktyabr 2019-cu il tarixdə saat 14:17:58-də 44 saniyə, saat 14:20:08-də 73 saniyə telefon danışıqlarının olması aşkar edilmişdir; - digər ikinci 01 ədəd “abuneciler.xlsx” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxän Azərcell MMC-yə məxsus mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman (050) ***-**-** saylı mobil nömrənin Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan (AZE N ********) Təqsirləndirilən şəxs2 və (050) ***-**-** saylı mobil nömrənin ünvan 10 ünvanında qeydiyyatda olan (AZE N ********) X12,(050) ***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Yasamal rayonu X5 qeydiyyatda olan (AZE N ********) Təqsirləndirilən şəxs1 adma qeydiyyata alındığı aşkar edildi; - sonuncu 01 ədəd “ antenna.xlsx” ad adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin əhatə dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin 09 oktyabr 2019-cu il tarixdə saat 21:38:06-da Baki səhəri, 4-cü mikrorayon, “YEGANE” Shadliq Sarayı, 21 oktyabr 2019-cu il tarixdə saat 14:00:46-da Bineqedi ray., S.Memmedova-İ. Dagistanli kesish., saat 14:01:58-də Masud Davud-oglu kuc,saat 14:01:59-da Masud Davud-oglu kuc, saat 15:26:57-də Masud Davud-oglu kuc, saat 15:33:12-də Masud Davud-oglu kuc, saat 15:35:26-da Masud Davud-oglu kuc, saat 15:35:37-də Masud Davud-oglu kuc, saat 15:39:48-də Masud Davud- oglu kuc, saat 15:39:48-də Masud Davud-oglu kuc, 15:40:44də Masud Davud- oglu kuc, 15:40:44-də Masud Davud-oglu kuc, saat 17:45:36-da Masud Davud- oglu kuc, saat 19:40:33-də M.Rasulzade qes. X38:36 Auto Yuma, saat 19:40:37də Qara Qarayev pr, 20:20:29-da Masud Davud-oglu kuc, 20:21:10- da Masud Davud-oglu kuc,20:23:44-də Masud Davud-oglu kuc, 20:24:44-də Bneqedi ray., S.Memmedova-İ. Dagistanli kesish, 20:27:34-də Masud Davud-oglu kuc, 20:28:27-də Masud Davud-oglu kuc, 20:29:18-də Masud Davud-oglu kuc, 20:43:16-da Masud Davud-oglu kuc, saat 20:45:19-da Masud Davud-oglu kuc, saat 20:45:20-də Masud Davud-oglu kuc, saat 20:45:21-də Masud Davud-oglu kuc, saat 20:45:21-də Masud Davud-oglu küçəsində olması aşkar olundu; bundan əlavə qeyd edilən CD diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 20:52-də zəng getdiyi və tərəflər arasında 69 saniyə müddətində danışıqların getdiyi, 09 oktyabr 2019-cu il tarixdə saat 21:25-də zəng getdiyi və tərəflər arasında 39 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir. - bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 21:31-də zəng getdiyi və tərəflər arasında 25 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir; - bundan əlavə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 21:28-də zəng getdiyi və tərəflər arasında 31 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir; - "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işi üzrə sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur (2-ci cild iş vərəqi 113-114, 220-225; 3-cü cild iş vərəqi 116-119). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir (3-cü cild iş vərəqi 148-150). İşdə olan DİN-in BBPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18.12.2019-cu il tarixli 010-4904-1219 nömrəli məktubuna qoşma olan iki vərəqdən ibarət Təqsirləndirilən şəxs2 sərhədkeçməsi barədə məlumatlara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 08.02.2019-cu il tarixdən 13 oktyabr 2019-cu il tarixə qədər mütəmadi olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına giriş-çıxış etdiyi aşkar edilmişdir; keçirilən baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd kimi həqiqətəndə 29 sentyabr 2019-cu il tarixdə saat 01:54-də İran islam Respublikasına çıxması, həmin tarixdə 15:18-də isə Azərbaycan Respublikasına giriş etməsi aşkar edilmişdir; bundan əlavə Təqsirləndirilən şəxs2 12 oktyabr 2019-cu il tarixdə saat 20:26-da yenidən İran İslam Respublikasına çıxmış və 13 oktyabr 2019-cu il tarixdə saat 17:54-də Azərbaycan Respublikasına giriş etmişdir; İşdə olan DİN-in BBPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18.12.2019-cu il tarixli 010-4904-1219 nömrəli məktubuna qoşma olan iki vərəq cinayət işi üzrə sübut hesab edilmişdir (2-ci cild iş vərəqi 119-121). İşdə olan Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-in BNMİ-yə ünvanlanmış 16.03.2020-ci il tarixli 007- 3038-1220 nömrəli tapşırığa cavab olaraq verilmiş 28.03.2020-ci il tarixli 008-1369-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən gəlirin Təqsirləndirilən şəxs1 vasitəsi ilə “Rza” adlı şəxsə çatdırılması, 03.03.2020-ci il tarixdə keçirilən tədbir zamanı aşkar edilən narkotik vasitə heroinin də satış məqsədi ilə əldə edilməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 127-128, 141). İşdə olan Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli 059-44905 nömrəli tapşırığa cavab olaraq verilmiş 20.11.2019-cu il tarixli 060-14866-1219 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır 2-ci cild iş vərəqi 01-02, 84). İşdə olan Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi RPİ-nin NMB-yə ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli 059-44906 nömrəli tapşırığa cavab olaraq verilmiş 14.11.2019-cu il tarixli 059-48140-1119 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (2-ci cild iş vərəqi 03-04, 118). Təqsirləndirilən şəxs1 8.800 ABŞ dolları pulun qarşılığında satdığı və aşkar edilərək götürülmüş 1.005 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan 1.004,8 qram çəkidə narkotik vasitə cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (3-cü cild iş vərəqi 229-271; 4-cü cild iş vərəqi iş vərəqi 118). Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 10,194 qram psixotrop maddə - metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 10,143 qram və X15 üzərindən aşkar edilmiş 0,005 qram psixotrop maddə - 0,001 qram, ümumilikdə 10,144 qram psixotrop maddə metamfetamin Binəqədi RPİ-nin İŞ-nin 14.01.2019-cu il tarixli qərarı ilə cinayət işi üzrə maddi sübut hesab edilmiş və və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (2-ci cild iş vərəqi 143-146). Təqsirləndirilən şəxs2 X2 0,005 qram çəkidə psixotrop maddəyə görə aldığı 175 manat pul iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (3-cü cild iş vərəqi 129-169). Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 01.08.2020-ci il tarixli qərarına əsasən Binəqədi RPİ-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət işinin başlanılmasının rədd edilmişdir (3-cü cild iş vərəqi 217-219). İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru tərəfindən qəbul edilmiş 14.05.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 4(005)-261/2020 nömrəli məktubuna əlavə edilmiş məlumatda göstərilmiş xüsusat, eləcə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 09.03.2020-ci il tarixli 17/38-2198 nömrəli məktubuna əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (3-cü cild iş vərəqi 151-155). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 5(001)-883/2019 nömrəli qərarına əsasən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 22 oktyabr 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir (2-ci cild iş vərəqi 188). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X7 13.03.2020-ci il tarixli 5(001)- 262/2020 nömrəli qərarına əsasən “Rza” və “Arif” adlı şəxslərin ətrafında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri haqqında 03 mart 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (3-cü cild iş vərəqi 227-228). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 4 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 59). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 17-18). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 217-218, 248-249). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 22 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 217-218, 248-249). İşdə olan şübhəli şəxsin tutulması haqqında 3 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 3 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 33, 79). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 5 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 3 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 108-110). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirməsi, habelə təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq psixotrop maddələri keçirməsi, habelə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına a (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 digər şəxslərlə əlbir olaraq satılmasında iştirak etdiyi və polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 1.005 qram çəkidə narkotik vasitə heroin külli miqdar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 10,194 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasında yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah niyyəti ilə törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, onu səciyyələndirən digər halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah niyyəti ilə törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli olduğunu hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması və Cinayət Məcəlləsinin 61.1.6cı maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın (cinayətin tamah niyyəti ilə törədilməsi) olmasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması və Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın (cinayətin tamah niyyəti ilə törədilməsi) olmasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 3 mart 2020-ci il tarixdən və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 22 oktyabr 2019-cu ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın (cinayətin tamah niyyəti ilə törədilməsi) olmasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 3 mart 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın (cinayətin tamah niyyəti ilə törədilməsi) olmasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 22 oktyabr 2019-cu il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli, 2701 nömrəli rəyində göstərilmişdir ki: “Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (2-ci cild iş vərəqi 137-138). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2020-ci il tarixli, 1844 nömrəli rəyində göstərilmişdir ki: “Təqsirləndirilən şəxs1 Aqif oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (3-cü cild iş vərəqi 224-225). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil vermiş 175 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1.004,8 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,143 qram psixotrop maddə metamfetamin və X15 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,001 qram psixotrop maddə metamfetamin – cəmi 10,144 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların 398,80 manat (üç yüz doxsan səkkiz manat səksən qəpik) dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 3 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 22 oktyabr 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1.004,8 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,143 qram psixotrop maddə metamfetamin və X15 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,001 qram psixotrop maddə metamfetamin – cəmi 10,144 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil vermiş 175 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin və məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların 398,80 manat (üç yüz doxsan səkkiz manat səksən qəpik) dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar