Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Dövlət ittihamçısı, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 235.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid2 yaşadığı evində müxtəlif növ narkotik vasitələrin saxlandığını bilərək həmin narkotik vasitələri talama qərarına gəlmiş, 14 mart 2020-cİ il tarixdə saat 20 radələrində Şahid2 yaşadığı ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə daxil olub orada sonuncunun qanunsuz olaraq əldə edib mənzilin qonaq otağında yerləşən dolabında saxladığı narkotik vasitələri - bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, iki ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini oğurlamaqla talamış, taladığı narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 16 mart 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələr əynindəki göy rəngli üzərində “Nike” yazısı olan idman köynəyinin sol qolun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbacığın içərisində ayrı-ayrı bükümlərdə aşkar edilib götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni talamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma cinayətlərini törətmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, o, tanışı Şahid1 ilə birlikdə tanışları Şahid2 yaşadığı evində müxtəlif növ narkotik vasitələrin saxlandığını bilərək həmin narkotik vasitələri talama qərarına gəlmiş, bu barədə Rəşad Süleymanovla qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 mart 2020-cİ il tarixdə saat 20 radələrində Əli' Hüseynzadənin yaşadığı ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin pəncərəsini dəmir parçası ilə təzyiq edib açaraq mənzilə daxil olub orada sonuncunun qanunsuz olaraq əldə edib mənzilin qonaq otağında yerləşən dolabında saxladığı narkotik vasitələri bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, iki ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini oğurlamaqla talamış, aralarındakı razılaşmaya əsasən həmin narkotik vasitələrdən bir ədəd bükümdə təmiz çəkisi 8,352 qram narkotik vasitə heroini tanışı Şahid1,qalanlarını isə özünə götürmüş, taladığı narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış,Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 16 mart 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələr əynindəki göy rəngli üzərində “Nike” yazısı olan idman köynəyinin sol qolun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbacığın içərisində ayrı-ayrı bükümlərdə aşkar edilib götürülmüş, habelə həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş Şahid1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini yaşadığı ünvanda gizlətməklə saxladığını etiraf edərək könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, həmin tarixdə saat 21:10 radələrində onun yaşadığı ünvan 4 ünvanında yerləşən binanın ikinci mərtəbəsinin dəhlizinə baxış keçirilərkən su sayğacının plastik qabının içərisindən təmiz çəkisi 8,352 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, dönər satılan yer işlətmiş, Şahid1 də həmin yerdən tanımış, Şahid2 də Rəşadın tanışı olmuşdur. Rəşad tez-tez onun işlətdiyi yerə gəlib-getmişdir. Əlinin Rəşada 400 manat borcu olmuş, həmin ərəfədə Rəşada alimenti ödəmək üçün pul lazım olmuş, bu səbəbdən Rəşad Əlidən borcunu tələb etmişdir. Rəşad əsəbi olduğundan o da Rəşadla birlikdə Əlinin yaşadığı ünvana getmiş, məqsədi isə Rəşadla Əlinin arasında mübahisə yaranmasının qarşısını almaq olmuşdur. Həmin vaxt, Rəşad həyətdə gözləmiş, o isə Əlinin yaşadığı mənzilə qalxmış, qapını döysə də açan olmamış, hətta qonşuluqda yaşayan bir qadın və qızı da onun Əlini çağırdığını görmüş, o, evdə heç kimin olmadığını görərək həyətə düşmüş və Rəşada Əlinin evdə olmadığını demişdir. Bu zaman Rəşad əsəbləşərək yuxarı Əlinin yaşadığı mənzilə qalmış, Rəşad pəncərədən baxdıqda paltaryuyan maşının işlədiyini görüb Əlinin evdə olduğunu və qapını bilərəkdən açmadığını ona demişdir. Bundan sonra Rəşad pəncərəni itələyib açmış, əvvəl Rəşad sonra isə o, mənzilə daxil olmuşlar. Həmin vat mənzildə heç kim olmamış, o divanda əyləşmiş, Rəşad isə evdə qurdalanmışdır. Daha sonra onlar çıxıb getmişlər. Növbəti gün işdə olarkən polis əməkdaşları gələrək şikayət olduğunu bildirib onu bölməyə aparmışlar. Orada ona bildirmişlər ki, mənzildən oğurluq olub. Bu zaman o, mənzildən heç bir oğurluq olmadığını bildirmiş, sonra isə polis əməkdaşının təklifi ilə Rəşada zəng etmiş, həmin vaxt Rəşaddan evdən nə isə götürüb-götürmədiyini soruşmuş, Rəşad da cavabında heç nə götürmədiyini demişdir. Onun əynində olan idman geyiminin qol hissəsində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olmşudur. Daha sonra Rəşad da bölməyə gəlmiş, polis əməkdaşları Rəşadı başqa otaqda dindirmişlər. Guya Rəşad polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək su sayğıcının içərisində olan narkotik vasitəni təqdim etmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, Əli adlı şəxsi təxminən 6 ay olar ki tanıyır. 14.03.2020-ci il tarixdə saat 19 radələrində əvvəllər eyni məhəllədə yaşadığı və tanıdığı Rəşadla görüşmüşdür. Onlar Rəşadla birlikdə Əlinin yaşadığı ünvana getmək barədə razılığa gələrək Əlinin yaşadığı Nəsimi polis idarəsinin arxasında yerləşən binada yerləşən mənzilinin qapısını döyəndə qapını açan olmamışdır. Ona görə də onlar Rəşadla Əlini bir qədərə gözləmək qərarına gəlmişlər. Təxminən 15-20 dəqiqə Əlinin gözləmişlər, lakin Əlinin evə gəlmədiyini görüb düşünmüşlər ki, “Əli evdədir sadəcə olaraq qapını açmaq istəmir”. Ona görə də yerdən dəmir parçası götürüb Əlinin yaşadığı ünvana qalxmışlar. Bu vaxt Rəşadla Əlinin yaşadığı mənzilin giriş qapısının yanında olan pəncərəni dəmir parçası ilə itələyib açandan sonra ilkin olaraq Rəşad mənzilin daxil olmuş və Rəşadın arxasınca o mənzilə daxil olmuşdur. Onlar ilkin olaraq mətbəxə daxil olmuşlar, bundan sonra dəhlizlə hərəkət edib yataq otağına daxil olub orada bir qədər axtarış aparıb, qonaq otağına keçmək qərarına gəlmişlər və o qonaq otağında yerləşən divanın döşək örtüklərinə baxandan sonra qonaq otağında divar boyunca olan dolablara baxaraq orada parça torba olduğunu görüb içərisinə nəzər salmışlar. Həmin torbanın içərisində 4-5 ədəd qara rəngli “Vinston” markalı siqaretin qutuları görüb qutulara bir-bir baxdıqda içərisində müxtəlif çəki və tərkibdə narkotik vasitəyə oxşar maddələrin olmasını görmüşlər. Bundan başqa da həmin torbanın üzərində qara dəridən istehsal edilmiş pul qabı olmasını və həmin pul qabının içərisində də müəyyən məbləğdə pul olmasını görmüşlər. Onlar həmin pulu da götürməyib yalnız narkotik vasitələri götürməklə kifayətlənib bütün siqaret qutularında saxlanılan maddələri bir siqaret qutusuna boşaldıb həmin mənzili tərk etmişlər. Əlinin evindən götürdükləri “kakos” və “şüşə” kimi tanıdığı maddələri aralarında bölərək onun payına düşən maddələri üzərində saxlamışdır. 16.03.2020-ci il tarixdə isə onu Nəsimi RPİnin 21 -ci PB-nin əməkdaşları saxlayaraq və baş vermiş oğurluq hadisəsində şübhələnildiyini bildirib bölməyə dəvət etmişlər. Orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və üzərində olan qeyri-qanuni əşyanı təqdim etməyi tələb olunmuşdur. O, da əynində olan idman köynəyinin sol qolunun iç tərəfindən şəffaf rəngli sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sellofanı açdıqda içərisində 8 ədəd bükülü aşkar edilmişdir. Həmin bükümlərdən 3 ədəd büküm açıq qəhvəyi rəngli toz şəkilli maddə, 3 ədəd şəffaf rəngli bükülmüş qara rəngli maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ və qırmızı rəngli dərman həbinə bənzər maddə və 1 ədəd içərisində ota bənzər maddə ola sellofan bağlama aşkarlanmışdır. Bundan əlavə, əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən ümumilikdə 450 manat pul aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış və əlavə hər-hansı qanunsuz maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələri haradan əldə etməyi barədə sual verildikdə bildirmişdir ki, həmin maddələri 14.03.2020-ci il tarxidə tanışı Əlinin yaşadığı mənzildən Rəşadla birlikdə götürmüş və yadından çıxdığından üzərində saxlamışdır. O yalnız marixuana adlı narkotik vasitəni siqaret kimi çəkmək yolu ilə istifadə edir. Şahid2 ifadəsində yaşadığı mənzildən pul və qızıl əşyalarından əlavə yalnız heroin və metamfetamin adlı maddələr oğurlanmasının bildirməsinin yalan olduğunu, üzərindən aşkar edilmiş bütün narkotik vasitələri Əlinin evində oğurladıqlarını, yalnız üzərindən aşkar edilmiş qurudulmuş marixuananı Əlinin yaşadığı mənzildən deyil, bir neçə gün əvvəl tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata əldə edib üzərində saxlamışdır. Şahid2 yaşadığı mənzilə qanunsuz daxil olmaqda məqsədi Əlini cəzalandırmaq olmuşdur, yəni Əlinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilərək ona bir neçə dəfə bu barədə xəbərdarlıq etmişlər ki, narkotiki yaymasın. 14.03.2020-ci il tarixdə Rəşadla birlikdə qərara gəlmişlər ki, Əlinin yaşadığı evə gedib onunla söhbət etsinlər. Onlar bu məqsədlə tanımadıqları taksi ilə Əlinin yaşadığı evin yaxınlığına gəlib Əlinin istifadə etdiyi mobil telefona Rəşadın istifadə etdiyi mobil telefonla whatsapp ani mesajlaşma proqramı ilə zəng etsələr də Əli Rəşadın mobil telefonuna cavab vermədiyi üçün Əlinin yaşadığı mənzilinin qapısını döymüşlər, lakin qapını açan olmamışdır. Orada 15-20 dəqiqə Əlini gözləmişlər, sonra düşünmüşlər ki, Əli evdədir, ola bilsin ki, onları eşitmir. Ona görə də o əli ilə plastik pəncərəni itələyəndə pəncərə açılmış əvvəlcə Rəşad, sonra isə o mənzilə daxil olmuşdur. Əlinin evdə olmadığını görüb evdən çıxmışlar. O, hadisədən bir neçə gün əvvəl Maştağa kəndindən tanımadığı şəxsdən özünün istifadəsi üçün narkotik vasitə marixuana və tiryək almışdır. Həmin narkotik vasitələri üzərində gəzdirmişdir. 16.03.2020-ci il tarixdə saat 07 radələrində onu polis əməkdaşları ünvan 6 ünvanında saxlayıb 21-ci PB-nə gətirmişlər və ondan PB-də Şahid2 evindən pul və qızıl oğurlanması barədə sual verəndə o, Əlinin evindən pul və qızılzinət əşyaları oğurlamadığını bildirmişdir. Həmin vaxt əynində olan idman köynəyinin sol qolundan üç büküm içərisində narkotik vasitə bir bükümdə marixuana və iki bükümdə tiryək olan bükümlər düşmüşdür. Hazırda xatırlamadığı hansısa polis əməkdaşı həmin bükümləri götürüb harasa çıxıb getmişdir. Sonradan onun tutulmasını həmin günü saat 16 radələrinə rəsmiləşdirərək bir bükümdə olan sellofanı onun idman köynəyinin sol qoluna qoymuşlar. Həmin sellofan torbacıqdan 8 ədəd ayrı-ayrı içərisində narkotik vasitəyə bənzər bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən yalnız içərisində marixuana olan bir büküm və tiryək olan iki büküm ona məxsus olmuşdur. Qalan bükümlər ona məxsus olmamışdır. Polis əməkdaşları ona marixuananın özünə məxsus olduğunu, qalan bükümlərin isə Əlininin evindən Rəşadla birlikdə götürdüyünü deməsini tələb etdikləri üçün ilkin ifadəsində, üzərinə şəxsi axtarış keçirilən zaman və üzləşdirmədə dindirmə keçirilərkən qeyd edilən məzmunda ifadə vermişdir. Əlinin evinə bir neçə dəfə getdiyi üçün həmin mənzili tanımış, lakin Əlinin evindən Rəşadla birlikdə narkotik vasitə, o, cümlədən preqabalin və metamfetmin talamamışdır. Əlidən narkotik vasitə almamış, Əlinin evinə getdiyi zaman bir neçə gün əvvəl Maştağa kəndindən aldığı narkotik vasitə marixuana və tiryək üzərində olmuş və həmin narkotik vasitələri gələcəkdə özünün istifadəsi üçün saxlamışdır. O, narkotik vasitələrin və preqabalinin satışı ilə məşğul deyildir. Əlinin evinə getdiyi zaman Rəşad və Əlinin evindən narkotik vasitələr götürməmişlər. O, marixuana və tiryək istifadə edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitədən qurudulmuş marixuanadan siqaret kimi çəkmək yolu ilə istifadə edir. 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin arxasından keçən Mirəli Qaşqay küçəsində yerləşən mənzilə tanışı Kənanla birlikdə daxil olmuşdur. Kənanı yaşadığı məhəllədən xeyli vaxtdır ki tanıyır. Həmin gün Kənanla adı çəkilən mənzilə getməyinə səbəb mənzildə yaşayan Əli adlı şəxslə görüşmək olmuşdur. Belə ki, Əlini təxminən 5-6 ay olar ki, tanıyır. Əlidən 1-2 dəfə “nəşə” adlanan narkotik vasitə alıb çəkmişdir. Ümumiyyətlə Əli digər narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Əliyə bir neçə dəfə xəbərdarlıq etmişdir ki, digər növ, daha ağır tipli narkotik vasitələrin satışı ilə məşğul olmasın. Bir neçə gün əvvəl isə Əlinin mikrorayon deyilən ərazidə narkotik vasitə satması barədə məlumat əldə etdiyinə görə onunla görüşmək istəmişdir, lakin Kənanla onu evdə tapa bilməmişlər. Əlini evinin yaxınlığında təxminən 20 dəqiqə gözləmişlər, lakin gəlmədiyini görüb evin içinə eyvandan baxmışlar. Evin içərisində qaz plitəsinin yandığını görüb şübhələnmişlər ki, Əli evdədir sadəcə olaraq onlardan gizlənir. Ona görə də qərara gəlmişlər ki, evə daxil olaq. Həmin zaman yerdən armatur dəmir parçası taparaq mətbəxin nəfəsliyinə təzyiq edib açılmasından istifadə edərək içəri daxil olmuşlar. Evə daxil olanda evdə heç kimin olmadığım görüb evin içərisini axtarmağa başlamışlar və qonaq otağında yerləşən şkafa baxanda orada yerləşən parça torbada 4-5 siqaret qutusunun olduğunu görüb qutulara baxanda müxtəlif növ narkotik vasitələrin olduğunu müəyyən etmişlər və həmin maddələri götürmək qərarına gəlmişlər. Bundan sonra evi tərk edib oradan uzaqlaşmışlar. Kənanla narkotiki aralarında böləndən sonra onda qalan narkotiki su sayğacının içərisində gizlətmiş ki, sonradan atsın. PB-də hər şeyi olduğu kimi bildirəndən sonra gizlətdiyi narkotik vasitənin yerini göstərmişdir. Şahid2 ifadəsində göstərdiklərinin yalan olduğunu bildiriərk Şahid2 evində qızıl əşyaları ümumiyyətlə görməmiş, nağd pulu görsələr də həmin pulu götürməmişlər. Şahid2 evinə Kənanla daxil olmuş və ***-***-**-** saylı GSM nömrədən istifadə etmişdir. Əli narkotikin satışı ilə məşğul olur. Fikirləşdik ki, gedib Əli ilə görüşək. Əlinin yaşadığı evə daxil olub evi axtararkən paltar dolabının içərisində ayrı-ayrı siqaret qutularının içərisində bükümlər görəndən sonra, bükümlərin narkotik vasitə olduğunu biləndən sonra, həmin bükümləri götürüb Kənanla aralarında bölmüşlər. O, bir ədəd yekə büküm götürmüş, digər bir neçə bükümləri isə Kənan götürmüşdür, sonra isə həmin bükümü gələcəkdə istifadə etmək üçün su şotçikinin içərisində gizlətmişdir. Hadisədən bir gün sonra məni 21- ci PB-nə dəvət etdikləri üçün o PB-nə gələrək Əlinin evindən pul və qızıl deyil Kənanla birlikdə narkotik vasitə oğurladığını bildirmişdir, həmin narkotik vasitə olan büklünü gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Kənanda isə konkret olaraq hansı narkotik vasitələr qalmasını bilmir. O, Əlinin evindən götürdüyü narkotik vasitələri harada Kənanla böldüyü yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun yaşadığı mənziləd qızıl əşyası və pul oğurlanmış, həmin pulu və qızıl əşyasını kimin oğurlaması barədə heç bir məlumatı olmamışdır. O, narkotik vasitədən istifadə etsə də satışla məşğul olmamış, onun yaşadığı mənzildə heç bir narkotik vasitə olmamışdır. O, DİN-in 102 xidmətinə zəng vurub evindən pul və qızıl əşyasının oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları onu döydüklərindən istintaq zamanı həmin ifadəni vermişdir. Sonradan Şahid1 qardaşı İsmayıl onlara dəymiş ziyanla əlaqədar 750 manat pul ödəmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, ünvan 7 ünvanda faktiki olaraq yaşayır. Ali təhsili “Təfəkkür” universitetində almışdır. Rəsmi olaraq evli olmasa da, qeyri-rəsmi olaraq nikahdadır, həmin nikahdan himayəsində bir azyaşlı övladı vardır. Tutulana qədər Bilqeys Məmmədova və himayəsində olan bir azyaşlı övladı ilə birlikdə yaşayır. O, narkotik vasitə hesab edilən heroindən çəkib tüstüsünü udmaq yolu ilə istifadə edir. Ona görə də tutulmağı təxminən bir həftə əvvəl əslən olduğu Salyan rayonunda olarkən şəxsi istifadəsi üçün 280 manat müqabilində 15 qram narkotik vasitə heroin və 100 manat müqabilində 3 qram “şüşə” kimi tanınan metamfetamin adlı maddəni əldə edib üzərində Bakı şəhərinə gətirib yaşadığı ünvan 7 ünvanda saxlamışdır. Həmin maddələrdən təxminən 4 qram heroin və 1,5 qram metamfetamini çəkərək istifadə etmişdir. Yerdə qalan maddələri isə evdə saxlamışdır ki, sonra istifadə edər. 14.03.2020-ci il tarixdə axşam saat 17:00 radələrində yoldaşı Bilqeysi işlədiyi gözəllik salonundan götürüb birlikdə atasının yaşadığı ünvana getmək məqsədi ilə yaşadığı evdən çıxmışdır. Həmin gün təxminən saat 23:00 radələrində yaşadığı evə yoldaşı Bilqeyslə birlikdə qayıdan zaman pəncərənin açıq olduğunu görüb hiss etmiş ki, evə kimsə daxil olmuşdur. Onlar mənzilə daxil olanda görmüşlər ki, mənzilin içərisi dağınıq vəziyyətdədir. Bu vaxt dərhal pul və qızıl-zinət əşyalarının saxlandığı yerə baxış keçirib müəyyən etmişlər ki, ona məxsus olan 1150 manat pul və yoldaşına məxsus olan qızıl boyunbağı oğurlanmışdır. Bundan başqa da Salyan rayonundan əldə etdiyi narkotik vasitə heroin və metamfetaminin də oğurlanmasını aşkar etmişdir. O, dərhal baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, lakin oğurlanmış ona məxsus olan narkotik maddələr barədə heç bir şey bildirməmişdir. Hadisədən bir neçə gün sonra isə saxlanmışdr. Evində saxladığı narkotik vasitələri istifadə məqsədi ilə saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul deyildir. Həmin hadisə nəticəsində dolabdan və kreslonun altından ümumilikdə 1150 manat pul, digər otaqdan arvadı Bilqeysə məxsus bir ədəd qızıl qolbağı oğurlanmışdır. Təqsirləndirilən şəxs üzərindən 0,286 qram olan qurudulmuş marixuana, çəkisi 0,644 qram olan həşiş qətranı, üç ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1,860 qram təşkil edən narkotik vasitə heroin, iki ədəd şəffaf sellofan bükümdə olan ümumi çəkisi 1,215 qram təşkil edən narkotik vasitə tiryək, bir ədəd şəffaf sellofana bükülmüş tərkibində 0,3 qram preqabalin güclü təsir edən maddəsi aşkar edilsə də, onun həmin maddələr barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, Şahid2 14.03.2020ci il tarixdə saat 23:57-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən 1150- 1200 manat pul və 1000-1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid4 Kənan adlı şəxsin Şahid2 evindən oğurluq etməsi və həmin şəxsin narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Kənan adlı şəxsin şəxsiyyəti müəyyən edildiyi zaman məlum oldu kİ, o, Təqsirləndirilən şəxsdur. Nəsimi rayonu H.Seyidzadə küçəsi ev 2, mənzil 27 də qeydiyyatda olmaqla yaşayır. Onun Şahid2 evindən narkotik vasitələrin talaması barədə daxil olmuş əməliyyat məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün 16.03.2020-ci İl tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı bölmənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 da daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara' uyğun olaraq 16.03.2020-ci il tarixdə saat 16 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq həmin tarixdə saat 16:00 da Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşadığı evin yaxınlığında olduğu zaman əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvü Şahid4la birlikdə ona yaxınlaşıb özlərini təqdim edib, onu 21-ci PB- nə dəvət etmişlər Kənan da onların dəvətnə əsasən Nəsimi RPİ-nin 21-ci PB-nə gəlmişdir. Toplanmış material PB-nin təhqiqatçısına həvalə edilmiş və X7 Muxtarovu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, ona müvafiq hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün RPİ-nin KTQ inspektoru Bahadur Bəxtiyarov dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videokamera ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının cibində əşya və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edildiyi zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 450 manatlıq əskinazı çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra isə göy rəngli “Nike” yazısı olan idman köynəyinin sol qolun iç tərəfindən bir ədəd şəffaf rəngli sellofana çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellefon açılıb baxılanda içərisində ümumilikdə 8 ədəd büküm olması aşkar edilmişdir. Həmin bükümlərdən 3 ədəd şəffaf sellofana bükülmüş spesfık iyə malik olan qara rəngli maddə, 3 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ və qırmızı rəngli kapsula bənzər maddə, 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ovulmuş, qurudulmuş ota bənzər maddə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olub-olmaması barədə sorğu edildi, o, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan marixuanadan başqa qalan əşyaların narkotik vasitə olduğunu və onları tanışı Rəşadla əvvəllər narkotik vasitə aldığı Əlinin yaşadığı evdən oğurladıqlarını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərflərə qoyulub qablaşdırılaraq möhürləndi və bütün iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 14.03.2020-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Rəşadla Əli adlı şəxslə söhbət etmək məqsədi ilə onun yaşadığı Nəsimi rayonu, M.Qaşqay küçəsinə getmiş Əlinin evdə olmadığını və onlardan gizləndiyini görüb, əsəbləşərək onun evinə daxil olub qonaq otağında yerləşən dolabdan həmin maddəlləri götürüb oradan çıxıb getdiklərini və bu günə kimi üzərində olduğunu bildirmişdir. Yalnız marixuananın özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı evdə pul gördüklərini bildirsələrdə, lakin həmin pulu götürmədiyini bildirmişdir. Həmçinin evdən qızıl qolbağı talamadığını bildirmişdir. Həmçinin bildirdi ki, narkotik vasitələri talayandan sonra həmin narkotik vasitələri idman köynəyinin sol qolun iç tərəfində qoymuş və ondan sonra sexdə işlədiyi üçün yadından çıxıb həmin yerdə qalmışdır. Təqsirləndirilən şəxs və Şahid1 tutulan zaman onlara qarşı hər hansı bir fiziki və psixi güc tətbid edilməmişdir. Təqsirləndirilən şəxs tutulduğu zaman özünü səmimi apararaq üzərində olan əşyaları səmimi təqdim edərək törətdiyi əməli etiraf etmiş, Kənanı PB-nə gətirilən zaman hadisəni tanışı Rəşadla birlikdə törətdiyini və heroinin bir bükümünün Rəşadda olduğunu bildirmişdir. Bundan sonra Kənanla birlikdə Şahid2 yaşadığı evdən narkotik talamaqda şübhəli bilinən Rəşadın şəxsiyyətini PB-nin əməliyyat müvəkkili X3 müəyyən edərkən məlum oldu ki, həmin şəxs Şahid1dur. Onun 055 -275-78- 79 mobil telefon nömrəsindən istifadə etdiyini müəyyən edərək PB-nə dəvət etdik, o, özü PB-nə gəldi. Şahid1 üzərinə şəxsi axtarış aparılması üçün raportla PB-nin rəisinə müraciət etdik. Şahid1 hüquqları izah edildikdən sonra onun üzərinə videokamera ilə təhqiqatçının xidməti otağında 21-cİ PB-nin əməliyyat müvəkkili Elmin İsmayıllının iştirakı ilə şəxsi axtarış aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə zamanı Şahid1 sağ yan cibindən ümumilikdə 35 manat pul, sol yan cibindən iki ədəd açar və bir ədəd “Bakı kart” əynində olan gödəkçənin iç qoltuq cibindən qara rəngli “Xiomi” markalı mobil telefon təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı Şahid1 Əli 'Hüseynzadənin yaşadığı evdən pul və qızıl qolbağı oğurlanması barədə sual verildikdə o, bildirdi ki, “mən Şahid2 evindən pul və qızıl deyil, Kənanla birlikdə narkotik vasitə götürmüş və həmin narkotiki Kənanla birlikdə öz aralarında bölmüş Kənanda müxtəlif növ narkotik vasitələr var, o yalnız narkotik maddə olan “kakos” götürmüşdür, həmin kakosu hadisə törətdiyi gün Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış su sayğacının qutusunun içərisində gizlətmiş və təqdim edə biləcəyini qeyd etdiyi üçün çəkiliş dayandırıldı və çəkilişin davamı onun bildirdiyi ünvanda aparılacağı izah edildi. Şübhəli şəxs Şahid1 göstərməsinə uyğun olaraq ünvan 9 ünvanında yerləşən dəmir qapıdan içəri daxil olaraq həmin binanın ikinci mərtəbəsinə qalxıldı. Şahid1 həmin mərtəbənin divara bərkidilmiş yaşıl rəngli su sayğacının qapağını açaraq oradan qara rəngli parça torbadan şəffaf sellefona bükülmüş bir ədəd büküm çıxardaraq təqdim etmiş, həmin büklünü Əli adlı şəxsin mənzilindən götürdüyünü və kakos adlanan narkotik vasitə olduğunu, sonradan həmin yerdə gizlətdiyi bildirmişdir. Şahid1 təqdim etdiyi büklü götürülüb qablaşdırılmışdır. Şahid1 tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olunmayıbdır. Şahid1 bildirdi ki, Şahid2 evində Təqsirləndirilən şəxsla birlikdə daxil olduğu zaman siqaret qutularının içərisində ayrı- ayrı bükümlərdə müxtəlif nov narkotik vasitə kakos, həşiş, tiryək və dərman götürmüşlər. Həmin bükümləri böləndə o bir bükümdə kakos, yəni heroinin böyük bir hissəsini götürmüşdür. Əlinin evindən götürdüyü digər narkotik maddələr Kənanda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Bilqeys Məmmədova onun doğma qızıdır. Şahid2 isə qızı ilə qeyri rəsmi nikahda olub. Birgə nikahlardan bir az yaşlı övladları olub. Qızı Bilqeyslə hər ay loteriya oynamış, 2020-ci il tarixdə qızının loteriyanı götürmək vaxtı olduğu üçün 1150 manat pulu götürmüşdür. 14.03.2020-ci il tarixdə eşitmişdir ki, qızı Bilqeysin evindən oğurluq olub. Sonradan Bilqeysin qeyri rəsmi nikahda olan ərinin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşqul olduğu üçün tutulmasını eşitmişdir. Şahid2 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşqul olması barədə onda hər hansı bir məlumat olmayıb. Həmçinin qızı Bilqeysdən bu barədə soruşanda qızı da Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə hər hansı məlumatının olmadığıni bildirmişdir. Qızı Bilqeys narkotik vasitələrə meyilli şəxs olmamış və narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, qeyd olunan ünvanda qeyri rəsmi nikahda olan Şahid2 ilə yaşamışdır. O, Şahid2 ilə 2017-ci il tarixdə qeyri rəsmi nikaha girmiş, həmin vaxtda da bir yerdə yaşamışılar. Onların nikahlarından bir az yaşlı övladları olmuşdur. O, Bakı şəhəri, Yasamal rayonu ərazisində gözəllik salonu icarəyə götürüb işlətmişdir. Əri Şahid2 isə heç bir yerdə işləməmişdir. Az yaşlı oğlu isə onlar işdə olduğuqları zaman qaynanasının evində olurdu. O, səhər 09 radələrində işə getmiş, axşam isə saat 21 radələrindən işdən qayıtmışdır. O, anası və rəfiqəsi ilə hər ay loteriya oynamışdır. Hadisədən bir gün əvvəl o, 1150 manat pul götürüb yaşadığı evin qonaq otağında olan dolabda qara rəngli pul qabının içərisinə, həmçinin özünə məxsus olan bir ədəd təxmini dəyəri 450 manat 8 qr olan 585 əyyarlı qızıl qolbağını isə yataq otağının içərisində olan dolabda saxlamışdır. O, 14.03.2020-ci il tarixdə saat 09 radələrində evdən işə getdiyi zaman yuxarda qeyd etdiyi qolbağını həmin dolaba qoymuş, həmçinin pulu da yoxlamış, pul da yerində olmuşdur. Sonra isə evdən çıxıb işə getmişdir. 14.03.2020-ci il tarıxdə, saat 17 radələrində o, əri Əlinin mobil telefonuna zəng edərək bildirmişdir ki, «gəl birlikdə gedib ananın yaşadığı evdən uşağı gətirək», Əli də onunla razılaşıb saat 18 radələrində onun iş yerimə gəlib onunla birlikdə qaynanası Nərminənin yaşadığı evə getmişdir. Həmin gün saat 23 radələrində yaşadığı ünvana yoldaşı ilə birlikdə qayıdan zaman pəncərənin açıq olduğunu görüb hiss etmişdir ki, evə kimsə daxil olub. Onlar mənzilə daxil olanda görmüşlər ki, mənzilin içərisi dağınıq vəziyyətdədir. Bu vaxt o, dərhal pul və qızıl-zinyət əşyaları saxladığı yerə baxış keçirib müəyyən etmişdir ki, ona məxsus olan 1150 manat pul və ona məxsus olan qızıl boyunbağı oğurlanmışdır. Bundan sonra əri Əli DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Rəşad İsmayılov onun qardaşıdır. Rəşad psixi xəstə olduğu üçün ailəsindən ayrılmış, hazırda ünvan 10 ünvanında onunla birlikdə yaşayır. Psixi qeydiyyatda olduğu üçün hərbi xidmətdə olmamışdır. Şahid2 evindən pul və qızılın Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirdiyi üçün qardaşı Şahid1 gələcəkdə yüngül cəza verilməsi üçün Şahid2 arvadı Bilqeysə 750 manat pulu şəxsən vermişdir. Lakin Şahid1 Əlinin evindən pul və qızıl oğurlamadığını ona bildirmiş, gələcəkdə Rəşadın əməli sübuta yetməyəcəyi təqdirdə həmin pulu mülki iddia qaldırıb alacağını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 61-65-ci vərəqlərində olan məhkəmə fıziki-kimyəvi ekspertizasının 16 mart 2020-ci il tarixli 6/206 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs » yazısı olan 3 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,870 qr., 0,935qr., 0,055qr, ümumi təmiz çəkisi 1,860 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram və 0,912 qram, ümumi təmiz çəkisi 1,215 qram olan maddələr, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 1 ədəd kapsula 18.03.2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələrin siyahısına daxil olan preqabalin dərman vasitəsidir. Təqdim edilmiş 1 ədəd kapsuladakı preqabalinin təsir maddəsinin miqdarı 0,03 qramdır. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi l,215 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 1,115 qram. Preqabalin -1 kapsul tədqiqata sərf edildi-1/2 İ hissəsi. Cinayət işinin 1-ci cildinin 55-59-cu vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 16 mart 2020-ci il tarixli 7/69 №-İi nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,286 qram xırdalanmış bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,644 qram olan qətranabənzər kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -həşiş qətranıdır. Qeyd:Marixuananın təmiz çəkisi 0,286 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 0,266 qramdır. Həşiş qətranının təmiz çəkisi 0,644 qramdır, tədqiqata sərf edildi 0,02 qram, qalıq-0,624 qramdır. Cinayət işinin 1-ci cildinin 130-133-cü vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə fıziki-kimyəvi ekspertizasının 16 mart 2020-ci il tarixli 6/208 №-İi nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Fətəliyev » yazısı olan 1 ədəd bükümdəki təmiz çəkisi 8,352 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (siyahı İ) daxildir. Qeyd:Heroinin təmiz çəkisi 8,352 qr, tədqiqata sərf edildi 0,5 qr, qalıq 8,302 qramdır. Cinayət işinin 2-ci cildinin 94-98-ci İş üzrə təyin olunmuş məhkəmə fıziki-kimyəvi ekspertizasının 16 aprel 2020-ci il tarixli 6/298 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Tədqiqat obyekti 66» və «Tədqiqat obyekti 60» nömrəli ştamp əksləri olan paketlərdə, vət. Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümlərdəki heroınlər, vət. Şahid1 götürülmüş 3 ədəd bükümlərdəki heroinlər, vət.Şahid1 götürülmüş 1 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət.Təqsirləndirilən şəxs götürülmüş heroinin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 16.03.2020-ci tarixli 6/206 saylı və vət. Şahid1 götürülmüş heroinin təmiz çəkisi 16.03.2020-ci il tarixli 6/208 saylı ekspert rəylərində göstərilib. Qeyd:l. K,Muxtarov :heroinin ümumi təmiz çəkisi 1,760 qr, tədqiqata sərf edildi: ümumi 0,06 qr (hər maddədən 0,02 qr) qalıq: 2.Şahid1 : heroinin təmiz çəkisi 8,302 qr, tədqiqata sərf edildi:0,02 qr, qalıq 8, 282 qr. Cinayət işinin 2-ci cildinin 216-217-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01.06.2020-ci il tarixli 1408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cildinin 34-35-ci vərəqlərində olan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 30.06.2020-ci il tarixli 1192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 198-200-cü vərəqlərində olan Azercell Telecomdan daxil olmuş diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə, təqsirləndirilən şəxs Şahid2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə, həmçinin təqsirləndirilən şəxs Şahid1 istifadə etdiyi 055- ***-**-** mobil nömrəsi arasında çox saylı danışıqlar olması, hadisə baş verən günü yəni 14.03.2020-ci il tarixdə saat 17:35dən saat 20:56 ya qədər Bakı şəhəri Nəsimi rayonu ərazisində olması, tutulduğu gün yəni 16.03.2020-ci il tarixdə saat 11:36 da ünvan 11 ünvanında olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 181-197-ci vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş 09.06.2020-ci il tarixli BKC/LGL-6542/20 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 055- ***-**-** mobil nömrəsini təqsirləndirilən şəxs Şahid1 və ***-***-**-** mobil telefon nömrəsini isə təqsirləndirilən şəxs Şahid2 istifadə etmişdir. Şahid1 istifadə etdiyi mobil telefonun zənglərinə baxış keçirərkən Şahid2 istifadə etdiyi mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxslər Şahid2 istifadə etdiyi ***-***-**-** və Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrələri arasında çoxsaylı telefon danışıqları olması Şahid1 istifadə etdiyi mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi arasında 14.03.2020-ci il tarixdə saat 20:02-də 37 saniyə danışıq olmuşdur. Bundan başqa Şahid1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin əhatə dairəsinə baxış keçirilərkən hadisə baş verdiyi günü yəni, 14.03.2020-ci il tarixdə saat 19:16 da “Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 20” saat 19:34 də “Bakı şəhəri, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsi, 649- cu məhəllə”, saat 20:02 də Bakı şəhəri Azadlıq prospekti 2, 67 saylı evin damı, saat 20 :53 də Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi 37 olması müəyyən edilmişdir. Şahid2 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı müəyyən edilmişdir: ki, onunla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə və Şahid1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi arasında çoxsaylı danışıqlar olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etməkdən ötrü gətirdiyi dəlillər özünün ziddiyyətli ifadələri, ilkin ifadələri, şahid ifadələri, məhkəmə fızİki-kimyəvi ekspertinin rəyləri, yəni Rəşadla onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin eyni tərkibli olması, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, yəni onda narkomaniya xəstəliyinin aşkar edilməsi, məhkəmə psixtrik ekspertizasının rəyi yəni hadisəni törətdiyi və ittiham elan edildiyi zaman anlaqlı olması, telefon danışıqları, yəni onun hadisə törətdiyi günü Şahid1lə telefonla əlaqə saxlaması və eyni əhatə dairəsində olması, 16.03.2020-ci il tarixdə saat 11:36 da Bakı şəhəri 4-cu MKR Yeganə şadlıq sarayı əhatə dairəsində olması, videokamera ilə şəxsi axtarış protokolu, təqsirləndirilən şəxs Şahid1 və Şahid2 ifadələri və digər istintaq materialları ilə tam təkzib edilmiş, onun narkotik vasitələri talaması və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma cinayət əməllərini törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Şahid1 dindirilməsi mümkün olmadığından şübhəli hallar Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Şahid1 ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs Şahid1 cinayət etməyə cəlb etmişdir. Şahid1 də bildirdiyi kimi o, yəni Rəşad yekə büküm götürmüş, digər bir neçə bükümləri isə Təqsirləndirilən şəxs götürmüşdür və sonra isə Rəşad özü yekə bükümü su sayqacının içində gizlətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(101)-582/2021 saylı qərarı ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Şahid1 ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.2-ci maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 235.1-ci maddəsinə - narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə ilə tövsif edilməlidir. Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə anlaqsız hesab edildiyindən cinayətin subyekti sayılmır və hazırkı cinayət əməlinin törədilməsində iştirakçılıq yarada bilməz. Belə ki, Şahid1 müvafiq ekspertiza rəylərinə əsasən anlaqsız hesab edildiyindən hər hansı cinayətin subyekti hesab edilə bilməz. Cinayət məsuliyyətinin ümumi şərtlərini müəyyən edən CM-in 19-cu maddəsinə əsasən, cinayətin subyekti həmin Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmalı və anlaqlı olmaqla, göstərilən iki əlaməti özündə ehtiva etməlidir. Cinayət Məcəlləsinin tələblərinə əsasən belə olan halda iştirakçılıqla törədilən cinayətdə şəxslərdən birinin anlaqsız olması əlbirliyi istisna edir. Qabaqcadan əlbirlik iki nəfər iştirakçıdan birinin anlaqsız olması səbəbindən aradan qalxdığı halda əlbirliklə bağlı bütün hüquqi nəticələr də ləğv edilməlidir; Cinayət qanunvericiliyi və nəzəriyyədə mövcud olan anlaqsız şəxslərin cinayətdə iştirakçılığı ilə bağlı mövqe müvafiq olaraq məhkəmə təcrübəsində də müvafiq qaydada tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 13-cü bəndinə əsasən, əgər təqsirkar yaşına, anlaqsız olmasına və ya başqa hallara görə cinayət məsuliyyətinə alına bilməyən şəxsdən istifadə etməklə oğuruq, soyğunçuluq və ya quldurluq cinayətləri törətmişsə, onun əməli (CM-in müvafiq maddələrindəağırlaşdırıcı tövsifedici əlamətlər olmadıqda) müvafiq olaraq CM-in 177.1, 180.1 və ya 181.1-ci maddələri ilə tövsif edilməlidir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndinə əsasən, yaşına görə (Azərbaycan Respublikası CM-in 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CMin 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır; İş üzrə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan digər şəxs – Şahid1 həmin cinayətləri anlaqsız vəziyyətdə törətdiyindən sonuncu cinayətlərin subyekti deyil, onun ifadələri və iştirakı ilə keçirilmiş müvafiq istintaq hərəkətləri iş üzrə sübut kimi qəbul edilə bilməz, onların Şahid2 mənzilindən tapıb oğurladıqları narkotik vasitələrin də öz aralarında bölünməsi ilkin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmur və belə olan halda Təqsirləndirilən şəxs əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş əməl kimi tövsif edilə bilməz, o, narkotik vasitələri talasa belə, üzərində aşkar edilmiş narkotik vasitələrə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr 0.286 qram marixuana, 0.644 qram həşiş qətranı, 1.860 qram heroin, 1.215 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış tiryək külli miqdar hesab edilmir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 7-ci bəndinə görə 40 qram və daha artıq narkotik vasitə olan həşiş qətranı külli miqdar hesab edilmişdir. Həmin siyahının 12-ci bəndinə görə 500 qram və daha artıq narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə tövsif etmə zamanı əməlin əlavə olaraq narkotik vasitələri qanunsuz əldə etmə kimi tövsif edilməsinə ehtiyac qalmır, çünki bu əməl adları çəkilən predmetləri talama və ya hədə-qorxu ilə tələb etmə anlayışı ilə tam əhatə olunur. Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl cinayətlərin məcmusu üzrə CM-in 235-ci və 234-cü maddələri ilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 108, 227-234-cü vərəqlərində olan protokol və qərardan görünür ki, 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 80-81-ci vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11.09.2003-cü ildə RF Moskva VİL Korolevsk RAY MƏHK 30 nömrəli Sülh Sahə Məhkəməsinin hökmü ilə RF 158 maddəsinin 2-ci hissə, 30 M 3 hissəsi ilə 5.00 RUBL cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cildinin 17-ci vərəqində olan Nəsimi rayon icra və probasiya şöbəsindən daxil olmuş 08.07.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçildiyindən və həbsetmənin əvvəli 16.03.2020-ci il tarixdən hesablandığından, 16.03.2020-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 2 ay 19 gün təşkil etməsi göstərilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətsə də cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Himayəsində 1 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar, təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 16 mart 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur, Təqsirləndirilən şəxs saxlanılaraq onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə təmiz çəkisi 0.644 qram olan qətrana bənzər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, üç ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1.860 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd şəffaf sellofan bükümdə olan ümumi çəkisi 1.215 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, şəffaf sellofana bükülmüş tərkibində 0,3 qram preqabalin güclü təsir edən maddəsi olan bir ədəd kapsula, 8,282 qram narkotik vasitə heroin məhv edilməlidir və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 235.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 2 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1( bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 16 mart 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.644 qram olan qətrana bənzər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, üç ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1.860 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd şəffaf sellofan bükümdə olan ümumi çəkisi 1.215 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, şəffaf sellofana bükülmüş tərkibində 0,3 qram preqabalin güclü təsir edən maddəsi olan bir ədəd kapsula, 8,282 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov