Məhkəmə qərarları › İş №1(101)-367/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-367/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-367/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1995-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Kəbirli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz bağ evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olaraq özgənin əmlakını gizli talamaqla oğurluq etmiş, təkrarən silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində və sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində işlədiyi, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Rahat” marketlər şəbəkəsinin Bakı-Şamaxı yolunun 16-cı kilometrliyinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvansız ərazisində yerləşən mağazasının anbarının qapısını mağaza müdiriyyətinin otağından gizli şəkildə götürdüyü açarla açıb qanunsuz daxil olaraq, anbardan 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 140 qutu «Kent Nano 4» markalı, 1 qutusunun qiyməti 2 manat 51 qəpik təşkil edən 105 qutu «Winston X Style Silver» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 106 qutu «LD Club Platinum» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 120 qutu «X14» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 90 qutu «X11» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 50 qutu «Winston XS Silver» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 52 qutu «Kent 4» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 45 qutu «Sobranie White KSS Slims» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 40 qutu «Sobranie Black KSS Slims» markalı, 1 qutusunun qiyməti 1 manat 98 qəpik təşkil edən 58 qutu «LD X29» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 65 qutu «X8» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 35 qutu «Kent 8» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 35 qutu «Sobranie Blue KSS Slims» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 25 qutu «Kent Nano 1» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 45 qutu «X33 Silver» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 40 qutu «X21 Nights» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 40 qutu «X22» markalı, 1 qutusunun qiyməti 1 manat 53 qəpik təşkil edən 45 qutu «West Lights» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 20 qutu «X18» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 20 qutu «Kent Feel» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 40 qutu «X23 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 62 qəpik təşkil edən 30 qutu «LD club Excel Silver» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 37 qutu «X19 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 33 qutu «X31» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 30 qutu «X15 Compact» markalı, 1 qutusunun qiyməti 2 manat 97 qəpik təşkil edən 10 qutu «Sobranie KS White» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 20 qutu «X32» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 10 qutu «X20 Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 10 qutu «Winston XS Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 10 qutu «LD Club Gold» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 8 qutu «LD X24» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 10 qutu «X16» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 9 qutu «X9» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 10 qutu «X25 Nano» markalı, 1 qutusunun qiyməti 1 manat 24 qəpik təşkil edən 10 qutu «X34» markalı, 1 qutusunun qiyməti 1 manat 24 qəpik təşkil edən 10 qutu «X38» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 6 qutu «X8» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 8 qutu «X28» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 4 qutu «Winston XS One» markalı, 1 qutusunun qiyməti 1 manat 89 qəpik təşkil edən 5 qutu «PS Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 2 qutu «LD X26 KS SS» markalı, 1 qutusunun qiyməti 1 manat 71 qəpik təşkil edən 2 qutu «X9» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 1 qutu «Camel F» markalı, 1 qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən 1 qutu «X35» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 2 qutu «X36» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 1 qutu «Winston XS Purple» markalı, 1 qutusunun qiyməti 2 manat 52 qəpik təşkil edən 1 qutu «Winston XS Plus Blue» markalı, 1 qutusunun qiyməti 2 manat 16 qəpik təşkil edən 1 qutu «LD X27 KSS S» markalı, 1 qutusunun qiyməti 1 manat 44 qəpik təşkil edən 1 qutu «X10» markalı, 1 qutusunun qiyməti 1 manat 35 qəpik təşkil edən 1 qutu «X37» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «X30(Yava EX Silver)» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «Magna Silver KS» markalı, 1 qutusunun qiyməti 1 manat 26 qəpik təşkil edən 1 qutu «More White AG KS» markalı, 1 qutusunun qiyməti 1 manat 06 qəpik təşkil edən 1 qutu «Argo KS Red» markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 3145 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2020-cu il tarixdə saat 12 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu X3 razılığı ilə onunla cinsi əlaqədə olmaq məqsədilə sonuncunun yaşadığı ünvan 2 ünvanına gedib, həmin ünvanda Vüqar Rüstəmovun onunla cinsi əlaqədə olmaqdan imtina etməsi səbəbindən aralarında yaranmış söz mübahisə zamanı Vüqar Rüstəmova hücum edərək, üzərində olan bıçaqla sol qolundan bir dəfə zərbə vurub ona sol bazunun cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid yüngül dərəcəli bədən xəsarəti yetirməklə, onun bir ədəd 1 manat 70 qəpik ekvivalentində 1 ABŞ dolları, bir ədəd 3 manat 40 qəpik ekvivalentində 2 ABŞ dolları, bir ədəd 8 manat 50 qəpik ekvivalentində 5 ABŞ dolları və 6 manat pulunu ələ keçirib, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış zərərçəkmiş şəxs Vüqar Rüstəmova həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 19 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla, təkrarən quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ona görə qismən təqsirli bilir ki, zərərçəkmiş şəxs Vüqar Rüstəmovun evindən oğurluq etmiş, ona qarşı quldurluq etməmişdir. Həmçinin işlədiyi Zərərçəkmiş şəxs2 MMC-nin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Rahat”marketdə nəzarətçi işləmişdir. Oradan ittiham aktında göstərilmiş sayda və çeşiddə siqaret məhsullarını vəzifəsindən istifadə edərək talamışdır, oğurluq etməmişdir. Buna isə səbəb atasının səhhətində olan vəziyyət və əməliyyat keçirməsi olmuşdur. Maddi vəziyyətləri ağır olduğundan və yaxın günlərdə həyat yoldaşı uşaq dünyaya gətirəcəyi üçün ona təcili pul lazım olmuşdur. Bu səbəbdən o, işlədiyi marketdən siqaret oğurlayıb satmağı fikirləşmiş, növbədə olan günlərdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək axşam vaxtları nəzarət kameralarını söndürüb xüsusi otaqda saxlanılan siqaret qutularını hissə-hissə çıxarıb mağazanın qarşısında onu gözləyən taksi sürücüləri olan Şahid3 və Şahid4 satıb pulunun ona verilməsi üçün vermişdir. Taladığı siqaret məhsulunun dəyəri və çeşidi ittiham aktına uyğundur. Həmin taladığı məbləğdən, yəni 3145 manat 20 qəpikdən atası Eldəniz Quliyev şirkətə 1010 manat ödəmiş, qalan ziyanın da ödənilməsi üçün razılığa gəlmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında 20 yanvar dairəsinin yanında yerləşən komputer klubunda internet vasitəsi ilə hər hansı bir qızla tanış olmaq üçün “ehtiras.org” saytına daxil olmuş, saytda “nikini”, “aktiv” olaraq qeyd etmiş və orada bir nəfər “niki” yadında qalmayan qadın zənn etdiyi şəxslə tanış olmuşdur. Həmin şəxslə cinsi əlaqədə olmaq barəsində yazışaraq razılaşmışlar və həmin şəxs onu yaşadığı evinə dəvət etmişdir. Həmin şəxs Vüqar Rüstəmov olmuşdur. Vüqarın təqdim etdiyi ünvan əsasında o, 20 yanvar metrostansiyasından metro ilə 28 may metrostansiyasına, oradan da piyada “Milli Bank”ın yanına getmiş, “Milli bank”ın yanına çatdıqda Watsap-la ona məlumat vermişdir. Bu zaman Vüqar ona “Kapital Bank”ın yanından yuxarı qalxan zaman qırmızı bina görəcəyini və həmin binanın yanına gəlməyini bildirmişdir. Sonda Vüqarın yaşadığı binaya çatmış, oradan mənzilin qapısına çatmış, qapı açıq olduğu üçün qapını açıb mənzilə daxil olmuş, bu vaxt Vüqar ona “bura gəl və qapını ört” demiş, o da ayaqqabılarını çıxardıb Vüqarın səsi gələn otağa keçmişdir. Otaqda iki ədəd çarpayı görmüş, çarpayılardan birində hal-hazırda məhkəmədə gördüyü Vüqar Rüstəmovun çarpayılardan birində oturduğunu görmüşdür. Vüqarın kişi cinsi olmasını görüb əsəbləşmiş, ona o qadın olmadığını bildirərək çıxıb gedəcəyini demişdir. Əsəbindən siqaret çıxarıb yandırıb çəkməyə başlamış, lakin, bu zaman telefonuna zəng gəldiyi üçün siqareti çəkə-çəkə danışmaq üçün mətbəxə keçmiş, Vüqar ona getməməyini, özünün cinsi azlıqlara aid olduğunu, bura qədər artıq gəldiyini deyərək qalmasını xahiş etmişdir. Həmin anda o, ona gedəcəyini bildirdikdə Vüqar onunla mübahisə etməyə başlamış,qolundan tutub dartaraq «cəhənnəm ol, get» deyə onu zorla mənzildən çıxarmaq istədikdə mətbəxdən, «moyka»-nın içində olan mətbəx bıçağını götürərək Vüqarın sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Vüqarın qolundan qan gəldiyini görərək ona tibbi yardım göstərmişdir. Evdə olan yod və bint vasitəsi ilə yaranı sarımışdır. Bundan sonra mətbəxdən çıxanda soyuducunun üstündə olan bir neçə ədəd ABŞ dolları və manat əskinaslarını görərək Vüqardan gizlin həmin pulları cibinə qoyub mənzildən çıxmışdır. Vüqarın başı bu zaman öz yarasına qarışmışdır. Binadan çıxdıqda pulları çıxarıb saymış və görmüşdür ki, soyuducunun üstündən bir ədəd 1 ABŞ dolları, bir ədəd 2 ABŞ dolları, bir ədəd 5 ABŞ dolları, bir ədəd 5 manat və bir ədəd 1 manatlıq götürmüşdür. Oradan işlədiyi mağazaya getmişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq iş yerinə çatanadək üzərində olan qış gödəçkəsinin sağ cibində qalmışdır. İş yerinə çatdıqda həmin bıçağı cibindən çıxardaraq yol üstü zibil qutusuna atmışdır. Bu epizod üzrə ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadəni təzyiq altında vermişdir. Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə internet vasitəsi ilə tanımışdır. O, əslən Xanlar rayonundan olmaqla Bakıda yaşayır, cinsi azlıqlara aid olmaqla yaşadığı ünvanda müştərilərlə görüşüb onlara intim xidmət göstərir. xx xxxxxx 2020-ci il tarixdə mənzilində çarpayısında uzanaraq mobil telefonu vasitəsilə internetdə “ehtiras.org” saytına daxil olmuş, o, həmin saytda «Real görüş» niki altında qeyd olunmuşdur. Orada bir nəfər “aktiv” niki altında qeyd edilmiş şəxslə tanış olmuş, onunla cinsi əlaqədə olmaq üçün evinə dəvət etmişdir. Lakin yazışmada Təqsirləndirilən şəxs kişi cinsindən olmasını bildirməmişdir. Bir azdan sonra hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs mənzilinə gəlmiş, keçib dəhlizdə olan stulda oturmuş və ona qadın olmadığı üçün irad tutmuş, əsəbindən siqaret çıxarıb yandırıb çəkməyə başlamış, lakin, bu zaman Cəmaləddinin telefonuna zəng gəldiyi üçün siqareti çəkə-çəkə danışmaq üçün mətbəxə keçmiş, o isə ona getməməyini, özünün cinsi azlıqlara aid olduğunu, bura qədər artıq gəldiyini deyərək qalmasını xahiş etmişdir. Həmin anda Cəmaləddin ona gedəcəyini bildirdikdə onunla mübahisə etməyə başlamış,qolundan tutub dartaraq «cəhənnəm ol, get» deyə onu zorla mənzildən çıxarmaq istədikdə Cəmaləddin mətbəxdən, «moyka»-nın içində olan mətbəx bıçağını götürərək onun sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra qolundan qan gəldiyi üçün Cəmaləddin ona tibbi yardım göstərmişdir. Evdə olan yod və bint vasitəsi ilə yaranı sarımışdır. Cəmaləddinin bundan sonra mətbəxdən çıxanda soyuducunun üstündə olan bir neçə ədəd ABŞ dolları və manat əskinaslarını götürməsini görməmişdir. Hal-hazırda vurulmuş zərər ona Cəmaləddinin atası tərəfindən ödənilmişdir, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə günü aldığı xəsarətdən əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə zəng edərək Cəmaləddinin ondan quldurluq yolu ilə 300 ABŞ dollarını aldığını bildirmişdir. Həmçinin ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəmaləddini mənzilinə cinsi azlıq kimi dəvət etmiş, lakin Cəmaləddin mənzilinə daxil olduqda ondan xoşu gəlməmiş və ona aralarında heç bir əlaqənin ola bilməyəcəyini bildirmişdir. Bu zaman Cəmaləddin siqaret çəkmək istədiyini bildirmiş, siqaret çəkib qurtardıqdan sonra əlini yumaq istədiyini demiş, o, ona mətbəxi göstərərək orada əllərini yuya biləcəyini demişdir. Özü isə çarpayının üzərində oturaraqCəmaləddinin ona maraq kəsb etmədiyini açıq şəkildə hiss etdirmişdir. Bu zaman Cəmaləddin ”artıq mən gedim” demiş və o da onun arxası ilə qapını bağlamaq üçün getdikdə o, ayaqqabısını bağladıqdan sonra ona tərəf çönərək üstünə bıçaq çıxartmış və ondan mobil telefonunu və pulunu tələb etmişdir. O, Cəmaləddinə ilkin olaraq pulunun olmadığını bildirdikdə Cəmaləddin sol qolunun yuxarı hissəsindən əlində olan bıçaqla bir dəfə zərbə endirmişdir. Qoluna baxdıqda qolundan artıq qan axdığını görmüş və həmin an Cəmaləddin ona “çök aşağı” demişdir. O, dərhal çökdükdə Cəmaləddin ona “mənə pul ver, mən zarafat etmirəm, qoluva bax” sözlərini işlətmişdir. O, qoluna baxdıqda qolundan qan axmasının davam etdiyini görmüş, bu zaman o, Cəmaləddinə üzərində pulunun olmadığını və bankomatdan çıxardıb verə biləcəyini bildirmişdir. Cəmaləddin isə razılaşmamış və soyuducunun üzərində olan pul kisəsini göstərərək “mənə indi nə varsa onu ver” demişdir. O, Cəmaləddinin daha artıq xəsarət yetirəcəyindən qorxaraq dərhal soyuducunun üzərində olan pul kisəsini açaraq orada olan bir ədəd 1 ABŞ dolları, bir ədəd 2 ABŞ dolları, bir ədəd 5 ABŞ dolları, bir ədəd 5 manat və bir ədəd 1 manatlıq əskinasları ona vermiş və bildirmişdir ki, olan budur. Cəmaləddin özü də pul kisəsinin içərisində pulun qalmadığına baxıb əmin olduqdan sonra ondan mobil telefonunu da tələb etmişdir. O, artıq qışqırıb adam çağıracağını bildirdikdə Cəmaləddin qaçıb getmişdir. Sonra o, DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Lakin hal-hazırda həmin ifadəsini təsdiq etmir. O ifadəni qorxduğu üçün və Təqsirləndirilən şəxs qəzəbli olduğu üçün vermiş, məhkəmədən xahiş edir ki, onun məhkəmədə verdiyi ifadəsini həqiqi ifadə kimi qəbul etsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, xx xxxx 2019-cu il tarixdən”Zərərçəkmiş şəxs2” MMCyə məxsus “Rahat” marketlər şəbəkəsinin Bakı-Şamaxı yolunun 16-cı km-də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Rahat” market mağazasının müdiri işləyir. Marketdə 1 nəfər baş nəzarətçi, 4 nəfər isə nəzarətçi işləyir. Təqsirləndirilən şəxs nəzarətçilərdən biri olmuşdur. Mağaza hər gün səhər saat 07-dən axşam saat 23-dək fəaliyyət göstərir. Nəzarətçilər növbəlilik əsasında işə çıxırdılar. xx xxxxxx 2019-cu il tarixdə marketdə kassa admini ona bildirmişdir ki, anbarda “Kent 4” markalı siqaret yoxdur. O isə sifarişi özü verdiyi üçün siqaretləri yeni aldığından “Kent 4” markalı siqaretin tez bir zamanda qurtara bilməsinin inandırıcı olmadığı üçün özü şəxsən siqaret anbarına girib baxmışdır ki, dekabr ayının əvvəlində marketə aldığı siqaretlərin çox hissəsinin olmadığını aşkar etmişdir. Satışa nəzər etdikdə ötən günlər ərzində satılan siqaretləri çıxdıqdan sonra anbarda qalmalı olduğu halda bin neçə çeşidli olan siqaretlərin olmadığını müəyyən etmişdir. Bundan sonra o, xx xxxxxx 2019-cu il tarixdə baş nəzarətçi Şahid2 bu barədə tapşırmışdır ki, ayın əvvəlindən etibarən marketdə quraşdırılan kamera görüntülərinə nəzarət edib anbardan siqaretlərin kimin tərəfindən götürülməsini araşdırsın. xx xxxxxx 2019-cu il tarixdə Azər ona bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən 12-dək müddətdə kamera görüntülərinə nəzarət etdikdə marketdə nəzarətçi işləyən Təqsirləndirilən şəxs növbəsində axşam saat 21-dən sonra marketin dəhliz, nəzarətçi və siqaretlər olan otaqlarda quraşdırılan kameraların müəyyən vaxtlarda söndürüldüyünü və yenidən işə salındığını müşahidə etmişdir. O, bu səbəbdən Cəmaləddini çağırıb ondan növbədə olan zaman nə üçün marketdə müəyyən kameraları söndürməsinin səbəbini soruşmuş, Cəmaləddin isə anlaşılmayan bəhanələr gətirdiyi üçün başa düşmüşdür ki, siqaretləri gizli olaraq marketdən oğurlayan şəxs məhz Cəmaləddin olmuşdur. Cəmaləddinə bu barədə dedikdə o, bunu etiraf etməmiş və siqaretlərin onun tərəfindən marketdən çıxarılmadığını bildirmişdir. O isə artıq digər günlərə də nəzər salanda yalnız Cəmaləddinin növbəsində kameraların söndürüldüyünü aşkar etdiyi üçün siqaretlərin onun tərəfindən oğurlanmasına əmin olmuşdur. Belə ki, Cəmaləddinin müdir otağında olarkən siqaretlər yığılan otağın açarını gizlin olaraq açarların içindən götürdüyünü görmüşdür. Həmin açarı sonradan nəzarət otağından aktların arasından tapmışdır. Bundan başqa kamera görüntülərindən müəyyən olunmuşdur ki, Cəmaləddin depoda mal qəbulu tərəfə gələrək, oradan böyük qara zibil üçün sellofanı götürüb dəhlizə keçir, sonra dolu sellofanla geri qayıdıb sellofanı qapının çöl tərəfinə qoyduğunu müşahidə etmişdir. Cəmaləddin etdiyi cinayəti etiraf etmədiyi üçün o, yuxarı təşkilat olan ”Zərərçəkmiş şəxs2” MMC-nin rəhbərliyinə və Abşeron RPİ-in X17 ərizə ilə müraciət etməklə məlumat vermişdir. Yalnız polis bölməsinə aparıldıqda Cəmaləddin etdiyi oğurluqları etiraf etmişdir. Cəmaləddinin oğurladığı siqaretlərin dəyəri 3145 manat 20 qəpik təşkil etmiş, həmin məbləğdən atası Eldəniz Quliyev 1010 manat ödəmiş, qalan məbləğin də ödənilməsinə dair razılıq əldə edilmişdir. ”Zərərçəkmiş şəxs2” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə zərərlə bağlı rəsmi arayışı təqdim edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2019-cu ilin avqust ayından Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Rahat” market mağazasında baş nəzarətçi işləmiş, tabeçiliyində 4 nəzarətçi olmuş, nəzarətçilərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Mağaza hər gün səhər saat 07-dən axşam saat 23-dək fəaliyyət göstərir. Nəzarətçilər növbəlilik əsasında işə çıxırlar və vəzifələri mağazada asayişin təmin edilməsindən, mağazaya daxil olan malların anbara təhvil verilməsinə nəzarət etməkdən, kassada işləyən əməkdaşın kassa əməliyyatlarını düzgün həyata keçirməkdən ibarət olmuşdur. Bununla belə, o və digər nəzarətçilər işə qəbul olunduqda maddi-məsuliyyət haqqında müqavilə bağlamamışlar. Öhdəliklərində maddi nemətlər olmamışdır. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuşdur, hətta Cəmaləddin bir neçə dəfə mağazaya alış-veriş üçün gələn müştərilər tərəfindən oğurluq etmək cəhdlərinin qarşısını almışdır. Cəmaləddinin sözlərindən bilirdi ki, atası Eldəniz Quliyevin səhhətində ciddi problemlər var. O, baş nəzarətçi kimi 400 manat, sıravi nəzarətçilər isə 350 manat məbləğində aylıq məvacib alırdılar. xx xxxxxx 2019-cu il tarixdə marketdə kassa admini ona və mağaza müdiri Şahid1 bildirmişdir ki, anbarda “Kent-4” siqareti yoxdur. Bəhruz müəllim isə sifarişi özü verdiyi üçün siqaretləri yeni aldığından Kent-4 siqaretinin tez bir zamanda qurtara bilməsinin inandırıcı olmadığı üçün özü şəxsən siqaret anbarına girib baxmışdır ki, dekabr ayının əvvəlində marketə aldığı siqaretlərin çox hissəsi yoxdur. Satışa nəzər etdikdə ötən günlər ərzində satılan siqaretləri çıxdıqdan sonra anbarda qalmalı olduğu halda bir neçə çeşiddə olan siqaretlərin olmadığını müəyyən etmişlər. Bəhruz müəllimin tapşırığına əsasən o, 2019-cu ilin dekabr ayın əvvəlindən etibarən marketdə quraşdırılan kamera görüntülərinə baxaraq görmüşdür ki, Təqsirləndirilən şəxs növbədə olduğu tarixlərdə axşam saat 21-dən sonra marketin dəhliz, nəzarətçi və siqaretlər olan otaqlarda quraşdırılan kameralar müəyyən vaxt söndürülür və bir neçə dəqiqədən sonra yenidən işə salınır. Həmçinin görüntülərdən görünmüşdür ki, Təqsirləndirilən şəxs əlində boş qara torba ilə anbara tərəf gedir, həmin istiqamətdən isə dolu torbanı sürüyə-sürüyə çıxarır. Anlamışdır ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. O, bu barədə Bəhruz müəllimə məlumat verdikdən sonra o, Cəmaləddini çağırıb ondan növbədə olan zaman nə üçün marketdə müəyyən kameraları söndürməsinin səbəbini soruşmuşdur. Cəmaləddin isə oğurluq etmədiyini bildirərək əsassız bəhanələr gətirmişdir. Həmçinin Cəmaləddinin müdir otağında olarkən siqaretlər yığılan otağın açarını gizlin olaraq top açarın içindən götürmüşdür. Bu açar sonradan nəzarət otağından aktların arasından tapılmışdır. Cəmaləddin cinayət əməlini etiraf etmədiyi üçün Bəhruz müəllim bu barədə Abşeron RPİ-in X17 ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları Cəmaləddini bölməyə dəvət etdikdən sonra o, törətdiyi cinayəti etiraf edərək göstərmişdir ki, siqaretləri marketin arxa qapısından çıxarıb bayıra qoymuş, işdən çıxandan sonra götürüb aparıb satmışdır. Kamera görüntülərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində və sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində işlədiyi “Rahat” market mağazasının kameralarını müvəqqəti söndürüb bir neçə dəqiqə sonra yenidən yandırmaqla anbardan siqaretləri oğurlamışdır. Təqsirləndirilən şəxs törətdiyi digər quldurluq cinayət əməlindən məlumatı yoxdur. Məhkəmə daxil olmuş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı RB-nin 22436-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Şahid3 yeri müəyyən edilmədiyindən məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, yaşadığı evin həyətində avtomobillər üçün çexol tikməklə məşğul olur. Təqsirləndirilən şəxs 1 ay olar ki, tanıyır. Belə ki, Cəmaləddin yaşadığı Sulutəpə qəsəbəsində yuxarı məhəllədə yaşayır. Cəmaləddini tanışı mühərrik ustası olan Rövşənin vasitəsi ilə tanımışdır. Dekabr ayının əvvələrində Rövşən Cəmaləddinlə onun sexinə gəlmiş və Cəmaləddini onunla tanış etmişdir. Cəmaləddin bildirmişdir ki, Bakı-Şamaxı yolunda yerləşən “Rahat” marketdə mühafizəçi işləyir. Rövşən ona demişdir ki, Cəmaləddin işlədiyi yerdən ucuz qiymətə siqaret gətirir. Əgər istəsə alıb sata bilər. Cəmaləddin ona demişdir ki, ona pul əvəzi işdən siqaret verirlər. O isə demişdir ki, əgər ucuz verirsə alıb üstünə bir az pul qoyub satar. Cəmaləddin 2-3 gün sonra sellofanda onun işlədiyi yerə sayını dəqiq bilmədiyi, “Kent”, “Rothmans” “Classic” “Magna”, “Winston” və sairə siqaretlər gətirmişdir. Həmin siqaretləri 1 manat 50 qəpikdən ona vermişdir. O da siqaretləri bir hissəsini özü və qardaşları üçün götürmüş, qalan hissəsini isə sexə gələn müştərilərə satmışdır. Cəmaləddinə aldığı siqaretlərə görə 200 manat pul vermişdir.Bundan təxminən 1 həftə sonra Cəmaləddin əlində qara sellofan sexə gəlib ona demişdir ki, onda yenə siqaretlər var. O, ondan bu qədər siqareti işdən necə verdiklərini soruşmuşdur. Cəmaləddin ona demişdir ki, atasını əməliyyat etdirib, dərmanlara görə borclanıb. Bu səbəbdən işlədiyi marketdən maş əvəzinə anbardan siqaret götürüb satır. O da ona demişdir ki, sabah problem olacaqsa ona əvvəlcədən desin. O isə bildirmişdir ki, heç bir problem yoxdur. Həmin gün 250 manat məbləğində siqaretləri Cəmaləddindən almış və demişdir ki, satıb pulunu verər. 2 gün ərzində həmin siqaretləri sexə gələn tanış müştərilərə satmışdır. 250 manatı Cəmaləddinə vermişdir. Təxminən 10 gün sonra Cəmaləddin onun yanına gəlmiş və demişdir ki, ona pul lazımdır, 8 blok siqareti ona vermiş və xahiş etmişdir ki, pulu nəğd versin. 4 blok “Kent” siqareti, 4 blok isə “Magna” siqaretləri olmuş. O da 7 blok siqaretə görə ona 150 manat vermişdir. 1 bloku isə Cəmaləddin ona hədiyyə vermişdir. O, həmin siqaretlərin Cəmaləddin tərəfindən oğurluq yolu ilə əldə edilməsini bilməmiş, çünki o, ona deyirmiş ki, ona pul lazım olduğu üçün işlədiyi marketdən maaşının əvəzinə götürüb ucuz qiymətə satır. Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları xx xxxxxx 2019-cu il tarixdə onu polis bölməsinə aparanda məlum olmuşdur ki, Cəmaləddin işlədiyi marketdən siqaretləri oğurlayıb və bu səbəbdən marketin müdiri ondan şikayət ərizəsi yazıb. Cəmaləddin siqaretin 1 ədədini ona 1 manat 50 qəpikdən satmışdır. Ondan cəmi 600 manat məbləğində siqaret almışdır. Həmin siqaretlərin bir hissəsini özü və qardaşları istifadə etmişlər. Qalanını isə sexə gələn müştərilərə satmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, özünə məxsus avtomobillə taksi xidməti göstərir. Təqsirləndirilən şəxs tanıyır. Cəmaləddin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qonşu küçədə yaşayır. Cəmaləddinlə şəxsi tanışlığı 2019-cu ilin təxminən noyabr ayından olmuşdur. Belə ki, Cəmaləddinin Bakı-Şamaxı yolunun 16-cı km-də yerləşən “Rahat” marketdə nəzarətçi işlədiyini bilirmiş. O, çox hallarda Cəmaləddinin sifarişi ilə onu işdən götürüb evə, həmçinin evdən işə aparırmış. 2019-cu ilin dekabr ayının əvvəllərində Cəmaləddinlə Sulutəpə qəsəbəsində görüşüb söhbət edirmişlər. Ondan çəkmək üçün 1 ədəd siqaret istəmişdir. Cəmaləddin isə ona 1 qutu siqaret vermişdir ki, özündə var. O, Cəmaləddinin cibində 2 cür siqaret olduğunu görüb soruşmuşdur ki, hardan alıb. Cəmaləddin ona demişdir ki, işlədiyi “Rahat” marketdə maaşının yerinə ucuz qiymətə siqaret götüb satır. O, Cəmaləddinə demişdir ki, əgər yenə də siqaret götürsə, ona da versin ki. üstünə pul qoyub satıb pul qazansın. Cəmaləddin ona demişdir ki, siqaret götürəndə ona xəbər edəcək. xx xxxxxx 2019-cu il tarixdə Cəmaləddin ona zəng vurub “Rahat” marketə çağıraraq siqaret olduğunu və gəlib aparmasını bildirmişdir. O da onun işlədiyi “Rahat” marketə getmişdir. Həmin vaxt orada polis əməkdaşları onu saxlayıb demişlər ki, Cəmaləddin marketdən siqaret oğurladığı üçün onlarla birlikdə polis bölməsinə getməlidir. O da polis əməkdaşları ilə X17 getmiş və izahatı alınmışdır. Cəmaləddinin marketdən oğurluq etməsindən onun məlumatı olmayıb. O, özü ona demişdir ki, marketdə ona maaş əvəzinə ucuz qiymətə siqaret verirlər, o da aparıb satır. O da ondan xahiş etmişdir ki, əgər ucuz siqaret düşsə ona da versin aparıb satıb pul qazansın. Lakin, Cəmaləddin ona satmaq üçün siqaret verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X3 Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12:20 radələrində əvvələr tanımadığı bir nəfər şəxs sosial şəbəkə vasitəsilə onunla əlaqə aradıb, ünvanını ona dedikdən sonra kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Sverdlov döngəsi ev 6 mənzil 6B ünvanına gəlmiş, mənzilə daxil olduqdan sonra aralarında sosial şəbəkə vasitəsilə cinsi əlaqədə olmaq barədə razılığa gəlməsinə baxmayaraq, onunla cinsi əlaqədə olmadığına görə bıçaqla sol qol nahiyyəsindən vuraraq ona xəsarət yetirərək 1 ABŞ dolları, 1 ədəd 2 ABŞ dolları, 1 ədəd 5 ABŞ dolları və 6 manat pulunu alaraq qaçıb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Sverdlov döngəsi, ev 6 mənzil 6B ünvanında yerləşir. Mənzilə ümumi yaşayış evinin həyətindən çöl hissədən pilləkənlərlə qalxmaq mümkündür, mənzil ikinci mərtəbədə yerləşir. Mənzilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 22 PB-nin xx.xx.2020-ci il tarixli, ***-**** saylı arayışından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin tanınması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, zərərçəkmiş şəxs X5 ona tanınmaya təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq, həmin şəxsin xx xxxxxx 2020-ci il tarixdə ona qarşı cinayət əməlini törətmiş şəxs olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Rahat” merketdə müdir vəzifəsində işləyən Şahid1 Abşeron RPİ-nin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, «Rahat» marketdə nəzarətçi işləyən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan müddət ərzində marketin anbarından 3374,97 qəpik məbləğində “Kent 4”, “Rothmans”, “Winchester”, “Sobranie” və sairə markalı siqaretləri müşahidə kameralarnı söndürdükdən sonra gizli yolla dükandan bayıra çaxararaq aparmaqla marketə 3374,97 AZN dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən mağaza Bakı Şamaxı yolunun 16-cı kilometrliyində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən «Rahat» market mağazasıdır. Mağazada gündəlik tələbatda istifadə olunan ərzaq məhsulları, o cümlədən geyim əşyaları və m ətbəx ləvazimatları satılır. Anbara iri həcmli qapı vasitəsi ilə daxil olunur. Anbara yalnız qapının açarını açmaqla daxil olmaq mümkündür. Seyfin üzərində zədə izləri aşkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 104 saylı rəyindən müəyyən olunur ki, X3 bədən səthində aşkar olunmuş xəsarət- sol bazunun cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilımiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. X3 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qərarla təyin edilərək keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 268 nömrəli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamələri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 MMC-nin xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası tərəfindən MMC-yə vurulmuş 3145,20 manat maddi ziyanın 1010 manatı cəmiyyətə qaytarılmışdır. Təqsirləndirilən şəxs cəmiyyətə vurduğu ziyanla bağlı borcu 2135,20 manat təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış zərçəkmiş şəxs X3 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə quldurluq və Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 3145 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etməsinə görə ibtidai araşdırma orqanı tərəfindən əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs vətəndaş X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan əməli tam sübuta yetirildiyi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs V.Rüstəmovun məhkəmədə Təqsirləndirilən şəxs ona hadisə zamanı yaşadığı evinin mətbəxində bıçaqla xəsarət yetirəndən sonra soyuducunun üstündə olan pul kisəsindən 8 ABŞ dolları və 6 manat pulunu gizli götürərək oğurluq etməsi barədə ifadəsi onun istintaq zamanı, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumatla, eyni tarixli iştirakı ilə keçirilmiş hadisə yerinə baxış protokolu ilə, eyni tarixli Bakı şəhəri Nəsimi RPİ-nə təqdim etdiyi ərizəsi ilə, eyni tarixli izahatı ilə, xx.xx.2020-ci il tarixli zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi ilə inkar olunur. Qeyd olunan prosessual sənədlərdə zərərçəkmiş şəxs X5 göstərmişdir ki, E.Quliyev evində ona basqın edib pul tələb etmiş, pul vermədikdə isə ona bıçaqla xəsarət yetirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs ona yenə xəsarət yetirəcəyindən qorxaraq soyuducunun üzərində olan pul kisəsini açaraq orada olan 1, 2 və 5 ABŞ dolları əskinasları və 5 və 1 manatlaq əskinasları Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxs V.Rüstəmov şübhəli şəxs Təqsirləndirilən şəxslə üzləşmə zamanı verdiyi ifadəsini tam təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı məhz quldurluq törətməsini bir daha təsdiq etmişdir. Öz növbəsində xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçisinin iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, zərərçəkmiş şəxs V.Rüstəmovun yaşadığı ünvanda sonuncuya bıçaqla xəsarət yetirib ondan pul tələb etmiş, V.Rüstəmov pulu olmadığını və bankomatdan çıxardaraq verə biləcəyini bildirdikdə ona «xeyir, burda ver» demiş, bundan sonra V.Rüstəmov soyuducunun üzərində olan pul kisəsini götürərək içərisində 1, 2, 5 ABŞ dolları, 5 və 1 manat əskinaslarını ona vermiş və o dərhal mənzildən çıxıb qaçmışdır. xx.xx.2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları təsdiq edərək V.Rüstəmova qarşı quldurluq törətməsini təsdiq etmiş, həmçinin xx xxxxxx 2020-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində V.Rüstəmova qarşı quldurluq əməli törətməsini tam təsdiq etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Zərərçəkmiş şəxs X5 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizəsini təqdim etməklə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş zərərin tam ödənildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxs X5 ilə barışıq əldə edilməsini, quldurluq cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs quldurluq cinayət əməlinə görə cəza təyin edildikdə CM-nin 60-cı maddəsi tətbiq edilməli, lakin oğurluq cinayət əməli üzrə zərərçəkmiş hüquqi şəxsin Zərərçəkmiş şəxs2 MMC-yə ziyan tam ödənilmədiyi səbəbindən bu hissədə Təqsirləndirilən şəxs CM-nin 60-cı maddəsi tətbiq olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu xx.xx.2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyanın ödənilməmiş hissəsinin Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 (hesabat arayış c.2; i/v 86) müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “30” yanvar 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyanın ödənilməmiş hissəsinin Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X6 üçün 180 (yüz səksən) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar