Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-384/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 4, ev 10 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs x xxxx 2020-cu il tarixdə saat 4 radələrində yaxın münasibətdə olduğu və yüngül həyat tərzi keçirən Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2, mənzil 51-ə gəlib sonuncuya onunla cinsi əlaqədə olmaq müqabilində pul verdikdən sonra Zərərçəkmiş şəxs müxtəlif bəhanələrlə onunla cinsi əlaqədə olmaqdan yayındığına görə aralarında yaranmış mübahisə zəminində sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də onunla cinsi əlaqədə olmaqdan imtina etməsi səbəbindən qəzəblənərək qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün həmin gün saat 7 radələrində mənzilin hamam otağında qəsdən əlləri ilə sonuncunun boyun üzvlərini sıxması nəticəsində Zərərçəkmiş şəxs sol çənəaltı nahiyənin, boynun sol yan-ön səthinin yuxarı 1/3-nin, boynun orta 1/3-nin ön sol səthinin, sağ çənəaltı nahiyənin, boynun sağ yan səthinin yuxarı 1/3-nin qançırları, həmin qançırlar proyeksiyasında yumşaq toxumalara qansızma-beyin qan dövranı pozğunluğu ilə müşayiət olunan, asfiksiyaya səbəb olduğundan yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, baş vermiş asfiksiyadan ölümünə səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə səhər saat 5 radələrində Günayın evinə gəlmişdir. Evə daxil olduqda evin dağınıq olduğunu görmüş və Günaydan bunun səbəbini soruşmuşdur. Günay axşam İlham, onun qardaşı və bacısı oğlunun burada olduğunu, yeyib-içdiklərini demişdir. Bundan sonra Günay evi yığışdırmışdır. Sonra Günayla çay içmiş və meyvə yemişlər. Bu vaxt Günaya zəng gəlmiş və o, Günaydan kimin zəng etdiyini soruşmuşdur. Günay ona zəng edənin İlhamın qardaşı Sahib olduğunu demişdir. Bu vaxt Günay tualetə getmiş, onu isə yuxu tutub yatmışdır. Günorta saat 15-16 radələrində oyanmış və Günayı səsləmiş, ancaq cavab gəlməmişdir. Günaya zəng etmiş, məsaj yazmış və yenə də cavab gəlməmişdir. Sonra əl-üzünü yumaq üçün hamama getmiş, hamamın qapısını açmaq istədikdə qapı açılmamışdır. O, qapını itələmiş, yenə də qapı açılmamışdır. Qapını açmaq üçün mətbəxdən bıçaq götürmüş, ancaq qapını açmaq yenə də mümkün olmamışdır. Bu vaxt məcbur qalıb qapını sındırmışdır. Qapı açılan zaman Günayın başının su baçoku ilə oturacaq arasında olduğunu görmüşdür. Dərhal içəri daxil olub Günaya toxunmuş, onun bədəni soyuq olmuşdur. Günayı oyatmaq üçün üzünə su vurmuş, ancaq Günay oyanmamışdır. Artıq Günayın öldüyünü başa düşmüşdür. Bu zaman o, şok vəziyyətində olmuş və nə edəcəyini bilməmişdir. Bundan sonra evdən çıxıb getmişdir. Ertəsi gün Sumqayıt şəhər Polis İdarəsindən ona zəng edib hadisə barədə soruşmuşlar. Polis əməkdaşları X7 gələcəklərini və ora gəlməyini bildirmişlər. O da X7 gəlib polis əməkdaşları ilə görüşmüş və sonra onu Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. O, marixuana və metamfetamindən istifadə etmişdir. Günay da narkotik vasitədən istifadə etmişdir. Həmin gün Günaya cinsi əlaqədə olmaq üçün 30 manat pul vermişdir. O, həmin gün xəsarət almamış, şokda olduğu üçün təcili tibbi yardıma xəbər verə bilməmişdir. Həmin gün Günayla aralarında mübahisə olmamışdır. Günay içkili olmuşdur. Günay ona gecə evinə İlham, onun qardaşı və bacısı oğlunun gəldiyini demişdir. Günay içki içdiklərini və marixuana çəkdiklərini demişdir. O, Günayın öldüyünü görmüş və şoka düşdüyü üçün çıxıb getmişdir. Hadisə olan gün o, Günayın evinə onunla cinsi əlaqədə olmaq üçün getmişdir. İbtidai istintaq zamanı ona fiziki və psixi təsir göstərildiyindən yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsindən görünür ki, Günaya onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verdiyini, lakin Günaya pul verəndən sonra sonuncu onunla cinsi əlaqədə olmaqdan yayınmağa başladığını, o, Günaya bir neçə dəfə “sənə pul vermişəm də, gəl yanıma olaq” kimi sözlər dediyini, lakin Günay “gözlə gələcəyəm” kimi cavablar verdiyini, o da Günaya “mənlə cinsi əlaqədə olmaq istəmirsənsə bildir çıxım gedim” kimi sözlər dediyini, Günayın onun ünvanına ağır söyüşlər işlətdiyini, o, Günaya “məni kimləsə səhv salma, ağzının danışığına fikir ver” kimi sözlər dediyini, Günay isə yenə də onu və onun ailə üzvlərini təhqiramiz ifadələrlə təhqir etdiyini və aralarında mübahisə baş verdiyini, onun bibisinin həyat yoldaşı şəhid olduğuna, əmisinin isə rəhmətə getdiyinə görə söyüşlərə dözə bilmədiyini, həmin vaxt hamam otağının qarşısında, Günay isə hamam otağında olduğunu, o, hamam otağına daxil olaraq əlləri ilə Günayın boğazından tutub silkələdiyini, sakit durmasını, onu söyməməsini, Günayı divara dirəyib əlləri ilə onun boğazından tutub silkələdiyini, daha sonra isə Günayın ağırlaşdığını hiss etdiyini və onu buraxdığını, Günayın huşu getdiyini fikirləşdiyini, həmin vaxt Günayın necə yıxılması və hansı vəziyyətdə yerə düşməsi yadında qalmadığını, Günayın üzünə su vurduğunu, Günay ayılmadığını, o, Günayın öldüyünü başa düşdüyünü, həmin vaxt qorxusundan mənzili tərk etdiyini, Günayı qəsdən öldürmək istəmədiyini, sadəcə olaraq sonuncu onu nalayiq ifadələrlə təhqir etdiyinə görə əsəbləşib əlləri ilə onun boğazından tutub silkələdiyini bildirmişdir (cild 1, iş vərəqə 96-99). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirdi ki, 2019-cu ilin yanvar ayında xəbər tutmuşdur ki, qızı Günay İlham adlı şəxslə qeyri-rəsmi olaraq ailə həyatı qurub və həmin şəxslə birlikdə Sumqayıt şəhərində yaşayır. Günay evlərinə qayıtmaq istəməmiş, İlhamla yaşadığını desə də, yaşadığı dəqiq ünvanı deməmişdir. Günaydan hansı səbəbdən İlhamla rəsmi nikaha girmədiyini soruşmuş, o da İlhamın atası və anasının ailə qurmalarına qarşı olduğunu demişdir. Bir müddət keçəndən sonra Günay İlhamla birlikdə evə gəlib İlhamı onlarla tanış etmişdir. Günay tək və ya İlhamla birlikdə arabir evə gəlib-getmişdir. Günayın dediyinə görə İlham Sumqayıtda müxtəlif ünvanlarda ona kirayəyə ev tutmuşdur. O, İlhamla tanış olduqda onun normal bir adam olduğunu görmüş, onunla heç bir problemləri olmamışdır. Günaya dəfələrlə təklif etmişdir ki, İlhamla birlikdə gəlib onların evdə yaşasınlar, lakin Günay razı olmayaraq İlhamın ailə üzvlərinin Sumqayıtda yaşadıqlarını, həm də İlhama Sumqayıtdan işə gedib-gəlməyin daha rahat olduğunu demişdir. Günay yay ayında Moskva şəhərinə İlhamın yanına getmiş və orada bir neçə həftə qalmışdır. Lakin İlhamın işi orada alınmadığına görə geri qayıtmışlar. Günayın son yaşadığı mənzil ünvan 2 ünvanında yerləşmişdir. Həmin mənzilə Günay dekabr ayından köçmüş, bir dəfə təxminən elə dekabr ayında ailəvi Günayın evində olmuşlar, lakin orada olduqları müddətdə İlham ora gəlməmişdir. Məlum olan hadisədən təxminən 3-4 gün əvvəl isə Günay ona plastik kartının şifrəsini göndərmiş, o da həmin karta 50 manat pul köçürtmüşdür. Belə ki, Günayla İlham kirayə pulunu verməkdə çətinlik çəkmişlər. x xxxx 2020-ci il tarixdə işə getmiş, işə gedən vaxt səhər tezdən həmişə Günayla mobil telefonla əlaqə saxlamışdır. Həmin gün saat 6:30 radələrində Günay “WhatsApp”-da olmuş, lakin o, Günaya yazmamış, onun birinci yazmasını gözləmiş, lakin Günay yazmamışdır. Günorta “WhatsApp”-a baxanda Günayın axırıncı dəfə “WhatsApp”-da saat 7:58-də olduğunu görmüş, lakin o, yenə də Günaya zəng etməmiş, saat 20 radələrində evdə olmuşdur. Əri ondan Günayla danışıb-danışmadığını soruşduqda ona Günayla əlaqə saxlamadığını demişdir. Saat 21:40 radələrində oğlu Əli həyat yoldaşının ***-***-**-** saylı mobil nömrəsindən Günaya zəng etmiş, lakin o, telefonu açmamışdır. Bundan sonra həyat yoldaşı İlhama zəng edib Günayın harada olduğunu soruşmuş, İlham isə “Sədərək” ticarət mərkəzindən indi qayıtdığını, Günayın hamamda qazdan boğulduğunu, boğazında izlərin olduğunu, giriş qapısının da açarla bağlandığını demişdir. O da əri ilə dərhal Günayın yaşadığı evə getmiş və ora çatanda evin qabağında polis əməkdaşlarının olduğunu görmüşdür. Mənzilə daxil olmağa imkan verməmişlər. Gecə vaxtı isə xəbər tutmuşdur ki, qızı Günay ölüb, meyiti isə meyitxanadadır. Həmin günün sabahısı isə Günayın qəsdən öldürüldüyünü bilmişdir. Mərhum qızı Günayın heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. Qızı “Sədərək” ticarət mərkəzində işləmişdir. O, Ramana qəsəbəsində yaşayır. Qızı Günayla hadisədən bir gün əvvəl telefonla danışmışdır. Günayın nəyə görə öldürüldüyünü bilmir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, “Sədərək” ticarət mərkəzində satıcı işləmişdir. Təxminən bir il yarım bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, Sultan restoranının yaxınlığında çay evi işlədən vaxtlarda Günay ilə tanış olmuşdur. Həmin vaxtdan Günay ilə sevgili münasibətlərində olmuşlar. Günay ilə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Onunla tanış olanda Günay heç bir yerdə işləməmiş, lakin çoxlu pulu olmuşdur. Belə ki, Günay müxtəlif oğlanlarla danışmış və pulu da həmin oğlanlardan almışdır. Lakin Günay ona pul müqabilində heç kimlə görüşmədiyini, pulu qohumlarından aldığını demişdir. Hadisədən 1 ay 20 gün əvvəl Günay ünvan 2, mənzil 51 ünvanına köçmüşdür. O, tez-tez həmin ünvana gedərək Günayla cinsi əlaqədə olmuş, arabir onunla birlikdə spitli içki də içmişdir. Günayla adətən viski və ya pivə içmişlər. Günay ailəsindən kənarda yaşamasına baxmayaraq ailə üzvləri ilə əlaqə saxlamışdır. Hadisədən təxminən 1 həftə əvvəl Günayın anası ona 50 manat pul göndərmək istəmiş, lakin Günayın bank kartı olmadığına görə pulu xalası oğlu Arifin bank kartına göndərmişdir. Günay da Arifin iş yerinə gedib pulu götürmüşdür. Təxminən 4 gün əvvəl isə Günayın bacısı Lalə də Arifin kartına 20 manat pul göndərmiş, Günay da Arifdən pulu götürmüşdür. Həmin gün saat 22:30 radələrində Günaygildə olmuş, birlikdə spirtli içkilər qəbul etmişlər, sonra isə 1 dəfə Günayla cinsi əlaqədə olmuşdur. Günayla cinsi əlaqədə olarkən qoruyucudan istifadə etmişdir. Ondan 1 gün sonra, yəni x xxxx 2020-ci il tarixdə qardaşı Sahib və dayısı oğlu Rahimlə birlikdə Günaygildə olmuşlar. Belə ki, saat 23 radələrində Günaygilə gəlmiş, ondan təxminən yarım saat sonra isə qardaşı Sahib və dayısı oğlu Rahim gəlmişlər. Həmin gün Günayla ikisinə təxminən 350 qram viski içmişlər. Rahim və Sahib təxminən 1 saat oturduqdan sonra çıxıb getmişlər. O isə saat 2-3 radələrinə kimi Günaygildə oturmuş, sonra isə çıxıb getmişdir. Növbəti gün, yəni x xxxx 2020-ci il tarixdə səhər işə getmiş və saat 10- 11 radələrində qardaşı Sahibə zəng edib Günayla birlikdə işə gedib-getmədiyini soruşmuş, çünki Sahib “Koroğlu” metrostansiyasında piştaxtaların üstündə şirniyyat alğı-satqısı ilə məşğul olmuş və Günayı da özü ilə ora işləməyə aparmaq istəmişdir. Sahib ona Günaya zəng etdiyini, lakin sonuncunun telefonu götürmədiyini demiş, o da Sahibə Günaygilin evinə getməyini demiş, qardaşı isə “o kimdir ki, mən onun ayağına gedim” sözlərini demişdir. Ondan 1 gün əvvəl də Günay Sahiblə birlikdə işə getməli olmuş, lakin səhər yatıb qaldığından gedə bilməmişdir. Günayın ***-***-**-** nömrəli mobil telefonunun “WhatsApp” proqramına baxmış və onun axırıncı dəfə “WhatsApp”-da saat 7-8 radələri arasında olduğunu görmüşdür. Günorta o, Günaya yenə zəng etmiş, lakin sonuncu telefona yenə də cavab verməmişdir. Bundan sonra o, Günayın yatıb qaldığını düşünmüşdür. Günayın yuxu problemləri olduğuna görə gecələri az, günortaları isə çox yatmışdır. Axşam vaxtı 1 dəfə də Günaya zəng etmiş, lakin o, yenə də telefona cavab verməmişdir. Sonra o, Günaya bir ismarıc da göndərmişdir ki, “hardasan, adam bu qədər yatar heç”. Lakin Günaydan yenə səs-səmir çıxmamışdır. Saat 21 radələrində evdə olmuş, həmin vaxt evdə ondan başqa qardaşı, atası və anası olmuşdur. O, qardaşı Sahiblə birlikdə Günaygilə getmiş və o, Günayın yaşadığı mənzilə qalxmış, qardaşı isə aşağıda gözləmişdir. Qapını döymüş, lakin qapını açan olmamış, sonra isə qapını əli ilə yoxladıqda qapının açıq olduğunu görmüşdür. Günay heç vaxt qapını açıq qoymamış, evə girən kimi həmişə qapını içəridən bağlamışdır. Ona görə də qapının açıq olması ona qəribə gəlmiş, qapının açarı içəri tərəfdən qapının qıfılında olmuşdur. Bundan sonra o, qapını açıb içəri daxil olmuş və otaqlarda Günayı görməmişdir. Qonaq otağında divanın yanındakı stulda boşqabın içərisində meyvə doğrandığını, lakin meyvənin rənginin qaraldığını, yəni çoxdan həmin yerə qoyulduğunu görmüşdür. Sonra o, hamam otağına daxil olmuş, hamam otağının qapısı örtülü olmuş, qapını açan kimi Günayın yerdə, baş nahiyəsinin sağ divara, ayaqlarının isə unitaza tərəf hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Günayın əynində qara rəngli qısaqol mayka və qara rəngli idman şalvarı olmuşdur. Sonuncu dəfə o, Günayı görəndə sonuncu elə həmin paltarda olmuşdur. İlkin olaraq o, Günayın huşunun getdiyini zənn edib dərhal aşağıdan qardaşı Sahibi çağırmışdır. Bundan sonra Sahiblə birlikdə Günayı hamam otağından dəhlizə çıxartmışlar və o, əli ilə Günaya toxunduqda bədəninin soyuq olduğunu hiss etmişdir. Daha sonra qardaşı Sahib təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım həkimləri gələn kimi Günayın çoxdan öldüyünü demişlər. O, Günayın evindən saat 3 radələrində öz evinə getmişdir. Həmin axşam Günay ilə viski içmişlər. Həmin axşam qardaşı Sahib və dayısı oğlu da Günaygilə gəlmişdir. Qardaşı və dayısı oğlu 1 saat oturduqdan sonra çıxıb getmişlər. Günaydan xəbər çıxmadığına görə qardaşı Sahib ilə Günayın yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, x xxxx 2020-ci il tarixdən x xxxx 2020-ci il tarixə keçən gecə ərzində evdə yatmış, səhər duranda qardaşı Kamranın saat təxminən 00 radələrində onun mobil telefonuna zəng etdiyini görmüş, həmin vaxt yatılı olduğundan telefona cavab verə bilməmişdir. Səhər duranda Kamranı görməmiş, ümumiyyətlə sonuncu tez-tez gecələr evə gəlməmiş, belə ki, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Həmin günün axşamı Kamran evə gəlmiş, evdə çay içdikdən sonra harasa getmişdir. x xxxx 2020-ci il tarixdə səhər tezdən yuxudan oyanıb Kamranın yenə də evdə olmadığını görmüşdür. Saat 11-12 radələrində Kamran ona zəng edərək harada olduğunu soruşmuş, o da Razində olduğunu demiş, Kamran isə YPX-dan polis əməkdaşlarının avtomobilinə gəlib baxmalı olduqlarını, nəsə bir problemi olduğunu, ora birlikdə getmələrini demiş və bir müddət keçəndən sonra Razin qəsəbəsində görüşmüşlər. Kamran ona “inanmıram ki, gələnlər YPX əməkdaşlarıdır, avtomobilimi 10-15 gündür ki, sürmürəm” kimi sözlər demiş, o da Kamrandan nə olduğunu soruşmuş, sonuncu da x xxxx 2020-ci il tarixdə səhərə yaxın Sumqayıtda tanıdığı bir qızın evində olduğunu, həmin qızla oturub söhbətləşdiyini, sonra qızın deyəsən qardaşı ilə “WhatsApp”-da mübahisə etdiyini, yuxusu gəldiyindən qıza yatmaq istədiyini dediyini, qızın isə “sən istəyirsənsə yat, mən isə işə getməliyəm, sən durana kimi işdən qayıdacağam” kimi sözlər dediyini, onun da yuxu tutub yatdığını demişdir. Daha sonra isə Kamran yuxudan duranda qızın yanında olmadığını, “WhatsApp”-da qıza yazıb harada olduğunu soruşduğunu, qızın da cavab vermədiyini, durub əl-üzünü yumaq istəyərkən hamamın qapısının bağlı olduğunu gördüyünü, həmin səbəbdən vintaçan ilə qapını açıb qızın hamam otağında yerdə uzadılmış vəziyyətdə olduğunu, nəbzinin olmadığını və nəfəsinin gəlmədiyini görüb qorxaraq evdən çıxıb getdiyini demişdir. Kamrandan ona və atasına niyə heç nə demədiyini soruşmuş, sonuncu da qorxduğuna görə nə etdiyini bilmədiyini demiş, daha sonra isə qardaşı Sumqayıt şəhər Pİ-nin əməkdaşları birlikdə Sumqayıta getmiş və sonra bilmişdir ki, qardaşı bir qızın ölümündə şübhələnildiyindən tutulmuşdur. Kamran ona Günayla mübahisə etməsi, sonuncu ilə tutaşması barədə heç nə deməmişdir. Kamran bir az əsəbidir, çünki bir neçə il bundan əvvəl avtoqəza nəticəsində başından xəsarət almış, o vaxtdan da əsəbililiyi yaranmışdır (cild 1, iş vərəqə 106-109). Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi qardaşı olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiə məqsədi daşıdığından, həmçinin 0020n cinayət işinin materiallarında olan digər sübut növləri ilə təkzib edildiyindən məhkəmə həmin şahidin ifadəsini inandırıcı olmadığına görə mötəbər hesab etmir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Mərifət oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Kamran dostudur, sonuncu ilə birlikdə bir neçə dəfə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Belə ki, bir dəfə Günay və sonuncunun rəfiqələri ilə birlikdə mafia kluba getmiş, həmin gün istifadəsində olan “Chevrolet Aveo” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kamranı, Günayı və rəfiqələrini Sumqayıt şəhərindən götürərək “Gənclik” metrostansiyasının yanında yerləşən mafia kluba gətirmiş, klubda Günay və rəfiqələri spirtli içkilər içmişlər. Oradan çıxdıqdan sonra Günayın rəfiqələrini Kamranla birlikdə evlərinə ötürmüş, daha sonra isə Günayı evlərinə gətirmiş və həmin vaxt Kamran ona Günaygilə getməyə təklif vermiş və o da onlarla birlikdə mənzilə daxil olmuşdur. Saat təxminən 3-4 radələrində mənzilə daxil olmuş və saat 7 radələrində Kamranla birlikdə evdən çıxıb getmişdir. Bu, məlum olan hadisədən təxminən 4-5 gün əvvəl olmuş, orada oturub xeyli söhbətləşmişlər. Həmin gün Günay özü ona daimi olaraq kakos və şüşə çəkdiyini demişdir. Həmin gün də ona elə gəlmişdir ki, Günay lomkadadır, yəni narkotik vasitələrin ağrısında olmuşdur. Kamran özü mütəmadi olaraq şüşə və nəşə çəkmiş, son 3 ildə mütəmadi olaraq nəşə və şüşə çəkdiyinə görə xeyli arıqlamışdır. Günay da Kamranla sonuncu ona narkotik vasitələr təşkil etdiyinə görə görüşmüş, lakin Günayın evində həmin gün olduqda Kamranda narkotik vasitə olmamış, Kamran və Günay nə narkotik vasitə, nə də spirtli içki qəbul etmişlər. Kamranın özünün imkanı “şüşə” almağa çatmamış, adətən başqa tanışları şüşə almış və Kamran da onlarla birlikdə çəkmişdir. Kamran adətən Günaya nəşə və kakos təşkil etmişdir. Onun maddi imkanı nisbətən Kamrandan yaxşı olduğuna görə sonuncu Günaya “Beyag Hikmet gelmwdu yanma dostum var idi ye goy mawn. Ptisi var idi 1 qram . Dedm gedey Sumqayita. Dedi men neye gedrem ora sen qiznan sohbet elyessen men neynyecem” məzmunlu ismarıc yazmış, belə ki, Günay Kamranın özündə “şüşə”-nin olduğuna inanmayacaqmış, onun adından istifadə etməklə guya onun Kamrana “şüşə” təklif verdiyini deyib Günayla görüşməyə can atmışdır. X12 dost kimi çox istəmiş və sonuncu ilə görüşməyə can atmışdır. x xxxx 2020-ci il tarixdə gecə vaxtı Kamran onun mobil telefon nömrəsinin “WhatsApp”-na zəng edib Sumqayıta Günaygilə aparmağını, orada birlikdə istirahət edib qayıdacaqlarını, o isə əlində işi olduğu üçün Sumqayıta onu apara bilməyəcəyini demişdir. Həmin danışıqdan təxminən 1 saat keçdikdən sonra Kamran ona yenidən zəng edərək Günaygilə aparmağını, Bakıdan Sumqayıta və Sumqayıtdan Bakıya olan yol xərcini ödəyəcəyini demişdir. O, 5 dəqiqə ərzində xəbər edəcəyini bildirib danışığı bitirmiş və Kamrana ismarıc olaraq yazıb bildirmişdir ki, onu Sumqayıta Günaygilə aparacaq. Lakin həmin sözləri sadəcə Kamranın başını qatmaq üçün demiş, həmin gün Kamranı Sumqayıta gətirməmiş və həmin gün də Kamranla görüşü olmamışdır (cild 1, iş vərəqə 195-198). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini x xxxx 2020-ci il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı da əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 100-103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 x xxxxx 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər vardır: sağ saidin aşağı 1/3-nin iç səthində 2 ədəd, sol çənəaltı nahiyənin, boynun sol yan-ön səthinin yuxarı 1/3-nin, boynun orta 1/3-nin ön sol səthinin, sağ çənəaltı nahiyənin, boynun sağ yan səthinin yuxarı 1/3-nin qançırları, həmin qançırlar proyeksiyasında yumşaq toxumalara qansızma-beyin qan dövranı pozğunluğu ilə müşayiət olunan, asfiksiyaya səbəb olduğundan adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan ağır, digər xəsarətlər isə, yəni sağ saidin aşağı 1/3-nin iç səthində 2 ədəd qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid edilmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya olmuş, ölüm meyitin müayinəsindən 14-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onda hamiləlik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş şəxsə xəsarət yetirən müxtəlif duruş vəziyyətində ola bilərdi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqəyə uyğun əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götürülmüş tamponlarda spermatozoidlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 162-165). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 x xxxxxxxx 2020-ci il tarixli 3/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin su baçoku ilə unitaz qapağı arasında sıxılma nəticəsində əmələ gəlməsi istisna edilmişdir (cild 2, iş vərəqə 52-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 x xxxx 2020-ci il tarixli 295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol saidin yuxarı 1/3-nin ön səthinin sıyrığı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmiş şəxsin müayinəsindən 2-3 gün əvvəl olmaqla x xxxx 2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir (cild 1, iş vərəqə 159-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20/201 nömrəli xx xxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 7 ədəd yapışqan lent kəsiklərinin üzərində olan əl izlərindən 5 ədəd əl-barmaq və 1 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 5 ədəd əl-barmaq izindən 1 ədədi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi arasında eynilik müəyyən edilmişdir (cild 1, iş vərəqə 200-203). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxx 2020-ci il tarixli 6/388 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 N-li cədvəlində göstərilmişdir. Həmin kənar mikrohissəciklərin arasında Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs dırnaq nümunələrində lif mikrohissəcikləri yoxdur (cild 1, iş vərəqə 213- 215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 905 nömrəli xx xxx 2020-ci il tarixli rəyi ilə məhkəmə psixiatrik ekspertizası üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kəllə-beyin travması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs intellektual normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilməmişdir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, hövsələsizliyi, qıcığa qarşı həssas olduğu, emosional reaksiyalara meyilliliyi aşkar olunmuşdur. Kobudluq, inadkarlıq, eqosentrizm, tez özündən çıxmaq, impulsivlik, nümayişkaranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda yalan danışmağa, özündən uydurmağa və ya kiminsə təsiri altına düşməyə patoloji meyillilik əlamətləri aşkar olunmamış, lakin situasiyanı öz xeyrinə yönəltməklə yalan danışa bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərən, dərk etməsini məhdudlaşdıra bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını iradi olaraq tənzimləmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Hadisə zamanı psixi-emosional halını, onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya (Günayla aralarında yaranmış mübahisə) şərtləndirə bilərdi (cild 1, iş vərəqə 228-230). Cinayət işinin materiallarından görünür ki, “Coca-cola” və “Aqua-quita” etiketli plastik su qabları, hamam otağındakı kapron tüstü borusu, meyitə baxış zamanı qara rəngli idman şalvarı, qara rəngli qısaqol köynək, qara rəngli büstqalter, tünd mavi rəngli tursik, qaramavi-sarı-boz rəngli 1 cüt corab və meyitin baş nahiyəsinin ənsə, sağ və sol nahiyələrindən tük nümunələri, sağ və sol əlinin dırnaq kəsintiləri, habelə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarlar - gümüşü rəngli köynək və şalvar və 10 ədəd əl barmaq izi götürülmüşdür (cild 1, iş vərəqə 3-12; 56-58). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonuna baxış keçirilməsi haqqında x xxxx 2020-ci il tarixli protokoldan görünür ki, telefonda “xxxx” mobil operatoruna məxsus ***-***-**-** saylı nömrə vardır. İş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar mobil telefonun “WhatsApp” proqramında qeydə alınan giriş və çıxış zəngləri, giriş və çıxış ismarıcları, eləcə də telefonun yaddaş kartındakı bəzi şəkillər olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” proqramına sonuncu daxil olan zəng ***-***-**-** saylı mobil telefon nömrəsindən x xxxx 2020-ci il tarixdə saat 4:42-də olmuşdur. Saat 9:08-də “Sahib wp” və “ürək işarələri” kimi qeyd olunmuş kontaktların zənglərinə cavab verilməmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcək ismarıclar və giriş və çıxış zəngləri ***-***-**-** saylı mobil telefonu ilə 2.03.2020-ci il tarixdən 5.03.2020-ci il tarixədək qeydə alınmışdır. Həmin ismarıcların məzmunu aşağıdakılardan ibarətdir: [00:02, 2020-3-2] +994 77 410 89 00: Gelim-[01:47, 2020-3-2] +994 77 410 89 00: .-[05:19, 2020-3-2] +994 77 410 89 00: Bir qiram dusunmedinde meni bir qram olsa bele[05:19, 2020-3-2] +994 77 410 89 00: Donram soyuxdan kimin ne vecnediki kamran ildu qaldi-[10:51, 2020-3-2] +994 77 410 89 00: Evala salam-[10:51, 2020-3-2] +994 77 410 89 00: Mene encox tesir eden o olduki bircedefede olsun maraglanmadin-[11:09, 2020-3-2] .: Dunsn ssnol bidene cole cixmagima gore polis tutmuwdu-[11:09, 2020-3-2] .: Eve gekendede uzanib yatniwam-[15:01, 2020-3-2] +994 77 410 89 00: Mende-[15:01, 2020-3-2] +994 77 410 89 00: Tutmusdu-[18:43, 2020-3-2] .: Neynirsen-[04:12, 2020-3-3] .: Kamran-[04:12, 2020-3-3] .: Neybirseb-[13:31, 2020-3-3] +994 77 410 89 00: Hec-[19:59, 2020-3-3] +994 77 410 89 00: Nenirsen-[20:28, 2020-3-3] +994 77 410 89 00: ?[00:59, 2020-3-4] .: Hec evdey-[00:59, 2020-3-4] .: Sen neynirsen- [01:16, 2020-3-4] +994 77 410 89 00: Kimnensen-[01:20, 2020-3-4] +994 77 410 89 00: Beyag Hikmet gelmwdu yanma dostum var idi ye goy mawn. Ptisi var idi 1 qram . Dedm gedey Sumqayita. Dedi men neye gedrem ora sen qiznan sohbet elyessen men neynyecem.-[01:47, 2020-3-4] +994 77 410 89 00: Alo-[03:12, 2020-3-4] +994 77 410 89 00: Yoxa cxrsan yaman-[04:16, 2020-3-4] +994 77 410 89 00: ALO-[06:29, 2020-3-4] +994 77 410 89 00: Saya salma-[17:28, 2020-3-4] +994 77 410 89 00: Alo-[18:22, 2020-3-4] +994 77 410 89 00: Ay gunay ne pisdim kecibki sene saya salmirsan-[19:09, 2020-3-4] +994 77 410 89 00: Sifet-[19:09, 2020-3-4] +994 77 410 89 00: Elemirem-[19:09, 2020-3-4] +994 77 410 89 00: Ele bilki yihdim-[19:09, 2020-3-4] +994 77 410 89 00: Yazdim-[19:09, 2020-3-4] +994 77 410 89 00: Saya salmadin-[19:20, 2020-3-4] +994 77 410 89 00: Ay ata men seni gormey isdirem sadece-[19:20, 2020-3-4] +994 77 410 89 00: Bele yani herseyim-[19:20, 2020-3-4] +994 77 410 89 00: Var-[19:20, 2020-3-4] +994 77 410 89 00: Bidene masnim yoxdu-[19:20, 2020-3-4] +994 77 410 89 00: Qalmaga yerimde var tapisam-[19:23, 2020-3-4] .: Men seninle ev soheti elemiren-[19:24, 2020-3-4] +994 77 410 89 00: Bilrem miska-[19:24, 2020-3-4] +994 77 410 89 00: Sadece gormey isdirem sen i- [20:51, 2020-3-4] .: Gece gel-[21:09, 2020-3-4] +994 77 410 89 00: Yazanda cavab ver- [21:10, 2020-3-4] .: Yaxwu-[21:10, 2020-3-4] +994 77 410 89 00: Bekar olanda de-[23:01, 2020-3-4] +994 77 410 89 00: Nenirsen-[00:42, 2020-3-5] +994 77 410 89 00: Ay miska- [01:26, 2020-3-5] +994 77 410 89 00: Gunay bax sora meni bosdu cxardirsan-[01:27, 2020-3-5] +994 77 410 89 00: Hay direm gelim deyim sene saya salmirsan-[01:46, 2020- 3-5] +994 77 410 89 00: Gunayyyy😡😡-[02:20, 2020-3-5] .: Gel-[02:21, 2020-3-5] +994 77 410 89 00: Sen allah nolub sene-[02:21, 2020-3-5] .: Hecne-[02:21, 2020-3-5] +994 77 410 89 00: Yaxsan-[02:21, 2020-3-5] .: Gelde-[02:21, 2020-3-5] .: He-[02:22, 2020-3-5] +994 77 410 89 00: Gunay gor ne direm senin basva donum men mecbur drema gelim ora-[02:22, 2020-3-5] +994 77 410 89 00: Sadece senden nece gundu naratam-[02:22, 2020-3-5] .: Ay kamr@!-[02:22, 2020-3-5] .: Kamran-[02:22, 2020-3-5] .: Gelde gel-[02:22, 2020-3-5] .: Ne uzadirsan-[02:23, 2020-3-5] +994 77 410 89 00: Hecne gunay bagsda-[02:23, 2020-3-5] .: Ay deli. Gelde-[02:23, 2020-3-5] +994 77 410 89 00: İstrahetinde ol-[02:23, 2020-3-5] .: Baiwla nedu-[02:24, 2020-3-5] +994 77 410 89 00: Men yuk olmaqi xosdamamsam hec vaxti-[02:24, 2020-3-5] .: Aydaaa delisen seb-[02:24, 2020-3-5] +994 77 410 89 00: Deli olmusam uje-[02:24, 2020-3-5] .: Niye-[02:25, 2020-3-5] +994 77 410 89 00: Hami menden uz cevrib-[02:25, 2020-3-5] .: Men uz cevirmemisem-[02:25, 2020-3-5] +994 77 410 89 00: Masnida alibdi nece gundu elimnen bugunde vurublar arxasin-[02:25, 2020-3-5] +994 77 410 89 00: Menkm bexdim yoxdu sadece-[02:25, 2020-3-5] .: İhaa-[02:26, 2020-3-5] .: Oha-[02:26, 2020-3-5] .: Gel bura danuwariq-[02:27, 2020-3-5] +994 77 410 89 00: Diyan gorum usaq hardadi getrsin dusursun-[02:27, 2020-3-5] +994 77 410 89 00: Meni-[02:28, 2020-3-5] .: Yaxwi-[02:30, 2020-3-5] +994 77 410 89 00: Yaxsi-[02:39, 2020-3-5] +994 77 410 89 00: Gunay gelir masin gelirem-[02:39, 2020-3-5] .: Gel-[02:39, 2020-3-5] +994 77 410 89 00: Yaxsi-[03:17, 2020-3-5] +994 77 410 89 00: Yoldayama-[03:25, 2020-3-5] +994 77 410 89 00: Yatma-[03:30, 2020-3-5] +994 77 410 89 00: Yatssnsa-[03:30, 2020-3-5] +994 77 410 89 00: Qaydim-[03:30, 2020-3-5] +994 77 410 89 00: Alo-[03:36, 2020-3-5] +994 77 410 89 00: Ay miska-[08:29, 2020-3-5] +994 77 410 89 00: https://youtu.be/O3PZmQ7B9qİ “Burhan Çaçan - X13” (Korkuyorum). “WhatsApp” proqramı vasitəsilə sonuncu ismarıclar “Sahib wp” kontaktı ilə qeydə alınmışdır. Belə ki, həmin ismarıcların məzmunu aşağıdakı kimi olmuşdur:-[07:15, 2020-3-5] Sahib wp: Günay salam- [07:15, 2020-3-5] Sahib wp: Geceysen-[07:54, 2020-3-5] Sahib wp: buraxılmış səsli zəng- [07:55, 2020-3-5]: Sabahin xeyir emi-[07:55, 2020-3-5]: He-[07:55, 2020-3-5]: İndi tez deyilki-[07:55, 2020-3-5] Sahib wp: Her vaxtin xeyir-[07:56, 2020-3-5] Sahib wp: He indi tezdi saat 10 un yarsi zad-[07:56, 2020-3-5]: Yaxwi-[07:56, 2020-3-5] Sahib wp: Gedecem- [07:56, 2020-3-5]: Yatim bicikkana saat 09da durum-[07:56, 2020-3-5] Sahib wp: Deqiq gedeceysen gozduyum?-[07:56, 2020-3-5]: He-[07:56, 2020-3-5]: Mutleq-[07:57, 2020-3-5] Sahib wp: Telfonu acda zeng eleyende onda-[07:57, 2020-3-5]: Yaxau-[07:57, 2020-3-5]: Sesdidedi onsuz-[07:57, 2020-3-5] Sahib wp: Bir saata zeng eleyecem İnShAllah-[07:57, 2020-3-5]: İnwallah-[07:57, 2020-3-5] Sahib wp: Yaxci-[07:57, 2020-3-5]: 8in asdanivkasina gelecem?-[07:57, 2020-3-5]: Yoxsa?-[07:57, 2020-3-5] Sahib wp: Deyerem sene hara- [07:57, 2020-3-5]: Yaxcsi-[07:58, 2020-3-5] Sahib wp: Baxariqda-[07:58, 2020-3-5]: 9da oyada bilseb menu oyadda-[07:58, 2020-3-5] Sahib wp: Oyadaram-[07:58, 2020-3-5]: Tamm-[07:58, 2020-3-5]: (Smaylik)-[07:58, 2020-3-5] Sahib wp: Yat onda-[09:00, 2020-3-5] Sahib wp: Eminin balasi dur isteyirsen hazirlaw yarim saat zada -cixacam evden-[09:01, 2020-3-5] Sahib wp: Buraxılmış səsli zeng-[09:02, 2020-3-5] Sahib wp: Buraxılmış səsli zeng-[09:03, 2020-3-5] Sahib wp: Buraxılmış səsli zeng-[09:03, 2020-3-5] Sahib wp: Buraxılmış səsli zeng-[09:05, 2020-3-5] Sahib wp: Gunay gedmirsenn-[09:05, 2020-3-5] Sahib wp: ?? (cild 1, iş vərəqə 17-19). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonuna baxış keçirilməsi haqqında x xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon iki nömrəlidir, telefonda “xxxx” MMC mobil operatoruna məxsus ***-***-**-** saylı və “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrələri mövcuddur. Baxış zamanı mobil telefonda hansı mobil operatorunun internet trafikindən istifadə olunmasını müəyyən etmək üçün internet balansını yoxlamaq üçün *444#Yes məzmunlu ismarıc göndərildi və cavab ismarıcla gələn ismarıclara baxış zamanı müəyyən olundu ki, həmin mobil telefonunda “xxxx” MMC-yə məxsus internet paketindən istifadə olunmuşdur. Belə ki, “5.03.2020-ci il tarixdə günlük 500 MB yeniləndi, balansdan 1 manat xidmət haqqı çıxıldı. Paket növbəti dəfə saat 00:00-da yenilənəcəkdir” məzmunlu ismarıc daxil olmuşdur. Mobil telefonun “WhatsApp” proqramının ismarıc bölməsinə x xxxx 2020-ci il tarixdə 2 və x xxxx 2020-ci il tarixdə 2 ismarıc daxil olmuşdur. x xxxx 2020-ci il tarixə kimi ismarıc bölməsinə daxil olan və çıxan ismarıc olmamışdır. “WhatsApp” proqramının zənglər şöbəsinə də x xxxx 2020-ci il tarixə kimi daxil olan və çıxan zəng olmamışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat kimi müəyyən olunmuşdur ki, “WhatsApp” proqramının ismarıc və zənglər bölməsinə x xxxx 2020-ci il tarixə kimi daxil olan və çıxan ismarıc və zəng müəyyən olunmamışdır ki, bu da ismarıcların və zənglərin silinməsi ilə mümkün ola bilər (cild 1, iş vərəqə 51-53). Cinayət işinin materiallarında olan “xxxx” MMC-dən AZF/LGL-5293/20 saylı 5.07.2020-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin 1.02.2020-ci il tarixdən 6.03.2020-ci il tarixə kimi giriş və çıxış zəngləri, bu nömrələrin hansı anten dairəsində olmalarına dair məlumatlar, eləcə də həmin nömrələrdən göndərilən və qəbul edilən ismarıcların məzmununu əks etdirən qeydiyyat vərəqələri qeyd olunmuş, həmin diskə baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan müddət ərzində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 4 dəfə danışıq olmuşdur. Qeyd olunan dövr ərzində iş üçün əhəmiyyət kəsb edən danışıqlar 5.03.2020-ci il tarixdə qeydə alınmışdır. Həmin vaxtdan sonra çıxan və daxil olan zənglər qeydə alınmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin giriş və çıxış zənglərinə baxış zamanı müəyyən olunmuşdur ki, iş üçün əhəmiyyət kəsb edən danışıqlar 4.03.2020- 5.03.2020-ci il tarixlərdə qeydə alınmışdır. Belə ki, 5.03.2020-ci il tarixdə saat 4:36:06-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən daxil olan zəng kimi “Sumqayıt şəhər, 4-cü mikrorayon, 27 A” əhatə dairəsində 52 saniyə ərzində danışıqlar qeydə alınmışdır. Bundan başqa 5.03.2020-ci il tarixdə saat 7:26:34-də “GPRS” (internet üzərindən olan danışıq) zəng tipi vasitəsilə 9 saniyə ərzində danışıq olmuş, ondan sonra saat 19:46:23-ə kimi hər hansı aktivlik, o cümlədən, internet aktivliyi olmamış, sonuncu saatda 717 saylı nömrədən ismarıc daxil olmuşdur. Ümumiyyətlə qeyd olunan nömrəyə baxış zamanı müəyyən olunmuşdur ki, danışıqlar əsasən “GPRS” vasitəsilə olmuş, yəni internet üzərindən olmuş, lakin internet üzərindən çıxan və ya daxil olan zənglərin hansı mobil telefon nömrəsinə məxsus olması qeyd olunmamışdır (cild 2, iş vərəqə 35-39). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 193-194). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan qara rəngli idman şalvarı, qara rəngli qısaqol köynək, qara rəngli büstqalter, tünd mavi rəngli tursik, qara-mavi-sarı-boz rəngli 1 cüt corab və meyitin baş nahiyəsinin ənsə, sağ və sol nahiyələrindən götürülmüş tük nümunələri, sağ və sol əlinin dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarlar - gümüşü rəngli köynək və şalvar, 10 ədəd əl-barmaq izi, hadisə yerinə baxış zamanı götürülmüş “Coca-cola” və “Aqua-quita” etiketli plastik su qabları, hamam otağındakı kapron tüstü borusu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan qara rəngli idman şalvarı, qara rəngli qısaqol köynək, qara rəngli büstqalter, tünd mavi rəngli tursik, qara-mavi-sarı-boz rəngli 1 cüt corab və meyitin baş nahiyəsinin ənsə, sağ və sol nahiyələrindən götürülmüş tük nümunələri, sağ və sol əlinin dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarlar - gümüşü rəngli köynək və şalvar, 10 ədəd əl-barmaq izi, hadisə yerinə baxış zamanı götürülmüş “Coca-cola” və “Aqua-quita” etiketli plastik su qabları, hamam otağındakı kapron tüstü borusu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-384/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-384/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver