Məhkəmə qərarları › İş №1(101)-385/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-385/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-385/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Verdikt” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 22 may 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 17 may 1987-ci il tarixdə Biləsuvar rayonu Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Biləsuvar rayonu, M.F.Axundov küçəsi ev 41-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib birləşərək, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 367,403 qram narkotik vasitə olan heroini, külli miqdarda 370,012 qram narkotik vasitə olan tiryəki, külli miqdarda 681,094 qram narkotik vasitə olan həşiş qatranı və külli miqdarda 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs2la birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış, 19 iyun 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə ümumi çəkisi külli miqdarda 74,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,337 qram, 1,033 qram, 2,032 qram, 1,458 qram, 1,431 qram və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,297 qram olmaqla, ümumi çəkisi 7,588 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:50-də yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış və götürülmə zamanı evin yataq otağında olan şkafın üstündəki “Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisindən 01 ədəd elektron tərəzi, təmiz çəkisi külli miqdarda 356,292 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkisi, 364,0 qram, 214,0 qram, 80,0 qram olmaqla, ümumi çəkisi külli miqdarda 658,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, saat 06:45-də əməliyyat axtarış tədbirlərinin davamı olaraq ünvan 6 ünvanın qarşısında avtomaşınlar park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi külli miqdarda 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 08:00-da Zahir Hüseynovun kirayə yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasına axtarış və götürmə aparılan zaman oradan 01 ədəd elektron tərəzi, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 1,013 qram, 1,048 qram, 0,898 qram, 0,901 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4,761 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 10,282 qram, 3,438 qram olmaqla ümumi təmiz çəkisi 13,720 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, mağazada olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 5,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, digər otaqdan isə 4 ədəd kisədə ayrıayrılıqda çəkisi 5 kq 550 qram, 5 kq 150 qram, 5 kq 200 qram, 5 kq 100 qram külli miqdarda ümumi təmiz çəkisi 21 kq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib birləşərək, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 367,403 qram narkotik vasitə olan heroini, külli miqdarda 370,012 qram narkotik vasitə olan tiryəki, külli miqdarda 681,094 qram narkotik vasitə olan həşiş qatranı və külli miqdarda 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış, 19 iyun 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə ümumi çəkisi külli miqdarda 74,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,337 qram, 1,033 qram, 2,032 qram, 1,458 qram, 1,431 qram və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,297 qram olmaqla, ümumi çəkisi 7,588 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:50-də yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış və götürülmə zamanı evin yataq otağında olan şkafın üstündəki “Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisindən 01 ədəd elektron tərəzi, təmiz çəkisi külli miqdarda 356,292 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkisi, 364,0 qram, 214,0 qram, 80,0 qram olmaqla, ümumi çəkisi külli miqdarda 658,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, saat 06:45-də əməliyyat axtarış tədbirlərinin davamı olaraq ünvan 6 ünvanın qarşısında avtomaşınlar park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi külli miqdarda 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 08:00-da Zahir Hüseynovun kirayə yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasına axtarış və götürmə aparılan zaman oradan 01 ədəd elektron tərəzi, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 1,013 qram, 1,048 qram, 0,898 qram, 0,901 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4,761 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 10,282 qram, 3,438 qram olmaqla ümumi təmiz çəkisi 13,720 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, mağazada olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 5,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, digər otaqdan isə 4 ədəd kisədə ayrıayrılıqda çəkisi 5 kq 550 qram, 5 kq 150 qram, 5 kq 200 qram, 5 kq 100 qram külli miqdarda ümumi təmiz çəkisi 21 kq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 da tutulmamışdan 4 ay əvvəl tanımış, o taksi fəaliyyəti ilə məşğul olan zaman təsadüfən Zahir onun avtomaşınına müştəri qismində əyləşmiş və beləliklə onların arasında münasibət yaranmışdır. Tanışlıqları belə başlasa da, münasibətləri yaxın olmuş və mütəmadi olaraq görüşməyə başlamışlar. Görüşlərin birində Zahir ona çantasını evində saxlamasını xahiş etmiş, çantanın içərisində nə olduğunu bilməmiş, lakin Zahirə məxsus çantanı saxlamağa razı olmuşdur. Zahir adətən taksi kimi hər yerə onunla getmiş, 19.06.2020-ci il tarixdə saat 03 radələrində “Əhmədli” metro stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları polis şöbəsinə aparmışlar. O, polis əməkdaşları ilə Xətai RPİ-nin 34-cü PŞ-nə gəldikdə üzərinə baxış keçirilən zaman üzərində heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilə Zahir və onun vəkillərinin, iki nəfər hal şahidinin və polis əməkdaşların iştirakı ilə baxış keçirilmişdir. Yeni Günəşli”də “Atilla hamamının qarşısında göstərilən narkotik vasitələrdən, o cümlədən onun yaşadığı ünvan 8 ünvanına keçirilən baxış zamanı aşkar edilmiş narkotik vasitələr olan çantadan xəbərsiz olmuşdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün ibtidai istintaq zamanı təqsirini boynuna almışdır. Qeyd olunan həmin ifadəsini o, oxumadan imzalanmışdır. Onun təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 9 ünvanda yerləşən obyekti icarəyə götürmüş və orada ikinci əl paltarlar satışı ilə məşğul olmuşdur. O, 16 yaşından mütəmadi olaraq narkotik vasitə olan “Marixuana”dan istifadə etmişdir. İnternet vasitəsilə təsadüfən İran İslam Respublikasında yaşayan adını dəqiq bilmədiyi, həmişə “xalaoğlu” deyə müraciət etdiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Daha sonra o, həmin İranlı ilə istifadəsində olan ***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində İran islam Respublikasının vətəndaşının istifadəsində olan xatırlamadığı nömrə ilə bir neçə dəfə video görüntüylə internet vasitəsilə danışmışdır. Tanış olduqdan sonra o, bir neçə dəfə həmin şəxsdən onlayn qaydada narkotik vasitə almış, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələri müxtəlif yerlərdən gedib götürmüş, narkotik vasitələrin kim tərəfindən həmin yerə qoyulması barədə heç vaxt məlumatı olmamışdır. Yalnız o, pulu göndərdikdən sonra İranlı həmin yerin foto şəklini çəkərək “WhatsApp” vasitəsilə ona göndərmiş, o da öz növbəsində həmin yerdən narkotik vasitələri götürmüşdür. Bir neçə müddət əvvəl Səbuhini taksi sürücüsü kimi tanımış, bir çox yerlərə Səbuhi ilə birlikdə getmişdir. Səbuhi ilə birlikdə 19.06.2020-ci il tarixdə saat 03 radələrində “Əhmədli” metro stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək onları 34-cü Polis şöbəsinə dəvət etmişlər. Baxış zamanı onun üzərindən yalnız təxminən 0,25 qram öz istifadəsi üçün marixuana olmuş, bundan başqa üzərində hər hansı qanunsuz əşya olmamış, həmçinin həmin vaxtı üzərində pul, “Unibank” hesab kartı və açarlar olmuşdur. Üzərindən çıxarılmış digər narkotik vasitələr ona məxsus olmamış, həmçinin onun mağazasından videoçəkilişlə aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamışdır. Güman etmişdir ki, həmin narkotik vasitələr oraya cibindən çıxmış açarla açılaraq qoyulmuşdur. İbtidai istintaqda ona zor tətbiq edildiyindən düzgün ifadə verə bilməmiş və məcbur qalaraq ona deyilənləri ifadəsində göstərmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xətai rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Xətai RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Yusif və Vüsal birlikdə məlumat əsasında saat 03:30 radələrində ünvan 10 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Səbuhi və Zahirin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını və özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü 17 may 1987-ci ildə Biləsuvar rayonu Bəydilli kəndində anadan olmuş, Biləsuvar rayonu, M.F.Axundov küçəsi ev 41-də qeydiyyatda olan və ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 kimi, digəri isə xx xxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 8-ci küçə, dalan 2 ev 64-də qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onlar Səbuhi və Zahirə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Səbuhi və Zahir buna etiraz etmədikdən sonra onları PŞ-nə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Ramil Əhmədova təhvil vermişlər. Ramil Əhmədov ilk olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Zahirə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Zahir də əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbada olan bükümü, sağ yan cibindən 5 ədəd kibrit qutusunu və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Zahirdən həmin 02 ədəd büküm və 05 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda Zahir həmin 01 ədəd şəffaf rəngli sellofan torbada olan bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, 05 ədəd kibrit qutusunda və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin maddələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən obyektdə də narkotik vasitə saxladığını bildirmişdir. Sonra Zahirin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Zahirin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Zahirin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Zahir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra, təhqiqatçı Ramil Əhmədov Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Səbuhinin üzərinə şəxsi axtarış keçirilsə də Səbuhinin üzərindən heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zaman Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanında narkotik vasitə saxladığı, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən “Atilla” hamamın yanındakı “Parkinq” yol nişanının altında adını bilmədiyi İran İslam Respublikası vətəndaşı tərəfindən onlayn yolla almış olduğu narkotik vasitə qoyulacağını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Səbuhin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirak ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən obyektin açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanına axtarış keçirilməsi üçün Səbuhidən ərizə alınmışdır. Buna görə də, o, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs2 və müdafiəçi Sevdiyar Bayramov birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Səbuhi yaşadığı mənzilin yataq otağında olan paltar dolabının üzərində olan qırmızı rəngli üzərində “Star Sports” sözləri yazılmış bir ədəd idman çantasını götürüb həmin çantanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Sonra Səbuhi həmin idman çantasının içərisindən 1 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəki, 03 ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik həşiş qətranını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Səbuhinin mənzilindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 narkotik vasitə qoyulduğunu bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən “Atilla” hamamın yanında olan “Parkinq” yol nişanının yanına getmişlər. Orada Təqsirləndirilən şəxs2 əlilə “Parkinq” yol nişanının yanında qoyulmuş 01 ədəd şəffaf sellofanda olan qəhvəyi rəngli maddəni göstərib həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini İran vətəndaşı ilə “Watsapp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra oraya qoyulduğunu, heroini götürdükdən sonra İranlının ona deyəcəyi hesaba onlayn yolu il pulu göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə heroin qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasında axtarış keçirilməsi üçün Zahirdən ərizə alınmışdır. Sonra o, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Zahirin müdafiəçi Səxavət Şahbazov birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasında getmişlər. Orada Təqsirləndirilən şəxs1 obyektdə saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Zahir obyektdə olan rəfdəki karton qutunun içərisində olan 01 ədəd elektron tərəzini, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli bükümü, 22 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli bükümü, 3 ədəd qara rəngli bükümləri çıxarıb təqdim edərək, 5 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, 22 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddələrin narkotik vasitə olan həşiş qatranı, 3 ədəd qara rəngli maddələrin narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 obyektdə olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan həşiş qatranı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 obyektdə olan digər otağa daxil olub oradan içərisində yaşıl rəngli bitki mənşəli kütlə olan 04 kisəni təqdim edərək həmin kisələrdə olan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin maddələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Zahirin yaşadığı obyektdən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Zahir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Xətai RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Mehdi və Vüsal birlikdə məlumat əsasında saat 03:30 radələrində ünvan 10 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Səbuhi və Zahirin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını və özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü 17 may 1987-ci ildə Biləsuvar rayonu Bəydilli kəndində anadan olmuş, Biləsuvar rayonu, M.F.Axundov küçəsi ev 41-də qeydiyyatda olan və ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 kimi, digəri isə xx xxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 8-ci küçə, dalan 2 ev 64-də qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Onlar Səbuhi və Zahirə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Səbuhi və Zahir buna etiraz etmədikdən sonra onları PŞ-nə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Ramil Əhmədova təhvil vermişlər. Ramil Əhmədov ilk olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Zahirə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Zahir də əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbada olan bükümü, sağ yan cibindən 5 ədəd kibrit qutusunu və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Zahirdən həmin 02 ədəd büküm və 05 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda Zahir həmin 01 ədəd şəffaf rəngli sellofan torbada olan bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, 05 ədəd kibrit qutusunda və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin maddələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən obyektdə də narkotik vasitə saxladığını bildirmişdir. Sonra Zahirin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Zahirin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Zahirin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Zahir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra, təhqiqatçı Ramil Əhmədov Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Səbuhinin üzərinə şəxsi axtarış keçirilsə də Səbuhinin üzərindən heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zaman Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanında narkotik vasitə saxladığı, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən “Atilla” hamamın yanındakı “Parkinq” yol nişanının altında adını bilmədiyi İran İslam Respublikası vətəndaşı tərəfindən onlayn yolla almış olduğu narkotik vasitə qoyulacağını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Səbuhin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirak ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən obyektin açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanına axtarış keçirilməsi üçün Səbuhidən ərizə alınmışdır. Buna görə də, o, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs2 və müdafiəçi Sevdiyar Bayramov birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Səbuhi yaşadığı mənzilin yataq otağında olan paltar dolabının üzərində olan qırmızı rəngli üzərində “Star Sports” sözləri yazılmış bir ədəd idman çantasını götürüb həmin çantanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Sonra Səbuhi həmin idman çantasının içərisindən 1 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəki, 03 ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik həşiş qətranını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Səbuhinin mənzilindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 narkotik vasitə qoyulduğunu bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsində yerləşən “Atilla” hamamın yanında olan “Parkinq” yol nişanının yanına getmişlər. Orada Təqsirləndirilən şəxs2 əlilə “Parkinq” yol nişanının yanında qoyulmuş 01 ədəd şəffaf sellofanda olan qəhvəyi rəngli maddəni göstərib həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini İran vətəndaşı ilə “Watsapp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra oraya qoyulduğunu, heroini götürdükdən sonra İranlının ona deyəcəyi hesaba onlayn yolu il pulu göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə heroin qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səbuhi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasında axtarış keçirilməsi üçün Zahirdən ərizə alınmışdır. Sonra o, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Zahirin müdafiəçi Səxavət Şahbazovla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasında getmişlər. Orada Təqsirləndirilən şəxs1 obyektdə saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Zahir obyektdə olan rəfdəki karton qutunun içərisində olan 01 ədəd elektron tərəzini, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli bükümü, 22 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli bükümü, 3 ədəd qara rəngli bükümləri çıxarıb təqdim edərək, 5 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, 22 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddələrin narkotik vasitə olan həşiş qatranı, 3 ədəd qara rəngli maddələrin narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 obyektdə olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan həşiş qətranı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 obyektdə olan digər otağa daxil olub oradan içərisində yaşıl rəngli bitki mənşəli kütlə olan 04 kisəni təqdim edərək həmin kisələrdə olan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin maddələri satış məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Zahirin yaşadığı obyektdən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Zahir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 da şahidlər Şahid1 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə verərək, onların ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 20.06.2020-ci il tarixli, 6/1138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ekspert tərəfindən 1-5 sayla işarələnmiş: - 1 saylı paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10.282 qram; 3.438 qram, ümumi təmiz çəkisi 13.720 qram tünd qəhvəyi rəngli qatrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.901 qram; 1.013 qram; 1.048 qram; 0.898 qram; 0.901 qram; Ümumi təmiz Çəkisi 4.761 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 2 saylı paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 356.292 qram tünd qəhvəyi rəngli qatrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; - 3 saylı paketdəki 01 ədəd p/etilen torbada təmiz çəkisi 288.205 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 5 saylı paketdəki 01 ədəd p/etilen torbada təmiz çəkisi 74.437qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1; 3 və 5 saylı paketlərdəki heroin maddələri kimyəvi tərkiblərinə görə öz aralarında, habelə 1 və 2 saylı paketlərdəki tiryək maddələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin və Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vərəqə 103-106) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-biloji ekspertizanın 20.06.2020-ci il tarixli, 7/348 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1№-li kağız paketdə sellofan torbada 23 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram 5,007 qram, ümumi çəkisi 23,614 qram maddələr (bitki mənşəli kütlələr), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qatranlarıdır. - Tədqiqata təqdim olunmuş 2№-li kağız paketdə sellofan torbada 3 ədəd nazik sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 364,0 qram; 214,0 qram; 80,0 qram, ümumi çəkisi 658,0 qram maddələr (bitki mənşəli kütlələr), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qatranlarıdır. 1№-li və 2№-li kağız paketlərdə olan həşiş qatranlarının ümumi çəkisi 681,614 qramdır. Həşiş qatranları tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim olunmuş 4№-li kağız paketdə 5 ədəd kibrit qutusunda və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,337 qram; 1,033 qram; 2,032 qram; 1,458 qram; 1,431 qram; 0,297 qram, ümumi çəkisi 7,588 qram , bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 4 ədəd ağ rəngli sintetik torbaları açdıqda içərilərində ayrı-ayrılıqda təmiz çəkiləri 5 kq 550 qr; 5 kq 150 qr; 5 kq 200 qr; 5 kq 100 qr, ümumi çəkisi 21 kq (iyirmi bir) kiloqram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 4№-li kağız paketdə və 4 ədəd sintetik torbalarda olan marixuanaların ümumi çəkisi 21007,588 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vərəqə 108-111) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmə-psixiatrik ekspertizanın 19.08.2020-ci il tarixli, 1583 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 1-2) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmə-psixiatrik ekspertizanın 19.08.2020-ci il tarixli, 1584 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, 3-4) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizanın 19.08.2020-ci il tarixli, 2258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 5-6) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizanın 19.08.2020-ci il tarixli, 2259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 7-8) İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 09.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 11.05.2020-ci il tarixdə saat 22:53:23-də ***-***-**-** saylı mobil nömrədən “YARİM kola 01.5 PATPRES EMELE GELER” sözləri yazılmış mesajın göndərilməsi, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında 04.06.2020-ci il tarixdə saat 21:46:51-də 63 saniyə, saat 21:56:19-da 26 saniyə, saat 22:42:33-də 35 saniyə, 05.06.2020-ci il tarixdə saat 00:14:25-də 64 saniyə, 02:32:49-da 133 saniyə, saat 02:53:27-də 35 saniyə, saat 04:28:18-də 16 saniyə, saat 10:37:54-də 133 saniyə, saat 12:29:30-da 49 saniyə, saat 13:45:06-da 215 saniyə, saat 14:03:41-də 127 saniyə, saat 14:46:00-da 182 saniyə, saat 15:09:55-də 36 saniyə, saat 15:15:46-da 98 saniyə, saat 15:22:42-də 19 saniyə, saat 15:33:43-də 32 saniyə, saat 15:35:31-də 39 saniyə, saat 15:38:07-də 98 saniyə, saat 16:02:33-də 14 saniyə, saat 16:03:05-də 33 saniyə, 06.06.2020-ci il tarixdə saat 10:37:57-də 259 saniyə, saat 11:07:05-də 41 saniyə, saat 14:00:50-də 164 saniyə, saat 21:01:23-də 97 saniyə, 07.06.2020-ci il tarixdə saat 00:14:15də 109 saniyə, saat 10:43:30-da 50 saniyə, 13:21:49-da 109 saniyə, saat 14:23:48-də 231 saniyə, saat 17:52:56-da 31 saniyə, 17:54:53-də 20 saniyə, saat 20:55:29-da 112 saniyə telefon danışıqlarının olması aşkar olması, eyni zamanda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin X1 (AA0779101) adına, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil Təqsirləndirilən şəxs1 (AZE 0*******) adına qeydiyyatda alınması aşkar olunmuşdur. (cild 01, iş vərəqə 239-241) “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 14.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında 04.06.2020-ci il tarixdə saat 21:46:51-də 63 saniyə, saat 21:56:19-da 26 saniyə, saat 22:42:33-də 35 saniyə, 05.06.2020-ci il tarixdə saat 00:14:25-də 64 saniyə, 02:32:49-da 133 saniyə, saat 02:53:27-də 35 saniyə, saat 04:28:18-də 16 saniyə, saat 10:37:54-də 133 saniyə, saat 12:29:30-da 49 saniyə, saat 13:45:06-da 215 saniyə, saat 14:03:41-də 127 saniyə, saat 14:46:00-da 182 saniyə, saat 15:09:55-də 36 saniyə, saat 15:15:46-da 98 saniyə, saat 15:22:42-də 19 saniyə, saat 15:33:43-də 32 saniyə, saat 15:35:31-də 39 saniyə, saat 15:38:07-də 98 saniyə, saat 16:02:33-də 14 saniyə, saat 16:03:05-də 33 saniyə, 06.06.2020-ci il tarixdə saat 10:37:57-də 259 saniyə, saat 11:07:05-də 41 saniyə, saat 14:00:50-də 164 saniyə, saat 21:01:23-də 97 saniyə, 07.06.2020-ci il tarixdə saat 00:14:15də 109 saniyə, saat 10:43:30-da 50 saniyə, 13:21:49-da 109 saniyə, saat 14:23:48-də 231 saniyə, saat 17:52:56-da 31 saniyə, 17:54:53-də 20 saniyə, saat 20:55:29-da 112 saniyə telefon danışıqlarının olması aşkar olunmuşdur. (cild 01, iş vərəqə 243-244) İş materiallarında olan Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı tərəfindən narkotik vasitə qoyulacağın bildirdiyi ünvan 6 ünvanın qarşısında yerləşən avtomaşınlar park edilməsi üçün nəzərdə tutulmuş yol nişanın alt hissəsinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 20 iyun 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanın qarşısında yerləşən avtomobillərin park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbada ümumi təmiz çəkisi 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 01, iş vərəqə 99) İş materiallarında olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 13 ünvanına axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 20 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə axtarış keçirilən zaman oradan “Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisində təmiz çəkisi 356,292 qram narkotik vasitə tiryəkin, ümumi çəkisi 658,0 qram narkotik vasitə həşiş qətranının aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 01, iş vərəqə 101) İş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 ədəd bükümdə ümumi çəkisi 74,437 qram narkotik vasitə heroinin, 5 ədəd kibrit qutusunda və 01 ədəd bükümdə ümumilikdə 7,588 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 01, iş vərəqə 168) İş materiallarında olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 1 ünvanında yerləşən obyektə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı obyektə axtarış keçirilən zaman oradan 05 ədəd bükümdə ümumi təmiz çəkisi 4,761 qram narkotik vasitə heroinin, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 13,720 qram narkotik vasitə tiryəkin, soyuducudan 1 ədəd bükümdə təmiz çəkisi 5,007 qram narkotik vasitə olan həşiş qatranının və 04 ədəd kisədə 21 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 01, iş vərəqə 169) Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların məhkəmədə verdikləri bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişlər. Onların məhkəmədə verdikləri bu ifadələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, videoçəkilişin materialları, baxış protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 4 ay bundan qabaq tanımışdır. O, taksi fəaliyyəti ilə məşğul olan zaman təsadüfən Zahir onun avtomaşınına müştəri qismində əyləşmiş və beləliklə onların arasında münasibət yaranmışdır. Tanışlıqları belə başlasa da, yaxın olduq və mütəmadi görüşməyə başlamışlar. Görüşlərin birində Zahir ona narkotik satışı ilə məşğul olmaq işini təklif etmişdir. Birinci o, qorxduğu üçün bu işdən imtina etmişdir. Lakin, sonradan maddi çətinlik çəkdiyi üçün pula ehtiyacı yaranmış və o, Zahirin bu təklifi ilə razılaşdır. Razılaşmalarına əsasən o, gündəlik kirayə maşınlar götürərək Zahir ilə birlikdə narkotik vasitələrin satışı zamanı avtomaşını idarə etmişdir. Zahir də həm avtomobilin gündəlik kirayə haqqını, benzin pulunu, əlavə olaraq da ona xidmət haqqı vermişdir. Daha sonra isə razılaşmalarına əsasən o, Zahirə məxsus içərisində narkotik vasitələr olan çantasını saxlamağa razı olmuşdur. Çantanın onun evində saxlanması üçün hər gün 200 manat pul əldə edəcəkmiş. Sonradan isə onların razılaşmaları dəyişmişdir. Zahirin tapşırığı əsasında o, Zahir üçün İranlı tərəfindən qoyulan narkotik vasitələri götürüb Zahirə çatdırmalı olmuşdur. “Xalaoğlu” kimi çağırdıqları İran İslam Respublikasının vətəndaşı olan şəxs ya onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə öz istifadəsində olan xatırlamadığı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələrin yerləşdiyi yerlərin şəklini atmışdır. O da öz növbəsində həmin narkotik vasitəni götürərək gətirib Zahirə vermişdir. Ya da ki, həmin İran İslam respublikasının vətəndaşı olan şəxs Zahirin istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp”-na göndərmişdir. Hər dəfə bu əməliyyatı etdikdə Zahir ona 100 manat artıq pul vermişdir. Sonuncu dəfə Zahir ona əlində bir az narkotik vasitə olduğunu və birlikdə gedərək həmin narkotik vasitəni “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranında müştəriyə satmağı təklif etmişdir. 19.06.2020-ci il tarixdə saat 03 radələrində həmin yerə getmişlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları polis şöbəsinə aparmışlar. O, polis əməkdaşları ilə Xətai RPİ-nin 34-cü PŞ-nə gəldikdə üzərinə baxış keçirilən zaman üzərində heç bir qanuni dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları ilə söhbət zamanı o, etiraf edərək yaşadığı yerdə satış məqsədilə Zahir tərəfindən ona verilən narkotik vasitələr olması barədə polisə məlumat vermişdir. Daha sonra idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilə Zahir və onun vəkillərinin, iki nəfər hal şahidinin və polis əməkdaşların iştirakı ilə baxış keçirilmişdir. Avtomobildə Zahirin yaşadığı yerə məxsus olan açar aşkar edilərək götürülmüşdür. Daha sonra onun ünvan 8 ünvanına onun icazəsi ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirən ərizəsi əsasında video çəkiliş vasitəsi ilə vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında şkafın üstündə saxladığı idman çantasından 1 ədəd “Tiryək” və 3 ədəd “”Həşiş qatranı” götürülmüşdür. Daha sonra polis əməkdaşlarına etiraf edərək 19 iyun 2020-ci il tarixdə saat 06 radələrində İranlı tərəfindən Zahirin satması və onun oradan götürərək Zahirə satması üçün götürəcəyi “Yeni Günəşli”də “Atilla hamamının qarşısında “parkovka” nişanının düz altında olan “Heroin” qoyulacağın bildirmişdir. Bundan sonra vəkili və polis əməkdaşlarının iştirakı ilə Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində yerləşən “Atilla Hamam”ın qarşısında yerləşən avtomaşınların park edilməsi üçün nəzərdə tutulan nişanın altından həmin narkotik vasitə heroin götürülmüşdür. Yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəni “Xalaoğlu” kimi adlandırdıqları İran islam Respublikasının vətəndaşı göndərmiş və həmin narkotik vasitəni evində saxlamışdır. O, həmin narkotik vasitələri evində Zahirin təklifinə əsasında saxlamışdır və həmin narkotik vasitələrdən özü də şəxsən satmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanda yerləşən obyekti icarəyə götürmüş və orada ikinci əl paltarlar satışı ilə məşğul olmuşdur. Təxminən 3 aydır olmuşdur ki, həmin fəaliyyətlə məşğul deyildir. Təxminən bir il yarım olmuşdur ki, həmin yeri icarəyə götürmüş, həm də orada yaşamışdır. 16 yaşından mütəmadi olaraq narkotik vasitə olan “Marixuana”dan istifadə etmişdir. 2 ay olar ki, internet vasitəsilə təsadüfən İran İslam Respublikasında yaşayan adını dəqiq bilmədiyi, həmişə “xalaoğlu” deyə müraciət etdiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Daha sonra o, həmin İranlı ilə istifadəsində olan ***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində İran islam Respublikasının vətəndaşının istifadəsində olan xatırlamadığı nömrə ilə bir neçə dəfə videogörüntü ilə internet vasitəsilə danışmışdır. Tanış olduqdan sonra İranlı ona onun göndərdiyi narkotik vasitələri Bakı şəhərində satışı ilə məşğul olmasını təklif etmişdir. Həmin şəxs ona əvvəlcədən göndərəcəyi narkotik vasitənin dəyərini demişdir. O, həmin məbləği İranlı kimi tanıdığı şəxsə göndərdikdən sonra, həmin şəxsə ona bankomat kartlarının fotoşəkilini çəkərək məbləği həmin hesaba yükləməyi tələb etmişdir. O, həmin şəxsin dediyi qaydada 6-7 dəfə pul göndərmişdir. Həmin şəxs isə pulun müqabilində ona şəhərdə müxtəlif yerlərdə narkotik vasitə qoyduğunu demişdir. O, həmin şəxsə ona hissəhissə olmaqla ümumilikdə 10 min manat məbləğdə pul göndərmişdir. Həmin şəxs isə həmin pulun müqabilində hər dəfə fərqli yerlərdə narkotik vasitə qoydurmuşdur. Narkotik vasitələrin kim tərəfindən həmin yerə qoyulması barədə heç vaxt məlumatı olmamışdır. Yalnız o, pulu göndərdikdən sonra İranlı həmin yerin foto şəklini çəkərək “WhatsApp” vasitəsilə ona göndərmişdir. O da öz növbəsində həmin yerdən narkotik vasitələri götürmüşdür. İranlı ona əsasən narkotik vasitə olan “Heroin”, “Tiryək”, “Mastinka”, yəni “Həşiş qatranı” və s. narkotik vasitələr göndərmişdir. Həmin İranlı şəxsin vasitəsilə qonşu ərazidə yaşayan Səbuhi adlı şəxslə tanış olmuşdur. Səbuhi sürücü kimi ona kömək etmişdir. Səbuhinin özünə məxsus olan avtomobili olmasa da, “Rent a car” dan müxtəlif avtomobillər götürərək ona kömək etmişdir. Bəzən o, narkotik vasitələri bağlamaları Səbuhiyə verərək evində saxlamasını bildirmişdir. Bunun müqabilində o, Səbuhiyə narkotik vasitəni evində saxladığı hər günə görə 200 manat pul vermişdir. Bəzən də, Səbuhiyə verdiyi tapşırıq əsasında Səbuhi öz nömrəsi ilə İranlı ilə danışmış və İranlı dediyi yerə gedərək Səbuhi narkotik vasitələri götürüb gətirmişdir. Səbuhi və o, həmin narkotik vasitələri tanıdıqları və ya tanımadıqları şəxslərə müəyyən pul müqabilində satmışdır. Sonuncu dəfə 17.06.2020-ci il tarixdə o, İranlıya 2500 AZN pul göndərmişdir. İranlı həmin pulun müqabilində ona 500 qram “Heroin”, çəkisini bilmədiyi “Tiryək” və çəkisini bilmədiyi “Mastinka” göndərmişdir. O, həmin narkotik vasitələri ünvanını dəqiq xatırlamadığı “Yeni Günəşli” massivindən götürmüşdür. O, həmin narkotik vasitələrin bir hissəsini Səbuhiyə saxlaması üçün vermişdir. Geri qalan hissəsini isə yaşadığı yerdə, yəni ünvan 14 ünvanda saxlamışdır. Səbuhi ilə birlikdə 19.06.2020-ci il tarixdə saat 03 radələrində tanımadığı müştəriyə 75 qram “Heroin”, 5 kibrit qutusu isə “Marixuana” satmaq üçün “Əhmədli” metro stansiyasının yaxınlığında olan “McDonalds” restoranına getmişdir. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək onları 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitə olan heroini , həmin şalvarın sağ yan cibində olan 5 kibrit qutusu narkotik vasitə olan marixuananı və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra Polis əməkdaşları ilə söhbət zamanı o, etiraf edərək yaşadığı yerdə olan narkotik vasitələr barədə məlumat vermişdir. Daha sonra Səbuhinin idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilə Səbuhi və onun vəkillərinin, 2 hal şahidinin və polis əməkdaşların iştirakı ilə baxış keçirilmişdir. Avtomobildə onun yaşadığı yerə məxsus olan açar aşkar edilərək götürülmüşdür. Yaşadığı yerə onun icazəsi və baxış keçirilməsinə etiraz etmədiyini bildirən ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı vəkili və iştirakçıların iştirakı ilə oradan rəfdə saxladığı qutunun içərisində olan 5 büküm “Heroin”, 22 büküm “Mastinka” və 3 ədəd “Tiryək”, soyuducudan 1 ədəd “Mastinka”, digər otaqda isə satış üçün saxladığı 4 kisə marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra yenə polis şöbəsinə gətirilmişdir. Həmin narkotik vasitəni “Xalaoğlu” kimi adlandırdıqları İran İslam Respublikasının vətəndaşı göndərmiş və həmin narkotik vasitəni evində saxlamışdır. O, həmin narkotik vasitələri çəkisi çox olduğu üçün üzərimdə gəzdirə bilməmiş, buna görə də həmin narkotik vasitələri kirayə yaşadığı obyektdə saxlamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 18.08.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 234). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 08.10.2020ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 20.12.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 05 fevral 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan AZ-İİ298245, AZ-İİ825789 və AZ-İV521785 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 26.05.2009-cu il, 24.01.2012-ci il və 03.10.2020-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizanın 19.08.2020-ci il tarixli, 2258 və 2259 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmadığından onlara narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, lakin, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş qalıq qalmış çəkisi 369,862 qram olan narkotik vasitə tiryək, qalıq qalmış çəkisi 367,313 qram olan narkotik vasitə heroin, qalıq qalmış çəkisi 681,094 qram olan narkotik vasitə həşiş qətranı, qalıq qalmış çəkisi 21007,068 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 175 manat 46 qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 87 manat 23 qəpik və Təqsirləndirilən şəxs2 87 manat 23 qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan və Bakı şəhər Xətai rayon Məhkəməsinin 20.06.2020-ci il tarixli, 4(011)- 404/2020 və 4(011)-405/2020 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19.06.2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 22, 43, 160-167) Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəzaçəkmə müddətlərinin başlanğıcı 19.06.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 19.06.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 19.06.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 369,862 qram olan narkotik vasitə tiryək, 367,313 qram olan narkotik vasitə heroin, 681,094 qram olan narkotik vasitə həşiş qatranı, 21007,068 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 175 manat 46 qəpik pul Təqsirləndirilən şəxs1 87 manat 23 qəpik, Təqsirləndirilən şəxs2 87 manat 23 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin haimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar