Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-404/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 2 qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən həmin şəxslə və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 4210 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2020 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 11,089 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daşımaqla gizlətmiş, cinayətkar plana uyğun olaraq “Rza” adlı şəxsin “watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda külli miqdarda 4210 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2020 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 11,089 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib psixotrop maddə metamfetaminin külli miqdarda 3,447 qram hissəsini 01 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla daşımış, narkotik vasitə heroinin təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram olmaqla külli miqdarda, ümumilikdə 3075 qram hissəsini 03 ədəd bükümdə və narkotik vasitə tiryəkin külli miqdarda 1010 qram hissəsini 01 ədəd bükümdə ayıraraq idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobilin baqajında saxlamaqla qanunsuz olaraq daşımış, narkotik vasitə heroinin təmiz çəkiləri 1015 qram və 120 qram olmaqla külli miqdarda, ümumilikdə 1135 qram hissəsini 02 ədəd bükümdə, narkotik vasitə tiryəkin külli miqdarda 1010 qram hissəsini 01 ədəd bükümdə və psixotrop maddə metamfetaminin külli miqdarda 7,642 qram hissəsini 01 ədəd bükümdə ayıraraq əvvəlcədən narkotik vasitələri və psixotrop maddələri saxlamaq məqsədi ilə kirayə götürdüyü ünvan 1 ünvanına daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşlarının xx xxxx 2020-ci il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 22 saylı ünvanın qarşısında idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobildən düşərkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə xx xxxx 2020-ci il tarixdə saat 00:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd şəffaf sellefon bükümündə külli miqdarda 3,447 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq idarə etdiyi “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobilə həmin tarixdə saat 00:45-dən etibarən keçirilən baxış zamanı yük yerindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd şəffaf sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1030 qram, 1025 qram olmaqla külli miqdarda, ümumilikdə 3075 qram təmiz çəkidə narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 1010 qram təmiz çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq əvvəlcədən narkotik vasitələri və psixotrop maddələri saxlamaq məqsədi ilə kirayə götürdüyü ünvan 1 ünvanına həmin tarixdə saat 02:00-dan etibarən özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı qonaq otağındakı dolabın aşağı hissəsindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd şəffaf sellefon bükümdə ayrı-ayrılıqda çəkiləri 1015 qram və 120 qram olmaqla külli miqdarda, ümumilikdə 1135 qram təmiz çəkidə narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 1010 qram təmiz çəkidə narkotik vasitə olan tiryək, 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 7,642 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, üzərlərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, tutulana qədər özəl briqadada işləmişdir. O, İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə internet vasitəsilə tanış olmuşdur. Rzanın ona narkotik vasitələr göndərəcəyi, o isə həmin narkotik vasitələri Rza dediyi ünvana aparmaq və hər hansı şəxslərin gəlib həmin narkotik vasitələri götürməkləri barədə razılaşmışlar. Bir dəfə Rza ona 1 kg çəkidə narkotik vasitə olan heroin göndərmişdir. Rza ona göndərdiyi narkotik vasitəni saxlamasını və o istədiyi vaxtda dediyi yerə atmasını demişdir. O da Rzanın göndərdiyi narkotik vasitəni götürüb evinə gətirmişdir. Rzanın göndərdiyi narkotik vasitəni evində təxminən 10-15 gün arası saxlamışdır. Daha sonra Rza göndərdiyi narkotik vasitənin üzərindən 3-4 qram götürüb Əhmədli adlanan ərazidə yolun kənarına atıb, atdığı yerin şəklini çəkib ona göndərməsini istəmişdir. O da Rzanın dediyi miqdarda və dediyi yerə narkotik vasitəni atdıqdan sonra şəklini çəkib Rzaya göndərmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat 6 radələrində polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onun avtomobilində axtarış keçirərkən, avtomobildən 3 qram narkotik vasitə olan heroin aşkar etmişlər. Polis əməkdaşları narkotik vasitə olan heroinin 2 qramının külli miqdar sayıldığını bildirmiş ona görə də polis əməkdaşları ona aşkar edilən narkotik vasitə heroinin 2 qram və ya 2 kg olmasının fərq etmədiyini demişlər. Polis əməkdaşları ona onlarla əməkdaşlıq etməsini təklif etmişlər, o da onlara aldanaraq razılaşmışdır. Daha sonra polis əməkdaşları onun evində axtarış apararkən, evindən 2 kg çəkidə narkotik vasitə olan heroin aşkar etmişlər. Polis əməkdaşları ondan İran İslam Respublikası vətəndaşı Rza adlı şəxslə əlaqə saxlamasını, onunla narkotik vasitələr göndərməsi barədə razılaşmasını, Rzanın narkotik vasitələr göndərməsini və yerini onlara deməsini tələb etmişlər. Polis əməkdaşları ona Rzanın göndərdiyi narkotik vasitələri dövriyyədən çıxaracaqlarını bildirmişdilər. Beləliklə o, Rza adlı şəxslə əlaqə saxlamış və Rza narkotik vasitəni göndərdiyi yeri ona bildirmişdir. O, polis əməkdaşları ilə Rzanın ona bildirdiyi Bakı-Ələt yolunun kənarına getmişlər. O heç avtomobildən aşağı düşməmiş. Polis əməkdaşları avtomobildən aşağı enərək, Rzanın göndərdiyi narkotik vasitələri götürmüşlər. Onun narkotik vasitələrin Azərbaycan Respublikasına qanunsuz keçirilməsinə dair hər hansı hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. 2020-ci ilin may ayında dəqiq xatırlamadığı tarixdə özünə məxsus “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Rza adlı şəxs ilə tanışlıqları yaranmışdır. Bir neçə gün danışdıqdan sonra Rza ona Azərbaycan Respublikası vətəndaşları olan bir çox dostlarının olmasını və onlarla birlikdə iş görüb qazanc əldə etdiyini bildirmişdir. O, Rzadan nə iş görməsi barədə maraqlanmışdır. Rza yaşadığı İran İslam Respublikasından Azərbaycan Respublikasına tanışlarının vasitəsi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə keçirdiyini, həmin keçirilən narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının vətəndaşı olan və onunla birlikdə iş görən şəxslər tərəfindən qoyulan yerdən götürüldüyünü, sonradan isə malı götürən şəxslər tərəfindən Rzanın dediyi yerlərə qoyulduğunu və bunun müqabilində həmin birlikdə iş gördüyü ölkə vətəndaşlarına pul verdiyini bildirmişdir. Rza ona birlikdə iş görmələrini və hər dəfə 300-500 manat məbləğində pul verəcəyini demişdir. Ona narkotik vasitə və psixotrop maddə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra məlumat verəcəyini, malın Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoyulacağını, dediyi təqdirdə bildirdiyi yerdən malı götürüb özündə saxlamağını və malı etibarlı yerdə saxladıqdan sonra yenidən onun dediyi miqdarda bildirdiyi ünvanlara qoymalı olduğunu demişdir. Rza hər dəfə bu işi görəcəyi halda narkotik vasitənin satışından əldə etdiyi gəlirin müəyyən hissəsini ona verəcəyini bildirmişdir. O da həmin vaxt ona bu işin qanunsuz və riskli olduğunu bildirib təklifini rədd etmişdir. Rzanın təklifini rədd etsə də, aralarında münasibət qalmış və bir-birləri ilə əlaqəni kəsməmişlər. 2020-ci ilin iyul ayında Rza ilə yenidən danışan zaman təkrarən ona eyni təklifi edib bu işdə heç bir riskin olmadığını və kimləsə ünsiyyətdə olmadan qazanc əldə edəcəyini demişdir. Həmin vaxtlar maddi sıxıntıları olduğundan onun təklifini qəbul etmişdir. Rza ona göndərəcəyi narkotik vasitə və psixotrop maddənin etibarlı yerdə saxlanmasının vacib olmasını bildirmiş, yaşadığı ünvandan əlavə ayrıca bir mənzil kirayə tutmağını və göndərəcəyi malları həmin mənzildə saxlamağını söyləmişdir. O da Rza ilə danışdıqdan sonra münasib qiymətə kirayəyə mənzil axtarmışdır. ünvan 1 ünvanını aylıq ödənişi 300 manata olmaqla kirayəyə tutmuşdur. Bundan sonra Rzaya kirayəyə ev tutmağı barədə məlumat vermişdir. Belə ki, Rza ona ölkə ərazisinə mal keçən zaman xəbər edəcəyini demişdir. Təxminən tutulmamışdan 10 gün əvvəl Rza onunla “watsapp” ani mesajlaşma mübadilə sistemi ilə əlaqə saxlayıb malın artıq ölkə ərazisində olmasını demişdir. Rza ona Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin yanına getməyini və orda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gedib əlaqə saxlamağını söyləmişdir. O da idarə etdiyi “Opel Astra” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobil ilə onun söylədiyi yerə gedib əlaqə saxlamışdır. Rza ona narkotik vasitənin yolun kənarında saxlanılan yük avtomobilin altına atıldığını bildirmişdir. O, yolun kənarında dayanan yük avtomobilinə yaxınlaşmış və orada bağlamanın olmasını görmüşdür. Bağlamanı gördükdən sonra ətrafa baxıb kiminsə görmədiyinə əmin olub cəld şəkildə götürmüşdür. Bundan sonra həmin bağlamanı avtomobilə qoyub kirayəyə tutduğu ünvan 1 ünvanına gəlmişdir. Mənzilin içərisində bağlamanı açan zaman orada 02 ədəd bükümdə qəhvəyi bərk olan qara rəngli maddənin, 01 ədəd bükümdə digər maddənin, 01 ədəd bükümdə ağ rəngli maddənin, 01 ədəd elektron tərəzinin olmasını görmüşdür. Rza ilə əlaqə saxlayan zaman o bildirmişdir ki, 02 ədəd bükümdə qəhvəyi rəngli maddə narkotik vasitə heroin, 01 ədəd bükümdə bərk halda qara rəngli maddə narkotik vasitə tiryək, 01 bükümdə ağ rəngli maddə psixotrop maddə olan metamfetamindir. Rza elektron tərəzini də özünün dediyi miqdarlarda ölçmək üçün lazım olacağını söyləmişdir. Rza ona narkotik vasitəni hissələrə bölmək üçün adi mətbəx qaşığından istifadə etməyini demişdir. Bundan sonra o, mətbəxdən bir ədəd qaşığı da götürüb həmin narkotik vasitələr və psixotrop maddələr olan bağlamanın içərisinə qoymuşdur. Rzanın göndərdiyi metamfetaminin dəqiq xatırlamadığı miqdarda olan hissəsini ağ rəngli şəffaf sellefona ayıraraq cibinə qoymuşdur. Bağlamanı isə mənzilin qonaq otağında olan taxta dolabın içərisinə qoymaqla saxlamışdır. Rza ona tanışının yenidən ölkə ərazisinə mal keçirəcəyini və onu da dediyi halda götürməli olduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Rza onunla yenidən əlaqə saxlayıb malın Bakı şəhərində olmasını demişdir. O da Rzanın dediyi yerə gedib bağlamanı oradan götürmüşdür. Bağlamanın içərisində 03 ədəd bükümdə 3 kiloqramdan artıq heroin, 01 ədəd bükümdə 1 kiloqramdan artıq tiryək olmuşdur. O, həmin bağlamanı da avtomobilə qoyub kirayə tutduğu ünvan 4 ünvanına aparmaq üçün hərəkət etmişdir. Mənzilə çatan zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 22 saylı ünvanın qarşısında mağazaya girmək üçün avtomobili saxlayıb düşəndə mülki geyimli şəxslər ona yaxınlaşaraq saxlatmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirirək xidməti vəsiqələrini təqdim edib Baş X1 əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Əməkdaşlarından biri avtomobilin sükan arxasında əyləşmiş, özü isə digər iki polis əməkdaşı ilə arxada əyləşmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O da əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd bükümün içərisində olan metamfetamini təqdim etmişdir. Həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı, qara rəngli özünə məxsus mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd idarə etdiyi avtomobilin açarı və 01 ədəd “Bank of Baku” a məxsus plastik kart aşkar edilmişdir. 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartı götürülmüş, avtomobilin açarı isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı ona sual verilən zaman avtomobilində və kirayə tutduğu mənzildə əlavə olaraq narkotik vasitə və psixotrop maddənin olmasını bildirmiş, avtomobilə və mənzilə baxış keçirilməsinə dair hər hansı etirazının olmaması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Sorğu zamanı qeyd olunan narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini, Rzanın isə həmin narkotik vasitələri satdıqdan sonra ona 3000 manat məbləğində pul verəcəyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün o da protokola imza etmişdir. Bundan sonra üzərində şəxsi axtarışda iştak edən şəxslərin iştirakı ilə idarə etdiyi “Opel Astra” **-EM-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin yük hissəsindən özü, 01 ədəd paketin içərisində olan 03 ədəd bükümdə heroini və 01 ədəd bükümdə olan tiryəki təqdim etmişdir. Avtomobilin yük hissəsinə və salonuna baxış zamanı əlavə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitələrə baxış keçirilmiş və zərfə qoyularaq üzəri möhürlənmiş, iştirakçılar eləcə də onun tərəfindən imzalanmışdır. Daha sonra avtomobilə baxış keçirilməsi və götürülmə aparılması barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə kirayə tutduğu ünvan 6 ünvanına getmişlər. Orada qonaq otağındakı dolabın içərisindən 01 ədəd paketin içərisində olan 02 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd bükümdə narkotik vasitə olan tiryəki, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini, 01 ədəd elektorn tərəzi və 01 ədəd qaşığı təqdim etmişdir. Mənzilə baxış zamanı əlavə qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə, psixotrop maddəyə baxış keçirilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Daha sonra mənzilə baxış keçirilməsi və götürülmə aparılması barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün o da protokola imza etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin doğru olmadığını, polis əməkdaşlarının onu aldadaraq həmin ifadəni imzalatdırdıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnikleytenantı rütbəsini daşıyır. xx xxxx 2020-ci il tarixdə Baş İdarəyə ünvan 7 ünvanında qeydiyyatda olan, ünvan 9-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və əməliyyat müvəkkili polis kapitanı, Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs yaşadığı və daha çox göründüyü Bakı şəhəri, Xətai rayonu istiqamətinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan istiqamətində gedən zaman Xətai rayonu, M.Hadi küçəsi 22 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəfindən idarə edilən “Opel Astra” markalı **-EM-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşan zaman bir nəfər 40-45 yaşlarında şəxs avtomobildən düşmüşdür. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onun özünü təqdim etməsini söyləmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib özünə məxsus avtomobilə əyləşdirib qrup üzvlərindən biri idarə etməklə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 00:05 dəqiqədən inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmet vardırsa, təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilən zaman şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobil açarı və özünəməxsus bank kartı aşkar edilmişdir. 01 ədəd bükümün içərisində olan psixotrop maddə elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Həmin psixotrop maddə qablaşdırıldırılaraq götürülmüş, qablaşdırmanın üzəri tərəflərindən imzalanmaqla möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini, Rza adlı şəxs ilə “Facebook” sosial şəbəkəsində 2 ay öncə tanış olmasını bildirmişdir. O, Rza adlı şəxsin Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdiyi narkotik vasitə və psixotrop maddələri onun dediyi yerdən gedib götürməsini, sonradan onun dediyi növdə və miqdarlarda ayrıraraq bildirəcəyi yerlərə qoyduğunu və bu yolla qazanc əldə etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddədən əlavə Rzanın göndərdiyi narkotik vasitə və psixotrop maddələri idarə etdiyi “Opel Astra” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobildə, həmçinin kirayə tutduğu ünvan 9 ünvanında da saxladığını bildirmişdir. O, idarə etdiyi avtomobilə və mənzilə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə başa çatmışdır. Qeyd olunanlar protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə qarşı etirazının olmaması ilə əlaqədar ərizə yazmışdır. Keçirilmiş tədbirin davamı olaraq xx xxxx 2020-ci il tarixdə saat 00:45-dən etibarən şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin iştirakı ilə Baş İdarənin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi **-EM-*** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin avtomobilin hansı hissəsində olması soruşulmuşdur. O, narkotik vasitə və psixotrop maddənin avtomobilin baqajında olmasını söyləyərək avtomobilin baqaj hissəsini açıb sellefon paketi təqdim etmişdir. Həmin sellefon paket təhqiqatçı tərəfindən açılmış və içərisində 04 ədəd bükümün olması aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılıb baxılan zaman 03 ədəd bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd bükümdə isə tiryəkin olması müəyyən edilmişdir. Qeyd olunan bükümlər ayrıayrılıqda elektron tərəzidə ölçülmüşdür. Sonradan isə qablaşdırılaraq üzəri tərəflərindən imzalanmaqla möhürlənmişdir. Daha sonra avtomobilin salonuna baxış keçirilmiş və sürətlər qutusunun yanından Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şahədətnaməsi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilən narkotik vasitələri də İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin dediyi yerdən götürməsini və onun dediyi miqdarlara bölüb Bakı şəhərinin müxtəlif ünvanlarına qoyub şəklini çəkərək “watsapp” proqramı vasitəsi ilə ona göndərməsini və bu yolla qazanc əldə edəcəyini bildirmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs əlavə olaraq kirayə götürdüyü ünvan 1 ünvanında da İran İslam Respublikası vətəndaşı Rzanın göndərdiyi narkotik vasitə və psixotrop maddənin olmasını bildirmişdir. Avtomobilə baxış və götürmə başa çatdıqdan sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə qarşı etirazının olmaması ilə əlaqədar ərizə yazmışdır. Keçirilmiş tədbirin davamı olaraq xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə kirayə yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs özünün icazəsi ilə qeyd olunan mənzilə daxil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilən əşya və predmeti təqdim etmək təklif olunmuş, bundan sonra qonaq otağındakı dolabın aşağı hissəsindən ağ rəngli sellefon paketi çıxarıb təqdim etmişdir. Həmin paketin içərisinə baxış zamanı 02 ədəd bükümdə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə narkotik vasitə tiryək, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq aşkar edilmişdir. Həmin bükümlərə təhqiqatçı tərəfindən ayrı-ayrılıqda baxış keçirilmiş və elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs elektron tərəzidən İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin göstərişi ilə deyilən narkotik vasitələri və psixotrop maddələri çəkilərə uyğun ölçmək üçün, gümüşü qaşıqdan isə narkotik vasitələri hissələrə bölmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilənlər təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və üzəri tərəflərindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı əlavə qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Baxış və götürmə başa çatdıqdan sonra polis idarəsinə gəlmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-in Baş X1 əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli 4(005)-868/2020 qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş X1 Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 22 ünvanın qarşısında idarə etdiyi “Opel Astra” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobildən düşərkən saxlanılaraq Baş X1 inzibati binasına gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan şəffaf sellefon bükümü, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatını, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd avtomobil açarını, 01 ədəd özünə məxsus “Bank of Baku” nun plastik bank kartını təqdim etmişdir. Təqdim olunan sellefonun içərisindəki maddəyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, həmin maddə ağ rəngli, kristal şəkillidir. Həmin maddə, mobil telefon, şəxsiyyət vəsiqəsi və “Bank of Baku” nun plastik bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, avtomobilin açarı isə özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli Daxili İşlər Nazirliyi Baş X1 Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerindən 03 ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələri və 01 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər maddəni təqdim etmişdir. 03 ədəd bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə isə narkotik vasitə tiryəkə bənzər olan maddələr aşkar edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq avtomobilin içərisindən Təqsirləndirilən şəxsa məxsus sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şahədətnaməsi götürülmüşdür. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli Daxili İşlər Nazirliyi Baş X1 Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə götürdüyü ünvan 9 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı dolabın içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli maddələri, 01 ədəd bükümdə qara rəngli maddəni, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddəni, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşığı təqdim etmişdir. Baxış zamanı 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə, kirayə götürdüyü mənzilə baxış və götürmə aparılması “Samsung” markalı mobil telefon aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 03 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” disklərdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 03 ədəd DVD disk xx xxxxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il 6/1384 nömrəli rəyində qeyd edilmişdir ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə...” sözləri qeyd edilmiş bir ədəd zərfdə və “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri qeyd edilmiş bağlamada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,447 qram, 7,642 qram ümumilikdə təmiz çəkisi 11,089 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri qeyd edilmiş və “ Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən” sözləri qeyd edilmiş bağlamalarda beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 120 qram, 1015 qram, 1020 qram, 1030 qram, 1025 qram ümumilikdə təmiz çəkisi 4210 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri qeyd edilmiş və “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” sözləri qeyd edilmiş bağlamalarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1010 qram ümumilikdə təmiz çəkisi 2020qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmır. Cinayət işinin materiallarından məlum olur ki, xx xxxx 2020-ci il tarixli qərar ilə DİNin Baş X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 4210 qram çəkidə narkotik vasitə olan heroin, 2020 qram çəkidə narkotik vasitə olan tiryək, 11,089 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 4209,85 qram heroin, 2019,94 qram tiryək, 11,029 qram metamfetamin, 01 ədəd qaşıq və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlaəvə edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərinə keçirilən şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Mobil telefon aparatına baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefonun fotoşəkillərinin içərisindəki “watsapp images” bölümündə Təqsirləndirilən şəxs tərəfindən götürülməsi üçün Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməklə gizlədilmiş narkotik vasitə və psixotrop maddənin olduğu yerin şəkli vardır. Həmin fotoşəklin altında “ Ələtdən Bakı istiqamətinə gələn yol, Lökbatan kruquna tərəf saxda hərbi hissədə keç qabaqa solda azpetroldu biraz qabağa gedəndə sağda bu butkanın arxasında” sözləri yazılmışdır. Həmin fotoşəklin Təqsirləndirilən şəxs göndərilmə məqsədi narkotik vasitə və psixotrop maddənin olduğu yeri müəyyən etmək olmuşdur. Bundan başqa mobil telefon aparatı tərəfindən çəkilmiş fotoşəkillər bölmündə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi Bakı şəhərindəki müxtəlif ünvanların şəkilləri vardır. Həmin şəkillərdəki yerlər yol kənarlarında yerləşən ağacların ətrafıdır. Fotoşəkillərdən birində isə şəffaf sellefona bükülmüş tünd rəngli narkotik vasitənin “Coca-Kola” içkisinin dəmir qabının içərisində yerləşdirilməsi müşahidə olunur. Mobil telefonun yaddaşına “Rlza” adı ilə qeyd olunan +98 939 *** **** saylı nömrənin istifadəçisindən “Balam canı, atamın görü haqqı səninlə əl ələ verəcəm” audio səs göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə “Rlza” adlı şəxs göndərərək “74 torpaq olacaq, 30 dənə də patı bu bir nəfərindir Yasamala gedəcək”, “50 Patı, 50 kola bu da bir nəfərindir, harda qoyursan qoy, problem yoxdur” “50 də bir patı olacaq o da bir nəfərindir”. Həmin mesajlara cavab olaraq Təqsirləndirilən şəxs “Yaxşı mənim qardaşım, yaxşı Yasamal mütləqdir aparmaq indi?!, onu mənə dəqiq de bilim işimi, gör neçə saatdı yollardayamda mən. “Rlza” adlı şəxsdən “sənə hara rahatdır?!, maşın bazarı rahatdırsa deyim ordan götürsünlər.” audio səs göndərilmişdir. “Hamısın apar maşın bazarı tərəfə qoy, mən deyirəm indi gəlsinlər, ama bir az tez ol. Təqsirləndirilən şəxs cavab olaraq “yaxşı qardaş, malı yerləşdirim sənə bildirəcəm” səsini göndərir. Sonradan isə yerləşdirdiyi narkotik vasitənin yeri barədə “Rlza” adlı şəxsə audio səs formasında məlumat verir. Rlza adlı şəxs ona aydın şəkildə səs göndərməyini və həmin səsi narkotik vasitəni sifariş verən şəxsə narkotik vasitənin olduğu yeri tapmaq üçün göndərəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs “Rza” adlı şəxsə “axşamınız xeyir olsun, deməli maşın bazarı tərəfdən üzü şəhərə gələndə sağ tərəfdə böyük “Ştutqart” var, Babək prospektində bir dənədir, onu keçirsən, qabaqda svitefor var, dədəmin servizə çatmamış. Svitefordan sağa dönürsən, kəndin içinə 200-250 metr irəli gəlirsən. Yolun sağ tərəfində şəkilin çəkib göndərirəm məzmundu audio səs göndərmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefonda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən yazışmalar, fotoşəkillər və audiosəslər olduğu üçün “Samsung GalaxyA6” markalı mobil telefon aparatının maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2828 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 15103 saylı məktubdan görünür ki, əldə edilmiş məlumatlar 01 ədəd CD disk formasında istintaqa təqdim edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən İran İslam Respublikasının mobil operatoruna məxsus **********96 saylı nömrəyə “ne oldu qardawlm? sen ozun verdiyin sozu deyirem bawlva dolanaram gonderirsen pulu ozume?”, “arvad goturduyu vaxdan bir saat kecib eee qardawlm bes ne oldu? bele clxlr ki dolamlslz da bene, “qardawlm gonder de wekili qaLmlwam yolun ortaslnda axl” “ay brat bawa duwursen men bawqa weherdeyem bele elemiyinde bu ne hereketdi axl adam dolamlslz burda yanaram eee hec yeri tanlmlram burda bir” məzmununda mesajlar göndərilmişdir. Qeyd olunan CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən xxxx MMC-dən daxil olan CD disk xx xxxxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq özünə məxsus şəxsiyyət vəsiqəsi, “Bank of Baku” a aid plastik kart, idarə etdiyi avtomobilə baxış zamanı sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. “Bank of Baku” aid plastik kart, sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi bacısı X6 qaytarılmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, amma o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 4210 qram çəkidə narkotik vasitə olan heroin, 2020 qram çəkidə narkotik vasitə olan tiryək, 11,089 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd qaşıq və 01 ədəd elektron tərəzi ekspertiza tədqiqatından sonrakı qalıq 4209,85 qram heroin, 2019,94 qram tiryək, 11,029 qram metamfetamin, 01 ədəd qaşıq və 01 ədəd elektron tərəzinin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə baxış və götürmə, kirayə götürdüyü mənzilə baxış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 03 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, xxxx” MMC-dən daxil olan diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Samsung GalaxyA6” markalı mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 4210 qram çəkidə narkotik vasitə olan heroin, 2020 qram çəkidə narkotik vasitə olan tiryək, 11,089 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd qaşıq və 01 ədəd elektron tərəzi ekspertiza tədqiqatından sonrakı qalıq 4209,85 qram heroin, 2019,94 qram tiryək, 11,029 qram metamfetamin, 01 ədəd qaşıq və 01 ədəd elektron tərəzinin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə baxış və götürmə, kirayə götürdüyü mənzilə baxış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 03 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, xxxx” MMC-dən daxil olan diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Samsung GalaxyA6” markalı mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-404/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-404/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver