Məhkəmə qərarları › İş №1(101)-405/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-405/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) – 405/2021 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN HÖKM xx xxxxxx 2021-ci il Bakı şəhəri BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs uzun illər dostluq etdiyi tanışı Zərərçəkmiş şəxs Nadir oğlunun son zamanlar onun və ailə üzvülərinin barəsində nalayiq ifadələr işlətməsini bildikdən sonra ona bununla bağlı əvvəllər iradını bildirsə də, Zərərçəkmiş şəxs bundan nəticə çıxarmamış, sonuncunun hadisədən öncə yenidən onun və ailə üzvlərinin barəsində nalayiq ifadələr işlətməsini bildikdən sonra Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Nadir oğlunun yaşadığı Sumqayıt şəhəri, yataqxana 14, otaq 77 ünvanına gedib özü və ailə üzvləri barədə nalayiq ifadələr işlətməsi ilə bağlı Zərərçəkmiş şəxs yenidən iradını bildirdikdən sonra, sonuncu həqiqətən də, onun və ailə üzvülərinin ünvanına nalayiq ifadələr işlətməsini təsdiq etdiyindən aralarında yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə üzərində götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vurmaqla ona ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan 7 ədəd sağlamlığa yüngül zərərvurmaya aid, ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 3 ədəd, ümumilikdə 10 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş bıçaq xəsarəti yetirərək qəsdən öldürərək həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən günədək ünvan 1 yaşamış. Zərərçəkmiş şəxs Nadir oğlunu 10 ildən artıqdır tanıyır, dost münasibəti olmuşdur. Kamalı tanıdığı vaxtdan sonuncunun valideynləri rəhmətə getmiş, ailə üzvlərindən yalnız qardaşı Kamranı, sonuncunun dayısı ilə xalasını tanıyır. Kamalla ilk əvəllər yaxından dostluq etmiş, gününün çox vaxtını bir yerdə keçirmiş, sonuncu narkotik vasitə aludəçisi olduğundan birlikdə çox vaxt nəşə (marixuana), şüşə (metanfitamin) adlı narkotik vasitə qəbul etmişdir. Son il yarımda Kamal narkotik vasitənin aludəçisi olduğundan hərəkətlərində, xasiyyətində dəyişikliklər olmuşdur. O, Kamalı bu yoldan geri qaytarmağa çalışırmış, narkotik vasitələrdən yaxa qurtarması üçün müalicə olunmasını təklif etmiş, lakin Kamal onu yola verib baş qoşmamışdır. Sonuncu dəfə 2018-ci ilin sonlarında Kamal Bakı şəhərində bir qızla tanış olmuş və həmin qız 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən evdə yaşamışdır. Həmin ərəfədə Kamalla danışıb qaldığı evə getmiş, görüşməkdə məqsədi sonuncunu narkotik vasitələrdən uzaq tutmaq olmuşdur. Kamala müalicə olunmasını, bu yolda köməklik edəcəyini desə də, Kamal ona “mənim müalicəm xaladelnikdədi” deyib onu başından etmişdir. Həmin gündən Kamalla münasibətini kəsmiş, yalnız təsadüfən rastlaşanda hal-əhval tutmuşdur. Hazırda baş vermiş hadisədən təxminən 4-5 ay əvvəl ortaq tanışı Ramin ona Kamalın onun barəsində yaxşı danışmadığını, arxasınca var-yox söyüşü söydüyünü demişdir. Raminin dediklərini eşitdikdən sonra bərk əsəbiləşmişdir. Raminin də Kamalla problemi olmuşdur. Belə ki, Ramin ustalığı bacardığından Kamalın yaşadığı mənzili öz hesabına təmir etmək istəsə də həmin ərəfədə Kamal başqalarının yanında Raminin bacısı haqqında nalayiq ifadələr işlətdiyini bilmişdir. Kamal əvvəllər bunu onun yanında da demişdir. Ramin Kamaldan qorxduğundan onun yanına gələrək bir növ qorunmaq istəmişdir. Həmin vaxt o, Raminə arxa, dayaq olmuşdur. Ona görə Ramin Kamalın onun arxasınca söyüş söydüyünü deyəndə Raminə inanmışdır. Kamala yaxşılıqdan, dostluqdan başqa hər hansı bir pis hərkəti olmadığından Kamalın bu hərəkətinə çox pis əsəbləşmiş, Kamalla zəngləşib Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində kafedə görüşüb oturmuşdur. Kamaldan onun arxasınca söyüş söydüyünü soruşanda dediklərini danaraq ona arxasınca söyüş söymədiyini, ümumiyyətlə arxasınca danışmadığını bildirmişdir. Kamala bunu ona Raminin dediyini bildirəndə sonuncunu söyərək yalan danışdığını demişdir. Həmin vaxt Raminlə Kamalın münasibəti yaxşı olmadığı üçün bu söhbəti dəqiqləşdirmək üçün onları üzləşdirməmişdir. Buna baxmayaraq o, Raminə Kamalın dediklərini bildirəndə Ramin də öz növbəsində Kamalın yalan danışdığını, onun barəsində arxasınca söyüş söydüyünü demişdir. Həmin vaxt bu söhbətə çox əsəbləşsə də, kimin doğru kimin yanlış dediyini bilmədiyi üçün heç bir kəskin hərəkət etməmişdir. Buna baxmayaraq son aylar ərzində söhbət düşəndə Ramin ona 3-4 dəfə dönə-dönə Kamalın onun arxasınca nalayiq ifadələrlə danışdığını, var-yoxunu söydüyünü demişdir. Hadisədən 2 həftə öncə 9-cu mikrorayon ərazisində Raminlə birlikdə idarə etdiyi “NİSSAN” markalı avtomobildə olarkən Kamalın təzəlikcə yenə də onun arxasınca var-yox söyüşü söyüb danışdığını demişdir. O bu söhbətə çox əsəbləşsə də, konkret olaraq kimin düz olduğunu bilmədiyi üçün heç bir hərəkət etməmişdir. Sonuncu dəfə hadisədən 3 gün öncə iyulun 14-də saat 12 radələrində Kamal 055 *** ** ** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemində 055 *** ** ** mobil nömrəsinə yazıb onunla görüşmək istədiyini deyib yaşadığı məhəlləyə gəlmiş və son zamanlarda olan söhbətlərə görə özünü cilovlaya bilməyib nəsə edəcəyindən qorxduğu üçün Kamalı müxtəlif bəhanələrlə başından etmişdir. Buna baxmayaraq, son 2 gündə bu barədə çox fikir etmiş və Kamalın var-yoxunu söyməyi, arxasınca peyser deməsi ona çox pis təsir etmişdir. Buna görə də, 2020-ci il iyulun 17-də saat 12 radələrində anasının 055 *** ** ** mobil nömrəsi ilə Raminin 055 *** ** ** mobil nömrəsinə zəng edib onu 17-ci mikrorayon ərazisində yerləşən “Ucuz Market”in qarşısından götürməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra Ramin idarə etdiyi “NİSSAN” markalı avtomobillə marketin qabağına gələrək onu oradan götürmüşdür. Avtomobilə əyləşdikdən sonra Ramindən Kamalın yaşadığı 42-ci məhəllə, yataqxana 14 ünvanına sürməsini xahiş etmiş, həmin vaxt əsəbi olduğundan Ramin ondan nə baş verdiyini soruşmuş, Raminə Kamalla bu qədər dostluqdan sonra onun kimlərinsə yanında arxasınca söyüş söydüyünü həzm edə bilmədiyindən bu məsələyə aydınlıq gətirmək istədiyini bildirmişdir. Ramin ona əsəbləşməməyini, Kamalla görüşməyin mənasız olmasını desə də, o fikrində qəti olmuşdur. Niyyəti Kamalla görüşüb onun arxasınca söyüb-söymədiyini dəqiqləşdirmək, arxasınca söydüyünü boynuna alacağı halda isə onu öldürmək olmuşdur. Bu niyyəti barədə Raminə bir söz belə deməyib yenidən Kamalın yaşadığı ünvana sürməsini xahiş etmişdir. Ramin həmin istiqamətdə irəliləməyə başlamış və həmin vaxt niyyətini gerçəkləşdirmək üçün üzərində bıçaq olmadığından 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz Market”in yanından keçərkən Raminə yalandan siqaret alacağını deyib marketin qarşısında saxlamağını xahiş edib maşında gözləməsini bildirmişdir. Ramin avtomobilini marketin qarşısında saxlamış, o “Ucuz Market”ə daxil olub oradan qulp hissəsi qara rəngli olan mətbəx bıçağı alıb əynində olan sport şalvarın sağ cibinə qoymuşdur ki, Ramin bıçağı görüb şübhələnməsin. Marketi tərk etdiyi zaman Raminin də maşına yenicə əyləşmək istədiyini görmüş və yaxınlaşandan sonra bilmişdir ki, Ramin də həmin vaxt marketə girib özünə su almışdır. Marketdən çıxdıqdan sonra avtomobilə əyləşib Raminə yenidən Kamalın yaşadığı ünvana sürməyini demişdir. Həmin vaxt Ramin əsəbi olduğunu hiss etdiyi üçün maşını ora sürmək istəməyib ona təkidlə problem, dava-dalaş olmasın deyə Kamalla bu barədə söhbət etməməyi məsləhət görsə də, o yenə də Ramindən avtomobilini ora sürməsini istəmişdir. Onlar ünvana çatdıqdan sonra Ramindən maşında gözləməsini, Kamalın yanına qalxıb söhbət edib düşəcəyini demişdir. Həmin vaxt Ramin ona “mən də gəlirəm” deyəndə, Raminə maşında oturmağını tapşırmışdır. Bundan sonra 14 nömrəli yataqxananın mərkəz girişindən binaya daxil olaraq 4-cü mərtəbəyə-Kamalın qaldığı mənzilə qalxmışdır. Mənzilin qarşısına çatdıqdan sonra qapını döymüş və içəridən Kamal demişdir ki, gəl, qapı açıq olduğu üçün o da mənzilə daxil olmuşdur. Kamal yarıçılpaq vəziyyətdə uzanılı və üzərində yalnız yaşıl rəngli şortik olmuşdur. Kamal ayağa qalxmış, o məsələni uzatmamaq üçün birbaşa söhbətə başlayaraq Kamala “bu nə söhbətdi?! Mənim arxamca var-yox söyüşü söyürsən, amma boynuva almayıb üzümə deməkdən qorxursan” deyəndə ona cavab olaraq “hə söymüşəm, yaxşı eliyib söymüşəm” deyəndə sol əli ilə yumruqla Kamalın burnundan vurub dərhal əynində olan sport şalvarın sağ cibindən əvvəlcədən üzərində olan, “Ucuz Market”dən aldığı bıçağı çıxardıb ilk olaraq onun sol döş qəfəs nahiyyəsinə möhkəmcəsinə vurmuşdur. Həmin vaxt Kamal ona müqavimət göstərməyə çalışsa da, tez səs-küy olmamış öldürüb mənzili tərk etmək üçün bir neçə zərbə endirmiş, sonda xırıldadığını, gözünün bağlandığını görüb öldürdüyünə əmin olub yerdəki dəsmalların biri ilə əlindəki bıçağın üzərindəki qanı silib dəsmalı yerə ataraq mənzildən əsəbi şəkildə ayrılmışdır. O binanı tərk etmək istəyərkən 3-cü mərtəbənin pilləkənlərinda Ramini görmüşdür. Həmin vaxt əlləri, üzəri qan içində olmuş, Ramin ona “sən nə etdin?!” deyəndə artıq Kamalı öldürdüyünü bildiyini düşünmüşdür. Ramin ona Kamala yardım üçün geri qayıtmaqlarını, təcili yardım çağırmaqlarını desə də, ona artıq Kamalın ödüyünü deyib qoluna girərək tələsik binadan çıxartmışdır. Həmin vaxt nə dəhlizdə, nədə ki, pilləkənlərdə adam olmamışdır. Binadan çıxaraq birbaşa avtomobil tərəfə gedib tez maşına əyləşmişlər. Kamalı öldürsə də, nə etdiyini hələ tam dərk etməmiş, Ramin isə bu vəziyyətə görə şokda olduğu üçün onunla danışmamışdır. Raminə dərhal oranı tərk etməklərini demiş, artıq gec olduğunu bilsə də çox peşman olmuşdur. Buna görə də Ramindən yaşadığı ünvana sürməsini, ailəsi ilə sağollaşıb təslim olmaq üçün polisə getməyi qərar almış, belə də etmişdir. Evə çatdığında atasından başqa hamı evdə olmuş, evdəkilərə Kamalı öldürdüyünü deyib sağollaşmağa gəldiyini bildirmişdir. Hamı ilə sağollaşıb övladlarını öpdükdən sonra evdən ayrılmış, aşağı düşəndə atasının “Ucuz Market” tərəfdən gəldiyini görüb olanlar barədə ona da deyib polis bölməsinə könüllü təslim olmağa getdiyini deyərək sağollaşmışdır. Ramin onu həyətlərində gözlədiyi üçün maşına minərək təslim olmaq üçün Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə sürməsini demişdir. Bölməyə çatdıqdan sonra qapıda dayanan polis nəfərinə baş vermiş hadisəni danışıb təslim olmağa gəldiyini bildirərək Kamalı öldürərkən istifadə etdiyi bıçağı təqdim etmişdir. Kamala ilk bıçaq zərbəsini endirərkən hər ikisi ayaq üstə üzbəüz vəziyyətdə olmuş, lakin sağ döş qəfəsi nahiyyəsinə ilk zərbəni vurduqdan sonra Kamal ona müqavimət göstərməyə çalışsa da, zərbələri endirə bilmişdir. Həmin vaxt Kamal ona başqa söz deməmiş və yetirdiyi bütün xəsarətlər təxminən 20-30 saniyə ərzində baş vermişdir. Hadisə zamanı xəsarət yetirərkən əlində olan bıçaq onun sağ cecələ barmağını kəsmiş, hadisədən sonra bıçağın uc hissəsinin qırıldığının şahidi olmuşdur. Hadisə zamanı nə spirtli içki, nə də narkotik vasitələrin təsiri altında olmamışdır. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda olmamış, buna baxmayaraq sinir-əsəb xəstəliyi vardır. Hadisəni törədərkən əynində qara rəngli qısaqol futbolka, qara rəngli sport idman şalvarı və ağ rəngli mayka olmuş, Kamal isə yarıçılpaq və əynində yalnız yaşıl rəngli şortik olmuşdur. Hadisə vaxtı həyəcanlı və qəzəbli olsa da, etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Hazırda törətdiyi əməldən səmimi olaraq peşimandır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ifadəsində göstərdi ki, barəsində 2019-cu ilin sentyabr ayından Sumqayıt ŞPİ-də AR. CM-nin 234.1 və 228-ci maddələri ilə cinayət işi istintaq olunduğundan hadisə zamanı təqsirləndirilən şəxs qismində 3 saylı İsintaq təcridxanasında olduğundan qardaşı Zərərçəkmiş şəxslə dostu Təqsirləndirilən şəxs arasında əvvəllər nə baş verdiyini bilməmiş, lakin azadlığa çıxdıqdan sonra Kamalın Elnurun arxasınca bir neçə dəfə nalayiq formada söyüş söydüyünə görə Elnurun onu bıçaqlayaraq öldürdüyünü eşitmişdir. Baş verən hadisəyə baxmayaraq hazırda Elnurla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Nadir oğlu onun bacısı oğludur. Kamalın həm atası Nadir Əliyev, həm də anası Təranə Əliyeva 10 ildən çoxdur ki, vəfat etmişlər. Kamalın valideynləri vəfat etdikdən sonra onunla qardaşı Kamranı müvafiq icra hakimiyyəti orqanına müraciət edərək qəyyumluğuna götürmüşdür. Həmin vaxtdan Kamalla qardaşı himayəsındə olduğu üçün onların qayğısına özü qalmışdır. Kamranın ailə həyatı qurmasında həm maddi, həm mənəvi köməklik göstərmiş, ailəsi ilə kirayədə qaldığı müddətdə kirayə haqqını özü ödəmişdir. Kamal isə Sumqayıt şəhəri, 42ci məhəllə, yataqxana 14, mənzil 77-də tək yaşamış, tək yaşamasına baxmayaraq onun paltarlarının səliqəyə salınmasında, yeməyinin bişirilməsində ailəsi həmişə köməklik göstərmişdir. Kamran təxminən bir il əvvəl oğurluq əməlinə görə tutulmuşdur. Kamalı isə sonuncu dəfə hadisədən təxminən 20 gün öncə görmüşdür. Həmin vaxt əhvalı yerində olmuş və hər hansı problemi ilə bağlı ona bir söz deməmişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5Anın həyətində olarkən bacısı Aidə Səmədova ona zəng edərək təcili Kamalın yaşadığı ünvana getməyini bildirmişdir. O, Kamalın yaşadığı 42-ci məhəllə, yataqxana 14-ə yollanıb 4-cü mərtəbəyə Kamalın yaşadığı mənzil 77-nin qarşısına çatdıqda mənzilin qapısı açıq olduğunu, Kamalın yerdə qan içində olan meyidini görmüşdür. Həmin vaxt təcili tibbi yardımın əməkdaşları, həmçinin Kamalın dostu Mehman da orada olmuşdur. Mehmandan nə baş verdiyini soruşduğunda Kamalın dostu Elnurun Kamalı bıçaqlayaraq qətlə yetirdiyini bildirmişdir. Bundan sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs Kamalla uzun müddət dostluq etmiş və dost olduqları dövrdə onların hər hansı mübahisəsinin, ədavətinin şahidi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məhəllə uşağı kimi tanıyır, münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Kamalın dostu kimi tanımış, Elnurla da Kamal qədər yaxın münasibəti olmuşdur. 2019-cu ilin oktyabr-noyabr aylarında Kamal yetim uşaq olduğu üçün onun yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, otaq 77 ünvanını öz hesabına təmir etdiyi ərəfədə ətrafdan eşitmişdir ki, Kamal onun bacısı haqqında pis danışır. Həmin vaxt Elnurdan təkidlə Kamalın arxasınca nə danışdığını soruşsa da, Elnur ona bu barədə heç nə deməmiş, sadəcə qeyrət-namus məsələsi olduğunu demişdir. Kamalla Sumqaıt şəhəri, 42-ci məhəllə, yataqxana 14-ün qarşısında görüşmüş, lakin Kamal deyilənləri boynuna almamışdır. Həmin söhbətdən sonra Kamalın yaşadığı otağın təmirini yarımçıq qoymuş və kənardan bu hərəkətinə görə onu təhdid etdiyini eşitsə də onunla Kamal arasında mübahisə, dava-dalaş olmamışdır. Son zamanlar Kamalla Elnurun münasibəti pozulmuş, Kamal onunla bir yerdə olanda uzun illər Elnurla dostluq etməsinə baxmayaraq sonuncuya qarşı kinini var-yox söyüşü ilə ifadə etmişdir. Elnur Kamalla 10 ildən artıq çox möhkəm dostluq etmiş, son zamanlarda Kamalın narkotik vasitə aludəçisi olduğunu və Elnurun özünün ailəli olması onu avara həyatdan, həmçinin Kamaldan uzaqlaşdırmışdır. Kamal da Elnurun bu hərəkətini düzgün qəbul etmədiyi üçün bir neçə dəfə yanında Elnur barədə nalayiq formada danışmışdır. Kamalla münasibəti pozulduqdan sonra Elnurla bir neçə dəfə oturanda Elnura Kamalın ona qarşı yaxşı dost olmadığını və haqqında arxasınca dediklərini demişdir. Elnur Kamalın bu hərəkətini bildikdən sonra çox əsəbiləşmiş və Kamalla bu qədər möhkəm dostluqdan sonra bu hərəkətini, arxasınca var-yox söyüşü söyməsini qəbul edə bilməmişdir. Elnur bunu bildikdən sonra Kamalla görüşüb ondan arxasınca hansı səbəbdən söydüyünü aydınlaşdırmağa çalışsa da, Kamal həmişəki kimi Elnura arxasınca söymədiyini və eşitdiklərinin yalan olduğunu demişdir. Hadisədən 2 gün qabaq xx xxxx 2020-ci il tarixdə isə xatırlamadığı mobil nömrədən Elnur ona zəng edib borca 100 manat pul istəmiş, o, Elnurun çətin vəziyyətdə olduğunu görüb 4-cü mikrorayon ərazisində görüşmüşdür. Elnur onunla söhbət edərkən maddi vəziyyətinin yaxşı olmadığını, sıxıntılarının olduğunu demiş, ondan 100 manat istəsə də, Elnura 150 manat pul vermiş, bir qədər söhbət etdikdən sonra ayrılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Elnur yeznəsi Ceyhunun 055 210 91 24 mobil nömrəsi ilə ona zəng edərək Ceyhungildə olduğunu, istəyirsə gəlməsini demiş, o, Elnura evdə ailəsi ilə birlikdə olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Sonuncu dəfə 2020-ci il iyulun 17-də saat 12 radələrində Elnur 055 330 30 22 mobil nömrə ilə onun 055 744 77 12 mobil nömrəsinə zəng etmiş və 17-ci mikrorayon ərazisində yerləşən “UCUZ MARKET” qarşısından götürməyini istəmişdir. Elnuru götürmək üçün dediyi ünvan istiqamətində getmiş, yolda olarkən Ceyhun ona zəng edərək Elnurun onunla olub-olmamasını soruşduqda Elnurun yanında olmadığını, lakin görüşməyə getdiyini demişdir. Həmin vaxt Ceyhun ona Elnurun evdə həyat yoldaşı ilə dalaşıb çıxdığını demiş və ondan Elnurla görüşdükdən sonra Elnurla danışmağı üçün zəng etməsini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra o, idarə etdiyi “NİSSAN ALMERA” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə marketin qabağına çataraq Elnuru 17-ci mikrorayon ərazisində yerləşən “UCUZ MARKET” qarşısından götürmüşdür. Elnur avtomobilə əyləşdikdən sonra nə baş verdiyini, Ceyhunun ona dediklərini Elnura deyəndə bir söz deməyib, heç nə olmadığını bildirmiş və 42-ci məhəlləyə aparmağını xahiş etmişdir. Həmin vaxt Elnurun əsəbi olduğunu görüb yenidən nə baş verdiyini soruşmüş, Elnur dünən bütün gecə Kamalın onun arxasınca hansı səbəbdən söyüş söydüyünü düşündüyünü, bunu aydınlaşdırmaq üçün Kamalla söhbət edəcəyini demişdir. Elnurun əsəbi olduğunu gördüyü üçün Kamalla söhbət zamanı nəsə aralarında problem olar deyə Elnura buna ehtiyac olmadığını bildirmişdir. Buna baxmayaraq Elnur ona Kamalın yaşadığı ünvana sürməyini istəmişdir. Yolda olarkən 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz Market”in yanından keçəndə Elnur ondan maşını saxlamağını istəyib marketdən tez girib siqaret alıb çıxacağını dedikdə siqaretinin qurtardığını düşünüb Elnura siqaret təklif etmiş, lakin Elnur yenisini almaq üçün maşını saxlamasını istəmişdir. Maşını saxlamış, Elnur avtomobildən düşüb market tərəfə getmişdir. Həmin vaxt o da özünə enerji içkisi almaq üçün Elnurdan sonra marketə daxil olmuşdur. Marketdə Elnurla rastlaşmamış, enerji içkisi alıb maşına qayıtmışdır. Maşına əyləşməmişdən Elnurun da marketdən çıxdığını görmüş, həmin vaxt əlində nəsə olduğunu xatırlamır. Hadisədən sonra Elnurun cinayəti törədərkən istifadə etdiyi bıçağı məhz həmin marketdən aldığını bilsə də həmin vaxt Elnurun nə əlində, nə də üzərində bıçaq olduğunu bilməmiş, Elnur bu barədə ona bir söz deməmişdir. Elnurun oradan bıçaq aldığını bilsəydi bu hadisənin baş verməsinə əvvəlcədən mane olardı, Elnuru Kamalgilin məhəlləsinə aparmazdı. Onlar marketdən çıxdıqdan sonra Elnur yenə də maşını Kamalgilin yaşadığı ünvana sürməyini xahiş etmişdir. Kamalın yaşadığı binanın həyətinə çatdıqdan sonra Elnur maşından düşərək ona gözləməyini, 5-10 dəqiqə Kamalla söhbət edib gələcəyini demiş və 14 nömrəli yataqxanaya daxil olmuşdur. Həmin vaxt Elnurun əsəbi olduğunu, Kamalla söhbət zamanı aralarında mübahisə ola biləcəyini düşünüb təxminən 1 dəqiqə sonra Elnurun ardınca getmiş və Kamalın yaşadığı binanın 4-cü mərtəbəsinə qalxarkən Elnuru görməmişdir. Otağın qarşısına çatdığında otaqdan səs-küy gəlməmiş, qapını açdığında Elnurun əlində bıçaq olduğunu, Kamalın yerdə uzanıqlı üzərinin qan içində olduğunu görüb şoka düşmüş və nə edəcəyini bilmədiyindən bu səhnədən qorxduğu üçün hadisənin şahidi olmamaq üçün geri qayıtmışdır. Onun bu səhnəni görməyini, orada hadisənin şahidi olmağını Elnur bilməmişdir. Çünki həmin vaxt Elnurun arxa tərəfi giriş paqısı tərəfə olduğundan onu görmək imkanı olmamışdır. 4-cü mərtəbənin pilləkənlərundən 3-cü mərtəbəyə enəndə dayanıb fikrindən yayınmış və yenə də həyacanlı olduğundan ora-bura gedərək nə edəcəyini bilməmişdir. Həmin vaxt Elnur əlində qanlı bıçaq, üzəri qan içində aşağı düşmüş, o Elnurdan niyə belə hərəkət etdiyini soruşub Kamala yardım üçün təcili yardım çağırmağını demişdir. Elnur Kamalın artıq öldüyünü, binadan təcili çıxmalı olduqlarını dedikdən sonra binadan çıxıb maşın tərəfə getmişlər. Həmin vaxt günorta saatları olsa da nə dəhlizdə, nə də pilləkənlərdə adam olmamışdır. Maşına oturduqdan sonra o, hələ də şokda olmuş, Elnurun bu hərəkəti etməsinə inanmamışdır. Elnur ona ailəsinin yanına sürməyi, ailəsi ilə sağollaşdıqdan sonra təslim olmaq üçün polisə gedəcəyini demişdir. Elnurgilin həyətinə sürüb ailəsi ilə sağollaşdıqdan sonra oradan Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə sürmüş və bölməyə çatdıqda Elnur qapıda dayanan polis nəfərinə baş vermiş hadisəni danışaraq təslim olmağa gəldiyini bildirib Kamalı öldürərkən istifadə etdiyi bıçağı təhvil vermişdir. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, birgə nikahdan 2017-ci il təvəllüdlü Yusif və 2018-ci il təvəllüdlü Yunis adlı övladları dünyaya gəlmişdir. Hadisə baş verdiyi günədək və hazırda ailəsi, qayınatası Etibar Əsədullayev, qayınanası Qələmzər Əsədullayeva ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs 2016-ci ildən tanıyır, Kamal Elnurun çox yaxın dostu olmuş, doğma qardaş kimi olmuşlar. Kamalın qardaşı cəzaçəkmə müəssisəsində olduğundan və valideynləri vəfat etdiyindən tək yaşamışdır. Buna görə də, Elnur həmişə Kamala qarşı mərhəmətli davranmış, Kamalın kimsəsiz olduğunu düşünərək ona qarşı çox güzəştlər, yardımlar etmişdir. Kamalla Elnurun arası o qədər yaxşı olmuşdur ki, Elnur ona bir neçə dəfə yemək hazırladıb Kamala aparmış, Kamalın çirkli paltarlarını təmizləməsi üçün evə gətirmişdir. 2020-ci ilin əvvəllərindən Elnurla Kamalın münasibətinin heç də yaxşı olmadığını hiss etmişdir. Elnur dostları ilə arasında olan problemlərini heç vaxt ona bildirməsə də, təxminən hadisədən 2 ay öncə Elnurdan Kamalla niyə əvvəlki kimi görüşmədiklərini soruşmuş, Elnur ona Kamalın başqalarının yanında onun arxasınca çox danışdığını, buna görə də, Kamala qarşı qəzəbli olduğunu, Kamalın bu hərəkətindən bezdiyini demişdir. Elnurdan Kamalın nə danışdığını soruşduqda ona bu barədə bir söz deməmişdir. Sonuncu dəfə təxminən hadisədən 4-5 gün öncə saat 11:00 radələrində Kamal onların yaşadığı həyətə gəlib pəncərədən Elnuru həyətə çağırmış, Elnur evdən çıxıb Kamalla görüşmüşdür. Elnurla Kamal bir qədər söhbət etdikdən sonra evə qayıtmışdır. Həmin vaxt Elnurdan Kamalla nə danışdığını soruşduğunda Elnur, ona Kamalla sadəcə hal-əhval tutduqlarını söyləmişdir. Hadisə günü səhər tezdən Elnuru işə yola salmaq üçün oyadıb çay-çörək verdikdən sonra Elnur onu anasıgilə aparmaq istədiyini desə də o buna razı olmamışdır. Qayınanası ilə qayınatası da Elnurun onu anasıgilə aparmasına razı olmamışlar. Elnur valideynlərinə əsabiləşərək təxminən saat 12:00 radələrində evdən işə getmək üçün çıxmışdır. Elnur evdən çıxdıqdan təxminən 45 dəqiqə sonra, saat 13:00 radələrində dostu Raminlə birlikdə evə gəlmiş, Elnurun əli, üstündəki geyim qanlı olmuş, buna görə də nə olduğunu anlamayıb həyəcanlanmışlar. Həmin vaxt qaynanası ilə uşaqlar da evdə olmuşlar. Elnurdan nə baş verdiyini soruşduqda o, Kamalı öldürdüyünü, təslim olacağını söyləyərək onlarla sağollaşmış, daha sonra isə Raminin avtomobilinə minərək oradan uzaqlaşmışdır. Məhkəmədə dindirilmiş şahidlər X1 və Şahid6 da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özlünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 159-cu vərəqində olan zərərçəkmiş şəxsin dayısı X9 tərəfindən Sumqayıt şəhər prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs atası X1 ilə aralarında barışıq əldə edilmiş və sonuncu yas mərasiminin xərcləri daxil olmaqla bütün zərəri qarşılamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi olan doğma qardaşı Şahid2 məhkəməyə taqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 3-9-cu vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirərkən müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana 14, otaq 77 ünvanında yerləşir. Sözügedən otaq binanın 4-cü mərtəbəsində yerləşir. Otağın giriş qapısı 0,73x2m ölçüsündə bir laylı olub dəmir materialdandır və soldan sağa doğru açılır. Otağın giriş qapısının cəftəsinin üzərində qanabənzər ləkələr müşahidə edilir. Otağa daxil olarkən hündürlüyü 2,8 metr olmaqla 3,6x5,3m ölçülərdə otaq, otağa giriş qapısı ilə paralel qapısı olan 3,6x1,5m ölçülərdə, otaq hissədən ağ-qırmızı pərdə ilə örtülmüş eyvan müşahidə olunur. Otağa daxil olarkən sol tərəfdə 01 ədəd kreslo və onun qarşısında kreslo hündürlüyündə kiçik masa, həmin masanın üzərində isə 01 ədəd fincan, 01 ədəd külqabı və “SAMSUNG” markalı mobil telefon, həmçinin kresloya paralel vəziyyətdə ard-arda 03 ədəd stul, otağa daxil olarkən sağ tərəfdə isə giriş qapısı olan divarla sağ divara bitişik vəziyyətdə üzərində gül şəkilləri ilə bəzədilmiş qırmızı rəngli odeyal olan yerdən matras və sağ divara bitişik üzərində müxtəlif şəkillər, əşyalar olan masa müşahidə edilir. Mərhum Zərərçəkmiş şəxs Nadir oğlunun meyiti qeyd olunan matrasla masanın arasında yerləşib, ayaqları sol divar, baş nahiyyəsi sağ divar istiqamətində, üzü yuxarı vəziyyətdə, yarıçılpaq, yəni yalnız üzərində yaşıl rəngli şortik müşahidə edilir. Meyitin ayaqları giriş qapısına 2,49m, paralel eyvanın yerləşdiyi divara 2,70m, sol divara 1,50m, baş nahiyyəsi isə sağ divara 0,45m məsafədədir. Meyitin ayaqları 2,10x2,3m ölçülərində olan açıq qəhvəyi xalçanın üzərindədir. Meyitin bədəni üzərində müxtəlif ölçülərdə kəsilmiş-deşilmiş xəsarətlər vardır və bədəninin üzərində, həmçinin meyitin ətrafında qanabənzər maye halında kütlələr vardır. Baxış zamanı ayrı-ayrı yerlərdən, yəni mənzildə 1 rəqəmi ilə nömrələnərək Zərərçəkmiş şəxs meyitinin üzərindən, 2 və rəqəmləri ilə nömrələnərək otağın giriş qapısının cəftəsinin içəri və çöl tərəfindən pambıq vasitəsilə hopdurulmaqla qanabənzər nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Həmçinin baxış zamanı otağın giriş qapısına paralel olan kiçik masanın üzərində olan “SAMSUNG” markalı mobil telefon istintaq əhəmiyyəti kəsb etdiyindən müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Otağa baxış zamanı bundan başqa hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində meyitin yanında şübhəli əşya və ya predmet müşahidə edilmədi. Cinayət işinin 10-14-cü vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, meyitə baxış keçirərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Nadir oğlunun təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyit ağ-yaşıl rəngli mələfəyə bükülmüşdür. Meyitin əynində ağ-yaşıl rəngli çimərlik tumanı, göy rəngli uzun tuman vardır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 167,0 sm-dir. Meyit əllə toxunduqda ilıqdır. Meyit qacıması əllə barmaqlarında və çeynəmə əzələlərində yaxşı inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-göyümtül rəngdə olub, barmaqla təzyiq etdikdə itir və 1 dəqiqəyə əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qara rəngdə olub, uzunluğu 6-8 sm-ə qədərdir. Ağzı qapalıdır, dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, qüzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üzskelet sümükləri əllədikdə tamdır, gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarət vardır: Başın sol- təpə alın nahiyyəsində üfiqi istiqamətdə yerləşmiş 7,5x0,8 sm ölçüdə kənarları hamar, bucaqları iti, mənfəzi açıq yara vardır. Döş qəfəsinin ön səthində ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğaarası sahədə 2,0x1,0 sm kənarları hamar yara vardır. Döş qəfəsinin sol yan səthində Vİİ-İX qabırğaarası sahədə 8,0x4,0 sm ölçüdə,kənarları hamar, mənfəzi açıq, döş boşluğu görünən yara vardır. Sol bazunun orta 1/3-nin iç səthində 7,0x1,0 sm və 3,5x0 ,8 sm ölçülərdə iki ədəd kənarları hamar yara vardır. Döş qəfəsinin ön səthinin sağ yarısında körpücük xətti üzrə İİİ-İV qabırğaarası sahədə 0,9x0,3 sm səthi kəsilmiş yara vardır. Sol budun orta 1/3-nin bayır səthində 2,6x0,5 sm ölçüdə kənarları hamar, mənfəzi açıq analoji yara vardır. Sol kürəküstü nahiyyədə 3,0x0,8 sm ölçüdə kənarları hamar, mənfəzi açıq yara vardır. Sol kürək nahiyyəsində 2,0x0,5 sm ölçüdə analoji yara vardır. Döş qəfəsinin sol yarısının arxa səthində kürək xətti üzrə X-Xİ-ci qabırğaarası sahədə 2,7x0,6 sm ölçüdə kənarları hamar, mənfəzi açıq yara vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. Həmçinin əynində olan ağ-yaşıl rəngli çimərlik tumanı, göy rəngli uzun tumanda zədə və ya zədə izi müşahidə edilmədi. Cinayət işinin 45-46-cı vərəqlərində olan götürülmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı üzərində olan 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli qısa qol futbolka və 01 ədəd ağ rəngli mayka götürülmüşdür. Cinayət işinin 47-52-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı üzərində olan 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli qısaqol futbolka, 01 ədəd ağ rəngli mayka və cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aid olan 01 ədəd qara rəngli idman şalvar: qara rəngli qarışıq materialdandır, beli rezinlidir, qara rəngli iplə bağlanılır. İdman şalvarının uzunluğu 92sm, bel nahiyəsində dartılmadan eni 30sm- dir. İdman şalvarının zəncirbəndlə bağlanılan iki ədəd yan cibləri vardır. İdman şalvarının sol ayağının ön-yuxarı nahiyəsinə qırmızı rəngli saplarla emblem və ağ rəngli saplarla “JUST DO İT” yazıları tikilmişdir. İdman şalvarının arxa hissəsinin sağ-yuxarı nahiyəsinin bel hissəsində zədə vardır. Həmçinin şalvarın ön və arxa hissəsində qanabənzər ləkər vardır. 01 ədəd qara rəngli qısaqol futbolka: qara rəngli qarışıq materialdandır, qısaqoldur, beli manjetlidir. Köynəyin uzunluğu 61 sm, çiyin nahiyəsində eni 39sm, qollarının uzunluğu 22sm-dir. Köynəyin boyun nahiyəsinə daxildən üzərində “OCCO BİG” və digər yazılar olan etiket tikilmişdir. Köynəyin üzərində defektli geyilmə izləri müşahidə olunur. Köynəyin ön hissəsinin sağ-yuxarı nahiyəsində və arxa hissəsinin sol-aşağı nahiyəsində zədələr vardır. Həmçinin futbolkanın ön və arxa hissəsində qanabənzər ləkər vardır. 01 ədəd ağ rəngli mayka: ağ rəngli qarışıq materialdandır, qolsuzdur. Maykanın uzunluğu 67sm, çiyin nahiyəsində eni 23sm-dir. Maykanın üzərində defektli geyilmə izləri müşahidə olunur. Maykanın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Həmçinin maykanın ön və arxa hissəsində qanabənzər ləkər vardır. Bıçaq - qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 240mm-dir. Bıçaq işçi vəziyətdə, yəni tiyənin kəsici kənarı aşağı, dəstəyi müayinə edənə tərəf tutmaqla müayinə edilir. Bıçağın tiyəsi-bozumtul-gümüşü rəngli metaldandır, yuxarı kənarı boyu uzunluğu 115mm, eni əsasında 27mm, orta hissədə 22mm, ucu sınmışdır, bu vəziyyətdə eni 6mm-dir. Tiyənin bir kənarı itilənmiş (kəsici kənarı); digər kənarı isə itilənməmişdir (küpü). Tiyənin kəsici kənarının konturu aşağı kənar səviyyəsində əsasından başlayaraq 28mm məsafəyədək düz istiqamətdə tiyənin dabanını və qapaq açmaq üçün nəzərdə tutulan oymanı əmələ gətirib, əvvəl 50mm uzunluqda düz istiqamətdə, bu məsafədən sonra isə sivri formada yuxarı qalxaraq digər kənarla birləşir. Kəsici kənar hər iki tərəfdən itilənmişdir, itilənmə hündürlüyü 1mm-dir, kafi itilikdədir. Tiyənin küpünün konturu əsasından ucuna qədər nisbi qövsvari formalıdır, kəsici kənarla birləşir və tiyənin ucunu əmələ gətirir, tiyənin ucu orta xətdən yuxarı səviyyədə yerləşir, sınmışdır, sınıq xətti qeyri-düzdür, özoxu boyu cüzi sağa doğru əyilmişdir. Tiyənin küpünün en kəsiyi «p»-varidir, qabırğaları kafi biruzə olunur, qalınlığı 2mm-ə qədərdir. Tiyənin səthi hamardır, sol yan səthinə «Bıçaq Qara.QULP» sözləri, onun “K293 16-65” hərf və rəqəmləri, həmçinin 1,45 AZN qiyməti qeyd olunan kağız parçası yapışdırılmışdır. Tiyənin üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Bıçağın dəstəyi - qeyri-düzgün qövsvari formalıdır, əsasında bozumtul-gümüşü rəngli metaldan, digər hissədə isə qara rəngli ebonitəoxşar materialdan hazırlanmış lövhələrdəndir, lövhələr tiyənin milinə üç ədəd eyni ölçülü, dairəvi formalı, gümüşü rəngli millərlə bərkidilmişdir, uzunluğu yuxarı kənarı boyu 125mm, eni əsasında 28mm, digər hissələrdə 18mm-dən 23mm-dək, qalınlığı 13mm-dir. Həmçinin bıçağın həri iki tərəfində qanabənzər ləkər vardır. Cinayət işinin 93-94-cü vərəqlərində olan götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli üzərinə “FENDİ” yazı həkk olunmuş futbolka və 01 ədəd göy rəngli cins şalvar götürülmüşdür. Cinayət işinin 95-97-ci vərəqlərində olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli üzərinə “FENDİ” yazı həkk olunmuş futbolka, 01 ədəd göy rəngli cins şalvara baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid1 hadisə zamanı üzərində olan 01 ədəd göy rəngli cins şalvar: göy rəngli cins materialdandır. Şalvarın uzunluğu 90sm, bel nahiyəsində eni 39sm-dir. Şalvar öndən zəncirbənd və düymə ilə bağlanılır. Şalvarın iki ədəd yan, iki ədəd arxa cibləri vardır. Şalvarın bel nahiyəsinə kəmər keçirmək üçün nəzərdə tutulan beş ədəd ilgək tikilmişdir. Şalvarın sağ-arxa cibinin üzərinə “DEN” və digər yazılar olan metalik lövhə yapışdırılmışdır. Şalvarın üzərində fabrik süzülmələr vardır. Şalvarın üzərində geyilmə izləri müşahidə olunur. Şalvarın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 01 ədəd ağ rəngli üzərinə “FENDİ” yazı həkk olunmuş futbolka: ağ rəngli qarışıq materialdandır, qısaqoldur. Köynəyin uzunluğu 57sm, çiyin nahiyəsində eni 36sm, qollarının uzunluğu 16sm-dir. Köynəyin ön hissəsində qara rəngli hərflərlə “FENDİ” yazısı və digər təsvirlər həkk olunmuşdur. Köynəyin üzərində geyilmə izləri müşahidə olunur. Köynəyin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Cinayət işinin 61-64-cü vərəqlərində olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Şahid1 idarə etdiyi “NİSSAN ALMERA” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, “NİSSAN ALMERA” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngli olmaqla sol tərəf örtüyü təmirli vəziyyətdədir. Avtomobil 5 nəfərlik oturacağı olub 4 qapısı vardır. Salonun oturacaqları parça materialdan olsa da, süni dəri örtüklə üzlənmişdir. Oturacaqların ayaqaltıları rezin materialdan olub qara rəndədir. Avtomobilə baxış zamanı qabaq sərnişin oturacağının rezin materialdan olan ayaqaltısının üzərində qanabənzər ləkələr müşahidə edildi. Həmin ləkələrdən pambıq vasitəsilə hopdurulmaqla qanabənzər nümunələr 4 rəqəmi ilə nömrələnərək müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı hər hansı istintaq üçün əhəmiyyət kəsb edəcək hal müşahidə edilmədi. Cinayət işinin 146-147-ci vərəqlərində olan baxış keçirilməsi və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz Market”ində quraşdırılmış videomüşahidə kameralarına baxış keçirərkən müəyyən edilmişdir ki, baxış keçirilən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz Market”inin daxilində və çölündə quraşdırılmış videomüşahidə kameralarının xx xxxx 2020-ci il tarixdə aldığı görüntülərdir. Belə ki, marketin giriş qapısında quraşdırılmış 1-ci kameranın xx.xx.2020-ci il tarixdə saat 12:43-də olan görüntüsündən müşahidə edilir ki, ağ rəngli “NİSSAN ALMERA” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil marketin qarşısında park etdikdən sonra əynində hadisə zamanı üzərində olan paltarla Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin tərəfindən enərək marketə daxil olmaq üçün irəliləyir və bir neçə saniyə sonra ardından Şahid1 market tərəf irəliləyir. Marketin giriş hissəsində daxildə quraşdırılmış 2-ci kameranın görüntüsündən müşahidə edilir ki, Təqsirləndirilən şəxs cəld şəkildə marketə daxil olduqdan sonra düz irəliləyir və bir neçə saniyə sonra ardından Şahid1 marketə daxil olub sol tərəf istiqamətində irəliləyir. Marketin 2-ci mərtəbəsində quraşdırılmış 3-cü kameranın görüntüsündən müşahidə edilir ki, Təqsirləndirilən şəxs cəld şəkildə eskalator(hərəkətli pilləkən) vasitəsilə 2-ci mərtəbəyə qalxıb sol tərəf istiqamətində irəliləyir, lakin Şahid1 onun ardınca gəlməsi müşahidə edilmir. Marketin 2-ci mərtəbəsində quraşdırılmış 4-cü kameranın görüntüsündən müşahidə edilir ki, Təqsirləndirilən şəxs bıçaqların yerləşdiyi şöbəyə yaxınlaşaraq 01 ədəd bıçaq əldə edib yenidən geri qayıdır, lakin Şahid1 onun ardınca gəlməsi müşahidə edilmir. Yenidən marketin 2-ci mərtəbəsində quraşdırılmış 3-cü kameranın görüntüsündən müşahidə edilir ki, Təqsirləndirilən şəxs əldə etdiyi bıçaqla eskalator(hərəkətli pilləkən) vasitəsilə 1-ci mərtəbəyə enir, lakin Şahid1 onun ardınca gəlməsi müşahidə edilmir. Yenidən marketin giriş hissəsində daxildə quraşdırılmış 2-ci kameranın görüntüsündən müşahidə edilir ki, ilk öncə Şahid1 əlində banka enerji içkisiylə marketi tərk edir və bir neçə saniyə sonra ardınca Təqsirləndirilən şəxs marketdən çıxır. Həmin an Təqsirləndirilən şəxs əlində bıçaq müşahidə edilmir. Sonda marketin giriş qapısında quraşdırılmış 1-ci kameranın xx.xx.2020-ci il tarixdə saat 12:45-də olan görüntüsündən müşahidə edilir ki, Şahid1 marketi tərk etdikdən sonra avtomobilin sükan oturacağı istiqamətində irəliləyir və bir neçə saniyə sonra Təqsirləndirilən şəxs marketdən çıxıb eynilə avtomobilə doğru gedir. Onların hər ikisi avtomobilə əyləşdikdən sonra oranı tərk edirlər. Videomüşahidə kameralarından Təqsirləndirilən şəxs bıçağı alarkən Şahid1 marketdə bir yerdə olması və ya ümumiyyətlə bir-biri ilə rastlaşması müşahidə edilmir. Cinayət işinin 174-182-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 69 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Nadir oğlunun meyiti üzərində ümumilikdə 10 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar aşkar edilmişdir; döş qəfəsinin ön səthində - ön qoltuq xətti üzrə V-Vİ qabırğaarası sahədə olan yara döş boşluğuna nüfuz edir, sol ağ ciyərin zədələyərək ürəyin sol mədəciyin boşluğunda bitir. Yara kanalının uzunluğu 9 sm-dir, istiqaməti soldan-sağa, bir qədər arxadan önə doğrudur; döş qəfəsinin sol yan səthində Vİİİ-İX qabırğaarası sahədə olan yara qarın və döş boşluğuna nüfuz edərək dalağı, diafraqmanı və ağ ciyrəin aşağı payını zədələyir. Yara kanalının ümumi uzunluğu 9 sm-dir, istiqaməti soldan-sağa, aşağıdan-yuxarı və bir qədən öndən-arxaya doğrudur; döş qəfəsinin sol yarısının arxa səthində olan yara X-Xİ qabırğararası sahədə qarın boşluğuna nüfuz edir və sol böyrəyi zədələyir. Yara kanalının uzunluğu 9,5 sm- dir, istiqaməti soldan-sağa və arxadan-önə doğrudur; başın sol təpə-alın nahiyyəsinin kəsilmiş yarası; sol bazunun iki ədəd kəsilmiş yarası; döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası; sol budun deşilmiş-kəsilmiş yarası; sol kürəküstü nahiyyənin döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası; sol kürək nahiyyəsinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, deşici-kəsici alətin, ola bilsin ki,maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə - döş qəfəsinin döş və qarın boşluğuqlarına nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdir, digər xəsarətlər isə həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs Nadir oğlunun ölümünə səbəb ürəyin sol mədəciyinin deşilmişkəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs Nadir oğlunun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan ( 17.07.20-cu il, saat 16:30-da) 4 -6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs Nadir oğlunun bədənində aşkar olunmuş xəsarətin xarakterinə əsasən, yəni ürəyin sol mədəciyinin zədələnməsi baş verdiyindən onun ölümü qısa zaman kəsiyində (bir neçə dəqiqə ərzində ) baş vermişdir. Zərərçəkmiş şəxs Nadir oğlunun bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki,hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla, ayaqüstə üzbə-üz vəziyyətdə və uzanmış vəziyyətlərdə ola bilərdilər. Zərərçəkmiş şəxs Nadir oğlunun meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində 0,9%0 etil spirti aşkar edilmişdir ki, buda adətən canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna aid edilir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinin 189-195-ci vərəqlərində olan maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 594/2020-MTBŞ saylı ekspert rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən); Zərərçəkmiş şəxs Nadir oğlunun ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən); Şahid1 ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən); Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, E.E. Əsadullayevə məxsus qısaqol futbolka, qolsuz mayka, idman şalvarı, 04 ədəd kosmetik pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Nadir oğluna və ya Təqsirləndirilən şəxs Ehtibar oğluna məxsus ola bilər (əgər onların qanında müşayiətçi H antigeni varsa və hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Qanın qarışıq olduğu halında isə həmçinin Oalfa, beta qruplu (İ) X4 da ləkələrdə qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus futbolka və cins şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı ücün maddi sübutlar üzərindəki qan ləkələrinin canlı və ya meyitə məxsus olub- olmamasını, həmçinin qanın əmələ gəlməsi müddəti barədə fikir söyləmək mümkün olmadı. Cinayət işinin 196-201-ci vərəqlərində olan maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 394-MTKŞ/2020 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ön hissəsinin sağ-yuxarı nahiyəsində iki ədəd və köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd kəsilmiş zədələr aşkar edildi. Bu zədələr hər-hansı bir iti ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bıçaq ekspertizaya tiyəsinin ucu sınmış vəziyyətdə təqdim edildiyinə görə bu bıçaq müqayisəli müayinə üçün eksperiment aparmağa yararsızdır. Ona görə də Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində aşkar edilmiş kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilibyetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının arxa hissəsinin sağ-yuxarı nahiyəsində iki ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxsnä məxsus maykanın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin, maykanın və şalvarın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələrindən bəziləri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Digərləri isə yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus köynək və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Bıçağın dəstəyinin və tiyəsinin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir Cinayət işinin 223-226-cı vərəqlərində olan komkpleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1857 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmiş, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətində olmuş, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları CPM-nin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda və məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, habelə cinayət işinin halları ilə tam təsdiq olunduğuna görə məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü üzrə qiymətləndirməklə həmin ifadələri, protokolları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməllərin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edilib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliyini müəyyənləşdirdiyi sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-23-cü vərəqlərində qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-86-cı vərəqlərində olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 215-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 qeydiyyatda olmaqla yaşayır və yaşadığı müddət ərzində 9 saylı MKS-ya haqqında heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 214-cü vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il və 2018-ci il təvəllüdlü 2 nəfər azyaşlı uşağı var. Cinayət işinin 203-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Nadir oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 19-cu vərəqində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə könüllü gələrək təqsirini boynuna almış və cinayəti törədərkən istifadə etdiyi bıçağı təqdim etmişdir. Himayəsində 2 nəfər azyaşlı uşağın olması, könüllü gəlib təqsirini boynuna alması, törətdiyi əməldən səmimi olaraq peşiman olması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması CM-nin 59.1.4, 59.1.10, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xüsusilə ağır cinayət olmasını, cinayətin törədilmə şəraiti və motivini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin etməklə CM-in 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 61,17 AZN (altmış bir manat on yeddi qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli qısaqol futbolka, 01 ədəd ağ rəngli mayka və cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Şahid1 hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli üzərinə “FENDİ” yazı həkk olunmuş futbolka, 01 ədəd göy rəngli cins şalvar məhv edilməli, Zərərçəkmiş şəxs Nadir oğluna məxsus “SAMSUNG J6” markalı yeni tipli mobil telefon zərərşəkmiş şəxsin hüquqi varisi Şahid2 qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və Müdafiəçi məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 45 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on il) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 61,17 AZN (altmış bir manat on yeddi qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli qısaqol futbolka, 01 ədəd ağ rəngli mayka və cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Şahid1 hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli üzərinə “FENDİ” yazı həkk olunmuş futbolka, 01 ədəd göy rəngli cins şalvar məhv edilsin, Zərərçəkmiş şəxs Nadir oğluna məxsus “SAMSUNG J6” markalı yeni tipli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 qaytarılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu, (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.b Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar