Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-407/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı1, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1963-cü il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 3a, mənzil 21-də müvəqqəti qeydiyyatda olub, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 23-də yaşamış, 29 mart 2020-ci il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma barədə başqa şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə də külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 96,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2020-ci ilin təxminən mart ayında başqa mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 mart 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticsində saat 06:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki gödəkçənin cibindən bir ədəd polietilenə bükülüb siqaret qutusunda yerləşdirilmiş satış məqsədi ilə qanunsuz əldə edib daşıdığı 96,524 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ondan 96,524 qram heroin aşkar olunmayıb. Onda əlli qram heroin olub. Həmin heroini də iranlı gəlib almalı idi. Narkotik də onun üstündən çıxmayıb. Evdən çıxıb. Polis əməkdaşları onu qanunsuz tutub onu buraxmaq üçün ondan 200000 (iki yüz min) manat pul istədilər. Pul istəyənlərdən birinin adı Müşfiq idi. Onlar onun pulunu olmadığnı bildikdən sonra ondan narkotiki boyununa almağı tələb edib, razılaşmasa ailəsini polisə gətirəcəkləri ilə hədələmişlər. O da məcbur olub onlarla razılaşıb narkotikin ona məxsus olmasını etiraf etmişdir. Ondan aşkar edilmiş kimi göstərilən bütün heroinin ekspertiza rəyi ilə bir tərkibli kimi müəyyən olunması haqqında heç nə bilmir. Özü narkotik vasitələrdən və məddələrdən istifadə etmir. O, ancaq əlli qram heroini saxlamağa görə özünüu təqsirli bilir. O, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməmişdir. Onun İrandan və ya başqa yerdən gətirilməsindən məlumatı yoxdur. Bu barədə o, heç kimilə danışmayıb və razılaşmayıb. Polis əməkdaşlarının ondan pul istəməsi və onunla ifadələrində göstərdiyi qaydada davranmasına görə heç yerə şikayət etməyib. Bunu məhkəməyə deməyi qərarlaşdırıb. Bu barədə onun barsində qətimkan tədbiri seçilərkən məhkəməyə bildirməməsisnin də səbbəini bilmir. Onun polis orqanları və onun əməkdaşları ilə heç bir konflikti olmayıb. Polis əməkdaşlarının onunla belə davranmalarının səbəbini bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir: «tutulmamışdan təxminən iki ay əvvəl müalicə məqsədilə İran İslam Respublikasının Biləsüvar şəhərində olarkən orada hamı tərəfindən «Doktor» adı ilə tanınan İranlı ilə təsadüfən tanış olmuş və onunla münasibəti yaranmış, sonradan isə biri birinin əlaqə nömrəsini götürərək «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəilə də əlaqə saxlamışlar. Tutulmamışdan təxminən 4 gün əvvəl «Doktor» onunla əlaqə saxlayıb Azərbaycanda olan öz adamlarının vasitəsilə narkotik vasitə olan heroin qoyduracağını, həmin heroini götürüb satmasını və pulunu ona göndərməsini xahiş etmiş, o, isə ilk oaraq bu təklifi rədd etsə də sonrakı zənglərində «Doktor» ondan həmin narkotik vasitəni götürüb saxlamasını və həmin heroinin ya özü tərəfindən, yada kı göndərəcəyi adam tərəfindən ondan götürüləcəyini bildirmiş, bundan sonra o da «Dokdor»la razılaşmışdır. 28 mart 2020-ci il tarixdə, saat 20:00 radələrində «Doktor» «WhatsApp»la ona zəng edərək 50 qram narkotik vasitə olan heroini Sumqayıt şəhərində, «Dörd Qardaş» restoranının yaxınlığındakı heykəlin yanında olan ağacın dibinə atdırdığını bildirib həmin yeri ona izah etmiş, o da gedib ağacın dibindən boş siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə olan heroini götürüb yaşadığı evə aparmış və heroinin yaşadığı evin həyətyanı sahəsindəki anbar kimi istifadə edilən tikilidə saxlamışdır. Həmin gün gecə, yəni martın 28-dən 29-na keçən gecə 01:00 radələrində «Doktor» «WhatsApp»la onunla yenidən əlaqə saxlayıb həmin yerdə əlavə 100 qram heroin qoydurduğunu bildirib ondan həmin heroini götürməsini xahiş etmiş, o da bundan sonra tanımadığı sürücünün idarə etdiyi taksiylə yenidən Sumqayıt şəhərinə qayıtmış və «Dörd Qardaş» restoranının yaxınlığındakı ağacın dibinə qoyulmuş bir ədəd boş siqaret qutusundakı sellofana bükülmüş heroini götürüb həmin taksiylə geri qayıtmışdır. Bakı şəhəri, Xatai rayonu Babək prospektində olanda taksi avtomobili xarab olduğu üçün o, avtomobildən enib piyada hərəkət edərək başqa taksi saxlatdırmaq istəmiş, Babək prospekti ərazisində yerləşən «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşı olduğunu bildiyi mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirib onu qərarla tanış etmiş, sonra isə onlarla birlikdə Baş İdarəyə getməsi təklifini etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş, orada hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, axtarış zamanı polis əməkdaşları ilk olaraq üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunla qadağan olunan hər hansı maddələr, əşyalar, predmetlər varsa təqdim etməsini təklif etmiş, o da axtarış aparılacağı təqdirdə üzərində saxladığı narkotik vasitə olan heroinin aşkar olunacağını görüb öz səmimiyyətini göstərmək üçün əynindəki qara rəngli gödəkçənin sol yan cibində bir ədəd siqaret qutusunda saxladığı şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd «Samsung A3» markalı mobil telefon aparatını, şalvarın cibindən 5 manat pulu təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümdəki heroini bir ədəd zərfə qoyub möhürləmişlər. Bundan əlavə olaraq polis əməkdaşları mobil telefon aparatını götürmüş, 5 manat pulu isə özünə qaytarmışlar. Daha sonra polis əməkdaşları aşkar edilmiş heroini kimdən və haradan alıb əldə etdiyini soruşmuşlar, o da 28 mart 2020-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan «Doktor» ləqəbli şəxsin ona etdiyi zəngdən sonra Sumqayıt şəhəri ərazisində yerləşən «Dörd Qardaş» restoranının yaxınlığında olan ağacın dibindən ayrı-ayrı vaxtlarda iki dəfəyə iki bükümdə ümumilikdə 150 qram narkotik vasitə olan heroini götürdüyünü, birinci dəfə götürdüyü 50 qram heroini yaşadığı evin həyətində olan anbarda gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona mənzilində saxladığı heroini təqdim etməsini təklif edəndə o, yazılı razılıq verərək yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirib həmin heroini təqdim edə biləcəyini bildirmişdir. Elə həmin gün polis əməkdaşları ilə yaşadığı mənzilə getmiş, lakin gizlətdiyi heroini yerində tapa bilməmiş və orada həmin gün arvadı Afət Nəsibova evi təmizləyən zaman bilmədən heroini götürüb zibilliyə atdığı məlum olmuşdur. » Şahid3 ifadələrində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda heroini satış məqsədi ilə əldə etməsi və satması barədə məlumat daxil olmuşdu. Məlumatı yoxlamaq üçün Şahid1 rəhbərliyi ilə əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. Məlumat yoxlanılarkən Təqsirləndirilən şəxs 2020-ci ilin martın 28-dən 29-na keçən gecə heroini Sumqayıt şəhərindən götürüb Bakı şəhərinə qayıtması barədə məlumat daxil oldu. Bundan sonra onun Babək prospektində olduğu müəyyənləşdirildi və o, saat 06:00 dəqiqədə Xətai rayonu, Babək prospektindəki «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanıldı. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra onun saxlanılmasının əsaslarını ona izah edib tərəfindən qəbul edilmiş qərarla onu tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarənin araşdırmanın aparılması təhqiqatçı Nəcəf Aburşuya həvalə edildi. Təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı və axtarış zamanı Təqsirləndirilən şəxs qanunsuz əşyaları təqdim etmək təklifi edildikdən sonra o, əynindəki gödəkçənin cibindən siqaret qutusunu çıxarıb təqdim edib həmin siqaret qutusunda narkotik vasitə olduğunu dedi. Siqaret qutusunda da bir ədəd sellofan büküm açıldıqda oradan heroin aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 28 mart 2020-ci il tarixdə Sumqayıt şəhərindən «Doktor» ləqəbli İran İslam Respublikası vətəndaşının tapşırığına əsasn götürdüyünü, əldə etdiyi heroinin bir hissəsinin yaşadığı evdə saxladığını dedi. Bundan sonra aşkar olunmuş büküm bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürüldü. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 23-də yerləşən evinin həyətindəki anbara baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs heroini gizlətdiyi yerdə tapa bilmədi və orada heroini Təqsirləndirilən şəxs heroini qoyuduğu yerdən onun arvadının götürüb atdığı məlum oldu. Onlar Nadirgilə gedəndə yolda ikən Nadir dedi ki, yoldaşı evi yığışdırarkən ola bilsin ki, narkotiki zibillərin içərisində atsın. Onlar Nadiri əvvəllər tanımamışlar. Onunla ədavətləri olmayıb. Onu narkotiki boynuna almasa, ailəsini polisə gətirməklə hədələməyib, ondan heç kim pul istəməyib. Ondan narkotikin çıxması prosesi video çəklişlə aparılıb. Hər şey orada göstərilib. Onun dedikləri hamısı özünün müdafiəsi üçündür. Başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 mart 2020-ci il tarixdə Gürcüstan Respublikası vətəndaşı olub Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs İran İslam Respublikasından göndərilən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi və ayrı-ayrı şəxslərə satması barədə məlumat daxil olmuşdu. Məlumatı yoxlamaq üçün əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əmliyyat qrupu yaradıldı. Qrupa o və Şahid3 da daxil edilmişdi. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 2020-ci ilin martın 28-dən 29-na keçən gecə heroini Sumqayıt şəhərindən götürüb Bakı şəhərinə qayıtması barədə məlumat daxil oldu. Bundan sonra onun Babək prospektində olduğu müəyyən edildi. Onlar da saat 06:00 radələrində Təqsirləndirilən şəxs Babək prospektindəki «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu müəyyən olundu və onu orada saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada araşdırmanın aparılması təhqiqatçı Nəcəf Aburşuya tapşırıldı. Təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı Nadir əynindəki gödəkçənin cibindən siqaret qutusunu çıxarıb təqdim edib qutuda heroin olduğunu bildirdi. Siqaret qutusunun içərisindən də bir sellofan büküm aşkar edildi. Büküm açıldıqda onun içərsisndən heroin aşkar olundu. Sorğu zamanı Nadir həmin heroini 28 mart 2020-ci il tarixdə Sumqayıt şəhərindən «Doktor» ləqəbli İran vətəndaşının tapşırığına əsasən götürdüyünü, heroinin bir hissəsini də yaşadığı evdə saxladığını dedi. Bundan sonra aşkar olunmuş büküm zərfdə qablaşdırılıb möhürlənib götürüldü. Bundan sonra həmin tarixdə onlar Nadirin yaşadığı Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 23-də yerləşən evinin həyətindəki anbara baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs heroini gizlətdiyi yerdə tapa bilmədi. Orada Təqsirləndirilən şəxs heroini qoyduğu yerdən onun arvadının götürüb atdığı məlum oldu. Hələ onlar Nadirin yaşadığı evə gedəndə yolda Nadir dedi ki, yoldaşı evi yığışdırarkən ola bilsin ki, narkotiki də zibillərin içərisində atsın. Onlar Nadiri əvvəllər tanımamışlar. Onunla ədavətləri olmayıb. Onu heç kimi narkotiki boynuna almasa, ailəsini polisə gətirməklə hədələməyib, ondan heç kim, o cümlədən də əməliyyatda iştirak edən Şahid3 pul istəməyib. Ondan narkotikin çıxması prosesi video çəkliş aparmaqla icra olunmuşdur. Bunlar hamısı onun uydurmalarıdır. O, özünü müdafiə edir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işlədiyiyni bildirib göstərmişdir: «28 mart 2020-ci il tarixdə Gürcüstan Respublikası vətəndaşı olub Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs İran İslam Respublikasından göndərilən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi və ayrı-ayrı şəxslərə satması barədə məlumatlar əldə edilmiş, həmin məlumat əldə edildikdən dərhal sonra tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edilib bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək İdarənin əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 ibarət əməliyyat-axtarış qrupu yaradılaraq əməliyyat tədbirlərinə başlanmışdır. 2020-ci ilin martın 28-dən 29-na keçən gecə Təqsirləndirilən şəxs artıq heroini Sumqayıt şəhərindən götürüb Bakı şəhərinə qayıtması barədə məlumatı dəqiqləşdirildikdən sonra sonuncunun Babək prospektində olduğu müəyyənləşdirilmiş, buna görə də tərəflərindən keçirilən tədbir zamanı, saat 06:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra onun saxlanılmasının əsaslarını izah edib tərəfindən qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif edilmiş, sonuncu da etiraz etməmiş və onlarla birlikdə idarəyə getmişdir. Bundan sonra araşdırmanın aparılması İdarənin Təhqiqat qrupunun təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmiş, təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona erdilmiş təklifdən sonra əynindəki qara rəngli gödəkçənin sol yan cibindən siqaret qutusunu çıxarıb təqdim etmiş və həmin siqaret qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Siqaret qutusundakı bir ədəd sellofan büküm açıldıqda oradan heroinə oxşar maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 28.03.2020-ci il tarixdə Sumqayıt şəhərindən «Doktor» ləqəbli İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən götürdüyünü, həmçinin əldə etdiyi heroindən bir hissəsinin yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş büküm bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 23-də yerləşən evinin həyətindəki anbara baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs heroini gizlətdiyi yerdə tapa bilməmiş və orada heroini Təqsirləndirilən şəxs arvadının qoyuduğuyerdən götürülüb atıldığı məlum olmuşdur.» Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarından görünür ki, 29 mart 2020-ci il tarixli «şəxsi axtarış və götürülmə aparılması haqqında» protokolla müəyyən edilmişdir ki, 29 mart 2020-ci il tarixdə saat 07:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında başlanmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusundə gizlədilmiş şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı DVD diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır və iş üzrə bir ədəd digitəl vidio disk (DVD) disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2020ci il tarixli 6/333 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı olan bir ədəd bükümdə, təmiz çəkisi 96,524 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarında görünür ki, ekspertiza tədqiqatdan sonra heroinin qalığını təşkil edən 96,374 qram heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X3 27 iyul 2020-ci il tarixli 2069 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitki preparatlarından periodik istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Nəsibov X2 xəstəliyindən əziyyət çəkmir. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarından görünür ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy A3» markalı, SM- A310F modelli, **********29144 və **********29142 İMEİ kodlu mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə +98 903 700 8807 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus nömrənin istifadəçisinin adı «Doktor» kimi, +**********95 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus nömrənin istifadəçisinin adı «Doxdur 1» kimi qeydə alınmışdır. Mobil telefon aparatının abunəçilər bölümünə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, İran İslam Respublikasının mobil operatoruna məxsus +**********32 nömrə «Mamed» kimi, +**********9 nömrə «Akber İr» kimi, +98 937 116 8990 nömrə «Arif İr» kimi, + 98 938 285 4558 nömrə «Afşin» kimi, 98 914 116 4483 nömrə «Axad xorrami» kimi, +98 938 *** **** nömrə «General» kimi, +98 914 863 7155 nömrə «Qasan ir» kimi, +98 914 151 3085 nömrə «Maqsud bay» kimi, +98 905 959 4377 nömrə «Marfat» kimi, +98 914 982 1358 nömrə «Maxmud» kimi, +98 919 365 4090 nömrə «Mexdi af» kimi, +98 914 881 3609 nömrə «Ooo» kimi, +98 914 846 9382 nömrə «Oruc» kimi, +98 939 958 5132 nömrə «Pars» kimi, +98 936 525 5886 nömrə «Taqir ağa» kimi, +98 936 570 6083 nömrə «X.b.i.r» kimi, +98 912 572 5886 nömrə «Farzad» kimi, +98 914 951 5583 nömrə «Xamza ir» kimi qeydə alınmışdır. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatında adı «Doxdur 1» kimi qeydə alınan abunəçinin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933 *** **** nömrənin naməlum istifadəçisi «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən Təqsirləndirilən şəxs 28 mart 2020-ci il tarixdə saat 22:57-də «Nadircan mən girirəm hamama yuyunum çıxım, bir dənə səs qoy, mən hamamdan çıxım zəng atım» məzmunlu, saat 23:38-də «qardaş yetişdin?» məzmunlu, həmin gün saat 00:21-də «qardaş nə xəbər məni nigaran qoydun» məzmunlu Cənubi Azərbaycanlılara məxsus ləhcə ilə səsli mesajlar göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq 29 mart 2020-ci il saat 00:23-də «He Doxdur axşamın xeyr, mən evə çatmışam, nigaran qalma, narahat olma, sabahkı dəftəri sən həll elə mənə təcili lazımdır» məzmunlu səsli mesaj göndərmiş, «Doxdur 1» həmin gün saat 00:32-də «mənim gözüm üstə mən sabah arabaynan sənədi aparıram Həsəngilə inşallah dəftəri götürəm. Sən də onu ver pulunu alginən, mən bir ədəd kart göndərirəm 1210 manat tökəssən onların hesabına, əgər 1500-ə versən 290 manat da saxla özünə. Bir də bunu deyirəm əgər o, oğlan tanışdısa heç, tanış deyilsə orda kakos çox bahadı ha, yəni 18,19, 20-də söhbəti var, çünki tapılmır, əgər tanışdısa 15-ə danışıbsansa hec, tanış deyilsə deyirəm nə qədər yuxarı desən özümüzə yaxşıdı» məzmunu səsli mesaj göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarından görünür ki,iş üzrə «Samsung Galaxy A3» markalı, SM-A310F modelli, **********29144 və **********29142 İMEİ kodlu mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarından görünür ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2020-ci il tarixli 5(005)-313/2020 nömrəli qərarı əsasında "xxxx" MMC-dən götürülərək mobil operator tərəfindən 23.07.202-ci il tarixli AZF/LGL-5375/20 nömrəli müşaiət məktubu ilə ibtidai istintaqa təqdim edilmiş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsi ilə ötürülən məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı «azərfon» mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsindən +98 933 *** **** saylı İran İslam Respublikasının mobil operatoruna məxsus nömrənin istifadəçisinə 23.03.2020-ci il tarixdə saat 09:23:46-da «Nadirdi, zəng elə, şəkli lazımdır defterin» məzmunlu SMS göndərmişdir və həmin disk iş üzrə telefon məlumatlarını özünü əks etdirdiyi CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materillarından görünür ki, Sərhədkeçmə məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 dekabr 2005-ci il tarixdən 26. fevral 2020-ci il tarixədək mütamadi olaraq Gürcüstan Rerspublikası və İran İslam Respublikası istiqamətində ölkə hüdudlarını tərk etmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisinə keçməsi 20 yanvar 2020-ci il tarixdən etibarən mütəmadi xarakter almışdır. O, 20.01.2020-ci il tarixdə saat 21:38-də İran İslam Respublikasına keçib 22.01.2020-ci il saat 09:59-da Azərbaycan Respublikasına geri qayıtmış, 16.02.2020-ci il tarixdə saat 21:23-də İran İslam Respublikasına keçib 18.02.2020-ci il tarixdə saat 22:30-da Azərbaycan Respublikasına geri qayıtmış, 26.02.2020-ci il tarixdə saat 21:04-də İran İslam Respublikasına keçib həmin gün saat 22:39-da Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitə heroinin hamısının ona məxsus olmadığı, ona aid olunan narkotik vasitə heroinin onun üzərindən deyil, yaşadığı evdən aşkar edilib götürülməsi, o, saxlanıldıqdan sonra polis əməkdaşının ondan pul istəməsi, polis əməkdaşlarının onun pulu olmadığını bildkdən sonra narkotik vasitəni ona məxsus olmasını boynuna almasının tələb etmələri, əks halda ailəsinin polisə gətiriləcyi ilə hədələnməsi barəsindəki hissəsini müzakirə edib həmin ifadələrin öz təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini həqiqəqətə uyğun olmayan ifadələr kimi qimətələndirir. Çünkü məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materillarından görünür ki, o, ibtidai istintaq zamanı da bu məzmunda ifadələr vermişdir. Onun istintaq zamanı ifadələrində göstərdiyi, ona işgəncə və fiziki zor tətbiq edilməsi, həmçinin azadlığa buraxılması müqabilində ondan pul tələb edilməsi xüsusatlarının araşdırılması üçün cinayət işindən material ayrılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokruorluğuna göndərilmiş və araşdırma nəticəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən Baş Prokurorluğun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru İ dərəcəli hüquqşunas Hüseyn Hüseynovun 10 sentyabr 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi həmin iddialar yoxlanıldı. Bu iddialar onun ibtiai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri, şahid ifadələri, «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokol, məhkəmə kimyəvi ekspertizasının rəyi ilə, digər sübutlarla və işin faktiki halları ilə təkzib edildi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs həmin iddialarını əsası olmayan özünü müdafiəsinə yönələn cəhdi kimi qiymtələndirir. Məhkəmə, ittiham tərəfinin təqdim etdiyi ittiham edici sübutları işin faktiki halları müqayisəli təhlil edib Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma barədə başqa şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə də külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 96,524 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2020-ci ilin mart ayınının axırlarında başqa mənbədən olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımasının, həmin narkotik vasitənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 mart 2020-ci il tarixdə onun üzərindən aşkar olunaraq götürlməsinin sübuta yetirildiyi qənaətinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tösüf etmişdir. İstintaq orqanı sübutları Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma ilə bərabər həm də onun İran İslam Respublikasının vətəndaşı «Doktor» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Doktor» ləqəbli şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 96,524 qram kustar üsulla hazırlanmış heroini əldə etməsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə onun şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ““Doktur”, “Duxtor” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə həmin hallar araşdırlarkən müəyyən olundu ki, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitənin xarici ölkənin ərazisindən əldə olunan Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilib ölkəyə gətirilməsində iştirakını inkar etdi. O,ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: « o, tutulmamışdan təxminən 4 gün əvvəl «Doktor» onunla əlaqə saxlayıb Azərbaycanda olan öz adamlarının vasitəsilə narkotik vasitə olan heroin qoyduracağını, həmin heroini götürüb satmasını və pulunu ona göndərməsini xahiş etmiş, o, isə ilk oaraq bu təklifi rədd etsə də sonrakı zənglərində «Doktor» ondan həmin narkotik vasitəni götürüb saxlamasını və həmin heroinin ya özü tərəfindən, yada kı göndərəcəyi adam tərəfindən ondan götürüləcəyini bildirmiş, bundan sonra o da «Dokdor»la razılaşmışdır. 28 mart 2020-ci il tarixdə, saat 20:00 radələrində «Doktor» « WhatsApp »la ona zəng edərək 50 qram narkotik vasitə olan heroini Sumqayıt şəhərində, «Dörd Qardaş» restoranının yaxınlığındakı heykəlin yanında olan ağacın dibinə atdırdığını bildirib həmin yeri ona izah etmiş, o da gedib ağacın dibindən boş siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə olan heroini götürüb yaşadığı evə aparmış və heroinin yaşadığı evin həyətyanı sahəsindəki anbar kimi istifadə edilən tikilidə saxlamışdır. Həmin gün gecə, yəni martın 28-dən 29-na keçən gecə 01:00 radələrində «Doktor» «WhatsApp»la onunla yenidən əlaqə saxlayıb həmin yerdə əlavə 100 qram heroin qoydurduğunu bildirib ondan həmin heroini götürməsini xahiş etmiş, o da bundan sonra tanımadığı sürücünün idarə etdiyi taksiylə yenidən Sumqayıt şəhərinə qayıtmış və «Dörd Qardaş» restoranının yaxınlığındakı ağacın dibinə qoyulmuş bir ədəd boş siqaret qutusundakı sellofana bükülmüş heroini götürüb həmin taksiylə geri qayıtmışdır» İş üzrə ittihamı təsdiq edən şahidlər də istintaq və məhkəmə baxışı zamanı ifadələrində Təqsirləndirilən şəxs bu iş üzrə hüquqa zidd əməlin predmetini təşkil edən narkotik vasitənin xarici dövlətdən Azərbaycana gətirilməsində iştirakının olmasını təsdiq dəlil təqdim etmədilər. Məhkəmənin qənaətinə görə istintaq orqanın Təqsirləndirilən şəxs əməllərini həmin maddə ilə tövsüf edilməsi üçün əsas təqsirləndirilən şəxsin ilkin ifadələrində narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı tərəfiəndən ona deyilən yerdən götürməsi barsindəki ifadəsi olmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs həmin ifadələri araşdılarkən onun ifadələrində narkotik vasitələri qaçaqmalçıdlıq yolu ilə xarici dövlətdən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilib gətirilməsinə yönlən qəsdi və ya hərəkəti müəyyən olunmadı. Çünkü məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsini, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Əksinə o, özü də istintaq və məhkəmə zamanı verdiyi ifadələrində bunu inkar etmişdir. Bunu əksini də təsdiq edən sübutlar da müəyyən olunmamışdır. İtttiham tərəfi məhkəmədə belə sübüt təqdim etmədi. Göstərilənlərlə bərabər məhkəmə qeyd edir ki, istintaq orqanının özü narkotik vasitələrin başqa şəxslər tərəfindən Azərbaycan Respublikasıfna qaçaqmalçılıq yolu ilə keçirilməsi qənəaətinə gəlsə də Təqsirləndirilən şəxs bu əməlinin törədilməsində iştirakının olmasını təsdiq edən hərəkətələrinin nədən ibarət olmasını göstərməmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil teleıfona müxtəlif saatlarda çoxlu sayda zənglər edilməsi müəyyən edilmişdir, lakin həmin danışıqlar zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəənin xaricdən Azərbaycana Respublikasına keçirilməsində iştirakını göstərən məlumat müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməməsi barədə ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Çünki işdə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs oğlu İran İslam Respublikasına məxsus mobil telefon nömrəsinin istifadəçisi ilə müxtəlif vaxtlarda telefon əlaqələri saxlasa da həmin əlaqələr özündə əks etdirən məlumatlarda onun əməlinin predmetini təşkil edən heroinin X6 Azərbaycan Respublikasının sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirakını təsdiq edən məlumat müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs oğlunun başqa şəxslərlə narkotik vasitələri əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barəsində qabaqcadan razılığa gəlməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə, onun istintaq zamanı verdiyi ifadələri iş üzrə aradaşdırılımış sübutların məcmusu ilə müqayisəli təhlil edildikdə Təqsirləndirilən şəxs oğlunun İslam Respublikasında olması güman olunun şəxslə qabaqcadan əlbir narkotik vasitələrin əldə olunmasında razılığa gəlməsini, həmin həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmasını təsdiq edən sübutun olması müəyyən olunmadı. İstintaq orqanı özü də Təqsirləndirilən şəxs narkotik vasitənin xarici dövlətdən Azərbaycan Respublikasına keçirilməsində iştirakının nədən ibarət olmasını göstərməmişdir. Əksinə onun həmin narkotik vasitə Azərbaycana göndərildikdən sonra ona bu barədə və narkotikin olduğu yer barədə məlumat verildiyi, ona həmin narkotik vasitəni Azərbaycanın şəhərlərinin birindən götürməyi tapşırıldığını, Təqsirləndirilən şəxs da həmin narkotik vasitəni ona deyilən yerdən götürdüyü qənaətinə gəlmişdir. Məhkəmədə, bu işin predmetini təşkil edən narkotik vasitənin Azərbaycan Respublikasına nə vaxt, haradan, kimin vasitəsi ilə hansı üsullarla xarici dövlətdən Azərbaycan Respublikasına keçirilməsini müəyyən edən sübut müəyyən olundu. Narkotik vasitəni realizə edən şəxsin xarci ölkənin ərazisində olması isə narkotik vasitənin xarici dövlətdən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərilməsinin təsdiq etmək üçün kifayət deyildir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs bu işin predmetini təşkil edən narkotik vasitənin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya hamısının edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı və əşyanı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun cinayət əməlinin predmetini təşkil narkotik vasitələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə gizli keçirilib ona həmin narkotik vasitənin olduğu yer barəsində məlumat verliəndək narkotik vasitəyə hər hansı aidiyyəti olmasını təsdiq edən sübut müəyyən olunmadı. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin ifadələrinin bu hissəsinə hüquqi qiymət verərkən bu ifadələrdə ona elan olunmuş maddənin dispozotiv əlamətlərinin olmamasını nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslərlə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə iş üzrə gəldiyi nəticələri əsaslandırmaq vəzifəsi daşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı(19.04.1994-cü il) işində (51 b. bəndi) qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüqüqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın, lakin bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibinin əlamətləri istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs oğluna elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 96,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2020-ci ilin təxminən mart ayında başqa mənbədəən əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımışması sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü dispozisiya şərtələrinə uyğun gəldiyi qənəaətinə gəlib onunun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmişdir. İbtidai istisntaq zamanı Bakı şəhəri, 3 saylı Vəkuil bürosunun vəkili X10 tərəfiəndən 10(on) saat, Bakı «Mərkəz» bürosunun vəkili X11 tərəfindən 2(iki) saat hüqüqi yardım göstərilmişdir. Buna görə də vəkili X7 60 (altımış) manat, X8 12 (on iki) manat odənilməlidir. Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. İş üzrə maddi sübüt kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 96,374 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, bir ədəd kompak (SD) və bir digitəl vidio (DVD) disk cinayət işinin materiallarında saxlanılmasını, «Samsung Galaxy A3» markalı, SM-A310F modelli, **********29144 və **********29142 İMEİ kodlu mobil telefon cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanılmasını əsalı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, çünkü ona həmin cəzaya nisbətən yüngül cəza təyin etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs tutulduğu 29 mart 2021-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X3 27 iyul 2020-ci il tarixli 2069 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, lakin onun ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülməsi müəyyən olundu. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, həmin halı nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Gürcüstan Respublikeasının vətəndaşı olduğu müəyyən olundu. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsində bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilərə təyn olunmuş cəzanın çəkdikdən sonra onların Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərə tutlmuşdur. Məhkəmədə elan edilib araşdırmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X12 da Gürcüstan Respublikeasının vətəndaşıdır və ona 05 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs həbs olunana qədər həyat yoldaşı X12 birgə yaşayıb ümumi təsərrüfatla məşqul olduğu həmin birgə fəaliyyət nəticəsində birgə mülkiyyətdə olan əmlaka malik olduqları müəyyən olundu. Bu səbədən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkdikdən sonra həyat yoldaşı X5 məcburi qaydada ayırıb Azərbaycan Respublikasının hüdüdlarından çıxarılması hümanizm prinsilərinə zidd olub, təqsirləndirilən şəxsin ailə və mülkiyyət hüququnun pozulmasına səbəb olardı. Məhkəmə, göstərilən halları nəzərə alıb Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından sonra onu məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını ona təyin olunmuş cəzanı çəkdikdən sonra qanuna uyğun həll edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində qismən səmimi olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən amil kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırda “Bud sümüyünün cərrahi boyununun sınığı” dioqnozu ilə müalicə alıb cərrahi əməliyyat olunduğunu, bu müacilənin uzun müddət ərzində davam etdiyini, onun hazırda kənar kömək olmadan sərbəst gəzə bilməyib yataq rejimndə müalicə olunduğu, yalnız kənar şəxslərin köməyi ilə yer dəyişə bilməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs həmin dioqnoz ilə cəzadan azad olub-olmamsını araşdırılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklərin siyahısı”nda “Bud sümüyünün cərrahi boyununun sınığı” dioqnozlu xəstələyin daxil edilməməsi müəyyən olundu. Məhkəmə, cəzanın Təqsirləndirilən şəxs islah olunması ilə bərabər onun həyatına, o cümldən də səhhətinə, ləyaqətinə, şəxsiyyətinə təsir edən amil olduğunu nəzərə alıb onun hazırda “Bud sümüyünün cərrahi boyununun sınığı” dioqnozu ilə müalicə alıb cərrahi əməliyyat olunduğunu, bu müalicənin indi də davam etdiyini, onun hazırda sərbəst gəzə bilməyib yataq rejimndə müalicə olunduğunu, yalnız kənar şəxsləri köməyi ilə yer dəyişə və başqa təlabatlarını təmin edə bilməsini təqsirləndirilən şəxsin səhhətini və onun şəxsiyyətini xarakterizə edən hall kimi ona təyin oluncaq cəzaya təsir edən əsas yüngülləşdirici amil kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyatına, səhhətinə və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli il 29 mart 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Nəsibov X2 ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ona göstərdikləri hüquqi yardıma görə 3 saylı vəkil bürosunun vəkili X7 ödənilməsi üçün 60 (altımış) manat, «Mərkəz» vəkil bürosunun vəkili X8 ödənilməsi üçün 12 (on iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübüt kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 96,374 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, bir ədəd kompakt (SD) və bir ədəd digitəl vidio (DVD) disk cinayət işinin materiallarında saxlanılsın, «Samsung Galaxy A3» markalı, SM-A310F modelli, **********29144 və **********29142 İMEİ kodlu mobil telefon cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-407/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-407/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver