Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1983-cü ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 30, mənzil 32-də qeydiyyatda olub, ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelində faktiki yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1997-ci il Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri Fizuli küçəsi, ev 18, mənzil 19-da qeydiyyatda olub, ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelində faktiki yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 9,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazı) tabletlərini naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinə qanunsuz daşıyaraq əvvəlcədən satışa hazırlamaq məqsədi ilə həmin psixotrop maddə metamfetamini 2,660 qram və 3,443 qram olmaqla 2 bükümdə və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən psixotrop maddə 5 ədəd MDMA tabletlərini bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1, həmin psixotrop maddə metamfetaminin qalan 3,322 qramını isə bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlamış, Şahid3 naməlum şəxslərin Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin satışı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı 28 yanvar 2020-ci il tarixli müraciət əsasında başlanmış əməliyyat-axtarış tədbirləri zamanı «şərti alıcı» qismində cəlb edilmiş Şahid3 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin +**********02 saylı mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 2 qram çəkidə psixotrop maddə metamfetamin sifariş verdikdən sonra, sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 19.02-də şəxsiyyəti istintaqla müəyyən edilməmiş X1 adına «xxxx» Açıq Səhmdar Cəmiyyətində rəsmiləşdirilmiş ******************** saylı bank hesabına «MilliOn» ödəmə sistemi vasitəsi ilə 180 manat pul köçürüb bu barədə təsdiqedici ödəniş qəbzinin fotoşəklini çəkərək «Whatsapp» anı mesajlaşma mübadilə sistemi vasitəsilə «Elşən» adlı şəxsin +**********02 saylı mobil telefon nömrəsinə göndərdikdən sonra sonuncunun 2 qram çəkidə psixotrop maddə metamfetaminin yerləşdirilməsi barədə göstərişi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin çəkidə psixotrop maddə metafetamini ünvan 3 ünvanda yerləşən binanın pəncərəsində olan dəmir barmaqlıqların alt hissəsinə yerləşdirib həmin yerin fotoşəklini «Elşən» adlı şəxsin, sonuncu isə öz növbəsində Şahid3 «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə göndərmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bir ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,660 qram çəkidə psixotrop maddə metamfetamin 29 yanvar 2020-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli binanın giriş hissəsində yerləşən pəncərədə olan dəmir barmaqlıqların alt hissəsindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 4 fevral 2020-ci il tarixdə saat 1.50-də Bakı şəhəri Sabunçu rayonu, Bilgəh-Nardaran yolunun sağ tərəfində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 3,443 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi əl çantasının içərisində saxladığı bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 4 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 3.45-də ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağında saxlanılaraq həmin otağa keçirilən baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 3,322 qram çəkidə psixotrop maddə metamfetamin otaqda yerləşən dolabın içərisində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 9,425 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletlərini naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinə qanunsuz daşıyaraq əvvəlcədən satışa hazırlamaq məqsədi ilə həmin psixotrop maddə metamfetamini 2,660 qram, 3,443 qram olmaqla 2 bükümdə və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən psixotrop maddə 5 ədəd MDMA tabletlərini bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1, həmin psixotrop maddə metamfetaminın qalan 3,322 qramını isə bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlamış, Şahid3 naməlum şəxslərin Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin satışı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı 28 yanvar 2020-cı il tarixli müraciət əsasında başlanmış əməliyyat-axtarış tədbirləri zamanı «şərti alıcı» qismində cəlb edilmiş Şahid3 istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin +**********02 saylı mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 2 qram çəkidə psixotrop maddə metamfetamin sifariş verdikdən sonra, sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 19.02-də şəxsiyyəti istintaqla müəyyən edilməmiş X1 adına «xxxx» Açıq Səhmdar Cəmiyyətində rəsmiləşdirilmiş ******************** saylı bank hesabına «MilliÖn» ödəmə sistemi vasitəsi ilə 180 manat pul köçürüb bu barədə təsdiqedici ödəniş qəbzinin fotoşəklini çəkərək «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə «Elşən» adlı şəxsin +**********02 saylı mobil telefon nömrəsinə göndərdikdən sonra sonuncunun 2 qram çəkidə psixotrop maddə metamfetaminin yerləşdirilməsi barədə göstərişi əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin çəkidə psixotrop maddə metafetamini ünvan 3 ünvanda yerləşən binanın pəncərəsində olan dəmir barmaqlıqların alt hissəsinə yerləşdirib həmin yerin fotoşəklini «Elşən» adlı şəxsin, sonuncu isə öz növbəsində Şahid3 «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə göndərmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bir ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,660 qram çəkidə psixotrop maddə metamfetamin 29 yanvar 2020-cı il tarixdə saat 00:10-da ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli binanın giriş hissəsindəki pəncərədə olan dəmir barmaqlıqların alt hissəsindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 4 fevral 2020-ci il tarixdə saat 1:50-də Bakı şəhəri Sabunçu rayonu, Bilgəh-Nardaran yolunun sağ tərəfində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 3,443 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi əl çantasının içərisində saxladığı bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 4 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 3:45-də ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağında saxlanılaraq həmin otağa keçirilən baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 3,322 qram çəkidə psixotrop maddə metamfetamin otaqda yerləşən dolabın içərisində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əsasən Ukraynada yaşayır, arada bir Bakı şəhərinə gəlib-gedir. Sonuncu dəfə tutulmamışdan iki ay əvvəl Bak şəhərinə gəlmişdir. 2019-cu ilin yay aylarından etibarən əsasən narkotik vasitə olan kokaindən, hərdən bir isə ekstazi adlı həblərdən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 onun dayısı oğludur. Sonuncu da psixotrop maddə metamfetamindən istifadə etmişdir. Vüsalı müalicə etdirmiş və hazırda istifadə etmir. Bir qayda olaraq narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə əldə etmişdir. Belə ki, müvafiq kart nömrəsinə pulu yüklədikdən sonra, satıcı narkotik vasitəni hanısa bir yerə qoyub, şəklini çəkib ona göndərmiş və o, gedib həmin yerdən götürmüşdür. 4 fevral 2020-ci il tarixdə Nardaranda dəniz kənarında icarəyə götürdüyü «Hyundai Sonata» markalı avtomobildə olarkən saxlanılmışdır. Üzərindən 5 ədəd tabletka və metamfetamin çıxmışdır. Metamfetamindən istifadə etməmişdir. Həmin maddəni gələcəkdə kokainə dəyişmək üçün alıb üzərində saxlamışdır. Polis əməkdaşları onun mobil telefonunu götürüb yoxlamış və narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. Saxlanıldıqdan sonra polislər onu idarəyə aparmış və bir saatdan sonra Vüsal da həmin yerə gətirilmişdir. Sonuncunun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onlar yaşadıqları ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinin 201 saylı otağına aparılmışdır. Axtarış zamanı Vüsalın gödəkçəsinin cibindən narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş və Vüsala aid olmamışdır. Otaqdakı dolabdan tərəzi çıxardıb, videoçəkiliş aparmışlar. Daha sonra onları BNMİ-yə aparmışlar. Orada polis əməkdaşı ağ bükümdə metamfetamin gətirib, həmin maddənin ona məxsus olmasını bildirmişdir. Sonunculara narkotik vasitələrin qaçaqmalçılığı və satışı ilə məşğul olmadığını bildirmişdir. Elşən adlı şəxsi tanımır. Hadisə günü polis əməkdaşları tərəfindən saxlanıldığından Türkiyədə yaşayan qızıl işi ilə məşğul olan dostunun yanına gedə bilməmişdir. Türkiyə Respublikasından Azərbaycana narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə gətirməmiş, respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olmamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, müvəqqəti olaraq «Yeshim» hostelində yaşamışdır. 2018-cildən 2019-cu ilin yay aylarına qədər psixotrop maddə metamfetamindən və sonradan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. Rəmzan əsasən Ukrayna Respublikasında yaşamış və tutulmamışdan təxminən iki ay əvvəl Azərbaycana gəlmişdir. Sonuncunun narkotik vasitə olan kokaindən istifadə etdiyi barədə məlumatı olmuşdur. 4 fevral 2020-ci il tarixdə saat təxminən 4 radələrində yaşadığı hostelin qapısı döyülmüşdür. Durub qapını açmış və bir neçə mülki geyimli şəxs içəri daxil olmuşdur. Xidməti vəsiqələrini göstərəndən sonra onların polis əməkdaşları olduqlarını bilmişdir. Sonuncular ona narkotik vasitələrin əldə edilməsi və satışı ilə məşğul olduğu barədə məlumat aldıqlarını bildirib, otağı axtarmağa başlamışlar. Otaqdan narkotik maddə tapılmamışdır. Bundan sonra onu polis idarəsinə aparıb, bir müddət sonra geri qaytarmışlar. Bu vaxt polis əməkdaşı tərəfindən onun gödəkcəsinin cibinə psixotrop maddə metamfetamin yerləşdirilmişdir. Elşən adlı şəxsi tanımır. Heç vaxt narkotik vasitələrin qaçaqmalçılığı və satışı ilə məşğul olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 yanvar 2020-ci il tarixdə vətəndaş Şahid3 Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin «Whatsapp» tətbiq vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Belə ki, məlumata əsasən narkotik vasitələri almaq istəyən şəxslər «Whatsapp» tətbiqi vasitəsilə +90-***-***-**-** mobil nömrəsinə mesaj yazaraq narkotik sifariş verirlər, satıcı tərəfindən onlara hesab nömrəsi göndərilir, həmin hesaba pul ödənildikdən sonra satıcı tərəfindən elə «Whatsapp» vasitəsilə narkotik maddənin gizlədildiyi yer bildirilir və pulu ödəyən şəxs gedib narkotik vasitəni həmin yerdən götürür. Ceyhun Şahid3 Axundov həmin şəxslərin ifşa edilməsində polis əməkdaşlarına yardım göstərməyə hazır olduğunu bildirmişdir. Bu məlumat idarə rəisinə raportla məruzə edildikdən sonra qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Tədbirin həyata keçirilməsi üçün Şahid3 həmin şəxslərin istifadə etdiyi mobil nömrəyə «Whatsapp» mobil tətbiqi ilə ismarıc yazıb 2 qram metamfetamin istəmişdir. Həmin şəxslər qeyd edilən narkotik vasitənin qiymətinin 180 manat olduğunu bildirib, ona hesab nömrəsini göndərmişdir. Bununla bağlı 28 yanvar 2020-ci il tarixdə BNMİ-nin əməliyyat xərcləri üçün ayrılmış puldan bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinasları ümumilikdə 180 manat pul Şahid3 verilmiş və bu barədə protokol tərtib edilmişdir. Şahid3 28 yanvar 2020-ci tarixdə saat 19:02-də ünvan 4 ünvanda yerləşən «Million» elektron ödəmə sistemi vasitəsilə həmin şəxslərin qeyd etdiyi hesaba 180 manat pul köçürüb, ödəniş qəbzinin şəklini çəkərək satıcıya göndərmişdir. Bir neçə saat sonra Şahid3 2 qram metamfetaminin «Space» TV-nin inzibati binasının yaxınlığındakı parkda pəncərənin aşağı hissəsində «Winston» siqaret qutusuna qoyulduğu barədə ismarıc gəlmiş və həmin yerin şəkili çəkilərək göndərilmişdir. 29 yanvar 2020-ci il tarixdə saat 00-da əməliyat qrupunun üzvləri Şahid3la birlikdə ünvan 5 ünvanın qarşısına gəlib, orada yerləşən 5 mərtəbəli binanın giriş hissəsindəki 1-ci mərtəbəyə aid pəncərəyə yaxınlaşmışlar. Həmin pəncərənin dəmir barmaqlıqlarının alt hissəsindən bir ədəd ağ rəngli «Winston» markalı siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusuna baxış zamanı içərisində bir ədəd siqaret sellofanına bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin siqaret qutusu içərisindəki bükümlə birlikdə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 3 fevral 2020ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Yeshim» hostelində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin Bakı şəhəri, əsasən da Yasamal rayonu ərazisində «Whatsapp» tətbiqi vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə idarəyə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. 4 fevral 2020-ci il tarixdə 1:40-da qara rəngli «Hundai Sonata» markalı avtomobillə Təqsirləndirilən şəxs1 Xəzər rayonu Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinə gedərkən yolda saxlanılmışdır. Təqsirləndirilən şəxs1 əl çantasında psixotrop maddə olan metemfetamin və 5 ədəd MDMA həbləri olduğunu bildirib, 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə oxşar maddəni və 5 ədəd MDMA həblərini, 1 ədəd elektron tərəzini, 1 ədəd «Samsung» markalı mobil telefonunu, özünə məxsus və qohumu Təqsirləndirilən şəxs2 məxsus xarici pasportunu və şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmişdir. Sonra onun üzərinə və avtomaşınına baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 psixotrop maddə və həbləri Elşən kimi tanıdığı şəxsdən pul ödəmədən Memar Əcəmi metrosunun yaxınlığındakı binanın girişində gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. Həmin maddələr və elektron tərəzi iki ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 da həmin zərflərin üzərinə imza etmişdir. Sonuncunun dediyinə görə, həmin vaxt orada təxminən 150 ədəd MDMA həbləri, 20 qram psixotrop maddə olan metamfetamin və 13 qram banzay olmuş və həmin maddələri dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaq məqsədilə götürmüşlər. Təqsirləndirilən şəxs1 dayısı oğlu Vüsal ilə birlikdə «Yeshim» hostelində qaldıqlarını, oradan narkotik və psixotrop maddələri Yasamal rayonunun müxtəlif ərazilərinə qoymaqla, onlayn satışını həyata keçirdiklərini bildirmişdir. Daha sonra sonuncuların yaşadığı ünvan 1 ünvanda yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağına getmişlər. Otaqda Təqsirləndirilən şəxs2 olmuşdur. Sonuncu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edildikdən sonra, ona otaqda saxlanılması qanunla qadağan edilmiş əşya və ya maddə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 otaqda olan paltar şkafının içərisində olan gödəkcəsinin cibində şəffaf sellofanda psixotrop maddə olan metamfetamin olduğunu bildirib, həmin sellofanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanda ağ rəngli kristal şəklində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmiş, həmin maddə zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Baxış zamanı otaqda Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddəni Elşən kimi tanıdığı şəxsdən pul ödəmədən, nisyə Memar Əcəmi metrosunun yaxınlığındakı binanın girişində gizlədilmiş yerdən götürməklə əldə etdiyini və bibisi oğlu Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvlər və saxlanılan şəxslər Baş İdarəyə getmişlər. Orada Rəmzan və Vüsalın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçilər dəvət edilmiş və keçirilən tədbirlə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 27 yanvar 2020ci il tarixdə məhəllədə olarkən tanımadığı iki nəfər narkomanın söhbət etdiklərini görmüşdür. Sonuncuların söhbətinə diqqətlə qulaq asmış və ona məlum olmuşdur ki, narkotik vasitələri almaq istəyən şəxslər «Whatsapp» tətbiqi vasitəsilə +90-***-***-**-** mobil nömrəsinə mesaj yazaraq narkotik sifariş verirlər, satıcı tərəfindən onlara hesab nömrəsi göndərilir, həmin hesaba pul ödənildikdən sonra satıcı tərəfindən elə «Whatsapp» vasitəsilə narkotik maddənin gizlədildiyi yer bildirilir və pulu ödəyən şəxs gedib narkotik vasitəni həmin yerdən götürür. O, deyilən mobil telefon nömrəsini yadında saxlamış və bir gün sonra 28 yanvar 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedərək bu barədə məlumat verib, narkotik satan şəxslərin ifşa edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. Bu barədə ərizə yazmış və polis əməkdaşlarının göstərişi ilə həmin nömrəyə ismarıc göndərib, 2 qram metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxslər qiymətin 180 manat olduğunu deyib, hesab nömrəsi göndərmişlər. Bundan sonra polis əməkdaşları ona 180 manat pul vermişlər. Həmin pulu Şəhriyar küçəsində yerləşən «Araz» marketdəki «Milliön» aparatından deyilən hesaba vurmuş və qəbzin şəklini çəkərək həmin nömrəyə göndərmişdir. Həmin gün axşam saat 22:55-də ona narkotikin yerləşdirildiyi yer qeyd olunan ismarıc gəlmişdir. 29 yanvar 2020-ci il tarixdə saat 00-da polis əməkdaşları ilə birlikdə mesajda göstərilən ünvan 5 ünvanın qarşısında yerləşən 5 mərtəbəli binanın giriş hissəsindəki 1-ci mərtəbəyə aid pəncərəyə yaxınlaşmışdır. Həmin pəncərənin dəmir barmaqlıqlarının alt hissəsindən bir ədəd ağ rəngli «Winston» markalı siqaret qutusu aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Siqaret qutusuna baxış zamanı içərisində bir ədəd siqaret sellofanına bükülmüş içərisində ağ kristal maddə aşkar olunmuşdur. Polis əməkdaşları həmin maddənin metamfetaminə oxşadığını bildirmişlər. Bundan sonra həmin bir ədəd siqaret qutusu içərisindəki bükümlə zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Daha sonra protokol tərtib edildi, o da həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2020-ci il tarixli, 2439 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Toplanmış material üzrə ünvan 7 ünvanından götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddi sübut» yazıları olan zərfdəki 1 ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 2.660 qram ağ rəngli kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 2.660 qr, tədqiqata sərf edildi - 0.05 qr. Qalıq - 2.610 qr. Məhkəmə Ekspertizası Mərkəzinin 4 fevral 2020-ci il tarixli, 2909 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd bükümdə yazılar olan paketdəki (N2) 1 ədəd bükümdə təmiz çəkisi 3.443 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin paketdəki 1 ədəd bükümdəki 5 ədəd açıq yaşıl rəngli xüsusi formalı tabletlər təsiredici maddəsi MDMA (metilendioksimetamfetamin, ekstazi) olan psixotrop vasitələrdir. 5 ədəd tabletdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 0.880 qram təşkil edir. Üzərində «Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi..» yazılar olan paketdə (N1) 1 ədəd üzərində «Dijital Skale» yazısı olan qutudakı 1 ədəd 8.5x4.5 sm. ölçüdə elektron tərəzinin səthində metamfetaminə məxsus izlər müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən çəki analizin aparılması mümkün deyil. Üzərində «Vət. Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə..” yazılar olan paketdəki (N3) 1 ədəd bükümdə təmiz çəkisi 3.322 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 2 və 3 N-li paketlərdəki metamfetaminlər tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Metamfetamin və MDMA «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 2 N-li paketdəki metamfetaminin təmiz çəkisi 3.443 qr, tədqiqata sərf edildi - 0.06 qr, qalıq -3.383 qr. 2 №-li paketdəki MDMA tabletləri 5 ədəd, tədqiqata sərf edildi - 1 tabl. Qalıq - 4 tabl. 3 №-li paketdəki metamfetaminin təmiz çəkisi 3.322 qr, tədqiqata sərf edildi - 0.06 qr, qalıq - 3.262 qr. Məhkəmə Ekspertizası Mərkəzinin 7 oktyabr 2020-ci il tarixli, 1992 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd bükümdə...» yazılar olan paketdəki 1 ədəd bükümdə qalıq təmiz çəkisi 3.383 qram, üzərində «Vət. Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə...» yazılar olan paketdəki 1 ədəd bükümdə qalıq təmiz çəkisi 3.262 qram və üzərində «..ünvan 7 ünvanından götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddi sübut» yazıları olan 1 ədəd zərfdəki 1 ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə qalıq təmiz çəkisi 2.610 qram psixotrop maddə-metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: 1 N-li paketdəki Metamfetaminin qalıq təmiz çəkisi-3.383 qr., tədqiqata sərf edildi-0.04 qr, qalıq 3.343 qr. 2N-li paketdəki metamfetaminin qalıq təmiz çəkisi-3.262 qr, tədqiqata sərf edildi-0,04 qr, qalıq - 3.222 qr. 3N-İİ paketdəki metamfetaminin qalıq təmiz çəkisi-2.610 qr., tədqiqata sərf edildi - 0.04 qr, qalıq-2,570 qr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 24 aperl 2020-ci il tarixli 1040 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 may 2020-ci il tarixli 1315 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşin 1-ci cildinin 37-42-ci vərəqlərindəki DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən tərtib edilmiş «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» 4 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 4 fevral 2020-ci il tarixdə saat 01.50-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Sabunçu rayonu, Bilgəh-Nardaran yolunun sağ tərəfində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış zamanı onun üzərində olan çantanın içərisində saxladığı 1 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 5 ədəd həbdən ibarət psixotrop maddəyə bənzər maddə və 1 ədəd elektron tərəzi, bundan başqa həmin tarixdə saat 3.45-də Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağında saxlanılaraq həmin otağa keçirilən baxış zamanı otaqda yerləşən dolabın içərisində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşin 2-ci cildinin 62-93-cü vərəqlərindəki protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Samsung A70» markalı mobil telefon aparatına baxış zamanı mobil telefonun «Qalareya» hissəsindən narkotik vasitə və psixotrop maddələrə bənzər maddələrin şəkilləri aşkar edildi. Belə ki, narkotik vasitə heroinə, bonzaiyə, psixotrop maddə metamfetaminə və ekstaziyə bənzər maddələrin şəkillərinin çəkilməsi aşkar edildi. Həmin şəkillərin içərisindən elektron tərəzi, tərəzinin üzərində psixotrop maddə metamfetaminin çəkilməsi görünür. Eyni zamanda mobil telefonda şəkillər çəkilərək işarələr qoyulmuşdur. Qeyd edilən şəkillər «Samsung A70» markalı mobil telefon aparatı ilə çəkilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 göy rəngli «Chevrolet Cruze» markalı avtomaşını çəkərək Türkiyə Respublikasının vətəndaşı Elşən adlı şəxsə, Elşən adlı şəxs də həmin şəkli Şahid3 göndərmişdir. Həmin şəklin Təqsirləndirilən şəxs1 mobil telefonundan aşkar olması onu göstərir ki, Təqsirləndirilən şəxs1 Elşən adlı şəxsin göstərişi ilə onun dediyi ünvanlara narkotik vasitə və psixotrop maddə qoyur. Eyni zamanda mobil telefonda şəkillər çəkilərək işarələr qoyulmuşdur. Şahid3 göndərilmiş şəkildə də, yəni “Chevrolet Cruze” markalı avtomobilin yanındakı pəncərə ox işarəsi vasitəsi ilə işarələnmişdir. Həmin yerdən isə keçirilmiş əməliyyat tədbirləri nəticəsində psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Buradan da görünür ki, analoji olaraq digər şəkillər də ox işarəsi ilə işarələndiyindən qoyulmuş narkotik vasitə və psixotrop maddələrin yerini göstərir və həmin xüsusatla da Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması özünü göstərir. Həmin şəkillərin surəti çıxarılaraq protokola əlavə edilmişdir. İşin 2-ci cildinin 94-101-ci vərəqlərindəki protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Samsung J5» markalı mobil telefon aparatına baxış zamanı zamanı mobil telefonun «Qalareya» hissəsindəki şəkillərdən görünür ki, mobil telefonda şəkillər çəkilərək işarələr qoyulmuşdur. Şahid3 göndərilmiş şəkildə də, yəni “Chevrolet Cruze” markalı avtomobilin yanındakı pəncərə ox işarəsi vasitəsi ilə işarələnmişdir. Həmin yerdən isə keçirilmiş əməliyyat tədbirləri nəticəsində psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Buradan da görünür ki, analoji olaraq digər şəkillər də ox işarəsi ilə işarələndiyindən qoyulmuş narkotik vasitə və psixotrop maddələrin yerini göstərir və həmin xüsusatla da Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması özünü göstərir. Həmin şəkillərin surəti çıxarılaraq protokola əlavə edilmişdir. İşin 2-ci cildinin 193-196-cı vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.343 qr. psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və 4 ədəd MDMA, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.222 qr. psixotrop maddə metamfetamin, Bakı şəhəri Yasamal rayonu, S.Dağlı küçəsi 73 ünvanından aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 2.570 qr. psixotrop maddə metamfetamin və bir ədəd “Samsung J5” və “Samsung A70” markalı mobil telefon məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 3 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 167-168-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşin 1-ci cildinin 51-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 4 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 63-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 4 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 07 iyun 2009-cu il və 09 oktyabr 2012-ci il təvəllüdlü iki azyaşlı uşağı var. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Elşən» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 9,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazı) tabletlərini naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 8 ünvanında yerləşən «Yeshim» hostelinə qanunsuz daşıyaraq əvvəlcədən satışa hazırlamaq məqsədi ilə həmin psixotrop maddə metamfetamini 2,660 qram, 3,443 qram olmaqla 2 bükümdə və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən psixotrop maddə 5 ədəd MDMA tabletlərini bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1, həmin psixotrop maddə metamfetaminin qalan 3,322 qramını isə bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlamış, Şahid3 naməlum şəxslərin Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin satışı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı 28 yanvar 2020-ci il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyataxtarış tədbirləri zamanı «şərti alıcı» qismində cəlb edilmiş Şahid3 istifadəsində olan +99***-***-**- ** saylı mobil telefon nömrəsi ilə Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin +**********02 saylı mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 2 qram çəkidə psixotrop maddə metamfetamin sifariş verdikdən sonra sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 19.02-də şəxsiyyəti istintaqla müəyyən edilməmiş X1 adına «xxxx» Açıq Səhmdar Cəmiyyətində rəsmiləşdirilmiş ******************** saylı bank hesabına ‘MilliOn» ödəmə sistemi vasitəsi ilə 180 manat pul köçürüb bu barədə təsdiqedici ödəniş qəbzinin fotoşəklini çəkərək «Whatsapp» anı mesajlaşma mübadilə sistemi vasitəsilə «Elşən» adlı şəxsin +**********02 saylı mobil telefon nömrəsinə göndərdikdən sonra sonuncunun 2 qram çəkidə psixotrop maddə metamfetaminin yerləşdirilməsi barədə göstərişi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin çəkidə psixotrop maddə metafetamini ünvan 9 ünvanında yerləşən binanın pəncərəsində olan dəmir barmaqlıqların alt hissəsinə yerləşdirib həmin yerin fotoşəklini «Elşən» adlı şəxsin, sonuncu isə öz növbəsində Şahid3 «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə göndərmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bir ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,660 qram çəkidə psixotrop maddə metamfetamin 29 yanvar 2020-ci il tarixdə saat 00:10-da ünvan 10 ünvanda yerləşən 5 mərtəbəli binanın giriş hissəsində yerləşən pəncərədə olan dəmir barmaqlıqların alt hissəsindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 04 fevral 2020-ci il tarixdə saat 01.50də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Nardaran yolunun sağ tərəfində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 3,443 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron təzəri əl çantasının içərisində saxladığı bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 03.45-də ünvan 8 ünvanında yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağında saxlanılaraq həmin otağa keçirilən baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bır qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 3,322 qram çəkidə psixotrop maddə metamfetamin otaqda yerləşən dolabın içərisində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Elşən» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 9,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletlərini naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 8 ünvanında yerləşən «Yeshim» hostelinə qanunsuz daşıyaraq əvvəlcədən satışa hazırlamaq məqsədi ilə həmin psixotrop maddə metamfetamini 2,660 qram, 3,443 qram olmaqla 2 bükümdə və təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən psixotrop maddə 5 ədəd MDMA tabletlərini bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1, həmin psixotrop maddə metamfetaminın qalan 3,322 qramını isə bir bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlamış, Şahid3 naməlum şəxslərin Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin satışı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı 28 yanvar 2020-cı il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyataxtarış tədbirləri zamanı «şərti alıcı» qismində cəlb edilmiş Şahid3 istifadəsində olan +99***-***-**- ** saylı mobil telefon nömrəsi ilə Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin +**********02 saylı mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 2 qram çəkidə psixotrop maddə metamfetamin sifariş verdikdən sonra sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 19.02-də şəxsiyyəti istintaqla müəyyən edilməmiş X1 adına «xxxx» Açıq Səhmdar Cəmiyyətində rəsmiləşdirilmiş ******************** saylı bank hesabına «MilliÖn» ödəmə sistemi vasitəsi ilə 180 manat pul köçürüb bu barədə təsdiqedici ödəniş qəbzinin fotoşəklini çəkərək «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə «Elşən» adlı şəxsin +**********02 saylı mobil telefon nömrəsinə göndərdikdən sonra sonuncunun 2 qram çəkidə psixotrop maddə metamfetaminin yerləşdirilməsi barədə göstərişi əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin çəkidə psixotrop maddə metafetamini ünvan 9 ünvanında yerləşən binanın pəncərəsində olan dəmir barmaqlıqların alt hissəsinə yerləşdirib həmin yerin fotoşəklini «Elşən» adlı şəxsin, sonuncu isə öz növbəsində Şahid3 «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə göndərmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bir ədəd «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş bir ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,660 qram çəkidə psixotrop maddə metamfetamin 29 yanvar 2020-cı il tarixdə saat 00:10-da ünvan 10 ünvanda yerləşən 5 mərtəbəli binanın giriş hissəsində yerləşən pəncərədə olan dəmir barmaqlıqların alt hissəsindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 04 fevral 2020-ci il tarixdə saat 01 50də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Nardaran yolunun sağ tərəfində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 3,443 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,880 qram təşkil edən 5 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tabletləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron təzəri əl çantasının içərisində saxladığı bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 03.45-də ünvan 8 ünvanında yerləşən «Yeshim» hostelinin 201 nömrəli otağında saxlanılaraq həmin otağa keçirilən baxış zamanı onun qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 3,322 qram çəkidə psixotrop maddə metamfetamin otaqda yerləşən dolabın içərisində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşıyaraq, üzərlərində saxlamış və satmışlar. Buna baxmayaraq istintaq orqanı heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsi tələb edir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks olunmalıdır. İstintaq orqanı ittiham aktında qaçaqmalçılıq cinayətinin naməlum vaxtda və şəraitdə törədilməsini göstərib, cinayətin hansı formada törədilməsini, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətdə hansı formada iştirakını və onların cinayətə aidiyyətını müəyyən etməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfi təqsirləndirilən şəxslərin CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, məhkəməyə sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsini nəzərdə tutur. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib daşıdıqları, üzərlərində saxladıqları və satdıqları külli miqdarda psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinə aidiyyəti sübut edilmədi. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşıyaraq, üzərlərində saxlamış və satmışlar. İşin 1-ci cildinin 175-176-cı vərəqlərindəki 27 fevral 2020-ci il tarixli və işin 2-ci cildinin 102- 105-ci vərəqlərindəki 10 sentyabr 2020-cı il tarixli «Sənədin cinayət işinə əlavə edilməsi haqqında» protokollarda təqsirləndirilən şəxslərin dəfələrlə müxtəlif xarici ölkələrə giriş-çıxışlar etdiyi (ittihamın Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsinin sübutu kimi) qeyd edilmişdir. Həmin sənədlərlə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərn müxtəlif xarici ölkələrə dəfələrlə səfərlər etməsi onlara Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham elan etməsi üçün əsas ola bilməz. Digər tərəfdən istintaq orqanı özü təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddələrin naməlum vaxtda və şəraitdə «Elşən» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan gizli keçirildiyi qənaətinə gəlmiş, təqsirləndirilən şəxslərin bu cinayətin törədilməsində iştirakını göstərə bilməmişdir. Bu baxımdan məhkəmə, həmin protokolları sübut hesab etmir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 məhkəmədə özünü qismən təqsirli bildi. Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilmədi. Onların bu ifadələri məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 himayəsinə azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 4 fevral 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 93-1.2-ci maddəsinə əsasən onlara narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.343 qr psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və 04 ədəd MDMA, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.222 qr psixotrop maddə metamfetamin, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 73 ünvanından aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 2.570 qr psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd Samsung J5 və Samsung A70 markalı mobil telefonlar təqsirləndirilən şəxslərin qohumlarına qaytarılmalı, 03 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 329 (üç yüz iyirmi doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 fevral 2020-ci-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.343 qr psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və 04 ədəd MDMA, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3.222 qr psixotrop maddə metamfetamin, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 73 ünvanından aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 2.570 qr psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd Samsung J5 və Samsung A70 markalı mobil telefonlar təqsirləndirilən şəxslərin qohumlarına qaytarılsın, 03 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 329 (üç yüz iyirmi doqquz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 164 (yüz altmış dörd) manat 85 (səksən beş) qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-409/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-409/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver