Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-412/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədiylə, küllü miqdarda ağ şəffaf selofan torbada , ümumi təmiz çəkisi 35,712 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Ölkədə baş verən Koronavirus infeksiyası (Covid 19) pandemiyasmm Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ciil tarixli xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarını, karantin dövründə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və şəhərlərinin və Abşeron rayonun ərazisində hərəkət etmək üçün «icazə.e.gov.az» portalından qeydiyyatdan keçməklə icazə almaq üçün 8103 nömrəsinə SMS göndərərək müvafiq cavab aldıqdan sonra tibbi maska taxmaqla hərəkət etməli olduğu halda buna riayət etməyib Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində qurulmuş nəzarət postunda nmüvafiq icazəsi olmadan keçmək istəyərkən Abşeron rayon Polis idarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli selofana bükülü, ümumi təmiz çəkisi 35,712 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zakr oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zakr oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxx 2020-ci il tarixdə axşam saat 00:15 radələrində taksi fəaliyyəti ilə məşğul olan, Kamil Nəzərovun idarə etdiyi qara rəngli «Tofaş» markalı «**-SU-***» dövlət qeydiyyat nişanlı avtomaşınla «İnşatçılar» metrosunun yaxınlığında dayandığını görmüş, Kamil Nəzərova yaxınlaşaraq, onu Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış massivinə aparmasını xahiş etmişdir. Kamil Nəzərovla razılaşdıqdan sonra, onun avtomobilinə əyləşib, birikdə Abşeron rayonu, Masazır qəsəbəsi «Qurtuluş-93» yaşayış massivinə gəlmişlər. O, Kamil Nəzərovun idarə etdiyi avtomobildən yerə düşüb, tanışı Pərviz adlı şəxslə görüşmüş, təxminən 2-3 dəqiqədən sonra qayıdıb yenidən Kamilin idarə etdiyi avtomobilə əyləşərək geri qayıtmaq istəmişlər. Kamil idarə etdiyi avtomobil ilə Masazır qəsəbəsində hərəkətdə olarkən, stasionar polis postunda iki nəfər polis əməkdaşı, Kamilin idarə etdiyi avtomobilə saxla işarəsi vermiş, sonuncu idarə etdiyi avtomobili saxladıqdan sonra, onlardan karantinlə əlaqədar çöldə olmaq üçün sənədlərini istəmişlər. Hər ikisi heç bir sənədlərinin olmadığını, karantin qaydalarını pozduqlarını, evdən icazəsiz çıxdıqlarını etiraf etmişlər. Xidmətdə olan polis əməkdaşları onların şəxsiyyətlərini müəyyən etmək və barələrində inzibati protokol tərtib edilməsi üçün Abşeron polis idarəsinə dəvət etmişlər. Yolda söhbət edərkən o, üzərində narkotik vasitə olmasını polis əməkdaşlarına etiraf etmiş, polis əməkdaşları onları birlikdə Abşeron rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, psixotrop maddə və narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd şəffaf selofoana bükülmüş, narkotik vasitə olan heroini cibindən çıxarıb təqdim etmiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu, xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində Yasamal rayonu ərazisində dayanacaqlardan birində piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində gəzdirdiyini, sürücü Kamil Nəzərovun onun üzərində narkotik vasitə olmasından xəbərinin olmadığını göstərmişdir. Onun təqdim etdiyi bir ədəd selofona bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşları onun və iştirakçıların yanında kağız zərfə qoyaraq qablaşdırmış, şəxsi axtarışda iştirak edən digər şəxslər kimi o da həmin zərfi imzalamışlar. Əlavə olaraq göstərmişdir ki, Abşeron rayonu «Qurtuluş-93» yaşayış massivində görüşdüyü Pərviz adlı şəxsin soyadını, atasının adını, ünvanını və mobil telefonunu bilmir, yalnız adının Pərviz olduğunu bildiyini, «Qurtuluş-93» yaşayış massivində görüş təyin etdiklərini, Pərvizdən pul borc istədiyni, narkotik vasitə almadığını, narkotik vasitə aludəçisi olduğu üçün Yasamal rayonunda yerdən tapdığı və üzərində saxladığı narkotik vasitəni özü qəbul edəcəyini göstərmişdir. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən həm onun və həm də Kamilin üzərində narkotik vasitə heroin olsa da, onun üzərində narkotik vasitə heroinin olmasından Kamilin xəbəri olmamış,həmçinin Kamilin də üzərində narkotik vasitə olmasından onun xəbəri olmamış, o, narkotik vasitədən Kamilə satmamış və yaxud hədiyyət etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri, polis serjantı kimi xidmət aparır. xx.xx.2020- ci il tarixdə polis nəfərləri, polis kiçik serjantı Şahid1 ilə birlikdə xidmətdə olarkən, saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi «Qurtuluş-93» yaşayış massivində pandemiya ilə əlaqədar «Tofaş» markalı, «**-SU-***» dövlət qeydiyyat nömrə nişanlı avtomobil onlar tərəfindən saxlanılmış, onlar avtomobilin sürücüsünə və sərnişinə özlərini təqdim etdikdən sonra, həmin şəxslərdən karantin müddətində saat 00:30 radələrində avtomobil ilə yaşayış massivində hərəkət etdikləri üçün icazələrinin, buna dair hər hansı bir rəsmi sənədlərinin olub-olmaması ilə maraqlanmışlar. Sürüsü və sərnişin heç bir sənədləri olmadığım, karantin qaydalarım pozduqlarını etiraf etmiş, bundan sonra həmin şəxslərin özlərini şübhəli apardıqları müəyyən edilmişdir. Sürücü və sərnişinin hərəkətləri onlarda şübhə doğurduğu üçün, həmin şəxslərə Abşeron rayon Pl-nə dəvət etmişlər, yolda gələrkən sərnişin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, xidmətdə olduğu polis nəfəri Şahid1la birlikdə sürücü Şahid4 və sərnişin Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsin gətirmişlər. Polis idarəsində həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilmiş, barələrində qanuni tədbir görülməsi üçün onlar raport yazılmışdır. Şahid4 və Təqsirləndirilən şəxs üzərlərinə ayrı-ayrılıqda təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşvəvideoçəkilişvasitəsiilə Təqsirləndirilən şəxs və X1 üzərlərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onaüzərində qanunla qadağan edilmiş əşya və predmet varsa çıxarıb stolunüstünə könüllü qoymasıtəklifolunmuş, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim etmiş, həmin kütləni narkotik vasitə olan heroin olduğunu, 'həmin heroini Yasamal rayonunda evlərinin yaxınlığında yolun kənarında dayanacaqda piyada gəzərkən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə oxşar heroin kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində Şahid2 dediklərini təsdiq etmiş və analoji ifadə vermişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsi tədqiq və elan olunmuşdur. O, ifadəsində göstərmişdir ki, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur, təxminən iki ay olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. xx xxxxx 2020ci il tarixdə axşam saat 00:10 radələrində etibarnamə ilə idarə etdiyi qara rəngli «Tofaş» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşınla «İnşatçılar» metrosununy axmlığında dayanıb sərnişin gözləmiş, həmin vaxt Yasamal uşağı kimi tanıdığı Təqsirləndirilən şəxs, müştəri kimi onun avtomobilinə əyləşmiş və onu Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış massivinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağına əyləşdikdən sonra, idarə etdiyi avtomobil ilə Abşeron rayonu, «Qurtuluş-93» yaşayış massivinə gəlmiş, yaşayış masivində sərnişin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşərək, ona 5 dəqiqə gözləməyi bildirmiş, o, avtomobildə gözləmiş, sərnişin Təqsirləndirilən şəxs kiminləsə 2-3 dəqiqə görüşdükdən sonra, yenidən avtomobilinə əyləşmiş, onlar idarə etdiyi avtomobil ilə Masazır qəsəbəsində hərəkətdə olarkən, stasionar polis postunda iki nəfər polis əməkdaşı, onun idarə etdiyi avtomobili saxla işarəsi vermiş, o, idarə etdiyi avtomobili saxladıqdan sonra, onlardan karantinlə əlaqədar sənədləri istəmişlər. Onların hər ikisi sənədləri olmadığını, yəni karantin rejimini pozduqlarm, icazəsiz çıxdıqlarını dedikləri üçün, onları Abşeron polis idarəsinə dəvət etmişlər. Yolda onlarla söhbət edərkən o və sərnişin qismində olan Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitə olmasım etiraf etmiş, onlar həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişlər. Polis idarəsində otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ona üzərində qadağan olunmuş hər hansı əşya vardırsa, könüllü təqdim etmək təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd plasmas qabın içərisində ağ rəngli kağıza bükülmüş, narkotik vasitə olan metamfetamini, şəffaf selofana bükülmüş bir ədəd qırmızı rəngli kapsulam və bir ədəd psixotrop maddəni istifadə etmək üçün müştüyə bənzər borunu təqdim etmiş və həmin narkotik vasitənin özünə məxsus olduğunu, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, Z.Kərimov küçəsində təsadüfən gəzən vaxtı tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi bir ədəd plasmas qabın içərisində ağ rəngli kağıza bükülmüş narkotik vasitə metamfetamini, şəffaf selofana bükülmüş bir ədəd qırmızı rəngli kapsulam və bir ədəd psixotrop maddəni istifadə etmək üçün müştüyə bənzər borunu kağız zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o və axtarışda iştirak edən digər şəxslər imzalamışlar. Abşeron polis idarəsində Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsi ilə şəxsi axtarış aparılmış və Natiqin üzərindən bir bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Əlavə olaraq göstərmişdir ki, Natiqin üzərində narkotik vasitə olan heroinin olması barədə məlumatı olmamış, bu barədə sonuncu ona heç bir məlumat verməmiş, həmçinin üzərində narkotik vasitə olması barədə Natiqə heç bir söz deməmiş, Natiqin həmin narkotik vasitəni hardan necə əldə etməsini də bilmir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi tədqiq və elan olunmuşdur. O ifadəsində göstərmişdir ki, anası dünyasını dəyişdiyi üçün Yasamal rayonu, X.Mustafayev küçəsi 124A saylı ünvanda atası Təqsirləndirilən şəxsla birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə atası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilən zamanı narkotik vasitə heroin aşkar edilmiş, bundan sonra onun yaşadığı qeyd olunan ünvanda hal şahitdlərinin iştirak ilə axtarış keçirilmiş, axtarış zamanı evdən qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Əlavə olaraq göstərmişdir ki, atası Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən onun məlumatı olmamış, atası yaşadıqları evdə narkotik vasitələrdən istifadə etməmiş, atasının üzərində narkotik vasitə olub-olmamasmdan xəbərsiz olmuş, həmçinin yaşadıqları evdə narkotik vasitə saxlanılıb-saxlanılmaması barədə hər hansı məlumatı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 6/436 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş » yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 35,712 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 990 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə pitkisi peraparat- larından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinenisiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi 35,712 qram, tədqiqata sərf olunan miqdar 0.1 qram tədqiqata sərf olundu, qalıq 35,612 qram təşkil edir. Məhkəmə iclasında istintaq materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrindən saat 02:50 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-də Təqsirləndirilən şəxsüzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, videogörüntülərin işin hallarına uyğun olduğu müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 35,712 qram narkotik vasitə heroin və şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 35,612 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd CD diski isə iş materiallarına əlavə edilmişdir. iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Mərkəzi arxivindən daxil olmuş, 1994-cü il Yasamal rayon məhkəməsi tərəfindən çıxarılmış hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin İV-cü hissəsi ilə (köhnə redaksiya ilə) təqsirli bilinib əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər məhkəməsinin mülkü işlər üzrə məhkəmə kollegiyasının 1994-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci tarixli hökmü dəyişdirilərək haqqında Azərbaycan Respublikası CM-nin 40-ci maddəsi (köhnə redaksiyada) tətbiq edilərək, CMnin 143-cü maddəsinin İV-cü hissəsi ilə təyin edilmiş cəzası 2 ilədək endirilmişdir. AR CM-nin 83.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iclasında, keçirilmiş baxışla bağlı videogörüntülər olan diskə baxış keçirilmiş, həmin diskdəki görüntülər işin hallarına uyğundur. Təqsirləndirilən şəxs əməli cinayət işi üzrə özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər zəruri istintaq hərəkətləri ilə tam sübuta yetirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və yuxari həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması və törətdiyi əməli səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 114 AZN (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut- Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlancı anbarinda saxlanılan, aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,612 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, baxış zamanı görüntüləri əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi AZN 300 (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 114 (yüz on dörd) AZN tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut- Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlancı anbarinda saxlanılan, aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,612 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, baxış zamanı görüntüləri əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili nəfinə ödənilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov