Məhkəmə qərarları › İş №1(101)-415/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-415/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxx 1990-cı ildə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Lökbatan dairəsi» kimi tanınan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan Sənan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girmiş Sənan adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan külli miqdarda 6,674 qram heroin əldə edib daşıyaraq saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsində narkotik vasitə olan heroindən 8 bükümdə cəmi 1,539 qramını X5 60 manata satmış, həmin gün saat 21:50 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27-nin qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda 0,179 qram, 0,109 qram, 0,167 qram, 0,261 qram, 0,403 qram, 0,199 qram, 0,203 qram, 0,475 qram, 0,161 qram, 0,228 qram, 0,257 qram, 0,174 qram, 0,124 qram, 0,086 qram, 0,100 qram, 0,076 qram, 0,454 qram, 0,414 qram, 0,161 qram, 0,062 qram, 0,064 qram, 0,396 qram, 0,154 qram, 0,061 qram, 0,167 qram olmaqla 25 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumi təmiz çəkisi 5,135 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü məhəllədə olanda üç nəfər polis əməkdaşı yaxınlaşıb onu tutmuşlar. Üstünə baxış keçirdikləri zaman üzərində olan bir qram tiryəki aşkar edib götürmüşlər. Həmin vaxt məhəllədə olan tanımadığı bir nəfər qaçmağa başlamışdır. Bu zaman iki nəfər polis əməkdaşı həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları əllərində sellofan paketlə geri qayıdaraq həmin şəxsi tuta bilmədiklərini demişlər. Bundan sonra onu avtomobilə mindirib qaçan şəxsin kim olduğunu soruşmuşlar. O tanımadığını bildirdikdə isə qabaqda əyləşən polis əməkdaşı onu vurmağa başlamışdır. Polis əməkdaşları ona bildirmişlər ki, bir nəfər "şərəfsiz" adam var, narkotik vasitələrin ona məxsus olduğunu desin. O buna etiraz etmiş və tanımadığı adam barəsində ele bir söz deyə bilməyəcəyini bildirmişdir. Bu zaman polis əməkdaşları ona demişlər ki, ya həmin adamın adını verəcəksən ya da onu ailəvi banditizmə aparacaqlar. O, ailəsinin heç bir günahının olmadığını, qardaşının isə təzə ailə qurduğunu, özünün törətdiyi əmələ görə cəza çəkməyə hazır olduğunu bildirmiş və onu yükləməmələrini, üzərindən çıxan narkotik vasitəyə görə cəzalandırmalarını xahiş etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə avtomobildən düşərək yaşadığı mənzilə getmiş, həmin vaxt evdə başqa iki nəfər polis əməkdaşının olduğunu görmüşdür. O heç bir zaman narkotik vasitələrin satışı ilə məşqul olmadığını bildirmişdir. Tutulduğu zaman onun üzərində yalnız bir qram tiryək olmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirmişdir. Həmin ifadədə yazılanların onun fikri və dedikləri olmadığını, onun yalnız imza etdiyini və ona verilmiş ittihamın tamamilə əsassız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ay olar ki, heroin qəbul edir. xx.xx.2019-cu il tarixdə saat 21:50-də Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi ev 27 ünvanı yaxınlığında bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis olduqlarını bildirmişlər. Onu əməliyyat tədbiri qərarı ilə tanış edib iki nəfər hal şahidinin iştirakı ilə üzərində nə əşya varsa təqdim etməsini təklif etmişlər. O bildirmişdir ki, üzərində 25 ədəd bükümlərdə təxminən 5 qrama yaxın heroin, 75 manat pul, şəxsiyyət vəsiqəsi bir ədəd mobil telefon var. O əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, sağ yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi və 75 manat pulu arxa sol cibindən isə Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükümlər zərfə qoyulmuş, möhürlənmiş və imzalanmışdır. Pul özünə qaytarılmışdır. Telefon və şəxiyyət vəsiqəsi götürülmüşdür. Sonra üstünə baxış keçirilmiş və digər qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra yaşadığı evdə qeyri-qanuni əşyaların olub olmaması soruşulmuşdur. O heç bir qanunsuz əşya və predmetin evində olmadığını bildirmişdir. Evinə baxış keçirilməsinin zəruriliyi bildirilmiş, etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Evinə baxış keçirmiş və heç bir qanunsuz predmet aşkar olunmamışdır. O saxlanılarkən orada qonşusu X8 da olmuşdur. Bildirmişdir ki, ona təxminən saxlandığı vaxtdan 1 saat əvvəl 8 ədəd bükümdə heroini xəstə olduğu üçün istifadə etməsindən ötrü pulsuz vermişdir. Ehtibara satdığı 1,5 qram və üzərində çıxan 5 qram heroini saxlandığı vaxtdan təxminən 1 həftə öncə, təxminən xx.xx.2019 tarixdə əslən Lənkəran rayonundan olan Sənan adlı şəxsdən Lökbatan qəsəbəsində ümumilikdə 7 qram çəkidə hər bir qram 35 manata olmaqla 245 manata almışdır. Bir hissəsini qonşusu Ehtibara vermişdir. Qalan hissəsini isə özü istifadə etmək üçün saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yol kənarı ilə gedərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib bir şəxsin üzərinə keçiriləcək baxışda iştirak etməsini xahiş etmişlər. O xahişi nəzərə alıb könüllü olaraq razılaşmışdır. Bundan sonra onun və dəvət olunmuş digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanının qarşısında bir nəfər şəxs saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan X2 təqdim etmişdir. E.V.Fərəcov əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir. Sonra onun və digər hal şahidinin iştirakı ilə E.V.Fərəcova təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. E.V.Fərəcov bildirmişdir ki, üzərində 05 (beş) ədəd bükümlərdə təxminən 01 qrama yaxın narkotik maddə olan heroin, 05 (beş) manat pul və 01 (bir) ədəd mobil telefon vardır. E.V.Fərəcov əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sol yan cibindən isə 05 (beş) manat pulu və «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. E.V.Fərəcovun təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. O və digər hal şahidi, eləcə də E.V.Fərəcov həmin zərfin üzərinə imza etmişdir. E.V.Fərəcovun təqdim etdiyi 05 (beş) manat pul özünə qaytarılmışdır, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra E.V.Fərəcovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra E.V.Fərəcovdan yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş, cavabında o bildirmişdir ki, yaşadığı evdə 03 (üç) ədəd bükümlərdə təxminən 0,5 qrama yaxın narkotik maddə olan heroin vardır. E.V.Fərəcova izah edilmişdir ki, onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməlidir. E.V.Fərəcov buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, iştirakçıları, özünü və digər hal şahidini birlikdə yaşadığı ünvana dəvət etmişdir. E.V.Fərəcovun yaşadığı ev birmərtəbəlidir, həyətyanı sahədən ibarətdir. Ev 3 otaq və mətbəxdən ibarətdir. Həyətyanı sahədə hamam və sanitar qovşağı vardır. E.V.Fərəcov yaşadığı evin qonaq otağında olan masanın üzərindən 03 (üç) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra E.V.Fərəcovun iştirakı ilə evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən hamama və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı E.V.Fərəcov bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi ümumilikdə 08 (səkkiz) ədəd bükümlərdə narkotik maddə olan heroini 60 (altmış) manata qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlandığı vaxtdan təxminən bir saat əvvəl yaşadığı evin yaxınlığında özü istifadə etmək məqsədilə almışdır. E.V.Fərəcov qonşusu Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə o, iştirakçılarla birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanının yaxınlığına yollanmışdır. Saat 21:50-də qeyd olunan ünvanın yaxınlığında bir nəfər şəxsi E.V.Fərəcov polislərə göstərmişdir. Həmin şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 25 (iyirmi beş) ədəd bükümlərdə təxminən 5 qrama yaxın narkotik maddə olan heroin, 75 (yetmiş beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd mobil telefon vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 (iyirmi beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sağ yan cibindən 75 (yetmiş beş) manat pulu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının arxa sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. O və digər hal şahidi, həmçinin Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 75 (yetmiş beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş. Cavabında o bildirmişdir ki, yaşadığı evdə hər hansı bir qeyri-qanuni əşya və predmetlər yoxdur. Lakin buna baxmayaraq onun evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını onu və digər hal şahidini birlikdə yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəlidir, dəhliz, 4 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs iştirakı ilə evin bütün otaqlarına, dəhlizə mətbəxə və sanitar qovşağına baxış keçirildi. Baxış zamanı oradan qanunsuz əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu X1 vaxtdan təxminən bir saat əvvəl 08 (səkkiz) ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə heroini 60 (altmış) manata satmasını etiraf edərək bildirmişdir ki, sonuncuya satdığı 08 (səkkiz) ədəd bükümlərdə 1,5 qrama yaxın və üzərindən təqdim etdiyi 25 ədəd bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir həftə öncə əslən Lənkəran şəhərindərindən olan, təxminən 30-36 yaşlarında olan «Sənan» adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 7 qram çəkidə hər bir qramı 35 manata olmaqla 245 manata almış, bir hissəsini qonşusu E.V.Fərəcova satmış, qalan hissəsini isə üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər E.V.Fərəcov, Təqsirləndirilən şəxs, mən və digər hal şahidi birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə E.V.Fərəcovun və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. E.V.Fərəcov və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək E.V.Fərəcova, vəkil X11 isə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü X7 mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin maddəni qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əldə edir. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra X4 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə X4 olması ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2019-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə X5 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan X2 təqdim etmişdir. E.V.Fərəcov əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə E.V.Fərəcova təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. E.V.Fərəcov bildirmişdir ki, üzərində 05 (beş) ədəd bükümlərdə təxminən 01 qrama yaxın narkotik maddə olan heroin, 05 (beş) manat pul və 01 (bir) ədəd mobil telefon vardır. E.V.Fərəcov əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sol yan cibindən isə 05 (beş) manat pulu və «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. E.V.Fərəcovun təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. E.V.Fərəcovun təqdim etdiyi 05 (beş) manat pul özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra E.V.Fərəcovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Daha sonra E.V.Fərəcovdan yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə 03 (üç) ədəd bükümlərdə təxminən 0,5 qrama yaxın narkotik maddə olan heroin vardır. E.V.Fərəcova izah edilmişdir ki, onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməlidir. E.V.Fərəcov buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. E.V.Fərəcovun yaşadığı ev birmərtəbəli, həyətyanı sahədən ibarətdir. Ev 3 otaq və mətbəxdən ibarətdir. Həyətyanı sahədə hamam və sanitar qovşağı olması məlum olmuşdur. E.V.Fərəcov yaşadığı evin qonaq otağında olan masanın üzərindən 03 (üç) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra E.V.Fərəcovun iştirakı ilə evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən hamama və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı E.V.Fərəcov bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi ümumilikdə 08 (səkkiz) ədəd bükümlərdə narkotik maddə olan heroini 60 (altmış) manata qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlandığı vaxtdan təxminən bir saat əvvəl yaşadığı evin yaxınlığında özü istifadə etmək məqsədilə almışdır. E.V.Fərəcov qonşusu Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə o, tədbir iştirakçıları ilə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanının yaxınlığına yollanmışdır. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 21:50-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi E.V.Fərəcov tədbir iştirakçıları və hal şahidlərinə göstərmişdir. Həmin şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 25 (iyirmi beş) ədəd bükümlərdə təxminən 5 qrama yaxın narkotik maddə olan heroin, 75 (yetmiş beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd mobil telefon vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 (iyirmi beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sağ yan cibindən 75 (yetmiş beş) manat pulu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının arxa sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 75 (yetmiş beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə hər hansı bir qeyri-qanuni əşya və predmetlər yoxdur. Lakin buna baxmayaraq onun evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəli, dəhliz, 4 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs iştirakı ilə evin bütün otaqlarına, dəhlizə mətbəxə və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu X1 vaxtdan təxminən bir saat əvvəl 08 (səkkiz) ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə heroini 60 (altmış) manata satmasını etiraf edərək bildirmişdir ki, sonuncuya satdığı 08 (səkkiz) ədəd bükümlərdə 1,5 qrama yaxın və üzərindən təqdim etdiyi 25 ədəd bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir həftə öncə əslən Lənkəran şəhərindərindən olan, təxminən 30-36 yaşlarında olan «Sənan» adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 7 qram çəkidə hər bir qramı 35 manata olmaqla 245 manata almış, bir hissəsini qonşusu E.V.Fərəcova satmış, qalan hissəsini isə üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər E.V.Fərəcov, Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə E.V.Fərəcovun və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. E.V.Fərəcov və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək E.V.Fərəcova, vəkil X11 isə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü X7 mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin maddəni qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əldə edir. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra X4 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə X4 olması ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2019-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə X5 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan X2 təqdim etmişdir. E.V.Fərəcov əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə E.V.Fərəcova təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. E.V.Fərəcov bildirmişdir ki, üzərində 05 (beş) ədəd bükümlərdə təxminən 01 qrama yaxın narkotik maddə olan heroin, 05 (beş) manat pul və 01 (bir) ədəd mobil telefon vardır. E.V.Fərəcov əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sol yan cibindən isə 05 (beş) manat pulu və «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. E.V.Fərəcovun təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. E.V.Fərəcovun təqdim etdiyi 05 (beş) manat pul özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra E.V.Fərəcovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Daha sonra E.V.Fərəcovdan yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə 03 (üç) ədəd bükümlərdə təxminən 0,5 qrama yaxın narkotik maddə olan heroin vardır. E.V.Fərəcova izah edilmişdir ki, onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməlidir. E.V.Fərəcov buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. E.V.Fərəcovun yaşadığı ev birmərtəbəli, həyətyanı sahədən ibarətdir. Ev 3 otaq və mətbəxdən ibarətdir. Həyətyanı sahədə hamam və sanitar qovşağı olması məlum olmuşdur. E.V.Fərəcov yaşadığı evin qonaq otağında olan masanın üzərindən 03 (üç) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra E.V.Fərəcovun iştirakı ilə evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən hamama və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı E.V.Fərəcov bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi ümumilikdə 08 (səkkiz) ədəd bükümlərdə narkotik maddə olan heroini 60 (altmış) manata qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlandığı vaxtdan təxminən bir saat əvvəl yaşadığı evin yaxınlığında özü istifadə etmək məqsədilə almışdır. E.V.Fərəcov qonşusu Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə o, tədbir iştirakçıları ilə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanının yaxınlığına yollanmışdır. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 21:50-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi E.V.Fərəcov tədbir iştirakçıları və hal şahidlərinə göstərmişdir. Həmin şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 25 (iyirmi beş) ədəd bükümlərdə təxminən 5 qrama yaxın narkotik maddə olan heroin, 75 (yetmiş beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd mobil telefon vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 (iyirmi beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sağ yan cibindən 75 (yetmiş beş) manat pulu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının arxa sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 75 (yetmiş beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə hər hansı bir qeyri-qanuni əşya və predmetlər yoxdur. Lakin buna baxmayaraq onun evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəli, dəhliz, 4 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs iştirakı ilə evin bütün otaqlarına, dəhlizə mətbəxə və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu X1 vaxtdan təxminən bir saat əvvəl 08 (səkkiz) ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə heroini 60 (altmış) manata satmasını etiraf edərək bildirmişdir ki, sonuncuya satdığı 08 (səkkiz) ədəd bükümlərdə 1,5 qrama yaxın və üzərindən təqdim etdiyi 25 ədəd bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir həftə öncə əslən Lənkəran şəhərindərindən olan, təxminən 30-36 yaşlarında olan «Sənan» adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 7 qram çəkidə hər bir qramı 35 manata olmaqla 245 manata almış, bir hissəsini qonşusu E.V.Fərəcova satmış, qalan hissəsini isə üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər E.V.Fərəcov, Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə E.V.Fərəcovun və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. E.V.Fərəcov və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək E.V.Fərəcova, vəkil X11 isə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü X7 mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin maddəni qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əldə edir. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra X4 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə X4 olması ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2019-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə X5 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan X2 təqdim etmişdir. E.V.Fərəcov əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə E.V.Fərəcova təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. E.V.Fərəcov bildirmişdir ki, üzərində 05 (beş) ədəd bükümlərdə təxminən 01 qrama yaxın narkotik maddə olan heroin, 05 (beş) manat pul və 01 (bir) ədəd mobil telefon vardır. E.V.Fərəcov əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sol yan cibindən isə 05 (beş) manat pulu və «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. E.V.Fərəcovun təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. E.V.Fərəcovun təqdim etdiyi 05 (beş) manat pul özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra E.V.Fərəcovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Daha sonra E.V.Fərəcovdan yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə 03 (üç) ədəd bükümlərdə təxminən 0,5 qrama yaxın narkotik maddə olan heroin vardır. E.V.Fərəcova izah edilmişdir ki, onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməlidir. E.V.Fərəcov buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. E.V.Fərəcovun yaşadığı ev birmərtəbəli, həyətyanı sahədən ibarətdir. Ev 3 otaq və mətbəxdən ibarətdir. Həyətyanı sahədə hamam və sanitar qovşağı olması məlum olmuşdur. E.V.Fərəcov yaşadığı evin qonaq otağında olan masanın üzərindən 03 (üç) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra E.V.Fərəcovun iştirakı ilə evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən hamama və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı E.V.Fərəcov bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi ümumilikdə 08 (səkkiz) ədəd bükümlərdə narkotik maddə olan heroini 60 (altmış) manata qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlandığı vaxtdan təxminən bir saat əvvəl yaşadığı evin yaxınlığında özü istifadə etmək məqsədilə almışdır. E.V.Fərəcov qonşusu Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə o, tədbir iştirakçıları ilə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanının yaxınlığına yollanmışdır. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 21:50-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi E.V.Fərəcov tədbir iştirakçıları və hal şahidlərinə göstərmişdir. Həmin şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 25 (iyirmi beş) ədəd bükümlərdə təxminən 5 qrama yaxın narkotik maddə olan heroin, 75 (yetmiş beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd mobil telefon vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 (iyirmi beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sağ yan cibindən 75 (yetmiş beş) manat pulu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının arxa sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 75 (yetmiş beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuşdur. Cavabında o bildirmişdir ki, yaşadığı evdə hər hansı bir qeyri-qanuni əşya və predmetlər yoxdur. Lakin buna baxmayaraq onun evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəli, dəhliz, 4 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs iştirakı ilə evin bütün otaqlarına, dəhlizə mətbəxə və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu X1 vaxtdan təxminən bir saat əvvəl 08 (səkkiz) ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə heroini 60 (altmış) manata satmasını etiraf edərək bildirmişdir ki, sonuncuya satdığı 08 (səkkiz) ədəd bükümlərdə 1,5 qrama yaxın və üzərindən təqdim etdiyi 25 ədəd bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir həftə öncə əslən Lənkəran şəhərindərindən olan, təxminən 30-36 yaşlarında olan «Sənan» adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 7 qram çəkidə hər bir qramı 35 manata olmaqla 245 manata almış, bir hissəsini qonşusu E.V.Fərəcova satmış, qalan hissəsini isə üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər E.V.Fərəcov, Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə E.V.Fərəcovun və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. E.V.Fərəcov və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək E.V.Fərəcova, vəkil X11 isə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli teleqramdan görünür ki, iş üzrə Şahid7 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir və ibtidai istintaq zamanı verdiyi ifadəsin təsdiq edir. Məhkəmədə Şahid7 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yol kənarı ilə gedərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib bir şəxsin üzərinə keçiriləcək baxışda iştirak etməsini xahiş etmişlər. O xahişi nəzərə alıb könüllü olaraq razılaşmışdır. Bundan sonra onun və dəvət olunmuş digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanının qarşısında bir nəfər şəxs saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 12 ünvanında yaşayan X2 təqdim etmişdir. E.V.Fərəcov əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir. Sonra onun və digər hal şahidinin iştirakı ilə E.V.Fərəcova təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. E.V.Fərəcov bildirmişdir ki, üzərində 05 (beş) ədəd bükümlərdə təxminən 01 qrama yaxın narkotik maddə olan heroin, 05 (beş) manat pul və 01 (bir) ədəd mobil telefon vardır. E.V.Fərəcov əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sol yan cibindən isə 05 (beş) manat pulu və «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. E.V.Fərəcovun təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. O və digər hal şahidi, eləcə də E.V.Fərəcov həmin zərfin üzərinə imza etmişdir. E.V.Fərəcovun təqdim etdiyi 05 (beş) manat pul özünə qaytarılmışdır, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra E.V.Fərəcovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra E.V.Fərəcovdan yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş, cavabında o bildirmişdir ki, yaşadığı evdə 03 (üç) ədəd bükümlərdə təxminən 0,5 qrama yaxın narkotik maddə olan heroin vardır. E.V.Fərəcova izah edilmişdir ki, onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməlidir. E.V.Fərəcov buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, iştirakçıları, özünü və digər hal şahidini birlikdə yaşadığı ünvana dəvət etmişdir. E.V.Fərəcovun yaşadığı ev birmərtəbəlidir, həyətyanı sahədən ibarətdir. Ev 3 otaq və mətbəxdən ibarətdir. Həyətyanı sahədə hamam və sanitar qovşağı vardır. E.V.Fərəcov yaşadığı evin qonaq otağında olan masanın üzərindən 03 (üç) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. E.V.Fərəcov da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra E.V.Fərəcovun iştirakı ilə evin bütün otaqlarına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən hamama və sanitar qovşağına baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı E.V.Fərəcov bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi ümumilikdə 08 (səkkiz) ədəd bükümlərdə narkotik maddə olan heroini 60 (altmış) manata qonşusu, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlandığı vaxtdan təxminən bir saat əvvəl yaşadığı evin yaxınlığında özü istifadə etmək məqsədilə almışdır. E.V.Fərəcov qonşusu Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə o, iştirakçılarla birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanının yaxınlığına yollanmışdır. Saat 21:50-də qeyd olunan ünvanın yaxınlığında bir nəfər şəxsi E.V.Fərəcov polislərə göstərmişdir. Həmin şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 25 (iyirmi beş) ədəd bükümlərdə təxminən 5 qrama yaxın narkotik maddə olan heroin, 75 (yetmiş beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd mobil telefon vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 25 (iyirmi beş) ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri, şalvarının sağ yan cibindən 75 (yetmiş beş) manat pulu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının arxa sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. O və digər hal şahidi, həmçinin Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 75 (yetmiş beş) manat pul özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən hər hansı bir əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş. Cavabında o bildirmişdir ki, yaşadığı evdə hər hansı bir qeyri-qanuni əşya və predmetlər yoxdur. Lakin buna baxmayaraq onun evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını onu və digər hal şahidini birlikdə yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev birmərtəbəlidir, dəhliz, 4 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs iştirakı ilə evin bütün otaqlarına, dəhlizə mətbəxə və sanitar qovşağına baxış keçirildi. Baxış zamanı oradan qanunsuz əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu X1 vaxtdan təxminən bir saat əvvəl 08 (səkkiz) ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə heroini 60 (altmış) manata satmasını etiraf edərək bildirmişdir ki, sonuncuya satdığı 08 (səkkiz) ədəd bükümlərdə 1,5 qrama yaxın və üzərindən təqdim etdiyi 25 ədəd bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir həftə öncə əslən Lənkəran şəhərindərindən olan, təxminən 30-36 yaşlarında olan «Sənan» adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 7 qram çəkidə hər bir qramı 35 manata olmaqla 245 manata almış, bir hissəsini qonşusu E.V.Fərəcova satmış, qalan hissəsini isə üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər E.V.Fərəcov, Təqsirləndirilən şəxs, mən və digər hal şahidi birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə E.V.Fərəcovun və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. E.V.Fərəcov və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 dəvət edilərək E.V.Fərəcova, vəkil X11 isə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 20734 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «X4 üzərindən aşkar olunmuş 05(beş) bükümlərdə …» yazısı olan kağız zərfdə, 5 (beş) bükümlərdə, ümumi təmiz çəkisi 1,008 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: «X4 yaşadığı evdən aşkar olunmuş 03 (üç) bükümlərdə…» yazısı olan kağız zərfdə, 03 (üç) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,531 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. X4 üzərindən və yaşadığı evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 1, 539 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 25 (iyirmi beş) bükümlərdə…» yazısı olan kağız zərfdə, 25 (iyirmi beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 5,135 qram olan maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. X4 üzərindən götürülmüş 5 (beş) ədəd bükümdə və yaşadığı evindən götürülmüş 3 (üç) ədəd bükümdə olan heroinlər, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 25 (iyirmi beş) ədəd bükümlərdə olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 2239 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmə, üstündə saxlama və daşıma cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 25 (iyirmi beş) bükümlərdə qalıq çəkisi 4,935 qram heroin məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülməlidir . Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 40 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 25 (iyirmi beş) bükümlərdə qalıq çəkisi 4,935 qram heroin məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün . Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar