Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2021 05.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X12 və X13, müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 İldır oğlu, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X18, Bakı şəhəri 14 saylı Vəkil Bürosının vəkili X27 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində azyaşlı uşaqları olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.2-ci maddələri ilə xx.xx.1985-ci il tarixdə Şabran rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşaqları olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şabran şəhəri, T.Abbasov küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə 27 may 2020-ci il tarixdə, saat 16 radələrində Şabran rayonu ərazisində Təqsirləndirilən şəxs2 290 manata qanunsuz olaraq əldə etdiyi 16,368 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobil ilə Siyəzən şəhəri ərazisinə daşımış, saat təxminən 16 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi həmin avtomobil ilə Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılarkən Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirməklə yaşadığı ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən təkrarən saxlanılarkən yenidən idarə etdiyi avtomobil ilə yüksək sürətlə hərəkət edərək oradan uzaqlaşmaqla Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyinə gəlmiş, orada polis əməkdaşları tərəfindən saxlanılacağından ehtiyat edərək həmin narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarından yayındıqdan sonra götürmək məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 4,033 qram; 4,073 qram; 3,973 qram və 4,289 qram olmaqla 1(bir) ədəd ağ-qırmızı rəngli sellofan torbanın içərisində üzərində “Victory” sözləri yazılan içəriləri sıx doldurulmuş vəziyyətdə 4(dörd) ədəd kibrit qutularında yol kənarına ataraq uzaqlaşmış, həmin narkotik vasitə 28 may 2020-ci il tarixdə qeyd olunan yerə baxış keçirilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 6,202 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamış və soyuq silah hesab edilən atipikmaskalanmış bıçağı əldə edib üzərində gəzdirmiş, 10 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində olan axtarış işi ilə əlaqədar Siyəzən şəhəri H.Əliyev küçəsində tutularaq Siyəzən RPŞ-nə gətirilib Növbətçi Hissəyə daxil olarkən əynində olan şalvarın kəmərinin toqqasında gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik atipik-maskalanmış, yəni xüsusi olaraq bel kəmərinə toqqa əvəzinə keçirilərək gizli şəkildə daşımaq üçün nəzərdə tutulmuş soyuq silah hesab edilən bıçaq ilə qarın nahiyyəsinə vuraraq özü-özünə xəsarət yetirdiyinə görə Siyəzən rayon TTYX-na aparılıb orada paltarlarına baxış keçirilərkən həmin narkotik vasitə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 2020-ci ilin fevral ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 01(bir) ədəd dibçəkdə əkilib-becərilməsi qadağan edilmiş narkotik təbiətli 01(bir) ədəd çətənə bitkisini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə, kultivasiya etmiş, həmin bitkinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla onlardan kustar üsulla hazırladığı külli miqdarda yəni, 1350,812 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək həmin narkotik vasitənin 16,368 qramını 4 (dörd) ədəd üzərilərində "Victory" sözləri yazılmış kibrit qutularında 27 may 2020-ci il tarixdə Şabran rayonu ərazisində Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs1 290 manata sataraq, qalan 1334,444 qramını və qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 5,443 qram çəkidə narkotik vasitə olan tiryəki yaşadığı evdə saxlamış, Şabran rayon Məhkəməsinin qərarı əsasında 22 iyul 2020-ci il tarixdə saat təxminən 13 radələrində onun yaşadığı ünvan 5 ünvanında yerləşən evində keçirilmiş axtarış və götürmə istintaq hərəkəti zamanı evdə olan otaqlardan birindəki soyuducunun içərisindən 1(bir) ədəd boz rəngli sellofan torbanın içərisində 350 qram, 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 11,327 qram, 1(bir) ədəd üzərində “LEVİ S” yazısı olan göy rəngli sellofan torbanın içərisində 290,0 qram, 1(bir) ədəd göy rəngli sellofan torbanın içərisində 640 qram, 1(bir) ədəd ayrıca budaq şəklində 30 qram, həmin soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində 3(üç) ədəd üzərində “Victory” sözləri yazılan kibrit qutularının içərisində sıx vəziyyətdə doldurulmuş ayrı-ayrılıqda 4,425 qram; 4,851 qram; və 3,841 qram çəkilərdə qurudulmuş marixuana və həmçinin həmin soyuducuda olan buzxananın içərisindən üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisindən 1(bir) ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə tünd qəhvəyi rəngdə təmiz çəkisi 5,443 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və çətənə bitkilərini əldə etmək üçün soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 4(dörd) ədəd kibrit qutusunda, 3(üç) ədəd salfetkaya bükülü vəziyyətdə, soyuducunun qapısının içəri tərəfindəki birinci(üst) rəfindən 1(bir) ədəd qara rəngli tül parçadan ibarət bağlamada və soyuducunun qapısının içəri tərəfindəki üçüncü (orta) rəfindən 1(bir) ədəd sarı rəngli kağız parçasının içərisində saxladığı ümumilikdə 55 qram çəkidə çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıyır. Həqiqətən 27 may 2020-ci il tarixdə saat təxminən 15 radələrində idarə etdiyi “Azsamand” markalı avtomobil ilə Şabran rayonuna uşağını xəstəxanaya aparmış, orada Cavidlə telefon əlaqəsi saxlamış və ondan 4 qutu “Kazbek” siqareti əldə etmişdir. Düzdür, tutulmamışdan 2-3 il əvvəl nəşə istifadə etməyə başlamış, hətta 2015-ci ildə CM-nin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin avqust ayının 12-də cəzaçəkmə müəssindən azad olunub evinə qayıtmışdır. Caviddən “Kazbek” aldıqdan sonra evinə qayıdan zaman, Siyəzənin girişində, “Azpetrol” YDM-ni keçdikdən bir qədər sonra yolun sağ kənarında çox sayda polis maşını və polis əməkdaşlarını görmüşdür. Onların yanından keçərkən rayon polis şöbəsinin rəisinin sürücüsü olan Teyyub adlı polis əməkdaşı ona əli ilə avtomobili saxlamadan oradan sürüb uzaqlaşmağı barədə işarə vermişdir. O da avtomobili saxlamadan sürüb getmişdir. O, avtomobili sürüb bir başa qayınatasının yaşadığı ünvan 6 ünvanın qarşısında saxlayıb uşaqlarını avtomobildən düşürmüş, oradan isə üzü Siyəzən- Qalaaltı yol istiqamətində hərəkətini davam etdirmişdir. Qaynatasıgilin həyətindən aralanan zaman polis maşınlarının sirena səsini eşidərək həmin məhəllədə yaşayan “Ata” ləqəbli dostuna zəng edib nə baş verdiyini soruşmuş, dostu maraqlanaraq ona zəng vuraraq məhəllədə heç kimin olmadığını bildirmişdir. O, da polis əməkdaşlarının onu deyil başqa bir şəxsi saxlamaq üçün həmin ərazidə dayandıqlarını fikirləşmişdir. Həmin gün onun maşınında içərisindəki 4(dörd) ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana olan torba olmamışdır, o, həmin gün Siyəzən-Qalaaltı yolunda maşınından kənara heç nə atmamış, axtarışda olmasından məlumatı olmamış, sərbəst maşını ilə rayonda hərəkət etmiş, dəfələrlə polis əməkdaşları onu görmüş, lakin saxlamamışlar. Hətta həmin vaxt rayon prokurorunun qəbulunda da olmuşdur. Belə ki, qardaşı rayon polis şöbəsinin əməkdaşlarından ondan 4.000 manat pul almalarına görə şikayət etmişdir. Düşünür ki, qardaşının bu şikayətinə görə başına bu hadisələr gəlmişdir. Belə ki, 10 iyul 2020-ci il tarixdə axşam saatlarında o, idarə etdiyi avtomobil ilə Quba rayonuna koronavirus xəstəliyindən müalicə alan Elşən adlı qohumunun yanına getmək istədiyi zaman Siyəzən şəhəri H.Əliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əvvəl isə, 27 may 2020-ci il tarixdən sonrakı müddət ərzində rayonda sərbəst formada hərəkət etmişdir. O, Siyəzən RPŞ-nə gətirildikdən sonra etiraz əlaməti olaraq Növbətçi Hissəsinin qarşısında əynində olan instaqram sosial şəbəkəsi vasitəsilə 50 manata Gürcüstan Respublikasından hazır formada sifarişlə aldığı bel kəmərinin toqqasının altında, həmin toqqaya bitişik vəziyyətdə düzəldilmiş bıçaqla qarnını bıçaqla 3 və ya 4 dəfə kəsmiş, özünə bıçaqla xəsarət yetirdikdən sonra onu dərhal Siyəzən rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlərin iştirakı ilə onun özünə bıçaqla xəsarət yetirdiyi zaman əynində olan paltarlar videoçəkiliş vasitəsilə həkimlərin iştirakı ilə götürülmüş, əynində olan cins şalvarın sol yan cibindən 1(bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi aşkar olunmuşdur. O, həmin kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuana kütləsinin ona aid olmadığını və həmin kibrit qutusundan xəbərinin olmadığını demişdir. Daha sonra onun üzərindən götürülmüş paltarlar, bel kəməri və digər əşyalar, o cümlədən kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuana kütləsi qablaşdırılmaqla götürülmüşdür. Özünü təqsirli bilmir, rayon polisində ona saxta ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Siyəzəndə yaşayan Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, Siyəzəndə, Elnurun yaşadığı evin yaxınlığında onun bibisi yaşayır, bibisigilə gedib-gəldiyi zamanlar Elnurla tanış olmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. O, maşın təmiri ustasıdır, maşınları yaşadığı evin həyətində təmir edirdi. 27 may 2020-ci il tarixdə günorta Elnur ona zəng vuraraq uşağını Şabran rayon xəstəxanasına həkimə gətirdiyini bildirmişdir. Elnur bilirdi ki, Rusiyadan ona «Kazbek» siqaretləri gətirirlər. Həmin gün, 27 may 2020-ci il tarixdə Elnur ondan içində on paçka olmaqla 4 qutu Kazbek siqareti almışdır.Rusiyadan gətirənlərdən “Kazbek”in bir qutusunu 6 manata alıb, 8 manata Elnura satırdı. Elnura bir neçə dəfə Kazbek siqaretləri satmışdır, lakin narkotik vasitə satmamış, əvvəllər də nəinki Elnura, ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. Evində keçirilmiş axtarışla bağlı bildirir ki, otağında olan və istifadə olunmayan soyuducudan ona məxsus yalnız bir büküm təxminən 100 qrama yaxın marixuana və çətənə kolunun toxumları aşkar edilmiş, axtarış protokolunda qeyd olunan tiryək olmamışdır. Həmçinin evinin arxa hissəsində çətənə kolu əkilmiş dibçək də olmamışdır. Onları polislər özləri gətirib evinə və həyətinə qoymuşlar. Baxış protokolunu ona görə imza etmişdir ki, polislər atası Şamil Məmmədovu tutacaqları ilə hədələmişlər. Atasına təhlükə olmasın deyə, polislərin protokolda yazdıqlarını imzası ilə təsdiq etmişdir. Soyuducudan aşkar olunan bir büküm marixuana barəsində onu bildirir ki, həmin bükümü maşınını həyətində təmir etdiyi sürücü pul əvəzinə vermişdir. Həmin sürücü Şabran rayonunun hansısa kəndindəndir. Sürücünün adını və onun yaşadığı kəndi xatırlamır. Polislər ona qarşı fiziki zor tətbiq etməmiş, sadəcə atasını tutacaqları ilə hədələdikləri üçün protokolu imzalamış, həmçinin ilkin verdiyi izahat və ifadələrini imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmiş, həmin ifadəni təsdiq etmir. O, yalnız məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təxminən 10 ilə yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İstifadəsində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr vardır. ***-***-**-** saylı mobil nömrəni təxminən 7-8 il, ***-***-**-** saylı mobil nömrəni isə təxminən 2 ilə yaxın müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. O, Təqsirləndirilən şəxs1 uzun müddət tanısa da aralarında çox yaxın münasibət olmamışdır. Onun uşaqlıq illəri Siyəzən şəhərində keçmişdir. 27 may 2020-ci il tarixdə günorta saatlarından sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq ona Şabran rayonunda olduğunu, ona sonra zəng edəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona yenidən zəng edərək ondan 4 (dörd) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana istədiyini və 290 manat pulunun olduğunu demişdir. O da Elnura həmin pul ilə istədiyi narkotik vasitə qurudulmuş mariuxananı sata biləcəyini demişdir. O, 2020-ci ilin fevral ayının əvvəllərində yaşadığı evin arxasında 1(bir) ədəd dibçəkdə çətənə bitkisi toxumu əkib, çətənə bitkisini yetişdirmişdir. Yetişmiş həmin çətənə bitkisindən müəyyən qədərini qıraraq qurudub narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən satmağı qərara almışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1lə Şabran rayonu ərazisində dəqiq xatırlamadığı yerdə görüşərək Təqsirləndirilən şəxs1 4(dörd) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. Elnur da əvəzində ona 290 manat pul vermişdir. Xatırladığı qədəri ilə həmin günü Elnurun avtomobilində uşağı da olmuşdur. Ona dediyinə görə həmin günü uşağını Şabran rayonunda həkimə gətirmişdir. Daha sonra onlar sağollaşmışlar. Elnur Siyəzən şəhəri istiqamətində getmişdir. Elnurun ona həmin günü və ya sonrakı gün zəng vurmasını xatırlamasa da, Elnur sonradan onunla əlaqə saxlayaraq ondan narkotik vasitə qurudulmuş marixuananı aldığı gün Siyəzən şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin polis əməkdaşlarının “saxla” işarəsinə məhəl qoymayaraq qaçıb getdiyini və ondan ehtiyatlı olmağını xahiş etmişdir. Əkdiyi çətənə bitkisinin toxumu yaxşı növ olduğu üçün, həmin çətənə bitkisi xeyli böyüyərək kifayət qədər yaxşı məhsuldar olmuşdur. O, 2020-ci ilin iyul ayının əvvəllərində həmin çətənə bitkisini dibçəkdən çıxardaraq onu yaşadığı evin zirzəmisində qurutmuşdur. Həmin çətənə bitkisini qurutduqdan sonra əldə etdiyi qurudulmuş marixuananı sellofan torbalara yığaraq yaşadığı evdəözünün istifadəsində olan, başqa heç kimin daxil olmadığı otağında olan soyuducun içərisinə yığmışdır. Bildirmişdir ki, o, həmin çətənə bitkisini iki dəfə, bir may ayında, bir də ki, iyul ayında dərib qurutmaqla ondan narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Bundan başqa o, həmin qurudulmuş narkotik vasitənin bir qismini də kibrit qutularında qablaşdırmışdır. Həmin kibrit qutularını qablaşdırmaqda məqsədi real, arxayın olduğu adamlar olacağı təqdirdə satmaq olmuşdur. 22 iyul 2020-ci il tarixdə günorta saatlarına yaxın evdə olduğu zaman küçə qapısı döyülmüşdür. Qapıya çıxdığında qapıda polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və buna görə də yaşadığı evdə videoçəkiliş vasitəsilə axtarış aparılacağını bildirmişlər. Ona bununla əlaqədar Şabran rayon məhkəməsinin qərarını təqdim etmişlər. O da yaşadığı evdə axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Ona Azərbaycan Respublikası CPM-nin 90-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş və bununla əlaqədar bildiriş təqdim olunmuşdur. O, həmin bildirişi imza etmişdir. Daha sonra keçiriləcək axtarış zamanı ona müdafiəçi Rauf Nemətov təqdim olunmuşdur. O da keçiriləcək axtarış zamanı müdafiəçi Rauf Nemətovun iştirakına etiraz etmədiyini bildirmişdir. Daha sonra yaşadığı evdə qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü vermək təklif olunmuşdur. O da yaşadığı evdə qanunla qadağan olunmuş əşya və predmet olduğunu deyərək, polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. O, evə girdikdən sonra öz istifadəsində olan otağa daxil olaraq oradan soyuducunun içərisində 4(dörd) ədəd sellofan torbada, 1(bir) ədəd yarımçıq quru budaq şəklində olan narkotik vasitə qurudulmuş marixuananı və 1(bir) ədəd qutunun içərisində olan narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmişdir ki, o, tiryək istifadəçisi olmasa da həmin narkotik vasitəni təxminən 2020-ci ilin iyul ayının əvvəllərində beton yolun Şabran rayonu ərazisindən keçən hissəsində yolun kənarından tapmışdır. Daha sonra polis əməkdaşları tərəfindən həmin soyuducudan soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 4(dörd) ədəd kibrit qutusunda, 3(üç) ədəd salfetkaya bükülü vəziyyətdə çətənə bitkisinin toxumları, soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində 3(üç) ədəd üzərində “Victory” sözləri yazılan içərisində sıx vəziyyətdə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana kütlələri olan kibrit qutuları, soyuducunun qapısının içəri tərəfindəki birinci (üst) rəfindən 1(bir) ədəd qara rəngli tül parçadan ibarət bağlamada çətənə bitkisinin toxumları, soyuducunun qapısının içəri tərəfindəki üçüncü (orta) rəfindən 1(bir) ədəd sarı rəngli kağız parçasının içərisində çətənə bitkisinin toxumları və həmçinin otaqda olan masanın üzərində 1(bir) ədəd şəffaf rəngli sellofan torbada üzərində “Victory” sözləri yazılmış içərilərində kibrit çöpləri olan 12 ədəd kibrit qutuları, hər bağlmada 10 ədəd olmaqla 3 ədəd açılmamış bağlamalarda üzərində “Victory” sözləri yazılan kibrit qutuları və 1(bir) ədəd içərisində kibrit çöpləri olan göy rəngli bağlı kibrit qutusu aşkar edilərək götürülmüşdür. Qeyd etmişdir ki, götürülən əşya və predmetlər hamısı ona məxsus olmuşdur. Aşkar olunmuş toxumlar əkdiyi çətənə bitkisini qurutduqdan sonra əldə etdiyi toxumlar olmuşdur. Yaşadığı evdən aşkar olunaraq götürülmüş əşya və predmetlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Qablaşdırmaların üzəri möhürləndikdən sonra o və digər iştirakçılar qablaşdırmaların üzərinə imza etmişlər. Daha sonra bununla əlaqədar protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş doğru olduğundan o, protokolu imzası təsdiq etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin onun evində aparılmış axtarış protokolu ilə təsdiq olunduğunu, həmin ifadənin həqiqətə uyğun olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hər iki təqsirləndirilən şəxsi tanıyır. Siyəzən şəhər sakini olan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar onun ətrafında əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs1 27 may 2020-ci il tarixdə idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı Azsamand markalı minik avtomobili ilə Şabran rayonunda yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana əldə edib Siyəzən rayonuna qayıtması barədə daxil olmuş məlumata əsasən Siyəzən RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid2, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X10, Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin komandiri, polis kapitanı Şahid4, Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantıX11 və Siyəzən RPŞ-nin Təminat Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı X3 ilə birlikdə saat təxminən 16 radələrində Siyəzən şəhərinin girəcəyində yanacaqdoldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs1 gələcəyi maşını saxlamaq üçün dayanmışlar. Bir qədər sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı Azsamand markalı minik avtomobili onlara yaxınlaşmış, yol polisi əməkdaşları polis kapitanı Şahid4 və polis baş serjantı X11 tərəfindən həmin maşını “saxla” işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs1 yol polisinin “saxla” işarəsinə məhəl qoymayaraq avtomobili saxlamadan və sürəti artırmaqla həmin yerdən üzü Siyəzən şəhəri istiqamətində getmişdir. Onun arxasınca maşınlarla getməklə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 10 ünvanda Təqsirləndirilən şəxs1 saxlamaq istəyərkən o, yenidən avtomobili yüksək sürətlə idarə edərək, onların olduqları avtomobil ilə üzbəüz gələrək qəza şəraiti yaratmaqla oradan uzaqlaşaraq Siyəzən rayonu Qalaaltı kəndi istiqamətində getmişdir. Daha sonra daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1 Siyəzən-Qalaaltı kənd yolu ilə hərəkətdə olduğu zaman, yolun birinci kilometrliyində, körpünü keçdikdən sonra yolun sol tərəfinə bir ədəd ağ-qırmızı rəngli sellofan atdığı məlum olmuşdur. Bu məlumatı aldıqdan sonra həmin ərazi rəhbərliyin göstərişinə əsasən nəzarətə götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 bir dəfə həmin istiqamətdə hərəkət edərək, narkotik vasitəni atdığı yerə baxsa da, orada dayanmadan avtomobili sürərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs1 atdığı həmin sellofan torbanı gəlib qeyd olunan yerdən götürmədiyi üçün növbəti gün, yəni 28 may 2020-ci il tarixdə səhər saat 09 radələrində Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən videoçəkiliş aparılmaqla həmin əraziyə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyində yolun sol kənarında olan otluq yerdə Təqsirləndirilən şəxs1 maşından atdığı bir ədəd sellofan torbaya baxış keçirilmişdir. Həmin torbaya baxış keçirilən zaman onun yanında bir ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunun olduğu müəyyən edilmiş, torbanın özünün içərisində isə daha 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının hamısında yaşıl rəngdə olan ot şəklində spesifik iyə malik olan marixuanaya bənzər vasitə olmuşdur. Həmin kibrit qutuları zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Zərfin üzərinə baxışın iştirakçıları o və digər iştirakçılar tərəfindən imzalarını qoymuş, tədbirlə əlaqədar tərtib olunmuş protokol da iştirakçılar tərəfindən imzalanaraq həmin maddə müstəntiq tərəfindən ekspertizaya təqdim edilmişdir. Şöbə əməkdaşları tərəfindən müstəntiqin axtarış qərarı əsasında Təqsirləndirilən şəxs1 axtarışı həyata keçirilmiş, lakin sonuncu evində yaşamadığı, ayrıayrı yerlərdə gizləndiyi üçün onun tutulması yalnız 10 iyul 2020-ci il tarixdə baş tutmuşdur. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şöbənin əməkdaşları tərəfindən Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılaraq ibtidai istintaqa təhvil verilməsi üçün Siyəzən RPŞ-nə gətirilmiş, o, Elnuru sonuncu Növbətçi Hissəyə təhvil verilən zaman görmüşdür. Orada heç kəsin gözləmədiyi bir hadisə baş vermişdir. Təqsirləndirilən şəxs1 Növbətçi Hissənin girişində əynində olan şalvarın üzərindəki bel kəmərinin toqqasının altında xüsusi olaraq düzəltməklə gizlətdiyi bıçağı çıxararaq öz qarın nahiyəsinə xəsarətlər yetirmişdir. Onun bu hərəkətlərinə müdaxilə edilməklə kəsici alət əlindən alınmış, onun özü isə tibbi yardım göstərilməsi üçün X24 Diaqnostika Mərkəzinə aparılmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş paltarların götürülməsi məqsədilə X24 Diaqnostika Mərkəzində həmin mərkəzin həkimlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində olan paltarlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın bel hissəsindəki kəmər götürülmüş, həmin şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, qutu açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Daha sonra bununla bağlı müvafiq protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs1 kibrit qutusunun ona aid olmadığını bildirərək protokola imza etməkdən imtina etmişdir. Bundan sonra müstəntiqin vəsatəti əsasında Şabran rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 dörd ədəd kibrit qutusunda narkotik vasitəni satan Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 evində keçirilmiş axtarışda iştirak etmişdir. 22 iyul 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanın küçə qapısını Təqsirləndirilən şəxs2 özü açmış, onlar özlərini ona təqdim etdikdən və məhkəmə qərarı ilə tanış etdikdən sonra Təqsirləndirilən şəxs2 axtarışa etiraz olmadığını bildirməklə axtarışın keçirilməsinə şərait yaratmış, özünü fərdi yaşayış evində, həyətyanı sahəsində və orada olan tikililərdə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə, evin həyətyanı sahəsində və orada olan tikililərdə qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı evdə özünə məxsus otaqda istifadəsiz vəziyyədə olan soyuducunu açaraq soyuducunun içərisindən sellofan torbalarını təqdim etmişdir. Həmin torbalarda yaşıl rəngli, spessifik qoxusu olan, narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd ayrıca budağın üzərindəki spesifik qoxusu olan qurudulmuş ot kütləsi aşkar edilmiş, həmçinin soyuducudan çıxarıb təqdim etdiyi üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisindəki birədəd ağ rəngli sellofana bükülünü göstərərək içində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən bir ədəd içərisində dörd ədəd kibrit qutusu, üç ədəd salfetkaya bükülü toxumlar olan ağ rəngli sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitki toxumlarının çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində üç ədəd üzərində “Victory” sözləri yazılan kibrit qutuları aşkar olunmuşdur. Həmin kibrit qutuları açıldığında hər birinin içərisində sıx vəziyyətdə doldurulmuş spessifik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütlələri olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 soyuducunun içindən aşkar olunmuş narkotik vasitələrinin hamısını ona məxsus olmasını bildirmişdir. Aşkar olunmuş bütün maddələr qablaşdırılaraq götürülmüş və tədbirini nəticəsinə dair protokol tərtib olunmaqla bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən də imzalanmışdır. Tədbir zamanı Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Siyəzən şəhər sakini olmaqla narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs2 isə sonradan Təqsirləndirilən şəxs1 narkotik vasitələri satan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və satması barədə məlumatlara əsasən sonuncunun ifşa olunması üçün şöbə rəhbərliyinin qərarı əsasında əməliyyat axtarış tədbirləri keçirilmişdir. Belə ki, məlumata əsasən Şabran şəhərindən əldə olunmaqla Siyəzənə gətirmək məqsədilə Azsamand maşınında daşıdığı narkotik vasitələri rayona gətirmək məqsədilə 27 may 2020-ci il tarixdə Siyəzən rayonunun girəcəyində rayon polis şöbəsi və yol polisinin əməkdaşlarından ibarət qrup təşkil olunmaqla müşahidə mövqeyi seçilmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı Azsamand markalı minik avtomobili onlara yaxınlaşmış, yol polisi əməkdaşları polis kapitanı Şahid4 və polis baş serjantı X11 tərəfindən həmin maşını “saxla” işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs1 yol polisinin “saxla” işarəsinə məhəl qoymayaraq avtomobili saxlamadan və sürəti artırmaqla həmin yerdən üzü Siyəzən şəhəri istiqamətində getmişdir. Onun arxasınca maşınlarla getməklə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 10 ünvanda Təqsirləndirilən şəxs1 saxlamaq istəyərkən o, yenidən avtomobili yüksək sürətlə idarə edərək, onların olduqları avtomobil ilə üzbəüz gələrək qəza şəraiti yaratmaqla oradan uzaqlaşaraq Siyəzən rayonu Qalaaltı kəndi istiqamətində getmişdir. Daha sonra daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1 Siyəzən-Qalaaltı kənd yolu ilə hərəkətdə olduğu zaman, yolun birinci kilometrliyində, körpünü keçdikdən sonra yolun sol tərəfinə bir ədəd ağ-qırmızı rəngli sellofan atdığı məlum olmuşdur. Bu məlumatı aldıqdan sonra həmin ərazi rəhbərliyin göstərişinə əsasən nəzarətə götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 bir dəfə həmin istiqamətdə hərəkət edərək, narkotik vasitəni atdığı yerə baxsa da, orada dayanmadan avtomobili sürərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs1 atdığı həmin sellofan torbanı gəlib qeyd olunan yerdən götürmədiyi üçün növbəti gün, yəni 28 may 2020-ci il tarixdə səhər saat 09 radələrində Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən videoçəkiliş aparılmaqla həmin əraziyə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyində yolun sol kənarında olan otluq yerdə Təqsirləndirilən şəxs1 maşından atdığı bir ədəd sellofan torbaya baxış keçirilmişdir. Həmin torbaya baxış keçirilən zaman onun yanında bir ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunun olduğu müəyyən edilmiş, torbanın özünün içərisində isə daha 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının hamısında yaşıl rəngdə olan ot şəklində spesifik iyə malik olan marixuanaya bənzər vasitə olmuşdur. Həmin kibrit qutuları zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Zərfin üzərinə baxışın iştirakçıları o və digər iştirakçılar tərəfindən imzalarını qoymuş, tədbirlə əlaqədar tərtib olunmuş protokol da iştirakçılar tərəfindən imzalanaraq həmin maddə müstəntiq tərəfindən ekspertizaya təqdim edilmişdir. Şöbə əməkdaşları tərəfindən müstəntiqin axtarış qərarı əsasında Təqsirləndirilən şəxs1 axtarışı həyata keçirilmiş, lakin sonuncu evində yaşamadığı, ayrı-ayrı yerlərdə gizləndiyi üçün onun tutulması yalnız 10 iyul 2020-ci il tarixdə baş tutmuşdur. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şöbənin əməkdaşları tərəfindən Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılaraq ibtidai istintaqa təhvil verilməsi üçün Siyəzən RPŞ-nə gətirilmiş, o, həmin vaxt iş otağında olmuş və Təqsirləndirilən şəxs1 saxlanılması barədə məlumatı aldığı üçün növbətçi hissəyə tərəf çıxdıqda onu orada görmüşdür. Orada heç kəsin gözləmədiyi bir hadisə baş vermişdir. Təqsirləndirilən şəxs1 Növbətçi Hissənin girişində əynində olan şalvarın üzərindəki bel kəmərinin toqqasının altında xüsusi olaraq düzəltməklə gizlətdiyi bıçağı çıxararaq öz qarın nahiyəsinə xəsarətlər yetirmişdir. Onun bu hərəkətlərinə müdaxilə edilməklə kəsici alət əlindən alınmış, onun özü isə tibbi yardım göstərilməsi üçün X24 Diaqnostika Mərkəzinə aparılmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş paltarların götürülməsi məqsədilə X24 Diaqnostika Mərkəzində həmin mərkəzin həkimlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində olan paltarlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın bel hissəsindəki kəmər götürülmüş, həmin şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, qutu açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Daha sonra bununla bağlı müvafiq protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs1 kibrit qutusunun ona aid olmadığını bildirərək protokola imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 evində aparılmış axtarış tədbirində iştirak etməmiş, lakin əməkdaşların məruzələrindən bilmişdir ki, sonuncunun evindəki soyuducudan çoxlu sayda marixuana, tiryək və marixuananın toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Onun saxlanılması məqsədilə 27 may 2020-ci il tarixdə keçirilmiş tədbirdə iştirak etməmiş, lakin rəhbərliyin göstərişi əsasında Təqsirləndirilən şəxs1 cinayətin izlərini gizlətmək məqsədilə yolun kənarına içərisində narkotik vasitə olan torbanı atdığı yerin mühafizəsi və 28 may 2020-ci il tarixdə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 atdığı torba Siyəzən-Qalaaltı kənd yolu ilə hərəkətdə olduğu zaman, yolun birinci kilometrliyində, körpünü keçdikdən sonra yolun sol tərəfində idi. Həmin torba ağ-qırmızı rəngli sellofan olmuşdur. Sonradan Təqsirləndirilən şəxs1 atdığı həmin sellofan torbanı gəlib qeyd olunan yerdən götürmədiyi üçün növbəti gün, yəni 28 may 2020-ci il tarixdə səhər saat 09 radələrində Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən videoçəkiliş aparılmaqla həmin əraziyə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. Həmin torbaya baxış keçirilən zaman onun yanında bir ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunun olduğu müəyyən edilmiş, torbanın özünün içərisində isə daha 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının hamısında yaşıl rəngdə olan ot şəklində spesifik iyə malik olan marixuanaya bənzər vasitə olmuşdur. Həmin kibrit qutuları zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Zərfin üzərinə baxışın iştirakçıları o və digər iştirakçılar tərəfindən imzalarını qoymuş, tədbirlə əlaqədar tərtib olunmuş protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 tutulmasında, rayon xəstəxanasında əşyalarına baxış keçirilməsində və Təqsirləndirilən şəxs2 Şabrandakı evində axtarışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-si DYPB-nin baş inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Elnuru Siyəzən şəhər sakini və Azsamand markalı maşının sürücüsü kimi tanıyır. Elnurla yol polisi arasında problem olmamışdır. Hərçənd ki, Elnur maşını sürətlə sürməyi sevirdi. 27 may 2020-ci il tarixdə saat 16 radələrində şöbə rəhbərliyinin göstərişinə əsasən narkotik vasitələrini idarə etdiyi maşında daşımasından şübhələr olduğu üçün əməliyyat qrupunun tərkibində Elnurun saxlanılması məqsədilə Siyəzən şəhərinin girəcəyində qurulmuş postda o da olmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi Azsamand markalı maşının posta yaxınlaşmasını görərək ona saxla işarəsi vermiş, lakin Təqsirləndirilən şəxs1 idarə etdiyi maşını saxlamayaraq sürətlə Siyəzən şəhərinə tərəf sürüb getmişdir.onu təqib etsələr də tuta bilməmişlər. Növbəti gün Təqsirləndirilən şəxs1 bir gün əvvəl onlardan maşınla uzaqlaşdığı zaman maşından yolun kənarına atdığı içində olan marixuanaya bənzər kütlə ilə dolu 4 ədəd kibrit torbasına və onun olduğu əraziyə baxış keçirilməsində iştirak etmiş, tərtib olunmuş protokola imza atmışdır. Təqsirləndirilən şəxs1lə bağlı digər tədbirlərdə iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs2 tanımır və onun barəsində keçirilmiş tədbirlərdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı polis baş serjantı Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1lə bağlı 10 iyul 2020-ci il tarixədək keçirilmiş tədbirlərdə iştirak etməmişdir. Lakin 10 iyul 2020-ci il tarixdə Elnur axtarışda olduğu üçün şöbənin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin Növbətçi Hissəsinə gətirildikdə onun özünə xəsarət yetirməsinin şahidi olmuşdur. Belə ki, Elnurun üzərində bel kəmərinin toqqasının altında xüsusi üsulla düzəldilmiş bıçaq olmuş, o, həmin bıçaqla özünə xəsarət yetirmişdir. Bu zaman Elnurun əllərində qandal olmamışdır. Qandal olsaydı, o, özünə xəsarət yetirə bilməzdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 tibbi yardım göstərilməsi üçün o şöbənin xidməti maşını ilə xəstəxanaya aparılmışdır. Həmin vaxt o da Elnurun yanında olmuşdur. Xəstəxanada həkimlərin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən videoçəkiliş keçirməklə Elnurun əynində olan paltarlara baxış keçirilmiş və həmin baxışda o da iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan bütün paltarlar bir-bir soyundurulmuş və cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutusu açılaraq baxıldıqda içərisində yaşıl rəngli spesifik iyə malik marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Buna baxmayraq Təqsirləndirilən şəxs1 kibritin ona məxsus olmadığını bildirməklə tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. Baxış xəstəxana həkimlərinin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir zor və fiziki təzyiq olunmamışdır. Bunu xəstəxananın həkimləri də təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Ramin oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, digər Təqsirləndirilən şəxs2 tanımır. O, Siyəzən X1 X30 həkim işləyir. 10 iyul 2020-ci il tarixdə axşam saat 19 radələrində növbədə olduğu zaman xəstəxanaya “qarının ön divarının kəsilmiş-deşilmiş yarası, qarın boşluğuna nüfuz etmədən” diaqnozu ilə Təqsirləndirilən şəxs1 daxil olmuş, onu bir neçə nəfər polis əməkdaşı müşahidə etmişlər. Polis əməkdaşları və Təqsirləndirilən şəxs1 deməsindən bilmişdir ki, sonuncu həmin xəsarəti Siyəzən RPŞ-də özü-özünə kəsici alətlə yetirmişdir. Təqsirləndirilən şəxs1 yarasını sarğı otağında müayinə etdikdə yaranın əməliyyat olunmasına ehtiyac olduğunu görərək Təqsirləndirilən şəxs1 üzərində olan paltarların çıxarılmasını, ona əməliyyat xalatını geyindirməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 çətintiklə olsa da üzərindəki paltarları, o cümlədən şalvarını soyunmuş və ona əməliyyat xalatı geyindirmişlər. Elə həmin vaxt sarğı otağında polis əməkdaşları onun və digər həkim Şahid12 iştirakı ilə Təqsirləndirilən şəxs1 geyim əşyalarına baxış keçirmişlər. Əşyalar köynəkdən, bel kəməri, şalvar və ayaqqabıdan ibarət olmuş, Təqsirləndirilən şəxs1 çıxartdığı cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, kibrt qutusu açıldıqda isə içərisində ot kütləsi aşkar edilmişdir. Polis əməkdaşlarının deməsinə görə bu kütlə marixuanaya bənzəyir. Təqsirləndirilən şəxs1 özü isə kibritin ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı onu da bildirir ki, Təqsirləndirilən şəxs1 həmin cins şalvarı sarğı otağında soyunub masa üzərinə qoymuş, şalvara baxış keçirildiyi və ondan əvvəlki vaxt polis əməkdaşlarından heç biri həmin şalvara toxunmamış və yaxud da hər hansı bir əşya qoymamışdır. Polis əməkdaşlarından biri telefonla çəkiliş aparıb paltarlara baxış prosesini tam əks etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 axtarışda olduğu üçün 10 iyul 2020-ci il tarixdə Siyəzən şəhərində RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə növbətçi hissəsinin qarşısına gətirilmişdir. Bu zaman onun əlində qandal olmamışdır. Gözlənilmədən Təqsirləndirilən şəxs1 belində olan kəmərin altında gizlətdiyi kəsici aləti çıxarıb özünə qarın nahiyyəsindən xəsarət yetirmişdir. Həmin vaxt o, şöbənin 1-ci mərtəbəsində növbətçi hissəsinin yaxınlığında olduğu üçün bu hadisəni görmüşdür. Dərhal Təqsirləndirilən şəxs1 zərərsizləşdirilməklə əlindəki kəsici alət alınmış, özü isə tibbi yardım göstərilməsi üçün X24 Diaqnostika Mərkəzinə aparılmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş paltarların götürülməsi məqsədilə X24 Diaqnostika Mərkəzində həmin mərkəzin həkimlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində olan paltarlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın bel hissəsindəki kəmər götürülmüş, həmin şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, qutu açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Daha sonra bununla bağlı müvafiq protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs1 kibrit qutusunun ona aid olmadığını bildirərək protokola imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı Şahid8 Qiyas oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxsləri tanıyır. Lakin o, yalnız Şabran şəhərində Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda axtarışda iştirak etmişdir. Belə ki, müstəntiqin vəsatəti əsasında Şabran rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 dörd ədəd kibrit qutusunda narkotik vasitəni satan Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 evində keçirilmiş axtarışda iştirak etmişdir. 22 iyul 2020-ci il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanına tədbir iştirakçıları getmiş, həmin ünvanın küçə qapısını Təqsirləndirilən şəxs2 özü açmış, onlar özlərini ona təqdim etdikdən və məhkəmə qərarı ilə tanış etdikdən sonra Təqsirləndirilən şəxs2 axtarışa etiraz olmadığını bildirməklə axtarışın keçirilməsinə şərait yaratmış, özünü fərdi yaşayış evində, həyətyanı sahəsində və orada olan tikililərdə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə, evin həyətyanı sahəsində və orada olan tikililərdə qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı evdə özünə məxsus otaqda istifadəsiz vəziyyədə olan soyuducunu açaraq soyuducunun içərisindən sellofan torbalarını təqdim etmişdir. Həmin torbalarda yaşıl rəngli, spessifik qoxusu olan, narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd ayrıca budağın üzərindəki spesifik qoxusu olan qurudulmuş ot kütləsi aşkar edilmiş, həmçinin soyuducudan çıxarıb təqdim etdiyi üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisindəki birədəd ağ rəngli sellofana bükülünü göstərərək içində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən bir ədəd içərisində dörd ədəd kibrit qutusu, üç ədəd salfetkaya bükülü toxumlar olan ağ rəngli sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitki toxumlarının çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində üç ədəd üzərində “Victory” sözləri yazılan kibrit qutuları aşkar olunmuşdur. Həmin kibrit qutuları açıldığında hər birinin içərisində sıx vəziyyətdə doldurulmuş spesifik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütlələri olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 soyuducunun içindən aşkar olunmuş narkotik vasitələrinin hamısını ona məxsus olmasını bildirmişdir. Aşkar olunmuş bütün maddələr qablaşdırılaraq götürülmüş və tədbirini nəticəsinə dair protokol tərtib olunmaqla bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən də imzalanmışdır. Tədbir zamanı Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki zor tətbiq olunmamış, ona atasını polis şöbəsinə aparmaqla təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı Şahid5 oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Şabran rayon sakini olan Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, 22 iyul 2020-ci il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən evində keçirilmiş axtarış və götürmə istintaq hərəkətində Siyəzən RPŞ-nin əməkdaşları və həmkarı Şahid9la iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 evində olan otaqlardan birindəki soyuducunun içərisindən 1(bir) ədəd boz rəngli sellofan torbanın içərisində 350 qram, 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 11,327 qram, 1(bir) ədəd üzərində “LEVİ S” yazısı olan göy rəngli sellofan torbanın içərisində 290,0 qram, 1(bir) ədəd göy rəngli sellofan torbanın içərisində 640 qram, 1(bir) ədəd ayrıca budaq şəklində 30 qram, həmin soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində 3(üç) ədəd üzərində “Victory” sözləri yazılan kibrit qutularının içərisində sıx vəziyyətdə doldurulmuş ayrı-ayrılıqda 4,425 qram; 4,851 qram; və 3,841 qram çəkilərdə qurudulmuş marixuana və həmçinin həmin soyuducuda olan buzxananın içərisindən üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisindən 1(bir) ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə tünd qəhvəyi rəngdə təmiz çəkisi 5,443 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və çətənə bitkilərini əldə etmək üçün soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən 1(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində 4(dörd) ədəd kibrit qutusunda, 3(üç) ədəd salfetkaya bükülü vəziyyətdə, soyuducunun qapısının içəri tərəfindəki birinci(üst) rəfindən 1(bir) ədəd qara rəngli tül parçadan ibarət bağlamada və soyuducunun qapısının içəri tərəfindəki üçüncü (orta) rəfindən 1(bir) ədəd sarı rəngli kağız parçasının içərisində saxladığı ümumilikdə 55 qram çəkidə çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür.Axtarış zamanı Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq və qanunsuzluq olmamış, heç kəs onu yaxın qohumlarına qarşı hansısa hərəkət etməklə hədələməmiş, axtarış prosesi başdan-ayağa videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Süleymanlı Zaur Nazir oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Elnur onun işlədiyi X24 Diaqnostika Mərkəzinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Onun qarın nahiyyəsində kəsilmiş-deşilmiş yarası var idi, polis əməkdaşlarının verdiyi məlumata görə bu xəsarəti özü-özünə yetirmişdir. Sarğı otağında onun və digər həkim Şahid11 iştirakları ilə Təqsirləndirilən şəxs1 əməliyyata hazırlanmaqla soyundurulması və əməliyyat xalatını geyindirməsini prosesi olmuş, paltarlarını soyunduqda Təqsirləndirilən şəxs1 çıxartdığı cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, kibrt qutusu açıldıqda isə içərisində ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 özü isə kibritin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin cins şalvarını sarğı otağında soyunub masa üzərinə qoyduğu zaman, şalvara baxış keçirildiyi və ondan əvvəlki vaxt polis əməkdaşlarından heç biri həmin şalvara toxunmamış və yaxud da hər hansı bir əşya qoymamışdır. Polis əməkdaşlarından biri telefonla çəkiliş aparıb paltarlara baxış prosesini tam əks etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhər sakini olmaqla həmyerlisi Təqsirləndirilən şəxs1 tanıyır, Şabran rayon sakini olan Təqsirləndirilən şəxs2 isə tanımır. Təqsirləndirilən şəxs1lə normal münasibətlər vardır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. O, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Lakin marixuananı Elnurdan deyil, tanımadığı digər şəxslərdən əldə edirdi. İbtidai istintaq zamanı ifadə vermişdir. Lakin ifadəsini oxumadan imzalamışdır. Həmin ifadəsində onun adından göstərilmişdir ki, guya 2020-ci ilin may ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə axşam saatlarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi məqsədilə narkotik vasiitə qurudulmuş marixuana istəmiş, Elnur da ona narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini demiş, daha sonra o, Təqsirləndirilən şəxs1 yaşadığı Siyəzən şəhəri Vaqif küçəsində yerləşən evinin yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs1lə görüşərək ondan 1(bir) ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana almış, bu narkotikə görə ona 1(bir) ədədi 5 manatlıq, 2(iki) ədədi 1 manatlıq əskinaslar olmaqla cəmi 7 manat pul vermişdir. Bunlar həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Siyəzən şəhər sakinidir. Təqsirləndirilən şəxslərdən Siyəzən şəhərində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır, digər Təqsirləndirilən şəxs2 tanımır. Təqsirləndirilən şəxs1 ilə aralarında normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs1 onunla yanaşı olan məhəllədə qayınatasına məxsus evdə yaşamışdır. O, təxminən 2020-ci ilin aprel ayında 3(gün) müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı həmin evdə usta kimi işləmişdir. Usta kimi həmin evin fasadına boya vurmuşdur. Bunun müqabilində Elnurun qaynatası ona 50 manat pul vermişdir. Elnur ona gördüyü işə görə marixuana və yaxud başqa narkotik verməmişdir. İbtidai araşdırma zamanı ondan ifadə alınmış, lakin ifadəsini oxumadan imzalamışdır. Lakin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Siyəzən şəhər sakini olmaqla, həmyerlisi Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 onunla yanaşı olan məhəllədə qayınatasına məxsus evdə yaşamışdır. O, təxminən 2020-ci ilin aprel ayında 3(gün) müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı həmin evdə usta kimi işləmişdir. Usta kimi həmin evin fasadına boya vurmuşdur. Bunun müqabilində Elnurgili tərəfdən oan 50 manat pul verilmişdir. Bir də ki, işini qurtardığı gün axşam Elnurgilin evindən çıxarkən Elnur onunla əlaqə saxlamağını və ona evində gördüyüm işin müqabilində 50 manat puldan əlavə də şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini demiş, daha sonra o, Təqsirləndirilən şəxs1lə zəngləşib yaşadığı Vaqif küçəsində görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona 1(bir) ədəd ağ rəngli kağız bükülüdə şəxsi istifadəsi üçün qurudulmuş marixuana vermişdir. O da Elnurdan həmin narkotik vasitə qurudulmuş marixuananı alıb istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhər sakinidir. Siyəzən şəhər sakini kimi və qonşusu kimi Təqsirləndirilən şəxs1 tanıyır. Digər Təqsirləndirilən şəxs2 tanımır. O, Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq Pirinin ətrafında olan obyektlərdən birində kababçı işləyir. O, arada bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, Təqsirləndirilən şəxs1 15 may 2020-ci il tarixdə çayçıların birinin qarşısında görüşərək 7 manata 1(bir) bükümdə narkotik vasitə qurudulmuş marixuana almamışdır. Müstəntiqə verdiyi ifadə protokoluna imza etsə də məzmunu ilə tanış olmamış, həmin ifadədə yazılanları təsdiq etmir. Şahid18 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Siyəzən şəhəri sakini olmaqla Təqsirləndirilən şəxs1 oğlünu tanıyır və ondan 15 may 2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində Elnurla yaşadığı yerin yaxınlığında olan çayçıların birinin qarşısında görüşərək 7 manata 1(bir) bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. Bundan başqa 27 may 2020-ci il tarixdə saat təxminən 13 radələrində Siyəzən şəhəri Gənclik qəsəbəsində yaşayan Nicat adlı tanışı istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onunla telefon əlaqəsi saxlayaraq digər tanışı Orxan ilə birlikdə olduqlarını və narkotk vasitə qurudulmuş marixuana qəbul etmək istədiklərini bildirmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1lə əlaqə saxlasalar da Təqsirləndirilən şəxs1 onlara narkotik vasitə satmadığını bildirmişlər. Ondan Təqsirləndirilən şəxs1 zəng vurmağı xahiş etmişlər. Nicat və Orxan özləri hərbiçi olduqları üçün, birbaşa olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edə bilmədiklərinə görə ona zəng vurmuşlar. O da Təqsirləndirilən şəxs1 rayon ərazisində bir dəfəlik istifadə üçün 7 manata narkotik vastə qurudulmuş marixuana satdığını bilmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Nicat və Orxan adlı məhəllə uşaqlarına narkotik vasitə olan qurudulmuş marixuana satmasını xahiş etmişdir. Həmçinin Siyəzən rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01.05.2020-ci il tarixli qərara əsasən dinlənilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsindən edilən zənglərin səs yazısı formasında yaddaşına köçürüldüyü 01(bir) ədəd Compakt Diskdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 27.05.2020-ci il tarixdə saat 13:53:29-cu sanıyədə baş tutan danışıq tamamilə doğrudur və o, həmin danışıq zamanı Təqsirləndirilən şəxs1 Nicatgilə narkotik vasitə qurudulmuş marixuana satmasını xahiş etmişdir . Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış CAB-nin baş əmliyyat müvəkkilinin Siyəzən RPŞ-nin rəisinə ünvanladığı 27 may 2020-ci il tarixli raportundan müəyyən olunur ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 idarə etidiyi “AzSamand” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran rayonundan Siyəzən raonuna narkotik vasitə daşıması, üzərində və idarə etdiyi avtomobldə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirmə və götürmə aparılması barədə” 28.05.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 27 may 2020-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılması mümkün olmayan Təqsirləndirilən şəxs1 idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobidən Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyində yolun sol kənarında olan otluq əraziyə atdığı əşyaların götürülməsi məqsədi ilə həmin əraziyə baxış keçirilmişdir. Həmin otlaq əraziyə baxış keçirilən zaman yerdə 1 ədəd sellofan torba və yanında üzərində “Victory” sözləri yazılmış kibrit qutusu müəyyən edilmişdir. Kibrit qutusunu içərisində sıx vəziyyətdə doldurulmuş, spesfik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sellofan torbanın içərisində 3 ədəd üzərində “Victory” sözləri yazılan içəriləri sıx vəziyyətdə doldurulmuş kibrit qutularının olduğu müəyyən edilmişdir. Həmin kibrit qutuları ayrı-ayrı açıldıqda onların da içərisində spessfik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 07.07.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Siyzən RPŞ-nin 10.07.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 10.07.2020-ci il tarixdə Syəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq Siyəzən RPŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 10.07.2020-ci il tarixli raportdan müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs1 10.07.2020-ci il tarixdə Siyəzən rayonu ərazisində tutularaq RPŞ-nə gətirilib Növbətçi Hissəyə daxil olarkən əynində olan şalvarının üzərindəki qara rəngli kəmərin toqqasına bərkidilmiş zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik bıçaqla qarın nahiyəsinə vuraraq öz-özünə xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Siyəzən Rayon Məhkəməsinin 12 iyul 2020-ci il tarixli, 4(095)-21/2020 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 01 (bir) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyul 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 22.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, Siyəzən Rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli, 4(059)-23/2020 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22.07.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Siyəzən rayon məhkəməsinin 4(067)-167/2019 saylı, 09.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsdən azad olunmuş, 09.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Sumqayıt Apellyasiya məhkəməsinin 15.09.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Siyəzən rayon prokurorunun apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 22.07.2020-ci il tarixdən-09.09.2020-ci il tarixədək, yəni 01 ay 18 gün həbsdə saxlanılmış, bundan sonra 15.09.2020-ci il tarixədək polisin nəzarəti altına vermə qətimkan tədbir seçilməklə həbsdən azad olunmuş, 15.09.2020-ci il tarixdən bu günədək yenə həbs qətimkan tədbiri seçilməklə həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” 10.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Siyəzən RMDM-nə daxil olan Təqsirləndirilən şəxs1 əynində olan paltarlar və bel kəməri götürülərkən şalvara keçirilmiş baxış zamanı sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan qurudulmuş marixuanaya bənzər kütlə, arxa sol cibindən 170 manat pul, arxa sağ cibindən 24 manat, qabaq sağ cibindən isə avtomobilə aid açar və 80 qəpik dəmir pul aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14.07.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus ümumilikdə 194 manat 80 qəpik pul Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 28 iyul 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğluna məxsus **-VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobil, X39 oğluna məxsus xidməti vəsiqə, X7 və X20 məxsus şəxsiyyət vəsiqələri Təqsirləndirilən şəxs1 qardaşı X19 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” 10.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Siyəzən RPŞ-nin növbətçi hissəsinin giriş qapısının qarşısında dəhlizdə yerdə bir ədəd qara rəngli, tiyəsi kvadrat formalı, ucu iti olan bıçaq vardır. Növbətçi bildirmişdir ki, 10 iyul 2020-ci il tarixdə barəsində axtarış elan edildiyinə görə tutulub Siyəzən RPŞ-nə gətirilən Təqsirləndirilən şəxs1 dəhlizlə gələrkən növbətçi hissəyə daxil olan zaman əyinində olan şalvarın kəmərindən çıxaraq özünə xəsarət yetirmiş, sonra yerə atmışdır. Həmin bıçaq götürülmüş və qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” 10.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi **- VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15.07.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində ünvan 16 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 almışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə haqqında” 22.07.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evində videoçəkiliş istifadə edilməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 axtarış zamanı yaşadığı evdə, evin həyətyanı sahəsində və orada olan tikililərdə qanunla qadağan olunmuş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 yaşadığı evə girərək, orada olan otaqlardan birinə daxil olaraq, həmin otağın öz istifadəsində olan otaq olduğunu bildirərək otaqda istifadəsiz vəziyyədə olan soyuducunu açaraq soyuducunun içərisindən 1(bir) ədəd boz rəngli, 2 (iki) ədəd göy rəngli, 1(bir) ədəd ağ rəngli sellofan torbaları və 1(bir) ədəd üzərində yaşıl rəngli ot kütləsi olan ayrıca budağı və buzxananın içərisində olan üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisində 1(bir) ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə qara rəngli kütləni təqdim etmişdir. Həmin sellofan torbaların içərisi açıldığında içərilərində yaşıl rəngli, spesifik qoxusu olan, narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 sellofan torbalardakı və 1(bir) ədəd ayrıca budağın üzərindəki spessifik qoxusu olan qurudulmuş ot kütlələrinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, üzərində “SWİTCH POCKET” sözləri yazılmış qutunun içərisindəki 1(bir) ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə qara rəngli kütlənin isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Axtarış davam etdirilərkən həmin soyuducunun qapısının içəri tərəfindəki ikinci rəfdən 1(bir) ədəd ağ rəngli sellofan torba, torbanın içərisi açıldığında içərisində 4 (dörd) ədəd kibrit qutusunda, 3(üç) ədəd salfetkaya bükülü vəziyyətdə toxumların olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bitki toxumlarının çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Həmin soyuducunun qapısının içəri tərəfindəki dördüncü rəfdən 1(bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində 3 (üç) ədəd üzərində “Victory” sözləri yazılan kibrit qutuları aşkar olunmuş, kibrit qutularının hər birinin içərisində sıx vəziyyətdə doldurulmuş spesifik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütlələri olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kibrit qutularının içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü tərəfindən doldurulduğunu bildirmişdir. Həmin soyuducunun qapısının içəri tərəfindəki birinci (üst) rəfindən 1(bir) ədəd qara rəngli tül parçadan ibarət bağlama, soyuducunun qapısının içəri tərəfindəki üçüncü orta rəfindən 1(bir) ədəd sarı rəngli kağız parça aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin toxumların çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Baxış zamanı otaqdakı masanın üzərində bir ədəd sellofan torbada içərisindəki kibrit çöpləri boşaldılmış və kibrit çöpləri boşaldılmayan kibrit qutuları aşkarlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 29 may 2020ci il tarixli, 7/270 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuşüzərində “28 may 2020-ci tarixdə... baxış zamanı...” yazısı və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 04(dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,033 qram; 4,073 qram; 3,973 qram; 4,289, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-16,368 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2020-ci il tarixli, 7/421 saylı rəyindən niüəyyən olunur ki, tədqiqata təqdim olunmuş kağız bağlamada 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi-6,202 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2020-ci il tarixli, 7/446 saylırəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar olunmuş...” yazıları və imzalar olan ağ rəngli polietilen bağlamanı açdıqda içərisində təmiz çəkisi - 30 qram, 01(bir) ədəd “LEVİ S” yazısı olan polietilen torbada təmiz çəkisi - 290,0 qram, 01(bir) ədəd boz rəngli polietilen torbada təmiz çəkisi - 350 qram; 01(bir) ədəd sellofan torbada təmiz çəkisi-11,327 qram; 01(bir) ədəd “göy” rəngli polietilen bağlamada təmiz çəkisi - 640 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar olunmuş...” yazıları və imzalar olan kağız paketdəki sellofan torbanın içərisində 03(üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,425 qram; 4,851 qram; 3,841 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar olunmuş...” yazıları və imzalar olan 01(bir) ədəd göy rəngli polietilen bağlamada 1(bir) ədəd ağ rəngli sellofan torbada, 4(dörd) ədəd kibrit qutusunda, 3(üç) ədəd salfetka bükülüdə, bir ədəd qəhvəyi rəngli kağız parçasına bükülmüş, bir ədəd qara tül torbacıqda umumi çəkisi - 55 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələr aid deyildir. Təqdim olunmuş üzərində “ 28 may 2020-ci il tarixdə .... baxış zamanı...” yazısı olan kağız paketdəki 04 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar və vət. Təqsirləndirilən şəxs2 evindən götürülmüş ağ rəngli polietilen torbadakı 01(bir) ədəd “göy” rəngli polietilen torbada olan marixuana tərkiblərinə görə eynidirlər, tədqiqata təqdim olunmuş digər marixuanalardan fərqlənirlər. Qeyd:
1. Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş marixuanaların ümumi çəkisi - 1334,444 qram(1-8№-li ob), tədqiqata sərf edildi 0,4 qram( hər ob 0,05 qram) qalıq - 1334,044 qram
2. Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş çətənə toxumlarının ümumi çəkisi-55 qram (9№li ob), tədqiqata sərf edildi 0,05 (hər ob 0,05 qram) qalıq-54,95
3. Eyniləşmə üçün təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus marixuananın ümumi çəkisi-16,288 qram(10-13№li ob), tədqiqata sərf edildi 0,08 qram (hər ob 0,02 qram) qalıq - 16,208 qram. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2020-ci il tarixli, 6/1373 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası Zərflər üçün №96” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan üzərində “SWİTCH Pocket” göstəricisi olan qutunun içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 5,443 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tiryəkin ümumi təmiz çəkisi-5,443 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-5,393 qram Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli, 4/553 saylı rəyindənmüəyyən olunur ki, Ekspertizaya təqdim olunmuş 1(bir) ədəd üzərində “Qulaq asma” xüsusi qeyd olan CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 1(bir) ədəd üzərində “Qulaq asma” xüsusi qeydi olan CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 və «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2020-ci il tarixli, 3/1020 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan atipik-maskalanmış (xüsusi olaraq bel kəmərinə toqqa əvəzinə keçirilərək gizli şəkildə daşımaq üçün nəzərdə tutulmuş) soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə 16.07.2020-ci il tarixli, 1978 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə 13.08.2020-ci il tarixli, 2218 nömrəli rəyindən müəyyən olanar ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 06.08.2020-ci il tarixli, 1457 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlrı idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 06.08.2020-ci il tarixli, 1458 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə - tibbi ekspertizasının Siyəzən rayon tibbi ekspertizasının 06.08.2020-ci il tarixli, 129 saylırəyindən müəyyən olunur ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı növ bədən xəsarətləri aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 30.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid14 ifadəsində 2020-ci ilin may ayının əvvəllərində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq onunla görüşdüyünü Təqsirləndirilən şəxs1 ona 1(bir) ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuananı 7(yeddi) manata satdığını bildirməsi xüsusatı iləəlaqədar olaraq 10.05.2020ci il tarixdə saat 19:04:33-də 29 saniyə, həmin tarixdə 19:04:50-ci saniyədə isə 12 saniyə olmaqla iki dəfə ***-***-**-** saylı mobil nömrəilə ***-***-**-** saylı mobil nömrə arasında telefon danışıqlarının olması həmin xüsusatı bir daha təsdiq edir. Şahid X15 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin may ayının 13-də təxminən günorta saatlarında əlaqə saxlayayaraq görüşdüyünü və ondan 7(yeddi) manata 1(bir) bükümdə narkotik vasitə qurudulmuş marixuana aldığını bildirməsi xüsusatı ilə əlaqədar olaraq 13.05.2020-ci il tarixdə saat 13:57:17-də 1 saniyə, həmin tarixdə 13:57:28-ci saniyədə isə 61 saniyə olmaqla iki dəfə ***-***-**-** saylı mobil nömrəilə ***-***-**-** saylı mobil nömrə arasında telefon danışıqlarının olması həmin xüsusatı bir daha təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış Siyəzən RPŞ-nin 04.07.2020-ci il tarixli, 183- 6134-1220 saylı məktubdan müəyyən olunur ki, əməliyyat aparatına daxil olmuş məlumatlara əsasən ünvan 1-də pasport qeydiyyatında olan və əvvəllər narkotik vasitələrin dövriyyəsinə görə məhkum olunmuş xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə aparılan danışıqlarda əks olunmuşdur. 27.05.2020-ci il tarixə Təqsirləndirilən şəxs1 idarə etdiyi **-VJ-*** nömrəli avtomaşınla Şabran rayonundan Cavid adlı şəxsdən narkotik vasitə alaraq Siyəzən rayonu istiqamətində gəlməsi barədə daxil olmuş məlumat əsasında Siyəzən şəhəri H.Əliyev küçəsində ona YPX-və digər polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs1 tabe olmayaraq yüksək sürətlə sürüb oradan uzaqlaşmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 arxadan müşahidə edərkən Siyəzən-Qalaaltı yolunda körpüdən təxminən 300 metr sonra əlini yan şüşədən çıxarıb nəyisə atmasını və sürətlə oradan uzaqlaşmasını görmüşlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən müşahidə olunduğunu görüb yaxalanacağından ehtiyat edərək, Şabran rayonundan daşıyaraq gətirdiyi 16,368 qram narkotik vasitəni Siyəzən-Qalaaltı yolunda körpüdən təxminən 300 metr məsafədə qırmızı sellofan torbanı ataraq hadisə yerindən qaçımış, lakin yenidən həmin narkotik vasitəni oradan götürmək üçün istifadəsində olan ***-***-**-** nömrə ilə yaxın qohumu X16 istifadəsində ***-***-**-** nömrəyə zəng vuraraq Siyəzən- Qalaaltı yolunda körpünün sol tərəfində qırmızı sellofan torbada narkotik vasitə atdığını bildirməklə, ona təcili həmin narkotik vasitəni götürməsini demişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 19.10 2020-ci il tarixli qərardan müəyyən olunur ki, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra 1334,044 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 54,95 qram qalıq çəkidə çətənə toxumlar, 5,393 qram qalıq çəkidə narkotik vasitə tiryək kütləsi, Təqsirləndirilən şəxs1 məxsus 16,208 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsinin 01(bir) ədəd üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26 № 71» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 65» mətninə malik ştampla ştamplanmış zərflərdə və 01(bir) ədəd «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 71» mətninə malik ştampla ştamplanmış ağ rəngli torbada qablaşdırılmış vəziyyətdə və həmçinin “Victory” sözləri yazılmış içərilərində kibrit çöpləri olan 12 ədəd kibrit qutuları, hər bağlamada 10 ədəd olmaqla 3 ədəd açılmamış bağlamalarda üzərində “Victory” sözləri yazılan kibrit qutuları və 1(bir) ədəd içərisində kibrit çöpləri olan göy rəngli bağlı kibrit qutusunun 01(bir) ədəd şəffaf rəngli sellofan torbaya qablaşdırıldığı üzəri zərflər üçün nəzərdə tutulan 96№li möhürlə möhürlənmiş vəziyyətdə, 11 iyul 2020-ci il tarixli 7/421 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd kibrit qutusunda olan qalıq çəkisi 6,182 qram qalıq çəkidə qurudulmuş marixuana "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 72" mətninə malik ştampla ştamplanmış zərfdə, 29 sentyabr 2020-ci il tarixli 3/1020 №-li rəyə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kəmər və həmin kəmərin bağlama yerində olan atipikmaskalanmış formalı soyuq silah hesab edilən bıçaq "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 12" mətninə malik ştampla ştamplanmış vəziyyətdə, Təqsirləndirilən şəxs1 əynində olan, baxış keçirilərək götürülmüş bir ədəd köynək və bir ədəd şalvar maddi sübut qismində tanınaraq Siyəzən RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. 28 may 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı atdığı Siyəzən-Qalaaltı yoluna baxış keçirilməsi, 10 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 əynində olan paltarlara baxış keçirilməsi, 22 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında axtarış keçirilməsini özündə əks etdirən 3 ədəd CD disk, Təqsirləndirilən şəxs1 telefonla danışığı qeyd olunmuş, eyni zamanda məhkəmə-fonoskopik ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus səs nümunələri qeyd olunmuş 3 ədəd CD disk 01 ədəd üzəri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№50" mətninə malik ştampla ştamplanmış vəziyyətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus nömrələrdən daxil olan və çıxan zənglərin siyahısı qeyd olunmuş BİKİ-dən daxil olmuş 2 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Əliyev X23 rayon məhkəməsinin 04.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10.02.2011-ci il tarixli qərarı ilə CM-nin 70 maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti təyin edilməklə həmin cəza şərti tətbiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Siyəzən rayon Məhkəməsinin 14.05.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.08.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 cəzasını 12.08.2017-ci il tarixdə çəkib qurtarması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.4.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4cü və 234.4.2-ci maddələri və Təqsirləndirilən şəxs2 əməllərini isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduqları tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyul 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət - 01 ay 18 gün ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar- Siyəzən RPŞ-nin dəftərxanasına təhvil Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş, tədqiqatdan sonra 1334,044 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 54,95 qram qalıq çəkidə çətənə toxumları, 5,393 qram qalıq çəkidə narkotik vasitə tiryək kütləsi, Təqsirləndirilən şəxs1 məxsus 16,208 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsi 01(bir) ədəd üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26 № 71» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 65» mətninə malik ştampla ştamplanmış zərflərdə və 01(bir) ədəd «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 71» mətninə malik ştampla ştamplanmış ağ rəngli torbada qablaşdırılmış vəziyyətdə və həmçinin “Victory” sözləri yazılmış içərilərində kibrit çöpləri olan 12 ədəd kibrit qutuları, hər bağlamada 10 ədəd olmaqla 3 ədəd açılmamış bağlamalarda üzərində “Victory” sözləri yazılan kibrit qutuları və 1(bir) ədəd içərisində kibrit çöpləri olan göy rəngli bağlı kibrit qutusunun 01(bir) ədəd şəffaf rəngli sellofan torbaya qablaşdırıldığı üzəri zərflər üçün nəzərdə tutulan 96 №li möhürlə möhürlənmiş vəziyyətdə, 11 iyul 2020-ci il tarixli 7/421 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd kibrit qutusunda olan qalıq çəkisi 6,182 qram qalıq çəkidə qurudulmuş marixuana və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 72" mətninə malik ştampla ştamplanmış zərfdə, 29 sentyabr 2020-ci il tarixli 3/1020 №-li rəyə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kəmər və həmin kəmərin bağlama yerində olan atipik-maskalanmış formalı soyuq silah hesab edilən bıçaq "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 12" mətninə malik ştampla ştamplanmış vəziyyətdə, Təqsirləndirilən şəxs1 əynində olan, baxış keçirilərək götürülmüş bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 may 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı atdığı Siyəzən-Qalaaltı yoluna baxış keçirilməsi, 10 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 əynində olan paltarlara baxış keçirilməsi, 22 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında axtarış keçirilməsini özündə əks etdirən 3 ədəd CD disk, Təqsirləndirilən şəxs1 telefonla danışığı qeyd olunmuş, eyni zamanda məhkəmə-fonoskopik ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus səs nümunələri qeyd olunmuş 3 ədəd CD disk 01 ədəd üzəri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№50" mətninə malik ştampla ştamplanmış vəziyyətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus nömrələrdən daxil olan və çıxan zənglərin siyahısı qeyd olunmuş BİKİ-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 585,10 (beş yüz səksən beş manat on qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını iməhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosının vəkili X27 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X21 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X27 üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 540 AZN (beş yüz qırx manat), X22 üçün 540 AZN (beş yüz qırx manat) Bakı şəhəri 24 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 228.4-cü maddəsilə 01 (bir) il müddətə, CM-nin 234.4.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs2 22 iyul 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin dəftərxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş, tədqiqatdan sonra 1334,044 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 54,95 qram qalıq çəkidə çətənə toxumları, 5,393 qram qalıq çəkidə narkotik vasitə tiryək kütləsi, Təqsirləndirilən şəxs1 məxsus 16,208 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsi 01(bir) ədəd üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26 № 71» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 65» mətninə malik ştampla ştamplanmış zərflərdə və 01(bir) ədəd «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X26№ 71» mətninə malik ştampla ştamplanmış ağ rəngli torbada qablaşdırılmış vəziyyətdə və həmçinin “Victory” sözləri yazılmış içərilərində kibrit çöpləri olan 12 ədəd kibrit qutuları, hər bağlamada 10 ədəd olmaqla 3 ədəd açılmamış bağlamalarda üzərində “Victory” sözləri yazılan kibrit qutuları və 1(bir) ədəd içərisində kibrit çöpləri olan göy rəngli bağlı kibrit qutusunun 01(bir) ədəd şəffaf rəngli sellofan torbaya qablaşdırıldığı üzəri zərflər üçün nəzərdə tutulan 96 №li möhürlə möhürlənmiş vəziyyətdə, 11 iyul 2020-ci il tarixli 7/421 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd kibrit qutusunda olan qalıq çəkisi 6,182 qram qalıq çəkidə qurudulmuş marixuana və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 72" mətninə malik ştampla ştamplanmış zərfdə, 29 sentyabr 2020-ci il tarixli 3/1020 №-li rəyə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kəmər və həmin kəmərin bağlama yerində olan atipikmaskalanmış formalı soyuq silah hesab edilən bıçaq "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№ 12" mətninə malik ştampla ştamplanmış vəziyyətdə, Təqsirləndirilən şəxs1 əynində olan, baxış keçirilərək götürülmüş bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 may 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı atdığı Siyəzən-Qalaaltı yoluna baxış keçirilməsi, 10 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 əynində olan paltarlara baxış keçirilməsi, 22 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri T.Abbasov küçəsi ev 2 ünvanında axtarış keçirilməsini özündə əks etdirən 3 ədəd CD disk, Təqsirləndirilən şəxs1 telefonla danışığı qeyd olunmuş, eyni zamanda məhkəmə-fonoskopik ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus səs nümunələri qeyd olunmuş 3 ədəd CD disk 01 ədəd üzəri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Tədqiqat Obyekti№50" mətninə malik ştampla ştamplanmış vəziyyətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus nömrələrdən daxil olan və çıxan zənglərin siyahısı qeyd olunmuş BİKİ-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 585,10 (beş yüz səksən beş manat on qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X27 üçün 540 AZN (beş yüz qırx manat) Bakı şəhəri 14 saylı Vəkil Bürosunun, X22 üçün 540 AZN (beş yüz qırx manat) Bakı şəhəri 24 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.