Məhkəmə qərarları › İş №1(101)-416/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-416/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-416/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 11 avqust 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə, xx xxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev X26 Mehman Rafiq oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir q rup şəxs halında, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara qəsdən kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmiş, eləcə də cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə edərək külli miqdarda dəyəri olan əmlakla bağlı maliyyə əməliyyatlarını aparmaqla alğısatqı əqdini həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2012-ci ilin yanvar ayının əvvəllərində İran xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH»ın nümayəndələri tərəfindən Tehran şəhərində məxfi əməkdaşlığa cəlb edilmiş, 2015-ci ilin iyun ayında həmin xüsusi xidmət orqanının «Əl-Qüds» qüvvələrinin Qafqaz və Orta Asiya istiqaməti üzrə kəşfiyyat fəaliyyətinə rəhbərlik edən «doktor» ləqəbli Qafur Kargərinin tapşırığı ilə 15 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş «Azərbaycan İslam Partiyası» adlı təşkilatın rəhbəri təyin edilməklə həmin xüsusi xidmət orqanının nümayəndəsi X4 əlaqəsinə verilmiş və sonuncudan İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində təsir dairəsinin genişləndirilməsi, o cümlədən fəaliyyəti onlar tərəfindən idarə olunan «Azərbaycan İslam Partiyası» adlı təşkilatın və onun rayon və şəhər komitələrinin madditexniki və sosial bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinin maddi yardımla təmin edilməsi, məhkum olunmuş şəxslərlə daimi əlaqələrin qurulması, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetdə, «İslamınsesi» və «Faktxeber» internet informasiya resurslarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontinqentin formalaşdırılmasına yönələn dini-siyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına kölgə salan təxribat xarakterli, dövlət orqanlarının qanuni fəaliyyətinə kölgə salan məqsədyönlü məlumatların yayılması, Respublika ərazisində «Azərbaycan İslam Partiyası» adlı təşkilata bağlı ictimai birlik yaratmaqla həmin birlikdə ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə əlverişli şəraitin yaradılması, İran xüsusi xidmət orqanının nümayəndələrinin Azərbaycan Respublikası ərazisinə göndərdikləri maliyyə vəsaitlərinin Bakı şəhərində ciddi konspirasiya qaydalarına əməl etməklə əvvəlcədən müəyyən edilmiş görüş yerlərində təhvil alınması üçün etibarlı şəxsin onların əlaqəsinə verilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması ilə əlaqədar tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2012- 2020-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs1 xarici xüsusi xidmət orqanı əməkdaşı X4 vasitəsilə 2015-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayının 27-dək olan müddət ərzində dəfələrlə, o cümlədən 15 may 2018-ci il, 30 avqust 2019-cu il, 30 dekabr 2019-cu il, 04 yanvar 2020-ci il və 27 fevral 2020-ci il tarixlərində, habelə istintaqa dəqiq məlum olmayan digər vaxt və şəraitdə İran xüsusi xidmət orqanı «Sepah»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşları X42 Hossein, X68 Hossein və X62 ilə konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində metronun «Nəsimi», «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığındakı əvvəlcədən razılaşdırılmış yerlərdə görüşmələrini və onların əlaqəsinə verilməsini təşkil etmiş, sonunculardan hər ay Təqsirləndirilən şəxs1 vasitəsi ilə aldığı 16.000 (on altı min) ABŞ dolları – müvafiq dövrlərdəki məzənnəyə əsasən, ümumilikdə 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) manat məbləğində pul vəsaitini ayrı-ayrı ünvanlarda, o cümlədən yaşadığı ünvan 4anında Təqsirləndirilən şəxs1 təhvil almış, həmin vəsaitlərin əsas hissəsini xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarında göstərilən qaydada «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətinin genişləndirilməsinə, həmin təşkilatın Astara, Lənkəran, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Ucar, Bərdə, Quba, Xaçmaz, Ağsu, Ağstafa, Şirvan, Tərtər, Cəlilabad, Gəncə, Bakı şəhərinin Xətai və Yasamal şəhər və rayonlarının yerli komitələrinin fəaliyyətinə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinə maddi yardımların verilməsinə, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetini çap etdirməklə İran xüsusi xidmət orqanı nümayəndələrinin əvvəlcədən müəyyən etdikləri məhdud dairələr arasında paylanmasına, «İslamınsesi» və «Faktxeber» internet informasiya saytlarının fəaliyyətinə sərf etmiş, ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərilərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə əlverişli şəraitin yaradılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmamış «Milli-Mənəvi İnkişaf və Həmrəylik» adlı ictimai birliyin yaradılmasında və fəaliyyətində iştirak etməklə onun maliyyələşməsini həyata keçirmiş, aldığı tapşırıqların icrası üzrə hazırladığı hesablatları və topladığı digər məlumatları 2015-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayının 18-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi səfərlərində həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olan topladığı həmin informasiyaları xarici xüsusi xidmət orqanı nümayəndələrinə ötürüb onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik edərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Cinayət əməllərini davam etdirən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə xarici xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq etdiyi müddətdə onların tapşırıqlarının icrası müqabilində cinayət yolu ilə əldə etdikləri 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) manat məbləğində pul vəsaitlərinin bilə-bilə həqiqi mənbəyini gizlətmək məqsədilə əldə edilmiş həmin pul vəsaitlərindən istifadə edərək 19 mart 2018-ci il tarixdə Salyan şəhərində ünvan 11 ünvanında yerləşən külli miqdar təşkil edən 50.000 (əlli min) manat dəyəri olan daşınmaz əmlakın əldə edilməsi ilə bağlı maliyyə əməliyyatları aparıb notarial qaydada alqı-satqı əqdini həyata keçirməklə cinayət yolu ilə əldə edilmiş 50.000 (əlli min) manat məbləğində pul vəsaitini leqallaşdırmışdır. 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tapşırığına əsasən növbəti dəfə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»ın nümayəndəsi X62 ilə saat 20:00 radələrində ünvan 6 ünvanında konspirasiya qaydalarına uyğun görüşüb ondan növbəti tapşırıqlarını almaq və uzun müddətli casusluq fəaliyyətini həyata keçirmək üçün hər ay üçün nəzərdə tutulmuş növbəti maliyyə vəsaiti olan 16000 (on altı min) ABŞ dollarını – müvafiq məzənnəyə əsasən 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini aldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara qəsdən kömək etməklə dövlətə xəyanət etmiş, eləcə də cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə edərək külli miqdarda dəyəri olan əmlakla bağlı maliyyə əməliyyatlarını aparmaqla alğı-satqı əqdini həyata keçirmişdir. Belə ki, Mehman X29 Əliyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə 2015-ci ilin noyabr ayında İran xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH»ın nümayəndələri tərəfindən Bakı şəhərində məxfi əməkdaşlığa cəlb edilmiş, 2015-ci ilin iyun ayında həmin xüsusi xidmət orqanının «Əl-Qüds» qüvvələrinin Qafqaz və Orta Asiya istiqaməti üzrə kəşfiyyat fəaliyyətinə rəhbərlik edən «doktor» ləqəbli Qafur Kargərinin tapşırığı ilə 15 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyə Nazirliyini Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş «Azərbaycan İslam Partiyası» adlı təşkilatın rəhbəri təyin edilmiş Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhərində ayrı-ayrı vaxtlarda kəşfiyyat fəaliyyəti aparan İran xüsusi xidmət orqanı «Sepah»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşları X42 Hossein, X68 Hossein və X43 əlaqəsinə verilmiş və sonunculardan İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində təsir dairəsinin genişləndirilməsi, o cümlədən fəaliyyəti onlar tərəfindən idarə olunan «Azərbaycan İslam Partiyası» adlı təşkilatın və onun rayon və şəhər komitələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinin maddi yardımla təmin edilməsi, məhkum olunmuş şəxslərlə daimi əlaqələrin qurulması, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetdə, «İslamınsesi» və «Faktxeber» internet informasiya resurslarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontinqentin formalaşdırılmasına yönələn dini-siyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına kölgə salan təxribat xarakterli, dövlət orqanlarının qanuni fəaliyyətinə kölgə salan məqsədyönlü məlumatların yayılması, Respublika ərazisində «Azərbaycan İslam Partiyası» adlı təşkilata bağlı ictimai birlik yaratmaqla həmin birlikdə ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə əlverişli şəraitin yaradılması, İran xüsusi xidmət orqanının nümayəndələrinin Azərbaycan Respublikası ərazisinə göndərdikləri maliyyə vəsaitlərinin Bakı şəhərində ciddi kospirasiya qaydalarına əməl etməklə əvvəlcədən müəyyən edilmiş görüş yerlərində təhvil alınması, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi ilə əlaqədar tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2015-2020-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək 2015-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayının 27-dək olan müddət ərzində dəfələrlə, o cümlədən 15 may 2018-ci il, 30 avqust 2019-cu il, 30 dekabr 2019-cu il, 04 yanvar 2020-ci il və 27 fevral 2020-ci il tarixlərində, habelə istintaqa dəqiq məlum olmayan digər vaxt və şəraitdə İran xüsusi xidmət orqanı «Sepah»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşları X42 Hossein, X68 Hossein və X62 ilə konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində metronun «Nəsimi», «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığındakı əvvəlcədən razılaşdırılmış yerlərdə görüşmüş, sonunculardan hər ay aldığı 16.000 (on altı min) ABŞ dolları –müvafiq dövrlərdəki məzənnəyə əsasən, ümumilikdə 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) manat məbləğində pul vəsaitini ayrı-ayrı ünvanlarda, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4anında ona çatdırmış, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik etməklə dövlətə xəyanət etmiş, bununla da, o cümlədən, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 də həmin vəsaitlərin əsas hissəsini xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarında göstərilən qaydada «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətinin genişləndirilməsinə, həmin təşkilatın Astara, Lənkəran, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Ucar, Bərdə, Quba, Xaçmaz, Ağsu, Ağstafa, Şirvan, Tərtər, Cəlilabad, Gəncə, Bakı şəhərinin Xətai və Yasamal şəhər və rayonlarının yerli komitələrinin fəaliyyətinə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinə maddi yardımların verilməsinə, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetini çap etdirməklə İran xüsusi xidmət orqanı nümayəndələrinin əvvəlcədən müəyyən etdikləri məhdud dairələr arasında paylanmasına, «İslamınsesi» və «Faktxeber» internet informasiya saytlarının fəaliyyətinə sərf etmiş, ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərilərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə dair əlverişli şəraitin yaradılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmamış «Milli-Mənəvi İnkişaf və Həmrəylik» adlı ictimai birliyin yaradılmasında və fəaliyyətində iştirak etməklə onun maliyyələşməsini həyata keçirmişdir. Cinayət əməllərini davam etdirən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə xarici xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq etdiyi müddətdə onların tapşırıqlarının icrası müqabilində cinayət yolu ilə əldə etdikləri 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) məbləğində pul vəsaitlərinin bilə-bilə həqiqi mənbəyini gizlətmək məqsədilə əldə edilmiş həmin pul vəsaitlərindən istifadə edərək 19 mart 2018-ci il tarixdə Salyan şəhərində ünvan 11 ünvanında yerləşən külli miqdar təşkil edən 50.000 (əlli min) manat dəyəri olan daşınmaz əmlakın əldə edilməsi ilə bağlı maliyyə əməliyyatları aparıb notarial qaydada alğı-satqı əqdini həyata keçirməklə cinayət yolu ilə əldə edilmiş 50.000 (əlli min) manat məbləğində pul vəsaitini leqallaşdırmışdır. 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tapşırığına əsasən növbəti dəfə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndəsi X62 ilə saat 20:00 radələrində ünvan 6 ünvanında konspirasiya qaydalarına uyğun görüşüb ondan növbəti tapşırıqlarını almaq və uzun müddətli casusluq fəaliyyətini həyata keçirmək üçün hər ay nəzərdə tutulmuş növbəti maliyyə vəsaiti olan 16.000 (on altı min) ABŞ dollarını – müvafiq məzənnəyə əsasən 27200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini aldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək göstərdi ki, 1994-cü ildə Binə qəsəbəsindəki 149 saylı orta məktəbi bitirdikdən sonra dini təhsil almaq məqsədilə İran İslam Respublikasının Qum şəhərinə gedərək «Camiətül-Müstəfa» Universitetinin «İlahiyyət və fəlsəfə» fakültəsinə qəbul olmuş, 1994-2004-cü illərdə Qum şəhərində dini təhsil almışdır. Həmin müddət ərzində fasilələrlə, əsasən tətil vaxtlarında Azərbaycana gəlib getmişdir. 2002-ci ilin sonunda İrandan Azərbaycana Cəlilabad rayonunun Dələli kəndi istiqamətindən dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılmış, barəsində olan cinayət işi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq şöbəsi tərəfindən aparılmışdır. Cinayət işi yekunlaşdıqdan sonra Cəlilabad rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin hökmü ilə ona şərti cəza təyin edilmiş və o, məhkəmə zalından azad edilmişdir. 2004-cü ildə ali dini təhsilini başa vurduqdan sonra Azərbaycana gəlmiş və Binə qəsəbəsində axundluq etməyə başlamışdır. Binə qəsəbəsində yas mərasimlərində, mömin insanlar tərəfindən təşkil edilmiş dini mərasimlərdə dəvətlər əsasında iştirak etmiş, dini mövzularda söhbətlər aparmış, bu fəaliyyətinin əvəzində də ona könüllü olaraq hərə öz istədiyi məbləğdə zəhmət haqqı ödəmişdir. 2007-ci ildə X63 Azərbaycan İslam Partiyasının sədri seçildikdən sonra həmin partiyaya gedib-gəlməyə başlamışdır. Amma 2015-ci ilin avqust ayının 15-dək olan müddət ərzində rəsmi olaraq partiya ilə onun heç bir əlaqəsi olmamışdır. Rəsmi əlaqə dediyi tarixdə, yəni 2015-ci ilin avqust ayının 15-dən sonrakı vaxta təsadüf edir ki, məhz həmin tarixdə o partiyanın İdarə heyəti tərəfindən Azərbaycan İslam Partiyasının sədr əvəzi seçilmişdir. X72 şəhərində təhsil aldığı müddətdə Mövsüm Səmədovla münasibəti olmuş, eyni universitetdə ali dini təhsil almışlar. X64 həmin ali təhsil ocağına ondan təxminən 4-5 il sonra gəlmişdir. Gəldiyi vaxtdan da onunla bir yaxşı insan və əxlaq sahibi kimi münasibəti və əlaqəsi yaranmış, bir-birilərinə böyük hörmətləri olmuşdur. 2011-ci ildə Mövsüm Səmədov həbs edildikdən sonra Azərbaycan İslam Partiyasına sədr əvəzi X1, sonuncunun dövründə partiya tərəfindən təşkil olunmuş dini mərasimlərdə qonaq qismində iştirak etmişdir. O, 2012-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2015-ci ilin iyul-avqust aylarında Elçin Manafov ona partiyanın yeni sədr əvəzi olmasını təklif etmişdir. Elçin Manafovun təklifinə isə partiyanın İdarə Heyətində baxılacaqmış. 2015-ci ilin iyul-avqust aylarında Azərbaycan İslam Partiyasının İdarə Heyətinin üzvləri olan Elçin Manafov, Natiq Kərimov, Akif Heydərli, Şahid20, Fəyyaz Nəbiyev, Şahid4, partiyanın Xətai rayon komitəsinin sədri Üzeyir, partiyanın Yasamal rayon komitəsinin sədri Əliyar və soyadını unutduğu hündürboylu Elşən adlı şəxsin iştirakı ilə 2-3 dəfə iclas keçirilmişdir. Səbəb isə partiyanın yeni sədr əvəzi kimi vəzifəyə təyin olunmağına razılığının verilməməsi ilə bağlı olmuşdur. İdarə Heyətinin bütün üzvləri onun partiyanın sədr əvəzi vəzifəsinə seçilməyinə tərəfdar olmuşlar. O isə hələlik belə məsul vəzifəyə hazır olmadığını demiş və bir qədər fikirləşməyə vaxt istəmişdir. Amma sonda razılığını vermiş və 2015-ci ilin avqust ayının 15-dən rəsmi olaraq Azərbaycan İslam Partiyasının sədr əvəzi vəzifəsinə seçilmişdir. Sədr əvəzi seçildikdən sonra partiyanın yerləşdiyi ünvan 7 ünvanında yerləşən ofisində Elçin Manafovla görüşmüş və partiyanın işi ilə bağlı təhvil-təslim etmişlər. X65 Partiyası tərəfindən maliyyə yardımı edilən şəxslərin siyahısını özündə əks etdirən sənədləri də ona vermişdir. Daha sonra Elçin Manafov ona partiyanın mətbu orqanları olan saytlara və qəzetə aylıq nə qədər pul verilməsini, rayon və şəhər komitələrinin sədrlərinə nə qədər pullar verilməsini və sair məsələləri izah etmişdir. O həmin sənədlərlə tanış olduqdan sonra onları cırıb tullamış və istəməmişdir ki, köhnədən qalan sənədlər onda olsun. Maliyyə yardımının ediləcəyi istiqamətləri sadəcə yadında saxlamışdır. Partiyanın sədr əvəzi seçildikdən sonra partiyada maddi vəziyyətin ağır olması, partiya üzvlərinin, eləcə də maliyyə yardımı almış şəxslərin narazılıqları ilə üzüzə qalmışdır. Hamı partiyanın ofisinə gələrək onlara aylıq verilən pullarını istəmişlər. O isə bu şəxslərin hamısına maliyyə vəziyyətinin çətin olduğunu izah edərək «İnşallah yaxşı olar, darıxmayın» deyə bildirmişdir. Partiyanın sədr əvəzi seçildikdən sonra təxminən ilk 2 ay maliyyə baxımından ən çətin vaxtlar olmuşdur. Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra onun İrana ilk səfəri 2015-ci ilin noyabr ayının 01-nə təsadüf etmişdir. Xatırlayır ki, 2015-ci ilin noyabr ayının 1-i gedib 4-ü isə oradan qayıtmışlar. Həmin vaxt İranın Tehran şəhərində «İslami oyanış» konfransı keçirilmişdir. O və partiyanın hazırda adlarını unutduğu üzvləri həmin konfransa İranın Azərbaycandakı səfirliyi tərəfindən dəvət olunmuşlar. Konkret kimin tərəfindən dəvət olunmasını xatılamır. Hava limanında Azərbaycandan gələn nümayəndə heyətini qarşılayıb Tehran şəhərindəki «Azadi» adlı otelə gətirmişlər. Gəldikləri günün səhərisi oteldə onları qarşılamış və konfransın təşkilatçı şəxslərindən biri hesab olunan, adını sonradan Rza bildiyi şəxs yaxınlaşaraq onu tanıdığını, barəsində saytlarda gedən məqalələrdən məlumatlı olduğunu, onunla işinin olduğunu deyib qaldıqları otelin foyesindəki kafedə onunla masa arxasında oturmağı təklif etmiş, o da etiraz etməmiş və birlikdə masa arxasında əyləşmişlər. Masa arxasında Rza ona Azərbaycan İslam Partiyasının sədr əvəzi seçilməyi ilə bağlı məlumatlı olduğunu bildirmiş və «mən istəyirəm ki, sənə kömək edim» demişdir. Köməyin hansı formada göstərəcəyini Rzadan soruşduqda, sonuncu ona aylıq 10-16 min ABŞ dolları məbləğində pul vəsaiti verməklə köməklik edəcəyini söyləmişdir. Cavabında belə bir köməkliyə heç bir etirazının olmadığını bildirmişdir. Söhbətləri zamanı Rza ona etdiyi köməklik təklifi ilə bağlı özündən böyük bir nəfər şəxslə tanış etmək niyyətində olduğunu desə də, heç kiminlə görüşmək istəmədiyini onun diqqətinə çatdırmışdır. Həm də Rzaya da öz şərti olaraq bildirmişdir ki, göndərilən pulun müqabilində o heç bir yazılı sənədə imza atmayacaq, heç bir hesabat tərtib etməyəcəkdir, ona görə də Rza özü də ondan heç vaxt bu xarakterli sənədlər istəməməlidir. Rza da «sən necə deyirsən elə də olsun» deyib onun həmin şərti ilə razılaşmışdır. O, partiya sədri əvəzi seçildikdən sonra partiya xətti ilə İranın Azərbaycandakı səfirliyinin dəvəti ilə İranın Tehran şəhərində keçirilən «Beynəlxalq Vəhdət» konfransında da iştirak etmişdir. 2010-cu ildən sonra Yaxın Şərqdə müsəlman ölkələrində baş qaldıran inqilablardan sonra İranda «İslami oyanış hərəkatı» adlı başqa bir təşkilat da yaranmışdır. Təşkilat yarandığı vaxtdan hər il konfranslar keçirmiş və həmin konfransa da dünya müsəlmanları toplaşmışlar. Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra ilk İrana səfəri də məhz həmin təşkilatın təşkil etdiyi konfransda iştirakı ilə bağlı olmuşdur. Rza da məhz «İslami oyanış hərəkatı» təşkilatına mənsub olan şəxslərdən biri olduğunu etiraf etmiş və dediyi kimi ona Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi maddi yardım edəcəyini bildirmişdir. Rza ilə maddi vəsaitin necə və hansı üsulla göndəriləcəyini müzakirə etmişlər. Özünün şərti ondan ibarət olmuşdur ki, o heç kimdən əlbəəl pul almayacaqdır və kiminləsə də bu məsələ ilə bağlı görüşməyəcəkdir. Rza İranın Azərbaycandakı səfirliyində işləyən şəxslərin vasitəsilə ona kömək edəcəyini demiş və belə razılaşmışlar ki, Rzanın səfirlikdə işləyən tanışları ilə onun tanışı görüşəcək, verilən pulu onun həmin tanışı təhvil alacaq və gətirib ona verəcəkdir. Hətta pulu almaq üçün tapacağı tanışı da iranlılardan pulu aldıqdan sonra heç bir sənədə imza atmayacaqdır. Başlıca şərti nə özünün, nə də ki göndərəcəyi adamının pulun təhvil alınmasına dair təqdim olunacaq hər hansı sənədi imza etməmək məsələsi olmuşdur. Rza da onun şərtini qəbul etmişdir. Həmin görüşdə Rza ilə İranın Azərbaycandakı səfirliyində işləyən adamı ilə onun tanışı arasında baş tutacaq görüşün vaxtını və yerini də dəqiqləşdirmişlər. Qərara gəlinmişdir ki, görüş Bakı şəhərində metronun «Nəsimi» stansiyasının qarşısında olacaqdır. O, Rzaya bildirmişdir ki, göndərəcəyi şəxsin əlində bir qutu İran istehsalı olan şokolad qutusu olacaqdır. O, Rzanın tanışları ilə görüşüb onlardan pulu təhvil alacaq şəxs kimi tanışı və qohumu Təqsirləndirilən şəxs1 nəzərdə tutmuş və Təqsirləndirilən şəxs1 da bütün xarici əlamətlərini Rzaya bildirmişdir ki, sonuncunun adamları görüş yerində Təqsirləndirilən şəxs1 tanıya bilsinlər. Tam razılıq əldə edilmiş, görüş yeri və vaxtı dəqiqləşdikdən sonra o, 04 noyabr 2015-ci il tarixdə Azərbaycana qayıtmışdır. Bakı şəhərində Binə qəsəbəsində Təqsirləndirilən şəxs1lə görüşərək ona hər ayın sonu İranın Azərbaycandakı səfirliyinin əməkdaşı ilə əvvəlcədən razılaşdırılan yerdə görüşməsini və sonuncudan içərisində ABŞ dolları əskinazları olan bağlamanı təhvil alıb ona çatdırmasını təklif etmiş, Təqsirləndirilən şəxs1 də onun təklifi ilə razılaşmışdır. Həmin ayın sonu Təqsirləndirilən şəxs1 bir ədəd şokolad qutusunu vermiş və sonuncu görüşə getmişdir. Təqsirləndirilən şəxs1 həmçinin demişdir ki, növbəti görüşlərinin vaxtını artıq özləri müəyyən etsinlər. Onlar da elə etmiş, hər dəfə pul bağlamasını aldıqda Rzanın adamları növbəti ay üçün görüş yerini Təqsirləndirilən şəxs1 demişlər. Ümumiyyətlə, görüşlər bir qayda olaraq hər ayın 25-30 arası tarixlərdə keçirilmişdir. Təqsirləndirilən şəxs1lə Rzanın tanışının ilk görüşü zamanı Təqsirləndirilən şəxs1 pul verilməmiş, həmin görüş ümumi tanışlıq xarakteri daşımış, məhz həmin görüşdə növbəti görüşün tarixi və vaxtı dəqiqləşdirilmişdir ki, həmin tarixdən etibarən Təqsirləndirilən şəxs1 Rzanın İranın Azərbaycandakı səfirliyindəki adamları ilə görüşləri başlamışdır. Təqsirləndirilən şəxs1 də içərisində 15-16 min ABŞ dolları əskinazları olan pulu bağlamasını hər ay təhvil alıb onun yaşadığı ünvana gətirərək ona təhvil vermişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs1 bir qəpik də olsun pul verməmişdir. Təqsirləndirilən şəxs1 özü də ondan heç vaxt gördüyü həmin işin müqabilində pul istəməmişdir. O Təqsirləndirilən şəxs1 həmin işin Allah xatirinə etməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. O, Təqsirləndirilən şəxs1 çox inanmış, onun təmiz və etibarlı insan olduğunu bildiyi üçün iranlı Rzanın tanışları ilə görüşə məhz onu göndərmişdir. O, Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-cı ilin sonundan 2016-cı ilin əvvəllərindən başlayaraq 2020-ci ilin fevral ayının sonuna qədər olan müddət ərzində Rza İranın Azərbaycandakı səfirliyində işləyən adamları və Təqsirləndirilən şəxs1 vasitəsilə 15-16 min ABŞ dolları civarında pul göndərmişdir. Təqsirləndirilən şəxs1 ümumilikdə üç nəfər şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs1 görüşdüyü ikinci şəxsi birinci görüşdüyü şəxs növbəti görüşlərinə gətirmişdir ki, bundan sonra onunla görüşsün. Bir müddət sonra ikinci görüşdüyü şəxs Təqsirləndirilən şəxs1lə növbəti görüşə üçüncü şəxsi gətirərək bundan sonra həmin şəxslə görüşüb pulu alacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 də həmin şəxslərlə Bakı şəhərində metronun «Nəsimi», «Qara Qarayev» və «Nəriman Nərimanov» stansiyalarına yaxın ərazilərdə görüşüb pulu almışdır. Tutulandan sonra bilmişdir ki, Rzanın göndərdiyi pulu sonuncu dəfə Təqsirləndirilən şəxs1 üçüncü görüşdüyü iranlı şəxsdən Bakı şəhərində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında görüşüb aldıqdan bir qədər sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən elə hadisə yerindəcə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 birinci görüşdüyü şəxsin təklifini də ona bildirmişdir. Belə ki, həmin şəxs Təqsirləndirilən şəxs1 görüş vaxtlarını və yerini sosial şəbəkə üzərindən təyin etmələrini təklif etmiş, lakin sonuncu internetdən uzaq insan olduğunu, sosial şəbəkələrdə olmadığını deyərək imtina etmişdir. Hətta həmin şəxs Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, internet sahəsində biliklərə və vərdişlərə yiyələnmək üçün onu İrana göndərməsini və oradakı dostlarının ona təlim keçməsin təklif etmiş, lakin Təqsirləndirilən şəxs1 həmin təkliflə də razılaşmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 birinci görüşdüyü şəxs növbəti dəfə ona pul verərkən demişdir ki, Hacı, yəni özü göndərilən puldan Təqsirləndirilən şəxs1 pul versin ki, sonuncu gedib iki ədəd sadə mobil telefon və iki ədəd də başqa-başqa şəxslərin adına nömrələr alsın. Bir telefon həmin şəxsdə, digəri isə onun özündə olacaqmış. Şərt isə ondan ibarət olmuşdur ki, həmin iranlı özündəki sadə telefonla ondakı sadə telefona «vızov» edəcək və bu da o deməkdir ki, o, Təqsirləndirilən şəxs1 həmin günün səhərisi görüşə getməsini bildirməlidir. O, həmin təkliflə razı olmamış və Təqsirləndirilən şəxs1 bir daha tapşırmışdır ki, heç bir telefon filan lazım deyil, pulu təhvil aldığı görüşdə növbəti görüş gününü və yerini özləri danışıb razılaşsınlar və təyin etsinlər. Təqsirləndirilən şəxs1 də onun dediyi kimi etmişdir. O, Rzanın göndərdiyi dollar əskinazlarını Bakı şəhərində iki yerdə fəaliyyət göstərən bankda Azərbaycan manatına dəyişmişdir. Bunlardan biri Bakı şəhərində Azadlıq prospektində, «Dostluq» kinoteatrına çatmamış «Koroğlu» heykəlinin abidəsinin yaxınlığında tində binanın altında fəaliyyət göstərən bankdır. Digəri isə 5 №-li xəstəxananın qarşısındakı işıqfordan sağa keçmiş Çapayev küçəsi istiqamətinə döndükdə sağ tərəfdə binanın altındakı bankıdır. Dollarları hissə-hissə məhz həmin banklarda manata dəyişmişdir. İranda tanış olduğu Rzanın göndərdiyi pul vəsaitlərinin hesabına, onun maliyyələşməsi əsasında İslam Partiyası fəaliyyət göstərmişdir. Azərbaycan İslam Partiyasının maliyyələşməsi həmçinin Azərbaycanda yaşayan momin, inanclı şəxslərin ona verdiyi ianələr və xüms hesabına da həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 onun tapşırığı əsasında hər ay Bakı şəhərində ona əvvəlcədən deyilmiş məkanlarda gizli şəraitdə iranlı şəxslərlə görüşüb xarici valyutada – dollar əskinazlarından ibarət pul vəsaitini ona çatdırmışdır. Təqsirləndirilən şəxs1 bu işə o salmış və sonuncu onun tapşırığını icra etmişdir. O isə bir partiya sədri kimi həmin pulların hesabına Azərbaycanda müxtəlif dövləti cinayətlər törətmiş şəxslərin ailələrinə sədri olduğu partiyanın «Qadınlar Şurası»nın sədri Şahid1 vasitəsilə maddi yardımlar etmişdir. Daha sonra İrandan göndərilən və Təqsirləndirilən şəxs1 vasitəsilə ona çatdırılan maliyyə vəsaiti hesabına partiyanın mətbu orqanları olan «İslamın səsi» və «Faktxəbər» saytlarını, «Yeni Nəbz» qəzetini maliyyələşdirmiş, həmçinin İslam Partiyasının rayon və şəhər komitələrinin sədrlərinə aylıq əmək haqları vermişdir. Partiyanın sədr əvəzi seçildikdən sonra 2017-ci ilin ortalarına qədər olan müddət ərzində partiyanın mətbu orqanı olan «İslamın səsi» saytının fəaliyyəti üçün hər ay 2500- 3000 manat civarında pulu saytın əməkdaşı Yaşara vermişdir. Saytın əməkdaşları Yaşar, Müşviq və Nəriman müəllim olmuşdur. Verilən puldan təxminən 1500 manat saytın fəaliyyət göstərdiyi yaşayış sahəsinin icarə haqqına, yerdən qalan hissə isə əməkdaşların əmək haqqısına sərf edilmişdir. Hər bir əməkdaşın əmək haqqısı 500 manat olmuşdur. 2017-ci ilin ortalarından sayt əməkdaşları icarəyə götürdükləri yerdən çıxmışlar və həmin saytla bağlı işləri öz evlərindən həyata keçirmişlər. 2020-ci ilin fevral ayına qədər onlara yalnız 500 manat məbləğində əmək haqqı vermişdir. Eyni qayda ilə partiyanın digər mətbu orqanı olan «faktxəbər» saytının maliyyələşməsi həyata keçirilmişdir. Həmin saytda Şahid21 və Emilya Tağıyeva işləmişlər. Partiya sədri seçildikdən sonra 2017-ci ilin ortalarınadək olan müddət ərzində onlara da 2500-3000 manat civarında pul vermişdir. Sonuncular da hansısa yeri icarəyə götürmüşlər. Aqil və Emilyadan başqa orada hazırda adlarını xatırlamadığı əməkdaşlar da olmuşdur. Həmin saytın fəaliyyət göstərdiyi yaşayış sahəsinin icarə haqqı da təxminən 1000-1500 manat təşkil etmiş, pulun qalan hissəsi isə onların əmək haqları olmuşdur. 2017-ci ilin ortalarından həmin sayt Şahid21 yaşadığı ünvanda fəaliyyət göstərmişdir. Bu baxımdan Şahid21 və Emilya Tağıyevaya yalnız əmək haqqı qismində hərəsinə 500 manat pul verilmişdir. Partiyanın digər mətbu orqanı olan «Yeni Nəbz» qəzetinin işıq üzü görməsi üçün 2018-ci ilin ortalarınadək hər ay Nəriman müəllimə pul vermişdir. Qəzet ayda 4 dəfə, 1000 nüsxə tirajla çap edilmiş, hər çapın xərci 150-170 manat təşkil etmişdir. O, həmin pulu da Nəriman müəllimə vermişdir. Qəzet 1000 tirajla sifariş və çap olunmuşdur. Əmək haqqı kimi isə Nəriman müəllimə 500-600 manat civarında pul vermişdir. Ofisə gətirildikdən sonra isə müxtəlif saylarda partiyanın rayon və şəhər komitələrinə göndərilmişdir. Partiyanın şəhər və rayon komitələrinin sədrlərinə hər ay 100-200 manat civarında aylıq pul verilmişdir. Hər biri partiyanın ofisinə gələrək pulları onlara özü vermişdir. Partiyanın ofisində fəaliyyət göstərən şəxslərə özü də daxil olmaqla – Hacı Şahid20, partiyanın sədr müavini Emil Rahiloğu, digər müavin Şahid4, partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli, məhkum olunmuş Natiq Kərimov, Fəyyaz Nəbiyev, partiyada sürücü işləyən Şahid27 (Seyid), partiyanın «Qadınlar şurası»nın sədri Norəstə İbrahimova, partiyanın gənclər komitəsinin sədri Şahid32, Şahid9 hər ay 400-500 manat civarında əmək haqqı vermişdir. Məhkum olunmuş şəxslərin ailələrinə isə pulu Şahid1 vasitəsilə çatdırmışdır. O, pulu Şahid1 vermiş, sonuncu da Bakı şəhərində Bayıl qəsəbəsində yaşayan məhkum olunmuş şəxslərdən birinin anasının vasitəsilə məhkum olunmuş digər şəxslərin ailələrinə çatdırmışdır. Partiyanın sədr əvəzi seçildikdən sonra Natiq Kərimova məhbus ailələrinə çatdırmaq üçün səhv etmirsə hər dəfə 10 min ABŞ dolları olmaqla iki dəfə, yəni cəmi 20 min ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulları Rza ona göndərmiş, o da Natiq Kərimova vermişdir. O, sonuncu dəfə Natiq Kərimova onunla bağlı etirazını bildirmişdir. Daha sonra Natiq Kərimov onun yanına gələrək özünün əlyazmalarından ibarət böyük bir siyahı vermişdir ki, məhkum olunmuş həmin şəxslərin ailələrinə maliyyə yardım onun vasitəsilə edilsin. O, Natiq Kərimovun dediklərinə etiraz edərək onun verdiyi siyahını cırıb atmışdır. Həmin vaxt Natiq Kərimovla onun mübahisəsi olmuşdur. Natiq Kərimov məhkum olunmuş şəxslərin ailələrinə maddi yardımı əvvəllər özünün payladığını deyərək ona etiraz etmiş, o isə sonuncuya əvvəlki qaydada işləməyəcəyini bildirmişdir. O, Rza ilə heç bir üsulla, nə telefon vasitəsilə, nə də ki, sosial şəbəkələr vasitəsilə əlaqə saxlamamış, İrana etdiyi səfərlərində iki-üç dəfə görüşüb ümumi mövzularda söhbətlər etmiş, Rzanın İranın xüsusi xidmət orqanı əməkdaşı olub-olmaması barədə məlumatı olmamışdır. Üzərində « 18,5,2016, Solmaz xanım – 100 Abbasov Əfqan – 600 Abbasov Ayaz – 400 oğul 1.100 Zülfüqarov Rövşən – 400. Ağayev Mirələsgər – 400 Qasımov Seymur – 400 Haşımov Bəhram – 400 Əliyev Mübariz – 400 Həbibov Ceyhun – 400 Məmmədov Şahin – 400 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kağız parçasındakı yazıları 2015-ci ilin avqust ayının 15-də Azərbaycan İslam Partiyasının sədri seçildikdən təxminən iki-üç ay sonra yazmışdır. Orada adları qeyd olunan şəxslər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 2011-ci ildə Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən əməliyyat tədbiri zamanı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və ayrı-ayrı müddətlərə məhkum olunmuş şəxslərdən bir neçəsidir. Həmin şəxslərin adlarının qarşısında yazılan məbləğ isə məhkum edilmiş həmin şəxslərin ailələrinə hər ay verilən pulun dəqiq məbləğidir. O, partiyanın sədr əvəzi seçildikdən sonra da bir sıra məhkum olunmuş şəxslərin ailələrinə maddi yardımlar edilməsi işini davam etdirmiş, həmin işi partiyanın «Qadınlar Şurası»nın sədri Nörəstə İsmayılova vasitəsilə həyata keçirmişdir. Belə ki, o, pulu Nörəstə İsmayılovaya vermiş, Növrəstə də öz növbəsində pulu məhkum edilmiş Ayaz və Əfqan Abbasov qardaşlarının Bakı şəhərinin Badamdar qəsəbəsində yaşayan anası Şahid34 təqdim etmiş, sonuncu da pulu digər şəxslərin ailələrinə paylamışdır. 27 fevral 2020-ci il tarixdə Azərbaycan İslam Partiyasının ünvan 8 ünvanında yerləşən ofisində özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı oradan müxtəlif əlyazmalar və sənədlər aşkar edilərək götürülmüşdür. Ofisdən həmçinin noutbuk kompyuterləri və prosessorlar götürülmüşdür. Aşkar olunmuş həmin sənədlərlə bağlı qeyd edir ki, şərti «1» rəqəmi ilə işarələnmiş «Komitələr», «Bölgələr üzrə» «Abşeron üzrə» və «Şöbələr» adlı başlığı olan A4 formatlı vərəqdə Azərbaycan İslam Partiyasının Astara, Lənkəran, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Bərdə, Tərtər, Cəlilabad, Quba, Xaçmaz, Gəncə, Ağsu, Ağstafa, Qazax, Şirvan, Ucar rayonlarının, Bakı şəhərinin Yasamal, Xətai və Binəqədi rayonlarının komitə sədrlərinin adları və onların mobil telefon nömrələri qeyd olunmuşdur. «Şöbələr» adlı başlığın altındakı «Qadınlar» və «Gənclər» adlı qrafalarda X11 və gənclər komitəsinin sədrlərinin adları və onların mobil telefon nömrələri vardır. «Növrəstə xanım 050 747 32 26» qeydləri partiyanın «Qadınlar şurası»nın sədri Nörəstənin, «X33 051 361 99 14» qeydləri isə partiyanın «Gənclər komitəsi»nin sədri Vüqar Abdullayevin ad və istifadələrindəki mobil telefon nömrələri olmuşdur. Həmin kağız vərəqindəki qeydlərin qarşısındakı əlyazma ilə «+» işarəsi partiyanın şəhər və rayon komitələrinin adları qeyd olunmuş sədrlərinə pul vəsaitinin verilməsini təsdiq edən işarədir. Şərti «2» və «3» rəqəmləri ilə işarələnmiş «AİP – telefon nömrələri» başlıqlı A4 formatlı vərəqlərdəki qeydlər Azərbaycan İslam Partiyasının Bakı şəhərindəki və Azərbaycanın rayonlarındakı komitələrinin sədrlərinin ad və soyadları, eləcə də həmin şəxslərin istifadələrində olan mobil telefon nömrələri barədə olan qeydlərdir. Şərti «4» rəqəmi ilə işarələnmiş «Yeni Nəbz» başlıqlı A4 formatlı vərəqdəki qeydlər Azərbaycan İslam Partiyasının şəhər və rayon şöbələrinə çatacaq «Yeni Nəbz» qəzetinin dəqiq sayı və miqdarı barədə olan qeydlərdir. Şərti «5»,«6» və «7» rəqəmləri ilə işarələnmiş A4 formatlı vərəqlərdə Azərbaycan İslam partiyasının şəhər və rayon komitələrinin sədrlərinin adları və onların istifadələrində olan mobil telefon nömrələri barədə qeydlər əks olunmuşdur. Şərti «8» və «9» rəqəmləri ilə işarələnmiş vərəqlərdəki qeydlər Azərbaycan İslam Partiyasının mətbu orqanı olan «Nəbz» və «Yeni Nəbz» qəzetlərinin göstərilən ünvanlara göndərilməsini əks etdirən qeydlərdir. Qəzetlərin həmin ünvanlara göndərilməsi ona qədər olmuşdur. «Nəbz» qəzeti əvvəllər fəaliyyət göstərmiş, daha sonra isə «Yeni Nəbz» olmuşdur. Şərti «12» rəqəmi ilə işarələnmiş vərəq icarə müqaviləsinin surətidir. Həmin icarə müqaviləsinə əsasən Azərbaycan İslam Partiyası ünvan 9 ünvanında fəaliyyət göstərmişdir. İcarəyə verən Azərbaycan Yaşıllar Partiyasının sədri X20 olmuş, icarəçi qismində isə «Yeni Nəbz» qəzetinin təsisçisi və baş redaktoru X36 olmuşdur. Həmin müqavilə 19 dekabr 2015-ci il tarixdə bağlanmış, icarə haqqı isə 500 manat təşkil etmişdir. Həmin dövrdən tutulanadək partiyanın ofisi məhz həmin ünvanda olmuşdur. Şərti «15» rəqəmi ilə işarələnmiş «X49 böyük və əzəmətli bir şəxsiyyət olub ki, onun faciəsi tək İslam dünyasının deyil, bütün dünyanın faciəsidir» fikirləri ilə başlayan, «Allah-təala Qasım Süleymanin ruhunu şad etsin və bu münasibətlə başda böyük Rəhbərimiz olmaqla ilahi eşqi ürəyində daşıyan bütün insanlara başsağlığı ərz edirəm» fikirləri ilə qurtaran, sonunda «M.Səmədov 13.01.2020» qeydləri olan A4 formatlı vərəqdəki əlyazmalar hazırda həbsdə olan Mövsüm Səmədov tərəfindən 13 yanvar 2020ci il tarixdə yazılmış əlyazmalardır. Mövsüm Səmədov həmin əlyazmanı onunla görüşə getmiş həyat yoldaşı Mehbarə Səmədovaya, sonuncu da qohumu Şahid20 vermişdir. Şahid20 da həmin əlyazmanı ona çatdırmışdır ki, Mövsüm Səmədovun həmin əlyazmasının mətnini mətbuata versin. O da həmin əlyazmanı İslam Partiyasının mətbu orqanları olan «İslamın səsi» və «faktxəbər» saytlarında çap etdirmişdir. Şərti «16» rəqəmi ilə işarələnmiş «1 Həzrət Zəhranın (s.ə) şəhadət günlərini hələ də yaşamaqdayıq və bu münasibətlə Əhli-beyt (ə)-in aşiqlərinə təsliyət ərz edirəm» sözləri ilə başlayıb «ümid edirəm ki, xalqımız dünyada Həzrət-Fatimənin (s.ə.) və Əhli-beytin (ə) lütf və inayətlərindən və axirətdə də səfaətindən faydalanacaqdır» sözləri ilə qurtaran A4 formatlı vərəqdəki və vərəqin arxasındakı «2 İslam İnqilabının ildönümü münasibətilə Qarşıdan gələn İslam İnqilabının 41-ci ildönümü münasibətilə mücahid və haqq yolunda müqavim olan əziz İran xalqına və xüsusi ilə də, onun şanlı rəhbərini təbrik edirəm» qeydləri ilə başlayıb «Ümidvaram ki, bu inqilabın bərəkətindən zamanın Sahibi (ə.s.)-nin gəlişi tezləşər. Bayramınızı bir daha təbrik edirəm. Qobustan, M.Səmədov 13.2.2020» qeydləri ilə qurtaran, eləcə də Şərti «17» rəqəmi ilə işarələnmiş «3. Parlament seçkiləri ilə bağlı» adlı başlığı olan bu vərəqindəki əlyazma mətn «Yeri gəlmişkən qarşıdakı parlament seçkiləri haqqında demək istəyirəm ki, dövlətin 3 mühüm strukturundan 1-ni təşkil edən Milli Məclis seçkiləri çox böyük əhəmiyyət kəsb edir» qeydləri ilə başlayan, «Mən xalqımıza həqiqi ədalətə və demokratiyaya əsaslanan bir mühit formalaşdırmağı arzu edirəm 13.2.2020» qeydləri ilə qurtaran A4 formatlı vərəqdəki əlyazmalar da hazırda həbsdə olan, Qobustan həbsxanasında cəza çəkən Azərbaycan İslam partiyasının sədri olmuş Mövsüm Səmədov tərəfindən mətbuatda çap etdirilməsi məqsədilə yazılaraq həyat yoldaşı və qohumu Şahid20 vasitəsilə ona göndərilmiş müraciətlərdir. O, həmin əlyazmalardakı mətnləri İslam Partiyasının mətbu orqanları olan «İslamın səsi» və «faktxəbər» saytlarında çap etdirmişdir. Şərti «18» rəqəmi ilə işarələnmiş «Asdara +**********» qeydləri ilə başlayan, «Ucar» qeydləri ilə qurtaran A4 formatlı vərəqdəki əlyazma partiyanın komitələrinin olduğu rayonların adları və komitə sədrlərinin istifadələrində olan mobil telefon nömrələri barədə əlyazmalardır. Şərti «19» rəqəmi ilə işarələnmiş «Arxivdə saxlanılmayan məlumatlar» sözləri ilə başlayıb əlyazma ilə icra edilmiş «Qarabağ və şəhidlik fəlsəfəsi 07.11.2017» qeydləri ilə qurtaran A4 formatlı vərəqdə qeydlər Azərbaycan İslam partiyasının sədr əvəzi olduğu müddətdə 2017-ci il üçün görülən işlərlə bağlı partiya daxili hesabat xarakterli qeydlərdir. Məsələn, «1. AİP Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrini bir araya topladı (23.07.2017)» hesabat xarakterli qeydləri ilə bağlı bildirir ki, onun rəhbərliyi ilə İslam partiyası tərəfindən Milli Mətbuat günü ilə bağlı media nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Həmin vərəqdə «Arxivdə saxlanılmayan məlumatlar» adlı başlığın nəyə görə yazılmasını isə bilmədiyi üçün izah edə bilmir. Həmin vərəqin aşağı hissəsində 2016-cı ildə partiya tərəfindən görülmüş işlərə dair hesabat xarakterli qeydlər də olmuşdur. Məsələn «16. AİP rəhbərliyi «Vəhdət Həftəsi» ilə bağlı beynəlxalq konfransa qatılıb 16.12.2016 (İranda)» qeydləri ilə bağlı deyir ki, o, həqiqətən də 2016-cı ilin dekabr ayının 16-da partiya xətti ilə İranda konfransda iştirak etmişdir. Şərti «20» rəqəmi ilə işarələnmiş A4 formatlı vərəqdə Azərbaycan İslam Partiyasının Məramnaməsi barədə məlumatlar əks olunmuşdur. Şərti «21» rəqəmi ilə işarələnmiş şagird dəftərinin vərəqində hazırda həbsdə olan məhkum Ruhulla Axundzadənin «Bağışlayan, rəhm edən Mehriban Allah (s.s.)-ın adı ilə! Səlam bəradərim Hacı İlham!» qeydləri ilə başlayıb, «Axundzadə R.» qeydləri ilə qurtaran əlyazmalarıdır. Həmin məktubu Ruhulla Axundzadə xatırlamadığı ailə üzvləri vasitəsilə ona çatdırmışdır. O da həmin məktubla tanış olmuş və ona məlum olmuşdur ki, Ruhulla həmin məktub vasitəsilə ondan ailəsinə 2 min manat məbləğində yardım edilməsini xahiş edir. O, onsuz da Ruhulla Axundzadənin ailəsinə məhkum olunmuş ailələrdən biri kimi maliyyə yardımı etmiş, amma Ruhullanın dediyi məbləğdə maliyyə yardımı edə bilməmişdir. Şərti «22» rəqəmi ilə işarələnmiş və müxtəlif saytların adları qeyd edilmiş A4 formatlı vərəqdə çap və əlyazma üsulu ilə qeyd edilmiş saytlar İranın elmi-dini saytları olmuşdur ki, həmin saytların hər birində ayrı-ayrı vaxtlarda daxil olmaqla mütaliyələr etmişdir. Şərti «28» rəqəmi ilə işarələnmiş kiçik ölçülü kağız parçasında əlyazma ilə 4 bənddən ibarət «saytı kim yaradıb hamıya məlumdur… təsisçinin məqsədi daha önəmlidir. (faktxəbərin)» qeydləri ilə başlayıb, «….. kopya ancaq» qeydləri ilə qurtaran mətn əlyazması onun tərəfindən yazılan kağız parçasıdır. Oradakı 4 bənddən ibarət tezis formasındakı qeydlər partiya sədri kimi iclasdan əvvəl toxunacağı məsələlərlə bağlı əvvəlcədən yazdığı qeydləri olmuşdur. O, iclaslarda partiyanın mətbu orqanları tərəfindən hansısa bir xəbəri sadəcə yayımlamaqla kifayətlənməməyin təbliğatını aparmış, hansısa başqa bir saytda və yaxud saytlarda xəbər gedirsə həmin xəbəri oradan kopyalayıb öz mətbu orqanları olan saytlarda və qəzetdə verməklə kifayətlənməməli olduqlarını demişdir. Çünki əgər onlar İslam partiyasını təmsil edirlərsə, özlərini islamçı adlandırırlarsa onlar həmin xəbəri saytlarında verməklə həmin xəbəri islami tərəfdən şərh etməlidirlər və həmin şərhi xəbərdən sonra verməlidirlər. Ona görə də həmin kağız parçasının 2-ci bəndində «təhlillər dini zaviyədən olmalıdır və mövqe qoyulmalıdır, belə olmadığı halda deyərlər fərqi nədir?» fikrini qeyd etmişdir. «Zaviyə» sözü uzaqdan mənasını bildirir. Yəni demək istəyir ki, əldə olunan informasiya islami qayda-qanunlarına uyğun təhlil edilməli və yalnız bundan sonra informasiya saytlarında dərc edilməlidir. Şərti «29», «30» və «31» rəqəmləri ilə işarələnmiş A4 formatlı vərəqlərdə Astara, Yardımlı, Lənkəran, Lerik, Masallı, Yasamal, Bakı şəhəri, Nardaran kəndi, Nəsimi rayonu adları, eləcə də müxtəlif hərf və rəqəmlər qeyd olunmuş sxematik təsvirlərin kim tərəfindən tərtib edildiyini və yazıldığını bilməsə də, açıq-aydın görünən odur ki, həmin təsvirlər İslam Partiyasının Bakı şəhərini, eləcə də Azərbaycanın cənub və qərb bölgəsini əhatə edən komitələri ilə bağlı olan təsvirlərdir. Şərti «31» rəqəmi ilə işarələnmiş A4 formatlı vərəqin arxa hissəsində 7 bəndən ibarət Bölgələrin problemlərini qəzetdə işıqlandırma Bölgələr üçün müxbirlərin fəaliyyətinə şərait yaratmaq (sənədli, qanuni) Bölgədə büdcənin yaradılması Üzvlük haqqı Komitədə kadrların yaradılması (xəzinədar, gən.təş, ictimai şöbə, nəzarət təftiş, mədəni marif və s.) Üzvlük blankları Bölgə və qəsəbələrlə işləmək üçün proqrama köməklik» əlyazmaların da kim tərəfindən yazıldığını bilmir, amma həmin qeydlər İslam partiyasının fəaliyyəti ilə bağlı olan, onun fəaliyyətini əks etdirən qeydlərdir. Şərti «35» rəqəmi ilə işarələnmiş «AİP Gənclər Təşkilatına lazım olan aylıq vəsait» başlığı olan yarı cırılmış kağız parçasındakı qeydlər X21 komitəsinin sədr müavini Şahid32 verdiyi pul vəsaitləri ilə bağlı qeydlərdir. O, partiyanın «Gənclər» komitəsinin sədr müavini Şahid32 yaratdığı «Milli Mənəvi İnkişaf və Həmrəylik» ictimai birliyi tərəfindən təşkil edilmiş futbol komandasına maliyyə yardımı etmişdir. Şahid32 «Milli-Mənəvi İnkişaf və Həmrəylik» adlı ictimai birlik yaratmış və həmin ictimai birlik üçün də ofis icarəyə götürmüşdür. İcarə haqqını o verirmişdir. «ofis – 400 (12.1.2018), Parta – 400+150 (ofis=550), ofis -500, ofis – 500 (29.3.18), ofis – 500 (18.4.2018), ofis – 500, (21.6.2018), ofis – 500 (19.7.2018)» qeydləri də Şahid32 verdiyi pul vəsaitlərinin məbləği və onların dəqiq tarixlərini əks etdirən qeydlərdir. Daha sonra həmin ictimai birlik «Bədr» futbol komandası təsis etmiş və həmin komanda müxtəlif yarışlarda iştirak etmişdir. O, həmin futbol komandasının məşq elədiyi stadionun icarə pulunu, həmçinin hər məşq zamanı futbolçuların içəcəkləri suyun pulun vermişdir. Məsələn, «7.11.2017 – 60 (həftəlik), 13.11.2017 – 60 (həftəlik ), 21.11.2017 – 60 (həftəlik)» və sair kimi qeydlər hər həftə futbol oynadıqları stadionun yer pulu və tarixləri barədə olan qeydlərdir. Şərti «36», «37» və «38» rəqəmləri ilə işarələnmiş 27 və 29 avqust 2017-ci il tarixli qaimələrdə və «Futzal komandasının yaranması» başlığı olan «Verilib 550 Azn» qeydləri ilə başlayıb, «Qalıb 26.40 Azn» qeydləri ilə qurtaran vərəqdə «Bədr» futbol komandası üçün idman mağazasından alınmış idman paltarlarına, eləcə də həmin futbol komandasına üzvlük haqqı olaraq ödənilmiş pul vəsaitləri barədə qeydlər əks olunmuşdur. “Yeni Nəbz” qəzetinin ayrı-ayrı tarixlərdə müxtəlif tirajlarda çap olunması üçün qəzet tərəfindən “Express Servis” şirkətinə (VÖEN **********) edilən ödənişləri təsdiq edən kassa mədaxil orderi qəbzləri və qaimə-fakturalar (hər bir sənədin üzərində “Express Servis” şirkətinə məxsus möhür və məsul şəxslərin imzası vardır) barədə sənədlər Azərbaycan İslam Partiyasının mətbu orqanı olan «Yeni nəbz» qəzetinin çap etdirilməsi üçün nə qədər maliyyə vəsaitinin tərəfindən ödənildiyini təsdiq edən sənədlərdir. Həmin sənədlərdən görünür ki, partiyanın mətbu orqanlarından biri olan «Yeni Nəbz» qəzeti hər həftə 1000 və 1300 tirajda çap etdirilmiş və çap üçün nəşriyyata ödənilmiş vəsait isə 160 manat təşkil etmişdir. Hesabladıqda görmək olar ki, ümumiyyətlə 26 noyabr 2015-ci il tarixdən 28 dekabr 2017-ci il tarixədək olan müddət ərzində “Yeni Nəbz” qəzetinin çap olunması üçün “Express Servis” şirkətinə ümumilikdə 13620 manat məbləğində vəsait ödənilmişdir. “Yeni Nəbz” qəzeti tərəfindən 08.01.2016-cı il tarixdə Azərbaycan Nəşriyyatına (VÖEN **********) 155 manat məbləğində ödəniş edilməsinə dair 594538 saylı kassa mədaxil orderinin qəbzi də həmin qəzetin çap etdirilməsini təsdiq edən sənədlərdən biridir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 27 fevral 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, 1-ci səhifədən etibarən sağ və sol aşağı tərəflərdən 1-276 sayı ilə şərti olaraq nömrələnmiş 1 ədəd qara rəngli içərisində azərbaycan və fars dillərində müxtəlif qeydlər aparılmış kitabça ona məxsusdur, oradakı qeydləri özü aparmış və həmin kitabçanı təxminən 2009-cu ildən istifadə etmişdir. O, kitabçanın 151-ci səhifəsində “8500 (26.01.2020)” qeydini özü aparmış, oradakı qeyd xatırladığı qədəri ilə 2020-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona verdiyi puldan xərclədikdən sonra qalan pul vəsaiti ilə bağlı qeyddir. Kitabçanın 234-cü səhifəsində «Ev 43800, Kirayə +550 (27.4.2018)-500 (30.05.2018)-550 (30.06.2018)-500 (30.07.2018)-500 (30.08.2018)-550 (4.10.2018)-500 (4.11.2018)-550 (5.12.2018)-50 (10.1.2019)---5.2.2019---500 (3.5.2019) 500 (18.6.2019) 5.700------, (6.8.2019)-500---500(22.12.2019)» qeydləri Salyan rayonunda aldığı evlə bağlı qeydlərdir. Azərbaycan İslam Partiyasının Salyan rayon komitəsinin sədri Şahid5 2018-ci ilin əvvələrində ona «Salyanda şəhərin özündə şirniyyat sexinin olduğu evin sahibi yaşayış sahəsini və evi aşağı qiymətə satır, istəsən ala bilərsən» demiş, o da həmin evi almağa razılaşmışdır. Həmin ümumilikdə 43800 manata almışdır. Lakin evi öz adına yox, etibar etdiyi tanışı Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Sənədləşmə işlərində Təqsirləndirilən şəxs1 özü də iştirak etmişdir. Daha sonra şirniyyat sexi həmin evin birinci mərtəbəsində yerləşdiyindən Şahid5 aylıq olaraq ona 500-550 manat icarə haqqı verməyə başlamışdır. O da bununla bağlı qeydlər aparmışdır. Yaşayış evinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd ağ rəngli üzərində mürəkkəblə bir-birindən tarix üzrə ayrılaraq 4 qrafaya bölünmüş latın qrafikası ilə azərbaycan dilində aparılmış qeydlər olan kağız parçası ona məxsusdur. Orada azərbaycan dilində olan bütün qeydləri o özü aparmışdır, əlyazmalar ona məxsusdur. Həmin kağız parçasında İrandan Rza adlı şəxsin Təqsirləndirilən şəxs1 vasitəsilə ona göndərdiyi pulun və əhalidən yığılan xümsün xərclənməsi ilə bağlı qeydlər öz əksini tapmışdır. O, istər xüms kimi verilən, istərsə də Təqsirləndirilən şəxs1 vasitəsilə Rza adlı şəxs tərəfindən ona göndərilən vəsaitlərin heç vaxt tam hesabatını aparmamış, ona verilən bütün pulların islam dini yolunda xərclənməsini özü üçün konkret məqsəd qoymuşdur. Yəni konkret olaraq xümsü və ya Təqsirləndirilən şəxs1 gətirdiyi pulu dəqiq olaraq hər dəfə eyni bölgü üzrə xərcləməmişdir. Hər ay, tarix üzrə istər İslam Partiyasının, istərsə də ehtiyacı olan möminlərin ehtiyacı üçün həmin vəsaitləri xərcləmişdir. Ona görə də istər kitabçalarda, istərsə də qeydlər etdiyi kağızlardakı vəsaitlərin dəqiq olaraq xüms pulu və ya Təqsirləndirilən şəxs1 gətirdiyi pul olduğunu tam olaraq ayırmamışdır. Yəni həm Təqsirləndirilən şəxs1 gətirdiyi pulu, həm də verilən xümsləri İslam dininin təbliği, İslam Partiyasının fəaliyyəti və ehtiyaclı möminlərə yardım formasında xərcləmişdir. Həmin kağız parçasında 01.11.2019, 11.12.2019, 01.01.2020 və 24.01.2020-ci il tarixlərində yuxarıda qeyd etdiyi vəsaitlərindən xərclədiyi pullar öz əksini tapmışdır. O əvvəlki tarixlərdə də ayrı-ayrı kağız parçalarında xərclərin qeydlərin aparmış, ancaq sonradan lazım olmayan kağız parçalarını tullamışdır. Son tarixlərdəki xərclərlə bağlı qeydlər isə onun evindən 27 fevral 2020-ci il tarixdə aşkar edilmişdir. Orada pul verdiyi şəxsləri və qarşısındakı məbləğləri azərbaycan manatı ilə aparmışdır. Əksər şəxslər İslam partiyasının üzvləri və onun fəaliyyəti ilə əlaqədar şəxslərdir. onların əksəriyyətinə Partiyanın işində iştiraklarına görə əmək haqqı kimi pul vermişdir. Daha sonra kağızda hazırda cəzaçəkmə müəssisələrində cəza çəkən bir neçə dindar məhkumun da adı vardır, məhkumların ailələrinə yardım edilmişdir. Həmin şəxslər və onlara verdiyi pul vəsaitlərinin miqdarı, o cümlədən pulun verilmə tarixi aşağıdakı kimi olmuşdur: «01.11.2019-cu il Fakt -4450 – “Faktxeber” adlı internet saytının baş redaktoru Aqil Mehdiyə 4450 manat pul verib. Hacı Fəyyaz -500- Partiyada dini təftiş komitəsinin sədridir. Xaliq-400- partiyanın ofisində məişət işlərinə baxırmış. Namiq- 500+250+150- Partiyanın sürücüsü. Natiq - 300- X8 sədri Natiq Kərimov Hə Akif - 800- Partiyanın Mətbuat katibi Yaşar -750+50 reklam- “İslamın səsi” internet saytında işləyir. Soyadını bilmir. Müşviq-750- “İslamın səsi” internet saytında işləyir. Soyadını bilmir. Nəriman -600+200- “İslamın səsi” internet saytında işləyir. Soyadını bilmir. Seyid-500 - Partiyanın Samir adlı sürücüsü. Seyid ailəsi- 400- Seyid Həsən adlı rəhmətə gedən dindar şəxsin ailəsinə edilən yardım. Fəraməz- 300- X50 birgə tutulmuş şəxsdir. Onun ailəsinə yardım edilirmiş. Ruhullah-300 - O, məhbusdur, ailəsinə yardım edilmişdir. Dəyanət- 200 - Məhbusdur, ailəsinə yardım edilmişdir. Ruşən- 200 - Partiyanın üzvü olub, rəhmətə gedib, ailəsinə yardım edilmişdir. Müdərris- 500 - Astaradan olan tələbə yoldaşı. Ruhani-200 - Qumdan olan tələbə yoldaşı. Ofis-600 - Partiyanın ofisi üçün icarə haqqı. Firdovsi-300 - Məhbusdur, ailəsinə yardım edilmişdir. Həci ailə -150- X51 ailəsinə yardım. Rəşad-500 - X5 müavini. Qaz-20 - Ofisin Kommunal xərci Norəstə-500+210+100+300+200- X11 sədri. Kər Elmar-500- Partiyanın ofisinin komendantı Fuad məllim-200-Qum tələbəsidir, partiyanın ofiisində Quranı-Kərim oxunuşundan dərs deyirmiş, soyadı və atasının adını bilmir. Həc Emil-500- Emil Rahiloğlu, özünün müavini olmuşdur. Kər Vüqar-800- Şahid4 – özünün müavini olmuşdur. 11.12.2019-cu il Hə Akif-800 - Partiyanın Mətbuat katibi Nəriman-600+200 -“İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Kər Elmar-500+150- Partiyanın ofisinin komendatı. Rəşad-500 - X5 müavini. Namiq-500+250+150 - Partiyanın sürücüsü. Seyid şofer - 500- Partiyanın Samir adlı sürücüsü. Ofis - 600 Seyidin ailəsi – 400 - Seyid Həsən adlı rəhmətə gedən dindar şəxsin ailəsinə edilən yardım. Dəyanət – 200 - Məhbusdur, ailəsinə yardım edilirdi. Fəraməz – 300 - X50 birgə tutulmuş şəxsdir, ailəsinə yardım edilirdi. Ruşən - 200- Partiyanın üzvü olmuşdur, rəhmətə gedib, ailəsinə yardım edilirdi. Ruhulla-300 - O, da məhbusdur. Ailəsinə yardım edilirdi. Mudərrəsi-500 Ruhani-200 Faktxəbər – 4000+200+100-“Faktxeber” adlı internet saytının baş redaktoru Aqil Mehdi ona 4300 manat pul verib. Müşviq-700- “İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Hə Emil-500- Emil Rahiloğlu, özünün müavini. Firdovsi-500- O, da məhbusdur, ailəsinə yardım edilirdi. Fuad məllim-200- 200-Qum tələbəsidir, partiyanın ofiisində Quranı-Kərim oxunuşundan dərs deyirdi. Yaşar-200- “İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Nərəstə-500-2100-200-200-100- X11 sədridir. Fəyyaz-500 - Partiyada dini təftiş komitəsinin sədridir. Natiq-300 - X8 sədri Natiq Kərimovdur Xaliq-400 - partiyanın ofisində məişət işlərinə baxırdı. Qaz - 20 İbayev - 800- Şahid4 – müavini olmuş. Məhbus – 800 - İnqilab Əhədovun ailəsinə edilən yardım. 01.01.2020-ci il Faktxəbər 4200 -“Faktxeber” adlı internet saytının baş redaktoru Aqil Mehdiyə 4200 manat pul verib. Hə Akif 700+200 (100 xadimə) - Partiyanın Mətbuat katibi Namiq -500 - Partiyanın sürücüsü. Rəşad-500 - X5 müavini. Kər Elmar -500 - Partiyanın ofisinin komendatı Nəriman-600+200 - “İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Yaşar-700 -“İslamın səsi” internet saytında işləyir,soyadını bilmir. Müşviq-700 - “İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Seyid-500 - Partiyanın Samir adlı sürücüsüdür. Ruhulla -300- O, da məhbusdur, ailəsinə yardım edilirdi. Seyidin ailəsi - 400- Seyid Həsən adlı rəhmətə gedən dindar şəxsin ailəsinə edilən yardım. Dəyanət – 200 - O, da məhbusdur, ailəsinə yardım edilirdi. Fəraməz – 400 - X50 birgə tutulmuş şəxsdir, ailəsinə yardım edilirdi. Ruşən – 200 - Partiyanın üzvü olub, rəhmətə gedib, ailəsinə yardım edilirdi. Müdərris - 500 Ruhani 200 Nörəstə-500-2100-200+200- X11 sədri. Hə Fəyyaz 500- Partiyada dini təftiş komitəsinin sədridir. Xaliq -400- partiyanın ofisində məişət işlərinə baxırdı. İbayev – 800 - Şahid4 müavinidir. Emil-500 - Emil Rahiloğlu, müavinidir. Ofis -800- Ofisin icarə haqqı. 24.01.2020-ci il Növrəstə-2100+500+200+200 - X11 sədridir. Aqil-4200 - “Faktxeber” adlı internet saytının baş redaktoru Aqil Mehdiyə 4200 manat pul vermişdir. Fəyyaz- 500 - Partiyada dini təftiş komitəsinin sədri. Natiq -300 - X8 sədri Natiq Kərimov. Xaliq -400 - partiyanın ofisində məişət işlərinə baxmışdır. Rəşad-500 - X5 müavini. Namiq-500+250+150 - Partiyanın sürücüsü. Seyid şofer-500 - Partiyanın Samir adlı sürücüsü. Hə Akif -800 - Partiyanın Mətbuat katibi Kər Elmar -500- Partiyanın ofisinin komendatı Fuad-200 - Qum tələbəsidir, partiyanın ofisində Quranı-Kərim oxunuşundan dərs deymiş, soyadı və atasının adını bilmir. Hə Emil-500 - Emil Rahiloğlu, müavini olmuşdur. Kər İbayev – 800 - Şahid4, müavini olmuşdur. Müdərris-500 - Astaradan olan tələbə yoldaşı, Astarada yaşayır, əsl adı Seyrandır, soyadı və atasının adını bilmir. Ruhani-200 - Qum şəhərindən olan tələbə yoldaşı, səhv etmirsə Neftçalada yaşayır, əsl adı Siyasətdir, soyadı və atasının adını bilmir. Seyidin ailəsi - 400- Seyid Həsən adlı rəhmətə gedən dindar şəxsin ailəsinə edilən yardım. Dəyanət – 200 - O, da məhbusdur, ailəsinə yardım edilirdi, şəxsiyyəti barədə əlavə məlumatı yoxdur Ruşən – 200 - Partiyanın üzvü olmuşdur, rəhmətə gedib, ailəsinə yardım edilirdi. Nəriman - 600+200 - “Yebi Nəbz” qəzetinin işçisi. Müşviq – 700 - “İslamın səsi” internet saytında işləyir, soyadını bilmir. Firdovsi – 500 - O, da məhbusdur, ailəsinə yardım edilirmiş, şəxsiyyəti barədə əlavə məlumatı yoxdur Həci üçün -300+150 - X51 ailəsinə edilən yardım Qaz – 20 - Ofisdə istifadə edilən qazın haqqı. 27 fevral 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd üzərində çap hərfləri ilə qeydləri olan “Komitələr” başlıqlı A4 formatlı vərəq də ona məxsusdur. Vərəqin üzərində cədvəl tərtib edilmişdir. Cədvəl üzrə “Sıra”, “Rayon”, “Nümayəndə”, “Telefon”, “Qeyd” qrafaları vardır. Həmin qrafalar üzrə Azərbaycan Respublikasının müxtəlif rayonlarının adları, qarşısında şəxs adları və mobil telefon nömrələri qeyd olunmuşdur. Cədvəlin “Telefon” və “Qeyd” qrafalarında 01.04.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək hər ay üzrə ayrıca tarix qeydi və onların altında şəxslər üzrə müsbət “+” işarəsi yazılmışdır. Qeyd edilən vərəq “Azərbaycan İslam Partiyasının” rayon bölgələri üzrə komitələr və şöbələri ilə əlaqədardır. O, həmin cədvəldə rayon şöbələri və komitələrinə aylıq olaraq verdiyi yardımların qeydiyyatını aparmış, hər bir şöbə və komitənin sədrinin adının qarşısında ona pul verdiyi tarixi qeyd etmiş və qarşısında “+” işarəsi qoymuşdur. Orada 01 aprel 2017-ci ildən 01 aprel 2018-ci il tarixədək olan qeydləri olmuşdur. O həmin şəxslərə ayda təxminən 50-200 manat arasında pul vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək göstərdi ki, o, Binə qəsəbəsi daxilində fəaliyyət göstərən avtobus marşrutları üzrə nəzarətçi və sürücü işləmiş, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir. ***-***-**-** saylı nömrəsini təxminən 10 il, ***-***-**-** saylı nömrəsini isə təxminən dörd-beş il olar ki, işlədir, başqa mobil telefon nömrəsi yoxdur. O, 2002-ci ildən ibadətlə məşğul olmuş, Həcc, Məşhəd və Kərbəla ziyarətlarında olmuşdur. Bir neçə dəfə müayinə və müalicə, ziyarətgahları ziyarət etmək məqsədilə İran İslam Respublikasında olmuşdur. Azərbaycan İslam Partiyasının sədri Təqsirləndirilən şəxs2 lap uşaqlıq illərindən qonşu kimi tanımış, sonuncu ilə qonşuluq münasibətləri olmuş, tutulanadək də həmin münasibətləri davam etmişdir. İlhamın atasını da tanıyır və münasibəti vardır. Təxminən 2004-cü ildən İlhamla olan münasibəti bir ibadət əhli kimi daha da yaxınlaşmağa başlamışdır. Hətta iki dəfə 2016-cı ilin noyabr ayında və 2018-ci ilin oktyabr ayında İlhamla birlikdə Ərbəyin ziyarətində olmuş, bir yerdə İrana gedib-gəlmişlər. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən təxminən üçdörd ay sonra yaşadığı qəsəbədə İlhamla növbəti dəfə görüşdüyü vaxt, sonuncu ona Bakı şəhərində metronun «Nəsimi» stansiyasının yaxınlığına gedərək orada bir nəfər şəxslə görüşməli olduğunu deyərək ora gedə bilib-bilməyəcəyi ilə maraqlanmış, o da gedə biləcəyini bildirmişdir. İlham onu gözləyən şəxsin adını deməmiş, həmin şəxsin özünün onu tanıyıb yaxınlaşacağını deyərək işarə üçün isə ona bir qutu şokolad verərək əlində saxlamasını tapşırmış, görüşəcəyi şəxsin məhz bu əlamətə görə onu tanıyıb yaxınlaşacağını bildirmişdir. O, İlhamdan bir qutu şokoladı alıb taksi ilə metronun «Nəsimi» stansiyasının yaxınlığına getmişdir. İlham deyən şəxsin metronun hansı çıxışından gələcəyini bilmədiyi üçün stansiyasının girəcəyində sağ və sol tərəfə var-gəl etməklə həmin şəxsi gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra bir nəfər şəxs ona yaxınlaşaraq Hacı İlham tərəfindən göndərilən şəxs olub-olmadığını soruşmuş, o da İlhamın göndərdiyi şəxs olduğunu demişdir. Həmin şəxs təxminən 30 yaşlı, hündürboylu, saqqal və bığ saxlamayan, idman bədən quruluşlu, saçını arxaya darayan şəxs olmuşdur. O, əlindəki bir qutu şokoladı həmin şəxsə versə də, sonuncu qutunu diqqətlə nəzərdən keçirməklə geri qaytararaq uşaqlarına aparmasını bildirmişdir. Qeyd olunan şəxs onun adını soruşmadığından o, da həmin şəxsin adı ilə maraqlanmamışdır. Görüşdükdən sonra həmin şəxs ona növbəti görüşün tarixini və yerini bildirməklə həmin yeri göstərmək üçün arxasınca gəlməyini demişdir. Həmin şəxs qabaqda, o isə arxada tanımadığı məhəlləyə gəlmişlər və həmin şəxs oranın görüş yerləri olacağını bildirmişdir. Həmin şəxs ona görüşə gələrkən mobil telefonunu üstündə gətirməməyi, gəzdirməməyi, görüş yerinə maşınsız, yəni piyada gəlməyini tapşırmış, o da razılaşmışdır. Həmin görüşdə ona heç nə verilməmişdir. Görüş zamanı həmin şəxs növbəti görüşün Bakı şəhərində, metronun «Nəriman Nərimanov» stansiyasının Montin istiqamətindəki çıxışında saat 20-21 radələri arasında olacağını qeyd etmiş, görüşə gəlməyəcəyi təqdirdə növbəti görüşün həmin yerdə növbəti həftənin cümə günü olacağını bildirmişdir. Amma həmin şəxs hər zaman gecikmədən onunla görüşə gəlmişdir. Bir neçə gündən sonra o, maşınsız metronun «Nəriman Nərimanov» qarşısına deyilən yerə gəlmiş, bir qədər sonra həmin şəxslə orada görüşmüşdür. Kütlənin çox olduğu ərazidə onlar əlbəəl heç vaxt görüşməmişlər. Həmin şəxs ona arxasınca gəlməyi tapşırmışdır. O, həmin şəxsin arxasınca gedərək görüşdükləri yerlə üzbəüz binaların həyətinə daxil olmuş və orada əl verib görüşmüşlər. Həmin görüşdən başlayaraq həmin şəxs görüşlər zamanı ona içərisində ABŞ dolları əskinazlarının olduğu kağız bağlama vermiş, o da həmin pul bağlamalarını Təqsirləndirilən şəxs2 evinə gətirməklə sonuncuya çatdırmışdır. Bu minvalla həmin şəxslə görüşləri olmuşdur. Görüşlər Binəqədi rayonu ərazisində dediyi məhəllə arasında, bir də, metronun «Nəriman Nərimanov» stansiyasının yaxınlığındakı bina evlərindən birinin həyətində qaranlıq yerdə baş tutmuşdur. Bundan əlavə bir-iki dəfə də metronun «Qara Qarayev» stansiyasının yaxınlığında görüşmüşlər. Həmin şəxslə təxminən 4-5 görüşü olmuşdur. Metronun «Qara Qarayev» stansiyasının yaxınlığında sonuncu görüş zamanı özündən başqa daha bir nəfər də olmuşdur. Onlar metronun çıxışında bir-birinə işarə etməklə görüşüb dal-qabaq məhəllə arasına piyada hərəkət edən zaman o, həmin şəxsin tək olmadığını hiss etmişdir. Məhəllə arası görüş yerində həmin şəxs özü ilə gələn şəxsi təqdim etməklə bundan sonra o şəxslə görüşməli olduğunu, onunla razılaşıb görüşəcəyini və sonuncunun verdiyi pul bağlamasını Hacı İlhama çatdırmalı olduğunu bildirmiş, o, da razılaşmışdır. Həmin görüşdə ona növbəti pul bağlamasını vermişlər, o da həmin bağlamanı Hacı İlhama çatdıraraq pul bağlamasını verən şəxsin artıq başqa birisi olduğu barədə ona məlumat vermişdir. İkinci görüşdüyü şəxs təxminən 40 yaşlı, hündürboylu, iranlılara xas olan qısa səliqəli qara saqqallı, qara saçlı, yumrusifət, saçı ön tərəfdən başının ortasına kimi tökülmüş, iri və yastıburunlu, dolu bədən və idmançı quruluşuna malik bir şəxs olmuş, adını ona deməmiş, fotoşəkilini görsə tanıya bilər. İkinci şəxslə onun görüşləri təxminən 3 dəfə olmuşdur. Həmin şəxslə görüşləri iki yerdə, yəni metronun «Nəsimi» və «Qara Qarayev» stansiyalarının yaxınlığında baş tutmuşdur. Hər dəfə ona pul bağlaması verilmiş, o da həmin pul bağlamasını Hacı İlhamın evinə aparmaqla sonuncuya çatdırmışdır. Bu şəxs də ona birinci görüşdüyü şəxsin dediklərini, yəni görüş yerinə telefonsuz və maşınsız gəlməsini dönə-dönə tapşırmışdır. Sonuncu ilə görüşlər də digər görüşlər kimi olduqca ehtiyatlı davranmaqla qaranlıq yerdə baş vermiş, məhz qaranlıq ərazidə də həmin şəxs cibindən pul bağlamasını çıxardıb hər dəfə ona vermişdir. Sonuncu dəfə 2019-cu ilin təxminən əvvəllərində ikinci görüşdüyü şəxslə metronun «Qara Qarayev» stansiyasının yaxınlığındakı ərazidə görüş zamanı orada əvvəllər tanımadığı başqa bir şəxsin də görüşə gəldiyini görmüşdür. Üçüncü şəxs də hündürboylu, təxminən 30-35 yaşlı, başında beysbolka papaq olan, hündürboylu, uzunsov sifəti olan, iranlılara xas olan qısa səliqəli qara saqqallı, alnıaçıq, qara və gur saçlı, iridodaqlı, dolu və idman quruluşlu şəxs olmuşdur. Görüşdüyü və Hacı İlham üçün pul bağlamalarını verən şəxslərin hər üçü də iranlı olmuşlar. Birinci görüşdüyü şəxs Azərbaycan dilində digər iki iranlıya nisbətən yaxşı danışmışdır. Amma ikinci və üçüncü görüşdüyü şəxslərin danışıqlarından onların dəqiq iranlı olduqlarını bilmişdir. Üçüncü də digər iki şəxs kimi ona görüşə telefonsuz və maşınsız gəlməsini, görüşə gələrkən ehtiyatlı davranmasını tapşırmışdır. Ən çox görüşüb pul bağlaması təhvil aldığı həmin 3-cü iranlı şəxs olmuşdur. Pul bağlamaları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərindən aşkar edilərək götürülmüş bağlama formasında - ağ kağızla skoçla əhatə olunmuş şəkildə olmuşdur. Üçüncü iranlı ilə görüşləri də iki yerdə - metronun «Nəsimi» və «Qara Qarayev» stansiyasının yaxınlığında baş tutmuşdur. Sonuncu görüşdüyü iranlı hər dəfə pulu ona verərkən Hacı İlhama çatdırmaq üçün «Hacı İlhama denən ki, saytı niyə işləmir», «Əlikrama il mərasimi keçirsin» və s. məzmunlu ayrı-ayrı sözlər demişdir. Sonuncu saxlandığı gün baş tutan görüşdə isə iranlı «Səbuhi niyə getmir» ifadəsini işlətmiş, Səbuhinin kimliyi barədə ona heç nə deməmişdir. 2020-ci ilin yanvar ayının 04-də Bakı şəhərində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında saxlanıldığı ərazidəki görüş zamanı iranlı növbəti görüşün 27 fevral 2020-ci il tarixdə saat 20:00 radələrində elə həmin yerdə olacağını demiş, o da növbəti görüşə də gələcəyini bildirmişdir. Görüşdüyü hər üç iranlı ilə onun heç bir telefon və sosial şəbəkə vasitəsilə əlaqələri olmamışdır. Həmin şəxslər onunla münasibətdə və ələqələrdə mobil telefondan istifadə etməmişlər, görüşlərin məxfi şəraitdə keçirilməsinin tərəfdarı olmuşlar və həqiqətən də görüşlər məxfi şəraitdə baş tutmuşdur. O, 27 fevral 2020-ci il tarixdə axşam saatlarında görüşə gəlmiş və iranlı ilə görüşüb pul bağlamasını təhvil alıb idarə etdiyi maşına əyləşərkən özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq barəsində məhkəmə qərarının olduğunu bildirməklə üzərindəki əşyaları könüllü təqdim etməsini xahiş etmişlər. O, da iranlıdan aldığı pul bağlamasını kurtkasının sol döş cibindən çıxardıb əməkdaşlara təqdim etmişdir. Pul bağlamasının bağlandığı kağız açıldıqda orada 100 ABŞ dolları əskinazlarının olduğunu görmüşdür. Bundan əvvəlki görüşdə iranlı verdiyi pul bağlamasının içərisində 20 min ABŞ dollarının olduğunu dediyi üçün, bu gün verdiyi pul bağlamasının içərisində də 20 min ABŞ dollarının olduğunu zənn edərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına həmin rəqəmi bildirmişdir. Hava küləkli olduğu üçün pul bağlamasının içərisindəki əskinazlar Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında sayılmış və məlum olmuşdur ki, həmin bağlamanın içərisində 20 min deyil, 16 min ABŞ dolları məbləğində pul vardır. O, Hacı İlhamın tapşırığı əsasında həmin iranlılardan Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən təxminən üç-dörd ay sonrakı dövrdən başlayaraq müxtəlif vaxtlarda demək olar ki, ayda bir dəfə, iki ayda bir dəfə pul almış və həmin pulu Hacı İlhamın evinə getməklə ona çatdırmışdır. Amma həmin şəxslərin harada işləmələrini, xüsusi xidmət orqanı əməkdaşları olmalarını bilməmişdir. Lakin normal bir insan kimi də düşünmüşdür ki, həmin şəxslər elə belə adamlar deyil. Telefonu götürmə, maşınsız gəl, qaranlıq ərazi, görüşün təxminən 2-3 dəqiqə çəkməsi və sairə bu kimi məqamlar həmin şəxslərin təhlükəli olduqlarını deməyə əsas vermişdir. O, indi səhv bir iş gördüyünü başa düşür. Dediyi müddət ərzində Hacı İlhamın sözündən çıxmamış və sonuncunun tapşırığını icra etmişdir. Hər dəfə iranlılardan pul bağlamalarını alarkən onlar tərəfindən ona hər hansı sənəd təqdim olunmamış və heç bir sənədi imzalamamışdır. İranda olduğu vaxt onun həmin iranlılarla ümumiyyətlə görüşü olmamışdır. 2018-ci ilin iyun ayında «Qüds günü» ilə bağlı Azərbaycan İslam Partiyası tərəfindən Bakı şəhərində «Şəhidlər Xiyəbanı»nda keçirilmiş tədbirdə iştirak etmişdir. Hacı İlhamın göstərişi əsasında Bakı şəhərində görüşdüyü adını soyadını bilmədiyi 1-ci iranlı şəxs onunla olan 2-ci görüşdə Hacı İlhama çatdırmaq üçün bağlamada ABŞ dolları ilə pul vəsaitlərini ona verdikdə Hacı İlhama həmin puldan götürüb bir hissəsini 2 ədəd sadə ucuz mobil telefon aparatı və 2 ədəd başqa adamların adına mobil telefon nömrəsi alması üçün ona verməsini deməsini qeyd etmişdir. Həmin telefon və nömrələrdən biri Hacı İlhamda qalmalı, digərini isə gətirib iranlıya verməli olmuşdur. Məqsəd isə ondan ibarət olmuşdur ki, görüşləri arasında fasilələr 30-40 gün olduğu üçün qəfil görüş zərurəti yaranacağı halda Hacı İlhama o barədə məlumat verə bilsinlər ki, sonuncu da onu dərhal həmin iranlılarla görüşə göndərsin. Söhbət zamanı həmçinin iranlı Hacı İlhama alıb verəcəyi həmin telefonun həmişə açıq olmağını və Hacı İlhamın hər həftənin cümə günü həmin telefona baxmalı olduğunu tapşırmışdır. Əgər iranlıya alıb verəcəyi nömrədən Hacı İlhamda olan nömrəyə zəng olunubsa deməli onlar həmin zəng olan günün səhərisi axşam saat 20-21 radələrində razılaşdıqları yerdə görüşməli olmuşlar. İranlı həmin tapşırığı ona verdikdən sonra o, pul bağlaması ilə birlikdə Hacı İlhamın evinə gəlmiş, pulu İlhama verib iranlının tapşırığı barədə sonuncuya məlumat verərək iranlının qəfil görüş zərurəti yaranacağı halda gizli formada xəbərləşmək üçün tanımadıqları adamların adına olan nömrələr və mobil telefon almağı tapşırdığını bildirmişdir. Hacı İlham bir az düşünərək hazırkı dövrdə bunu etməyin, yəni 2 telefon 2 nömrə alıb görüş üçün iranlılarla xəbərləşməyin məsləhət olmadığını qeyd etmişdir. O, cavabı eşitdikdən sonra Hacı İlhama başqa bir söz deməmiş, iranlı ilə razılaşdıqları kimi növbəti görüşdə Hacı İlhamın telefonla şərti işarələrlə görüş vaxtını razılaşdırmaq məsələsinə yaxşı baxmadığını, həmin işin hazırkı dövrdə məsləhətli olmadığını qeyd etdiyini bildirmişdir. Həmin sözlərdən sonra iranlının danışığından sonuncunun Hacının sözlərindən narazı qaldığını hiss etmişdir. Hətta iranlı o işdə qorxacaq nəsə olmadığını demişdir. O, isə bu barədə iranlı ilə əlavə nəsə danışmamış, həmişəki kimi iranlıdan pulu götürərək gətirib İlhama təhvil vermişdir. Bu məsələ ilə iranlının görüşlərin vaxtını telefonla razılaşdırmaq istəyi alınmamışdır. Telefon məsələsi iranlının ən son variantı olmuşdur. Belə ki, iranlı əvvəlcə ona internet vasitəsilə sosial şəbəkələrdən istifadə etməklə, orada yerləşdirəcəyi şəkilləri şərti işarə kimi qəbul etməklə görüş vaxtını razılaşdırmağı təklif etmiş, amma onun ümumiyyətlə internetdən, sosial şəbəkələrdən başı çıxmadığı üçün bu təkliflə razılaşmamışdır. Daha sonra artıq iranlı məcbur qalıb 2 telefon almaq məsələsini ortaya atmış, həmin məsələyə isə Hacı İlham razı olmamışdır. İranlı alacağı 1 telefonun əvvəlcə onda qalacağını demiş, ancaq sonradan fikrini dəyişərək Hacı İlhamda qalmağını demişdir. İranlı həmin fikirlərini İlhamın daha təhlükəsiz olması ilə izah etmişdir. Telefon söhbəti olan görüşdə onunla görüşən 1-ci iranlı onun internet və sosial şəbəklərdən başının çıxmadığını bildikdən sonra onun internet və digər məsələlərlə bağlı işləri öyrənmək üçün bir müddət İrana getməli olduğunu və “dostlarının” ona bəzi şeyləri öyrədəcəklərini demişdir. İranlının danışığından o, başa düşmüşdür ki, həmin sözlər ona xahiş mənasında deyil göstəriş və əmr formasında deyilir. İranlının həmin danışıq tərzi onun xoşuna gəlməmiş, onu təzə tanıyan adamın əmr formasında ona elə bir söz deməyi yaxşı hal olmamışdır. Ona görə də o, əlavə söz deməmiş və o barədə maraqlanmamışdır. Daha sonra Hacı İlhamın yanına gələndə sonucuya o barədə məlumat vermiş və bildirmişdir ki, iranlı bəzi şeyləri öyrənmək üçün onu İrana göndərmək istəyir, amma onun işləri çox olduğu üçün oraya getmək istəmir. Hacı İlham onun danışığından ora getməyəcəyini başa düşmüş və «narahat olma sən heç yerə gedən deyilsən, get öz işlərinlə məşğul ol» demişdir. Həmin söhbətdən sonra iranlılarla olan görüşlərdə bir daha İrana getmək məsələsi açılmamış, nə onlar və nə də ki Hacı İlham ona o barədə əlavə nəsə deməmişlər. İranlılarla görüşdüyü müddətdə o, ümumi abu-havadan baş verən danışıqlardan iranlıların ondan razı olduqlarını başa düşmüşdür. Çünki elə ilk görüşlərdən birində o, 1-ci iranlının qoyduğu görüşün qaydalarını, yəni görüşə maşınsız gəlmək qaydasını pozaraq görüşə maşınla getmiş, ancaq maşını görüş yerindən bir az aralıda saxlamışdır. Görüş zamanı 1-ci iranlı ona əsəbləşərək görüşə niyə maşınla gəldiyini soruşmuş, o, da bəhanə edərək həmin tərəflərdə işinin olması səbəbindən maşınla gəldiyini demişdir. İranlı ona həmin sözü deyəndə o, iranlıların görüşə tək gəlmədiyini, ətrfada adamlarının olduğunu başa düşmüşdür. Çünki həmin iranlının tək onun maşınını görmək imkanı olmamışdır. Bu söhbətdən sonra o, bir neçə dəfə görüşə öz maşını ilə getmiş, ancaq hər dəfə maşınını görüş yerindən təxminən 100-150 metr aralıda binaların arasında görünməyən yerlərdə gizlətmişdir ki, iranlılar onun görüşə maşınla gəldiyini bilməsinlər. Onun iranlının göştərişi ilə İrana getməməyi, görüşə maşınla getməyi onlarda ondan narazılıq yaratmışdır. X60 tutulmamışdan təxminən 3-4 ay əvvəl iranlıların ondan narazı olduqlarını və onu dəyişmək istədiklərini, lakin İranlılara özünün ondan başqa etibarlı adamı olmadığı üçün onun dəyişilməyəcəyini dediyini bildirmişdir. Şahid6 onun xalası oğludur, bir sinifdə oxumuşlar və bir qohum kimi də münasibətləri yaxşıdır. Şahid6 özünə məxsus «Opel Astra» markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir. Taksi kimi o da Qalibin xidmətlərindən istifadə edərək ayrı-ayrı ünvanlara gedib-gəlmişdir. Yadına düşür ki, Şahid6 təxminən üç dəfə onun xahişi əsasında onu Bakı şəhərində metronun «Nəsimi» stansiyası yaxınlığına aparmışdır. O, orada sonradan İran xüsusi xidmət orqanı əməkdaşı olduğunu bildiyi şəxsdən pul alaraq Hacı İlhama çatdırmışdır. Hətta bir dəfə əlindəki pul bağlaması ilə Şahid6 avtomobilinə əyləşmiş və bağlamanı maşının qapısındakı saxlanc yerinə qoymuşdur. Düşəndə də onu götürüb getmişdir. Şahid6 həmin bağlamanın içərisində nəyin olduğunu ondan soruşmamış, özü də bu barədə ona heç nə deməmişdir. Dediyi üç səfərdən birincidə Qalib onu həmin yerə apardığı vaxt, geri dönərkən ondan oraya nə səbəbə gəlməsini soruşmuş, o da yalandan guya avtobus xətti ilə bağlı yığılan pulu müdiriyyətə çatdırmaq üçün oraya gəldiyini bildirmişdir. Başqa Şahid6 heç nə deməmişdir. Metronun «Nəsimi» stansiyası yaxınlığındakı görüş yerinə günün axşam saatlarında, təxminən 20-21 radələrində getmişlər. O maşından düşüb iranlı ilə görüşə getmiş, Şahid6 isə görüş yerindən aralıda maşında onu gözləmişdir. Görüşdən sonra gəlmiş və Şahid6 onu evlərinə gətirmişdir. Hər dəfə Şahid6 10-15 manat civarında pul vermişdir. Şahid6 onun cinayət əməllərindən xəbərsiz olmuşdur. ünvan 10 ünvanında fərdi yaşayış evinin 19 mart 2018-ci il tarixdə adına rəsmiləşdirilmiş, həmin tarixdə evin alqı-satqısında iştirak etmişdir. Həmin ev onun adına olsa da faktiki olaraq Hacı Təqsirləndirilən şəxs2 məxsus olan mülkiyyətdir. Hacı İlham 2018-ci ilin mart ayında ona İslam partiyasının Salyan komitəsinin sədri Şahid5 işlətdiyi şirniyyat sexinin yerləşdiyi evin satıldığını ona dediyini, onun da həmin evi almaq istədiyini bildirmişdir. Çünki evi alacaq yeni şəxsin şirniyyat sexinin işləməsinə razılıq veribverməməsin sual altında olmuşdur. O, Salyan rayonunda Şahid5lə görüşəndə sonuncu onunla birlikdə Kərbəla ziyarətində olduğunu və avtobusda bir yerdə olduqlarını xatırlamışdır. O, Salyan rayonuna gələndə oradakı söhbətlərdən bilmişdir ki, həmin evin alqı-satqısı ilə bağlı danışıqları Şahid5 özü aparmış və satanla qiyməti Şahid5 özü danışıb Hacı İlhamla razılaşdırmışdır. Hacı İlham ondan həmin evin alınması ilə bağlı pulun Şahid5 çatdırılmasını və evin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, o da etiraz etməmişdir. Hacı İlham ona 44 min manat pul vermiş, o da həmin pulu Salyan rayonuna gəlməklə Şahid5 çatdırmışdır. Həmin puldan 42 min manat evi satan şəxsə verilmiş, təxminən 1800 manat isə evin alqı-satqısı ilə bağlı rəsmiləşdirilmə zamanı dövlət rüsumlarının və vergilərin ödənilməsinə sərf olunmuşdur. Alqı-satqı başa çatdırıldıqdan sonra o, Bakı şəhərinə qayıtmışdır. 30 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntüdəki şəxs onun özüdür. Həmin görüntü Bakı şəhərində metronun “Nəsimi” stansiyasının yaxınlığında adını bilmədiyi iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində çəkilmiş görüntüdür. Həmin iranlının adını bilmir, lakin həmin şəxs görüşdüyü 3-cü iranlıdır. O, təxminən bir aydan bir qabaqcadan razılaşdıqları yerlərdə, yəni metronun “Nəriman Nərimanov”, “Nəsimi” və “Qara Qarayev” stansiyasılarının yaxınlığında mütəmadi olaraq iranlı ilə görüşlər keçirmişdir. Həmin görüşlər zamanı onunla görüşən iranlı bağlı zərfin içərisində ona pul vermişdir ki, həmin pulu Təqsirləndirilən şəxs2 çatdırsın. O da zərfi aldıqdan sonra “Hacı” deyə müraciət etdiyi Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Həmin qaydada 3-cü iranlı ilə təxminən 15 dəfə görüş keçirmişdir. Həmin iranlı ilə onu görüşdüyü 2-ci iranlı tanış edərək bundan sonra onunla görüşəcəyini bildirmişdir. Görüşdüyü hər üç iranlının adını bilməmiş, yalnız onlarla müəyyən vaxtdan bir görüşüb bağlı zərfin içərisində sayını bilmədiyi pulu təhvil alıb Hacı İlhama vermişdir. Təqdim edilmiş həmin video görüntüdə o, Hacı İlhama çatdıracağı pulu təhvil almaq üçün iranlı ilə görüşmək məqsədilə metronun “Nəsimi” stansiyasının yaxınlığına getmiş, lakin iranlı görüşə gəlmədiyi üçün bir qədər gözlədikdən sonra oranı tərk etmişdir. 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntüdəki şəxs görüşdüyü 3-cü iranlıdır. Həmin iranlı onunla görüşmək üçün qabaqcadan razılaşdırdıqları yerə, yəni metronun “Nəsimi” stansiyasının yaxınlığındakı görüş məntəqəsinə gəlmiş, lakin görüş vaxtını səhv saldıqları üçün o görüşə gəlmədiyindən iranlı onun olmadığını görərək oranı tərk edir. Əvvəlki videoda göründüyü kimi o, həmin vaxt görüş gününü səhv salıb bir gün qabaq oraya getmişdir. 01 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış videogörüntüdəki şəxs o, özüdür. Həmin görüntü metronun “Nəsimi” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alınmışdır. Həmin vaxtı o, iranlının verəcəyi içərisində pul olan zərfi təhvil almaq üçün görüş məntəqəsinə gəlir, lakin iranlı görüş yerinə gəlmədiyindən həmin yeri tərk edir. Bir neçə dəfə onlar iranlı ilə görüş günlərini səhv salmışlar və görüşləri baş tutmamışdır. Hər dəfə görüşən zaman iranlı ona növbəti ayın hansısa günü harada görüşəcəklərini bildirmişdir. Ola bilsin ki, həmin günləri bəzən səhv saldığı üçün onların görüşləri baş tutmamışdır. Lakin, iranlı ilə razılıqlarına əsasən görüşləri baş tutmadığı halda bir gündən bir həmin vaxtda və həmin yerdə olmalı və bir-birilərini tapmalı olmuşlar. Onlar görüşlərini bu yolla tənzimləmişlər. 03 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış videogörüntüdəki şəxs özüdür. Həmin görüntü metronun “Qara Qarayev” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alınmışdır. O, iranlının gəlməsini gözləmiş, lakin sonuncu gəlmədiyi üçün qısa müddətdə oranı tərk edir. Aralarında olan razılığa əsasən onlar bir-biriləri ilə görüşən zaman görüş məntəqəsində 10 dəqiqə gözləməli, hər hansı biri gəlmədiyi təqdirdə 10 dəqiqədən sonra oranı tərk etməli olmuşlar. O, bəzi hallarda görüş yerində iranlını 10 dəqiqədən artıq da gözləmişdir. 27 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntüdəki birinci şəxs onun görüşdüyü 3-cü iranlıdır, sonuncunun arxasınca hərkət edən isə onun özüdür. Həmin görüntü Bakı şəhərində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alınmışdır. Əksər hallarda iranlı özünü ona göstərmək üçün onun yanından keçib getmiş, özünü göstərdikdən sonra təxminən 20-30 metr irəliləmiş, o da iranlının ardınca hərəkət edərək onun durduğu yerdə sonuncuya yaxınlaşıb onunla görüşmüşdür. Həmin videoda iranlı özünü ona göstərib irəliləyir, o da onun arxasınca hərəkət edir. Daha sonra o, həmin iranlı ilə görüş keçirib eyni qaydada onun verdiyi içərisində pul olan zərfi təhvil almış və pulu Hacı İlhama çatdırmaq üçün avtomobilinə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra keçirilmiş baxış zamanı iranlı tərəfindən ona verilmiş zərfin içərisindən 16000 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllər ilə bağlı etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2008-ci ildən Azərbaycan İslam Partiyasının «Qadınlar Şurası»nın sədri işləyir. Sədr kimi əsas vəzifəsi «İnternet» və sosial şəbəkələr üzərindən islamda qadının hüquq və vəzifələri, onların cəmiyyətdə olan rolları və sair bu kimi mövzularla bağlı təbliğatın aparılmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 15 avqust 2015-ci il tarixdən Azərbaycan İslam partiyasının sədr əvəzi seçilmiş, ondan əvvəl isə Elçin Manafov olmuşdur. Hamı bilir ki, həmin partiyanın maliyyələşməsi İran tərəfindən həyata keçirilir. Partiyanın fəaliyyəti ilə məşğul olan iranlılar isə Vəli Cabbari, Fəllah Fərəci, X38, «doktor» ləqəbli Qafur Karigəri, Sadiq Əlişahin, Əlireza Xosrəvi olmuşlar. O, həmin şəxsləri İran İslam Respublikasının Ali Dini liderinin dəftərxanasının işçiləri kimi əvvəllər tanımış, sonradan isə, yəni 2016-cı ilin fevral ayının 08-dən sonrakı müddətlərdə onların İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşları olduqlarını bilmişdir. Bunu bildikdən sonra isə həmin şəxslərlə onun məxsusi münasibətləri olmamışdır. Azərbaycan İslam Partiyasına sədrinin kimin təyin olunmasını İran tərəfi, konkret olaraq «doktor» ləqəbli Qafur Karigəri müəyyən etmişdir. Elçin Manafovun istefa verilməsi məsələsi də «doktor» ləqəbli Qafur Karigərinin təklifi olmuşdur. Elçin Manafov 2015-ci ilin iyun ayında İrana dəvət olunmuş, orada «doktor» ləqəbli Qafur Karigəri ilə onun görüşü olmuş və sonuncu həmin görüşdə Elçin Manafova Azərbaycana qayıtdıqdan sonra partiyanı Təqsirləndirilən şəxs2 təhvil verilməsini tapşıraraq bundan sonra bundan sonra partiyanın sədrinin Təqsirləndirilən şəxs2 olacağını bildirmişdir. Elçin Manafov da İrandan qayıtdıqdan sonra partiyanın ali məclisi çağırılmış və Təqsirləndirilən şəxs2 2015-ci ilin avqust ayının 15-də Azərbaycan İslam Partiyasının sədr əvəzi seçilmişdir. Elçin Manafov da partiyanın işlərini Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Təqsirləndirilən şəxs2 partiyanın sədr əvəzi seçildikdən sonra partiyanın «Qadınlar Şurası»nın sədri olaraq ona hər ay 1300 ABŞ dolları məbləğində pul vermişdir. Həmin puldan 1000 ABŞ dolları onun aylıq pulu, 300 ABŞ dolları isə dövlətə xəyanət maddəsi ilə məhkum olunmuş Şahid14 anası X10 aylıq pulu olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin onun vasitəsilə dövləti cinayətlər törətdikləri üçün ayrı-ayrı müddətlərə məhkum olunmuş şəxslərin ailələrinə də maddi yardımlar etmişdir. Təqsirləndirilən şəxs2 hər ay ona 3100 manat pul vermiş və o da həmin pulu aparıb məhkum olunmuş Ayaz və Əfqan Abbasovların Bakı şəhəri Batamdar qəsəbəsində yaşayan anası Şahid34 çatdırmışdır. Hətta o, həmin pulların Şahid34 verilməsini, sonuncu tərəfindən həmin pulların alınmasını təsdiq edən əlyazmaları da istintaqa təqdim etmişdir. Həmin kağız parçalarında da hansı ailəyə nə qədər pulun verilməsini öz əksini tapmışdır. Təqsirləndirilən şəxs2 özü maddi yardım alacaq şəxslərin siyahısını yazıb ona vermiş və orada konkret olaraq məhkumların adları göstərilmişdir. Həmin siyahını da o istintaqa təqdim etmişdir. 15 avqust 2015-ci il tarixdən 30 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 hər ay ona 1300 ABŞ dolları, məhkum olunmuş ailələrə maddi yardım kimi isə 3100 manat pul vermişdir. O da həmin 1300 ABŞ dollarından 300nü Yeganə Cabbarovaya, 3100 manatı isə Şahid34 vermişdir ki, sonuncu da həmin pulu özü məhkum olunmuş şəxslərin ailələrinə paylanmasını təşkil etmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidməti orqanı olan X2 Korpusu «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi barədə dəqiq məlumatı olmasa da, İslam partiyasına sədr seçilməyi və o seçimin İran tərəfindən konkret təklif kimi edilməsi hallarına nəzər yetirməklə o qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs2 İran xüsusi xidmət orqanının məxfi əməkdaşlığında olmuşdur. Çünki hamı bilir ki, partiyanın maliyyələşməsi, məhkum ailələrə maddi yardımların edilməsi İran tərəfindən İslam Partiyası vasitəsilə həyata keçirilmişdir. Partiyanın mətbu orqanlarının maliyyələşməsi də partiya sədri tərəfindən İrandan göndərilən maliyyə hesabına həyata keçirilib. Təqsirləndirilən şəxs2 həbs edilməsi səbəbindən 2020-ci ilin fevral, mart, aprel və may aylarının aylıq pullarını almamış, məhkum ailələrə maddi yardımlar edilməmiş, mətbu orqanlar fəaliyyət göstərməmişdir. Həmçinin partiyanın yerləşdiyi ofisindən də çıxarılmışlar. O, həmçinin bir məqamı bildirmək istəyir ki, 2015-ci ilin noyabr ayında özü, Təqsirləndirilən şəxs2 və adlarını unutduğu digər şəxslərlə birlikdə aldıqları dəvət əsasında İranda keçirilən tədbirdə iştirak edən zaman o, Təqsirləndirilən şəxs2 İran xüsusi xidmət orqanının əməkdaşları Əlireza Xosrəvi və Sadıx kimi tanıdığı şəxslərlə ünsiyyətdə olduğunun şahidi olmuş, lakin onların nə barədə danışmaları barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 son zamanlar davranışlarında, yəni tutulmasına yaxın olan müddətdə narahatçılıq hiss etmiş, fikirli olmuş, sanki özünün tutulacağından xəbərdar olmuşdur. O, Təqsirləndirilən şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 həbs edilməsindən sonra eşitmişdir ki, İran xüsusi xidmət orqanı əməkdaşları ilə Təqsirləndirilən şəxs2 deyil, məhz onun hansısa yaxın qohumu görüşüb və pulu alaraq İlhama çatdırmışdır. O, elə bilmişdir ki, Təqsirləndirilən şəxs2 özü Bakı şəhərində gizlin yerlərdə görüşlər keçirir və İrandan göndərilən pulları özü təhvil alır, sonradan isə onlara paylayır. Üzərində «18,5,2016, Solmaz xanım – 100, Abbasov Əfqan – 600, Abbasov Ayaz – 400 oğul 1.100, Zülfüqarov Rövşən – 400, Ağayev Mirələsgər – 400, Qasımov Seymur – 400, Haşımov Bəhram – 400, Əliyev Mübariz – 400, Həbibov Ceyhun – 400, Məmmədov Şahin – 400, 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kağız parçasındakı həmin siyahıda göstərilən şəxslərin məhkum olunmuş şəxslərdir, Solmaz xanımın isə Əfqan və Ayaz Abbasovların anasıdır. Təqsirləndirilən şəxs2 özü həmin kağız parçasındakı qeydləri yazıb ona vermişdir ki, kimlər maddi yardım alacaqlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2005-2011-ci ilin aprel ayınadək Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri kimi, 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək partiyanın siyasi şöbəsinin müdiri, 2015-ci ilin sentyabr ayından isə yenidən partiyanın mətbuat xidmətinin rəhbəri kimi işləmişdir. Mətbuat xidmətinin rəhbəri kimi vəzifəsi ölkə mətbuatında islam partiyası ilə bağlı gedən xəbər və məlumatlara reaksiya vermək, partiyada keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, mətbuat konfranslarını təşkil edərək keçirmək və sair bu kimi işlərin görülməsindən ibarət olmuşdur. Azərbaycan İslam Partiyasının mətbu orqanı «Nəbz» qəzeti, «Faktxeber» və «İslamınsəsi» saytları olmuşdur. Təqsirləndirilən şəxs2 2015-ci ilin avqust ayının 15-dən Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuşdur. Həmin ərəfədə partiyanın əvvəlki sədr əvəzi X52 səfərdən qayıtdıqdan sonra partiyadan gedəcəyini və ümumiyyətlə siyasətlə məşğul olmayacağını bildirmişdir. Bu, onlar üçün də təəccüblü olmuşdur. Təqsirləndirilən şəxs2 ilk olaraq Elçin Manafovun müavini, daha sonra isə partiyanın sədri olmuşdur. Partiyanın idarə heyətinə daxil olan şəxs kimi də onun və digərlərinin həmin hadisəyə münasibətləri yaxşı olmamışdır. Lakin onların etirazlarına baxmayaraq Təqsirləndirilən şəxs2 partiyanın sədr əvəzi kimi fəaliyyətini davam etdirmişdir. İlhamla onun münasibəti normal olmuş, hətta İlham hərdən özü olmasa partiyanın maliyyələşməsi işini ona tapşıracağını demişdir. Təqsirləndirilən şəxs2 partiyanın sədr əvəzi kimi fəaliyyət göstərdiyi dövrdə hər ay ona 800 manat pul vermiş, 600 manatı əmək haqqı kimi, 200 manatı isə məhkum olunmuş oğlunun ailəsinə kömək kimi vermişdir. Təqsirləndirilən şəxs2 dövründə də İslam Partiyasının maliyyələşməsi, Azərbaycanda dövləti cinayətlər törətdikləri üçün məhkum olunmuş şəxslərin ailələrinə maliyyə yardımının edilməsi, partiyanın mətbu orqanları olan qəzet və saytların fəaliyyət göstərilməsi üçün onların maliyyələşməsi işi həyata keçirilmişdir. Partiyanın sədr əvəzi Təqsirləndirilən şəxs2 2020-ci ilin fevral ayının 29-da həbs edildikdən sonra partiyanın fəaliyyəti demək olar ki, dayanmış, qəzet çap edilməmiş, heç bir sayt fəaliyyət göstərməmiş, arabir hansısa saytda bir və ya iki ümumi məlumat getmişdir. 2020-ci ilin may ayının əvvəllərində tanımadığı bir nömrədən ona zəng edilmiş və zəng edən şəxs onunla görüşmək istədiyini bildirmişdir. Həmin şəxs ona Hacı deyə müraciət etdiyi üçün onu tanıdığını zənn edərək həmin şəxslə Binə qəsəbəsinin mərkəzindəki «Araz» marketinin qarşısında təyin etdikləri görüş yerinə getmişdir. Bir qədər gözlədikdən sonra əvvəllər görmədiyi və tanımadığı bir şəxs ona yaxınlaşaraq selofan torbada bir bükülü verərək içərisindəki pulun partiya üzvlərinə paylanmasını bildirmişdir. Həmin şəxs adını ona deməmiş, bükülünü verdikdən sonra çıxıb getmişdir. Evə gəlib bükülünü açdıqda orada 10 min ABŞ dolları olduğunu görmüşdür. O, pulun özünə çatan hissəsini götürmüş, digər hissəsini isə partiyanın üzvlərinə, sayt işçilərinə, məhkum olunmuş bir-iki ailəyə göndərmişdir. Amma həmin pulu kimin gətirdiyini bilməmiş, həmin hal ötən müddət ərzində təkrarlanmamışdır. Təqsirləndirilən şəxs2 verdiyi pullar ümumi dindarların özlərinin büdcələrindən ayıraraq həbsdə olan dindar qardaşların ailələrinə etdikləri maddi yardım kimi, partiya olaraq islamın təbliği ilə məşğul olduqları üçün verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2004-2011-ci illər ərzində İran İslam Respublikasının Qum şəhərində fəaliyyət göstərən «Camiətül-Mustafa» Beynəlxalq Universitetin İmam Xomeyni filialında təhsil almış, ixtisası «dünya dinləri və məzhəblərin araşdırılması»dır. Təxminən iki olar ki, «xxxx» MMC-də satış üzrə müdir işləyir. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 tanıyır, 2016-cı ildə Ərbəyin səfəri zamanı digər şəxslərlə yanaşı Mehman da onlarla birlikdə olmuş, həmin vaxtdan da onu tanımışdır. Lakin ötən müddət ərzində onun Təqsirləndirilən şəxs1lə hər hansı əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 ilə 2012-ci ildə 16 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Həmin vaxt o, X57 görüşə getmiş, o ərəfələrdə sonuncu ilə münasibətləri olmuşdur. X57 eyni müddətdə İranda dini təhsil almışlar. Hacı Talehin yanına getdiyi vaxtda da Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 cəzadan azad olandan sonra evlərində azad olunması münasibətilə təşkil edilmiş mərasimdə iştirak etmişdir. Bir din adamı kimi, ruhani alim kimi Təqsirləndirilən şəxs2lə münasibəti yaxşı olmuş, dini tədbirlərdə görüşmüş, bir-birilərinə dini təhsil almış şəxslər olaraq hörmətlə yanaşmışlar. O, heç vaxt Azərbaycan İslam Partiyasının üzvü olmamışdır. O, ümumiyyətlə heç bir partiyanın üzvü olmamış və hazırda da deyil. Azərbaycan İslam Partiyasının qeydiyyatsız fəaliyyət göstərməsi barədə partiyanın qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunması, lakin partiyanın qeydiyyata alınması ilə bağlı konkret bir cavabın verilməməsi barədə məlumatı olmuşdur. Hətta bu barədə Təqsirləndirilən şəxs2lə də söhbət etmiş, sonuncu gələcəkdə bir daha müraciət edəcəklərini bildirmişdir. 2015-ci ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs2 ona zəng edərək Azərbaycan İslam Partiyasının sədri seçildiyini, onu da özünə müavin kimi təyin etmək istədiyini demiş, o isə belə bir hal gözləmədiyi üçün təəcüblənmişdir. Hamı onu «X27»nın üzvü hesab etsə də, əsl həqiqətdə o, həmin hərəkatın üzvü olmamışdır. X57 əlaqələrini kəsdikdən 6 ay sonra Taleh Bağırov «X27» adlı təşkilatı yaratmışdır. 2015ci ilin avqust ayının sonu, sentyabr ayının əvvəllərində Hacı İlham yenidən ona zəng edərək partiyaya müavinliyi bir daha təklif edərək ona islami marifləndirmə işlərində köməklik etməsini xahiş etmişdir. Həmin ərəfələrdə o, dini ədəbiyyatların, təfsirlərin tərcüməsi ilə məşğul olmuş, Hacı İlham da bu barədə məlumatlı olmuşdur. O, Azərbaycan İslam Partiyasının sədr müavini olmaqla bağlı Təqsirləndirilən şəxs2 təklifinə razılığını bildirmişdir. Sədr müavini kimi fəaliyyətinə isə 2015-ci ilin noyabr ayının sonlarında başlamışdır. 2015-ci ilin avqust ayından noyabr ayına qədər olan müddət ərzində Hacı İlham partiyanın maliyyəsinin yox səviyyəsində olduğunu demiş, 2015-ci ilin noyabr ayının sonundan başlayaraq isə partiyanın maliyyələşməsi məsələsi yoluna qoyulmuşdur. Hacı İlham partiyanın maliyyələşməsinin İrandakı müşteyidlərdən xüms hesabına həyata keçirildiyini ona bildirmişdir. Partiyanın sədr müavini olaraq Təqsirləndirilən şəxs2 ona ***- **** manat civarında aylıq əmək haqqı vermişdir. Əmək haqqı hər ayın sonu, yaxud da hər ayın əvvəlində verilmiş, əmək haqqının məbləği müxtəlif olmuşdur. Məsələn, 2015-ci ilin noyabr ayından başlayaraq bir müddət əmək haqqısı 500 manat, manatın devalvasiyasından sonra isə 700 manat olmuşdur. Avtomaşınının təmiri ilə bağlı müddətdə isə Təqsirləndirilən şəxs2 ona 1000-1200 manat civarında əmək haqqı vermişdir. Azərbaycan İslam Partiyasının sədr müavini təyin edildikdən sonra partiyanın üzvləri, eləcə də komitə sədrləri onu qısqanclıqla qarşılarmışlar. Sonradan İlham ona onlara münasibətini dəyişməsini demişdir. Partiyaya sədr müavini təyin edildikdən sonra partiyanın qərargahına yığışan şəxslərin partiyanın fəaliyyəti ilə səthi məşğul olduqlarını, demək olar ki, məşğul olmadıqlarını, işlərinin-güclərinin çay içmək, internetdə xəbərləri izləyib şərhlər vermək və sair olduğunu görmüşdür. Bir ildən çoxdur ki, onun İslam partiyası ilə əlaqələri və münasibətləri kəsilmişdir. Arabir İlhamla görüşmüş, hər görüşəndə də sonuncu onun cibinə 100-200 manat civarında pul qoymuşdur. Təqsirləndirilən şəxs2 partiyanın sədr əvəzi olduğu müddətdə partiyanın mətbu orqanları kimi «Yeni Nəbz» qəzeti, «İslamınsəsi» və «faktxəbər» internet saytları fəaliyyət göstərmiş, həm onların, həm də ki, partiyanın rayon komitələrinin maliyyələşməsi İlham tərəfindn həyata keçirilmişdir. «Yeni Nəbz» qəzeti həftədə bir dəfə həftənin cümə axşamı günü çap edilmiş və ofisə gətirilərək oradan müvafiq rayon komitələrinə göndərilmişdir. Partiyanın internet saytları ayrı-ayrı ünvanlarda fəaliyyət göstərmişlər. 2020-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, X18 Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Azərbaycan İslam Partiyasının sədr müavini kimi Təqsirləndirilən şəxs2 tərəfindən hər ay ona verilmiş pulların İran İslam Respublikasının xüsusi xidməti orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş tapşırıqların icrası ilə bağlı olması barədə heç bir məlumatı olmamışdır. İlham ona partiyanın maliyyələşməsinin İranda yaşayan müşteyidlər tərəfindən həyata keçirildiyini, müşteyidlərin verdiyi xüms olduğunu bildirmişdir. Bundan başqa, İlham həmin pulların mənbəyi barədə ona heç nə deməmişdir. 2020-ci ilin may ayında Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Şahid2la görüşü zamanı sonuncu ona partiyaya rəhbərliyi öz üzərinə götürməyi, partiyanın iflic olan vaxtında kömək əlinin uzadılmasını təklif etmişdir. Lakin o, Şahid2 təklifini rədd edərək bir daha onunla həmin mövzuda söhbət etməməsini tapşırmış, sonuncu da ona heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2007-ci ildən Azərbaycan İslam Partiyasının üzvüdür, 2011-2014-cü illər ərzində partiyanın Sumqayıt komitəsinin sədri olmuş, 2014-cü ilin may ayının 19-da Azərbaycan İslam Partiyasının Baş Məclisinin qərarı ilə partiyanın sədr əvəzinin təşkilati işlər üzrə müavini seçilmiş, həmin dövrdən də həmin yerdə işləmişdir. Hacı Təqsirləndirilən şəxs2 tutulduqdan sonra partiya fəaliyyət göstərməmişdir. Təqsirləndirilən şəxs1 qiyabi olaraq tanıyır. Belə ki, 2016-cı ildə Ərbəyin səfəri zamanı digər şəxslərlə yanaşı Təqsirləndirilən şəxs1 də onlarla birlikdə olmuş, həmin vaxtdan da onu tanımışdır. Lakin ötən müddət ərzində onun Təqsirləndirilən şəxs1lə hər hansı əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. İlham 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayının sonunadək Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuşdur. Sonuncunun sədr əvəzi olduğu dövrdə də o, partiyanın sədr əvəzinin təşkilati işlər üzrə müavini olmuşdur. Hacı İlhamın partiyaya rəhbərlik etdiyi dövrdə o, hər ay əmək haqqı qismində 500-800 manat civarında pul almış, pulu ona İlham vermiş, pulun alınması ilə bağlı isə heç bir sənədə imza etməmişdir. 2015-ci ilin noyabr ayının sonundan başlayaraq Hacı İlham tərəfindən partiyanın maliyyələşməsi məsələsi yoluna qoyulmuşdur. İlham ona partiyanın maliyyələşməsinin İrandakı müşteyidlərdən xüms hesabına həyata keçirildiyini demişdir. Təqsirləndirilən şəxs2 partiyanın sədr əvəzi olduğu müddətdə partiyanın mətbu orqanları kimi «Yeni Nəbz» qəzeti, «İslamınsəsi» və «faktxəbər» internet saytları fəaliyyət göstərmişdir. Həm onların, həm də ki, partiyanın rayon komitələrinin maliyyələşməsi İlham tərəfindən həyata keçirilmişdir. «Yeni Nəbz» qəzeti həftədə bir dəfə həftənin cümə axşamı günü çap edilmiş və ofisə gətirilərək oradan müvafiq rayon komitələrinə göndərilmişdir. Partiyanın internet saytları ayrı-ayrı ünvanlarda fəaliyyət göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2005-ci ildə Azərbaycan İslam Partiyasının üzvü olmuş və 2011-ci ildən partiyanın Salyan rayon komitəsinin sədri vəzifəsində işləmişdir. Partiyanın rayon komitəsi olaraq fəaliyyət göstərmirlər. O, Təqsirləndirilən şəxs2 hələ Mövsüm Səmədov və digərlərinin barəsində aparılan məhkəmə proseslərinə gəlib-gedən şəxs kimi tanımışdır. 2015-ci ilin avqust ayından Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi olmuş, onunla aralarında normal münasibət olmuş, bir-birilərinə hörmət etmişlər. Azərbaycan İslam Partiyasının sədr əvəzi işlədiyi müddətdə Təqsirləndirilən şəxs2 arabir aylıq olaraq ona 200-300 manat civarında pul vermişdir. O, pulu alarkən hər hansı sənədi imza etməmişdir. 2020-ci ilin mart ayının əvvəllərində də İlham Əliquli oğlu X9 Xidmətinin əməkdaşları tərəfindən həbs olunduğunu eşitmişdir. O, icarə əsasında ünvan 11 ünvanında yerləşən şirniyyat sexini işlətmiş, həmin sexin fəaliyyəti ilə bağlı 2017-ci ildə Təqsirləndirilən şəxs2 birinci dəfə 22000 manat, ikinci dəfə isə 10840 manat olmaqla iki dəfə borca pul almışdır. Borc aldığı 22000 manatdan 6800 manat, ikinci borcdan isə 5140 manat borcu yaranmışdır. O, 2018-ci ilin mart ayında Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq sexin fəaliyyət göstərdiyi evin satılması barədə ona məlumat verərək ev sahibinin evi satdığını və həmin evi kimin alacağının bilinmədiyini bildirmişdir. Fikirləşmişdir ki, birdən kimsə başqası həmin mənzili alar və onu da şirniyyat sexindən çıxardar. İlhama demişdir ki, bir nəfər olsaydı həmin evi alardı və o da icarə haqqını həmin şəxsə ödəyərdi. Evi alandan sonra da aylıq icarə haqqı qismində İlhama 550 manat verə biləcəyini söyləmişdir. Evi satan evin ilkin qiymətini 45 min manat demiş, lakin razılaşmışlar ki, 42 min manata sata bilər. İlhamla danışdığı günün səhəri İlhamın adından Mehman adlı şəxs ona zəng edərək Salyan rayonunda olduğunu bildirmişdir. Zəng edəndə də səsindən Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 onunla görüşmüş və onlar birbaşa alqı-satqı üçün notariusa getmişlər. O, evin qiymətini Şamxal adlı tanışı ilə etmişdir. Belə ki, evi satan Şamxal adlı tanışı olmuş, sadəcə ev etibarnamə ilə Şamxalın bibisinin adında olmuşdur. Şamxal evin qiymətini 45000 manat demiş, o isə Şamxala «42 min versək razı olarsanmı» sualını verdikdə sonuncu razılığını bildirmişdir. 2018-ci ilin «Novruz» bayramı ərəfəsində alqı-satqı olmuş və həmin ev Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 42 min manat pulu ona vermiş, o da həmin pulu notariusun bankdakı depozitinə qoymuşdur. Sonra Şamxalın bibisinin əri həmin pulu bankdan çıxardıb ona vermiş, o da həmin pulu Şamxala vermişdir. Alqı-satqıdan sonra Təqsirləndirilən şəxs1 çıxıb getmişdir. Alqı-satqı zamanı sənədləşmə və dövlət rüsumuna 1800 manat xərclənmişdir. O, həmin alqı-satqıdan sonra təxminən bir il müddətində Bakı şəhərində Təqsirləndirilən şəxs2lə görüşərək hər ay həmin evə görə icarə haqqı qismində ona 550 manat pul vermişdir. Lakin sonradan pulu verə bilməmişdir. Belə ki, pandemiya ilə bir neçə ay bağlı demək olar ki, işləri dayanmışdır. Bu barədə İlhama dedikdə sonuncu ona bir söz deməmişdir. Həmin evlə bağlı söhbəti İlhamla olduğu üçün o, icarə haqqının birinci ayının pulunu özü gətirib İlhama vermişdir. ünvan 12 ünvanında yerləşən ev Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilsə də, evin faktiki sahibi Təqsirləndirilən şəxs2dir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, 2011-ci ildən etibarən istifadəsində olan şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərir, əsasən səhər saatlarında müştərilərini Binə qəsəbəsindən 1 manat müqabilində Koroğlu metrosuna və əks istiqamətə, axşam saatlarında isə metronun ”Qara Qarayev” stansiyasından Binə qəsəbəsinə aparır. O, xalası oğlu Təqsirləndirilən şəxs1 sonuncunun istəyi ilə Bakı şəhəri daxilində bir çox yerlərə aparmışdır. O, Təqsirləndirilən şəxs1 istəyi ilə sonuncunu 2019-cu ilin təxminən payız aylarında Bakı şəhərində Babək prospektində fəaliyyət göstərən avtomobil ehtiyyat hissələrinin satıldığı “Cəliloğlu” mağazasına, 4 mikrorayon dairəsindəki avtomobil servis mərkəzinə, habelə “Papanin” adlanan ərazidəki “avtomobil ölüxanası” kimi tanınan ərazilərə aparmaqnla yanaşı 2019-cu il ərzində 3 dəfə metronun “Nəsimi” stansiyasının yaxınlığına aparıb-gətirmişdir. Hər dəfə Bakı şəhərində müxtəlif yerlərə aparıb-gətirdikdən sonra Təqsirləndirilən şəxs1 ona zəhmət haqqı olaraq 10-15 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 01 noyabr 2019-cu il tarixdə metronun “Nəsimi” stansiyasının yaxınlığına aparıb gətirməyi barədə suala cavab verən Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona zəng edərək yanına çağırmış və metronun “Nəsimi” stansiyasının yaxınlığına getməyin lazım olduğunu demiş, o da Təqsirləndirilən şəxs1 təklif i ilə razılaşaraq onu 2019-cu il ərazində 3 dəfə metronun “Nəsimi” stansiyasının yaxınlığına apararaq geriyə Binə qəsəbəsinə gətirmişdir. Hər dəfə səfərləri axşam saat 20- 21 radələrində baş tutmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının əvvəllərində saat təxminən 20 radələrində metronun “Nəsimi” stansiyasının yaxınlığına apardığınıı xatırlasa da əvvəlki səfərlərinin tarixini dəqiq xatırlamamışdır. O, birinci dəfə Təqsirləndirilən şəxs1 həmin yerə apardıqda sonuncunun taprşırığı ilə avtomobilini metronun “Nəsimi” stansiyasının yaxınlığındakı “Anar” restoranının qarşısında yolun əks istiqamətində saxlamış, Təqsirləndirilən şəxs1 orada gözləməsini xahiş edərək avtomobildən düşmüş və avtomobili saxladığı yerin əks istiqamətində binaların arasına getmişdir. O, Təqsirləndirilən şəxs1 təxminən 15-20 dəqiqə gözlədikdən sonra sonuncu geri qayıtmış və onlar Binə qəsəbəsinə geri qaytarmışlar. O, Təqsirləndirilən şəxs1 buraya nə yaxşı gəldiyini soruşduqda sonuncu avtobus xəttinin pulunu burada olan müdiriyyətə verəcəyini qeyd etmiş, lakin, o sonuncunun cavabından elə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 onun həmin sualından narahat olmuş və bir az səthi tərzdə ona cavab vermişdir. İkinci dəfə o, Təqsirləndirilən şəxs1 yenə də axşam saat 20 radələrində metronun “Nəsimi” stansiyasının yaxınlığına aparmış, avtomobilini sonuncunun istəyi ilə “Nəsimi” metrosundan “Varovski” adlanan əraziyə gedən paralel küçədə adını xatırlamadığı marketin qarşısında saxlamışdır. Həmin axt da Təqsirləndirilən şəxs1 avtomobildən düşərək sol tərəfə 9 mərtəbəli binaların arasına gedərək gözdən itmiş, təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs1 geri qayıtmış və Binə qəsəbəsinə geri dönmüşlər. Təqsirləndirilən şəxs1 avtomobilə geri qayıdan zaman əlində sellofan torbaya bükülmüş içərisində pul olan dördkünc bağlama olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdikdə həmin bükülünü avtomobilin qapısındakı saxlanc yerinə qoymuş, Binə qəsəbəsində evinə çatdıqda isə həmin bükülünü özü ilə götürüb getmişdir. Keçən dəfə o, Təqsirləndirilən şəxs1 aparan zaman sual verdikdə ona səthi cavab verdiyini və sualından narahat olduğunu başa düşdüyündən bu dəfə Təqsirləndirilən şəxs1 nə məqsədlə metronun “Nəsimi” stansiyasının yaxınlığına getdiyini və geri dönən zaman əlindəki bükülünün nə olduğunu soruşmamışdır. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayında axşam təxminən sat 20 radələrində yenidən metronun “Nəsimi” stansiyasının yaxınlığına aparmış, bu dəfə də o, Təqsirləndirilən şəxs1 istəyi ilə avtomaşını “Nəsimi” metrosundan “Varovski” adlanan əraziyə gedən paralel küçədə adını xatırlamadığı marketin qarşısında saxlamışdır. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 avtomobildən düşərək sol tərəfə 9 mərtəbəli binaların arasına getmiş, o, təxminən 15-20 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs1 geri qayıtmış və Binə qəsəbəsinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs1 hər dəfə metronun “Nəsimi” stansiyasının yaxınlığına aparıb-gətirdiyi üçün sonuncu ona 10-15 manat zəhmət haqqı vermişdir. O, Təqsirləndirilən şəxs1 İran İslam Respublikası xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və onunla birlikdə metronun “Nəsimi” stansiyasının yaxınlığına səfərlər etdiyi zaman avtomobildən düşərək İran İslam Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlər keçirməsi barədə, Təqsirləndirilən şəxs1 kiminlə görüşməsi və nə məqsədlə metronun “Nəsimi” stansiyasının yaxınlığına getməsi barədə məlumatının olmadığını, habelə Təqsirləndirilən şəxs1 avtomobildən düşdükdən sonra binaların arasına gedərək gözdən itməsi səbəbindən sonuncunun kiminlə görüşməsini müşahidə edə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Binə qəsəbəsi sakini, dindar şəxs kimi tanımış, ona «Hacı» deyə müaciət etmiş, lakin onunla şəxsi münasibəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədri kimi tanımış, sonuncu 2015-ci ilin avqust ayında partiya sədri seçilmişdir. İlk əvvəllər Təqsirləndirilən şəxs2lə münasibəti normal olmuş, lakin sonradan aylıq pullarını kəsdiyi üçün İlhamla dalaşmış və etiraz olaraq partiyadan istefa vermişdir. Təqsirləndirilən şəxs2 partiyanın sədri seçildikdən sonra ona partiyanın Qazax rayon komitəsinin sədri kimi aylıq 100-150 manat civarında pul verilmiş, İlhamın dövründə pulu partiyanın ofisində Hacı Şahid20 almışdır. 2018-ci ilin əvvəllərindən isə ona aylıq pul verilmir və həmin vaxtdan da partiyadan çıxmışdır. Sonuncu dəfə səhv etmirsə 2017-ci ilin son aylarında 400 manat bir almış, 200 manat da bir almışdır. 400 manatı Şahid20 vermiş, 200 manatı isə partiyanın sədr müavini Emil Rahiloğlu vermişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 pulu az verdiyi üçün o narazılığını bildirirmiş və həmin narazılığını «facebook» sosial şəbəkəsində yaymışdr. Emil Rahiloğlu da partiyanın mənafeyi baxımından, partiyanın adının hallanmaması üçün ona 200 manat verib, səsini «kəssin». Hətta bir dəfə anası da Bakı şəhərinə gələrək İslam Partiyasının ofisində İlhamla görüşmüş və onunla mübahisə etmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasına sədrlik etdiyi dövrdə rayon komitələrinin sədrlərinin çoxları ondan narazı olmuş, pul verməklə arası olmamış, pulun əksər hissəsini özünə götürürmüş. Dəqiq o barədə məlumatı olmasa da bütün hamı onu deyirmiş, deyirmişlər ki, İlham əvvəllər qırıq salxaq, şəraitsiz bir evdə qalırmış, partiyaya sədr seçildikdən sonra gününü güzəranını düzəltmişdir (cild 4, iş vərəqə 234-236). Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, 2000-2020-ci illər arasında Azərbaycan İslam Partiyasında çayçı işləmişdir. Əslən Bakı şəhəri, Xəzər rayonu, Binə kəndindən olan Hacı Təqsirləndirilən şəxs2 təxminən 4-5 il əvvəl İslam partiyasına sədr əvəzi təyin edildikdən sonra onu tanımış, onunla münasibəti normal olmuşdur. Çayçı kimi onun vəzifəsi gündəlik çay dəmləmək və işçilərin naharını hazırlamaqdan ibarət olmuşdur. Aylıq maaşı 400 manat olmuş, maaşını hər ayın sonu və yaxud növbəti ayın əvvəli Hacı İlhamdan nağd formada almışdr. Bəzən maaşda gecikmələr də olurmuş, pulu aldığı vaxt heç bir sənədə imza atmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, təxminən üç il olar ki, Azərbaycan İslam Partiyasında həmin partiyanın sədr əvəzi X14 təklifi ilə həmin partiyada sürücü işləyir. Nənəsi ilə İlhamın nənəsi xala qızıdırlar. Dəqiq qohumluq dərəcəsini bilmir, amma bildiyi odur ki, İlhamla onun qohumluğu vardır. Partiyada sürücü kimi vəzifəsi partiya üzvləri tərəfindən keçirilən tədbirlərə, konfranslara, dini mərasimlərə aparıbgətirmək, partiyaya məxsus sayt əməkdaşlarını evlərinə aparıb-gətirməkdən ibarət olmuşdur. Partiyanın sədri Təqsirləndirilən şəxs2lə bir qohum kimi, bir partiyanın sədr əvəzi kimi münasibəti normal olmuşdur. 2015-ci ilin avqust ayından partiyanın sədr əvəzi olan Təqsirləndirilən şəxs2 hər ay ona partiyanın sürücüsü kimi 500 manat pul vermişdir. Pulu İlham və partiyanın digər üzvü Şahid2 da vermişdir. Pulu aldığı vaxt heç bir sənədə imza atmamışdır. 2020-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, X18 Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxs1 isə Ərbəyinə səfərdə olan bir şəxs kimi tanıdığını, lakin onunla heç bir əlaqəsi və münasibətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid10 ifadəsində göstərmişdir ki,o, 1993-cü ildən Azərbaycan İslam Partiyasının üzvüdür, eyni zamanda həmin partiyanın Bərdə rayon komitəsinin sədri işləyir. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi kimi tanımış, İlham 2015-ci ilin avqust ayında partiyanın sədr əvəzi seçilmiş və onun partiyanın sədr əvəzi seçilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 sədr əvəzi seçildikdən sonra hər ay ona 100-150 manat civarında pul verib. Pulu verən isə partiya üzvü Hacı Şahid20 olmuşdur. Elə vaxt da olub ki, 50 manat yol pulu veriblər (cild 5, iş vərəqə 2-3). Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, o, təxminən 2012-ci ildən Azərbaycan İslam partiyasının Sabirabad rayon komitəsinin sədridir. O, Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi kimi tanımış, sonuncu 2015-ci ilin avqust ayında partiyanın sədr əvəzi seçilmişdir. Onun partiyanın sədr əvəzi seçilməsində isə iştirak etməmişdir. İlham sədr əvəzi seçildikdən sonra hər ay ona 100-200 manat civarında pul verilmişdir. Pulu verən isə partiya üzvü Hacı Şahid20 olmuşdur. Pulu alarkən hər hansı sənədə imza etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, o, təxminən 2012-ci ildən Azərbaycan İslam Partiyasına üzv olmuş, bir müddət sonra isə partiyanın rayon komitəsinin sədr müavini seçilmiş, 2013-cü ilin avqust ayında partiyanın rayon komitəsinin sədri Hacıəhməd Qasımov vəfat etdikdən sonra o sədr əvəzi seçilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədri kimi tanıyır, sonuncu 2015-ci ilin avqust ayından partiya sədridir, onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pul göndərməsini qismən təsdiq etmişdir. Pulu ona İlham verməyib, pulu verən Hacı Elmar olmuşdur. Partiyanın iclasında iştirak üçün Bakı şəhərinə gəldiyi təqdirdə ona 50-100 manat civarında pul verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid13 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin əvvəllərindən Azərbaycan İslam Partiyasının Lənkəran rayon komitəsinin sədridir. 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzi olan Təqsirləndirilən şəxs2 tanıyır, onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pul göndərməsini qismən təsdiq etmişdir (cild 4, iş vərəqə 139-141). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid14 göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ittiham olunmuş hər iki maddə ilə özünü təqsirli bilmişdir. 2009cu ilin sonundan 2012-ci ilin aprel ayınadək olan müddət ərzində o ran Mədəniyyət Mərkəzində çayçı işləmişdir. Azərbaycan İslam Partiyasının sədr əvəzi Təqsirləndirilən şəxs2 qiyabi olaraq, ruhani alim kimi tanımış, lakin onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə eşitmişdir ki, X18 Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. X22 işlədiyi müddətdə həmin mərkəzin videoteka şöbəsində işləmiş Xosrəvi Əlirza adlı İran İslam Respublikaksının vətəndaşını tanıyıbtanımamağınının halları, müsbət halda onunla nə vaxt, harada, hansı şəraitdə tanış olmağı, eləcə də onunla münasibətlərinin xarakteri barədə istintaqa səmimi və obyektiv ifadə vermək təklifi edildikdə Şahid14 bildirmişdir ki, o, 2009-cu ilin sonundan 2012-ci ilin aprel ayınadək olan müddət ərzində ünvan 13 ünvanında yerləşən və fəaliyyət göstərən X22 çayçı işləmiş, Əlirza Xosrəvi adlı şəxsi də tanıyır. Sonuncu 2011-ci ildə üç aylıq X23 videotekasına əməkdaş kimi vəzifəyə təyin edilmişdir. Əlirza Xosrəvi ilə onu tanış edən Yaqub Müseyibpur adlı mərkəzin videotekasında işləyən başqa bir iranlı olmuşdur. Bildirmək istəyir ki, hər iki şəxs, yəni Əlirza Xosrəvi və X53 İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu «Sepah»ın əməkdaşlarıdırlar. Onun özünü 2011-ci ildə məxfi əməkdaşlığa cəlb edən Yaqub Müseyibpur olmuş, təxəllüsü də «Əhmədağa» olmuşdur. X13 Əlirza Xosrəvinin əlaqəsinə vermişdir. Məxfi əməkdaşlıq etdiyi 2012-ci ilin avqust ayının 03-dək olan müddət ərzində o İran xüsusi xidmət orqanı «Sepah»ın Yaqub Müseyibpur və Əlirza Xosrəvinin tapşırıqlarını icra etmiş, topladığı məlumatları onlara ötürmüş və onun müqabilində müəyyən məbləğlərdə pul vəsaitləri almışdır. Həmin əməllərinə görə də o məhkum olunmuşdur. X19 Mərkəzi İran dövlətinin nəzarətində olan bir qurum olduğunu bildirən Şahid14 ifadəsini davam etdirərək daha sonra göstərmişdir ki, orada işlədiyi vaxt X15 çoxsaylı qonaqlar, o cümlədən də İranın xüsusi xidmət orqanlarının əməkdaşları gəliblər və bu gün də hesab edir ki, gəlirlər. Hətta elələri də olub ki, hansısa şərti vəzifə və yaxud ad altında fəaliyyət göstərmişlər. Məsələn, onu məxfi əməkdaşlığa cəlb etmiş, onların tapşırıqlarını yerinə yetirdiyi şəxslərin hər ikisi, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusunun əməkdaşları Yaqub Müseyyibpur və X73 X22 pərdələnmiş şəkildə işləyən şəxslər olmuşlar. Özünün başına gəlib deyə dəqiq bir fikir söyləyə bilər ki, X39 İranın xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə əməkdaşlıq edən bir qurumdur (cild 4, iş vərəqə 9-13, 14-17). Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, o, 2007-2014-cü ilin əvvəllərinədək Azərbaycan İslam Partiyasının mətbu orqanı olan «Nəbz» qəzetində redaktor müavini işləmişdir. Azərbaycan İslam Partiyasının sədr əvəzi Təqsirləndirilən şəxs2 seçildikdən sonra 2015-ci ilin sonundan partiyanın mətbu orqanı olan «Yeni Nəbz» qəzetinin qeyri-rəsmi redaktoru olmuş, qəzetdə çap ediləcək məqalələri redaktə və çapa hazır etmişdir. Daha sonra qəzet «Ekspress nəşriyyat» evində çap edilirmiş. Qəzet ayda dörd dəfə, həftədə bir dəfə çap edilirmiş. Daha sonra partiyanın ofisinə gətirilirmiş və oradan yerli rayon komitələrinə paylanırmış. Daha sonra o partiyanın digər mətbu orqanı olan «İslamın səsi» saytında müxbir işləmiş, əsasən partiya sədrindən və digər partiya funksionerlərindən müsahibə alırmış və sonradan onu redaktə edirmiş. Redaktə etdikdən sonra sayta yerləşdirmişdir. Onunla bərabər saytda Şahid30 və Şahid16 işləmişdir. Partiya sədri Təqsirləndirilən şəxs2 əmək haqqlarını Şahid16 vasitəsilə vermişdir. Hərələrinə 500 manat pul alırmışlar. Məbləğ elə olurmuş ki, 600 manat olurmuş. «İslamın səsi» saytı bir müddət fəaliyyətini «Dostluq» kinoteatrının yaxınlığındakı kirayəyə götürülən mənzildə davam etdirmiş, icarə pulunu da Təqsirləndirilən şəxs2 vermişdir. Sonrakı vaxtlarda icarə pulunu verə bilmədikləri üçün oradan çıxmışlar və sayt əməkdaşları olaraq yaşadıqları evdən işləməyə başlamışlar. Ümumiyyətlə partiyanın mətbu orqanının maliyyələşməsi Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmişdir. 2020-ci ilin yanvar ayı da daxil olmaqla aylıq pullarını almışlar. Pulu isə Hacı Şahid20 verirmiş, sayta keçdikdən sonra isə pulu Şahid16 alırmışlar. «Yeni nəbz» qəzetinin çap edilməsi ilə bağlı pulu da Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu ilə münasibəti normal olmuşdur. Bir neçə gün əvvəl isə Şahid16 onunla Bakı şəhərinin Binə qəsəbəsində görüşərək Azərbaycan İslam partiyasının funksioneri Şahid2 göndərdiyi 600 manat pulun olduğu zərfi ona vermiş və o adının qeyd olunduğu həmin zərfi qəbul etmiş, zərfi açıb içərisində 600 manat pulun olduğunu görmüşdür. 2020-ci ilin fevral ayını işləmişlər və İlham tutulandan sonra onlara əmək haqqı verilmirmiş. O və Müşviq də o barədə Şahid16 bildirirmişlər. Sonuncu da o barədə Şahid2 deyirmiş. Şahid16 istinadən bilmişdir ki, Şahid2 pulu Yaşar verərkən deyib ki, yavaş-yavaş fəaliyyətə başlasınlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, o, 2017-cı ilin aprel ayından Azərbaycan İslam Partiyasının mətbu orqanı olan «İslamın səsi» saytında müxbirtərcüməçi işləyir, əsasən ərəb dillərindən Azərbaycan dilinə tərcüməçilik edir. Müxbirtərcüməçi kimi vəzifəsi ərəb mediasını izləməklə orada gedən xəbərlərin Azərbaycan dilinə tərcümə edilərək saytda yerləşdirməyindən ibarətdir. Təqsirləndirilən şəxs1 Binə qəsəbəsində yaşayan bir sakin kimi tanıyır, onunla heç bir əlaqəsi və münasibəti olmamış, münasibəti salam və sağ ol səviyyəsində olmuşdur. Təqsirləndirilən şəxs2 Binə qəsəbə sakini kimi, İranın Qum şəhərində təhsil almış bir ilahiyyatçı alim kimi tanımış, onunla əlaqəsi və münasibəti İlham Əliquli oğlunun tutulmasınadək olmuşdur. 2017-ci ilin aprel aynıdan dediyi kimi «İslamın səsi» saytında fəaliyyətə başlamış, işə başladığı vaxt saytın ofisi Bakı şəhərində «Təzə Bazar» adlanan əraziyə yaxın hündürmərtəbəli binadakı mənzillərdə yerləşirmiş, sonradan həmin ofisdən çıxmışlar və sayt Bakı şəhərində «Dostluq» kinoteatrının yanındakı üç mərtəbəli binalardan birinin mənzilində həyata keçirilmişdir. 2017-ci ilin aprel ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində «İslamın səsi» saytının maliyyələşməsi Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmiş, İlham hər ay ona 2000-2500 manat pul verirmiş, həmin puldan 500 manat ofisin fəaliyyət göstərdiyi mənzilin kirayə pulu olmuş, yerdə qalan 1500 manat onun, saytın digər əməkdaşları Müşviq və Nəriman müəllim arasında bölünürmüş, hərəsinə 500 manat düşürmüş. 2019-cu ilin payız aylarında saytın fəaliyyət göstərdiyi ofisin kirayə pulunu verə bilmədikləri üçün ofisdən çıxmışlar və hərə öz evindən fəaliyyət göstərməyə başlamışdır. Ona görə də hərə özü gedib İlhamdan pulunu alırmış. 2020-ci ilin fevral ayının sonunda eşitmişdir ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliquli oğlu X16 Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Saytın işçiləri olaraq ona, Müşviq və Nəriman müəllimə 2020-ci ilin fevral, mart, aprel və may aylarının əmək haqqları verilməmişdir. İlham tutulandan sonra isə əmək haqqlarının verilməsi ilə bağlı Azərbaycan İslam partiyasının funksioneri Akif Heydərliyə dəfələrlə zəng etmiş və sonuncu da hər dəfə pulun olmadığını ona demişdir. 12 may 2020-ci il tarixdə Şahid2 onun istifasində olan mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmişdir. O Şahid2la razılaşmış və onunla Binə qəsəbəsinin mərkəzində görüşmüşdür. Şahid2 görüş yerinə tək və idarə etdiyi avtomaşını ilə gəlmişdir. O maşından düşüb onunla görüşmüş və onlar yaxınlıqdakı binaların yanına tərəf hərəkət etmişlər. Həmin vaxt Akif Heydərli əlini cibinə salaraq əvvəlcədən zərflərə qoyduğu pul vəsaitlərini ona vermişdir. Üç zərf olmuş, hər zərfin üzərində onun, Müşviq və Nəriman müəllimin adı yazılmışdır. Ona çatacaq zərfdə 500 manat, Müşviqə çatacaq zərfdə 400 manat, Nəriman müəllimə çatacaq zərfdə isə 600 manat pul olmuşdur. Onun zərfində 500 manatdan başqa da 400 ABŞ dolları pul da olmuş, Akif Heydərli də demişdir ki, həmin 400 ABŞ dolları saytın domeninə görə ödənilməli puldur. O da saytın domeni ilə bağlı bir nəfər türk milliyyətindən olan şəxslə danışmış və bəlli olmuşdur ki, domenə görə 200 ABŞ dolları borc vardır. Həmin türkü tanımır və görməmiş, saytın əvvəlki əməkdaşı həmin türkü Xəyal Şükürov tanıyırmış və Xəyal saytdan gedərkən həmin türkün nömrəsini ona verib ki, saytda problem yaranarsa həmin türklə əlaqə yaratsın. O 200 ABŞ dollarını partiyanın sürücüsü Seyid Samirə vermiş və sonuncu sonra ona bildirib ki, pulu ödəyib. Müşviq və Nəriman müəllimə çatacaq pulları zərf qarışığı onlara vermişdir. O, pulları Akif Heydərlidən qəbul edərkən özləri üçün təhlükənin olub-olmamasını, daha sonra işləyib-işləməməklərini, işləyərlərsə pullarının verilib-verilməyəcəyini soruşduqda Akif Heydərli «işləyin, təhlükə də inşallah olmaz, işinizə davam edin» ifadələrini ona bildirmişdir. «İslamın səsi» saytının fəaliyyəti ilə bağlı o və digərlərinə aylıq verilən pulların müqabilində sənədləşmə işləri aparılmamışdır. İlham aylıq pulu ona verirmiş və o da həmin pulu paylayırmış. Nə əmək müqavilələri olmuş, nədə ki, maaş cədvəlləri olmuşdur. O, hər ay onlara verilmiş pulların İran İslam Respublikasının xüsusi xidməti orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş tapşırıqların icrası ilə bağlı olduğunu bilməmiş, onu da bilməmişdir ki, onlara verilən aylıq pullar İrandan gələn pullar olmuşdur. Bir-iki dəfə pul gecikərdisə İlhamdan pulu nə vaxt verəcəyini soruşmuş, hər dəfə də İlham «dua edin Allah möminlərin ruzusuna bərəkət versin» ifadələrini ona bildirmişdir. Başa düşmüşdür ki, onlara verilən pullar mömin insanlar tərəfindən İlhama verilən pullardır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid17 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Azərbaycan İslam Partiyasının üzvü və demək olar ki, həmin vaxtdan da partiyanın Xaçmaz rayon komitəsinin sədri işləyir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi kimi tanımışdır. 2015-ci ilin avqust ayında onu da Bakı şəhərinə partiyanın ofisinə dəvət etmişlər və orada Təqsirləndirilən şəxs2 təqdimatı olmuşdur. Bildirilmişdir ki, həmin gündən Elçin Manafov səhhəti ilə bağlı partiyanın sədr əvəzi kimi işləməyəcək, partiyanın yeni sədr əvəzi Təqsirləndirilən şəxs2dir. Sonuncunu qiyabi olaraq Mövsüm Səmədovun məhkəmə proseslərindən tanımışdır. Partiyanın sədr əvəzi seçildikdən sonra da onun İlhamla əlaqəsi olmamış, onu yalnız partiyanın iclasında iştirak etdiyi vaxt görmüşdür. İlhamın dövründə partiyanın iclasına gəldiyi təqdirdə Hacı Şahid20 tərəfindən ona 50-100 manat civarında pul verilmiş, pulu alarkən də hər hansı sənədi imza etməmişdir (cild 5, iş vərəqə 15-16). Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 göstərdi ki, o, 2013-cü ildən partiyanın əvvəlki sədri Elçin Manafovun vaxtından Azərbaycan İslam Partiyasının Yasamal rayon komitəsinin sədridir. O, 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş Təqsirləndirilən şəxs2 tanıdığını, onunla münasibətlərininm normal olduğunu, Bakı şəhərində partiyanın ofisində keçirilən iclaslarında görüşdüyünü, başqa onunla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 İslam Partiyasına rəhbərlik etdiyi dövrdən, yəni 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində komitə sədri olaraq ona hər ay 100-200 manat civarında pul verilmiş, pulu ona partiyanın ofisində Hacı Şahid20 vermiş, pulu alması ilə bağlı isə hər hansı bir sənədi imza etməmişdir. 2019-cu ilin Ramazan ayında Azərbaycan İslam Partiyası tərəfindən «Qüds günü» ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin qarşısında təşkil edilmiş etiraz aksiyasında iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 göstərdi ki, o, 1991-2001-ci illər ərzində İranın Qum şəhərində ali dini təhsil almış, həbsdə olan Azərbaycan İslam partiyasının sədr əvəzi Hacı Təqsirləndirilən şəxs2lə tələbə yoldaşı olmuşdur. O vaxtdan da onun Təqsirləndirilən şəxs2lə münasibətləri və əlaqələri olmuş, tutulanadək də münasibətləri yaxşı olmuşdur. Qeyd edir ki, atası Babacan Seyfullayev də Azərbaycan İslam Partiyasının üzvü olmuş, lakin bir neçə ildir ki, partiya ilə əlaqələri yoxdur. Atasının vasitəsilə o İslam partiyasında neçə ildir ki, Quran dərsləri keçir, dini tədbirlərdə Quran oxuyur. Mövsüm Səmədov və Elçin Manafovun vaxtından partiyaya gedib-gəlir. Hacı Təqsirləndirilən şəxs2 vaxtında da həmin işlərini davam etdirmişdir. Hacı Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi olduğu dövrdə partiyanın digər üzvü Hacı Şahid20 vasitəsilə ona hər ay 200 manat pul vermişdir. Pulu almağı ilə bağlı isə hər hansı bir sənədi imza etməmişdir. 2020-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, Hacı İlham X16 Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. 2020-ci ilin fevral, mart və aprel ayının pulunu almamışdır. Təxminən bir ay əvvəl İslam partiyasının üzvü Şahid2 ona zəng edərək onunla Maştağa qəsəbəsində görüşmüşlər. Şahid2 fevral ayının pulunu təşkil edən 200 manatı ona vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 göstərdi ki, o, 1992-ci ildən Azərbaycan İslam Partiyasının üzvüdür, 1992-2007-ci ilədək İslam partiyasının Quba rayon komitəsinin sədr müavini işləmiş, 2007-2010-cu illərdə İslam Partiyasının mərkəzi qərargahında ümumi şöbədə partiya üzvü kimi, 2014-cü ildən isə partiyanın funksioneri kimi fəaliyyət göstərir. Yasamal rayon Məhkəməsinin 2010-cu il 03 avqust tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315-ci maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarandan sonra 2014-cü ilin avqust ayında azadlığa buraxılmışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 qiyabi olaraq tanıyırmış. Onunla əyani tanışlığı 2011-ci ildə cəzalarını çəkdikləri 16 saylı cəzaçəkmə müəssisəsində baş vermişdir. İlham qanunsuz odlu silah gəzdirdiyi üçün məhkum edilmiş, tanış olduqdan sonra onunla münasibəti və əlaqəsi yaranmışdır. Cəzadan azad edildikdən sonrakı müddətdə onun İlhamla münasibətləri və əlaqələri davam etmiş və tutulanadək onunla münasibəti yaxşı olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində də eşitmişdir ki, X18 Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. 2015-ci ilin avqust ayından da Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi olmuş, Azərbaycan İslam Partiyasının sədr əvəzi işlədiyi müddətdə İlham ona arabir 200-500 manat civarında pul vermişdir. Pulu alarkən də hər hansı sənədi imzalamamışdır. Bir məqamı qeyd edir ki, təxminən 2012-ci ildən 2018-ci ilədək olan müddət ərzində özünün aldığı ünvan 14 ünvanında yerləşən mənzilin zalında icarə əsasında İslam Partiyasının mətbu orqanı olan «faktxəbər» saytı fəaliyyət göstərmişdir. Həmin mənzilin icarəyə verilməsi Təqsirləndirilən şəxs2 İslam partiyasının sədr əvəzi olduqdan sonra həyata keçirilmişdir. İcarə haqqı 150 manat olmuşdur. İcarə haqqını hər ay Hacı İlham ona vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 Mehdi oğlu göstərdi ki, o, 2010-cu ildən Azərbaycan İslam Partiyasının mətbu orqanı olan «Faktxəbər» saytında işləyir, 2010- 2015-ci ilin avqust ayınadək saytın müxbiri işləmiş, 2015-ci ilin avqust ayından isə saytın təsisçisi və idarəedicisi işləyir. 2015-ci ilin avqust ayından Təqsirləndirilən şəxs2 İslam partiyasının sədr əvəzi seçilmişdir. Partiyanın mətbu orqanları isə «Yeni Nəbz» qəzeti, «İslamın səsi» və «faktı xəbər» saytları olmuşdur. İlham Əliquli oğlu partiya sədri seçildikdən sonra 2017-ci ilin ortalarınadək olan müddət ərzində «faktxəbər» saytının fəaliyyəti ilə bağlı hər ay ona 2500-3000 manat pul vermişdir. 2017-ci ilin ortalarından 2020-ci ilin fevral ayınadək, yəni İlham tutulanadək olan müddət ərzində sonuncu hər ay ona 1000-1500 manat pul vermişdir. Elə vaxt olub ki, Təqsirləndirilən şəxs2 verdiyi məbləğlər daha çox, yəni 4000 manat və ondan çox məbləğlərdə olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, İlham Əliquli oğlu X16 Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. İlham həbs edildikdən dindirildiyi gündən təxminən 5-6 gün əvvəlki günədək partiya xətti ilə heç bir vəsait almamışlar. Təxminən 5-6 gün əvvəl Azərbaycan İslam Partiyasında sürücü işləyən Şahid27 ona zəng edərək yaşadığı evin həyətinə gəlmiş, onunla görüşmüş və görüş zamanı Şahid27 ona 1500 manat pul vermişdir ki, həmin pul işlədikləri ay yarımın puludur. Lakin o pulun az olması səbəbindən qəbul etməmiş və əmək haqqlarının 3000 manat təşkil etdiyini Şahid27 söyləmişdir. Sonuncu səhəri gün yenidən evlərinin həyətinə gəlmiş və 3000 manat pulu ona vermişdir. O, Şahid27 pulun kim tərəfindən verildiyini soruşduqda, «mənə verdilər ki, sənə çatdırım» ifadələrini Şahid27 ona bildirmişdir. Şahid27 «bilək ki, kiminlə işləyirik, pulumuzu da ondan istəyək» sualını verdikdə Şahid27 «lazım olsa özləri səninlə əlaqə saxlayacaqlar» ifadəsini ona demişdir. O səbəbdən də Şahid27əlavə sual verməmişdir. «Faktxəbər» saytının Bakı şəhərində fəaliyyət göstərdiyi ünvan 14 ünvanındakı mənzil Azərbaycan İslam Partiyasının əvvəllər Quba rayonunun komitə sədrinin müavini işləmiş, daha sonra isə partiyanın qərargahında çalışmış, partiyanın fəal üzvlərindən biri olan Şahid20 mənzili olmuş, həmin mənzilin icarə haqqı təxminən 150-200 manat təşkil etmişdir ki, həmin pulu da İlham özü Şahid20 verirmiş. Özü isə partiya rəhbərliyi tərəfindən verilmiş maliyyə vəsaiti hesabına mənzilin komunal haqlarını ödəmişdir. İcarə müqaviləsi Şahid20la onun arasında bağlanmışdır. Şahid20 oğlu Şəhriyar Səmədov 2015-ci ilin sonundan 2019-cu ilin sonunadək «faktxəbər» saytında müxbir işləmiş və ona hər ay 300-600 manat civarında əmək haqqı vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 göstərdi ki, o, 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədridir. Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzidir. İlhamla münasibətləri normal olmuşdur. O, Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay 100-200 manat civarında ona pul göndərməsini təsdiq etmişdir. Elə ay olub ki, 150 manat verib, elə vaxt olub ki, 200 manat göndərib. Bakı şəhərinə gəldiyi təqdirdə həmin pulu partiyanın ofisində ona vermişdir. Ayrıayrı vaxtlarda da Bakı şəhərindən Astaraya işləyən taksi sürücüləri vasitəsilə ona pul göndərmişdir. Həmçinin bildirmək istəyir ki, İslam partiyasının mətbu orqanı olan «Yeni Nəbz» qəzetinin 20 ədədi də ayda iki dəfə ona göndərilirmiş ki, o da həmin qəzeti namaz qılan uşaqlar arasında paylanmasını həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 göstərdi ki, o, 1991-ci ildən Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən və fəaliyyət göstərən Səttar bəhlulzadə adına X46 Gimnaziyasında ərəb dili müəllimi işləyir, 1992-ci ildən isə Azərbaycan İslam Partiyasının Xətai rayon komitəsinin sədri işləyir, elə həmin ildən də partiyaya üzv olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi tanıyır, sonuncu 2015-ci ilin avqust ayından partiya sədridir, onunla münasibəti normal olmuş, lakin partiyanın idarəçiliyi baxımından İlhamla arabir mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pulun göndərilməsi hallarını qismən təsdiq etmişdir. 100-200 manat civarında pulu ona verən Hacı Elmar olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən Azərbaycan İslam Partiyasının Quba komitəsinin sədri işləyir, həmin ildən də partiyaya üzv olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədr əvəzi kimi tanımış, sonuncu 2015-ci ilin avqust ayında partiyanın sədr əvəzi seçilmişdir. İlhamın partiyanın sədr əvəzi seçilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 sədr əvəzi seçildikdən sonra hər ay ona 50-100 manat arası pul verilmişdir. Pulu verən isə partiya üzvü Hacı Şahid20 olmuşdur. Elə vaxt da olub ki, 30 manat, elə vaxt olub ki, 40 manat yol pulunu veriblər. Lakin təxminən il yarım olar ki, partiyaya gəlib-getmir. 2019-cu ilin sentyabr ayının 26-da qardaşının vəfatı ilə bağlı İlham Quba rayonuna gələrək ona baş sağlığı verib çıxıb getmiş, pul verməmişdir. Başqa onun Təqsirləndirilən şəxs2lə heç bir əlaqəsi olmamışdır (cild 5, iş vərəqə 6-7). Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 göstərdi ki, o, təxminən on ildir ki, Azərbaycan İslam Partiyasına üzvüdür, təxminən 2012-ci ildən isə partiyanın Hacıqabul rayon komitəsinin sədri seçilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədri kimi tanıyır, sonuncu 2015-ci ilin avqust ayından partiya sədridir və onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs2 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pul göndərməsi hallarını təsdiq etmiş, İlhamın adından pulu ona verən Hacı Şahid20 olmuşdur. Təqsirləndirilən şəxs2 partiya sədri seçildiyi ilk aylarda Şahid20 vasitəsilə ona aylıq 150 manat pul vermişdir. Sonradan pulun məbləğində azalma müşahidə edilərək 70-100 manat arası təşkil etmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid26 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Azərbaycan İslam Partiyasının Şirvan şəhər komitəsinin sədridir. Rəhmətlik dayı Vəligüllah Cəlilov əvvəllər İslam partiyasının Şirvan şəhər komitəsinin sədri olmuşdur. Dayısı 2010-cu ildə uzun sürən xəstəlikdən vəfat etmiş, dayısı rəhmətə getdikdən sonra partiyanın əvvəlki sədr əvəzi Elçin Manafov və onun müavini X54 şəhərinə gəlmiş və orada ona demişlər ki, dayısından sonra partiyanın komitə sədri özü olsun. O da etiraz etməmişdir. Bir neçə dəfə partiyanın Bakı şəhərində keçirilən iclaslarında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədri olan bir şəxs kimi tanımış, sonuncu 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzidir. Lakin onun İlhamla heç bir əlaqəsi və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pulun göndərilməsi hallarını təsdiq etmişdir. Hər dəfə partiyanın iclası ilə bağlı Bakı şəhərinə gəldiyi təqdirdə partiyanın Saatlı rayon komitəsinin sədri Şahid28 ona 50 manat yol pulu vermişdir (cild 4, iş vərəqə 133- 135). Məhkəmədə şahid qismində dindirilmiş Şahid27 göstərdi ki, o, 2009-cu ildən fasilələrlə Azərbaycan İslam Partiyasında özünə məxsus «Mersedes C» markalı **-FK-*** dövlət qeydiyyat nişanlı maşını ilə sürücü işləyir, partiya adından keçirilən dini tədbirlərlə bağlı partiyanın üzvlərini özünün maşını ilə aparıb gətirmişdir. Partiyada iş olmadığı təqdirdə isə tikinti obyektlərində fəhləlik edib çörək pulu qazanmışdır. Təqsirləndirilən şəxs2 rəhmətlik atasının tələbə yoldaşı kimi tanımış, onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs2 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayının sonunadək olan müddət ərzində Azərbaycan İslam partiyasının sədr əvəzi kimi fəaliyyət göstərmişdir. Sonuncu Azərbaycan İslam partiyasının sədri əvəzi kimi işlədiyi müddət ərzində sürücü olaraq hər ay ona 500 manat pul vermişdir. O, ifadəsini davam etdirərək daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan İslam partiyasının sədri əvəzi kimi işlədiyi müddət ərzində onun vasitəsilə məhkum olunmuş bir neçə ailələrə də maddi yardım etmiş, onun vasitəsilə atasının ikinci nikahdan olan ailəsinə aylıq 400 manat, məhkum Ruhulla Axundzadənin ailəsinə 300 manat, məhkum Fəraməz Abbasovun ailəsinə 400 manat, İslam partiyasının Binəqədi rayon komitəsinin vəfat etmiş sədri Rövşənin ailəsinə 200 manat, Astara rayonunda yaşayan Təqsirləndirilən şəxs2 tələbə yoldaşı olan Müdərris kimi tanınan Sehranın ailəsinə 500 manat, Mövsüm Səmədovla birlikdə həbs olunmuş Dəyanətin ailəsinə 200 manat, əslən Nefçtala rayonundan olan Ruhani adı ilə tanınan Siyasətin ailəsinə 200 manat pul vermişdir. 2020-ci ilin fevral ayının sonunda eşitmişlər ki, Təqsirləndirilən şəxs2 bir nəfər tanışı ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuş, barələrində məhkəmənin qərarı ilə həbs seçilmişdir. 2020-ci ilin fevral, mart və aprel ayları ərzində ona və onun vasitəsilə məhkum olunmuş dediyi ailələrin heç birinə pul verilməmişdir. Lakin 2020-ci ilin may ayının əvvəllərində, səhv etmirsə may ayının 09-da, partiyanın mətbuat xidmətinin rəhbəri olan Şahid2 ona zəng edərək Binə qəsəbəsinə gəlməyini söyləmişdir. O da idarə etdiyi maşını ilə Binə qəsəbəsinə gedərək Şahid2la görüşmüşdür. Görüş zamanı Şahid2 onun özünə çatası 400 manat, partiyanın Gənclər komitəsinin sədr müavini Şahid32 çatası 500 manat, partiyanın «faktxəbər» saytının baş redaktoru Şahid21 çatası 1500 manat, atasının ikinci nikahdan olan ailəsinə çatacaq 300 manat, İslam partiyasının Binəqədi rayon komitəsinin vəfat etmiş sədri Rövşənin ailəsinə çatacaq 200 manat, Mövsüm Səmədovla birlikdə həbs olunmuş Dəyanətin ailəsinə çatacaq 200 manat pulu verərək tapşırmışdır ki, həmin pulları ünvanlara çatdırsın. O da həmin pulları deyilən kimi ünvanlarına çatdırmışdır. Şahid32la görüşüb pulu şəxsən ona vermiş, atasının ikinci ailəsinə çatan pulu atasının arvadına, Rövşənin ailəsinə aparıb rəhmətliyin arvadına, Dəyanətin ailəsinə aparıb onun da arvadına, Ruhulla Axundzadənin ailəsinə çatan pulu arvadı Tamaraya, Sehrana çatası pulu Sehranın özünə, Fəramizin ailəsinə çatası pulu oğlu Kamrana, Dəyanətin ailəsinə çatası pulu Dəyanətin anasına, Siyasətə çatası pulu isə onun özünə vermişdir. Şahid21 aparıb pulu verərkən Şahid21 pulun az olması səbəbindən pulu Şahid2 qaytarmışdır. Sonradan Şahid2 pulun üstünü düzəltdiyini deyib pulu yenidən ona vermiş və sonuncu həmin pulu Şahid21 çatdırmışdır (cild 5, iş vərəqə 51-53). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid28 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən Azərbaycan İslam Partiyasının Saatlı rayon komitəsinin sədridir. Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu 2015-ci ilin avqust ayından Azərbaycan İslam Partiyasının sədr əvəzidir, onunla da münasibətləri normal olmuşdur. Bakı şəhərində partiyanın ofisində keçirilən iclaslarında görüşmüş, başqa İlhamla heç bir əlaqəsi olmamışdır. Hər dəfə gələndə də ona 100 manat məbləğində pul verilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra 2015-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində hər ay ona 100-200 manat civarında pul göndərilməsini hallarını qismən təsdiq etmişdir (cild 4, iş vərəqə 144-146). Məhkəmədə şahid qismində dindirilmiş Şahid29 göstərdi ki, o, 2008-ci ildən Azərbaycan İslam Partiyasının formal olaraq Ağsu komitəsinin sədri işləyir. Türkçü olduğu üçün İranın rejimini qəbul etmirmiş, partiyada olduğu müddətdə iştirak etdiyi iclaslarda çox vaxt hansısa mövzu ətrafında partiya rəhbərliyinə daxil olan şəxslərlə mübahisələri olurmuş. Partiyanın adlarını xatırlamadığı elə üzvlərini görürmüş ki, həmin şəxslər daim İranın təbliğatını aparırmışlar, elə mənzərə yaranırmış ki, İran onlara desə ki, ölsünlər, onlar da öləcəklər. Onunla həmfikir olan rayon komitə sədri kimi Şahid23, Şahid10 adlarını çəkə bilər. Sonuncular da partiya rəhbərliyi ilə mübahisə edirmişlər. 2015-ci ilin avqust ayında Azərbaycan İslam partiyasının sədr əvəzi kimi seçilmiş Təqsirləndirilən şəxs2 tanıyır, sonuncunun partiyanın sədr əvəzi seçilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 sədr əvəzi seçildikdən sonra hər ay ona 50-100 manat arası pul verilmişdir. Pulu verən isə partiyanın üzvü Hacı Şahid20 olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid30 göstərdi ki, o, 2016-cı ilin sonundan 2020-ci ilin fevral ayının sonunadək Azərbaycan İslam partiyasının mətbu orqanı olan «İslamın səsi» saytında müxbir işləmişdir. 2016-cı ildə o əvvəllər «İslamın səsi» saytında işləmiş Xəyal Qasımovun təklifi ilə həmin saytda müxbir qismində işə başladıqdan sonra bilmişdir ki, sayt Azərbaycan İslam Partiyasının mətbu orqanıdır. Müxbir kimi vəzifəsi ölkə xəbərlərini saytda yerləşdirməkdən ibarət olmuşdur. Onunla bərabər Şahid16 və Şahid15 işləmişdir. «İslamın səsi» saytında işlədiyi müddətdə ona aylıq 600 -750 manat civarında pul verilmişdir. Pulu ona Şahid16 vermişdir. 600 manat əmək haqqısı olmuş, gecə növbəsinə çıxdığı təqdirdə isə ona əlavə olaraq 100-150 manat pul verilmişdir. Pulu alarkən də heç bir sənədə imza etməmişdir. Dinidirilməsindən təxminən 3-4 gün əvvəl Şahid16 onunla əlaqə saxlayaraq 2020-ci ilin fevral ayının pulunun onda olduğunu ona demişdir. O da Şahid16 xahiş etmişdir ki, 400 manat pulunu bank kartına köçürsün. Şahid16 də onun fevral ayının pulu olan 400 manatını kartına yükləmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi qiyabi olaraq tanıyır, onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid31 göstərdi ki, o, 1991-ci ildən təxminən 2002-ci ilə qədər İran İslam Respublikasının Qum şəhərində Höccətiyyə mədrəsəsində ilahiyyat fakültəsində bakalavr, magistr, aspirantura və doktorantura pillələri üzrə təhsil almışdır. İlahiyyat elmləri üzrə elmi iş müdafiə edərək fəlsəfə doktoru olmuşdur. Həmin müddətdə əsasən İranda yaşamış, Azərbaycana da mütəmadi olaraq gəlib getmişdir. Əslən Binə qəsəbəsindən olan Təqsirləndirilən şəxs2 ilə Höccətiyyə mədrəsəsində bərabər təhsil almışlar. Tələbə yoldaşı kimi münasibəti olmuş, çox yaxın dost kimi münasibəti olmamışdır. Hacı İlhamla xeyirdə-şərdə, yaxud ehsan süfrələrində görüşmüşdür. Lakin mütəmadi olaraq əlaqə saxlamamış və görüşməmişlər. Bir neçə il əvvəl eşitmişdir ki, Hacı İlham Azərbaycan İslam Partiyasının sədr əvəzi seçilib. Lakin o, İslam Partiyasının üzvü olmamış, ofisinə getməmişdir. Hacı İlhamdan başqa İslam Partiyasında sürücü işləyən Seyid Samir adlı şəxsi tanıyır. Seyid Samir 2019-cu ilin sonları və 2020-ci ilin əvvəllərində cəmi təxminən 4 ay müddətində səhhəti ilə əlaqədar ona yardım kimi aylıq 200 manat məbləğində pul vermişdir. O, həmin qaydada, təxminən 800 manata yaxın pul almışdır. Həmin pulun haradan gəldiyini soruşmamışdır . Məhkəmədə şahid qismində dindirilmiş Şahid32 göstərdi ki, o, 2014-cü ilin oktyabr ayında əvvəllər Azərbaycan İslam Partiyasının Qadınlar şurasında işləmiş Ülkər adlı xanımın vasitəsilə Azərbaycan İslam Partiyasına gəlmiş, partiyanın Gənclər komitəsinin sədr müavini olmuşdur. 2015-ci ilin avqust ayında birdən birə partiya rəhbərliyində dəyişiklik baş vermiş və partiyaya sədrlik Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilməyə başlamışdır. İlhamın partiya sədri seçilməsi hadisəsi qəfləti olmuşdur. O özü də həmin hadisəyə daxilndə etiraz etmişdir ki, necə olar bilər ki, partiyada hər hansı seçki olmadan, Baş Məclis çağırılmadan partiya sədrinin kimliyini elan edirlər. Təqsirləndirilən şəxs2 partiya sədri kimi təqdimatı olmuş və hamıya elan etmişlər ki, o gündən partiyanın sədr əvəzi Təqsirləndirilən şəxs2dir. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi fəaliyyətə başlamasından 2020-ci ilin fevral ayının sonunadək, yəni tutulanadək olan müddət ərzində partiyanın Gənclər Komitəsinin sədr müavini kimi hər ay ona 500 manat pul vermiş, pulun alınmasına dair isə heç bir sənədi imzalamamışdır. İlhamla bir partiya sədrinin əvəzi kimi münasibəti normal olub və İlham ona hər zaman hörmət-izzətlə yanaşıb. 2016-cı ildə «Milli-Mənəvi İnkişaf və Həmrəylik» adlı ictimai birlik təsis etmiş və dövlət qeydiyyatına alınması üçün Ədliyyə nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirliyinə etdiyi müraciətlərə hər dəfə hansısa sənədin çatışmaması səbəbini göstərməklə dövlət qeydiyyatına alınmasından imtina edirmişlər. İctimai birlik üçün ofis də icarəyə götürmüş, ilk ofisi Bakı şəhərində metronun «Nizami» stansiyasının yaxınlığındakı, digəri isə «Dostluq» kinoteatrının yaxınlığındakı kirayələdiyi mənzillərdə olmuşdur. Həmin mənzillərdən birinicsinin kirayə haqqı 400 manat, ikincisinin isə 500 manat olmuşdur. 2018-ci ildə o Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, ona kirayə haqlarının verilməsində köməklik etsin. İlham da ona etiraz etməmiş və ona 2018-ci ilin 6-7 ayı ərzində pul vermişdir. İctimai birliyin idman istiqamətindəki fəaliyyəti olaraq «Bədr» futbol komandası da yaratmış, ilk vaxtlarda maliyyə cəhətdən çətinliyi ollmuş və İlhamdan maliyyə köməkliyinin göstərilməsini xahiş etmişdir. İlham da həmin komandanın maliyyələşməsini həyata keçirib. Təqsirləndirilən şəxs2 2020-ci ilin fevral ayında həbs olunduğu üçün onun fevral ayı üçün əmək haqqısı verilməmişdir. Lakin dindirilməmişdən bir neçə gün əvvəl partiyanın sürücüsü Samir Həsənağa oğlu ona zəng edərək görüşə çağırmış və əmək haqqısı olan 500 manat pulu vermişdir. O Samirdən pulu kimdən və haradan aldığını soruşduqda, sonuncu ona cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid33 göstərdi ki, o, 2006-2013-cü illərdə Azərbaycan Yaşıllar partiyasının həmsədri olmuş, partiya sədri olaraq isə siyasi fəaliyyətini 2011-ci ildə dayandırmışdır. Dayandırsa da 2013-cü ildə Prezident seçkiləri ərəfəsində Azərbaycan Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçki qərargahının sədri olmuş, seçkilər qurtarana qədər siyasi fəaliyyətlə məşğul olmuşdur. Seçki qəragahı olduğu müddətdə o Azərbaycan İslam partiyasının üzvü olan Şahid2la tanış olmuş və onun vasitəsilə o vaxt İslam partiyasının sədr əvəzi Elçin Manafovla tanış olmuşdur. Həmin ərəfədə İslam partiyasının bir qismi Ədalət Partiyasının yaratdığı Vətən Blokuna daxil olmuş, digər üzvləri isə Milli Şuraya daxil olmuşlar. İslam Partiyasının üzvləri arasında da fikir ayrılıqları olmuşdur. Həmin ərəfədə Şahid2la münasibəti yaranmışdır. Şahid2 da biləndə ki, onun ünvan 16 ünvanında yerləşən bir evi vardır və həmin evi kirayəyə verir, ondan xahiş etmişdir ki, «Yeni Nəbz» qəzetinin ofisi üçün həmin evi kirayəyə versin. O da Şahid2 təklifi ilə razılaşmışdır. 2015-ci ilin dekabr ayının 15-dən 2017-ci ilin ortalarınadək olan müddət ərzində həmin ünvanda yerləşən evi qəzet üçün icarəyə vermişdir. İcarə haqqı 500 manat təşkil etmişdir. Hər ay da pulu ona Şahid2 vermişdir. Lakin 2017-ci ilin ortalarında Şahid2gil evdən çıxmışlar və təxminən bir il ərzində orada heç kim qalmamışdır. O həmin həmin evi yüngülcə təmir etmiş və sonradan Şahid2 yenidən ondan xahiş etmişdir ki, evi yenidən qəzet üçün kirayəyə versin. O da razılaşmışdır. Yenə də icarə haqqı 500 manat təşkil etmişdir ki, həmin pulu da ona hər ay Şahid2 vermişdir. 2020ci ilin mart ayının əvvəllərində Şahid2 eşitmişdir ki, ofisdə axtarış keçirilib, İslam partityasının sədr əvəzi tutulub. O qəti olaraq Şahid2 bildirmişdir ki, ofisdən çıxsınlar. Onsuz da Akifə deyibmiş ki, may ayında qızı Ukraynadan gəlir və onların qalmağa yerləri yoxdur. Təqsirləndirilən şəxs2 Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi qiyabi olaraq tanımış, onunla şəxsi tanışlığı olmamışdır. İfadəsinin sonunda o, mülkiyyətində olan mənzilin icarəyə verilməsi ilə bağlı 13 noyabr 2018-ci il tarixli müqavilənin surətini istintaq orqanına təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid34 ifadəsində göstərmişdir ki, o, Ayaz və Əfqan Abbasovlar onun oğlanlarıdır, hər ikisi 2012-ci ildən həbsdədirlər, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilərək məhkum olunublar, Ayaza 10, Əfqana isə 11 il iş veriblər. Azərbaycan İslam Partiyasının sədr əvəzi, hazırda həbsdə olan Təqsirləndirilən şəxs2 qiyabi olaraq tanıyır, bildiyi qədər İlham 2015-ci ilin avqust ayından İslam Partiyasının sədr əvəzidir. X74 deyə müraciət edirlər. İlhamın partiya sədri olduğu dövrdə hər ay onların ailəsinə, yəni Ayaz və Əfqanın ailəsinə pul veriblər. Ayaz üçün 400, Əfqan üçün isə 600 manat verilib. Pulu ona Azərbaycan İslam Partiyasının “Qadınlar Şura”sının sədri Norəstə İbrahimova gətirib çatdırırmış. Onun özünə də ayda 100 manat verirmişlər. Hər ay Norəstə İbrahimova ona 2000-3100 manat civarında pul verib və o da həmin pulu almağı ilə bağlı Norəstə xanıma qəbz yazmışdır. Ayaz və Əfqandan başqa da digər onlarla birlikdə həbs olunmuş şəxslərə də pul ayrılırmış və həmin məhkum olunmuş şəxslərin ailə üzvləri gəlib pulu ondan götürürmüşlər. Həmin məhkum olunmuş şəxslər aşağıdakılardır: Zülfüqarov Rövşən, Həbibov Ceyhun, Həşimov Bəhrəm, Zülfüqarov Rövşən, Ağayev Mirələsgər. Həmin şəxslər də dövlətə xəyanət maddəsi ilə məhkum olunublar. Norəstə İbrahimovanın hər ay verdiyi puldan 400 manatı Rövşən Zülfüqarov, 400 manat Mirələsgərin, 400 manatı Bəhram Həşimovun, 400 manat Mübariz Əliyev, 400 manat Ceyhun Həbibovun ailə üzvlərinə vermişdir. Rövşənin pulunu arvadı Nazilə xanım, Mirələsgərin pulunu arvadı Nigar xanım, Bəhramın pulunu qayınatası, Mübarizin pulunu arvadı Lalə xanım, Ceyhunun pulunu Mirələsgərin arvadı aparır. Ceyhunun arvadı da pulu Mirələsgərin arvadından götürür. 2020-ci ilin fevral ayından pulların verilməsi dayandırılıb. Səbəbini bilmir, Norəstə xanım da konkret bir fikir ona bildirməyib. 2020-ci ilin mart ayında eşitmişdir ki, İslam Partiyasının sədr əvəzi Təqsirləndirilən şəxs2 həbs olunub, nəyə görə həbs olunmasını isə bilmir. Nəzərdən keçirmək üçün ona təqdim olunmuş 07.09.2016-cı il tarixli kağız parçalarının üzərindəki yazıları özünün yazdığını, yazı xəttinin və imzanın onun özünün olduğunu, kağız parçalarındakı qeydlərin Norəstə İbrahimovadan aldığı pullara dair qəbzlərin olduğunu bildirmişdir. Qəbzləri yazıb Norəstə xanıma vermişdir (cild 5, iş vərəqə 215-218). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Fotoşəkil üzrə tanıma haqqında 04 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu - «SEPAH»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı X68 Hosseinin fotoşəkilini tanıyaraq həmin şəxsin Azərbaycan İslam Partiyasının sədri Təqsirləndirilən şəxs2 göstərişi və tapşırıqları əsasında Bakı şəhərində metronun «Nəsimi» və «Qara Qarayev» stansiyalarının yaxınlığında 27 fevral 2020-ci il tarixdə saat 20 radələrində DTX tərəfindən saxlanıldığı ərazilərdə görüşdüyü və Hacı İlhama çatdırmaq üçün bağlamada ABŞ dolları ilə pul vəsaitlərini ona verən 2-ci iranlı olduğunu bildirmişdir (cild 3, iş vərəqə 92-95). Fotoşəkil üzrə tanıma haqqında 04 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu - «SEPAH»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı X55 fotoşəkili tanıyaraq həmin şəxsin Azərbaycan İslam Partiyasının sədri Təqsirləndirilən şəxs2 göstərişi və tapşırıqları əsasında Bakı şəhərində metronun «Nəsimi» stansiyasının yaxınlığında və metronun «Qara Qarayev» stansiyasının yaxınlığında 27 fevral 2020-ci il tarixdə saat 20 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı ərazilərdə görüşdüyü və Hacı İlhama çatdırmaq üçün bağlamada ABŞ dolları ilə pul vəsaitlərini ona verən 3-cü iranlı olduğunu bildirmişdir (cild 3, iş vərəqə 96-99). Fotoşəkil üzrə tanıma haqqında 20 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı X42 Hosseinin fotoşəkilini tanıyaraq həmin şəxsin Azərbaycan İslam Partiyasının sədri Təqsirləndirilən şəxs2 göstərişi və tapşırıqları əsasında qabaqkı dövrdən başlayaraq Bakı şəhərində metronun «Nəsimi», «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığında görüşdüyü və Hacı İlhama çatdırmaq üçün bağlamada ABŞ dolları ilə pul vəsaitlərini ona verən 1-ci iranlı olduğunu bildirmişdir (cild 4, iş vərəqə 258-261). Fotoşəkil üzrə tanıma haqqında 17 aprel 2020-ci il tarixli həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH»ın əməkdaşı X56 Əlinin fotoşəkilini tanıyaraq həmin şəxsin ifadəsində göstərdiyi Rza adlı şəxs olduğunu bildirmişdir (cild 4, iş vərəqə 5-8). Fotoşəkil üzrə tanıma haqqında 18 aprel 2020-ci il tarixli protokoldan görünür ki, ih=ş üzrə şahid - Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid14 Kəbləğa oğlu ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu - «SEPAH»ın əməkdaşı X56 Əlinin fotoşəkilini tanıyaraq həmin şəxsin İranın xüsusi xidmət orqanı olan «Sepah»ın əməkdaşı Əlirza Xosrəvi olduğunu və onun barəsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir (cild 4, iş vərəqə 14-17). Fotoşəkil üzrə tanıma haqqında 13 may 2020-ci il tarixli protokoldan görünür ki, şahid X6 ona təqdim olunmuş fotoşəkillərin arasından İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH»ın əməkdaşı X56 Əlinin fotoşəkilini tanıyaraq onun barəsində verdiyi ifadəsini təsdiq etmişdir (cild 4, iş vərəqə 115-118). Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini özündə ehtiva edən məhkəmə qərarı əsasında güdülərək aparılmış onun xarici xüsusi xidmət orqanının əməkdaşı ilə konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində əvvəlcədən razılaşdırılmış yerlərdə video görüşləri əks etdirən və istintaqa 28 fevral 2020-ci il tarixli 7-490 №-li məktubla təqdim edilmiş CD diskə keçirilmiş 13 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, CD diskin içərisində 2 ədəd video çəkiliş vardır. Birinci video çəkilişdə Təqsirləndirilən şəxs1 30 oktyabr 2019-cu il tarixdə saat 20:28 dəqiqədə xarici xüsusi xidmət orqanı əməkdaşı 20 may 1979-cu il təvəllüdlü X58 ilə qabaqcadan müəyyən edikləri məxfi görüş yerinə gəlməsi müşahidə edilir. Təqsirləndirilən şəxs1 nəzərdə tutulmuş görüş yerinə gələn zaman əlindəki çərəzi yeyərək sağ və sol istiqamətlərə nəzər yetirir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə görüş yerində irəli və geriyə hərəkət edərək dövr edir və ətrafı müşahidə edərək X40 gəlməsini gözləyir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafda hərəkət edən şəxslərə diqqətli şəkildə nəzər yetirir və gözləməyə davam edir. Sonuncu bir neçə dəfə də hadisə yerində dövr elədikdən sonra sabit nöqtədə duraraq əlindəki təsbehi fırladır və ətrafı müşahidə edir. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs1 qol saatına nəzər yetirərək X40 görüşə gəlməməsi səbəbindən saat 21:38 dəqiqədə idarə etdiyi avtomaşına əyləşərək hadisə yerini tərk edir. İkinci video çəkilişdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı pərdəsi altında fəaliyyət göstərən, əslində isə İran İslam Respublikasının xüsusi xidmət orqanı İran X12 Korpusu – «SEPAH»ın İranın Azərbaycandakı səfirliyinin daxili rezidenturasının əməkdaşı olan 20 may 1979-cu il təvəllüdlü X40 31 oktyabr 2019-cu il tarixdə saat 21:06 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan müəyyən etdikləri məxfi görüş yerinə gəlməsi müşahidə edilir. Xarici xüsusi xidmət orqanı əməkdaşı X58 ilk öncə qabaqcadan müəyyən edilmiş görüş yerinə gələrək saat 21:07 dəqiqədə bir neçə dəfə sağ və sol tərəfə baxaraq müşahidə aparır, daha sonra geriyə dönərək irəliləyir və sol cinahdan Təqsirləndirilən şəxs1 gəlməli olduğu hərəkət trayektoriyası istiqamətində baxdıqdan sonra Təqsirləndirilən şəxs1 gəlmədiyini görür, eləcə də qol saatına nəzər yetirərək görüş yerindən uzaqlaşmağa başlayır. X58 nəzərdə tutulmuş görüş yerindən uzaqlaşan zaman arxadan bir nəfərin gəldiyini görür və yenidən bir neçə dəfə geriyə boylanaraq Təqsirləndirilən şəxs1 gəlməli olduğu hərəkət trayektoriyası istiqamətinə nəzər yetirir. X58 nəzərdə tutulmuş görüş yerindən asta addımlarla uzaqlaşır və saat 21:09 dəqiqədə həmin ərazini tərk edir. Sonuncu hadisə yerindən uzaqlaşan zaman ətrafa nəzər yetirir və oradakı aidiyyəti olmayan şəxsləri diqqətli şəkildə müşahidə edir. 30 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntü nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs1 təqdim olunduqda o, videogörüntüyə baxaraq oradakı şəxsin özünün olduğunu, həmin görüntünü Bakı şəhərində metronun “Nəsimi” stansiyasının yaxınlığında adını bilmədiyi iranlı ilə qabaqcadan razılaşdıqları görüş məntəqəsində çəkildiyini, həmin iranlının adını bilmədiyini, lakin həmin şəxsin görüşdüyü 3-cü iranlı olduğunu, həmin video görüntüdə hacı İlhama çatdıracağı pulu təhvil almaq üçün iranlı ilə görüşmək məqsədilə metronun “Nəsimi” stansiyasının yaxınlığına getdiyini, lakin iranlı görüşə gəlmədiyi üçün bir qədər gözlədikdən sonra oranı tərk etdiyini bildirmişdir. 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntü nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs1 təqdim olunduqda o, oradakı şəxsin görüşdüyü 3-cü iranlı olduğunu, həmin iranlının onunla görüşmək üçün qabaqcadan razılaşdırdıqları yerə, metronun “Nəsimi” stansiyasının yaxınlığındakı görüş məntəqəsinə gəldiyini, lakin görüş vaxtını səhv saldıqları üçün o, görüşə gəlmədiyindən iranlının onun olmadığını görüb oranı tərk etdiyini bildirmişdir. Qeyd edir ki, əvvəlki videoda göründüyü kimi o, həmin vaxt görüş gününü səhv salaraq bir gün qabaq oraya getmişdir (cild 4, iş vərəqə 1-2). Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini özündə ehtiva edən məhkəmə qərarı əsasında güdülərək aparılmış onun xarici xüsusi xidmət orqanının əməkdaşı ilə konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində əvvəlcədən razılaşdırılmış yerlərdə video görüşləri əks etdirən və istintaqa 07 aprel 2020-ci il tarixli 7-746 №-li məktubla təqdim edilmiş CD diskə keçirilmiş 20 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, CD diskin içərisində 3 ədəd video çəkiliş vardır. Birinci video çəkilişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 01 noyabr 2019-cu il tarixdə saat 20:30 dəqiqədə İran İslam Respublikasının xüsusi xidmət orqanı İran X12 Korpusu - «SEPAH»ın əməkdaşı X58 ilə qabaqcadan müəyyən edikləri məxfi görüş yerinə gəlməsi müşahidə edilir. Təqsirləndirilən şəxs1 nəzərdə tutulmuş görüş yerinə gələn zaman üzərindəki gödəkcənin sol cibindən çıxardığı çərəzi yeyərək sağ və sol istiqamətlərə nəzər yetirir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə görüş yerində irəli və geriyə hərəkət edərək dövr edir və ətrafı müşahidə edərək X40 gəlməsini gözləyir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafda hərəkət edən şəxslərə diqqətli şəkildə nəzər yetirir və gözləməyə davam edir. Sonuncu bir neçə dəfə də hadisə yerində dövr elədikdən sonra sabit nöqtədə duraraq əlindəki təsbehi fırladır və ətrafı müşahidə edir. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs1 qol saatına nəzər yetirərək X40 görüşə gəlməməsi səbəbindən saat 20:41 dəqiqədə hadisə yerini tərk edir. İkinci video çəkilişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 03 noyabr 2019-cu il tarixdə saat 20:08 dəqiqədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı pərdəsi altında fəaliyyət göstərən, əslində isə xüsusi xidmət orqanı İran X12 Korpusu - «SEPAH»ın İranın Azərbaycandakı səfirliyinin daxili rezidenturasının əməkdaşı olan X58 ilə qabaqcadan müəyyən edikləri məxfi görüş yerinə gəlməsi müşahidə edilir. Təqsirləndirilən şəxs1 nəzərdə tutulmuş görüş yerinə gəldikdən sonra bir neçə dəfə ətrafa boylanaraq müşahidə aparır və X40 gəlməsini gözləyir. Təqsirləndirilən şəxs1 bir dəqiqə hadisə yerində müşahidə apardıqdan sonra X40 görüşə gəlməməsi səbəbindən saat 20:09 dəqiqədə hadisə yerini tərk edir. Üçüncü video çəkilişə baxış keçirilən zaman İran İslam Respublikasının xüsusi xidmət orqanı İran X12 Korpusu - «SEPAH»ın əməkdaşı olan X40 27 fevral 2020-ci il tarixdə saat 20:02 dəqiqədə qabaqcadan məxfi görüş keçirilməsi üçün razılaşdırılmış ərazidə irəliləməsi və təxminən 5 saniyə sonra iş üzrə Təqsirləndirilən şəxs1 X40 ardınca getməsi müşahidə edilir. 01 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntü nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs1 təqdim olunduqda o, videogörüntüyə baxaraq oradakı şəxsin özünün olduğunu, həmin görüntünün metronun “Nəsimi” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alındığını, həmin vaxtı iranlının verəcəyi içərisində pul olan zərfi təhvil almaq üçün görüş məntəqəsinə gəldiyini, lakin iranlı görüş yerinə gəlmədiyindən həmin yeri tərk etdiyini, bir neçə dəfə iranlı ilə görüş günlərini səhv saldıqlarını və görüşlərinin baş tutmadığını, hər dəfə görüşən zaman iranlının ona növbəti ayın hansısa günü harada görüşəcəklərini dediyini, ola bilsin ki, həmin günləri bəzən səhv saldığını və onların görüşləri videoda göründüyü kimi baş tutmadığını, lakin iranlı ilə razılıqlarına əsasən görüşləri baş tutmadığı halda bir gündən bir həmin vaxtda və həmin yerdə olmalı və bir-birilərini tapmalı olduqlarını bildirmişdir. 03 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntü nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs1 təqdim olunduqda o, video görüntüdəki şəxsin özünün olduğunu, həmin görüntünün metronun “Qara Qarayev” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alındığını, orada İranlının gəlməsini gözlədyini, lakin sonuncu oraya gəlmədiyindən qısa müddətdə oranı tərk etdiyini, aralarında olan razılığa əsasən bir-biriləri ilə görüşən zaman görüş məntəqəsində 10 dəqiqə gözləməli, hər hansı biri gəlmədiyi təqdirdə 10 dəqiqədən sonra oranı tərk etməli olduqlarını, bəzi hallarda iranlını görüş yerində 10 dəqiqədən artıq da gözlədiyini bildirmişdir. 27 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeydə alınmış video görüntü nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs1 təqdim olunduqda o, bildirmişdir ki, video görüntüdə qeydə alınmış birinci şəxs görüşdüyü 3-cü iranlı, sonuncunun arxasınca hərkət edən isə onun özüdür. Həmin görüntü Bakı şəhərində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında iranlı ilə qabaqcadan razılaşdırdıqları görüş məntəqəsində qeydə alınmışdır. Əksər hallarda iranlı özünü ona göstərmək üçün onun yanından keçib özünü ona göstərib təxminən 20-30 metr irəliləyirmiş, o da iranlının ardı ilə hərəkət edib onun durduğu yerdə sonuncuya yaxınlaşıb görüş keçirmişdir. Həmin videoda iranlı özünü ona göstərib irəliləyir, o da onun arxası ilə hərəkət edir. Daha sonra o, həmin iranlı ilə görüş keçirib eyni qaydada verdiyi içərisində pul olan zərfi təhvil alıb Hacı İlhama çatdırmaq üçün avtomaşınına gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra keçirilmiş baxış zamanı iranlı tərəfindən ona verilmiş zərfin içərisindən 16000 ABŞ dolları aşkar edilərək götürülmüşdür (cild 4, iş vərəqə 23-24). Təqsirləndirilən şəxs1 üzərinə və yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış protokolundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı İran X12 Korpusu - «SEPAH»la məxfi əməkdaşlıq edən Təqsirləndirilən şəxs1 qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam partiyasının sədr əvəzi Təqsirləndirilən şəxs2 «Sepah» tərəfindən göndərilən maliyyə vəsaitini təhvil alıb ona çatdırmaq məqsədilə ünvan 6 ünvanında İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı, səfirliyin mətbuat xidmətinin əməkdaşı pərdəsi altında fəaliyyət göstərən «Sepah» əməkdaşı X58 ilə 27 fevral 2020-ci il tarixdə saat 19:50 radələrində növbəti dəfə görüşəcəkləri barədə daxil olmuş əməliyyat əsasında məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 20:00 radələrində iran kəşfiyyatçısı ilə görüşərək ondan bir ədəd kağız bükülünü alıb idarə etdiyi avtomaşına əyləşərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan əşya və sənədləri təqdim etməsi təklif edildikdə, o əynindəki gödəkçənin yuxarı sağ iç cibindən 1 ədəd yapışdırıcı lentlə əhatə olunmuş kağız bükülünü çıxardaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təqdim etmişdir. Baxışın sonunda bükülü açılaraq sayılmış və orada 16 min ABŞ dolları məbləğində pul vəsaitinin olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 38-41). Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və qeydiyyatı ləğv edilmiş «Azərbaycan İslam Partiyası» adlı təşkilatın yerləşdiyi ünvan 17 ünvanında keçirilmiş 27 fevral 2020-ci il tarixli baxış protokollardan görünür ki, baxış zamanı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Sepah» tərəfindən verilmiş külli miqdarda vəsaitlərin bölüşdürülməsini özündə əks etdirən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin adları qeyd olunmuş əlyazmalar, sənədlər, qeyd kitabçası və iş üçün əhəmiyyət kəsb edən digər əşya və predmetlər aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 47-50, 52-54). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 01 iyun 2020-cı il tarixli 4/229 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli qeyd kitabçanın şərti olaraq rəqəmlənmiş 151-ci səhifəsindəki «8500(26.01.2020)» əlyazmaların, şərti olaraq rəqəmlənmiş 193-cü səhifəsindəki «Meşdağa-2000 $ (2015 noyabr)+2000(2016,2.8)= 0 (ödənilib) +2000(17.6.2016)+2000(13.9.2016)+2000 (24.1.2017)+2000(9.06.2017)+2000(12.12.2017), Hə. 5000+2000 (2016.4.əvvəli)+1500 (v.2016)+1500 (8.9.2016)+3000m (8.12.2016)-4200 m (17.9.2017), Əliyulla -1400 (Bahadirə)+700 şoferə+300 özümə (25.4.2016)-1000$- 1400$+2000$(24.5.2016)+700$(27.5.2016)=4100, Elgün Masallı -300+300+(200?)+300(14.5.2016)+550(29.12.2016) tamam oldu» əlyazmaların, şərti olaraq rəqəmlənmiş 233-cü səhifəsindəki «Kər 22000-800(10.6.2017)-800 (20.7.2017)- 800(18.8.2017)- 800(11.9.2017) -800(27.10.2017)+800 (28.11.2017)-800 (28.12.2017)-800 (26.1.2017)-800(27.4.2018)-800(30.5.2018)-800 (30.6.2018)-800 (30.7.2018)-800 (30.8.2018)-800 (4.10.2018)- 800 (4.11.2018)- 800 (5.12.2018)-800 (10.1.2019)-800 (5.2.2019)-800(7.03.2019)=15200», Kər. 10840 (19.8.2017 verildi)-350 (25.9.2017)+300 (27.10.2017)+350 (28.11.2017)-300 (28.12.2017)-350 (26.1.2017)+350 (27.4.2018)-350 (30.5.2018)-350 (30.06.2018)-350 (30.07.2018)-350 (30.08.2018)-350 (4.10.2018)-350 (4.11.2018)-350 (5.12.2018)-350 (10.1.2019)-350 (5.2.2019)-350 (7.3.2019)-200 (18.6.2019) 5700» əlyazmalar, şərti olaraq rəqəmlənmiş 234-cü səhifəsindəki «Ev 43800 Kirayə +550 (27.4.2018)- 500 (30.05.2018)-550 (30.06.2018)-500 (30.07.2018)-500 (30.08.2018)-550 (4.10.2018)- 500 (4.11.2018)-550 (5.12.2018)-50 (10.1.2019)---5.2.2019---500 (3.5.2019) 500 (18.6.2019) 5.700------, (6.8.2019)-500---500(22.12.2019) əlyazmalar, şərti olaraq rəqəmlənmiş 271-ci səhifəsindəki «Tural Faktxəbər 2000 (8.12.2017 verildi)-300 (27.12.2017)-1700-200 (30.1.2018)=1500-200=1300 (27.1.2018)+100 (14.3.2018)-100=1200 (1.5.2018)-100=1100 (4.6.2018), Müdərris+500-150=350+500 (8.1.2018)=850-150 (17.1.2018)-700+500 (7.2.2017)=1200-150 (21.2.2018)=1050-150 (İV.5.2018)=900-150=750 (18.4.2018) - (18.6.2018) = 600 – 150 = 450 (16.7.2018)» əlyazmalarn, şərti olaraq rəqəmlənmiş 272-ci səhifəsindəki «01 2015,11,24, 1) 40 qaz (100$ elmar ofis üçün), 2) 20 sahə müvəkkili, 3) 82 –kər natiq (mətbəx üçün), 4)20 ət, 5) vüqar sumqayıt (1378 mövlud üçün borcu), 6) 300 m seyid samir 2- ay ev üçün, 7) 15 m Emil ofis üçün telefon, 8) 6 m 50q. Ataməli ofis məslələri, 9)1000 seyid Samir (2 ay), 10 ) 20 Emil yeni ofis komendat, 11) 41 Emil ofis üçün ləvazimat alınıb, 12 ) 50m bibiyə maaşında hesab olunacaq, 13) 100 m Xalid maaşında hesab olunacaq, 15) 300 Ebül (ruçkalar üçün beh), 17 )Kamran 300 m (Sumqayıt), 18 ) 100$ Elmar (qəzet paylayışı üçün)» əlyazmalar, şərti olaraq rəqəmlənmiş 273-cü səhifəsindəki «Kər Elmar – 2000 borc (3.4.2016) ayda 200 qaytaracaq, Kər Elmar 3000$ borc (5.4.2016)-ayda 300 qaytaracaq, 3000- 300=2700-300=2400-300=2100-300=1800-300=1500-300=1200-300=900-300=600 300=300-300 (2.2.2017) tamam oldu» «Samid 1500 (sayt)-1000$ =1500 (27.6.2016 veriən tarix)-100 (v.2016, ayda 100 çıxacaq)-100 (30.7.2016) -100(1.9.2016)-100 (29.9.2016) – 100 (3.11.2016) – 100 (3.12.2016) – 100 (26.12.2016) -100 (31.1.2017)» əlyazmalar, şərti olaraq rəqəmlənmiş 274-cü səhifəsindəki «X71, Ha Eldar (binə), Ha Vasif (buzovna), Ha Elşən (maştağa), Ha Baloğlan, Ha Vaqif, Ha Elman (türkan), Ha Nasir (nardaran), Ha Nail (novxanı), Ha Səxavət (Hövsan), elcə də «Kər.Elmar -500 verilib» sözləri ilə başlayan «22.1.2020» yazıları ilə qurtaran» əlyazmalar, şərti olaraq rəqəmlənmiş 276-cı səhifəsindəki «Müdərris -1000 m (verildi)-1500=850- 170=680-180=500 (6.12.2016)-200=300 (28.12.2016), Gəncə 500-200, Seyid Şofer-300, Müşviq 200 ayda çıxarsan 2 dəfəyə -100 verdi-100 verdi, Tural fakt 200, Gəncə Ceyhun 2500 (3.8.2017)-Rəşada verildi» əlyazmalar, tədqiqata təqdim edilmiş üzərində müxtəlif qeydlərin yazıldığı 1 ədəd kağız parçası və «Komitələr» başlıqlı A4 formatlı vərəqdə olan üzərində «1.11.2019, 1.Fakt -4450, 2.Hə Fəyyaz-500, Xaliq-400, Namiq- 500+250+150, Natiq 300, Hə Akif 800, Yaşar 750+50 reklam, Müşviq-750, Fərman - 600+200, Seyid-500, Seyid ailəsi- 400, Fəraməz- 300, , Ruhullah-300, Dəyanət- 200, Ruşən- 200, Müdərris- 500, Ruhani-200, Ofis-600, Firdovsi-300, Həvi ailə-150, Rəşad- 500, Qaz-20, Norəstə-500+210+100+300+200, Kər Elmar-500, Fuad məllim-200, Həc Emil-500, Kər Vüqar-800 əlyazmalar, 24.1.2020, Növrəstə-2100+500+200+200, Aqil-4200, Fəyyaz- 500, Natiq -300, Xaliq -400, Rəşad-500, Namiq-500+250+150, Seyid şofer-500, Hə Akif -800, Kər Elmar - 500, Fuad-200, Sahə müvəkkili-20 (27.1.2020), Hə Emil-500, Kər İbayev-800, Müdərris- 500, Ruhani-200, Seyidin ailəsi-400, Dəyanət-200, Ruşən-200, Fərman-600+200, Müşviq- 700, Firdovsi-500, Həc üçün -300+150, Qaz-20 əlyazmalar, 11.12.2019, Hə Akif-800, Nəriman-600+200, Kər Elmar-500+150, Rəşad-500, Namiq-500+250+150, Seyid şofer-500, Ofis-600, Seyidin ailəsi-400, Dəyanət-200, Fəraməz-300, Ruşən-200, Ruhulla-300, Mudərrəsi-500, Ruhani-200, Faktxəbər – 4000+200+100, Müşviq-700, Hə Emil-500, Firdovsi-500, Fuad məllim-200, Yaşar-200, Nərəstə-500-2100-200-200-100, Fəyyaz-500, Natiq-300, Xaliq-400, Qaz-20, İbayev-800, Məhbus-800, Sahə müvəkkili -20 (26.12.2019 və 1.1.2020, Faktxəbər 4200, Hə Akif 700+200 (100 xadimə), Namiq -500, Rəşad-500, Kər Elmar -500, Nəriman-600+200, Yaşar-700, Müşviq-700, Seyid-500, Ruhulla -300, Seyidin ailəsi-400, Dəyanət-200, Fəraməz-400, Ruşən-200, Müdərris-500, Ruhani 200, Nörəstə-500-2100-200+200, Hə Fəyyaz 500, Xaliq -400, İbayev 800++, Emil-500, Ofis -800» əlyazamaların, eləcə də tədqiqata təqdim edilmiş “Komitələr” başlıqlı A4 formatlı vərəqdəki «Samux – Əbülfət, Goranboy – Şaban (ruhani), Şəmkir – Elmar, Mingəçevir – Elsevər, Ağcabədi – Vuqar, Siyəzən – 14.3.2018, Yevlax, 1.4.2017, 1.5, 1.6.2017, 1.7.2017, 1.8.2017, 1.9.2017, 1.10.2017, 1.11.2017, 1.1.2018, 1.2.2018, 1.3.2018, 1.4.2018, 1.5.2018, 1.6.2018, 1.7.2018» əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir (cild 5, iş vərəqə 119-124). İş üzrə Şahid1 təqdim etdiyi üzərində «18,5,2016, Solmaz xanım – 100, Abbasov Əfqan – 600, Abbasov Ayaz – 400 oğul 1.100, Zülfüqarov Rövşən – 400, Ağayev Mirələsgər – 400, Qasımov Seymur – 400, Haşımov Bəhram – 400, Əliyev Mübariz – 400, Həbibov Ceyhun – 400, Məmmədov Şahin – 400, 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kiçik ölçülü kağız parçası ilə bağlı təyin edilərək keçirilmiş ekspertiza üzrə 17 iyun 2020-cı il tarixli 4/285 №-li ekspert rəyindən görünür ki, üzündə «Solmaz xanım - 100….» sözləri ilə başlayıb, arxa tərəfində «…… Badamtar» sözü ilə bitən 9 sm x 13 sm ölçülü vərəqdəki əlyazmalar Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir (cild 5, iş vərəqə 176-179). Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli qeyd kitabçası, üzərində müxtəlif qeydlərin yazıldığı 1 ədəd kağız parçası və «Komitələr» başlıqlı A4 formatlı vərəq iş üzrə maddi sübut kimi tanınmışdır (cild 5, iş vərəqə 204-206). Şahid1 təqdim etdiyi üzərində «18,5,2016, Solmaz xanım – 100, Abbasov Əfqan – 600, Abbasov Ayaz – 400 oğul 1.100, Zülfüqarov Rövşən – 400, Ağayev Mirələsgər – 400, Qasımov Seymur – 400, Haşımov Bəhram – 400, Əliyev Mübariz – 400, Həbibov Ceyhun – 400, Məmmədov Şahin – 400, 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kiçik ölçülü kağız parçası iş üzrə maddi sübut kimi tanınmışdır (cild 5, iş vərəqə 207-208). Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı oradan yanaşı aşkar edilərək götürülmüş 1 ədəd «Nokia» və 1 ədəd «Samsung» markalı mobil telefon aparatları, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və sədr əvəzi olduğu qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının ünvan 18 ünvanında yerləşən ofisində keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 3 ədəd sistem bloku, 1 ədəd «Toshiba» markalı noutbuk kompyuteri, «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsilə həyata keçirilmiş surətli pul köçürmələrinə dair qəbzlər, üzərilərində müxtəlif qeydlər aparılmış şərti olaraq 1-39 rəqəmləri ilə işarələnmiş A4 formatlı vərəqlər və kağız parçaları, həbs edilmiş İslamçıların hüquqlarının Müdafiə komitəsinin 7 ədəd boş blankı, Milli-Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyin nizamnaməsi, təşkilatın loqosunun mənasını bildirən saənədlər, «Milli- Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyinə aid 12 ədəd boş üzvülük blankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin 11.02.2016, 18.05.2016, 28.07.2016, 29.09.2016 və 21.12.2016-cı itl tarixli məktubları, «Yeni Nəbz» qəzetinin N 01(52) 09.01.2016, N 02(53) 14.01.2016, N 03(54) 22.01.2016, N 04(55) 28.01.2016, N 06(57) 11.02.2016, N 07(58) 18.02.2016, N 08(59) 25.02.2016, N 09(60) 03.03.2016, N 10(61) 10.03.2016, N 11(62) 17.03.2016, N 12(63) 31.03.2016, N 13(64) 07.04.2016, N 14(65) 14.04.2016, N 15(66) 21.04.2016, N 16(67) 28.04.2016, N 18(69) 12.05.2016, N 23(74) 16.06.2016, N 24(75) 23.06.2016, N 25(76) 30.06.2016, N 26(77) 06.07.2016, N 27(78) 14.07.2016, N 30(81) 01.09.2016, N 32(83) 22.09.2016, N 33(84) 29.09.2016, N 34(85) 06.10.2016, N 35(86) 13.10.2016, N 36(87) 20.10.2016 və N 37(88) 03.11.2016-cı il tarixli nüsxələri, “Yeni Nəbz” qəzetinin ayrı-ayrı tarixlərdə müxtəlif sayda tirajla çap olunmasını təsdiq edən kassa mədaxil orderinin qəbzləri və qaiməfakturalar iş üzrə maddi sübut kimi tanınmışdır (cild 6, iş vərəqə 162-163). 27 fevral 2020-ci il tarixdə cinayət başında yaxalanan Təqsirləndirilən şəxs1 götürülmüş 16 min ABŞ dolları məbləğində pul vəsaitləri iş üzrə maddi sübut kimi tanınmışdır (cild 6, iş vərəqə 171). Təqsirləndirilən şəxs2 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 25 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X12 Korpusu – «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara qəsdən kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq formasında dövlətə xəyanət cinayət əməllərini törətdiyi müddətdə İran İslam Respublikasına çoxsaylı səfərlər etmişdir (cild 6, iş vərəqə 77-80). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 03 iyun 2020-ci il tarixli 7-1224 nömrəli məktubla təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 14 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (cild 5, iş vərəqə 267-275). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 03 iyun 2020-ci il tarixli 7-1224 nömrəli məktubla təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 14 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (cild 5, iş vərəqə 276-278). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 avqust 2020-ci il tarixli 7-1745 nömrəli məktubla təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 18 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (cild 6, iş vərəqə 4-5). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 avqust 2020-ci il tarixli 7-1745 nömrəli məktubla təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 18 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (cild 6, iş vərəqə 6-7). Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən 23 may 2020-ci il tarixli 7-1139 nömrəli məktubla təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 25 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş həmin telefon nömrələri arasında çoxsaylı telefon danışıqları aparılmışdır (cild 6, iş vərəqə 17-27). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İİ Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 28 fevral 2020-ci il tarixli 7-490 №-li və 13 may 2020-ci il tarixli 7- 1036 №-li məktublardan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində metronun «Nəsimi», «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığındakı əvvəlcədən razılaşdırılmış yerlərdə görüşdüyü iranlı şəxslər İran İslam Respublikasının Azərbaycandakı səfirliyində mətbuat xidmətinin əməkdaşı və səfirlikdə İ katib pərdəsi altında xidmət aparan İran xüsusi xidmət orqanı olan İran X12 Korpusu - «SEPAH»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşları 22.12.1983-cü il təvəllüdlü, İran vətəndaşı X42 Hossein, 16.09.1978-ci il təvəllüdlü, İran vətəndaşı X68 Hossein və 20.05.1979-cu il təvəllüdlü, İran vətəndaşı X62 adlı şəxslər olmuşdur (cild 1, işə vərəqə 8, 15, 16; cild 4, iş vərəqə 119-121). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İİ Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 07 aprel 2020-ci il tarixli 7-748 №-li məktubdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Rza adı şəxs 26.01.1985ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, milliyyətcə azərbaycanlı, X56 Əlidir. Əlirza Xosrəvi 2012-2014-cü illərdə İranın Azərbaycan Respublikasındakı səfirliyində İ katib vəzifəsində işləmiş, Azərbaycana ilk dəfə 2011-ci ildə 3 aylıq (sentyabr-noyabr) gəlmiş, İranın Bakıdakı Mədəniyyət Mərkəzində yerləşdirilmiş, ətrafdakılara aspirant kimi təqdim olunsa da, İran X12 Korpusunun («SEPAH»)nın mövqeyi kimi müəyyənləşdirilmiş X23 videotekasının əməkdaşı vəzifəsinə təyin edilmişdir. Həmin dövrdə X47 X12 Korpusunun səfirlikdaxili rezidenturasının əməkdaşları Sadiq Əlişahi və Həsən Məlikzadə ilə mütəmadi əlaqələri müşahidə edilmişdir. Əlirza Xosrəvi 27.04.2012-ci il tarixdə İranın Bakıdakı səfirliyinə işə təyin olunduqdan sonra respublikadakı dini, siyasi partiyalar, milli azlıqların sosial vəziyyəti və problemləri, QHT rəhbərləri barədə məlumatlar toplamağa və sistemləşdirməyə başlamışdır. X67 İslam Respublikasının xüsusi xidmət orqanlarının maraqları istiqamətində Qarabağ yönümlü qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiyasını təşkil etmişdir. Məktubla həmçinin müəyyən olunur ki, “İslami oyanış hərəkatı” İran İslam Respublikasının xarici ölkələrdəki siyasətini izləyən təşkilat kimi «Sepah» tərəfindən maliyyələşdirilir və fəaliyyəti istiqamətləndirilir. Qeyd edilən təşkilat tərəfindən davamlı olaraq İranın həyat tərzini xarici ölkələrdə dəstəkləyən və İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin iştirakı ilə konfranslar keçirilmiş, İranın nüfuz dairəsinin genişləndirilməsi məqsədilə müzakirələr aparılmışdır (cild 3, işə vərəqə 257-258). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İİ Baş İdarəsi tərəfindən istintaqa təqdim edilmiş 06 oktyabr 2020-ci il tarixli 7-2282 №-li məktubla bildirilmişdir ki, Azərbaycan İslam Partiyasının fəaliyyətini təşkil etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanlarının maliyyə vəsaiti hesabına ünvan 11 (mənzilin birinci mərtəbəsində Azərbaycan İslam Partiyasının Salyan komitəsinin sədri Şahid5 məxsus şirniyyat sexi fəaliyyət göstərir) ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi alınmışdır (cild 6, iş vərəqə 111). «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 06 oktyabr 2020-ci il tarixli məktubla bildirilmişdir ki, təqdim edilən sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq Salyan şəhəri, Ə.Quliyev küçəsi, 1F ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilmiş və 02 oktyabr 2020-ci il tarixə bazar dəyəri 50000 (əlli min) manat müəyyən edilmişdir (cild 6, iş vərəqə 112-124). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş 24 avqust 2020-ci il tarixli **********609300 №-li məktubdan görünür ki, dövlət reyestrində 11 avqust 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, 18 mart 1987-ci il təvəllüdlü X17, xx xxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 26 oktyabr 1979-cu il təvəllüdlü X7 hər hansı bir hüquqi şəxsin rəhbəri, təsisçisi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə məlumat mövcud deyildir (cild 6, iş vərəqə 35). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətindən istintaqa təqdim edilmiş 26 avqust 2020-ci il tarixli **********7 №-li məktubdan görünür ki, 11 avqust 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, 18 mart 1987ci il təvəllüdlü X17, xx xxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 26 oktyabr 1979cu il təvəllüdlü X7 adına «Əmək müqaviləsi bildirişi» altsistemində əmək müqaviləsi bildirişləri mövcud deyil (cild 6, iş vərəqə 36). Məhkəmə Psixiatrik Ekspertizasının 19 may 2020-ci il tarixli 930 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onnda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ittiham olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 5, iş vərəqə 152-153). Məhkəmə Psixiatrik Ekspertizasının 15 may 2020-ci il tarixli 897 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onnda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Mehmar Rzayev ittiham olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 5, iş vərəqə 141-142). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Əliqulu oğlunun himayəsində 2007-ci il və 2009-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs1 oğlunun himayəsində isə 03.10.2006-cı il və 25.05.2010-cu il təvəllüdlü iki uşağı vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özlərini qismən təqsirli bilərək peşman olmalarını, əvvəllər məhkum olunmamalarını onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 29 fevral 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə 28 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 fevral 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində isə həmin məhkəmənin 02 mart 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 fevral 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 65-66, 82-83, 102-103, 116-117, 130-131, 147-149). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 fevral 2020-ci il tarixdə ünvan 6 ünvanında cinayət başında yaxalanan Təqsirləndirilən şəxs1 götürülmüş və Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş 16000 (on altı min) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi tətbiq edilməklə dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlak - yaşayış evi dövlət nəfinə xüsusi müsadirə olunmalı və müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaiti Azərbaycan Resçpublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli qeyd kitabçası, üzərində müxtəlif qeydlərin yazıldığı 1 ədəd kağız parçası və «Komitələr» başlıqlı A4 formatlı vərəq, Şahid1 istintaqa təqdim etdiyi üzərində «18,5,2016, Solmaz xanım – 100, Abbasov Əfqan – 600, Abbasov Ayaz – 400 oğul 1.100, Zülfüqarov Rövşən – 400, Ağayev Mirələsgər – 400, Qasımov Seymur – 400, Haşımov Bəhram – 400, Əliyev Mübariz – 400, Həbibov Ceyhun – 400, Məmmədov Şahin – 400, 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kiçik ölçülü kağız parçası, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və sədr əvəzi olduğu qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının ünvan 18 ünvanında yerləşən ofisində keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsilə həyata keçirilmiş surətli pul köçürmələrinə dair qəbzlər, üzərilərində müxtəlif qeydlər aparılmış şərti olaraq 1-39 rəqəmləri ilə işarələnmiş A4 formatlı vərəqlər və kağız parçaları, həbs edilmiş İslamçıların hüquqlarının Müdafiə komitəsinin 7 ədəd boş blankı, Milli-Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyin nizamnaməsi, təşkilatın loqosunun mənasını bildirən sənədlər, «Milli-Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyinə aid 12 ədəd boş üzvülük blankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin 11.02.2016, 18.05.2016, 28.07.2016, 29.09.2016 və 21.12.2016-cı itl tarixli məktubları, «Yeni Nəbz» qəzetinin N 01(52) 09.01.2016, N 02(53) 14.01.2016, N 03(54) 22.01.2016, N 04(55) 28.01.2016, N 06(57) 11.02.2016, N 07(58) 18.02.2016, N 08(59) 25.02.2016, N 09(60) 03.03.2016, N 10(61) 10.03.2016, N 11(62) 17.03.2016, N 12(63) 31.03.2016, N 13(64) 07.04.2016, N 14(65) 14.04.2016, N 15(66) 21.04.2016, N 16(67) 28.04.2016, N 18(69) 12.05.2016, N 23(74) 16.06.2016, N 24(75) 23.06.2016, N 25(76) 30.06.2016, N 26(77) 06.07.2016, N 27(78) 14.07.2016, N 30(81) 01.09.2016, N 32(83) 22.09.2016, N 33(84) 29.09.2016, N 34(85) 06.10.2016, N 35(86) 13.10.2016, N 36(87) 20.10.2016 və N 37(88) 03.11.2016-cı il tarixli nüsxələri, “Yeni Nəbz” qəzetinin ayrı-ayrı tarixlərdə müxtəlif sayda tirajla çap olunmasını təsdiq edən kassa mədaxil orderinin qəbzləri və qaiməfakturaları cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd «Nokia» və 1 ədəd «Samsung» markalı mobil telefon aparatları onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və sədr əvəzi olduğu qeydiyyatı ləğv edilmiş «Azərbaycan İslam Partiyasının» ünvan 18 ünvanında yerləşən ofisində keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 3 ədəd sistem bloku, 1 ədəd «Toshiba» markalı noutbuk kompyuteri cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 392 (üç yüz doxsan iki) manat və Təqsirləndirilən şəxs1 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 542 (beş yüz qırx iki) manat məbləğində məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 29 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli qeyd kitabçası, üzərində müxtəlif qeydlərin yazıldığı 1 ədəd kağız parçası və «Komitələr» başlıqlı A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılsın; - Şahid1 istintaqa təqdim etdiyi üzərində «18,5,2016, Solmaz xanım – 100, Abbasov Əfqan – 600, Abbasov Ayaz – 400 oğul 1.100, Zülfüqarov Rövşən – 400, Ağayev Mirələsgər – 400, Qasımov Seymur – 400, Haşımov Bəhram – 400, Əliyev Mübariz – 400, Həbibov Ceyhun – 400, Məmmədov Şahin – 400, 3100», «Solmaz xanım ***-***-**-**, ev – (012) ***-**-** Badamtar» söz və rəqəmlər yazılmış kiçik ölçülü kağız parçası cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və sədr əvəzi olduğu qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının ünvan 18 ünvanında yerləşən ofisində keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Nəsimi rayon filialı vasitəsilə həyata keçirilmiş surətli pul köçürmələrinə dair qəbzlər, üzərilərində müxtəlif qeydlər aparılmış şərti olaraq 1-39 rəqəmləri ilə işarələnmiş A4 formatlı vərəqlər və kağız parçaları, həbs edilmiş İslamçıların hüquqlarının Müdafiə komitəsinin 7 ədəd boş blankı, Milli-Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyin nizamnaməsi, təşkilatın loqosunun mənasını bildirən sənədlər, «Milli-Mənəvi İnkişaf və Həmrəylik« İctimai birliyinə aid 12 ədəd boş üzvülük blankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin 11.02.2016, 18.05.2016, 28.07.2016, 29.09.2016 və 21.12.2016-cı itl tarixli məktubları, «Yeni Nəbz» qəzetinin N 01(52) 09.01.2016, N 02(53) 14.01.2016, N 03(54) 22.01.2016, N 04(55) 28.01.2016, N 06(57) 11.02.2016, N 07(58) 18.02.2016, N 08(59) 25.02.2016, N 09(60) 03.03.2016, N 10(61) 10.03.2016, N 11(62) 17.03.2016, N 12(63) 31.03.2016, N 13(64) 07.04.2016, N 14(65) 14.04.2016, N 15(66) 21.04.2016, N 16(67) 28.04.2016, N 18(69) 12.05.2016, N 23(74) 16.06.2016, N 24(75) 23.06.2016, N 25(76) 30.06.2016, N 26(77) 06.07.2016, N 27(78) 14.07.2016, N 30(81) 01.09.2016, N 32(83) 22.09.2016, N 33(84) 29.09.2016, N 34(85) 06.10.2016, N 35(86) 13.10.2016, N 36(87) 20.10.2016 və N 37(88) 03.11.2016-cı il tarixli nüsxələri, “Yeni Nəbz” qəzetinin ayrı-ayrı tarixlərdə müxtəlif sayda tirajla çap olunmasını təsdiq edən kassa mədaxil orderinin qəbzləri və qaiməfakturaları cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd «Nokia» və 1 ədəd «Samsung» markalı mobil telefon aparatları onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında və sədr əvəzi olduğu qeydiyyatı ləğv edilmiş Azərbaycan İslam Partiyasının ünvan 18 ünvanında yerləşən ofisində keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş və cinayət işinə əlavə edilmiş 1 ədəd «Samsung» markalı mobil telefon, DTX İstintaq Baş İdarəsində saxlanan 3 ədəd sistem bloku, 1 ədəd «Toshiba» markalı noutbuk kompyuteri cinayət işində saxlansın; - 27 fevral 2020-ci il tarixdə ünvan 6 ünvanında cinayət başında yaxalanan Təqsirləndirilən şəxs1 götürülmüş və Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş 16000 (on altı min) ABŞ dolları məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlaka - yaşayış evinə xüsusi müsadirə tətbiq edilsin və müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 392 (üç yüz doxsan iki) manat və Təqsirləndirilən şəxs1 150 (bir yüz əlli) manat olmaqla, cəmi 542 (beş yüz qırx iki) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar