Məhkəmə qərarları › İş №1(101)-425/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-425/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-425/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X15, müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.5, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 və 66.5-ci maddələri ilə 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə 08 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrar təhrik etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini təkrar mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Belə k, Təqsirləndirilən şəxs1 yeznəsi Zərərçəkmiş şəxs2 özünə avtomobil almaq istədiyini və buna görə xeyli miqdarda pul vəsaitinin olduğunu eşidib həmin pulu ələ keçirmək məqsədilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə bağlı planı həmin ərəfədə ona bildirən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Məmməd-zadə Samir Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girməklə, aralarında əvvəlcədən planlaşdırılmış vəzifə bölgüsünə əsasən o, 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2la görüşə faktiki olaraq cinayətdən xəbərsiz olan X21 adına rəsmiləşdirilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə götürdüyü “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşərək, görüntü yaradıb guya həmin avtomobili Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində qumar oyunlarında qazandığı pul vəsaitlərinin əvəzində əldə etdiyini və idarə etmək məqsədilə ona verdiyini Zərərçəkmiş şəxs2 deyərək sonuncunu inandırmışdır. Zərərçəkmiş şəxs2 avtomobili görüb bəyəndikdən sonra almaq niyyətində olduğunu Təqsirləndirilən şəxs2 bildirdikdə, Zərərçəkmiş şəxs2 cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə 9200 manata, yəni dəyərindən ucuz qiymətə satmağın mümkünlüyünü bildirib, həmin 9200 manat puldan 2018-ci ilin fevral ayından Təqsirləndirilən şəxs2 borclu olduğu 4000 manatını çıxmasını və qalan 5200 manat pulu isə verməsini deməklə yalan vəd verib Zərərçəkmiş şəxs2la 2018-ci ilin mart ayının əvvəllərində razılaşmaqla sonuncunun etibarından sui-istifadə edərək aldatmışdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsində ortaq dostları cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının ortalarında bir neçə gün ərzində vahid niyyətlə ardıcıl olaraq və fasilələrlə 1500, 300 manat, 200 manat, 2018-ci ilin mart ayında Novruz bayramı ərəfəsində günorta saatlarında Zərərçəkmiş şəxs2 onun yanına görüşə gəldikdə orada sonuncudan cəzaçəkmə müəssisəsinin şəxsiyyəti istintaqa məlum olmayan əməkdaşı vasitəsilə 900 manat, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 nin tapşırığı əsasında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında özü 300 manat, qeyd olunan cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının sonlarında 500 manat, 2018-ci ilin aprel ayının əvvəllərində 100 manat olmaqla cəmi 3800 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən planlaşdırdıqları cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədi ilə 2018-ci ilin aprel ayının axırlarında eyni qaydada “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürüb, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında verərək qısa müddət ərzində avtomobilin alqı-satqısı ilə bağlı sənədləşdirilməsini təmin edəcəyini vəd verdikdən təxminən iki-üç gün sonra, guya avtomobilin sahibi olan və guya kriminal aləmdə “Yeraz Nəriman” ləqəbi ilə tanınan, faktiki olaraq həmin avtomobilə heç bir aidiyyəti olmayan X5 avtomobillə bağlı narazılıq etdiyini və geri qaytarılmasını tələb etdiyini bəhanə edərək həmin avtomobili Zərərçəkmiş şəxs2 geri almış, daha sonra Təqsirləndirilən şəxs2 guya avtomobilin sahibi olan “Yeraz Nəriman” ləqəbli şəxslə aralarında olan narazılığı həll edəcəyinə və onun tərəfindən avtomobilin tezliklə Zərərçəkmiş şəxs2 təhvil veriləcəyinə dair yenidən yalan vəd verərək sonuncunu inandırıb, Təqsirləndirilən şəxs2 həmin cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayının əvvəlində əlavə olaraq 1400 manat, ardınca özü 2018-ci ilin may ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti 337 ünvanında yerləşən “Amburan Mall” ticarət mərkəzinin qarşısında guya “Lexus 470” markalı avtomobilə enerji cihazının alınması adı ilə Zərərçəkmiş şəxs2 175 manat, sonuncu dəfə isə 2019-cu ilin mart ayının ortalarında ünvan 7 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2 hələ də avtomobilin satılacağına inandırıb guya avtomobilin təmir edilməsi adı ilə sonuncudan özü 420 manat olmaqla, ümumilikdə 5795 manat məbləğində pul vəsaitini hissə-hissə vahid niyyətlə ələ keçirməklə qardaşı Məmməd-zadə Samir Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, 2019-cu ilin yay aylarında istintaqa məlum olmayan gündə və mənbədən 01 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 02 ədəd “SDT” markalı “S- 588” modelli portativ əl stansiyalarını qanunsuz olaraq əldə edib özündə saxlamaqla idarə etdiyi avtomobillərdə, o cümlədən “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyıb Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda gəzdirmiş, 05 may 2020-ci il tarixdə saat 19-20 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şimali Dress, L.Starçuk küçəsi 17,20 nömrəli evin qarşısında saxlanılarkən istifadəsində olan “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zaman 01 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapança, 01 ədəd soyuq silah hesab edilməyən qandal və qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 02 ədəd “SDT” markalı “S-588” modelli portativ əl stansiyaları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yaşadığı Mərdəkan qəsəbəsindən tanımaqla dostluq münasibətində olduğu Şahid1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin olmasına görə maddi imkanının və gəlirinin yaxşı olduğunu bildiyindən, 2019-cu ilin mart ayının sonundan etibarən vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə sonuncunun bilmədiyi başqa bir mobil nömrədən istifadə etməklə guya kriminal aləmdə tanınan “Yeraz Nəriman” ləqəbli X5 adından cinayətdən xəbərsiz olan yeznəsi Zərərçəkmiş şəxs2 vasitəsilə Şahid1 ismarıc göndərib sonuncunun tez-tez Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs2 görüşünə getməsinə görə guya Şahid1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldığını və məsuliyyətə cəlb olunacağını bildirdikdən sonra, özü Şahid1la görüşüb “Yeraz Nəriman” ləqəbli X5 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yüksək vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid1 cinayət məsuliyyətinə cəlb olunmamasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, “Yeraz Nəriman” ləqəbli şəxsin tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə dolayı yolla maddi nemət olan 20000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin aprel ayında ünvan 9 ünvanda yerləşən “Bilgah beach” adlı otelin yaxınlığında “Yeraz Nəriman” ləqəbli şəxsə təqdim edəcəyi adı ilə Şahid1 5000 manat, bir neçə gün sonra eyni adla Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 8 ünvanda yerləşən “Kral” şadlıq sarayının yanında Şahid1 8000 manat, bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 7000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Eyni niyyətlə üzərində gəzdirdiyi 1 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən 02 ədəd “SDT” markal “S-588” modelli portativ əl stansiyalarını dostluq münasibətində olduğu Şahid1 göstərib özünə qarşı inamı formalaşdırmaqla, özbaşına özünü Şahid1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etmiş, ardınca Şahid1 Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi geniş səlahiyyətlərə və imkanlara malik şəxs olaraq həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, vahid niyyətlə törətdiyi cinayət əməlini davam etdirərək Şahid1 08 iyul 2019-cu il tarixdən etibarən Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu bildiyindən, Mərdəkan qəsəbəsində qonşusu olan sonuncunun atası Şahid7 yaşadığı evin qarşısında tanımadığı avtomobillərin olduğunu görüb, 2019-cu ilin iyul ayında Şahid1 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +90-***-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə ismarıc göndərməklə Şahid1 atasının yaşadığı evin qarşısında Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinin avtomobillərinin dayandığını, mülkiyyətində ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin olmasına görə həmin Xidmətin əməkdaşlarının problem yaradacaqlarını deyərək Şahid1 ondan köməklik xahiş etməsinə nail olduqdan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində onu guya xidmətə qəbul etdirən, reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə və ümumi himayədarlığa görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə Şahid1 atası Şahid7 sonuncunun yaşadığı ünvan 11 ünvanda cinayətdən xəbərsiz olan Şahid4 tərəfindən 5000 manat məbləğində pulun götürülüb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda özünə çatdırılmasına nail olduqdan sonra, eyni adla 2019-cu ilin avqust ayının əvvəllərində Şahid1la əlaqə saxlayıb guya Nizaməddin Paşayevə çatdırılması üçün əlavə olaraq 3000 manat məbləğində pulun lazım olduğunu bildirib razılaşaraq Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda həmin 3000 manat pulu Şahid1 qəbul etməklə cəmi 8000 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi Şahid1la 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid adına olan parkdakı çayxanada oturub söhbət edərkən sonuncuya məxsus olan “Qaraj-73” adlı kafe kimi fəaliyyət göstərən ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin işlədilməsində yaranacaq problemləri guya işlədiyi Xidmətdə rəisi, reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi himayədarlıq qarşılığında hər ay 600 manat pulun özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində danışığa girə biləcəyinə dair yalan vəd verib onu aldadaraq, razılıq əldə etdikdən sonra özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019cu ilin sentyabr ayından 2020-ci ilin may ayı da daxil olmaqla Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan müxtəlif ünvanlarda hər ay 600 manat məbləğində olmaqla, cəmi 5400 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, Şahid1 iş axtarmasını bildiyindən sonuncuya guya kriminal aləmdə tanınan “Yeraz Nəriman” ləqəbli X5 reallıqda mövcud olmayan X8 Dubay şəhərində yaşayan tanışı Xəzri İmanov ad və soyadlı şəxs vasitəsilə 10000 manat qarşılığında qeyd olunan şəhərdə işə qəbul etdirə biləcəyinə dair yalan vəd verib Şahid1 aldadaraq Dubay şəhərində yaşamaq üçün üç illik işçi vizasının düzəldilməsi, sığorta olunması, qeyd olunan şəhərdə adına bank hesabının açılmaqla həmin hesaba pul qoyulması adı ilə Şahid1 2019-cu ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda ilkin olaraq 5000 manat, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda hissə-hissə 5000 manat olmaqla cəmi 10000 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, Şahid1 barəsində guya Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma aparılmaqla “Saxla” statusu ilə adının məhdudiyyətlər siyahısına daxil olduğunu və həmin məhdudiyyəti tutduğu vəzifəsinə görə aradan qaldırmaq imkanına malik olduğunu yalandan bildirib, bunun üçün sonuncu Xidmətdə guya işləyən, lakin reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2020-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə ünvan 14 ünvandakı yaşayış evinin qarşısında 8000 manat məbləğində pul vəsaitini, ümumilikdə 51400 manat məbləğində Şahid1 məxsus pul vəsaitini vahid qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 külli miqdarda əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin, habelə ümumi himayədarlıq müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, ortaq tanışları Şahid1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin olmasına görə maddi imkanının və gəlirinin yaxşı olduğunu, habelə, sonuncunun 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gələrkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İstanbul şəhərində kriminal həyat tərzi keçirən şəxslərlə yaxın əlaqədə olması barədə məlumatın yoxlanılması məqsədi ilə “Saxla” statusu ilə məhdudiyyətlər siyahısına daxil edilməsindən xəbərdar olduqlarından, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xidmət edən yüksək vəzifəli şəxslə yaxın münasibətlərinin olmasını Şahid1 çatdırdıqdan sonra, sonuncunun qeyd olunan İdarədə barəsində yoxlanılan məlumatla əlaqədar gələcəkdə hər hansı bir cinayət təqibinin aparılmaması üçün köməklik göstərilməsi ilə bağlı xahişi əsasında Təqsirləndirilən şəxs3, Şahid1 guya həmin tanışlarının vasitəsilə köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan 30000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 barəsində yoxlanılan məlumat üzrə hər hansı bir cinayət təqibinin aparılmayacağına dair yalandan vəd verib, sonuncunu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özlərinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək pulun 5000 manat məbləğində hissəsini 06 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda götürməklə, ardınca Təqsirləndirilən şəxs3 tərəfindən 07 avqust 2019-cu il tarixdə axşam saatlarında özünün iştirakı ilə ünvan 16 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanında 5000 manat, eyni niyyətlə 08 avqust 2019-cu il tarixdə sonuncu ünvanda özünün iştirakı ilə 5000 manat, daha sonra Şahid1 ünvan 17 ünvanda yerləşən evini 22 avqust 2019-cu il tarixdə “xxxx” QSC-nin “Mərdəkan” filialında girov qoyub ipoteka müqaviləsi əsasında götürdüyü 40.000 manat məbləğində puldan ünvan 18 ünvanda yerləşən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin yaxınlığında özünün iştirakı ilə 15000 manat olmaqla cəmi 30000 manat məbləğində pul vəsaitini əldə edildikdən sonra, Təqsirləndirilən şəxs3 əlavə olaraq gördüyü işlərin müqabilində şirinlik adı ilə 500 manat istəyib 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 20 ünvanda yerləşən “Şaurma № 1” adlı restoranın yanında görüşüb götürməklə ümumilikdə 30500 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 xeyli miqdarda əmlakını vahid niyyətlə dələduzluq yolu ilə təkrar ələ keçirmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrar təhrik etmişdir. Bundan başqa, Məmməd-zadə Xanbaba Zakir oğlu öz cinayət əməllərini davam etdirərək vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə, 2019-cu ilin avqust ayında yeznəsi Zərərçəkmiş şəxs2 guya kriminal aləmdə tanınan “Yeraz Nəriman” ləqəbli X5 adından istintaqa məlum olmayan xarici ölkəyə aid mobil operatora məxsus mobil nömrənin “WhatsApp” proqramı vasitəsilə ismarıc göndərməklə 2300 manat məbləğində borc pula ehtiyacının olduğunu deyib onu aldadaraq, Zərərçəkmiş şəxs2 əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə guya Nəriman İbrahimova çatdırılması üçün 2300 manat pulu özü şəxsən ələ keçirdikdən sonra, elə həmin gün Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 21 ünvanda, guya “Yeraz Nəriman” ləqəbli şəxsin əlavə ondan da 300 manat məbləğində pul istədiyini bildirib həmin pulu da ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 2600 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 2019-cu ilin sentyabr ayında üzərində gəzdirdiyi 1 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən 02 ədəd “SDT” markal “S-588” modelli portativ əl stansiyalarını yeznəsi Zərərçəkmiş şəxs2 göstərib özünə qarşı inamı formalaşdırmaqla özbaşına özünü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, vahid niyyətlə törətdiyi cinayət əməlini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə guya kriminal aləmdə “Yeraz Nəriman” ləqəbi ilə tanınan X7 adından istintaqa məlum olmayan mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadə etdiyi mobil telefona guya Gürcüstan Respublikasından Türkiyə Cümhuriyyətinə keçmək istəyərkən saxlanılması barədə ismarıc yazdıqdan sonra Ömür Müseybovla özü əlaqə saxlayıb “Yeraz Nəriman” ləqəbli şəxslə “WhatsApp” proqramı vasitəsilə olan danışıqlar aparılmasından Dövlət Təhlükəsizliyi Xidmətində məlumatın olduğunu və araşdırma aparıldığını yalandan deyərək, guya rəisi olan qeyd olunan Xidmətin vəzifəli şəxsi, reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı şəxsdən xahiş edərək danışıqlarla bağlı Zərərçəkmiş şəxs2 barəsində araşdırma aparılmayacağına inandırıb, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 250 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən “Qabırğa” adlı restoranda olan 250 manat məbləğində yemək hesabının ödənilməsi adı ilə pulun verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə həmin məqsədlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda Zərərçəkmiş şəxs2 250 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi Zərərçəkmiş şəxs2 2020-ci ilin fevral ayının əvvəllərində “Yeraz Nəriman” ləqəbli X5 adı ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb, guya “Yeraz Nəriman” ləqəbli şəxs barəsində Bakı şəhər prokurorluğunda araşdırma aparılarkən sonuncu ilə Zərərçəkmiş şəxs2 “WhatsApp” proqramı vasitəsilə əlaqəsi olduğuna görə prokurorluğun müstəntiqi tərəfindən Zərərçəkmiş şəxs2 100 manat məbləğində cərimə olunduğunu deyərək aldadıb, həmin cəriməni guya özü ödədiyindən həmin pulu qaytarmasını bildirməklə ünvan 21 ünvanda Zərərçəkmiş şəxs2 100 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi yeznəsi Zərərçəkmiş şəxs2la yenidən “WhatsApp” proqramı vasitəsilə “Yeraz Nəriman” ləqəbli şəxsin adı ilə ümumi mövzuda yazışmalar apardıqdan sonra 2020-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs2 zəng edərək guya “Yeraz Nəriman” ləqəbli şəxslə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı sonuncu ilə yeni telefon əlaqələri aşkar olunduğuna görə növbəti gün saat 09:00-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını bildirib, səhərisi gün saat 09:00-da həmin Xidmətin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 qarşılayaraq “Daewoo Espero” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən sonra özünə məxsus mobil telefonla guya qeyd olunan Xidmətdə xidmət edən vəzifəli şəxslə danışırmış kimi görüntü yaratmaqla Zərərçəkmiş şəxs2 inam yaradıb, sonuncuya barəsində guya Dövlət Təhlükəsizliyi Xidmətində toplanmış materialların prokurorluq orqanına göndəriləcəyini, nəticədə cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediləcəyini yalandan bildirib, guya xidmət etdiyi qurumda rəisi olan reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı vəzifəli şəxsin vasitəsilə Ömür Müseybovun cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2700 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin məqsədlə hissə-hissə olmaqla 20 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən C.Naxçıvanski adına hərbi liseyin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 1900 manat, həmin günün axşamı sonuncunun yaşadığı ünvan 21 ünvanında 100 manat, 21 fevral 2020-ci il tarixdə sonuncu ünvanın qarşısında 700 manat və sonuncu dəfə eyni yerdə 2020-ci ilin mart ayının əvvəllərində 450 manat məbləğində və iki gün sonra 200 manat olmaqla cəmi 3350 manat, 2019-cu ilin avqust ayı daxil olmaqla 2020-ci ilin aprel ayınadək olan müddət ərzində ümumilikdə 6300 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini vahid qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla özü üçün maddi nemətin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təkrar təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini təkrar mənimsəmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 yeznəsi Zərərçəkmiş şəxs2 özünə avtomobil almaq istədiyini və buna görə xeyli miqdarda pul vəsaitinin olduğunu eşidib həmin pulu ələ keçirmək məqsədilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə bağlı planı həmin ərəfədə azadlıqda olan qardaşı Təqsirləndirilən şəxs1 bildirib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girməklə, aralarında əvvəlcədən planlaşdırılmış vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2la görüşə faktiki olaraq cinayətdən xəbərsiz olan vətəndaş X21 adına rəsmiləşdirilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə götürdüyü “Lexus 470” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşərək, görüntü yaradıb guya həmin avtomobili özünün cəzaçəkmə müəssisəsində qumar oyunlarında qazandığı pul vəsaitlərinin əvəzində əldə etdiyini və idarə etmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 verdiyini sonuncu vasitəsilə Zərərçəkmiş şəxs2 çatdırmaqla özünə inandırmış, Zərərçəkmiş şəxs2 avtomobili görüb bəyəndikdən sonra almaq niyyətində olduğunu bildirdikdə, ona cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə 9200 manata, dəyərindən ucuz qiymətə satmağın mümkünlüyünü bildirib, həmin 9200 manat puldan 2018-ci ilin fevral ayından borclu olduğu 4000 manatını çıxmasını və qalan 5200 manat pulu isə verməsini deməklə yalan vəd verib Zərərçəkmiş şəxs2la 2018-ci ilin mart ayının əvvəllərində razılaşmaqla sonuncunun etibarından sui-istifadə edərək aldadıb, cəza çəkdiyi Bakı şəhəri, Nizami rayonu, Böyük Şor dayanacağı ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində ortaq dostları cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının ortalarında bir neçə gün ərzində vahid niyyətlə ardıcıl olaraq və fasilələrlə 1500, 300 manat, 200 manat, 2018-ci ilin mart ayında Novruz bayramı ərəfələrində günorta saatlarında Zərərçəkmiş şəxs2 onun yanına görüşə gəldikdə orada sonuncudan cəzaçəkmə müəssisəsinin şəxsiyyəti istintaqa məlum olmayan əməkdaşı vasitəsilə 900 manat, həmin gün axşam saatlarında öz tapşırığı əsasında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında qardaşı Təqsirləndirilən şəxs1 vasitəsilə 300 manat, qeyd olunan cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının sonlarında 500 manat, 2018-ci ilin aprel ayının əvvəllərində 100 manat olmaqla cəmi 3800 manat məbləğində pul vəsaitini ələ keçirmiş, bundan sonra qardaşı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən planlaşdırdıqları cinayət əməlini davam etdirərək sonuncu vasitəsilə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədi ilə 2018-ci ilin aprel ayının axırlarında eyni qaydada “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürüb, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında verərək qısa müddət ərzində avtomobilin alqı-satqısı ilə bağlı sənədləşdirilməsini təmin edəcəyini vəd verdikdən təxminən iki-üç gün sonra, guya avtomobilin sahibi olan kriminal aləmdə “Yeraz Nəriman” ləqəbi ilə tanınan faktiki olaraq həmin avtomobilə heç bir aidiyyəti olmayan X5 avtomobillə bağlı narazılıq etdiyini və geri qaytarılmasını tələb etdiyini bəhanə edərək həmin avtomobili Zərərçəkmiş şəxs2 geri almış, daha sonra guya avtomobilin sahibi olan “Yeraz Nəriman” ləqəbi şəxslə aralarında olan narazılığı həll edəcəyini və Təqsirləndirilən şəxs1 tərəfindən avtomobilin tezliklə ona təhvil veriləcəyinə dair yenidən vəd verərək Zərərçəkmiş şəxs2 inandırıb, həmin cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayının əvvəlində əlavə olaraq 1400 manat, ardınca qardaşı Təqsirləndirilən şəxs1 vasitəsilə 2018-ci ilin may ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti 337 ünvanında yerləşən “Amburan Mall” adlı ticarət mərkəzinin qarşısında guya “Lexus 470” markalı avtomobilə enerji cihazının alınması adı ilə Zərərçəkmiş şəxs2 175 manat, sonuncu dəfə isə 2019-cu ilin mart ayının ortalarında ünvan 7 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2 hələ də avtomobilin satılacağına inandırıb guya avtomobilin təmir edilməsi adı ilə sonuncudan qardaşı Təqsirləndirilən şəxs1 vasitəsilə 420 manat olmaqla ümumilikdə 5795 manat məbləğində pulunu hissə-hissə vahid niyyətlə ələ keçirməklə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, ortaq tanışları Şahid1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin olmasına görə maddi imkanının və gəlirinin yaxşı olduğunu, habelə, sonuncunun 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gələrkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İstanbul şəhərində kriminal həyat tərzi keçirən şəxslərlə yaxın əlaqədə olması barədə məlumatın yoxlanılması məqsədi ilə “Saxla” statusu ilə məhdudiyyətlər siyahısına daxil edilməsindən xəbərdar olduqlarından, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xidmət edən yüksək vəzifəli şəxslə yaxın münasibətlərinin olmasını Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1 çatdırdıqdan sonra, sonuncunun qeyd olunan İdarədə barəsində yoxlanılan məlumatla əlaqədar gələcəkdə hər hansı bir cinayət təqibinin aparılmaması üçün köməklik göstərilməsi ilə bağlı xahişi əsasında Şahid1 guya həmin tanışlarının vasitəsilə köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini, yəni sonuncunun barəsində yoxlanılan məlumat üzrə hər hansı bir cinayət təqibinin aparılmayacağına dair yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək pulun 5000 manat məbləğində hissəsini 06 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda Təqsirləndirilən şəxs1 tərəfindən götürülməklə, ardınca 07 avqust 2019-cu il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 iştirakı ilə ünvan 16 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanında 5000 manat, eyni niyyətlə 08 avqust 2019-cu il tarixdə sonuncu ünvanda Təqsirləndirilən şəxs1 iştirakı ilə 5000 manat, daha sonra Şahid1 ünvan 17 ünvanında yerləşən evini 22 avqust 2019-cu il tarixdə “xxxx” QSC-nin “Mərdəkan” filialında girov qoyub ipoteka müqaviləsi əsasında götürdüyü 40000 manat məbləğində puldan ünvan 18 ünvanında yerləşən Bakı şəhəri Xəzər rayon polis idarəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 iştirakı ilə 15000 manat olmaqla cəmi 30000 manat məbləğində pul vəsaitini əldə etdikdən sonra, əlavə olaraq gördüyü işlərin müqabilində şirinlik adı ilə 500 manat istəyib 2019cu ilin sentyabr ayının əvvəllərində ünvan 20 ünvanında yerləşən “Şaurma № 1” adlı restoranın yanında görüşüb götürməklə ümumilikdə 30500 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 xeyli miqdarda əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məmməd-zadə Xanbaba Zakir oğlu özünü qismən təqsirli bilərək göstərdi ki, “Yeraz Nəriman” olaraq tanınan şəxsi bir dəfə təxminən 2015-ci ildə 15 saylı cəzaçəkmə müəssisəsində qardaşı Samirin yanına gedəndə görmüşdür. Belə ki, Nəriman da həmin cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Nərimanın adından Zərərçəkmiş şəxs2 və Şahid1 ilə özü danışmış, Nərimanın həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. Tutularkən avtomobilindən aşkar olunan qandalı polis orqanlarında işləyərkən yadında qalmayan şəraitdə əldə etmiş, həmin qandalı polis orqanından götürməmiş, aşkar olunan tapançanı isə Lökbatan qəsəbəsində yerləşən bazardan yadında qalmayan şəxsdən 35 manata almış, ratsiyaları isə yadında qalmayan internet səhifəsində görərək 2020-ci ilin əvvəllərində xatırlamadığı şəxsdən 90 manata almışdır. Təxminən 2018-ci ilin fevral ayında Samir ona zəng edərək Ömürə pul borclu olduğunu və Ömürün həmin borcu geri istədiyini bildirmişdir. Samir ona kirayə avtomobil götürüb Ömürün yanına getməsini, sonuncuya guya həmin avtomobilin Samirə məxsus olduğunu, avtomobili cəzaçəkmə müəssisəsində qumarda udduğunu, kriminal aləmdə “Yeraz Nəriman” kimi tanınan şəxsə də borclu olduğunu, avtomobili sataraq hər ikisinin borcunu verəcəyini deməsini tapşırmışdır. Buna görə o, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən avtomobil kirayəsi yerindən “Lexus 470” markalı avtomobili kirayə götürmüş və dostu Camalla birlikdə həmin avtomobili Ömürə göstərmişdir. Onun planı Ömürü həmin avtomobilin Samirə məxsus olmasına inandırmaq olmuşdur. 10 mart 2018-ci il tarixdə Samir Ömürə zəng edərək “Lexus 470” markalı avtomobili almasını təklif edərək, borcundan əlavə 5200 manat məbləğində pul ödəyəcəyi təqdirdə avtomobili ona verəcəyini bildirmiş, Ömür də razılaşmışdır. Bundan sonra Samir Ömürə həmin puldan 1500 manatını həmin gün Camala çatdırmasını demişdir. Samir avtomobilin hazırda “Yeraz Nəriman” ləqəbi ilə tanınan dostunda olduğunu, 2018-ci ilin mart ayının sonlarında verəcəyini bildirmişdir. 10 mart 2018-ci il tarixdə Ömür Camala 1500 manat pul vermiş, daha sonra isə ard-arda 300 və 200 manat məbləğində pul vermişdir. Ömür 15 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedərkən 900 manat məbləğində pulu samirin özünə çatdırmış, sonuncu da həmin gün Ömürə avtomobillə bağlı verməli olduğu pulun 300 manatını ona verməyini tapşırmışdır. Ömür də həmin gün axşam saatlarında Mərdəkan qəsəbəsində yaşadığı evin qarşısında ona 300 manat məbləğində pul vermişdir. Daha sonra Ömür Samirə çatdırması üçün Camala 500 və 100 manat məbləğində pul vermişdir. O, 2018-ci ilin aprel ayında həmin avtomobili icarəyə götürərək Ömürə vermiş, təxminən iki-üç gün sonra isə “Yeraz Nəriman” ləqəbli şəxsi bəhanə edərək vəziyyətin yaxşı olmadığını bildirmiş və Ömürdən avtomobili geri almışdır. 2018-ci ilin may ayının əvvəllərində Samir Ömürdən avtomobillə bağlı əlavə 1400 manat məbləğində pul almışdır. O, özü də 2018-ci ilin may ayında avtomobilin enerji cihazının alınması üçün Ömürdən 175 manat məbləğində pul almışdır. Bundan başqa, o, 2019-cu ilin fevral ayında Nəriman adlı şəxsin avtomobilin təmirinə 1100 manat məbləğində xərc çəkdiyini, pulun yarısını verəcəyi halda sonuncunun avtomobili təhvil verəcəyini deyərək bu adla Ömürdən 420 manat məbləğində pul almışdır. Ömürdən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2019-cu ilin mart ayının sonunda “Yeraz Nəriman” adlı şəxsin adından Camala ismarıc yazaraq qardaşı Samirin yanına gedib-gəlməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun barəsində araşdırma aparıldığını bildirmişdir. Əslində isə həmin İdarədə bu barədə araşdırma olmamış, Camalın tez-tez Samirin yanına getdiyini bildiyindən onu bu şəkildə aldatmışdır. O, “Yeraz Nəriman”ın adından Camala bu işin həll olunması üçün 20000 manat məbləğində pul lazım olduğunu demiş və 2019-cu ilin aprel ayında guya “Yeraz Nəriman”a çatdırması üçün Camaldan Bakı şəhəri, Bilgəh qəsəbəsində 5000 manat məbləğində pul almışdır. Bir müddət sonra Camal istifadəsində olan “Jeep” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili satanda 2000 manat məbləğində pulu “Yeraz Nəriman”a çatdırması üçün ona vermişdir. Daha sonra isə Camal “Audi A6” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilini sataraq “Yeraz Nəriman”a çatdırması üçün ona 7000 manat məbləğində pul vermişdir. O, hər dəfə pulu verməmişdən əvvəl Camala guya “Yeraz Nəriman”ın pulu istədiyini demişdir. Ümumilikdə Camal barəsində aparılan araşdırmanın həll olunması məqsədilə “Yeraz Nərimana” çatdırması üçün ona 14000 manat məbləğində pul vermişdir. Bundan başqa, o, yenidən Şahid1 pulunu ələ keçirmək niyyətinə düşmüşdür. Belə ki, 2019-cu ilin iyul ayında Camalın atası Şahid7 yaşadığı evin qarşısından keçərkən orada avtomobillər görüb yenidən pul almaq gəlmişdir. Həmin vaxt Şahid1 iş axtarışı üçün İstanbul şəhərində olmuşdur. O, Camala zəng edərək yalandan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının atasının Mərdəkan qəsəbəsindəki yaşadığı evin qabağına gəldiklərini demişdir. Camal ondan köməklik etməsini xahiş etdikdə isə “WhatsApp” proqramı vasitəsilə ona görüntülü zəng edərək atasının yaşadığı evin qarşısında dayanmış avtomobilləri ona göstərmiş və guya Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi Nizaməddin Paşayev vasitəsi ilə bu məsələni həll edəcəyini bildirmişdir. Nizaməddin Paşayev adlı şəxsi özündən uydurmuş, həmçinin yalandan 211 ilə başlayan bir nömrəni Camala vermişdir. O, Camalı aldadaraq dostu Şahid4 onun atasının evinə göndərərək gedib pulu götürməsini xahiş etmiş, Fizuli də gedib pulu götürərək ona vermişdir. Əvvəlcədən olan razılıqları əsasında Camalın atası 5000 manat məbləğində pul vermişdir. Bir neçə gün keçdikdən sonra eyni məsələ ilə bağlı pul çatmadığını bəhanə edərək Camalın arvadı Şahid3 etibarnamə alıb “Mercedes” markalı avtomobili satmış və avtomobilin pulundan 3000 manatı da bu formada ələ keçirmişdir. O, ümumilikdə Camalın 8000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, 2019-cu ilin sentyabr ayında Camala özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olaraq təqdim edərək onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə problem yaranmaması üçün hər ay Dövlət Təhlükəsizliyi Xidmətinin guya rəis olan vəzifəli şəxsi Nizaməddin Paşayevə 600 manat məbləğində pul verməsini təklif etmiş, Camal da razılaşmışdır. Camal hər ay Mərdəkan qəsəbəsində və Bakı şəhərində müxtəlif ünvanlarda ona 600 manat məbləğində pul vermişdir. O, 2020-ci ilin may ayına qədər hər ay 600 manat Şahid1 ümumilikdə 4800 manat məbləğində pulunu almışdır. Guya köməkçisi olan Nicat adlı şəxsi də özündən uyduraraq bu məsələ ilə bağlı Nicat adı ilə də Camalla danışmışdır. O, Camalın 2019-cu ilin sentyabr ayında yaşadığı evini banka girov qoyaraq pul götürdüyünü və iş axtarışında olduğunu bilərək “Yeraz Nəriman” kimi tanınan şəxsin X8 Dubay şəhərində yaşayan tanışı Xəzri İmanov vasitəsilə ilə ona iş tapacağını demişdir. Camal yenə “Yeraz Nəriman” kimi tanınan şəxslə, əslində isə onunla “WhatsApp” proqramı vasitəsi ilə danışmağa başlamışdır. O, Camala guya Xəzri İmanovun ***- ***-**-** saylı mobil nömrəsini vermiş, əslində isə həmin nömrəni özü işlətmişdir. “WhatsApp” proqramı vasitəsi ilə danışdıqda Camala Dubay şəhərində yaşaması üçün 3 illik viza almaq və həmin şəhərdə hesaba pul qoymaq lazım olduğunu deyərək sığorta olunmasını bildirmişdir. Bu işlərin həll olunması məqsədilə guya “Yeraz Nəriman” kimi tanınan şəxsə çatdırması üçün hissə-hissə olmaqla ümumilikdə Camaldan 9600 manat pul almışdır. Əslində isə pulları özünə və ailəsinə xərcləmişdir. 2020-ci yanvar ayında Camal onun həm Xəzri İmanov kimi bildiyi nömrəsinə, həm də öz nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng etdikdə səhvən Xəzri İmanov kimi tanıdığı nömrəyə cavab vermiş, bu vaxt həyəcanlanıb danışığı bitirmişdir. Bir neçə dəqiqə sonra Camala yenidən zəng edərək telefonların zənglərinin qarışdığını, telefonuna qulaq asıldığını, nəzarətdə olduğunu, yenə barəsində saxlanılma olduğunu bildirmişdir. Camal yenə qorxaraq ondan kömək istəmiş, o da guya rəisi Nizaməddin Paşayevlə danışaraq bu məsələni həll edəcəyini və 10000 manat pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində barəsində saxlanılma ilə bağlı aparılan araşdırmanın həll olunacağını demişdir. Camal ilk olaraq razılaşmamış, sonra isə 8000 manat məbləğində pula razılaşmışdır. O, Camalı yenə aldadaraq uydurduğu Nizaməddin Paşayevə vermək adı ilə 8000 manat məbləğində pulunu ələ keçirmiş, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2019-cu ilin avqust ayında yeznəsi Zərərçəkmiş şəxs2 guya kriminal aləmdə tanınan “Yeraz Nəriman” ləqəbli şəxsin adından xarici ölkəyə aid mobil operatora məxsus mobil nömrədən “WhatsApp” proqramı vasitəsilə ismarıc göndərməklə 2300 manat məbləğində borc pula ehtiyacının olduğunu demişdir. Ömür pulu verəcəyini söylədikdə onun ünvan 21 ünvanda yerləşən yaşadığı evinə getmişdir. O, Ömürə “Yeraz Nəriman” ləqəbli şəxsin adından guya həmin şəxsin ondan da 300 manat məbləğində pul istədiyini, lakin pulunun olmadığını deyərək narahat olduğunu bildirmişdir. Bu adla da Ömür 2600 manat məbləğində pulu guya “Yeraz Nəriman” ləqəbli şəxsə çatdırması üçün ona vermişdir. 2019-cu ilin sentyabr ayında Ömürə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, hətta sonuncu onda olan tapançaya bənzər əşyanı da görmüşdür. 2019-cu il noyabr ayında kriminal aləmdə “Yeraz Nəriman” ləqəbli şəxsin adından Ömürə Gürcüstan Respublikasından Türkiyə Cümhuriyyətinə keçmək istəyərkən saxlanılması ilə əlaqədar ismarıc göndərmiş, həmçinin Ömürə “Yeraz Nəriman” ləqəbli şəxslə “WhatsApp” proqramı vasitəsilə olan danışıqlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı problem yaranacağını bildirmişdir. Ömürə məsələni həll etmək üçün guya rəisi olan Nizaməddin Paşayevdən xahiş edəcəyini söyləyərək guya rəisinin “Qabırğa” adlı restoranda olduğuna görə hesabını bağlamaq lazım olduğunu deyib, bu adla Ömürdən 250 manat məbləğində pul almışdır. Bundan başqa, Ömürlə 2020-ci ilin fevral ayının əvvəllərində “Yeraz Nəriman” ləqəbli şəxsin adı ilə danışanda guya “Yeraz Nəriman” ləqəbli şəxs barəsində Bakı şəhər prokurorluğunda aparılan araşdırma ilə əlaqədar 100 manat məbləğində cərimə yazıldığını demişdir. Ömür ona pulu özünün ödəyəcəyini dedikdə, pulu əlbəəl vermək lazım olduğunu söyləyərək həmin pulu özü alıb özünə xərcləmişdir. Bundan əlavə, Ömürlə bir müddət “WhatsApp” proqramı vasitəsilə “Yeraz Nəriman” ləqəbli şəxsin adı ilə ümumi mövzuda yazışmalar apardıqdan sonra 19 fevral 2020-ci il tarixdə zəng edərək guya “Yeraz Nəriman” ləqəbli şəxslə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı yeni telefon əlaqələrinin aşkar olunduğuna görə növbəti gün saat 09:00-da onun Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını demişdir. 20 fevral 2020-ci il tarixdə saat 09:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının qarşısında Ömürlə görüşmüşdür. Ömürü öz avtomobilinə əyləşdirmiş və guya mobil telefonu ilə Dövlət Təhlükəsizliyi Xidmətində olan vəzifəli şəxslə danışırmış kimi görüntü yaratmışdır. Əslində isə həmin vaxt kiminləsə başqa mövzuda danışmışdır. Sonra Ömürlə çayxanaya getmiş və orada sonuncuya guya barəsində Dövlət Təhlükəsizliyi Xidmətində toplanmış materialların prokurorluq orqanına göndəriləcəyini, nəticədə cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediləcəyini demişdir. Ömürün qardaşı Araz da onların yanına gəlmişdir. Onlara guya rəisi olan Nizaməddin Paşayevdən xahiş etdiyini və 2700 manat məbləğində pula məsələni həll edəcəyini, 2000 manat məbləğində pulun həmin gün, qalan pulun da səhəri gün verilməli olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Ömür və Arazla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyin inzibati binasının qarşısında görüşmüşdür. Ömür ona 1900 manat məbləğində pul vermiş, gecə isə gedib Ömürdən yaşadığı evdə 100 manat məbləğində pulu almışdır. 21 fevral 2020-ci il tarixdə isə Ömürün yaşadığı evin həyətində ondan 700 manat məbləğində pul götürmüşdür. Bundan sonra isə guya Nizaməddin Paşayevə qonaqlıq vermək lazım olduğunu deyərək 2020-ci ilin mart ayında Ömürdən 650 manat məbləğində pul almışdır. O, Təqsirləndirilən şəxs3 Şahid1 06 avqust 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması ilə əlaqədar hər hansı bir məbləğdə pul verməmiş, Camalın Elnura pul verməsinin də heç vaxt şahidi olmamışdır. Camal ona Elnurun ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması ilə əlaqədar 30000 manat məbləğində pul aldığını danışmışdır. Onun bu məsələ ilə bağlı hər hansı bir əlaqəsi olmamışdır. 06 avqust 2019-cu il tarixdə Şahid3 ilə görüşmüşdür. Şahid3 5000 manat məbləğində pul hazırlayaraq Camalın işini həll etməyə çalışmış, lakin həmin pulu ona verməmişdir. O, Elnura hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, o, 15 saylı cəzaçəkmə müəssisəsində çəza çəkir. Təqsirləndirilən şəxs1 doğma qardaşı, Şahid1 dostu, Zərərçəkmiş şəxs2 isə yeznəsidir. Cəza çəkdiyi müddətdə Camalla dost olduqları üçün sonuncu teztez cəzaçəkmə müəssisəsinə onunla görüşə gəlmişdir. Ömür isə təxminən üç-dörd dəfə onunla görüşə gəlmişdir. 2019-cu ilin dəqiq xatırlamadığı günündə Ömür cəzaçəkmə müəssisəsinə onun yanına görüşə gəlmiş və söhbət əsnasında Xanbabanın onun adından hissə-hissə olmaqla hansısa məbləğdə pul aldığını demişdir. Ömürün deməsinə görə guya o, cəzaçəkmə müəssisəsində qumar oynayıb pul uduzmuş, o da ona çatdırması üçün Xanbabaya pul vermiş, həmçinin Xanbaba Ömürə hansısa markalı avtomobil göstərib ona məxsus olmasını deyərək həmin avtomobili Ömürə satmaq üçün onun adından müxtəlif məbləğdə hissəhissə olmaqla ondan pul almış, lakin hazırki vaxtadək nə avtomobili vermiş, nə də ki pulunu qaytarmışdır. O, həmin vaxt Xanbabanın onun adından istifadə edərək Ömürü aldatdığını başa düşmüşdür. Həmin vaxta kimi onun Ömürün danışdıqlarından xəbəri olmamışdır. Ömürə “get, Xanbaba deyən vaxtdan bir-iki ay da artıq gözlə, o, sənin pullarını qaytaracaq” deyə bildirmişdir. Ömür getdikdən sonra Xanbaba ilə əlaqə saxlayaraq bu barədə soruşmuş, lakin sonuncu Ömürün dediklərini təsdiq etməyərək mövzunu dəyişmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Ömürlə telefonla danışdıqda sonuncu ona özünün Xanbaba ilə danışıb pul məsələsini özlərinin həll edəcəklərini bildirmişdir. Lakin həmin vaxtdan sonra Ömürlə bir neçə dəfə telefonla əlaqə saxladıqda onların arasındakı pul məsələsinin həll olunmadığını bilmişdir. Həmçinin Ömür ona hissə-hissə olmaqla ümumilikdə təxminən 5000 manata yaxın məbləğdə borc pul vermişdir. Ömür onun sözü ilə həmin pulları hazırda xatırlamadığı şəxslərə çatdırmışdır. Ömür və Camal onun haqqında istintaqa yalan məlumatlar vermişlər. O, Ömürə heç bir avtomobil satmamış, sonuncudan avtomobillə bağlı pul almamış, ona çatdırması üçün Camala pul verməsini deməmiş, Camal da ona həmin avtomobillə bağlı heç bir məbləğdə pul çatdırmamışdır. 2019-cu ilin fevral ayında Ömürlə 15 saylı cəzaçəkmə müəssisəsində görüşərkən avtomobillə bağlı “Yeraz Nəriman” ləqəbli şəxslə danışacağı barədə Ömürə heç bir söz deməmişdir. “Yeraz Nəriman” ləqəbli şəxs X13 olmuşdur. O, Nərimanla birlikdə 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, məhkum kimi münasibətləri olmuşdur. Nəriman 2014-cü ildə cəzasını çəkərək azadlığa çıxmış, sonuncu azadlığa çıxdıqdan sonra onunla heç bir əlaqəsi olmamışdır. Xanbabanın “Yeraz Nəriman” ləqəbli Nərimanla heç bir tanışlığı və əlaqəsi olmamışdır. Xanbaba onun yanına görüşə gələndə və ya azadlıqda olarkən Nərimanın adını və onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bilmişdir. Xanbabanın özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək Camaldan hansısa məbləğdə pullar alması barədə yalnız Xanbaba tutulduqdan sonra ailə üzvlərindən eşitmiş, lakin həmin hadisələr barədə başqa bir məlumata malik olmamışdır. Hazırda ona elan edilmiş epizod üzrə qardaşı ilə birlikdə vurulmuş ziyan kimi göstərilən məbləği tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir və qanunla nəzərdə tutulmuş məbləği də dövlət büdcəsinə ödəyəcəkdir. Zərərçəkmiş şəxslə tam barışıq əldə etmişdir və qohumu olan zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona görə də bütün bunları nəzərə alıb qanunla nəzərdə tutulmuş şəkildə barəsində cinayət məsuliyyətindən azad edilməklə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək göstərdi ki, müxtəlif vaxtlarda fərqli şəxslərin ailə sürücüsü olaraq işləmiş, rəsmi olaraq heç bir yerdə, eləcə də, Bakı şəhəri Xəzər rayon Polis İdarəsində hər hansı bir vəzifədə işləməmişdir. 2016-cı ildə həmin idarədə cinayət-axtarış bölməsinin rəis müavini işləmiş Nicat Mirzəyevin ailə sürücüsü olaraq çalışmış, polis idarəsi ilə rəsmi hər hansı bir əlaqəsi olmamışdır. Hazırda isə heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 yaşadığı Mərdəkan qəsəbəsindən tanımış, onunla normal münasibətləri olmuş, aralarında hər hansı bir qohumluq və ya düşmənçilik olmamışdır. Şahid1 isə Xanbabanın dostu və qonşusu kimi tanımış, onunla da aralarında hər hansı bir qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. Camalın 2019-cu ilin avqust ayında Türkiyədən Azərbaycana qayıtdıqda Bakı şəhərində hava limanında barəsində “Saxla” statusu ilə məhdudiyyət tətbiq olunduğundan saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə Xanbaba zəng edərək ona məlumat vermişdir. Xanbaba ondan həmin idarədə işləyən tanışının olub-olmamasını soruşmuş, o da Xanbabaya hər hansı bir tanışının olmadığını demişdir. Xanbaba ona Camalın xahiş etdiyini deyərək lazım olarsa Camalın özünün də ona zəng edəcəyini bildirmişdir. Camal da ona zəng etmiş, lakin o, Camala da hər hansı bir köməklik edə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Camalın qeyd olunan idarədə nə ilə bağlı dindirilməsi barədə onun məlumatı olmamış, bir neçə gün sonra Xanbaba və Camaldan onun İstanbul şəhərində kriminal aləmdə tanınan şəxslərlə əlaqələrinə görə dindirildiyini eşitmişdir. O, 2019-cu ilin avqust ayında Camalın barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya yekun qiymət verilməsinə kömək etmək üçün nə Xanbabadan, nə də Camaldan hər hansı bir məbəğdə pul almamışdır. Camal barədə qeyd olunan idarədə araşdırma aparılmasını bildikdən sonra həmin idarənin yanına getmiş, orada Camalın atasının Xanbaba ilə birlikdə binanın qarşısında dayandığını görmüş və onlara da Camala hər hansı bir köməklik edə bilməyəcəyini demişdir. 06 sentyabr 2019-cu il tarixdə saat 22:01-da Camalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Elnur 500 u mena. Harda gorusey?” məzmunlu mesajın göndərilməsi Camalın ona 500 manat məbləğində borcunun olması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, qohumluq münasibətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə münasibətləri hər zaman yaxşı olmuş, Şahid1 isə onun uzaq qohumu olmaqla Samir və Xanbaba ilə dost olmuşdur. Xanbabanın bir neçə dəfə ayrı-ayrı şəxslərə borcu olmuş, ondan da bir neçə dəfə borc pul almış, həmin pulları bəzi hallarda Xanbabanın özü, çox hallarda isə bacısı Vüsalə Məmməd-zadə hissə-hissə ona qaytarmışdır. Sonuncu dəfə 2015-ci ildə Xanbaba ondan 4400 manat məbləğində borc pul almış, hazırki vaxtadək həmin borcu qaytarmamışdır. 2018-ci ilin yanvar ayının sonlarında özünə avtomobil almaq üçün təxminən 12000 manat pul yığmış, Xanbaba da həmin vaxt avtomobil alqı-satqısı ilə məşğul olduğundan ona avtomobil tapmasını demişdir. 12 fevral 2018-ci il tarixdə saat təxminən 14 radələrində Camal ona zəng edərək harada olduğunu soruşduqda Mərdəkan qəsəbəsində yerləşən “Bravo” adlı marketdə işdə olduğunu demişdir. Camal öz maşını ilə gəlib onu işdən götürdükdən sonra birlikdə Mərdəkan qəsəbəsində yerləşən “50 Qəpik” adlı çay evinə getmişlər. Orada Xanbaba, arvadı Aysel və yanlarında adını xatırlamadığı Mərdəkan qəsəbə sakini olan orta yaşlı bir kişi olmuşdur. Söhbət zamanı Camal Samirin yanından gəldiyini, Samirin cəzaçəkmə müəssisəsində qumarda 3900 manat məbləğində pul uduzduğunu, həmin pulu təcili verməli olduğunu, Samirin həmin pulu qaytaracağını demişdir. Camal ona həmin gün 1200 manat məbləğində pulun təcili çatmalı olduğunu, əks təqdirdə Samir üçün problem olacağını, özünün pulunun olmadığını demişdir. Həmin vaxt Xanbaba ona “WhatsApp” proqramı vasitəsilə ismarıc yazaraq Samir üçün pul verməməyini bildirmişdir. 2009-cu ildə evini təmir edərkən Samir ona borc pul verərək yaxşılıq etdiyindən avtomobil almaq üçün yığdığı puldan Samirə borc qismində pul verməyi qərara almışdır. Camal həmin pula cavabdeh olmadığını, sadəcə olaraq Samirin sözünü çatdırdığını söyləmişdir. Sonra Camala onu işə aparmasını deyərək yolda olarkən Samirə borc qismində çatdırması üçün 1200 manat məbləğində pulu verəcəyini bildirmişdir. Birlikdə yaşadığı evə getmişlər, evdən özünə məxsus olan puldan 1200 manat məbləğində pulu götürüb Camala vermişdir. Həmin vaxt Samir özü Camala telefonla zəng etdikdə onunla danışmış, danışıq zamanı Samir borc pul verdiyinə görə ona minnətdarlıq edərək qısa müddət ərzində pulu qaytaracağını demişdir. Camal pulu götürdükdən sonra onu işlədiyi yerə düşürüb getmişdir. Bir-iki gün sonra Samir ona zəng edərək Camala verdiyi 1200 manat məbləğində pulun ona çatdığını deyərək minnətdarlıq etmişdir. Həmçinin qalan 2700 manat məbləğində pula da ehtiyacının olduğunu və borc qismində Camal vasitəsilə göndərməyini bildirmişdir. Samir ona qumarda udduğu pulun bir neçə gün sonra hazır olacağını və həmin şəxsin bütün borcu tam şəkildə qaytaracağını söyləmişdir. Samirin sözlərinə inanaraq 2700 manat məbləğində pulu tezliklə düzəldib çatdıracağını demişdir. 15 fevral 2018-ci il tarixdə Samirə çatdırması üçün Camala yaşadığı evin qarşısında 1700 manat məbləğində pul vermiş, daha sonra 17 fevral 2018-ci il tarixdə yenə Samirə çatdırması üçün Camala evin qarşısında 1000 manat məbləğində pul vermişdir. Samir onunla əlaqə saxlayıb pulların çatdığını bildirmişdr. Samirə çatdırması üçün Camala ümumilikdə 3900 manat məbləğində pul vermişdir. Bir-iki gün keçdikdən sonra işdə olarkən Xanbaba ona zəng edərək işdə olduğunu bildikdə gələcəklərini demiş, bir neçə dəqiqə sonra Xanbabanın qara rəngli “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Camalın isə özünə məxsus olan qara rəngli “X33” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinin qarşısına gəldiklərini görmüşdür. Xanbaba avtomobildən düşdükdən sonra “Lexus 470” markalı avtomobili ona göstərib Samirin qumarda udduğu pulun əvəzində verildiyini demişdir. Söhbət zamanı Xanbaba ona özünə avtomobil alana kimi bu avtomobili götürüb sürməsini dedikdə imtina etmiş, daha sonra Xanbaba və Camal v hərəsi öz avtomobilinə əyləşib oradan getmişlər. Həmin gün bir neçə saat sonra Samir ona zəng edərək Xanbabanın ona göstərdiyi avtomobili bəyənib-bəyənmədiyini soruşmuş, Samir ona söhbət etmək üçün yanına gəlməsini bildirmişdir. Təxminən 1-2 gün sonra işdə olarkən Xanbaba onunla telefonla əlaqə saxlayıb Camalla birlikdə “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Həmin avtomobilə əyləşdikdən sonra Xanbaba söhbət zamanı onsuz da Samirə borc pul verdiyini, onunla razılaşıb maşını almasını bildirmişdir. O, Xanbabaya maşının qiymətinin baha olacağını dedikdə Samir ilə avtomobilin qiyməti barədə danışıb razılaşmasını məsləhət görmüşdür. Xanbaba 2015-ci ildən borclu olduğu 4400 manat məbləğində borc pulunu maşının qiymətinə daxil etməyə razı olduğunu ona bildirmişdir. Xanbaba getdikdən 2-3 saat sonra Samir ona zəng edərək həmin maşını almasını söyləmişdir. Samirə 12000 manat məbləğində dəyəri olan maşın axtardığını demişdir.Maşının dəyərinin təxminən 25000 manatdan baha olduğuna görə Xanbabanın da ona 4400 manat borcu olduğunu Samirə bildirmiş, Samir qardaşının borcunun ona heç bir aidiyyəti olmadığını və nə pulu varsa verməsini, maşını ona satacağını söyləmişdir. Samir onsuz həmin “Lexus” markalı avtomobili satacacağını, satan kimi borc aldığı 3900 manat məbləğində pulu qaytaracağını bildirmişdir. Samirin sözlərinə inanıb razılaşmışdır. Daha sonra 2018-ci ilin fevral ayını sonlarında Samir ona zəng edərək borc qismində əlavə 100 manat məbləğində pul verməyini xahiş edərək ümumilikdə 4000 manat məbləğində pulu sonra qaytaracağını bildirmişdir. Elə həmin gün yaşadığı evin qarşısında Samirə çatdırması üçün Camala 100 manat məbləğində pul vermişdir. Səhəri gün Samir ona zəng edərək 100 manat məbləğində pulun ona çatdığını bildirib minnətdarlıq etmişdir. Bundan sonra 10 mart 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində keçirilən toy məclisində olanda Təqsirləndirilən şəxs2 ona zəng edərək razılaşmasını, həmin “Lexus” markalı avtomobili almasını, borc qismində verdiyi 4000 manatdan əlavə 5200 manat pul verəcəyi təqdirdə razılaşacağını bildirmişdir. Samirin təkidlərindən sonra razılaşdıqda Samir 5200 manat məbləğində puldan 1500 manat məbləğində pulu həmin gün Camala çatdırmağını, qalan pulu isə dedikdə ailə üzvlərinə verməyini söyləmişdir. Borc verdiyi pulun geri qayıtması üçün həmin avtomobili satıb öz pulunu götürərək qalan pulu da Samirin ailəsinə verməyi düşünərək razılaşmışdır. Həmin vaxt Samir avtomobilin hal-hazırda kriminal aləmdə “Yeraz Nəriman” ləqəbi ilə tanınan dostunda olduğunu, həmin şəxsin avtomobili tanışına müvəqqəti sürmək üçün verdiyini, həmin tanışın isə avtomobillə Qəbələ rayonuna getdiyini, 2018-ci ilin mart ayının sonlarına yaxın avtomobili Xanbaba gətirib verəcəyini demişdir. Samir həmçinin ona həmin şəxslərlə onun əlaqəsinin olmasını istəmədiyini və görüşərsə gələcəkdə ona hansısa problem yarana biləcəyini bildirmişdir. Samir dediyi “Yeraz Nəriman” ləqəbli şəxsi əyani tanımasa da bir neçə il əvvəl internet səhifələrinin birində yayımlanan xəbərlərdə həmin ləqəbli şəxsin tutulması barədə xəbərdən məlumatlı olmuş, bu səbəbdən Samirə inanıb razılaşaraq həmin şəxslə özünün də görüşmək istəmədiyini demişdir. 10 mart 2018-ci il tarixdə axşam saatlarında toydan çıxıb evə getdikdən sonra Camalla əlaqə saxlayaraq yaşadığı evin qarşısında görüşüb, avtomobillə bağlı Samirə çatdırması üçün 1500 manat məbləğində pul vermişdir. Sonra Camala 12 mart 2018-ci il tarixdə yaşadığı evin qarşısında 300 manat, 13 mart 2018-ci il tarixdə 200 manat məbləğində pul vermişdir. 19 mart 2018-ci il tarixdə xalası oğlu Şahid8 ilə birlikdə Samir ilə görüşə gedib, 500 manat pulu özü, 400 manat pulu isə İntiqam vasitəsi ilə çatdırmışdır. Görüş zamanı Samir avtomobillə bağlı verməli olduğu puldan 300 manatı Xanbabaya verməyini tapşırmışdır. Həmin gün axşam saatlarında yaşadığı evin qarşısında Xanbaba ilə görüşüb Samirin tapşırdığı kimi 300 manat pulu Xanbabaya vermişdir. 25 mart 2018-ci il tarixdə avtomobillə bağlı Samirə çatdırması üçün yaşadığı evin qarşısında Camala 500 manat məbləğində, 03 aprel 2018-ci il tarixdə 100 manat məbləğində pul vermişdir. Buna baxmayaraq uzun müddət keçsə də həmin avtomobil ona verilməmişdir. Bu barədə Samirdən maraqlandıqda ilə o, “Yeraz Nəriman” ləqəbli şəxsə görə gözləmək lazım olduğunu demişdir. 2018-ci ilin aprel ayında Xanbaba ondan borc qismində əlavə olaraq 1000 manat, 550 manat və 300 manat məbləğində pullar almışdır. Xanbaba ona 2015-ci ildən borclu olduğu 4400 manat məbləğində pulu tam şəkildə geri qaytaracağını vəd edərək həmin pulları almış, həmin pulları Xanbabaya 2018-ci ilin aprel ayının təxminən ortalarında yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evinin qarşısında vermişdir. Xanbaba idarə etdiyi avtomobilin yol polisi tərəfindən dayanacağa yerləşdirildiyi ərəfədə ondan 700 manat məbləğində pul borc istəmiş, həmin pulu borc qismində Xanbabaya vermişdir. Həmin ərəfədə Samir ona zəng edərək həmin vaxt Xanbabanın idarə etdiyi “Yeraz Nəriman” ləqəbli şəxsə məxsus olan “Mercedes” markalı avtomobili yeznəsinə bağışladığını və bu səbəbdən “Lexus” markalı avtomobili müvəqqəti sürdüyünü söyləmişdir. 26 aprel 2018-ci il tarixdə Xanbaba ona zəng edərək işdə olduğunu dəqiqləşdirdikdən sonra Camalla birlikdə “Lexus” markalı avtomobili ona təhvil verməyə gətirdiklərini söyləmiş, Xanbaba Camalla birlikdə həmin avtomobili sürüb onun iş yerinin qarşısına gəlmişdir. Xanbaba avtomobillə bağlı onu təbrik edərək “Yeraz Nəriman” ləqəbli şəxsin anasının hazırda Şüvəlan qəsəbəsində yas mərasimində olduğunu, avtomobillə həmin xanımı evinə apardıqdan sonra avtomobili axşam gətirib ona təhvil verəcəyini bildirmişdir. Xanbabaya inanaraq etiraz etməmiş, həmin gün saat 23 radələrində Xanbaba həmin avtomobili gətirib yaşadığı evdə ona təhvil vermişdir. Avtomobilin sənədlərini Xanbabadan soruşduqda bu barədə “Yeraz Nəriman” ləqəbli şəxslə əlaqə saxlayıb ona məlumat verəcəyini demişdir. Səhəri gün Xanbaba onunla əlaqə saxlayıb səbirli olmasını, sənədlərin göndəriləcəyini bildirmişdir. Təxminən iki-üç gün avtomobili Mərdəkan qəsəbəsində idarə etdikdən sonra Xanbabaya zəng edib Mərdəkan qəsəbəsində yerləşən “Elit” adlı çay evində görüşmüş, Camal da ora gəlmişdir. Xanbaba yenə “Yeraz Nəriman” ləqəbli şəxsin hansısa xarici ölkəyə getdiyini, bu səbəbdən sənədlərin isə Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən evində olduğunu və qayıtdıqdan sonra sənədləri göndərəcəyini bildirmişdir. Sonra o, öz evinə getmiş, həmin gecə saat təxminən 01-02 radələrində Camal ona “WhatsApp” proqramı vasitəsilə ismarıc yazaraq “Yeraz Nəriman” ləqəbli şəxslə danışdığını və onunla təcili görüşməli olduğunu söyləmişdir. “Lexus” markalı avtomobilin enerji cihazı nasaz olduğundan avtomobili işə sala bilmədiyini Camala demişdir. Camal atasının avtomobili ilə onun yaşadığı ünvanın qarşısına gəlmiş, Camal Xanbaba ilə də görüşməyi, vəziyyətin yaxşı olmadığını söyləmiş, birlikdə gedib Xanbaba yaşadığı evin qarşısında onunla da görüşmüşlər. Camal Xanbabaya bayaqdan “Yeraz Nəriman” ləqəbli şəxslə yazışdığını və maşını qaytarmaq lazım olduğunu danışmışdır. Həmin vaxt Camalın telefonuna “WhatsApp” proqramı vasitəsilə guya “Yeraz Nəriman” ləqəbli şəxsdən ismarıclar gəlmiş, avtomobil barədə soruşduğunu ona demiş, etiraz edərək avtomobili qaytarmayacağını demişdir. O, fikirləşib gələcəkdə maşının sənədlərində problem olmaması üçün maşını qaytarmaq qərarına gəlmişdir. Səhəri gün Xanbaba Camal birlikdə onun evinin qarşısına gəlmiş, Camal yenə Nəriman adlı şəxsin yazaraq Xanbabanın maşını götürüb gətirməsini tapşırdığını bildirmişdir. Sonra o, maşının açarlarını Camala təqdim edərək qaytarmasını tapşırmış, bundan sonra Xanbaba “Lexus” markalı avtomobili idarə edərək çıxıb getmişdir. Bir neçə gün sonra 2018-ci ilin may ayının əvvəllərində Samir ona zəng edərək avtomobillə bağlı əlavə 1400 manat məbləğində pul lazım olduğunu və həmin pulu deyəcəyi adama çatdırmaq lazım olduğunu bildirmişdir. Samir pulu Camala verməyini tapşırmış, həmin ərəfədə pulu olmadığı üçün Xanbabanın bibisi oğlu Şahid6 Mais oğlundan 700 manat məbləğində borc pul almış, qalan hissəsini isə özü düzəldib ümumilikdə 1400 manat məbləğində pulu 2018-ci ilin may ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən “Amburan Mall” adlı ticarət mərkəzinin qarşısında Camala vermişdir. 2018-ci ilin may ayının əvvəllərində Camal ona zəng edərək nənəsinin yas mərasimi keçirilən yerə gəlmiş, orada Camal ona “Yeraz Nəriman” ləqəbli şəxsin onunla yazışmaq istədiyini dedikdə etiraz etməmiş, Şahid1la birlikdə oradan uzaqlaşdıqdan sonra öz mobil telefonunu ona vermiş, “WhatsApp” proqramı vasitəsilə Nəriman kimi təqdim etdiyi adı telefonda Qaqaş kimi qeyd olunan şəxslə yazışmış, həmin vaxt Nəriman olduğunu düşündüyü şəxs ona nənəsinin vəfatı ilə bağlı başsağlığı vermiş, yaxın günlərdə Bakıya gəlib onunla görüşərək avtomobillə bağlı da məsələni yoluna qoyacağını söyləmişdir. 26 may 2018-ci il tarixdə Camal ona Nəriman adlı şəxsin ismarıc yazaraq “Lexus” markalı maşına 175 manat məbləğində pula enerji cihazı aldığını, həmin pulu verməsini xahiş etdiyini söyləmişdir. O, pulu Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən “Amburan Mall” adlı ticarət mərkəzinin qarşısında Xanbabaya vermişdir. 02 iyun 2018-ci il tarixdə Xanbaba ona zəng edərək “Yeraz Nəriman” ləqəbli şəxsin onunla mobil telefonun “WhatsApp” proqramı vasitəsilə danışmaq istədiyini söylədikdə, öz mobil nömrəsini vermişdir, Sonra həmin şəxs xatırlamadığı bir mobil nömrədən ona ismarıc yazmış, danışıqları zamanı “Yeraz Nəriman” ləqəbli şəxs ona Samirin bir neçə günə həbsdən çıxacağını və bundan sonra “Lexus” markalı maşınla bağlı məsələnin yoluna qoyulacağını bildirmişdir. O, maşınsız qalmaq istəmədiyini dedikdə “Yeraz Nəriman” ləqəbli şəxs ona Xanbabannın yaxın günlərdə maşını gətirib təhvil verəcəyini bildirmiş, həmçinin “Yeraz Nəriman” ləqəbli şəxs gələcəkdə problem olmaması üçün danışıqları silməsini ona söyləmişdir. 2018-ci ilin iyun ayının sonlarında Xanbaba ona zəng edərək, Nəriman adlı şəxslə danışdığını, maşınla bağlı Samirin 8700 manat məbləğində pul verməli olduğunu, əgər həmin pul verilərsə maşını verə biləcəyini bildirmişdir. O, Xanbabaya maşını satdıqdan sonra pulu verə biləcəyini demişdir. 2018-ci ilin yay aylarında Camalla birlikdə Samir ilə görüşmək üçün 15 saylı cəzaçəkmə müəssisəsinə getmiş, maşına görə aldığı pulları geri qaytarmasını demiş, Samir isə sentyabr ayında pulu verəcəyini bildirmişdir. Buna baxmaraq pul ona verilməmişdir. Xanbaba da maşın məsələsindən kənara çəkilmiş, eləcə də, aldığı borcları da geri qaytarmamışdır. Daha sonra 2019-cu ilin fevral ayında Xanbaba ilə əlaqə saxlayıb avtomobil ilə bağlı Nərimanla danışmasını xahiş etmiş, o da danışacağını dedikdən bir müddət sonra ona geri zəng edərək Samir ilə Nəriman arasında pul söhbəti olduğunu, ona görə Samir ilə özünün söhbət etməsini bildirmişdir. Həmin ərəfədə 15 saylı cəzaçəkmə müəssisəsinə gedərək Samir ilə görüşmüş, Samir Nərimanla arasında heç bir pul məsələsi olmadığını, Nərimanla danışacağını, Xanbabaya maşını gətirib verməsini dediyini ona bildirmişdir. Sonra Xanbaba ilə görüşüb bu barədə bildirmiş, Xanbaba isə bir müddət sonra onunla əlaqə saxlayıb, Nəriman adlı şəxsin “Lexus” markalı avtomobilə təmirlə bağlı 1100 manat dəyərində xərc çəkdiyini, pulun yarısının onun verəcəyi halda maşını verəcəyini ona demişdir. Xanbabaya cəmi 420 manat məbləğində pul verə biləcəyini demiş, Xanbaba da guya 130 manat məbləğində pulu düzəldib onun əvəzinə qoyacağını bildirmişdir. 2019-cu ilin mart ayının ortalarında Xanbaba ilə Mərdəkan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yaxınlığında görüşüb 420 manat məbləğində pulu vermişdir. Bundan sonra 2019-cu ilin aprel ayında Xanbaba Nəriman adlı şəxsə onun mobil nömrəsini verdiyini demiş, həmin şəxs xatırlamadığı bir mobil nömrədən “WhatsApp” proqramı vasitəsi ilə ona ismarıc göndərmiş, həmin vaxtdan sonra danışıqları olmuş, Nəriman adlı şəxs ona “Lexus” markalı maşını özünün sürdüyünü demişdir. O, inanmış, hətta Nəriman adlı şəxs ondan borc istədikdə Xanbabaya çatdırması üçün vermiş və pul geri qaytarılmışdır. 2019-cu ilin təxminən iyun ayında Xanbaba ona Nəriman adlı şəxsin İstanbul şəhərində həbs olunduğunu demişdir. Həmin ilin iyul ayında isə ona “WhatsApp” proqramı vasitəsilə Gürcüstan Respublikasının mobil operatoruna məxsus olan xatırlamadığı bir nömrədən ismarıc gəlmiş, yazan şəxs Nəriman olduğunu, həbsdən yenicə çıxdığını söyləmiş, aralarında ümumi mövzuda danışıqlar olmuşdur. 2019-cu ilin avqust ayında ona yenə “WhatsApp” proqramı vasitəsilə hazırda xatırlamadığı X12 aid mobil operatoruna məxsus nömrə ilə ismarıc gəlmiş, yazan şəxs yenə Nəriman olduğunu bildirərək bir müddət əvvəl təkrar həbs olunduğunu, yenicə həbsdən çıxdığını, İstanbul şəhərində olduğunu, Almaniya vətəndaşlığı almaq üçün sənədləşmə işləri ilə məşğul olduğunu, avtomobili qısa müddət ərzində Xanbaba vasitəsilə göndərəcəyini demişdir. Özünü ona Nəriman kimi təqdim edən şəxsə tam inanmış, Nəriman ondan 2300 manat məbləğində borc qismində pul istəmiş, əvvəllər borc qismində aldığı pulları qaytardığı üçün inanıb, pulu verəcəyini demişdir. Nəriman adlı şəxs pulu Xanbabaya verməyini tapşırmış, 2019-cu ilin avqust ayının ortalarında Xanbaba onun yaşadığı evinin qarşısına gələrək Nərimanın göndərdiyini söyləmiş, Xanbabaya 2300 manat məbləğində pul vermişdir. Həmin vaxt Xanbaba Nərimanın ondan da 300 manat borc pul istədiyini ona bildirərək pulunun olmamasına görə utandığını demiş, buna görə də əlavə olaraq Xanbabaya görə 300 manat məbləğində pulu Nəriman adlı şəxsə çatdırması üçün vermişdir. Lakin həmin 2600 manat məbləğində pul ona geri qaytarılmamışdır. Həmin ərəfədə özünü ona Nəriman kimi təqdim edən şəxs X4 Xidmətinə işə düzəltməyə çalışdığını yazmış, Xanbaba da bunu təsdiq etmişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Xanbaba ilə Mərdəkan qəsəbəsində görüşərkən X9 Xidmətinə əməliyyatçı vəzifəsinə işə düzəldiyini, hazırda Xidmətin Akademiyasında kurs keçdiyini söyləmişdir. Hətta Xanbaba ona telefonunda ismarıc mətni göstərmiş, həmin ismarıcda Xanbabanın qeyd olunan Xidmətə işə qəbul olunması barədə mətn əks olunmuş, lakin ismarıcın hansı nömrədən və Xanbabanın hansı nörməsinə göndərildiyini bilməmişdir. Həmin ərəfədə Xanbabaın üzərində qara rəngli tapançaya bənzər əşya da görmüş, bir neçə dəfə xahiş etsə də Xanbaba silaha bənzər əşyasını baxmaq üçün ona verməmişdir. 2019-cu il noyabr ayında özünü ona Nəriman kimi təqdim edən şəxs X12 aid mobil operatoruna məxsus olan xatırlamadığı nömrədən “WhatsApp” proqramı vasitəsilə ona ismarıc yazaraq, Gürcüstandan Türkiyəyə keçmək istəyərkən gömrükdə saxlanılaraq Bakı şəhərinə gətirildiyini, bu barədə Xanbabaya məlumat verməsini bildirmişdir. Dərhal Xanbabaya zəng edərək bu barədə məlumat vermiş, Xanbaba məlumatlı olduğunu deyərək həmin nömrəyə ismarıc yazmamağını tapşırmış, bir neçə gün sonra həmin nömrədən onun mobil telefonuna “bu nömrəyə yazmayın, Vüsaldır, Nəriman telefonları məndədir” məzmunlu ismarıc daxil olmuşdur. Bu barədə Xanbaba dedikdə o, Vüsal adlı şəxsin guya Nəriman adlı şəxsin dostu olduğunu və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin köməkçisi olduğunu bildirmişdir. Xanbaba həmçinin Vüsal adlı şəxslə özünün də əlaqəsinin olduğunu, Nəriman adlı şəxsin isə Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanıldığını danışmışdır. Bir neçə gün sonra Xanbaba ona Nəriman adlı şəxs barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq zamanı onunla “WhatsApp” proqramı vasitəsilə yazışmaların aşkar edildiyini, ona görə rəisi olan, yəni Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Nizaməddin adlı vəzifəli şəxsdən onun adını istintaq materiallarından çıxarmasını xahiş etdiyini bildirmişdir. Xanbaba ona görə xahiş etdiyi üçün Nizaməddin adlı vəzifəli şəxsə qonaqlıq verəcəyini, qonaqlığın pulunu ondan alacağını söylədikdə inandığı üçün razılaşmış, bir neçə gün sonra təxminən 2018-ci ilin dekabr ayının əvvəllərində Xanbaba onunla əlaqə saxlayaraq Nizaməddin adlı vəzifəli şəxsin “Qabırğa” adlı restoranda oturduğunu və hesabın 245 manat olduğunu demişdir. Xanbabaya birlikdə gedib hesabı ödəməyi təklif etdikdə o, işi ilə bağlı tədbirdə olduğunu deyib Nizaməddin adlı vəzifəli şəxsin guya Nicat adlı sürücüsü ilə danışdığını, hesabı ödəməsini Nicat adlı şəxsdən xahiş etdiyini, daha sonra həmin pulu ondan alıb Nicat adlı şəxsə verəcəyini demişdir. Razılaşdıqdan sonra səhəri gün Xanbabaya yaşadığı evin qarşısında qonaqlıqla bağlı 250 manat məbləğində pul vermişdir. Həmin vaxtdan sonra Xanbaba ilə hər dəfə görüşəndə Nəriman adlı şəxs barəsində soruşduqda, ona Nəriman adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanıldığını demiş, bir müddətdən sonra Xanbaba ona Nəriman adlı şəxsin azadlığa çıxdığını söylədikdə özünü ona Nəriman kimi təqdim edən şəxsin onda olan xatırlamadığı mobil operatoruna məxsus nömrəsinə “WhatsApp” proqramı vasitəsilə ismarıc yazmış, həmin vaxt ona türk dilində cavab yazıldığından bununla bağlı Xanbaba ilə əlaqə saxlamış, Xanbaba Nəriman adlı şəxsin mobil nömrəsini dəyişdiyini və həmin şəxsin özünün əlaqə saxlayacağını söyləmişdir. Sonra ona özünü Nəriman kimi təqdim edən şəxs “WhatsApp” proqramı vasitəsilə ***-***-**-** saylı nömrədən ismarıc yazaraq artıq həmin nömrəni işlətdiyini, nömrəni yalnız ailə üzvləri və yaxın dostları bildiyini demiş, bir neçə dəfə ümumi mövzuda yazışmaları olmuşdur. X27 adlı şəxslə yazışmamağını tapşırdığı üçün həmin şəxsin ismarıclarına cavab verməmiş, bir müddət sonra Nəriman ismarıclarında ona işini həll etdiyini, yazışmanın təhlükəsiz olduğunu, narahat olmamasını bildirdikdə yenə ümumi mövzularda danışıqları davam etmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində özünü ona Nəriman kimi təqdim edən şəxslə “WhatsApp” proqramı vasitəsilə yazışarkən fevral ayının 11-ində İran İslam Respublikasının Məşhəd şəhərinə ziyarətə gedəcəyini demiş, həmin vaxt onun barəsində Bakı şəhər prokurorluğunda olan cinayət işi ilə bağlı onunla olan yazışmaların ortaya çıxdığı üçün ona 100 manat cərimə yazıldığını, lakin heç bir problem olmadığını, dövlət sərhədini keçərkən həmin cəriməni ödəmə terminalı ilə ödəyib sərhədi rahat keçə biləcəyini bildirmişdir. Nəriman adlı şəxs hətta ona Bakı şəhər prokurorluğunun İsmayıl Qurbanov və ya Qurban İsmayıl ad soyadlı müstəntiqinin adını və əlaqə nömrəsini də ona yazmışdır. Bu barədə Xanbaba ilə danışdıqda o, xəbərinin olmadığını, maraqlanıb ona məlumat verəcəyini demişdir. Xanbaba onunla yenidən əlaqə saxlayıb 100 manat pulu özünün Nizaməddin adlı rəisinin sürücüsü Nicat adlı şəxsin vasitəsilə həll etdiyini, həmin pulu gəlib ondan alacağını söyləmişdir. Həmin gün axşam saatlarında Xanbaba yaşadığı Mərdəkan qəsəbəsində evin qarşısında ondan 100 manat məbləğində pul almış, bir-iki gün sonra Xanbaba ona Nəriman adlı şəxsin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yenidən tutulmasını bildirmişdir. Xanbaba Nəriman adlı şəxsin İstanbul şəhərində olanda ona görə Fərid adlı dostunun cinayət törətdiyini, həmin cinayətdə Nəriman adlı şəxsin də iştirak etdiyini, Fərid adlı şəxsin qohumları şikayət etdiyi üçün həmin cinayətlə bağlı Nəriman adlı şəxsin tutulduğunu danışmışdır. Bundan sonra 11 fevral 2020-ci il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərinə ziyarətə gedərək 18 fevral 2020-ci il tarixə keçən gecə Bakı şəhərinə qayıtmışdır. Daha sonra 19 fevral 2020-ci il tarixdə Xanbaba onunla əlaqə saxlayaraq Nəriman adlı şəxs barəsində araşdırma aparılarkən yeni yazışmaların aşkar edildiyini, ona görə də 20 fevral 2020-ci il tarixdə saat 09:00da Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında olmasını, özünün də orada olacağını və ondan izahat alınacağını demişdir. 20 fevral 2020-ci il tarixdə saat 09:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən inzibati binasının qarşısında olan dayanacağın qarşısına gedərək Xanbabaya zəng etmiş, o, Dövlət Təhlükəsizliyi Xidmətində xidməti otağında olduğunu deyərək arxa qapıya keçib gözləməyini bildirmişdir. Orada Xanbaba onu qarşıladıqdan sonra Xanbabanın “Daewoo Espero” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuş, Xanbaba onun yanında Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqının rəisi kimi təqdim etdiyi şəxsə zəng edib telefonu qulağına tutub onun gəldiyini demiş, danışıb qurtardıqdan sonra Xanbaba rəisin həmin gün saat 12-də gəlməyini dediyini ona bildirmişdir. Xanbaba həmçinin işinin olduğunu deyərək birlikdə getməyi təklif etmişdir. Xanbaba ilə birlikdə Bakı şəhəri, 7-ci mikrorayon ərazisində yerləşən “Simfoniya” adlı şadlıq sarayının yanında yerləşən bir çayxanada oturmuş, Xanbaba Camalı da oraya çağırmış, orada bir neçə dəfə telefonunu qulağına tutaraq kimlərləsə danışdıqdan sonra ona Nəriman adlı şəxsin kriminal aləmin adamı olduğunu yazışdığı üçün onu ya silahla, ya da narkotiklə sənədləşdirib tutacaqlarını bildirmişdir. Xanbabaya heç bir cinayət törətmədiyini dedikdə o, “sən bilmirsən bura DTX-dır, səni sındıracaqlar və sənədləşdirib həbs edəcəklər” ifadələrini işlətmiş, ailəsinin yanında rüsvay olacağını düşünən zaman Xanbaba onun məsələsini guya rəisi olan Nizaməddin müəllimlə danışaraq köməklik üçün xahiş edəcəyini demişdir. Sonra qardaşı Araza zəng edib həmin çayxanaya çağırmış, Xanbaba ona dediyi sözləri Araza da demişdir. Xanbaba onun məsələsini müsbət həll etmək üçün Nizaməddin adlı vəzifəli şəxslə danışıb razılıq aldığını, bu işi tam həll etmək üçün 2700 manat məbləğində pul verilməli olduğunu, 2000 manat məbləğində pulun Bakı şəhər prokurorluğunun hansısa vəzifəli şəxsinə, 700 manat məbləğində pulun isə Dövlət Təhlükəsizlik Xidmətinin hansısa vəzifəli şəxsinə çatacağını bildirmişdir. Xanbabanın sözlərinə inanaraq qardaşıyla məsləhətləşdikdən sonra həmin pulu düzəldib Xanbabaya vermək qərarına gəlmişdir. Xanbaba Türkan qəsəbəsində əməliyyat tədbirinə gedəcəyini deyərək oradan uzaqlaşmış, ayrılarkən 2000 manat məbləğində pulun həmin gün çatdırılmasını, 700 manat məbləğində pulun isə növbəti gün çatdırılmasını tapşırmışdır. Pulu olmadığı üçün kredit götürmək qərarına gəlmiş, həmin gün əvvəlcə Bakı şəhərində yerləşən “28 May” metrostansiyası yaxınlığında fəaliyyət göstərən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin filialına gedərək müraciət etmiş, adına başqa bankda kredit olduğu üçün həmin bank ona kredit ayırmamış, bundan sonra qardaşı qeyd olunan ərazidə yerləşən bankomatlardan birindən özünə məxsus olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Albalı+” adlı hesab kartından 1900 manat məbləğində pul çıxarıb ona borc vermişdir. Xanbabaya zəng edərək 1900 manat pul düzəldə bildiyini demişdir. Xanbaba 100 manat əksik olduğuna görə narazılıq edərək əlavə etmək üçün pulu olmadığını bildirmiş, həmin 100 manat məbləğində pulu axşam ona verəcəyini deyib narahat olmamasını söyləmişdr. Xanbaba Türkan qəsəbəsinə əməliyyat tədbirinə getdiyini bildirib Zığ kəndindən hava limanına gedən beton yola çıxıb əlaqə saxlamasını söyləmiş, əraziyə yaxınlaşdıqda Xanbaba ilə əlaqə saxlayarkən o, “Cəmşid Naxçıvanski” adına hərbi liseyin yanındakı dairədə gözləməyini tapşırmışdr, Araza Xanbabaya pulu verərkən telefonla səsini yazmasını söyləmiş, həmin dairəyə çatdıqdan bir-iki dəqiqə sonra Xanbaba Arazın avtomobilinə əyləşmiş, təxminən 10 dəqiqədən biraz artıq müddətdə avtomobildə söhbət etmiş, söhbət zamanı Xanbaba onunla Nəriman adlı şəxs arasında olan yazışmalardan, Nərimanın həbs edilməsindən danışmışdır.Həmçinin “Lexus” markalı avtomobilin adına olduğunu və avtomobilin sənədlərinin Nəriman adlı şəxs saxlanılarkən götürüldüyünü, iş məhkəməyə göndərildikdən sonra avtomobilin üzərindən həbsin götürüləcəyini, həmin avtomobili satıb Samirin avtomobillə bağlı ondan aldığı pulun hamısını qaytaracağını bildirmişdir. Orada 1900 manat məbləğində pulu Xanbabaya vermiş, Xanbaba həmçinin əlaqə nömrəsini dəyişməyini və Nəriman adlı şəxslə qətiyyən əlaqə saxlamamağını tapşırmışdır. Həmin gün axşam Xanbaba onun yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evinin qarşısında qalan 100 manat məbləğində pulu da gəlib ondan götürmüşdür. Səhəri gün qardaşı və digər tanışlarından borc pul alıb 700 manat məbləğində pulu düzəltmiş, Xanbabaya həmin 700 manat məbləğində pulu 21 fevral 2020-ci il tarixdə yaşadığı Mərdəkan qəsəbəsindəki evin qarşısında vermişdir. 01 mart 2020-ci il tarixdə Xanbaba onun işi üçün xahiş etdiyi Nizaməddin adlı rəisinə qonaqlıq vermək üçün təxminən 500-600 manat məbləğində pul lazım olduğunu, “Qoşa Qala” adlı restoranda yemək yediklərini demiş, pulu olmadığını bildirdikdə Xanbaba rüsvay olacağını, ona görə də telefonunu söndürəcəyini demişdir. Xanbabadan həmin qonaqlıq üçün başqa bir şəxsdən pul tapmasını, həmin pulu qısa müddətə tapıb verəcəyini demişdir. Xanbaba hesabın 645 manat etdiyini, pulu Nizaməddin adlı vəzifəli şəxsin ödədiyini, Nicat adlı sürücüsünə tapşırdığını ona bildirmişdir. Həmin qonaqlıq məsələsi ilə bağlı Xanbabaya 02 mart 2020-ci il tarixdə yaşadığı Mərdəkan qəsəbəsindəki evin qarşısında 450 manat məbləğində və 04 mart 2020-ci il tarixdə yenə də eyni yerdə 200 manat məbləğində pul vermişdir. 13 mart 2020-ci il tarixdə Xanbaba ona “WhatsApp” proqramı vasitəsilə yazaraq bir gün əvvəl Nəriman adlı şəxsdən həbsdən buraxıldığını və İstanbul şəhərinə gedib, qısa müddətə avtomobilin məsələsini həll edəcəyini bildirmişdir. Xanbaba yenə də müxtəlif bəhanələr gətirərək avtomobilin üzərindəki həbsin tez götürülməsi üçün ondan müxtəlif məbləğlərdə pul istəmiş, həmçinin 20 aprel 2020-ci il tarixdən sonra avtomobilin pulsuz veriləcəyini söyləmişdir. Bir müddət sonra Xanbabanın artıq yalan danışdığını, “Lexus” markalı avtomobilin internet saytında satışda olduğunu görüb aldadıldığını başa düşmüş, bu səbəbdən də Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. Bundan başqa, Xanbaba müxtəlif üsullarla Camalı da aldadıb, 50000 manat məbləğində pullarını ələ keçirmişdir. 2019-cu ilin mart ayında guya “Yeraz Nəriman” ləqəbli şəxs Camal onun yanında iş yerində olarkən ona ismarıc yazaraq, onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldığını və bu araşdırmanın Camalın tez-tez Samirin yanına cəzaçəkmə müəssisəsinə getməsi ilə bağlı olduğunu demişdir. Bu barədə Camala məlumat vermiş, bundan sonra danışıqlar Camalla Xanbaba arasında olmuş, işin xitam olunması üçün 20000 manat məbləğində pul lazım olduğunu Yeraz Nəriman ləqəbli adlı şəxs demişdir. Camal isə 5000 manat məbləğində pulunun olduğunu dedikdə, Yeraz Nəriman ləqəbli şəxs qalan pulu verməyə kömək edəcəyini demişdir. Camal 5000 manat məbləğində pulu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Xanbabaya 2019-cu ilin aprel ayında vermiş, bundan sonra isə bir ay ərzində Camal istifadəsində olan ilk öncə “Jeep” markalı avtomobili satıb, 8000 manat, ardınca isə “Audi” markalı avtomobili satıb 7000 manat məbləğində pulu Xanbabaya vermişdir. Camal Xanbabaya cəmi 20000 manat məbləğində pul vermişdir. Bundan başqa Camalın mülkiyyətində qeyri-yaşayış sahəsi olduğuna görə guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən problem yaranmaması üçün Xanbaba hər ay 600 manat məbləğində pulu 2019-cu ilin sentyabr ayından etibarən Camaldan almış, Xanbaba guya Camalı Dubay şəhərində işə düzəltmək adı ilə hissə-hissə olmaqla cəmi 10000 manat məbləğində pul almışdır. X24 Təhlükəsizliyi Xidməti tərəfindən guya barəsində məhdudiyyət qoyulmasına görə 8000 manat məbləğində pul alaraq aldatmışdır. 2019-ci ilin təxminən sentyabr ayından sonra Camal əlaqə nömrəsini dəyişən zaman nömrəsini bilməmiş, həmin ərəfədə onun yanında Xanbaba Camal barəsində nalayiq ifadələr işlətməklə, nüfuzdan salıcı sözlər demiş, bu səbəbdən Camalla münasibəti soyumuşdur. Xanbaba tutulduqdan sonra Camalla ətraflı söhbət edərkən Xanbabanın onun haqqında da Camala eyni məzmunlu sözlər dediyi və törətdiyi əməllərin ifşa olunmaması üçün aralarında əlaqənin itməsinə çalışdığı ona məlum olmuşdur. Bundan başqa X9 Xidmətinə işə düzəldiyini ona dedikdən sonra bir neçə dəfə Xanbabanın üstündə və idarə etdiyi avtomobilində tapança, qandal və ratsiya olduğunu görmüş, hətta bir neçə dəfə Xanbabaya tapançasına baxmaq istədiyini demiş, o, tapançanın “Zəfər” markalı olduğunu bildirsə də, əl-barmaq izlərinin qalacağını və işdə yoxlanılarkən problem olacağını bəhanə edərək tapançanı ona verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Xanbaba və Təqsirləndirilən şəxs2 qardaşlarını uşaqlıqdan Mərdəkan qəsəbəsində yaşadığı dövrdən tanımış, təxminən 2016-cı ildən etibarən isə Xanbaba ilə yaxın dostluq münasibətində olmuş, həmin ərəfədə Samirin həbsdə olduğunu öyrənmiş, Zərərçəkmiş şəxs2la isə qohumluğu olmuşdur. 2017-ci ildən etibarən isə Samirin yanına cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsinə getməyə başlamış, məqsədi isə ona köməklik etmək olmuşdur. 2018-ci ilin əvvəllərində bir dəfə Samirin yanında olarkən sonuncu cəzaçəkmə müəssisəsində qumar oynayarkən pul uduzduğuna görə ona təcili 3900 manat məbləğində pul lazım olduğunu deyərək ondan borc istəmişdir. O isə pulunun olmadığını deyərək ətrafdakı tanışlardan maraqlanacağını bildirmişdir. X16marda pul uduzduğunu və pula ehtiyacının olduğunu demişdir. Xanbaba isə ona pulunun olmadığını deyərək hazırda pulun Ömürdə olduğunu bildirmişdir. Xanbaba Ömürün avtomobil alacağından xəbərdar olduğu üçün pulunun olduğunu bilmiş, Ömürlə əlaqə saxlayaraq Xanbaba ilə birlikdə görüşmüşdür. Görüş zamanı Ömür Samirin yanında olduğunu, qumarda pul uduzduğunu və 3900 manat məbləğində pul borc istədiyini demişdir. Ömür özünün pulunun olmamasına görə pul verə bilmədiyini, qohum olduqları üçün aralarında qalmaq istəmədiyini bildirmişdir. Ömür isə pulun tam olmadığını və hissə-hissə verə biləcəyini demiş, sonra Samir ona zəng edərək pul barədə maraqlandıqda pulu qohumu Ömürün verəcəyini deyərək onları telefonla danışdırmış, Samirin xahişi ilə Ömürdən pulu müxtəlif vaxtlarda hissə-hissə olmaqla, yəni 1200, 1700 və 1000 manat olmaqla götürüb çatdırmışdır. Ömür ona Samirə çatdırması üçün cəmi 3900 manat məbləğində pul vermiş və o da həmin pulları Samirə çatdırmışdır. 2018-ci ilin əvvəllərində bir dəfə Mərdəkan qəsəbəsində olarkən Xanbaba “Lexus” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gəlmiş, həmin vaxt Xanbaba ona Samirin həmin avtomobili qumarda udduğunu və avtomobili Ömürə vermək istədiyini bildirmişdir. Ömürlə görüşdükdə o, avtomobili götürməkdən imtina etmişdir. Bir neçə gün keçdikdən sonra həm Samir, həm Xanbaba, həm də Ömür aralarında avtomobillə bağlı razılıq əldə olunduğunu danışmışlar. Ömür həmin avtomobili əldə etmək üçün Samirə verdiyi 3900 manat məbləğində borc pula əlavə olaraq 5200 manat məbləğində pul verməli olmuş, həmin vaxt Samir ondan Ömürün verəcəyi pulları çatdırmasını xahiş etmişdir. O, yenə yaxşılıq etmək üçün Ömürün hissə-hissə ona verdiyi pulları Samirə çatdırmışdır. Həmin ərəfədə Xanbaba ona kriminal aləmdə “Yeraz Nəriman” olaraq tanınan şəxsin Samir ilə bir cəza çəkdiyini, dost olduqlarını və artıq həbsdən azad olduğunu danışmışdır. Ömür avtomobilin pulu tam verən vaxt isə avtomobilin sahibinin “Yeraz Nəriman” olaraq tanınan şəxs olduğunu həm Samir, həm də Xanbaba ona danışmışdır. Ömür pulu verdikdən sonra avtomobil barədə maraqlandıqda avtomobilin əsl sahibinin kriminal aləmdə “Yeraz Nəriman” olaraq tanınan şəxs olduğunu, məsələni Samir ilə həll etməsini demişdir. Bundan başqa elə həmin ərəfədə bir dəfə Nəriman olaraq tanınan şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “WhatsApp” proqramına ismarıc göndərərək Xanbabani tapıb, ona zəng etməsini söyləməyini demiş, o da Xanbabanın evinə gedib bu barədə məlumat vermişdir. “Yeraz Nəriman” olaraq tanınan şəxsi heç vaxt görməmişdir. 2018-ci ilin təxminən may ayında Ömürün nənəsi rəhmətə gedən zaman “Yeraz Nəriman” ona yenə nömrəsinin “WhatsApp” proqramına ismarıc göndərərək Ömürün nənəsinin yasına gedəndə onun mobil telefonu vasitəsi ilə danışdırmağı demişdir. O da onları “WhatsApp” proqramı vasitəsi ilə danışdırmış, həmçinin Ömürün mobil nömrəsini guya “Yeraz Nərimana” vermiş, yas mərasimindən bir neçə gün sonra Xanbaba ilə birlikdə “Lexus” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil vermişdir. Bir neçə gün sonra “Yeraz Nəriman” olaraq tanınan şəxs ona yenə eyni qaydada gecə saatlarında ismarıc göndərərək avtomobili qaytarmaq lazım olduğunu bildirmiş, elə gecə saatlarında gedib Ömürə bu barədə məlumat vermiş, Ömürlə birlikdə Xanbabanın evinə gedib olanları danışmış, Xanbaba Ömürə qaytarmaq deyirsə, qaytarmaq lazım olduğunu söyləmiş, bundan sonra isə həmin avtomobili Xanbaba Ömürdən götürərək guya aparıb geri qaytarmış, bundan sonra avtomobillə bağlı olan danışıqlara qarışmamışdır. Bundan sonra 2019-cu ilin mart ayının sonunda bir dəfə Bilgəh qəsəbəsində yerləşən “Bravo” adlı marketə Ömürün yanına getmiş, orada olanda ona “Yeraz Nəriman” olaraq tanınan şəxsdən “WhatsApp” proqramı vasitəsi ilə ismarıc gəlmiş, həmin danışıqlar zamanı “Yeraz Nəriman” olaraq tanınan şəxs “Yeraz Nəriman” olaraq tanınan şəxs Ömürə onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldığını deyərək maraqlanıb axşam məlumat verəcəyini bildirmişdir. Həmçinin araşdırmanın onun Samirin yanına gedib-gəlməsinə görə olduğunu demiş, bu barədə Xanbabaya zəng edib danışmışdır. Həmin ərəfədə “Yeraz Nəriman” olaraq tanınan şəxs artıq onun mobil nömrəsinə ismarıc yazmamış, həmin şəxs Ömürə ona bilərəkdən yazmadığını, adının hallanmasını istəmədiyinə görə yazmadığını söyləmişdir. Səhəri gün Ömür və Xanbaba ilə görüşdükdə Xanbaba ona “Yeraz Nəriman” olaraq tanınan şəxsin işin həll olunması üçün 20000 manat məbləğində pul lazım olduğunu bildirmiş, həmin vaxt bu qədər pulunun olmadığını, 5000 manat məbləğində pulunun olduğunu demişdir. Xanbaba guya “Yeraz Nəriman” olaraq tanınan şəxslə görüşməyə getmiş, Ömürlə qalaraq gözləmiş, bir neçə saat sonra Xanbaba onun yanına qayıdaraq “Yeraz Nəriman” olaraq tanınan şəxsin 15000 manat məbləğində pulu onun əvəzdən verərək kömək edəcəyini, 5000 manat məbləğində pulu verdikdən sonra cəmi 20000 manat məbləğində pulun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir nəfərə veriləcəyini demişdir. Lakin kimə veriləcəyini Xanbaba ona söyləməmiş, onun əvəzindən pul vermək istəyən “Yeraz Nəriman” kimi tanınan şəxslə danışmaq istədiyini dedikdə isə, Xanbaba ona problem olmaması üçün danışmaq istəmədiyini demişdir. Bundan sonra həmin gün 5000 manat məbləğində pulu Xanbabaya Bilgəh qəsəbəsində yerləşən “Bilgah beach” adlı otelin yaxınlığında vermiş, pulu verdiyi günün gecəsi işin artıq həll olunduğunu bildirmişdir. Bir neçə gün keçdikdən sonra “Yeraz Nəriman” olaraq tanınan şəxsin Xanbaba ilə Ömürə ismarıcla onun əvəzinə verdiyi puldan 8000 manat məbləğində pulu geri istədiyini bildirdiyini ona demiş, şəxsi istifadəsində olan “Jeep” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilini sataraq 8000 manat məbləğində pulu “Yeraz Nəriman” olaraq tanınan şəxsə çatdırması üçün Xanbabaya Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən Kral adlı şadlıq sarayının yaxınlığında vermiş, guya pulu “Yeraz Nəriman” olaraq tanınan şəxsin Bakı şəhərində Bakıxanov qəsəbəsində yaşayan anasının evinə aparıb verdiyini demişdir. Təxminən 2-3 gün sonra özünə “Audi A6” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobili cəmi 16 gün idarə edə bilmiş, avtomobili aldıqdan 16 gün keçdikdən sonra Ömürlə Xanbaba ona zəng edərək Mərdəkan qəsəbəsinə çağırmışdır. Görüş zamanı ona “Yeraz Nəriman” olaraq tanınan şəxsin yazdığını, qalan 7000 manat məbləğində qaytarmalı olduğunu, pul qaytarmaq əvəzinə avtomobil almamalı olduğunu danışmışdır. Növbəti gün yenə avtomobili sataraq “Yeraz Nəriman” olaraq tanınan şəxsə çatdırması üçün 7000 manat məbləğində pulu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında Xanbabaya vermiş, ümumilikdə 20000 manat məbləğində pulu guya barəsində aparılan araşdırmanın həll olunması üçün Xanbabaya vermişdir. “Audi A6” markalı avtomobili satanda 7000 manat məbləğində pul və “Vaz Niva” markalı avtomobil almışdır. “Yeraz Nəriman” olaraq tanınan şəxsə guya borclu olduğu pulu verməmişdən öncə o, Ömürə guya onu silahla ayağından vuracağı ilə hədələmiş, bu barədə Ömür ona danışmış, Xanbaba həmin şəxsi kriminal aləmdən tanıtdığı üçün qorxmuş, buna görə də pulları deyən kimi tez vermişdir. Daha sonra 2019-cu ilin iyul ayında iş axtarmaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, həmin vaxt qeyd olunan şəhərdə +90-***-***-**-** mobil nömrəsini işlətmiş, orda olarkən Xanbaba “WhatsApp” proqramı vasitəsilə ona ismarıc göndərərək Mərdəkan qəsəbəsində atası Şahid7 yaşadığı evin qarşısında avtomobillərin dayandığını, onu axtardıqlarını danışmış, həmçinin həmin danışıq zamanı ona görüntülü zəng edərək avtomobilləri göstərmişdir. Həqiqətən evin qarşısında iki avtomobilin dayandığını görmüş, Xanbabaya yaxınlaşıb nə məsələ olması barədə maraqlanmasını söyləmiş, bir neçə dəqiqə sonra ona geri zəng edərək Dövlət Təhlükəsizliyi Xidmətindən gəldiklərini, adında ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olduğunu, adında əmlak olmasına görə problem yaradacaqlarını danışmışdır. Xanbabaya qeyd olunan qurumda tanışının olub-olmamasını soruşduqda ona tanışının olduğunu danışıb məlumat verəcəyini bildirmiş, İstanbul şəhərinə getməmişdən öncə də Xanbaba ona Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunacağını, sənədlərini verdiyini demişdir. Bir neçə saat sonra Xanbaba ona yenidən zəng edərək Nizaməddin Paşayevlə danışdığını, 5000 manat məbləğində pul müqabilində işini həll edəcəyini demişdir. Narahat olduğuna görə əmlakı ilə bağlı problem yaranmaması üçün atasına 5000 manat məbləğində pul hazırlamasını, gəlib bir nəfərin götürəcəyini demişdir. Şüvəlan qəsəbəsində yaşayan tanışı Şahid4 göndərib, 5000 manat məbləğində pulu götürüb Xanbabaya verməsini tapşırmışdır. Xanbaba pulu götürəndən sonra isə Nizaməddin Paşayevə çatdırdığını və məsələnin həll olunduğunu bildirmiş, lakin buna baxmayaraq təxminən bir həftə keçdikdən sonra 2019-cu ilin avqust ayında Xanbaba ona yenə zəng edərək Nizaməddin Paşayevə məsələ problemli olduğuna görə həmin puldan pul çatmadığını və əlavə olaraq 3000 manat məbləğində pul vermək lazım olduğunu bildirmişdir. Xanbabaya arvadı Şahid3 adına olan “Mercedes” markalı avtomobilə etibarnamə götürüb satmasını və əldə etdiyi puldan 3000 manat məbləğində pulu verməsini söyləmişdir. Diana Bakı şəhərində yerləşən 27 saylı notariat ofisində Xanbabaya etibarnamə verdikdən avtomobili 3900 manat məbləğində pula satmış, Xanbaba həmin puldan 900 manat məbləğində pulu Şahid3 vermiş, qalan 3000 manat məbləğində pulu isə guya Nizaməddin Paşayevə çatdırmışdır. Pulu verdikdən sonra isə Xanbaba ona məsələnin tam yoluna qoyulduğunu və problem olmayacağını bildirmişdir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə Dövlət Təhlükəsizliyi Xidmətində hər hansı bir problem yaranmaması üçün Xanbabaya cəmi 8000 manat məbləğində pul vermişdir. Bundan sonra 2019-cu ilin avqust ayının sonunda İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəldikdə Bakı şəhərində hava limanında pasportunu təqdim edərkən barəsində saxlanılma ilə bağlı göstəriş olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, onu qarşılamağa atası Xanbaba ilə gəlmiş, onlardan başqa onun gəlməsi barədə kiminsə məlumatı olmamışdır. İstanbul şəhərində olarkən kriminal aləmdə tanınan “Yeraz Nəriman” və Elnur adlı şəxslərlə görüşməsi ilə bağlı dindirilmiş, o da həmin şəxslərlə İstanbul şəhərində görüşmədiyini, “Yeraz Nəriman” adlı şəxsi ümumiyyətlə görmədiyini, Elnur adlı şəxsi isə Samirə görə tanıdığını və 2-3 dəfə Bakı şəhərində görüşdüyünü danışmışdır. Elnur adlı şəxs Samirin dostu olmuş, bu barədə dindirildikdən sonra Xanbabaya zəng edərək ona köməklik etməsini xahiş etmiş, ona Bakı şəhəri Xəzər rayon polis idarəsində sürücü işləyən Elnurla əlaqə saxlamığını və köməklik edəcəyini demişdır. Saxlanılmaması üçün Elnurdan xahiş etmiş, Elnur Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək ona 30000 manat məbləğində pul müqabilində işini həll edəcəyini söyləmişdir. Elnur ona 5000 manatı həmin gün, 10000 manatı səhəri günü və ayın sonunda isə 15000 manatı verməyini bildirmişdir. O, Elnurla razılaşmış, arvadı həmin gün 5000 manat məbləğində pulu tapıb Xanbabaya Bakı şəhəri, Nərimanov rayonu ərazisində vermiş, o da pulu Elnura vermişdir. Sonra buraxılmış, 07 avqust 2019-cu il tarixdə 10000 manat tapa bilmədiyindən, 5000 manat məbləğində pulu Elnura aparıb Xanbaba ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanında vermişdir. Növbəti gün, 08 avqust 2019-cu il tarixdə 5000 manat məbləğində pulu Elnura aparıb vermiş, 22 avqust 2019-cu il tarixdə ünvan 17 ünvanda yerləşən evini “xxxx” QSC-nin “Mərdəkan” filialında girov qoyub 40000 manat məbləğində pul kredit götürüb, 15000 (manat məbləğində pulu yenə Elnura Bakı şəhəri Xəzər rayon polis idarəsinin yaxınlığında vermişdir. Sonra Elnura ona köməklik etdiyinə görə guya verilən puldan onun hər hansı bir gəliri olmadığına görə əlavə 500 manat məbləğində pulu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən yerləşən “Şaurma №1” adlı restoranın yanında vermiş, bununla bağlı 500 manat məbləğində pulu verəcəyi ilə bağlı Elnura mobil telefonundan ismarıc da yazmıdır. O, Elnura 30500 manat məbləğində pul vermişdir. Bundan sonra 2019-cu ilin sentyabr ayında Xanbaba ilə Bakı şəhərində yerləşən Hüseyn Cavid parkında olan çayxanada olarkən ona Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyatçı olaraq işlədiyini danışmış, Xanbaba onu həmin qurumda işləməsinə inandırmışdır. Xanbaba həmin qurumda işləyən Nizaməddin Paşayevə ayda 600 manat versə nə özünün, nə də sahibi olduğu qeyri-yaşayış sahəsinin problemi olmayacağını dedikdə razılaşmışdır. Xanbaba onun yanında guya Nizaməddin Paşayevlə danışmış, lakin konkret olaraq kiminlə danışdığını bilməmişdir. Qeyri-yaşayış sahəsini “Qaraj 73” adı ilə icarəyə vermiş, sonra hər ayın 20-sində X10 çatdırması üçün 600 (altı yüz) manat məbləğində pul vermişdir. 2020-ci ilin may ayı da daxil olmaqla ayda 600 manatdan olmaqla cəmi 5400 manat məbləğində pulub Xanbabaya Bakı şəhərində fərqli ünvanlarda vermiş, Xanbaba hətta ona Nizaməddin Paşayevin guya ***-***-**-** saylı mobil nömrəsini də vermişdir. Lakin heç vaxt problem olmadığı üçün həmin nömrəyə zəng etməmiş, həmçinin Xanbaba ona guya Nizaməddin Paşayevin sürücüsü Nicat adlı şəxsin də nömrəsini vermiş, həmin şəxs də ona “WhatsApp” proqramı vasitəsi ilə hər ay pulu verməsini məsləhət bilmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayının sonunda Xanbaba onun evini girov qoyduğuna görə əlavə pulunun olduğunu bilmiş, həmin ərəfədə avtomobil alıb, taksi fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Xanbaba ona avtomobil almamasını, “Yeraz Nəriman” kimi tanınan şəxsin X8 Dubay şəhərində yaşayan tanışı Xəzri İmanov vasitəsilə ilə ona iş tapacağını demişdir. “Yeraz Nəriman” kimi tanınan şəxslə yenə “WhatsApp” proqramı vasitəsi ilə danışmış, ona Xəzri İmanovun mobil nömrəsini vermişdir. Xəzri ilə də “WhatsApp” proqramı vasitəsi ilə danışmış, lakin heç vaxt səsli danışmamaqla yanaşı onu görməmişdir. Həmin şəxslə danışıqlar zamanı sona Dubay şəhərində yaşaması üçün 3 illik viza almaq, şəhərdə hesaba pul qoymaq lazım olduğunu və sığorta olunmasını bildirmişdir. İlkin olaraq 5000 manat məbləğində pulu hissə-hissə “Yeraz Nəriman” kimi tanınan şəxsə çatdırması üçün Xanbabaya vermiş, “Yeraz Nəriman” kimi tanınan şəxs də guya həmin pulu Xəzri İmanova çatdırmışdır. Sonra 2000 manat məbləğində, 1000 və 500 manat olmaqla hissə-hissə cəmi 3000 manat məbləğində pul vermişdir. Bütün pulları Xanbabaya vermiş, ümumilikdə ona işin həll olunması üçün 10000 manat məbləğində pul vermişdir. Pulu 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vermiş, Xəzri İmanova xarici pasportunun fotoşəkilini də “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş, lakin bununla bağlı hər hansı bir iş görülməmişdir. Bundan əlavə 2020-ci yanvar ayında Xanbaba “WhatsApp” proqramı vasitəsi ilə zəng etdikdə cavab verməmiş, ardınca Xəzri İmanova eyni proqramla zəng etdikdə də cavab verməmiş, yenə Xanbabaya yığmasına baxmayaraq götürməmişdir. X34 zəng etdikdə Xanbaba cavab vermiş, həmin vaxt ondan niyə Xəzri İmanova zəng etdiyi halda cavab verdiyini soruşmuş, bu vaxt Xanbaba həyəcanlandığını deyərək zəng edəcəyini söyləyib telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra Xanbaba ona yenidən zəng edərək telefonların zənglərinin qarışdığını, onun telefonuna qulaq asıldığını, nəzarətdə olduğunu, yenə barəsində saxlanılma olduğunu danışmışdır. Narahat olduğuna görə Xanbabaya kömək etməsini bildirmiş, Xanbaba ona Nizaməddin Paşayevlə danışdığını, 10000 manat məbləğində pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində guya barəsində saxlanılma ilə bağlı aparılan araşdırmanın həll olunacağını demişdir. Bir qədər danışıqdan sonra 8000 manat məbləğində pula razılaşmış, Mərdəkan qəsəbəsində atasının yaşadığı evin qarşısında 8000 manat məbləğində pulu Xanbabaya vermişdir. Xanbaba da guya pulu Nizaməddin Paşayevə aparıb vermişdir. Sonra Xanbaba ona işinin həll olunduğunu bildirmişdir. 05 may 2020-ci il tarixdə Xanbaba saxlanıldıqdan sonra “WhatsApp” proqramı vasitəsi ilə yazan Xəzri İmanovun istifadəsində olan mobil nömrənin həmin tarixdən sonra işləmədiyini başa düşmüş, həmin nömrə sönülü olmaqla yanaşı ismarıclar qəbul olunmamışdır. Bundan başqa 10 mart 2018-ci il tarixdə Samir Ömürə zəng edərək “Lexus” markalı avtomobili almasını, əlavə 5200 manat pul verəcəyi təqdirdə razılaşacağını bildirmiş, razılaşdıqdan sonra Samir Ömürə həmin puldan 1500 manat məbləğində pulu həmin gün ona çatdırmağını söyləmişdir. Samir avtomobilin hazırda “Yeraz Nəriman” ləqəbi ilə tanınan dostunda olduğunu və 2018-ci ilin mart ayının sonlarına yaxın avtomobili Xanbabanın gətirib Ömürə verəcəyini demişdir. 10 mart 2018-ci il tarixdə axşam saatlarında Ömür ona Samirə çatdırması üçün 1500 manat məbləğində pul vermiş, sonra Ömür ona 12 mart 2018-ci il tarixdə yaşadığı evin qarşısında 300 manat, 13 mart 2018-ci il tarixdə 200 manat məbləğində pul vermişdir. 19 mart 2018-ci il tarixdə Ömür həmin puldan 900 manatı özü Samirə 15 saylı cəzaçəkmə müəssisəsində görüşə gedərkən çatdırmış, görüş zamanı Samir Ömürə avtomobillə bağlı verməli olduğu puldan 300 manatı Xanbabaya verməyini tapşırmışdır. Ömür həmin gün axşam saatlarında yaşadığı evin qarşısında Xanbaba ilə görüşüb 300 manat pulu Xanbabaya vermiş, sonra 25 mart 2018-ci il tarixdə 500 manat məbləğində pul vermiş, 03 aprel 2018-ci il tarixdə Ömür ona 100 manat məbləğində pul vermişdir. 26 aprel 2018-ci il tarixdə saat 23 radələrində Xanbaba həmin avtomobili gətirib yaşadığı evdə Ömürə təhvil vermişdir. Təxminən 2-3 gün sonra gecə saatlarında Ömürə “WhatsApp” proqramı vasitəsilə ismarıc yazaraq “Yeraz Nəriman” ləqəbli şəxslə danışdığını və təcili görüşməli olduqlarını bildirmişdi. Həmçinin Xanbaba ilə də görüşməyi, vəziyyətin yaxşı olmadığını Ömürə demişdir. Xanbaba ilə də görüşdükdən sonra bayaqdan “Yeraz Nəriman” ləqəbli şəxslə yazışdığını və maşını qaytarmaq lazım olduğunu danışmışdır. Ömür isə etiraz edərək avtomobili qaytarmayacağını söylədikdən sonra hərə öz evinə getmişdir. Ömür sonra maşının sənədlərində problem olmaması üçün maşını qaytarmaq qərarına gəlmişdir. Səhəri gün Xanbaba ilə birlikdə Ömürün evinin qarşısına gedərək maşını təhvil almış, Sonra Xanbaba “Lexus” markalı avtomobili idarə edərək çıxıb getmişdir. Bir neçə gün sonra 2018-ci ilin may ayının əvvəllərində Samir Ömürə zəng edərək avtomobillə bağlı əlavə 1400 manat məbləğində pul lazım olduğunu və həmin pulu deyəcəyi adama çatdırmaq lazım olduğunu bildirmişdir. Samir pulu ona verməyini Ömürə tapşırmış, Ömür 1400 manat məbləğində pulu 2018-ci ilin may ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən “Amburan Mall” adlı ticarət mərkəzinin qarşısında ona vermişdir. 26 may 2018-ci il tarixdə Ömür 175 manat məbləğində pulu maşının enerji cihazının alınması üçün Xanbabaya vermiş, daha sonra 2019-cu ilin fevral ayında X28 adlı şəxsin “Lexus” markalı avtomobilə təmirlə bağlı 1100 manat dəyərində xərc çəkdiyini, pulun yarısının Ömürün verəcəyi halda maşını ona verəcəyini demişdir. Ömür Xanbabaya 420 manat məbləğində pul verə biləcəyini demiş, Xanbaba da guya 130 manat məbləğində pulu düzəldib Ömürün əvəzinə qoyacağını bildirmişdir. Ömür inanaraq 2019-cu ilin mart ayının ortalarında Xanbaba ilə Mərdəkan qəsəbəsində görüşüb 420 manat məbləğində pul vermişdir. Ömürlə Samir arasında olan bütün söhbətlərdən xəbərdar olmuş, çünki Samirin xahişi ilə Ömürün verdiyi pulları çatdırmış, özünün iştirak etmədiyi hallarda isə verilən pullardan Ömürün deməsindən sonra xəbərdar olmuşdur. Həmçinin 2019-cu ilin yay aylarında Xanbaba guya Dövlət Təhlükəsizliyi Xidmətində işə başladığını dediyi vaxtda onun üzərində tapança görmüş, həmin tapançanı həmçinin qandal və ratsiyaları Xanbabanın idarə etdiyi maşında da görmüşdür. Buna görə X1 Xidmətində işə başladığına inanmış, lakin Xanbaba ona həmin tapançaya, qandala və ratsiyalara toxunmağına imkan verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs1 Mərdəkan qəsəbəsinin sakini kimi tanımış, onunla qohumluq münasibəti də olmuşdur. Camal adlı şəxsi Xanbabanın qonşusu və dostu kimi tanımışdır. 2019-cu ilin təxminən yay aylarında Camal onunla əlaqə saxlayaraq Mərdəkan qəsəbəsində yaşadığı evə gedərək atasının verəcəyi pulu götürüb saxlamağını və Xanbabanın həmin pulu ondan götürəcəyini demiş, həmçinin özünün xaricdə olduğunu qeyd etmişdir. Lakin Camal ona pulun məbləğini və Xanbabanın pulu hansı məqsədlə götürəcəyini deməmişdir. O, həmin gün axşam saatlarında Camalın yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evinə getmiş və Camalın atası pulu zərfin içərisində ona vermişdir. O, zərfin içərisindəki pulun məbləğini bilməmişdir. Pulu götürdükdən bir neçə dəqiqə sonra Xanbaba ona zəng edərək Mərdəkan qəsəbəsinin girişində onu gözlədiyini və götürdüyü pulu ora gətirməsini söyləmişdir, O, həmin yerə gedərək Xanbaba ilə görüşmüş və pulu ona vermişdir. Həmin vaxt Xanbaba özü idarə etdiyi “Daewoo Espero” markalı avtomobildə tək olmuşdur. Xanbaba həmin pulun məbləği və hansı məqsədlə götürməsi barədə ona heç bir söz deməmişdir. Bu hadisədən başqa Camaldan və digər şəxslərdən heç vaxt pul götürüb Xanbabaya çatdırmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə qohum kimi münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin avqust ayında X9 Xidmətində əməliyyatçı olaraq işə başladığını ona demişdir. 20 fevral 2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək Xanbaba ilə birlikdə olduğunu, qardaşının kriminal aləmdə tanınan Nəriman adlı şəxslə əlaqələrinin olmasına görə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma aparıldığını, həmin araşdırma materiallarının prokurorluğa göndəriləcəyini və cinayət məsuliyyətinə cəlb olunacağını danışmışdır. Lakin qardaşı heç vaxt Nəriman adlı şəxslə görüşməmişdr. Çay evində Ömür və Xanbaba ilə görüşmüş, Xanbaba ona da Nəriman adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma ilə əlaqədar saxlanıldığını, Ömürlə danışıqlarının aşkar olunduğunu, bu səbəbdən Ömürün də saxlanılma ehtimalının olduğunu bildirmişdir. X9 Xidmətində işləyən rəisindən xahiş etdiyini və rəisin işi yoluna qoyacağını söyləmiş, bunun müqabilində 2700 manat məbləğində pul lazım olduğunu demişdir. Ömürlə birlikdə bankdan kreditlə pul götürmək qərarına gəlmişlər, Xanbaba isə 2000 manat məbləğində pulu həmin gün, qalan 700 manat məbləğində pulu isə növbəti gün çatdırmaq lazım olduğunu qeyd edərək işi ilə bağlı əməliyyat keçiriləcəyini bəhanə edib onlardan ayrılmışdır. Ömürlə birlikdə “xxxx” Azərbaycan Səhmdar Cəmiyyətinin Bakı şəhəri ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında olan bankomatına yaxınlaşmış və adına olan “Albalı+” adlı hesabından 1900 manat məbləğində pul çıxarmışdır. Ömürlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən C.Naxçıvanski adına hərbi liseyin yaxınlığında Xanbaba ilə görüşmüş, Xanbaba ilə olan danışıqlarının səs yazısını mobil telefonunda qeydiyyatını etmiş, 1900 manat məbləğində pulu Xanbabaya vermişdir. Puldan qalıq qalan 100 manat məbləğində pulu isə Ömür axşam evinə gələndə Xanbabaya verəcəyini bildirmişdir. Görüşdən sonra qardaşı Ömürlə birlikdə evə qayıtdıqda evində olan 200 manat məbləğində pulu da ona vermişdir. Növbəti gün isə qardaşı Ömür qalan pulu da borc aldığını və verilməli olan qalan 800 manat məbləğində pulu da Xanbabaya verdiyini ona demişdir. Bundan təxminən iyirmi gün sonra qardaşının Xanbabaya həmin işlə bağlı qonaqlıq vermək adı ilə əlavə 650 manat məbləğində pul verdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, 2017-ci ildə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. Müəssisə avtomobillərin günlük kirayə verilməsi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 2018-2019-cu illər ərzində təsisçisi olduğu müəssisədən kirayə avtomobil götürdüyünə görə tanımışdır. Təqsirləndirilən şəxs2 isə Xanbabanın qardaşı kimi tanımış, Samirin həbsdə olması barədə ona Xanbaba danışmışdır. Xanbaba ümumiyyətlə müəssisədən “Lexus” və “Range Rover” markalı avtomobilləri iki-üç günlük icarəyə götürmüş, hər dəfə avtomobil icarəyə götürəndə şəxsiyyət və sürücülük vəsiqələrinin surətləri götürülməklə icarə müqaviləsi bağlanılmış və Xanbabaya yol vərəqəsi verilmişdir. Müəssisə tərəfindən “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir. Həmin avtomobil qardaşı Vüqar Aşirovun adına rəsmiləşdirilmişdir. 2018-ci il ərzində Xanbaba bir neçə dəfə həmin avtomobili icarəyə götürmüş, daha sonra da müddət tamam olanda avtomobili geri qaytarmışdır. Xanbabanın həmin avtomobildən istifadə etməklə kimisə aldatmasından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 ilə qohumluq münasibətləri olmuşdur. Xanbabanın kimlərinsə pullarını ələ keçirməsi barədə hər hansı bir məlumatı olmamışdır. 2018-ci ilin mart ayında Ömür ona Samirin cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsinə getməyi təklif etmiş, o da Ömürlə birlikdə cəzaçəkmə müəssisəsinə getmiş və orada Samir ilə görüşmüşlər. Ömürlə birlikdə Samirə 900 manat məbləğində pul çatdırmasını uzun müddət keçdiyindən xatırlaya bilmir. Samir ilə Ömür arasında olan avtomobil alqı-satqısı ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, dayısı oğlu Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayında ona Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldiyini, sənədlərini aidiyyəti üzrə təqdim edib tibbi komissiyadan keçdiyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında isə Xanbaba ona Dövlət Təhlükəsizliyi Xidmətinin Narkotiklərlə mübarizə idarəsinə əməliyyatçı vəzifəsinə işə düzəldiyini demişdir. Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayında ondan borc qismində 700 manat məbləğində pul almışdır. Həmin vaxt Ömür ona avtomobil almaq üçün pulunun çatmadığını demişdir. Bir neçə ay sonra 700 manat pulu geri almışdır. Xanbaba tutulduqdan sonra Ömürlə görüşüb söhbət edərkən sonuncu ona Samir və Xanbabanın “Lexus 470” markalı avtomobil satmaq adı ilə onu aldadaraq pulunu ələ keçirdiklərini danışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu Şahid1 dostu kimi tanımışdır. Camal 2019-cu ilin iyul ayında işləmək üçün Türkiyə Respublikasına getmiş və bir gün orada olarkən ona zəng edərək təcili 5000 manat məbləğində pul lazım olduğunu bildirmiş, o da xaricdə olduğuna görə ehtiyacının olduğunu düşünərək pulu verməyə razılaşmışdır. Camal ona bir nəfər şəxsin evə gəlib pulu götürəcəyini bildirmişdir. Elə həmin gün də bir nəfər tanımadığı sonradan adının Fizuli olduğunu bildiyi şəxs gəlib evdən pulu götürmüşdür. O, həmin vaxt 5000 manat məbləğində pulu zərfin içində Fizuli adlı şəxsə vermişdir. O, həmin pulu Camal xaricdə olduğuna görə ona dəstək olmaq məqsədilə vermişdir. Camal 06 avqust 2019-cu il tarixdə İstanbul şəhərindən Bakı şəhərinə gəldikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. O da həmin idarənin yanına gedərək idarədə tanımadığı bir şəxslə oğlu barədə söhbət etmişdir. Söhbət zamanı ondan oğlunun nə məqsədlə İstanbul şəhərinə getməsi soruşulmuş, o da işləmək üçün getdiyini demişdir. Sonra ona oğlunun dindiriləcəyi bildirilmişdir. İdarədən çıxanda idarənin yanında Xanbabanı görmüş, bir qədər gözlədikdən sonra evə getmişdir. Bir müddət keçdikdən sonra araşdırmalar başlayanda Camalın Elnur adlı şəxsə bu işlə bağlı 30000 manat məbləğində pul verdiyini öyrənmişdir. Camal evini girov qoyaraq həmin pulu düzəldib vermişdir. Camalın Dubay şəhərinə işləməyə getmək üçün Xanbabaya 10000 manat məbləğində pul verdiyini oğlundan eşitmişdir. Camal həmin pulu Xanbabaya hissə-hissə vermişdir. Pulu verən vaxt ona heç bir məlumat verməmiş, onun bu barədə sonradan məlumatı olmuşdur. Camalın mülkiyyətində olan qeyriyaşayış sahəsinə görə problem yaranmaması üçün Xanbabaya doqquz ay müddətində hər ay 600 manat verdiyini də sonradan bilmişdir. Xanbaba oğlundan başqa adla da pul almış, lakin konkret olaraq hansı adla pul almasını bilməmişdir. Oğlu ona bu barədə danışmamış, yalnız araşdırma başlayandan sonra öyrənmişdir (cild 4, iş vərəqə 7-11, 130-133). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə Şahid1 ilə ailə həyatı qurmuş, həmin nikahdan 2012-ci il təvəllüdlü qızı Aliyə doğulmuşdur. 1996-cı il tarixdən hazırki vaxtadək daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsində Katibliyin rəisi vəzifəsində xidmət edir, polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs1 əri Şahid1 dostu kimi tanımışdır. 2019-cu ilin yay aylarında Şahid1la boşanmasalar da münasibətləri soyumuş, ona görə də Şahid1 həmin ərəfədə atasıgilin yaşadığı Mərdəkan qəsəbəsində yerləşən mənzildə yaşamış, özü isə qızı ilə birlikdə ünvan 26 ünvanında yaşamışdır. Şahid1 ara-sıra baş çəkmək üçün onlara gəlib-getmişdir. 2019-cu ilin dəqiq xatırlamadığı ayında Şahid1 gümüşü rəngli “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil almış, həmin avtomobili onun adına sənədləşdirmiş, lakin faktiki olaraq avtomobil Şahid1 məxsus olmuşdur. Həmin avtomobili Şahid1 Yasamal rayonunda yaşadığı binanın həyətində saxlamış, həmin avtomobili heç vaxt sürməmişdir. 2019-cu ilin iyul ayında Şahid1 iş axtarmaq üçün, eləcə də orada yaşayan hansısa qohumuna baş çəkmək üçün Türkiyənin İstanbul şəhərinə getmişdir. Şahid1 ara-sıra videozəng vasitəsilə əlaqə saxlayıb qızı ilə danışmışdır. Təxminən 2019-cu ilin iyul ayının sonu və ya avqust ayının əvvəlində, dəqiq xatırlamadığı gündə Şahid1 onunla əlaqə saxlayaraq adına rəsmiləşdirdiyi həmin “Mercedes” markalı avtomobili satmaq üçün Təqsirləndirilən şəxs1 etibarnamə verməyini söyləmiş, lakin avtomobili hansı səbəbdən satmaq istədiyini ona deməmişdir. Münasibətləri soyuq olduğundan, eləcə də, avtomobil Şahid1 məxsus olduğundan sonuncudan avtomobili hansı səbəbdən satacağını soruşmamışdır. Həmin vaxt özü işdə olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs1 onun iş yerinin qarşısında gözlədiyini demişdir. Təqsirləndirilən şəxs1 ilə iş yerinin qarşısında görüşmüş, sonuncu orada tək olmuşdur. Birlikdə yaxınlıqda, yəni Bakı şəhəri, Azadlıqda prospektində yerləşən 27 saylı notariat kontoruna gedərək “Mercedes” markalı avtomobilə dair Təqsirləndirilən şəxs1 baş etibarnamə vermiş, yəni həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs1 avtomobil üzərində sərəncam vermək hüququ yaranmışdır. Orada olarkən Təqsirləndirilən şəxs1 özü də avtomobili nə üçün satacağı barədə ona bir söz deməmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 onun iş yerinə gələrək ona 900 manat pul verib Şahid1 verməyini söyləmişdir. Həmin gün Şahid1 özü də onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs1 nin ona 900 pul verəcəyini demişdir. Bundan sonra 2019-cu ilin avqust ayında dəqiq xatırlamadığı gündə Şahid1 onunla telefonla əlaqə saxlayaraq Bakı şəhərinə qayıtdığını, ona təcili 5000 manat pul lazım olduğunu, həmin pulu axşama kimi Təqsirləndirilən şəxs1 əlaqə saxlayıb götürəcəyini demişdir. Şahid1 həmin pulun nə üçün lazım olduğunu soruşduqda o, işi olduğunu, lazım olduğunu, işləri olduğu üçün gəlib pulu götürə bilmədiyini söyləmişdir. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs1 əlaqə nömrəsini ona vermişdir. Həmin gün tanışlarından borc alaraq 5000 manat pul düzəltmiş, saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə zəngləşərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində Gənclik metrosundan xeyli aralıda görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 tək olmuşdur. Təqsirləndirilən şəxs1 nin idarə etdiyi markasını, nömrəsini və rəngini xatırlamadığı bir avtomobilə əyləşərək 5000 manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs1 pulu aldıqdan sonra ondan ayrılmışdır. Yolda Şahid1la da əlaqə saxlayıb 5000 manat pulu Təqsirləndirilən şəxs1 verdiyini söyləmişdir. Həmin gün təxminən saat 23 radələrində Şahid1 evə gəlmişdir. Bakıya qayıdarkən niyə xəbər etmədiyini soruşduqda Şahid1 ona sürpriz etmək üçün gələcəyi barədə əvvəlcədən məlumat vermədiyini söyləmişdir. Həmin vaxt münasibətləri soyuq olduğu üçün Şahid1la ətraflı söhbət etməmişdir. Bir neçə gün sonra Şahid1 atası Şahid7 adına olan, hal-hazırda faktiki olaraq yaşadıqları ünvan 17 ünvanında yerləşən evi adını xatırlamadığı bankın Mərdəkan qəsəbəsində yerləşən filialında girov qoyub 40000 manat məbləğində kredit götürmüşdür. Şahid1 yenə pulun hansı səbəbdən lazım olması barədə ona heç bir məlumat verməmiş, onun həmin pulu nəyə sərf etdiyini bilməmişdir. Daha sonra təxminən 2020-ci ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Şahid1la birlikdə evdə olarkən sonuncuya Dövlət Təhlükəsizliyi Xidmətindən zəng olunaraq ora dəvət olunmuşdur. Bir neçə saat sonra Şahid1 evə qayıtdıqda ona dostu Təqsirləndirilən şəxs1 özünü yalandan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib qanunsuz əməllər törətdiyinə görə tutulduğunu danışmışdır. Şahid1 həmin vaxt çox həyəcanlı və şok vəziyyətində olmuşdur. Bir neçə gün sonra Şahid1 ona dostu Təqsirləndirilən şəxs1 özünü yalandan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək ondan müxtəlif vaxtlarda müxtəlif məbləğdə pullar alaraq ələ keçirdiyini, eləcə də, ona məxsus Bakı şəhəri, Səbail rayonu ərazisində, “Mc Donalds” adlı kafenin arxasında yerləşən “Qaraj 73” adlı kafeyə himayədarlıq edəcəyi ilə aldadaraq ondan hər ay 600 manat pul alıb ələ keçirdiyini bildirmişdir (cild 2, iş vərəqə 164-168). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrəni 2012-ci ilin iyul ayında “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrdə xidməti məktub əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alaraq öz adına rəsmiləşdirmişdir. Həmin vaxtdan hazırki vaxtadək ***-***-**-** saylı mobil nömrə yalnız özünün istifadəsində olmuş, həmin nömrəni özündən başqa heç kim işlətməmişdir. Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, onunla heç bir münasibəti olmamışdır. X6 Xidmətində işləməmiş, həmin xidmətdə işləyən yaxın tanışı və ya qohumu olmamış, Nizaməddin Paşayev ad və soyadlı bir şəxs tanımamışdır. ***- ***-**-** saylı mobil nömrə istifadəsində olduğu müddətdə hər hansı bir şəxsin ona zəng edərək rəis kimi, Nizaməddin Paşayev kimi müraciət etməsini və ya həmin şəxsi soruşmasını xatırlamır. Həmin nömrəsinə az hallarda zəng gəlmişdir. Nicat adlı köməkçisi, tanışı və ya qohumu olmamışdır (cild 03, iş vərəqə 07-11). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 35-39). İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid ifadəsində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 31-34, 36-45, 40-44). Zərərçəkmiş şəxs2 25 aprel 2020-ci il tarixli ərizəsindən görünür ki, qaynı Təqsirləndirilən şəxs1 ona və digər şəxslərə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olaraq təqdim etmiş, bundan əlavə sonuncu onun barəsində guya araşdırma aparılmasına onu inandıraraq aldadıb, əmlakını ələ keçirmişdir. Eyni zamana Zərərçəkmiş şəxs2 həmin ərizəsində əlavə olaraq qardaşı Şahid2 ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs1 20 fevral 2020-ci il tarixdə 1900 manat pulu verilərkən öz mobil telefonu vasitəsilə qeydə aldığı danışıqların olduğu 01 ədəd CD diski istintaqa təqdim etmişdir (cild 01, iş vərəqə 13-18). Şahid1 05 may 2020-ci il tarixli ərizəsindən görünür ki, tanışı Təqsirləndirilən şəxs1 ona özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olaraq təqdim etmiş, bundan əlavə sonuncu onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hər hansı bir müdaxilə edilməməsi üçün aldadıb, cəmi 9 ay, hər ay 600 manat olmaqla ümumilikdə onun 5400 manat məbləğində pulunu ələ keçirmişdir (cild 01, iş vərəqə 19-20). Məhkəmə-ballistik ekspertizasının 14 iyul 2020-ci il tarixli 3/656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulu ilə hazırlanmış, sıxılmış hava təzyiqi iş prisipinə malik olan, 6 mm kalibrli, pnevmatik tapançadır - odlu silah, qaz silahı və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd qandal kustar üsulu ilə hazırlanmış insan əl-qolunun müvəqqəti məhdudlaşdırılması üçün nəzərdə tutulmuş xüsusi vasitədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilmir (cild 03, iş vərəqə 229-232). Kompyuter-texniki ekspertizasının 24 iyul 2020-ci il tarixli 5/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qara rəngli 02 ədəd “SDT” markalı “S-588” modelli ratsiyalar (əl stansiyaları) işlək vəziyyətdə olmaqla istifadəyə yararlıdırlar, zavod üsulu ilə hazırlanaraq müəyyən olunmuş məsafəyə uyğun olaraq öz aralarında danışıqların aparılması üçün nəzərdə tutulmuş portativ əl stansiyalarıdır (cild 03, iş vərəqə 233- 237). Məhkəmə-fonoskopik ekspertizasının 09 sentyabr 2020-ci il tarixli 4/442 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı cd diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda 03 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmiş, həmin diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 və “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd cd diskdə olan mübahisəli fonoqramda montaj əlamətləri müəyyən olunmamışdır (cild 04, iş vərəqə 105-113). Baxış keçirilməsi haqqında 12 iyun 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, ibtidai istintaq zamanı 05 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Mercedes” markalı avtomobilə keçirilmiş baxış zamanı 02 ədəd xüsusi rabitə vasitəsinə bənzər əşyalar, 01 ədəd tapançaya bənzər əşya və 01 ədəd açarı ilə birlikdə olan qandala bənzər əşya aşkar edilərək götürülmüşdür. 02 ədəd ratsiyaya bənzər əşyalar qara rənglidir və hər ikisinin antennaları vardır. Hər iki qurğunun alt hissədən uzunluğu 5 sm, eni isə 3 sm-dir. Hər iki cihazın uzunluğu 10 sm, antennalarının uzunluğu isə 15 sm-dir. Hər iki qurğunun ön tərəfində 4 ədəd səs çıxaran boşluqlar vardır. Həmin qurğulardan birinin ön tərəfində “S-588” yazılmış, digərində isə bu yazı hissəsi boşdur. Yazısı olan qurğunun yazıdan yuxarı hissəsində boş daha bir işarə yeri vardır, digərində isə həmin hissədə “SDT” yazısı qeyd olunmuşdur. “S-588” yazılmış cihazın antennası, eləcə də, antennanın sağ kənarında yerləşmiş istifadə üçün çevrilən başlıqları yerindədir. Digərində isə həmin başlıqlardan ən sağda yerləşəni yoxdur. Hər iki cihazda sağ başlığı sola tərəf çevirdikdə qurğunun işə düşdüyü görünür. “S-588” yazılmış qurğunun arxa tərəfində yuxarı hissədə olan düyməsini sola istiqamətdə çəkdikdə, arxasından cərəyan hissəsinin ayrıldığı görünür. Cərəyan yığan hissə ayrıldıqda həmin qurğunun arxa hissəsində “SDT”, “S-588”, “400-470MHz”, “5W”, “7.4V”, “CMİİT İD:2009FP3725”, “S/N:**********” yazılarının olduğu müəyyən olunur. Həmin qurğunun cərəyan yığan hissəsində isə içəri tərəfdən “7.5V 1300 mAh Li-on Baterrypack” yazısı vardır. Digər qurğunun arxa tərəfi də eyni qaydada açıldıqda, arxa hissəsində “SDT”, “S-588”, “400-470MHz”, “5W”, “7.4V”, “CMİİT İD:2009FP3725”, “S/N:**********” yazılarının olduğu görünür və cərəyan yığan hissəsində olan yazının digəri ilə eynilik təşkil etdiyini müəyyən olunur. Hər iki qurğunun sol tərəfində iki ədəd düymə vardır və hər ikisində yuxarı düymə üzərində “PTT” sözləri yazılmışdır. Hər iki qurğunun sol tərəfində aşağıda olan düymə sarı rənglidir. Ardınca 01 ədəd tapançaya bənzər əşya qara rənglidir. Əşyanı tapançaya bənzətdikdə lülək hissəsinin uzunluğunun 19 sm, eninin isə 3,5 sm olduğu müəyyən olunur. Dəstək hissəsinin eni 5,5 sm, uzunluğu isə 10 sm-dir. Əşyanın yuxarı hissənin 1 sm ölçüdə arxaya çəkildiyi müəyyən olunur. Dəstəyin sol tərəfində olan düymə vasitəsi ilə dəstəyin altından digər hissənin ayrıldığı və həmin hissənin içərisində üç ədəd metal açarın olduğu görünür. Bundan əlavə 01 ədəd açarı ilə birlikdə olan qandala bənzər əşya gümüşü rənglidir və istifadə oluna bilir. Əşyanın hər hissəsini içəri doğru hərəkət etdirdikdə çevrilərək açıldığı müəyyən olunur. Əşyanın hər iki hissəsində 15 ədəd bağlama keçəcəkləri vardır. Əşyada keçəcəklər tam bağlandıqda, hər iki hissənin eni 5,5 sm, uzunluğu isə 6 sm-dir. Əşyanın hər iki hissəsi ortadan bir-birilə iki ədəd dəmir keçəcəklərlə bağlanmışdır. Əşyanın sol hissəsində ön tərəfdə, sağ hissəsində isə arxa tərəfdə açarla istifadə yeri vardır. Əşyanın açarının üzərində isə “MASOLET” yazısı qeyd olunmuşdur (cild 02, iş vərəqə 41-49). Zərərçəkmiş şəxs2 və Şahid2 iştirakı ilə sonuncunun təqdim etdiyi CD diskdə olan səs yazılarına baxış keçirilməsi haqqında 01 iyul 2020-ci il tarixli protokoldan görünür ki, səs yazısı 20 dəqiqə 53 saniyə müddətini əhatə edir. Zərərçəkmiş şəxs2 və Şahid2 səs yazısında danışıqları əks olunan üç nəfər şəxsdən ikisinin özləri, digərinin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirmişlər. Səs yazısında əks olunan söhbətlərin məzmunundan həmin üç nəfər şəxsin avtomobilin içərisində görüşməsi, orada Təqsirləndirilən şəxs1 onlardan 1900 manat məbləğində pulu sayaraq qəbul etməsi, Zərərçəkmiş şəxs2 isə 100 manat məbləğində pulu axşam gəlib ondan götürməsini söyləməsi müəyyən olunmuşdur. Baxış keçirilən danışıqların mətni ilə bağlı stenoqram tərtib edilərək protokola əlavə edilmişdir (cild 02, iş vərəqə 181-187). Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Samsung”, markalı, “S7 Edge” modelli, mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilməsi haqqında 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, **********02881, **********02883/01 İMEİ kodlu mobil telefonun yaddaşında 26.04.2018 və 28.04.2018-ci il tarixlərdə həmin mobil telefon vasitəsilə çəkilmiş həyətdə dayanmış vəziyyətdə olan qara rəngli “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin öndən və arxadan görünüşlərini əks etdirən 2 ədəd fotoşəkil, Təqsirləndirilən şəxs1 “Yeraz Nəriman” ləqəbli şəxs kimi təqdim etdiyi şəxslə özü arasında aparılmış yazışma olduğunu bildirib Zərərçəkmiş şəxs2 göndərdiyi iki nəfər şəxs arasında “WhatsApp” proqramı vasitəsilə olan yazışmaların fotoşəkilləri, 26.05.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən “Yeraz Nəriman” ləqəbli şəxs kimi təqdim edilən şəxsin “Lexus” markalı avtomobilin enerji cihazı ilə bağlı 175 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 tərəfindən ödəniləcəyi barədə “WhatsApp”proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 yazdığı ismarıcın fotoşəkili, Təqsirləndirilən şəxs1 03.06.2018-ci il tarixdə “WhatsApp” proqramı vasitəsilə “Yeraz Nəriman” ləqəbli şəxs kimi təqdim etdiyi şəxslə özü arasında “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı yazışmalarını, yəni, sonuncunun guya anasını harasa aparandan sonra avtomobili aparıb Zərərçəkmiş şəxs2 təhvil verməsini deməsi barədə yazışmalarını əks etdirən fotoşəkil, “WhatsApp” proqramı vasitəsilə 2020-ci ilin fevral ayı ərzində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ondan həmin ərəfədə 2700 manat məbləğində pul alması və ifadəsində göstərdiyi digər xüsusatların təsdiq olunmasına dair yazışmalar aşkar edilmişdir. Bundan başqa, həmin mobil telefonun mediafayllar bölməsində iki nəfər azyaşlı uşağın çarpayıda uzanmış vəziyyətdə olması, uşaqların üzərinə və ətrafına hər biri 100 manatlıq əskinas olmaqla ümumilikdə 27 ədəd, yəni 2700 manat məbləğində pulun səpilmiş vəziyyətdə olmasını əks etdirən bir ədəd fotoşəkil aşkar edilmişdir. Baxış istintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs2 həmin fotoşəkili Təqsirləndirilən şəxs1 qeyri-rəsmi arvadı olan Aysel adlı qızın özünə məxsus “WhatsApp” proqramının profilində status bölməsində 2020-ci ilin fevral ayında, konkret olaraq 20 və 21 fevral 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 ümumilikdə 2700 manat pul verdikdən iki-üç gün sonra paylaşdığını bildirmişdir (cild 03, iş vərəqə 75-185). Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələri ilə 01.01.2019-cu il tarixdən 10.05.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında çox sayda danışıqlar aparmış, həmin danışıqlar hər gün olmaqla, gün ərzində bir neçə dəfə təkrarlanmışdır. Eyni zamanda qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs1 də istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə, eləcə də, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə çox sayda danışıqlar aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 06.08.2019-cu il tarixdə saat 01:18 və 01:40-da Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə iki dəfə danışıq aparması, ardınca həmin tarixdə Təqsirləndirilən şəxs1m saat 05:40-dan etibarən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə danışıq apardıqdan sonra təkrarən Təqsirləndirilən şəxs3la danışıq aparması, həmçinin 06.08.2019, 07.08.2019, 08.08.2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Şahid1la mütəmadi danışıqlar aparması, eləcə də, Təqsirləndirilən şəxs1 mobil nömrəsinin əhatə dairəsinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəfələrlə əks olunması, bundan sonra 22.08.2019-cu il tarixdə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Şahid1la mütəmadi danışıqlar aparması, o cümlədən, Təqsirləndirilən şəxs1 qeyd olunan mobil nömrəsinin əhatə dairəsinin Bakı şəhəri, Xəzər rayonu ərazisində Şüvəlan və Mərdəkan qəsəbələri ərazilərində dəfələrlə əks olunması müəyyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 06.08.2019, 07.08.2019, 08.08.2019 və 22.08.2019-cu il tarixlərdə apardığı danışıqlar, əhatə dairələri Şahid1 ifadəsində göstərdikləri ilə uyğunluq təşkil etmişdir (cild 04, iş vərəqə 157-179). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında sorğu edilən müddətdə çox sayda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə də Təqsirləndirilən şəxs1 və Şahid1 qeyd olunan mobil nömrələri arasında olan danışıqlar 2019cu ilin avqust ayında intensiv xarakter daşımışdır. Bundan əlavə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 06.08.2019-cu il tarixdə saat 15:59-da Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zəng etməsi, ardınca aralarında həmin saatdan etibarən mütəmadi danışıqlar olduqdan sonra qeyd olunan tarixdə saat 18:51 və 20:01-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək danışıq aparması, həmçinin son nömrəyə də Şahid3 həmin tarixdə 20:05-də zəng edərək danışıq aparması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə danışıqları zamanı da Şahid3 ifadəsində də göstərdiyi kimi Bakı şəhəri, Nərimanov rayonu ərazisində olması öz təsdiqini tapmışdır. Bundan başqa, 06.09.2019-cu il tarixdə saat 22:01-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Elnur 500 u mena.harda goruwey?” məzmunlu sms göndərdiyi müəyyən edilmişdir. Həmçinin 06.08.2019-cu il tarixdə saat 01:18, 01:40, 05:58, 07:10, 07:34-də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparmış, son qeyd olunan saatdan sonra danışıqları intensiv xarakter daşımışdır. Həmçinin Təqsirləndirilən şəxs3 həmin nömrəsi ilə 06.08.2019-cu il tarixdə saat 13:04-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmin saatdan sonra da onlar arasında olan danışıqlar mütəmadi olmuşdur. Bundan başqa 06.08.2019, 07.08.2019, 08.08.2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və Şahid1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrələr ilə mütəmadi danışıqlar aparmış, 06.08.2019, 07.08.2019, 08.08.2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin əhatə dairəsi Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəfələrlə əks olunmuşdur. Bundan sonra 22.08.2019-cu il tarixdə də Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 arasında çox sayda danışıqlar olmuş, Təqsirləndirilən şəxs3 mobil nömrəsinin əhatə dairəsinin son qeyd olunan tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində Şüvəlan və Mərdəkan qəsəbələri ərazilərində dəfələrlə əks olunması müəyyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 06.08.2019, 07.08.2019, 08.08.2019 və 22.08.2019-cu il tarixlərdə apardığı danışıqlar əhatə dairələri Şahid1 ifadəsində göstərdikləri ilə uyğunluq təşkil etmişdir (cild 04, iş vərəqə 183-201). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 06.09.2019-cu il tarixdə saat 22:01-də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Elnur 500 u mena. Harda gorusey?” məzmunlu sms göndərilmişdir. Bundan başqa, əlavə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında sorğu edilən müddət ərzində çox sayda danışıqlar olmuş, həmçinin sonuncu mobil nömrə ilə 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında da mütəmadi olaraq çox sayda danışıqların həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 həmin mobil nömrəsi ilə 06.08.2019-cu il tarixdə saat 13:04-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyi, həmin saatdan sonra da onlar arasında olan danışıqlar mütəmadi xarakter daşıdığı, eləcə də, 06.08.2019, 07.08.2019, 08.08.2019-cu il tarixlərdə də onlar arasında olan danışıqların və Şahid1 qeyd olunan mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında olan danışıqların da mütəmadi olduğu, 06.08.2019, 07.08.2019, 08.08.2019-cu il tarixlərdə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəfələrlə əks olunduğu, bundan sonra 22.08.2019-cu il tarixdə də Şahid1la Təqsirləndirilən şəxs1 arasında çox sayda danışıqların aparıldığı, eləcə də, Şahid1 mobil nömrəsinin əhatə dairəsinin son qeyd olunan tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dəfələrlə əks olunması müəyyən olunmuşdur. Beləliklə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 06.08.2019, 07.08.2019, 08.08.2019 və 22.08.2019-cu il tarixlərdə apardığı danışıqlar, eləcə də, əhatə dairələri onun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri ilə uyğunluq təşkil etmişdir (cild 05, iş vərəqə 01-28). 29 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanına əlavə edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısının dördüncü bəndinə əsasən xüsusi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab olunmaqla həmin avadanlıq üçün xüsusi icazə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla verilir (cild 04, iş vərəqə 210-219). 08 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, www.google.az adlı internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən “Bilgah beach” adlı otelin ünvan 9 ünvanında, “Kral” şadlıq sarayının ünvan 27nda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ünvan 16 ünvanında, Bakı şəhəri Xəzər rayon polis idarəsinin ünvan 18 ünvanında, “Şaurma № 1” adlı restoranın Mərdəkan bölməsi ünvan 20 ünvanında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor dayanacağı ünvanında, “Amburan Mall” adlı ticarət mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti 337 ünvanında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ünvan 7 ünvanında yerləşməsi müəyyən olunmuşdur (cild 05, iş vərəqə 53). Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunmuş 25 avqust 2020-ci il tarixli radioavadanlıqlara dair məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “SDT” markalı “S-588” modelli radioavadanlıqlar texniki göstəricilərinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər”in tələblərinə əsasən həmin radioavadanlıqların mülki dövriyyəsinə (istismarına) xüsusi icazə tələb olunur. CMİİT İD nömrəsi 2009FP3725 və zavod seriya nömrələri **********, ********** olan “SDT” markalı “S-588” modelli radioavadanlıqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və ya onun strukturuna daxil olmayan tabeli qurumunun qeydiyyat məlumatlarında mövcud deyildir (cild 04, iş vərəqə 82). “xxxx” ASC tərəfindən təqdim edilmiş məktub və çıxarışlardan görünür ki, X17 tərəfindən 02.04.2018ci il tarixdə “xxxx” ASC-dən “Albalı+” kartına bağlı kredit götürülmüş, həmin hesabdan 20.02.2020-ci il tarixdə saat 15:25:33-də 1000 manat məbləğində pul və son qeyd olunan tarixdə saat 15:26:31-də 900 manat məbləğində pul çıxarılmışdır (cild 02, iş vərəqə 104-105,114-121). 22 avqust 2019-cu il tarixli ipoteka müqaviləsindən, uzunmüddətli kredit müqaviləsindən, zaminlik müqaviləsindən, kredit razılaşmasından görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialı ilə bağlanılmış ipoteka müqaviləsinə əsasən Şahid1 atası Şahid7 zaminliyi ilə 22 avqust 2019-cu il tarixdə ünvan 17 ünvanında olan evi ipoteka predmeti olaraq təqdim etməklə həmin bankdan 40000 manat məbləğində pulu 36 ay müddətinə kredit almışdır (cild 04, iş vərəqə 121-129). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X36 İdarəsi tərəfindən təqdim edilmiş 10 iyun 2020ci il tarixli məktubdan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X36 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına əsasən “Lexus LX470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2012-ci il tarixdə X21 adına qeydiyyata alınmış, 11 may 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında sonuncunun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir (cild 02, iş vərəqə 55-56, 61). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X36 İdarəsi tərəfindən təqdim edilmiş 24 iyun 2020ci il tarixli məktubdan və çıxarışlardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X36 İdarəsinin Qeydiyyatimtahan idarəsinin kompüter uçot bazasına əsasən Şahid3 adına 30 aprel 2019-cu il tarixdən “Audi A6” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyatda olmuş, həmin avtomobil üzrə 01 may 2019cu il tarixdə Şahid1 və 17 may 2019-cu il tarixdə isə X18 etibarnamə verilmişdir. Bundan başqa, həmin kompüter uçot bazasına əsasən “X32” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 iyul 2014-cü il tarixdə Şahid1 adına qeydiyyata alınmış, 30 aprel 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında sonuncunun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir (cild 02, iş vərəqə 210-212). Sərhəd keçmə hesabatından məlum olur ki, Şahid1 08.07.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 06.08.2019-cu il tarixdə isə ölkə ərazisinə daxil olmuşdur (cild 01, iş vərəqə 231). Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 08 iyun 2020-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 02, iş vərəqə 93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədə sabiq polis nəfəri Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 03, iş vərəqə 252-255). Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 30 sentyabr 2020-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 04, iş vərəqə 253). Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 05 oktyabr 2020-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs3 qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunmuşdur (cild 05, iş vərəqə 32). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2008-ci il və 2010-cu il təvəllüdlü iki uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 198; cild 4, iş vərəqə 222). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Məmməd-zadə Samir Zakir oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.5, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 66.5-ci maddələri ilə 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddələri ilə 08 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 123-140, 244-253; cild 4, iş vərəqə 223). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan əməllər ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233- 1.1, 310-cu, 178.2.1, 178.2.4-ci və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan əməllər isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Məmməd-zadə Xanbaba Zakir oğlunun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında, Təqsirləndirilən şəxs3 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxslərin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, onlara istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxslərin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçılarının hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəmədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunmuş ərizəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onlar barışmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 21757 nömrəli qəbzindən görünür ki, X2 ********** nömrəli hesabına cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi olaraq 1448 manat 75 qəpik məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 vurduqları ümumilikdə 5795 manat məbləğində ziyanı zərərçəkmiş şəxsə pay üzrə də deyil, ümumiyyətlə tam şəkildə ödəmiş, həm də bu məbləğin ümumilikdə 25 faizini təşkil edən 1448 manat 75 qəpik məbləğində pulu da dövlət büdcəsinə ödəmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi, 73-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələrinin, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış və xidmət yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 may 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 41-42, 125). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 may 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübut otağında saxlanılan 01 ədəd pnevmatik tapança, 01 ədəd qandal və 02 ədəd əl stansiyaları məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 433 (dörd yüz otuz üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 34,117). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Məmməd-zadə Samir Zakir oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanın və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai araşdırma zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən, məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində, ibtidai araşdırma mərhələsində göstərilmiş 86 iş saatı həcmində hüquqi yardımla bağlı X14 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 516 (beş yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 233-1.1-ci, 310-cu və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məmməd-zadə Xanbaba Zakir oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2020-ci il tarixdən hesablansın. Məmməd-zadə Xanbaba Zakir oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məmməd-zadə Xanbaba Zakir oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin hazırlıq iclasının 26 noyabr 2020-ci tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4 maddələri ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübut otağında saxlanılan bir ədəd pnevmatik tapança, bir ədəd qandal və iki ədəd əl stansiyası məhv edilsin; - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 433 (dörd yüz otuz üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi3 üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. İbtidai araşdırma mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına X19 üçün 516 (beş yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Məmməd-zadə Xanbaba Zakir oğluna və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar