Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,062 qram və 1,938 qram, ümumilikdə təmiz çəkisi külli miqdar 4,000 qram kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə F.Qasımzadə küçələrinin kəsişməsinə qanunsuz daşımış, həmçinin o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, XH-2671 nömrəli, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, “PM” modelli, Makarov konstruksiyalı 01 ədəd tapançanı, zavod üsulu ilə Azərbaycan dövlətində istehsal olunmuş, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yaralı, döyüş sursatı hesab edilən 06 ədəd 9x18 mm kalibrli patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə F.Qasımzadə küçələrinin kəsişməsinə qədər üzərində qanunsuz gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19.50-də Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə F.Qasımzadə küçələrinin kəsişməsində saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə xidməti otaqların birində həmin gün saat 21.00-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının ön sağ yan iç cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,062 qram və 1,938 qram ümumilikdə təmiz çəkisi külli miqdar 4,000 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, XH-2671 nömrəli, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən 01 ədəd “PM” modelli, Makarov konstruksiyalı odlu silah tapança və şalvarının arxa sağ yan cibindən 06 ədəd döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patron və 01 ədəd odlu silah “PM” modelli, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat təqribən 19 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında məhəllədən tanıdığı Asif Şəmiyev ilə birlikdə həyətdə idman alətlərində idman edərkən, bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməyini istəmiş, o da öz anket məlumatlarını həmin şəxslərə demişdir. Bundan sonra polis əməkdaşları onu Baş idarəyə dəvət etmiş, o da razılaşmış, ətrafda qonşuların olması səbəbindən səs-küy salmaq istəməyib, polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra ona odlu silah və döyüş sursatını, həmçinin narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Əslində üzərində nə narkotik vasitə, nə də silah olmamış, lakin polis əməkdaşlarının ona təzyiq edəcəyindən çəkindiyi üçün çəkilişə razı olmuşdur. Onun üzərində saxlanılan zaman yalnız “Vertu” və “İphone 11” modelli mobil telefonlar olmuş, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə etmiş, lakin heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılan zaman onun üzərində narkotik vasitə və ya odlu silah olmamışdır. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:50 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə F.Qasımzadə küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmiş, həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib üzərində saxlamaqla gəzdirməkdə şübhəli olması ona bildirilmişdir. O, üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X4 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim оlunmuşdur. Təqsirləndirilən şəxs hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmişdir. Təqsirləndirilən şəxsla müdafiəçiyə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmış, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:00-da «Samsung» markalı mobil telefon aparatı vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb göy rəngli cins materiallı şalvarının ön sağ yan iç cibindən 02 ədəd sellofan bükümü, şalvarının ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı, şalvarının arxa sağ yan cibindən 01 ədəd tapançanın sandıqçasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmiş, Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi mobil telefonlar barədə soruşulduqda şübhəli şəxs telefonların “Vertu” və “İphone 11” modelli olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmış, ardınca şübhəli şəxsin təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə olan maddələrə baxış keçirilmişdir. Bükümlər açıldıqda içində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu, bir neçə gün əvvəl psixotrop maddələri tanımadığı şəxsdən 100 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərində XH-2671-84 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Tapançaya bənzər əşyanın sandıqçasına baxış zamanı içində 06 ədəd patronun olduğu məlum olmuş, bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə üç gün əvvəl yaşadığı evin yaxınlığından zibillikdən kağız bükülüdə təsadüfən tapdığını, kağızı tulladıqdan sonra odlu silah gəzdirməyə həvəsi olduğundan tapançanı patronları ilə birlikdə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 06 ədəd patron özünün də iştirakı ilə 01 ədəd zərfdə, həmçinin 02 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd başqa zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:25 radələrində başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:50 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə F.Qasımzadə küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmiş, həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib üzərində saxlamaqla gəzdirməkdə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X4 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim оlunmuşdur. Təqsirləndirilən şəxs hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçiyə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmış, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:00-da «Samsung» markalı mobil telefon aparatı vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb göy rəngli cins materiallı şalvarının ön sağ yan iç cibindən 02 ədəd sellofan bükümü, şalvarının ön sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı, şalvarının arxa sağ yan cibindən 01 ədəd tapançanın sandıqçasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmiş, Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi mobil telefonlar barədə soruşulduqda şübhəli şəxs telefonların “Vertu” və “İphone 11” modelli olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmış, ardınca şübhəli şəxsin təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə olan maddələrə baxış keçirilmişdir. Bükümlər açıldıqda içində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu, bir neçə gün əvvəl psixotrop maddələri tanımadığı şəxsdən 100 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərində XH-2671-84 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Tapançaya bənzər əşyanın sandıqçasına baxış zamanı içində 06 ədəd patronun olduğu məlum olmuş, bundan sonra tapança boş olubolmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə üç gün əvvəl yaşadığı evin yaxınlığından zibillikdən kağız bükülüdə təsadüfən tapdığını, kağızı tulladıqdan sonra odlu silah gəzdirməyə həvəsi olduğundan tapançanı patronları ilə birlikdə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 06 ədəd patron özünün də iştirakı ilə 01 ədəd zərfdə, həmçinin 02 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr müvafiq qaydada 01 ədəd başqa zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:25 radələrində başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid4 və X1 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məhəllə sakini kimi tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. xx xxxx 2020-ci il tarixdə saat təqribən 19 radələrində yaşadığı evin qarşısında olarkən, insanların bir yerə toplaşdığını görmüşdür. O da insanların toplaşdığı həmin yerə yaxınlaşmış və ona məlum olmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. Həmin hadisə vaxtı təxminən oraya 10-15 nəfərin toplaşdığını görmüş, lakin onlardan neçəsinin polis əməkdaşı olduğunu bilməmişdir. O, Amidin nə səbəb saxlanıldığı ilə maraqlanmış, lakin ona bu barədə heç bir şey məlum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1410 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” və s. yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,062 qram və 1,938 qram, ümumi təmiz çəkiləri 4 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 4 qram, tədqiqata sərf edilmişdir - 0,1 qram, qalıq: 3, 9 qram. (iş vərəqə 54-56) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın xx xxxx 2020-ci il tarixli 20/375R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd XH-2671 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur.(iş vərəqə 61-66) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli 2682 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildir arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. (iş vərəqə 172- 174) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet, eləcə də, odlu silahın və döyüş sursatının aşkar ediləcəyi təqdirdə götürülməsi qərara alınmışdır. (iş vərəqə 37) İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)-638/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli qərar qanunidir. (iş vərəqə 120-122) Beləliklə məhkəmə tərkibi, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməyərək verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil, iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, ekspert rəyləri, eləcə də digər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o əvvəllər heç bir psixi xəstəlik keçirməmişdir və buna müvafiq xəstəxanalarda müalicə almamışdır. Əvvəllər xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Bildirmişdir ki, o narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. Təqribən 1 il olmuşdur ki, o psixotrop maddə olan metamfetamini tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Hərdən narkotik vasitə marixuana da istifadə etmişdir. O, metamfetamini və marixuananı adını bilmədiyi üzdən tanıdığı şəxslərdən əldə etmişdir. Təxminən bir neçə gün əvvəl o, üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən Nəsimi rayonu ərazisində 100 manat pul müqabilində iki ədəd bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır. O, psixotrop maddəni tanışları ilə birlikdə və ya özü istifadə edəcəkmiş. Metamfetamini əldə etdikdən sonra evə getmiş, ancaq bu barədə heç kimə məlumat verməmişdir. Bundan əlavə o, təxminən 3 gün əvvəl ünvan 2 ünvanında yerləşən yaşadığı evin yaxınlığındakı zibilliyə məişət tullantılarını atmaq üçün gedərkən orada səliqəli vəziyyətdə olan kağız bükülü olduğunu görmüşdür. Həmin bükülünün səliqəli bağlanması onda şübhə oyatmış, içərisinə baxan zaman kağıza bükülü vəziyyətdə bir ədəd tapança olduğunu görüb kağızını tullayıb tapançanı üzərinə qoymuşdur. Heç kimin görməməsi üçün tapançanı oradan götürüb dərhal oradan uzaqlaşmışdır. Sonradan həmin tapançanın Makarov tapançası olduğunu, tapançanın içərisinə baxdıqda içərisində daraq və 6 ədəd patron olduğunu bilmişdir. O, silaha həvəsli olduğundan tapançanı daraq və patronlarla birlikdə götürüb üzərimə qoymaqla gəzdirməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə tapança daraq və patronlarla birlikdə, o cümlədən metamfetamin üzərində olarkən yaşadığı evin yaxınlığında, Mirəli Qaşqay küçəsində hərəkətdə olduğu zaman bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməyini istəmişlər və o öz anket məlumatlarını həmin şəxslərə demişdir. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməklə, özündə saxlayaraq daşımaqda və satmaqda, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər, daha sonra Baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlаrını müdаfiə edilməsi məqsədi ilə ona vəkil təqdim оlunmuşdur. O vəkillə konfidensial söhbət edib vəkilə etirazı olmadığını bildirdikdən sonra onun barəsində tutulma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona odlu silah və döyüş sursatını, həmçinin narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona təklif edilmişdir ki, üzərində hər-hansı qanunsuz əşya, odlu silah, döyüş sursatı, narkotik vasitə, psixotrop maddə və sair bu qisim əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra göy rəngli cins materiallı şalvarının ön sağ yan iç cibindən 02 ədəd bükümdə metamfetamini, şalvarının ön sağ yan cibindən Vertu markalı mobil telefonunu, şalvarımın ön sol yan cibindən İphone markalı mobil telefonunu, şalvarımın arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançanı, şalvarımın arxa sağ yan cibimdən tapançanın sandıqçasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarmağı təklif edilmişdir. O deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi mobil telefonlar barədə soruşulduqda o telefonların “Vertu” və “İphone 11” modelli olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmışdır. Ardınca təqdim etdiyi 02 ədəd bükümlər açıldıqda içində psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu, bir neçə gün əvvəl psixotrop maddələri tanımadığı şəxsdən 100 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi “Makarov” tipli tapançaya baxış keçirildikdə üzərində XH-2671-84 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Tapançanın sandıqçasına baxış zamanı içində 06 ədəd patronun olduğu məlum olmuşdur. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. O, “Makarov” tipli tapançanı patronları ilə birlikdə üç gün əvvəl yaşadığı evin yaxınlığından zibillikdən kağız bükülüdə təsadüfən tapdığını, kağızı tulladıqdan sonra odlu silah gəzdirməyə həvəsi olduğundan tapançanı daraq və patronları ilə birlikdə üzərində gəzdirdiyini bildirmişdir. Ardınca ona bildirilmişdir ki, üzərindən aşkar olunmuş Makarov tipli tapança və patronlar, həmçinin psixotrop maddə olan metamfetamin ekspertiza tədqiqatına təqdim olunması məqsədi ilə qablaşdırılmalıdır. Bundan sonra silah və patronlar 01 ədəd zərfdə, psixotrop maddələr də 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o da hamı kimi qablaşmaların üzərinə imza etmişdir. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış qurtarmış və vidoçəkiliş dayandırılmışdır. Bütün bunlarla bağlı protokol tərtib edilmişdir ki, o da hamı kimi protokola imza etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərində silah olmasından heç kimin məlumatı olmamışdır. Bildirmişdir ki, o polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı nə psixi, nə də fiziki təzyiq olmamışdır. O psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Ondan aşkar edilərək götürülmüş həmin psixotrop maddəni də öz istifadəsi üçün əldə etmişdir. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və həmin maddələrin satışını həyata keçirməmişdir, yalnız öz istifadəsi üçün əldə etmişdir. İstifadəsində “Azercell” mobil operatoruna məxsus olan ********** saylı mobil nömrə olmuşdur. O 1 il olarmış ki, metamfetamin və arada da marixuana istifadə etmişdir. O aşkar edilmiş psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Ancaq aldığı şəxs metamfetamini bükümlərdə ona satmışdır və o da həmin qaydada üzərində saxlamışdır. O həmin psixotrop maddə metamfetamini alarkən metamfetamin artıq bükümlərə bölünmüş olmuşdur. O da həmin vəziyyətdə almışdır. O aşkar edilmiş silah və patronlardan istifadə etməmişdir. Yalnız silah və patronları əldə etdikdən sonra evdə gizlətmişdir. O polisə gedəcəyi halda məsuliyyət daşıyacağını düşünərək silahı təhvil verməmişdir. O silahla atəş açıla biləcəyi ehtimalından qorxaraq darağı silahdan ayrı saxlamış, həmçinin silahın içərisində də patron saxlamamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,062 qram və 1,938 qram, ümumilikdə təmiz çəkisi külli miqdar 4,000 qram narkotik vasitə olan metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2005-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 9-cu bəndinin 3 və 4-cü abzasına əsasən, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinin 5-ci abzasına əsasən, odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-in 221.2.1-ci maddəsinə əsasən, 01 il 11 ay 09 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə AR CM-in 318.1, 234.1-ci maddələri ilə AR CM-in 69.3 və 66.2-ci maddələri tətbiq edilərək, 02 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzalarına məhkum olunmuşdur. (iş vərəqə 117-119) İş materiallarında olan AR ƏN Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 3376 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə ona təyin edilmiş 2000 manat məbləğində cəriməni ödəmiş, 02 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını isə çəkməmiş və narkomaniyadan məcburi müalicə olunmamışdır. (iş vərəqə 177) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)- 419/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan 14 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu 14 saylı MKİSin ərazisində yaşayır və müsbət xarakterizə olunur. (iş vərəqə 175) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)- 419/2019 saylı hökmü ilə təyin edilmiş 02 il 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 01 il 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli 2682 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə əks göstərişi olmadığından və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 9 mm kalibrli PM modelli Makarov konstruksiyalı tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 03 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd həmin silahın darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli və bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109,90 (yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 891/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 30; 101-106) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun, hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 9 mm kalibrli PM modelli Makarov konstruksiyalı tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 03 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd həmin silahın darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 (yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-429/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver