Məhkəmə qərarları › İş №1(101)-445/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-445/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-445/2021 06.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 1978-ci ildə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra etmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9cu Mikrorayon, M.Cəlal küçəsi, ev 143B, mənzil 253-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, xx xxxxxxx 1985-ci ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Abşeron ərazi şöbəsində baş məsləhətçi-müfəttiş vəzifəsində işləmiş, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyada olan və həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, xx xxxxxx 1987-ci ildə Lerik rayonu, Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin ƏMDRX-nin Abşeron ərazi şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, 4-cü Mikrorayon, ev 28-də qeydiyyatda olan və faktiki olaraq Sumqayıt şəhəri, Xəzər Bağları massivində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə maddi neməti birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə rüşvət qismində təkrarən almışdır. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə maddi neməti birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə rüşvət qismində təkrarən almışdır. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, 01 mart 2002-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə işləməklə 14 aprel 2020-ci il tarixli QK-47 nömrəli əmrlə və 01 iyun 2020-ci il tarixli K-45 nömrəli, 16 iyul 2020ci il tarixli K-76 nömrəli, 20 avqust 2020-ci il tarixli QK-124 nömrəli əmrlərlə hər dəfə müvafiq olaraq bir ay müddətində uzadılmaqla həmin nazirliyin Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edərkən, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi üzərində müvafiq hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağlarının, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3-4-cü bəndlərinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi, torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edilməsi, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə hesabatın hazırlanması, mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinqin aparılması, müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxılması, inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi, torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunla müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 11 noyabr 2014-cü il tarixdən həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2020-ci ilin mart ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışa əsasən Şahid1 xüsusi mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 08 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid1 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin may ayının ortalarında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə, 21 may 2020-ci il tarixdə isə şəxsən rəhbəri olduğu həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid1 özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Novxanı kəndi ərazisində 2020-ci ilin aprel ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********52 nömrəli çıxarışa əsasən X15 xüsusi mülkiyyətində olan 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparılması faktının aşkar edilməsi ilə əlaqədar tərtib ediləcək inzibati xəta haqqında protokol üzrə açılacaq inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Elşən Abışovun təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin aprel ayının 27-28də Elşən Abışovun qardaşı Şahid2 ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqetməsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda quraşdırılmış həmin tətbiqetmə vasitəsilə danışdıqları zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 özü və Təqsirləndirilən şəxs2 üçün Abşeron rayonu, Novxanı kəndi ərazisində birbaşa yolla 5.000 (beş min) manatdan artıq olmayan məbləğdə maddi nemət olan pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 30 aprel 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 30 aprel 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Amid Fərzullayevin təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmayıb tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 30 aprel 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Amid Fərzullayevin qardaşı Şahid3 özü və Təqsirləndirilən şəxs2 üçün rüşvət qismində 100 (bir yüz) manat, Amid Fərzullayevin barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 istəyərək alıb, 15.05.2020-ci il tarixdə saat 13:28-də 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Amid Fərzullayevin adından inzibati cərimə kimi AZ66CTRE******************** nömrəli hesaba Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsindən sonra, rüşvət qismində aldıqları həmin 100 (bir yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 100 (bir yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 13 may 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Babayeva Rəxşəndə Əlişah qızının xüsusi mülkiyyətində olan 0,0293 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 13 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Rəxşəndə Babayevanın təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 13 may 2020ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində X1 Elşad Rəşid oğlundan Təqsirləndirilən şəxs2lə aralarında bölmələri üçün rüşvət qismində 200 (iki yüz) manat, Rəxşəndə Babayevanın barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 istəyərək alıb, 31 may 2020-ci il tarixdə, saat 13:26-da 600 (altı yüz) manat məbləğində pul vəsaitinin Rəxşəndə Babayevanın adından inzibati cərimə kimi AZ66CTRE******************** nömrəli hesaba Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsindən sonra, rüşvət qismində aldıqları həmin 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 21 may 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şahid5 xüsusi mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 21 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid5 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 21 may 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Şahid5 Təqsirləndirilən şəxs2lə aralarında bölmələri üçün rüşvət qismində 300 (üç yüz) manat, Şahid5 barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 istəyərək alıb, 08 uyun 2020-ci il tarixdə, saat 13:51-də 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid5 adından inzibati cərimə kimi AZ66CTRE******************** nömrəli hesaba Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsindən sonra, rüşvət qismində aldıqları həmin 300 (üç yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu və 24 iyun 2019-cu il tarixdən həmin şöbənin aparıcı məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 29 iyun 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84 nömrəli çıxarışa əsasən Şahid6 xüsusi mülkiyyətində olan 0,014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına daş hasar çəkilməsi faktının aşkar edilməsi ilə əlaqədar tərtib ediləcək inzibati xəta haqqında protokol üzrə açılacaq inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid6 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində Təqsirləndirilən şəxs3 tərəfindən 29 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1.000 (bir min) manat, 03 iyul 2020-ci il tarixdə isə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1.000 (bir min) manat olmaqla, cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid6 alınıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Novxanı kəndi ərazisində 2020-ci ilin iyul ayının əvvəllərində torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı 25.05.2004-cü il tarixdə 4964 nömrə ilə qeydiyyata alınmış (JN-2306, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şahid7 mülkiyyətində olan 0,2126 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 27 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid7 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci il iyul ayının sonlarında rəhbəri olduğu həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid7 qohumu Şahid8 Təqsirləndirilən şəxs2lə aralarında bölmələri üçün rüşvət qismində 200 (iki yüz) manat, Şahid7 barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2lə birlikdə istəyərək həmin pul vəsaitinin 500 (beş yüz) manatını həmin vaxt qeyd olunan ünvanda, 300 (üç yüz) manatını isə 27 iyul 2020-ci il tarixdə ünvan 1iyyəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 alıb, 14 avqust 2020-ci il tarixdə saat 13:23-də 600 (altı yüz) manat məbləğində pul vəsaitinin Şahid7 adından inzibati cərimə kimi AZ66CTRE******************** nömrəli hesaba Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsindən sonra, rüşvət qismində aldıqları həmin 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu ilə birlikdə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2020-ci ilin avqust ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən Şahid10 xüsusi mülkiyyətində olan, bir-birinə bitişik olmaqla müvafiq olaraq 1,9174 ha, 1,9174 ha və 3,3851 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında daş hasar tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 26 avqust 2020-ci il tarixli 0428728, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə açılmış inzibati xəta haqqında işlərə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid10 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 26 avqust 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Şahid10 tanışı X22 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun rəhbəri kimi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 12 avqust 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X23 xüsusi mülkiyyətində olan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş 12 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati xəta haqqında işə özü tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şəhla Həsənovanın təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin avqust ayının sonu - sentyabr ayının əvvəllərində “WhatsApp” tətbiqetməsi vasitəsilə X8 Murad Cəmil oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı nömrə arasında aparılan danışıqları zamanı sonuncu vasitəsilə Şahid11 özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla maddi nemət olan 1.000 (min) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət qismində istəyib, Şahid11 maddi imkanının aşağı olmasını bildirməsi ilə əlaqədar 100 (bir yüz) manat güzəşt edə biləcəklərini Təqsirləndirilən şəxs2lə aralarında razılaşdırıb bu barədə sonuncu vasitəsilə Şahid11 bildirməsi ilə əlaqədar, həmin niyyətlə 02 sentyabr 2020-ci il tarixdə rəhbəri olduğu həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid11 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla maddi nemət olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini şəxsən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət qismində almışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, 11 noyabr 2014-cü il tarixdən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə, o cümlədən 02 iyul 2018-ci il tarixli QK-67 nömrəli əmrlə həmin Nazirliyin Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib, 26 avqust 2019-cu il tarixli QK-96 nömrəli əmrlə Abşeron rayonu üzrə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş müəyyən edilməklə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən, dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi üzərində müvafiq hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağlarının, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3-4-cü bəndlərinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi, torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edilməsi, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə hesabatın hazırlanması, mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinqin aparılması, müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxılması, inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi, torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunla müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 14 aprel 2020-ci il tarixli QK-47 nömrəli əmrlə təyin edilib, 1 iyun 2020-ci il tarixli K-45 nömrəli, 16 iyul 2020-ci il tarixli K-76 nömrəli, 20 avqust 2020-ci il tarixli QK-124 nömrəli əmrlərlə hər dəfə müvafiq olaraq bir ay müddətində uzadılmaqla həmin Nazirliyin Əmlak Məsələləri Dövlət Xidmətinin (Komitəsinin) Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2020-ci ilin mart ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışa əsasən Şahid1 xüsusi mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 8 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid1 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin may ayının ortalarında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində şəxsən, 21 may 2020-ci il tarixdə isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Novxanı kəndi ərazisində 2020-ci ilin aprel ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********52 nömrəli çıxarışa əsasən X15 xüsusi mülkiyyətində olan 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib edəcəyi inzibati xəta haqqında protokol üzrə açılacaq inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Elşən Abışovun təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin aprel ayının 27-28-də Elşən Abışovun qardaşı Şahid2 ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqetməsi ilə özünün ***-***-**-** nömrə ilə istifadə etdiyi mobil telefonda quraşdırılmış həmin tətbiqetmə vasitəsilə danışdıqları zaman Şahid2 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün Abşeron rayonu Novxanı kəndi ərazisində birbaşa yolla 5.000 (beş min) manatdan artıq olmayan məbləğdə maddi nemət olan pul vəsaitini şəxsən təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 30 aprel 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktının şəxsən aşkar edilməsi ilə əlaqədar tərtib etdiyi 30 aprel 2020ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Amid Fərzullayevin təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmayıb tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 30 aprel 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Amid Fərzullayevin qardaşı Şahid3 özü və Təqsirləndirilən şəxs1 üçün rüşvət qismində 100 (bir yüz) manat, Amid Fərzullayevin barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul vəsaitini şəxsən istəyərək alıb, 15 may 2020-ci il tarixdə, saat 13:28də 500 (beş yüz) manat məbləğində pul vəsaitini Amid Fərzullayevin adından inzibati cərimə kimi AZ66CTRE**********000 ******* nömrəli hesaba şəxsən ödədikdən sonra, rüşvət qismində aldıqları həmin 100 (bir yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 100 (bir yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 13 may 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan 0,0293 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 13 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Rəxşəndə Babayevanın təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 13 may 2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində X1 Elşad Rəşid oğlundan Təqsirləndirilən şəxs1la aralarında bölmələri üçün rüşvət qismində 200 (iki yüz) manat, Rəxşəndə Babayevanın barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini şəxsən istəyərək alıb, 31 may 2020-ci il tarixdə, saat 13:26-da 600 (altı yüz) manat məbləğində pul vəsaitini Rəxşəndə Babayevanın adından inzibati cərimə kimi AZ66CTRE**********000 ******* nömrəli hesaba şəxsən ödədikdən sonra, rüşvət qismində aldıqları həmin 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 21 may 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində şəxsən apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şahid5 xüsusi mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 21 may 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid5 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 21 may 2020ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Şahid5 Təqsirləndirilən şəxs1la aralarında bölmələri üçün rüşvət qismində 300 (üç yüz) manat, Şahid5 barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini şəxsən istəyərək alıb, 08.06.2020-ci il tarixdə saat 13:51-də 500 (beş yüz) manat məbləğində pul vəsaitini Şahid5 adından inzibati cərimə kimi AZ66CTRE ******************** nömrəli hesaba şəxsən ödədikdən sonra, rüşvət qismində aldıqları həmin 300 (üç yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə və 24 iyun 2019-cu il tarixdən həmin şöbənin aparıcı məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 29 iyun 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində aparılan monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84 nömrəli çıxarışa əsasən Şahid6 xüsusi mülkiyyətində olan 0,014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına daş hasar çəkilməsi faktının aşkar edilməsi ilə əlaqədar tərtib edəcəyi inzibati xəta haqqında protokol üzrə açılacaq inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid6 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində Təqsirləndirilən şəxs3 tərəfindən 29 iyun 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1.000 (bir min) manat, 03 iyul 2020-ci il tarixdə isə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1.000 (bir min) manat olmaqla, cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid6 alınıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Novxanı kəndi ərazisində 2020-ci ilin iyul ayının əvvəllərində torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində şəxsən apardığı monitorinq zamanı 25.05.2004-cü il tarixdə 4964 nömrə ilə qeydiyyata alınmış (JN-2306, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şahid7 mülkiyyətində olan 0,2126 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 27 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid7 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci il iyul ayının sonlarında işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda Şahid7 qohumu Şahid8 Təqsirləndirilən şəxs1la aralarında bölmələri üçün rüşvət qismində 200 (iki yüz) manat, Şahid7 barəsində tərtib olunacaq inzibati xəta haqqında protokol üzrə cərimə tənbehinin ödənilməsi üçün isə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1la birlikdə istəyərək həmin pul vəsaitinin 500 (beş yüz) manatını həmin vaxt qeyd olunan ünvanda, 300 (üç yüz) manatını isə 27 iyul 2020-ci il tarixdə ünvan 1iyyəsinin inzibati binasının qarşısında şəxsən alıb, 14 avqust 2020-ci il tarixdə saat 13:23-də 600 (altı yüz) manat məbləğində pul vəsaitini Şahid7 adından inzibati cərimə kimi AZ66CTRE******************** nömrəli hesaba şəxsən ödədikdən sonra, rüşvət qismində aldıqları həmin 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu ilə birlikdə təkrarən rüşvət qismində istəməklə almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2020-ci ilin avqust ayında torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində şəxsən apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən Şahid10 xüsusi mülkiyyətində olan, bir-birinə bitişik olmaqla müvafiq olaraq 1,9174 ha, 1,9174 ha və 3,3851 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında daş hasar tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 26 avqust 2020-ci il tarixli 0428728, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə açılmış inzibati işlərə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid10 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 26 avqust 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində Şahid10 tanışı X22 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini şəxsən Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Xidmətin Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 12 avqust 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində şəxsən apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X23 xüsusi mülkiyyətində olan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib etdiyi 12 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə açılmış inzibati işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şəhla Həsənovanın təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin aşağı həddə tətbiq olunmasına dair inzibati xəta haqqında qərar qəbul edilməsi və həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin avqust ayının sonu - sentyabr ayının əvvəllərində “WhatsApp” tətbiqetməsi vasitəsilə X8 Murad Cəmil oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə özünün istifadəsində olan ***-***-**-** saylı nömrə arasında aparılan danışıq zamanı şəxsən Şahid11 özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət qismində istəyib, Şahid11 maddi imkanının aşağı olmasını bildirməsi ilə əlaqədar 100 (bir yüz) manat güzəşt edə biləcəklərini Təqsirləndirilən şəxs1la aralarında razılaşdırıb bu barədə özünün Şahid11 bildirməsi ilə əlaqədar, həmin niyyətlə 02 sentyabr 2020-ci il tarixdə işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 315 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid11 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini sonuncu vasitəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən rüşvət qismində almışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə o, 24 iyun 2019-cu il tarixli QK-77 nömrəli əmrlə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3-4-cü bəndlərinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi, torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edilməsi, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə hesabatın hazırlanması, mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinqin aparılması, müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxılması, inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi, torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunla müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 14 aprel 2020-ci il tarixdən həmin Nazirliyin Əmlak Məsələləri Dövlət Xidmətinin (Komitəsinin) Abşeron ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 və 11 noyabr 2014-cü il tarixdən həmin Nazirliyin Əmlak Məsələləri Dövlət Xidmətinin (Komitəsinin) Abşeron ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində işləməklə, 26 avqust 2019-cu il tarixdən Abşeron rayonu üzrə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş qismində müəyyən edilmiş Təqsirləndirilən şəxs2 Xanlar oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.18-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqları istisna olmaqla) zibillənməsi və korlanmasına və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 244 və 247-ci maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan qurumun səlahiyyətli vəzifəli şəxsi kimi xidməti ərazilərinə daxil olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində 29 iyun 2020-ci il tarixdə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri çərçivəsində apardığı monitorinq zamanı həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84 nömrəli çıxarışa əsasən Şahid6 xüsusi mülkiyyətində olan 0,014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına daş hasar çəkilməsi faktını şəxsən aşkar etməsi ilə əlaqədar tərtib ediləcək inzibati xəta haqqında protokol üzrə açılacaq inzibati xəta haqqında işə şöbə müdiri Təqsirləndirilən şəxs1 tərəfindən baxılması ilə əlaqədar fiziki şəxs qismində Şahid6 təqsirli hesab olunacağı Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməklə həmin torpaq sahəsinin geri alınması barədə tədbirlər görülməyərək, aparılan tikintinin söküntüsü məsələsinin digər qurumlar qarşısında qaldırılmamaqla tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində 29 iyun 2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1.000 (bir min) manat, 03 iyul 2020-ci il tarixdə isə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1.000 (bir min) manat olmaqla, cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid6 şəxsən alıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməklə almışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, məhkəmə istintaqının əvvəlində özünü qismən təqsirli hesab etsə də, hazırda Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə də özünü təqsirli bilmir, heç kəsdən rüşvət istəməmiş və heç kəsdən rüşvət almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlərin ona bu və ya digər şəkildə rüşvət verməsi və ya onun həmin şəxslərdən rüşvət istəməsi öz təsdiqini tapmamışdır. Onun təqsiri yalnız ondan ibarət olmuşdur ki, o, vətəndaşlardan dövlətə köçürülməli olan cərimə pullarını mənimsəmişdir. Onun digər təqsirləndirilən şəxslərlə birlikdə rüşvətin istənilməsi və ya rüşvətin alınması ilə bağlı sövdələşməsi olmamışdır. İtitham aktından görünür ki, guya o, digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin həyata keçirilməsi ilə bağlı rüşvət istəmiş və bu məqsədlə rüşvət almışdır. Lakin belə bir hadisə olmamışdır. Səbuhi Əliyev və Təqsirləndirilən şəxs3 ona hər hansı məbləğdə pul verməmişlər. Onun rüşvətlə bağlı cinayət əməlinə heç bir aidiyyəti yoxdur. O, yalnız Şahid11la danışmışdır. Belə ki, Şahid11 onun xidməti otağına gələrək tikinti ilə bağlı müraciət etmişdir. O da Şahid11 demişdir ki, “tikinti üçün icazə almaq lazımdır”. Şahid11 tikintiyə dair icazəsi olmadığından, onlar qeyd edilən şəxsə cərimə tətbiq etməli olmuşlar. Sonra Şahid11 ona cəriməyə görə 900 (doqquz yüz)v manat pul vermişdir. O, Şahid11 aldığı 900 (doqquz yüz) manat pulu cəriməni ödəmək üçün almışdır. O, Şahid11 900 (doqquz yüz) manatı rüşvət qismində istəməmiş və həmin məbləğdə pulu rüşvət qismində almamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində onun heç bir cinayət əməli törətmədiyini, ona qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu bildirərək qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsində baş məsləhətçi-müfəttiş vəzifəsində işləmişdir. Onun vəzifə səlahiyyətləri - xidməti ərazilərdə monitorinq keçirmək və torpaq üzərində baş verən dəyişikliklərin qanuni və qanunsuz olub-olmamasını aydınlaşdırmaq, torpaq sahəsində baş verən dəyişikliklərin qanunsuz olduğu təqdirdə bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etməkdən ibarət olmuşdur. Qanunsuz və özbaşına tikililərlə bağlı inzibati xəta haqqında protokol tərtib etməklə onun səlahiyyəti yekunlaşmışdır. O, aşkar edilmiş qanunsuzluqlarla bağlı inzibati xəta haqqında protokol tərtib etdikdən sonra bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan X3 Təşkili üzrə Dövlət Agentliyinə xidməti məlumat vermişdir. O, həmçinin torpaq sahələrinin sənədlərini, fotoşəkillərini, ərazinin peykdən çəkilmiş şəkillərini və protokolun elektron variantını həmin Agentliyə göndərmişdir. Bundan başqa, o, barəsində protokol tərtib edilmiş şəxslərə məlumat üçün tərtib edilmiş protokolun surətini poçtla göndərmişdir. O, ona qarşı elan olunmuş ittiham üzrə 9 (doqquz) epizodun hər birində qeyd etdiyi prosedurları icra etmişdir. O, ona qarşı irəli sürülmüş ittihamla qətiyyən razı deyil. O, heç kəsdən rüşvət istəməmiş və heç kəsdən rüşvət almamışdır. Onun vətəndaşlar barəsində inzibati xəta haqqında protokol tərtib etdiyi halda, həmin şəxslərin ona rüşvət verməsi mümkün olmamışdır. Vətəndaşların ona rüşvət verməsi o halda ola bilərdi ki, o, həmin şəxslər barəsində protokol tərtib etməsəydi. Lakin cinayət işinin materiallarından da açıq aşkar görünür ki, o, qanunsuz və özbaşına tikinti həyata keçirən şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yəni onun həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olan protokol tərtib etdiyi halda, həmin şəxslərin ona rüşvət verməsi başa düşülən deyil. Əməliyyat keçirilən gün o, Mehdiabad qəsəbəsi ərazisində olmuşdur. Əməliyyat keçirildikdən bir saat sonra onu iş yerinə çağırmışlar və o da şöbəyə getmişdir. Əməliyyat keçirilən zaman o, şöbədə olmamışdır. Lakin ittiham aktından görünür ki, güya əməliyyat keçirildiyi vaxt o, iş yerində olmuşdur. Onlar rüşvət almada ittiham edilirlər. Hər şey video çəkilişdə qeyd edilmişdir. Video çəkilişdə onun və Təqsirləndirilən şəxs1 Cabbar Muradovdan rüşvət almaqla bağlı heç bir danışıq olmamışdır. Həqiqət isə bundan ibarətdir ki, Cabbar Muradov əvvəlcədən öyrədildiyi kimi Təqsirləndirilən şəxs1 rüşvət təklif etmiş, Təqsirləndirilən şəxs1 isə bundan imtina etmişdir. Təqsirləndirilən şəxs1 Cabbar Muradovdan rüşvət istəməmiş və almamışdır. Əksinə Təqsirləndirilən şəxs1 Cabbar Muradovu 900 (doqquz yüz) manat məbləğində cərimə etmişdir. Təqsirləndirilən şəxs1 özü ona Muradın yanında zəng edərək bildirmişdir ki, “Muraddan 900 manat aldım, sabah pulu ödəyib qəbzi Murada verərsən”. 9 (doqquz) epizod üzrə o, heç bir vətəndaşdan rüşvət istəməmiş və ya almamışdır. Şahid1 epizodu ilə bağlı o, Şəmşirdən torpaq sahəsinin sənədlərini istəmişdir. Lakin Şəmşir ona sənəd təqdim etməmişdir. Sənəd ona təqdim edilmədiyi halda o, həmin torpaq sahəsi üzərində aparılan tikintinin qanuni olub-olmamasını bilə bilməzdir. O, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması və kənd təsərrüfatlı torpaq sahəsi olub-olmamasını müəyyənləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu vermişdir. Sorğuya cavab gəldikdən sonra o, bilmişdir ki, vətəndaş kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində qanunsuz tikinti aparmışdır. Bundan sonra o, həmin vətəndaş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 244.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokolu poçt vasitəsi ilə vətəndaşın qeydiyyatda olduğu ünvana göndərmişdir. O, həmçinin Şahid1 bildiriş də göndərərək tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul ediləcək qərarın tarixi və baxılma yeri barədə sonuncuya məlumat vermişdir. Bundan sonra Şahid1 həmin vaxtda şöbəyə gəlmişdir. Sonra Təqsirləndirilən şəxs1 Şahid1 600 (altı yüz) manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. O və Təqsirləndirilən şəxs1 Şahid1 rüşvət istəməmiş və rüşvət almamışdır. Şahid5 epizodu ilə bağlı o, İdrisdən 800 (səkkiz yüz) manat cərimə ödəmək adı ilə pul götürmüşdür. O, həmin pulun 500 (beş yüz) manatını cərimə kimi ödəmiş, qalan 300 (üç yüz) manatı isə özünə götürmüşdür. O, 300 (üç yüz) manat pulu özünə götürməsini qəbul etmişdir. Lakin o, bu pulu rüşvət qismində almamışdır. Şahid2 epizodu ilə bağlı o, Elçinlə may ayının 27-si telefonla danışmışdır. Nə o, Elçini tanımış, nə də ki, Elçin onu tanımışdır. O, Elçindən rüşvət almaq istəsəydi sentyabr ayına qədər sonuncu ilə görüşmüş olardı. Halbuki, o, hər gün Elçini Novxanı kəndi ərazisində görmüşdür. Sadəcə Elçin ona sənəd verməmişdir. Həmin torpaq sahəsi Elçinin qardaşının adına olmuşdur. O, bu barədə Dövlət Reyestr Xidmətinə iki dəfə rəsmi sorğu göndərmişdir. Torpaq sahəsi Elçinin qardaşının adına olduğundan Elçinin adına torpaq sahəsi çıxmamışdır. Sonra o, torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyənləşdirmək məqsədi ilə Elçini işlədiyi şöbəyə dəvət etmişdir. Elçin özü məhkəmədə ifadə verərək bildirmişdir ki, Elçin onunla görüşməmiş və o, Elçindən pul istəməmişdir. Şahid3 Zəkəriyə oğlunun epizodu ilə bağlı o, ibtidai istintaqda verdiyi ilkin ifadəsində bildirmişdir ki, o, Cahangirdən 500 (beş yüz) manat pul alıb cərimə ödəmişdir. Amma Cahangir ona 600 (altı yüz) manat pul verdiyini iddia etmişdir. O, Cahangir ilə Bakı İstintaq Təcridxanasında üzləşmişdir. Üzləşdirmə zamanı nə o, Cahangiri, nə də ki, Cahangir onu tanımamışdır. O, hesab edir ki, Cahangirin onunla heç bir düşmənçiliyi yoxdur. Bu səbəbdən də o, hazırda Cahangirin mövqeyi ilə razılaşaraq, aldığı 500 (beş yüz) manatı cərimə kimi ödədiyini, qalan 100 (yüz) manatı isə özünə götürdüyünü bildirmişdir. X5 epizodu ilə bağlı o, Rəxşəndənin barəsində 600 (altı yüz) manat cərimə olunmasına dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, o, Rəxşəndə Babayevadan cərimə adı ilə 800 (səkkiz yüz) manat pul götürmüşdür. O, həmin pulun 600 (altı yüz) manatını cərimə kimi ödəmiş, qalan 200 (iki yüz) manatı isə özünə götürmüşdür. Şahid6 epizodu ilə bağlı o, həmin dövrdə karantinlə bağlı ümumiyyətlə işdə olmamışdır. Onunla İlhamla bağlı heç bir təması olmamış, o, İlhamdan heç bir məbləğdə pul istəməmişdir. Şahid6la bağlı ittihamın heç bir əsası olmamışdır. O, İlhamı tanımadığı halda sonuncudan rüşvət istəməsi və ya pul alması yalandır. Şahid7 epizodu ilə bağlı o, Mehman barəsində 600 (altı yüz) manat cərimə olunmasına dair inzibati xəta haqqında protokol tərtib etmişdir. O, Mehmandan 800 (səkkiz yüz) manat cərimə olunması ilə bağlı pul götürmüş, həmin pulun 600 (altı yüz) manatını cərimə kimi ödəmiş, qalan 200 (iki yüz) manatını isə özünə götürmüşdür. Şahid10 epizodu ilə bağlı o, Rəsuldan rüşvət istəməmiş və almamışdır. Şahid10 məhkəmə isitntaqı zamanı ziddiyyətli ifadə vermişdir. O, Şahid10 ilə şəxsən görüşmüşdür. Şahid10 Saray qəsəbəsində böyük bir anbarı olmuşdur. O, Rəsulla həmin anbarda görüşmüş və orada Rəsul ona torpaq sahəsinin sənədlərini təqdim edib demişdir ki, “gedin tədbirivizi görün”. Hətta orada Rəsul onun cibinə 300 (üç yüz) manat pul da qoyaraq demişdir ki, “nahar eliyərsən”. O isə öz növbəsində həmin pulu dərhal orada olan masanın üstünə qoymuşdur. Bununla da məsələ bağlanmışdır. Rəsul ona rüşvət verməmişdir. O, Rəsuldan rüşvət almamışdır. O, torpaq sahəsinin mülkiyyətçisindən sənədləri almış olsaydı, elə rüşvəti də həmin mülkiyyətçidən istəmiş olardı. Onun orada fəhlə işləyən X22 rüşvət istəməsi ağlabatan deyil. Şahid10 istintaqa verdiyi ifadəsində onun rüşvət deyil, sənədləri istəməsini bildirmişdir. Ertəsi gün isə Yasin Qənbərov istintaqa zəng edərək onun rüşvət istəməsini bildirmişdir. O, Şahid10 barəsində 3 (üç) dəfə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şahid10 onun bu hərəkətlərindən qəzəbli olduğundan onun barəsində yalan məlumat vermişdir. O, heç kəsdən rüşvət almamış və rüşvət istəməmişdir. O, vətəndaşlardan aldığı pulları cərimə adı ilə alaraq, həmin vətəndaşları aldatmışdır. Lakin o, rüşvət istəməmiş və almamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 24 iyun 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Aparıcı məsləhətçi kimi onun vəzifəsi - qeyri-yaşayış və torpaq sahələrindən icarə haqlarının yığılması, dövlət torpaqlarının özəlləşdirməyə cəlb olunması, ərazi üzrə torpaqların təyinatı üzrə istifadə olunmasına nəzarət etməkdən ibarət olmuşdur. İş bölgüsünə uyğun olaraq o, özünə təhkim edilmiş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan torpaqların təyinatı üzrə istifadə olunub-olunmamasını müəyyən etmək üçün ərazidə monitorinq aparıb, aşkar edilmiş qanunsuzluqlar, yəni torpaqların təyinatı üzrə istifadə olunmadığını aşkar edən zaman həmin torpaq sahəsinə dair sənədləri vətəndaşdan tələb edib almış və bu sənədləri protokol tərtib olunması üçün müfəttişlərə təqdim etmişdir. Məsləhətçi-müfəttişlər bu barədə protokol yazmışlar, sonradan isə vətəndaş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hansısa torpaq sahibindən kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti aparılması ilə bağlı pul alaraq, həmin pulun bir hissəsinin həmin şəxsin adından cərimə kimi ödəyib qalan hissəsini öz aralarında bölüşdürmələri barədə onun məlumatı olmamışdır. 29 iyun 2020-ci il tarixdə o, işlədiyi şöbədə məsləhətçi vəzifəsində işləyən X66 və aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyən X84 ilə birlikdə xidməti ərazisi olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində monitorinq keçirərkən günün birinci yarısında həmin qəsəbə ərazisində 0,14 ha torpaq sahəsində qanunsuz tikinti aparıldığını, daha doğrusu kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından hasar çəkilməsini aşkar etmişdir. O, ustalara həmin tikintinin qanunsuz olmasını və bu səbəbdən də tikintinin dayandırılmalı olmasını izah etmişdir. Həmin tikintini aparan şəxs Şahid6 olmuşdur. Daha doğrusu həmin şəxs özü orada olmamışdır. Orada işləyən ustalar ona demişlər ki, “siz telefon nömrənizi verin, İlham gələndə sizə zəng edər”. O, ərazidən təxminən 100 metr aralaşmışdır ki, İlham ona zəng edərək özünü təqdim etmiş və torpaq sahəsinin sənədlərini gətirəcəyini, özünün nazirlik əməkdaşı olduğunu və tikintinin qanun çərçivəsində olmasını istədiyini bildirmişdir. Bir qədər sonra ora Şahid6 gəlmiş və ondan nə məsələ olduğunu soruşmuşdur. O, İlhama izah edib bildirmişdir ki, kənd təsərüfatlı torpaq sahəsində mişar daşı ilə tikinti işlərinin aparılmasına yol verilmişdir. İlham ətrafdakı kənd təsərüfatlı torpaqlarda aparılan tikintiləri ona göstərib həmin evlərin necə tikildiyini, hansı qanuna əsasən tikinti işlərinin qadağan olunduğunu ondan soruşmuşdur O da İlhama yeni işləməyə başladığını, həmin şəxslərin evləri necə tikdiklərindən məlumatının olmadığını, Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən kənd təsərüfatlı torpaq sahələrində mişar daşı ilə aparılan tikintilərin qadağan olunduğunu, yalnız kənd təsərüfatı məhsullarının istehsalı ilə bağlı sökülüb-yığılan materiallardan istifadə etməklə tikinti aparılmasına icazə verildiyini bildirmişdir. İlham ona memarlıq şöbəsindən lahiyə aldığı təqdirdə tikinti işlərini apara bilib-bilməyəcəyini soruşmuşdur. O da İlhama bildirmişdir ki, “kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikintinin aparılmasına dair lahiyə ala bilməzsən”. Sonra İlham ona sənədləri təqdim etmişdir. O, İlhamın sənədlərinə baxdıqda, torpaq ərazisinin çıxarışının olmamasını, yalnız alqı-satqı müqaviləsinin bağlandığını görmüşdür. O, Şahid6 sənədlərlə bağlı məlumatının az olduğunu bildirərək, İlham barəsində inzibati xətaya görə 600 (altı yüz) manatdan 1000 (min) manatadək cərimə nəzərdə tutulduğunu, torpaq sahəsi böyük olduğundan 600 (altı yüz) manatdan cox cərimə olunacağını bildirmişdir. O, İlhama bildirmişdir ki, “inzibati xəta haqqında protokol tərtib olunacaq, 15 gündən sonra qərar qəbul olunacaq və qərarın surəti poçtla sizin ünvana göndəriləcək”. İlham də ona bildirmişdir ki, “mən Lerik rayonunda qeydiyyatdayam, orada da heç kim yaşamır, göndərilən protokol da mənə çatmayacaq”. Bundan sonra o, İlhamın əslən Lerik rayonundan olduğunu bilmişdir. O da Lerik rayonundan olduğundan İlhamla mehriban şəkildə söhbət etmişdir. İlham ona demişdir ki, “cərimənin yuxarı həddi 1000 (min) manatdır, sənə verim 1000 (min) manat pulu, sən mənim əvəzimdən ödəyib qəbzi də verərsən mənə”. O da 1000 (min) manatı götürüb şöbəyə getmişdir. O, Təqsirləndirilən şəxs1 ərazidəki qanunsuz tikinti barədə məlumat vermiş, eləcə də Şahid6 800 (səkkiz yüz) manat məbləğində cərimə ödəməyə hazır olduğunu bildirmişdir. O, 800 (səkkiz yüz) manat məbləğində cərimə barədə qərar qəbul olunarsa, 800 (səkkiz yüz) manatı cəriməyə ödədikdən sonra qalan 200 (iki yüz) manatı da lhama qaytaracağını düşünmüşdür. Lakin Təqsirləndirilən şəxs1 demişdir ki, “ərazi böyükdür. İlhamın 12 və 8 sot torpaq sahəsi var. Hər ikisinin barəsində alqı-satqı müqaviləsi olsa da, Dövlət Reyestrindən çıxarış olmadığına görə hələ İlhamı cərimə edə bilmərik”. Təqsirləndirilən şəxs1, həmçinin demişdir ki, “ərazi böyük olduğuna və iki sənədi olmadığına görə iki dənə inzibati xəta haqqında protokol tərtib olunacaq və hər bir protokola görə 1000 manat cərimə olunacaq”. O da İlhama zəng edərək görüşmək istədiyini demişdir. Onlar razılaşdığı vaxtda görüşdükdə, o, 1000 (min) manatı çıxarıb İlhama təqdim edərək demişdir ki, “cəriməni özün ödəyərsən, səndə iki sənəddir və hər iki sənəd üzrə cərimə olunacaqsan”. İlham da ona demişdir ki, “mən sənə etibar edirəm, al bu əlavə 1000 manatı da, sənədim hazır olan kimi ödə və qəbzləri də mənə göndər”. Həmin vaxt Təqsirləndirilən şəxs2 məzuniyyətdə olmuşdur. O, Səbuhiyə demişdir ki, “Anar müəllimdən xahiş etsəm, cərimə məbləği az yazıla bilərmi?”. Səbuhi də ona demişdir ki, “mən məzuniyyətdəyəm, mənlik deyil”. Həmin vaxt karantin rejimi tətbiq edildiyindən ƏMDK-dən əmr gəlmişdir ki, himayəsində azyaşlı uşaqları olan və ictimai nəqliyyatdan istifadə edən şəxslər işə çıxmasınlar. İyun ayının 9-u onun övladı anadan olmuşdur. O, doğum haqqında şəhadətnamə götürdükdə ona 200 (iki yüz) manat süd pulu yazmışlar. O, süd pulunu almaq üçün DSMF-yə getmişdir. Orada ona demişlər ki, “əgər işləyirsənsə süd pulunu işlədiyin orqandan almalısan”. Sonra o, mühasibatlığa zəng edib bu barədə məlumat vermişdir. Mühasibatlıqdan ona demişlər ki, “sənədləri komitəyə aparmaq lazımdır”. O da mühasibə demişdir ki, “Anar müəllimdən xahiş etsinlər ki, mənim sənədlərimi komitəyə tez göndərsinlər ki, mən süd pulunu tez ala bilim”. Təqsirləndirilən şəxs1 da mühasibə demişdir ki, “işçilərin 30 faizi işə çıxdığından onun sənədlərini başqa vaxt apararlar komitəyə”. Sabahısı gün Təqsirləndirilən şəxs2 ona zəng edib demişdir ki, “mənə apelyasiya məhkəməsinin yerini göstər”. O da mesaj yazıb icazə alaraq evdən çıxmış və Səbuhi ilə görüşmüşdür. Səbuhi ona demişdir ki, “Anar müəllim sənə 250 manat pul göndərib”. O da Təqsirləndirilən şəxs2 demişdir ki, “Allah kömək olsun Anar müəllimə”. Təqsirləndirilən şəxs1 həmin pulu ona övladı doğulduğu üçün göndərmişdir”. Təqsirləndirilən şəxs1 bilmişdir ki, həmin vaxt süd pulu almaq üçün onun göndərdiyi sənədlər komitəyə getməmiş və fikirləşmişdir ki, onun pula ehtiyacı olmuşdur. O da gedib həmin pula uşağa lazım olan dərmanları almışdır. O, müstəntiqə də belə məzmunda ifadə vermişdir. Lakin müstəntiq ona demişdir ki, “sən belə ifadə verdiyin təqdirdə sənin həyat yoldaşıvı da mən şahid kimi yazacam ki, gəlib izahat versin. O da bundan çəkinmiş və müstəntiqə inandığı üçün belə məzmunda ifadə verməmişdir. Sonra müstəntiq ondan özünü təqsirli bilib-bilməməyini soruşmuşdur. O da özünü təqsirli bilmədiyini bildirmişdir. Müstəntiq ona demişdir ki, “sən özüvü təqsirli bilməməklə məhkəməyə hörmətsizlik edirsən”. Ona görə də o, ibtidai istintaq zamanı özünü təqsirli bildiyini demişdir. Lakin o, hazırda özünü təqsirli hesab etmir. Belə ki, o, heç kəsdən rüşvət istəməmiş və heç kəsdən də rüşvət almamışdır. Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini onlara aid hissədə elan olunmuş ittiham üzrə təqsirli bilməmələri ilə bağlı ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, habelə öz cinayət əməllərinə haqq qazandırmaq, bu mümkün olmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdikləri ifadələrini, o cümlədən şahid ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş bütün sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tofiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 İbdulla oğlu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər və onların törətdikləri əməllərdə hər birinə qarşı irəlü sürülmüş ittihamın bütün zəruri tərkib əlamətləri var, habelə təqsirləndirilən şəxslərin hər birinin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayətlərin törədilməsində təqsiri məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təxminən üç il əvvəl Abşeron rayonu, Saray qəsəbəsində özünə torpaq sahəsi almışdır. Bir il bundan əvvəl o, aldığı torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş və bu məqsədlə tikinti işlərinə başlamışdır. Lakin həmin dövrdə onun maddi cəhətdən imkanı pis olduğundan tikinti başladıqdan bir neçə ay sonra tikintiyə bir müddət ara verilmişdir. Təxminən 2020-ci ilin may ayının əvvəlində o, evin tikintisini davam etdirməyə başlamışdır. May ayının ortalarında evin tikintisi davam edən vaxt torpaq sahəsinin yerləşdiyi yerə özünü Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs2 adlı şəxs ağ rəngli “Niva” markalı avtomobillə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs2 tikintinin dayandırılması ilə yanaşı, qanunsuz tikinti aparıldığına görə onu cərimələyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 cərimənin məbləği ilə maraqlandıqda, sonuncu ona 1000 manat məbləğində cərimə olunacağını demişdir. Təqsirləndirilən şəxs2 onu 1000 manat məbləğində cərimələdikdən sonra evin tikintisinə icazə veriləcəyini bildirmişdir. Tikintiyə xərci çıxdığından o, Səbuhiyə 1000 manat məbləğində pulun olmadığını bildirmiş və sonuncudan ona “yüngül” cərimə yazılmasını xahiş etmişdir. O, bunu Təqsirləndirilən şəxs2 dedikdə, sonuncu ondan “bəs nə qədər verməyə gücün çatar?” deyə soruşmuşdur. O da təxminən 800 manat məbləğində pul ödəməyə imkanı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Sonra o, Təqsirləndirilən şəxs2 800 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 isə torpağın sənədlərini və onun şəxsiyyət vəsiqəsinin şəkillərini telefona çəkib getmişdir. Təqsirləndirilən şəxs2 ona bir neçə gün ərzində barəsində tərtib edəcəyi sənədləri gətirəcəyini bildirmişdir. O, 800 manat pulu cərimə məbləği kimi Təqsirləndirilən şəxs2 vermişdir. 21 may 2020-ci il tarixdə, saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 yenidən evin tikintisi gedən torpaq sahəsinə gəlib onun barəsində tərtib etdiyi sənədi ona vermiş və demişdir ki, “tikintiyə davam edə bilərsən”. O da Təqsirləndirilən şəxs2 verdiyi sənədi baxmadan götürmüşdür. Sonra o, evin tikintisinə davam etmiş və qısa müddət ərzində evin tikintisini tamamlamşdır. Bundan sonra o, Abşeron ərazi şöbəsinə getmiş və evin sənədləşməsini həyata keçirmək istəmişdir. Sənədləşmə ilə bağlı ona məlum olmuşdur ki, evin tikintisi ilə bağlı Təqsirləndirilən şəxs2 onu cərimələyərkən ondan aldığı 800 manat pulun cəmi 500 manatını cərimə məbləği kimi ödəmişdir. O, orada işləyən əməkdaşa 800 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirsə də, ona kömək edən olmamışdır. O da başa düşmüşdür ki, Təqsirləndirilən şəxs2 ondan aldığı 800 manat pulun 500 manat hissəsini cərimə kimi onun adından ödəmiş, qalan pulu isə özünə götürmüşdür. Sonra onu Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırmışlar və orada ona evin tikintisi, habelə cərimələnməsi barədə suallar vermişlər. O da hal-hazırda verdiyi ifadəni müstəntiqə vermişdir. Orada ona bir daha aydın olmuşdur ki, Təqsirləndirilən şəxs2 ondan cərimə adı ilə aldığı 800 manat puldan 500 manat pulu cərimə kimi ödəmiş, qalan 300 manat pulu isə özünə götürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Saray qəsəbəsində 0.14 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olmuşdur. O, torpaq sahəsinə hasar çəkdirdiyi vaxt ustalardan biri ona zəng edərək tikinti aparılmasına icazə verilmədiyini və tikinti işlərinin dayandırıldığını bildirmişdir. O, hansı səbəbdən tikintinin dayandırılmasını aydınlaşdırmaq üçün torpaq sahəsinə getmişdir. O, həmin əraziyə çatdıqda, özünü Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşı kimi təqdim edən Afiq orada olmuşdur. O, Afiqə yaxınlaşmış və niyə tikintiyə icazə verilmədiyini soruşmuşdur. Afiq də ona torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı olduğundan orada hasarın çəkilməsinin qanunsuz olduğunu demişdir. O da bu vaxt Afiqdən hasarın tikilməsinin davam etdirilməsinin hansı qaydada mümkün olduğunu soruşmuşdur. Afiq isə ona hasarın tikilməsinə icazənin verilməsinin qanuni yolunun olduğunu bildirmişdir. Afiq ona qanunsuz tikiliyə görə cərimə yazılmalı olduğunu və cərimə yazıldıqdan sonra hasarın çəkilməsinə icazə verilə biləcəyini demişdir. O da Afiqlə razılaşmışdır. Sonra Afiq ondan torpaq sahəsinə dair sənədləri istəmişdir. Həmin vaxt o, Afiqdən nə qədər cərimə yazılacağını soruşmuşdur. Afiq isə nə qədər cərimə yazılacağını ona deməmişdir. O, yenə Afiqdən cərimənin məbləği ilə maraqlandıqda, sonuncu ona az məbləğdə cərimə yazılması üçün çalışacağını bildirmişdir. Həmçinin o, Afiqə torpaq sahəsi ilə bağlı sənədlərin hazır olmadığını bildirmişdir. Afiq isə ona hər bir halda cərimənin yazılacağını demişdir. O da Afiqə etiraz etməmiş və həmin vaxt şəxsən Afiqə 1000 manat pul vermişdir. Afiq 1000 manat pulu aldıqdan sonra cərimə ilə bağlı sənədləri hazırlayıb ona verəcəyini və hasarın tikintisinə davam edə biləcəyini bildirmişdir. Lakin Afiq sənədlərin nə zaman hazır olacağını ona deməmişdir. Növbəti gün Afiq ona zəng etmiş və 1000 manat pulun az olduğunu bildirmişdir. Lakin o, Afiqə imkanı olmadığını bildirmişdir. Afiq bunun qarşılığında məsələni həll edə bilməyəcəyini bildirmiş və hasarın tikilməsinin dayandırılmasını ondan xahiş etmişdir. Bundan sonra o, tanışlarından 1000 manat borc pul tapmış və Afiqlə görüşərək əlavə olaraq 1000 manat pulu Afiqə vermişdir. Afiq növbəti 1000 manat pulu ondan aldıqdan sonra hər şeyin yaxşı olduğunu, hasarın çəkilməsində heç bir problemin olmadığını və yaxın günlərdə cərimə ilə bağlı sənədləri hazırlayıb ona verəcəyini bildirmişdir. Həmin hadisədən bir müddət keçsə də, Afiq ona cərimə ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İstintaq vaxtı ona məlum olmuşdur ki, Afiq ondan 2000 manat pul alsa da, tikinti ilə bağlı heç bir tədbir görməmiş və həmin pulu ondan qanunsuz olaraq almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən iki il əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi almış və orada özü üçün fərdi yaşayış evi tikdirmişdir. 2020-ci ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Tikinti başa çatdıqdan sonra həmin evin həyətində təmizlik və abadlıq işləri apararkən onun həyətinə “Niva” markalı ağ rəngli avtomobillə bir nəfər şəxs gəlmişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun evinin yerləşdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı olduğundan orada ev tikilməsinin qanunsuz olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin onun mülkiyyətində olduğundan orada tikintinin aparılmasında heç bir problemin olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 onun barəsində inzibati xəta haqqında protokol yazacağını və onu 1500 manat məbləğində cərimə edəcəyi bildirmişdir. O, həmin evi tikdirmək üçün çox əziyyət çəkdiyini, maddi vəziyyətinin pis olduğunu demiş və Təqsirləndirilən şəxs2 ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə 1500 manat pul verdiyi təqdirdə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməyəcəyini və evin qanunsuz tikilməsi barədə digər təşkilatlara məlumat verməyəcəyini demişdir. O, sonuncudan 1500 manat pulun nə məqsədlə verilməsini soruşanda Təqsirləndirilən şəxs2 pulun özünə çatacağını bildirmişdir. O isə 1500 manat pulu olmadığını bildirmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs2 pul verməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun anket məlumatlarını öz dəftərinə qeyd etmiş və bundan sonra çıxıb getmişdir. O, Yardımlı rayonunda qeydiyyatda olduğundan bir müddətdən sonra qeydiyyatda olduğu ünvana sənədlər gəlmişdir. Həmin sənədlərdən ona məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən onun barəsində protokol tərtib edilmiş və həmin protokolla bağlı inzibati işə baxılacağı barədə ona bildiriş göndərilmişdir. Həmin bildirişdən ona məlum olmuşdur ki, 21 may 2020ci il tarixdə onun barəsində inzibati işə baxılacaqdır. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinə getmiş və orada işləyən Anar adlı müdirlə görüşmüşdür. Daha doğrusu onu şöbənin müdirinin yanına Təqsirləndirilən şəxs2 özü aparmışdır. Anar müəllimin xidməti otağında onlar ikilikdə söhbət etdikdə, Anar müəllim şəxsən ondan 1500 manat məbləğdə pul istəmişdir. O da Təqsirləndirilən şəxs2 də protokol yazmaması üçün 1500 manat pul istədiyini, ancaq o qədər pulu verməyə imkanı olmadığını dedikdən sonra Anar müəllim cərimənin minimum məbləğinin 600 manat olduğunu və onun barəsində 600 manat məbləğində cərimə yazılacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onun 600 manat məbləğində cərimə olunması barədə qərarı ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 qanunsuz ev tikdirən şəxslərdən qanunsuz şəkildə pul tələb etmişdir. O isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X67 ifadəsində göstərdi ki, onun qohumu Şahid10 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində badam bağları salmağı planlaşdırdığından həmin torpaq sahəsinin kənar müdaxilələrdən qorunması, gələcəkdə salınacaq badam ağaclarına ziyan vurulmaması üçün həmin torpaq sahəsini metal torla hasara almaq istəmişdir. Şahid10 torpaq sahəsinin hasara alınması işlərində köməklik etməyi ondan xahiş etmişdir. O da Şahid10la razılaşaraq hasarın çəkilməsi işini təşkil etməyi üzərinə götürmüşdür. Bundan sonra torpaq sahəsinin ətrafına əvvəlcə üç ədəd mişar daşı hündürlüyündə daş hasar çəkdirib, onun üstündən isə metal tor çəkmək istəmişlər. O, 2020-ci ilin avqust ayının əvvəllərində həmin torpaq sahəsində olduğu vaxt özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs oraya gəlmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin müdirinin müavini vəzifəsində işlədiyini ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğuna görə torpaq sahəsinin hasarlanmasına icazə verilmədiyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, torpaq sahəsinə metal tordan hasarın çəkilməsi orada salınacaq bağın qorunması məqsədi ilə çəkilir və metal tordan başqa torpaq sahəsində heç bir tikinti işləri aparılmayacaqdır. Lakin Təqsirləndirilən şəxs2 metal torun çəkilməsinə icazə verilmədiyini təkrar bildirmişdir. Bundan sonra o, torpaq sahəsinin sahibi Şahid10 zəng etmiş və sonuncunu çağırmışdır. Şahid10 torpaq sahəsinə gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Şahid10 bildiriş vermiş və imzalanmasını istəmişdir. Lakin Şahid10 həmin bildirişi imzalamaqdan imtina etmişdir. Yaranmış narazılığı görüb o, Təqsirləndirilən şəxs2 300 manat “şirinlik” vermək istəmişdir. 300 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 verdikdə, sonuncu hasarın salınması üçün 300 manat deyil, 2500- 3000 manat pul verməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 onlara demişdir ki, 2500-3000 manat pul verildiyi təqdirdə Şahid10 barəsində inzibati xəta haqqında protokol tərtib edilməyəcək və torpaq sahəsinin ətrafına hasar çəkilməsinə göz yumacaqdır. Şahid10 isə torpaq sahəsinin sənədlərinin qaydasında olduğunu bildirərək heç kimə pul verməyəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 çıxıb getmişdir. Bir gün sonra yenidən əraziyə Təqsirləndirilən şəxs2 gəlmişdir. Təqsirləndirilən şəxs2 bu dəfə Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu və daş hasar çəkilməsinin qanunsuz olduğunu bildirərək hədə-qorxu gələrək demişdir ki, “gör indi mən neyləyəcəm”. O isə Təqsirləndirilən şəxs1 qanuni şəkildə istədikləri tədbiri görmələrini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çıxıb getmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Saray qəsəbəsində üç çıxarışdan ibarət təxminən 7 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində badam bağları salmağı planlaşdırmışdır. Torpaq sahəsinin kənar müdaxilələrdən qorunması, başqa şəxslər tərəfindən zəbt edilməməsi, gələcəkdə salınacaq badam ağaclarına ziyan vurulmaması üçün həmin torpaq sahəsini metal torla hasara almaq istəmişdir. Onun vaxtı olmadığından o, bu işlərin görülməsini tanışı Yasin Qənbərova tapşırmışdır. Yasin Qənbərov işə başladıqdan bir neçə gün sonra ona zəng edərək Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşlarının onun torpaq sahəsinə gəldiklərini bildirmiş və problemin yaranması səbəbindən onu torpaq sahəsinə çağırmışdır. O da oraya getmişdir. O, torpaq sahəsinə çatdıqda bir neçə şəxsin “Niva” avtomobili ilə orada olduqlarını görmüşdür. Sonradan o, həmin şəxslərin Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin işçiləri olduqlarını bilmişdir. Həmin şəxslər ona torpaq sahəsini hasara almaqla torpaq sahəsinin münbit qatını korladığını demişlər. O isə bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsini kənar müdaxilədən qorunmaq üçün hasarlamış və torpaq sahəsinin hasarlanmasında hər hansı bir problem yoxdur. Onların arasında narazılıq yaranmış və həmin şəxslər çıxıb getmişlər. Həmin hadisədən bir neçə gün sonra Yasin yenə ona zəng edərək Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşlarının yenidən əraziyə gəldiklərini bildirmişdir. Bundan sonra o, yenidən oraya getmişdir. Orada olan Təqsirləndirilən şəxs2 adlı şəxs ona bildiriş vermiş və onu imzalamağını tələb etmişdir. O isə heç nəyi imzalamaq fikrində olmadığını bildirmiş və bununla da aralarında olan söhbət qurtarmışdır. Bir müddət sonra yaşadığı ünvana 3 ədəd Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol gəlmişdir. Həmin protokollardan ona məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən onun barəsində inzibati xəta haqqında iş aparılır. Bundan bir neçə ay sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng edib onu çağırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşı kimi tanımışdır. Dayısı oğlu X44 Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsində 2020-ci ilin əvvəllərində tikinti apararkən həmin torpaq sahəsinə Təqsirləndirilən şəxs2 gəlmiş və tikinti gedən torpaq sahəsinin kənd təsərrüfat təyinatlı olduğunu bildirərək orada tikinti aparılmasının qanunsuz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2, həmçinin dayısı oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini, nəticədə dayısı oğlunun cərimələnəcəyini bildirmişdir. Bundan sonra dayısı oğlu 1000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin onun özünün də Abşeron rayonunun Novxanı kəndində 0.13 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində 2020-ci ilin aprel ayında balaca bir “besedka” düzəltdirmək istəmişdir. “Besedka” düzəltdirən vaxt ustalar ona zəng edərək bildirmişlər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin Təqsirləndirilən şəxs2 adlı əməkdaşı onun torpaq sahəsinə gələrək ustalardan tikintinin dayandırılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ustalara öz mobil telefon nömrəsini verərək onunla əlaqə saxlamasını istəmişdir. Sonra o, Təqsirləndirilən şəxs2lə telefonla danışmış və həmin vaxt Səbuhi ona məxsus kənd təsərüfatlı torpaq sahəsində “besedka” düzəldilməsinin qanunsuz olduğunu bildirmiş və ondan tikinti işlərini dayandırmağını tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində protokol tərtib edərək cərimə olunacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs2lə onun arasında heç vaxt pul verilməsi barədə sövdələşmə olmamışdır. Təqsirləndirilən şəxs2 ondan heç vaxt pul tələb etməmiş və istəməmişdir. O da rüşvət kimi Təqsirləndirilən şəxs2 pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsində tövlə tikdirmiş və həmin tövlədə heyvandarlıqla məşğul olmuşdur. Şahid7 onun atasının dayısı oğludur. Şahid7 də Novxanı kəndində, onun tövləsinin yaxınlığında 0,2126 ha pay torpaq sahəsi vardır. Lakin buna baxmayaraq, Şahid7 zəruri şəraiti olmadığından sonuncu həmin torpaq sahəsində əkinçiliklə məşğul ola bilməmişdir. 2020-ci ilin əvvəllərində Şahid7 həmin torpaq sahəsində tövlə tikdirib heyvandarlıqla məşğul olmaq istəmişdir. Bu məqsədlə Şahid7 məxsus torpaq sahəsində tövlənin tikintisinə başlanmışdır. Şahid7 şəxsi işləri ilə bağlı orada ola bilməmişdir. Ona görə də Şahid7 tövlənin tikintisini ona həvalə etmişdir. O da Şahid7 xahişinə əsasən sonuncunun tövləsinin tikintisi ilə məşğul olmuşdur. Təxminən 2020-ci ilin iyul ayında günorta vaxtı bir nəfər onun mobil telefonuna zəng edib özünü Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron şöbəsinin baş məsləhətçisi Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və tövlənin qanunsuz tikildiyini deyib onu tikinti sahəsinə dəvət etmişdir. O, tövlənin yanına gedəndə Təqsirləndirilən şəxs2 ağ rəngli “Niva” markalı avtomobildə onu gözlədiyini görmüşdür. Sonra Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və Şahid7 məxsus torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının qanunsuz olduğunu və bu səbəbdən də tikintinin dərhal dayandırılmalı olduğunu, eləcə də artıq tikilmiş sahəni sökdürəcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 maneəçilik törətməməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 onunla razılaşmamışdır. Səbuhi onunla razılaşmadıqdan sonra o, Mehmana zəng edib bu barədə məlumat vermişdir. Mehman narahat olmuş və ondan tövlənin sökülməməsinə nail olmağını xahiş etmişdir. O da Mehmanın sözündən sonra Təqsirləndirilən şəxs2 tövlənin sökülməməsində onlara köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 isə işlədiyi Abşeron şöbəsinə gəlməli olduğunu ona bildirmişdir. Bir neçə gündən sonra o, Şahid7 məxsus torpaq sahəsinin sənədlərini götürüb Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron şöbəsinə getmişdir. X34suz şəkildə tövlə tikdirməsinə görə 1000 manat cərimə yazılmalı olduğunu bildirmişdir. O, həmin məbləğin çox olduğunu bildirmiş və Səbuhidən daha aşağı məbləğdə cərimə yazılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşıb 800 manat məbləğində pul verməyini bildirmişdir. Həmin vaxt üzərində cəmi 500 manat olduğundan həmin 500 manatı Təqsirləndirilən şəxs2 vermiş və qalan pulu isə sonra verə biləcəyini demişdir. Səbuhi də onunla razılaşaraq 500 manat pulu ondan almışdır. Təxminən 27 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Şahid7 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolu ona təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 əlavə olaraq 300 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs2 cərimənin ödənilməsi barədə qəbzi də ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qəbzə baxdıqda cərimənin 600 manat yazıldığını görmüşdür. Bundan sonra o, Səbuhidən hansı səbəbdən ondan 800 manat almasını soruşmuşdur. Səbuhi isə ona 200 manatın nəyə xərclənməsi barədə konkret bir söz deməmişdir. O da məsələ həll olunduğundan heç nə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ev tikdirmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsində 0,0293 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini anası X5 adına almışdır. Torpaq sahəsində ev tikdirmək istəmiş və bu məqsədlə 2020-ci ilin əvvəllərində evin tikintisinə başlanılmışdır. 2020-ci ilin may ayında torpaq sahəsinə gəlib özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evin tikildiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu və onun orada qanunsuz ev tikdirdiyini demişdir. Təqsirləndirilən şəxs2 onun torpaq sahəsində qanunsuz ev tikdirdiyinə görə torpağın mülkiyyətçisi qismində çıxış edən anası X5 800 manat məbləğində cərimə olunacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 etiraz etməmiş və cəriməyə görə 800 manat pulu Səbuhinin özünə vermişdir. Sonradan Təqsirləndirilən şəxs2 tutulduğunu bilmişdir. Hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Sovetlər İttifaqı dağılandan sonra ölkədə torpaq islahatı aparıldığı vaxt ona və ailə üzvlərinə Novxanı kəndinin ərazisində 0,2126 ha pay torpaq sahəsi verilmişdir. 2020-ci ilin əvvəllərində o, həmin torpaq sahəsində tövlə tikdirib heyvandarlıqla məşğul olmaq qərarına gəlmiş və torpaq sahəsində tövlə tikdirməyə başlamışdır. Tövlənin tikintisi demək olar ki, başa çatdırıldığı ərəfələrdə, yəni 2020-ci ilin iyul ayının sonlarında Novxanıda olmadığı zamanı qohumu Şahid8 ona zəng edib Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs2 ona məxsus torpaq sahəsinə gəldiyini, torpaq sahəsinin kənd təsərrüfat təyinatlı olduğunu, orada hansısa tikinti işlərinin aparılmasının qadağan olunduğunu, tikdirdiyi tövlənin söküləcəyini, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını demişdir. O, həmin tövlənin tikintisinə xeyli xərc çəkdiyinə görə Şaiqə demişdir ki, “Təqsirləndirilən şəxs2 xahiş elə ki, heç olmasa tövləni sökməsinlər”. Şaiq isə Səbuhinin tövlənin sökülməməsi üçün 800 manat məbləğində pul tələb etdiyini, həmin pulun bir hissəsini onun adından cərimə kimi dövlətə keçirəcəyini, qalanını isə özünə “hörmət” kimi götürəcəyini dediyini ona bildirmişdir. O, tövlənin sökülməməsinin mümkün olduğunu eşidən kimi Səbuhinin tələbi ilə dərhal razılaşmış və Şaiqə 800 manat pulu Səbuhiyə verməsini demişdir. Bundan sonra Şaiq onun yaşadığı evə gedib onun ailə üzvlərindən 800 manat pul götürmüş və həmin pulu aparıb Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 800 manat pulu Şaiqdən aldıqdan sonra tövlənin tikintisini başa çatdıra biləcəklərini demişdir. Nəticədə də tövlə sökülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, əvvəllər kirayədə yaşamışdır. Abşeron rayonunun Mehdiabad qəsəbəsində anası X23 adına 0,055 ha torpaq sahəsi almışdır. Təxminən 7 il əvvəl həmin torpaq sahəsində kürsülü fərdi yaşayış evi inşa etmələrinə baxmayaraq, torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olmasını və orada ev tikməyin qanunsuz olmasını bilməmişdir. Sonradan həmin torpaq sahəsinin qonşuluğunda, həmin sahəyə bitişik olan, təxminən 0,01 ha torpaq sahəsi də alıb anasının adına olan torpaq sahəsinə birləşdirmşdir. 2020-ci ilin aprel-may aylarından etibarən evin həyətində özü üçün əlavə yaşayış evinin inşasına başlamışdır. 2020-ci ilin iyul ayının əvvəllərində özünü Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsində baş məsləhətçi-müfəttişi kimi təqdim edən Təqsirləndirilən şəxs2 onun yanına gəlib həmin evin tikintisinin qanunsuz olduğunu, işin dayandırılmalı olmasını, onun barəsində protokol tərtib edib cərimə yazacağını, rayon icra hakimiyyətinin evin sökülməsinə dair göstərişinin olmasını bildirmişdir. Onun Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Akif adlı müdiri ilə görüşüb icazə aldığını deməsinə baxmayaraq, bu barədə heç bir məlumatının olmadığını, ona heç kimin heç nə demədiyini bildirib yenə də, inzibati protokol tərtib edəcəyini, cərimə yazacağını demişdir. Sonralar da Təqsirləndirilən şəxs2 dəfələrlə onun yanına gəlib “səni cərimə edəcəm, 600 manatdan 1500 manata qədər cəriməsi var, gələrsən rəisimizin yanına, xahiş eliyərik, yüngül bir cərimə yazar sənə, gedərsən” demişdir. 2020-ci ilin avqust ayının ortalarında isə onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini, 1000 manat məbləğində cərimə yazdığını bildirmişdir. Aşağı məbləğdə cərimə yazmamasının səbəbini soruşanda isə “eybi yoxdur, gələrsən rəisin yanına danışıb xahiş edərik, bir keçərik, doqquz yüz verərsən, qərarı rəis verir, indi bir dənə düşər, düşməz daha bilmirəm” cavabını vermişdir. Telefon danışıqları zamanı da Təqsirləndirilən şəxs2 onun cərimə olunacağını, sadəcə olaraq cərimənin məbləğini aşağı edə biləcəklərinin, gələcəkdə ev sökülməməsinin mümkün olmasını, ancaq bunun üçün müdirinin yanına gəlib söhbət etməyi tələb etmişdir. Həmçinin onun barəsində artıq inzibati xəta haqqında protokol tərtib edərək 1000 manat məbləğində cərimə yazdığını deyib məhz həmin 1000 manatı tələb etmişdir. Sonradan isə 900 manat cərimə olunmağı üçün müdirinin yanına gəlib söhbət etməyi tələb etmişdir. Nəhayət, 02 sentyabr 2020-ci il tarixdə də Təqsirləndirilən şəxs2 ona zəng edib müdirinin yanına gedib pul verməyi tələb etdikdə o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək baş verənlər barədə məlumat vermiş, həmin İdarənin əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılmaqla ona 9 (doqquz) ədəd yüz manatlıq əskinazlardan ibarət 900 (doqquz yüz) manat məbləğində pul verilərək, üzərində texniki qurğu yerləşdirilmişdir. Təqsirləndirilən şəxs2 isə telefonda onun saat 15:00-da özünün işlədiyi idarəyə gedib Anar adlı müdiri ilə görüşməsini tapşırmış və o da Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 özünün idarədə olmadığını, əksinə ərazidə olduğunu deyib ona idarəyə gedib Anar adlı müdiri ilə görüşüb “9 metr məsafə saxlayıb” çıxıb getməsini tapşıraraq, özünün gəlib hər şeyi həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 “9 metr məsafə saxla çıx get” deməklə Anar adlı müdirinə onun 900 manat məbləğində pulu verib çıxıb getməsini nəzərdə tutmuşdur. O, qeyd olunan idarəyə gedib Təqsirləndirilən şəxs1 adlı müdirin iş otağına daxil olmuş və Səbuhinin dediyi adam olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə “nə məsələdir” deyə soruşduqda, o, barəsində cərimə yazıldığına görə gəldiyini demişdir Anar “nə köməklik edək?” deyə soruşduqda, o, cərimənin çox yazıldığını deyərək cərimənin bir az aşağı yazılmasını xahiş etmişdir. Anar onun xahişi ilə razılaşmadıqdan sonra o, 900 manat pulu sayıb Anar vermişdir. Təqsirləndirilən şəxs1 pulu alıb salfetkaya büküb üzərinə onun adını yazıb siyirməyə qoyduqdan sonra gələcəkdə onun evinin sökülməyəcəyini, həmçinin onun barəsində cərimə yazıb, 600 manat adından ödəyib qəbzi də ona verəcəklərini demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2020-ci il tarixli K-21 nömrəli əmrdən çıxarışdan (cild 4, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs3 29 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində daimi dövlət qulluğuna qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 202- 203) görünür ki, X76 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 222- 223) görünür ki, X53 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 34-37) görünür ki, Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 42-45) görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, Şahid5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 106- 107) görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 179- 180) görünür ki, X35 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 184- 185) görünür ki, X85 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 111-112) görünür ki, X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 294- 295) görünür ki, X86 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 206- 207) görünür ki, X36 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 116-117) görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 235- 236) görünür ki, X54 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 240- 241) görünür ki, X45 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 158-159) görünür ki, X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 173- 174) görünür ki, X37 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 196- 197) görünür ki, X46 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 286- 287) görünür ki, X38 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 282- 283) görünür ki, X55 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 122-123) görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aqvqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 126-127) görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 300-301) görünür ki, X56 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 189-190) görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 209-210) görünür ki, X26 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 229-230) görünür ki, X68 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 900 (doqquz yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 74-75) görünür ki, Şahid7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 131-132) görünür ki, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 136-137) görünür ki, X39 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 142-143) görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 168-169) görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 142-143) görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 269-270) görünür ki, X47 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 272-273) görünür ki, X40 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 277-278) görünür ki, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 8) görünür ki, Şahid11 Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs2 cərimə olunmaması müqabilində ondan 1000 (min) manat rüşvət tələb etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsinə dair vəsatətin təmin olunması haqqında qərardan (cild 1, iş vərəqə 11-12) görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında qərar qəbul edildiyi gündən başlayaraq 6 (altı) ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkiliş aparılmasına, poçt göndərişlərinin yoxlanılmasına, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 14-25) görünür ki, həmin gün saat 17:30 radələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 5 ünvanında yerləşən inzibati binasının ikinci mərtəbəsində yerləşən, həmin şöbənin müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 xidməti otağına baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi, üzərinə “Şahid11 Mehdiabad” sözləri yazılmış, sarı rəngli qeydiyyat aparılması üçün olan kağız parçası yapışdırılmış 9 ədəd A16188593, C44323825, C47894530, D16814381, C33664180, C30847500, A08030667, C47383515 və A86833847 nömrəli 100 manatlıq əskinasların üzərində xüsusi işıqlandırma vasitəsi ilə baxıldıqda “RÜŞVƏT 2020” sözlərinin yazılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin pulları bir müddət əvvəl şöbənin baş məsləhətçisi-müfəttiş Təqsirləndirilən şəxs2 ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə səsli mesaj göndərməsindən sonra aldığını və həmin pulun Şahid11 barəsində tərtib edilmiş inzibati cərimə olmasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 qara rəngli, “İphone” markalı mobil telefonunda “000000” kodunu yığaraq telefonu açıb telefonun “WhatsApp” proqram təminatına daxil olmuş, “Səbuhi abşeron” adı ilə qeyd edilmiş istifadəçidən saat 17:07-də ona göndərilmiş “Mən burdayam müəllim, işi saxlamışam, deyir ki, guya nümayəndəmiz ordadı, 5-10 dəqiqə çəkəçək. Mən işi saxlamışam, ustaları da çıxartdım geri, şqatur verirdilər, qoymadım”, “Bir də o, Mehdiabaddan o bayaq dediyim oğlan gələcək, indi özü yəqin ki, mən dedim də xahiş minnət elədi 09 metr məsafə qoyacaq” məzmunlu səsli mesaj göndərilməsi aşkar edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs1 900 manat pulu götürüb təqdim etdiyi, iş masasının birinci siyirməsində üzərinə “Afiq hasar” sözləri yazılmış sarı rəngli qeydiyyat aparılması üçün olan kağız parçası yapışdırılmış 5 ədəd B11892141, B13017686, B03532166, A33159192 və A54461608 nömrəli əskinaslardan ibarət olan 500 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin pulu həyətində qanunsuz hasar çəkmiş Afiq adlı vətəndaşdan bir ay əvvəl götürdüyü cərimə pulu olmasını, vətəndaş sənədi ilə yaxınlaşdıqdan sonra ödəniləcəyini bildirmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefon, 900 manat pul və 500 manat pul götürülüb qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 Şahid11 aldığı 900 manata görə sonuncuya inzibati xəta haqqında protokol və İnzibati tənbeh haqqında qərar çıxarılıb-çıxarılmaması soruşulduqda o, Şahid11 barəsində inzibati xəta haqqında protokol çıxarıldığını, qərarın isə sonra qəbul ediləcəyini bildirərək həmin protokolun şöbənin baş məsləhətçisi-müfəttişi Təqsirləndirilən şəxs2 oturduğu digər otaqda saxlanılmasını bildirmiş, Təqsirləndirilən şəxs2 özünün iş otağında göy rəngli, arxa hissəsinə “ödənilməmiş cərimələr” sözləri yazılmış qovluğu götürüb orada birinci sıradakı faylı çıxararaq təqdim etmiş, faylda X23 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddlələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 12.08.2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında 02.08.2020-ci il tarixli, MN ******* nömrəli qərarın əsliləri, bildirişin, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri aşkar edilmiş, Təqsirləndirilən şəxs2 torpaq sahəsinin Şahid11 anası Şəhla Həsənovanın adına olduğundan sənədlərin onun adına tərtib edildiyini bildirmişdir. Qeyd olunan sənədlərə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, X95 rayonu, Mehdiabad qəsəbəsi ərazisində **********09 nömrəli çıxarışla mülkiyyətində olan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti aparması və nəticədə torpağın münbit qatının korlanması səbəbindən barəsində 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmiş və bu barədə 12 avqust 2020-ci il tarixdə ona bildiriş göndərilmişdir. Lakin protokolda imzaların, eləcə də bildirişin göndərilməsi barədə qəbz və ya qəbul edilməsi barədə hər hansı sənədin olmadığı müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın 02 sentyabr 2020-ci il tarixdə tərtib edilərək Şəhla Həsənovanın İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməsinin göstərilməsinə baxmayaraq, qərarda inzibati cərimənin hansı məbləğdə tətbiq edilməsi öz əksini tapmayaraq, həmin yerin boş saxlanıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, protokol 12 avqust 2020-ci il tarixdə tərtib edilsə də, Şahid11 hazırkı vaxta kimi gəlmədiyindən barəsində qərar qəbul edilə bilməmiş və 02 sentyabr 2020-ci il tarixdə onunla danışdıqda, Murada əlində olan pulu aparıb Təqsirləndirilən şəxs1 verməsini bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən qeyd olunan sənədlər götürülərək qablaşdırılmışdır. Bundan başqa, baxış zamanı aşkar olunmuş Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 08 may 2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında 21 may 2020-ci il tarixli, MN ******* nömrəli qərarın əsliləri, foto şəkilin, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 13 may 2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında 22 may 2020-ci il tarixli, MN ******* nömrəli qərarın əsliləri, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 31 may 2020-ci il tarixli qəbzin surətləri, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 30 aprel 2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın əsliləri, çıxarışın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 15 may 2020-ci il tarixli qəbzin surətləri, Şahid5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 21 may 2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında 03 iyun 2020-ci il tarixli, MN ******* nömrəli qərarın əsliləri, çıxarışın, fotoşəkilin, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 08 iyun 2020-ci il tarixli qəbzin surətləri, Şahid7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 27 iyul 2020-ci il tarixli, MN ******* nömrəli protokolun, “İnzibati tənbeh vermə haqqında 14 avqust 2020-ci il tarixli, MN ******* nömrəli qərarın əsliləri, JN- 2306, KOD30800118 nömrəli dövlət aktının, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 14 avqust 2020-ci il tarixli qəbzin surətləri, Şahid10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 26 avqust 2020-ci il tarixli, MN 0428728, MN ******* və MN ******* nömrəli protokolların əsliləri, 0620964, ******* və ******* nömrəli çıxarışların, aktların, torpaq sahələrinin ölçü və planlarının, şəxsiyyət vəsiqəsinin surətləri müvafiq qaydada götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 250-251) görünür ki, X27 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 245-246) görünür ki, X77 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 153-154) görünür ki, X28 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (cild 1, iş vərəqə 83-87) görünür ki, X57 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən (cild 1, iş vərəqə 256-257) görünür ki, X48 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 2, iş vərəqə 10-11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 22-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 2, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 45-46) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 58-77) görünür ki, əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd diskə, həmçinin Təqsirləndirilən şəxs1 məxsus qara rəngli “İphone” markalı və Təqsirləndirilən şəxs2 məxsus qara rəngli “Samsung” markalı mobil telefonlara 02 sentyabr 2020-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən diskdəki “istintag.mp4” adlı qovluqda aşkar olunmuş 11 dəqiqə 45 saniyə davam edən video görüntülərdə Şahid11 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin yerləşdiyi inzibati binaya daxil olaraq şöbənin əməkdaşına Mehdiabad qəsəbəsindən gəldiyini, onu Təqsirləndirilən şəxs2 göndərdiyini bildirib Təqsirləndirilən şəxs1 qəbuluna gəldiyini bildirməsi və sonuncunun öz xidməti otağında onu qəbul etdiyi, həmin otaqda Şahid11la Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda dialoqun baş verdiyi əks olunmuşdur: Şahid11: salam məleykim. Təqsirləndirilən şəxs1: salam məleykim, gəl əyləş. Şahid11: sağ olun, Səbuhi müəllim, danışdı siznən? Təqsirləndirilən şəxs1: Səbuhi müəllim… nə oldu adın? Şahid11: Murad, Murad. Təqsirləndirilən şəxs1: Hə, eşidirəm qardaş. Şahid11: bu tikintiynən bağlı, da bu… Təqsirləndirilən şəxs1: qardaş bu tikinti.. deyim ey, tikinti bilirsən nətəri şeydi? Tikinti kənd təsərrüfatı təyinatlı torpaqdı, icazə.. indi hamı gəlir ey bura, vallah. Şahid11: müəllim bir dənə söz deyim ey, olar? Təqsirləndirilən şəxs1: özüm şey eliyirəm ey, bilirsən nətəri, indi bu dövlətin işidir. Mən bura bir iki-üç aydı gəlmişəm. Mən bilsəydim ki, burada belə olacaq, mən heç bura gəlməzdim. Bu camaatnan qalmışam üzbəüz. Şahid11: bilirsiz, vallah anam pis xəstədi, ayaqları hərəkət eli.., tezdənnən allaha and olsun elə ona görə həkimdəyəm da bütün gülü elə nəinki bu gün elə, prostu mənə elə tez gələrdim, mənə vaxtı belə dediyinə görə uje mən qalıram uje pis vəziyyətdə, necə eliyim mən, ya ora çatdırım, bir gün qabaqdan deyilmiş olsaydı, məsəlçün mən deyərdim ki, məsəlçün dayıma.. Təqsirləndirilən şəxs1: yox bildim Şahid11: hə gəlin biriniz aparın, mən məsəlçün Səbuhi müəllimə söz vermişəm Təqsirləndirilən şəxs1: hə yox, ondan vacib bir şey yoxdu ki, anadan vacib Şahid11: dedim onu həll eliyim gələcəm yanınıza Təqsirləndirilən şəxs1:ondan vacib bir şey yoxdu, anadan vacib bir şey yoxdu Şahid11:dedim onu həll eliyim gələcəm yanınıza Təqsirləndirilən şəxs1: elə şey yoxdu, başa düşdük yəni, tutaq sənin anan deyil mənim anamdı, bir şey olandan sonra qalan şey cəhənnəmə olsun Şahid11:vallah əsas odu elə Təqsirləndirilən şəxs1:qurban olsun bir dənə onun dırnağına, söhbət ondan getmir. İndi qardaş səndə nə problemdi, bizdik sənin nə işin var Şahid11:heç nə.. Təqsirləndirilən şəxs1:qanunu pozmusan. Kənd təsərrüfatı təyinatlı torpaqda tikinti aparmısan. Bu kənd təsərrüfatı təyinatlı torpaqda da tikinti aparanın cəriməsi var. Bunun yəni, əslində tikinti də olmaz, ancaq, indi cərimənən şey olur da, cərimənən yola verilir, çıxılır gedilir. Şahid11:indi müəllim bir dənə üzr istəyirəm, Anar müəllim, indi bu elədi ki, vəziyyətə görə, borc xərcə görə indi. İnanırsan bankdan zaddan pul götürüb ev tikmişəm elə bu vəziyyətdə. Prostu mən əvvəl bu Akif müəllimnən söhbət eləmişdim. Yəqin bilirsiz də. Yəni, demişdi bu qədər, demişdi məsəlçün əmlaka nə qədər lazımdı məsəlçün onun hamısını, dörd min verərsən mənə. İndi bu söhbətdəri elədi mənnən. Ondan sonra uje mən qaldım uje bu vəziyyətdə ki, uje nətəri ola bilər ki, bu dörd min də dörd mindi də, uje ondan, onu borcum səkkiz min beş yüz borcum var banka bu dəqiqə allaha and olsun. Anam da bu vəziyyətdə, qaldım uje çıxılmaz vəziyyətdə Təqsirləndirilən şəxs1:indi biz neyniyək səninçün, qardaş Şahid11:mənə bir az Təqsirləndirilən şəxs1:yaxşı, bizdə axı ödəmə elə şeylər var ki, biz də onu elə.. biz onu eliyəndə sabah bizim də belə diyək pis vəziyyət.. sən onsuz da qanunu pozursan, belə deyək, ancaq biz olmur nəsə şey eləməyə, biz özümüz də qalırıq pis vəziyyətdə. Sabah kindənsə asılı vəziyyətdə. Kimsə keçəndə yoldu, kimsə keçəndə görür, kimsə keçəndə görməyinə Şahid11:indi bunu Təqsirləndirilən şəxs1:ona görə biz işimizi, biz da başqası kimi demirik ki, gətir dörd min ver, üç min ver, beş min.. cəriməsi nədi onu ödəyəcəksən qardaş yəni nə sənin vecində heç nə qalmayacaq, nə mənim Şahid11:bilirsiz nədi, bir az vaxta görə, yəni xəstədi anam, yəni siz onu başa düşərsiz ki. Bilirsiz niyə deyirəm Təqsirləndirilən şəxs1:mən başa düşürəm ey, indi.. Şahid11: get gələ görə ki, bunu elə bir dəfə gəlim, bir dəfə həll eliyək, məsəlçün siz də mənim bir böyük qardaşım kimi köməklik göstərin ki, mən də Təqsirləndirilən şəxs1: nə kömək eliyim sən, bax bunun bir. Şahid11:yox bunun, cəriməni yazma da, onu deyirəm Təqsirləndirilən şəxs1:yox cərimə yazılmalıdı, qardaş cəriməni yazmayanda mən özüm özümü atıram problemin altına Şahid11:bəs Səbuhi müəllimnən danışdım, dedim, dedi ki, get müəllimnən danış. Anar müəllim desin sənə ki. Təqsirləndirilən şəxs1:yox cəriməni yazmamaq söhbəti heç kəs üçün yoxdu. Heç mənim dogma qardaşım da olsa yəni, mən ona məsləhət görürəm ki, cərimə yazılıcaq, cəriməni ödənilir. Çünki, sabah sənin də əlində bir kağız olsun ki, yanı mən də kiməsə diyəndə deyim ki, qardaş bu tikirdi, bu kişi..cərimə.. işini saxladım, cərimələdim. Da ev tikib da mən buna neyniyim. Başa düşdün? Onu mən özüm üçün yanı, həm özümü, həm də sənin işin üçün. Mən səndən tutaq ki, gəldin bura, aldım beş manatı qoydum cibimə getdim. Sabah məni çıxartdılar başqasını qoydular yerimə. Bu başqası o da gələcək ki, yenə həmin söhbət. Niyə kiminsə şeyində qalıram qardaş. Eləmisən cərimədi, cəriməni ödəmisən. İndi mən o cərimənin məbləğində bir az sənə kömək eliyə bilərəm. o da indi nə qədər.. Şahid11:deyirəm, yenə deyirəm də bu get-gələ görə məsəlçün, razılıq nəysə olsa Təqsirləndirilən şəxs1:yox, get gəl olmayacaq da Şahid11:razılıq nəyəsə olsa. Hə də bunu belə üzr istəyirəm də bu.. allaha and olsun çox pis vəziyyətdəyəm. Deyrəm ki, özümüz öz aramızda məsələn həll eliyərdik. Mən Səbuhi müəllimə dedim ki. Səbuhi müəllimə dedim ki nə qədər. Səbuhi müəllim dedi altı yüzdən min beş yüzə qədərdi Təqsirləndirilən şəxs1: min beş yüzə qədərdi Şahid11:mən də dedim ki. Sonra dedim nə qədər yazmaq belə şeydi? Dedi ki, min. Dedim ki, bir az aşağı elə, dedi gələrsən, Anar müəllim siz? Anar müəllimdən xahiş eliyərəm bir az doqquz, yüz keçərəm, doqquz yüz manat Təqsirləndirilən şəxs1:mən deyərəm Səbuhiyə. Sən Səbuhiynən danışarsan, görüşərsən. Mən deyərəm Səbuhiyə. Bilirsən necədi? Qoy bu.. vəsaiti necə ödəyəcəksən? Şahid11: doqquz yüz manat dedi də. İndi onu bir az, bir az da kömək var? Təqsirləndirilən şəxs1:yox, yox, hələ doqquz yüz manat söhbəti yoxdu ey. Sən nə qədər.. Şahid11:mənə dedi ki, min manat şeydi. Mən də dedim ki, bir az aşağı, qiyməti bir az münasib elə də. bildiz necə. Mən də dedim ki, imkana görə bir az, anam zad da nəzərə al. O da dedi ki, gələrsən müəllim, Anar müəllimdən xahiş eliyətik də indi. Təqsirləndirilən şəxs1:Yox indi xahiş eliyər. Səbuhi gələr diyər mənə nədi nə döyül, yaxşı Şahid11: dedi Mehdiabbaddayam, işd.. zəng də tutur tutmur, set çatır çatmır Təqsirləndirilən şəxs1:sən pulu gətirmisən özünlə? Şahid11:hə özümdədir pul Təqsirləndirilən şəxs1:(mobil telefonla zəng edir) Səbuhi, bu adın necə oldu? Şahid11:Murad Təqsirləndirilən şəxs1:(telefonla danışır) Murad gəlib mənim yanıma ay Səbuhi. Onun sənədləri zadı var da səndə. Mən ondan obşim doqquz yüz manat pulu götürəcəm, atacam bura. Sən sonra özün ödüyərsən də o pulu. Yaxşı. Hə protokolunu zadı verərsən özünə, qoy əlində olsun ki, protokolu. Da indi eyb olmaz Şahid11:onu, yazmayın da onu protokolunu Təqsirləndirilən şəxs1:(telefonla danışır) yaxşı, protokolunu verərsən özünə yaxşı, yaxşı, yaxşı. (Şahid11 müraciət edir) protokol sənin özünçün xeyirlidi. Protokol sənin özünçün xeyirlidi. İndi biz o puldan ödəniş eliyəcöyük müəyyən məbləğdə. Qəbzi də verəcöyük sənə. Onu da saxla özündə. Sabah kimsə gələndə, birdən kimsə gəlsə, “qardaş, tikmişəm, cərimələyiblər. Mən də kirayədə qalıram, harda qalıram tikmişəm”. Şahid11:Onsuz da kirayə qalıram. Təqsirləndirilən şəxs1:hə də yəni onsuzdan da belə. Da demə ey mənə icazə verdilər tikməyə. Yaxşı, elə bir formada da danış. Şahid11:nə qədər Təqsirləndirilən şəxs1:doqquz yüz manat daindi nə qədər.. Şahid11:doqquz yüz manat, hamısını? Təqsirləndirilən şəxs1:hə-hə hamısını verəcəksən Şahid11:heç nə də neyniyim. Nə deyir indi özü gec gələcək? Təqsirləndirilən şəxs1:özü bilmirəm gec gələcək, ərazidədi də, özü saat altıda zadda gələcək Şahid11:gəl, şey olsa Təqsirləndirilən şəxs1:yoo, bilirsən söhbət nədən gedir, sonra kimi başa salasan Şahid11: (100 manatlıq əskinaslardan ibarət olan pulları çıxarıb sayır) bir, iki, üç…doqquz (pulları Təqsirləndirilən şəxs1 tərəf uzadır) bir dənə özünüz də sayın müəllim Təqsirləndirilən şəxs1:sol tərəfindəki stolun üstündən solfet kağızı çıxarıb qatlayır və pulları Şahid11 alıb sayır) bir-iki-üç..doqquz. Sən bir dənə ad-familiyanı da denən ki (salfet kağızını əvvəl ortadan iki yerə qatlayır, sonra isə bir tərəfini üç ədəd əskinası ayıraraq arasına salır) Şahid11:sizdən sonra yəqin heç kim dəyib dolaşmaz da? Təqsirləndirilən şəxs1:gəl sənə bir dənə şey deyim Şahid11:bax icra bir tərəfdən bezdirirdi Təqsirləndirilən şəxs1:icranın mənə aidiyyəti.. Səbuhii, bilirsən Səbuhi torpaq müfəttişidi. Ad familiya necədi sizdə?(stolun üstündən qələm götürüb salfet kağızında yazır) Şahid11:Şahid11 Təqsirləndirilən şəxs1:(salfet kağızını çıxarıb kənara artır və stolun üstündəki sarı rəngli qeyd kağızlarından bir ədədini ayırıb pulların üzərinə yapışdırır, yenidən qələm götürüb həmin kağızın üzərində yazı yazır) Mehdiabad hə?Qardaş necədi vəziyyət.. (pulları qatlayır və bir ədəd əskinası ortadan qatlayaraq kəmər formasında bir tərəfini digər əskinasların alt, digər trəfini isə üst tərəfindən qatlayır) Şahid11:bəli. bir dənə sayardız da özünüz Təqsirləndirilən şəxs1:saydım da, saymadım?çaşdırırsan ey məni (pulları yenidən sayır). Bax bunu elə bil ki, ödəniş olandan sonra (sol tərəfindəki siyirməni açıb oradan convert çırıb pulları içinə qoyur) Şahid11:prostu mənə dedi ki, gələcəm lap bir yerdə şey eliyərsən, ödəyərsən Təqsirləndirilən şəxs1:gözlə istəyirsən gəlsin, əgər helə istəyirsən Şahid11:yox elə yox, fərqi nədir ki Təqsirləndirilən şəxs1:yox sənin danışığın.. tez gəlirsə Şahid11:vaxta görə da dərman zad almalıyam evə, ona görə Təqsirləndirilən şəxs1: . (telefonla zəng edir).Murad gedir dərman almağa, sonra sən özün Şahid11:dedi ki, get Anar müəllimin özü fərqi yoxdu, danış Təqsirləndirilən şəxs1:yəni bu şey eliyər, özü verər sənə qəbzini. Bilirsən necədi (telefonla zəng edir) Səbuhi sən gec gələcəksən bu yana, yoxsa getsin müəllim, demişdi..Hə çünki, onda ödənişini özün eliyib verərsən də qardaşa da. Özünnən.. hə yaxşı, yaxşı.(telefonu söndürür) Özü eliyib qərar da verəcək sənə, çekini də verər ki, şey olmasın da yəni, əslində belə deyim də, əslində biz min beş yüz manat cərimə olunmalıdı. Min beş yüz manat cərimə alınmalıdı, yəni cərimələyə bilirik ki, biz öz işimizi görürük, indi camaat ev tikir, bizim nəyimizə lazımdı, indi tutaq ki, indi sən ev tikmisən. Diyə bilər ey Anar müəllim, üç yüz manatı, beş yüz manatı qoyaram cibimə, diyərəm ki, hə get tik. Eləmək olmur, bildin necə eləmək olmur. Bizə də bu tapşırıblar, yuxarı şey səviyyədəki, biz bu torpaqlara nəzarət eləməliyik. İndi sən icraynan Şahid11:icra elə verib ki, bu vəziyyətə düşdüm də, dedi ki, əmlakın da pulunu ver elə hamısını. Hamısını aparıb vermişəm. Bu günkü gündə sürünürəm Təqsirləndirilən şəxs1:yox, yox qardaş ona görə mən deyirəm ki, elə şeylər bir az.. Şahid11: ordan sizə heç nə verilməyibdi eləmi, icradan? Təqsirləndirilən şəxs1: yox, onun bizə nə.. icra başqa idarə, biz başqa idarə. Əslində ora bura verincə torpağı alanda elə torpaq alasan ki, sonra problem olmasın Şahid11:vallah nə bilim da dedilər sonra kənd təsərrüfatı tikintiyə yararlı olacaq, neyniyəcək Təqsirləndirilən şəxs1: olacaq, hanı. Yaxşı qardaş, işində ol. Səbuhi görüşər səninlə yaxşı qəbzini də verər Şahid11: oldu, Mehdiabaddadı da yəqin ki, Təqsirləndirilən şəxs1: indi bu dəqiqə Səbuhi Mehdiabaddadı Şahid11: hə də lap lazım gələr, özüylə bir dənə görüşərəm Mehdiabadda. Oldu müəllim, sağ olun çox sağ olun. Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung” markalı, qara rəngli mobil telefona baxış keçirilməsi zamanı Şahid11 istifadəsində olan ********** mobil telefon nömrəsinin yaddaşda “X120 He” adı ilə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsinin isə “Anar Mudir” adı ilə qeyd olunduğu, “X120 He” adı ilə qeyd olunmuş ********** nömrə ilə 26.08.2020-ci il tarixdə saat 11:35-də, 28.08.2020-ci il tarixdə saat 14:07-də, 02.09.2020-ci il tarixdə saat 09:53-də, 13:53-də, 15:42-də, 15:47-də, 16:02-də, 16:22-də qarşılıqlı zənglər olunaraq danışıqlar aparıldığı, “Anar Mudir” adı ilə qeyd olunmuş ********** mobil nömrə ilə 02.09.2020-ci il tarixdə saat 09:55-də, 12:47-də, 16:13-də, 16:14-də, 16:44-də, 17:24-də qarşılıqlı zənglər olunaraq danışıqlar aparıldığı müəyyən edilmişdir. Həmçinin “Anar Mudir” adı ilə qeyd olunmuş ********** mobil telefon nömrəsindən 02.09.2020-ci il tarixdə saat 15:58-də “WhatsApp” proqramından istifadə olunmaqla zəng gəlmiş və həmin nömrəyə zəng olunmuş, müvafiq olaraq 09 və 16 saniyə müddətində danışıqlar aparılmışdır. Mobil telefonun “WhatsApp” işarəsi ilə qeyd olunan bölməsinə daxil olduqda müəyyən edildi ki, “X120 He” adı ilə qeyd olunmuş ********** nömrədən “WhatsApp” proqramı vasitəsi ilə 2 sentyabr 2020-ci il tarixdə saat 11:36-da “qardaş, qurban olum, mən indi bir dənə, plansız idi işim də. Prostu siz mənə elə dediz ki, yəni başa düşürsüz də nətəri. Elə bil ki, bir gün qabaq düsəydin mən səhərə işimi planlaşdırardım. Anamı da həkimə gətirməliydim. Bir dənə həkimdəyəm bir dənə. Dizləri, ayaqlarında şiş var bir dənə. Əməliyyat olunasıdı, onu bir dənə. Onu bir dənə şeyə salırıq də, siz deyin, MRT-yə də bir dənə. Rentgen zad eləsinlər bir dənə, baxsınlar bir dənə həkim. Gəlirəm çıxıram burdan gələm qadan alım, yaxşı.Fərqi nədi ki, onu bu günləri həll eliyərik, qadan alım sənin. Çox xahiş eliyirəm, üzrlü say da sənə dedim ki, gəlirəm bir saata. Qoy bir dənə bu ayaqlarını da bir dənə rentgenə salım, çıxım gəlirəm burdan, yaxşı, qadası. Elə burdan çıxan.. gələndə zəng eliyəcəm sənə, hara desəz, ünvanı da deyərsiz bir dənə, gələrəm ora” məzmunlu səsli mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrədən isə həmin gün saat 11:37-də həmin nömrəyə “Vallah Murad mən sənə görə deyirəm, uje mən onu, diyə bilmirəm də, sən özün gəlseydin, sənin yanında demək başqa, mən deyəndə başqa. Mən deyəndə uje başqa şey fikirləşirlər. Bu özü də indi özü də bilirsən indi elə bir dövrdür ki, icra bir yandan məktub yazır, nə bilim, bələdiyyə bir yandan məktub yazır. Bu birbaşa bunun söküntüsünü qoyurlar, göndərirlər məhk.. Protokol yazandan sonra məhkəmənin icra şöbəsinə göndərirlər, əlavə on faiz də onların rüsumudu. İndi min beş yüz yazacaq, mən hələ min manat belə deyirəm. Bəlkə, min beş yüz yazacaq. Bu altı yüzdən min beş yüzədi. Ona görə özün iştirak eləsəydin daha yaxşı olardı. Ondan əlavə də söküntüsünü qoyurlar. İndi yaxşı mən bir saat zad çalışaram bunu yubadım bir saat zad. Mənə əvvəldən amma xəbər elə çıxanda” məzmunlu səsli mesaj göndərilmişdir. Həmin gün saat 11:44-də Şahid11 “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 “Bildim qadan alım” məzmunlu mesaj yazmış, sonuncu isə ona “Qoy çıxım burdan qurban olum, şəhərdəyəm. Yəqin ki, abediniz saat birdə ikidədi də. Abed nə vaxt qurtarır, bir dənə de. Elə bil ki, abeddən sonra gəlim, yenə danışaq, həll eliyək, qurtarsın. Uje hər gün-hər gün, indi neçə gündü, gördün o günnərisi sizə zəng elədim ki, həə nə vaxt gəlim, saat neçəyə gəlim, nə vaxt eliyək. Siz də dediniz ki, yəni danışaq problem yoxdu, gəlim görüşək, problem yoxdu, bu günləri həll eliyək. Mən özüm də uje başım şişibdi” və “Sən demə, denən demişəm, denən prostu vaxtsız oldu deyə işi, bildiz necə Səbuhi müəllim. Yəni, bir gün qabaqdan desəydiz yenə hə, bildim də, yəni məsələn deyərdim ki, məsələn həkimə, məsəlçün işim var, gedib eliyib gələrdim. O həkimnən də danışmışdım bir gün qabaqdan ki, həkim məsəlçün flan vaxt zanitsə gəlim, uje vaxtını deyir. Birdən elə, elə sən yığanda yuxulu-yuxuluydum da elə təzə durmuşdum yuxudan. Elə ona görə də dedim ki, qoy bir dənə qadan alım, tez bir dənə dəyim ora. Fərqi nədi ki, onu onsuz da bu günləri həll eliyirik də. Gəlirəm bir dənə” məzmunlu səsli və “sən qoyma yazsın qardaş” və gəlirəm abeddə” məzmunlu yazılı mesajlar göndərmişdir. Bundan başqa, həmin mobil telefona, eləcə də, Təqsirləndirilən şəxs1 məxsus “İPHONE” markalı mobil telefona baxış keçirilməsi zamanı müəyyən edildi ki, “WhatsApp” proqram təminatı vasitəsi ilə 2.09.2020-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəyə Təqsirləndirilən şəxs2 “.. Bir də o Mehdiabaddan o bəyaq dediyim oğlan gələcək. İindi o özü, yəqin siz mən dedim də, indi ya, xahiş minnət elədi, sıfır doqquz metr məsafə qoyacaq” məzmunlu mesaj göndərilmişdir. Baxış keçirilməsi zamanı həmçinin, müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 telefonundan “WhatsApp” proqram təminatı vasitəsi ilə “Afiq İw” adı ilə qeydə alınmış istifadəçiyə və əks istiqamətdə aşağıda göstərilən məzmunda yazılı və səsli mesajlar göndərilmişdir: - 29.06.2020-ci il tarixdə saat 19:58-də Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “Səbuhi, bir də, bir şey, bu gün bir şeyə başımıza gəldi.Deməli Sarayda, o qəbristanlıqdan düşəndə, yoldan solda, radar yoxdu, radarın arxasında. Orda obyekt də tikdi ey bir dənə polis, Bədrəddin məsələni həll elədi. Onun düz arxasında, düz arxasında, görsənmir. Yəni, ta qəbristanlıqdan belə keçəndə, o tindən bir balaca görsənir. Deməli nətəridi.Adam evinin arxasını alıbdı, elə bil üç tərəfi zabor çəkmək istəyir, boş torpaqdı da. Oranın da sotası 14 sotdur. Ancaq elə bil ki, hasar çəkmək istəyir. Nə isə zəng elədim, elə bil, özü də gəldi pramoy. Şey elədi, bir az adam yumşaqadamdı. Nə isə danışdım, bu Azər də qıraqdan söz atdı, bəs aşağı miqdar, aşağı miqdar, həll eləyin kömək eliyək.Azərə bir az şey elədim ki, dedim Azər bir dəqiqə gözlə, aşağı-aşağı deyirsən. Bu sonra onun arxası da var axı, gərək. Burda Anar müəllimə də cavab vermək lazımdı. Nəysə bunu özüm çəkdim qırağa. Dedim ki, bə belə protokol olmalıdı. Məbləğ də ki, yanı lap bir dənədi də, məbləğ bir.. budu məbləği, bir dənə, razılaşdı. Verdi, dedi hə, özünüz də indi nəzərə alın, uşağlar da, özün lap istəyirsən müdirdən xahiş elə. Orda nə yazar, yeddi yazar, səkkiz yazar, hə özü bilər. Hə qalanını da hə şey eliyin. Amma yəni bir dənə də, mən dedi hasar çəkirəm. Başqa, yəni heç bir şey eləmirəm. Belə də ki, deyir mən yəni saxlasaz da mən onsuz da onu çəkəcəm, saxlamasaz da, onu beş daş hasar çəkirəm, boş yerdi, saxlayıram. Almışam, üç tərəfi zabor çəkirəm. Nəsə Azər yenə də məni yoldan çıxartdı, bundan bir götürdüm, gəldim idarəyə yaxınlaşanda Azər dirədi ki, bəs müəllimə de səkkiz, altı almışam. Dedim yox Azər, elə olmaz, lap səkkiz deyərəm. Yəni, səkkiz deyərəm, hələ görüm. Gəldim Anar müəllimə dedim səkkiz. Anar müəllim dedi ki.. demədim götürmüşəm, dedim bu da səkkizə razıdı, mən də protokol yazacam. Yox-yox, siz şey eləməyin, işini saxlayın vapşe olmaz, belə elə. İndi bilmirəm biz idik deyənə. Əfqan müəllim də girdi, dedi ki, Anar müəllim, onsuz da bunu başqa biz heç nə eləyə bilmirik. Ya yazılmalıdı, başqa vaxt.. vətəndaş da deyir onsuz da, belə də eləsəz tikəcəm, belə də eləsəz tikəcəm də bu, ancaq hasar çəkirəm. Yəni, başqa biz ona ney.. uzaqbaşı deyir protokol, protokol da yəni bu adam artıqlamasınan razıdı da, onu nətəri eləyək? İndi bilmirəm Anar müəllim biz idik deyə razılıq vermədi? Deyir yox 14 sota belə-elə. Prostu Anar müəllimə mən səkkiz demişəm. Lap uzaqbaşı demək olar ki, yəni danışıram, bir eləyər da onu. Bir verir, indi Anar müəllim razılaşsa. Özü də adamı sən də bəlkə də, tanıyarsan. Mənə də hardasa tanış çıxdı. İndi deyərəm təxmini kimdi” məzmunlu səsli mesaj; - həmin gün saat 20:02-də Təqsirləndirilən şəxs2 Afiq adlı şəxsə “yəqin indi da üçünüz də bir yerdə gedibsiz, üçünüzün də bildiyiniz bir söhbətdi. Gəlib elə söhbət eləyirsiniz, ona getməz axı. O bilir ki, Azər bilir, Əfqan bilir, sən bilirsən. Elə şeyi o getməz. İndi siz indi sənədini götürübsünüzsə götürün, protokolunu yazın, şey də, əmanət də qalsın səndə. Sən prostu onlara denən ki, qardaş qaytar onu ver denən.. elə denən, denən aparıb qaytarıram, müdir razı olmadı. Gəlib sonra həll eliyərik onu bir problem olmaz. Təklikdə girib özün şey eləyərsən. Denən onlar məsəlçün, onlara dedim qaytardım da yəni qaytarmışam, onlar bilmir. Protokolunu yaz. Məncə həll eləmək olar” məzmunlu səsli mesaj - həmin gün saat 20:06-da Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “Səbuhi ümumiyyətlə deyir a, şey eləmək istəmir. O elə bil sənədi də elə bil ayın 15-i bunun adına sənəd çıxacaq. Köhnə sənədi də götürmüşəm, bir də alqı-satqı müqaviləsi var, müqaviləsini də götürmüşəm. Onlar problem deyil, ayın on beşə sənəd çıxacaq bunun adına. Yox Anar müəllim elə demir. Anar müəllim deyir ki, ümumiyyətlə qaytar, işi dayandır, işi saxlasın, ümumiyyətlə olmaz, belə. Deyirəm o problem deyil ey. Gedib deyərik işi saxla, o da, onunçün nə var ki. Deyəcək hə saxladım, axşam tikəcək, sabah da vəssalam Orda çox yox, ikicə günlük işi var, yəni bir tərəf hazırdı, öz bağıdı elə. İki üç tərəfi hörüləcək.Ancaq da zabor hörür. Prostu elə bil ki, bunun elə bil 14 sot olmağı bir az Anar müəllimi elə bil ki, gözünü qamaşdırdı, şey elədi. On dördü eşidən kimi dedi yox-yox. Belə burdan da Azər dirəşib, gedək sabah bir yerdə qaytaraq. Mən söz atdım, dedim Azər sabah mən gedirəm, ümumiyyətlə qaytarıram, sabah özü bilər nətəri sonra şey eliyər. Bir yerdə gedərik, mən bəlkə də şey eliyəcək, deyəcək. Dedim yox ey Azər. İndi hər şeyi sən.. lap öldürmüsən e, şey eləyirsən ki, görürsən ki, vəziyyət belədi. Hə, sabah elə eləyərəm, qaytararam. Prostu o da dirəşib ki, deyir bir yerdə, bir yerdə” məzmunlu, saat 20:09da “ya da Səbuhi, sabah elə bil ki, bu şeygilin yanında elə danışaram vətəndaş.. deyərəm ki, onsuz da ayın 15-i onun adına sənəd çıxacaq. Deyərəm ki, bəs mən şey eləyə bilmirəm, nəsə lap özümdə saxlayaram, prostu bununla elə danışaram ki, guya şey elədim, ayın 15-i sənədi götürüb özü yaxınlaşar. Prostu sən işə çıxandan sonra şey eləyərəm, həll eləyərsən” məzmunlu səsli mesaj; - həmin gün saat 20:22-də Təqsirləndirilən şəxs2 Afiq adlı şəxsə “siz bir az tələsibsiz da, müdir də düz deyir, onu bir sot iki sot o ev tikmək üçün o başqa, day bu on üç sot böyük şey gedir də burda uje, ona görə o azdı. Sən elə məncə elə gərək aparıb qaytararsan, qaytarson yaxşıdı.Deyərsən qardaş, indi vəziyyət çətindi, qoymurlar. Vapşe müdir şey eləyib ki, iş olmasın, şey olsa söküntü.. daxili şeyə verəcək, məhkəməyə verəcək, işi görmə. Bir az da elənçi apar qaytar, denən, mənlik olsaydı mən həll eləyərdim. İndi vapşe denən vəziyyət çətindi, odu, icradan da bir neçə nəfər belə şeynən denən tutublar belə, yəni icazə veriblər, indi vəziyyət çətindi, əvvəlki dövr deyil. Yəni, bizim özümüzə də problem yaranar, xahiş eləyirəm gəla pulu məndən uzaq elə. Belə bir az qorxu, qorxsun, ver pulu şey olsun. Denən elə bunun indi odu, 600-dən 1500-ə təkcə elə cəriməsidi. Bu iki sotun üç sotun, bundan əlavə də bu söküntüsü var bunun, məhkəməyə göndərmək zad. Belə şeylər var. Elə denən, onu bir az şey elə, qorxuzdur, qaytar, qoy artırsın. Heç olmasa bir yarım, iki olseydi şey olardı, normal olardı” məzmunlu səsli mesaj; - həmin gün saat 20:26-da Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “Səbuhi, bilirsən kimdi, bu şeyin, bilirsən harda işləyəndi. Daxili İşlər Nazirliyində Eyvazovun bütün o tikinti işlərini aparandı. Hə, o dedi ki, lap o, belədə ki, problemsiz tapşırtdıraram. Prostu yəni dedi birdə xırda şeyə görə..o.. tanıyarsan ey sən özün. Novxanıda zadda bütün işlərin bunlar görür. Hə, yəni o mənada onlara yaxın adamdı. Belə, prostu dedi elə, bu işə görə, ona görə istəmirəm ağız açam. Yəni, belədə ki, problem deyil, şeyeliyim, elə ən yaxşısı sabah qaytarım, deyim ki, tapşırtdır ən yaxşısı, necə həl eləyə bilirsən. çünki o vaxtdan o dedi ki, o protokoldan qıraq bir şey eləyən deyil. Prostu yəni ona görə də, maksimal şey elədi ki, dedi bunnan həll olunsun, hə, şey olsun. Yəni, özü də dedi ki, bu onsuz da. O elə bil ki, onu bağ kimi saxlayır da orda. Düz evin arxasına düşür. Orda deyir tikinti də aparmaq istəmirəm. Yəni, obyektə yarımır, bir şeyə yarımır. Yəni ən yaxşısı elə eləyərəm, sabah qaytararam, deyərəm nə formada tapşırtdıra bilirsən tapşırtdır, hə. Amma ki, yəni, ona başqa inanmıram ona tədbir görə biləcəyik, hə.. İki günə də onu hörüb qurtaracaq. Hə, heç bir şey, elə o formada eləyərəm” məzmunlu səsli mesaj; - həmin gün daat 20:42-də Təqsirləndirilən şəxs2 Afiq adlı şəxsə “adı nədi onun? Onların işini görən Novxanıda, onlar yenə iş görür, mən saxlamışdım onu. Çıxıblar bizim o rəhbərliyə. Adı Vahiddi, nədi, elə deyil adı onun? Ən yaxşısı qaytar, denən vəziyyət denən belə-belə. İndi denən həmin dövr deyil qardaş. Yəni bu, belə şeylər keçmir. Bizdə müdiriyyət dəyişib, heç cür razı olmadı. Yəni, tapşırtdıra bilirsən denən tapşırtdır, biz də köməklik eləyərik denən, şey eliyərsən, tapşırtdıra bilirsən tapşırtdır. Elə denən qoy sənin şirinliyini şey eləsin da. Yəni, denən sən tapşırtdıra bilirsən tapşırtdır, biz də burdan maneə törətmərik da, biz də çalışarıq köməklik eliyək. Konkret denən, denən qardaş razı olmurlar, deyir işi saxlayın, söküntüyə göndərəcəyik əgər tikibsə.Elə də bir az şey elə, qorxuz. Da elə xoşluqla demə tik, nə bilim, elə söz demə. Denən dedi qardaş iş olmasın, saxlasın, rəsmi bildiriş verin. Rəsmi bildiriş verin Əfqanla, qoy bir az çəkinsin, bildin. Denən ki, qardaş, dedi ki, əgər iş olsa protokol maksimum həddə yazıb söküntüyə, məhkəməyə göndəriləcək, bir az qorxuzun” məzmunlu səsli mesaj; - həmin gün saat 20:46-da Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “yox bunun adı Səbuhi, İlhamdı. Bu dedi, mən, hardasa bizim elə bil qonşu kəndçidi həm də. Mən belə tanıdım. Tanıdım, yəni hardasa bir az məlumatlıyam onlar haqqında. Çatır elə əlləri ora. Prostu bu İlhamdı. Elə sabah o formada eliyərəm, elə heç bir şey. Elə qaytararam, deyərəm özün həll elə, necə həll eləyə bilirsən. Nə tapşırtdırırsan, nətəri eliyirsən, yəni özün. Mənə diyib ki, yəni işi saxla iş olmasın vəssalam. O saxlamağına düzdü saxlamayacaq, dedi konkret elə, Azərgil, Əfqan da ordaydı, dedi mənim ikicə günlük işim var. İstəyir gəlib burda topnan, tüfəngnən icra lap elə gəlsin, yəni heç bir şey şey eləyən deyiləm. Prostu heç bir şey, məndən yəni çıxsın, qaytararam, hə, diyərəm yəni nə formada eliyirsən.. Prostu bunun adı İlhamdı, Şahid6” məzmunlu səsli mesaj; - həmin gün saat 20:52-də Təqsirləndirilən şəxs2 Afiq adlı şəxsə “ona bir dənə bildiriş də verin, bildin, rəsmi bildiriş də verin, qoy bir az, şey, rəsmi oldun də, bir az çəkinsin, məsuliyyət hiss eləsin” məzmunlu səsli mesaj; - 02.07.2020-ci il tarixdə saat 13:30-da Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “Səbuhi salam, necəsən, nə var, nə yox. Səbuhi buu sənə dünən dediyim söhbət var idi ey. O nə isə müdir xəbərsiz getmişdi ora. Nəsə elə alındı ki, mən etiraf eliyəsi oldum, bu yəni götürdüyümü də yəni iki dənə demişdim ey. Hə onu nəsə şey elədi, bildi. Şey elədim, dedim götürmüşəm götürməyinə. Daha dorusu tam götürməyinə deməmişəm. Demişəm ki, yəni razılaşdırmışam bir dənə, iki dənəynən razılaşdırmışam. Prostu o, sən bu gün gələrsən? Onnan sən lap danışasan onu mən dediyim kimi eləməsin da, məsələn də o Ülvi zad, belə şey. Onu necə danışa bilərsən onnan?” məzmunlu səsli mesaj; - həmin gün saat 13:54-də və 13:55-də Təqsirləndirilən şəxs2 Afid adlı şəxsə “özü gedib çıxıb ora? Day indi siz danışıbsuzsa, vallah indi mən bunnan sonra nə deyim. Mən dedim o əgər getməseydi, mən aparardım ora, özüm də aparıb göstərərdim da orda, elə həll eləmək olardı. İndi belənçi uje çox adam ortada vasitəçi olanda ona da heç sərf eləmir ey. Mən bilirsən nə başa düşürəm? Ola bilsin ki, o, indi mənim öz fikrim elədi ey, Ülvinin adıynan birin ordan götürməy istiyir, birin də ki, burda protokol yazıb, bir də qalanını da belə da, öz aranızda bölmək istəyir. Nəsə belə bir şey. Vallah nə bilim, a burda uje day. Mənə bu gün zəng eləməliydi, heç zəng də eləmiyib. Ona görə bilmirəm də indi gələcəm, gəlmiyəcəm. Nə bilib oranı, hardan tanıyıb gedib çıxıb ora” məzmunlu səsli mesaj; - həmin gün saat 14:44-də Afiq adlı şəxsdən Təqsirləndirilən şəxs2 “eybi yoxdu, eybi yoxdu Səbuhi. O bilirsən təxmini soruşmuşdu, bu gün Əfqanı götürüb elə bil ki, gedib ora. Təsəvvür elə, rezki mənə zəng elədi, dedi bə burda iş gedir. Dedim ə, bəs şeydi də, dediyiviz kimi, hə, heç bir şey. Amma səhər tezdən heç mənə də demiyib. Elə rezki elə bir xəbərsiz Əfqanı götürüb gedib. Birdən mənə zəng eliyəndə də mən də şoka düşdüm. Hə heç bir şey, eybi yoxdu, eybi yoxdu, canın sağ olsun” məzmunlu səsli mesaj müəyyən edilmişdir. Baxış zamanı, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 mobil telefonunun yaddaşında “X107” adı ilə qeyd edilmiş ********** mobil nömrəyə “WhatsApp” proqramı ilə 27.04.2020-ci il tarixdə saat 16:50-də Təqsirləndirilən şəxs2 mobil nömrəsindən “Elçin salam, nətərisən, nə var, nə yox. Qardaş o yerin sənədlərini bax indi də müdir məndən istədi, dedim demişəm göndərəcək. Sən onu sənədi göndər, ya özün gəlirsən gəl, yəni bu, keçən səfərki kimi bax, neçə dəfə dedim, dedim, gəlib nəsə müdirnən görüşənmədin, axırı o protokol yazıldı.Yenə protokol yazılandan sonra uje gec olacaq. İndi mənə deyir ki, onun protokolunu yaz min manat göndər” məzmunlu, 28.04.2020-ci il tarixdə saat 09:56-da isə “yaxşı qardaş diyərəm, açığı dünən mənə dedi ki, onu da şey elə, protokolunu yaz. Yəni, sənədi də götürən kimi özün gəlib söhbətini eliyərsən da, sonra keçən dəfəki kimi demə ki, mənə protokol yazdun” məzmunlu, həmin gün saat 10:03-də “X107” adlı istifadəçidən Təqsirləndirilən şəxs2 “əy qardaş, allah köməyiniz olsun, özünüz bilərsiniz, yəni mən deyirəm ki, yola gedək. Beş üç manat sən qabağa düşəsən, beş üç manat mən qabağa düşüm. İmkanıvız var eliyin, eliyə bilmirsinizsə belənçinə də yazın protokolu. Canın sağ olsun, yaz protokolu” məzmunlu, saat 10:40-da Təqsirləndirilən şəxs2 həmin istifadəçiyə “qardaş canı, mən də istəyərəm sənin məsəlön, yəni həm sənə uyğun, həm mənə uyğun həll olunsun. Amma, bu görürsən də, bu təzə müdiriyyət gəlib, özü, özün də gördün ki, özü işin üsütünə çıxıb. Özü də, ona da o şəkli baş idarədən o, ərazinin kuratorları var da, gəlib ərazini gəziblər, bir neçə dənə yerin şəklini çəkiblər. O cümlədən onu atmışdılar müdirə. İndi yenə mən.. sən bir təklifin nədi, de, hələ bir deyərəm görüm hələ bir nə deyir. Amma bu təzə gəlib, bu aralar yəni helə şeyə getmir da, ancaq deyir ki, elə protokolunu yazın, rəsmiləşdirin, belə deyir. Yəni sənin fikrini bir deyərsən, görüm, souşaram hələ görüm razıdı, razı döyül” məzmunlu, saat 10:46-da isə “X107” adı istifadəçidən “qardaşım, gör nə deyirəm ey. Mən fikrim deyəndə ki, qurban sənə, indi bunun yola gedəni nədisə, yəni onsuz da aparıb cərimə ödəyəcəmsə elə sənə mənə xeyir eləyir bunu verim də bəridən, nə bilim. Verim, bağlasın da, gör fikrindən nə keçir? Gör fikrindən nə keçir, verim qurtarsın getsin də, bağlansın söhbət” məzmunlu səsli mesaj göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 147-149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 180-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 192-194) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 223-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 303) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 304) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2020-ci il tarixli AZ-İV seriyalı 498616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 157) görünür ki, 21 avqust 2020-ci il tarixdə X58 doğulmuş, onun anası – X13, atası – Təqsirləndirilən şəxs2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi müddət ərzində tutduğu vəzifələrin qulluq funksiyalarına məsuliyyətlə yanaşan, rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirən, dövlət qulluqçularının etik davranış qaydalarına riayət edən və kollektivdə nüfuz qazanmış işçi kimi qiymətləndirilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi müddət ərzində peşə biliklərini mütəmadi artıran, öz üzərində işləyən, qulluq funksiyalarına məsuliyyətlə yanaşan, dövlət qulluqçularının etik davranış qaydalarına riayət edən və kollektivdə nüfuz qazanmış işçi kimi qiymətləndirilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan (cild 3, iş vərəqə 229) görünür ki, Təqsirləndirilən şəxs2 7 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüquqi ilə adına Cəlilabad rayonu, Gülməmmədli kəndində 0,83 ha həyətyanı torpaq sahəsi 26 yanvar 2005-ci il tarixində qeydiyyata alınmış, Təqsirləndirilən şəxs1 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 238) görünür ki, Şahid6 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə şahid qismində dindirilərkən düzgün ifadə vermədiyini və həmin tikinti ilə bağlı Təqsirləndirilən şəxs3 2000 manat pul verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 4, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs3 işlədiyi müddət ərzində peşə biliklərini mütəmadi artıran, öz üzərində işləyən, qulluq funksiyalarına məsuliyyətlə yanaşan, dövlət qulluqçularının etik davranış qaydalarına riayət edən və kollektivdə nüfuz qazanmış işçi kimi qiymətləndirilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2020-ci il tarixli QK-154 nömrəli əmrdən (cild 4, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 sentyabr 2020-ci il tarixdən 4 (dörd) ay müddətinə iş vaxtı ərzində işdən kənarlaşdırılmış hesab edilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5/624 nömrəli rəyindən (cild 4, iş vərəqə 40-42) görünür ki, tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd A16188593, C44323825, C47894530, D16814381, C33664180, C30847500, A08030667, C47383515 və A86833847 nömrəli, 5 (beş) ədəd B11892141, B13017686, B03532166, A33159192 və A54461608 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla, poliqrafik çap üsulları ilə hazırlanmış və eyni nominallı pul əskinasları ilə eynilik təşkil edir. 9 (doqquz) ədəd A16188593, C44323825, C47894530, D16814381, C33664180, C30847500, A08030667, C47383515 və A86833847 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının ön tərəfində “Rüşvət 2020” yazıları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 43-52) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsindən həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələrinə tövsif edilməsi, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan maddələrlə, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 53-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 4, iş vərəqə 83-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 86- 97) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 118- 129) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2020-ci il tarixli “X113” tibb müəssisəsinin arayışından (cild 4, iş vərəqə 154) görünür ki, X32 14 həftə 5 günlük hamiləlik diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 189-278) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2005-ci il tarixli AZ-İ seriyalı 635410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 160) görünür ki, 10 iyun 2005-ci il tarixdə X69 doğulmuş, onun anası – X49, atası – Təqsirləndirilən şəxs1dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2007-ci il tarixli AZ-İ seriyalı 952805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 159) görünür ki, 15 aprel 2007-ci il tarixdə X70 doğulmuş, onun anası – X49, atası – Təqsirləndirilən şəxs1dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2015-ci il tarixli AZ- İİİ seriyalı 557689 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 57) görünür ki, 20 may 2015-ci il tarixdə X87 doğulmuş, onun anası – X14, atası – Təqsirləndirilən şəxs3dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2020-ci il tarixli AZ-İİİ seriyalı 890754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 58) görünür ki, 10 yanvar 2017-ci il tarixdə X88 doğulmuş, onun anası – X14, atası – Təqsirləndirilən şəxs3dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli AZ- İİİ seriyalı 451659 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 59) görünür ki, 24 iyul 2020-ci il tarixdə X89 doğulmuş, onun anası – X21, atası – Təqsirləndirilən şəxs3dur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X33 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə maddi neməti birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə rüşvət qismində təkrarən almışdır. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 da vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə maddi neməti birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə rüşvət qismində təkrarən almışdır. Həmçinin məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almışdır. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin hər birinin əməllərində onlara ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməlini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqairli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 evli olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı uşağının, Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı uşağın, Təqsirləndirilən şəxs3 himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, hər birinin cavan və ali təhsilli olmalarını, onların yaşadıqları yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmalarını və hər birinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını təqsirləndirilən şəxsin hər birinə aid hissədə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağıarlaşdıran hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eləcə də məhkəmə belə nəticəyə gəlir ki, onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, digər Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, məhkəmə hökmü qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməli və qeyd edilən təqsirləndirilən şəxslərin cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 02 sentyabr 2020-ci il tarixdən, digər Təqsirləndirilən şəxs3 cəzasının əvvəli isə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbs edildiyi vaxtdan, yəni 06 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 08.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 21.05.2020-ci il tarixli, MN ******* nömrəli qərar, foto şəkil, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 13.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 22.05.2020-ci il tarixli, MN ******* nömrəli qərar, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 31.05.2020-ci il tarixli qəbzin surətləri, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 30.04.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar, çıxarışın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 15.05.2020-ci il tarixli qəbzin surətləri, Şahid5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 21.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 03.06.2020-ci il tarixli, MN ******* nömrəli qərar, çıxarışın, fotoşəkilin, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 08.06.2020-ci il tarixli qəbzin surətləri, Şahid7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 27.07.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 14.08.2020-ci il tarixli, MN ******* nömrəli qərar, JN-2306, KOD30800118 nömrəli dövlət aktının, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 14.08.2020-ci il tarixli qəbzin surətləri, Şahid10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 26.08.2020-ci il tarixli, MN 0428728, MN ******* və MN ******* nömrəli protokollar, 0620964, ******* və ******* nömrəli çıxarışların, aktların, Torpaq sahələrinin ölçü və planlarının, şəxsiyyət vəsiqəsinin surətləri, X23 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddlələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 12.08.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 02.08.2020-ci il tarixli, MN ******* nömrəli qərar, bildirişin, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır, 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, 1 (bir) ədəd qara rəngli “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumların qaytarılmalı, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikasının Baş prokurorluğunun mühasibatlığında saxlanılan 9 (doqquz) ədəd A16188593, C44323825, C47894530, D16814381, C33664180, C30847500, A08030667, C47383515 və A86833847 nömrəli, 5 (beş) ədəd B11892141, B13017686, B03532166, A33159192 və A54461608 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 61,53 (altmış bir manat əlli üç qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri üzrə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri üzrə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 08.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 21.05.2020-ci il tarixli, MN ******* nömrəli qərar, foto şəkil, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 13.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 22.05.2020-ci il tarixli, MN ******* nömrəli qərar, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 31.05.2020-ci il tarixli qəbzin surətləri, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 30.04.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar, çıxarışın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 15.05.2020-ci il tarixli qəbzin surətləri, Şahid5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 21.05.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 03.06.2020-ci il tarixli, MN ******* nömrəli qərar, çıxarışın, fotoşəkilin, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 500 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 08.06.2020-ci il tarixli qəbzin surətləri, Şahid7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 27.07.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 14.08.2020-ci il tarixli, MN ******* nömrəli qərar, JN-2306, KOD30800118 nömrəli dövlət aktının, Torpaq sahəsinin ölçüsü və planın, şəxsiyyət vəsiqəsinin, 600 manat məbləğində inzibati cərimə ödənilməsi barədə 14.08.2020-ci il tarixli qəbzin surətləri, Şahid10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 26.08.2020-ci il tarixli, MN 0428728, MN ******* və MN ******* nömrəli protokollar, 0620964, ******* və ******* nömrəli çıxarışların, aktların, Torpaq sahələrinin ölçü və planlarının, şəxsiyyət vəsiqəsinin surətləri, X23 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddlələri ilə tərtib edilmiş “İnzibati xəta haqqında” 12.08.2020-ci il tarixli, MN ******* nömrəli protokol, “İnzibati tənbeh vermə haqqında 02.08.2020-ci il tarixli, MN ******* nömrəli qərar, bildirişin, çıxarışın, Torpaq sahəsinin ölçüsü və planının, şəxsiyyət vəsiqəsinin surətləri, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına, 1 (bir) ədəd qara rəngli “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumların qaytarılsın, Azərbaycan Respublikasının Baş prokurorluğunun mühasibatlığında saxlanılan 9 (doqquz) ədəd A16188593, C44323825, C47894530, D16814381, C33664180, C30847500, A08030667, C47383515 və A86833847 nömrəli, 5 (beş) ədəd B11892141, B13017686, B03532166, A33159192 və A54461608 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 61,53 (altmış bir manat əlli üç qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar