Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-452/2021 29.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, H.Hacıyev küçəsi döngə 1, ev 13-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanada olan torpaqda qanunsuz olaraq külli miqdarda, yəni 218 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda həmin çətənə (kannabis) bitkilərini toplayaraq özünə məxsus olan «Daewoo Gentra» markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində və istixananın içərisində saxlamış, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 12:23-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikdən sonra topladığı külli miqdarda, yəni 218 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin 90 ədədi «Daewoo Gentra» markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən, qalan 128 ədədi isə həyətdə olan istixananın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. İki il əvvəl yaşadığı evin həyətində istixana düzəldib, tərəvəz və göyərti yetişdirməyə başlamış və yetişdirdiyi məhsulları satıb ailəsini dolandırmışdır. Təxminən 5 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanandan istifadə edir. Bir ədəd kibrit qutusunda marixuananı təxminən 50-80 manata almışdır. Son zamanlar marixuanaya pul çatdıra bilməmişdir. Buna görə də 2020-ci ilin mart ayının əvvəllərində həyətindəki istixanada çətənə bitkisi əkmişdir. Əvvəlcə təxminən 2-3 ədəd çətənə bitkisi əkmiş, lakin onlara yaxşı qulluq edə bilmədiyi üçün inkişaf etməmişdir. Sonradan internetdə çətənə bitkisinin hansı qaydada əkildiyini, onlara hansı qaydada qulluq edildiyini öyrənmişdir. Həmin ərəfədə həmkəndlisi Elşən ona çətənə bitkisi toxumları vermiş, aralarında olan razılaşmaya əsasən toxumları istixanasında əkib, əldə olunan çətənə bitkilərini sonuncu ilə yarı bölməli olmuşdur. Bundan sonra Elşən ona 150 (yüz əlli) ədəd çətənə bitkisi toxumu vermişdir. Özündə də çəkdiyi narkotik vasitələrin içərisindən yığıb saxladığı təxminən 100 (yüz) ədəd toxum olmuşdur. Beləliklə 2020-ci ilin may ayının əvvəllərində yaşadığı evin həyətindəki istixanada 250 (iki yüz əlli) ədəd çətənə bitkisi toxumlarını əkmişdir. Həmin toxumlara gündəlik su verib, qulluq etməyə başlamışdır. Toxumlar təxminən 3-4 gün ərzində cücərmiş, onları çıxarıb cərgə ilə yenidən əkmişdir. Məqsədi həmin çətənə bitkilərinin böyüyəndə bir-birlərinə maneəçilik törətməməsi və yaxşı inkişaf etmələri olmuşdur. Beləliklə cücərən çətənə birkilərinə gündəlik qulluq etmiş, həyat yoldaşı isə istixananın başqa tərəfində göyərti əkmişdir. Həyat yoldaşı ona dəfələrlə bu işin qanunsuz olduğunu, nə vaxtsa tutulacağını desə də, sonuncuya əhəmiyyət verməmişdir. xx xxx 2020-ci il tarixdə əkdiyi narkotik vasitə çətənə birkilərinə qulluq edərkən onların bəzilərinin yararsız olduğunu görüb, onları kökündən çıxardıb zibilliyə atmaq üçün özünə məxsus **-UC-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı avtomobilin arxa yük hissəsinə yığmışdır. Ştilləri iki gün ərzində yığıb avtomobilin yük yerinə qoymuş, lakin yığmağa davam etdiyi üçün onları aparıb ata bilməmişdir. xx xxx 2020-ci il tarixdə evdə olarkən tanımadığı şəxs ona zəng edib, məhəllələrində polis əməkdaşlarının olduğunu demişdir. Tutulmamaq üçün həyat yoldaşı Güneli oyadıb, istixanada olan ştilləri birlikdə çıxarmağı xahiş etsə də, həyat yoldaşı qorxduğundan ona kömək etməmişdir. Odur ki, özü tək maşının arxa yük hissəsini açdıqdan sonra evin həyətində olan istixanadakı ştilləri kökündən çıxarıb bir yerə toplamağa başlamışdır. Lakin polis əməkdaşlarının hər an gələcəklərindən qorxduğu üçün ştilləri həyətdən çıxarmadan hasardan tullanıb qaçmışdır. Ştillər isttixanada və maşının arxa yük hissəsində açıq vəziyyətdə qalmışdır. Kənd ərazisində müxtəlif yerlərdə gizlənmiş, yerinin müəyyən edilməməsi üçün telefon işlətməmişdir. Hava isti olduğundan kənd ərazisinə açıq havada gecələmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı evə gedərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. BMCMİ-də törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, BMCMİ-nin əməkdaşıdır. xx xxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəsmiləşdirildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və təhqiqatçı Hüseyn Mənsimli daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana getmiş və saat 12:20 radələrində həmin ünvana çatmışlar. Qapını Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 açmışdır. Onlar özlərini təqdim etmiş, Şahid4 yoldaşının evdə olmadığını bildirmişdir. Sonuncu yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Şahid4 yaşadıqları evdə qanunsuz əşya, narkotik tərkibli çətənə bitkiləri olub-olmaması barədə soruşulmuşdur. Sonuncu yaşadığı evin həyətindəki istixanada narkotik tərkibli çətənə bitkilərinin olduğunu bildirmişdir. Videoçəkilişdən istifadə edilməklə evin həyətində olan istixanaya baxış keçirilmişdir. Baxış zamanı istixanada yerdə topa vəziyyətdə kökündən çıxarılmış halda 128 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Şahid4 həmin kütlələrin çətənə bitkiləri olduğunu, həmin bitkiləri həyat yoldaşının əkdiyini, onlara xüsusi qaydada aqrotexniki qaydada qulluq etdiyini, həyat yoldaşı Təqsirləndirilən şəxs polis əməkdaşlarının gəlməsini eşidib həmin kolları yığdığını və daha sonra qaçdığını bildirmişdir. Həmin vaxt baxışda iştirak edən aqronom həmin kütlələrin narkotik tərkibli çətənə kolları olduğunu, onlara xüsusi aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitkilər sintetik torbalara yığılaraq qablaşdırılmışdır. Bundan sonra evin həyətində olan avtomobilin yük yerindən də narkotik tərkibli çətənə bitkilərinə oxşar kütlə aşkar edilmişdir. Şahid4 həmin bitkilərin də çətənə bitkiləri olduğunu deyərək onları həyat yoldaşının bir neçə gün əvvəl istixanadan çıxararaq maşının arxasına yığdığını bildirmişdir. Həmin vaxt aqronom həmin bitkilərin də çətənə bitkilərinin kolları olduğunu bildirmişdir. Bundan sonra həmin bitkilər sayılmış və 90 ədəd çətənə kollarının olması müəyyən edilmişdir. Həmin bitkilər də sinetetik torbalarda qablaşdırılaraq götürülmüşdür. Beləliklə həyətdən ümumilikdə 218 ədəd çətənə bitkilərinin kolları aşkar edilmişdir. Sonda onlar BMCMİ-nə qayıtmış, orada protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 7/249 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...» yazıları və imzalar olan beş ədəd sintetik torbadakı sayı 218 (iki yüz on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi-18555 qram (18 kq 555 qram) olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş çətənə-kannabis bitkiləri tərkilərinə görə eynidirlər. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqreotexniki qaydada qulluq edilmişdir (Qeyd: çətənə bitkilərinin ümumi çəkisi-18555 qram (1-218nömrəli ob) tədqiqata sərf edildi-0,3 qram, qalıq-18554,7 qram). Məhkəmə-narkoloji ekspertizasının x xxxxxxx 2020-ci il tarixli 2743 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 12-13-cü vərəqələrindəki xx xxx 2020-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə olan istixananın içərisindən və həyətdə olan «Daewoo Gentra» markalı **-UC-*** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən külli miqdarda aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşin 147-154-cü vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki istixanadan və avtomobilin yük hissəsindən aşkar edilərək götürülmüş 05 ədəd sintetik torbada 218 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman çəkilmiş iki ədəd videoçəkiliş diskləri iş üzrə maddi sübut kimi tanınmış, çətənə bitkiləri Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, iki ədəd disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 94-95-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 129-cu vərəqəsindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İşin 130-cu vərəqəsindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2007-ci il və xx xxxxxx 2009-cu il doğulmuş iki azyaşlı uşağı vardır. İşin 71-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki istixanadan və avtomobilin yük hissəsindən aşkar edilərək götürülmüş 05 ədəd sintetik torbada 218 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman çəkilmiş iki ədəd videoçəkiliş diskləri isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki istixanadan və avtomobilin yük hissəsindən aşkar edilərək götürülmüş 05 ədəd sintetik torbada 218 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman çəkilmiş iki ədəd videoçəkiliş diskləri isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-452/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-452/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver