Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-461/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - X16 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi qaydada xırda shibkarlıqla məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 54A, mənzil 5-də qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitən heroini və külli miqdarda psixotrop maddə metafetamini əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 19,439 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və ümumi təmiz çəkisi külli miqdar 17,817 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23.30-da qeyd olunan ünvanda saxlanılmaqla Baş İdarəyə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən özü polis əməkdaşlarının təklifindən sonra əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 3,255 qram, 9,493 qram, 4,904 qram, 0,273 qram, 0,099 qram, 0,070 qram, 0,096 qram, 0,106 qram, 0,144 qram, 0,142 qram, 0,073 qram, 0,093 qram, 0,132 qram, 0,148 qram, 0,132 qram, 0,105 qram və 0,174 qram olmaqla ümumilikdə 03 ədəd şəffaf sellofan və 14 ədəd kağız bükümdə cəmi 19.439 qram çəkidə psixotrop maddə metafetamini, ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,400 qram, 8,810 qram, 8,003 qram, 0,005 qram və 0,079 qram olmaqla ümumilikdə 04 ədəd şəffaf sellofan və 02 ədəd kağız bükümdə cəmi 17,817 qram çəkidə narkotik vasitə heroini və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzini təqdim etməklə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5 il əvvəldən narkotik vasitə olan marixuanadan, 3-4 il əvvəldən psixotrop maddə metafetamindən, son 1 il ərzində isə artıq metafetamin və narkotik vaistə heroindən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 22 radələrində təsadüfən Xətai rayonunda, Bakı kinoteatrının yanında təxminən bir ay əvvəldən tanış olmaqla, yalnız üzdən tanıdığı Rasim adlı şəxslə görüşmüş və elə oradaca Rasim adlı şəxs üstündə təxminən 20 qram heroin və 20 qram metafetamin olduğunu ona demişdir. O, həmin vaxt üzərində pul olduğundan və eləcə də hər dəfə az-az almaq təhlükəli olduğundan Rasimə üzərində olan 1000 manat pul müqabilində hamısını almaq istədiyini bildirmişdir. Rasim adlı şəxs də onun təklifi ilə razılaşmış, o da Rasim adlı şəxsdən həmin narkotik vasitəni və psixotrop maddənin hamısını, yəni təxminən 18-20 qram heroin və 20 qram metafetamin almışdır. Rasim narkotik vasitə heroin və psixotrop maddə metafetamini ona verdiyi zaman o, həmin vasitələrin bir neçə bükümdə olduğunu görmüşdür. Yəni Rasimdən aldığı dövriyyəsi qadağan olunan vasitələri, sonradan polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş formada götürmüşdür. Bu zaman Rasim adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, ona görə də hazır formada bükümlərə bölərək üzərində saxladığını bildirmiş, sadəcə onun Rasimdən bütün üzərində olan malını istədiyini bildirdiyi üçün sonuncu ona adi halda satdığından daha ucuz qiymətə, eləcə də artıq hazırladığı bükümlər formasında ona verdiyini bildirmiş, həmin vaxt Rasim özündə olan tərəzini də ona pay olaraq vermişdir. Bundan sonra işləri olduğu üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsinə yollanmış, elə həmin gün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində olarkən təxminən saat 23.30 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Sonuncular ona özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra o da özünü təqdim etmişdir. Polislər ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığını bildirib, əməliyyat tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmiş və üzərində qanunla qadağan edilmiş hər hansı maddənin olub-olmadığını soruşmuşlar. O üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu etiraf etmişdir. Daha sonra polislər onu Baş İdarəyə dəvət etmiş və o da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birgə BMCMİ-nə getmişdir. Orada onun hüquqlarının qorunması üçün Mərkəz vəkil bürosundan vəkil dəvət edilərək ona təqdim olunmaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar və protokol tərtib olunmuşdur. Daha sonra isə otaqlardan birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o əynində olan dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm içərisində 04 ədəd sellofan və 02 ədəd kağız bükümdə narkotik vasitə heroini, 14 ədəd kağız bükümdə və 03 ədəd sellofan bükümdə isə psixotrop maddə metafetamini, həmçinin üzərində olan elektron tərəzini də çıxarıb polislərə təqdim etmişdir. Əlavə olaraq onun üzərindən şəxsiyyət vəsiqəsi, 10 manat pul və 01 ədəd Samsung markalı mobil telefon da aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş pul onun özünə qaytarılmış, telefon isə götürülmüşdür. Həmçinin bir ədəd elektron tərəzi və aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metafetaminin bükümləri də qablaşdırılmış və zərfə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, O, həmin narkotik vasitəni və psixotrop maddəni üzdən tanıdığı Rasim adlı şəxsdən elə xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən Bakı kinoteatrının yanında 1.000 manata almış, eletkron tərəzini də Rasim ona pay vermişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni və psixotrop maddəni özü sonradan yavaş-yavaş istifadə etmək üçün almışdır. Narkotik vasitə heroini və psixotrop maddə metafetamini elə üzərindən aşkar edilmiş formada, yəni bükümlər halında Rasim adlı şəxsdən almış, Rasimdən bu barədə soruşduqda Rasim ona həmin narkotik vasitəni və psixotrop maddəni özünün əvvəlcədən müştərilər xırda-xırda istədikləri halda satmaq üçün elə bükümlərə böldüyünü bildirmişdir. Rasim adlı şəxsdən bir dəfəyə çox miqdarda narkotik vasitəni və psixotrop maddəni aldığı üçün Rasim ona adi halda satdığından daha ucuz qiymətə satmışdır. Belə ki, o, adi halda metafetaminin bir bükümünü 70 manata, heroinin bir bükümü isə 35 manata alsa da, Rasimdən aldığı təxminən 20 qram metafetamin və 20 qrama yaxın heroinə görə cəmi 1.000 manat pul vermişdir. Rasim adlı şəxsi təxminən 1 ay olar ki, təsadüfən tanımış, telefon nömrəsi olmamış və harada yaşadığını bilməmiş, sonuncu təxminən 170-175 sm hündürlüyündə, arıq bədən quruluşlu, qarabəniz bir oğlan olmuşdur. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş elektron tərəzini ona həmin gün narkotik vasitəni və psixotrop maddəni alarkən Rasim adlı şəxs ona pay vermiş, o da Rasimdən aldığı narkotik vasitə və psixtotrop maddə bükümlərdə olduğundan daha sonra narkotik vasitə və ya psixotrop maddəni qəbul etdikdə həmin tərəzidən istifadə etməklə çəkini və dozasını müəyyənləşdirmək üçün üzərində saxlamışdır. Çünki o, bildirdi ki, artıq dozada istifadə etdikdə narkotik vasitə və ya psixotrop maddə sonradan pis nəticələrə gətirib çıxarır. Bir daha bildirir ki, həmin narkotik vasitəni və psixotrop maddəni kiməsə satmaq fikri olmamış, bu barədə heç kimlə əlaqə yaratmamışdır. Narkotik vasitəni aldığı Rasim adlı şəxsi hadisə günündən əvvəl bir nəfər tanışı vasitəsilə cəmi 2 dəfə görmüş və sonuncunu üzdən tanımaqla həmin şəxslə münasibəti olmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitəni əldə etmək üçün Rasim adlı şəxsə 1000 manat pul vermişdir. Pulu Rasim adlı şəxsə verdikdən sonra Rasim ona bükümlərdə narkotik vasitəni və psixotrop maddəni vermiş, bu zaman o, Rasimdən bütöv şəkildə almaq istədiyini desə də, Rasim ona üzərində satmaq üçün daşıdığı narkotik vasitəni və psixotrop maddəni artıq bükümlərə böldüyünü, bundan başqa dövriyyəsi qadağan olunan vasitələrin üzərində olmadığını bildirmişdir. Həmin vaxt narkotik vasitəni və psixotrop maddəni tələsik aldığı üçün çəkilərini ölçə bilməmiş və narkotik vasitəni aldığı Rasim adlı şəxs narkotik vasitə ilə birlikdə ona tərəzi də vermişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış BMCMİ-də keçirilmişdir. Narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarına təqdim etdiyi zaman, həmin dövriyyəsi qadağan olunan vasitələri tərəfindən saxlanıldığı gün saxlanılmamışdan təxminən 1 saat əvvəl əldə etdiyini bildirmişdir. O, Mərdəkan qəsəbəsinə bir nəfər dostu ilə görüşmək üçün getmişdir. Son olaraq göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə qəbul etdiyinə və bu hərəkətləri ilə ailəsinə yaraşmayacaq hərəkət etməklə, özünü bədbəxt etdiyinə görə peşmandır. Bir daha bildirir ki, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Onun özü uzun müddət qardaşı Araslan ilə birlikdə idmanla məşğul olmaqla, peşəkar dərəcəli idman ustalığına sahib olmuş, eləcə də hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaqla bir müddət ixtisası üzrə də fəaliyyət göstərmişdir. Lakin sonradan pis ətrafa düşərək narkotik vasitə və psixotrop maddə metafetamin istifadəsinə başlamış və aludəçisinə çevrilmişdir. Göstərdiklərini nəzərə alaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməklə, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat barədə Baş İdarənin rəhbərliyinə məruzə edilmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin qərarın icra edilməsi ilə bağlı o və əməliyyat qrupunun digər üzvü Baş İdarənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanın yaxınlığına gedib kənarda dayanmışlar. Saat saat 23.30 radələrində həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs gəldiyini görüb sonuncunu saxlayaraq, özlərini təqdim edib şəxsiyyəti barədə haqqında məlumat verməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, həmin şəxsin elə barəsində əməliyyat məlumatı daxil olmuş şəxs olduğu müəyyən edildiyindən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında dair məlumat daxil olduğunu, bu əsasla barəsində əməliyyat-axtarış tədbiri keçirildiyini bildirmişlər. Təqsirləndirilən şəxs ona izah olunanların aydın olduğunu bildirdikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla sonuncunu tanış edərək, araşdırma aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onlara etiraz etmədiyindən, birlikdə araşdırma aparılması üçün Baş İdarəyə getmişlər və artıq xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün toplanmış material aidiyyəti üzrə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinə verilmişdir. Nəticədə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı Mirata Seyidov tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra həmin tarixdə Baş İdarədə otaqlardan birində təhqiqatçı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə gecə saat 02.40-dan etibarən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş, daha sonra təhqiqatçı Mirata Seyidov tərəfindən şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynindəki qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən çıxardığı bir ədəd sellofan torbanın içərisində olan 7 ədəd şəffaf sellofan bükümü və 16 ədəd kağız bükümü, bir ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan və kağız bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər və kağız bükümlər açıldıqda, 4 ədəd şəffaf sellofan bükümün və 2 ədəd kağız bükümün içərisində narkotik vasitə heroin, digər 3 ədəd şəffaf sellofan bükümün və 14 ədəd kağız bükümün içərisində isə psixotrop maddə metafetamin olduğu müəyyən edilmişdir. Eyni zamanda baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzinin markasına dair üzərində hər hansı qeyd olmadığı, bununla yanaşı tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Bakı" kinoteatrının yaxınlığında anket məlumatlarını bilmədiyi "Rasim" adlı şəxsdən 1.000 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibdində olan "Samsung A3” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 10 manat pulu və şalvarının arxa sağ cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümdə və 2 ədəd kağız bükümdə olan narkotik vasitə heroin, 3 ədəd şəffaf sellofan bükümdə və 14 ədəd kağız bükümdə olan psixotrop maddə metafetamin eyni zamanda elektron tərəzi təhqiqatçı tərəfindən iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək imzalanmışdır. 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, "Samsung A3" markalı mobil telefon aparatı və ona məxsus şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Sonda şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək ucadan oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (cild 01, iş vər.1) xx.xx.2020-ci il tarixli raportdan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 həmin idarənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narktoik vasitə heroin və psixotrop maddə metafetamin əldə edərək üzərində saxlaması bildirilmiş, məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərərk götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsii xahiş edilmişdir. (cild 01, iş vər. 04) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yaşayış yerinin müşahidəsinin aparılması, saxlandığı zaman Baş İdarəyə gətirilməsi, əməliyyataxtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunverciliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) xx.xx.2020-ci il tarixli raportdan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 həmin idarənin rəisinə raportla məruzə edilərək, tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsində, saxlanmasında, daşınmasında və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx xxxxxx 2020-ci il tarixdə, saat 23:30da ünvan 3 ünvanın qarşısında saxlanılması və Baş İdarəyə gətirilməsi bildirilmiş və Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq gtürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 06) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdə saat 01:25 dəqiqədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi 1 “Mərkəz” Vəkil bürosunun vəkili X6 iştirakı ilə tutulmuşdur. (cild 01, iş vər 15) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, BMCMİ-nin təhqiqatçısı Mirata Seyidov tərəfindən, BMCMİ-nin digər əməkdaşlarının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübuti əhəmiyyətinə malik ola biləcək diger əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən çıxardığı bir ədəd sellofan torbada olan 7 ədəd şəffaf sellofan bükümü və 16 ədəd kağız bükümü, bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan və kağız bükümlərin içində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan və kağız bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda, 4 ədəd şəffaf sellofan bükümün və 2 ədəd kağız bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər 3 ədəd şəffaf sellofan bükümün və 14 ədəd kağız bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metafetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzinin üzərində markası qeyd olunmadığı və elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı” kinoteatrının yaxınlığında anket məlumatlarını bilmədiyi “Rasim” adlı şəxsdən 1.000 manata aldığını, üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibdində olan “Samsung A3” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 10 manat pulu və şalvarının arxa sağ cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümdə və 2 ədəd kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 3 ədəd şəffaf sellofan bükümdə və 14 ədəd kağız bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə, eyni zamanda onun üzərindən aşkar edilmiş elekrton tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Samsung A3” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı «SONY» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış xx.xx.2020-ci il tarixdə saat 02.40-da başlamış və 03.05-də bitmişdir. (cild 01, iş vər 22) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 608 №-li rəyində göstərilir ki. Təqsirləndirilən şəxs aşkar olunmuş 17 ədəd bükümlərdə ümumi təmiz çəkisi 19.439 qram olan maddə psixotrop maddə metafetamindir, 06 ədəd bükümdə ümumi təmiz çəkisi 17,817 qram olan maddə narkotik vasitə heroindir. Təqdim edilmiş elektron tərəzidə narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Təqdim edilmiş 17 ədəd bükümlərdə olan metafetamin və 06 ədəd bükümlərdə olan narkotik vasitə heroin öz aralarında eynilik təşkil edirlər. Heroinin qalıq çəkisi 17,757 qram, metafetaminin qalıq çəkisi 19.339 qram olmuşdur. (cild 01, iş vər 35-38) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-33/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaq həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 85-87) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd Samsung A3 markalı mobil telefon aparatına baxış keçirilmiş, lakin “Rasim” adlı şəxslə bağlı hər hansı qeydiyyat və ya iş üzrə əhəmiyyət kəsb edən digər hal aşkar olunmamışdır. (cild 01, iş vər 92) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə xx xxxxxx 2016-cı ildə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, bununla da Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər 95-96) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 5(003)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbrinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yolxanılması haqqında” qərardan görünür ki, AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin XMİÜ baş əməliyyta müvəkkili, polis-polkovnik-leytnantı Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir.(ild 01, iş vər 101) Bakı şəhəri, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 137 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Xəlilov X5 rayon, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 54A, mənzil 5-də pasport qeydiyyatındadır və qeydiyyatda olduğu müddətdə onun barəsində qonşuları tərəfindən 137 saylı MKİS-nə heç bir narazılıq və şikayət ərizəsi daxil olmamışdır. (cild 01, iş vər 111) X7 tərəfindən verilmiş qəbzdən görünür ki, həmin şəxs müstəntiqdən qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A3” markalı telefonu təhvil almışdır. (cild 01, iş vər. 124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli, 513 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və və psixotrop maddə metafetamindən sui-istifadə nəticəsində «Asılılıq» sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər 125-126) “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1498-saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon danışıqları və sms yazışmaları olmuşdur.Lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. (cild 01, iş vər 129) “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən ittiham elan olunması qərara alınmış, cinayət işinin Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından 17,817 qram çəkidə narkotik vasitə heroinin və 19,439 qram çəkidə psixotrop maddə metafetaminin əldə edilmə mənbəyinə görə cinayət işinin ayrılması, bu barədə proses iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüyə dair 01 ədəd disk maddi sübut qismində tanınması və cinayət işi materiallarına əlavə olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş ümumi qalıq çəkisi 17,757 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 19,339 qram olan psixotrop maddə metafetaminin və bir ədəd elektron tərəzinin maddi sübut hesab edilməsi və məhkəmə hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutlar saxlanma kamerasında saxlanması barədə xx xxxxxx 2020-ci il tarixli qərarın nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Samsung A3” markalı mobil telefonun qardaşı Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması qərar alınmışdır. (cild 01, iş vər 138) Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin materialları Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsəsləsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. (cild 01, iş vər. 243-245) “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə yenidən ittiham elan olunması, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şöhrət Hüseynov tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərarın birinci bəndi istisna olmaqla digər hissələrdə dəyişdirilmədən saxlanması, cinayət işi üzrə şahid qismində dindirilmiş X12, X13, X14, X17, X9, X10, X3, X8 və X1 ifadələrinin cinayət işi üzrə heç bir əhəmiyyət kəsb etmədiyindən sübut kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satmaq məqsədilə əldə edərək saxlamadığını, həmin psixotrop maddəni və narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və bu səbəbdən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini bildirmiş, onun öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı yoxlanılmış və kifayət qədər mötəbər sübutlarla təkzib edildiyindən vəsatət kimi qəbul edilərək rədd edilməsi, onun öz müdafiəsi üçün gətirdiyi dəlillər sübut növü kimi qiymətləndiirlməməsi qərara alınmışdır.(cild 02, iş vər 31-35) İş materiallarına əlavə edilmiş AR SN X4 tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs atası X11 qeyri-stabil stenokardiya, infarktdan sonrakı kardioskleroz, yanaşı ağırlaşma hipertoniya xəstəliyi İİ mərhələ xəstəliyindən əziyyət çəkir və müalicə olaraq xəstəyə 7 F JL guiading kateter yerləşdiriləcək RCA distalındakı 99% trombotik darlıq və şaxəsi soft tellə keçilərək 3.5x34 mm dərmanlı stent (RESOLUTE İNTEGRİTY) direkt implantasiya edilmiş, daha sonra “kissing baloon” tətbiq eilmiş, RCA distalındakı 75% darlığa 2.5x14mm dərmanlı stent (RESOLUTE İNTEGRİTY) direkt implantasiya edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beynəlxalq Universitetinin B 082704 seriya və nömrəli, xx.xx.2006-ci il tarixli diplomundan görünür ki, Təqsirləndirilən şəxs hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə malikdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə kargüzar vəzifəsinə təyin edilmiş, dövlət qulluğunun 2-ci dərəcəli referenti ixtisas dərəcəsinə sahib olmuş və xx.xx.2010-cu il tarixə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar, psixotrop maddəmetafetaminin xalis çəkisinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülər videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla 06 ədəd bükümdə ümumi çəkisi,- 17,817 qram narkotik vasitə heroin və külli miqdarda olmaqla 17 ədəd bükümdə ümumi çəkisi,- 19,439 qram psixotrop maddə metafetamin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzinin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ali təhsilli hüquqşünas olmasını, himayəsində miokard infarktı keçirməklə ürək xəstəliyindən əziyyət çəkən atasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: AR DİN BMCMİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 17,575 qram olan narktoik vasitə heroin, ümumi çəkisi 19,339 qram olan psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2020-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD-R» disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 109,9 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: AR DİN BMCMİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi qalıq çəkisi 17,575 (on beş tam mində beş yüz yetmiş beş) qram olan narktoik vasitə heroin, ümumi qalıq çəkisi 19,339 (on doqquz tam mində üç yüz otuz doqquz) qram olan psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2020-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD-R» disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 109,9 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-461/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-461/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver