Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-475/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirdikləri və satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü vasitəsi ilə ona göndərdikləri külli miqdarda ümumilikdə 5040 qram təmiz çəkidə narkotik vasitə heroini, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 2100 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 995 qram çəkidə narkotik vasitə həşiş qətranını, təsiredici maddəsi metadonun ümumi miqdarı 19,92 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 498 ədəd həblərdən ibarət külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını, kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 2275 qram təmiz çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Cəlilabad rayonu ərazisində qanunsuz olaraq əldə edərək oradan özü ilə Bakı şəhərinə daşıyıb gətirdikdən sonra həmin narkotik vasitələrin və psixotrop maddənin bir hissəsini üzərində, qalan hissələrini isə özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanında gizlədərək satış məqsədi ilə qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 05:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanın yaxınlığında saxlanılıb Baş X4 dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 07:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsi olan külli miqdarda - 390 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada, külli miqdarda - 215 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynindəki həmin gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada aşkar edilərək götürülmüş, həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanına həmin gün saat 08:20-dən etibarən onun özünün iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan külli miqdarda ümumilikdə 2100 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram və 950 qram olmaqla 02 ədəd qara rəngli polietilen bağlamalarda, külli miqdarda - ümumilikdə 4650 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 590 qram, 1015 qram, 1010 qram, 1015 qram və 1020 qram olmaqla 05 ədəd şəffaf polietilen torbalarda, külli miqdarda - ümumilikdə 995 qram çəkidə narkotik vasitə həşiş qətranı 01 ədəd qəhvəyi rəngli folqa kağızındakı 02 ədəd qırmızı rəngli sellofan bükülülərdə, təsiredici maddəsi metadonun ümumi miqdarı 19,92 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 498 ədəd həblərdən ibarət külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı 01 ədəd şəffaf polietilen torbada, külli miqdarda - ümumilikdə 2060 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 730 qram, 710 qram və 620 qram olmaqla 03 ədəd şəffaf polietilen torbalarda üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs evdə qonaq otağındakı kompüter masasının altında saxladığı və təqdim etdiyi bir ədəd tünd göy rəngli idman çantasından aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, atası X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün təxminən iki il əvvəl həbs olunmuşdur. O özü isə anası və kiçik qardaşı ilə birlikdə yaşamışdır. Təxminən bir il yarım əvvəl ağ ciyərlərində olan xəstəliyin müalicəsi ilə bağlı İran İslam Respublikasına getmiş, İranın Biləsuvar şəhərində olarkən bir nəfər Nadir adlı iranlı ilə tanış olmuşdur. Həmin Nadir ona İranda xəstəxanaya getməkdə və lazımi həkimləri tapmaqda köməklik göstərmiş, bu səbəbdən aralarında çox yaxın dostluq münasibətləri yaranmışdır. Azərbaycana qayıtdıqdan sonra da Nadirlə müntəzəm telefon əlaqəsi saxlamışdır. Hələ İranda olduğu vaxt Nadir ona İranda narkotik maddələrin qiymətinin çox ucuz olduğunu, özünün əsasən Cəlilabad rayonu istiqamətindən Azərbaycana narkotik və psixotrop maddələr göndərib satdırmaqla tanışları ilə birlikdə yaxşı pul qazandıqlarını danışmışdır. Nadir ona da bu yolla qazanmağı, yəni İrandan göndərəcəyi narkotik və psixotrop maddələrin satılmasında iştirak edib köməklik göstərməsini təklif etmişdir. Maddi imkanı yaxşı olmadığından və qazanmaq istədiyi üçün Nadirin təklifi ilə razılaşmışdır. Aralarındakı razılaşmaya əsasən özü Nadirin ona xəbər etdiyi tarixlərdə Bakıdan Cəlilabada gedib orada Nadirin sərhəddən keçirərək kimlərinsə vasitəsi ilə müxtəlif yerlərə qoyduracağı narkotik və psixotrop maddələr olan bağlamaları özü ilə götürüb Bakıya aparmalı olmuş, Bakıda onları özündə saxlayıb yenə Nadirin tapşırığı ilə həmin maddələri bölüşdürüb hansısa müştərilərə çatdırılması üçün müxtəlif ünvanlarda diqqət cəlb etməyən yerlərdə yerləşdirməli olmuşdur. Nadir bu işinin müqabilində ona Cəlilabaddan Bakıya narkotik və psixotrop maddələri daşımasının hər dəfəsi üçün 1000 manat pul verəcəyini vəd etmişdir. Tutulmazdan təxminən 4 ay əvvəl özü Nadirin təklifi ilə Bakıdan Cəlilabad rayonunun Bədirli kəndinə gedib orada Nadirin İrandan göndərdiyi və hansısa tanımadığı şəxs vasitəsi ilə kənddə küçədə diqqət cəlb etməyən bir yerə qoydurduğu, içində təxminən 2 kiloqram narkotik vasitə olan bağlamanı götürüb özü ilə Bakı şəhərinə gətirmiş, sonra həmin bağlamada olan müxtəlif növ narkotik və psixotrop maddələri Nadirin sözü ilə elektron tərəzidə çəkilərə ayırıb bölməklə Bakı şəhərində bir sıra yerlərə aparıb qoymuşdur. Özü Nadirlə mobil telefonda təhlükəsizlik baxımından yalnız WhatsApp proqramı ilə danışmış və mesajlaşmışdır. Həmin narkotik və psixotrop maddələri müxtəlif çəkilərdə və bükümlərdə hər hansı yerə qoyandan sonra onun fotoşəklini çəkib WhatsApp proqramı ilə Nadirə göndərmiş, özü isə həmin yerdən uzaqlaşmış, sonrakı proseslərdən isə daha xəbəri olmamışdır. Belə ki, həmin maddələri kimin, hansı müştərinin gəlib götürməsi ona naməlum qalmışdır. Bu qaydada özü Cəlilabaddan Nadirin sözü ilə cəmi 4 dəfə narkotik və psixotrop maddə bağlamalarını Bakıya gətirmişdir. Narkotik vasitə və psixotrop maddə bükümlərini Nadirin sözünə əsasən Bakı şəhərində müxtəlif yerlərə, küçələrə, yaxud hansısa obyektin kənarında diqqət cəlb etməyən yerlərə aparıb qoymuş, əlbəəl kiməsə verməmişdir. Çünki, əlbəəl verilmə zamanı polis tərəfindən tutulma təhlükəsi olmuşdur. Ümumilikdə Nadirlə işləməsi müqabilində cəmi 3000 manat pul qazanmışdır. Həmin pulları da ona Bakı şəhərində Nadirin hansısa tanımadığı adamları gətirib əlbəəl vermişdir. Yəni, özü bağlamanı yerləşdirəndən sonra başqa bir yerdə həmin adamlar Nadirin adından gətirib ona hər dəfə qazanc kimi 1000 manat pul vermişdir. Pulu hər dəfə başqa-başqa adamlar gətirmişdir. Pul gətirən şəxslərin heç birini tanımır. Bəzən də elə olmuşdur ki, hansısa bir şəxs ona narkotik vasitənin və yaxud psixotrop maddələrin pulunu vermiş, özü də həmin pulun üzərindən öz qazancını götürüb qalan məbləği Nadirin tapşırığı ilə onun bildirdiyi hansısa bank hesabına ödəmə terminalı ilə göndərmişdir. Həmin hesab və yaxud kart nömrəsi yadında deyil, özünün də heç vaxt bank hesab kartı olmamışdır. Sonuncu dəfə tutulmazdan təxminən 10 gün qabaq Cəlilabadın Bədirli kəndinə gedib orada Nadirin qoydurduğu yerdən götürməklə Bakıya özü ilə içində narkotik və psixotrop maddələr olan bağlamanı gətirmiş, həmin maddələri yaşadığı Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4-də öz kompüter masasının altında göy rəngli idman çantasının içinə yığıb saxlamışdır ki, sonradan Nadirin tapşırığı ilə hissə-hissə bölüşdürüb Bakıda müxtəlif yerlərə aparıb qoysun. Evdə anasının və qardaşının bundan xəbəri olmamışdır. xx xxx 2020-ci il tarixdə Nadirin tapşırığı ilə səhər tezdən həmin narkotik vasitələrdən bir qədər heroin və psixotrop maddə olan “şüşə”dən, yəni metamfetamindən özü ilə götürüb evdən çıxmışdır ki, aparıb bir yerə qoysun. Səhər saat 05:30 radələrində özü küçədə olarkən evinin yaxınlığında ona tərəf bir neçə mülki geyimli şəxs yaxınlaşıb onu saxlamış, özlərini təqdim edib Baş X3 polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər ona bildirmişlər ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumatları var, tədbir keçirilir. Polislər onu Baş X4 aparmış, orada onun üçün vəkil də dəvət edib təqdim etmişlər. Sonra videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunsuz saxladığı əşya, predmet varsa təqdim etsin, özü də əynindəki qara gödəkçəsinin sağ yan cibində saxladığı içində heroin olan sellofan bağlamanı, gödəkçəsinin sol yan cibindəki metamfetamin olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin maddələri götürmüş və qablaşdırmışlar. Üzərində olan şəxsiyyət vəsiqəsini və bir ədəd “Xiomi” markalı mobil telefonunu da təqdim etmiş, şəxsiyyət vəsiqəsi və mobil telefonu da götürülmüşdür. Polislər sonra üzərinə özləri də baxış keçirmiş, amma başqa qanunsuz heç nə aşkar olunmamışdır. Sorğu-sual zamanı özü səmimi şəkildə polis əməkdaşlarına bildirmişdir ki, narkotik və psixotrop maddələrin qalan hissəsi də yaşadığı evdədir, təqdim edə bilər və evə baxış keçirilməsinə də etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları və vəkillə birgə özünün yaşadığı Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanına gəlmişlər. Orada da polis əməkdaşları videoçəkiliş aparmaqla onun öz kompüter masasının altından göy rəngli idman çantasında təqdim etdiyi narkotik və psixotrop maddələrin qalan hissələri olan heroin, qurudulmuş marixuana, həşiş qətranı, metadon həbləri, metamfetamin bağlamalarını, həmçinin bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər və qablaşdırmışlar. Evə ətraflı baxış keçirilmiş, amma başqa qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokollar tərtib edilmiş, özü də tanış olub hər şeyin doğru yazıldığını görərək imzalamışdır. Özü də arabir narkotik vasitə və psixotrop maddələr qəbul etmiş, əsasən heroin, metadon, bəzən də metamfetamin istifadə etmişdir. Amma şəxsən sərhədə getməmiş, sərhəddən narkotik vasitə keçirməmişdir. Əməlindən peşmançılıq çəkir, ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlləri ilə bağlı faktiki olaraq tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxx 2020-ci il tarixdə işlədiyi Baş İdarəyə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs mütəmadi şəkildə Suraxanı rayonu ərazisində külli miqdarda narkotik vasitə heroinin, həşiş qətranının, metadonun, marixuananın, həmçinin psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni bu maddələri satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evdə saxlaması, eləcə də satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuş, özü həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş, elə həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün Suraxanı rayonu ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 05:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanın yaxınlığında saxlanılmışdır. Elvinə özlərini təqdim edərək Baş X3 əməkdaşları olduğunu bildirmiş, onların təklifi ilə Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, həmin ünvanda yaşadığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs Baş X4 dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs Baş X3 təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunub ona təqdim edilmişdir. Daha sonra əvvəlcə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkəti aparılmağa başlanmışdır. Həmin proses zamanı təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərar elan edilmiş, sonra ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet, narkotik vasitə varsa özü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üzərindəki əşyaları çıxarıb baxışa təqdim etməyə başlamışdır. Təqsirləndirilən şəxs əynindəki qara gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sol yan cibindən isə içərisində ağ kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükümü, sonra göy cins şalvarının sağ yan cibindən öz şəxsiyyət vəsiqəsini, şalvarının sol yan cibindən isə özünün bir ədəd «Xiomi» markalı mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Onun üzərində əlavə olaraq şəxsi axtarış da aparılmış, lakin başqa heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs özü səmimi şəkildə bildirmişdir ki, təqdim etdiyi həmin sellofan bükümlərdən birinin içərisində olan maddə narkotik vasitə heroin, o birisindəki maddə isə psixotrop maddə metamfetamindir. Bundan sonra aşkar edilmiş içərisində heroinə və metamfetaminə bənzər maddələr olan həmin sellofan bükümlər götürülərək zərfdə qablaşdırılmış, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və «Xiomi» markalı mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin heroini və metamfetamini özü təxminən 10 gün qabaq tanışı olan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin təlimatı ilə Cəlilabad rayonundan gedib gətirmişdir. Həmin Nadirlə bir neçə ay qabaq özü İranda tanış olmuşdur, Nadirin tapşırığı ilə özü əvvəllər də bir neçə dəfə narkotik maddələr əldə edərək müxtəlif ünvanlara çatdırıb qoymuş, hər dəfə daşımasına görə Nadir ona 1000 manat pul vermiş, Nadirlə mobil telefonda WhatsApp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Yaşadığı evində bu kimi maddələr olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, yaşadığı evdə də xeyli narkotik maddələr var və evinə baxış keçirilməsinə də etiraz etmir. Bütün bu proses videoçəkilişlə həyata keçirilmiş, şəxsi axtarış və götürmə prosesi başa çatandan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs öz razılığı əsasında onun və müdafiəçisinin iştirakları ilə baxış keçirilməsi üçün onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin evdə anası və qardaşı ilə yaşadığını bildirsə də, həmin vaxt evdə heç kim olmamışdır. Videoçəkiliş aparılmaqla evə baxış keçirilməyə başlanmış, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, evdə narkotik maddələri saxladığı yeri özü göstərsin və təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs evdə qonaq otağında girişdən sol tərəfdə yerləşən öz kompüter masasına yaxınlaşıb həmin masanın altından bir ədəd tünd göy rəngli idman çantasını çıxarıb təqdim edərək bildirmişdir ki, narkotik və psixotrop maddələr həmin çantanın içərisindədir. Baxış keçirilərkən həmin çantanın içərisindən iki ədəd qara rəngli sellofan torbaların içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, beş ədəd sellofan torbaların içərisində narkotik vasitə heroinə oxşar maddələr, bir ədəd sellofan paketdə narkotik vasitə həşiş qətranına bənzər maddə, bir ədəd sellofan torbada üzərində «FM40» yazısı olan narkotik vasitə metadon dərman preparatına oxşar çoxsaylı həblər, üç ədəd sellofan torbaların içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs səmimi etiraf edib bildirmişdir ki, aşkar edilmiş həmin narkotik və psixotrop maddələri ona İrandan Nadir göndərmişdir, Nadirlə danışıqlarına əsasən özü həmin maddələri təxminən 10 gün qabaq gedib Cəlilabad rayonu ərazisindən götürərək gətirmiş və həmin maddələri hansısa müştərilərə çatdırılması üçün Nadirin deyəcəyi yerlərə qoyub pul qazanmaq fikrində olmuşdur. Bundan sonra aşkar edilmiş həmin maddələr götürülərək qablaşdırılmış, daha sonra evin otaqlarına da baxış keçirilmiş, amma başqa qanunsuz heç nə aşkar edilməmişdir. Bu proses də başa çatdıqdan sonra yenidən Baş X2yıtmışlar və orada evə baxış keçirilməsi və aşkar olunanlarla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş digər şahidlər Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin baxış keçirilməsi və götürmə haqqında xx xxx 2020-ci il tarixli protokollara və ona əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Suraxanı rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində və yaşadığı evdə saxlaması, satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 05:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanın yaxınlığında saxlanılıb Baş X4 dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 07:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada narkotik vasitə heroinə bənzər, əynindəki həmin gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüş, həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, dalan 1, ev 4 ünvanına həmin gün saat 08:20-dən etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evdə qonaq otağındakı kompüter masasının altında saxladığı və təqdim etdiyi bir ədəd tünd göy rəngli idman çantasından 02 ədəd qara rəngli polietilen bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 05 ədəd şəffaf polietilen torbalarda narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd sellofan torbada narkotik vasitə həşiş qətranına bənzər maddə, 01 ədəd sellofan torbada üzərində “F/M40” yazısı olan narkotik vasitə metadon tərkibli dərman preparatına bənzər həblər, 03 ədəd şəffaf sellofan torbalarda psixotrop maddə metamfetaminə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 32-33,36-38). Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/808 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 390 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 215 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” yazısı olan kisədə: - 5 ədəd şəffaf polietilen torbalarda ümumi təmiz çəkisi 4650 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir; - 3 ədəd şəffaf polietilen torbalarda ümumi təmiz çəkisi 2060 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1 ədəd şəffaf polietilen torbadakı 498 ədəd, üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 498 ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 19,92 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla); - 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır; - Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş heroinlərin ümumi təmiz çəkisi 5040 qram (5 kq 40 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər; - Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş metamfetaminlərin ümumi təmiz çəkisi 2275 qram (2 kq 275 qr) təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Ekspert rəyinə əsasən 5040 qram ümumi təmiz çəkidə heroinin ümumi 0,18 qramı tədqiqata sərf edildikdən sonra 5039,82 qram qalıq çəkidə heroin qalmışdır. 2275 qram ümumi təmiz çəkidə metamfetaminin ümumi 0,16 qramı tədqiqata sərf edildikdən sonra 2274,84 qram qalıq çəkidə metamfetamin qalmışdır. 498 ədəd həb metadon tərkibli dərman preparatından 2 ədəd həb tədqiqata sərf edilmiş və qalıq 496 ədəd həb qalmışdır (cild 1, iş vərəqə 48-50). Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 7/226 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzaları olan 01 ədəd ağ rəngli sintetik torbanı açdıqda içərisində: - 02 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram və 950 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 2100 qramdır (2 kq 100 qr); - 1 ədəd qəhvəyi rəngli folqa kağızındakı 02 ədəd qırmızı rəngli sellofan bükülülərdə ümumi çəkisi 995 qram olan maddə (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Ekspert rəyinə əsasən 2100 qram ümumi təmiz çəkidə marixuananın cəmi 0,2 qramı tədqiqata sərf edildikdən sonra 2099,8 qram qalıq çəkidə marixuana qalmışdır. Həmçinin, 995 qram təmiz çəkidə həşiş qətranının 0,05 qramı tədqiqata sərf edildikdən sonra 994,95 qram qalıq çəkidə həşiş qətranı qalmışdır (cild 1, iş vərəqə 53-55). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 göndərilmiş əməliyyat tapşırığına verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 008-4167-1220 nömrəli cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlamasına, bu kimi maddələrin qanunsuz dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan Nadir adlı şəxslə birgə əlaqəsinin olmasına, Nadir adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əməliyyat məlumatları əldə edilmişdir (cild 1, iş vərəqə 162). Şəxsin sərhədkeçməsinə dair məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədindən Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində xx.xx.2019-cu il tarixdə çıxışı və xx.xx.2019-cu il tarixdə girişi, həmin məntəqədən xx.xx.2019-cu il tarixdə çıxışı və eyni tarixdə girişi, Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2019-cu il tarixdə çıxışı və xx.xx.2019-cu il tarixdə girişi, yenə Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2019-cu il tarixdə çıxışı və xx.xx.2019-cu il tarixdə girişi qeydə alınmışdır (cild 1, iş vərəqə 184-185). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli 2829 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 189-190). Şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması proseslərinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda 5039,82 qram qalıq çəkidə narkotik vasitə heroin, 2274,84 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə metadon tərkibli qalıq 496 ədəd həb dərman preparatı, 2099,8 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 994,95 qram qalıq çəkidə narkotik vasitə həşiş qətranı və 01 ədəd elektron tərəzi ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 102-105, 191-202). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 151). Bakı şəhər Baş Səhiyyə İdarəsi 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx xxxxxx 2021-ci il tarixli 72 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdən həmin xəstəxananın Suraxanı rayonu üzrə Vərəm Şöbəsində dispanser qeydiyyatına alınmışdır. İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsindəki ********* saylı cinayət işindən İran İslam Respublikasının vətəndaşı olan Nadir adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 223-226). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailə vəziyyətini, vərəm xəstəsi kimi dispanser qeydiyyatında olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 71-73, 96-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxx 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - şəxsi axtarış və götürmə aparılması, yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması proseslərinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 5039,82 qram olan heroin, qalıq çəkisi 2274,84 qram olan metamfetamin, qalıq sayı 496 ədəd olan metadon tərkibli dərman preparatı, qalıq çəkisi 2099,8 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 994,95 qram olan həşiş qətranı və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42, 52). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 65 iş saatı həcmində iş hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 17-20, 242). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - şəxsi axtarış və götürmə aparılması, yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması proseslərinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 5039,82 qram olan heroin, qalıq çəkisi 2274,84 qram olan metamfetamin, qalıq sayı 496 ədəd olan metadon tərkibli dərman preparatı, qalıq çəkisi 2099,8 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 994,95 qram olan həşiş qətranı və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına X8 üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-475/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-475/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver