Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-481/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Ağadam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 6A, mənzil 55-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası qəsəbəsi, küçə 17, ev 1-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda ümumi təmiz çəkisi 16,854 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 2,175 qram olan narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 3,920 qram olan narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 1,976 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 50 saylı ünvanın qarşısına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:50-də həmin ünvanın qarşısında saxlanılmış və Baş İdarəyə gətirilmişdir. Orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki idman şalvarının sol yan cibindən satış məqsədilə əldə edib saxladığı 2 (iki) ədəd kibrit qutusunda xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,513 qram, 6,636 qram, 0,877 qram, 0,910 qram, 0,983 qram və 0,935 qram, ümumi təmiz çəkisi 16,854 qram olan narkotik vasitə heroin, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 1,290 qram, ümumi təmiz çəkisi 2,175 qram olan narkotik vasitə tiryək, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,476 qram, 0,501 qram və 0,554 qram, ümumi təmiz çəkisi 1,976 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 3,920 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan heroin və digər narkotik maddələrdən istifadə etmişdir. O, tutulmamışdan 20-25 gün əvvəl dostunun toy mərasimində iştirak etmək üçün Ağcabədi rayonuna getmiş və bir gecə həmin rayonda qalmışdır. O, Ağcabədi rayonunda olduğu vaxt əvvəllər tanımadığı “Neymət” adlı şəxslə təsadüfən tanış olmuşdur. O, söhbət əsnasında bədənində ağrılar olduğundan Neymətdən ona narkotik vasitə heroin tapmasını xahiş etmişdir. Neymət ona köməklik edə biləcəyini demiş və ondan neçə qram narkotik vasitə heroin almaq istədiyini soruşmuşdur. Onun üstündə pul olduğuna görə bir neçə qram heroin almaq istədiyini Neymətə demişdir. Həmin vaxt Neymət özündə narkotik vasitə, heroin, tiryək və qurudulmuş marixuananın olduğunu ona bildirmiş və həmin narkotik vasitələri ucuz qiymətə ona sata biləcəyini təklif etmişdir. Sonra Neymət ondan ayrılmış və təxminən 15 dəqiqədən sonra geri qayıdaraq 3 (üç) ədəd kibrit qutusunu çıxarmış və qutuların içərisində olan narkotik vasitələri ona göstərmişdir. Həmin kibrit qutularının birinin içərisində qurudulmuş marixuana, digər iki ədəd kibrit qutusunda isə narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitələr kibrit qutusunun içərisində ayrı-ayrı bükümlərə bükülmüşdür. Neymət 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələri ümumilikdə ona 550 (beş yüz əlli) manata sata biləcəyini bildirmişdir. O, narkotik vasitələrdən istifadə etdiyindən və Neymət ona həmin narkotik vasitələri ucuz qiymətə satdığınından sözügedən narkotik vasitələri almaq qərarına gəlmiş və bu məqsədlə 550 (beş yüz əlli) manat pulu Neymətə verərək həmin narkotik vasitələri öz istifadəsi üçün almışdır. O, həmin narkotik vasitələri aldıqdan sonra yaşadığı Bakı şəhərinə gətirmiş və üstündə saxlamışdır. O, narkotik vasitələri aldıqdan sonra az bir hissəsini istifadə etmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 50 saylı evin qarşısında olarkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib əməliyyat tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Polis əməkdaşları ondan üstündə narkotik vasitə olubolmadığını soruşmuşlar. O da səmimi olaraq üstündə narkotik vasitələr olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu Baş X2 İdarəsinə getməsini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə getmişdir. İdarədə onun hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı ona təqdim edilmişdir. O, həmin siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Həmin siyahıdan vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Sonra onun vəkili ilə təklikdə ünsiyyət saxlamağımına şərait yaradılmışdır. Bundan sonra onun vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı ona bildirilmişdir. O, buna etiraz etməmiş və şəxsi axtarış zamanı əynindəki tünd boz göy rəngli idman şalvarının sol yan cibindən 3 (üç) ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına vermişdir. Təqdim etdiyi bir kibrit qutusunun içərisində 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin, digər kibrit qutusunun içərisində 4 (dörd) bükümdə heroin, 2 (iki) bükümdə tiryək və 4 (dörd) bükümdə metamfetamin, başqa kibrit qutusunun içərisində isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan başqa, şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd pul qabı, həmin pul qabının içrisində isə 1.400 (min dörd yüz) ABŞ dolları və 661 (altı yüz altmış bir) manat pul aşkar olunmuşdur. Polis əməkdaşları ondan aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələri və psixotrop maddələri bir ədəd zərfin içərisinə qoyub bağlamışlar, üstünü möhürləmişlər və zərfin üstünü imzalamışlar. Sonra vəkilin iştirakı ilə ondan aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə ilə bağlı protokol yazılmış, həmin protokolun doğruluğunu orada iştirak edən şəxslər imzaları ilə təsdiq etmişlər. Üstündə olan külli miqdarda narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin barədə onun ailə üzvlərinin və digər şəxslərin məlumatı olmamış və bu barədə o, heç bir kəsə məlumat verməmişdir. Heç bir kəsin xəbəri olmaması üçün külli miqdarda narkotik vasitə heroni, tiryəki, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini üstündə saxlayıb daşımış və həmin maddələri üstündə saxlayıb daşımaqda onun məqsədi həmin maddələrdən istifadə etmək olmuşdur. Şəxsi axtarış zamanı aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusundakı bükümlərdəki narkotik vasitələri və psixotrop maddəni Neymət özü qablaşdırıb 3 (üç) ədəd kibrit qutusunda hazır vəziyyətdə ona satmışdır. O, 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələri və psixotrop maddəni bükümlərə bölməmişdir. Şəxsi axtarış zamanı ondan aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələri və psixotrop maddəni heç kəsə satmamış, verməmiş, hədiyyə etməmiş, əvəzli olaraq verməmiş və belə bir niyyəti və məqsədi də olmamışdır. O, kibrit qutusundakı narkotik vasitə heroindən az miqdarda qəbul edərək istifadə etmişdir. O, narkotik vasitə aludəçisidir və gündə 2-3 qram çəkidə narkotik vasitə heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edərək üstündə saxlaması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs qanunazidd əməllərinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və xx xxxxxx 2019-cu il tarixdə, saat 18:50 radələrində onlar Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 50 saylı ünvanın qarşısında zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişdir. Onlar Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatla bağlı tədbir keçirildiyini bildirib əməliyyat-axtarış tədbiri barədə qərarla tanış etmişlər və Baş X2 İdarəsinə getməsini tutulmuş şəxsə təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Baş idarəyə getmişdir. Baş İdarədə hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs vəkillərin siyahısı verilmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Sonra vəkil idarəyə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncuya vəkili ilə konfidensial şəkildə ünsiyyət saxlamasına şərait yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və sonuncu qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üstündə müxtəlif növ narkotik vasitələr olduğunu bildirib əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 3 (üç) ədəd kibrit qutusunu çıxarıb həmin kibrit qutularını açaraq içində olan bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir kibrit qutusunun içərisində 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə, digər kibrit qutusunun içərisində 4 (dörd) bükümdə heroinə, 2 (iki) bükümdə tiryəkə, 4 (dörd) bükümdə metamfetaminə, başqa kibrit qutusunun içərisində isə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün Ağcabədi rayonunda Neymət adlı şəxsdən 550 (beş yüz əlli) manata aldığını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd pul qabı, pul qabının içərisində 1.400 (min dörd yüz) ABŞ dolları və 661 (altı yüz altmış bir) manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələr və psixotrop maddələr zərfin içərisinə qoyularaq qablaşıdırılmış, üstü möhürlənmiş və həmin zərfin üstü imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, mobil telefonu və 1 (bir) ədəd pul qabı, pul qabının içərisində olan 1.400 (min dörd yüz) ABŞ dolları və 661 (altı yüz altmış bir) manat pul götürülmüşdür. Sonra vəkilinin iştrakı ilə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrlə bağlı protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş və orada iştirak edən şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edərək üstündə saxlaması barədə Baş İdarəyə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs qanunazidd əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və xx xxxxxx 2019-cu il tarixdə, saat 18:50 radələrində onlar Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 50 saylı ünvanın qarşısında zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişdir. Onlar Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatla bağlı tədbir keçirildiyini bildirib əməliyyat-axtarış tədbiri barədə qərarla tanış etmişlər və Baş X2 İdarəsinə getməsini tutulmuş şəxsə təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Baş idarəyə getmişdir. Baş İdarədə hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs vəkillərin siyahısı verilmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Sonra vəkil idarəyə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncuya vəkili ilə konfidensial şəkildə ünsiyyət saxlamasına şərait yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və sonuncu qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üstündə müxtəlif növ narkotik vasitələr olduğunu bildirib əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 3 (üç) ədəd kibrit qutusunu çıxarıb həmin kibrit qutularını açaraq içində olan bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir kibrit qutusunun içərisində 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə, digər kibrit qutusunun içərisində 4 (dörd) bükümdə heroinə, 2 (iki) bükümdə tiryəkə, 4 (dörd) bükümdə metamfetaminə, başqa kibrit qutusunun içərisində isə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün Ağcabədi rayonunda Neymət adlı şəxsdən 550 (beş yüz əlli) manata aldığını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd pul qabı, pul qabının içərisində 1.400 (min dörd yüz) ABŞ dolları və 661 (altı yüz altmış bir) manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusundakı narkotik vasitələr və psixotrop maddələr zərfin içərisinə qoyularaq qablaşıdırılmış, üstü möhürlənmiş və həmin zərfin üstü imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, mobil telefonu və 1 (bir) ədəd pul qabı, pul qabının içərisində olan 1.400 (min dörd yüz) ABŞ dolları və 661 (altı yüz altmış bir) manat pul götürülmüşdür. Sonra vəkilinin iştrakı ilə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrlə bağlı protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş və orada iştirak edən şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metemafetamini əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sol yan cibindın üç ədəd kibrit qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Kibrit qutusunun birində 10 (on) ədəd sellofan büküm, ikinci kibrit qutusunun içərisində 2 (iki) ədəd sellofan büküm, üçüncü kibrit qutusunda isə ot şəkilli kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, onun üzərindən “Samsung J7” markalı mobil telefon, 661 (altı yüz altmış bir) manat və 1.400 (min dörd yüz) ABŞ dolları aşkar edilmiş və qeyd edilən predmetlər maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış və götürmə prosessual hərəkəti onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21434 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 39-41) görünür ki, tədqiqata təqdim edilmiş, «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə oxşar maddələr» yazısı olan zərfdəki, iki ədəd kibrit qutularda: - birində, iki ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkisi 13,149 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər qutuda isə iki ədəd bükümdə, ümumi təmiz çəkisi 2,175 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 3,705 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 1,976 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş altı ədəd bükümdə olan heroinin ümumi təmiz çəkisi 16,854 qram və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümdəki tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21435 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-44) görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,920 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuana bir ədəd kibrit qutusunda olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 57-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 79-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 96-97) görünür ki, 16,674 qram çəkidə narkotik vasitə heroin, 2,075 qram çəkidə narkotik vasitə tiryək, 3,870 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1,856 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs məxsus 661 (altı yüz altmış bir) manat və 1.400 (min dörd yüz) ABŞ dolları ibtidai istintaq orqanı tərəfindən onun atası X11 təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan (cild 1, iş vərəqə 131) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X6 və dörd övladından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 134) görünür ki, xx xxxxx 2005-ci il tarixdə Təqsirləndirilən şəxs X8 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 135) görünür ki, xx xxxxxx 2003-cü il tarixdə Təqsirləndirilən şəxs Əlizadə Nəzrin adlı qızı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 136) görünür ki, xx xxxx 2005-ci il tarixdə Təqsirləndirilən şəxs Əlizadə Emiliya adlı qızı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 137) görünür ki, xx xxxx 2009-cu il tarixdə Təqsirləndirilən şəxs Əlizadə Dəniz adlı qızı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 138) görünür ki, xx xxxxxxxx 2010-cu il tarixdə Təqsirləndirilən şəxs Əlizadə Kamil adlı oğlu anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2158 nömrəli rəyindən (cild 1, iş vərəqə 166-167) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 146) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubundan (cild 1, iş vərəqə 144) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasına səbəb onun narkotik vasitələrin satışı ilə məşğul olması olsa da, qeyd edilən fakt əməliyyat yolu ilə təsdiq olunmamış, əksinə onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün əldə etməsi öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilmiş, lakin heç bir əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 163-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 169-178) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 186-187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 273-276) görünür ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 20-22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 25-28) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümlərdə qanunsuz olaraq narkotik vasitə heroin, tiryək, qurudulmuş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin əldə etmişdir. Onun tərəfindən narkotik vasitə heronin, tiryəkin, qurudulmuş narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin əvəzli və ya əvəzsiz qaydada əldə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi heroini, tiryəki, qurudulmuş narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt narkotik vasitələri və psixotrop maddəni əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 50 saylı evin qarşısında tutulması və onun üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki idman şalvarının sol yan cibindən 3 (üç) kibrit qutusunun, həmin qutuların içərisində 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,513 qram, 6,636 qram, 0,877 qram, 0,910 qram, 0,983 qram və 0,935 qram, ümumi təmiz çəkisi 16,854 qram olan narkotik vasitə heroinin, həmçinin 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 1,290 qram, ümumi təmiz çəkisi 2,175 qram olan narkotik vasitə tiryəkin, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,476 qram, 0,501 qram və 0,554 qram, ümumi təmiz çəkisi 1,976 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd kibrit qutusunda 3,920 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, habelə digər narkotik vasitələri və psixotrop maddəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini, tutulması üçün səbəbləri və barəsində ibtidai istintaq aaparıldığı halda toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulanadək onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitələr satması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin, habelə digər narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasının əməliyyat yolu ilə təsdiq edilmədiyini bildirmişlər. Başqa sözlə, cinayət işinin materiallarından xx xxxxxx 2019-cu il tarixədək əməliyyat və istintaq orqanlarında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri satması barədə yoxlanılmış və dəqiq məlumatı olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin Təqsirləndirilən şəxs üzərindən 3 (üç) növdə narkotik vasitələrin (heroin, tiryək və qurudulmuş marixuana) və 1 (bir) növdə psixotrop maddə metamfetaminin aşkar edilməsini, qeyd edilən narkotik vasitələrin və psixotrop maddələrin bir neçə kibrit qutusunda 10 (on) bükümdən çox bükümdə saxlanılmasını, aşkar edilmiş narkotik vasitələrin insan orqanizminə təsirini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin ümumi təmiz çəkisini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitələri və psixotrop maddəni öz istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona əsaslanmışdır ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs müxtəlif təsir gücünə malik olan narkotik vasitələri və psixotrop maddəni kifayət qədər böyük çəkidə (təxminən 30 (otuz) dəfədən çox istifadə etmək üçün nəzərdə tutulmuş) öz şəxsi istifadəsi üçün əldə etməsi ağlabatan və inandırıcı deyil. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətəndə onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir.. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, evli olmaqla yanaşı himayəsində dörd uşağının olmasını, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və tədqiqatdan sonra qalıq çəkiləri 16,674 qram olan narkotik vasitə heroin, 2,075 qram olan narkotik vasitə tiryək, 3,870 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,856 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Əİiyev Habil Kamil oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Əİiyev Habil Kamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əİiyev Habil Kamil oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Əİiyev Habil Kamil oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əİiyev Habil Kamil oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Əİiyev Habil Kamil oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və tədqiqatdan sonra qalıq çəkiləri 16,674 qram olan narkotik vasitə heroin, 2,075 qram olan narkotik vasitə tiryək, 3,870 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,856 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Əİiyev Habil Kamil oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Əİiyev Habil Kamil oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-481/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-481/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver