Məhkəmə qərarları › İş №1(101)-486/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-486/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-486/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru- Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı il tarixdə Şərur rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Ağdaş rayonu, Ərəbşəki kəndində qeydiyyatda olub Sumqayıt şəhəri, Xəzri yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ailə münaqişəsi zəmnində, yəni anası və bacılarına qarşı ehtimal etdiyi hörmətsiz münasibətinə görə, qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib 07 avqust 2020-ci il tarixdə saat 21:00 radələrində onunla birlikdə Xəzər dənizinin Sumqayıt şəhəri, Sülh küçəsi, Gəmi istirahət mərkəzinin yerləşdiyi ərazidən keçən çimərlikdə çimərkən öz niyyətini həyata keçirmək üçün hamiləliyi aşkar surətdə ona bəlli olan həyat yoldaşı Zərərçəkmiş şəxs boğazından tutub sıxmaqla onu suyun altına salıb boğaraq başın yumşaq toxumalarının altına qansızma, döş qəfəsinin sol yan səthinin, sol kürəkaltı nahiyyənin qançırı, hər iki dizin ön səthinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, boynun sağ yan arxa səthinin 04 (dörd) ədəd, sol yan arxa səthinin 02 (iki) ədəd qançırı, boynun sol yan arxa səthinin sıyrığı kimi 01 (bir) ədəd, boynun yumşaq toxumalarına, dilin kökünə, dilaltı sümüyün ətraf yumşaq toxumalarına qansızma, traxeya qığırdağının sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək onun müqavimətini qırıb aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs qəsdən öldürərək həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli, törətdiyi əməldən peşiman olduğunu bildirərək ifadələrində göstərdi ki, qətələ yetirilən Zərərçəkmiş şəxs onun həyat yoldaşı olub. O, istintaq zamanı verdiyi ifadələrini təsdiq edir, lakin o, istintaq zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs öldürməsinin əsl səbəbini deməyib. Bunu deməməsinə səbəb, uşaqlarından və qohumlarından utanması olub. O, Şəhanəni heç vaxt ölürmək fikirində olmayıb. Hadisə baş verən günü isə o, dənizdə Şahənə ilə təklikdə çimərkən ona ailədə söz-söhbəti qurtarmağı, artıq arzularını da çatdıqlarını, oğlan uşaqlarının da olacağını deyəndə, Şəhanə uşaq səndən deyil dedi. Bundan sonra o, özünü saxlaya bilməyib Şəhanəni suda boğub öldürmüşdür. İndi də peşimandır. İki azyaşlı uşağı da sahibsiz qalıb. O, Şəhanəni öldürəndə onun hamilə olduğunu da bilmişdir. İstintaq zamanı onu öldürməyinin səbəbini demək istəmədiyi üçün Şəhanənin hamilə olduğunu bilmədiyini demişdir. Başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini digər hissələrini tam təsdiq edir. Həmin ifadəsinə istinad edilməsini xahiş edir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli, törətdiyi əməldən peşiman olduğunu bildirərək ifadələrində göstərmişdir: «xx xxxxxx 1986-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yenikənd kəndində anadan olmuşdur. 1993-2005-ci illərdə Ağdaş rayonu, Ərəbşəki kənd orta məktəbində təhsil almış və 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına kimi Naxçıvan MR, Şahbuz rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Ağdaş rayonunda təsərrüfat işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilk dəfə 2003-cü ildə Ağdaş rayonunda görmüş və 2007-ci ilin may ayında sonuncu ilə nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra təxminən 5-6 ay müddətində Ağdaş rayonu, Ərəbşəki kəndində yaşamış, rayonda iş olmadığı üçün Abşeron rayonu, Saray qəsəbəsinə, sonra da oradan Sumqayıt şəhərinə köçmüşdür. Şəhanə ilə birgə nikahlarından 2008-ci il tarixdə Şahid9 və 2010cu il tarixdə Şahid10 anadan olmuşdur. Şəhanə ilə evliliklərinin ilk illərindən sözləri düz gəlməmişdir. 2010-cu ildə Sumqayıt şəhəri Xəzri yaşayış massivindən torpaq sahəsi alaraq ev tikmiş və ailəsi, anası Nusiyə və bacısı Ellada ilə birlikdə yaşamışdır. Şəhanə hər dəfə ona tək yaşamaq istədiyini demiş və buna görə də aralarında dəfələrlə mübahisə düşmüşdür. Təxminən 2019-cu ildə evə gəldikdə anasının gözünün altında qızartı olduğunu görmüş sonradan ona məlum olmuşdur ki, sonuncu Şəhanə ilə dalaşmışdır. Şəhanə ilə söhbət edərək ayrılmaq istədiyini dedikdə sonuncu ayrılsaq uşaqlar məndə qalacaq dedi. 07 avqust 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində Şəhanə və iki övladı ilə Sumqayıt şəhəri, Novxanı çimərliyi, Gəmi restoranın ərazisində yerləşən çimərliyə getmişlər. Dəniz kənarında Şəhanə ilə mübahisələri düşmüş, belə ki, sonuncu boşanacaqları halda uşaqların onda qalacağını demişdir. Uşaqlar isə ana və atasının boşanacağı halda sonuncu ilə qalacaqlarını bildirdikdə Şəhanə onu uşaqları öldürəcəyi ilə hədələmişdir. O, Şəhanəni bu cür fikirlərindən çəkindirmək və qoruxtmaq məqsədi ilə təxminən saat 20-21 radələrində sonuncu ilə dənizə girmişdir. O, Şəhanənin boynunun arxasından və başından suya basmış, sonuncu sudan çıxmaq istədikdə boğazından möhkəm tutaraq sıxmışdır. Şəhanə sudan çıxmaq istəyərkən onun boynuna, sinəsinə, kürəyinə və boğazına xəsarət yetirmişdir. Şəhanə bir neçə dəfə sudan çıxmaq istəsə də, o sonuncunun boyun və başından tutaraq yenidən suya salmışdır. O, Şəhanəni təxminən 5-10 dəqiqə suyun altında saxlamışdır. Hadisə vaxtı Şəhanə ilə üzbəüz vəziyyətdə olmuşdur. O, Şəhanənin sudan çıxmadığını və müqavimət göstərmədiyini görüb sonuncunun öldüyünü bilmişdir. Daha sonra sudan çıxaraq övladlarına Şəhanə hardadır, bayaq sizin yanınıza göndərmişəm deyə soruşduqda uşaqlar sonuncunu görmədiklərini dedilər. Bundan sonra o, səs-küy salaraq arvadının yoxa çıxdığını demişdir. Onun ətrafına yığışan insanlar isə ona təskinlik vermişlər. Hadisə yerinə polis əməkdaşları gəldikdə törətdiyi əməli etiraf etmişdir. Onun Şəhanəni öldürmək niyyəti olmamış, sonuncunu qorxutmaq istəmişdir. Şəhanənin hamilə olmasını bilməmiş, hadisədən sonra övladları ona sonuncunun hamilə olduğunu demişlər. Şəhanə kök olduğundan sonuncunun hamilə olmağını bilməmişdir. İlkin ifadəsində həyəcanlı olduğundan Şəhanəni öldürmək istədiyini və hamilə olmasını bildiyini göstərmişdir. Hadisə vaxtı orada tanıdığı kimsə olmamışdır. Hadisə baş verən günü Xırdalan pivəsi və bir ədəd tərkibində alkoqol olan GO enerji içkisi içmişdir. Şəhanə ilə arasında münaqişə olması barədə anasının və qonşuların məlumatı olmuşdur.» Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadələrində göstərdi ki, qətlə yetirilən Zərərçəkmiş şəxs onun qızıdır. Şəhanə 1987-ci ildə Qəbələ rayonu, Yengicə kəndində anadan olmuşdur. O, həmin kənddə də orta təhsil almışdı. Şəhanə ilə Anar ilk dəfə bir-birini Ağdaş rayonu, Ərəbşəki kəndində görmüşlər. Onun arvadı Sürayyə də həmin kənddəndir. Sürayyə qohumlarını ziyarət etmək üçün Şəhanə ilə tez-tez həmin kəndə gedirdi. Şəhanə və Anar ailə qurqduqan sonra onlar bir müddət Ərəbşəki kəndində yaşadılar. Bir müddət sonra Anarın işi ilə əlaqədar onlar Gədəbəy rayonunda, daha sonra isə Sumqayıt şəhərinə köçərək orada yaşayırdılar. Şəhanə ilə Anar evləndikləri ilk günlərdən biri-biri ilə yola getmirdilər. Hər ikisi qısqanc olduqları üçün aralarında tez-tez mübahisələri olurdu. Şəhanənin Anar ilə birgə nikahından iki qızı var. Şəhanə, Anar, sonuncunun anası və bacıları da birlikdə yaşayırdılar. Təxminən 2017-ci ildə Şəhanə bacısı Turanənin toyuna görə kəndə gəlmişdi. Həyətdə çadır qurulmuşdu. Anar Şəhanəni qısqandığı üçün qonaqlar olan çadıra buraxmadı. Şəhanə söhbət zamanı Anar ilə yola gedə bilmədiyini dedi. O da ona boşan, gəl demişdir. Şəhanə isə uşaqlarım var, nece boşanım dedi. Təxminən 2018-ci ilin axırlarında Anar ilə Şəhanə arasında yenə mübahisə düşüb dalaşmışdılar. Şəhanə də küsüb kəndə gəlmişdi. O, bir ay rayonda yaşadıqdan sonra uşaqları üçün darıxdığını bildirib Anar ilə boşanacağını uşaqları götürüb birdəfəlik Qəbələ rayonunda yaşamağa gələcəyini deyib anası ilə Sumqayıta getdi, lakin sonradan fikrin dəyişərək boşanmaq istəmədi. Anar və Şəhanənin arzusu oğlan uşağına sahib olmaq olmuşdur. Buna görə də onlar sonuncu üç-dörd dəfə Şəhanənin hamiləliyini uşağın qız olduğu üçün abort etdirmişlər. 2020-ci ilin iyul ayının axırlarında Şəhanə Anarın ***-***-**-** saylı nömrəli telefonu ilə ona zəng edərək onunla bir neçe dəqiqə söhbət etdikdən sonra anası ilə danışıb anasına hamilə olduğunu və uşağın da oğlan olması barədə xəbər verərək Anar ilə birlikdə həkimə gedib müayinədən keçdiyini dedi. Bundan sonra o, Şəhanə ilə danışmamışdır. 08 avqust 2020-ci il tarixdə Anarın bacısı Elyanora zəng edərək Şəhanənin dənizdə boğularaq öldüyünü dedi. O da Sumqayıt şəhərinə getmişdir. Sumqayıtda Şəhanənin meyitin təhvil alarkən onun Anar tərəfindən boğularaq öldürüldüyünü bilmişdir. O, Anara ən ağır cəza verilməsini xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, o, 2017-ci ildən DİO-da, 2019-cu ilin axırlarından isə Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-də CAŞ üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifəsi hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan və törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itgin düşən şəxslərin axtarılmasından ibarətdir. 07 avqust 2020ci il tarixdə əməliyyat qrupunda olmuş və həmin tarixdə təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən Gəmi restoranında bir nəfər qadının suda boğulması barədə məlumat daxil oldu. Həmin məlumat əsasında o, sahə rəisi Şahid2 və sürücü polis nəfəri Şahid3 hadisə yerinə getmişlər. Dəniz sahilinə daxil olduqda o, boğulan qadının əri sonradan adını bildiyi və məhkəmədə ona təqsirləndirilən şəxs qimində təqdim olunan Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Söhbət zamanı Anar arvadı Şəhanəyə üzməyi öyrətdiyini, qaranlıq vaxtı dənizə girdiklərini və bir müddət sonra sonuncunu yuyunub hazırlanması üçün uşaqlarının yanına göndərdiyini özünün isə suda qaldığını dedi. O, Anara əgər arvadın üzə bilmirsə nə üçün onu geriyə tək göndərmisən və nə üçün qaranlıq vaxtı dənizə girmisiz deyə suallar verdikdə Anarın suallara cavab verməkdə çətinlik çəkdiyini görüb ondan şühbələnmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs işıqlı yerə çəkəndə onun sifətinin sol nahiyəsində, qollarında cırmaq izləri görmüşdür. O, Anardan bu xəsarətlər barədə soruşduqda o, uşaqlarını dənizdə çimizdirərkən uşaqları tərəfindən yetirildiyini dedi. O isə Anara sənin sifətində, qollarında olan cızıqlar çox dərindir uşaqlar tərəfindən yetirilməsi qeyri-mümkündür deyərək sonuncuya üzərində olan köynəyi çıxartmağı təklif etmişdir. Anar köynəyini çıxartdıqdan sonra sonuncunun boğazının sol aşağı nahiyəsində, sinəsində, belində, qarın nahiyələrində dərin və çoxsaylı cırmaq izlərinin olduğunu görmüşür. O, Anara bəs bu xəsarətləri nece və hansı şəraitdə almısan dedikdə o, cavab verə bilmədi və dedi ki, arvadı Şəhanə ilə birlikdə qaranlıq vaxtı dənizə girib onu öldürmək məqsədi ilə baş və boyun nahiyəsindən tutub suda saxlayaraq öldürmüşdür, üzərində olan xəsarətləri də hadisə vaxtı almışdır. Anar söhbət zamanı arvadı Şəhanənin beş aylıq hamilə olduğunu və dünyaya gələcək övladının cinsiyyətinin oğlan olmasını da dedi. O, Anardan Şəhanəni öldürməsinin səbəbini soruşduqda Anar ailədə olan problemlərdən bezdiyi üçün bu addımı atdığını və Şəhanəni öldürmək niyyətini bir müddət öncədən planlaşdırdığını, izi itirmək üçün sonuncunu dənizdə öldürmək istədiyini dedi. Bundan sonra o, Təqsirləndirilən şəxs polis bölməsinə aparmışdır. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istsisntaq zamanı şahidlər Şahid2 və Şahid1 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onların ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Şahanə isə qardaşı Anarın həyat yoldaşı olmuşdur. Anar ilə Şəhanə evləndikdən bir müddət sonra Şəhanə Anarı çox qısqanmağa başladı. Təxminən bir müddət öncə Şəhanə ilə Anar arasında onların qonşuluğunda yaşayan Elnarə adlı qadına görə mübahisə düşdü. Şəhanə Anara Elnarəyə bir daha salam vermə demişdi. Anar bir dəfə bu hadisədən təxminən beş-altı il əvvəl Şəhanə və ölvadları ilə dənzidə çimməyə getmişdi. Dənizdən qayıtdıqdan sonra Şəhanə bir daha dənizə çimməyə getməyəcəm dedi. Bundan sonra Şəhanə ilə Anar dənizə getməmişdi. O özü axırıncı dəfə 01 iyul 2020-ci il tarixdə Anargilə getmiş, orada on gün qalıb anası ilə birlikdə Bakı şəhərində kirayə yaşadığı evə getmişdir. İyul ayının axırlarında Anar onun yaşadığı mənzilə gəlmişdi. O, Anardan Şəhanə ilə münasibətlərinin necə olması barədə soruşduqda hər şey yaxşıdır dedi. Anar və Şəhanənin arzusu oğlan övladına sahib olmaq idi. Şəhanə sonuncu dəfə təxminən 3-4 dəfə hamilə qalmışdı, lakin uşaq qız olduğu üçün abort etdirmişdi. Şəhanənin ardıcıl abort əməliyyatlarından sonra hamilə qalmadığını görüb böyük bacısı Ellada Anar və Şəhanə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 20 saylı qadın məsləhətxanasına getmişlər. Həkim müayinəsindən sonra Şəhanədə hamilə qalması üçün heç bir problem olmadığı məlum olmuş, bundan sonra o, Anar ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «STARLAB» xəstəxanasına getmişlər. Həkim müayinəsindən sonra Anarda damar genişlənməsi olduğu məlum olmuş və sonuncu həmin xəstəxanada əməliyyat olunmuşdur. Hadisədən təxminən iki ay öncə Şəhanə Anara hamilə olduğunu demişdir. Onlar da 10 iyul 2020-ci il tarixdə həkimə getmişlər. 07 avqust 2020ci il tarixdə axşam radələrində Anar ona zəng edərək Novxanı çimərliyində Şəhanə ilə birlikdə dənizdə üzdüyünü, lakin Şahənini tapa bilmədiyini dedi. O da anası Nusiyə və bacısı Şölə ilə birlikdə Novxanı çimərliyinə getmişdir. Onlar ora çatdıqda Anarın Şəhanəni dənizdə öldürməsini eşitmişdir. O, Anarın nə üçün belə addım atmasının səbəbini bilmir. Şəhanə hamilə idi. Bunu Anar da bilirdi. O, hadisə yerindən Anarın qızları Aişə və Anarəni götürərək yaşadığı evə aparmışdır Anarə də ağlayaraq "bibi anamın qarnındakı uşaq öldümü" deyirdi. Şahid5 bacısı Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid6 ifadələrində göstərdi ki, Əhmədov Anar onun oğludur. Zərərçəkmiş şəxs onun gəlini olmuşdur. Onların birgə nigahdan Aişə və Anarə adlı iki qızları vardır. Təxminən on il qabaq Anar Sumqayıt şəhəri, Xəzri yaşayış massivində torpaq sahəsi alaraq ev tikdirdi və həmin vaxtdan o, sonuncu ilə yaşamışdır. Anar müxtəlif tikinti şirkətlərində işləyərək ailəsini dolandırırdı. Şəhanə ilə Anarın evliliyindən bir müddət sonra aralarında hər xırda məsələ üstündə mübahisə olurdu. Şəhanə hər xırda məsələyə görə Anarı qısqanırdı. Hadisədən bir müddət öncə qonşuluqda yaşayan Elnarə adlı qadına görə Anar ilə Şəhanə arasında mübahisə düşdü. Şəhanə Anara Elnarəyə salam vermə dedi. Anar tez-tez çimməyə dənizə gedirdi, lakin heç vaxt Şəhanəni özü ilə aparmırdı. 01 iyul 2020-ci il tarixdə onun digər qızı Elyanora onun yaşadığı Sumqayıt şəhərinə gəlib təxminən on gün qaldıqdan sonra onu Bakı şəhərinə aparmışdır. İyul ayının sonlarında yenidən Anargilə gələrək orada üç-dörd gün qalmış, həmin müddətdə onun ilə Şəhanə arasında mübahisə olmamışdır. O, Anargildə olduğu müddətdə Şəhanənin hamilə olduğunu bilmiş və iyul ayının sonlarında yenidən Elyanoranın yanına getmişdir. Şəhanənin hamilə olduğunu Anar da bilirdi. Təxminən avqust ayının əvvəllərində nəvəsi Aişə zəng edərək atası ilə anasının dalaşdığını dedi. Daha sonra qızı Elyanora onun yanında Anar ilə danışaraq "Şəhanə hamilədir ona birdən çaşıb əl qaldırarsan" dedi. Anar isə Şəhanənin hamilə olduğunu bildiyini, buna görə də sonuncuya əl qaldırmadığını və yalnız söz mübahisəsi etdiklərini dedi. 07 avqust 2020-ci il tarixdə Anar Elyanoraya zəng edərək Novxanı çimərliyində Şəhanə ilə birlikdə dənizdə üzdüyünü, lakin Şəhanəni tapa bilmədiyini dedi. O da qızları ilə Novxanı çimərliyinə gedib orada Anarın Şəhanəni dənizdə boğub öldürməsini eşitmişdir. Anarın nə üçün belə hərəkət edib uşaqlarını başsız qoymasının səbəbini o, bilmir. Şahid8 ifadələrində göstərdi ki, 2015-ci ildən Sumqayıt şəhəri, Xəzri bağlarında yaşamış və Təqsirləndirilən şəxs həmin vaxtdan tanımışdır. Anar ilə onun yaşadığı evin arasında məsafə beş metr olmuşdur. Anar Bakı və Sumqayıt şəhərində müxtəlif tikinti şirkətlərində qəlibçi kimi fəaliyyət göstərirdi. Anar üç il ərzində onunla birlikdə işləmişdir. O, Anarı çox zəhmətkeş, sakit bir insan kimi tanımışdır. Şəhanəni isə sakit və müalyim insan kimi tanımışdır. Anar həm də yaşadığı evin həyətində mağaza işlədirdi. Onun Şəhanə və Anar ilə aralarında hər hansı ədavəti olmamışdır. Sonuncu dəfə o, Anarı 07 avqust 2020-ci il tarixdə günorta radələrində görmüşdür. O, Anarla həyətdə domino oynamışdır. Bir müddət sonra ona Anar ailəsi və uşaqları ilə dənizə gedəcəyini deyərək ondan mağazaya nəzarət etməyi xahiş etdi. O da Anara saat dördə kimi boş olduğunu və mağazaya baxacağını demişdir. Anar təxminən saat 16:00 radələrində Şəhanə və iki övladı ilə dənizə getdilər. O, 08 avqust 2020-ci il tarixdə Anarın Şəhanəni dənizdə boğaraq öldürməsini eşitmişdir. Hadisənin səbəbi və tördilməsi şəraiti barəsində məlumatı yoxdur. Şahid9 ifadələrində göstərdi ki, 12 avqust 2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 6 saylı orta məktəbdə oxumuş, 2020-ci il tarixdə həmin məktəbin 6-cı sinfini bitirmiş və hazırda Nəsimi rayonu, 111 saylı tam orta məktəbin 7-ci sinfində oxuyur. Hazırda bibiləri Elyanora və Şölə ilə ünvan 1 ünvanında yaşayır. Anar onun atasıdır. O, atasını çox sevir. Heç vaxt atası onu vurmayıb, ona qışqırmayıb. Onunla çox nəvazişlə davranıb. Rəhmətə gedən Şəhanə isə onun anasıdır. O, anasını da çox istəmişdir, lakin anası ona və bacısına atasına nisəbətən sərt davranmışdır. Atası Bakı və Sumqayıt şəhərində müxtəlif tikinti şirkətlərində fəhləlik edirdi, anası isə yaşadıqları evin həyətində mağaza işlədirdi. Anası çox qısqanc insan olmuşdur, hər xırda məsələyə görə atası ilə mübahisə edirdi. Hadisə ərəfəsində isə anası daha da aqressivləşmişdi. Hər xırda məsələyə görə onu və bacısını döymüş, nənəsi Nusiyə isə onları onun əlindən almaq istədikdə onunla da dalaşırdı. Bibisi Elyanora bəzən onlarla birlikdə qalmış və hər dəfə gəldikdə anası sonuncu ilə dava etmişdir. Şəhanə onun nənəsinin və bibilərinin onlara gəlib-getməyini istəməmişdir. Atası isə onlarla xoş davranıb həmişə anasını sakitləşdirməyə çalışmışdır, lakin anası hamı ilə dalaşmaqda davam edirdi. 2020-ci ilin iyul ayının ortalarında valideynləri həkimə getmişlər. Onlar həkimdən qayıtdıqdan sonra onların qardaşlarının olacağını demişlər. Həmin vaxt nənəsi Nusiyə, bibisi Elyanora da evdə idilər. Ata və anasını təbrik etmək üçün bibisi Şölə də sonradan gəldi. Atası dünayaya gələcək uşağa Alişan adını qoycağını dedi. 07 avqust 2020-ci il tarixdə valideynləri və bacısı Anarə ilə birlikdə Novxanı çimərliyi, Gəmi istirahət mərkəzinə getmişlər. Valideynləri və bacısı ilə bir neçə dəfə dənizə daxil olub çimmişlər. O və Anarə qumla oynamış, ata və anası isə dənizdə çimməkdə davam etmişlər. Sonuncu dəfə anası və atası dənizə girdikdə hava qaralmağa başlamış, təxminən yarım saat sonra atası dənizdən çıxaraq Şəhanəni sizin yanınıza göndərmişəm hardadır dedi. O, isə atasına anasının onunla dənizə girdikdən sonra onu görmədiyini demişdir. Bundan sonra atası səs-küy salaraq Şəhanənin dənizdə batdığını dedi. Atası ilə anası arasında əvvəllər həmişə söz-söhbət olurdu. Söz söhbəti də anası salırdı. Şahid10 ifadələrində göstərdi ki, Anar onun atası, Şəhanə isə anasıdır. Atası Bakı və Sumqayıt şəhərində müxtəlif tikinti şirkətlərində qəlibçi işləyib fəaliyyət göstərmiş, anası isə yaşadıqları evin həyətində mağaza işlətmişdir. Anası çox qısqanc olmuş, hər məsələyə görə atası ilə mübahisə etmişdir. Son vaxtlar isə anası daha çox aqressiv olmuş, hər xırda məsələyə görə onu və bacısını döymüş, nənəsi Nusiyə isə müdaxilə edərək uşaqları niyə incidirsən dedikdə aralarında mübahisə düşmüşdür. Bibisi Elyanora bəzən onlarla birlikdə qalmış və hər dəfə gəldikdə anası sonuncu ilə mübahisə etmişdir. Şəhanə onun nənəsi və bibisinin onlara gəlib-getməyini istəməmişdir. Atası onunla xoş davranmışdır. 2020-ci ilin iyul ayının ortalarında anası ona qardaşın olacaq demişdir. Qardaşının dünyaya gələcəyi ilə bağlı Nusiyə, Elyanora və Şölə ilə birlikdə kabab çəkərək qeyd etmişdirlər. 07 avqust 2020-ci il tarixdə valideynləri və Aişə ilə birlikdə Novxanı çimərliyi, Gəmi istirahət mərkəzinə getmişlər. Valideynləri və bacısı ilə bir neçə dəfə dənizə daxil olub çimmişlər. O və Aişə dənizə girməyib qumla oynamağa başlamış, ata və anası isə dənizdə çimməyə davam etmişlər. Sonuncu dəfə anası və atası dənizə girdikdə hava qaralmağa başlamış, təxminən yarım saat sonra sonuncu dənizdən çıxaraq Şəhanəni sizin yanıvıza göndərmişəm, hardadır deyə sual verdi. O, isə atasına anam səninlə dənizə girdikdən sonra onu görməmişəm demişdir. Bundan sonra atası səs-küy salaraq Şəhanənin dənizdə batdığını bildirdi. O,atası və anası arasında söz-söhbətlər olduğnu görmüş, lakin atasının anasını döyməsini görməmişdir. 07 avqust 2020-ci il tarixdə atası ilə anası arasında dava-dalaş olmamışdır. Şahid7 ifadələrində göstərdi ki, 2014-cü ildən Sumqayıt şəhəri, Xəzri yaşayış massivində ailəsi ilə birlikdə yaşamışdır. Anar və Şəhanəni həmin vaxtdan tanımış, belə ki sonuncuların yaşadığı ev ilə onun yaşadığı ev arasındakı məsafə təxminən 2-3 metr olmuşdur. Anarı çox zəhmətkeş, sakit bir insan kimi tanımış, sonuncu siqaret çəkmiş, lakin narkotik vasitələrdən istifadə etməyi barədə məlumatı olmamışdır. Şəhanəni isə davakar, əsəbi və çox qısqanc insan kimi tanımışdır. Anar müxtəlif tikinti şirkətlərində fəhlə işləyərək ailəsini dolandırmış, Şəhanə isə həyətlərində mağaza işlətmiş və aralarında hər hansı düşmənçilik, ədavət olmamışdır. Şəhanə çox qısaqanc olduğundan sonuncu Anar ilə hər xırda məsələyə görə mübahisə etmişdir. Təxminən bir müddət öncə Anar məhəllədə ona salam verərək evə getmiş, bir neçə dəqiqə sonra Şəhanənin Anar ilə dalaşdığını eşitmiş, Şəhanə Anara "mən sənə demişdim ki, Elnarədən xoşum gəlmir ona niyə salam verirsən" demişdir. Şəhanə Anarın anası və bacıları ilə yola getməmiş, sonuncular gəldikdə evdə dava-dalaş olmuş, Şəhanənin bu hərəkətlərinə görə onun evinə gedib gələn olmamışdır. Təxminən iyun ayının sonlarında Anarın anası Nusiyə söhbət zamanı Şəhanənin hamilə olduğunu, lakin hələ tez olduğu üçün uşağın cinsiyyəti barədə məlumatları olmadığını, bir müddət sonra isə Anar və Şəhanənin həkimə getdiyini müayinə zamanı sonuncuların dünyaya gələcək uşağının cinsiyyətinin oğlan olmasının onlara məlum olduğunu demişdir. Anar son vaxtlar bədbin, həyatdan küsmüş halda gəzmişdir. 07 avqust 2020-ci il tarixdə Şəhanə ilə Anar arasında yenidən mübahisə olduğunu eşitmişdir. 07 avqust 2020-ci il tarixdə təxminən saat 16 :00 radələrində Anar, Şəhanə və sonuncuların iki uşağını Sumqayıt şəhəri, Mərkəzi bazar istiqamətində getdiklərini görmüşdür. Həmin günü axşam da o, Anarın Şəhanəni dənizdə boğaraq öldürdüyünü eşitmişdir. Anar Şəhanənin hamilə olması barədə məlumatlı olmuş, sonuncular birlikdə hazırda nömrəsin dəqiq xatırlamadığı doğum evinə getmişdirlər. Həmçinin Anarın dünyaya gələcək uşağının cinsiyyətinin oğlan olması barədə məlumatı olmuşdur. 07 avqust 2020-ci il tarixdə saat 16 radələrində Anarı Sumqayıt şəhəri, Mərkəzi bazar istiqamətində gördükdə sonuncunun üzərində hər hansı xəsarət görməmişdir. Məhkəmədə elan olunub araşdırılmış MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin 08 avqust 2020-ci il tarixli 85 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində boynun sağ yan arxa səthinin 4 ədəd, sol yan arxa səthinin 2 ədəd qançırı, boynun sol yan arxa səthinin sıyrığı, boynun yumşaq toxumalarına, dilin kökünə, dilaltı sümüyün ətraf yumşaq toxumalarına qansızma, traxeya qığırdağının sınması, üst dodağın selikli qişasının yarası və qansızma, sağ burun-dodaq büküşünün qançırı, döş qəfəsinin sol yan səthinin, sol kürəkaltı nahiyyənin qançırı, hər iki dizin ön səthinin qançırı kimi xəsarətələr aşkar olunmuş, həmin xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilmişdir, həyatidirlər. Boynun sağ yan arxa səthinin 4 ədəd, sol yan arxa səthinin 2 ədəd qançırı, boynun sol yan arxa səthinin sıyrığı, boynun yumşaq toxumalarına, dilin kökünə, dilaltı sümüyün ətraf yumşaq toxumalarına qansızma, traxeya qığırdağının sınması, boynun əllə sıxılması (əllə boğulma) nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyatüçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərəvurmaya aid edilir. Başın yumşaq toxumalarının altına qansızma, döş qəfəsinin sol yan səthinin, sol kürəkaltı nahiyyənin qançırı, hər iki dizin ön səthinin qançırı - canlı şəxslərdə sağlamlığa zərəvurmayan xəsarətlərə aid olmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Xəsarətlərin mərhum Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur. Boynun əllə sıxılması üzbəüz, qarşılıqlı vəziyyətində yetirilmişdir, digər xəsarətlər isə müxtəlif qarşılıqlı vəziyyətdə üzbəüz, yan-yana və s. vəziyyətdə yetirilə bilərdi. Zərərçəkmişə xəsarətlər qısa vaxt ərzində ardıcıl yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs hamilə olmuşdur, dölün bətndaxili həyati müddəti 4 ay 12 gün olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış MTE və PA ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin 08 avqust 2020-ci il tarixli 914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı sol gözaltı nahiyyənin, boynun, sol körpücükaltı nahiyyənin, sağ saidin, döş qəfəsinin sağ yan səthinin, sağ bel nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin, sol saidin, sağ budun çoxsaylı sıyrıqları (19 ədəd), kimi xəsarətlər aşkar olunmuş, həmin xəsarətlərin küt əşya təsirindən törədilməsi, qərarın təsviri hissəsində göstərilən kənar şəxs tərəfindən özünü müdafiə etmək məqsədi ilə müqavimət göstərərkən əmələ gələ bilməsi, müddəti müayinədən bir günə qədər olmaqla 07 avqust 2020-ci il tarixə uyğun gələ bilməsi, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməydi müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış tibbi-bioloji ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 716/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A(İİ)dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sağ və sol dırnaq nümunələri üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd çimərlik geyimi, qadın şortu və bir ədəd büsqalter üzərində qan aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan tədqiqat metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, canlı şəxsin və ya meyitin qanından əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi-kriminalistik ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 462/2020-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus büsqalterin arxa sağ səthində olan bir ədəd qarmaq və arxa sol səthində olan bir ədəd ilgəyin öz yerlərindən natamam çıxması müşahidə olunmuş, bu da həmin nahiyələrə küt qüvvə tətbiq eməklə gərilib-dartılması nəticəsində baş vermişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus çimərlik köynəyi və şort üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus çimərlik köynəyi, şort və büsqalter üzərində qan ləkələri aşkar olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli 1790 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Hövsələsizlik, inadkarlıq, hirslilik, laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Belə qənaətə gəlinir ki, cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış 07 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, meyitin əynində olan paltarlar bir ədəd çimərlik köynəyi, bir ədəd büsqalter, bir ədəd şort və dırnaq hissəcikləri müvafiq qaydada götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 08 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona məxsus «SAMSUNG Galaxy A 20» markalı qara rəngli mobil telefon götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd çimərlik köynəyi, bir ədəd şort, bir ədəd büsqalter, dırnaq hissəcikləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd "SAMSUNG Galaxy A 20" markalı qara rəngli mobil telefon maddi sübut kimi tanınmışdır. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anlaqlı vəziyyətdə öldürməsi öz təsdiqini tapdı. Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə kimi, yəni Azərbaycan Respublikası CM-nin 120.2.8-cü maddəsi ilə düzgün tövsif etmişdir. Çünki Təqsirləndirilən şəxs əməli həmin maddənin dispozisiya şərətlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Buna görə də məhkəmə, onun təqsirli bilənməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən və anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs 20 (iyirmi) saat hüquqi yadırm göstərilməsi müəyyən olundu. Bunun üçün ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini əsəaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkan olmadığı müəyyən olundu. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun saxlanc yerində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd çimərlik köynəyini, bir ədəd şortu, bir ədəd büsqalteri, dırnaq hissəcikləri istehlak dəyərlərini itirdikləri üçün məhv edilməsini, Təqsirləndirilən şəxs məxsus bir ədəd "SAMSUNG Galaxy A 20" markalı mobil telefon isə təqsirləndirilən şəxsin xahişi ilə onun anası Şahid6 qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış 09 noyabr 2019-cu il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Ağdaş rayonu Eymur kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs himayəsində 12 fevral 2008 və xx xxxxxxx 2010-cu il təvəllüdlü azyaşlı uşaqları vardır. Məhkəmə, həmin halları təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin baş vermə səbəbləri araşdırıldıqda bu əməlin ailə fasiləsiz davam edən qısqanclıq zəminində yaranmış münaqişələr nəticəsinində baş verməsini, bu gərginliyin yaranmasına səbəb həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bir-birilərənə etdikləri iradlar və bu iradlar nəticəsində yaranan mübahisələr olduğu qənəaətinə gəlir. Bu səbəbdən də məhkəmə, bu halı cəza təyini zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində arvadının oğlan uşağına hamilə olduğunu bildirib, ona mübahisələrə son qoymağı təklif etdikdə sonuncunun ona uşağın ondan olmadığını bildirdiyi, bundan sonra ona qarşı fiziki təsir göstərdiyi barəsindəki hissəsinin məhkəmədə nə təsdiq, nə də təkzib olunduğu qənaətinə gəlir. Çünki həmin halı təsdiq və ya inkar edən sübut müəyyən olunmadı. Müdafiə tərəfi də belə sübut təqdim etmədi. Məhkəmə, müdafiə tərəfinin özünün təqsirsizliyini sübuta yetirməyə borlcu olmadığını nəzərə alır, lakin qanunun mənasına görə təqsirləndirilən şəxsin özünün müdəfiəsinə yönələn iddialarını təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğunu da nəzərə alır, lakin o, bunu etmədi. Məhkəmədə ittiham tərəfinin də belə sübutlara malik olmaması müəyyən olundu. Bu səbəbdən də məhkəmə, həmin ifadəni Təqsirləndirilən şəxs özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Bununla bərabər,məhkəmə, həmin ifadənin təkzib olunmamasını nəzərə alıb, bu ifadənin də təyin olunacaq cəzaya təsir edən hal kimi qiymtələndirir. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini etiraf edib törətdiyi əməldən peşiman olduğunu bildirib, ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini də onun islah olunmağa meyilli olması kimi qiymətləndirib həmin halı da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə zərərçəkmiş şəxsin hüququ varisi X4 Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, xüsusilə ağır cinayətə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 8 avqust 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.8-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 8 avqust 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb Sumqayıt şəhər prokurorluğunun saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd çimərlik köynəyi, bir ədəd şort, bir ədəd büsqalter, dırnaq hissəcikləri istehlak dəyərlərini itirdikləri üçün məhv edilsinlər, Təqsirləndirilən şəxs məxsus bir ədəd "SAMSUNG Galaxy A 20" markalı mobil telefon isə onun anası Şahid6 qaytarılsın. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev `

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar