Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-503/2021 19.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 22 (iyirmi iki) gün cəzadan şərti olaraq vaxından əvvəl azad olunmuş və x xxxxxx 2017-ci il tarixdə cəzasını çəkib qurtarmış) məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 32, mənzil 8-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Binəqədi rayonu, DSK yolunda yerləşən “GRAND” marketdə “Milli ön” aparatından İranlı şəxsin hesabına 300 manat ödədikdən sonra x xxxx 2020-ci il tarixdə saat 11 radələrində sonuncu tərəfindən qoyulmuş Binəqədi rayonu, DSK yolunda daşın altından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 19,522 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, x xxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsinin giriş hissəsində saxlanılaraq Binəqədi rayonu, R.Allahverdiyev döngə 7 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram və 9,752 qram olmaqla ümumilikdə təmiz çəkisi 19,522 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Gilan” Holdingdə sürücü işləmiş, həmçinin santexnik kimi də işləyərək ailəsini dolandırmışdır. Təxminən 9 ay narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitə olan marixuana çəkmiş, narkotik vasitə olan heroini isə iynə vasitəsi ilə damara vurmuşdur. X10 tanışıdır, o da narkotik vasitə istifadəçisidir. Əvvəllər Ağali ilə “Pepsi-Cola” şirkətində iş yoldaşı olmuşlar. Ağali avtomobil yuyucusu, o isə sürücü işləmişdir. Təxminən 3 ay əvvəl Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu deyilən ərazidə yaşayan “Dövlət” adlı şəxsin evində sanitexnik kimi işləmiş, işin az bir hissəsi qalmış, buna görə də x xxxx 2020-ci il tarixdə saat 8 radələrində Dövlətin evində yarımçıq qalmış işlərini tamamlamaq üçün onun yaşadığı evə getmiş və həmin gün saat 10 radələrinə kimi evdə olan yarımçıq işləri görüb qurtarmışdır. Dövlətlə aralarında olan razılaşmaya görə yarımçıq qalmış işləri tamamlamağına görə 30-40 manat pul verməli olmuşdur. Dövlət də onun kimi narkotik vasitələrdən istifadə etmiş və sonuncu onun da narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. İşlərini yekunlaşdırdıqdan sonra Dövlətə onun idarə etdiyi “Honda” markalı avtomaşınını ona verməsini, işlərini bitirdikdən sonra qaytaracağını bildirmişdir. Tutulmazdan 2-3 gün əvvəl xatırlmadığı sosial şəbəkələrin birində adını xatrılmadığı bir nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat görmüş, orada xarici nömrə yazılmışdır. O, həmin nömrəyə “WhatsApp” sosial şəbəkəsi ilə yazmışdır. Həmin şəxs 1 qr kakosun, yəni heroini 15 manata verdiyini bildirmişdir. Həmin narkotik vasitə ucuz olduğundan almaq qərarına gəlmişdir. Ayın biri maaşını aldığından fikirləşmişdir ki, 300 manata kakos alsın. x xxxx 2020-ci il tarixdə yenidən “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxslə əlaqə saxlamış və ona verəcəyi bank hesabına 300 manat köçürtməyi, bundan sonra narkotik vasitə olan heroini dediyi yerdən götürməyini ona bildirmişdir. Buna görə də DSK yolunda yerləşən “Grant” marketə getmiş və marketin içərisində olan “Milli Ön” aparatından həmin İranlı şəxsin verdiyi bank hesabına 300 manat pul ödəmişdir. Bundan sonra yenidən “WhatsApp” proqramı vasitəsi ilə İranlı şəxslə əlaqə saxlamış və həmin şəxs telefonda heroini qoyduğu yeri deyərək həmin yerin fotoşəklini ona göndərmişdir. Bundan sonra Dövlətin “Honda” markalı avtomobili ilə DSK yolundan Baş Dövlət X13 istiqamətinə gedən yolun kənarında İranlı şəxsin ona fotoşəklini göndərdiyi yerə gəlmiş və həmin yerdə bir daşın altından təxminən 20 qram çəkidə olan 2 ədəd şəffaf sellofan bükümdə olan heroini götürmüşdür. Bundan sonra həmin gün saat 18 radələrində tanışı Ağali Əsgərovla zəngləşərək onunla birlikdə narkotik vasitə qəbul etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Pepsi Cola” şirkətinin yanında görüşmüşlər. Ağali ilə zəngləşərkən özündə psixotrop maddə olan metamfetamin və metodon olduğunu bildirsə də, Ağaliyə heroindən istifadənin daha çox həzz verdiyini və özündə olan heroindən istifadə etmələrini demişdir. Həmin vaxt Ağaliyə özündə olan heroindən damarlarına vurmaq üçün Hökməli qəsəbəsində yaşayan tanışı Anarın evinə getməyi təklif etmişdir. Ağali də razılaşmış və sonra onlar birlikdə idarə etdiyi avtomobillə Anarın yaşadığı Hökməli qəsəbəsində yerləşən evinə getmişlər. Orada üzərində olan heroinin bir qədərini Ağali, Anar və özü damarlarına vurmuşlar. Həmin gün, yəni x xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Ağali ilə birlikdə Anarın evindən küçəyə çıxaraq oradan uzaqlaşmaq istədikdə yolun kənarında dayanmış mülki geyimli 3 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O da Ağali ilə birlikdə özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduqlarını bildirib üzərlərinə baxış keçirilməsi üçün onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmələrini təklif etmişlər. Onlar da polis əməkdaşlarının bu təklifi ilə razılaşdıqdan sonra polislərlə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə gəlmişlər. Polis Bölməsinə gəldikdən sonra müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının və ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində qanunla saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş əşya və ya maddə varsa çıxarıb təqdim etməyini bildirmişlər. O da əynində olan tünd göy rəngli gödəkcəsinin sağ cibindən daşın altından götürdüyü 2 ədəd sellofan paketdə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ondan həmin paketlərin içərisində nə olduğunu və haradan aldığını soruşduqda onlara həmin 2 ədəd paketin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini tutulmazdan bir qədər əvvəl İranlı şəxsə 300 manat pul göndərdikdən sonra DSK yolunda daşın altından götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və protokol oxunduqdan sonra doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin vaxt ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Həmin narkotik vasitəni “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İranlı bir şəxsdən almışdır. O, Ağaliyə və Anara narkotik vasitə satmamış, onlarla birlikdə ancaq narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni satacağı məzmunda heç kimə məsaj yazmamışdır. Polis əməkdaşları ona qarşı heç bir fiziki və psixi təsir göstərməmişlər. Latın əlifbası ilə Azərbaycan dilində sərbəst yazıb oxuya bilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Valeryeviçin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və X5 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduqdan sonra o və Binəqədi RPİnin 40-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra birlikdə məlumat əsasında x xxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsinin giriş hissəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt X5 və Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxslərin orada olmasını və özlərini şübhəli aparmasını görüb həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra üzərlərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onları Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə dəvət etmişlər. Ağali ilə Vaqif də etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişlər. Bölmədə üzərlərinə baxış keçiriləcək şəxslərin şəxsiyyəti müəyyən edildikdə həmin şəxslərin ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X10 və Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 32, mənzil 8 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, ev 2, mənzil 76 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk əvvəl Vaqif Valeriyeviç bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmiş, həmin otaqda müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynindəki tünd göy rəngli parça gödəkcənin sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan paketdə olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Vaqif Valeriyeviçdən həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni x xxxx 2020-ci il tarixdə tanışı Dövlətlə birlikdə elektron köçürmə ilə İranlı şəxsə 300 manat pul göndərdikdən sonra DSK yolunda daşın altından götürüb üzərində saxladığını bildirmişdir. X7 üzərinə baxış keçirilmiş, ancaq üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Vaqif Valeriyeviçin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra X10 bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda X10 müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı X6 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynindəki açıq qəhvəyi rənli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd konfet kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Ağalidən həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin “şüşə” kimi bildiyi psixotrop maddə olan metamfetamin və 1 ədəd konfet kağızının içərisində olan 2 ədəd dərman həblərinin metadon olduğunu, həmin maddələri x xxxx 2020-ci il tarixdə tanışı Vaqifin ona satdığını bildirmişdir. Sonra Ağalinin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Ağalinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran əsilli şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, bədənində ağrılar olduğu üçün arabir narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs təxminən 1 ay olar ki, tanıyır, o da narkotik vasitə istifadəçisidir. x xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində evdə olarkən Vaqif əvvəllər tanımadığı sonradan adı ona Ağali kimi məlum olan şəxslə birlikdə onlara gəlmişdir. Həm Vaqifdə, həm də onda “Pikines” cinsli it olduğu üçün onlar itlərini cütləşdirmək istəmişdilər. Bir qədər bu barədə söhbət etdikdən sonra Vaqif üzərində olan narkotik vasitə heroini çıxartmış və onlar həmin narkotik vasitədən istifadə etdikdən sonra Vaqifgil çıxıb getmişlər. Sonradan o, Vaqiflə Ağalinin polislər tərəfindən tutulduğunu eşitmişdir. Çox nadir halda narkotik vasitədən istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni “Papanin” adlanan yerdən tanımadığı şəxsdən almış, Vaqif ona heç vaxt narkotik vasitə satmamış, nə Vaqif, nə də qeyriləri əvvəllər onun evində narkotik vasitə istifadə etməmiş, Vaqif tanışı Ağali ilə birlikdə ilk dəfə onun evində narkotik vasitədən istifadə etmiş, heç kimə yaşadığı evdə narkotik vasitə istifadə etməyə icazə verməmiş və buna şərait yaratmamışdır (cild 1, iş vərəqə 117-118). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Valeryeviçi 2018-ci il tarixdən tanımış, onunla birlikdə “Pepsi-Cola” şirkətində sürücü işləmişdir. Vaqif adlı tanışının santexnik işlərindən anlayışı olduğu barədə məlumatı vardır. Ona görə də yaşadığı evdə bir sıra işlər olduğundan o, Vaqifə həmin işlərin görülməsi müqabilində ona pul verəcəyini bildirmişdir. Vaqif onun yaşadığı evdə santexnik işlərinin görülməsi üçün onun yaşadığı ünvana gəlmişdir. Bundan sonra Vaqif onun yaşadığı ünvanda santexnik işlərini görməyə başlamışdır. x xxxx 2020-ci il tarixdə Vaqif evdə olan yarımçıq işləri görməsi üçün onun yaşadığı ünvana gəlmişdir. Vaqif saat 10 radələrinə kimi yarımçıq qaldığı işi gördükdən sonra o, Vaqifə iş gördüyünə görə 40 manat pul vermişdir. O, narkotik vasitə olan kakosdan çəkmək yolu ilə istifadə etmişdir. Vaqiflə o, 1-2 dəfə birlikdə narkotik vasitə olan kakosdan istifadə etmişlər. x xxxx 2020-ci il tarixdə Vaqif adlı tanışı telefonda kimləsə danışdıqda Vaqifdən nə məsələ olduğunu soruşmuş və sonuncu ona heç bir şey olmadığını, onun idarə etdiyi “Honda” markalı **-LJ-*** dövlət qeyiyyat nişanlı avtomaşınını istədiyini və Sulutəpə qəsəbəsində işi olduğunu bildirmişdir. O da Vaqifə öz işinin olduğunu və maşını ondan tez bir zamanda gətirməsini bildirmişdir. Bundan sonra o, Vaqifə öz idarə etdiyi avtomaşını vermişdir. Təxminən 1 saat sonra Vaqif ona avtomaşını gətirmədiyindən o, telefonla sms vasitəsi ilə mesaj yazaraq avtomaşını servisə aparmasını, o özü çatdırmayacağını bildirmişdir. Lakin Vaqif bu smslərə məhəl qoymamış və onunla əlaqə saxlamamışdır. Bundan sonra o, Vaqifin polis tərəfindən saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxsin barəsində heç bir məlumatı yoxdur, Vaqif İranlı şəxslə razılığa girən zaman, pulu ödəniş edən zaman və narkotik vasitəni götürən zaman onun yanında olmamışdır (cild 2, iş vərəqə 144-150). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, x xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 1 büküm psixotrop maddə olan metamfetamini və 2 ədəd metadon həblərini ona Vaqif satmamışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Pepsi-Cola” şirkətində avtomobil yuyucusu işləmişdir. Təxminən 6-7 aydır ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs onun tanışıdır. Belə ki, Vaqif əvvəllər “Pepsi- Cola“ şirkətində sürücü işləmişdir. Vaqif də onun kimi narkotik vasitə istifadəçisidir. x xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində o, istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Vaqifin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayarkən onlar qərara gəlmişlər ki, görüşüb birlikdə narkotik vasitədən istifadə etsinlər. Belə ki, o, Vaqifə üzərində metamfetamin və metodon olduğunu bildirərkən Vaqif ona üzərində heroin olduğunu və heroinin daha yaxşı kayf verdiyini bildirdiyi üçün onlar heroin istifadə etmək qərarına gəlmişlər. Bir qədər sonra onlar Sulutəpə qəsəbəsində yerləşən “Pepsi-Cola” şirkətinin yaxınlığında görüşmüş və Vaqif ona Hökməli qəsəbəsində yaşayan əvvəllər tanımadığı Vaqifin tanışı Anarın yaşadığı evə gedərək orada birlikdə narkotik vasitə istifadə etməyi təklif etmişdir. O, Vaqifin təklifi ilə razılaşmış və sonra onlar birlikdə Vaqifin idarə etdiyi Dövlət adlı şəxsə məxsus olan “Honda” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək Hökməli qəsəbəsinə yola düşmüş və tez bir zamanda Hökməli qəsəbəsində yaşayan Vaqifin dostu Anarın evinə çatmışlar. Anarın yaşadığı evdə olarkən Vaqif üzərində saxladığı narkotik vasitə heroini çıxartmış və həmin narkotik vasitədən Vaqif və Anarla birlikdə istifadə etmişlər. Saat saat 19:30 radələrində Vaqiflə Anargildən çıxıb Hökməli qəsəbəsinin girişində olarkən mülki geyimdə olan 3 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan özlərini təqdim etməyini xahiş etmişlər. Onlar də özlərini polislərə təqdim etdikdən sonra, polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduqlarını bildirib onların üzərinə baxış keçirilməsi üçün birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getməyi təklif etmişlər. Vaqiflə birlikdə polis əməkdaşlarının bu təklifi ilə razılaşmış və onlarla birlikdə Binəqədi RPİ-nin 40cı PB-nə gəlmişlər. Polis Bölməsinə gəldikdən sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının və ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya maddə varsa çıxarıb təqdim etməyini bildirmiş, o da həmin vaxt əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 1 ədəd konfet kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olduğunu və haradan aldığını soruşduqda onlara siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin və 1 ədəd konfet kağızına bükülmüş bükümün içərisində 2 ədəd metadon həbləri olduğunu bildirmişdir. Polis tərəfindən tutulmasında Vaqifdən şübhələndiyi və Vaqifin onu polislərə ələ verdiyini güman etdiyi üçün polis əməkdaşlarına üzərindən aşkar olunmuş metamfetamini və metadonu öz istifasi üçün həmin gün, yəni x xxxx 2020-ci il tarixdə Vaqifdən 20 manat pulun müqabilində alaraq istifadə etmək məqsədi ilə üzərində saxladığını yalan olaraq bildirmişdir. Belə ki, Vaqifin onu polislərə satıb özünün də onunla birlikdə tutulmağının bir səhnəcik olduğunu, Vaqifin onu polislərə tutdurduqdan sonra özünün azadlığa çıxacağını düşünüb bu cür ifadə vermişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmış və imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. Aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini və 2 ədəd metadon dərman həblərini x xxxx 2020-ci il tarixdə saat 8:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi yanındakı tuneldə mütəmadi olaraq dayanan, anket məlumatlarını dəqiq bilmədiyi, üzdən tanıdığı şəxsdən aldığını, həmin şəxsin 2-3 gündən bir orda durduğunu, onu yenidən görəcəyi təqdirdə tanıya biləcəyini, həmin şəxsin 30-35 yaşlı, arıq bədən quruluşlu, saçları qıvrım bir şəxs olduğunu bildirmişdir. Həmçinin Şahid5 Vaqiflə yoldaşlıq münasibətində olduğunu, bir-birinə narkotik vasitə əldə etməkdə köməklik etdiklərini, belə ki, onun imkanı olanda Vaqifə, Vaqifin imkanı olanda ona narkotik alıb verdiyini, ancaq Vaqifin heç vaxt ona nə narkotik maddə, nə də psixatrop vasitə satmadığını, həmiçinin x xxxx 2020-ci il tarixdə üzərindən aşkar olunan psixotrop vasitə olan metamfetamini və metodonu Vaqifin ona satmadığını, ilkin ifadəsində bu cür bildirməsinin səbəbi Vaqifin onu polislərə satmağından şübhələnməyilə bağlı olduğunu bildirmişdir. Belə ki, həmin günü üzərində psixotrop maddə olmasını ancaq Vaqifin bildiyini, bundan başqa Hökməli qəsəbəsinə getmələri barədə barədə heç kimə məlumat vermədiyini və ora Vaqifin istəyi ilə getdiyini, bu səbəbdən də Vaqifin onu polislərə satdığından şübhələndiyini, hətta Binəqədi RPİ-nin MSY-də üzləşəndə də hələ də Vaqifin rol oynadığını güman etdiyini, lakin sonradan Vaqifin Binəqədi rayon məhkəməsi tərəfindən həbs edildiyini eşitdiyi üçün ondan yalnış şübhələndiyini anladığını və ona qarşı verdiyi yalnış və qərəzli ifadəyə görə peşman olduğunu bildirmişdir (cild 2, iş vərəqə 51-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli 6/46 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 ədəd zərfdəki 2 ədəd kiçik ölçülü polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram, 9,752 qram, ümumu təmiz çəkisi 19,522 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Hər iki paketdəki maddələr kimyəvi komponent tərkiblərinə görə eynidir (Qeyd: Heroinin ümumi təmiz çəkisi 19,522 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 19,422 qram, cild 1, iş vərəqə 46-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 x xxxx 2020-ci il tarixli 1432 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 132-133). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixli AZF/LGL-11006/20 saylı “Azerfon” LLC-dən və xx xxxxxxx 2020-ci il tarixli 21575 saylı “Azercell MMC”-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon və sms danışıqlarının çıxarılmasına dair CD formatlı diskə baxış keçirilmiş və onun narkotik vasitənin bir neçə şəxsə satması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs nömrə sahiblərini tanımadığını, lakin onlara narkotik vasitəni satdığını etiraf etmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zaman telefon şirkətlərindən daxil olmuş 2 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 94; 112-118; 140; 151-156). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsinin xx xxxxxxx 2020-ci il tarixli 7349 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 89). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 22 (iyirmi iki) gün cəzadan şərti olaraq vaxından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 173-174; cild 2, iş vərəqə 128-131). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var (cild 1, iş vərəqə 175). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 19,422 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 3 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 19,422 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 3 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-503/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-503/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver