Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-506/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylıVəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti itə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə, xx xxxxxx 1971-ci ildə Laçın rayonunun Mığıdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Dəyhan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cumayev X3 İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmiş və həmin cinayətə görə xarici ölkədə məhkum olunmamışdır. Belə ki, o, Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 02 may 2011-ci il tarixdə "Astara” sərhədnəzarət buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gedərək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan, şəxsiyyəti istintaqa məlum olmayan “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə daxil olmuş, 2013-cü ilin fevral ayınadək həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə ilkin olaraq döyüş təlimlərində, daha sonra isə Pakistan İslam Respublikasının Əfqanıstanla sərhəd ərazisində dislokasiya olunmuş hərbi qulluqçulara qarşı döyüş əməliyyatlarında iştirak etmiş və həmin əməllərə görə xarici ölkədə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmiş və həmin cinayətə görə xarici ölkədə məhkum olunmamışdır. Belə ki, o, Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 06 may 2011-ci il tarixdə “Astara” sərhədnəzarət buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gedərək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan, şəxsiyyəti istintaqa məlum olmayan “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə daxil olmuş, 2012-ci ilin iyul ayınadək həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə ilkin olaraq döyüş təlimlərində, daha sonra isə Pakistan İslam Respublikasının Əfqanıstanla sərhəd ərazisində dislokasiya olunmuş hərbi qulluqçulara qarşı döyüş əməliyyatlarında iştirak etmiş və həmin əməllərə görə xarici ölkədə məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildən ibadətlə məşğuldur. 2011 -ci ilin təxminən aprel ayında qonşusu X17 ilə Şəki şəhərində yerləşən çayxanaların birində söhbətləri zamanı X27 Respublikası ərazisində islam torpaqları uğrunda “din qardaşlarının” qruplaşmalar şəklində “kafirlər”ə qarşı vuruşduqlarını bildirərək Pakistana gedərək orada döyüşlərdə iştirak edib “din qardaşlarına köməklik göstərməyini təklif etmiş, o da Ruslan Səmədovun həmin təklifinə razılığını verdikdən sonra bu məqsədlə Ruslan Səmədovla birlikdə 2011 -ci ilin may ayının 2-də avtobusla yaşadıqları Şəki şəhərindən çıxaraq İran İslam Respublikasına keçmək məqsədilə Astara sərhəd-nəzarət buraxılış məntəqəsinə yola düşmüşlər Təxminən saat 16 radələrində oraya çataraq rəsmi şəkildə İrana keçmiş, İrana keçdikdən sonra Ruslan Səmədov bir nəfərlə mobil telefon vasitəsilə əlaqə saxlamış və daha sonra onlar İranın adını xatırlamadığı şəhərində tanımadığı ünvana yollanmışlar. Orada onları əslən özbək milliyyətinə bənzər bir nəfər qarşılayıb bələdçilik edərək Ruslan Səmədova hansı istiqamətdə hərəkətdə olmalarını başa saldıqdan sonra onlar avtobus vasitəsilə İranın tanımadığı başqa bir şəhəri istiqamətində yola düşmüşlər. Həmin yerə çatdıqda orada onları başqa bir bələdçi qarşılamış və onları bir evə aparmışdır. Oraya getdikdə həmin evdə onlardan başqa Pakistan ərazisində gedən döyüşlərdə iştirak etmək məqsədilə oraya gələn tanımadığı təxminən daha dörd nəfər də olmuş və həmin şəxslərlə bilrikdə təxminən bir həftə həmin evdə qalmışlar. Daha sonra həmin şəxslərdən iksi ilə birlikdə o və Ruslan Səmədov pikap tipli avtomobillə Pakistan istiqamətində yola düşmüş, Pakistanla olan sərhəd ərazisinə çatdıqda orada avtomobili idarə edən bələdçinin köməkliyi ilə əvvəlcədən razılaşdırılmış qaydada onlar qeyri-qanuni şəkildə Pakistan ərazisinə keçmiş, təxminən dörd gün yol qət etdikdən sonra Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə çatmışlar. Oraya çatdıqdan sonra “Səlahəddin” ləqəbli əslən puştun milliyyətindən olan şəxsin başçılıq etdiyi camaatın üzvü olan “Mahmud” ləqəbli əslən azərbaycanlı bir nəfər onlara yaxınlaşmış, orada baş verən hadisələrlə bağlı ümumi söhbət etdikdən sonra onlara qalacaqları evləri göstərmişdir. Orada təxminən 4 gün qaldıqdan sonra “Mahmud” onlara Miranşah şəhərində yerləşən bazarın yerini göstərmiş və oradan özlərinə silah almağı tapşırdıqdan sonra o, qeyd edilən bazara gedərək “TT” tipli tapança, qobur, iki sandıqça və hər sandıqçada 7 güllə olmaqla, ümumilikdə 14 gülləni təxminən 200 ABŞ dollarına almışdır. Daha sonra “Mahmud” ləqəbli həmin şəxs vasitəsilə “Səlahəddin” ləqəbli əslən puştun milliyyətindən olan şəxsin rəhbərlik etdiyi camaata qoşulmuş və həmin dəstə tərkibində silahla davranış qaydaları və silahla atəş mövzularında təlimlərdə iştirak etməyə başlamışlar. Həmin dəstədə təlimlərdə iştirak etdiyi vaxt orada əslən azərbaycanlı olan “Abdurrahim” ləqəbli X8, “Abu Ömər” ləqəbli X11, “Nasir” ləqəbli Təqsirləndirilən şəxs2, “Həsən” ləqəbli X23, “Abdul Həlim” ləqəbli X19, Şahid1, X9 və əsl adlarını bilmədiyi “Mahmud”, “Ömər”, “Abu Səməd”, “Əli” və “Musaib” ləqəbli digər azərbaycanlılarla tanış olmuş, orada olduqları müddətdə Ruslan Səmədov özünə “Abdullah”, o isə “Həsən” ləqəblərini götürmüşlər. Təxminən 3-4 ay orada qeyd edilən təlimlərdə iştirak etdikdən sonra 2011-ci ilin təxminən avqust ayında o, döyüş əməliyyatlarında iştirak etməyə başlamış, döyüş əməliyyatlarında iştirak edən zaman onları "Kalaşnikov” markalı avtomat silahı ilə təmin etmişlər. Döyüş əməliyyatları Pakistanın Əfqanıstanla sərhəd ərazisində X5 Əfqanıstan ərazilərinə dislokasiya olunmuş hərbçilərinə qarşı həyata keçirilmiş, o gedən döyüşlərdə sinəsinin sağ tərəfindən qolunun alt hissəsindən güllə yarası alması nəticəsində ağciyərindən ciddi zədə almışdır. Daha sonra onu döyüş bölgəsindən çıxararaq bir otağa gətirmişlər və o, həmin otaqda həkim nəzarəti altında 4 ay müddətində qaldıqdan sonra oradan çıxmasına baxmayaraq bir il müddətində həmin ərazidə qalmağa, qruplaşma üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. Bir ilin tamamında, təxminən 2013-cü ilin fevral ayında isə o, Azərbaycana qayıtmaq qərarına gəlmiş və bu barədə digər “Seyfulia” ləqəbli əslən azərbaycanlı olan dəstə başçısından xahiş etmiş, “Seyfulia” da öz növbəsində orada türk milliyyətindən olan şəxslərlə danışaraq onu yola salmaq üçün bələdçi tapmış və həmin ayda o sərhədi keçmək istəyən daha bir tatar milliyyətindən olan şəxslə və bələdçi ilə birlikdə yola düşmüşdür. Həmin şəxslər onu Pakistanın İranla sərhədinə gətirərək orada düşürtmüş və sərhədi necə keçəcəkləri barədə təlimatlandırdıqdan sonra onlar sərhədi keçmək istəyərkən Pakistan hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılmışlar. Sərhədi qanunsuz keçmək istəyərkən saxlanıldığından yalnız həmin əmələ görə orada həbs olunmuş, Pakistanın Kivettə şəhərində 5 ay müddətində həbsdə qaldıqdan sonra isə Azərbaycanın Pakistandakı konsulu gələrək onu həbsdən azad etdirmiş və o, 2013-cü ilin avqust ayının əvvəllərində X6 Dubay şəhərinə, oradan da Azərbaycana deport olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X11 ilə iş fəaliyyətlərində tanış olmuş, söhbətləri zamanı Pakistan İslam Respublikası ərazisinə gedərək Pakistanın Əfqanıstanla sərhəd ərazisində X5 Əfqanıstan ərazilərinə dislokasiya olunmuş hərbçilərinə qarşı islam torpaqları uğrunda döyüşən din qardaşlarına kömək etmək qərarına gəlmişlər. Bu məqsədlə Şahid2lə birlikdə 06 may 2011-ci il tarixdə “Astara” sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikası sərhədini qanuni yolla keçmişlər. İran İslam Respublikasında olduqda onları bir nəfər tanımadıqları iranlı şəxs bələdçilik edərək öz evlərinə aparmış və bir neçə gün orada qaldıqdan sonra bələdçi onları İran İslam Respublikasının Pakistan İslam Respublikası ilə sərhəd ərazisinə gətirmiş və əvvəlcədən razılaşdırılmış qaydada qeyri-qanuni şəkildə Pakistan İslam Respublikasının ərazisinə keçirərək başqa bir tanımadıqları pakistanlı bələdçiyə təhvil vermiş, onlar da sonuncu vasitəsilə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə gəlmişlər. Oraya çatdıqdan sonra “Taliban” adlı qanunsuz birləşmənin tabeliyindəki əslən puştun milliyyətindən olan şəxsin başçılıq etdiyi dəstənin üzvlərindən biri onlara qalacaqları yeri göstərərək həmin ərazilər, baş verən hadisələr barədə söhbət etmişdir. Bir neçə gün orada qaldıqdan sonra həmin şəxs onlara Miranşah şəhərində yerləşən bazarın yerini göstərmiş və oradan özləri üçün silah almağı tapşırdıqdan sonra o, qeyd edilən bazara gedərək təxminən 850 ABŞ dollar müqabilində “Kalaşnikov” tipli avtomat, üç sandıqça və 1500 ədəd güllə almış və puştun milliyyətindən olan “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı birləşməyə qoşularaq digər üzvlərlə birlikdə silahla davranış qaydaları və silahla atəş mövzularında təlimlərdə iştirak etməyə başlamışdır. Orada olduqda əslən azərbaycanlı olan “Abdurrahim” dini ləqəbli X8 və “Həsən” dini ləqəbli Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, ona isə “Nasir” ləqəbi ilə müraciət edirmişər. Təxminən iki ay qeyd edilən təlimlərdə iştirak etdikdən sonra 2011-ci ilin iyul ayında Pakistan İslam Respublikasının Əfqanıstanla sərhəd ərazisində X5 Əfqanıstan ərazilərinə dislokasiya olunmuş hərbçilərinə qarşı həyata keçirilən döyüş əməliyyatlarında iştirak etməyə başlamış, qeyd edilən döyüşlərdə iki dəfə iştirak etdikdən sonra yenidən düşərgəyə qayıtmış, daha sonra Azərbaycan Respublikasına geri dönmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2012-ci ilin iyul ayında İran İslam Respublikası sərhədindən Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə kimi onlara bələdçilik etmiş şəxsə müraciət etmiş, sonuncu da onu Azərbaycan Respublikasına qayıtmağı üçün qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçirmək məqsədilə Pakistan İslam Respublikası ilə sərhəd əraziyə gətirmiş, o da qanunsuz yolla X24 Respublikasının ərazisinə keçərək 14 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası ilə sərhəd əraziyə gələrək qanuni şəkildə Azərbaycana qayıtmışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə verməkdən imtina edən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, şəriət qanunları ilə idarə olunan Pakistan İslam Respublikasında yaşamaq üçün 2011-ci ilin may ayında oraya gedərək Vəziristan vilayətinin Miranşah şəhərinə gəlmiş, təxminən beş ay orada yaşadıqdan sonra xəstəliyi ilə əlaqədar 2011-ci ilin sentyabr ayında İran İslam Respublikasının Məşhəd şəhərinə gələrək orada bir ay müalicə aldıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. O, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasına getməmişdən əvvəl tanımış, Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində yaşadığı beş ay müddətdə onları orada görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildən 2011-ci ilədək Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində yaşayaraq “Ceyşül-Mehdi” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, 2011ci ildən 2015-ci ilədək isə Türkiyə Respublikasında yaşamış, 2015-ci ildə Azərbaycan Respublikasına qayıtdığı zaman isə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən altı ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. “Həsən” dini ləqəbli Təqsirləndirilən şəxs1 və “Nasir” dini ləqəbli Təqsirləndirilən şəxs2 ilə 2011-ci ildə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində olarkən tamş olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şəhərdə fəaliyyət göstərən əsasən azərbaycanlılardan ibarət “Səlahəddin” dini ləqəbli puştun milliyətindən olan şəxsin başçılıq etdiyi digər qanunsuz silahlı birləşmənin tərkibində təlimlərdə və döyüşlərdə iştirak etmişlər. Cinayət işinin materiallarında olan 01 sentyabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Şahid1 ona təqdim olunmuş fotocədvəllərdə əks edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı- ayrılıqda tanımış və onların Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində əslən puştun milliyyətindən olan “Səlahəddin” dini ləqəbli şəxsin başçılıq etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan 01 sentyabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, şahid X8 ona təqdim olunmuş fotocədvəllərdə əks edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı- ayrılıqda tanımışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da onlara müvafiq olaraq 18 noyabr və 19 noyabr 2021 -ci il tarixlərdə təqdim edilmiş fotoşəkil üzrə tanınma protokollarına əlavə edilmiş fotocədvəllərdə əks olunmuş şəxslərdən X2 tanımış və onlarla birlikdə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan 02 noyabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, şahid X23 ona təqdim olunmuş fotocədvəllərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fotoşəkilləri olmasına baxmayaraq həmin cədvəllərdə əks edilmiş şəxslərdən heç birini tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da ona 19 noyabr 2021-ci ii tarixdə təqdim edilmiş fotoşəkil üzrə tanınma protokoluna əlavə edilmiş fotocədvəldə Saleh Adilovun fotoşəkli olmasına baxmayaraq həmin fotocədvəldə əks olunmuş şəxslərdən heç birini tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona 18 noyabr 2021-ci il tarixdə təqdim edilmiş fotoşəkil üzrə tanınma protokoluna əlavə edilmiş fotocədvəldə əks olunmuş şəxslərdən Saleh Adilovu tanımış və onunla birlikdə Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 05 noyabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Şahid2 ona təqdim olunmuş fotocədvəllərdə əks edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı- ayrılıqda tanımış və həmin tarixdə şahid qismində verdiyi ifadəsində onları X7 Vəziristan vilayətinin Miranşah şəhərində gördüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da onlara müvafiq olaraq 18 noyabr və 19 noyabr 2021-ci il tarixlərdə təqdim edilmiş fotoşəkil üzrə tanınma protokollarına əlavə edilmiş fotocədvəllərdə əks olunmuş şəxslərdən X10 tanımış və sonuncunu Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərində olduqları müddət ərzində gördüklərini bildirsələr də, onun hər hansı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib-etmədiyi barədə məlumatsız olduqlarını bildirmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının DTX Terrorçuluğa Qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 23 iyul 2021-ci il tarixli 5/2237 260721 saylı məktubdan görünür ki, tərəflərindən keçirilmiş tədbirlər nəticəsində diqqət dairələrinə Pakistanın «Şimali Vəziristan» əyalətində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları- ünvan 3 ünvanında qeydiyyatda İblan xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Laçın rayonunun Mığıdərə kəndində qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 düşmüşdür. Müəyyən edilmişdir ki, vəhhabi təriqətinə etiqad edən Təqsirləndirilən şəxs1 02.05.2011- ci il tarixdə, eyni təriqətin üzvü Təqsirləndirilən şəxs2 isə 06.05.2011-ci il tarixdə ölkəni İran İslam Respublikası istiqamətində tərk etmiş, qanunsuz silahlı birləşmələrin tərkibində İştirak etmək məqsədilə oradan qaçaq yolla Pakistana keçmişlər. Onlar Pakistanda “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı dəstəyə qoşularaq hərbi təlimlərdə və döyüş əməliyyatlarında iştirak etmişlər. Təqsirləndirilən şəxs2 14.07.2012-ci il tarixdə ölkə erazisinə geri qayıtmış, Təqsirləndirilən şəxs1 isə 04.08.2013-cü il tarixdə Azərbaycana deportasiya olunmuşdur. Təqsirləndirilən şəxs1 və Cahangirov X12- Pakistan ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirakları ilə bağlı digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DTX «Giriş-çıxış və qeydiyyat»İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 02 may 2011-ci il tarixdə Azərbaycan Respublikasını İran İslam Respublikası istiqamətində tərk etmiş və 06 avqust 2013-cü il tarixdə X4 Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DTX «Giriş-çıxış və qeydiyyat»İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2011-ci il tarixdə Azərbaycan Respublikasını İran İslam Respublikası istiqamətində tərk etmiş və 14 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 2107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində aniaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 2108 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin mayeriallarında olan “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsindən daxil olmuş 310/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 döş qəfəsinin sağ yarısında odlu silah qəlpə yaralanmasından sonrakı çapığı aşkar edilmiş, qeyd olunan xəsarətin xarakterini, döş boşluğu ilə əlaqəli drenaj boru yerinin olmasını nəzərə alaraq demək olar ki, həmin xəsarət mərmi partlaması zəminində qəlbənin təsirindən yarana bilərdi, törənmə müddəti müayinə olunanın göstərdiyi 2011 -ci il tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət şinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin 04 may 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. 18 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Mənsur Musayev və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Mənsur Musayev və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayət işinin materiallarına olan Pakistan İslam Respublikasının 20 avqust 1997-ci il tarixli Anti-terror aktının 11-ci maddəsinin F bəndinin 1-ci hissəsinə görə, şəxs qeyri-qanuni təşkilata aiddirsə və ya aid olduğunu bəyan edirsə, cinayətdə təqsirlidir. Həmin aktın 11-ci maddəsinin F bəndinin 2-ci hissəsinə görə, 1-ci hissədə göstərilən cinayət təqsirli bilinən şəxs altı aydan artıq olmayan müddətə cəza və ya cərimə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi sübutların olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-506/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-506/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver