Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçilər – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli 2 azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Koroğlu küçəsi ev 14, mənzil 6 da qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Nadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri 20 avqust 1981-ci ildə Lənkəran rayonu, Alxovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 15, mənzil 139 da yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Əsədova Salehə Əlösət qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,942 qram çəkidə psixotrop maddə metamfetamini Lənkəran şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Biləsuvar rayonunun əsas magistral yolunun 118-ci kilometrliyini bildirən yol nişanının altına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda 1010,957 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatlarını İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin göstərişinə əsasən Bakı şəhərinə daşıyaraq orada cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 çatdırmaqla birlikdə satışının həyata keçirilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitə heroindən 0,957 qram çəkidə ayırıb götürməklə bir ədəd bükümdə üzərində saxlamış, narkotik vasitə heroinin yerdə qalan hissəsini isə sarı rəngli sellofan torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri - 425 qram və 585 qram olmaqla ümumilikdə külli miqdarda 1010 qram çəkidə narkotik vasitə heroini iki ədəd polietilen torbalarda, 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatlarını isə bir ədəd polietilen torbada olmaqla Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının xx xxxxxx 2020-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20.00-da sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 15, 139 nömrəli mənzilin qarşısında saxlanılmışlar və orada keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib satış məqsədilə əldə edib əlində saxladığı sarı rəngli sellofan torbanın içərisindən iki ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 425 qram və 585 qram olmaqla ümumilikdə külli miqdarda – 1010 qram çəkidə toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd polietilen torbada 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüş, daha sonra Baş İdarədə həmin tarixdə saat 21.37-dən etibarən Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram olan toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,942 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 1 ildən çoxdur ki, tanıyır. Belə ki, Salehə Lənkərana getdikdə və ya Bakıya gəldikdə onun avtomobilindən taksi kimi istifadə etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 ona demişdir ki, İranda yaşayan «Rəhim» adlı tanışı vardır. Həmin şəxs İrandan Azərbaycana narkotik vasitə keçirir və onun burada satışı ilə məşğul olur. Əgər o, Salehə ilə işləsə, ona da yaxşı qazanc verə bilər. O, işinin nə olacağını soruşduqda Salehə bildirmişdir ki, özü Rəhimlə danışacaq, sonuncu nə vaxt Azərbaycana mal-narkotik vasitə keçirib onu gizlətdiyi yer barədə məlumat versə, Salehə də ona deyəcəkdir, əgər mümkün olarsa birlikdə, mümkün olmadıqda isə ayrılıqda həmin malı götürüb sonradan Rəhimin deyəcəyi adama verməklə pulu almalı və daha sonra hər biri öz gəlirini götürdükdən sonra Salehə yenidən Rəhimin pulunu dediyi adam vasitəsi ilə göndərməli imiş. Onun maddi imkanı aşağı olduğu üçün o, razılaşmışdır. Danışıqlarına əsasən əgər Rəhim malın göndərilməsi barədə məlumat verən zaman o, Bakı şəhərində olardısa bu zaman Salehə ilə birlikdə getməli imiş. Yox əgər Lənkəran şəhərində olardısa bu zaman özü malı götürüb Salehəyə verməli imiş. Belə ki, İranlı Rəhim adlı şəxs malı daha çox Biləsuvar və Masallı rayonunun ərazisində gizlədirmiş. O, Rəhimin malı kimin vasitəsi ilə və necə keçirdiyini bilmirmiş. Salehə ona dedikdən sonra onun nömrəsini Rəhimə vermişdir. Onlar bir-biri ilə lazım olduqda vatsap vasitəsi ilə danışırmışlar. O, Rəhimin telefon nömrəsini əzbər bilmədiyini, lakin telefonunda həmin nömrənin olduğunu qeyd etmişdir. Bu formada tutulduqları günə qədər 2-3 dəfə Salehə ilə birlikdə Biləsuvar və Masallı ərazisinə getmişdir. Salehə özü Rəhimlə danışmış və Rəhimin dediyi yerdən malı götürüb gətirmiş, daha sonra Rəhimin dediyi şəxslərə satmış və öz pulunu götürməklə onun da pulunu vermişdir. Yadında qaldığı qədəri ilə Salehə ona bir dəfə 400 manat, bir dəfə 100 manat, bir dəfə isə 200 manat pul vermişdir. Salehənin özünün nə qədər pul götürdüyünü bilməmişdir. Həmçinin Salehə özü sonradan Rəhimin dediyi başqa taksi sürücüləri vasitəsi ilə Rəhimə pul göndərmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Rəhim ona vatsap vasitəsi ilə zəng etmiş, lakin zəng çatmadığından Salehəyə vatsap vasitəsi ilə zəng edərək bildirmişdir ki, ona vatsap vasitəsi ilə zəng etmiş, lakin zəng çatmamış, xahiş etmişdir ki, Rəhimlə danışsın. X9 bildirmişdir ki, əmanət, yəni narkotik vasitə vardır, ona deyəcəkmiş ki, həmin “mal”-ı gedib götürsün. Salehə də ona zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra o, Rəhimlə vatsap vasitəsi ilə danışmışdır. Həmçinin Salehə ilə danışan zaman o, bildirmişdir ki, hazırda Lənkəran rayonunda yaşadığı evdədir, Rəhim ona demişdir ki, Biləsuvar rayonunda təxminən bir kiloqram heroin və 550 ədəd metadon olacaqdır, onları götürüb gətirib Salehəyə versin, Salehə isə Rəhimin deyəcəyi adama verməli imiş. O, malın neçəyə satılacağını bilmirmiş. Lakin Salehənin deməsinə görə həmin mala görə 12.500 manat pul verilməli imiş, həmin pulun 200 manatı onun olmalı imiş. Salehəyə nə qədər pul veriləcəyini bilmirmiş. Qalan pul isə Salehə tərəfindən Rəhimin deyəcəyi taksi vasitəsi ilə Rəhimə göndərilməli imiş. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Salehə ilə danışarkən artıq Rəhimin Biləsuvar rayonunda gizlətdiyi malı götürdüyünü və Salyan postunu keçdiyini bildirmişdir. Danışıqlarına əsasən o, birbaşa Salehənin yaşadığı evə gələrək malı özünə verməli imiş. Daha sonra mal satıldıqdan sonra isə onun pulu verilməli imiş. Təxminən saat 20 radələrində o, Salehəyə zəng etmiş ki, artıq yaşadığı evin qarşısındadır, yuxarı mənzilə qalxır. O, yuxarı qalxıb qapını döymüş və Salehə qapını açmışdır, o, əlində olan bir ədəd sarı sellofan torbanı Salehəyə vermişdir. Elə Salehə ilə hal-əhval tutan zaman liftin yanında mənzilin qarşısında onlara bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O və Salehə də özlərini təqdim etmişlər. Daha sonra polislər bildirmişlər ki, Salehənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməyi, saxlamağı, daşımağı və satmağı barədə məlumat daxil olmuşdur. Ona görə də Salehənin əlində olan sellofana baxış keçiriləcəkdir. Daha sonra Salehədən üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə olub-olmaması soruşulmuş və Salehə bildirmişdir ki, əlində olan sarı rəngli sellofan torbada narkotik vasitələr vardır, başqa heç bir yerdə narkotik vasitə yoxdur. Salehə, konkret olaraq bildirmişdir ki, sellofan torbada həm narkotik vasitə heroin, həm də metadon vardır. Polislərin suallarına cavab olaraq Salehə demişdir ki, həmin narkotik vasitəni Salehəyə İranlı tanışı Rəhim Ağazadə sonradan özünün deyəcəyi müştəriyə satmaq üçün onun vasitəsilə göndərmişdir. Məhz həmin narkotik vasitəni sonradan sataraq Salehə və o, pullarını götürdükdən sonra qalan pulu Rəhimin Salehəyə deyəcəyi şəxs vasitəsi ilə özünə göndərməli imiş. Salehənin təqdim etdiyi həmin sarı rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində üç ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış zamanı ikisinin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdu. Digər bükümdən isə 550 ədəd üzərində «FM 40» yazılmış metadon həbləri aşkar olunmuşdu. Daha sonra aşkar olunmuş hər üç büküm yenidən bir ədəd sarı rəngli sellofana qoyulub başqa bir sellofan torbada qablaşdırılmış və möhürlənmişdir. Qeyd etmiş ki, baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Daha sonra o, və Təqsirləndirilən şəxs2 polislərlə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. İdarədə onun və Salehənin hüquqlarının qorunması üçün vəkillər dəvət edilərək onlara təqdim edilmişlər. Onlar etiraz etməmişlər. Daha sonra hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Salehəyə təklif olunmuşdur ki, üzərində nə varsa təqdim etsin. Salehə də həmin vaxt əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı telefonu çıxarıb polislərə vermişdir. Bundan sonra o, əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd telefonu, maşın açarlarını, cins şalvarının sağ yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu, şalvarının sol yan cibindən pulu və əynində olan papağı təqdim edərək başqa üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra polislər tərəfindən onun üzərinə baxıldıqda əlavə olaraq iki ədəd əzilmiş salfetka aşkar olunmuşdur. O, bildirmiş ki, üzərindən aşkar olunmuş avtomobil açarı özünə məxsus avtomobilin açarıdır, telefon özünündür, pulun məbləği 33 manatdır və özünə məxsusdur. Kent markalı siqaret qutusunun içərisində isə iki ədəd sellofan bükümdə maddə vardır. Baxış zamanı məlum olmuşdur ki, həmin bükümlərdən birində narkotik vasitə heroinə, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddələr vardır. Hər iki büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra o, bildirmiş ki, həmin bükümlərdə olan maddələri özü istifadə etmək məqsədi ilə üstündə saxlamış, satış məqsədi olmamışdır. Qeyd etmiş ki, o, təxminən 2-3 il bundan əvvəl heroin istifadə etmiş, təxminən 1 il olar ki, isə el arasında «şüşə» kimi tanınan metamfetamindən falqada yandırmaqla tüstüsünü çəkməklə istifadə edir. Üzərindən aşkar olunmuş metamfetamini Lənkəran şəhərində tanımadığl şəxsdən özü istifadə etmək üçün təxminən 1 qram çəkidə 100 manat almışdır. Heroini isə İranlı «Rəhim» adlı şəxsin göndərdiyi torbanın içərisindən təxminən 1 qram özü istifadə etmək üçün götürmüşdür. Daha sonra avtomobilinə baxış keçiriləcəyi üçün açar və əlavə olaraq telefonu polislər tərəfindən götürülmüşdür. Qalan digər əşyalar isə özünə qaytarılmışdır. Onun və Salehənin üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Sonda baş verənlərlə bağlı protokol tərtib olunmuş və ucadan oxunaraq doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilsə də qanunsuz heç nə aşkar olunmamışdır, sonda protokol tərtib olunmuş və doğruluğu imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2 ildən çoxdur ki, tanıyır. Salehə Lənkərana getdikdə və ya Bakıya gəldikdə onun avtomobilindən taksi kimi istifadə edirmiş. Təxminən 2019-cu ilin sentyabr ayında Salehə ona demişdir ki, İranda yaşayan «Rəhim» adlı tanışı ona sumka göndərəcək. Gedib həmin sumkanı Biləsuvardan götürmək lazımdır. O da razılaşmışdır. Sumkanın içində nə olduğunu bilməmiş və maraqlanmamışdır. Salehə ona dedikdən sonra onun nömrəsini Rəhimə vermişdir. Onlar bir-birləri ilə lazım olduqda vatsap vasitəsi ilə danışmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Rəhim ona vatsapla zəng edib, lakin zəng çatmadığından Salehəyə vatsap vasitəsi ilə zəng edərək bildirib ki, ona zəng etsin. O da Rəhimə zəng etmişdir. Rəhim demişdir ki, Salehəyə çatacaq sumka var Biləsuvar rayonuna gəlib onu götürüb aparıb Salehəyə vermək lazımdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Biləsuvar rayonunda 2 nəfərin gətirdiyi 2 sumkanı alıb şəhərə yola düşmüşdür. O, sumkanı Salehənin evinə aparmışdır. Təxminən saat 20 radələrində Salehəyə zəng eləmişdir ki, artıq yaşadığı evin qarşısındadır yuxarı mənzilə qalxır. O, yuxarı qalxıb qapını döymüş və Salehə qapını açmışdır. O, 2 sarı sellofan torbanı Salehəyə vermiş, bu vaxt polislər gəlmişlər. İkisinidə də evə salmışlar. Əl-qolunu bağlayıb yan otağa keçirmişlərvə döymüşlər. Polislər ona bildirmişlər ki, Salehənin narkotik satmağı, onun isə ona narkotik daşımağı barədə onlarda məlumat var. O, bildirmişdir ki, heç bir narkotikdən xəbəri yoxdur. Onlar ona qulaq asmamış, onu yerə yıxıb təpikləməyə başlamışlar. Saplehəni başqa otağı salmışlar. Ondan xəbərim olmayıb. Salehənin qızını gətirib o olan otağa salmılar. Ona da hədə qorxu gəlməyə başlamışlar. Sonra ikisini də bloka çıxarıb videoçəkiliş aparmağa başlamışlar. Sonra onlar idarəyə apararaq, Kent markalı siqaret qutusunun içərisinə iki ədəd sellofan bükümdə heroin qoymuşlar. Həmin bükümlər onun olmayıb. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, ilk dəfə 2018-ci ilin noyabr ayında İran İslam Respublikasına gəzmək və bazarlıq etmək üçün getmişdir. Orada olarkən o, Rəhim Ağazadə adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və orada olduğu müddətdə Rəhimin yaşadığı İran Biləsuvarı adlanan ərazidə yerləşən evində qalmışdır. Bundan sonra o, mütəmadi olaraq İrana gedib-gəlmişdir. Belə ki, bəzən həkimə görə, bəzən evə bazarlıq etmək üçün, bəzən isə sadəcə gəzmək üçün İrana getmiş və İranda olarkən Rəhimin yaşadığı evdə qalmışdır. Rəhimin telefon nömrəsini əzbər bilməsə də telefon nömrəsinin onun telefonunda olduğunu bildirmişdir. Rəhimin evli, 2 oğlu və bir qızı olduğunu qeyd etmişdir. Rəhimin deməsinə görə uzun müddətdir ki, İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərməklə satışını həyata keçirir və bu yolla pul qazanır. Qeyd etmiş ki, təxminən 5-6 ay olar ki, o, Rəhim Ağazadənin vasitəsi ilə sonucunun dediyi yerlərdən narkotik vasitə və psixotrop maddə götürüb dediyi adama verməklə pul qazanmışdır. Belə ki, ilk dəfə təxminən 5-6 ay bundan əvvəl o, İranda olarkən Rəhim onun nə işlədiyini soruşmuş və o, Rəhimə əvvəllər müəllimə işlədiyini dedikdə Rəhim də ibtidai sinif müəllimi olduğunu, sonradan isə öz istəyi ilə işdən çıxdığını bildirmişdir. Daha sonra isə dolanmaq üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Hətta ona təklif etmişdir ki, əgər razı olarsa Rəhimin göndərdiyi narkotik vasitə və ya psixotrop maddəni dediyi yerdən götürüb yaşadığı evə gətirsin və sonradan Rəhimin dediyi adama aparıb verməklə pulunu alsın, daha sonra həmin puldan ona çatası pulu götürüb qalan pulu isə yenidən dediyi adama versin. O, əvvəlcə razı olmamış, sadəcə ərindən boşandığı və faktiki olaraq işsiz olduğunu, həmçinin yaşadığı evin kirayə olaraq, kirayə pulu 250 manat olduğunu, qızının təhsil haqqı isə 1700 manat olduğunu, yəni, maddi imkanı çox aşağı olduğu üçün, pula ehtiyacı var imiş. O, bunun təhlükəli olduğunu desə də Rəhim ona bildirmişdi ki, vatsapla danışarsa hər hansı problem olmayacaqdır. Ona görə də sonradan Rəhimin təklifi ilə razılaşmışdır. O, Rəhimlə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş vatsapla danışırmış. O, Rəhimin təklifi ilə razı olsa da, bildirmişdir ki, Ruslan adlı tanışı vardır, arada taksi fəaliyyəti ilə məşğul olur, həmin şəxsin köməkliyindən istifadə etməklə Rəhimin özünün dediyi formada işləyə bilər. Rəhim etiraz etməmişdir. Qeyd etmiş ki, o, Təqsirləndirilən şəxs1 təxminən 2-3 il olar ki, tanıyır. Belə ki, Ruslan taksi fəaliyyəti ilə məşğul olur və tünd göy rəngli furqon mersedes idarə edir, o, özü Lənkərana getdikdə və ya Bakı şəhərinə qayıtdıqda Ruslanla gedib-gəlmişdir. Aralarında çox yaxın münasibətlər olmuşdur. Ona görə də o, Rəhimlə olan danışığı barədə Ruslana məlumat vermişdir. Razılaşmaları belə olmuşdur ki, Rəhim narkotik vasitə və ya psixotrop maddə göndərəcəyi və harada gizlədəcəyi barədə ona məlumat verəcək, o da bu barədə Ruslana məlumat verməli imiş, Ruslan da göndərilmiş narkotik vasitəni və ya psixotrop maddəni götürüb başqa yerdə Bakı şəhərində gizlətməli, daha sonra Rəhimin özünün tapdığı müştəri malı götürüb pulunu malı götürdüyü yerə qoymalı, Ruslan isə pulu götürüb ona gətirməli imiş. Daha sonra o, Ruslanın xidmət haqqını verməli imiş, həmçinin öz pulunu götürməli və pulun onda olması barədə Rəhimə məlumat verməli imiş. Daha sonra Rəhim ona özü onun tanımadığı taksi sürücülərinin mobil telefon nömrəsini verməli, o da həmin nömrəyə zəng edib pulu həmin sürücüyə verməli imiş. Həmin sürücü də Rəhimə aparıb verməli imiş. Bununla da bir əməliyyat başa çatmış hesab ediləcəkmişdir. Nəticədə bu formada bir neçə dəfə İranlı Rəhim narkotik vasitə və ya psixotrop maddə göndərmiş, Ruslan və o, öz üzərilərinə düşən hərəkətləri etməklə hərə öz pulunu götürüb və qalan pulu o, Rəhimə göndərmişdir. Qeyd etmiş ki, o, Ruslanın mobil telefon nömrəsini Rəhimə vermişdir. Ruslanın mobil telefon nömrəsini əzbər bilmədiyini, lakin telefonunda olduğunu qeyd etmişdir. Rəhim özü lazım olduqda Ruslanla və ya onunla danışaraq malın göndərilməsi barədə məlumat vermişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Rəhim ona vatsap vasitəsi ilə zəng edərək bildirmiş ki, Ruslana vatsap vasitəsi ilə zəng edir, lakin zəng çatmır, ondan xahiş etmiş ki, Ruslanla danışsın və Ruslana desin ki, Rəhimə zəng etsin. Həmçinin Rəhim ona bildirmiş ki, əmanət, yəni narkotik vasitə vardır, Ruslana deyəcək ki, həmin “mal”-ı gedib götürsün. O da Ruslanın istifadəsində olan nömrəyə zəng etmiş, bu barədə məlumat vermiş, demiş ki, Rəhim zəng etmiş, lakin Ruslana zəng çatmamış, Rəhimin deməsinə görə əmanət, yəni narkotik vasitə və ya psixotrop maddə vardır, götürmək lazımdır, ona görə də Rəhimə zəng etsin. Bundan sonra Ruslanla Rəhim vatsap vasitəsi ilə danışmışdır. Ruslan ona demişdir ki, özü hazırda Lənkəran rayonunda yaşadığı evdədir, Rəhim ona demişdir ki, Biləsuvar rayonunda təxminən bir kiloqram heroin və 550 ədəd metadon olacaqdır, onları götürüb gətirib ona verməli imiş, o, isə Rəhimin deyəcəyi adama verməli imiş. Rəhimin sonradan ona deməsinə görə ümumilikdə həmin mala görə 12.500 manat pul verilməli imiş, həmin pulun 200 manatı Ruslana çatmalı imiş, 700 manat onun olmalı imiş, qalan pul isə onun tərəfindən Rəhimin deyəcəyi taksi vasitəsi ilə Rəhimə göndərilməli imiş. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Ruslanla danışarkən Ruslan artıq Rəhimin Biləsuvar rayonunda gizlətdiyi malı götürdüyünü və Salyan postunu keçdiyini bildirmişdir. Danışıqlarına əsasən Ruslan birbaşa onun yaşadığı evə gələrək malı ona verməli imiş. Daha sonra mal satıldıqdan sonra isə Ruslanın pulu verilməli imiş. Təxminən saat 20 radələrində Ruslan ona zəng etmiş ki, artıq onun yaşadığı evin qarşısındadır, yuxarı mənzilə qalxır, o da etiraz etməmişdir. Ruslan yuxarı qalxıb qapını döymüş və o, qapını açmışdır, Ruslan əlində olan bir ədəd sarı sellofan torbanı ona vermişdir. Elə Ruslanla haləhval tutan zaman liftin yanında mənzilin qarşısında onlara bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O və Ruslan da özlərini təqdim etmişlər. Daha sonra polislər bildirmişlər ki, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Ona görə də onun əlində olan sellofana baxış keçiriləcəkdir. Daha sonra ondan üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə olub-olmaması soruşulmuş və o, bildirmiş ki, əlində olan sarı rəngli sellofan torbada narkotik vasitələr vardır, başqa heç bir yerdə narkotik vasitə yoxdur. O, konkret olaraq bildirmiş ki, sellofan torbada həm narkotik vasitə heroin, həm də metadon vardır. O, polislərin suallarına cavab olaraq demiş ki, həmin narkotik vasitəni ona İranlı tanışı Rəhim Ağazadə sonradan özünün deyəcəyi müştəriyə satmaq üçün ona ortaq tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə göndərmişdir. Məhz həmin narkotik vasitəni sonradan sataraq o və Ruslan pullarını götürdükdən sonra qalan pulu Rəhimin ona deyəcəyi şəxs vasitəsi ilə Rəhimə göndərməli imiş. Onun təqdim etdiyi həmin sarı rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində üç ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış zamanı ikisinin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Digər bükümdən isə 550 ədəd üzərində «FM 40» yazılmış metadon həbləri aşkar olunmuşdu. Qeyd etmişdir ki, İranlı Rəhimin deməsinə görə narkotik vasitə heroinin çəkisi 1 kiloqram olmalı imiş. Daha sonra aşkar olunmuş hər üç büküm yenidən bir ədəd sarı rəngli sellofana qoyulub başqa bir sellofan torbada qablaşdırılmış və möhürlənmişdir. Qeyd etmişdir ki, baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Daha sonra o və Təqsirləndirilən şəxs1 polislərlə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. İdarədə onun və Ruslanın hüquqlarının qorunması üçün vəkillər dəvət edilərək onlara təqdim edilmişlər. Onlar etiraz etməmişlər. Daha sonra hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində nə varsa təqdim etsin. O da həmin vaxt əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd «Samsung» markalı telefonu çıxarıb polislərə vermilşdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd telefonu, maşın açarlarını, cins şalvarının sağ yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu, şalvarının sol yan cibindən pulu və əynində olan papağı təqdim edərək başqa üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra polislər tərəfindən Ruslanın üzərinə baxıldıqda əlavə olaraq iki ədəd əzilmiş salfetka aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində aşkar olunmuş avtomobil açarı özünə məxsus avtomobilin açarıdır, telefon özünündür, pulunun məbləği 33 manatdır və özünə məxsusdur. Kent markalı siqaret qutusunun içərisində isə iki ədəd sellofan bükümdə maddə var ikmiş. Ruslan həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin bükümlərdən birində narkotik vasitə heroinə, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddələr vardır. Hər iki büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 həmin bükümlərdə olan maddələri özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra Ruslanın avtomobilinə baxış keçiriləcəyi üçün açar və əlavə olaraq telefonu polislər tərəfindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmaqla sonda baş verənlərlə bağlı protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 Əlövsət qızı özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ilk dəfə 2018-ci ilin noyabr ayında İran İslam Respublikasına gəzmək və bazarlıq etmək üçün getmişdir. Orada olarkən İranlı Rəhim adlı şəxslə tanış olmuş, orada olduğu müddətdə Rəhimin yaşadığı İran İslam Respublikasını Biləsuvar şəhərində olan evində qalmış, sonra, mütəmadi olaraq İrana gedib-gəlmişdir. O, əvəllər baxçada müəllimə işləyirmiş. Həyat yoldaşından boşandıqdan sonra faktiki olaraq işsiz olmuş həmçinin yaşadığım evin kirayə pulu 250 manat, qızının təhsil haqqı isə 1700 manat olduğu üçün, yəni, maddi imkanı çox aşağı olduğu üçün, pula ehtiyacı olduğundan ailəsini dolandırmaq üçün İrana gedib mal gətirib, Rəhim adlı şəxslə alverlə məşğul olmuşdur. Rəhimin nömrəsi onun mobil telefonunda qeyd olunmuşdur. Rəhim ona İrandan bir sumka satdıq mal göndərəcəkmiş, sonradan zəng edərək “bir sumka da satdıq mal var Rüfət adlı bir adama çatacaq, qoy hələlik səndə qalsın, gəlib götürəcəklər.” - demişdir. Rüfətin nömrəsini də ona göndərmişdir. Rüfətin telefon nömrəsi onun telefonunda olsa da polislər nömrəni onu telefonundan silmişlər. Rəhim onunla danışarkən ikinci sumkanın içərisində nə mal olduğunu deməmişdir. O da soruşmamış, fikirləşmişdir ki, yəqin orda da onun sumkasındakı kimi məişət malları var. Taksi şoferi olan 2-3 ildən bəri tanıdığı və xidmətlərindən istifadə etdiyi Ruslana demişdir ki, gedib Biləsuvardan sumkaları götürüb gəlsin. xx xxxxxx 2020-ci il tarixdə Ruslan Biləsuvar rayonuna getmiş, Rəhimin göndərdiyi sumkaları götürüb, Bakıya gətirmişdir. Təxminən saat 19-20 radələrində Ruslan ona zəng etmişdir ki, artıq onların evinin qabağına çatıb. O, həyətə düşmüş Ruslandan sumkaları alanda polislər onları saxlamışlar. Polislərlə birlikdə evə qalxmışlar. Polislər evə baxış keçirtmiş, amma çəkiliş olmamışdır. Sonra onu, Ruslanı və uşaqlarını bölməyə aparmışlar. Oğlunu 1 gecə bölmədə saxlamışlar. O da məcbur olub onların dediklərini boynuna götürmüş, yazdıqları ifadələrə imza atmışdır. Polislər ona qarşı zor tətbiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərdə özlərini təqsirli bilməmələrinə dair məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olduğundan həmin tarixdə tərəfindən Baş İdarənin rəhbərliyinə məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra həmin qərarın icra edilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış və o, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və təhqiqatçı Mahir Gülməmmədli əməliyyat qrupuna daxil edilmişlər. Daha sonra həmin tarixdə qərarın icrası ilə bağlı Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin qarşısına getdilmişdir. Nəticədə həmin tarixdə saat 20.00-da Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15, 139 saylı mənzilin qarşısında sonradan adlarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu məlum olan iki nəfər tərəflərindən saxlanılmışdır. Daha sonra özlərini təqdim edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla adları çəkilən şəxsləri tanış etmişlər. Həmin şəxslər də özlərini təqdim etmişlər. Daha sonra təhqiqatçı Mahir Gülməmmədli tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1aya üzərilərində narkotik vasitə, eləcə də qanunsuz başqa bir əşya varsa təqdim etməsi xahiş olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd sarı rəngli sellofan torbanı göstərərək, həmin sellofan torbada narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin sarı rəngli sellofan torbada konkret hansı növ narkotik vasitə soruşulduqda Salehə həmin sellofan torbada heroin və metadon olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Rəhim Ağazadə adlı şəxsin ona zəng edərək götürməsini bildirdiyini, buna görə də Təqsirləndirilən şəxs1 nömrəsini həmin şəxsə verdiyini, Təqsirləndirilən şəxs1lə danışdıqdan sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni gətirdiyini, əldə edəcəyi narkotik vasitəni satacağını və həmin satışdan Təqsirləndirilən şəxs1lə birlikdə gəlir əldə edəcəyini bildirmişdir. Daha sonra həmin sellofan torba açılmış və içərisindən üç ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlərdən birincisində “F/M40” yazısı olan metadona bənzər maddə, digər iki sellofan bükülüdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin üç ədəd sellofan bükülüdə olan narkotik vasitəyə bənzər maddələr bir ədəd sarı rəngli sellofan torbaya qoyulmuşdur, daha sonra isə başqa bir sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həmin qablaşdırmanın üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 gətirib Təqsirləndirilən şəxs2 verdiyi sellofan torbanın içərisində olan maddələrin narkotik vasitə olduğunu bildiyini və satış məqsədi ilə gətirib Təqsirləndirilən şəxs2 vediyini bildirmişdir. Bundan sonra hər iki şəxs tərəflərindən Baş İdarəyə gətirilmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı Mahir Gülməmmədli tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və onların hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçilər dəvət edilmişdir. Daha sonra həmin tarixdə müdafiəçilərin və onların iştirakı ilə Mahir Gülməmmədli tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan ağ rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxararaq stolun üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, maşın açarlarını, əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd Kent markalı siqareti, şalvarının sol yan cibindən 33 manat pulu və əlində olan papağı təqdim edərək üzərində başqa heçnə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı boz rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd əzilmiş salfetka aşkar edilsə də onların içərisində heç nə olmamışdır. Təqsirləndirilən şəxs1 Kent markalı siqaret qutusunu açıb içərisindəki iki ədəd sellofan bükümdəki maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu bildirmişdir. Hər bir bükümə baxış keçirildikdə bükümlərin birində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Hər iki büküm tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzərinə hamısı imza çəkmişlər. Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitələri özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus avtomaşında baxış keçirləcəyi üçün avtomaşının açarı və sübut əhəmiyyəti kəsb edə biləcək mobil telefon götürülmüşdür. Siqaret, pul, salfetkalar və papaq əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Bundan sonra əlavə olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mersedes E-Class markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Hər 3 halda videoçəkiliş aparılmışdır. Həm Təqsirləndirilən şəxs2 əlində olan bağlamaya baxış keçirilməsi, həm hər iki şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, həm də avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilərək doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə əlavə Şahid qismində dindirilmiş Bəşirova Aydan Fuad qız ifadəsində göstərmişdir ki, Ruslan taksi kimi fəaliyyət göstərdiyi üçün anası Təqsirləndirilən şəxs2 onun xidmətlərindən Lənkarandan onlara sovqat gələndə və ya harasa getmək lazım olanda istifadə edirmiş. Onlara Lənkərandan tez tez sovqat gəlirmiş. Bundan başqa anası tez tez İrana gedib ordan ərzaq və məişət əşyaları gətirib Bakıda satıb alver edirmiş. X11 adlı tanışı ilə ailəvi dostluq edirmişlər. Onun arvadını uşaqlarını da tanıyırlar, dəfələrlə votsap vasitəsi ilə o Rəhmin uşaqları ilə də danışmışdır. Onlarla çox yaxın bir ailə kimi olmuşlar. Anası həbs olunan günü o, dərsdən evə gəldiyi, qapını döydüyü zaman ona tanımadığı adamlar qapını açmışlar. Anasının tanışı Ruslan onlarda imiş, evdə çoxlu sayda mülki geyimdə şəxslər olduğunu görmüş sonradan onların polis olduğunu bilmişdir. Polislər onların evində narkotik olduğunu deyerek içəri keçən kimi onu arxa otağa salmışlar. Sonra ora Ruslanı gətirmişlər. Anasını isə başqa otağa salmışlar. Həmin otaqda da çoxlu polislər olmuşdur. Ruslanı onun gözünün qabağında əllərini qandallayıb yerə uzatmış və döyməyə başlamışlar. Ruslanın başından qarnından və müxtəlif yerlərindən çoxsayda təpiklər vurmuşlar. Polislər onu sorğu suala tutmuşlar, o da heç nədən xəbəri olmadığını demişdir. Onlar nə baş verməsi barədə heç nə deməmiş, ona heç nə izah da etməmişlər. Otaqda 5 nəfər polis olmuşdur. Onlar kirayəşini də təhqir etmiş, sonra anası ilə mətbəxə keçib ondan çay, meyvə istəmişlər. Anası onlara çay və meyvə vermiş. Polislər anasından tələb etmişlər ki, anası votsap vasitəsi ilə Rəhimə zəng vurub polislərin onları azad buraxmalarına görə 100000 dollar pul tələb etsin. Anası da məcbur olub İranlı Rəhimə zəng vurmuşdur. Rəhim telefonda əsasən polislərlə danışmış, polislər ondan 100000 dollar pul tələb edəndə İranlı demişdir ki, onda o qədər pul yoxdur, yalnız 50.000 manat göndərə bilər. Polislər anasına demişlər ki, “30.000 manat biz sənin qızını buraxırıq.” Sonra anası ilə Ruslanı bloka çıxarıb çəkiliş aparmağa başlamışlar. Sonra da onları maşınlara mindirib polis bölməsinə aparmış, orda onu 1 gün saxlamışlar. İş materiallarındakı raportdan görünür ki, törədilmiş və hazırlanan cinayət haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün 2018-ci il iyunun 7-də raportla rəhbərliyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Mübarizə İdarəsininin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq əlində olan sellofan torbaya keçirilmiş baxış nəticəsində torbanı içərisindən iki ədəd polietile torbada ayrı-ayrılıqda təmiz çəkiləri 425 qr və 585 qr ümuimi təmiz çəkisi 1010 qr təşkil edən narkotik vasitə heroin və bir ədəd polietilen torbada 550 ədəd üzəridə “F/M40” yazısı həkk olunmuş təsir edici maddə metadonun ümumi tərkibi 22 qr təşkil edən dərman preparatı olan həblər aşkar edilərək götürülmüşdür. İş materiallarındakı şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən içərisində bir ədəd bükümdə, təmiz çəkisi 0,957 qr kimyəvi tərkibinə görə Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbada aşkar edilmiş heroinlə eynilik təşkil edən narkotik vasitə-heroin və bir ədəd bükümdə, təmiz çəkisi 0,942 qr psixotrop maddəmetamfetamin olan “Kent” markalı siqaret qutusunu təqdim etmişdir. Protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 Nadir oğlu və Əsədova Salehə Əlösət qızı tərəfindən imzalanmışdır. İş materialalrına əsasən Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçı polis baş leytenantı Mahir Gülməmmədli tərəfindən aparılmış Təqsirləndirilən şəxs2 barəsində baxış keçirilməsi haqqında və ayrıca keçirilmiş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürülmə aparılması haqqında protokollar tərtib edilərkən videokamera ilə çəkilişlər aparılmış və həmin videoçəkilişlər disklərə əlavə olunmuşdur. Qeyd olunan disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1956 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 əlində olan sarı rəngli sellofan torbada 3 ədəd sellofan bükümdə...” yazısı ola polietilen bağlamadakı, 2 (iki) ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 425 qr və 585 qr, ümumi təmiz çəkisi 1010 qr (1 kq 10 qr) qəhvəyi rəgli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və 1 (bir) ədəd polietilen torbadakı, 550 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 550 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 22 qr təşkil edir (bir həbdə 0, 04 qr metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,957 qr qəhvəyi rəgli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,942 qr ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd bükümdə olan heroinlər və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1(bir) ədəd bükümdə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin qalıq çəkisi 1009,8 qram, metadon tərkibli dərman preparatlarının qalıq sayı isə 545 ədəd olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin qalıq çəkisi 0,857 qram, metamfetaminin qalıq çəkisi isə 0,842 qram olmuşdur. İş materiallarındakı Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 xx.xx.2020-ci il tarixli 887 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 ildir ki, arabir, düşəndə narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, təxminən bir ildir ki, arabir, düşəndə psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, əvvəllər arabir, düşəndə narkotik vasitə olan olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan tiryəkdən daxilə qəbul etmə yolu ilə istifadə edib. Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarındakı Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 xx.xx.2020-ci il tarixli 1324 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarındakı Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd qırmızı rəngli «Samsung» markalı və Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd gümüşü rəngli Samsung markalı mobil telefon aparatlarına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 mobil telefonunun «Kontaktı» qovluğunda +**********64 saylı İran İslam Respublikasına məxsus nömrə üzərində «Rəhim Ağazade» adı qeyd olunmuşdur. Həmçinin həmin mobil telefon aparatında +**********56 saylı nömrə üzərində «Ruslan», +**********56 saylı nömrə üzərində «Ruslan şofer» adı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 mobil telefonunun Kontaktlar qovluğunda +**********64 saylı nömrə üzərində «Rehim Saleh», +**********92 saylı nömrə üzərində isə «Saleh» adı qeyd olunmuşdur. Bundan başqa, mobil telefon aparatının watshap ani mesajlaşma mübadilə sisteminə baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs1 istifadəsində olmuş nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş nömrə arasında yazılı və səsli yazışma olduğu məlum olmuşdur. Həmin yazışmalara baxış keçirilən zaman cinayət hadisəsi törədilən tarixdə, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən saat 17.41-də Alp, saat 18.33-də Rusu, Hardasan və Salamat gəl yazılı smslərin göndərildiyi, Təqsirləndirilən şəxs1 tərəfindən isə saat 18.33-də 6 saniyə müddətində «Qardağ postunu, köhnə postu keçirəm, Qaradağın köhnə postu var e, indi işləmir, Sahil qəsəbəsindəyəm» məzmunlu və saat 18.34-də isə «məni görüntülü yığ bir dəqiqə» məzmunlu səsli sms göndərildiyi məlum olmuşdur. Bu səbəbdən həmin mobil telefon aparatları maddi sübut kimi tanınmış və məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarındakı Cinayət işinin istintaq materiallarına əlavə edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 5949 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi onun öz adına qeydiyyatına alınmışdır. Həmin mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında telefon danışığı və sms yazışması olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında mütəmadi olaraq telefon danışıqları olmuşdur. O cümlədən konkret olaraq xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında saat 12.22-də 169 saniyə, 14.53-də 28 saniyə, 15.41-də 231 saniyə, 15.48-də 80 saniyə və 19.10-da 20 saniyə müddətində telefon danışığı olmuşdur. Bu səbəbdən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 aşkar olunub götürülmüş iki ədəd polietilen torbada qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin, bir ədəd polietilen torbada qalıq sayı 545 ədəd olan metadon tərkibli dərman preparatları, eləcə də Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd bükümdə qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə qalıq çəkisi 0,842 qram olan psixotrop maddə metamfetamin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarındakı xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özünə məxsus olan C00519063 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək 11 dəfə ölkə ərazisini tərk edərək İran İslam Respublikasının ərazisinə keçmiş, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə saat 04:34-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X7 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 17:50də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 özünə məxsus olan P3658856 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2012-ci il tarixdən hazırki vaxtadək bir neçə dəfə xarici ölkələrə keçmiş, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə saat 07:02-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən Gürcüstan Respulikasına keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2016-cı il tarixdə saat 18:04-də həmin sənəddən istifadə etməklə Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslərdirlər. İş materiallarındakı cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarındakı təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Respublikasının CM-nin 234.1 və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarındakı Bakı şəhəri Nəimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tatixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı cinayət işi üzrə maddi sübut kimi tanınmış tədqiqatdan sonra qalıq çəkisi qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin, qalıq sayı 545 ədəd olan metadon tərkibli dərman preparatları, qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,842 qram olan psixotrop maddə metamfetamin və iki ədəd “Samsung” markalı mobil telefon məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarındakı sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1.-ci və 234.4.3-cü, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1-ci və 234.4.2, 234.4.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələrində, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs1 əməllərini isə həmin Məcəllənin 206.3.2, 234.4.1-ci və 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslərin ittiham edildikləri cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar, törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin hər ikisi ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə bundan əlavə Azərbaycan Respublikasının CM-nin 93.1-ci və 93.1.2-ci maddələrinin tələblərinə görə hesab edir ki, Təqsirləndirilən şəxs1 müalicə edilmək ücün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan üzərində tədqiqatdan sonra qalıq çəkisi qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin, qalıq sayı 545 ədəd olan metadon tərkibli dərman preparatları, qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,842 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və təqsirləndirilən şəxslərə məxsus iki ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilə şəxslərin ailə üzvlərinə geri qaytarılmalı və 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqalarının dəyəri 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 35 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 210 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 158.2.1.-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin cəzaçəkməsini əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08( səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 08( səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqalarının dəyəri 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirən X3 işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 210 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan üzərində tədqiqatdan sonra qalıq çəkisi qalıq çəkisi 1009,8 qram olan narkotik vasitə heroin, qalıq sayı 545 ədəd olan metadon tərkibli dərman preparatları, qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,842 qram olan psixotrop maddə metamfetamin məhv edilsin Təqsirləndirilən şəxslərə məxsus iki ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxslərin ailə üzvlərinə geri qaytarılsın. 02 ədəd DVD disk və 01 ədəd CD disklər isə cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-520/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver