Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-528/2020 19.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, Özəl Tikililərdə kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 23:55 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 K ünvanın qarşısında ictimai yerdə bir qrup şəxslə mübahisə edib dalaşmaq istədiyini görüb sonuncuya tanımadığı şəxslərlə mübahisə etməməyi və hadisə yerindən getməsini tövsiyyə etdikdə, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bir dəfə kürək nahiyəsindən, iki dəfə sinə nahiyəsindən qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində yerləşən və daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti, döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı xətt üzrə İX qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının kürək xətti üzrə Vİİİ qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, sağ saidin deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi 3 xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli qəsdən sağlamlığa ağır zərər vurduqdan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud surətdə pozub özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək onu saxlamaq istəyən Zərərçəkmiş şəxs2 «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona sağ budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 23:30 radələrində o, yaxın münasibətdə olduğu Əfsanə və dostu Cavidlə birlikdə “Dəli kür” kafesinə getmişlər. Kafedə o, dostu Şahid4 zəng etmiş, bir neçə dəqiqə sonra Bəxtiyar da sevglisi Zəminə ilə birlikdə kafeyə gəldilər. Kafedə olan zaman onların stolun arxasında əyləşən 7-8 nəfər kişilər onların masada xanımlar olduqlarından söz atıb arxasınca masaya noxud atdılar. O, həmin şəxslərin hərəkətlərindən əsəbiləşib, kafedən çıxmaq istəmişdir. O, əl-üzünü yuyub qayıdandan sonra həmin şəxslərin masasında əyləşənlərdən birini həyətə çağırıb həyətdə ona hörmətsizlik edib masalarına noxud atmalarını demişdir. Həmin vaxtı kafenin həyətində dayanmış Bəhruz və Cavid də onlara yaxınlaşdılar. Bəhruzla Cavid ona və onunla söhbət edən şəxsə çıxıb getməsini dedi. Həmin şəxs gedəndən sonra Cavid yerində qaldı və o, Bəhruzla mübahisə edəndə Bəhruz Cavidi vurdu. O, onları aralamış, lakin Bəhruz onu da vurdu. O,da Bəhruza cavab olaraq onu vurmuşdur. Bundan sonra Bəxtiyar küçəyə çıxdı. O da ona Əfsanəni və Zəminəni götürüb getməsini tapşırmışdır. Bəxtiyar Əfsanə ilə Zəminəni götürüb getdi. Bundan sonra o, Bəhruza onların masasında olan xanımlara hörmətsizlik etdiklərini demişdir. Bəhruz da onu nalayiq ifadələrlə təhqir etdi. Onlar arasında yenidən mübahisə başlamışdır. Bu vaxt 7-8 nəfər onlara tərəf yaxınlaşıb onları araladılar. Həmin tanımadığı şəxslər onu yanacaqdoldurma mətəqəsinin yanına çağırdılar. O, həmin yerə getməzdən əvvəl kafedə olan pivə boçkasının yanından mətbəx bıçağını götürüb əlində saxlamışdır ki, dalaşanda özünü müdafiə etsin. Onların yanına gedəndə onun üstünə 7-8 nəfər düşdüklərindən o, ancaq özünü müdafiə etmək üçün bıçağı yelləyən zaman bıçaq Bəhruzun döş qəfəsinə dəydi. O, Bəhruzu vurmaq istəməmiş, ancaq özünü müdafiə etmək üçün bıçağı yelləmişdir. O, Bəhruzu bıçaqla vurandan sonra onun üstünə tökülüşüb onu vurdular. O, bıçağı yelləyən zaman bıçağın Fərxriyə dəyməsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisədən sonra onu bıçaqla vuran şəxs kimi tanıyır. xx xxxxxx 2018-ci il tarixdə saat 23:30 radələrində 3-cü mikrorayon dairəsində yerləşən “Dəli-kür” kafesinin qabağında dayananda kafenin içərisindən təqribən 10-15 nəfər bayıra çıxdılar. Həmin şəxslər 3-cü mikrorayon dairəsinin yaxınlığında olan yanacaq doldurma məntəqəsinin içərsində bir-biriləri ilə mübahisə edib hay-küy salırdılar. O, həmin şəxslərə yaxınlaşıb demişdir ki, “səs-küy salmayın hər tərəfdə kameralar var, polis gələcək, hamınız qaçıb gedəcəksiz”. O, bu sözləri dedikdən sonra mübahisə edən şəxslərdən biri ona “ağıllı ol, sənlik deyil” dedi. O, əlinin arxası ilə onun sifətindən vuraraq “Dağılışın çıxın gedin buradan” demişdir. Həmin şəxslər bir-biriləri ilə dalaşmağa başladılar. O, gözləmədiyi halda dava edən şəxslərin arasına düşmüş, hiss etmişdir ki, onun kürəyinin sağ tərəfindən bir neçə dəfə zərbələr dəyir. Həmin yerdən yavaş-yavaş uzaqlaşıb “Balakən” kafesinin qabağına gəlmiş, bədəninin qan içində olduğunu gördükdə bıçaqla vurulduğunu bilmişdir. Tez yaxınlıqda yaşayan qardaşına zəng edib 3-cü mikrorayon dairəsində olduğunu, bıçaqla vurulduğunu təcili gəlməyini demişdir. Bir qədər sonra qardaşı gəlib onu xəstəxanaya apardı. O, heç kimlə mübahisə etməyib nə Maxsudu, nə də ki, Maxsudun yanında olan şəxsi vurmayıb. Maxsudun onu niyə vurduğunu idi də anlaya bilmir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Aralarında ədavətləri və münasibətləri yoxdur. xx xxxxxx 2018-ci il tarixdə saat 23-30 radələrində o, “Dəli-Kür” kafesinə gəlib Taleh adlı tanışı ilə kafedə əyləşmişlər. Talehlə kafeyə gəldikdə iki nəfər qız kafenin zalında oynayırdılar. Onlar təzəcə oturan kimi digər stolda oturan iki nəfər oğlanlardan birinin Talehə baxaraq nə isə dediyini görmüşdür. Bu zaman kafenin içərisində musiqi səsi olduğu üçün Taleh həmin şəxsin nə dediyini başa düşmədi. Taleh əl hərəkəti ilə həmin stolda oturmuş şəxslərə nə dediklərini soruşmaq istədi, bundan sonra Taleh stoldan durub həmin şəxslərin oturduqları stola tərəf yaxınlaşarkən həmin stolda oturan oğlanlardan biri ayağa duraraq əlini Talehin çiyninə qoyub onu kafenin zalından bayıra doğru çıxartmağa çalışdı. Taleh də həmin şəxslə birlikdə kafedən bayıra çıxdı. Onların arxası ilə digər əyləşən oğlan da getdi. O da onların arxası ilə bayıra çıxmış, həmin vaxtı kafedə digər stollarda əyləşmiş şəxslər də onların arxaları ilə bayıra çıxdılar. O, Talehin və digər şəxslərin yanacaq doldurma məntəqəsi tərəfə getdiklərini görmüşdür. Yanacaq doldurma məntəqəsinin yaxınlığında çox saylı şəxslərin yığışdığını görüb onlara tərəf yaxınlaşarkən dava düşdü. O, onlara yaxınlaşıb Talehi ayırmaq istəyərkən eşitmişdir ki, tanımadığı şəxslərdən biri Bəhruz adında şəxsi bıçaqlayıblar. Bu zaman dava edən şəxslər oradan qaçıb getdilər. O, isə yenidən kafeyə doğru gəldikdə “Balakən” kafesinin qarşısında bir nəfərin ağzı aşağı uzandığını, kürəyin arxasının qan içində olduğunu görmüşdür. Həmin şəxs “Dəli-Kür” kafesindən tanıdığı Bəhruz adlı şəxs idi. O, Bəhruzun kim tərəfindən vurulduğunu görməmiş, o, Talehi ayırmaq üçün onlara tərəf yaxınlışdıqda artıq Bəhruzun bıçaqla vurulmasını eşitmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs üç ildir ki, tanıyır, onunla birlikdə yaşayırlar. xx xxxxxx 2018-ci il tarixdə saat 23:30 radələrində Maxsud, o, Zəminə və Bəxtiyar adlı şəxslə birlikdə “Dəli kür” kafesinə getmişlər. Kafedə onlar bir qədər yeyib-içdikdən sonra qarşılarında əyləşən stoldan onların əyləşdikləri stola noxud atdılar, həmin masada təxminən 7-8 nəfər cavan oğlanlar var idi. Stolda əyləşən kişilər də onların stoluna baxırdılar. Onlar buna görə də masadan qalxmaq qərarına gəlmişlər. O, Bəxtiyar, Zəminə, Cavid kafedən çıxmışlar, onlar kafedən çıxandan sonra Maxsud kafedə qaldı ki, hesabı verib çıxsın. Onlar kafedən çıxandan sonra Maxsuddan başqa hamısı taksiyə əyləşmişlər. Maxsudu gözləsələr də Maxsud gəlmədi. Bundan sonra onlar evlərinə getmişlər. O, evə gəldikdən sonra Maxsudun yanına getmək üçün «Dəli Kür» kafesinə qayıtmaq istəmiş, evdən çıxandan sonra Bəxtiyar ona zəng edib dedi ki, Maxsud evdədir, evə gəl. Bundan sonra o, evə qayıtmış, evə gedəndə görmüşdür ki, Maxsud qanın içindədir. Maxsudun sağ ayağının bud hissəsində kəsilmiş iz var idi. Bundan başqa Maxsudun başının sağ və sol tərəfi partlamışdı. Maxsud ona dedi ki, onu onların masaya noxud atan kişilər döyüblər. O, Maxsudun döyülməsini görməmişidir. Maxsudun baş və sağ ayağında xəsarət izləri var idi. Hadisədən sonra Maxsud bir neçə gün evdə qaldı. Maxsudun kiməsə bıçaqla xəsarət yetirməsini görməmiş, xəsarət alan şəxsləri tanımır. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs iki ildir ki tanıyır. Maxsudla dostluq münasibəti var. Maxsud xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında ona Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Dəli kür” kafesinə gəlməsini dedi. O, həmin kafeyə tanışı Zəminə ilə birlikdə getmişdir. Kafeyə gələndə Maxsud, Əfsanə, Cavid də kafedə əyləşmişdilər. Onlar bir yerdə bir-iki bakal pivə içən zaman qarşılarında əyləşən stoldan onların əyləşdikləri stola kişilər noxud atdılar. Masada təxminən 7-8 nəfər cavan oğlan əyləşmişdi. Onlar, xanımlara söz atdılar. Bundan sonra onlar masadan qalxaraq kafedən çıxdılar. Maxsud kafedə qaldı ki, hesabı verib çıxsın. Onlar kafedən çıxandan sonra Maxsudla Caviddən başqa hamısı taksiyə əyləşdilər. Maşında Maxsudu gözləsələr də Maxsud gəlmədi. Zəminəni evə yola salandan sonra Maxsuddan xəbər almaq üçün Əfsanənin evinin həyətində olan zaman Maxsud gəldi. Maxsudun ayağında yüngül xəsarət var idi. Maxsuddan nə baş verməsini soruşanda Maxsud kafedə dalaşdığını dedi, lakin kiminlə dalaşdığını demədi. Şahid5 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs iki ildir ki tanıyır. Maxsudla heç bir münasibəti və ədavəti yoxdur. Maxsud xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında onun tanışı Bəxtiyarı “Dəli kür” kafesinə dəvət etdi. Bəxtiyar da onunla birlikdə həmin kafeyə getmişdir. O, Bəxtiyarla kafeyə gedəndə Maxsud, Əfsanə, Cavid kafedə əyləşmişdilər. Bir yerdə bir-iki bakal pivə içən zaman qarşılarındakı stoldan onların əyləşdikləri stola noxud atdılar. Həmin masada təxminən 7-8 nəfər cavan oğlan var idi. Oğlanlar onlara söz atdılar. Buna görə də o və Əfsanə kafedən çıxmağı təklif etmişlər. Onlar masadan qalxaraq kafedən çıxmışlar. Maxsud hesabı vermək üşün kafedə qaldı. Onlar kafedən çıxandan sonra Maxsudla Caviddən başqa hamısı taksiyə əyləşmişlər. Maxsudu gözləsələr də Maxsud gəlmədi. Onlar da evlərinə getmişlər. O, Maxsudun dalaşmasını, döyülməsini və kiməsə bıçaqla xəsarət yetirməsini görməmişdir. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu Neftçilər prospektində yerləşən “Ras” Plazada ofsiant işləyir. xx xxxxxx 2018-ci il tarixdə saat 23-30 radələrində o, “Dəli-Kür” kafesinə gəldikdə qapının ağzında əvvəlcədən Nahid kimi tanıdığı şəxsi görmüş, onunla salamlaşıb birlikdə kafeyə daxil olub orada olan stolların birində əyləşmişlər, o, Nahidi “Dəli-Kür” kafesinə gedib gəldikdə orada tanımış və Nahidlə birlikdə kafenin içərisində stolların birində əyləşmişlər. O özünə pivə sifariş vermişdir. Nahid isə özü ilə alıb gətirdiyi sipirtli içki olan çaxırı içmək üçün stəkan və meyvə sifariş verdi. Onlar Nahidlə kafeyə gəldikdə iki nəfər qızın kafenin zalında oynadıqlarını görmüşlər. O, Nahidlə stola oturmazdan əvvəl digər stolda oturmuş şəxslərə başı ilə salam vermiş, onlar təzəcə oturmuşlar ki, onun sifariş verdiyi pivəni ofisiant gətirib stola qoyub stoldan ayrılan zaman onun başı ilə salam verdiyi stolda oturmuş iki nəfər oğlanlardan biri ona baxaraq nə isə demiş, bu zaman kafenin içərisində musiqi səsi olduğu üçün o, həmin şəxsin nə dediyini anlamamış, buna görə də o, ilk olaraq əl hərəkəti ilə həmin stolda oturmuş şəxslərə nə dediklərini soruşmaq istəmiş, bundan sonra həmin stolda oturmuş şəxslərdən biri ayağa duraraq ona tərəf gəldikdə, o da stoldan durub həmin şəxslərin oturduqları stola tərəf yaxınlaşarkən həmin stolda oturmuş əynində ağ köynək geymiş şəxs ona tərəf gəlib əlini onun çiyninə qoyub onu kafenin zalından bayıra doğru çıxaq dedi. Onlan kafedən bayıra çıxdıqda onu bayıra çıxardan şəxs ona nəyə görə baxdığını və əlilə ona nə demək istədiyini ondan soruşaraq ona irad bildirmiş, o isə həmin şəxsə kafeyə girərkən başı ilə onlara salam verdiyini soruşmuşdur. Yavaş-yavaş onlar söhbət edərək “Həmid” petrol yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər, orada olarkən onların ətrafında tanımadığı şəxslər və onlarla birlikdə kafedən çıxan şəxslər onların ətrafına yığışmışlar. Bu zaman tanımadığı hündürboy kök oğlan onunla söhbət edən şəxsə nə məsələ olduğunu bildirib sual vermiş, onunla söhbət edən şəxs isə həmin şəxsə “sənlik deyil işinlə məşğul ol” ifadəsini işlətdi. Bundan sonra onlar bir-biriləri ilə mübahisə etməyə başladılar. O da orada olan tanımadığı şəxslər ayırmağa çalısa da onlar sakitləşmədilər mübahisə edərək onların yanlarından ayrılaraq qaranlıq olan yerə getdikdə o, artıq mübahisənin böyüdüyünü görüb oradan çıxıb evinə getmişdir. O, kafedə digər stolda əyləşmiş şəxslə bayırda mübahisə edərkən ona yaxınlaşıb nə məsələ olduğunu deyən şəxsi tanımır, onu ilk dəfə orada görmüşdür. Orada olan şəxslərdən o, yalnız onunla eyni stolda oturmuş şəxsi tanıyır onun adı Nahiddir. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şamaxı rayonunda xəstə atası X5 ilə birlikdə yaşayır, hazırda da heç bir yerdə işləmir. 2018-ci ilin may ayının əvvəllərindən xx xxxxxx 2018-ci il tarixə qədər olan müddət ərzində Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10 K ünvanında yerləşən «Balakən» kafesində ofisant işləmiş, həmin kafeni Lalə adlı qadın icarəyə götürüb işlətmiş və o da Lalənin yanında işləmişdir. O, Lalə ilə birlikdə Nəsimi rayonu Papanin adlanan ərazidə kirayə yaşamış, mahiyyəti üzrə bildirmişdir ki, 2017-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs1 tanıyr. xx xxxxxx 2018-ci il tarixdə saat təqribən 23:00 radələrində Lalə kafeni bağlayıb birlikdə kafedən çıxıb yaxınlıqda yerləşən “Dəli Kür” kafesinə getmişlər, kafeyə girərkən o, Bəhruzu “Dəli Kür” kafesinin qabağında görüb onunla salamlaşıb Lalə ilə birlikdə içəri daxil olmuş, Bəhruz isə kafenin qarşısında qalmış, o, Lalə ilə birlikdə kafenin həyətində olan stolların birində əyləşib çay içmiş, bu zaman kafeyə 2 nəfər tanımadığı oğlan və 2 nəfər tanımadığı qız canlı müsiqi ilə qol-qola girib oynamışlar, bu zaman digər stolda oturmuş bir nəfər əynində qara köynək olan oğlan oturduğu stoldan oynayan qızlara söz atmış, bu vaxtı həmin qızlarla oynayan oğlanlardan biri həmin stolda oturmuş qızlara söz atan oğlanın əli ilə çiynindən vuraraq onu kafedən bayıra çıxartmış, bu zaman kafedə əyləşdiyi tanımadığı şəxslərdə kafedən bayıra onların arxasınca çıxmışlar. O da dərhal onların arxası ilə bayıra çıxdıqda onların benzin doldurma məntəqəsinin qabağında olduqlarını görüb onlara yaxınlaşmış, həmin vaxtı orada çoxlu sayda adamlar olmuş, o, həmin şəxslərə yaxınlaşdıqda Bəhruz həmin şəxslərin yanında olmuş, Bəhruz həmin şəxslərə “lazım deyil dava sözlə yoluna qoyun” ifadəsini onlara bildirmiş, bu vaxtı qızlarla oynayan tanımadığı şəxs Bəhruzun ünvanına nəlayiq ifadələr işlədərək “sən qarışma bizim söhbətə” dedikdə, Bəhruz ona “ağzıvın danışığı bil belə danışma mənimlə” ifadəsini işlətmiş, bu ifadədən sonra həmin qızlarla oynayan oğlan Bəhruza “nə zor eləyirəm, zor eləyirəm” ifadəsini işlətdikdə Bəhruz əlinin arxası ilə onun sifətindən itələyərək “ağıllı ol” demiş, bu zaman onların arasında dava düşmüş əl və ayaq zərbələri ilə bir-birilərini vurmağa başlamışlar, kənarda olan tanımadığı şəxslərdə dava qarışıq bir-birilərini vurmağa başlamışlar. Bu vaxtı həmin qızlarla oynayan oğlan qaçmağa başlamış, yolun bir tərəfindən digər tərəfinə qaçmış, bu vaxtı kimsə tutun onu qaçmasın dedikdə o, həmin şəxsin arxasınca qaçmış və ona çatdıqda başının arxasından yumruqla vurduqda o, yerə yıxılmış, həmin şəxs sonradan adını öyrəndiyi və münasibəti yarandığı X4 olmuşdur. O, özünü arxaya tərəf çevirib geri qayıtmaq istəyərkən sağ ayağından nəsə girdiyini hiss etmiş, əlini ayağına vurduqda qan olduğunu görüb yeriyə bilməmiş, bu vaxtı həmin oğlan, yəni Maksud Məhərrəmov yerdən qalxıb qaçıb getmiş, o, bir təhər işlədiyi “Balakın” kafesinin qarşısına gəldikdə Bəhruzun ağzı üstə yerdə uzandığını görmüş, Bəhruz yerdə onu bıçaqla vurdu, deyərək qışqırmış, həmin vaxtı Bəhruzu qardaşı ilə tanımadığı şəxs maşına qoyaraq KTM-ə gətirmişlər, xəstəxanada onun ayağına ilk tibbi yardım göstərib onu evə buraxmışlar, hadisədən sonra o, Maksudla barışmış, ondan heç bir şikayəti olmadığını nəzərə almağı bildirmişdir. Bəhruzu kimin vurduğunu görməmiş, sadəcə Bəhruz yerdə uzananda onu həmin qızlarla oynayan oğlanın bıçaqla vurduğunu bildirmiş, lakin o, sonradan öyrənmişdir ki, Bəhruzu Maxsud bıçaqla vurubdur. Onun ayağından kafedən çöldə qızlarla oynayan şəxs, yəni X2 ayağından bıçaqla vurmuş, lakin o, bıçağın əlamətlərini görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurub qaçan zamanda əlində bıçaq olmuş, o, Maxsudu zərərsizləşdirmək, digər şəxslərə xəsarət yetirməməsi üçün arxasından qaçaraq Təqsirləndirilən şəxs yaxınlaşanan zaman Təqsirləndirilən şəxs onun sağ ayağından bıçaqla xəsasət yetirmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və heç bir şikayəti olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli № 845 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində döş qəfəsinin yan səthinin, sağ kürək nahiyəsinin, sağ saidin deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Əvəvzağa oğlunun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində yerləşən və daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı üzrə İX qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, sağ saidin deşilmiş-kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2018-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aidirlər. Bu xəsarətlərdən döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində yerləşən və daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər deşilmiş-kəsilmiş yaralar isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət- sağ budun deşilmiş-kəsilmiş yarası deşici kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2018-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür və bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli № 665-MTKŞ/2018-ci il saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthində sağda üç ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthində sağda üç dəlib-keçən zədələr, onun bədənin döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində, döş qəfəsinin arxa səthinin sağ yarısınnın onurğayanı xətt üzrə İX qabırğa səviyyəsində, döş qəfəsinin sağ yarısının kürək xətti üzrə Vİİİ qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yaralar köynəkdə olan eyni xarakterli xəsarətlərlə nisbi olaraq uyğun gəlir. Sol saidin deşilmiş-kəsilmiş yarası köynəkdə öz əksini tapmamışdır. Köynəyin həmin nahiyəni örtməməsi ilə izah oluna bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 891/2018-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O(1). Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antegeni alındı. H antigeni O (1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə həmin qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 38 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə, Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədərkən onda psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliklərdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən hadisələri düzgün təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xəstə olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə, Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, hadisə zamanı öz hərəkərlərini ölçüb-biçmək, ona qarşı törədilənləri düzün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Emosional iradi sferasında və şəxsi keyfiyyətlərində qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, çılğınlıq aşkar olunur. Kobudluq, eqosentrizm, nümayişkarənəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs baş verənləri düzgün təsvir etmək, bu barədə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək iş üzrə maddi sübut kimi tanınıb zərfdə qablaşdırılıb möhürlənərək, saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 23:55 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 K ünvanın qarşısında ictimai yerdə bir qrup şəxslə mübahisə edib dalaşmaq istədiyini görüb sonuncuya tanımadığı şəxslərlə mübahisə etməməyi və hadisə yerindən getməsini tövsiyə etdikdə, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bir dəfə kürək nahiyəsindən, iki dəfə sinə nahiyəsindən qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində yerləşən və daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti, döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı xətt üzrə İX qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının kürək xətti üzrə Vİİİ qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, sağ saidin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi 3 xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli qəsdən sağlamlığa ağır zərər vurduqdan sonra hadisə yerindən qaçmaq istədikdə öz xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud surətdə pozub özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək onu saxlamaq istəyən Zərərçəkmiş şəxs2 «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona sağ budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin tərkib əlamələrinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddlərlə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ona 192 (yüz doxsan iki) manat ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynəyin istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmlş xx xxxx 2019-cu il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsini və onun barəsində qətimkan tədbiri qismində həbsin seçilməsini əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və ittiham elan etmək üçün tutulduğu və həbsdə saxlanıldığı xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər 1 (bir ) ay 19 ( iyirmi doqquz) günün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin onun həbs olunduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs onun barsində qətimkan tədbiri dəyişdirildikdən sonra hüquqa zidd əməl törətməməsini onun islah olunmağa meyilli olması kimi qiymtləndirib bu halı ona təyin ediləcək cəzanın həcminə təsir edən hall kimi nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir ) ay 29 (iyirmi doqquz) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 06 (altı) il 10 (on) ay 01 (bir) gün müəyyən edilsin. Ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qəti imkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım edilməsi ilə bağlı 192 (yüz doxsan iki) manat vəsait Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına, məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 18 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Ramella Allahverdiyeva Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-528/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-528/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver