Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X21 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 qızının, X12, X13 və X14, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X7 və X19, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi işləyən, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin rüsvayedici məlumatlarını yayacağı hədəsi ilə hədə qorxu gəlib xeyli miqdarda pul tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs iş yoldaşı Şahid4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs 1 ay müddətinə əlavə olaraq 300 manat qaytarmaq şərti ilə ilkin olaraq 3000 manat faizə pul verərək, 1 ay tamam olduqda həmin pulun 2800 manat hissəsini geri alıb qalan 500 manat pulu Zərərçəkmiş şəxs ödəyə bilmədiyinə görə başqa şəxsdən alıb verdiyini bildirib, 07 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs həmin pulun müqabilində 1 həftə müddətində ona 1480 manat ödəyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs həmin pulu ödəməkdən imtina etdikdə, sonuncuya məxsus yarı çılpaq şəkilləri istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs istifdəsində olan ***-***-**-** saylı mobil telefon nömərsinə göndərib nümayiş etdirməklə Zərərçəkmiş şəxs ilə eyni şəbəkədə danışıq zamanı rüsvayedici şəkilləri onun qohumlarına, iş yerinə və oxuduğu yerə göndərəcəyi ilə hədələyərək 13 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Maqnit” marketdə yerləşən “Emanat” ödəmə terminalı vasitəsi ilə Şahid4ma məxsus “Yello bank” tərəfindən verilmiş 5310 1810 5002 9141 saylı kart hesabına göndərilmiş 350 manat pulu, həmin gün həmin ünvanda yerləşən “Emanat” ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 100 manat pulu, 18 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Emanat” ödəmə terminalı vasitsə ilə Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 156 manat pulu, 03 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Bravo” marketdəki “Milli ön” ödəmə terminalı vasitəsi ilə Şahid4 verdiyi X16 adına olan “Kapital bank” kartına göndərilmiş 1000 manat pulu, 01 oktyabr 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Kapital Bank” 28 May filialından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 2000 və 1000 olmaqla ümumilikdə 3000 manat manat pulları, 05 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketdəki “Emanat” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 170 və 20 manat olmaqla ümumilikdə 190 manat pulu, 13 oktyabr 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Neptun” marketdəki “Milli ön” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 420 manat pulu, 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kapital bank” 3 saylı filialından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 1490 manat pulu, 24 oktyabr 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Neptun” marketdəki “Milli ön” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 5000 manat pulu, 13 noyabr 2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Spar” marketdəki “Milli ön” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 1975 manat pulu, 15 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Yello bank” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 2000, 2000 və 35 manat olmaqla ümumilikdə 4035 manat pulu, 27 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Oba” və “Al” marketlərdəki “Emanat” ödəmə terminaldan Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 400, 800 və 800 manat olmaqla ümumilikdə 2000 manat pulu, 09 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 28 Mail “Bravo” supermarketdəki “Milli ön” ödəmə terminalından X17 məxsus “Unibank” tərəfindən verilmiş 5243 7544 1049 4635 saylı kart hesabına göndərilmiş 302 manat pulu, 09 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 28 May “Bravo” supermarketdəki “Milli ön” ödəmə terminalından Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 1153 manat pulu, 15 dekabr 2021-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “Dostluq” marketdəki “Emanat” ödəmə terminaldan Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 400 manat, 800 manat və 800 manat olmaqla ümumilikdə 2000 manat pulu, 24 dekabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “Leobank”dan Şahid4nm ona göndərdiyi X17 məxsus “Unibank” tərəfindən verilmiş 5243 7544 1049 4635 saylı kart hesabına göndərilmiş 970 manat pulu, 25 dekabr 2021-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “Şuşa” marketdəki “Milli ön” ödəmə terminaldan Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 503 manat pulu, 04 yavnar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən “Araz” marketdəki “Milli ön” ödəmə terminaldan Şahid4 məxsus həmin kart hesabına göndərilmiş 4000 manat pulu, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Unibank” paypointdən Şahid4nm ona göndərdiyi X17 məxsus “Unibank” tərəfindən verilmiş 5243 7544 1049 4635 saylı kart hesabına göndərilmiş 3100 manat pulu və sonuncu dəfə 2022-ci ilin fevral ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Bank Respublika” ödəmə terminaldan Şahid4 məxsus həmin kart hesabına göndərdiyi 4000 manat pulu, ümumilikdə 35744 manat pulu hədə-qorxu ilə tələb edərək alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Bərdə şəhərində “Buta” aptekdə Tavatla birgə, o, nəzarətçi, Tavat isə optika bölməsində işləmişdir. Hadisə 2022-ci ilin ortalarına təsadüf etmişdir. Bir gün Tavat tanışı Xavərə 3000 manat pul lazım olduğunu demiş, o da rəfiqəsi Aygündən xahiş etmiş, Aygünün həyat yoldaşı Musa 3000 manatı gətirib Tavata vermişdir, Tavat isə bank kartı vasitəsilə Xavərə 3000 manatı köçürmüşdür. Bir-iki həftə sonra Xavər Tavata pulu qaytarmışdır. Bir neçə gündən sonra Xavərə yenidən pul lazım olmuş, bu dəfə isə 4000 manat istəmişdir. Pulun verilməsindən bir müddət keçməsinə baxmayaraq, Xavər pulu qaytarmamışdır. Bir gün iş yerinə Tavatın anası Səyyarə gəlmiş, o da Səyyarəyə Xavərin pulu alıb qaytarmadığını demişdir. Səyyarə Xavərə zəng edərək pulu qaytarmasını demişdir. Aygün ondan pulunun geri qaytarılmasını tələb etmişdir. O, Tavatgilə getmiş, orada Tavatın dayısı Həmzə olmuşdur. O, Həmzəyə bütün olanları danışmışdır. Bundan sonra Tavat evdəki əşyalarını satmaqla hissə-hissə pulu qaytarmışdır. Təxminən üç-dörd ay keçəndən sonra 30-u dekabrda Bərdə rayon Polis şöbəsindən zəng gəlmiş, Xavərin Aygün və ondan şikayətçi olduğu deyilmişdir. Polis şöbəsində onlara Xavərə 18000 manat ziyan vurulduğu və şikayətçi olduğu məlum olmuşdur. Polis əməkdaşları onları hədələyərək hər birindən 1500 manat olmaqla 3000 manat pul almışdır. Bu hadisədən üç-dörd ay sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən zəng gəlmiş, eyni epizod Xavərin onlardan şikayətçi olması ilə bağlı olmuşdur. O, Yasamal rayon Polis İdarəsinin müstəntiqi Elmar müəllimə artıq Bərdə rayon Polis şöbəsində olduqlarını, bu məsələ ilə bağlı dindirildiklərini bildirmişdir. Bu hadisədən üç-dörd ay keçdikdən sonra o, Bakı şəhəri Səbail rayon Polis İdarəsinə dəvət edilmiş, müstəntiq Vüqar Məcidov ona Zərərçəkmiş şəxs çılpaq şəkillərini yaymaqla şantaj edərək sonuncunu cəmiyyətdə, sosial şəbəkələrdə rüsvay etdiyini demişdir. Xavərin dediklərinə əsasən, o, bu prosesi işdə olarkən Tavatın telefonu vasitəsilə ona göndərilmiş şəkli öz telefonuna yönəldərək, oradan şantaj etmişdir. Polis idarəsinə Tavat da dəvət olunmuş, üzləşmə keçirilmişdir. Vüqar müəllim onun Xavərə göndərdiyi şəkilləri telefonunda göstərməsini tələb etdikdə, o, telefonu format olunduğu üçün heç bir şəkil olmadığını demişdir, bundan sonra onun telefonu ekspertizaya göndərilmişdir. Zərərçəkmiş şəxs o, 8800 manat, Aygün isə 2000 manat olmaqla 10800 manat ödəniş etmişdir. Bütün bu hadisələrdən sonra 23 noyabr 2023-cü il tarixində işlədiyi aptekə 4 nəfər polis əməkdaşları gəlmiş və ona zor tətbiq edərək bölməyə aparmışlar, səbəb olaraq Zərərçəkmiş şəxs prokurorluq binasının qarşısında özünü yandırmasını, səbəbkarın isə onun olduğunu söyləmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun aylıq qazancı 600 manat əmək haqqı, 200 manat çörək pulu və həyat yoldaşının əmək haqqısı 500 manat təşkil etmişdir. Xavərin göndərdiyi pullara heç bir aidiyyatı olmamışdır. Səbail polis İdarəsində Tavatla üzləşmə olmuşdur. Tavat hədələndiyini, əgər onun bu əməli törətdiyini deməsə, özünün təqsirləndiriləcəyini bildirmişdir. Bölmədə onu ailəsi ilə hədələmişlər, o da məcbur olaraq 8800 manat ödəniş etmişdir. Xavərə Tavat vasitəsilə əvvəl 3000 manat, sonra isə 4000 manat pul vermişdir. Tavat üzləşmə zamanı, Xavərdən yazışmaları göstərməsini tələb etmişdir. Xavər telefonunun format olunduğunu demişdir. Onun kartına Xavər tərəfindən 3000 manat ödənildikdən sonra Tavatın bank kartına yüklənmə mümkün olmadığı üçün kartına 150 manat pul köçürülmüşdür. Xavərin şantaj edilən şəkillərini görməmişdir. Səbail rayon Polis İdarəsində Xavərin alt paltarla göründüyü şəkilləri görmüşdür. Xavər həmin şəkilləri Tavatın telefonuna göndərmişdir. O, heç vaxt Tavatın kartından Xavərə pul yollamamışdır. Pulları Aygünün əri Tavatın işlədiyi aptekdə özünə vermişdir, Tavat da Xavərə yollamışdır. İlk dəfə Aygünün əri Tavata Xavərə yollamağı üçün 3000 manat pul yollamışdır. 3000 manatı verdikdən sonra Xavər 4000 manat da istəmişdir, onu da Aygünün əri Tavata aptekdə vermişdir. Faiz pulunu hər 1000 manatın üzərinə 100 manat əlavə edilərək qaytarılması şərtilə vermişdir. Xavər 4000 manatı aldıqdan sonra aylarla pulu geri qaytarmamışdır. Bu səbəbdən Aygün xanımla həyat yoldaşı işlədiyi aptekə gəlmiş, hətta orada Aygün ona Tavatın evinə gedərək pulu tələb edəcəklərini demişdir. Onlar Tavatın evinə getmiş, həmin vaxt bacısı da evdə olmuşdur. X47 pulu geri qaytarmadığını izah etmişlər. O, Tavata pulun ondan alınacağını bildirmişdir. Aygün xanım Tavatgilin maddi vəziyyətinin yaxşı olmadığını görüb pulu ondan tələb etmək fikrindən yayınmışdır, sonra da evdən çıxmışdır. 4000 manata görə 400 manat faiz pulunun ödənilməsi barədə Xavərlə razılaşmışdır. Xavərə 3000 manat, 4000 manat və 800 manat göndərmişdir. İkinci dəfə Xavərə 4000 manat yollayanda həmin pulu Tavatgil geri qaytarmışdır. Tavatla birlikdə Xavərə terminaldan pul vurmağa getməmişdir. Bu məsələni Tavatın anası Səyyarəyə açıb demədiyi halda, Bərdə rayonunda Xavərə faizə pul verməyən sələmçi qalmayacaqmış. Hətta bununla bağlı aptekdə Tavatla da sözsöhbətləri yaranmışdır. Tavata Xavəri tanımadığını, Tavatı tanıdığı üçün Aygündən xahiş etdiyini, pul tapıb verdiyini, ərinin bu məsələlərdən xəbəri olmadığını, onlara görə ailəsinə də söz-söhbət saldığını demişdir. Tavatın izahatında bildirdiyi məbləğlərdən onun xəbəri olmamışdır. O, bacısı Mələkdən 800 manat götürmüş, pulu Tavata verdiyi üçün o da Mələyə 800 manatı tam şəkildə geri qaytarmışdır. Xavərin dediyi 3000 manat, 5000 manat, 8000 manatla bağlı heç bir məlumatı olmamışdır. O, Xavərə 3000 manat, 5000 manat, 8000 manat məbləğlərində pullar verməli olduğuna dair mesajlar yollamamışdır. Bərdə rayon Polis şöbəsində olan zaman ona Xavəri açıq şəkilləri ilə hədələdiyinə dair məlumat verilməmişdir. Bərdə rayon Polis şöbəsində təhdidlə bağlı polis əməkdaşları tərəfindən ona heç nə deyilməmişdir. Xavərin şəkilləri ilə hədələndiyinə dair ilk dəfə Səbail rayon Polis İdarəsində Vüqar Məcidov tərəfindən ona məlumat verilmişdir. Vüqar Məcidov A4 vərəqdə ona şəkil göstərmişdir, həmin şəkildə baş hissə görünməmişdir. O da Vüqar müəllimə şəkildə baş hissə görünmədiyini, heç Xavər olmama ehtimalı olduğunu demişdir. Bu zaman Vüqar müəllim kompüterdə şəkli tam şəkildə açıb ona göstərmişdir. O, Vüqar müəllimə telefonunda belə şəkil olmadığını bildirmişdir, hətta telefonunu ekspertizaya da göndərə biləcəyini demişdir. Xavərin də telefonunun ekspertizaya göndərilməsini istəmişdir. Bu zaman Vüqar müəllim Xavərin telefonunun təmir olunduğunu, yaddaşının silindiyini demişdir. Onun telefonu ekspertizaya göndərilmişdir. Hələ də telefonu Səbail rayon Polis İdarəsində saxlanılır. Ekspert rəyində telefonunda rüsvayedici halların aşkar edilmədiyi, Zərərçəkmiş şəxs heç bir şəkil göndərilmədiyi qeyd olunmuşdur. Kompüterdə göstərilən şəkildə Xavər var imiş. Həmin şəklin yuxarı hissəsində onun nömrəsi yazılmışdır. Səma adlı şəxsi tanımamışdır. Rəhim Məmişov barəsində heç bir məlumatı olmamışdır. Rəhim Məmişovun bank kartının nömrəsinin Xavərə yollanılmasına dair heç bir məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid4 Zahid qızı 2015-ci illərdə onun tələbə yoldaşı olmuşdur. Onlar tək tələbə yoldaşı deyil, həm də çox yaxın dost olmuşlar. İndiyə qədər onların arasında heç bir problem olmamışdır. Kiçik inciklikləri olsa da, tez bir zamanda barışıb məsələni həll etmişlər. Tavat evlənəndən, o işə qəbul olandan sonra əlaqələri kəsilmişdir. Buna baxmayaraq, Tavatın anası Şahbazova Səyyarə ilə daim əlaqəsi olmuşdur. X5 2017-ci ildən bəri çox ağır şəkildə diabetdən əziyyət çəkmişdir. Tavat da onların ailəsində işləyən, ailəni saxlayan onun və atasının olduğunu bilmişdir. O, bu ərəfələrdə anasının müalicəsi ilə bağlı xeyli məbləğdə pul xərcləmişdir. Bununla yanaşı kredit borcu da olmuşdur. Əlində pul olmadığı üçün kreditin ödənişini bir müddət gecikdirmək məcburiyyətində qalmışdır. Bütün bunlara baxmayaraq, onun Tavata bu günə qədər həm maddi, həm də mənəvi dəstəyi olmuşdur. Tez-tez Tavata pul yollamışdır. Tavat ərindən boşandığı, övladları olduğu üçün dəstək olmaq istəmişdir. Həm ailəsinə, həm də qardaşının ailəsinə daim maddi şəkildə öz dəstəyini göstərmişdir. Elə həmin ərəfələrdə Tavat yenicə işə düzəlmiş, bir aptekin nəzdində optikada işləmişdir. Aptekin adını xatırlamır, amma oranın nəzarətçi müdiri Təqsirləndirilən şəxs imiş. Tavat ona tez-tez Sona haqqında danışmış, Sonanın yardımlar göstərməsindən, çox xeyirxah insan olmağından bəhs etmişdir. Bir gün Tavat ona zəng edərək aptekdə pul söhbəti ilə bağlı Sonayla aralarında mübahisə yarandığını demişdir. Tavat öz tanışı olan bir şəxsə Sonanın adından dərmanlar alıb vermiş, amma dərmanları verdiyi şəxs sonradan onların pulunu ödəməkdən imtina etmişdir. Sona da Tavatdan dərmanların pulunu tələb etmiş, amma onun bunu ödəməyə imkanı çatmamışdır. Ondan da elə bununla bağlı kömək istəmişdir. X57 pulu ödəmədiyi halda anasına zəng edəcəyi ilə hədələmişdir. Tavat ona ağlaya-ağlaya zəng edib borc istəyəndə o, məbləği soruşmuş, Tavat da 200 manat olduğunu demişdir. O, qısa bir müddətdə həmin məbləği hazır edib Tavata yollamışdır. Bu hadisənin üzərindən 7-8 ay keçəndən sonra, təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Tavat ona zəng edərək Sonanın danışmaq istədiyini demişdir. O, Tavatdan Sonanın onu haradan tanıdığını soruşmuşdur. Həmin ərəfələrdə onun vəziyyəti çox gərgin imiş, kredit borcu olmuşdur, anasının sağlamlığı ilə bağlı xeyli məbləğdə pul xərclədiyi üçün krediti bir az gecikdirmişdir. Tavatla da hər dəfə danışanda bununla bağlı söhbət etmişdir. Tavata və ya Sonaya ağız açıb pul istəməmişdir. Tavat ona hər şeyi ətraflı izah etməyə başlamış, Sona ona maddi dəstək göstərmək istədiyini demişdir. O, bütün bunlardan əvvəl Tavatdan Sonanın sələmə pul verdiyini, yoxsa borc pul verdiyini soruşmuşdur. O, sələmə pul verirsə, bunu indidən bilmək istədiyini demişdir. Çünki sonradan üzərinə əlavə pul ödəməyi öhdəlik kimi qoyacaqlarından qorxmuşdur. Tavat da ona heç bir problem yaranmayacağına dair söz vermişdir. Həmçinin Sona borc pulu ona maddi yardım göstərən Aygün xanımdan alıb verəcəyini, onun da pulu aldıqdan sonra Sonaya hörmət etməli olduğunu, çünki Sonanın ərinin xeyli borcu olduğunu, maddi vəziyyətlərinin yaxşı olmadığını demişdir. O, Sonayla danışmağa razılaşmışdır. Axşam saatlarında Sona, Tavat və o, vatsapdan görüntülü şəkildə danışmağa başlamışlar. Sona onu çox gülərüz, mehriban şəkildə qarşılamışdır. Heç bir problem hiss etməmişdir. Ona Tavata göstərdiyi maddi dəstəklərdən, Elnurla bağlı yaranan 200 manat söhbətindən danışmışdır. Telefonla söhbət edən zaman Sonadan üzərinə əlavə pul ödəməyi öhdəlik kimi qoyub-qoymayacağını da dəqiqləşdirmişdir. Sona da ona əlavə pul söhbəti olmayacağını, pulu aldıqdan sonra könlündən keçən məbləğdə ona hörmət etməyini, buna ehtiyacı olduğunu bildirmişdir. Razılaşdıqdan sonra Tavatla danışmışdır. Tavat ondan Sonaya nə qədər pul verəcəyini soruşmuşdur. O da Tavata halhazırda sadəcə 150 manat verə biləcəyini bildirmişdir. Sonaya 150 manatı yollayandan 2 saat sonra Tavat onun “Bank of Baku” kartına 3000 manat pul yollamışdır. O, bu 3000 manat borcu sadəcə 1 aylığına almışdır. 1 ay ərzində faizi ilə birlikdə ödəyib bağlamağı düşünmüş, amma işlər bir az yolunda getmədiyi üçün gecikmələr yaranmışdır. 1 ayın sonuna 4-5 gün qalanda Tavat ona zəng edərək pulla bağlı soruşmuş, o da pulun hələ tam hazır olmadığını, üstünü də hazır edib o şəkildə yollamaq istədiyini bildirmiş, 2800 manat pulu hazır etdiyini, sadəcə olaraq borcdan 200 manat və Sonaya verəcəyi şirinlik payından 300 manat çatışmadığını, onu da 4-5 günə tamamlayacağını demişdir. Tavat onunla olan zəngi sonlandırıb Sonaya zəng etmişdir. Bütün bunları danışandan sonra Sona telefonda hay-küy salaraq borcu tez bir zamanda ödəməli olduğunu, əks halda, digər yollara əl atacağını bildirmişdir. Tavat bunları ona deyəndə o, 5 günə pulları hazır edəcəyini demişdir. O da Tavata 2800 manat pulu əvvəlcədən verməyi təklif etmişdir. Tavat universitetə sənəd verməklə bağlı Bakıya gəlməli olmuşdur. Tavat gələndə 2800 manatı Sonaya aparması üçün ona təhvil verməyi düşünmüşdür. Tavat pulu götürməmişdir, Sonanın yolladığı səsli mesajlara qulaq asdırmışdır. Tavat ona 2800 manatı Sonaya verdiyi halda pulun davamını istəyəcəyini demişdir. Sonanın həyat yoldaşının ağdamlı olduğunu, onların çox təhlükəli insanlar olduğunu bildirmişdir. Ayın 30u Tavatdan ona kartının nömrəsini yollamağını istəmişdir. Tavat da ona 3 günə yenidən Bakıya gələcəyini deyərək pulu onda verməsini bildirmişdir. O, söhbətin çox uzandığını görərək karta 1200 manat pul atmışdır, 6 manat da əlavə yollamışdır. Tavat da ona pulun davamını deyəcəyi karta yollamasını bildirmişdir. Tavat sənədləri ilə bağlı yenidən Bakıya gələn zaman pulun digər qalan hissəsini ona əlbəəl şəkildə vermişdir. 4-5 gün keçəndən sonra Tavat ona zəng etmiş, səs-küy salmışdır. Sonanın həyat yoldaşının qırğın saldığını, vəziyyətin gərgin olduğunu bildirmişdir. Ayın 1-dən onların davaları daha da kəskinləşmişdir. Sona ona zəng edərək tez-tez pulu tələb etmişdir. O da Sonaya pulu 5-6 gündən sonra alacağını bildirmişdir. 5-6 gün keçəndən sonra Sonagil yeni kart yollayaraq əvvəlki kartın limitinin bitdiyini demişdir. Elə həmin gün Bakı şəhərində Elsəvər adlı şəxsin idarə etdiyi Bərdə rayon taksisindən onlara pul və paltar göndərmişdir. Bundan sonra Tavat ona zəng edərək Sonanın uşaqlarının məktəbə getdiyini, geyinəcək paltarları olmadığını, hörmət etdiyi zaman bunları da nəzərə almağını istəmişdir. O da yenə mübahisə yaranmasın deyə 500 manat və paltarlar alıb Aygünə, Tavatın bacısına və özünə yollamışdır. Bu hadisələrdən sonra Tavat ona zəng edərək borcun üzərindən 7 gün keçdiyini bildirmişdir. Sona başqa birindən həmin pulu alıb, 1480 manat faizi etmişdir. O da Tavata bu pulu ödəməyəcəyini bildirmişdir. Tavat da razılaşmayaraq pulu ödəməli olduğunu demişdir. Sonra Sona da ona zəng edərək hədələməyə başlamış, pulu ödəmədiyi halda, yoldaşı ilə problemlərinin yaranacağından, bacılarının boşanacağından danışmışdır. 15 gündən sonra Tavata 7480 manat borcdan pul ödəmişdir. Bu pullar sonradan arta-arta getmişdir. Pulun məbləği 30000 manata gəlib çatmışdır. İşdə olan zaman Tavatla bu məsələ ilə bağlı davaları olmuşdur. Tavata 3000 manata görə 30000 manat pul ödədiyini demişdir. Bir gün işdə olan zaman telefonuna mesaj gəlmişdir. Mesajı açıb baxan zaman öz şəkilləri olduğunu görmüşdür. O, 2020-ci ilin əvvəllərindən onkologiyaya meyilli kistdən əziyyət çəkmişdir. Sadəcə olaraq gələcəyi ilə bağlı problem yaranmasın deyə əməliyyatını gecikdirmişdir. Tavatla pulla bağlı söhbətlərində ona öz şəkillərini və yaxud da, həkimin yazdığı dərmanların siyahısının şəklini yollamışdır. Dərmanların adlarını yollayıb ondan məsləhətlər almışdır. Bir şəkildə qarnında olan şişin şəklini çəkib yollamışdır, amma o şəkildə alt geyimdə olmuşdur. Digər bir şəkildə isə özünə alt paltarı almışdır, Tavata da özünə bundan aldığını, onun üçün də alıb yollayacağını göstərmək üçün şəklini çəkib yollamışdır. Şəkillərə baxan zaman ona zəng gəlmişdir. Zəngi açan zaman Sona onun başına oyun açacağını, əlindən qaça bilməyəcəyini, axşama kimi pulunu qaytarmadığı halda, şəkillərini yayacağını, iş yerinə də gələcəyini, Tavatın anası Səyyarə xanıma da yollayacağını bildirmişdir. O da Sonaya sakit olmasını demişdir. Sona zəngi bitirdikdən sonra ona yenidən zəng etməyə çalışmış, amma zəngi açmamışdır. Bütün bu hadisələrdən sonra o, Tavata zəng etmiş, zəngdə Tavatın ağladığını eşitmişdir. Tavat ona ağlaya-ağlaya Sonanın onun telefonundan şəkilləri götürdüyünü, onların təhlükəli insanlar olduğunu, qardaşlarının polisdə işlədiyini, iş yerini bildiyini demişdir. Tavat pulu ödəyib bitirdikləri halda Sonanın da əl çəkəcəyini bildirmişdir. O, pulu yavaş-yavaş ödəməyə başlamışdır. Sonagilə 40487 manat pul ödəmişdir. Bütün çeklər də mövcuddur. Tavatı heç vaxt öz ailəsindən ayırmamışdır, doğma bacısı kimi görmüşdür. Tavatın belə hərəkətlər edəcəyi heç ağlına gəlməmişdir. Sonagilə ödədiyi 40487 manatın 6635 manatı Şahid1 göndərilmişdir. Aygünlə yanaşı, Vüqar Hüseynova da pul göndərmişdir. Vüqar Sonanın həyat yoldaşı Şahid3 əmisinin oğlu imiş. Onun Sonagilə yolladığı kiçik məbləğlərin çeki onda olmamışdır. Pulları yolladığı müddət ərzində Sonanın həyat yoldaşı Şahid3 onu şəkilləri ilə hədələmişdir. Sonagildən onlara ödədiyi məbləğin sadəcə 10800 manat olan hissəsini geri ala bilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, bunlar 2021ci ilin avqust ayında baş vermiş hadisələrdir. O, bu hadisələrin üzərindən 1 il keçəndən sonra Bərdə rayon Polis şöbəsinə şikayət etmişdir. Bərdə rayon Polis şöbəsində 3 nəfərdən şikayətçi olmuşdur. Bu şəxslər Şahid4 Zahid qızı, Təqsirləndirilən şəxs və Şahid1 imiş. Bərdə rayon Polis İdarəsinə şikayət edən zaman şəkillərinin icazəsi olmadan əldə olunduğunu da bildirmişdir. Bərdə rayon Polis İdarəsinə şikayət edən zaman əlində çeklər olmadığı üçün Sonanın ondan 18000 manata yaxın pul əldə etdiyini bildirmişdir. Onun 1 il müddətində şikayət etməməyinin əsas səbəbi valideyninin sağlamlığının yerində olmaması, özünün onkoloji xəstəlikdən əziyyət çəkməsi olmuşdur. Məmişov Rəhim onun kartına pul atdığı şəxs imiş. Rəhimi Sonanın özü çox yaxşı tanımışdır. Bütün səsli mesajlarda da bu barədə danışılmışdır. Bərdə rayonundan gələndən sonra prokurorluğa müraciət etmişdir. Müraciətindən sonra işi Bərdədən Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. Bundan sonra o, telefonunda olan məlumatların hamısını geri qaytarmışdır. Geri qaytardıqdan sonra şəkillərinin içərisindən çekləri tapmışdır. Çeklərinin hamısını tam şəkildə polisə təqdim etmişdir. Təqdim etdikdən sonra bir qədər müddət keçmişdir. Oradan ona dəymiş ziyanın məbləği dəqiq hesablanıb bildirilmişdir. O, şəkilləri polisə təqdim etmişdir, polis də həmin şəkilləri A4 formasında çap etmişdir. Telefonda olan şəkillər ona aid imiş, özü Tavata yollamışdır. Sonradan o şəkillər vasitəsilə Sona onu hədələmişdir. Bərdə rayon Polis şöbəsinə şəxsi şəkillərinin yayılması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Yolladığı şəkillərin ölçüsü böyük olduğundan boyun hissədən yuxarısı görünməmişdir, amma həmin şəkillərin tam forması telefonunda var imiş. Tavat bu şəkil məsələsindən əvvəl ona zəng edib ağlayaraq Sonanın onun telefonundan şəkillərini götürdüyünü, dediyi məbləğdə pulu vermədiyi halda həmin şəkilləri yayacağını demişdir. Sona şəkillərlə onu hədələyərək tez-tez pul tələb etmişdir, hətta həyat yoldaşının ad günündə ona zəng edib 500 manat pul yollamağını istəmişdir, yollamadığı təqdirdə isə iş yoldaşları da daxil olmaqla hamıya şəkillərini yollayacağı barədə hədələmişdir. Tavat ona Aygünün uşağının da maddi sıxıntıar içində böyüdüyünü bildirmişdir. O da bacardığı qədər fərqli vaxtlarda Aygünə palto, çəkmə, uşağına gödəkçə alıb yollamışdır. Həmin aldığı palto da yeni olmuşdur. İş yoldaşlarının maddi vəziyyəti o qədər yaxşı deyilmiş, amma hər biri Aygünə dəstək olmaq məqsədi ilə ürəyindən keçən məbləğdə pul vermişdir. Aygünün uşağına yolladığı paltonun cibində də təkcə 10 manat olmamışdır, müxtəlif məbləğlərdə pullar olmuşdur. O, bu yardımları Aygündən borc pul götürdüyü üçün etməmişdir. Tavatın ona verdiyi məlumatlar əsasında, Bərdə rayonunda yaşayan bir neçə imkansız ailəyə maddi yardım göstərməyə çalışmışdır, geyimlər yollamışdır. Tavat da həmin geyimləri paylayacağını demişdir. Aygünlə xoş danışmaq məsələsi də tamamilə cəfəngiyyat imiş, çünki o, dəfələrlə Aygünü, Sonayı təhqir etmişdir. Tavatın yalvarışlarından, yolladığı səsli mesajlardan sonra Aygünə də, Sonaya da zəng etmişdir. Tavat ona anasının şəkillərini yollayaraq pulu vermədiyi halda, Sonayla Aygünün anasını öldürəcəklərini demişdir. O da məcbur qalıb Sonaya zəng edəndə bir qədər vaxt verməsini, borcu ödəyəcəyini demişdir. Hətta Tavat anası Səyyarənin saçından tutub yerlə sürüdüyü videoyu da ona yollamışdır. Səyyarə Tavatı döyəndə onun kartına niyə bu qədər pul gəldiyini, şəkillərin nə məsələ olduğunu, Aygünlə Sonanın kim olduğunu soruşmuşdur. X54 təhqir etdiyi bütün mesajlar telefonunda qalmışdır. Tavat ona səsli mesaj atıb qapılarına faizçilərin gəldiyini, qapını sındırdıqlarını demişdir. Sona, Aygün, Sonanın əri Röyal Tavatgilin evinə gedib qapısına dayanmışdır, həmin ana dair videolar çəkib yollamışdır. Tavat ona həmin vaxt Röyalın Ağdam rayonunda yaşayan “vorzakon”larla tanış olduğunu, hamısının onun qapısına dayandığını demişdir. “Paşa” ləqəbli şəxslə bağlı da Aygün Bərdə rayon Polis şöbəsində olanda da bildirmişdir. Şöbədə Aygündən ona nə qədər pul verdiyi soruşulmuşdur. Birinci izahatında Aygün ilk olaraq 200 manat verdiyini demişdir, Yaşar İsgəndərovun vaxtında Aygündən “Paşa” ləqəbli şəxs barəsində soruşmuşlar, amma bununla bağlı onun verdiyi izahatlarda heç bir məlumat olmamışdır. Aygün ona dəfələrlə zəng edib Sonada onun açıq şəkilləri olduğunu demişdir. Hətta Tavatın anası X18 çoxlu açıq şəkilləri olduğunu, əxlaqsız olduğunu bildirmişdir. O da Tavatdan əxlaqsız olduğu halda 11 il ərzində niyə dostluq etdiyini soruşmuşdur. Bu dediklərini həm Tavata, həm də Aygünə bildirmişdir. O, Paşa ləqəbli şəxsi tanımamışdır. Paşadan Sonagildən onun üçün pul almasını istəməmişdir. Röyal sonuncu dəfə ona Vüqar Hüseynov adlı şəxsin kartını yollamışdır, həmin karta pul göndərmişdir. Vüqar Röyalın faizə pul verən dostu imiş. Mələyi Səbail rayon Polis İdarəsində görmüşdür. Bundan əvvəl üzbəüz görməsə də, Tavat vasitəsilə adını eşitmişdir. Sona ilə Tavat onun verəcəyi pula 5000 manat pul götürmüşdür. O, Sonagilə 15.000 manatdan sonra əlavə 3000 manat verməli imiş. Bütün bunların hamısını ona Tavat demişdir, hətta telefon yazışmaları da mövcud imiş, hər birini məhkəməyə təqdim etmişdir. Həmin yazışmalarda pulun 3000 manatı gecikəndə ən sonda Mələyin mesajları ortaya çıxmışdır. Tavatla Mələyin yazışmaları var imiş. Mələk mesajda Tavata pulu ödəməsini, Süleymanın namaz qılan biri olduğunu, faizə pul verilməsi məsələsini eşitdikdə sonunun heç yaxşı bitməyəcəyini demişdir. Tavat pulu Sonaya təhvil verəndən sonra Sona aptekdə həmin pulları sərib şəklini Tavata yollamışdır. Mələyin 3000, 5000, 8000 manat pul verməsi ilə bağlı telefon yazışmaları olmamışdır, lakin Sonanın səsli mesajları var imiş. Mələyin 8000 manat məbləğindən xəbəri var imiş. Vüqar Məcidovun dövründə Tavatla birinci üzləşmə keçiriləndə Mələklə Süleyman gəlməmişdir. X26 vaxtında Mələk və Süleyman gəlmişdir. Mələyin həmin məbləğlərdən xəbəri olduğunu Tavatdan öyrənmişdir, bütün məlumatları ona Tavat bildirmişdir. Sona ona heç vaxt onların kartına pul göndərməsinə icazə verməmişdir. Həmişə başqa şəxslərin kartlarını yollamışdır. Həmin şəxslər Tavat, Mahmud, Qaragöz, İzzət, Sənan, Vüqar Hüseynov, Rəhim Məmişov, Soltanov və Röyalın iki tanışı olmuşdur. Rəhim Məmişovun kartını ona Sona ilə Aygün yollamışdır, digər şəxslərin kartını isə Tavat yollamışdır. Sonagilin yolladığı kartların limiti dolanda onlar müəyyən müddət tamam olmadan kartdan pul çıxarda bilməmişdir. Bunun üçün banka müraciət etməli olmuşlar, bu səbəbdən tez-tez pul yolladığı kartlar dəyişmişdir. Rəhim Məmişovun kartına iki dəfə pul köçürmüşdür, ümumilikdə, 6635 manat pul göndərmişdir. Sona ilə X39 kartını ona yolladıqdan sonra tez-tez zəng edib pulun Rəhimin kartına oturmadığını, pulu köçürən kimi onlara məlumat verməsini, Rəhimin pulu kartdan çıxartmağa gedəcəyini demişdir. O, həmin vaxt Rəhim Məmişovun adını eşitmişdir, lakin üzbəüz görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sona onun Bərdədə işlədiyi aptekdə iş yoldaşı olmuşdur, Xavər ilə də kollecdə oxuyan zaman qrup yoldaşı olmuşdur. 2021-ci ildə Sona ilə aptekdə işləyən zaman Xavər ona zəng edərək və işlərini, borclarını, ehtiyaclarını qarşılamaq üçün sələm pul lazım olduğunu demişdir. O da Xavərə hal-hazırda işdə olduğunu və sələm pul verən tanışının olmadığını bildirmişdir. Xavərlə telefonda sağollaşdıqdan sonra Sona yanına gəlmişdir. Sona ona telefonda danışıqlarını eşitdiyini, həmin pulu tapıb verə biləcəyini demişdir. Bunu eşidən kimi o, Xavərə zəng etmiş, Sonanın dediklərini çatdırmışdır. Xavərə 3000 manat sələm pul lazım olmuşdur. Xavərə Sonanın dediklərini dedikdən sonra, Sona ilə Xavər bir-biri ilə telefonda danışmağa başlamışdır. Sona Xavərə sələm pulla bağlı qaranlıq qalan məqamların hamısını başa salmışdır. Xavər də onunla razılaşmışdır. X29 verəcəyi pulu başqa aptekdə bir yerdə işlədiyi dostundan alıb verəcəyini demişdir. Həmin şəxsin adı Aygün imiş. O, Aygünü heç tanımamışdır. Aygünün Sona ilə başqa aptekdə bir yerdə işlədiyini bilmişdir. Xavər Bakıda qaldığı üçün o, Sonayla sələm pulu Xavərə kartdan karta yollamağı üstün tutmuşdur. Həmin ərəfələrdə özünə yeni bir kart almışdır. Xavər ona zəng edərək ondan başqa heç kimə güvənə bilməyəcəyini, Sonanın verəcəyi pulu kartına vuraraq göndərməyini xahiş etmişdir. O da razılaşmışdır. Sonayla marketə getmiş, orada Sona gözünün qabağında Xavərin kartına 3000 manatı yollamışdır. Bu pul sələm pulu olmuşdur. Faizinin nə qədər oluğunu dəqiq bilməmişdir. Bir müddət keçdikdən sonra Xavər 3000 manatı həmin karta yollamışdır, Sonayla o da pulu Aygünün kartına yollamışdır, elə bundan sonra Aygün öz həyat yoldaşı ilə birlikdə gedib kartdan pulu çıxartmışdır. Bu müddət ərzində Xavər həm Sonaya, həm də Aygünə hədiyyələr yollamışdır. Sona Xavəri heç vaxt açıq şəkilləri ilə hədələməmişdir. Xavərin nə açıq şəkilləri onun telefonunda olmuşdur, nə də ki, Sona onu belə şəkillərlə təhdid etmişdir. Sona Xavərə ilk 3000 manat vermişdir, bundan sonra 4000 manat da yollanılmışdır. Ümumiyyətlə, onda Xavərə yollanılmış pullardan təkcə 4000 manatın və 800 manatın çeki olmuşdur. Xavər həmin pulları alan zaman onun məlumatı olmamışdır. Sona və Aygünün nömrəsi Xavərdə olduğu üçün onlar öz aralarında danışmamışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Sonanı 2020-ci ildə işə qəbul olduğu vaxtdan tanımışdır, iş yoldaşı olmuşdur. Xavəri 2013-cü ildən bəri tanımışdır, qrup yoldaşı olmuşdur. Xavər onun yaşadığı rayona tez-tez gəlməmişdir, bir dəfə ailəsi ilə birlikdə 2017-ci ildə toyuna gəlmişdir. Xavərlə heç bir düşmənçiliyi, qərəzliliyi olmamışdır. Xavər bir şirkətdə işləmişdir. Onun telefonundakı yazışmalardan ortada faiz pulundan başqa heç bir məsələ olmadığı görünmüşdür. İlk dəfə Xavər ona zəng edərək faizə pul verən adam axtardığını demişdir, o da belə bir tanışı olmadığını demişdir. Sonradan Sonanın özü Aygün adlı tanışının faizə pul verdiyini, Xavərin məsələsini həll yoluna qoya biləcəyini demişdir. Bundan sonrakı proseslər Xavər ilə Sona arasında olmuşdur. Xavərə verilən bütün pullar onun kartından yollanılmışdır, çünki Sonagil kartlarının limitli olduğunu deyərək pulları onun kartına yollamalı olduqlarını demişdir, o da razılaşmışdır. Bu işdə onun 1 manat belə qazancı olmamışdır. Xavər pulları aldıqdan sonra ona mesaj yazaraq, səsli mesajlar yollamışdır, “Sonaya qurban olaram”, “Allah Sonadan razı olsun, o olmasa, mən işlərimi necə həll edərdim”, “bu yaxşılığının əvəzini çıxacağam, bütün borcumu vaxtlı-vaxtında ödəyəcəyəm” tərzində ifadələr işlətmişdir. Bərdə rayon Polis şöbəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində faizə pul verilməsindən başqa heç nə deməmişdir. İfadə verən zaman Xavərin Sonadan faizə pul aldığını, daha sonra vaxtında geri qaytarmadığını, baş verən bütün hadisələri ətraflı danışmışdır, hətta Səbail rayon Polis İdarəsində müstəntiq Vüqar müəllimin yanında ifadəsində qeyd olunanları bildirmişdir. Xavər təkcə, Sonanın vasitəsilə Aygün xanımdan faizə pul almamışdır, həmçinin Bərdə rayonunda yaşayan X22 və səhv xatırlamırsa, soyadı “Süleymanova” olan Şəfəq adlı xanımdan da faizə pul almışdır. Xavərin alt paltarlı şəkilləri heç vaxt telefonunda olmamışdır. Xavər ona öz şəkillərini yollamamışdır. Sona ilə Xavər arasındakı məsələ sadəcə pul ilə bağlı olmuşdur. Vilayət Eyvazovun qəbuluna düşdükdən sonra ilk dəfə Xavərlə üzləşdirilməsi keçirilmişdir. Üzləşdirilmədən sonra Xavər onun tərəfinə keçməsini təklif etmişdir, o da Xavərin tələsinə düşməyəcəyini demişdir. Xavər tez-tez ona yazıb 1 həftəyə, 10 günə müxtəlif məbləğlərdə pul istədiyini demişdir. Xavər 20000 manat, 3000 manat, 9000 və s. müxtəlif məbləğlərdə faizə pullar götürmüşdür, hətta faizin pulunu başqa şəxsdən faizə pul götürməklə ödəmişdir. Xavər faizin pullarını onun kartına yollamışdır, çünki Aygünün kartı limitli olduğundan onun kartından pulların köçürülməsi üçün istifadə etməyi xahiş etmişdir. Kartdan karta pul köçürməyi ona Xavər öyrətmişdir. Pulların köçürülməsi prosesi 04 ay davam etmişdir, Xavərin faiz pulu ilə bağlı həm kartına pul köçürülmüşdür, həm də o, başqa kartlara pul köçürmüşdür. Sona və Aygün tərəfindən Xavərə yollaması üçün kartına 3000 manat, 4000 manat, 2000 manat məbləğlərində pul yollamışdır. Xavərin kartına terminal vasitəsilə 3000 manat və 4000 manat məbləğində 2 dəfə pul yollamışdır, pulları ona Sona vermişdir. Sona pulu verən zaman Xavərə verməli olduğunu, faiz pulu olduğunu demişdir. Sonanın Xavərin kartına nə qədər pul yolladığını xatırlamır, səhv etmirsə, 10000-12000 manat məbləğində pul yollanılmışdır. Xavərin kartına ilk dəfə 3000 manat, sonra 4000 manat yollamışdır, ümumilikdə, ona 7000 manat pul verilmişdir. Sonanın niyə Xavərin kartına pul yolladığını inkar etdiyini bilmir. Xavər onun kartına borcunun 3000 manatını yollamışdır, bir müddət sonra da 800 manat göndərmişdir. Bundan başqa heç bir məbləğdə pul geri qaytarmamışdır. İbtidai istintaq zamanı telefonunu könüllü şəkildə ekspertizaya yollayanda 2020-ci ildən bəri telefonunda olan bütün yazışmaları saxlamışdır, heç bir mesajı silməmişdir. Xavər Sona ilə telefon yazışmalarını istəyəndə onu tələyə salacağını bildiyi üçün yalan danışıb hamısını sildiyini demişdir. Onun Xavərlə olan telefon yazışmalarında ancaq faizə pul götürmək istədiyini, pul tələb etdiyini yazmışdır. Xavər 3000 manatı geri qaytaranda onun kartına yollamışdır. İbtidai istintaq zamanı dindiriləndə də eyni ifadəni vermişdir, heç vaxt fikrini dəyişməmişdir, ona heç kim psixi təzyiq göstərməmişdir. İbtidai istintaq zamanı hüquqlarını müdafiə edən vəkildən şikayət ərizəsi yazmışdır, çünki vəkil onun hüquqlarını müdafiə etməmişdir, qanun pozuntusuna yol vermişdir. Vəkildən 28 mart 2024-cü ildə şikayət etmişdir. Xavərə ilk dəfə pulu hansı tarixdə yolladığını xatırlamır. İlk dəfə verilən 3000 manat pulu Sona Aygündən almışdır. Aygün həmin pulu əri Musayla Sonaya yollamışdır, Musa gətirib pulu verəndən sonra Sona həmin pulu ona vermişdir. Sona 3000 manatı Musa gedəndən sonra ona vermişdir. Musa pulu gətirəndə ona veriləcəyini bilmişdir. Musa pulu aptekə gətirmişdir, həmin vaxt orada Sona, o və Musa olmuşdur. İkinci dəfə verilən pulun məbləğini xatırlamır. 4000 manatı da Sonanın vasitəsilə Aygün xanımdan almışdır, yenə Musa aptekdə gətirib Sonaya vermişdir. Həmin vaxt orada Sona, o və bir də aptekin işçisi olmuşdur. Musa pulu yenə Sonaya vermişdir. Xavər pulları faizə götürmüşdür. Xavər ona “Sonanın əllərindən öpürəm” tərzində mesajları, hədiyyə alma məsələsini 3000 manat və 4000 manat pulu aldıqdan sonra yazmışdır. Həmin vaxtlarda Sona ilə Xavərin münasibəti çox yaxşı olmuşdur. Səbail rayon Polis İdarəsində verdiyi birinci ifadə ilə ikinci ifadə arasında, təxminən nə qədər vaxt aralığı olduğunu xatırlamır. Birinci ifadəsini noyabr ayında, ikinci ifadəsini isə mart ayında vermişdir. Xavər Aqşin və Şəfəq adlı şəxslərdən də faizə pul almışdır, həmin pulların alınmasında Sonanın heç bir rolu olmamışdır. Xavərlə arasında davamlı şəkildə pul söhbətləri olmuşdur, bununla bağlı yolladığı səsli mesajlar da mövcud imiş. Xavər ona davamlı şəkildə zəng edib faizə pul verən şəxsləri soruşmuşdur, o da heç bir tanışı olmadığını demişdir. Xavər Aygün xanımdan başqa Şəfəqdən də faizə pul almışdır. Şəfəqin əsl adı Səma Hüseynova olmuşdur. O, əvvəllər Səmadan elektron mətbəx ləvazimatları alıb üzərinə 1-2 manat əlavə etməklə satmışdır, tanışlıqları da bu vasitə ilə yaranmışdır. Xavəri Şəfəqlə o, tanış etmişdir. Onun vasitəçiliyi olmadan Xavər Səmadan rəfiqəsi Röya üçün 3000 manat faizə pul almışdır, bununla bağlı Səmanın özü zəng edərək məlumat vermişdir. Pulu aldıqdan bir müddət sonra Xavər ona xəbəri olmadan Səmadan 3000 manat faizə pul götürdüyünü demişdir. Xavər ondan başqa heç kimə faizə pul verən şəxs axtardığını deməmişdir. Xavər Səmagildən aldığı pulu geri qaytarmamışdır, sadəcə üstünün 450 manat faiz pulunu vermişdir. Bu borcun 6000 manatını özü geri qaytarmışdır, anasının pensiya kartı 01 il müddətində onlarda qalmışdır, borc–xərc alıb bir il ərzində 6000 manatı tam ödəmişdir. Xavər onun vasitəçiliyi ilə Səmadan bir dəfə də 3000 manat almışdır. Xavər Səmadan 3000 manat faizə pul götürmək istəyəndə faiz pulunu, son məbləği danışaraq öz aralarında razılaşmışdır. Pulun göndərilməsi vaxtında Xavər Bakıda, Səma isə Bərdədə olduğundan mümkün olmamışdır. Səma da onun Xavərlə yaxın dost olduğunu bildiyindən 3000 manatı Xavərə çatdırması üçün kartına yollamışdır. Hətta Səma ilə Xavər öz aralarında Xavərin həmin karta hər ay 450 manat faiz pulunu ödəməsi üçün əlavə kart da açdırmışdır. Bundan sonra Xavər yenidən Səmadan rəfiqəsi Röya üçün 3000 manat pul istəmişdir, onu da göndərmişlər. 2021-ci ilin sentyabr ayından sonrakı tarixlərdə Xavər ona Sonadan razılığını bildirdiyi həm yazılı, həm səsli mesajlar yollamışdır. Bərdə rayon Polis şöbəsində xx.xx.2023-cü ildə verdiyi izahatını təsdiq edir. Səma ilə Aqşin ər-arvad imiş. Xavər karıtna sadəcə 3000 manat pul gəldiyini demişdir, o da bunun əsassız olduğunu bildirmişdir, çünki Xavərə təkcə 3000 manat getməmişdir. Hətta onda 800 manatın, 4000 manatın çeki mövcud imiş. Sona Xavərə 3000 manat, 2000 manat, 4000 manat, 4000 manat, 3000 manat, 1000 manat, 3000 manat məbləğlərində pullar göndərmişdir. Sonanın dediyi 4000 manatın Aqşingilin verdiyi pula heç bir aidiyyəti olmamışdır. Xavərə pullar davamlı olaraq göndərilmişdir. O, bircə 3000 manatı Xavərə yollamaq üçün terminala pul vurmağa tək getmişdir. Səbail RPİ-də xx.xx.2023-cü il tarixdə ifadə verən zaman müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Məhəmməd Hacıyev olmuşdur. Vəkil Məhəmməd Hacıyev onun hüquqlarını müdafiə etməmişdir, bu səbəbdən müdafiəçisi barədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Ona qurğu qurulmuşdur, burada sadəcə faizə pul verilmişdir, faizə pul alınmışdır, başqa da heç bir məsələ olmamışdır. Onun mobil telefonunda Zərərçəkmiş şəxs şəkilləri olmamışdır. Nə Xavər şəkillərini ona göndərmiş, nə də o belə şəkillər görmüşdür. xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsində Sona ilə üzləşdirməsi keçirilməmişdən öncə polis əməkdaşları ona sənədlər təqdim edərək həmin sənədlərə imza çəkməyini istəmişdir. O da həmin sənədlərin nə olduğunu bilmədiyi üçün imza çəkmək istəməmişdir, sonra vəkili Məhəmməd Hacıyev sənədlərə baxmış, heç bir problem olmadığını deyərək imza çəkə biləcəyini demişdir, müdafiəçisinin sözünə güvənib sənədləri imzalamışdır. Rəhim Məmişovu tanımamışdır, onun sadəcə kart nömrəsini görmüşdür. Rəhim Məmişovun kart nömrəsini Xavərə o yollamamışdır, Aygün yollamışdır. Səma Hüseynovun kartının nömrəsini Xavərə o yollamışdır, çünki Xavər Səmadan faizə pul götürmüşdür. Xavər ondan faizə pul verən başqa şəxslər də tapmağını istəmişdir. Həmin faizə pul verən şəxslərdən biri də Səma Hüseynova olmuşdur. X11 kəndində yaşamışdır, telefon nömrəsini əzbər bilmir. Xavər ona Rəhim Məmişovun kartını yollayıb bu karta 4000 manat pul vurmalı olduğunu, amma vura bilmədiyini, karta 4000 manat pul vurduğuna dair saxta çek hazırladığını, onu da Aygünə yolladığını, guya karta 4000 manat pul vurduğunu demişdir. Sona ilə Səmanın heç bir əlaqəsi olmamışdır. Səmadan pulu Xavərin özü götürmüşdür. 3000 manat öz adından, bir dəfə də rəfiqəsinin adından faizə pul götürmüşdür. Xavər ona X32 kartını yollayaraq 4000 manat pul köçürməsini istədiyini, onun da saxta çek hazırlayıb Aygünə yolladığını, amma Aygüngilin sonradan kartdan pul çıxarmağa gedəndə pulun oturmadığını görəcəklərini bildirmişdir. Musa ilə Aygün kartdan pul çıxarmaq üçün gedəndə balansda 4000 manat olmadığını görmüşdür. Sonra banka gedərək karta 4000 manat pul köçürüldüyünü, lakin pulun oturmadığını demişdir. Bank işçiləri də onlara pulun saat 17:00-a qədər sistemə oturacağını demişdir. Xavər ona çekin şəklini yollayaraq çekin saxta olduğunu, özünün hazırladığını bildirmişdir. Həmin saxta çekin şəklini sübut qismində məhkəməyə təqdim etmişdir, cinayət işi materiallarına əlavə olunmuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid4 göstərmişdir Zərərçəkmiş şəxs onun qrup yoldaşıdır. Münasibətləri daim yaxşı olmuşdur. O, Bərdə rayonunda aptekdə əczaçı kimi işləyir. 2021-ci ilin yay aylarında Xavər ilə telefonda danışan zaman sonuncu ona sələmə pul lazım olduğunu bildirmiş, bu zaman onunla bir yerdə işləyən Sona Aygün adlı tanışının olduğunu, həmin şəxsin sələmə pul verdiyini bildirərək həmin şəxsin etibarlı olacağı və həmçinin onun zamin olacağı təqdirdə sələmə pul verə biləcəyini bildirmişdir. Bundan sonra Sona Xavər ilə danışmış, ilkin olaraq Xavərə 3000 manat pul lazım olmuşdur. Sona həmin pulun qarşılığında 300 manat faiz alacağını, həmçinin özünə də 150 manat verməli olduğunu bildirmiş, Xavər Sonanın dedikləri ilə razılaşmışdır. Bundan sonra Sona ona ilkin olaraq 3000 manat pul verib Xavərin kartına göndərməyini xahiş etmişdir. O da pulu Xavərin kartına göndərmişdir. Təxminən bir ay sonra Sona onun yanında Xavərlə danışaraq ödənişin nə yerdə olduğunu soruşmuş, Xavər isə 2.800 manat pul hazırladığını, əlavə 500 manat pulu isə yaxın beş gün ərzində göndərəciyini bildirmişdir. Bu zaman Sona səs-küy salaraq Xavər ilə razılaşmamış və pulu tam şəkildə qaytarmalı olduğunu bildirmişdir. Sonuncuların arasında təxminən 5 gün bu mübahisə davam etmiş, 5 günün sonunda Xavər pulu tam şəkildə düzəltdiyini və göndərəcəyini bildirdikdə, Sona 500 manat faizin 1480 manat olduğunu bildirmişdir. Bu zaman o da Sonaya etiraz edərək bu qədər faizin heç yerdə olmadığını, haqsızlıq etdiyini bildirmişdir. Sona isə öz növbəsində ona bu məsələyə qarışmamasını, özü hər şeyi həll edəcəyini bildirmişdir. Həmin aptekdə Sona onun müdiri olmuşdur. Həmin ərəfədə Xavər də onun kimi Sonaya etiraz edərək həmin məbləğdə pul verə bilməyəcyini qeyd etmişdir. Təxminən 15 gün mübahisələr davam etmiş, 15 günün sonunda Sona ilə söhbət zamanı faiz götürdüyü şəxsin 1480 manatın üzərinə əlavə faiz gətirdiyini və Xavərin ödəməli olduğu pulun 7480 manat olduğunu və nəyin bahasına olursa olsun bu pulu Xavərdən alacağını, həmçinin Xavərə onun zamin durduğunu və yaşadığı evə gələrək səs-küy salacağını, onu biabır edəcəyini bildirmişdir. Həmçinin Sona ona məxsus mobil telefondan onun icazəsi və xəbəri olmadan Xavərə məxsus iki çılpaq şəkil götürdüyünü və lazım gələrsə həmin şəkillərdən istifadə edib Xavərdən pulu alacağını bildirmişdir. Bu zaman o, Sona ilə mübahisə edərək mobil telefonuna hansı səbəbdən icazəsi olmadan toxunduğunu irad bildirmişdir. Lakin Sona ona qulaq asmayaraq öz dediklərini demişdir. Bundan sonra o, bərk qorxub Xavərlə danışaraq məsələnin necə olacağını soruşmuş, Xavər isə ona görüşəndə hər şeyi danışacağını, Sonanın dedikləri ilə məcbur razı olub pulu verməli olduğunu, əks halda özünü öldürəcəyini demişdir. Özünə də məlum olmayan səbəbdən həmin zaman Sona da Xavərə məxsus şəkillərin olmasını bildiyini o, Xavərə deməmişdir. O, Xavərdən dəfələrlə səbəb soruşanda sonuncu ona ilkin olaraq heç nə deməmiş, sonradan görüş zamanı Xavər ona Sonanın onu lüt şəkilləri ilə şantaj etdiyini və bu səbəbdən pulu verməyə məcbur olduğunu bildirmişdir. Bundan sonra o, Xavərə Sonanın onun telefonundan icazəsiz olaraq şəkil götürdüyünü demişdir. Xəvər ondan xahiş edərək heç kimə bu barədə deməməyini tapşırmışdır. Belə ki, Xavər həmin məsələni ona dediyi zaman çox qorxduğunu, qohumları, ailəsi, işlədiyi və oxuduğu yerlərdə biabır olmaqdan qorxduğunu bildirmişdir. Bundan sonra o, məsələləri analiz edib başa düşmüşdür ki, işdə olan zaman Sona həqiqətən də onun telefonunda Xavər ilə aralarında olan yazışma zamanı sonuncunun ona göndərdiyi yarı çılpaq şəkilləri götürdüyünü bilmişdir. Belə ki, onun telefonu daim işlədiyi aptekdə stolun üzərində olmuş və heç bir zaman parolda olmamışdır. Həmçinin bir neçə dəfə Sonanın ondan xəbərsiz telefonunu götürüb nəyəsə baxdığının şahidi olmuşdur. Bundan sonra Sona ilə Xavərin söhbətinə Aygün də daxil olmuşdur. Aygün və Sona demək olar ki, hər gün Xavər ilə danışan zaman onu da təhqir edərək Xavəri onlarla tanış etdiyini, onun ucbatından onların ziyana düşdüyünü demişlər. O isə narahat olmamalarını, Xavərin onsuz da pulu geri qaytaracağını bildirmişdir. Sona və Aygün ona evinə gələrək xəstə anasına və serebral iflic olan bacısı Leylaya hədə-qorxu gələcəklərini, onları biabır edəcəklərini deyib onu da qorxutmuşlar. Xavəri çılpaq şəkilləri ilə şantaj etdiklərini başa düşdükdən sonra o, sonunculardan lap qorxmuş və mütəmadi olaraq Xavər ilə danışaraq yalvarıb pulu bağlamasını, özünü və onu bu dərddən qurtmasını xahiş etmişdir. Beləliklə, Sona və Aygünün Xavəri şantaj eləməkləri nəticəsində sonuncular Xavərdən təxminən 30000 manat pul almışlar. 2022-ci ilin əvvəllərində isə Xavər onunla danışıq zamanı artıq hər şeydən bezdiyini, heç bir pul verməyəciyini bildirmiş və telefonları söndürürək heç kimlə əlaqəyə çıxmamışdır. Bundan sonra Sona və Aygünün hədə qorxuları ona yönəlmiş, sonuncular hər gün onun iş yerinə gələrək onu söyüb təhqir edərək Xavərin ödəməli olduğu faizi ondan tələb etmişlər. O, bu məsələlər barədə evdə heç kimə heç nə demədiyi üçün qorxmuşdur ki, Aygün və Sona evlərinə gəlib bu barədə dedikdə anasının ürəyi partlayar. O, evdə anası ilə danışıb bu barədə özü məlumat vermiş və hər şeyi danışmışdır. Onlar rayonda biabır olmamaq üçün Aygün və sonuncunu həyat yoldaşı Musaya ümumilikdə 4000 manat pul vermişlər. Sona və Aygün adlı şəxslər ona hədəqorxu gələrək evlərini yandıracaqlarını, anasını və bacısını öldürtdürəcəklərini, həmçinin onu Bərdə rayonunda biabır edəcəklərini bildirmişlər. Sonuncuların söhbətlərinə müxtəlif zamanlarda həyat yoldaşları Röyal və Musa da qoşulmuşdur. O, rəfiqəsi Zərərçəkmiş şəxs məxsus yarılçılpaq şəkilləri Sonaya və ya başqa şəxsə, heç kimə göndərməmiş, Sona ona məxsus telefondan Xavər ilə aralarında olan yazışma zamanı şəkilləri ona xəbər etmədən icazəsiz götürmüş, onun bu hadisədən sonradan xəbəri olmuşdur. O, Aygün və sonuncunun yoldaşı Musaya 4000 manat, bundan başqa guya onların tapmış olduğu başqa faiz verən Şəfəq adlı qadına 6000 manat pul vermişdir. Şəfəq adlı qadının anket məlumatlarını bilmir, telefon nömrəsi ***-***-**-**-dir. Şəfəq və həyat yoldaşı Akşin adlı hərbçi onlara hədə-qorxu gələrək ondan pul almışlar. Şəfəqin yoldaşı Akşin adlı şəxs ona zəng vuraraq onun arxasınca gəldiyini, maşınına məcbur mindirib onu Ağdama aparıb başına oyun açdıracağını deyərək onu qorxutmuşdur (cild 1, iş vərəqi 108-110). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sona ilə eyni “Avromed” şirkətinin fərqli apteklərində işləmişdir, aralarında dostluq münasibətləri olmuşdur. 2021-ci ilin oktyabr ayında Sona ona zəng edərək iş yoldaşı Tavat adlı xanımın Xavər adlı rəfiqəsinə 3000 manat pul lazım olduğunu demişdir. Xavər özünə iş qurmaq istədiyi üçün pula ehtiyacı olmuşdur. O, həmin vaxtlarda nə Tavatı, nə də Xavəri tanımışdır. Sadəcə Sonaya güvəndiyi üçün pulu verməyə razılaşmışdır. Həmin ərəfələrdə ev tikdirdiyi üçün 3000 manat kreditə pul götürmüşdür. Sona da ona Xavərin pulu vaxtında ödəyəcəyini, hətta ən sonda əlavə pul da verəcəyini demiş, o da 3000 manatı olduğunu bildirmişdir. Həmin pulu həyat yoldaşı Şahid2 Tavatla Sonanın işlədiyi aptekə aparıb vermişdir, sonra da Tavat həmin pulu Xavərin kartına vurmuşdur. Pul Xavərə verildikdən sonra bir müddət keçmiş, amma hələ də geri ödənilməmişdir. Sonayla danışanda pulu sadəcə 01 aylığına verə biləcəyini demişdir, bu qaydada razılaşmışdır. Amma 1 ay keçsə də, Xavər pulu ödəməmişdir. Bir neçə ay keçdikdən sonra Xavər 3000 manat götürdüyü pulu, həm də əlavə olaraq 300 manat pul ödəmiş, həmin pulu həyat yoldaşının iş yoldaşının kartına vurmuşdur. O vaxtlar Tavat Sonaya kartında problem yarandığını, yüksək məbləğdə pul gəldiyinə görə faiz çıxdığını deyərək başqa bir kart tapmasını istəmişdir. O da Musaya bunu demiş, Musa da iş yoldaşından xahiş etmişdir. Beləliklə, həmin karta Xavər tərəfindən 3300 manat pul vurulmuşdur. Həmin 300 manatı da əvvəlcədən verdiyi şirinlik payı sözünə görə əlavə etmişdir. Bu müddət ərzində Xavərlə telefonla tez-tez danışmış, aralarında çox gözəl dostluq münasibəti yaranmışdır. Nə qədər telefonla danışıb dostluq etsələr də, Xavəri heç cürə üzbəüz görə bilməmişdir. Ən çox Xavər ona zəng etmişdir, bir-birlərinə ailə məsələlərini, necə dolandıqlarını danışmışlar. Aradan bir müddət keçəndən sonra Xavər ondan yenidən borc pul istəmişdir. O isə birinci dəfə verdiyi pulu Sonanın xətri üçün verdiyini, ikinci dəfə borc pul verə bilməyəcəyini izah etmişdir. Bundan sonra Xavər Tavata zəng edib faizə pul verib aldığını, bu səbəbdən ona pul lazım olduğunu demişdir. X33 istədiyi pul verildikdə artıqlamasıyla geri qaytaracağını vəd etmişdir. O da Sonaya zəng edərək nə Tavatı, nə də Xavəri tanıdığını, sadəcə onunla dostluq münasibəti olduğu üçün güvənib Xavərə pul verdiyini izah etmişdir. Birinci dəfəki borcun Xavər tərəfindən gec qaytarıldığını, evinin təmiri üçün pul yığdığını, pul gec qaytarıldığı halda bütün işlərinin yarımçıq qalacağını bildirmişdir. Sona da ona Xavərin çox düzgün qız olduğunu, bütün borcunu vaxtında, hətta artıqlamasıyla qaytaracağını, özünün cavabdeh olduğunu demişdir. Xavər də Tavata borc pul verildiyi təqdirdə ən sonda istənilən məbləği ödəyəcəyini bildirmişdir, amma o heç nə istəməmişdir. İkinci dəfə də Xavərin istədiyi 4000 manatı həyat yoldaşı X51 işlədiyi aptekə aparıb təhvil vermişdir. Bu pul söhbətləri gedən müddət ərzində Xavər dəfələrlə ona hədiyyələr yollamışdır. Bir dəfəsində ona palto, çəkmə, uşağı üçün gödəkçə, həmin gödəkçənin içində də 10 manat pul yollamışdır. Bu saydıqlarının hamısı eyni vaxtda deyil, fərqli-fərqli vaxtlarda yollanılmışdır. Xavərə 4.000 manat təxminən, noyabr ayında verilmişdir, amma növbəti ilin mart ayına qədər həmin pul qaytarılmamışdır. Həmin müddətdə o, tez-tez Xavərə zəng edib pulu tələb etmişdir, oğlunun gödəkçəsi olmadığını, evinin təmiri üçün olan son pulunu ona borc verdiyini izah etmişdir. Bu səbəbdən Xavər oğluna gödəkçə alıb yollamışdır, həmin gödəkçənin cibinə də 10 manat pul qoymuşdur. Aradan xeyli müddət keçəndən sonra Xavərə zəng edib yenidən pulu istəmişdir, bu zaman Xavər ona pulu ödədiyini, heç bir borcunun qalmadığını demişdir. O, Xavərdən pulu kimə ödədiyini soruşmuşdur, çünki onun, ümumiyyətlə, bundan xəbəri olmamışdır. 3-4 aya qədər Xavər pulu geri qaytaracağını demişdir, hətta bir dəfəsində ona səsli mesaj yollayaraq ona vurduğu ziyanı tam şəkildə ödəmədiyi halda anasının-atasının verdiyi çörəyin haramı olduğunu deməsini bildirmişdir. Onlar evlərini təmir edən zaman taxta material götürmüş, pullarını da Xavərə verdikləri üçün ödəniş edə bilməmişdir, materialları gedir qaytarmışdır, Xavərin də səsli mesajda dediyi ziyan məsələsi bununla bağlı olmuşdur. Həmin mesajı bir müddət silməmişdir, sonradan arada narazıçılıqlar yaranmışdır, o da mesajı silmişdir. Xavər belə etdikdən sonra pulu geri qaytarmaq niyyətinin olmadığını anlamışdır. Bu səbəbdən Sonaya zəng edib Xavərin pulu geri qaytarmadığını demişdir. Sonayla birlikdə Tavatgilə getmiş, orada Tavatın anası onlardan Xavərin nə qədər pul aldığını soruşmuş, o da 4000 manat aldığını, amma qaytarmadığını demişdir. Həmin pulu gecikdirdiyinə görə də həm ona, həm də Sonagilə hədiyyələr göndərdiyini də bildirmişdir. Tavatın ailəsi həmin pulu hissə-hissə geri qaytarmışdır, yəni bir dəfə 1500 manat, o biri dəfə 2000 manat, sonra 500 manat şəklində 4000 manatı tam şəkildə ödəmişdir. Onun həmin pulu Tavatdan istəməsinin əsas səbəbi Xavərə zamin durması olmuşdur. Onlar Xavəri tanımamışdır, sadəcə Tavatın dediklərinə inanıb pulu vermişdir. Bu hadisənin üzərindən təxminən 01 il keçdikdən sonra onlara “Paşa” ləqəbli bir şəxs zəng etmiş, zəng edən zaman özünü “varavskoy aləm”dən Paşa deyə tanıtmışdır. Paşa xarici nömrədən zəng etmişdir, hər zəngdə də gah Almaniyadan, gah Amerikadan yığdığını demişdir. Bu zənglər, təxminən, 2022-ci ildə gəlmişdir. O, Paşanın bir səsli mesajını da hələ saxlamışdır. Paşa ləqəbli şəxs zəngdə onlara qaranlıq adamlarla oturub-durduğunu, Bərdə də yaşayan Rövşən adlı şəxsə dostluq etdiyini demişdir. Paşa zənglərində onların Xavərin 12000 manat pulunu əldə etdiyini bildirmişdir. Hətta onlara Xavərin arxasında durduğunu, 12000 manat geri qaytarılmadığı halda başlarına oyun açacağını demişdir. Bu təhdidləri Musa ilə danışanda demişdir. Toy məclisində olanda bacısına şəklini yollamaq istəyəndə səhvliklə Xavərə yollamışdır. Həmin şəkildə bacısı, qardaşı və anası var imiş, bacısı da mesaj yazıb həmin şəkli ona yollamağını istəmişdir, o da bacısına yollamaq əvəzinə səhvliklə Xavərə yollamışdır, hətta Xavər şəkli görüb zəng edənə qədər mesajın ona yollanıldığından xəbəri olmamışdır. Xavər ona çox gözəl göründüyü tərzində tərif mesajları yazmışdır. Sonradan Paşa həmin şəkildə onu ayrıca seçməklə həyat yoldaşı Musaya yollayıb onda arvadının şəkli olduğunu demişdir. Paşa tək bu şəkillə kifayətlənməmişdir. Sonanın aptekdə işlədiyi yerdə olan şəkillərini, Musanın şəkillərini, şəxsiyyət vəsiqəsinin şəkillərini yollamışdır. Bunun üzərindən bir müddət keçəndən sonra 2022-ci ilin 30 dekabrında Sonayla onu Bərdə rayon Polis şöbəsinə çağırmışlar. Şöbədə onlara Xavərin 12000 manat pulunu ələ keçirdikləri deyilmişdir. Müstəntiq Etibar bəyin qəbulunda olan zaman belə bir əməl törətmədiklərini demişlər. Həmin vaxt Etibar bəyin yanında əyləşən Xavər 18066 manatını onların mənimsədiyini bildirmişdir. Məsələ araşdırılmış, izahatları alınmışdır, məsələ də burada bağlanmışdır. Üzərindən bir il keçəndən sonra 2024-cü ilin yay aylarında onlara Yasamal rayon Polis İdarəsindən zəng edilərək Xavərin 28000 manatını mənimsədikləri bildirilmişdir. Bu məsələ ilə bağlı onları idarəyə dəvət etmişlər, onlar da bu məsələyə Bərdə rayon Polis şöbəsində baxıldığını, araşdırıldığını, belə halın mümkün olmadığını izah etmişdir. Bir neçə dəfə Yasamal rayon Polis İdarəsindən zəng gəldikdən sonra dayandırılmışdır. Bir ay keçdikdən sonra Musa və Sonaya Səbail rayon Polis İdarəsindən zəng gəlmişdir. Zəngdə onlara Xavərin 34800 manatını mənimsədiklərini deyərək İdarəyə dəvət etmişlər. Musagil də onlara bu barədə Bərdə rayon Polis şöbəsində araşdırılma aparıldığını, belə halın mümkün olmadığını izah etmişdir. Səhərisi gün işə gələndə üç nəfər polis əməkdaşının aptekdə dayandığını görmüşdür. Polis əməkdaşları onu aptekdə otaqların birində dayandırıb Vüqar Məcidov tərəfindən zəng gəlib-gəlmədiyini soruşmuş, o da gəldiyini demişdir. Polis əməkdaşları ona Bərdə rayon Polis şöbəsinə gəlməli olduğunu, orada izahatının alınacağını demişdir. Bundan sonra onu Səbail rayon Polis İdarəsinə gətirmiş, iki gün orada saxlamışlar. Şöbəyə aparılan zaman polis əməkdaşlarından nə üçün təqsirləndirildiyini soruşmuşdur, polis əməkdaşları da ona bir kağız göstərmişdir. Həmin kağızda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs açıq şəkilləri ilə təhdid etdiyi, onun da Sona ilə əlbir olduğu yazılmışdlr. Hətta polis əməkdaşları yolda olanda ona Xavərin özünü Baş Prokurorluğun qarşısında yandırdığını, tanınmaz vəziyyətdə olduğunu demişdir. Bunu eşidəndə Xavər üçün çox pis olmuşdur, bir gün özünə gələ bilməmişdir. Şöbədə olanda bir dustaqı içəri salmışlar, həmin dustaq içəri bir kağız parçası atmışdır. Həmin kağızda “ağ köynəkli Sona” yazılmışdır. Saxlanıldıqları müddət ərzində onlara nalayiq hərəkətlər edildiyindən qorxduqları üçün nə desələr, etməyə razı hala gəlmişlər. Şöbədə şəkillərlə təhdid etmə məsələsinə razı olmadıqları, amma Xavərə pul ödəməyə razılaşdıqlarına dair sənədə imza çəkmişlər. Qorxduqları üçün məcburi şəkildə Xavərə pul ödəməyə razılaşmışdır. Ondan heç səbəbini bilmədiyi halda 2000 manat pul alınmışdır. Vüqar Məcidov onları pulu ödəmədikləri halda Kürdəxanıya yollayacaqları ilə bağlı hədələmişdir. Bu müddət ərzində evində olan bütün əşyalarını satıb 2000 manatı toplamışdır. Bu məsələ ilə bağlı maddi vəziyyəti yaxşı olmadığı üçün heç bir quruma şikayət edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, məhkəməyə gəlməmişdən öncə nə Tavatla, nə də Xavərlə məhkəmədə gedən proseslə bağlı heç nə danışmamışdır. Bəzən Sonayla telefonla danışmışdır, amma məhkəmədə gedən proseslə bağlı nə o soruşmuşdur, nə də Sona ona nəsə demişdir. Tavatla da, ümumiyyətlə, əlaqəsi olmamışdır. Xavərə verdiyi 3000 manatı 2021-ci ilin oktyabr-noyabr aylarında almışdır. Xavərlə Sona arasında yaranan mübahisə ilə bağlı heç bir məlumatı olmamışdır. Sona ilə o, Xavəri ilk dəfə Bərdə rayon Polis şöbəsində görmüşdür. Sona bundan əvvəl Xavərlə telefonla əlaqə saxlamışdır, amma üzbəüz görməmişdir. Xavər faizə pul verdiyi üçün müəyyən məbləğdə pula ehtiyacı var. O, faizə pul verməklə məşğul olmamışdır. Sadəcə Sona ona Xavərin çox xeyirxah insan olduğunu demişdir, o da Sonaya güvənib iki dəfə Xavərə borc pul vermişdir. Sonanın Xavəri açıq şəkilləri ilə hədələdiyini ilk dəfə Səbail rayon Polis İdarəsində eşitmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ildə Bərdə rayon Polis şöbəsində barələrində şikayət edən zaman ilk dəfə görmüşdür. Şahid4 isə Təqsirləndirilən şəxs ilə Bərdə şəhərində işlədiyi “Buta” aptekdə birgə işləmişdir. 2021-ci ilin oktyabr ayında Sona ona zəng vurub demişdir ki, Tavat adlı tanışı var, lotoreya oynayır, həm də anası xəstədir, təcili pula ehtiyacı var. O, da Sonanı tanıdığı üçün özü də evinin təmiri üçün kredit pulu götürdüyünə görə demişdir ki, pul verər, amma tez qaytarmaq şərti ilə. O, həmin vaxt 1000 manat pulu əri Musaya vermişdir ki, sonuncu həmin 1000 manat pulu aparıb Sonaya versin. Musa da Sonanın iş yerinə gedib 1000 manatı Sonaya vermişdir. Sona isə həmin pulu Tavata vermişdir. Bir müddət keçdikdən sonra Sona ona yenidən zəng edərək Tavata yenə də borca pul lazım olduğunu demiş, o, həmin günü əri Musaya pul vermişdir ki, aparıb Sonaya versin. Musa isə həmin pulu aparıb Sonaya verən zaman yenə də əvvəlki kimi Tavat orada olmuşdur. Pulu ondan Sona istədiyinə görə pulu qaytarmaq vaxtı çatanda o, Sonadan pulunu istəmiş, sonuncu demişdir ki, Tavat pulu hələ gətirməyib. Bir müddət sonra Tavat 3000 manat pulu geri qaytarmışdır. Sonra ona məlum olmuşdur ki, Tavat aldığı 3000 manat pulu Bakı şəhərində yaşayan rəfiqəsi Xavərə göndərmişdir. 2021-ci ilin noyabr ayında Tavat ona demişdir ki, Xavər təkrar ondan pul istəyir. O, Tavatdan Xavərin hansı məbləğdə pul istədiyini soruşduqda sonuncu demişdir ki, Xavər deyib ki, nə qədər pul düzəldə bilirsənsə tap göndər. O, Tavatdan soruşmuşdur ki, Xavər pulu hansı müddətə istəyir. Tavat bildirmişdir ki, Xavər pulu 1 həftəlik istəyir. 2021-ci ilin noyabr ayının əvvəlində Sona ondan 4000 manat pul alıb Tavata vermişdir. Tavat da həmin pulu Xavərin bank kartına göndərmişdir. 1 həftə keçdikdən sonra Sona Tavatdan pulu geri istəmiş, Tavat demişdir ki, Xavər ona deyir ki, müdiri Alim müəllimin pulunu səhv köçürübdür, onun pulunu yerinə qoymasa Xavəri işdən çıxardacaq, pulu göndərəcək. Daha sonra Xavər başlamışdı yalandan bəhanələr gətirməyə ki, güya kart bloka düşüb, bankdadır pulu göndərir və müxtəlif bəhanələr demişdir. Həmin vaxtdan sonra Sona ilə o, Tavatdan pulu geri qaytarmasını istəmişlər. Tavat da onlara demişdir ki, Xavər pulu Röyaya verib, Anar adlı şəxsdə pulu var, onu alan kimi geri qaytaracaqdır. 2022-ci ilin mart ayında Tavatın dayısı Həmzə onun əri Musaya zəng vurub demişdir ki, Tavatm evinə gəlin görək Tavatm məsələsi nədir? Buna görə də o, əri Musa, Sona və Sonanın əri Royalla birlikdə Tavatm yaşadığı evə getmişlər. Orada Sona demişdir ki, ondan 4000 manat pul alıb Tavata vermiş, Xavəri tanımır. Həmin vaxt Tavatın dayısı Həmzə demişdir ki, narahat olmasınlar, əgər Xavər pulu qaytarmasa onlar özləri qaytaracaqlar. Orada söhbət etdikdən sonra yaşadığı evə getmişdir. Bundan sonra Tavatın dayısı Həmzə onun 4000 manat pulunu hissə-hissə olmaqla 2022-ci ilin yay ayına qədər tam qaytarmışdır. Bundan sonra onun nə Tavatla, nə də Xavərlə əlaqəsi olmamışdır. Bundan sonra 2022-ci ilin dekabr ayında bir nəfər şəxs onun əri Musaya zəng vurub Xavərin tanışı olduğunu və Xavərdən alınan pulu geri qaytarmayacları halda onlara nəsə edəcəyini demişdir. 2022-ci ilin dekabr ayının 30da Zərərçəkmiş şəxs Bərdə rayon Polis şöbəsinə şikayət etmiş, bir neçə vaxtdan sonra onun mobil nömrəsinə Xavər zəng edərək ondan borca pul istəmiş, o isə demişdir ki, özü borca pul götürərək evini təmir etdirir. Tavatla Xavərin arasında hansı pul söhbətləri olubsa onun bundan məlumatı olmayıbdır. Sonradan isə Xavər onları təhdid etməyə başlamışdır ki, guya o, həmin pulun üstündə Tavatdan faiz istəmişdir. O, düşünmüşdür ki, ola bilsin Tavat kimlərdənsə pul alıb Xavərə verərək üstündə faiz istəyib və yaxud da, Tavat hansısa formada Xavərdən yüksək məbləğ almaq istəyib, onların adından danışaraq belə bir “qurğu” qurubdur. Xavər onu təhdid etmişdir ki, onun ailəsinin və uşaqlarının başına kriminal aləmin üzvləri ilə oyun açacaqlar. Onlar Şahid4 2 dəfə, ilk dəfə 3000 manat pul vermiş, həmin 3000 manatı Xavər X1 kartına 3100 manat geri qaytarıbdır. İkinci dəfə isə 4000 manat pul vermişlər, həmin 4000 manatı Tavatın dayısı Həmzə 2022ci ilin yay aylarına qədər hissə-hissə olmaqla tam şəkildə qaytarmışdır. Şahid4 başqa pul verməmişdir. O, Təqsirləndirilən şəxs, Şahid2 və ya Şahid3 Zərərçəkmiş şəxs heç bir formada hədə qorxu gəlməmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yarıçılpaq şəkillərinin sonuncuya göndərərək hədə qorxu gəlməsinə inanmır. Şahid4 verdikləri 4000 və 3000 manat pulları geri istəyən zaman onlar Şahid4 və ya Zərərçəkmiş şəxs heç bir hədə qorxu gəlməmişlər. O, bir dəfə Xavərlə telefonla danışmış və pulu gecikdirməsinin səbəbini soruşmuş, sonuncu isə pulu göndərəcəyini demişdir. Zərərçəkmiş şəxs ona Sonanın yarımçılpaq şəkillərilə hədələməsi ilə bağlı heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs Bərdə rayon Polis şöbəsinə müraciət edən zaman da yarımçılpaq şəkilləri ilə hədə qorxu gəlinməsi barədə hər hansı bir məlumat verməmişdir (cild 1, iş vərəqi 8-9, cild 1, iş vərəqi 158-160). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sona ilə 2007ci ilin sentyabr ayında ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı dünyaya gəlmişdir. O, baş verən hadisələrdən öncə də, hal-hazırda da aptekdə əczaçı kimi işləmişdir. 2021-ci ilin noyabr ayında evə gəlib Sonanın narahat vəziyyətdə olduğunu görmüş, nə baş verdiyini soruşmuşdur. Sona da ona bütün hadisələri danışmış, iş yoldaşı Tavatın rəfiqəsi Xavərə iş qurmaq üçün 4000 manat pul lazım olduğunu, Xavərin həmin pulu Tavatdan istədiyini izah etmişdir. Tavat da özündə həmin məbləğdə pul olmadığını bildirərək kömək edə bilməyəcəyini demişdir. Sona Tavatdan nə məsələ olduğunu soruşmuş, Tavat da ona hər şeyi izah etmişdir. Sona Tavata kömək etmək məqsədilə həmin pulu tapa biləcəyini deyərək onları Aygünlə tanış etmişdir. X58 əvvəlcədən də bu pulun tapılmasına onu tanıdığı üçün kömək etdiyini deyərək, pul vaxtında geri qaytarılmadığı halda, özünün də pis vəziyyətdə qalacağını demişdir. Tavat da pulun vaxtında geri qaytarılacağını əminliklə bildirmişdir. Belə ki, Aygün Xavərə 4000 manat faizə pul vermişdir, lakin uzun müddət keçsə də, geri qaytarmamışdır. Aygün də həmin pulu Sonadan tələb etmişdir. Bir müddət sonra o, Sonanın işlədiyi aptekə getmiş, orada onlar mübahisə etmişdir. Mübahisə zamanı aptekdəki su qabına qolu dəyərək yerə düşüb qırılmışdır. Tavat həmin anları videogörüntüyə alıb Xavərə yollayaraq onun qaranlıq adam olduğunu, hər yeri dağıtdığını deyərək bu şəkildə əsassız ifadələr işlətmişdir. 23 fevral 2022-ci ildə Aygün Sonaya zəng edərək 4000 manatı tələb etmişdir. Bu zəngdən sonra Sona ilə birlikdə Tavatın evinə getmişdir. Tavatın dayısı Həmzə, dayısıoğlu, anası da həmin vaxt evdə olmuşlar. Sona Tavata pulu onu tanıdığı üçün güvənib verdiyini, Xavər pulu geri qaytarmadığını, Aygünün ondan istədiyini, ona güvənib özünün də pis vəziyyətdə qaldığını demişdir. Tavatın dayısı irəli duraraq pulu özünün verəcəyini demişdir. Beləliklə, Xavərin geri qaytarmalı olduğu 4000 manat pulu Tavatın dayısı ödəmişdir. O, Xavəri ilk dəfə Bərdə rayon Polis şöbəsində görmüşdür, həmin günə qədər belə bir şəxsi tanımamışdır. Bir müddət ara sakitləşmişdir. 30 dekabr 2022-ci ildə axşam saat 16:00-17:00 radələrində işdən evə gələndə Sonaya zəng gələrək Xavərin iddia qaldırdığı, bununla bağlı Sonanın, onun, Aygünün, Musanın Bərdə rayon Polis şöbəsinə getməli olduğu bildirilmişdir. Bərdə rayon Polis şöbəsində olanda onlara Xavərin 4000 manat faizə pul götürdüyü, amma ondan 18000 manat əlavə pul alındığı deyilmişdir. Bərdə rayon Polis şöbəsində şantajla bağlı məsələ müzakirə olunmamışdır. Polis əməkdaşları həmin 18000 manat məsələsinin mülki iddia olduğunu deyərək evlərinə gedə biləcəklərini demişdir. Bu hadisələrdən sonra ona tanımadığı xarici nömrədən zəng gəlmişdir. Zəngi açan zaman özünü Lotu Qulinin xalasıoğlu kimi tanıdan Paşa ləqəbli şəxs Xavərə faizə pul verdiyini, əlavə pul aldıqlarını iddia etmişdir. Həmin məsələni həll etmək üçün Bərdə rayonuna gələcəyini, onunla üzbəüz danışmaq istədiyini demişdir. Paşa sonradan evinə gedib Cəmilə adlı birlikdə yaşadığı qadına bu hadisələri danışmışdır. Cəmilə Bakıda yaşasa da, əslən Bərdəli olmuşdur, atasının adı Əmrah imiş. Əmrah onların aptekinin daimi müştərisi olmuşdur. Paşa onun adını çəkən kimi X40 deyibdemədiyini soruşmuşdur, Paşa da təsdiqləmişdir. Cəmilə də onun qardaşı kimi əziz olduğunu demişdir. Növbəti gün Paşa ona zəng edərək bundan sonra dost olduqlarını, Bakıya gəldikdə qulluğunda duracağını bildirmişdir. Beləliklə, Paşa ilə bağlı məsələni də belə həll yoluna qoymuşdur. 5-6 ay sonra onları Yasamal RPİ-dən Xavərə 33000 manat borcu olduqlarına dair iddia qaldırdığı ilə bağlı çağırmışlar. Yasamal RPİ-də də şantajla bağlı heç nə deyilməmişdir. O, zəng edən polis əməkdaşlarına bu iddiaya Bərdə rayon Polis şöbəsində də baxıldığını, mülki iddia olduğu üçün geri qaytarıldığını bildirmişdir. Lakin polis əməkdaşları təkidlə Yasamal RPİ-nə gəlməli olduqlarını demişdir. Həmin gün Bərdə rayonunda onların işinə baxan Vəli adlı əməliyyatçıya zəng etmişdir, vəziyyəti başa salmışdır. Vəli bu məsələni həll edəcəyini, onların Yasamal RPİ-nə getməyə ehtiyacı olmayacağını demişdir. Bir müddət sonra Sona ona zəng edib ağlayaraq Səbail RPİ-dən polis əməkdaşlarının evlərinə gələrək Xavərin özünü Prezident Aparatının önündə yandırdığını, intiharında da onların təqsirli olduqlarını dediklərini bildirmişdir. Sonaya telefonu evə gələn polis əməkdaşlarına verməsini bildirmişdir, həmin polislərlə danışıb məsələnin nə olduğunu soruşmuşdur. Onlar da Xavərin intihar etdiyini demişdir. Polis əməkdaşlarına tez evə gələcəyini, onu gözləmədən Sonanı heç yerə aparmamalarını xahiş etmişdir. Polis əməkdaşları da getməli olduqlarını, onun sonradan gələ biləcəyini demişdir. Bundan sonra tez Sonanın əmioğlusuna zəng edib tanış vəkili olub-olmadığını soruşmuşdur. Sonanın əmisioğlu da Elçin adlı vəkili məsləhət görmüşdür. 23 noyabr 2023-cü ildə, axşam saat 20:00-da Sonanın atası, vəkil Elçin bəy və o birlikdə Səbail RPİyə getmişdir. Vəkil Elçin bəy polis əməkdaşlarına Sona ilə görüşmək istədiyini demişdir, lakin iş saatı bitdiyindən icazə verilməmişdir. Elçin müəllimin orderini hazır etmişdir, bütün sənədlərini rəsmiləşdirmişdir, buna baxmayaraq, Elçinin Sona ilə görüşməsinə icazə verilməmişdir. Bundan sonra o, müstəntiq Vüqar Məcidovun yanına getmiş, otağa daxil olanda Xavərin oturub çay içdiyini görmüşdür. Vüqar müəllimdən onlara Xavərin intihar etdiyi ilə bağlı məlumat gəldiyini, bu səbəbdən Sonanın və Aygünün saxlanıldığını bildirmişdir. Bu zaman Vüqar müəllim istehza ilə Xavərin özünü yandırdığını, lakin estetik əməliyyatla yanıqlarını sağaltdığını demişdir. O da iki gün ərzində yaraların necə belə tez sağala biləcəyini, ortada intihar hadisəsi olmadığı halda əsassız şəkildə Sonanın saxlanılma səbəbini soruşmuşdur. Həmin vaxt Vüqar müəllim ona 02 ədəd A4 vərəqində şəkillər təqdim etmişdir. Həmin şəkillərdə baş nahiyəsindən aşağı hissəsi görünən, alt paltarında olan bir xanım var imiş. Vüqar müəllim həmin Xanımın Xavər olduğunu, həmin şəkilləri ilə Sona tərəfindən hədələndiyini, ondan 33000 manat pul alındığını demişdir. Deyilənə görə, Sona həmin şəkilləri Tavatın telefonundan götürüb özünə yollamışdır, daha sonra da Xavərə yollayaraq onu hədələmişdir. O da həmin şəkillərin montaj ola biləcəyini, əgər telefonda buna dair sübutlar varsa, göstərmələrini bildirmişdir. Vüqar müəllim də telefondan həmin şəkilləri taparaq ona göstərmişdir. Bu zaman o, Vüqar müəllimə Sonanın, Xavərin və Tavatın telefonlarının ekspertizaya göndərilməsini bildirmişdir. Üç telefondan sadəcə Sonanın telefonu ekspertizaya göndərilmişdir. Həmin hadisələr baş verən müddətdə Sona ilə Aygün 02 gün təcridxanada saxlanılmışdır. Vüqar müəllim ondan Xavərə dəymiş zərəri ödəməyini tələb etmişdir. Hətta polis əməkdaşları Sonaya onu Bakı İstintaq Təcridxanasına yollayacaqlarını, məhkumluğu yaranandan sonra iki oğlunun da universitetə qəbul olmayacağını, gələcəkdə dövlət işində işləyə bilməyəcəklərini, hərbiçi qardaşının işdən çıxarılacağını demişdir. Sona övladları ilə hədələndiyi üçün çox qorxub, ağlayaraq Elçin müəllimdən kömək istəmişdir. Elçin müəllim də Xavərə dəymiş zərəri ödəmək məcburiyyətində olduqlarını demişdir. Bu hadisələr səbəbindən Sona intihara da cəhd etmişdir, hətta bununla bağlı Bərdə rayon prokurorluğunda da məlumat mövcud imiş. Sonaya yüksək dozada dərman zəhərlənməsi diaqnozu qoyulmuşdur. Sona oğulları ilə görüşəndə böyük oğlu Ramala ona nəsə olduğu halda qardaşı Nihadın ona əmanət olduğunu demişdir. Bundan sonra da 29 avqust 2022ci ildə intihara cəhd etmişdir. Vüqar müəllim Xavərə dəymiş zərəri qismən ödədikləri halda, Sonanı polis nəzarəti altında evə buraxacaqlarını bildirmişdir. O da razılaşmışdır. Beləliklə, Sona polis nəzarəti altında evə buraxılmışdır, o da 2.000 manat toplayıb Vüqar müəllimə vermişdir. Bu pulu verdikdən sonra Vüqara Xavərin gəlib ona 2.000 manat məbləğində pul verildiyini təsdiq edən sənədə imza çəkməsini bildirmişdir. Vüqar müəllim Xavərə zəng edəndə, Bakıda olmadığını demişdir. O da Vüqar müəllimə bu pulu verdiyini təsdiqləyən sənəd olmadan təhvil verdiyini, Xavər yenidən iddia qaldırıb pul tələb etdiyi halda nə olacağına dair sual vermişdir. Vüqar müəllim bu işə elə xitam verəcəyini, Xavərin heç bir orqana müraciət edib yenidən iddia qaldıra bilməyəcəyini vəd etmişdir. Hətta 28 fevral tarixində işə xitam verildiyinə dair sənədi təhvil ala biləcəklərini də demişdir. 28 fevral tarixi çatanda Vüqar müəllimin yanına getmişdir, sənədi tələb etmişdir. Vüqar da ekspertizanın rəyi gəlmədən sənədi verə bilməyəcəyini demişdir. O, Vüqardan işə xitam verilmədiyi halda ondan 2000 manatın niyə alındığını soruşmuşdur. Vüqar da onun pul verməkdən qaça bilməyəcəyi tərzində cavab vermişdir. Səbail RPİ-də olan zaman onlara ilk dəfə Xavərə 33000 manat verməli olduqları deyilmişdir, sonra haqq-hesab aparılmışdır, son nəticə 22000 manat olmuşdur. Vüqar müəllim yanvar ayının sonuna qədər pulu ödəməkləri üçün vaxt vermişdir. O, Xavərə birinci 2000 manat, sonra 8800 manat ödəmişdir. Hətta 2000 manatı ödədiyi gün Xavərin ikinci mərtəbədən gülə-gülə düşərək Vüqar müəllimin otağına daxil olduğunu görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Xavəri ilk dəfə Bərdə rayon Polis şöbəsində görmüşdür, o vaxta qədər belə bir şəxsi tanımamışdır. Sona pul məsələsi ilə bağlı Xavərə və ya Tavata köçürmə etməmişdir. O, yalnız Xavərə 4000 manat yollanıldığını bilmişdir, digər pul əməliyyatlarından məlumatı olmamışdır. Onun kartına bu pul məsələsi ilə bağlı nə pul gəlmişdir, nə də başqa karta pul yollanılmışdır. “Paşa” ləqəbli şəxs özünü ona Xavərin qohumu kimi tanıtmışdır, ilk zəng edəndə məqsədi hədə-qorxu gəlməklə Xavərə pul yollanılmasını tələb etmək olmuşdur. Paşa ləqəbli şəxsi üzbəüz görməmişdir, əsl adı, soyadı, ata adı barədə məlumatı olmamışdır. Paşa ona Bərdəyə gələcəyini, üzbəüz görüşüb bu məsələni həll yoluna qoyacağını demişdir. Onun heç bir zaman Xavərlə əlaqəsi olmamışdır. İşə baxan müstəntiq Yaşar bəy ona zəng edərək Xavərə 8800 manat və 2000 manat ödədiklərini, pulun qalan hissəsinin durduğunu, 34.400 manata yaxın borc olduğunu, bu pulu ödəməli olduqlarını demişdir. O da Yaşara Vüqarın onlara borcu qismən ödəmələrini bildirdiyini, zərərçəkmiş şəxsi razılaşdırıb bu işə xitam qərarı alacağını vəd etdiyini izah etmişdir. Birinci dəfə onlara Xavərə 34400 manat məbləğində ziyan vurduqları deyilmişdir, sonra müstəntiq hesablamışdır, 22000 manat olduğu bildirilmişdir. Vüqar da onlara 10000-12000 manat ödəmələrinin kifayət etdiyini, Xavəri yola gətirməyə çalışacağını demişdir. O, 22000 manat məsələsini eşidəndə həm Vüqar müəllimdən, həm də Sonadan bu borcun nə olduğunu soruşmuşdur. Bu məbləğ ona çox təəccüblü gəlmişdir, çünki sadəcə Xavərə verilən 4000 manat barədə məlumatlı olmuşdur. Vüqar müəllim də ona karta yollanılan pulların çeklərini göstərib bu pulların Sonanın Xavəri şantaj etməsi nəticəsində göndərildiyini bildirmişdir. Eşitdiklərindən sonra Vüqar müəllimə ortada şantaj məsələsi olmadığını bildirmişdir. Xavər Sonanın kartına heç bir məbləğdə pul yollamamışdır. X27 kartına pul yolladığından məlumatı olmamışdır. Bərdə rayon Polis şöbəsində onlar 3000 manatı birbaşa Xavərə təqdim etməmişdir. Onlar da polis əməkdaşlarına 3000 manat faizə pul verildiyini etiraf etmişdir, hətta baş verən mübahisənin həmin pulla əlaqəli olduğu təsdiqləndikdə 3000 manatı da Xavərə geri qaytara biləcəklərini demişdir. Tavat Bərdədə yaşayan Şəfəq adlı xanımdan və onun ərindən də borc pul alaraq Xavərə yollamışdır. Həmin pulları Sonanın vasitəçiliyi ilə yollamamışdır. Tavatın özü Şəfəqlə və onun əri ilə danışaraq pul alıb Xavərə yollamışdır, onların bu işə heç bir aidiyyəti olmamışdır. Sonanın vasitəçiliyi ilə Aygündən müəyyən məbləğdə pul alındığını, amma geri qaytarılmadığını öyrənmişdir. Birinci dəfə verilən 3000 manatın söhbəti gedən vaxtda Tavat zəng edərək Xavərin optika mağazası açdığını, bununla bağlı 4000 manata ehtiyacın olduğunu demişdir. Eləcə də, Tavat Xavərin bu mağazanı açdıqdan sonra aldığı bütün pulları geri qaytaracağını, heç bir pul söhbəti olmayacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş – Şahid1 əri Şahid2 ifadəsində göstərdi ki, səhv etmirsə, 2021-ci ildə Sona və Tavatın vasitəçiliyi ilə Xavərə borc pul vermişdir. Sona ilə Tavat onlara rəfiqələrinə borc pul lazım olduğunu demişdir. Aygünlə o da 3000 manat pul hazır edib Sona ilə Tavata vermişdir, onlar da həmin pulu Xavərə göndərmişdir. Tavat Xavərin pula ehtiyacı olduğunu deyəndə onlar da ehtiyacı olana əl tutmaq məqsədilə evlərinin tikintisi üçün kənarda saxladıqları 3000 manatı verməyə razılaşmışdır. O, Sonagilin işlədiyi aptekə gedib pulu onlara vermişdir. Bundan sonra da Tavat həmin 3000 manatı Xavərin kartına yollamışdır. Borc pul verən zaman hər hansı şərt müəyyənləşdirməmişdir. Xavər onlara evlərinin tikintisi üçün maddi dəstək göstərəcəyini vəd etmişdir. Evinin təmiri yarımçıq qaldığı üçün Xavərin təklifi çox ağlına batmışdır. Xavər onlara borc götürdüyü pulu qaytaranda üzərinə əlavə pul da qoyacağını demişdir. Xavər aldığı 3000 manatı geri qaytarmışdır, üzərində də 200-300 manata yaxın əlavə pul, bir də ki, hədiyyələr göndərmişdir. Birinci dəfə Xavərə 3000 manat vermişdir, sonra da 4000 manat vermişdir. Həmin 4000 manatı da Xavər geri qaytara bilməmişdir. Həmin qaydada 4000 manatı aptekdə Sona ilə Tavata vermiş, onlar da Xavərə yollamışdır. Xavər maddi vəziyyəti yaxşı olmadığı üçün 4000 manatı uzun müddət geri qaytarmamışdır, onlar da son çarə Tavata müraciət etmişdir. Beləliklə, Tavatgil həmin 4000 manatı onlara hissəhissə geri qaytarmışdır, ortada heç bir borc məsələsi qalmamışdır. Sonradan Xavərin açıq şəkilləri ilə Sona tərəfindən hədələndiyini eşitmişdir. X30 açıq şəkilləri ilə təhdid edərək əlavə pul istədiyini demişdir. Bir müddət sonra onlara Səbail rayon Polis İdarəsinə dəvət olunduqları ilə bağlı bildiriş gəlmişdir. Onlar da həmin bildiriş üzrə getməmişdir. Sonradan Aygünü və Sonanı Bərdə rayonundan Səbail rayon Polis İdarəsinə gətirmişlər, 02 gün müddətində orada təcridxanada saxlanılmışdır. Ümumiyyətlə, Xavərin açıq şəkilləri ilə hədələnməsi kimi bir hal baş verməmişdir. Xavər İdarədə onlara əlavə pul verdiyini demiş, açıq şəkilləri ilə şantaj olunduğunu əsas göstərərək də onları Bərdə rayonundan Səbail RPİ-nə gətirtmişlər. İş uzanmışdır, Aygünlə Sona 02 gün saxlanıldıqdan sonra işin məhkəməyə göndəriləcəyi deyilərək azadlığa buraxılmışlar. Aygün Səbail RPİ-də 2000 manat pul ödəmişdir. Həmin pulu azadlığa buraxılmaları üçün vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, X35 pul verilməsi ilə bağlı marağının nə olması barədə məlumatı olmamışdır. Aygünlə Xavər iki-üç dəfə telefonla danışmışdır. Xavər pulu gec ödəyəndə Aygün zəng edib pulu istəmişdir, aralarında söhbət etmişlər. Xavər maddi vəziyyətinin yaxşı olmaması səbəbindən pulun ödənilməsini gecikdirmişdir. O, bircə dəfə Xavər xanımla telefonla danışmışdır. Həmin vaxtlarda Xavər Aygünlə danışmışdır, sonra telefonu götürüb o danışmağa başlamışdır. Paşa ləqəbli şəxslə danışmışdır, danışan zaman da onlardan Xavərə pul ödəmələri istənilmişdir. Paşa Sonanın əri Röyalla da danışmışdır, amma ondan nə istədiyi barədə məlumatı olmamışdır. Xavər onun iş yoldaşı Rəhim Məmişovun kartına 3000 manat pul yollamışdır. Xavər ona kartından faiz tutulduğunu demişdir, Aygündən də pulu yollaması üçün başqa kart tapmasını istəmiş, o da iş yoldaşı Rəhimdən xahiş etmişdir. Ən sonda Xavər onun kartına 3000 manat pul yollamışdır. 3000 manatı Rəhimin kartına nə zaman yolladığını xatırlamdır. X36 hər hansı məbləğdə borc pul verməsi ilə bağlı məlumatı olmamışdır. Xavərin Sona tərəfindən açıq şəkilləri ilə təhdid olunması ilə bağlı məlumatı ilk dəfə Səbail RPİ-də öyrənmişdir. Xavər tərəfindən onun kartına 6635 manat ödənilməmişdir. Bircə 3000 manat Rəhimin kartına yollanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş – təqsirləndirilən şəxsin bacısı Şahid5 ifadəsində göstərdi ki, bacısı Sona ondan tam xatırlamadığı tarixdə 800 manat borc pul istəmiş, o da bacısına həmin pulu tapıb vermişdir. Həmin vaxta qədər bacısı ilə birbirlərinə kiçik məbləğlərdə, yəni 5-10 manat məbləğində pullar yollamışlar. O, 800 manatı Sonaya verən zaman 3-4 gün ərzində geri qaytaracağını demişdir. O, həmin pulu ərindən xəbərsiz Sonaya verdiyi üçün 3-4 gün keçəndən sonra Sonadan pul barədə soruşmuş, Sona da pulun Tavatda olduğunu, 1-2 gün ərzində geri qaytaracağını demişdir. Sona ondan 800 manatı istəyən zaman səbəbini soruşmamışdır. O, 800 manatı Sonaya vermişdir, sonradan həmin pulu Tavata kimin verdiyini bilməmişdir. 1-2 gündən sonra o, özü Tavata pulu geri qaytarması üçün yazmışdır, çünki ərinin bu pul məsələsindən xəbəri olmamışdır. Həmin 800 manatı Tavatın özü ona geri qaytarmışdır, hansı tarixdə geri qaytardığını xatırlamır. Səhv etmirsə, o, Tavata mesaj yazandan xeyli müddət sonra 800 manat geri qaytarılmışdır. 800 manatın kimə verildiyi barədə əvvəlcədən məlumatı olmamışdır, sonradan söz-söhbət yaranmışdır, həmin vaxt bütün məsələni öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bərdə rayon Polis şöbəsinə çağırılan ərəfələrdə arvadı Mələklə birlikdə sonuncunun atasının evinə qonaq getmişdir. Qayınatasıgildə ortada pul söhbəti olduğunu öyrənmişdir. Bərdə rayon Polis şöbəsinə dəvət olunmuşdur, Sona ilə Xavər arasında pul məsələsi olduğunu bilmişdir. Xavər pul məsələsi ilə bağlı Sonagildən şikayət etmişdir. Bu məsələ ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirdi ki, o, Polis şöbəsinə gedən zaman Sona ilə Xavər arasında pul məsələsi olduğunu bilmişdir. Onu Səbail rayon Polis İdarəsində Yaşar bəy şahid qismində dindirmişdir. Orada Sona ilə Xavər arasında pul məsələsi olduğu deyilmişdir. Belə ki, Xavər pul istəmiş, baldızı Sona da Xavərə pul vermişdir. Polis şöbəsində pulun kimin verdiyini, məsələnin nə ilə bağlı olduğunu deməmişlər, bu barədə məlumatı olmamışdır. Arvadı Mələk ondan xəbərsiz cibindən 800 manat götürüb bacısı Sonaya vermişdir. Həmin pulu Sona geri qaytarmışdır. Sona 800 manatı arvadı Mələyə geri qaytaran zaman həmin 800 manatı Tavatın ona verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o, Sonanı, Tavatı və Xavəri tanımamışdır. Bu iş üzrə tanıdığı şəxs iş yoldaşı Şahid2 olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid X23 bildirdi ki, Musa ona kartına bir şəxsdən pul gələcəyini, faiz tutmayan karta ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxtlarda onda “Unibank”ın debet kartı var imiş. Musa ilə də iş yoldaşı olduqları üçün güvənmişdir. Beləliklə, kartına pul gəlmiş, lakin yollanılan pulun məbləğini, hansı tarixdə yollanıldığını dəqiq xatırlamır. Musa ona pulun kimə çatacağını, nə üçün yollanıldığını deməmişdir, sadəcə kartına pul gələcəyini, oradan çıxartmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs tanımır. Musanın arvadının adının Şahid1 olduğunu yeni öyrənmişdir. Aygünü tanımamışdır. Aygün tərəfindən başqalarına borc pul, sələmə pul verilməsinə dair heç bir məlumatı olmamışdır. O, heç kimə sələmə pul, ya da borc pul verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Bərdə rayon Polis şöbəsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 2021-ci il noyabr ayında Bərdə şəhərində yaşayan Tavat adlı qadının vasitəsilə Sona adlı qadından 3000 manat pul borca götürmüşdür. Daha sonra Sona o pulu faizə verdiyini və 1480 manat (7 günə) faiz gəldiyini bildirmiş və Sona Tavatı şantaj etməyə başlamışdır. Bundan sonra da onu şantaj etməyə başlamış, hətta ölümlə hədələmişdir. Sonanın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 3). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 6, ev 2-də yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 11-14). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması üçün göndərilməsi haqqında Bərdə rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1/5458 saylı material üzrə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Bərdə rayon Polis şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 34-35). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 6, ev 2-də yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 20-23). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması üçün göndərilməsi haqqında Bərdə rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1/5458 saylı material üzrə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 01 avqust 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Bərdə rayon Polis şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 28-29). - toplanmış materialların ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış material Azərbaycan Respublikası CPM-nin 216.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə cinayət hadisəsinin baş verdiyi və bitdiyi yer üzrə araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Yasamal RPİ-yə göndərilmişdir (cild 1, iş vərəqi 36-37). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs tanışları tərəfindən etibarından istifadə edərək aldadılması faktı ilə əlaqədar sonuncu ödənişin Səbail rayonu, İnşaatçılar prospekti 67 ünvanında yerləşən “Bank Respublika” filialından göndərilməsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir (cild 1, iş vərəqi 42-43). - təhqiqat materiallarının ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material araşdırmanın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Bakı şəhəri Səbail RPİyə göndərilmişdir (cild 1, iş vərəqi 44-45). - cinayət materiallarında olan qəbzlərdən görünür ki, zərərçəkmiş şəxs tərəfindən aşağıdakı şəxslərə məbləğlərlə pul göndərilmişdir: Şahid4: xx.xx.2021-ci il, 350 AZN (5310*********9141) (cild 1, iş vərəqi 75); xx.xx.2021-ci il, 156 AZN (53***********029141) (cild 1, iş vərəqi 67); xx.xx.2021-ci il, 2000 AZN (5310*********9141) (cild 1, iş vərəqi 83); xx.xx.2021-ci il, 1000 AZN (5310*********9141) (cild 1, iş vərəqi 84); xx.xx.2021-ci il, 10 AZN (53***********029141) (cild 1, iş vərəqi 66); xx.xx.2021-ci il, 420 AZN (53***********029141) (cild 1, iş vərəqi 82); xx.xx.2021-ci il, 1490 AZN (5310*********9141) (cild 1, iş vərəqi 88); xx.xx.2021-ci il, 5000 AZN (53***********029141) (cild 1, iş vərəqi 89); xx.xx.2021-ci il, 1972 AZN (53***********029141) (cild 1, iş vərəqi 86); xx.xx.2021-ci il, 35 AZN (5310*********9141) (cild 1, iş vərəqi 72); xx.xx.2021-ci il, 2000 AZN (5310*********9141) (cild 1, iş vərəqi 73); xx.xx.2021-ci il, 2000 AZN (5310*********9141) (cild 1, iş vərəqi 74); xx.xx.2021-ci il, 800 AZN(Yellobank) (cild 1, iş vərəqi səh 81); xx.xx.2021-ci il, 800 AZN(Yellobank) (cild 1, iş vərəqi 81); xx.xx.2021-ci il, 400 AZN(Yellobank) (cild 1, iş vərəqi 81); xx.xx.2021-ci il, 800 AZN(Yellobank) (cild 1, iş vərəqi 79); xx.xx.2021-ci il, 800 AZN(Yellobank) (cild 1, iş vərəqi 80); xx.xx.2021-ci il, 503 AZN (53***********029141) (cild 1, iş vərəqi 65); xx.xx.2022-ci il, 4000 AZN (53***********029141) (cild 1, iş vərəqi 85); 1.206 AZN (53***********029141) (cild 1, iş vərəqi 76); X20: xx.xx.2021-ci il, 1003 AZN (3881*********1137) (cild 1, iş vərəqi 69); xx.xx.2021-ci il, 1153 AZN(4*********2547) (cild 1, iş vərəqi 78); Leobank, 455 AZN (cild 1, iş vərəqi 91); X17: xx.xx.2021-ci il, 302 AZN (son 8 rəqəmi ********) (cild 1, iş vərəqi 87); xx.xx.2021-ci il, 970 AZN (5243***********4635) (cild 1, iş vərəqi 64); xx.xx.2022-ci il, 3100 AZN (5243***********4635) (cild 1, iş vərəqi 70); Təqsirləndirilən şəxs: xx.xx.2021-ci il, 205 AZN (418249***********1157); xx.xx.2022-ci il, 263 AZN (418249***********1157); Adsız olanlara: xx.xx.2021-ci il, 100 AZN (son 8 rəqəmi ********) (cild 1, iş vərəqi 77); xx.xx.2021-ci il, 170 AZN (5310***********7578) (cild 1, iş vərəqi 68); xx.xx.2021-ci il, 20 AZN (5310***********7578) (cild 1, iş vərəqi 68). - fotoşəkillərin götürülməsi və baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu şantaj edərək iki ədəd özünə məxsus çılpaq fotoşəkli göndərdiyi “Whatsapp” ani mesajlaşma xidmətindən çəkilmiş iki ədəd fotoşəkli müstəntiq tərəfindən götürülmüş və fotoşəkillərə baxış zamanı həmin fotoşəkillərin A4 formatlı kağızda olduğu, “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsindən ekrandan çəkildiyi və fotoşəkilləri göndərən nömrənin +**********21 GSM nömrəsi olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 98-100). - Bakı şəhəri Səbail RPİ-nin 9-cu PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs hədə qoxu gələrək 33000 manat pulunun ələ keçirilməsi faktı ilə əlaqədar hadisəni törətmiş Təqsirləndirilən şəxs və Şahid4 yerlərinin müəyyən olunaraq İŞ-nə təmin olunması istiqamətində bir sıra tədbirlər keçirilmiş lakin müsbət nəticə əldə olunmamışdır. Tədbirlər davam etdirilir (cild 1, iş vərəqi 104). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 113). - şübhəli şəxsin barəsində axtarış elan edilməsi cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə şübhəli şəxs xx.xx.1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Bərdə rayonu, Türkmən kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tutulduğu halda Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 129). - Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 47/2-32-127 saylı məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 noyabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində saxlanılaraq Səbail RPİ-yə gətirilmiş və RPİ-nin MSY-yə təhvil verilmişdir (cild 1, iş vərəqi 132). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid4 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 qarşısında oturan şəxs Təqsirləndirilən şəxs tanıdığını, onunla Bərdə rayonunda Dokta aptekdə işlədiyini, onun həmin aptekdə müdirü olduğunu, onunla münasibətinin daim yaxşı olduğunu, Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyinin olmadığını, onun həqiqətən də Xavərdən pul aldıqdan sonra onun telefonundan ondan xəbərsiz Xavərə məxsus şəkillər götürərək şəkilləri Xavərə göndərərək sonuncunu şantaj edib pulunu alacağını dediyini bildirmiş, verilən suala cavab olaraq Təqsirləndirilən şəxs qarşısında oturan şəxsi tanıdığını, onun Şahid4 Zair qızı olduğunu, onunla qeyd olunan aptekdə bir yerdə işlədiyini, münasibətlərinin pis olmadığını, düşmənçiliyi və ədavətinin olmadığını, Tavatın dedikləri ilə razı olmadığını, Tavatın yalan danışdığını, Tavatın telefonunu əlinə götürmədiyini, telefonun daim parolda olduğunu, heç kimin şəklini götürmədiyini, Xavərin şəklinin Tavatın telefonunda olduğundan xəbəri olmadığını göstərmişdir. Daha sonra verilən suala cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs yalan dediyini, Sonanın ona telefonundan şəkil götürməsini, Xavəri şantaj etdiyini bildirdiyini qeyd etmişdir (cild 1, iş vərəqi 154-155). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşısında oturan şəxsi qiyabi şəkildə tanıdığını, rəfiqəsi Tavatın iş yoldaşı olduğunu, onu ilk dəfə Bərdə RPŞ-də gördüyünü, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmadığını, sadəcə onu şantaj və dələduzluq edərək xeyli miqdarda pulunu ələ keçirdiyini, bir gün ona məxsus telefon nömrəsinə “whatsapp” şəbəkəsində iki ədəd ona məxsus yarıçılpaq şəkil göndərildiyini, onun həmin şəkillərin tez ekran şəklini çəkdiyini, “Whatsapp”da zəng edərək kim olması barədə soruşduğunu, həmin şəxsin Sona olduğunu və onun başına hələ çox oyunlar açacağını, həmin şəkilləri evində, iş yerində və oxuduğu yerdə yayıb biabır edəcəyini, sonradan bu barədə Tavat ilə danışdıqda Sonanın dediklərini təsdiq edərək Sonanın onun telefonundan icazəsiz şəkilləri götürdüyünü bildirərək ondan üzrxahlıq etdiyini, Təqsirləndirilən şəxs yalan danışdığını, onu şantaj edib hədə qorxu gəldiyi halda törətdiyi əməli boynuna almadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşısında oturan şəxsi tanıdığını, onu ilk dəfə Bərdə RPŞ-də gördüyünü, münasibətlərinin olmadığını, düşmənçiliyi və ədavətinin olmadığını, Xavərin dedikləri ilə razı olmadığını, Xavərin yalan danışdığını, ona qarşı şər və böhtan atdığını, onda heç kimin şəklinin olmadığını və heç kimi şantaj etmədiyini bildirmişdir (cild 1, iş vərəqi 156- 157). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 161-162). - Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və dərhal Səbail RPİ-nin Müvəqqəti saxlama yerindən azad olunmuşdur (cild 1, iş vərəqi 179-180). - Şahid1 xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, Şahid1 qeyd olunan cinayət əməlini törətmədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəyəcəyini öz öhdəsinə götürmüşdür (cild 1, iş vərəqi 182). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəyəcəyini öz öhdəsinə götürmüşdür (cild 1, iş vərəqi 183). - Təqsirləndirilən şəxs məxsus qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 05 dekabr 2023-cü il tarixdə Səbail RPİ-nin baş müstəntiqi Vüqar Məcidova 2000 manat pulu təhvil vermişdir (cild 1, iş vərəqi 190). - Şahid1 məxsus qəbzdən görünür ki, Şahid1 Zərərçəkmiş şəxs ödənilməsi üçün 05 dekabr 2023-cü il tarixdə Səbail RPİ-nin baş müstəntiqi Vüqar Məcidova 2000 manat pulu təhvil vermişdir (cild 1, iş vərəqi 191). - mobil telefonun götürülməsi və baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilməsi məqsədilə Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli “Honor” markalı **********38834 İMEİ kodlu mobil telefon müstəntiq tərəfindən götürülmüş, mobil telefona təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman həmin telefonun ekran hissəsinin sol sınması və ekran boyu çat olması aşkar olunmuş, bundan başqa mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun açılması üçün heç bir parola ehtiyac olmadığı aşkar olunmuşdur (cild 1, iş vərəqi 198). - Zərərçəkmiş şəxs məxsus qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin müstəntiqi X37 Quliyevanın və Sona Cəfərovanın ona vurmuş olduğu maddi ziyandan 4000 manat pulu qəbul etmişdir (cild 1, iş vərəqi 199). - Təqsirləndirilən şəxs məxsus qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs dəyən maddi ziyana görə 6800 manat pulu Vüqar Məcidova təhvil vermişdir (cild 1, iş vərəqi 200). - Zərərçəkmiş şəxs məxsus qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə müstəntiq X4 ödəmiş olduğu 6800 manat pulu qəbul etmişdir (cild 1, iş vərəqi 201). - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 24 fevral 2024-cü il tarixdə aşağıdakı skrin və SD diskilərini Şahid4 təhvil almışdır.
1. Akşin adlı şəxsin onlara gəlməsi ilə bağlı skrin;
2. Kapital banka məxsus 4169 7413 5026 2547 saylı kartın surəti;
3. Şahid4 məxsus 4 ədəd fotoşəkillər;
4. 2350 manat pulun fotoşəkilləri;
5. Şəfəq adlı qadının 3 nəfərlə fotoşəkili;
6. Sona adlı şəxsin əri Röyalın Şahid4 ilə yazışma skrini;
7. Təqsirləndirilən şəxs adına olan maaş kartı;
8. Sona adlı qadının Şahid4 ilə yazışma skrini;
9. Sona adlı qadının Şahid4 ilə yazışma skrini;
10. Xavər adlı qadının Şahid4 ilə yazışma skrini;
11. Xavərin Şahid4 ilə yazışma skrini;
12. Xavərlə sonanın yazışma skrini. İçərisində Xəvər, Sona, Aqşin, Şəfəq, Nail, Aygün, Səyyarə və başqa şəxslərə məxsus səs yazıları olan 3 ədəd SD diski (cild 2, iş vərəqi 5-22). - kompleks məhkəmə-sənətşünaslıq, məhkəmə-portret və məhkəmə kompütertexniki ekspertizasının xx.xx.2024-cü il tarixi, 11/22, 5/38, 4/217, 4/230 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor 7A” markalı “DUA L22” modelli, “**********38834, **********38833” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Honor 7A” markalı “DUA L22” modelli mobil smartfonun yaddaşında quraşdırılmış +994 50 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatı vasitəsilə 055 *** ** ** abonent nömrəsi ilə hər hansı bir məlumat (çatseansı, foto və video fayllar) mübadiləsi müəyyən olunmadı, (bax rəyə əlavə olunmuş üzərində “Verbatim” yazısı olan DVD-RW diskə köçürülmüş “UEED» 4PC” proqram təminatı vasitəsilə əldə olunmuş “hesabat”a). Təqdim olunmuş 01 ədəd flaşkartdakı “WhatsApp İmage (2)”, “WhatsApp İmage” adlı fotoşəkillər pornoqrafik xarakterli deyildir. Ekspertiza tədqiqatına flaşkartda təqdim edilmiş fotoşəkillər karikatura sənədinə aid deyil və təhqiredici məna kəsb etmirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş “WhatsApp İmage (2)” və “WhatsApp İmage” adlı fotoşəkillərdə çəkilişdən sonra edilmiş montaj əlamətləri müəyyən olunmadı. Təqdim edilmiş fotoşəkillərin əsli tədqiqata təqdim olunmadığından ilkin informasiyada hər hansı dəyişikliyin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 350 (üç yüz əlli) manat təşkil edir (cild 2, iş vərəqi 34-45). - cinayət əməlinin tövsif olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir (cild 2, iş vərəqi 71). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edirək bildirmişdir ki, Şahid4 onunla Bərdə şəhərində işlədiyi "Buta" aptekdə birgə işləmiş, o, Zərərçəkmiş şəxs ilə Şahid4 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə heç vaxt birbaşa telefonla danışmamışdır. Belə ki, 2021-ci ilin oktyabr aylarında Tavat ilə Xavər aptekdə danışan zaman onların arasında pul alış-verişi olduğunu bilmişdir. Həmin ərəfədə Tavat ona da rəfiqəsi Xavərin pul lazım olduğunu bildirib ondan 3000 manat pul istəmişdir. O da öz növbəsində özündə o məbləğdə pul olmadığını bildirib Şahid1 alıb verə biləcəyini bildirmişdir. Tavat ona Xavərə pul 1 aylıq lazım olduğunu bildirmiş, bundan sonra o, Şahid1 ilə danışmış və sonuncudan 3000 manat pul alıb Tavata vermişdir. Tavat ondan pulu aldıqdan sonra aparıb Xavərə məxsus bank kart hesabına göndərdiyini bildirmişdir. 1 ay keçdikdən sonra Xavər alıdığı 3000 manat pulu geri qaytarmışdır. Xavər həmin 3000 manat pulu Tavatın bank kartına göndərmişdir. Tavat da 3000 manat pulu gətirib ona vermiş, o da həmin 3000 manat pulu aparıb Aygünə vermişdir. 2021-ci ilin noyabr ayında Tavat ona Xavərin təkrar ondan pul istədiyini demişdir. O, Tavatdan Xavərin hansı məbləğdə pul istədiyini soruşmuş, Tavat ona demişdir ki, Xavər nə qədər pul düzəldə bilirsə tapıb göndərməsini demişdir. 2021-ci ilin noyabr ayının əvvəlində o, Aygündən 4000 manat pul alıb Tavata vermişdir. Tavat da həmin pulu Xavərin bank kartına göndərmiş, 1 həftə keçdikdən sonra Tavatdan pulu geri istəmişdir. Xavər yalandan bəhanələr gətirməyə başlamışdır. Həmin vaxtdan sonra o və Aygün Tavatdan pulu geri qaytarmasını tələb etmişlər. Tavatın dayısı Həmzə Aygünün 4000 manat pulunu hissə-hissə olmaqla 2022-ci ilin yay ayına qədər tam qaytarmışdır. 2022-ci ilin dekabr ayında bir nəfər şəxs Aygünün əri Musaya zəng vurub Xavərin tanışı olduğunu və ondan alınan pulu geri qaytarmayacaqları halda onlara nəsə edəcəyini demişdir. 2022-ci ilin dekabr ayının 30-da Zərərçəkmiş şəxs Bərdə rayon Polis şöbəsinə şikayət etmişdir. Şahid4 Zair qızı istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, birinci dəfə Sona Şahid1 3000 manat pul alıb ona vermişdir. O da həmin pulu Xavərə göndərmişdir. Xavər 3000 manatın müqabilində təxminən 1000 manat əlavə vermişdir. 2021-ci ilin ayını dəqiq bilmədiyi tarixdə Sona Aygündən 4000 manat pul alıb vermişdir. Xavər də həmin pulun müqabilində 5000 manat pul qaytarmışdır. Sona kimdənsə 4200 manat pul almış və həmin puldan 3200 manat Xavərin pulu ödənilmiş, lakin Xavər həmin pulun müqabilində 4200 manat pul geri qaytarmışdır. Bundan başqa o, bacısı Mələyin əri Süleymandan 5000 manat alıb səhv etmirsə Aygünə ödənilmişdir. Həmin 5000 manat pulun müqabilində Xavər 8000 manat pul qaytarmışdır. 2021-ci ilin oktyabr-noyabr aylarında Aygün Xavərə 4000 manat pul göndərmişdir. Həmin 4000 manatı Xavər qaytarmamışdır. Həmin 4000 manat pulu onlar Aygünə qaytarmışlar. Başqa pul alıb verməyini xatırlamır (cild 2, iş vərəqi 93-96). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə şahidlər Şahid4 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında Sona ona zəng vurub demişdir ki, Tavat adlı tanışı var, lotoreya oyanır, həm də anası xəstədir, təcili pula ehtiyacı var. O, əri Musaya 1000 manat pulu aparıb Sonaya verməsini demişdir. Musa da Sonanın iş yerinə gedən zaman 1000 manatı Sonaya vermişdir. Bir müddət sonra Tavat 3000 manat pulu geri qaytarmışdır. Tavat aldığı 3000 manatı Bakı şəhərində yaşayan rəfiqəsi Xavərə göndərmişdir. 2021-ci ilin noyabr ayında Tavat Xavərin təkrar ondan pul istədiyini demişdir. 2021-ci ilin noyabr ayının əvvəlində Sona ondan 4000 manat pul alıb Tavata vermişdir. Tavatın dayısı Həmzə onlara 4000 manat pulunu hissəhissə olmaqla 2022-ci ilin yay ayına qədər tam qaytarmışdır. Şahid4 istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, birinci dəfə Şahid1 3000 manat pul vermiş, Xavər 3000 manatın müqabilində təxminən 1000 manat əlavə vermişdir. 2021-ci ilin ayını dəqiq xatırlamadığı vaxtda Aygün Xavərə 4000 manat pul vermişdir, həmin pulun müqabilində Xavər 5000 manat pul qaytarmışdır. Aygün 1000 manat pul vermiş, Xavərin həmin pulun müqabilində hansı məbləğdə pul qaytardığını bilmir. 2021-ci ilin oktyabr-noyabr aylarında Xavərə 4000 manat pul göndərmişdir. Həmin 4000 manatı Xavər qaytarmamışdır. Həmin 4000 manat pul onlar Aygünə qaytarmışlar. Başqa pul alıb verməyini xatırlamır (cild 2, iş vərəqi 97-99). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi özünə məxsus "Redmi MİUİ” markalı mobil telefona Səbail RPİ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "Whatsapp" internet mesajlaşma yazışmasında ***-***-**-** saylı mobil telefonla yazışmalar vardır. Həmçinin həmin yazışmadan görünür ki, iki nəfər qadın cinsinə məxsus səs yazısıdır. Baxışda iştirak edən Şahid4 bildirmişdir ki, baxış keçirilən mobil telefon ona məxsus olan "Redmi MİUİ" markalı mobil telefonun "Whatsapp" internet mesajlaşma yazışmasında olan ***-***-**-** saylı mobil telefon nömrəsi Zərərçəkmiş şəxs məxsusdur və Zərərçəkmiş şəxs ilə aparılmış yazışmadır (cild 2, iş vərəqi 105). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, araşdırma dövründə əldə edilmiş Şahid4, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və qeyrilərinin aralarında aparılmış telefon danışıqlarını özündə əks etdirən 4 ədəd CD-R disklərə baxış keçirilməsi üçün həmin 4 ədəd CD-R disklər "Samsung" markalı kompyuterin disk üçün nəzərdə tutulmuş hissəsinə daxil edilmiş və 4 ədəd CD-R disklərə baxış keçirilmişdir. Həmin 4 ədəd CD-R disklərə keçirilən baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir (cild 2, iş vərəqi 122). - əşyanın götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin 39 saylı xidməti otağında Təqsirləndirilən şəxs itifadəsində olan "Samsung" markalı mobil telefonu müstəntiq tərəfindən götürülmüş, mobil telefona baxış keçirilmiş, mobil telefonun üzərində +**********06 vǝ +**********21 GSM nömrəsi olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqi 136). - Telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, araşdırma dövründə əldə edilmiş iş üzrə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid4 aralarında Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung" markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində Tavat adlı qeyd olunmuş ***-***-**-** nömrə ilə aparılmış telefon danışıqlarına və yazışmalara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, sonuncuların arasında aşağıda qeyd olunan yazışma və danışıqlar aparılır. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:20-də göndərilən mesaj: Axşamın xeyr Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:20-də göndərilən mesaj: Sene zeng gelir sebayilden mesaj Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:20-də göndərilən: Bize gelir ki gelin bura Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:21-də göndərilən mesaj: Tezden izzahat verin Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:32-də göndərilən səsli mesaj: Salam axşamın xeyir Sona, nətərsən? Yox, mənə zəh gəlmiyif Səbaildən. Sizə zəh gəlifki təzdən gəlin izahat veriiin? Cörən nə məsələdi? Kimlər sora zəng eliyiif qorxularınnan helə deyillər. yoxsaa izahat adınnan çağırıf başqa şeylər olar? Onu Əlzamin məlimə demisən? Məsləttəşmisəən? Onsuz getme e heçara. Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:32-də göndərilən səsli mesaj: Yoxe lap belədəki, sən tutalımkı təzdənnən izahat verməlisən, hə, təzədən izahat verməlisən. Niyə demirsənki mən nəyə görə Səbaildə izahat verməliyəm? Mən, denən, Səbailə qeydiyattıyam? Səbaildə bu işdər olufdu? Niyə demirsən Sona? Denən mən təzdən izahat verəjəmsə öz elimdə obamda verəjəm. Orda niyə verirəmki izahatımı? Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:33-də göndərilən mesaj: Hee Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:33-də göndərilən mesaj: Deyir gelin Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:33-də göndərilən mesaj: Qalmisiq bele Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:33-də göndərilən mesaj: Hee demisem elzamine Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:33-də göndərilən mesaj: Deyir getmiyin Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:34-də göndərilən səsli mesaj: Ay Sona sən, mən Elzamin məllimnən cox biləjiyih? Deyir getmiyin, getmiyin dənə sən. nə mən, nə Aygün, getmiyəh, nə işimiz var bizim orda. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:34-də göndərilən mesaj: Hə getmiyecik Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:34-də göndərilən səsli mesaj: Onnara hardansa zəh gəlir nəyisə iştə cannarına istilih keşif diyə belə bir şeyə əl atmax istiyillər ki, bunnar birdən burdanda yuxarıya zada gedər amanın bir günüdü, məhsuliyətə cəlb olunarıq. Onnar qorxularınnan helə elivillər. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:34-də göndərilən mesaj: Həə, dedim getmiyəjiyih biz. Mən orda qalmışam, iki gün qalmışam, izahatımıda vermişəm. Təzdənnən nəə gəlim? Vuqar məllimdədidə nədisə, izahatlaramı ordan baxıf tanış ola blərsiz. Məəm pulum yoxdu, yol pulum yoxdu gəlməyə. Dedim görüm saada gəlif zəng ona görə saa yazdım. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:35-də göndərilən mesaj: Yeqin Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:35-də göndərilən mesaj: Hǝǝ Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:35-də göndərilən səsli mesaj: Yox, mənə keçən dəfə bu, eee Yaşar məllim zəng eləmişdii, mənədə dəfələrnən zəh gəldi. getmədim. Mə axırda mesaj yazdıkı, flan vaxtı burda olun, gənə getmədim. Yaxşı eliyif demisən. Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:36-da göndərilən səsli mesaj: Yox e özün deyirsənki, ay Sona, "Məni nəcürnə apardılar". Sən nə bilsənki səni aparannan sora, bəkə heş saa təzdən izahat almıyajaxlar? Başqa şey bəhanə eliyif qabağına qoyajaxlar? Üçüncü şəxs(anası kimi təqdim ettiyi): Getmə Nəsə deyəjəhlər.. Dey Allahkı burda mamam da deyirki getmə Üçüncü şəxs(anası kimi təqdim ettiyi): Getmiyin, Əlzamin məllim birşey bilirki deyir getmiyin...Həə Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:37-də göndərilən səsli mesaj: Yoğ Elzamin o gün yanına gedəndəə, dedim məllim bizə zəh gəlir ordan. Aygünə gəlir, maa gəlir. Bu Yaşar məllim deyirki, ta müstəntiq dəyişif mən baxıram. Dedi getmiyin, dedim hə siz necə deyirsizsə helə. Onnan sora dedim görüm, öyrənim görüm saada gəlirmi? Ona görə saa yazdım. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:40-da göndərilən səsli mesaj: Gəldim də məndə Elzaminin yanınaki, Elzamin məllim başımıza belə-beləoyun gəlif. İndi bu təzə müstəntiq çağırıf görən nə alajax bizdən. Onnan sora dediki günahın, suçun yoxdusa yazım səni nazirin qəbuluna dedim həə, hara gəlməh lazımdı gedəjəm, ta bu elə olmaz, bu sakkız dartixca uzada- uzada gedir. Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:41-də göndərilən səsli mesaj: Tavat saa da bidənə indi bir məsələ deyim də, ba indi sən gəldin məəm yanıma, orda məəm üzümə durdun də sən, yanı sən orda məəm üzümə durmasaydın məəm heş bir günahım, suçum yoxuydu. İndi səndə deyirsənkii məni Vuqar öyrətdii, Mamed izahatımı oxumamış ma dediki qol çəh, o təsir altında qaldım. Yanı mən səni başa tüştüm, yanı səni başa tütüm ki bax bügünkü günü sənnən danışıram, yanı bax maa orda dəsələr məsələn bu sübuta yetsə, maa orda dəsələr ki sən Tavattan şikayətçisən də, yalaçı şahidçilikdən, indi özün bilirsən, mən deyəjəm ki mən onnan şikayətçi döüləm, sənnən şikayətçi döyüləm Tavat. Deyəjəm ki, onuda qorxuzuflar təsir altında qalıftı, təh qadın xeylağı qorxuf ona görə helə eliyif, mən onnan şikayətçi döyüləm. Ama yəni səndə indi nazirində qəbulunda olarki olarki təzdən, indi olarda polisdi dövlətdi. Səbailə çağrılarsan dediyinin yəni üstündə durassandə? Sora demiyəssən ki məni yenə qorxuzdular, izahatımı dəyişdim? Deyəssənki məni flankəs öyrətti dedi dur Sonanın üzünə. Səm axra kimi mənnən belə gedəssənsə birriy olax, bax mən orda atamada dedimki ata qorxuzuflar, təh qadın qadın xeylağıdı onnan sora başa düştü məni. gördün siftə şey danışırdı də sənnən deyirdiki mənim qızım günahsız yerə ordayatdı falan-filan, özüdə nə əziyət çəkib. Yanı sözümüz bir olsunda axıra kimi, olarki bizi lap bizi ayrı-ayrı danışdırılarsa bax mən nətər saa deyirəmsə helə olajax, yanı səndə sözünün üstündə dur. Yaxşımı? Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:43-də göndərilən səsli mesaj: Məəm əsas şikayətim olsun Xavər, bidənə Xavər gəldi üzümə durdu belə belə dedi yanı üçümüzündə sözü o olsunki Xavər, yansada o yansın, özü bilər, batsada o batsın. Ortalıxda getdim orda yanan mən oldum. Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:43-də göndərilən sasli mesaj: Görüsən Sona sənə deyiv işi xitam eliyəjəm, on minnən yəni də bu işi bağlıyajam çek verəjəm eliyəjəm. Mən elə bilirəmki onnar sizə belə pis çıxmasın, dövlət səviyəsində sən bu pulu verisənsə o sənə kart verir deyir bu pulu ödə ya bang vasitəsiynən ödə yəni bilinsinki sən flankəsə tutalımki məsəlçün deyirəmdə bu məsələdə Xavər zərər çəkirsə sən bunu pulun ödeyendə, buna çek verirsənki səndə əlində sübut olurki mən flanksə bu qədər pul verdim. Gör bu əldən ələ alıv. Ona görə dedimki Sona sənin bu on minnən bağlı bir sübutun var ödədiyinnən bağlı? Bax məsələn mən Akşingilə biz altı min pul vermişiye, Xavərin yerinə ödəmişiy, onun səs yazısı var. Aygün gilədə Aygünün məslən üzü düşüv ərinin üzü düşüv, o pulların məsələn video çəkilişi var dəə, durur hələdə ki, buna bu qədər flan vaxt ayın tarixinə saadına kimi pul verilib. Yəni ona görə deyirəm ki sənin bu verdiyin bu on minnən bağlı nə sübutun var? Sən ən azı ora zəng eliyəndə, o ki saa deyirde sən ən azı onun səsin yazardınkı -Ay məllim siz mənnən on min istədiz səkkiz min, gəttim onu iş yerinizdə verdim əlinizə, ən azı da deyərdiki hə belə helə. Yanı başadüşsən nə deyirəm? Saa görə deyrəm e Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:44-də göndərilən səsli mesaj: Bisən Sona bax səni alladiv aparmax aparıflar, özün danşsan məhəttəl qallam hələ mənim onnan bəri şeyəm, onnan sora on min, səkkiz min pul alıflar əlində bidənə çekin yox, onnan sora nəbilim e, izahatına əlindəki sözdərinə zadına heş bir şeyə fikir verən olmuyuf, məcburiyəttən qol çəhdiriflər bax məndə hələ məcburiyəttən qol çəhdirif səən üzünə qoyuflar Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:46-da göndərilən səsli mesaj: Ay Sona bax sa bir söz deyimdə, mən heş bilmirdimki Aygünnən siz gəlmisiz Elzamin məllimin yanına. Mən özüm, siz də Elzamin yanına gələndə, gəldim bir insan kimi bir böyüh kimi dedim Elzamin məllim siz məəm atam, siz məəm vəkilim, siz məəm böyüyüm mən sizə belə birşey danışmax istiyirəm ki mənim vijdanım götürmür, ona görə götürmür ki mənim başıma corab hörüblər, mənnən istifadə eliyiflər, ma oyun quruflar, qurğu quruflar.. Məə olmayan bir şeyi qolladıf. məə təhqiir, qorxuzuuf, paqonlulaaro vəzifə geyimində olan o yerdən valideyinimnən uzax saxlıyıb, vəkilin əliynən məni elə bir hala gətiriblər ki. mən dedimonnan sora dəfələrlə çağırdılar elədilər, aə Allaha and olsun hələ təsəvür elə Mamet məlimə demədiyim yalan qalmadıkı mən lijbi getmiym də. dedim ki mən getsəm mən Sona haqqında yani ağzıma gətrif yalannan təzdən şahidçilih eləməy istəmirəm. İndi qoy görüm o səsi kəsə bilsəm şeyliyəjəm, mənim valideyinim gedif deyir ki sən o şəkli gördü sən niyə mənim qızıma şərait yaratmısan he? Niyə mənin qızımı camaatın üzünə qoydurmusuz ku, camaatın qızının üzünə duruftu? O şəklin bu pul söpətinə dəxli olmuyufdu Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:46-də göndərilən səsli mesaj: İndi gör nə deyirəm e saa, yanı deyirəmki bu iştə birihsə yanı sözümüz bir olsun. Olarki aparallar məni məsələn orda məni belə danişdirallar, sora səni yenə belə danışdırallar sən deyərsən yenə qortdum belə dedim, iş tamam böyüyər. Yəni sözümüz bir olsunku, bax mən deyəjəm məsələn Tavatı öyrədiflər, Tavat təsir altında qalıb məəm üzümə durub, məəm Tavatdan bir şikəyətim yoxdu. məəm şikəyətim Xavərdəndi. Səndə deyərsən ki məni flankəs örgətti, məsələn kim öyrədifsə, dedi dur Sonanın üzünə. Yani sözümüz bir olsunki, axıra qədər yuxarıyada getsəh bir olsunki bu iştər cəhənnəm olsun rədd olsun... Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:48-da göndərilən səsli mesaj: Hə bu söhbəttəri eliyənnən sora dediki bes bele bele başıma bele bir şey gelifdi, mən ona dedimki yəni mən çox pisəm dəəə, nətər deyim. Bu işin heş dedim mən sonun bilmirəm nətər olacax olmayacağ ama mən kiminsə, dedim, üzünə gedib şahid durmaq istəmirəm, bəs mən dedim ollardan qorxuram oralardan qorxuram, bax sənin necə yadına düşür oralar mənimdə eynənyadıma düşür. İnsan, nətər mən əgər bir azad vətəndaşamsa, mənim ən azı əlimdə nələrsə sübut varsa, sözüm varsa məniməlimdə yetərli sübut varsa mən niyə sənin üzünə durmalıyam ay Sona? Mən əgər məsəlçün bir saxta çeknən Xavəri ifşa eliyə biləcəh haldaydımsa, mən nəyə görə sənin üzünə durmalıydım? Mən axı o niyyətnən evimizdə Quran-i-Kərim var e, əlimi basaram, anam yataxta xəstədi anamın. bacımım canına and olsun bu oruşduğa and olsun mən o niyyətdə o fikirdə olmamışam. Onnar getdi orda məni eləbir şeyə saldıkı, sənə cinayət işi açarığ, nebilim neyniyəriy, adamın canıma nətər qorxu saldılarsa canımın dərdinnen durdumku lijbi sənədə qoy görüm sora nələr çıxa billam. Bax onnan sora axtarışa kesdim ey, yatmadım, durmadım, ora zəng elədih, bura zəng elədih ki adam neyniyəh taрах, Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 22:59-də göndərilən səsli mesaj: Hǝǝ, biyaxdan səsinə qulax asıram e ona görə yazmıram, hə heşnə qəşəh. Sözümüz bir olsun. axra kimi bir olsum, məhv olsunnar ollar. Yəni axıra kimi bir olax, sözümüz bir olsunku, bu işdə kutarsın. Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 23:03-da göndərilən səsli mesaj: Sənə bir söz deyim ee, bu Mamed bilirsən mənə həm də, yatax bu zad təklif niyə belə eliyirmiş? Deyirmişki qoy bu qiz gəlsiin işinin xətrinə bu deyirki bunu həll elədə, izahatım təzdən olunsun, üzdəşmə zad aradan qalxsın, bu şantaj zad aradan qalsın bu mənnən yatıf durajax, yatıf duranda mən bunun işin həll eləmiyəjəm. Raz ki Tavat ki bu işə uje başdıyıf axı, görürkü mən deyirəm ki bu düzgün deyil, Tavata deyəjəm ki birdən gedif mənim üzümə durarsan, müstəntiqin üzünə durarsan, ala buda məsəlçün ay Sona Allah uzaq eləsin kış-kış, ala buda sənin cinsəl vidyon Səni yayajam, biyabır eliyəjəm, valdeyininə göstərəjəm, mənim dilimi gödəy eləməyçün hər yola əl attılar. Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 23:12-da göndərilən sasli mesaj: İndi Sona saa bir söz deyim bu iş, görsən adicə Səbail məsələsi, gör bax Noyabrdan çıxardı Noyabr, Dekabr, Yanvar, Fevral, Mart 5 aydı çəkir də, indi məsəllərə müstəntiqnən vəkil də qoşulajax deyə başa düşdün yəni bu işə ora hamsına vaxt gedir, yəni bu iş bir ayın içində on günün içində, beş günün içində, bir günün içində həll olunası bir şey deyil. Buna müəyyən vaxt lazımdı, səbr lazımdı, bilsən nətər bu soyux bir müharibədi bunu ələlə verməsəh biz bu Xavərin baçın əzəmmiyəjiyih, o müstəntiqin başın əzəmmiyəjiyih. Heləsinin vəzfədə nə iti azışdı ki kiməsə oyun qurğu qura Təqsirləndirilən şəxs tərəfindən 24 mart 2024-cü il tarixində saat 23:13-də göndərilən səsli mesaj: Məəm də dediyim oduku əl-ələ verməh lazımdıkı sən deməlibu Xavərin bu müstəntiqin başın əzəh. Yanı deyirəmki olarkı yenə səni bax orda qorxuzuflar da, deyirsən maa belə-belə dedilər. işdi şikayətdi yenə aparallar nəsə bir şey qorxuzallar, olar ki da qorxarsan insansan, məndə qadın xeylağısan, məndə qadın xeylağıyam, fikrini dəyişərsən onnan sora tamamən məhv olarıx ki, siz deyəjəh bulları dolamısız? Onnan sora ta özün bilirsəndə nətər olajax, yanı sözümüz eyni olsun bax mən onu deməy istiyirəm saa Şahid4 tərəfindən 24 mart 2024-cü il tarixində saat 23:13-də göndərilən səsli mesaj: İndi maa məsələn deyəjəhlər ki, hə sənin gəldi üzünə flankəs durdu. Nolsun, lap onu öyrəttilər? Gəlif sənin üzünə durmalı döyülüydüdə sən onnan şikayətçi olmalısan, mən orda deməjəm ki təsir altında qaldı mən onnan şikayətçi deyiləm, səndə nətər oluv orda onu deyəssən. Onnan sora olajiyix bir bax mənim saa dediyim odu başa düşdüün. Təqsirləndirilən şəxs tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:56-da göndərilən səsli mesaj: Əsas sübut olmalıdı e, şantaj eliyəndə daskanalnı, belə sübüt qoyursan ortaya gözünə soxarsan ki ala, bax bu sənin bugünkü yazışman, bu sənin atdığın mənə şəkil, bu da bu. Buna nə deyirsən? Təqsirləndirilən şəxs tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:57-də göndərilən səsli mesaj: Sən o qızın barəsində nə bilirsənsə hamsını köçürt bir şeyə bir yaz, ordada denən hamsını qoy oda sussun otursun yerində. Sənin telefonundadı də hamsı. Şahid4 tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:57-də göndərilən mesaj: "Təbəssüm smayliki" "Təbəssüm smayliki" deyecem. onu Şahid4 tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:57-də göndərilən mesaj: Narahat olma Təqsirləndirilən şəxs tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:57-də göndərilən səsli mesaj: De Xavərə üzdəşmədə Sonıya demisən ki o şəkil sadəcə mənim özümdə olub şəxsimdi, vəkil sual verəndə, demisəm ki Tavat mənim on bir illih padruqamdı hər bir şeyimi bilir o mənim şəxsi məsələmdi, mən ora atmışam Tavata o şəkli, bax ona de, hə guya da sora sənin telefonunnan oğurruyufdu. Səndə denənki -Məəm telefonum Allaha şükür tər-təmiz, indi göndərəjəm ekspertizaya, çıxmasa nə deyəssiz? Bax o sözü ona denən Təqsirləndirilən şəxs tərəfindən 6 aprel 2024-cü il tarixində saat 09:58-də göndərilən səsli mesaj: Həə o birəz çox havalı gələjəhdi, sustur onu orda. Denənki Sonıya demisənki üzdəşmədə, sənin bu şəkillərini universtetində nəbilim iş yerində yayacam, elə demisən. Göstər görüm onu denan, telefonunda maa, dedim göstərdə canlı canlı qoy telefonunda ora gözümnən görüm inanım qayıtdı bellədə Vüqar məllim məəm telefonum farmat olmuşdu də Təqsirləndirilən şəxs tərəfindən 6 aprel 2024-cü il tarixində saat 10:00-dagöndərilən səsli mesaj: Ona bisən nə dee? Sən ona denən ki, Xavər sən o şəklini maa nə vaxt atmisan? Və maa nə vaxt demisənki mən özümə alt paltarı almışaam? Nəbilim, əməliyat olmuşam oramı buramı göstərmişəm Tavada? Onu maa bidənə göstər telefonunda mən saa inanajam, mənim yazışmamda görüm sən onu maa atmısan yoxsa yox. O şəkildə onun telefonundu silinifdi nağayrıfdı elə deyir telefonum farmat oluf, elə deyir telefonum farmat oluf, hansı tarixdə atmısan. Nə bilim, de də hamısın denən gör saa nə deyəjəh. Səs yazıları və telefon danışıqları burada sona çatır. Beləliklə, Təqsirləndirilən şəxs Məcid qızının istifadəsində olan "Samsung" markalı mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində aparılmış telefon danışıqları və yazışmalardan görünür ki, sonuncu şahid qismində dindirilmiş Şahid4 öz telefonundan hər şeyi sildiyini və telefonunun tərtəmiz olduğunu, Əlzamin adlı şəxsdən məsləhət aldığını bildirir, Şahid4 əvvəllər dindirmə və üzləşdirmə zamanı istintaqa verdiyi ifadələrini inkar etməyi, onun öyrətdiyi məzmunda ifadə verməsini, hər ikisinin bir olmasını, bundan sonra eyni məzmunda ifadə vermələrini, bununla da zərərçəkmiş şəxsə daha ağır zərbə vurmalarını və müstəntiqi aldatmalarını təklif edir, Şahid4 da onunla razılaşır (cild 2, iş vərəqi 151-155). - təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 2, iş vərəqi 167). - məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixi, 3-16-16/2-4/1099- 4/1106 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə olan fonoqramların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə olan fonoqramların məzmunu tədqiqi hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid4 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə olan fonoqramlarda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi, fonoqramların yazılışında kəsilməzliyin, (davamlılığın) pozulması, pozma, buraxma, əlavə etmə kimi montaj əlamətləri müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 2, iş vərəqi 176- 193). - təqsirləndirilən şəxsin könüllü təqdim olunması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 182.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində xx.xx.2024cü il tarixlə qərarla axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq Səbail rayon Pİ-nə gələrək özünü təqdim etdi və bildirdi ki, o, bu müddət ərzində anasının xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərindən Bərdə rayonuna getmiş, bu səbədən istintaq orqanı tərəfindən dəvət olunduğunu bilməmiş və barəsində axtarış elan edilməsi barədə məlumatı olmamışdır. Bu gün Bakı şəhərinə qayıdarkən bu barədə anası ona məlumat verildikdən sonra hazırda könüllü olaraq istintaq orpanına gəlmişdir (cild 2, iş vərəqi 194). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 197). - sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət iş üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 198-220). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirlməklə ona Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 222-223). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində aptekdə bir yerdə işlədiyi Şahid4 xahişinə əsasən Şahid1 əvvəlcə 3000 manat, sonra 4000 manat, daha sonra isə bacısı Şahid5 800 manat alıb Şahid4 vasitəsilə zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyini, zərərçəkmiş şəxs 3000 manatı vaxtında qaytardığını, 4000 manatı isə qaytarmadığına görə pul sahibi olan Şahid1 pulunu tələb etdiyini, onun da həmin pulu Şahid4 tələb etdiyini, bu məqsədlə Şahid4 evinə getdiklərini, orada Şahid4 Həmzə adlı dayısının pulu qaytaracağına vəd verdiyini, bundan sonra isə hissə-hissə qaytardığını, zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlmədiyini, Zərərçəkmiş şəxs pul tələb etmədiyini, hər hansı şəkillə şantaj etmədiyini, ümumiyyətlə onda zərərçəkmiş şəxsin yarıçılpaq şəkillərinin olmadığını, zərərçəkmiş şəxsin hədə-qorxu ilə bağlı ifadələrinin yalan olduğunu məhkəməyə bildirərək öz müdafiəsi üçün dəlillər gətirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsinə tənqidi yanaşır və hesab edir ki, onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə uzlaşmır. Belə olan halda onun ifadəsinin həqiqiliyi şübhə doğurur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri zərərçəkmiş şəxsin, Şahid4 ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadələri, habelə işin digər materialları ilə təkzib olunmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi həmin xüsusatlar əsassızdır. Belə ki, məhkəmədə dindirilən bütün şəxslər, o cümlədən Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs faiz altında (sələmə) pul verdiyini, Zərərçəkmiş şəxs verilmiş pulun bir hissəsini vaxtında qaytarmadığı səbəbindən tərəflər arasında narazılıq yarandığını, bu narazılığın ciddi mübahisələrə səbəb olduğunu təsdiq etdilər. Bu hal işin mübahisəsiz halıdır. Müdafiə tərəfinin mübahisələndirdiyi məsələ Zərərçəkmiş şəxs verilən məbləğlər, sonuncunun qaytardığı məbləğlər, pulların qaytarılması üçün Təqsirləndirilən şəxs hər hansı şantaja əl atıb pulu hədə-qorxu ilə tələb etməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində anasının ciddi xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğunu, bu səbəbdən yaxın rəfiqəsi olan Şahid4 faizə olsa belə borc pul əldə etmək məqsədilə müraciət etdiyini, Tavatın ona Təqsirləndirilən şəxs faiz altında 1 aylığına 3000 manat alıb göndərdiyini, işləri yaxşı getmədiyinə görə 1 ayın sonuna pulun hamısını düzəldə bilmədiyini, Tavatla danışarkən pulun 2800 manatını hazır etdiyini, borcdan 200 manat və Sonaya verəcəyi şirinlik payından 300 manat çatışmadığını, onu da 4-5 günə tamamlayacağını dediyini, bunları danışandan sonra Sona telefonda hay-küy salaraq borcu tez bir zamanda ödəməli olduğunu, əks halda, digər yollara əl atacağını bildirdiyini, bu hadisələrdən 7 gün keçdikdən sonra Tavatın ona zəng edərək Sonanın 1480 manat faiz tələb etdiyini, o da Tavata bu pulu ödəməyəcəyini bildirdiyini, sonra Sonanın ona zəng edərək hədələməyə başladığını, pulu ödəmədiyi halda, yoldaşı ilə problemlərinin yaranacağından, bacılarının boşanacağından danışdığını, 15 gündən sonra Tavata 7480 manat borcdan pul ödədiyini, bu pullar sonradan arta-arta getdiyini, pulun məbləğin 30000 manata gəlib çatdığını, bundan sonra bir gün onun telefonuna vaxtilə Tavata göndərdiyi yarıçılpaq şəkillərinin göndərildiyini, şəkillərə baxan zaman ona Sonadan zəng gəldiyini, danışıq zamanı Sonanın onun başına oyun açacağı, əlindən qaça bilməyəcəyi, axşama kimi pulunu qaytarmadığı halda, şəkillərini yayacağını, iş yerinə də gələcəyi, Tavatın anası Səyyarə xanıma da yollayacağını bildirməsini, bundan sonra onun Tavata zəng etdiyini, zəng zamanı Tavatın ağladığını eşitdiyini, Tavat ona ağlaya-ağlaya Sonanın onun telefonundan şəkilləri götürdüyünü, onların təhlükəli insanlar olduğunu, qardaşlarının polisdə işlədiyini, iş yerini bildiyini dediyini, Tavatın pulu ödəyib bitirdikləri halda Sonanın da əl çəkəcəyini bildirdiyini, onun da pulu yavaş-yavaş ödəməyə başladığını, Sonagilə 40487 manat pul ödədiyini, bütün çeklərin də mövcud olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin ifadələri Şahid4 ibtidai istintaq zamanı verdiyi sərbəst ifadələri, habelə Təqsirləndirilən şəxs ilə üzləşdirmələr zamanı ifadələri ilə tam təsdiq olunur. Belə ki, Şahid4 həmin ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin yay aylarında telefonda danışan zaman sələmə pul lazım olduğunu bildirmiş, bu zaman o, onunla bir yerdə işləyən Sona Aygün adlı tanışının olduğunu, həmin şəxsin sələmə pul verdiyini bildirərək həmin şəxsin etibarlı olacağı və həmçinin onun zamin olacağı təqdirdə sələmə pul verə biləcəyini bildirmişdir. Bundan sonra Sona Xavər ilə danışmış, ilkin olaraq Xavərə 3000 manat pul lazım olmuşdur. Sona həmin pulun qarşılığında 300 manat faiz alacağını, həmçinin özünə də 150 manat verməli olduğunu bildirmiş, Xavər Sonanın dedikləri ilə razılaşmışdır. Bundan sonra Sona ona ilkin olaraq 3000 manat pul verib Xavərin kartına göndərməyini xahiş etmişdir. O da pulu Xavərin kartına göndərmişdir. Təxminən bir ay sonra Sona onun yanında Xavərlə danışaraq ödənişin nə yerdə olduğunu soruşmuş, Xavər isə 2800 manat pul hazırladığını, əlavə 500 manat pulu isə yaxın beş gün ərzində göndərəciyini bildirmişdir. Bu zaman Sona səs-küy salaraq Xavər ilə razılaşmamış və pulu tam şəkildə qaytarmalı olduğunu bildirmişdir. Sonuncuların arasında təxminən 5 gün bu mübahisə davam etmiş, 5 günün sonunda Xavər pulu tam şəkildə düzəltdiyini və göndərəcəyini bildirdikdə, Sona 500 manat faizin 1480 manat olduğunu bildirmişdir. Bu zaman o da Sonaya etiraz edərək bu qədər faizin heç yerdə olmadığını, haqsızlıq etdiyini bildirmişdir. Sona isə öz növbəsində ona bu məsələyə qarışmamasını, özü hər şeyi həll edəcəyini bildirmişdir. Həmin ərəfədə Xavər də onun kimi Sonaya etiraz edərək həmin məbləğdə pul verə bilməyəcyini qeyd etmişdir. Təxminən 15 gün mübahisələr davam etmiş, 15 günün sonunda Sona ilə söhbət zamanı faiz götürdüyü şəxsin 1480 manatın üzərinə əlavə faiz gətirdiyini və Xavərin ödəməli olduğu pulun 7480 manat olduğunu və nəyin bahasına olursa olsun bu pulu Xavərdən alacağını, həmçinin Xavərə onun zamin durduğunu və yaşadığı evə gələrək səs-küy salacağını, onu biabır edəcəyini bildirmişdir. Həmçinin Sona ona məxsus mobil telefondan onun icazəsi və xəbəri olmadan Xavərə məxsus iki çılpaq şəkil götürdüyünü və lazım gələrsə həmin şəkillərdən istifadə edib Xavərdən pulu alacağını bildirmişdir. Bu zaman o, Sona ilə mübahisə edərək mobil telefonuna hansı səbəbdən icazəsi olmadan toxunduğunu irad bildirmişdir. Lakin Sona ona qulaq asmayaraq öz dediklərini demişdir. Bundan sonra o, bərk qorxub Xavərlə danışaraq məsələnin necə olacağını soruşmuş, Xavər isə ona görüşəndə hər şeyi danışacağını, Sonanın dedikləri ilə məcbur razı olub pulu verməli olduğunu, əks halda özünü öldürəcəyini demişdir. Özünə də məlum olmayan səbəbdən həmin zaman Sona da Xavərə məxsus şəkillərin olmasını bildiyini o, Xavərə deməmişdir. O, Xavərdən dəfələrlə səbəb soruşanda sonuncu ona ilkin olaraq heç nə deməmiş, sonradan görüş zamanı Xavər ona Sonanın onu lüt şəkilləri ilə şantaj etdiyini və bu səbəbdən pulu verməyə məcbur olduğunu bildirmişdir. Bundan sonra o, Xavərə Sonanın onun telefonundan icazəsiz olaraq şəkil götürdüyünü demişdir. Xəvər ondan xahiş edərək heç kimə bu barədə deməməyini tapşırmışdır. Belə ki, Xavər həmin məsələni ona dediyi zaman çox qorxduğunu, qohumları, ailəsi, işlədiyi və oxuduğu yerlərdə biabır olmaqdan qorxduğunu bildirmişdir. Bundan sonra o, məsələləri analiz edib başa düşmüşdür ki, işdə olan zaman Sona həqiqətən də onun telefonunda Xavər ilə aralarında olan yazışma zamanı sonuncunun ona göndərdiyi yarı çılpaq şəkilləri götürdüyünü bilmişdir. Belə ki, onun telefonu daim işlədiyi aptekdə stolun üzərində olmuş və heç bir zaman parolda olmamışdır. Həmçinin bir neçə dəfə Sonanın ondan xəbərsiz telefonunu götürüb nəyəsə baxdığının şahidi olmuşdur. Bundan sonra Sona ilə Xavərin söhbətinə Aygün də daxil olmuşdur. Aygün və Sona demək olar ki, hər gün Xavər ilə danışan zaman onu da təhqir edərək Xavəri onlarla tanış etdiyini, onun ucbatından onların ziyana düşdüyünü demişlər. O isə narahat olmamalarını, Xavərin onsuz da pulu geri qaytaracağını bildirmişdir. Sona və Aygün ona evinə gələrək xəstə anasına və serebral iflic olan bacısı Leylaya hədəqorxu gələcəklərini, onları biabır edəcəklərini deyib onu da qorxutmuşlar. Xavəri çılpaq şəkilləri ilə şantaj etdiklərini başa düşdükdən sonra o, sonunculardan lap qorxmuş və mütəmadi olaraq Xavər ilə danışaraq yalvarıb pulu bağlamasını, özünü və onu bu dərddən qurtmasını xahiş etmişdir. Beləliklə, Sona və Aygünün Xavəri şantaj eləməkləri nəticəsində sonuncular Xavərdən təxminən 30000 manat pul almışlar. 2022-ci ilin əvvəllərində isə Xavər onunla danışıq zamanı artıq hər şeydən bezdiyini, heç bir pul verməyəciyini bildirmiş və telefonları söndürürək heç kimlə əlaqəyə çıxmamışdır. Bundan sonra Sona və Aygünün hədə qorxuları ona yönəlmiş, sonuncular hər gün onun iş yerinə gələrək onu söyüb təhqir edərək Xavərin ödəməli olduğu faizi ondan tələb etmişlər. O, bu məsələlər barədə evdə heç kimə heç nə demədiyi üçün qorxmuşdur ki, Aygün və Sona evlərinə gəlib bu barədə dedikdə anasının ürəyi partlayar. O, evdə anası ilə danışıb bu barədə özü məlumat vermiş və hər şeyi danışmışdır. Onlar rayonda biabır olmamaq üçün Aygün və sonuncunu həyat yoldaşı Musaya ümumilikdə 4000 manat pul vermişlər. Sona və Aygün adlı şəxslər ona hədə-qorxu gələrək evlərini yandıracaqlarını, anasını və bacısını öldürtdürəcəklərini, həmçinin onu Bərdə rayonunda biabır edəcəklərini bildirmişlər. Sonuncuların söhbətlərinə müxtəlif zamanlarda həyat yoldaşları Röyal və Musa da qoşulmuşdur. O, rəfiqəsi Zərərçəkmiş şəxs məxsus yarılçılpaq şəkilləri Sonaya və ya başqa şəxsə, heç kimə göndərməmiş, Sona ona məxsus telefondan Xavər ilə aralarında olan yazışma zamanı şəkilləri ona xəbər etmədən icazəsiz götürmüş, onun bu hadisədən sonradan xəbəri olmuşdur. O, Aygün və sonuncunun yoldaşı Musaya 4000 manat, bundan başqa guya onların tapmış olduğu başqa faiz verən Şəfəq adlı qadına 6000 manat pul vermişdir. Şahid4 daha sonra Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı həmin ifadəsini sonuncunun üzünə qarşı bir daha deyərək Təqsirləndirilən şəxs cinayət törətməkdə ifşa etmişdir. Məhkəmə onu da qeyd edir ki, Şahid4 10 noyabr 2023-cü il tarixli həmin ifadəsini və 24 noyabr 2023-cü il tarixli üzləşdirmə zamanı verdiyi ifadəsini özünün müqavilə bağladığı nümayəndəsi, Bərdə rayon Vəkil bürosunun vəkili X8 iştirakı ilə vermişdir. Bu səbəbdən məhkəmə həmin ifadələri işin halları ilə tam uzlaşdığı səbəbindən həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edir. Şahid4 27 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən edilmiş hədə-qorxu və fotoşəkillərlə şantajla bağlı əvvəllər verdiyi ifadələrindən imtina etmişdir. Məhkəmə cinayət işinin materiallarına istinadən qeyd edir ki, Şahid4 əvvəlki ifadələrindən imtinası Təqsirləndirilən şəxs birbaşa qanunsuz təsiri nəticəsində baş vermişdir. Belə ki, ibtidai araşdırma dövründə əldə edilmiş iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid4 arasında Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung" markalı üzərində ***- ***-**-** nömrə olan mobil telefonun Whatsapp ani mesajlaşma səhifəsində Tavat adlı qeyd olunmuş ***-***-**-** nömrə ilə aparılmış telefon danışıqlarına və yazışmalara baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin üzləşdirmədən bir neçə gün qabaq, yəni 24 mart 2024-cü il tarixdə onlar bir-birinə səsli mesajlar göndərmiş, mesajlarda Şahid4 özünün ifadə vermək üçün istintaqa yenidən çağırıldığı barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu öz növbəsində Şahid4 əvvəllər dindirmə və üzləşdirmə zamanı istintaqa verdiyi ifadələrini inkar etməyi, öyrətdiyi kimi onunla eyni məzmunda ifadə verməsini, hər ikisinin bir olmasını, bundan sonra eyni məzmunda ifadə vermələrini, bununla da zərərçəkmiş şəxsə daha ağır zərbə vurmalarını və müstəntiqi aldatmalarını təklif etmiş, Şahid4 da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ekspertizaya təqdim etdiyi telefonundan hər şeyi sidiyini, bu səbəbdən ekspertiza zamanı telefonunun tərtəmiz çıxdığını bildirmiş və Şahid4 da mümkün ekspertizaya təqdim ediləcək telefonunu “format” etməsini məsləhət görmüşdür. Bu hal onu sübut edir ki, Şahid4 əvvəlki ifadələrində daha səmimi olmuş, daha sonra Təqsirləndirilən şəxs qanunsuz təsiri altında ifadələrini dəyişmiş və təqsirləndirilən şəxsin xeyrinə ifadələr vermişdir. Ona görə də məhkəmə Şahid4 27 mart 2024-cü il tarixdə üzləşmə zamanı ifadəsini, habelə məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadələri sübut kimi qəbul etmir. Məhkəmə zərəçəkmiş şəxsə vurulmuş ziyanın məbləği ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən 35744 manat məbləğində zərərin Zərərçəkmiş şəxs vurulması məhkəmədə öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi və məhkəmədə tədqiq edilən qəbzlərdən aşkar görünür ki, o, həmin məbləği Təqsirləndirilən şəxs çatdırılması üçün müxtəlif şəxslərin, o cümlədətn Şahid4 bank kartına göndərmişdir. Həmin məsələ ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şahid4 01 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə üzləşmə zamanı zərərçəkmiş şəxsin yarıçılpaq şəkillərini gördüyünü inkar etsə də, Zərərçəkmiş şəxs tərəfindən ona 30000 manat pul göndərildiyini etiraf etmiş və həmin pulların Sonaya, Aygünə və Sonanın qohumlarına çatdığını bildirmişdir. Məhkəmə müdafiə tərəfinin ittihamda göstərilən - zərərçəkmiş şəxsə aid olan başı görünməyən iki ədəd yarıçılpaq şəkillərin sonuncuya aid olmaması, həmin şəkillərin istintaqaın daha sonrakı mərhələsində meydana çıxmasının əsas götürəlrək bunun qurama olması barədə iddiaları ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə ibtidai araşdırma hərtərəfli şəkildə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmışdır. Bərdə rayon Polis şöbəsində və Yasamal rayon Polis İdarəsində ilkin təhqiqat hərəkətləri aparılmış, daha çox işin aidiyyət məsələləri araşdırılmış və iş aidiyyəti üzrə Səbail RPİ-yə göndərilmişdir. Həmin şəkillərin məhz Səbail RPİ-nin İstintaq şöbəsində istintaq aparılarkən meydana cızmasını məhkəmə qeyd edilən səbəblərdən tam təbii qəbul edir. Qaldı ki, şəkillərin zərərçəkmiş şəxsə aid olub-olmaması məsələsinə məhkəmə qeyd edir ki, əvvəla zərərçəkmiş şəxs özü həmin şəkillərin özünə aid olamsını dəfələrlə bildirmişdirş. Bundan başqa təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı o şəkillərin həqiqətən də zərərçəkmiş şəxsə aid olmasını ibtidai istintaq zamanı mübahisələndirmiş, bu zaman müstəntiq şəkillərin öz kompüterində olan tam versiyasını ona göstərmiş və o, şəkillərin həqiqətən də zərərçəkmişə aid olduğuna əmin olmuşdur. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələ - zərərçəkmiş şəxsin həmin fotoşəkilləri özünün özünə göndərməsi, habelə şəkillərin yuxarısında qeyd olunmuş mobil nömrənin rəqəmləri arasında məsafənin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, həmin şəkillərin yuxarı hissəsində onların +**********21 nömrədən göndərildiyi görünür. Bu nömrənin Təqsirləndirilən şəxs istifadəsində olması məhkəmədə sübut edilmişdir. Hətta Təqsirləndirilən şəxs özü ibtidai istintaqa 12 mart 2024-cü il tarixdə ifadə verərkən həmin nömrənin özünə məxsus olduğunu bildirmişdir. Qaldı ki, nömrənin rəqəmlərinin arasında ara məsafəsi olmaması məsələsinə müdafiə tərəfi məhkəməyə “rəqəmlər arasında mütləq qaydada ara məsafəsi olmalıdır” kimi qəbul edilə bilən tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən bu məsələdə məhkəməni inandıra bilmədi. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolları və digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı Qərarının 1-1 və 3-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin rüsvayedici məlumatlarını yayacağı hədəsi ilə hədə-qorxu gəlib xeyli miqdarda pul tələb etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, uşağının xəstə olmasını, qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyasında beş ildən on ildədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan məktubdan və müstəntiqin qərarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 noyabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində saxlanılaraq Səbail RPİ-yə gətirilərək İdarənin MSY-yə təhvil verilmiş, barəsində 25 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və dərhal Səbail RPİ-nin Müvəqqəti saxlama yerindən azad olunmuşdur (cild 1, iş vərəqi 132, 179-180). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu üç gün ona təyin ediləcək cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra bu iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 500 (beş yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə yazılı vəsatət təqdim edərək Təqsirləndirilən şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında əməl törətməsinə dair başqa ittihamın irəli sürülməsi və Şahid4 ilə Aygün Qurbanovanın da cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar qıbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılaraq Təqsirləndirilən şəxs Şahid4 və Aygün Qurbanova və ya hər hansı digər şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək qeyd edilən cinayəti törətməsi müəyyən edilmədi və bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayəti təkbaşına törətməsi müəyyən edildiyindən cinayət işinin Təqsirləndirilən şəxs daha ağır ittiham elan edilməsi məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə zərərçəkmiş şəxsin vəsatətini məhkəmə əsasız hesab edir və bu səbəbdən vəsatəti təmin etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - iş materiallarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A24” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 500 (beş yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Aygün Qurbanova
Fərid Namazov